bsod_middle54
Ölümün Mavi Ekranı (BSoD) Nədir?
Windows ƏS-də əksər istifadəçilərin qarşılaşdıqları ən qorxulu problem Ölümün Mavi Ekranı Синий экран смерти (ing. BSoD – Blue Screen of Death) xətasıdır. Bu xətanın baş verməsi aydın səmada şimşəyin çaxması kimi bir şeydir. Gözləmədiyimiz bir anda ekran maviyə bürünür və kompüterimiz donub qalır. Bu günkü məqaləmizdə biz BSoD haqqında ümumi məlumatlar verəcəyik.

Ümumiyyətlə BSoD xətası nədir və haradan qaynaqlanır? Bu suala cavab vermək üçün gəlin Windows əməliyyat sisteminin arxitekturasına qısa olaraq göz gəzdirək:
shema_windows
Sxemdən də gördüyünüz kimi Windows ƏS-də kod iki rejimdə: istifadəçi və nüvə rejimlərində icra olunur. İstifadəçi rejimində tətbiqi proqramlar (məs., bloknot, brauzer, ofis proqramları və s.) çalışır və onların sistemin kritik əhəmiyyətli parametrlərinə girişi olmur. Nüvə rejimində isə əməliyyat sisteminin və drayverlərin kodları icra olunur. Rejimlərin bu şəkildə ayrılması əməliyyat sisteminin təhlükəsizliyi baxımından düşünülmüşdür. Əgər belə bir bölgü olmasaydı, tətbiqi proqramlarda baş verən nasazlıqlar ümumilikdə əməliyyat sistemini işlək vəziyyətdən çıxarardı.

Nə qədər qəribə səslənsə də, əslində ölümün mavi ekranı hansısa proqram kodunun qüsurlu çalışması zamanı sistemin özünümüdafiə reaksiyasıdır. Beləki, əməliyyat sistemi nüvə rejimində icra olunan kodda xəta qeydə alanda öz işini dayandırır və ekrana BSoD çıxarır. Bu zaman yadda saxlanmayan bütün məlumatlar silinmiş olur. Mavi ekranı həmçinin STOP-xəta da adlandırırlar. İstifadəçi BSoD ilə qarşılaşanda ekranda bu xətanın nədən qaynaqlandığını oxumalı və sistemi yenidən (restart) başlatmalıdır. Adi qaydada Windows özü özünü yenidən başladır və istifadəçinin mavi ekrandakı xətanı oxumağa fürsəti olmur, yəni mavi ekran birdən peyda olur və birdən də yox olur. Mavi ekran çıxdığı zaman xətanı oxuya bilmək üçün onu bir müddət ləngitmək lazımdır. Bunun üçün əməliyyat sistemində müəyyən tənzimləmələr etməlisiniz.

Aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirin:
1. Masa üstündə Мой компьютер (Этот компьютер) üzərində sağ düyməni vurun və açılan kontekst menyudan Свойствa opsiyasını seçin:
%d0%b1%d0%b5%d0%b7%d1%8b%d0%bc%d1%8f%d0%bd%d0%bd%d1%8b%d0%b9
2. Açılan pəncərədə sol tərəfdə Дополнительные параметры системы opsiyasını seçin:
%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba
3. Açılan yeni pəncərədə Başlatma və Bərpa bölməsində Параметры… düyməsinə vurun:
%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba2
4. Bu zaman qarşınıza aşağıdakı pəncərə çıxacaq. Burada Отказ системы bölməsində Выполнять автоматическую перезагрузку tənzimləməsinin önündəki quşu götürün və OK düyməsinə vurun. Bir əvvəlki pəncərədəki OK düyməsinə də vurun:
%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba3
Bu tənzimləmədən sonra nə zamansa qarşınıza mavi ekran çıxsa, ordakı xətanı oxumağa fürsətiniz olacaq.
Ölümün mavi ekranındakı məlumatlar
BSoD ekranında aşağıdakı məlumatlar çıxır:
3meb5t4
Burada:

1 – Xətanın adı

2 – Xətanın aradan qaldırılması ilə bağlı tövsiyyələr

3 – Xətanın onaltılıq kodu

4 – Xətanın parametrləri

5 – Drayverin adı

6 – Xətanın ünvanı

BSoD-un meydana gəlmə səbəbləri

Yuxarıda qeyd etdik ki, mavi ekran nüvə rejimində hansısa proqram kodunun qüsurlu çalışması zamanı ortaya çıxır. Buna aşağıdakı hallar səbəb ola bilər:

  1. Hansısa qurğu təminatının (sərt disk, əməli yaddaş, videokart, qida bloku və s.) sıradan çıxması;
  2. Qurğular arasında baş verən konfliktlər;
  3. Qurğuların əməliyyat sistemi ilə uyğunsuzluğu;
  4. Bəzi qurğuların həddindən artıq qızması;
  5. Uyğun olmayan drayverlər;
  6. Drayverlərin konflikti;
  7. Drayverin əməliyyat sistemi ilə uyğunsuzluğu;
  8. BIOS-da düzgün olmayan tənzimləmələr;
  9. Sərt diskdə tələb olunan boş həcmin olmaması;
  10. Zərərverici proqramlarla (viruslarla) yoluxma;
  11. Prosessor və əməli yaddaşın həddindən artıq yüklənməsi.

Gördüyünüz kimi səbəblər müxtəlif ola bilər. Bununla belə Microsoft şirkətinin məlumatlarına əsasən mavi ekran 70% hallarda drayverlərlərdən qaynaqlanan problemlər zamanı baş verir. Bu drayverlər videokart, şəbəkə kartı, printer, web-kamera və s. aid ola bilər. Bundan başqa bəzi proqramlar (antivirus, firewall, virtual disklər, CD/DVD-disklərin yazılması proqramları və s.) da vardır ki, onların da öz drayverləri olur. Və bu drayverlərdəki problemlər zamanı da BSoD qeydə alına bilər. Odur ki, çalışın bütün drayverləri istehsalçıların rəsmi saytlarından yükləyəsiniz.

Dostlarla Paylaş ↓