“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunu

Düzgün cavablar qırmızı ilə göstərilib.

 

1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun müəyyən edir:
a) dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri
b) bütün fiziki və hüquqi şəxslər üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri
c) hər kəs üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri
d) yalnız vəzifəli şəxslər üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri

 

2. “Etik davranış qaydaları haqqında” qanun kimlərə şamil edilir?
a) vəzifəli şəxs statusuna malik olan bütün şəxslərə
b) dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə 
c) fiziki və hüquqi şəxs statusuna malik olan bütün şəxslərə
d) bütün şəxslərə

 

3. Hər bir dövlət qulluqçusu nəyi rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur?
a) qanunun aliliyini və insan hüquqlarını
b) demokratik prinsipləri
c) yüksək etik davranış qaydalarını
d) hamısı

 

4. Aşağıdakılardan biri “Etik davranış qaydaları haqqında” qanunun məqsədlərinə daxil deyil?
a) dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi
b) dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması
c) vəzifəli şəxslərin qulluq reqlamentinin müəyyən edilməsi
d) dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması

 

5. Dövlət qulluqçusunun xidməti davranışı hansı qanunla tənzimlənir?

a) “Etik davranış qaydaları haqqında” qanunla
b) “Məlumat azadlığı haqqında” qanun və digər normativ hüquqi aktlara uyğun olaraq
c) “Dövlət qulluğu haqqında” qanunla
d) hamısı

 

6. Etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar:
a) Bütün hallarda dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər
b) yalnız “Etik davranış qaydaları haqqında” qanunla müəyyənləşdirilə bilər
c) “Etik davranış qaydaları haqqında” qanuna zidd olmamaqla dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər
d) digər heç bir normativ aktla müəyyənləşdirilə bilməz

 

7. “Etik davranış qaydaları haqqında” qanuna əsasən hansı hallarda dövlət qulluqçusu hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır?
a) hər bir halda
b) xidməti fəaliyyət göstərdiyi halda
c) belə hal nəzərdə tutulmayıb
d) bütün hallarda

 

8. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu öz fəaliyyətini:
a) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borclu sayıla bilməz
b) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlərə sahib olmasa belə peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur
c) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur
d) heç biri doğru deyil

 

9. “Etik davranış qaydaları haqqında” qanuna görə loyallıq nədir?
a) dövlət qulluqçularının onların xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin qanunsuz fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinmələridir
b) dövlət qulluqçusunun onun xidməti vəzifəsinə aid olduğu hallarda belə, dövlət orqanlarının, onların rəhbərlərinin qanunsuz fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməsidir
c) dövlət qulluqçularının elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarında və ya elmi yazılarında dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməsidir
d) qanunsuz hallar istisna olmaqla dövlət qulluqçularının onların xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinmələridir

 

10. Aşağıdakılardan biri doğrudur:
a) Dövlət qulluqçusu olan hər bir şəxs dövlət vəzifəli şəxs hesab oluna bilər
b) Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
c) Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə əlaqəli vəzifələrlə məşğul olmamalıdır
d) heç biri doğru deyil

 

11. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu borcludur:
a) etik davranış qaydalarının başqaları tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə
b) etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə
c) vəzifə səlahiyyətlərinin özü və başqaları tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə
d) heç biri

 

12. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu:
a) insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) qismən yol verə bilər
b) insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir
c) insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) özlərinin razılığı olduqda yol verə bilər
d) heç biri

 

13. “Etik davranış qaydaları haqqında” qanuna əsasən qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı:
a) fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir
b) yalnız dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir
c) yalnız vəzifəli şəxslərin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir
d) heç biri

 

14. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu:
a) birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yalnız yazılı əmri və sərəncamı yerinə yetirməyə borcludur
b) yalnız birbaşa rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri və sərəncamı yerinə yetirməyə borcludur
c) birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur
d) hamısı doğrudur

 

15. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə:

a) bu barədə yazılı əsaslandırmanı yalnız birbaşa rəhbərinə təqdim etməlidir
b) bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir
c) bu barədə yazılı əsaslandırmanı yalnız yuxarı rəhbərinə təqdim etməlidir
d) bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərinə təqdim etməyə də bilər

 

16. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə o, birbaşa rəhbərindən nəyi tələb etməlidir:

a) bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını
b) bu əmr, sərəncam və ya tapşırığın şifahi şəkildə təsdiq olunmasını
c) heç bir halda rəhbərdən tələb edilə bilməz
d) bu əmr, sərəncam və ya tapşırığın geri götürülməsini

 

17. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə:

a) o, həmin əmr, sərəncam və ya tapşırığı yerinə yetirməyə məcburdur
b) o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən yuxarı orqanın razılığı ilə imtina edə bilər
c) o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən yalnız rəhbərin razılığı ilə imtina edə bilər
d) o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər

 

18. “Etik davranış qaydaları haqqında” qanuna görə qanuni göstərişlərin yerinə yetirilməməsi:

a) intizam məsuliyyətinə səbəb olur
b) inzibati məsuliyyətə səbəb olur
c) intizam və inzibati məsuliyyətə səbəb ola bilər
d) hamısı

 

19. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən:

a) siyasi bitərəfliyə əməl etməyə borclu deyil
b) qərəzsiz olmalıdır
c) irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına qanunvericiliklə nəzərdə tutulmuş hallarda yol verə bilər
d) yalnız “Etik davranış qaydaları haqqında” qanunu rəhbər tutmalıdır

 

20. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi:

a) qanunvericiliklə nəzərdə tutmuş hallarda mümkündür
b) rəhbərin icazəsi olmadan mümkün deyil
c) qismən qadağandır
d) qadağandır

 

21. “Etik davranış qaydaları haqqında” qanuna əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu:

a) həmin xidmətə (xidmətlərə) görə rəhbərin icazəsi ilə haqq tələb edə bilər
b) həmin xidmətə (xidmətlərə) görə istisna hallarda haqq tələb edə bilməz
c) həmin xidmətə (xidmətlərə) görə yalnız hədiyyə qəbul edə bilər
d) heç biri doğru deyil

 

22. “Etik davranış qaydaları haqqında” qanuna əsasən qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu:

a) həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz
b) dövlət orqanın rəhbərinin icazəsilə həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilər
c) yalnız bilavasitə rəhbərin icazəsi ilə həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz
d) həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq yalnız öz məqsədləri üçün lazım olduqda tələb edə bilər

 

23. “Etik davranış qaydaları haqqında” qanuna əsasən tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu:

a) Məhkəmənin göstərişi ilə digər tərəf ola bilər
b) Yalnız inzibati vəzifə tutan şəxslər digər tərəf ola bilər
c) digər tərəf ola bilər
d) digər tərəf ola bilməz

 

24. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri:

a) özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz
b) rəhbərin icazəsi olduqda özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilər
c) özü və ya digər şəxslər üçün qismən tələb edə və ya qəbul edə bilər
d) heç biri doğru deyil

 

25. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu:

a) qulluq etdiyi dövrdə maraqların toqquşmasına istisna hallarda yol verə bilər
b) qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edə bilər
c) xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borclu deyildir
d) başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir

 

26. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu:

a) qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə yenidən işə qəbul edilə bilər
b) qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilər
c) əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə heç vaxt işə qəbul edilə bilməz
d) əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə istənilən vaxt işə qəbul edilə bilmez

 

27. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə tanış olmalıdır:

a) etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla
b) yalnız etik davranış qaydaları ilə
c) yalnız korrupsiyaya qarşı mübarizə haqqında qanunla
d) heç biri

 

28. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların:

a) qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir
b) bütün hallarda əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir
c) qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü qismən təmin etməlidir
d) heç biri doğru deyil

 

29. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları:

a) dövlət maraqları üçün istifadə edə bilməz
b) şəxsi maraqları üçün istifadə edə bilməz
c) yalnız dövlət və şəxsi maraqlar üçün istifadə edə bilər
d) bütün hallarda şəxsi maraqlar üçün istifadə edə bilər

 

30. “Etik davranış qaydaları haqqında” qanuna əsasən qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa:

a) dövlət qulluqçusu yalnız rəhbərin icazəsi ilə ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir
b) dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv ola bilməz
c) dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv ola bilər
d) dövlət qulluqçusu yalnız yuxarı orqanın icazəsilə ictimai və ya siyasi birliyə üzv ola bilər

 

31. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə:

a) yalnız ictimai şübhə doğura bilər
b) ictimai şübhə doğurmamalıdır
c) qismən şübhə doğura bilər
d) heç biri düz deyil

 

32. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını:

a) yalnız dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir
b) yalnız ictimai birliklərin fəaliyyətində iştiraka təhrik etməməlidir
c) ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir
d) yalnız ictimai təşkilatların fəaliyyətində iştiraka cəlb edə bilər

 

33. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət orqanlarında yaradıla bilər:

a) ictimai birliklərin struktur bölmələri
b) siyasi birliklərin struktur bölmələri
c) həmkərlar ittifaqlarının struktur bölmələri
d) heç birini

 

34. Dövlət qulluqçusu seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə hansı hallarda istifadə edə bilər?

a) Siyasi partiyaların fəaliyyətində iştirak etmədikdə
b) bütün hallarda
c) heç bir halda 
d) ictimai şüphə doğurmadıqda

 

35. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti xidməti qaydada həyata keçirir:

a) dövlət orqanının rəhbəri
b) yuxarı orqan
c) nəzarət orqanı
d) hamısı

 

36. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti tabeçilik əsasında həyata keçirir:

a) dövlət orqanının rəhbəri
b) yuxarı orqan
c) nəzarət orqanı
d) heç biri

 

37. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət orqanının rəhbəri:

a) daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir
b) dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir və ümumiləşdirmə aparır
c) dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir
d) etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir

 

38. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət orqanının rəhbərinə aid olan vəzifələrdən biri yanlışdır:

a) tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir
b) rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir
c) etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir
d) daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir

 

39. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət orqanının rəhbərinə aid olan vəzifələrdən biri yanlışdır:

a) tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir
b) öz səlahiyyətləri çərçivəsində bu qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib hazırlamalı və təsdiq etməlidir
c) etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir
d) bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir

 

40. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır:

a) etik davranış qaydalarının pozulması
b) dövlət bayrağından istifadə qaydalarının pozulması
c) dövlət dilinin istifadə qaydalarının pozulması
d) hamısı

 

41. “Etik davranış qaydaları haqqında” qanuna əsasən hansı hallarda intizam icraatına başlanıla bilər:

a) qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə yalnız hüquqi şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi
b) yalnız normativ-hüquqi aktlarda dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi
c) kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi
d) hamısı

 

42. “Etik davranış qaydaları haqqında” qanun neçənci ildə qüvvəyə minib?

a) 20 Sentyabr 2001-ci il
b) 1 Mart 2002-ci il
c) 9 Fevral 2005-ci il
d) 31 May 2007-ci il 

 

43. “Etik davranış qaydaları haqqında” qanuna əsasən intizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə bu barədə cinayət təqibi orqanına kim məlumat verməlidir?

a) dövlət orqanının rəhbəri
b) dövlət qulluqçusunun özü
c) dövlət orqanının rəhbəri və dövlət qulluqçusunun özü
d) heç biri

 

 

Dostlarla Paylaş ↓