Video Kart Haqqında

 

VIDEO KARTLAR

Videokarta qrafik kart,ekran kartı da deyilir.Əlbəttə videokartın  ilk vəzifəsi CPU-nun istehsalını  monitora təqdim etməkdir,amma günümüzdə videokart deyəndə ilk ağıla gələn ağır qrafik həllər olur (3D oyunlar,ağır qrafika tələb edən qrafik proqramlar və s).Hər bur şəxs istifadə etdiyi videokarta,onun PC-sində olan olan kartın səviyyəsinə görə ad verir.Amma bu da bir həqiqətdir ki,inteqrasiya edilmiş videokart məhz sadəcə görüntü məqsədi ilə yaradılmışdır,və elə bu amala da xidmət edir.Ötən məqaləmdə də xatırlatmışdım ki,inteqrasiya edilmiş videokartlar (ana kartın üstündə olan videokartdan söhbət gedir)əsasən ofis şəraitində (ucuz başa gəldiyi üçün) istifadə edilir.Bu məqalədə videokartın iş prinsipi,görüntünü necə emal etməsi,texnikası və qismən də arxitekturası ilə tanış olacağıq.

Piksellər və rənglər

Bütün rəqəmsal görüntülərin ən kiçik üçlük nöqtə qrupuna piksellər deyilir.Bütün rəqəmsal görünülər(məsələn;şəkillər) üfüqi və şaquli şəkildə yan yana düzlmüş piksellərdən əmələ gəlir.Məsələn;deyək ki, ekranımızda ekran ölçüsünü 1024X768 təyin etdik.Burada 1024 üfüqi, 768 isə şaquli piksel sayını göstərir.Rənglər isə RGB texnologiyası ilə təyin edilir.Bu texnologiya bütün rəngləri yalnız bir birinə qarışdırılmış 3 rənglə; R-red(qırmızı), G-green(yaşıl), B-blue(mavi) rəngləri bir birinin üzərinə əlavə etməklə əldə edir.Hər bir pikselin bit dərinliyi o nöqtənin neçə fərqli rəng dərinliyini ifadə etdiyini göstərir.Yəni 4 bitin 16 rəngli olduğunu düşünsək,8 bitin -256, 16 bitin 65 mindən çox,24 bitin isə 16 milyondan cox rəngləri daşıdığını görərik.Biz ekranımımızı ayarlayanda onun ayarını 32 bit yəni “true color”yani əsl görüntü  16 milyon rəng edirik.Burada bir sual çıxır ki bəs niyə həm 24, həm də 32 bit seçimində 16 milyon rəng olur?Cavab belədir ki,yerdə qalan 8 bit isə görüntünün donuqluğuna və dərindəki rənglərin tamamlanmasına istifadə edilir.

VGA

VGA (Video Grapicks Array)ilk dəfə İBM şirkəti tərəfindən istehsal olunmuşdur.  VGA çıxışı yalnız 16 rəng ötürmüş və maksimum 640×480 ölçüsündən istifadə edilə bilmişdir.Yalnız texnologiyadakı irəliləyişlər yeni görüntü standartıarının yaradılmasını qaçılmaz etmişdir.

Fərqli görüntüləri əldə etmək üçün 3 əsas şərt var

  • Monitorun fiziki ölçüsü və dəstəklədiyi maksimum piksel sayı
  • Ekran kartının emal etdiyi maksimum piksel sayı
  • Ekranla videokartı bir birinə bağlayan kabel və ya birləşdiricilər

VİDEOKARTIN HİSSƏLƏRİ

Videokartlar 4 əsas hissədən ibarətdir

  • Grafik həll prosessoru (GPU)
  • Grafik RAMı
  • Bağlayıcılar
  • Soyuducular

GPU yani qrafik prosessor görüntü RAM ından məlumatı alir və bağlayıcılar vasitəsi ilə monitora göndərir.Muasir GPU-lar mərkəzi prosessordan daha sürətli və güclüdür.Ona görə də onlar mütləq şəkildə soyutma sistemlərinə ehtiyac duyarlar.Genişləndirilmiş videokartlar indiyənə qədər 3 qoşulma standartlarından istifadə etmişlər

  • PCİ
  • AGP
  • PCİ Express

PCİ standartı əvvəlki qrafik həlləri üçün yararlı olsa da,artıq müasir video tələblərə cavab vermədiyi üçün istifadə olunmur.(bilirik ki,PCİ ana kartda aşağı körpü ilə əlaqəli olduğu üçün aşağı sürətdə işləyir)AGP isə təkmilləşdirilmiş və yuxarı körpüyə köçürülmüş bir PCİ modifikasiyasıdır.PCİ express isə Daha sürətli və müassir interfeysdir.

AGP

AGP standartı İntel firması tərəfindən,PCİ videokartların artıq tələblərə cavab verə bilmədiyi üçün yaradılmışdır.PCİ dən üstünlüyü tək Şimal körpüsündə yer alması və xüsusı ötürmə yolundan istifadə etməsi deyil, eyni zamanda lazım gəldiyində istifadə edilmədiyi halda sistem yaddaşından və və əlavə adress yollarından istifadə edə bilməyidir.AGP-lər 1x,2x,4x, 8x takt tezliyi ilə təqdim edilib və sonrakı nəsil öncəki nəsildən 2 dəfə daha artıq takt tezliyi emal etmişdir.

PCİ EXPRESS

Günümüzdə istifadə etdiyimiz bu interfeys PCİ alternativi adlandırılsa da,əslində adından başqa heç bir xüsusiyyəti ilə PCİ –ni xatırlatmır.Ozünə məxsus genişlətmə yuvası olub,AGP-nin üstün cəhətlərini sadəcə bir standart kimi təqdim etmişdir.PCİ express x1 modu 2.5 GHz və 500MB/s ötürmə gücünə malikdir.(AGP-də bu 66MHz və 250 MB/s idi) PCİ expressin –də x2,x4,x8,x16, və x32 modları vardır.

GPU (Qrafik Prosessor)

Yuxarıda qeyd etdiyim kimi,videokartın da öz prosessoru olur.Günümüzdə iki ən böyük GPU istehsalçısı var.ATİ  və Nvidia.Bəzilərindən “Asus videokartı aldım,çox yaxşı işləyir və ya pis işləyir” kimi ifadə eşidə bilərsiniz.Amma bu o demək deyil Asus firması videoprosessor hazırlayır.bilin ki hansı firma olursa olsun,onun GPU su mütləq ya ATİ Radeon,ya Nvidia, qismən də intel və ya sis ola bilər.Təsuflər olsun ki bu gün əksər istifadəçilər qrafik kartı alarkən onun GPU-suna deyil,RAMına baxırlar.Sonra da,qonşunun 512mb kartı niyə onun 1Gb kartından daha yaxşı işləyir deyə düşünməyə başlayır.Bu həqiqətən də belədir.Cünki bəzən firmalar istehsal etdiyi GPU nun keyfiyyətsiz olduğunu anlayıb,onu yüksək Ram la təhciz edib,sözün əsl mənasında bizə sırıyırlar.Buna görə də videokart alarkən,əsas onun GPU-sunun hansı keyfiyyətdə olduğu ilə maraqlanmaq lazımdır.Günümüzdə bazarlardan 30-50 manata 1 və ya 2GB –lıq videokart əldə etmək mümkündür.Amma orjinal videokartlar onlardan bir neçə dəfə bahadır.GPU-nun nə qədər keyfiyyətli olmasını yalnız ağır qrafik oyunlarda anlamaq olar.Amma videokartın performasını təkcə GPU həll etmir,onunla bərabər videokartın RAMın növü və sürəti,məlumat ötürülmə yolunun genişliyi,və bütünlüklə GPU nu tamamlayan RAMın səviyyəsi də önəmli faktordur.

GRAM

Adından da göründüyü kimi qrafik RAMı ifadə edir.Qrafik RAM GPU ya, anakartın üzərində olan RAMın CPU ya ötürməsindən daha sürətli və çevikdir.Buna bariz nümunə olaraq,anakartın uzerindəki ramın günümüzdə DDR3,Video RAMın ise GDDR5 olduğunu göstərmək olar.Amma bu uğurlu kombinasıya bununla bitmir,ayrıca bu gün 512 mb genişliyində ötürmə yolundan istifadə edən qrafik kartlar istehsal olunmuşdur.yani 1GB olan GDDR5olan, ötürmə yolu 256 olan videokartın rami 2GB DDR1 Ram dan daha sürətlidir.Ona görə də her zaman çalışmaq lazımdir ki,PC nizdə RAM la Videokartın balansını saxlayın.2Gb ramı olan komp-da 1 GB videokart kifayətdir.

DirectX, OpenGL

Proqramların GPU ilə anlaşmasını təmin edən bir programlardır.Çünki bu texnologiyalar olmasaydı,əməliyyat sistemləri qrafik həllərinin qarşısında aciz qalardılar.Çox güclü olan GPU ilə sistemin ayaqlaşa bilməməsi,ayrıca oyun yaradan proqramçıların hər gün daha ağır qrafik həlləri əvvəllər tez tez sistemin çökməsinə səbəb olduğu üçün, Directx və OpenGL Microsoft tərəfindən hazırlandı.Bu oyun yaradan proqramistlərin də işinə yaradı.Çünki onlar daha çəkinmədən istədikləri səviyyədə qrafik həllər yarada bilərlər.DirectX bu tipli məlumatlarin GPU tərəfinfən emal edilməsi üçün,bu həcmli yazılımların bir başa GPU ya çatmasını əngəlləyir və sözün həqiqi mənasında məlumatları hamarlayır,ceynəyir,GPU nun anlayacağı şəkilə salaraq GPU ya ötürür.Bu gün Əməliyyat sistemlərinin üzərində,və ya Oyun disklərinin üzərində DirectX görə bilərsiniz.

Bu gün müasir videkartların üzərində tək VGA deyil,HDMİ və DVİ çıxışlarını da görə bilərsiniz.VGA analoq siqnal ötürdüyü halda DVİ rəqəmsal siqnal ötürür.Əslində videokart bütün emal etdiklərini rəqəmsal formada təqdim edir.Sadəcə əyər monitorunuz VGA çıxışınıa bağlanıbsa,onda RAM DAC onu analoq siqnala çevirir,və ya əksinə.Videokartların üzərində BİOS mövcuddur.Bu yeni videokart anakarta yerləşdirəndə videokart haqqındakı məlumatları anakartın BİOSuna ötürməsi məqsədi daşıyır.Bununla da istənilən videokartı anakarta yerləşdirəndə BİOS onu tanıyir,və kart problemsiz və öz effekti ilə işləməyə başlayır.

Müəllif: Elmir Etibaroğlu

Dostlarla Paylaş ↓