Bu saytı yaratmaqda məqsədim bildiklərimi, məndə olan məlumatları sizlərə çatdırmaqdı.İstər video olsun istər adi yazı ilə paylaşdıxlarım hər birini oyrətmək məqsədi ilə paylaşıram.

Müsahibə Üçün Məlumatlar! Dünya Görüşü və Azərbaycan

Dünya Görüşü və Azərbaycan

 

1.Azərbaycanın Milli Qəhrəmanı adına ilk dəfə layiq görülən şəxslərdən kimləri tanıyırsınız?

Seyidov Məhərrəm Mirəziz oğlu—Naxçıvan MR Şərur RDİŞ nəzdində mühafizə şöbəsinin baş inspektoru, milis kapitanı.

Əliyev İlham Müzəffər oğlu—Nizami (Gəncə şəhəri) RDİŞ cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, milis leytenantı.

Kovalyov Yuri Petroviç—XTMD milis starşinası.

Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu—Şəki ŞDİŞ sahə inspektoru, milis baş leytenantı.

Hacıyev Əlif Lətif oğlu—Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi, milis mayoru.

Məmmədov Səfərəli Qurban oğlu—Ağdam RDİŞ vzvod komandiri, milis leytenantı.

Əliyev Yusif Əliyusif oğlu—Bakı şəhəri Dİİ PQKA 3-cü rotasının milis nəfəri, sıravi.

Hüseynov Vüqar Tofiq oğlu—XTMD milis nəfəri, milis baş serjantı.

Quliyev Nofəl Zahid oğlu—XTMD milis nəfəri, milis starşinası.

Abbasov Mehdi Yusif oğlu—XTMD rota komandiri, milis baş leytenantı.

Müslümov Valeh Əlirza oğlu—XTMD milis nəfəri, milis serjantı.

Azərbaycan Respublikası Prezidentinin 06.06.1992-ci il tarixli Fərmanı ilə.

  1. Azərbaycan – Gürcüstan arasında siyasi-iqtisadi və mədəni əlaqələr. Gürcütanda yaşayan Azərbaycanlılar.

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.

Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ – 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir.Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildəHeydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:

  1. Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi
  2. Qafqazda nisbi siyasi sabitliyin yaranması
  3. Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi
  4. Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəmərini işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24-25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.

Son zamanlar Gürcüstanın bəzi ictimai-siyasi dairələrində Azərbaycanın ərazisi olan şimal-qərb bölgəsinə, həmçinin David Qareci monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı açıq və üstüörtülü formada iddialar irəli sürülməkdədir.

2012-ci il yekunlarına görə Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur. Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir.

Tarixdən məlumdur ki, qədim zamanlardan Güney Qafqazda məskunlaşmış, dili, mədəniyyəti, adət–ənənələri və dini inamları müxtəlif olan iki qədim xalq — Azərbaycan türkləri və gürcülər ayrı–ayrı bölgələrdə məskunlaşsalar da, demək olar ki, əsasən birgə qonşuluq və əmin–amanlıq şəraitində yaşamışlar. Azərbaycan və gürcü xalqlarının dostluğunun çox qədim tarixi vardır. Bu münasibətlə, Azərbaycan xalqının ümummilli lideri, əbədiyaşar Heydər Əliyev demişdir: “Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Çox böyük tarixi ənənələrimiz vardır”… Xalqlarımız arasındakı bu dostluq telləri hər iki xalqın klassik ədəbiyyatında da öz bədii əksini tapmışdır. Buu Azərbaycan və gürcü şairlərindən Xaqaninin, Nizami Gəncəvinin, Ş.Rustavelinin, M.P.Vaqifin, M.V.Vidadinin, A.Bakıxanovun, M.Şəfinin, İ.Çavçavadzenin, A.Seretelinin, Yakov Qoqebaşvilinin, Səməd Vurğunun, Karlo Kaladzenin və başqalarının əsərlərində görmək olar. Azərbaycan və Gürcüstan xalqları XX əsrin sonlarında özlərinin müstəqilliyini və suverenliyini əldə etdikdən sonra müstəqil dövlətlərini yaratdılar və tarixi dövlətçilik ənənələrini bərpa etdilər. Bu müstəqillik dövründə isə Azərbaycan və Gürcüstan dövlətləri arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələr daha da inkişaf etmişdir.
Bu münasibətlə xalqlar dostluğunun carçısı, ümummilli lider Heydər Əliyev demişdir: “Gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan dostluq və qardaşlıq əlaqələrinin çoxəsrlik tarixi var. Əsrlər boyu biz bir yerdə, yan–yana yaşamışıq, bir–birimizə dayaq olmuşuq. Torpaqlarımızı yadelli qəsbkarlardan birlikdə qorumuşuq. Xalqlarımızın milli azadlığı, müstəqilliyi uğrunda birlikdə mübarizə aparmışıq”. Bu mənada indiki şəraitdə xalqlarımız arasındakı mehriban qonşuluq və dostluq əlaqələrini daha da inkişaf etdirilməsini tənzimləmək məqsədilə tərəfdaş dövlətlər səviyyəsində Bakıda “Gürcü Mədəniyyət Mərkəzi”nin və Tbilisidə “Azərbaycan Mədəniyyət Mərkəzi”nin yaradılması məqsədyönlü olardı… Artıq bu sahədə fərdi təşəbbüskarlıqla müəyyən işlər görülmüşdür (Azərbaycan, gürcü, rus dillərində kitablar və çoxsaylı məqalələr çap olunmuşdur). Bakıda “Gürcü Mədəniyyət Mərkəzi”nin və Tbilisidə “Azərbaycan Mədəniyyət Mərkəzi”nin yaradılması müasir həyatımızın tələblərindən irəli gəlir.
Azərbaycan və gürcü xalqlarının tarixi əlaqələrinin hər iki mədəniyyət mərkəzində qarşılıqlı surətdə araşdırılması, klassik Azərbaycan şairləri və mütəfəkkirləri Gürcüstan və gürcü xalqı haqqında (XII–XIX əsrlər), Gürcüstan XX əsr Azərbaycan ədəbiyyatında, Gürcü ədəbiyyatı Azərbaycan dilində Bakıda Şota Rustaveli, Nikoloz Barataşvili, İliya Çavçavadze, Tbilisidə isə Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Mirzə Cəlil günlərinin keçirilməsi, Azərbaycan və gürcü dillərinin qarşılıqlı əlaqələrinn araşdırılması kimi tədbirlər faydalı olardı.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycanda aşağıdakı tədbirlər planının hazırlanıb həyata keçirilməsi xalqlarımız arasında mehriban qonşuluq və dostluq əlaqələrinin yüksələn xətlə inkişaf etməsinə ən böyük töhfə olardı: Təhsil sahəsində: — Azərbaycanla Gürcüstan arasında elmi və mədəni əlaqələrin gələcək perspektivlərini inkişaf etdirmək məqsədilə Azərbaycanın ali məktəblərinin birində — Bakı Slavyan Universitetinin tərkibində “Tarix və Azərbaycan–gürcü filologiyası” fakültəsinin təsis edilməsi məqsədyönlü olardı.
Onu da qeyd etmək lazımdır ki, Tarix və Azərbaycan–gürcü filologiyası fakültəsinin təsis edilməsi Gürcüstanın qədim və zəngin arxivlərində Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, folkloru (şifahi xalq ədəbiyyatı, xalq musiqisi, xalq rəqsləri), teatrı, incəsənəti, xalq maarifi ilə bilavasitə bağlı olan çoxsaylı arxiv sənədlərinin, cünglərin, əlyazmaların tədqiq edilməsi və araşdırılması müəyyən məsələlərinin açılmasına imkan yaratmış olardı. Azərbaycan ali məktəblərinin birində Tarix və Azərbaycan–gürcü filologiyası fakültəsinin, ilk növbədə Tətbiqi Azərbaycan dili, Tətbiqi gürcü dili, Azərbaycan və gürcü ədəbiyyatları, Azərbaycan və Gürcüstan tarixi kafedralarının təsis edilməsi faydalı olardı.
Tarix və Azərbaycan–gürcü filologiyası fakültəsinin məzunlarından – ali təhsilli mütəxəssis — pedaqoji kadr kimi ümumtəhsil və ali məktəbin yuxarıda adı qeyd olunan kafedralarda müəllim kimi istifadə etmək olar. Həmin kadrlardan azərbaycandilli məktəblər üçün “‘Gürcü dili” fənnindən tədris proqramı, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, əyani vəsaitlər, əyani təbliğat vasitələri və s. hazırlanmasında və gürcüdilli məktəblər üçün “Azərbaycan dili” fənnindən tədris proqramı, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, əyani vəsaitlər, əyani təbliğat vasitələri və s. hazırlanmasında istifadə etmək olar.
–Azərbaycanda gürcüdilli məktəblər fəaliyyət göstərdiyi üçün Təhsil Nazirliyində, heç olmasa bir neçə nəfər gürcüdilli mütəxəssis–metodistin çalışması da vacibdir.
–Gürcüstanda azərbaycandilli məktəblər fəaliyyət göstərdiyi üçün Gürcüstanın Elm və Təhsil Nazirliyində, heç olmasa, bir neçə nəfər azərbaycandilli mütəxəssis metodistin çalışması da vacibdir.
Elmi–tədqiqat sahəsində: Tarixi haşiyə — Tarixdən məlum olduğu kimi, Azərbaycan türkləri və gürcülər tarix boyu mehriban qonşuluq, dostluq, əmin–amanlıq şəraitində yaşamış, yadelli işğalçılara qarşı birlikdə mübarizə aparmışlar və doğma Vətənlərinin azadlığını təmin etmişlər…Bu da qədim Tiflis şəhərində Azərbaycan türklərinin məskunlaşmasına və burada özlərinin milli mədəniyyətini dövrün tələbinə uyğun inkişaf etdirməsinə geniş imkan vermişdir… Beləcə tarixən qədim Tiflis şəhəri Azərbaycan türklərinin (azərbaycanlıların) Mədəni Mərkəzinə çevrilmişdir… Bu da, şübhəsiz ki, həm Şimal qonşularımızı — Çar Rusiyasını, həm də Cənub qonşularımızın — İran şahlığını narahat edirdi…Nəhayət, “Xalqlar həbsxanası” adlanan Çar Rusiyası ilə İran şahlığı öz aralarında sövdələşərək Güney Qafqazı iki yerə parçalamaq planını hazırladılar…Azərbaycanın və Gürcüstanın tarixi düşmənləri olan bu ölkələr XVIII əsrin son onilliyindən və XIX əsrin ilk 20–ci illərindən özlərinin strateji planlarını reallaşdırmaq məqsədilə geniş işğalçılıq müharibələrinə başladılar. Çar Rusiyası əvvəlcə 1801–ci ildə Gürcüstanın işğalını başa çatdırdı və sonra isə, 1803–cü ildən etibarən Azərbaycanın işğalına başladı və Azərbaycanın şimal ərazilərini işğal etdiyi dövrdə İran şahlığı da Azərbaycanın Cənub ərazilərini tutmağa başladı… və nəhayət, 1813–cü il Gülüstan və 1828–ci il Türkmənçay müqavilələrinin şərtlərinə görə, Azərbaycanın 144 min kvadratkilometrlik ərazisinin “Xalqlar həbsxanası” adlanan Çar Rusiyası, 356 min kvadratkilometrlik ərazisi isə İran şahlığı tərəfindən işğal edilməsi hüquqi baxımdan əsaslandırıldı… Beləliklə də, bədxah qonşularımızın işğalçılıq siyasətinin nəticəsi olaraq, həm Azərbaycanın, həm də Gürcüstanın tarixi dövlətçiliyinə və dövlətçilik ənənələrinə qəsd edildi. Çar Rusiyası Güney Qafqazda müstəmləkəçilik siyasətini həyata keçirmək və idarəetməni tənzimləmək məqsədilə Tiflis şəhərində canişinlik idarəsi yaratdı…
Nəhayət, XX əsrin ilk 20 illiyində Çar Rusiyasını xalqların inqilabi hərəkatı dalğaları bürüdü. Əlbəttə, bu inqilabi dalğalarda Bakı və Tiflis şəhərlərinin fəhlə sinfi də fəal iştirak edirdi…Beləcə də XX əsrin ikinci onilliyində bir tərəfdən Güney Qafqaz xalqlarının (Azərbaycan türklərinin və gürcülərin) milli azadlıq hərəkatının güclənməsi, digər tərəfdən isə 303 il Çar Rusiyasında hakimiyyət başında olan Romanovlar sülaləsinin hakimiyyətinin laxlaması nəticəsində 1917–ci ilin fevralında Romanovlar monarxiyasına son qoyuldu…və beləliklə də, Çar Rusiyası imperiyasının varlığına birdəfəlik son qoyuldu…Bu siyasi münbit şəraitdən istifadə edərək uzun müddət Çar Rusiyasının müstəmləkəsi altında olan xalqlar öz müstəqilliyini və suverenliyini elan etdi və tarixi dövlətçiliyini yenidən bərpa etdi…
O cümlədən də 1918–ci ilin 28 mayında Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və Azərbaycan dövlətçiliyi bərpa olundu…və ölkə müstəqillik yolu ilə irəlilədiyi bir dövrdə Rusiya Federasiyası özünü “Xalqlar həbsxanası” olan Çar Rusiyasının varisi elan edərək, 1920–ci ilin 28 aprelində Azərbaycanı yenidən — ikinci dəfə işğal etdi və 70 il öz hakimiyyətini davam etdirdi”. Bu aqibəti eyni ilə qonşu gürcü xalqı da yaşadı. 1918–ci ilin 26 mayında gürcü xalqı da öz müstəqilliyini elan etdi və Gürcüstan Demokratik Respublikasını yaratdı… Lakin Rusiya Federasiyası 1921–ci ilin 23 fevralında Gürcüstanı da yenidən —ikinci dəfə işğal etdi…Beləcə, Gürcüstanın da müstəqilliyinə və dövlətçiliyinə son qoyuldu…və 70 il Gürcüstan da Sovet imperiyasının tərkibində yaşamalı oldu… Onu da qeyd edək ki, 1922–ci ildə sabiq SSRİ yaradılarkən Zaqafqaziya respublikaları vahid halda dövlət subyekti kimi SSRİ–nin tərkibinə birləşdirildi və bu dövlət strukturunun mərkəzi Tiflis şəhərində yerləşdirildi…
Nəhayət, 70 il dünyaya meydan oxuyan SSRİ imperiyası 1991–ci ildə çökdü və həmişəlik dağıldı və onun ərazisində 15 yeni müstəqil dövlət yarandı. O cümlədən Azərbaycan və Gürcüstan xalqları da yenidən öz müstəqilliyinə və azadlığına qovuşdu…
Gürcüstanın qədim və müasir arxivlərində saxlanılan tarixi materiallar və rəsmi sənədlər arasında Azərbaycanla bilavasitə bağlı olan minlərlə tarixi materiallar, rəsmi sənədlər, həmçinin müxtəlif araşdırmalar vardır. Odur ki, xalqımızın tarixi ilə yaxından bağlı olan həmin materialların sistemli və ardıcıl olaraq araşdırılıb xalqımıza çatdırılması vacibdir. Bu mənada onu da qeyd etmək lazımdır ki, heç bir xalqın, o cümlədən də Azərbaycan xalqının tarixini yalnız Azərbaycanda mövcud olan arxiv materialları, kitablar, cünglər, səyyahların qeydləri, rəsmi sənədlər, xatirələr və s. ilə mükəmməl, əsaslı və obyektiv halda araşdırmaq qeyri–mümkündür…Həmçinin onu da qeyd etmək lazımdır ki, hər bir xalq və ya xalqın nümayəndələri özünü başqa bir xalqın nümayəndələrinə təqdim edərkən ilk növbədə özünün ana dili vasitəsilə xalqının milli mədəni–etik səviyyəsinin müasir durumu ilə təqdim edir. Bu da şübhəsiz ki, bəşəriyyətin müasir mədəni dəyərlərinin tələblərindən irəli gəlir…
Yuxarıda qeyd olunanları həyatda reallaşdırmaq məqsədilə aşağıda qeyd olunan problemlərin həll edilməsi vacibdir: –”Tarix və Azərbaycan – gürcü filologiyası” fakültəsinin məzunlarından ali təhsilli kadr kimi Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında elmi işçi kimi və tərcümə sahəsində tərcüməçi kadrlar kimi istifadə etmək olar.
–Diplomatik sahədə: Gürcüstandakı səfirlik və ya konsulluq əməkdaşlarının gürcü dilini bilməsi vacibdir. Çünki “Azərbaycan dövlət dili haqqında” qanununun “Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi” adlanan 12 maddəsində qeyd olunduğu kimi “12.2 Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili iləyanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər…”.
Deməli, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan səfirliyinin əməkdaşları da hər şeydən əvvəl gürcü dilini bilməlidirlər. Azərbaycan Prezident Aparatında, Nazirlər Kabinetində, Milli Məclisdə, həmçinin ayrı–ayrı nazirliklərdə də gürcüdilli milli kadrlardan istifadə edilə bilər.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı Slavyan Universitetinin nəzdində Tarix və Azərbaycan–gürcü filologiyası fakültəsinin təsis edilməsi Azərbaycanla Gürcüstan arasında ümumi tərəfdaşlığın inkişafına müsbət təsir göstərə bilər. Ümidvarıq ki, əlaqədar təşkilatlar bu barədə öz sözünü deyəcəklər.

Mədəd Çobanov, filologiya elmləri doktoru, professor.

Gürcüstan azərbaycanlıları — Gürcüstan hüdudlarında tarixən yaşayan azərbaycanlıların icması. Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini Qarapapaqlar, Qıpçaqlar, Saklar, Gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi, Rustavi və Aqara şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir . Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV-XV əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinəAzərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrıseçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür. Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər. Hazırda Tiflisin Meydan, Ortaçala, Vera, Vaşlıcuvar, Saburtalo, Sanzona və Varketili massivlərində kompakt şəkildə yerləşməkdədirlər. 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Gürcüstan azərbaycanlılarının sayı 284,8 min nəfərdir. 90-cı illərin əvvəllərindən etibarən sosial vəziyyətin çətinliyi üzündən yüksək emiqrasiya və doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq əhalinin sayında azalma müşahidə edilir. Belə ki, 1989-cu ildən ötən 13 il ərzində Gürcüstan azərbaycanlılarının sayı 7,4% azalmışdır. Bununla belə azərbaycanlıların emiqrasiyası digər etnik azlıqlarla müqayisədə daha kiçikmiqyaslı olduğundan ölkə əhalisinin cəmi sayında onların xüsusi çəkisi 5,7%-dən 6,5%-dək artmışdır

  1. Azərbaycan Respublikasının Beynəlxalq öhdəlikləri.
  2. Xocalı faciəsi. Faciənin dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən,etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”“Xocalı soyqırımı” kimi anılır. Ermənistanda isə bu əməliyyat “Xocalı döyüşü”“Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (ing. “Khojaly Massacre”fr. “Massacre de Khodjaly”) terminindən istifadə etməyə üstünlük verir. “Xocalıya ədalət” beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır

Leyla Əliyevanın təşəbbüsü soyqırımı faktının xaricdə tanınması prosesinə böyüktöhfə verib Ölkəmizin dünya birliyinə inteqrasiyası, respublikamızın tərəqqisi, xalqımızın rifah halınındaha da yaxşılaşdırılması istiqamətində ulu öndərin müəyyənləşdirdiyi siyasətin tədqiqedilməsinə, təşviqatına, tarixi şəxsiyyətin ümummmilli ideyalarının reallaşdırılmasına dəstəkverən Heydər Əliyev Fondu Azərbaycanın bütün sahələrdə dinamik inkişafına, ölkəmizdəvətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə layiqli töhfə verir. Heydər ƏliyevFondu həyata keçirdiyi uğurlu layihələrlə ölkəmizin dünya miqyasındakı nüfuzunun artmasındamühüm xidmətlərə malikdir. Milli maraqların təminatı, müasirləşmə, respublikamız haqdahəqiqətlərin yayılması, ölkəmizin xarici aləmə olduğu kimi təqdim edilməsi və digər müqəddəsmissiyaları müvəffəqiyyətlə həyata keçirən fondun bütün təşəbbüsləri uğurlu nəticələr verir.Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, MilliMəclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən bütünproqramlar, layihələr müasir dövrün ehtiyac və tələbləri, milli xüsusiyyətlərilə uyğunlaşaraqölkəmizin tərəqqisinə təkan verir. Fondun fəaliyyəti yalnız bununla yekunlaşmayaraqAzərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat vətəşviqatın aparılması ilə şaxələnir.Azərbaycan həqiqətlərinin carçısıTarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalısoyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Buqətliamların müəllifləri isə özlərini dünyaya “əzabkeş” kimi təqdim edən erməni millətçiləridir. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan bu faicə əslində, ermənitəcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, dünya miqyasında insanlığa yönəldilmişqəddarlığı idi. Xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı hər il daha geniş miqyasda qeyd olunur, humanitar fəlakət qurbanlarınınxatirəsi əziz tutulur.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ərazilərimizin erməni silahlıbirləşmələri tərəfindən işğalı, bu münaqişə nəticəsində doğma yudlarından didərgin düşmüş yüzminlərlə soydaşımızın üzləşdikləri çətinliklər daim Heydər Əliyev Fondunun diqqətmərkəzindədir. Fond Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymətverilməsi istiqamətində atılan addımları uğurla davam etdirir. Tədbirlərdə Heydər ƏliyevFondunun hazırladığı “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əksetdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində faciə haqqında dərcedilmiş materiallar, habelə fonlun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalıuşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsindən ibarət ekspozisiyalar nümayiş etdirilir.Faciənin bütün detallarını əks etdirən faktların beynəlxalq aləmə çatdırılması istiqamətindəgörülən işlərdə təşkilatın fəaliyyəti özünəməxsus yer tutur. Fondun dəstəyi və təşkilatçılığı iləməktəblilər arasında keçirilmiş “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsi, fotoşəkillərin, əlişlərinin dünyanın bir sıra qabaqcıl ölkələrində təşkil olunmuş sərgisi beynəlxalq ictimaiyyətdəXX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırıb.Məhz Heydər Əliyev Fondunun gərgin əməyinin nəticəsi olaraq indi dünya ölkələri əvvəlkiillərdən fərqli olaraq erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğunməlumatlandırılıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşıyönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildəpisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar. Soyqırımının tanıdılması istiqamətində sistemli fəaliyyətAzərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbkarları haqqında dünyabirliyndə aydın təsəvvürün formalaşdırılmasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın xüsusi xidmətləri var.İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva Xocalı soyqrımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərərək erməni silahlı birləşmələrinin ölkəmizin ərazisində həyata keçirdikləri soyqırımı siyasətinə dair faktları beynəlxalq birliyə təqdim edir. İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması istiqamətində apardığı mühüm iş öz səmərəsini verməkdədir. Gənclər forumu hələ 2007-ci ilin payızında Bakıda “Gənclər sivilizasiyaların alyansına tərəfdardır” təşəbbüsü çərçivəsində təsis olunmuş “Sivilizasiyaların alyansı” Beynəlxalq Gənclər Hərəkatına müraciət edərək, bu qurumdan əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın yürütdüyü siyasəti dünya birliyinə çatdırmağı tələb etmişdir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayın 8-də elan olunmuş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində ilk tədbir İstanbulun “Taksim” metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı oldu. Kampaniya çərçivəsində yalnız Türkiyə deyil, Avropanın başqa şəhərlərində də sərgilər təşkil olundu. İstanbulda İKT-nin Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə 2008-ci ilin mayın 17-də keçirilmiş İKĞT ekspertlərinin ikigünlük iclasında kampaniya ekspertlər tərəfindən bəyənildi və 26 fevral – Xocalı soyqırımı gününün bu beynəlxalq təşkilata üzv ölkələrdə humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması haqda mühüm qərar qəbul olundu. 2008-ci ilin iyununda İKT-nin üzvü olan dövlətlərin xarici işlər nazirlərinin Uqandadakı konfransında İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın “Xocalıya ədalət – Qarabağa azadlıq” təşəbbüsü təsdiq olundu. Xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında qəbul olunan xüsusi qətnamə dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasını təmin etdi. Leyla xanım Əliyeva bu təşəbbüsünün nüfuzlu beynəlxalq təşkilat tərəfindən bəyənilməsini yüksək qiymətləndirərək dünya birliyinin Ermənistan, onun işğalçılıq siyasəti haqqında əsl həqiqətləri anladığını qeyd etdi: “Bu sənədin qəbul edilməsi Azərbaycan torpaqlarının işğal faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvisiyasi baxımdan daha da təcrid olunmasını əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İKT üzvü olan ölkələrə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır”. Bu beynəlxalq kampaniyanın dünya miqyasında daha geniş təbliği üçün informasiyakommunikasiyaları sistemlərindən də geniş istifadə edilir. Kampaniyanın virtual aləmdə yayılması və bu qəbildən olan silsilə tədbirlərin sistemləşdirilməsi məqsədilə yaradılan internet saytı Xocalı faciəsinin əsl günahkarlarının, xalqımıza qarşı soyqırımı haqqında faktların dünya ölkələrinə daha geniş çatdırılmasına imkan yaradır. Artıq proqram və onun internet saytı dünyanın müxtəlif şəhərlərində – Vaşinqton, İstanbul, Berlin, Buxarest, Kiyev, Vyana, Brüssel, Pekin, Varşava və digər ölkələrdə Xocalı soyqırımı haqqında dolğun məlumatları beynəlxalq icttmaiyyətə çatdırır. Anar RASİMOĞLU

  1. Azərbaycanlıların soyqırım günü.

Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 əsr ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı bir qəddar siyasətdir. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.

Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan” dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişdilər.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

18131828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. 19051906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, ŞuşaCəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Statistik məlumatlara əsasən demək olar ki, 19051907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətini həyata keçirməsindən, “Türksüz Ermənistan” planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.

1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. lrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində (“Aşxadavor” (“Əməkçi”) qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir: “Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik. Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfıqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 mın nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan “Böyük Ermənistan” ideyası ətrafında Gürcüstanın tərkibində olan AxalkalakiBorçalı, Azərbaycanın QarabağNaxçıvanGəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Nevada ştatının qubernatoru Cim Qibbons 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ştat ərazisində matəm elan edib (2009). APA-nın ABŞ bürosunun məlumatına görə, bu, ABŞ tarixində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə matəm elan olunmasına dair ilk haldır.

Qubernator Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) vasitəsilə qubernator ona ünvanlanan onlarla məktuba cavab olaraq tariximizin qanlı səhifəsinə həsr olunan bəyanat yayıb. USAN-nin icraçı direktoru Adil Bağırovun APA-ya verdiyi məlumata görə adı çəkilən bəyanatın ərsəyə gəlməsində təşkilatın Nevada ştatı üzrə fəalı Bob Güneyin böyük xidməti olub. Bəyanatda ermənilərin 1918-ci il mart ayında Bakı və Azərbaycanın digər şəhərlərində on minlərlə mülki azərbaycanlının qətlə yetirilməsi münasibətilə başsağlığı verilir. Qubernator məktubunda həmçinin qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Vaşinqton Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi sayır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-da bir çox qubernator və şəhər merləri 28 may – Respublika Günü, 18 Oktyabr – Milli Müstəqillik Günü münasibəti ilə yerli azərbaycanlılara təbrik məktubları yollayıblar. Həmin məktublarda Azərbaycanın ərazi bütövlüyü tanınıb və Ermənistanın işğalçı dövlət olduğu qeyd olunub. USAN həmçinin Amerika kitabxanalarına Azərbaycan həqiqətləri haqqında bir çox akademik kitablar yollayıb.

  1. Azərbaycan ordusunun formalaşmasında yerli hərbi məktəblərin rolu. Ümummilli liderin yerli hərbi məktəblərin yaradılması istiqamətində fəaliyyəti.

Cəmşid Naxçıvanski adına Hərbi Litsey – Azərbaycanda hərbi təmayüllü internat məktəb. Bu gün məktəbin məzunları arasında yüksək rütbəli zabitlər, generallar var. Onlarla yetirməsi Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. Onların 9-u Azərbaycanın Milli Qəhrəmanıdır. Azərbaycanın istər dövlətçilik ənənələri, istər elmi bazası, istərsə də qəhrəmanlıq məktəbi – tarixən nail olduğumuz bu dəyərləri unutdurmağa, onu özgələrin tarixinə yazmağa çalışıblar. Xalqımızın qəhrəmanlıq tarixinə, döyüşkən ruhuna bələd olan çar Rusiyası azərbaycanlıların hərbi xidmətə çağırılmasını “tamam unutmuşdu”. Müxtəlif vasitələrlə orduda xidmət etməyə imkan tapan azərbaycanlılar isə yüksək hərbi rütbələrə qalxa bilirdilər. Çar generalları kimi böyük şöhrət qazanmış Cəfərqulu ağa BakıxanovƏsəd bəy Talışxanov, Hüseyn xan NaxçıvanskiHəsən bəy AğalarovBalakişi bəy ƏrəblinskiSəməd bəy MehmandarovƏliağa Şıxlinski və digərlərini göstərmək olar. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ilk gündən öz ordusunu yaratmaq qayğısına qaldı. Son dərəcə çətin və ağır bir şəraitdə, erməni qəsbkarları və onların havadarları ilə müharibə apara-apara öz ordusunu yaratdı. Generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin böyük zəhmət sərf etdikləri bu iş yarımçıq qaldı. XI ordu Bakını işğal etdi. Rusiya şərq sərhədlərini möhkəmlətmək üçün Azərbaycanda ordu və donanma yaratdı. Ancaq Azərbaycanı qarşıda daha böyük müsibətlər gözləyirdi. Elm, mədəniyyət sahəsində tanınmış ziyalıların, siyasi xadimlərin və peşəkar hərbçilərin repressiyası başlanmışdı.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarında onlarla təcrübəli, peşəkar hərbçimiz güllələndi. Sonra isə fəlakətin daha dəhşətli, daha qorxunc dövrü gəldi.

Yenə azərbaycanlılar hərbi xidmətə çağrılmır, əksinə, milli diviziyamızın ləğv edilməsi üçün tədbirlər görülürdü. Bu müsibətlər 19371938-ci illərdə daha dəhşətli hal aldı. Azərbaycan diviziyasının yaradıcılarından biri, Frunze adına Ali Hərbi Akademiyanın xüsusi fakültəsinin kurs rəisi Cəmşid Naxçıvanski də bu repressiyadan qurtula bilmədi. Azərbaycan diviziyası da ləğv edildi. 1938-ci ildən sonra azərbaycanlıların da ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı. Lakin azərbaycanlılardan ibarət yeni hərbçi nəslinin yetişməsinin qarşısını almaq məqsədilə onları xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərirdilər. Bütün bunlara baxmayaraq ocaq közərir, alovlanmağa imkan axtarırdı. Faşizmə qarşı müharibədə bu alovun qarşısını almaq olmadı. Cəbhədə qəhrəmanlıq göstərən onlarla azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı oldu, general rütbəsinə yüksəldi. Ancaq maneələr hələ də qalırdı.

Azərbaycanda hərbi məktəblər olmasına baxmayaraq, orada azərbaycanlıların təhsil alması çox müşkül məsələ idi. Yalnız cənab Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra bu problem öz həllini tapdı və həmin məktəblərdə azərbaycanlıların sayı artdı. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri də azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün indiki Cəmşid Naxçıvanski adına hərbi litseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan olmamışdı. Cənab Heydər Əliyev böyük uzaqgörənliklə, qeyri-adi cəsarətlə və inadkarlıqla bunu etdi.

Maarif Nazirliyi və respublika hərbi komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırlayır. Bu müraciət dərhal müzakirə olunur və 1971-ci il iyulun 20-də “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adını veririk. Bəli, C. Naxçıvanski adına hərbi litsey belə yarandı.

O vaxt SSRİ-də iki belə məktəb vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. Üçüncü belə məktəbin Azərbaycanda yaradılmasının əsas məqsədini ermənilər də, sovet rəhbərliyi də yaxşı anlayırdı. Ona görə də Bakıya ciddi təzyiqlər başlandı. Ermənilər açıq-aşkar deyirdilər ki, bu məktəb bağlanmalı və Yerevanda açılmalıdır. Mərkəzə məktublar, teleqramlar göndərirdilər ki, Bakıda açılan bu məktəbi bağlatsınlar.

1971-ci ildə yaradılmış C. Naxçıvanski adına Hərbi Litseyi bu günədək 8909 nəfər bitirib. Onlardan 10-u general, 1-i isə admiral ali rütbəsinə qədər yüksəlib. Təlaş içində olan Moskva hesab edirdi ki, belə bir məktəbi qapatmaq onlar üçün çox asandır. Lakin Heydər Əliyev şəxsiyyəti qarşısında düşünməli oldular. Ona görə də hüquqi yol axtarmağa başladılar. Və məktəbin lüzumsuzluğunu sübut etmək üçün SSRİ Müdafiə Nazirliyi general-leytenant Topovu Bakıya ezam edir. Cənab Heydər Əliyevin tapşırığı ilə xüsusi komissiya yaradılır. Topovun irəli sürdüyü hər bir dəlilin qarşısına çoxsaylı faktlar çıxarılırdı. O, açıqca deyirmiş ki, mən Mərkəz qarşısında cavab verməliyəm. Məktəb bağlanmalıdır… Axır ki, komissiya işini bitirdi. Sonda Topovu cənab Heydər Əliyev qəbul edir. Bu yüksək hərbçi bəlkə ilk dəfə idi ki, Mərkəzin tapşırığını yerinə yetirməmiş qayıdırdı. Beləliklə, Mərkəz Heydər Əliyevin məntiqi qarşısında geri çəkilməli oldu. C. Naxçıvanski adına məktəb yaşadı, inkişaf etdi. Sonralar da hamı dərk etdi ki, milli hərbi kadrlarımızın yetişdirilməsində bu məktəbin rolu əvəzsizdir. Qarabağ döyüşlərində vuruşan zabitlərimizin təxminən 70-80 faizi “Cəmşid Naxçıvanski”nin yetirmələridir. Ordu quruculuğunda da bu məktəbin rolu əvəzsizdir. Ümummilli liderimiz Heydər Əliyevin çox böyük uzaqgörənliyidir ki, ordu quruculuğuna başlayanda əlimiz boş qalmadı. Bu gün məktəb müasir texniki vasitələr, laboratoriyalar, kompüter otaqları ilə təchiz edilib.

Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin martında bu litseyin Naxçıvanda filialı açıldı. Bu gün məktəb daha yüksək tələblərə cavab verir. Hər zaman Heydər Əliyevin qayğısı ilə əhatə olunan məktəbi məhz buna görə də fəxrlə “Heydər Əliyev məktəbi” adlandırırlar. Məzunlar fəxrlə “Mən Heydər Əliyev məktəbinin məzunuyam” deyirlər. Heydər Əliyev məktəbini bitirənlər də mərd, cəsur, vətənpərvər olmalıdırlar.

  • Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi – 20 avqust 2001-ci il tarixdə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı məqsədi ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı.

Bununla da məktəbin respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu artdı.

  • 1999-cu ildən məktəbdə dəyişikliklərlə əlaqədar təhsil yeni proqramlara keçmişdir. 2003-cü ildə bu proqramlar təkmilləşdirilərək Azərbaycan Respublikasının müdafiə naziri və təhsil naziri tərəfindən təsdiq olunmuşdur.
  • Hərbi Dəniz Qüvvələrində miçman heyətinin peşəkarlığının artırılması üçün bir sıra tədbirlər görülmüşdür. 2003-cü ildən başlayaraq Təlim Tədris Mərkəzində və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində miçman kursunu keçənlər Hərbi Dəniz Qüvvələrinə göndərilirlər.
  • Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə 2003-cü ildən AAHDM-nin nəzdində gəmi şturmanı, suüstü gəmilərin silahları, suüstü gəmilərin rabitə və radiotexniki vasitələri, gəmi-dizel və dizel elektrik enerji qurğuları ixtisasları üzrə 10 aylıq zabitlər kursu fəaliyyət göstərir.
  • O cümlədən 27 may 2004-cü ildə Dövlət Sərhəd Xidmətinin Gözətçi Gəmilər Dəstəsinin bazasında dənizçi-sərhədçilərin, gözətçi gəmilərə kadrlar hazırlanması üçün müasir tədris avadanlıqları ilə təchiz edilmiş yeni təlim-tədris mərkəzi açılmışdır.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi – Müstəqil dövlətlərin təcrübəsindən və tarixindən mə’lumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü tə’min etmək üçün əsas qüvvə olaraq, dövlət quruculuğunun tərkib hissələrindən biridir. 20-ci əsrin ikinci on illiyinin sonlarında öz dövlət müstəqilliyini əldə etmək ərəfəsində Azərbaycan xalqının qarşısında dayanan başlica vəzifələrdən biri milli Hərbi Qüvvələrin yaradılması məsələsi idi. Bu məsələnin həlli və reallaşdırılması təkcə Azərbaycan xalqının milli mənafelərinin qorunması zərurəti ilə deyil, bəlkə də yaranmış şəraitdə Millətin qorunması zərurəti ilə şərtlənirdi. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam ordusunun komandanı tə’yin edildi. Türk zabitlərinin yaxindan köməyi və iştirakı ilə, Azərbaycan Demokratik Cumhuriyyəti ordusunu milli kadrla tə’min etmək məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Ümumilikdə iki ilə yaxin fəaliyyət göstərən ilk hərbi məktəbimiz 4 buraxılış keçirə bilmişdir. 1920-ci il may ayının sonunda Sovet hakimiyyətinin qurulması ilə əlaqədər ilk hərbi məktəb öz fəaliyyətini dayandirdi.

1939-cu ilin noyabr ayında SSRİ xalq müdafiə komisarının əmri əsasında Qroznı şəhərində Qroznı Hərbi Piyada Məktəbinin yaradılması göstərişi oldu. Bu günkü Azərbaycan Ali Hərbi Məktəbi öz yaranma tarixini həmin andan davam etdirir.

Məktəb yarandığı ilk günlərdən böyük çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində olmuşdur. Xüsusi ilə bu çətinliklərin əsası maddi-texniki tə’minatla əlaqədar idi. Kursantların dərslərinin və müstəqil hazırlığının keçirilməsi üçün sinif və auditoriyalar çatışmırdı. Atəş poliqonu çox primitiv şəkildə quraşdırılmış və atəş hazırlığından çalışmaların yerinə yetirilməsini tə’min etmirdi. Bütün bu çətinliklərə baxmayaraq 1 yanvar 1940-cı ildən məktəb tədris proqramını yerinə yetirməyə başladı. İlk aylarda kursantlar proqram üzrə müxtəlif müddətlə hazırlanırdılar. Hərbi hissələrdən məktəbə daxil olanlar bir illik proqramla, hərbi komisarlıqdan gələn mülki gənclər iki illik proqramla hazırlanırdılar. 1940-cı ilin martından bütün məktəb iki illik hazırlanma proqramına keçdi. Zabitlərin hazırlığı əvvəlcə iki peşə üzrə gedirdi:

  • atıcı tağım komandirləri
  • pulemyotçu tağım komandirləri

1941-ci ildə məktəbin ştatı böyüdü və kursantlar üç peşə üzrə hazırlanmağa başlandı:

  • atıcı tağım komandirləri 50 %
  • pulemyotçu tağım komandirləri 30%
  • minomyotçu tağım komandirləri 20%

Tədrisdə əsas diqqət hər bir kursantın hərbi texnikanı və taktikanı dərindən qavramasına, müasir silah növlərinin döyüş şəraitində bacarıqla istifadə edilməsinə yönəldilmişdir. Taktiki dərslər ilin fəsillərinə baxmayaraq, əksəriyyəti tə’lim meydanında, müxtəlif yerlərdə döyüş şəraitinə uyğun keçirilirdi.

1941-ci ilin mə’zunlarından biri həmin günləri belə xatırlayır: “Taktiki dərslər gündəlik 4-5 saat keçirilirdi. Daşqala adlanan dağda hətta ot belə bitmirdi, belə ki, biz sürünməkdən onları yox etmişdik.”

Zabitlərin hazırlanmasında əsas diqqət tə’lim metodik hazırlığına yönəldilmişdir. Belə ki, gənc komandirlər hərbi hissəyə gəldikdə şəxsi hey’ətlə döyüş hazırlığını bütün proqramların əsasında dərsləri keçirilməsini bacarsınlar. Tədris prosesinin əsası praktiki dərslərdən ibarət olurdu.

1940-cı ilin fevralın əvvəlində ilkin yığımın kursantları sıra qarşısında vətənə və öz xalqına sədaqətli olmaq üçün hərbi and qəbul etdilər.

Nəhayət həmin təntənəli gün yetişdi. Həmin buraxılış iki il əvəzinə il yarımlıq oldu. Ancaq buna baxmayaraq buraxılış imtahanlarında kursantların əksəriyyəti əsasən hərbi fənnlərdən yüksək qiymət aldılar. Təxminən buraxılanların 76 % -i taktikanı və atəş hazırlığını “Ə’la” və “Yaxşı” qiymətlərlə verdilər.

1941-ci il iyunun 12-də gənc zabitlər tə’yinatı üzrə xidmət yerlərinə yola düşdülər və bundan 10 gün sonra böyük vətən müharibəsi başlandı.

22 iyun 1941-ci ildə Almaniya-SSRİ müharibəsi başlandı. Həmin gündən etibarən məktəbin həyatında yeni bir mərhələ başlandı. Kollektiv qarşısında çətin və məsuliyyətli tapşırıqlar qoyuldu. Onlar cəbhənin tələbini ödəmək, fəaliyyətdə olan ordunu zabit kadrları ilə təmin etməkdən ibarət idi.

Müharibənin üçüncü günü artıq 579 kursant və müəllim heyətindən cəbhəyə getmək üçün könüllü müraciət etmişdir. Müharibənin başlamasından dörd ay sonra gənc leytenantların vaxtından əvvəl buraxılışı keçirildi.

Məzunlar birbaşa döyüşən orduya göndərildilər. Müharibə, komandir hazırlığı sistemini kökündən dəyişdirməyə məcbur edirdi. Şəraitlə əlaqədar olaraq məktəbin tədris sisteminə yeni hazırlıq proqramı əlavə olundu. Bütün dərslər müharibə dövrünün tələblərinə uyğun olaraq keçirilirdi.

Müharibənin ən ağır dövründə Ali Baş Komandanın əmri əsasında Qroznı Hərbi Piyada Məktəbi, Qroznı kursant alayına keçirilərək 13 iyul 1942-ci ildə 2435 nəfərdən ibarət alay, məktəb rəisinin komandanlığı ilə döyüşən orduya, Stalinqrad cəbhəsinə yola salınmışdır.

Qroznı kursant alayı Stalinqrad cəbhəsinə göndərildikdən sonra məktəb öz fəaliyyətini dayandırmadı. 1942-ci ilin iyulun 18-də məktəb əvvəlki ştata əsasən yığılaraq 1 avqust 1942-ci ilədək başa çatdırıldı.

Alman ordusunun Qroznı şəhərinə yaxınlaşması ilə əlaqədar olaraq məktəb avqustun axırında Gürcüstana köçürüldü. Orada zabit kadrlarını hazırlamaq üçün şəraitin olmamasına görə, 17 oktyabr 1942-ci ildə məktəb Bakı şəhərinə köçürüldü. Burada olan şərait müharibənin tələblərinə uyğun zabit kadrların hazırlanmasına imkan verirdi.

Almaniya ordusuna qarşı qəhrəmancasına mübarizədə Bakı Piyada Məktəbi cəbhəyə 9.000-dən artıq gənc zabit kadrları hazırlayaraq yola salmışdır. Bakı Piyada Məktəbinin 22 məzunu bu müharibədə ənyüksək ada, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Sovet İttifaqı Qəhrəmanı adı almış 22 məzundan üçü azərbaycanlı olmuşdur. Onlardan:

  • İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları qvardiya general mayoru Azərbaycan xalqının əfsanəvi oğlu Həzi Əhəd Oğlu Aslanov
  • Ziya Musa Oğlu Bünyadov
  • Aslan Fərhad Oğlu Vəzirov olmuşlar.

Bakı piyada məktəbinin mə’zunları döyüşlərdə məktəbin adını həmişə uca tutmuşdular.

Müharibədən sonrakı müasir dövr, məktəbdə dərin siyasi-hərbi və texniki biliyə, yüksək mədəniyyətə malik zabit kadrlarının hazırlanması tələb edirdi.

Hər şeydən öncə məktəbdə yeni zabitlərin hazırlanmasının say tərkibi dəyişdirildi. Artıq 1945-ci ilin aprel ayında Bakı Piyada Məktəbində yeni ştat strukturu quruldu. Şəxsi hey’ətin sayı beş dəfə azaldıldı.

Zabit kadrlarının hərtərəfli hazırlanması üçün 1946-cı ilin iyul ayından üç illik proqramla hazırlığı başlandı. 1947-ci ilin oktyabr ayında Bakı Piyada Məktəbi özünün müharibədən sonra ilk üç illik proqramla hazırlanmış kursantlarının buraxılışını keçirdi.

Bakı Piyada Məktəbinin orduda Azərbaycanlı zabit kadrlarının artmasında böyük rolu olmuşdur. 1952-ci ilin buraxılış günü məktəbin tarixində ən əlamətdar günlərdən biri olmuşdur. Lakin, buraxılan zabit kadrlarının yalnız 34%-ni azərbaycanlılar təşkil etmişdir. Bu vaxtdan etibarən Azərbaycanlı kadrların məktəbə qəbulu artmışdır.

1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin qərarına əsasən hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdilər. Həmin vaxtdan məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandı. 1 sentyabr 1958-ci ildə məktəb yeni tədris sisteminə böyük təntənə ilə başladı. 28 noyabr 1966-cı ildə əldə etdiyi yüksək nailiyyətlərinə görə məktəbə Azərbaycan SSRİ Ali Sovetinin adı verildi.

1973-cü il aprelin yeddisi məktəbin həyatında ən yadda qalan gün olmuşdur. Həmin gün məktəbin Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ziyarət etmişdir. Bundan əlavə olaraq o, dövrdə Heydər Əliyev cənabları mütəmadi olaraq məktəbin fəaliyyəti ilə maraqlanır və buraxılış günlərində mə’zunlarla bir yerdə olurdu. O zaman orduda Azərbaycanlı zabit kadrlarının artmasınada Heydər Əliyev cənablarının böyük rolu olmuşdur.

Məktəbin tarixində ən yadda qalan günlərdən biri də, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Generalı Həzi Əhəd Oğlu Aslanovun adının, müdafiə nazirinin əmrilə 1975-ci ildə həmişəlik məktəbin 1-ci bölüyünün şəxsi hey’ətinin siyahısına salınması olmuşdur. Bu gündə bu ən’ənə məktəbimizdə davam etməkdədir.

XX əsr 80-ci illərin ikinci yarısında Sovet İttifaqı adlanan imperiyanın daxilindəki ziddiyətlər son həddə çatmışdı. Həmişə olduğu kimi imperiyanın daxilindəki ziddiyətlər bu dəfə də, Azərbaycan xalqının milli özünü dərketmə prosesi və milli azadlıq hərəkatının başlanmasına səbəb olmuşdu.

1988-ci ildə ermənilər uydurma “böyük ermənistan” planını yenidən ortaya atmaqla Azərbaycan xalqına qarşı soyqırım siyasətini artıq açıq şəkildə həyata keçirməyə başladılar.

Keçmiş SSRİ rəhbərliyi, xüsusilə SSRİ-nin prezidenti Mixayıl Qarbaçov tərəfindən dəstəklənən erməni quldurları bir-birinin ardınca dəhşətli hadisələr törədirdilər.

Bu hadisələrə e’tiraz əlaməti olaraq 17 noyabr 1988-ci ildə ilk dəfə olaraq Bakı Ali Məktəblərinin tələbələri, sənaye müəssisələrinin fəhlələri və şəhərin ziyalı təbəqəsi küçələrə çıxaraq indiki Azadlıq meydanında, Qarabağda baş vermiş hadisələrə qarşı Azərbaycanın ərazi bütövlüyünə görə nümayiş keçirdi.

Həmin gündən e’tibarən Azərbaycanın müsdəqillik yolunda yeni bir tarix başlandı. 18 gün fasiləsiz davam edən mitinq Sovet İmperiyasının sütunlarını sarsıtdı və müstəqilliyimizin təməl daşını qoydu. Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi 20 yanvar faciəsi xalqı öz istəyindən döndərə bilmədi.

Respublikamızın öz suverinliyini əldə etməsi qonşu ermənistanın aramsız təcavüzü ilə bir vaxta təsadüf etmişdir. Müstəqil dövlətin atributlarından biri olan Silahlı Qüvvələrimizin yaradılması və formalaşması mürəkkəb bir şəraitdə keçmişdir. Lakin Azərbaycan Ordusu qısa bir müddətdə formalaşmış və düşmənlə üzbə-üz dayanmışdır.

Azərbaycan xalqı öz müstəqilliyini qazandıqdan sonra yeni yaranmış Silahlı Qüvvələrin ilk zabit və əsgərləri 1991-ci il dekabrın 8-də şəhidlər xiyabanında bir-birinin ardınca qara mərmər lövhələrdə əbədiləşmiş yurddaşlarımızla üzbə-üz dayanıb onların başladıqları işə, vətənə, torpağa sadiq qalacaqlarına, nəyin bahasına olursa-olsun düşmənə aman verməyəcəklərinə and içdilər.

1939-cu ilin 31 dekabrından fəaliyyət göstərən, Sovet İttifaqının quru qoşunları üçün zabit kadrları yetişdirən Bakı Ali Hərbi Məktəbinin əsasında yaranan milli hərbi məktəbimiz, xalqımızın azadlıq və müsdəqillik uğrunda mübarizəsinin məntiqi nəticələrinin bəhrəsi kimi elə ilk günlərdən dövlətimizin müdafiə və təhlükəsizlik fəaliyyətinə xidmət etmişdir.

1992-ci ilin aprel ayından məktəb Azəraycan Respublikasının hüquqi tabeliyinə keçirilmişdir. Motoatıcı qoşunlar üçün zabitlərdən başqa məktəbimiz on üç peşə üzrə zabitlər hazırlamağa başlamışdır.

Elə yaranan ildən yeniləşən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantları erməni təcavüzkarlarının törətdiyi Qarabağ müharibəsində, Müsdəqil Azərbaycanın bütövlüyünün və suverenliyinin qorunmasında fəal iştirak etmişlər.

1992-ci ilin dekabrında Ümumqoşun fakultəsinin birinci kursunun şəxsi hey’ətindən ibarət tabur yaranmış və döyüş tapşırığını yerinə yetirmək üçün ağdam bölgəsinə göndərilmişdir. Gənc kursant taburu vətənpərvərlik və cəsurluq nümunələri göstərərək itkisiz döyüş tapşırığını yerinə yetirmişdir.

1993-cü ilin fevralında ümumqoşun fakultəsinin ikinci kursundan 72 nəfərdən ibarət bölük yaradılmış döyüş tapşırığını yerinə yetirmək üçün ağdərə bölgəsinə göndərilmişdir. Döyüş tapşırığını yerinə yetirərkən 8 nəfər həlak olmuş, 5 nəfər isə itkin düşmüşdür.

Məktəbimizin zabit və kursantları 1994-cü ilin qış və yaz döyüş kompaniyalarında, Murovdağ istiqamətində erməni təcavüzünə sinə gərmiş, verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişlər.

Məktəbimizi qurtaran yüzlərlə gənc zabit öz hərbi andına sadiq qalaraq Müstəqilliyimiz və Dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət və igidlik göstərmişdir. Onlarla mə’zunumuz vətən naminə öz canlarını fəda etmiş və qəhrəmanlıq zirvəsinə ucalmışdır. Döyüşlərdə göastərdiyi igidlikliklərinə görə məktəbimizin mə’zunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşlər. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab Heydər Əlirza oğlu Əliyevin fərmanı ilə məktəb Azərbaycan Ali Hərbi Məktəbi olaraq adlandırılmışdır.

Azərbaycan Ali Hərbi Məktəbinin mə’zunlarının dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda göstərdikləri qəhrəmanlıqlar yeni hərb tariximizdə özünə məxsus yer tutmuşdur. Onların göstərdikləri igidlik və rəşadət bugünkü kursantlarımız üçün örnək, Azərbaycan Respublikasının müdafiəsi uğrunda qəhrəmanlıq göstərmək üçün bir mənbədir.

Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi – 2001-ci ilin iyununda prezident fərmanı ilə Bakı Hərbi Təyyarəçilik Məktəbinə Ali Hərbi Təyyarəçilik Məktəbi adı verilib.

  1. Azərbaycan Respublikasının hərbi doktrinası. Azərbaycan Respublikasının Hərbi doktrinası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir.
  2. Azərbaycanın Milli Qəhrəmanı olan jurnalistlərdən kimi tanıyırsınız?

Alı Mustafa oğlu  Mustafayev (1952-1991)- telejurnalist.

Salatın Əziz qızı  Əsgərova (1961-1991) –  jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri.

Çingiz Fuad oğlu  Mustafayev (1960-1992)— telejurnalist.

  1. Birinci Qarabağ müharibəsində atəşkəs nə vaxt və hansı sənədə əsasən elan edilib?

“Bişkek protokolu” — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd.

Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan “Bişkek protokolu” 1994-cü ilin mayında imzalanmışdır. Sənədin imzalanması ilə bağlı fərqli iddialar mövcuddur. Daha dəqiqi sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa ham etı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir.

Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxmışdır. Həmin sənədin əslinin hazırda RF XİN arxivlərində saxlanıldığı guman edilir.

Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirovgətirmişdir. O, mayın 8-də Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamaq təklif etmişdir. Bu dəfə Azərbaycan tərəfini Milli Məclisin o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. O da sənədin mətninə müəyyən düzəlişlər edilmədən və onu imzalayanlar sırasına DQAİ-nin rəhbəri Nizami Bəhmənovun adı əlavə olunmadan onu imzalamaqdan imtina etmişdi. Sonralar Vladimir Kazimirov öz xatirələrində belə qeyd etmişdir:

Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik, hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı[1].

İmza prosesi belə yekunlaşmışdır: Rəsul Quliyev Kazimirovun gözünün qabağında öz əli ilə N.Bəhmənovun adını oraya əlavə etmiş, onun imzası üçün xətt çəkmiş, sənədin mətninə iki düzəliş əlavə etmiş və bundan sonra A.Cəlilovun adının yanında öz imzasını qoymuşdur. Bəhmənovu axtarmağa başlayanda, məlum olur ki, həmin gün o, Bakıda yox imiş. Kazimirov mayın 5-də Bişkekdə 6 iştirakçı tərəfindən imzalanmış və indi R.Quliyevin imzasının əsli və onun öz əli ilə etdiyi düzəlişlər əlavə edilmiş protokolun kserosurətini götürüb Bəhmənovu gözləmədən Moskvaya qayıtmışdır. Sənəd Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanmışdır. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində “DQR parlamentinin sədri”Karen Baburyan imza atmışdır. Sənəd 12 may 1994-cü ildən qüvvəyə minmişdir[3]. Elə həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır[4].

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri “işğal olunmuş ərazilər” sözləri ilə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunmuşdur.

Bu sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər.

Sənəd 3 nüsxədə – Azərbaycanerməni və rus dillərində hazıralanmışdır.

  1. ATƏT-in Minsk Qrupu. Üzv dövlətlər. Onun fəaliyyəti. Gözləntilər və nəticələr.

Minsk Qrupu — Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.

ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılmışdır. AzərbaycanErmənistanRusiya FederasiyasıAmerika Birləşmiş Ştatları,FransaPolşaAlmaniyaTürkiyəBelarusFinlandiya və İsveç qrupun üzvləridir.

1996-cı ilin dekabrından onun üç – Rusiya (İqor Popov), ABŞ (Yan Kelli) və Fransa (Jak For) həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir.

1992-ci il yanvarın 30-da Azərbaycanın indiki ATƏT-ə üzv olduğu günün sevinci çoxlarının xatirindədir. Hər kəs sevinirdi ki, müstəqil  Azərbaycan ilk Avropa təşkilatına daxil olub. Ən əsası isə çoxları o ümiddə idi ki, ATƏT Ermənistan-Azərbaycan arasında olan  Dağlıq Qarabağ münaqişəsini az bir müddətə həll edəcək. Çünki, 1992-ci ilin fevral ayından başlayaraq bu münaqişə ATƏT-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏT-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Elə həmin il martın 24-də Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım məqsədi ilə ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin rəhbərliyi ilə ATƏT-in Minsk qrupu yaradıldı. Nizamlanma prosesində ATƏT-in sədrini Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi təmsil edir. Onun idarəsi həmçinin atəşkəs rejimi haqqında razılaşmaya riayət olunmasına nəzarət edir. ATƏT-in Minsk qrupunun 21 illik fəaliyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hələ də irəliləyişin olmaması, bu quruma olan bütün ümidləri puç edib.Həmsədirlərin görünən fəaliyyəti isə yalnız regiona faydasız səfərlər etmələridir.Əgər belədirsə, Minsk qrupunun fəaliyyətinə nə ehtiyac var? Millət vəkili Fazil Mustafa isə bizimlə söhbətində dedi ki, bu məsələdə əsasən  niyyətlərə baxılmalıdır: “Xarici ölkələrin Azərbaycanla bağlı niyyətləri yaxşı olmadığına görə, bu məsələdə hər hansı şəkildə irəliləyiş əldə edilmədi. ATƏT-in Minsk qrupu başqa formada da mövcud ola bilərdi. Onda yenə də eyni nəticə olacaqdır. Bu baxımdan bu qrupun fəaliyyətinə baxmadan özümüz torpaqlarımızın işğaldan azad etməyin yollarını düşünməliyik. Əgər bunu edə bilsək hər hansı müsbət nəticələr əldə edə bilərik. Çünki, heç bir ölkə Azərbaycanın marağını təmsil etmək üçün fədakarlıq etməyi düşünmür. Azərbaycanlılar əgər bir fədakarlıq göstəmirlərsə, bunun  günahı xarici dövlətlərdə yox, məhz özümüzdədir”.  Millət vəkili dedi ki, bu gün ABŞ, Rusiya  və Fransanın birmənalı mövqeyi Ermənistanın maraqlarını təmsil etməkdir: “Azərbaycanı da güzəştə məcbur etməkdir. Ona görə də həmsədirlərdən bizim faydamıza olan yenilik heç vaxt gözlənilməyəcək. Bu məsələ ilə bağlı vəziyyəti regionda özümüz dəyişməyi bacarmalıyıq. Əgər bunu edə bilsək hər hansı bir uğurdan danışmaq olar. Çünki bütün hallarda uduzan tərəf bizik. Biz də uduzan mövqedən çıxmaq üçün addımlar atmağı bacarmalıyıq”. Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov e-jurnalımıza bildirdi ki, beynəlxalq münaqişələrin həlli üçün olan mexanizmlərdən biri də həmsədirlik institutudur: “ATƏT-in Minsk qrupunun yaradılmasından artıq 21 il keçib. 1997-ci ildən üç həmsədr institututu formalaşıb. Faktiki olaraq Minsk qrupu münaqişənin həllində bir addım da irəliləyişə nail olmayıb.Onlar danışanda çox öyünürlər ki, Minsk qrupu olmasaydı müharəbə başlayardı. Əslində isə onlar atəşkəsi qoruyub saxlamaqla məşğuldular. Münaqişənin həllində isə heç bir fəaliyyət yoxdur. 2007-ci ildə Madrid prinsiplərini irəli sürüblər. Faktiki olaraq danışıqlar yenilənmiş Madrid prinsipləri üzrə aparılır ki, bunu da işğalçı ölkə olan Ermənistan qəbul etmir. Ona görə də heç bir nəticə yoxdur. Ermənistan hər dəfə müxtəlif bəhanələr gətirərək, çalışır ki, status-kvo vəziyyətini qoruyub saxlasın”.

E.Nəsirov dedi ki, ayrı-ayrı vaxtlarda Minsk qrupunun formatının dəyişməsi ilə bağlı fikirlər olub: “Bəzən,ümumiyyətlə, ondan imtina ideyası irəli gəlib. Bəzən bütövlükdə Avropa İttfaqının həmsədir olması fikri olub.Amma bununla bağlı baxışların dəyişməsinə başlanmayıb.”

Onun fikrincə, burda iki yol var; ya müharibə, ya da sülh: “Azərbycan dövlətininsə mövqeyi ondan ibarətdir ki, ələlxüsus sülh danışıqlarına üstünlük verir. İstənilən halda siyasi qərar qəbul olsa ki, danışıqların faydası  yoxdur, bu halda ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina oluna bilər. Bundan sonra müharibə də başlana bilər və buna beynəlxalq hüquq da imkan verir”.

Politoloqun fikrincə , Minsk qrupunda Rusiyanın iştirakı münaqişənin tənzimlənməsi prosesində müəyyən suallar doğurur: “Məsələnin qəlizliyi ondadır ki, Rusiya böyük dövlətdir və Rusiya üçün Ermənistan for-postdur. Ermənistan Rusiyanın bir quberniyasıdır. Rusiyanın Ermənistanda 2044-cü ilə qədər imzalanmış razılaşma formasında hərbi bazası var. Ermənistanla Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsində hərbi müttəfiqdirlər. Birmənalı şəkildə ayrı-ayrı vaxtlarda Ermənistanı Rusiya silahlandırır. Bunlar hamısı faktlardır. Bu baxımdan Rusiyanın həmsədirlərdən biri olması obyektiv olmaya bilər. Amma məsələ ondadır ki, digər həmsədirlər Rusiya ilə Qarabağ probleminin həllində baş-başa gəlmək istəmirlər. Bu gün ABŞ Rusiya ilə Suriya, İran, NATO-nun Avropada Raket Əleyhinə Müdafiə sistemini yerləşdirmək və s. məsələlərlə bağlı çox fikir ayrılıqları mövcuddur. Qarabağ münaqişəsi ilə bağlı hesab edirlər ki, status-kvo dəyişməlidir. Amma onun dəyişməsi üçün addım atılmır. Yəni bizdən asılı olmayan reallıqlar var. Təəssüf ki, bu gün Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi ABŞ-ın xarici siyasətinin ön sırasında deyil”. Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu da o fikirdədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Minsk qrupu heç bir uğur əldə edə bilməyib: “Amma nəzərə alsaq ki, Minsk qrupunun özünün formatı belə, münaqişənin həllində bu və ya digər pozitiv addımların atılmasına imkan vermir, əlbəttə ki, ondan çox şey gözləməyə dəyməzdi də.Yəni ki, həmsədirlər formatına biz baxsaq onda görürük ki, iki Qərb ölkəsi var; biri ABŞ, digəri isə Fransa. İkinci tərəf isə Rusiyadır.Şübhəsiz ki, Qafqaz bölgəsində bütün bu təmsilçilərin öz geosiyasi maraqları var. Bu maraqlar da əksər hallarda bir-birinə ziddiyyət təşkil edir. Bu səbədən də orda hansısa vahid mövqeni gözləmək mənasızdır.Amma onu da qeyd etmək lazımdır ki, atəşkəsin pozulmamısı baxımından Minsk qrupu və onun həmsədirləri müəyyən rol oynadılar. Amma təbii ki, gözləntilər daha çox idi və bundan artığı da alınmadı”.

Ə.Oruclunun fikrincə, hələlik Rusiya güclüdür və bu faktla təkcə Azərbaycan yox, Qərb də hesablaşır: “Bu məsələdə maraqlar uzlaşa bilər. Bu halda münaqişənin həllində irəliləyiş ola bilər.Başqa halları mən praktik baxımdan istisna edirəm. Yəni nəzəri cəhətdən müəyyən mülahizələr yürütmək olar. Amma praktik baxımından bu gün də nəzərə alsaq ki, Rusiya rəqabət aparan tərəfdir. Son illər müəyyən əməkdaşlıq çərçivələri də nəzərə çarpır. Yalnız müştərək maraqların ortaya çıxması nəyisə dəyişə bilər”.

Fuad Hüseynzadə KrabakhİNFO.com

  1. BMT-nin Dağlıq Qarabağ münaqişəsi bağlı qəbul etdiyi qətnamələr və onun hüquqi nəticələri.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi “parçala, hökmranlıq et” prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu.

1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi.

1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi.

1993-cü ildə Azərbaycanın daha bir rayonu – Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya “yerli ermənilər” tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Aprel ayının 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. “BMT TŞ 822 saylı qətnaməsi” adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya “yerli ermənilər” tərəfindən reallaşdırıldığı vurğulanırdı. 1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdır.

1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdikdən sonra BMT TŞ sədrinin yeni bəyanatı yayıldı. Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilirdi. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirir, Azərbaycan torpaqlarını zəbt edirdilər. Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu.

1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış “Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli” təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi. 1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiqləyən onlarla fakt var və bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmək istəmədi.

Beynəlxalq hüquq normaları, BMT qətnamələri və digər beynəlxalq sənədlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir və bu müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqdadır. Bununla Ermənistan eyni zamanda beynəlxalq hüquq normalarını da pozaraq, dünya birliyinin bu günə qədər Azərbaycan torpaqlarını işğaldan azad etməklə bağlı çağırışlarını qulaqardına vurur. Dağlıq Qarabağ münaqişəsinin başlanmasından bu günə qədər BMT-nin, o cümlədən digər beynəlxalq təşkilatların qətnamələri, ərazi bütövlüyünün toxunulmazlığını qəbuledilməz elan edən beynəlxalq hüquq da Ermənistanın işğalçı ölkə olduğunu təsdiq edir. Ermənistan beynəlxalq hüquq normalarına zidd addımı hələ Azərbaycan torpaqlarını işğal etmək planının ilk mərhələsini yerinə yetirərkən atmışdı. Belə ki, işğalçılıq siyasətini yerinə yetirmək üçün Qərbi Azərbaycandan, o cümlədən, Qarabağ bölgəsindən yüz minlərlə azərbaycanlı ermənilər tərəfindən deportasiya edildi. Bununla da Ermənistan 1966-cı il 16 dekabrda qəbul edilmiş “Mülki-siyasi hüquqlar haqqında Beynəlxalq Akt”ın, 1984-cü il 10 dekabrda qəbul edilmiş “İnsan ləyaqətini hədəli və digər qəddar, qeyri-bəşəri və ya alçaldıcı müraciət və cəza növləri əleyhinə” Konvensiyanın və digər mühüm beynəlxalq hüquqi sənədlərin əsas prinsiplərini pozdu. Deportasiya siyasəti həyata keçirildikdən sonra Azərbaycan torpaqlarına qarşı erməni ordusu hərəkətə keçdi və bəşəriyyətin tarixinə ləkə, qəddarlıqlar, soyqırımılar düşdü.

BMT-nin hələ də əməl edilməyən qətnamələri

Dünya birliyinin də xəbər tutduğu erməni vandalizminin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı hərəkətə keçdi və Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı bir neçə qətnamə qəbul edildi. Münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması prinsipi məqsədlərindən biri olan BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı ilk qətnaməsi 1993-cü il aprelin 30-da, Kəlbəcərin erməni hərbi birləşmələri tərəfindən işğalından sonra qəbul edildi. 822 saylı bu qətnamədə təsdiq edilir ki, beynəlxalq sərhədlər toxunulmazdır və ərazi əldə etmək üçün qüvvə tətbiq etmək yolverilməzdir. Qətnamədə həmçinin, bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilir. Lakin sonrakı dövr ərzində erməni hərbi birləşmələri 822 saylı qətnamənin qeyd olunan şərtlərinə əməl etmədi ki, bu da BMT TŞ-nin münaqişə ilə bağlı əlavə qətnamələrin qəbul edilməsini şərtləndirdi. Dağlıq Qarabağ münaqişəsilə bağlı 1993-cü il iyulun 29-da qəbul edilən 853 saylı qətnamənin qəbuluna səbəb də Ermənistanın əvvəlki qətnaməni saymayaraq, Azərbaycanın Ağdam rayonunu işğal etməsi oldu. Bu qətnamədə isə, Ağdam rayonunun işğal olunması xüsusilə qeyd edilir və hərbi əməliyyatların güclənməsindən təşviş ifadə olunurdu. Dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının təmin olunmasının vacibliyi bir daha vurğulanan bu qətnamədə ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi. 1995-ci ilin yanvarından ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanır) sülh prosesini sürətləndirmək cəhdlərini təqdir etdiyi də qeyd olunurdu. Həmçinin, 853 saylı qətnamə məzmununa və həcminə görə əvvəlki qətnamədən xeyli fərqlənirdi. Belə ki, 822 saylı qətnamədə Azərbaycan ərazilərinə daha çox yerli erməni qüvvələrinin təcavüz etməsinə diqqət yetirilirdi. Yeni qətnamədə isə işğalçı kimi artıq konkret olaraq yerli erməni qüvvələrindən bəhs edilmirdi. Bu dəfə ermənilər münaqişədə iştirak edən işğalçı tərəf kimi təqdim olunurdu ki, bu artıq Ermənistanın bir dövlət kimi işğal prosesində iştirak etdiyinə bir işarə sayıla bilərdi. Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı kimi çıxış edərək, BMT TŞ-nin 1993-cü il oktyabrın 14-də sayca üçüncü olan 874 saylı yeni qətnaməsini qəbul etməsinə nail oldu. Bu qətnamədə 822 və 853 saylı qətnamələrdə göstərilən şərtlər bir daha təsdiq edilərək bildirilirdi ki, dövlətlərin ərazi bütövlüyü toxunulmazdır. Bununla belə, qətnamələrdə işğalçıya qarşı konkret cəza tədbirlərinin yoxluğu onun 1993-cü ilin oktyabrında Zəngilan rayonunu tutması ilə nəticələndi. Özü də bu fakt ATƏT sədrinin bölgədə səfərdə olduğu bir vaxtda baş verdi. Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı üzündən 1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın növbəti müraciətinə baxaraq, sayca dördüncü olan 884 saylı qətnamə qəbul etdi. Real nəticəsi olmasa da, əslində bu qətnamələrin qəbulu Azərbaycanın Ermənistan üzərində diplomatik qələbəsinin əsas göstəricilərindən biri sayılmalı, həmçinin beynəlxalq ictimaiyyətin yekdil rəyini ifadə edən mövqe hesab olunmalıdır. Çünki qətnamələrin hamısında Azərbaycanın ərazi bütövlüyü tam tanınır və işğal olunmuş ərazilərin boşaldılması tələb olunurdu. BMT Təhlükəsizlik Şurasının qeyd olunan 4 qətnaməsilə yanaşı, Azərbaycanın diplomatik səyləri nəticəsində BMT Baş Assambleyasının 62 və 63-cü sessiyalarında da Ermənistanın işğalçı siyasətinə qarşı yönəlmiş qətnamələr də qəbul olunub.

“Beynəlxalq hüquq Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir”

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün aparılan sonrakı danışıqlar, ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlərin münaqişə ilə bağlı bəyanatları da Ermənistanın işğalçı dövlət olduğunu göstərir. Belə ki, 1992-ci ilin 1 iyun tarixində Romada Minsk qrupunun vasitəçiliyilə danışıqlar prosesinin ilkin mərhələsinə start verilib. Bundan sonrakı dövrdə də ATƏT çərçivəsində görülən tədbirlər heç bir müsbət nəticə verməsə də, Azərbaycan tərəfinin apardığı işlər sayəsində 1993-cü ilin noyabrında ATƏT-ə üzv dövlətlərin Vyanada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsilə əlaqədar qəbul edilən bəyanatda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının beynəlxalq hüququn prinsiplərinə zidd addım olduğu vurğulanır, işğalçı qüvvələrin Horadizdən və Zəngilan rayonundan çıxarılmasının zəruriliyi qeyd olunurdu. Hazırda münaqişənin hüquqi tərəfi kimi 2007-ci ildə Madrid şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə qəbul edilən baza prinsipləri qəbul edilir ki, bu prinsiplər də Azərbaycanın ərazi bütövlüyünün bərpasının təmin edilməsini şərtləndirir. Ermənistan tərəfi isə, aparılan danışıqlar prosesini və qəbul edilən baza prinsiplərini pozaraq, işğalçı siyasətini davam etdirir ki, onun bu davranışları ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı ilə bağlı beynəlxalq konvensiyalara, o cümlədən, dünya ictimaiyyətinin səlahiyyət verdiyi BMT qətnamələrinə və qərarlarına ziddir. Bu da avtomatik olaraq Ermənistan dövlətinin beynəlxalq hüquq normalarına əməl etmədiyini göstərir. Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev qəzetimizə açıqlamasında deyib ki, bütün beynəlxalq hüquq və dünya ictimaiyyətinin mövqeyi Qarabağın Azərbaycan torpaqları olduğunu, həmçinin Ermənistanın işğalçı siyasət yürütdüyünü tanıyır: “İlk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə beynəlxalq hüququn tənzimlədiyi ərazi bütövlüyünün toxunulmazlığı prinsipini pozub. Bundan başqa, müharibə zamanı törətdiyi vəhşiliklərlə yenə də beynəlxalq hüququn təmin etdiyi müharibə qanunlarına zidd davranışlar edib. Dağlıq Qarabağda aparılan müharibə zamanı BMT-nin qəbul etdiyi qətnamələr, qərarlar yerinə yetirilmədi və üstündən 20 ilə qədər vaxt keçməsinə baxmayaraq, bu qətnamələr hələ də açıqda qalıb. Lakin işğal edilən torpaqlar azad edilməsə də, beynəlxalq hüquq Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir”. Onun sözlərinə görə, münaqişənin həllinə cəlb edilən ATƏT-in özü də müsbət irəliləyişlərə nail ola bilməsə də, ümumi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Mərkəzin rəhbəri qeyd edib ki, bu günə qədər Azərbaycanın haqlı mövqeyini təsdiq edən digər beynəlxalq təşkilatlar da qərarlar qəbul edərək, işğalçını pisləyiblər ki, bunlar da ümumilikdə Azərbaycanın mövqeyinin beynəlxalq hüquq tərəfindən tanınmasıdır. Çünki, dünya ictimaiyyətinin qəbul etdiyi bu təşkilatlar beynəlxalq münasibətlərin tənzimlənməsində hüquqi təminat rolunda çıxış edirlər.

“Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır”

Qeyd edək ki, dünyanın nüfuzlu təşkilatlarından olan Avropa İttifaqı da işğal olunmuş ərazilərin Azərbaycana məxsusluğunu təsdiq edən və boşaldılmasının vacibliyini vurğulayan bəyanatı hələ 1993-cü ilin aprelində səsləndirib. Belə ki, Aİ bəyanatında BMT qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb edir, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarından qoşunların çıxarılmasının zəruriliyini qeyd edirdi. Eyni zamanda, bəyanatda Ermənistandan Azərbaycan ərazilərinə hücum edən yerli erməni qüvvələrinə yardım göstərməmək də tələb olunurdu. 1993-cü ilin noyabrında Aİ Dağlıq Qarabağ münaqişəsinə dair növbəti bəyanatını qəbul etdi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi xüsusi olaraq vurğulandı. Aİ-nin bəyanatından bir il öncə – 1992-ci ilin fevralında isə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) quruma üzv olmayan Avropa ölkələrilə Əlaqələr Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk bəyanat yayıb. 1994-cü ilin noyabrında isə, AŞPA Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etdi. Burada münaqişə nəticəsində 20 mindən çox insanın həlak olması və bir milyon insanın qaçqın düşməsi faktı öz əksini tapdı. Sonrakı dövrlərdə də Azərbaycan Avropa Şurasında Ermənistanın işğalçılıq siyasətinə qarşı yeni sənədlərin qəbul edilməsinə nail oldu. Belə mühüm sənədlərdən biri də AŞPA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi 1416 saylı yeni qətnamədir ki, bu qətnamədə yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir, Dağlıq Qarabağ regionunun separatçı qüvvələrin nəzarəti altında olduğu bildirilir. Qətnamədə qeyd olunur ki, Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. “Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır”, – deyə qətnamədə vurğulanır. Ardınca isə, AŞPA tərəfindən Ermənistana 1690 saylı tövsiyə xarakterli sənəd qəbul edildi. Tövsiyə sənədinin birinci bəndində deyilir: “Münaqişə tərəflərini təkidlə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırırıq”. Bununla yanaşı, İslam Konfransı Təşkilatı da Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin mənafelərinə tam cavab verən bir sıra qətnamələr qəbul edib.

“Qarşı tərəf beynəlxalq hüquqa hörmət etmədiyini göstərir”

2011-ci ildə isə, dünyanın ən güclü hərbi təşkilatı hesab olunan NATO zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və dolayısı ilə Ermənistanın işğaçılıq siyasəti bir daha vurğulanır. Belə ki, bəyanatda deyilir ki, NATO Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməkdə davam edir və eyni zamanda regional münaqişələrin sülh yolu ilə həllini dəstəkləməkdə də davam edəcək. Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq müstəvisində, eyni zamanda dünya ictimaiyyətinin mövqeyində baxdıqda Azərbaycanın haqlı mövqeyi ortaya çıxır, Ermənistansa işğalçı dövlət kimi tanınır. Lakin hələ də münaqişə öz həllini tapmayıb. E.Mehdiyev bununla bağlı deyib ki, beynəlxalq hüquq münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb etsə də, onun hələ də davam etməsinin siyasi tərəfləri də var. Lakin E.Mehdiyev bildirib ki, erməni tərəfi münaqişənin uzanması və həll edilməməsi üçün xalqların öz müqəddəratını həll etmək prinsipini irəli sürür ki, guya Qarabağda yaşayan ermənilərin hüquqları tanınmalıdır:“Beynəlxalq hüquqda ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını təmin etmək prinsipləri də var. Lakin o da qeyd olunur ki, xalqlar dövlətlərin sərhədlərinin toxunulmazlığı çərçivəsində öz müqəddəratını həll edə bilər. Yəni, ilk növbədə Azərbaycanın sərhədləri bərpa edilməli, ərazi bütövlüyü təmin edilməlidir ki, sonradan Qarabağdakı ermənilərin müqəddəratı həll edilsin. Bunu Azərbaycan tərəfi də təsdiqləyir. Bildirir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, sonra ermənilər Azərbaycan vətəndaşı kimi o ərazilərdə yaşamağa davam etməlidir”. Onun sözlərinə görə, Qarabağda bölgənin əsas əhalisi olan azərbaycanlılar öz evlərindən deportasiya ediliblər: “Yəni, ermənilərin hüquqlarını tələb edən Ermənistan azərbaycanlıları deportasiya edərək, ilk növbədə bu hüququ tanımadıqlarını göstərir. Bunun özü də qarşı tərəfin beynəlxalq hüquqa hörmət etmədiyini göstərir”. Onu da qeyd edək ki, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra dövlətlər, o cümlədən Latın Amerikası ölkələri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dövlətin apardığı siyasət Azərbaycanın tezliklə öz torpaqlarının beynəlxalq hüquq normaları çərçivəsində geri qaytaracağını deməyə əsas verir. Asif NƏRİMANLI

  1. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi.

Ermənistanla Azərbaycan arasında münaqişə. Qarabağ münaqişəsinin tarixi ermənilərin Qafqaza köçdüyü vaxtdan başlayır. Müasir Azərbaycan dövləti öz köklərini Qafqaz Albaniyası dövlətindən alır. Hazırda Dağlıq Qarabağ kimi tanınan ərazi vaxtilə həmin dövlətin bir hissəsi olub. Qədim mənbələrə görə, Albaniyanın etnik tərkibi yerli Qafqaz və türk xalqlarına aid 26 qəbilə birləşməsindən ibarət idi. Albaniya zəngin və nadir mədəniyyətə malik idi, onun 52 hərfdən ibarət əlifbası vardı. Eramızın 313-cü ilində xristianlıq Albaniyada dövlət dini elan edildi, müstəqil alban kilsəsi fəaliyyətə başladı. Gərgin və mürəkkəb şərait Albaniyanın müstəqilliyinin uzunmüddətli olmasına imkan vermədi. Eramızın 705-ci ilində Albaniya dövləti Ərəb Xilafətinin tərkibinə qatıldı. Bundan sonra ermənilərlə Bizansa qarşı ittifaq yaradan Xilafət Albaniya ilə Bizans arasında mövcud olan sıx əlaqələri pozmaq məqsədi ilə alban kilsəsini erməni qriqorian kilsəsindən asılı vəziyyətə saldı.

Orta əsrlər dövründə Qarabağ Azərbaycanın indiki ərazisində o zaman mövcud olmuş türk müsəlman sülalələri tərəfindən idarə edilən dövlətin bir hissəsi olmuş və orada türkdilli xalqlar məskunlaşmışdı.

18-ci əsr türk (Azərbaycan) sülaləsi olan Cavanşirlərin başçılıq etdiyi Qarabağ xanlığının yaranması ilə əlamətdardır. Bu, Azərbaycan zadəganlarının irsi sülalə ənənəsinin hökm sürdüyü Azərbaycan Xanlığı idi və burada məskunlaşmış etnik sülalələr arasında azərbaycanlılar üstünlük təşkil edirdi.

Qarabağ xanlığı ilə Rusiya İmperiyası arasında imzalanan Kürəkçay müqaviləsindən (1805) sonra Xanlıq Rusiya İmperiyasının hökmranlığı altına keçməyə məcbur oldu. Bütün Qafqaz bölgəsini işğal etdikdən sonra Rusiya İmperiyası ərazi üzərində öz nəzarətini yaratmaq və gücləndirmək məqsədi ilə müxtəlif vasitələrlə “ayır-buyur” siyasətini həyata keçirməyə başladı. İrandan və Osmanlı İmperiyasından ermənilərin Qarabağa köcürülməsi və bununla da bölgədə demoqrafik vəziyyətin süni yolla dəyişdirilməsi bu sahədə görülən genişmiqyaslı tədbirlərin bir hissəsi idi. Rusiya-İran (1806-1813, 1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələrindən sonra ərazinin etnik tərkibi tamamilə dəyişdirildi.Təkcə 1828-1830-cu illər ərzində İrandan 40.000-dən çox, Osmanlı İmperiyasından isə 84.600 erməni köçürülüb Azərbaycanda məskunlaşdırıldı.

1828-ci ildə Rusiya çarının əmri ilə işğal olunmuş Azərbaycan xanlıqlarının (İrəvan xanlığı və Naxçıvan xanlığı) ərazisində erməni vilayəti yaradıldı. Bu, Osmanlı İmperiyasının arxa qapısında, münaqişə edən iki tərəf arasında dövlət qurumu yaratmaq və türkdilli xalqları bir-birindən ayırmaq məqsədi daşıyırdı. 1836-cı ildə Rusiya çarı tərəfindən alban kilsəsinin ləğv olunması alban əhalisinin qəti şəkildə Qriqorianlaşdırılması (erməniləşdirilməsi) ilə nəticələndi. 29 may – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti müstəqillik elan edən, lakin siyasi mərkəzi olmayan Ermənistan Respublikasının hökumətinə İrəvan şəhərini (indiki Yerevan, əhalisinin 30 faizi ermənilərdən və başqa etnik qruplardan, 70 faizi azərbaycanlılardan ibarət idi) güzəştə getdi.

Ermənistan tərəfindən daşnaq hökümətinin baş nazirinin imzaladığı müqaviləyə əsasən Ermənistanın sərhədləri müəyyənləşdirildi və nəticə etibarı ilə bu dövlətin 400.000 nəfər əhalisi olan Erivan və Eçmiədzin rayonları da daxil olmaqla 10.000 kv. km-dən ibarət ümumi ərazisi dəqiqləşdirildi. Təbii ki, Qarabağ Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi olaraq qaldı. 1918-ci ilin iyun-iyul aylarında Sülh və mehriban qonşuluq münasibətlərinə dair razılaşmanın əksinə olaraq, Ermənistan Respublikası Azərbaycana qarşı irimiqyaslı təcavüzə başladı. Naxçıvan şəhərinin işğalı, Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrinə kütləvi hücumlar 115 kəndin viran edilməsi və 7729 Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələndi. Təxminən 50.000 nəfər yurd-yuvasından didərgin düşdü.

1921-ci il, 5 iyul tarixdə Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: “Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin”.

Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququnun verilməsi ilə eyni vaxtda əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Zəngəzur və Qazax rayonunun bir hissəsi (9.000 kv.km.) Ermənistana verildi. Sovet hakimiyyəti dövründə Azərbaycanın ümumilikdə 20.000 kv.km. ərazisi Ermənistana verilmişdir.

1923-cü il, 7 iyun tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “İnzibati mərkəzi Xankəndi (1923-cü ilin sentyabrında şəhərin adı dəyişdirildi və bolşevik lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı) olmaqla, Dağlıq Qarabağda muxtar vilayətin yaradılması” haqqında fərmanı qəbul edildi; eyni zamanda, Ermənistanda yığcam halda yaşayan üç yüz min azərbaycanlıya Sovet hökuməti və Ermənistan SSR tərəfindən hətta mədəni muxtariyyət verilmədi.

19481953 illərdə Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşayıb və bu da azərbaycanlıların Ermənistandan kütləvi deportasiyaları ilə nəticələnib. Rəsmi məlumata görə, 1948-1953-cü illərdə 250 mindən artıq azərbaycanlı Ermənistandan Azərbaycanın Kür-Araz ovalığı rayonlarına köçürülüb.

1987-ci il, 18 noyabr tarixində Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə bəyanatı. Bu bəyanat milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı.

Noyabr-dekabr – İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi. 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Fevral ayında münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü.

1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Dekabr ayında Ermənistan SSR-də 220.000 – dən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı.

1989-cu ilin 29 iyul tarixində Azərbaycandan Ermənistana gedən dəmiryol xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlandı. Azərbaycanın NaxçıvanMuxtar Respublikasının Ermənistan tərəfindən təcrid edilməsi başlandı.

1 dekabrda isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi və Qarabağ müharibəsi başlandı.

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq (“miatsum”) ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.

1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan “Humanite” qəzetinə verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş “Ocaq” kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.

1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə “təqsiri” başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan – azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir – tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi başlanır. O vaxta qədər həyat tərzlərinin və mədəniyyətlərin aşağı səviyyədə qarşılıqlı təsiri barədə danışmağa imkan verən etnik adda-buddalıq sürətlə aradan qalxır.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir. Azərbaycan və erməni cəmiyyətlərində geniş yayılmaqda olan mübarizə ideyası “cəbhəçi tipli” şəxslərin fəallaşması üçün əlverişli şərait yaradır. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq başçılarının bu birliyi XX əsrin 80-90-cı illərinin qovuşağında siyasətin peripetiyalarını müəyyənləşdirir. Məhz 1988-ci ilin əvvəllərində etiraz əhval-ruhiyyəsinin kəskin güclənməsi müşahidə olunur, çünki erməni etnokratları sosial narazılığı milli narazılıqla əvəz etməyə və kütləvi şüuru xəyalpərəstlik və dözümsüzlük istiqamətinə yönəltməyə müvəffəq olurlar.

Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın – Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur – “DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə” yaradılır. Martın 5-də bu qurum “Krunk” adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda “Qarabağ” Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva “1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.

1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən, Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.

İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. O, status-kvonu – Azərbaycan və erməni millətlərinin hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsünü müdafiə edirdi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi.

Azərbaycanın siyasi elitası dövlətçiliyin qorunması mövqelərindən çıxış edirdi, lakin onun şəxsiyyət potensialı vəziyyətin dramatikliyinə uyğun deyildi. Heydər Əliyevin – çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan bu dövlət xadiminin respublikada olmaması münaqişənin inkişafına və onun aralıq yekunlarına bilavasitə təsir göstərirdi.

SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar – 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı “soyuq müharibə” bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq, Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı “Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən “Memorial” təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir və haqlı olaraq belə hesab edir ki, bu, adi himayədarlıqdan daha əhəmiyyətlidir.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – “yenidən birləşmə” və “millətin öz müqəddəratını təyin etmək hüququ” şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.

“Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.

Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi. Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu – kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. Yeni ideoloji paradiqma Azərbaycanın millət-dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Lakin Azərbaycanın yeni rəhbərləri yeni siyasətə keçid məsələsində gecikir, hadisələrin gedişinin sürətləndirilməsində səhvlərə yol verirdilər. Lakin siyasi uzaqgörənliyi, zaman və məkan hissinin yaxşı inkişaf etməsi ilə fərqlənən, hadisələrin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt subyektiv iradəsinin dayanmalı olduğunu başa düşən Heydər Əliyev bu dövrdə məcburi istefada idi.

SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi – bu, indi daha aşkar görünür, – çünki həmin komitə obyektiv olaraq özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanırdı. Buna baxmayaraq, Təşkilat Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu komitənin fəaliyyəti sakitcə heçə endi. Qorbaçovun ikiüzlü və riyakar siyasəti yeni siyasi reallıq “quruculuğunun” elementlərinə çevrildi. 1991-ci ilin payızında bu siyasət Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında “Dağlıq Qarabağ Respublikası” (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan “SSRİ Dövlət Şurası” 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran “qaynar mərhələyə” keçirdilər.

1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: “Sərhədləri bütün dünya tərəfindən tanınmış, – bizim ərazi bütövlüyümüz isə BMT tərəfindən tanınır… – suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir… Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

1993-cü ildə Azərbaycan milləti güclü dövlət başlanğıcının, həyatın sınağından keçmiş idarəçilik kadrlarının və ilk növbədə kreativ liderin şəxsində insan kapitalının nə qədər dəyərli olmasını öz təcrübəsində yəqin etdi. Bu millətin tarixi miqyasda bəxti gətirmişdi, bütün bunlar var idi. Aristotelin entelexiya adlandırdığı potensial imkanların faktik imkanlara keçməsini reallaşdırmaq üçün xalqın iradəsi tələb olunurdu.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması Dağlıq Qarabağ münaqişəsində yeni bir səhifə açdı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinə yol açdı. Bu baxımdan Dağlıq Qarabağ problemi yalnız aşağıdakı prizmadan təhlil edilir: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində… heç bir güzəşt olmayacaqdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik xəttinin varisliyini əks etdirir.

İş-işdən keçəndən sonra, 1993-cü ildə Heydər Əliyevə obyektiv və subyektiv səbəblərdən yaranmış ağlasığmaz dərəcədə mürəkkəb şərait miras qalmışdı. O, belə bir nəticəyə gəldi ki, Dağlıq Qarabağ probleminin həllinə sintetik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin hökmən nəzərə alınması tələb olunur. Bu, xüsusən, döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, sabit hakimiyyət qurumlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması və bu tədbirlərin nəticəsi kimi millətin sıx birləşdirilməsi demək idi. Heydər Əliyev deyirdi: “İşləri qaydaya salmaq üçün mənə iki il yarım vaxt lazım gəldi”. Heydər Əliyev özü etiraf edirdi ki, 1993-1994-cü illərdə o, “özünün uzun iş gününün 80 faizini” bu problemin həllinə ayırırdı.

1994-cü il mayın 5-də Bişkekdə barışıq haqqında protokol imzalandı. Ermənistanın təcavüzü nəticəsində 1993-1994-cü illərdə yeddi rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tutuldu. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrildi.

1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən “Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq” adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.

ATƏT çərçivəsində qəbul olunmuş qərarlar BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. Hələ 1992-ci ildə Helsinkidə keçirilmiş əlavə görüşdə ATƏM-in üzvü olan ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda silahlı münaqişənin genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmiş və Minskdə xüsusi konfrans çağırılması istəklərini ifadə etmişdilər. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik təsdiq edilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, dövlət və hökumət başçıları ATƏM-in fəaliyyətdə olan sədrinə danışıqların vahid və razılaşdırılmış bazasını yaratmaq, eləcə də bütün vasitəçilik və danışıq fəaliyyətinin tam əlaqələndirilməsini təmin etmək üçün Minsk konfransının həmsədrlərini təyin etmək barədə tapşırıq verdilər. Dövlət və hökumət başçıları tərəflər silahlı münaqişənin dayandırılması barədə siyasi razılığa gəldikdən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çoxmilli qüvvələrini göndərməyə siyasi cəhətdən hazır olduqlarını da bəyan etdilər.

1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırdı. Həmin bəndlərdə deyilirdi ki, “Üzv dövlətlər… öz ərazilərində… separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, …onlara iqtisadi, maliyyə hərbi və başqa kömək göstərməməyi öhdəyə götürürlər”.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu.

1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur”. 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən “ümumi dövlət” ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərində Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.

Ermənistan-Azərbaycan münaqişəsi Avropa Şurasında da müzakirə olunmuşdur. 1997-ci ildə AŞPA “Cənubi Qafqazda münaqişələr haqqında” qətnamə qəbul etmişdir. Həmin qətnamədə bəyan edilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən, sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsipləri nəzərə alınmaqla tərəflərin danışıqlarının mövzusu olmalıdır.

1999-cu il aprelin 25-də Azərbaycan Prezidenti H.Əliyev və Ermənistan Prezidenti R.Koçaryan Vaşinqtonda ilk ikitərəfli görüş keçirdilər. 2001-ci il yanvarın 26-da və martın 4-5-də onlar Parisdə, daha sonra, 2001-ci il aprelin 3-7-də Ki-Uestdə görüşdülər.

2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.

Prezidentlər İlham Əliyevin və Robert Koçaryanın 2003-cü il dekabrın 11-də Cenevrədəki ilk görüşündən başlayaraq dəfələrlə keçirdikləri görüşləri də qeyd etmək lazımdır.

Hadisələrin bu konturu bir tərəfdən, Cənubi Qafqazın iki dövləti olan Azərbaycanın və Ermənistanın təbiətində, digər tərəfdən, münaqişənin həllinə onların konseptual yanaşmalarında ciddi fərq olduğunu göstərir.

Azərbaycanın dövlət quruculuğu mədəniyyəti ölkədə məskunlaşmış xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən ibarət olmuşdur və indi də belədir. XX əsr ərzində Azərbaycanda siyasi millət, yəni vətəndaş milləti yaranmışdı. Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Bu sözlər müasir Azərbaycan dövlətçiliyinin taleyüklü təbiətini əks etdirir. Müasir Azərbaycan dövlətinin siyasətinin ideya-mədəni və siyasi-psixoloji mənbələri bunlardır.

Müasir Azərbaycan Respublikası Azərbaycanda yaşayan xalqların vətəndaş-siyasi müqəddəratlarını təyin etməsinin nəticəsi olan bir millətin mövcudluğunu nəzərdə tutur. Bu başlıca mənada millət çərçivəsində “ayrılmaq da daxil olmaqla etnik müqəddəratın təyin edilməsi” problemi saxta, uydurma problemdir. Milli dövlətləri parçalamaq vasitəsi kimi istifadə edilən etnokratik millətçiliyin başlıca dəlilinin əsası yoxdur. Millət-dövlət çərçivəsində etnos siyasi-hüquqi subyekt ola bilməz, o, yalnız mədəni-tarixi subyekt ola bilər. Müasir millət-dövlətlər polietnik dövlətlərdir. Etnosların ümumi milli mənafe və etnosun fövqündə duran ideologiya ilə siyasi millət şəklində birləşmədiyi dövlət, olsa-olsa, böhranlı vəziyyətdə mövcud ola bilər. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tətbiqən siyasi fəlsəfəsi ən ümumi şəkildə belədir.

Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: “Əlbəttə, diplomatik uğurlar bizi sevindirir… lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar”.

Diplomatik uğurların qiymətləndirilməsi meyarı praktikadadır – Azərbaycan dövlətinin şəksiz və qanunauyğun şəkildə ölkənin ümumi qüdrətində əks olunan uğurlarındadır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev deyir: “Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, mən əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir”.

Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll ediləcəkdir. Ölkəmiz burada məskunlaşan bütün xalqların ümumi evi olmuşdur və olacaqdır. www.istoriya.az

  1. Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Azərbaycanın rayonları. Dağlıq Qarbağın inzibati ərazisinə daxil olan rayonlar. İşğalın səbəbləri. Nəticələri.

Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

  • 19881993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
  • 26 noyabr 1991-ci il tarixinədək olan inzibati ərazi bölgüsünə əsasən:
  • Dağlıq Qarabağ MV: işğal tarixi – 19881993-cü illər, ərazisi 4388 km². (Şuşa rayonu-289 km², Xankəndi şəhəri-8 km², Əsgəran rayonu-928 km², Martuni rayonu-779 km²,Mardakert rayonu-1705 km², Hadrut rayonu-679 km²); ərazisinin 4088 km²-i erməni işğalı altında, 300 km²-i (Mardakert rayonunun 108.5 km²-i, Martuni rayonunun 191.5 km²-i) isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
  • Laçın rayonu: işğal tarixi – 18 may 1992-ci il, ərazisi – 1835 km²; ərazisi tamamən işğal olunmuşdur.
  • Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il, ərazisi – 1936 km²; ərazisi tamamən işğal olunmuşdur.
  • Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il, ərazisi – 1094 km²; ərazisinin 846.8 km²-i erməni işğalı altında, 247.2 km²-i isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
  • Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1049,8 km²;
  • Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1386 km²; ərazisinin təxminən 886 km²-i erməni işğalı altında, 500 km²-i isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
  • Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il, ərazisi – 802 km²; ərazisi tamamən işğal olunmuşdur.
  • Zəngilan rayonu: işğal tarixi – 30 oktyabr 1993-cü il, ərazisi – 707 km²; ərazisi tamamən işğal olunmuşdur.

Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.

19911994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin dəvamı olmuşdur.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır. Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayıb. Azərbaycan 20% ərazisi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və RusiyaFransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələ də uğursuz şəkildə davam edir. İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır. Müharibə illərində Azərbaycana böyük maddi və mənəvi zərər dəymiş, çoxu günahsız dinc sakin olan 30 min azərbaycanlı ermənilər tərəfindən qətl edilmiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə 600 məktəb, 65 peşə məktəbi və 700 səhiyyə obyekti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. 1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçiləndən sonraazərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başlayır. Artıq 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan (İrəvan) şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Eyni zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni diasporu tərəfindən Miatsumun həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi akademik A.Aqanbekyan “Humanite” qəzetinə 1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını bildirərək, Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış edir. Bu dövr həm də, ermənilərin şovinst-millətçiliyinə xidmət edən “Qarabağ” və “Krunk” təşkilatlarının fəaliyyəti, “ziyalı” pərdəsinə bürünmüş Silva Kaputikyan,Zori Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur. 1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Ermənistandan qovulan azərbaycanlıların ilk dalğası 1988-ci yanvarın 25-də Azərbaycana yetişir. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvəllərində şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C. Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlıları oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır. “Sumqayıt qırğınları” proqramının icraçılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməni idi. Öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşürdü. Hadisədən on gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, “Sumqayıt qurbanları”nın xatirəsini “əbədiləşdirmək” üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində (Stepanakertdə) qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı. Sonralar Levon Ter-Petrosyan öz müsahibələrinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi. Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur. 1989-cu ilin ikinci yarısından etibarən Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumlar etməyə başlayırlar.

1988-ci ildə Dağlıq Qarabağda ermənilərin kompakt yaşadığı yaşayış məntəqələrindən azərbaycanlılar qovulmağa başlayır. Həmin ilin sentyabr ayında Dağlıq Qarabağın ən böyük yaşayış məntəqəsi olan Xankəndidən bütün azərbaycanlılar qovulur. 1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır. Bunun əvəzində Azərbaycan SSR Ermənistanın blokadaya alınması barədə qərar qəbul edir. Bu qərar Ermənistan iqtisadiyyatına ağır zərbə vurur, belə ki, Ermənistana gələn malların 2/3-si Azərbaycan ərazisindən keçirdi. Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında” qərar qəbul etdi. 1990-cı ildə Ermənistan açıq şəkildə Azərbaycana qarşı işğalçılıq fəaliyyətinə start verdi. 1990-cı ilin martın 24-də ermənilər Qazax rayonunun Bağanıs Ayrım kəndini işğal edirlər. İşğal nəticəsində 10 nəfər azərbaycanlı öldürülür, 100-dən çox ev yandırılıb və kəndin sağ qalan əhalisi öz torpaqlarından qovulub. [3] 1991-ci ilin əvvəlində ermənilərin Qazax və Göygöl rayonlarına olan hücumları intensivləşdi. Erməni silahlı quldur dəstələri azərbaycanlıların yaşadığı kəndlərə daha tez-tez hücum edərək onları yandırır, dinc əhalini güllələyirdilər. Buna cavab olaraq Sovet ordusu və Azərbaycan XTPD-si həmin rayonlarda erməni silahlılarına qarşı Çaykənd əməliyyatını həyata keçirir.

Ermənistanın işğalçılıq siyasətini pərdələmək məqsədilə 1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq “Dağlıq Qarabağ Respublikası”nın qurulmasını bəyan etdilər.

Sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəldilər. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı. Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır.

May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur. May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər.

1992-ci ilə qədər Ermənistan Respublikasının milli ordusu var ikən Azərbaycan hakimiyyətinin milli ordu işinə soyuq baxması nəticəsində ermənilər Azərbaycan torpaqlarının %5-ini işğal etmişdir. 1 iyun 1992-ci ildə Elçibəy prezident seçilmiş və bu ərəfədə Azərbaycan ordusu hücuma keçmişdir. 1992-ci ilin 12 iyununda Şaumyan(?),7 iyulda Ağdərə olmaq üzərə işğal edilmiş torpaqların %3,5-i geri alınmışdır. Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilanrayonunun 8 kəndini işğal etdi.

1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi.

İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu.

Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi. Oktyabr ayının 28-noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi. Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi.

1994-cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv Dövlət və Hökumət başçıları tərəfindən ərazi əldə edilməsində güc istifadəsini pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar edilməsi, əməkdaşlığın inkişafıetdirilmsi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul edildi.

Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu. Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs haqqında razılaşma qüvvəyə mindi.

  1. 20 noyabr 1991-ci il-Qarakənd faciəsi. Ümumi məlumat.

1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı. 7 noyabrda Bakıda Q zaxıstanAzərbaycanTürkmənistanRusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Səbəb bunda idi ki, Dağlıq Qarabağ ərazisində müharibə gedir və hansı xalqın (yəni azərilər və ya ermənilər) sıxışdırıldığı məlum deyil. Bu səbəbdən də onlar razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. Onlar əvvəlcəAğdama üz tutdular və bir neçə saat sonra onlar Xocavənd istiqaməti ilə birbaşa Xankəndiyə helikopter ilə getdilər. Helikopter Xocavəndin Qarakənd kəndi səmasında olan zaman vurulur. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziriMəhəmməd ƏsədovOsman MirzəyevAlı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı”) cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “..ermənilər göstərib…” Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin “qara qutusu”nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydıki “qara qutu” “istidən” və yanğından”, “partlayışdan” (onun sozləridi)… sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki helikopter təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin hamını aldadırdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. [1] Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir. Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə helikopteri müşaiyət etmirdi? Niyə onların hamısı bir helikopterdə idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.

Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.

  1. Ermənilərin “Qondarma soyqırım” iddiaları. Türk dünyasında edilən təzyiqlər.

Erməni soyqırımı iddiası və ya Qondarma “erməni soyqırımı” — birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır.

Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başlamışdı. İlk üsyan 1890-cı ildə ərzurumda gerçəkləşmiş daha sonra VanSasonAdana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə sultana suiqəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirmişdir. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.

Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hərşey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi. “Erməni soyqırımı” iddiaları 1950-ci illərdən – yəni “soyqırım” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

Ermənilər ilk “soyqırım” qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).

Bundan 17 il sonra – 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib. “Erməni soyqırımı”nı tanımış bütün ölkələrin sıralaması isə belədi:

  1. Flag of Uruguay.svg  Uruqvay – 20 aprel 1965, 2004, 2005
  2. Flag of Cyprus (bordered).svg  Cənubi Kipr – 1982
  3. Flag of Argentina.svg  Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007
  4. Flag of Russia.svg  Rusiya – 1995, 22 aprel 2005
  5. Flag of Greece.svg  Yunanıstan – 25 aprel 1996
  6. Flag of Canada.svg  Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004
  7. Flag of Lebanon.svg  Livan – 1997, 11 may 2000
  8. Flag of Belgium (civil).svg  Belçika – 26 mart 1998
  9. Flag of the Vatican City.svg  Vatikan – 2000
  10. Flag of Italy.svg  İtaliya – 17 noyabr 2000
  11. Flag of France.svg  Fransa – 18 yanvar 2001
  12. Flag of Switzerland.svg  İsveçrə – 16 dekabr 2003
  13. Flag of Slovakia.png  Slovakiya – 30 noyabr 2004
  14. Flag of the Netherlands.svg  Hollandiya – 21 dekabr 2004
  15. Flag of Poland.svg  Polşa – 19 aprel 2005
  16. Flag of Germany.svg  Almaniya – 16 iyun 2005
  17. Flag of Venezuela.svg  Venesuela – 14 iyul 2005
  18. Flag of Lithuania.svg  Litva – 15 dekabr 2005
  19. Flag of Chile.svg  Çili – 2007

Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin (İsveç və ABŞ-ın) Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyib.

“Erməni soyqırımı” iddialarının yayıldığı areal da maraqlıdı – Avropa və Amerika. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdü. Amerikada isə “soyqırım”ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi deyil. Türkiyənin “strateji müttəfiqi” ABŞ-da “soyqırım”ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində “soyqırım”la bağlı iki layihə durur. ABŞ prezidentləri isə hər il aprelin 24-də “soyqırım” sözünün yarım addımlığından keçirlər.

Amerika və Avropadan kənarda “soyqırım”ı tanıyan cəmi iki ölkə var: biri Rusiyadı, digəri isə Livand. Livan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidi.

“Erməni soyqırımı”nı tanıyan beynəlxalq təşkilat da var – Avropa Parlamenti. Yəni Avropa Birliyi ölkələrinin parlamenti. Bu qurum “erməni soyqırımı”nı hələ 1987-ci ildə tanıyıb. Həm də Fransanın səyləriylə. 1981-ci ildə fransalı parlamentar Jage “Erməni xalqının durumu” adlı layihə hazırlayaraq Avropa Parlamentinə təqdim edib. Sonra bu parlamentdəki sosialistlər qrupu adından fransalı parlamentari Duport və belçikalı deputat Qlinn qərar layihəsi hazırlayıblar. Layihədə ilk dəfə “erməni soyqırımı” iddiaları Avropa Parlamentinin gündəliyinə çıxarılıb. 1984-cü il seçkilərindən sonra Avropa Parlamentində sosialist qrupunu təmsil edən fransalı deputat Sabi həmin layihəni yeniləyib. Elə həmin il başqa bir fransalı parlamentar yəhudi lobbisinin təsiriylə “erməni soyqırımı” ilə bağlı məruzəçi olmaqdan imtina edib. Bu zaman fransızlar məruzəçiliyi belçikalı deputat Vandemelebroka həvalə ediblər. Qatı sağçı və irqçi kimi tanınan məruzəçi bir dəfə belə Türkiyədə olmadan, bir türk rəsmisi ilə görüşmədən hesabat hazırlayıb. Avropa Parlamentinin Siyasi Komitəsi buranın tarix qurumu olmadığını əsas gətirərək hesabatı qəbul etməyib. Fransızlar komitənin italiyalı başqanına yenidən səsvermə keçirməsi üçün təzyiq göstəriblər, amma o, rədd edib. Komitə sədrinin səlahiyyət müddəti bitdikdən sonra iş yenidən başlayıb və fransızlar istəklərinə nail olublar. 1987-ci il iyulun 18-də ermənilərin üzük qaşı kimi dövrəyə aldığı Avropa Parlamenti “erməni soyqırımı”nı faktiki tanıyan qərar qəbul edib. Bu, təxminən o ərəfəyə təsadüf edirdi ki, Türkiyə Avropa Birliyinə üzvlük niyyətini açıq ifadə eləməyə başlamışdı.

Avropa Parlamenti qərarını 2005-ci ildə təzələdi – Türkiyə Avropa Birliyinə üzvlüklə bağlı alayarımçıq müzakirə tarixi almazdan bir ay əvvəl. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri “soyqırım” kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Doğrudur, Türkiyə üçün direktiv Kopenhagen meyarlarıdır, Avropa Parlamentinin qərarları direktiv yox, tövsiyə xarakteri daşıyır. Amma nəzərə almaq lazımdır ki, ən sonda Türkiyənin tam üzvlüyünə səs verəcək qurum Avropa Parlamentidir. Həmin səsvermədə, əğər Türkiyə bu səsverməyə qədər gedə biləcəksə, Avropa Parlamentinin qərarları gündəmə gələcək və Ankaranın bu şərtləri yerinə yetirməsi tələb ediləcək. Biz ha desək də ki, bu ədalətsizlikdir.

Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi “4 T” adlanan tələblərinin yerinə yetirilməsidir:

  1. “Soyqırım”ın dünyada tanınması;
  2. Türkiyənin “soyqırım”ı tanıması;
  3. Türkiyənin “soyqırım”a uğramış adamların varislərinə təzminat ödəməsi;
  4. Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;

Birinci hədəfə faktiki olaraq yaxınlaşıblar. Artıq demək olar ki, bütün Qərb mətbuatı və ictimaiyyəti “soyqırım” iddialarını qəbul edir. Qalır məsələnin hüquqi və siyasi tərəfi. Bunun üçün ABŞ Konqresinin qərarı həlledici əhəmiyyət daşıyır. Bu qətnamə başqa ölkələrin qərarlarına bənzəməyəcək. Həmin layihə keçsə, İngiltərə başda olmaqla Türkiyənin digər müttəfiqləri, beynəlxalq qurumlar da hərəkətə keçəcək, üstəlik, erməni lobbisinin Türkiyədən təzminat tələbləri ciddi bir əsasla gündəmə gələcək. Ermənilər bu qərarı qəbul etdirməyə çox yaxındırlar.

Ermənilər sadəcə tanınmayla kifayətlənməyiblər, adıçəkilən ölkələrin əksəriyyətində “soyqırım” abidələrinin qoyulmasına nail olublar, bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıblar, filmlər çəkdiriblər, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də demokratik Avropa dövlətlərində “soyqırım yoxdu” deyənin cəzalandırılmasını qanuniləşdirirlər.

Ədəbiyyat milyonlarla adamı öz cığırına salan, tükənməz mədəniyyətə gedən bir yoldur. Bu yol həm ədəbi, həm tarixi, həm də mədəni irsin yoludur. Bədxah qonşularımızın hətta bu yoldan da öz çirkin məqsədləri üçün necə istifadə etdikləri bizə yaxşı məlumdur. Amma bu çirkin siyasət ədəbiyyatda indiyə qədər belə formada olmamışdı: “Erməni amerikan ədəbiyyatı”. Sözügedən ədəbiyyat forması öz məzmunu və problematikasına görə uydurma erməni soyqırımına və bu soyqırımın dünyaya sırf ədəbiyyat vasitəsilə çatdırılmasına xidmət edir.

Bu ədəbiyyatın bütün yazarları erməni mənşəli Amerika yazıçılarıdır. Əslində həmin yazıçıların çoxu XX əsrin ortalarından fəaliyyət göstərir. Hələ 1959-cu ildə üç aydan bir Nyu-Yorkda nəşr edilən Ararat jurnalı elə o vaxtlardan dünya erməni yazıçıları ilə yanaşı erməni mənşəli amerikan yazıçılarının əsərlərini də ingilis dilində öz oxucularına təqdim edirdi. Bu jurnalın təsisçisi əsası 1906-cı ildə qoyulmuş, xeyriyyəçiliklə məşğul olan dünyanın ən böyük erməni ictimai təşkilatı Erməni Əsas İltifat Birliyidir (AGBU- the Armenian General Benevolent Union). Baş qərargahı Nyu-Yorkda yerləşən bu birliyin illik büdcəsi 36 milyon dollardır. Təşkilat 35 ölkə üzrə ermənilərin təhsil, mədəniyyət, idmana dair problemləri ilə məşğul olur. 2006-cı ildə Nyu-Yorkda birlik özünün 100-cü il dönümünü təntənəli şəkildə qeyd etdi.

Erməni-amerikan yazıçıları iki nəslə bölünür: yaşlı və cavan nəsil. Yaşlı nəsil yazıçıları çoxlarına məlum Vilyəm Saroyan, Levon Surmelyan, Albert İsak Bezerides, Maykl Arlen, Piter Suriyan, David Xerdiyan, Marjori Husepyan Dobkin, Leon Serabyan Herald, Emmanuel Varandyan, Arlen Avakyan, Nişan Parlakyan, Leo Hamalyan və başqalarıdır.

Gənc nəsil yazarlar isə Nənsi Qriqoryan, Piter Balakyan, Mark Araks, Aris Canikyan, Corc Stambulyan, Karol Edqaryan, Artur Nersesyan, Mişelin Aharonyan Markom, Dahlia Elsayed, Nənsi Aqabyan, Xraq Vartanyan və başqalarından ibarətdir.

“Erməni-amerikan ədəbiyyatı”nın ən məşhur nümayəndəsi Vilyam Saroyandır. Amerikada Stənford Universiteti hər il gənc yazıçılar üçün “Vilyam Saroyan Beynəlxalq Mükafatı” nı təqdim edir. Mükafatın təltifini maddi tərəfdən dəstəkləyən əsası yazıçının özü tərəfindən 1966-cı ildə Amerikada qoyulmuş “Vilyam Saroyan fondu” dur. Vilyam Saroyan “Erməni və erməni” əsərində göstərir ki, uydurma erməni soyqırımı zamanı 1,5 milyon erməni soyuqqanlıqla türklər tərəfindən qətlə yetirilmişdir.

Digər yazıçılardan Lorne Şirinyanın “Şimali Amerika-erməni ədəbiyyatı: Tənqidi müqəddimə: Genosid, diaspora və simvollar.” (“Armenian-North American Literature: a Critical Introduction: Genocide, Diaspora, and Symbols”) kitabı, Karol Edqaryanın 370 səhifəlik “Yüksələn Evfrat” (“Rise the Euphrates” 1994) romanı, David Xerdiyanın “Evdən gedən yol: erməni qızının əhvalatı” (” The Road from Home: The Story of an Armenian Girl”, 1980), Nişan Parlakyanın 608 səhifəli “Müasir erməni dramı: antologiya” (“Modern Armenian Drama: An Anthology”) kitabı, Piter Balakyanın yazdığı “Taleyin Qara iti” memuarı (“Black Dog of Fate: A Memoir”, 1997), Levon Surmeliyan “Rica edirəm, xanımlar və cənablar” (“I Ask You, Ladies and Gentlemen”) romanı və bir çox başqa əsərlər də 1915-ci il uydurma erməni soyqırımından yazır.

“Erməni Amerikan Ədəbiyyatı”ndan kənara çıxsaq görərik ki, uydurma erməni soyqırımından tək bu ədəbiyyat bəhs etmir. Məsələn, yəhudi mənşəli Avstriya yazıçı və şairi Frans Verfelin (10 sentyabr, 1890- 26 avqust, 1945) 1933-cü ildə almanca yazdığı 3 hissəli, 817 səhifəlik “Musa Dağında 40 gün” (Franz Werfel, “Die Vierzig Tage des Musa Dagh”) tarixi, müharibə romanı 1915-ci il uydurma erməni soyqırımından bəhs edir. Əsəri Verfel 1932-ci ilin iyul ayında yazmağa başlamış və 1933-cü ilin martında bitirmişdir. Yazıçı 1929-cu ilin mart ayında Dəməşqdə qalanda gördüyü erməni qaçqın uşaqlarının həyatlarından təsirlənərək sözügedən romanı qələmə almağı qərara almışdır.

Adolf Hitlerin vaxtında faşizm əleyhinə yazan Frans Verfel arzuolunmaz yazıçı kimi tanındığı üçün onun “Musa Dağında 40 gün” romanının Almaniyada satılışına qadağa qoyulmuşdu. Lakin, buna baxmayaraq əsər gizlin satılırdı. 1935-ci ildə “Musa Dağında 40 gün” romanı dünyada ən çox satılan kitablar içində idi. Hətta, deyilənə görə, bu əsər Con F. Kennedinin ən çox sevdiyi romanlardan biri olub.

Məhz bu əsər bir çox oxucuları uydurma erməni soyqırımının türklər tərəfindən təşkil olunmasına inandıra bilmişdi. Bu əsərə görə ermənilər Verfeli milli qəhrəman adı vermişlər.

Əsər müvəffəqiyyət qazandığı illərdə ona əsasən Amerikada film çəkmək istəsələr də Türkiyə ABŞ-ın Dövlət Departamentinə öz narazılığını bildirərək filmin çəkilməməsinə nail ola bilmiş. Lakin, bir neçə on illikdən sonra 1982-ci ildə əsərə erməni rejissoru Sarki Mauradyan 145 dəqiqəlik film çəksə də bu film müvəffəqiyyət qazanmır və tamamilə heç bir gəlir gətirməmişdir.

2006-cı ildə “Rembo” filminin gəhrəmanı, məşhur Amerika aktyoru Silvester Stalloni “Musa Dağda 40 gün” romanı əsasında böyük bir film çəkmək niyyətində olduğunu bildirirmişdir.

Bəzi tənqidçilərin bildirdiyinə görə, əslində ermənilər Musa Dağda 53 gün keçiriblər. Verfel özü 53 günü 40 gün kimi göstərmişdir. Bunu isə tənqidçilər Bibliyadakı qırx gün, qırx gecə axan qan; Musa peyğəmbərin Sinay dağında keçirdiyi qırx gün, qırx gecə ilə əlaqələndirirlər. Osmanlı imperiyası I dünya mühəribəsində məğlub olduqndan sonra Mundros müqaviləsinə əsasən müttəfiq qoşunları İstambula daxil oldular. Bu andan etibarən sultanın hakimiyyəti formal xarakter daşımağa başladı.

Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasına və türklərə qarşı apardıqları irqçi təbliğata bəraət qazandırmaq həm də müttəfiqlərə problem yarada biləcək insanları İstambuldan uzaqlaşdırmaq üçün işğalçılar “hərbi tribunal” qurmaq fikrinə qəldilər. Formal olaraq bu tribunal hərbi cinayətlər törədmiş insanların (ingilis hərbi əsirləri ilə sərt rəftar və ermənilərin öldürülməsi) cəzalandırılması məqsədi güdürdü.

Müttəfiq güvvələri tərəfindən çox sayda dövlət məmuru, hərbçi və siyasətçi həbs olunaraq Maltaya göndərildi. Lakin bir müddət sonra Maltaya aparılan insanların “günağını” sübut edə bilmədikləri üçün müttəfiqlər onları azad etməyə məcbur oldular.

İstambulda fəaliyyət göstərən tribunal əsasən dövlət məmurlarının (kaymakamlar, valilər) və jandarmeriya və ordu zabitlərini istintaqa cəlb edirdi. Osmanlı dövlətinin bütün arxivləri əllərində olmasına baxmayaraq, müttəfiqlər gənctürklərin “erməni soyqırımı” törədmək istədikləri barədə heç bir sübut əldə edə bilmədilər.

Bu şəraitdə tribunalın köməyinə “gənc türklər”i öz siyasi opponenti görən bəzi siyasi güvvələr eləcə də erməni təşkilatları gəldi onlar tribunalı “şahidlərlə” təmin etməyə başladılar.

Qeyd etmək lazımdır ki, bir sıra səbəblərdən dolayı bu tribunalda sultan və onun yaxın çevrəsi də maraqlı idi.

Məhkəmə zamanı Osmanlı dövlətinin cinayət hüququ və elementar hüquqi normalar kobud şəkildə pozulmasına, müttəhimlərin xeyrinə ifadə verən şahidlərin məhkəməyə buraxılmamasına rəğmən məhkəmə bir neçə nəfər barəsində ölüm hökmü çıxarır 1920 – ci illərdə Aram Andonyan adlı erməni tarixçi LondondaParisdə və Bostonda (ABŞ) “Naim bəyin xatirələri ermənlərin köçürülməsi və qətli haqda rəsmi türk sənədləri” (The Memoirs of Naim Bey: Turkish Official Documents Relating to the Deportation and the Massacres of Armenians) adlı kitablar dərc etdirir. Bu kitablarda Tələt paşaya aid olduğu iddia edilən və ermənilərin kütləvi qətlini əmr edən 50 teleqram və 2 məktub var. Andonyanın iddiasına görə bu “materialları” Hələbi tutmuş general Allenbinin ordusu aşkar etmişdir. Bir sıra erməni və ermənipərəst tarixçilər bu materialların saxta olmadığını və erəmi soyqırımını sübut edən faktlardan biri olduğunu iddia edirlər. Maraqlıdır ki, ingilis ordusu İstambulu işğal etdikdən sonra “gənc türklərin” “hərbi cinayətlər törədmiş” nümayəndələrinin məhkəmə qarşısına çıxarldığı “İstambul hərbi tribunalı” Andonyanın materiallarını saxta saymış və bunu sübut kimi qəbul etməmişdir. Bir gədər sonra Berlində Tələt paşanı qətlə yetirmiş Soqomon Teyleryanın məhkəməsi zamanı “erməni soyqırımının” sübütu kimi təqdim olunmuş “Tələt paşanın teleqramları” yenə də sübut kimi gəbul olunmur, sənədlərin ekspertizasını keçirən Berlin kriminalistika bürosunun ekspertləri sənədlərin saxta olduğu qənaətinə gəlirlər. Baxmayaraq ki, Andonyanın materialları ciddi akademik çevrələrdə qəbul olunmur, erməni tarixçiləri onların saxta olmadıqlarını və “erməni soyqırımını” sübüt edən faktlardan biri olduğunu iddia edirlər Türkiyəli mütəxəssislər hesab edirlər ki, dünya ölkələrinin “soyqırım” qərarlarını qəbul etməsində 5 amil rol oynayır:

  1. həmin ölkələrdəki erməni azlığının təsiri;
  2. Türkiyəyə düşmən münasibət;
  3. Türkiyəni Avropa Birliyində görməmək istəyi;
  4. özünün törətdiyi soyqırıma suç ortağı axtarmaq cəhdi;
  5. din.

Uruqvay, Argentina, Rusiya, Kanada, Livan, Fransa, İsveçrə, İtaliya və Venesuelanın qərarları birinci səbəblə – yəni bu ölkələrdəki erməni azlığının təsiriylə, Yunanıstan və Yunan Kiprinin qərarları Türkiyəyə qarşı düşmən münasibətlə, Vatikanın qərarı din faktoruyla izah edilir. Fransa və İtaliyanın qərarlarının arxasında Türkiyənin Avropa Birliyinə üzv olmasının qarşısını almaq niyyətinin dayandığı bəllidir. Hollandiya, Belçika, Almaniya, İsveçrə və Polşanın qərarları da oxşar motivdən qaynaqlanır. Eyni zamanda Almaniya, Slovakiya və Latviya tarixən qətliamlar törətmiş ölkələr kimi özlərinə ortaq axtarırlar. Yəni “soyqırım törədən tək biz deyilik…”

Fakt bundan ibarətdi ki, nə səbəbdən olur-olsun, dünyanın 20 ölkəsinin qanunverici orqanı erməni iddialarını qəbul edib. Təkcə 2000-2005-ci illər arasında 15 ölkənin parlamenti qərar çıxarıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma “erməni soyqırımı”nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: “Konqresin üzvü kimi heç vaxt “erməni soyqırımı” haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm”.

J. Şmidt xatırladıb ki, ABŞ-ın bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün “soyqırım” ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovitsKaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin MakkartiMassaçusetsUniversitetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, “Hunter” Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm adamları var.

J. Şmidt onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsinin olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək D. Qriqoryanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib. Artıq qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv olunması üçün mübarizə aparmaq vaxtı çatıb”

Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası 2010-cu ildə qondarma “erməni soyqırımı”nın tanınması haqqında qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv edib. Bu barədə Şəhər Şurasının növbəti sessiyasında qərar qəbul olunub. İzyum meri Şəhər Şurasının qərarı ləğv etməsi ilə bağlı Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətova və UkraynaAzərbaycanlıları Konqresinin Krım təşkilatına müvafiq məktub göndərib. Rəhim Hümbətov bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması haqqında qərarın ləğvinə uzunmüddətli əmək sərf edərək nail olublar: “Bu qərar Ukrayna qanunvericiliyinə zidd idi və yerli idarəetmə orqanının belə bir qərar qəbul etməyə səlahiyyəti yoxdur. Biz həmçinin Şəhər Şurasının qəbul etdiyi bu qərara hüquqi qiymət verilməsi üçün İzyum prokurorluğuna müraciət etmişdik. Uzunmüddətli mübarizədən sonra qanunsuz və ədalətsiz qərarın ləğvinə nail olduq. Artıq qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv olunması üçün mübarizə aparmaq vaxtı çatıb. Bunun üçün əsaslar lazım olduğundan da kifayət qədərdir”. Xatırladaq ki, bu, bütün dünyada qondarma “erməni soyqırımı”nın tanınması barədə qərarın ləğvinə dair ilk haldır.

  1. Xocalı faciəsində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslər.

Əlif Hacıyev 24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974– 1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. O, 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. 1987-ci ildə işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra o, bəraət almış, azadlığa buraxılmışdır. Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olur. Yaxşı işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən daha iyrənc niyyətlərə – «Xocalı əməliyyatı»na başladı. Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə..Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakını narahat edirdi. Lakin Xocalını itirmək qorxusu paytaxtı bir an da olsun narahat etmirdi. Nəhayət, həmin faciə günü yetdi. 1992-ci ilin fevral ayının 25-də Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, yenə də paytaxtdan kömək gözlədi.

Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif, Qarabağ torpağında – Xocalı faciəsi zamanı şəhid oldu..

Tofiq Hüseynov – 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 19611971-ci illərdə burada məktəbə getmişdir. 1974-cü ildə sovet ordu sıralarına çağırılımış, 1976-cı ildə ordudan tərxis olunmuşdur. 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası “Alazan” qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. El oğlunun adı cəbhə boyu dolaşdı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilmişdir. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevral oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı o həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu…

  1. Azərbaycanın təhsil sistemi və inteqrasiya.
  2. Dünya Azərbaycanlılarının həmrəyliyi günü.

Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablarhərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. RusiyadaUkraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, AvropadaAmerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Arazqırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİİran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.

  1. Azərbaycan Respublikasının sosial siyasəti və iqtisadi inkişafı.

Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu.
Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.

XX əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərmişdir. 1969-1978-ci illərdə orta ümumtəhsil məktəblərinin sayı 77 faiz artmışdır. 1979-cu ildə SSRİ-nin 43 şəhərinin 152 ali məktəbində 3315 nəfər azərbaycanlı təhsil alırdı. Dahi rəhbər Heydər Əliyev hərbi kadrların hazırlanmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycanda iki ali hərbi məktəb – Ali Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi var idi. Lakin bu məktəblərdə cəmi 5-6 nəfər azərbaycanlı təhsil alırdı. 1971-ci ildə ulu öndər Heydər Əliyev ilk hərbi internat məktəbinin açılmasına nail olmuşdur. Həmin il C.Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Ulu öndər Heydər Əliyev 1976-1977-ci illərdə 800 nəfərdən çox gəncin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsinə nail olmuşdur. 1982-ci ildə artıq hərbi məktəblərə göndərilənlərin sayı 1000 nəfərdən çox idi. Milli müstəqillik məfkurəsinin milli şüur və dil faktorlarından asılı olduğunu nəzərə alan ümummilli lider Heydər Əliyev hakimiyyətinin ilk illərindən dil məsələsinə ciddi diqqət yetirmişdir. Artıq ötən əsrin 70-80-ci illərində Azərbaycan türkologiya elminin mərkəzinə çevrilmişdi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan SSR-in dövlət dili kimi təsbit edilməsi bu sahədə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasətin nəticəsi idi. Dahi rəhbər Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində erməni fitnəkarlığına qarşı əzmlə mübarizə aparmışdır. Məlum olduğu kimi, Azərbaycan hökuməti 1967-ci il mayın 7-də 2 min hektar Azərbaycan ərazisinin ermənilərə verilməsi haqqında qərar çıxarmışdı. Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi zaman bu məsələnin Azərbaycanın xeyrinə həll edilməsinə nail olmuşdur. Ermənilərin Dağlıq Qarabağın Azərbaycandan təcrid olunması haqqındakı iddialarına son qoymaq üçün 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu xətti çəkilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Sovet İttifaqının tərkibində müstəqil Azərbaycanın əsaslarını qoymuş, milli ruhun, milli mənəviyyatın vətəndaşlarımızın məfkurəsinə çevrilməsinə nail olmuşdur. Bunun nəticəsi idi ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmişdir. O dövrdə hakimiyyətdə olan adamların səriştəsizliyi nəticəsində Azərbaycan dövləti müstəqilliyini itirmək, ölkəmiz dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı tarixə Qurtuluş Günü kimi daxil olmuşdur. Ümummilli liderimiz Azərbaycanın müstəqil dövlət kimi əbədi varlığını təmin etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sabitliyi təmin etməklə, hüquqi dövlət quruculuğu istiqamətində mühüm ardıcıl tədbirlər həyata keçirməklə müstəqilliyi qorumağın nümunəsini yaratmışdır.
1994-cü ildə Əsrin müqaviləsinin imzalanması gənc Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyasında, onun tranzit potensialının artmasında mühüm addımdır. Bu müqavilə Şərqlə Qərb arasında əməkdaşlıqda Azərbaycanın regiondakı liderliyini təmin etmişdir.
İqtisadi, sosial və siyasi islahatların həyata keçirilməsi qanunvericilik bazası olmadan mümkün deyil. Odur ki, ulu öndərimiz dövlət quruculuğuna hüquqi bazanın yaradılmasından başladı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bu Əsas Qanunun ardınca qəbul edilən qanunvericilik aktları Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatının hüquqi əsasda qurulması, hüquqi islahatların həyata keçirilməsi üçün mühüm addım oldu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi ön plana çıxdı. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin proqramı müəyyənləşdirilmişdir. 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ikinci dövründə yüzlərlə müəssisə bərpa edilmiş, yeni sənaye obyektləri işə salınmışdır. Qərblə Şərq arasında olduqca əlverişli geosiyasi və strateji mövqeyə malik olan Azərbaycan qədim İpək Yolunun üzərində – dünya nəqliyyat sisteminin kəsişmə nöqtəsində yerləşir və bu olduqca mühüm əhəmiyyətə malikdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü qədim İpək Yolunun bərpası ideyası, 1993-cü ilin mayında Traseka Proqramının qəbulu Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə cəlb edilməsində, nəticə etibarilə, onun iqtisadi potensialının artmasında mühüm rol oynamışdır. 1996-cı ilin dekabrında Azərbaycan, Gürcüstan və Ukrayna dövlət başçıları Avrasiya dəhlizinin yaradılması haqqında saziş imzalamışlar. 1998-ci ilin sentyabrında Bakıda İpək Yolunun bərpası ilə bağlı 33 ölkənin, 13 beynəlxalq təşkilatın iştirakı ilə keçirilən konfrans Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirmiş, onun dinamik və ahəngdar inkişafını təmin etmişdir.
Ulu öndərin əsasını qoyduğu siyasət ölkəmizin iqtisadi inkişafını təmin etmiş, dünya iqtisadiyyatında Azərbaycan modelinin yaranması ilə nəticələnmişdir. Dünyanın aparıcı ölkələrini iqtisadi böhran bürüdüyü, kreditlərin azaldığı, sosial ödənişlərin məhdudlaşdığı bir zamanda Azərbaycanda iqtisadi inkişaf tempi artmaqdadır. Dahi rəhbər Heydər Əliyev Azərbaycanın mədəni yüksəlişi üçün də mühüm tədbirlər həyata keçirmişdir. 2001-ci il avqustun 9-da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi, 2002-ci ildə Şirvanşahlar Sarayında, Möminə xatın məqbərəsində, Qarabağlar türbəsində və Şəki Xan Sarayında təmir-bərpa işlərinin aparılması, Qız qalasının və İçərişəhərin YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilməsi ölkə mədəniyyətinin inkişafına əvəzsiz töhfələr vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış siyasi və iqtisadi baza Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Artıq Azərbaycan dünyanın mühüm yanacaq-energetika regionlarından birinə çevrilərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Vəli BAXŞƏLİYEV AMEA-nın müxbir üzvü

1991-ci ildə dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət qarşısında: dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-dünyəvi dövlət qurulması; bazar iqtisadi sisteminə keçid; ölkənin ərazi bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr qoyuldu. Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü. Birinci dövrdə Azərbaycan Respublikasının qarşılaşdığı misli görünməmiş siyasi (1991-1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi), hərbi (Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistandan və Azərbaycanın işğal olunan ərazilərindən qovulmuş 1 milyondan çox azərbaycanlıların əksəriyyəti hələ də çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayırlar. Bu qaçqınların və məcburi köçkünlərin əksəriyyəti əmək qabiliyyətli olsalar da, faktiki olaraq onların çoxunun daimi iş yeri yoxdur, təsadüfi qazanclar və hökumətin verdiyi cüzi müavinətlər hesabına yaşamağa məcburdurlar) və iqtisadi (bu dövrdə keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsi xeyli aşağı düşdü, müəssisələrin əksəriyyəti öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qaldılar, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı düşməsi başlandı, inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əmək haqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya çevrilməsinə səbəb oldu) problemlər vəziyyəti ağırlaşdırmışdı. Bu dövrdə Azərbaycan Respublikasında iqtisadi islahatlara qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlanılmışdır. Liberallaşdırma prosesi 1995-ci ilə kimi ölkədə qiymətlərin kəskin surətdə qalxması ilə müşaiyət olunmuşdur. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdir. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,63 dəfə artmışdır. Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ”Azərbaycanda Sahibkarlığın Inkişafı (1993-1995)” adlı Dövlət Proqramını qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və s.). Birmənalı olaraq qeyd etmək olar ki, iqtisadi inkişafın birinci mərhələsində aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər nəticəsində bütün iqtisadi indikatorlarda neqativ meyllər müşahidə olunmuşdur. Belə ki, 1991-ci ildə ümumi daxili məhsul (ÜDM) 2,7 milyard manat olmuş, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı.. Bunun nəticəsi olaraq əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3.6 dəfə aşağı düşmüşdür. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi xeyli yüksəlmişdir. Belə ki, 1991-1995-ci illər ərzində iqtisadi fəal əhali içərisində məşğul əhalinin sayında azalma müşahidə olunmuşdur. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsi 5.7 dəfə azalmışdır. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə – hiper inflyasiya mərhələsinə qədəm qoymuşdur (1994-cü ildə inflyasiya səviyyəsi 1763.5 faiz olmuşdur). Belə ki, istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əmək haqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi. Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1995-ci illərdə aparılmış sistemsiz iqtisadi islahatlar aşağıdakı neqativ hallara səbəb oldu: (I) maliyyə-bank sistemi iflic vəziyyətə düşdü; (II) büdcə kəsirinin ÜDM-ə nisbəti 1994-cü ildə 13 faizə çatdı; (III) bütünlüklə büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox artmasına səbəb oldu; (IV) 1992-1994-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45 faizini təşkil etdi; (V) 1992-1994-cü illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faiz təşkil etdi; (VI) 1994-cü ildə Milli Bankın faiz dərəcələri 250 faizə çatdı; (VII) 1992-ci ildə tədavülə buraxılmış milli valyuta – manat tezliklə qiymətdən düşməyə başladı və 1995-ci ilədək onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü; (VIII) ölkədə inflyasiya özünün pik səviyyəsinə çatdı; (IX) 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı; (X) 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmadı; (XI) bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı və s. 1993-cü ildən etibarən Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaranmışdır. Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş (”Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)”) və digərləri uğurla həyata keçirilmişdir. Eyni zamanda, hal-hazırda “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər uğurla icra olunur. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri aşağıdakı kimi səciyyələndirilir: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin – müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması. Bu model üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici xüsusiyyətlərini – göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması; qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması; sosialyönümlülüyün gözlənilməsi; milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir. Azərbaycan iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış, Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2003-cü illərdə isə orta hesabla 10% təşkil etmiş, 2004-2011-ci illərdə isə real ifadədə 3 dəfə artmışdır.

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil etmişdir. Artıq torpaq və aqrar islahatları institusional baxımdan faktiki olaraq başa çatmışdır. 1695,1 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış, kolxoz və sovxozların bazasında fermer təsərrüfatları yaradılmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99,8%-i özəl bölmədə istehsal olunur. Bu proses ölkədə mühüm sosial-siyasi dəyişikliklərlə yanaşı, kənd təsərrüfatı sahələrinin iqtisadi səmərəliliyinin yüksəlməsinə də təkan vermişdir. Son illərdə bir sıra ərzaq məhsulları (məsələn ət və süd məhsulları, kartof-soğan və s.) idxalının xeyli dərəcədə azalması buna bariz sübutdur. Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi artıq başa çatmış və II özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılmış və bu proqram çərçivəsində rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika kompleksinin müəssisələri özəlləşməyə açılmışdır. Sahibkarlığın inkişafı və özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar görülən tədbirlər nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi artaraq 1994-cü ildəki 29%-dən 2011-ci ildə 81%-i ötmüşdür. Son illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu da xeyli artmışdır. 2003-2011-ci illər ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına qoyulan ümumi investisiyaların həcmi 100 milyard ABŞ dollarını keçmişdir. Bu dövrdə görülən işlər içərisində 1999-cu ilin sonunda Neft Fondunun yaradılması xüsusi qeyd edilməlidir. Vaxtında qəbul edilmiş bu qərar iqtisadi inkişafda yeni mərhələnin başlanmasını göstərir və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının məhsulu kimi qiymətləndirilməlidir. Bu davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005-2025-ci illər) mühüm əhəmiyyət kəsb edir. Həmçinin son illər Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş və keçirilən iqtisadi islahatların, tədbirlərin (bu islahat və tədbirlərin hansı siyasi sənədlərlə həyata keçirilməsi yuxarıda qeyd edilmişdir) davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi ilbə-il yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı reallaşır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası hazırlanır. 2011-ci ildə “Azərbaycan Respublikasının 2012-ci və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət proqramları ilə əlaqəli şəkildə hazırlanmışdır. Bu sənəd Azərbaycan Respublikasının 2012-2015-ci illərdə iqtisadi və sosial inkişafının əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etməklə 2012-ci və sonrakı üç il üçün Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin tərtibini əsaslandırır. Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bu günkü vəziyyəti, artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar. http://www.azerbaijan.az

  1. Qarabağ müharibəsində Azərbaycanın ərazilərinin işğalının əsas səbəbləri.
  2. Horadizin işğaldan azad olunması əməliyyatının siyasi və hərbi nəticələri.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdir. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonun böyük hissəni azad etmişdir. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri 1,5-2 dəfə Azərbaycan tərəfindən çox oldu.

Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

  1. 15 iyun – Milli Qurtuluş Günü.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.[4]

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bi vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisiniclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərinyerinə parlamentin sədri seçildi.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.

  1. Azərbaycan-Rusiya münasibətləri. Siyasi-iqtisadi münasibətlər.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulmuşdur. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətinə başlamışdır. Hal-hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu (30.01.2006), Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri isə Vladimir Doroxindir (17.03.2009). İki ölkə arasında mövcud olan və daima inkişaf edən müqavilə-hüquq bazasının başlıca strateji xarakterli sənədi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Müqavilədir (03.07.1997). Həmin müqavilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya etdiyi rəsmi səfəri çərçivəsində imzalanmışdır. 16 aprel 2001-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişə əsasən AR MM və RF FM-nin əməkdaşlığı üzrə Parlamentlərarası Komissiya təsis edilmişdir. Onun iş qaydaları 21 oktyabr 2004-cü il tarixində təsdiq edilmiş Reqlament ilə müəyyən olunmuşdur. Komissiyaya Azərbaycan tərəfində 15 MM deputatı, Rusiya tərəfindən isə 9 Federasiya Şurasının (parlamentin yuxarı palatası) üzvü və 9 Dövlət Dumasının (parlamentin aşağı palatası) deputatı daxildir. Komissiya iki ildə bir dəfə Bakıda və Moskvada (növbələşmə üzrə) iclasları keçirir. Komissiyanın sonuncu, sayca onuncu iclası 2 noyabr 2012-ci il tarixində Bakıda baş tutmuşdur. Komissiyanın Azərbaycan tərəfindən həmsədri Milli Məclis sədrinin müavini V.Ələsgərov, Rusiya tərəfindən isə Federasiya Şurası sədrinin müavini S.Orlovadır. Bununla yanaşı, Milli Məclisdə Parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri – Regional məsələlər komitəsinin sədri A.Rəhimzadədir), Dövlət Dumasında isə AR Parlamenti ilə əlaqələr üzrə deputatlar qrupu (əlaqələndiricisi – Millətlər məsələləri üzrə komitənin sədri Q.Safaraliyevdir) mövcuddur.

Siyasi sahədə:

İki ölkə arasında siyasi sahədəki münasibətlərinin əsaslarını müəyyən etmiş “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Müqavilə ilə yanaşı, digər mühüm sənədlər vardır:

– Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında siyasi məsləhətləşmələr haqqında Protokol (06.06.1995);

– Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş (03.07.1997);

– Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsi (09.01.2001);

– Azərbaycan Respublikası və Rusiya Federasiyasının Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyanatı (09.01.2001);

– Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Birgə Bəyanatı (25.01.2002);

– Azərbaycan Respublikası və Rusiya Federasiyasının Moskva Bəyannaməsi (06.02.2004);

– Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Birgə Bəyanatı (22.02.2006);

– Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə (03.07.2008);

– Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi üzrə Birgə Bəyanatı (29.06.2009);

– Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin Birgə Bəyanatı (29.06.2009);

– Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə (03.09.2010).

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında siyasi məsləhətləşmələr haqqında Protokola əsasən, iki ölkənin XİN-ləri arasında ildə iki dəfədən az olamayaraq məsləhətləşmələr həyata keçirilir. 2011-ci ildə 4-5 fevral tarixlərində Bakıda ikitərəfli əməkdaşlıq və regional məsələlər, 1-4 mart tarixlərində Bakıda müqavilə-hüquq məsələləri, 17 mart tarixində Moskvada diplomatik nümayəndəliklərin yerləşdiyi binalarla əlaqədar mülkiyyət məsələləri, 16 noyabr tarixində isə Bakıda Xəzər məsələləri üzrə XİN-lərarası məsləhətləşmələr keçirilmişdir. 2012-ci ildə 15 oktyabr tarixində Moskvada Xəzər məsələləri və 7 noyabr tarixində Bakıda İran və digər regional məsələləri üzrə məsləhətləşmələr təşkil edilmişdir.

İqtisadi sahədə:

1. 2011-ci ildə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət əlaqələri haqqında:

2011-ci ildə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin həcmi 2.828,45 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1.641,09 mln. ABŞ dolları, ixracın həcmi isə 1.187,36 mln. ABŞ dolları təşkil etmişdir. 2011-ci ildə Rusiya Federasiyasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 7,79 faiz, o cümlədən idxalda 16,82 faiz, ixracda isə 4,47 faiz təşkil etmişdir. 2010-cu illə müqayisədə, 2011-ci ildə Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 47,43 faiz, o cümlədən idxal 43,33 faiz, ixrac isə 53,5 faiz artmışdır. 2. İqtisadi sahəyə aid olan əsas sazişlər:

– Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət haqqında;

– Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq haqqında;

– Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektroenergetika sahəsində əməkdaşlıq prinsipləri haqqında;

– Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında;

– Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri haqqında;

– Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında;

– Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında;

– Azərbaycan Dövlət Dəmir Yolu və “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti arasında dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşınmasının təşkili üzrə.

3. Həyata keçirilən tədbirlər:

– 2011-ci ildə Rusiya Federasiyasının Baş Nazirinin müavini, Rusiya Federasiyası Prezidentinin Şimal-Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi A.Q.Xloponinin başçılığı ilə Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Şimali Osetiya-Alaniyanın başçıları, eyni zamanda Qaraçay-Çərkəz Respublikasının hökumət sədri və Stavropol diyarının nümayəndələrindən ibarət heyətin Bakıya səfəri olmuşdur.

– 2011-ci ilin mart ayında Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilmişdir.- 25-30 noyabr 2011-ci il tarixində İqtisadi İnkişaf Naziri Ş.Mustafayevin başçılığı ilə Azərbaycan Respublikasının hökumət və işgüzar dairələrinin nümayəndələrinin Rusiya Federasiyasının Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Şimali Osetiya-Alaniyanın Qaraçay-Çərkəz Respublikalarına və Stavropol diyarına işçi səfər həyata keçirilmişdir. Səfər çərçivəsində Maxaçqalada Azərbaycan Respublikasının 45 şirkətinin iştirakı ilə Azərbaycan-Rusiya biznes-forumu təşkil olunmuşdur.

4. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclaslarının xronologiyası:

– 1-ci iclas 1 iyul 1996-cı il, Maxaçqala şəhəri

– 2-ci iclas 7 noyabr 1997-ci il, Bakı şəhəri

– 3-cü iclas 27 iyun 1997-ci il, Moskva şəhəri

– 4-cü iclas 5 noyabr 1999-cu il, Bakı şəhəri

– 5-ci iclas 24 aprel 2001-ci il, Moskva şəhəri

– 6-cı iclas 10 aprel 2002-ci il, Bakı şəhəri

– 7-ci iclas 28 noyabr 2003-cü il, Moskva şəhəri

– 8-cı iclas 7 aprel 2004-cü il, Bakı şəhəri

– 9-cu iclas 14 fevral 2005-ci il, Moskva şəhəri

– 10-cu iclas 21 fevral 2006-cı il, Bakı şəhəri

– 11-ci iclas 13 dekabr 2007-ci il, Moskva şəhəri

– 12-ci iclas 29 may 2009-cu il, Bakı şəhəri

– 13-cü iclas 18 mart 2011-ci il, Moskva şəhəri

  1. Azərbaycan-ABŞ münasibətləri. Super güclər.

ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın ABŞ-da səfirliyi açılmışdır. Hal-hazırda, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri E.Süleymanovdur.

Parlamentlərarası əlaqələr:

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu, ABŞ Konqresində isə “Azərbaycan üzrə İşçi Qrupu” (24 mart 2004-cü ildən) fəaliyyət göstərir. Hal-hazırda Bill Shuster (R-PA) və Dan Boren (D-OK) “Azərbaycan üzrə İşçi Qrupu”nun həmsədrləridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri isə S.Seyidovdur.

Müqavilə-hüquq bazası:

Bu günə kimi, iki ölkə arasında 75 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır. Azərbaycan-ABŞ münasibətləri, ABŞ və Azərbaycanın dəyişən dünya nizamı içərisindəki mövqeləri məzmununda ələ alınmalıdır. Çünki ABŞ-ın Azərbaycana münasibəti; Soyuq Müharibə sonrası Rusiya ilə olan əlaqələrindən, 1979 İran İslam İnqilabından bu günə İran ilə arasında davam edən gərginlikdən, Çinin yükselmekte olan gücünün bölgəyə edəcəyi ehtimal təsirin ABŞ-ın iqtisadi maraqları əlaqəsindən və 11 Sentyabr sonrasında ABŞ-ın Mərkəzi Asiya və Qafqaza yaklaşımındaki dəyişmədən müstəqil olaraq qiymətləndirilə bilməz.

SSRİ-nin süqutu və soyuq müharibənin bitməsi ilə birlikdə keçmiş Sovet respublikaları, səbəbindən Azərbaycan müstəqilliyini qazandığında, Rusiya hələ özünü toparlayamamış vəziyyətdə idi. ABŞ isə bu şərtlər altında Rusiyanın beynəlxalq sistemə inteqrasiya edilməsini uyğun görmüş, yeni müstəqil olan respublikalarla birbaşa əməkdaşlıq yerinə Rusiya ərazisindən əlaqə yaratmağı seçmiş, bu respublikaları nisbi olaraq Rusiyanın nüfuz sahəsi kimi qiymətləndirmişdir. Ancaq Rusiya qısa müddətdə toparlanmış və 1993-cü ildə Yaxın Ətraf Doktrini’ni ortaya qoyaraq köhnə SSRİ coğrafiyasında tək söz sahibi olduğunu elan etmiş, ABŞ-ın tək qütblü sistemindən narahatlıq duyduğunu beləcə ifadə etmişdir. Bu inkişafdan sonra ABŞ, köhnə respublikalarla olan əlaqələrini yoğunlaştırmış, Qafqazda yenidən soyuq müharibə küləkləri əsməyə başlamışdır. Azərbaycanda Qərb yanlısı xarici siyasətləriylə bilinən Elçibəyin Rus təzyiqlərinin da təsiriylə yerini təhvil verdiyi Əliyev, bir müddət Rusiyanı sakitləşdirmək üçün iqtisadi və siyasi bəzi güzəştlər vermiş, ancaq bu tavizlerin Rusiya üçün heç bir zaman kafi olmadığını anlayaraq Qərb yanlısı siyasətlərə yönəlməyə başlamışdır. Bu dövr, tam da ABŞ-ın Qafqaz üzərindəki marağının artdığı dövrdür. Qarabağ probleminin bütün istiliyi ilə sürdüyü bu dövrdə ABŞ-ın BMT-nin nümayəndəsi Madaleine Olbrayt, 5-6 sentyabr 1994-cü ildə Bakıya bir səfərdə olmuş, ABŞ-ın, Rusiyanın Qafqaz xüsusi rolunu qəbul etmədiyini və Rus əsgəri birləşmələrinin Qarabağa yalnız digərləri ilə birlikdə, həm də ATƏT-in nəzarəti altında yerleşebileceğini dilə gətirmişdir. 20 Sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə ABŞ, Xəzər Petrolleri üzərinə Azərbaycan ilə ilk müqaviləsini etmişdir. ABŞ, köhnə respublikaların müstəqilliklərini qazanmaları və Rusiyanın gücündəki azalmayla ortaya çıxan güc boşluğunun Rusiya tərəfindən doldurulmasını maneə törətməyə çalışmaq istəmişdir. Ağ Evin 1997-ci ildə hazırladığı “Xəzər hövzəsinin enerji inkişafı” adlı bəyanatda ABŞ-ın buradakı siyasətinin dörd ana istiqaməti müəyyənləşdirilmişdir. Buna görə, ABŞ Azərbaycan-Ermənistan münaqişəsinin həllinə çalışacaq; dünya enerji ehtiyatlarının artırılması, genişləndirilməsi çərçivəsində Xəzər hövzəsi enerji qaynaqlarını istifadə; Xəzər hövzəsi ölkələrinin müstəqilliyi və suverenliyi üçün Rusiyadan keçən neft boru xəttlərinə asılılıq aradan qaldırılacaq və alternativ ixrac yolları tapılacaq; İran təcrid ediləcək və bu ölkənin Xəzər enerjisi mövzusunda heç bir rol üstlenmemesini sağlanacaktı. Azərbaycan-Ermənistan arasındakı Qarabağ probleminə ABŞ-ın həll tapmaq istəməsi də, sabitliyi təmin etməsi halında bölgədə təmin edəcəyi güc və nəzarət edəcəyi enerji qaynaqları səbəbiylədir. ABŞ, Rusiyanın regional fəaliyyətinin qırılması üçün Qarabağ probleminin çözülmesinin şərt olduğunu bilir. Rusiya isə bölgədəki sabitliksizliyin ABŞ-ın də dəstəklədiyi Bakı-Ceyhan Neft Boru Kəməri layihəsinin həyata keçməsini maneə törədərək öz layihələrinə dəstək verəcəyini ummuştur. ABŞ, Qarabağ probleminin həll edilməsi üçün vasitəçilik etmişdir. Aprel 2001-ci ildə ABŞ-da həyata keçirilən sülh danışıqlarına Azərbaycan və Ermənistan prezidentləri qatılmış, görüşlər zamanı ABŞ, Qərbin Rusiya ərazisinin xaricindən keçən ikinci bir quru yolu (ilki Xəzər ilə Gürcüstan üzərindən təmin olunur) əlaqəsini təmin edəcək “torpaq dəyişməsi” planı üzərində dayanmışdır. Lakin ABŞ Qarabağ probleminə həll tapmada gözlənildiyi qədər aktiv ola bilməmişdir. Bundan başqa, ABŞ Konqresinin qəbul etdiyi 907 saylı qərar, Azərbaycanla olan əlaqələri üçün maneə xüsusiyyətindədir. Bununla yanaşı, ABŞ, Rusiyanın Qafqazdakı yenidən qurulma və BDT’yi NATO qarşısında bir əsgəri ittifaqa çevirmə əməllərini 1997-ci ildə qurulan GUAM ilə iflasa uğratmışdır. Daha sonra Özbəkistanın da iştirakı GUUAM’a çevrilən təşkilat, Azərbaycan, Gürcüstan və Ukrayna tərəfindən qurulmuşdur. Təşkilatı quran respublikaların son məqsədi Rusiyanın genişlənmə siyasətini dayandırmaq, Qərb ilə bütünləşərək NATO-ya üzv olmaqdır.

ABŞ, 1997-ci ildə hazırladığı bəyanat Xəzər bölgəsində ABŞ-ın təsirini artırmağı, Rusiya, İran və Çin arasında meydana gələcəyi təxmin edilən ittifaqa qarşı əsas vasitə olaraq gördüyünü ortaya qoymuşdur. ABŞ, İranı Qafqazdakı qüvvələr tarazlığında dışlamaya çalışmaqda, buna qarşılıq İran, Rusiyaya yakınlaşmakta və ibarət olan Moskva-İrəvan-Tehran ittifaqı, Azərbaycanı Qərbə yaxınlaşmağa məcbur edir. Tehran rəhbərliyinin Moskva ilə inkişaf edən əlaqələrini Vaşinqton rəhbərliyi Ankara ilə əməkdaşlıqla tarazlaşdırmağa çalışmışdır. Çin, qısa bir müddət sonra ABŞ-a rəqib olacağı nəzərdə tutulan iqtisadi potensialı ABŞ-a Qafqazda gələcəkdə rəqib olmağa namizəd. 2010-ci ildə Çinin dünya neft istehsalının% 5-7ini tələb edəcəyi təxmin edilməkdədir. Böyüyən iqtisadiyyatının artan enerji ehtiyacını qarşılamaq üçün xüsusilə təbii qaza yönəlməkdədir. Bunu qarşılamaq üçün xüsusilə Xəzər hövzəsi ətrafındakı ölkələrlə danışıqlara başlamışdır. Hindistan və Pakistan da nüvə gücləriylə Qafqazda nüfuz sahibi olmağa namizəd ölkələrdir. Bjezinskinin də ifadə etdiyi kimi, Avrasiya dünyanın siyasi olaraq ən iddialı və dinamik dövlətlərinin olduğu yerdir. ABŞ-dan sonra dünyanın ən böyük altı iqtisadiyyatı Avrasiyada vardır. Belə bir ətrafda olan Qafqazda ABŞ-ın gücünü gücləndirmək və gələcək hegemon-nik gücünü zəmanət altına almaq adına səy harcamaması düşünülə bilməz.

11 Sentyabr sonrası ABŞ, qlobal hegemoniyası üzərindəki təhdid alınmasını qanunilik zəmini olaraq təqdim edərək Qafqaz üzərindəki təsirini daha da artırmağa, daha əvvəl iqtisadi və siyasi olaraq uzaqdan idarə etməyə çalışdığı bölgəyə şəxsən əsgərləriylə yerləşməyə başlamışdır. ABŞ-ın Azərbaycan üzərindəki 1998-ci ildən sonra nisbətən azalan marağının, bu məzmunda təkrar artmaqda olduğu deyilə bilər. Soyuq müharibənin bitimindən bu yana Qafqazda tam olaraq doldurulmayan güc boşluğunu tək başına doldurmaq üçün hərəkətə keçmək üzrə, ABŞ 11 Sentyabrı fürsət bilmişdir. 11 Sentyabr əvvəlində Rusiya və Çin, aralarındakı əlaqəni gücləndirərək bütün Avrasiyanın bürüyən yeni bir təhlükəsizlik qurşağı meydana gətirmə və ABŞ-ın bölgədə girə boşluqları doldurmağa istiqamətli bir meydana gəlmə içində idi. 11 Sentyabrdan sonra ABŞ, potensial qüvvələrin bir-biri ilə qonşu olmalarını maneə törədərək onları öz bölgeselliklerine həbs etmək istəmişdir. Əfqanıstana edilən əməliyyatla birlikdə Rusiyanın gücü qırılmış və ABŞ, Orta Asiya respublikalarına heç olmadığı qədər yaxın olma şansını əldə etmişdir. ABŞ xüsusilə Türkmənistan və Özbəkistana əsgər yigaram, bölgəyə hərbi olaraq da yerləşmə şansına sahib olmuşdur. Beləcə Xəzər mənbələrini daha yaxından nəzarət edə bilir. Bakı-Ceyhan boru Hattı’nın açılmasıyla bu nəzarət daha da somutlaşmıştır. Xəzər qaynaqları Yaxın Şərq qaynaqlarına ekvivalent olmasa da, bu gün Qərbin əlindəki ən əhəmiyyətli neft sahəsi mövqesindəki Şimal dənizinin yerini almağa namizədi.

Göründüyü kimi, Soyuq Müharibə bitimində köhnə SSRİ cumhuriyetleriyle başlanğıcda Rusiya vasitəsilə əlaqə yaratmağı üstün edən ABŞ, əvvəl bölgədə nüfuz yarışına girərək Azərbaycanla xüsusilə 1994dən sonra birə-bir əlaqələr qurmuş, Xəzər Petrolleri on söz sahibi olmaq üçün konkret addımlar atmışdır. 11 Sentyabr sonrasında bölgəni çox daha yaxından təqib etmək üçün özünə qanunilik zəmini hazırlayaraq, Rusiya qarşısında Azərbaycan üzərindəki nüfuzundan artırma şansını əldə etmişdir.

  1. Dövlət müstəqilliyinin 20 illiyi. Azərbaycan Respublikasının keçdiyi tarixi yol. Demokratik təsisatlar.
  2. Azərbaycan tarixində ən mühüm tarixi günlər (XX əsrin sonu-XXI əsrin əvvələri).

19 fevral 1988 – Bakıda-Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk etiraz mitinqinin keçirilməsi.
Fevral-dekabr 1988 – Qərbi Azərbaycanın (indiki Ermənistanın) azərbaycanlılar yaşayan 185 yaşayış məntəqəsindən 230 min nəfərədək azərbaycanlının qovulması, evlərinin və əmlakının talan edilməsi. Bununla da, Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların zorakı deportasiyasının başa çatdırılması.
17 noyabr – Bakıda Azadlıq meydanında kütləvi etiraz mitinqlərinin keçirilməsi Azərbaycanda milli-azadlıq hərəkatının başlanması. 17 noyabr hazırda Dirçəliş günü kimi qeyd edilir.
12 yanvar 1989 – “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin qərar qəbul etməsi. A.Volskinin başçılığı ilə Xüsusi İdarə Komitəsinin (XİK) yaradılması.
16 iyun 1989 – Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransının keçirilməsi. Əbülfəz Əliyevin (Elçibəy) AXC sədri seçilməsi.
23 sentyabr 1989 – Respublika Ali Sovetinin sessiyasının “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etməsi.
28 noyabr 1989 – DQMV-də XİK ləğv edilməsi. Azərbaycan SSR- in Təşkilat Komitəsinin yaradılması. 30 dekabr 1989 – Gəncə şəhərinin tarixi adının bərpa olunması.
31 dekabr 1989 – Araz çayı boyunca 137 km-lik Sovet-İran sərhəddində qurğuların dağıdılması. Həmin gün hazırda Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd edilir.
20 yanvar 1990 – Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması.
19 may 1990 – Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi.
21 may 1990 – Respublika prezidentinin 28 Mayı Azərbaycan dövlətçiliyinin bərpası günü elan etmək haqqında fərman verməsi.
28 iyul 1990 – Respublikada demokratik qüvvələrin forumunun keçirilməsi. – 20-dən çox ictimai təşkilatın iştirak etdiyi demokratik blokun yaradılması.
5 fevral 1991 – Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan Respublikası adlandırılması haqqinda qərar qəbul edilməsi. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı kimi təsdiq edilməsi.
30 avqust 1991 – Respublika Ali Sovetinin növbədənkənar sessiyasında”Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyanat” qəbul edilməsi.
5 sentyabr 1991 – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması.
8 sentyabr 1991 – Azərbaycanda ilk prezident seçkilərinin keçirilməsi.
14 sentyabr 1991 – Azərbaycan Kommunist Partiyasının fövqəladə XXXIII qurultayının keçirilməsi və partiyanın buraxılması haqqında qərar qəbul edilməsi.
9 oktyabr 1991 – Respublika Ali Sovetinin “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etməsi.
18 oktyabr 1991 – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi.
9 noyabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə rəsmi olaraq Türkiyə tərəfindən tanınması.
20 noyabr 1991 – Azərbaycan Respublikasının bir sıra yüksək vəzifəli şəxslərinin Dağlıq Qarabağda Qarakənd kəndi yaxınlığında vertolyotun vurulması nəticəsində həlak olması.
26 noyabr 1991 – Respublika Ali Sovetinin 50 deputatından ibarət Milli Şura yaranması.
26 noyabr 1991 – Respublika Ali Sovetinin DQMV-nin statusunu ləğv etməsi.
9 dekabr 1991 – Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul olunması.
11 dekabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyini Rumıniya tərəfindən tanınması.
13 dekabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyinin Pakistan tərəfindən tanınması.
25 dekabr 1991-1992-1993-cü tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunması; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının hər il dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması haqqında qərar qəbul etməsi; “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi.
29 dekabr 1991 – Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına münasibətlə bağlı referendum keçirilməsi və Respublika əhalisinin mütləq əksəriyyətinin Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar çıxması.
25-26 fevral 1992- Erməni silahlı birləşmələrinin Rusiyanın Xankəndindəki 366-cı polkunun yardımı ilə Xocalı şəhərini işğal etməsi və azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətməsi (Xocalı Soyqırımı).
2 mart 1992 – Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması.
6 mart 1992 – A.Mütəllibovun prezidentlikdən istefa verməsi.
4 aprel 1992 – Azərbaycan respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılması haqqında protokol imzalanması.
8 may 1992 – Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi.
may 1992 – Azərbaycan Respublikası Ali Sovetinin Milli şurasının Milli məclisə çevrilməsi.
18-19 may 1992 – Laçın rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi.
6 iyun 1992 – Azərbaycan Ordusunun Goranboy və Ağdərə istiqamətində ilk uğurlu hücum əməliyyatına başlaması.
7 iyun 1992 – Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, Əbülfəz Elçibəyin prezident seçilməsi.
25 iyun 1992 – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılması.
10 iyul 1992 -Azərbaycan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə qoşularaq Helsinki Yekun aktını imzalaması, ATƏM-in üzvü olması.
15 avqust 1992 – Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması. Oktyabr 1992 – ABŞ konqresinin “Azadlığı müdafiə Aktı”na ədalətsiz 907-ci düzəliş etməsi və Azərbaycanın ABŞ-ın maliyyə yardımından məhrum edilməsi.
16 oktyabr 1992 – Respublikanın 91 nəfər tanınmış ictimai-siyasi xadiminin H.Əliyevə müraciət edərək təkidlə ölkə rəhbərliyinə dəvət etməsi.
3-4 aprel 1993 – Kəlbəcər rayonunun Ermənistandan və Dağlıq Qarabağdan erməni hərbi birləşmələrin hücumu nəticəsində işğal edilməsi.
30 aprel 1993 – BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycan ilə Ermənistan arasında münasibətlər məsələsinə dair 822 saylı qətnamə qəbul edilməsi və Kəlbəcərin işğalının pislənilməsi.
May 1993 – Avropa Birliyinin Qafqaz və Mərkəzi Asiyada nəqliyyatın İnkişafına dair TRASEKA proqramını qəbul etməsi. Bu texniki yardım proqramı Avropadan Qərb-Şərq oxu ilə Qara dəniz-Cənubi Qafqaz-Xəzər dənizi Mərkəzi Asiya istiqamətində nəqliyyat dəhlizinin İnkişaf etdirilməsinə xidmət edir. 3 Cənubi Qafqaz və 5 Mərkəzi Asiya ölkəsi onun iştirakçısıdır.
4 iyun 1993 – Gəncədə S.Hüseynovun başçılığı ilə hərbi müxalifətin qiyam qaldırması.
15 iyun 1993 – H.Əliyevin Azərbaycan RespublikasınınAli Sovetinin sədri seçilməsi. Sonradan həmin günün “Qurtuluş” günü kimi qeyd edilməsi.
23 iyul 1993 – Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
18 avqust 1993 – Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
21-23 avqust 1993 – Cənub bölgəsində Ə.Hümbətovun başçılıq etdiyi qiyamın yatırılması.
23 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu işğal etməsi.
31 avqust 1993 – Qubadlı rayonunun işğal edilməsi.
24 sentyabr 1993 – Azərbaycan Respublikasının MDB-yə daxil olması.
3 oktyabr 1993 – H.Əliyevin Respublika Prezidenti seçilməsi.
30 oktyabr 1993 – Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
20 sentyabr 1994 – Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) arasında neft konfraktlarının (“Əsrin müqaviləsi”də adlanır) imzalanması.
Oktyabr 1994 – Dövlət çevrilişinə növbəti cəhdin iflasa uğraması.
Mart 1995 – Dövlət çevrilişinə cəhdin iflasa uğraması.
5 iyun 1995 – H.Əliyevin sədrliyi ilə Azərbaycan Respublkası Konstitusiyası layihəsini hazırlayan komissiyanın ilk iclasının keçirilməsi.
24 noyabr 1995 – Azərbaycan Respublikasının Milli Məclisinin öz işinə başlaması.
Fevral 1996 – Müstəqil Azərbaycan Gənclərinin I forumunun keçirilməsi.
22 aprel 1996 – Azərbaycan Respublikası ilə Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanması.
3 iyun 1996 – Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya dövlət başçılarının Kislovodsk şəhərində “Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda” bəyənnamə verməsi.
İyul 1996 – Bakıda yeni televiziya qülləsinin istifadəyə verilməsi.
Avqust 1996 – “Dədə Qorqud” dəniz qazma qurğusunun istismara verilməsi.
Noyabr 1996 – Azərbaycanın dahi şairi M.Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi.
2-3 dekabr 1996 – ATƏT-in Lissabonda keçirilmiş zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında təşkilatın 53 üzvü adından bəyanət qəbul edilməsi.
10 aprel 1997 – Azərbaycan Respublikasının prezidenti yanında Təhlükəsizlik Şurasının yaradılması.
20 aprel 1997 – “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması haqqında prezident fərmanının verilməsi.
16 may 1997 – Azərbaycan Respublikasının Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə qoşulması.
19 iyun 1997 – Özbəkistanda Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyinin açılması.
25 oktyabr 1997 – Azərbaycan neftinin Şimal marşrutu-Bakı-Novorossiysk neft kəməri ilə nəql edilməsinə başlanması.
12 noyabr 1997 – ARDNŞ-lə xarici neft şirkətləri arasında bağlanmış “Əsrin müqaviləsi”əsasında qazılmış ilk neft quyusunun istismara verilməsi
18 dekabr 1997 – Azərbaycan Respublikası prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalanması.
30 yanvar 1998 – Azərbaycan Respublikasının prezidentinin Azərbaycan Xalq Cumhuriyyəti yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam verməsi.
10 fevral 1998 – Milli Məclisin Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etməsi.
26 mart 1998 – Azərbaycan Respublikası prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalaması. Bu fərmanla martın 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsi.
10 aprel 1998 – “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanununun qəbul edilməsi.
28 aprel 1998 – Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi.
18 iyun 1998 – İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi.
8 avqust 1998 – “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin fərman imzalaması. Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin-“Qlavlit”in ləğv edilməsi.
8 sentyabr 1998 – Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilməsi. “Avropa- Qafqaz-Asiya” dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsinin imzalanması.
14-15 sentyabr 1998 – Azərbaycan qadınlarının qurultayının keçirilməsi.
25 sentyabr 1998 – Azərbaycan müəllimlərinin qurultayının keçirilməsi.
11 oktyabr 1998 – Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, H.Əliyevin ikinci dəfə prezident seçilməsi.
29 dekabr 1998 – Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilməsi.
Aprel 1999 – Bakı-Supsa neft kəmərinin işə salınması.
22 iyun 1999 – “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının qanununun qəbul edilməsi.
30 sentyabr 1999 – Bakıda Binə beynəlxalq hava limanının yeni binasının açılması.
18 noyabr 1999 – Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalari arasında saziş imzalanması.
12 dekabr 1999 – Azərbaycanda ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi.
Aprel 2000 – “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənə ilə qeyd edilməsi.
May 2000 – Azərbaycan Respublikasının Milli Məclisinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqaviləni ratifikasiya etməsi.
5 noyabr 2000 – Respublika Milli Məclisinə yeni seçkilərin keçirilməsi.
Noyabr 2000 – Bakı və Sumqayıt şəhərlərində güclü zəlzələnin baş verməsi.

25 yanvar 2001 – Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi.

9 avqust 2001 – Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi.

9-10 noyabr 2001 – Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi.

14 oktyabr 2009 – Bursada keçirilən TürkiyəErmənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra Azərbaycan və Türkiyə arasında bayraq qalmaqalı başlanmışdır.

  1. Demokratiya və insan hüquqları.
  2. Sabitlik və inkişaf.
  3. İnsan və vətəndaş hüquq və azadlıqları.
  4. Rayonların işğal tarixləri.
  • Dağlıq Qarabağ MV: işğal tarixi – 19881993-cü illər, ərazisi 4388 km². (Şuşa rayonu-289 km², Xankəndi şəhəri-8 km², Əsgəran rayonu-928 km², Martuni rayonu-779 km²,Mardakert rayonu-1705 km², Hadrut rayonu-679 km²); ərazisinin 4088 km²-i erməni işğalı altında, 300 km²-i (Mardakert rayonunun 108.5 km²-i, Martuni rayonunun 191.5 km²-i) isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
  • Laçın rayonu: işğal tarixi – 18 may 1992-ci il, ərazisi – 1835 km²; ərazisi tamamən işğal olunmuşdur.
  • Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il, ərazisi – 1936 km²; ərazisi tamamən işğal olunmuşdur.
  • Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il, ərazisi – 1094 km²; ərazisinin 846.8 km²-i erməni işğalı altında, 247.2 km²-i isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
  • Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1049,8 km²;
  • Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1386 km²; ərazisinin təxminən 886 km²-i erməni işğalı altında, 500 km²-i isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
  • Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il, ərazisi – 802 km²; ərazisi tamamən işğal olunmuşdur.
  • Zəngilan rayonu: işğal tarixi – 30 oktyabr 1993-cü il, ərazisi – 707 km²; ərazisi tamamən işğal olunmuşdur.
  1. Ordu və xalq.
  2. Dövlət quruculuğu.
  3. Müasir Beynəlxalq münasibətlər.
  4. Azərbaycan Respublikası-Qafqazın lider ölkəsi kimi.
  5. Azərbaycan Respublikasında elektron hökumət layihəsi.

“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

 

Layihənin məqsədi:

  • Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi
  • Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi
  • İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi

 

Layihənin həyata keçirilməsinin əsas istiqamətləri

  • E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
  • Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi
  • E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
  • “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi
  • Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi
  • E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması
  • Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması

 

E-hökumət infrastrukturunun əsas komponentləri:

  • Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
  • E-hökumət portalı
  • E-hökumət şlüzü
  • İnformasiya resursları və sistemlərinin dövlət reyestri
  • E-imza üzrə milli infrastruktur
  • E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
  • E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır)

 

Layihənin əsas üstünlükləri:

1. Hökumət üçün

  • Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
  • Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
  • Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması
  • Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması

 

2. Vətəndaşlar üçün

  • Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
  • Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi
  • İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
  • Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi

 

3. Biznes sektoru üçün

  • Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması
  • İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması

 

Layihənin icrasından əldə olunacaq nəticələr: E-xidmətlərin göstərilməsi:

Vətəndaşlar üçün e-xidmətlər:

  • Gəlir vergisi
  • İş axtarışı (müəssisələrdə vakansiyalar)
  • Sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi)
  • Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah)
  • Avtomobillərin qeydiyyatı
  • “On-layn” ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında)
  • Yaşayış yerində qeydiyyat
  • Səhiyyə xidmətləri ( e-məsləhət) və s.

 

Biznes sektoru üçün e-xidmətlər:

  • Sosial fondlara ödəmə
  • E-bəyannamə, e-vergi hesab-fakturası
  • Yeni şirkətlərin qeydiyyatı
  • Gömrük bəyannamələri
  • E-lisenziya
  • E-satınalma, e-kotirovka
  • E-hərrac
  • Arayışların verilməsi və s.

 

Layihə üzrə çap edilən aylıq bülletenlər:

2013-cü ilin yanvar ayından etibarən layihə üzrə aylıq bülletenlər hazırlanır. Bülleten ölkədə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət  layihələri  haqqında  məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli  statistikasını təqdim edir.

  1. Azərbaycan Demokratik Respublikası, yaranması, fəaliyyəti və süqutu.

Müsəlman şərqində ilk parlamentli respublika. Türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi  ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da 230 minierməni , 80 min müsəlman , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın NaxçıvanZəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.

30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi

Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.

4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb

17 iyun 1918 – Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub

24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul edildi.

26 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (“Qafqaz İslam Ordusu”) Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəyMehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.

27 iyun 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə “Bakı Soveti”nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar

27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub

2 iyul 1918 – Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.

10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər

15 iyul 1918 – Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart “Soyqırımı günü” elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi

20 iyul 1918 – Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik “Bakı Kommunası” qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı

6 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.Milli Şuranın sədri M.Rəsulzadə, “Müsavat” fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi

1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçmüşdür.

28 may 1919 – Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib

16 iyun 1919 – Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər.

Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanm Xarici Işlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridirilməsine qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq Istanbul konfransında müzakirə edilməsi qərara alındı. 1918-ci ilin noyabrında Əlimərdan bey Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə-‘Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habele Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi.

Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla aparılan müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan Azerbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı.

Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. 1920-ci ilin ünvan – təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu. Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km).Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin Aprel işğalı (1920) və Azerbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km-i Azərbaycan xalqının əlindən alındı.

  1. Vətəndaşlıq borcu. Milli mənəvi dəyərlər.
  2. Əsrin müqaviləsi. Müqavilədə təmsil olunan dövlətlər. Siyasi iqtisadi nəticələri.

1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.

Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

“Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

“Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta sabiq prezident Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edilib.

Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edilib. 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu rəqəm 40 milyon tonu keçmişdir.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə “Dədə Qorqud” (keçmiş “Kaspmorneft”) yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu “İstiqlal” (keçmiş “Şelf-5”) yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə “Azəri-Çıraq-Günəşli” yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış “Kaspian Drillinq Kompani” müştərək müəssisənin tərkibində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına “Lider” qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında sabiq prezident Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Bu “əsas ixrac neft kəməri”nin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcək, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olacaqdır.

  1. Azərbaycan Respublikasının xarici siyasətində əsas prioritetlər.
  2. Bakı-Tbilisi-Ceyhan: iqtisadi-siyasi reallıqlar.

BakıTbilisiCeyhan boru xətti, Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizivasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1773 kilometrdir. Azərbaycandan (449 km), Gürcüstandan (235 km) və Türkiyədən (1059 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində eğimden ötəri boru xəttinin diametri azalaraq 34 düymə (86,36 santimetr) enir. 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı. Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük lahiyə Bakı-Tbilisi-Axalkalaki-Qars (BTAQ)dəmiryolu lahiyəsidir. SSRİ dövründə Azərbaycana hakim olan respublika Rusiya idi. Xüsusilə 1920 və 1930-cu illərdə həyata keçirilən Stalin siyasəti Sovetlər Birliyi daxilində bir çox etnik altqrupun ortaya çıxmasına istiqamətlənmişdi. Özünün hegemon gücünü istifadə edən Rusiya enerji sahəsində ölkə daxilindəki təbii ehtiyatların istifadəsini öz lehinə olacaq bir şəkildə planlayıb tətbiq etmişdi. Xüsusilə Xəzər dənizi ətrafında çıxarılan neft və təbii qazın dünya bazarlarına çıxışını təmin edən boru xəttləri həmişə Rusiyadan keçirdi. Beləliklə Rusiya Qafqaz dövlətlərinin enerji mövzusunda müstəqil hərəkət etmə qabiliyyətlərini böyük həcmdə məhdudlaşdırmışdı. Azərbaycan neft və təbii qazının dünya bazarlarına çıxışı üçün alternativ bir yol axtarması da yenə Sovetlər Birliyi dövrünə, 1980-ci illərin sonuna təsadüf edir. Bu dövrdə SSRİ ömürünü tamamlamaq üzrə olan zəif bir dövlətə çevrilir və birliyi meydana gətirən ölkələrin hər biri öz yolunu seçir. AB, başda olmaqla Qərb dövlətləri də Qafqaz və Orta Asiyanın təbii sərvətlərini Rusiyanın nəzarətindən çıxaraq özləri tərəfindən istismar etmək üçün qızğın iş aparırdılar. 1989-cu ildə, Ramco adlı İngilis neft şirkətinin nümayəndəsi olan Stiv Rempin Bakıya gəlməsiylə BTC lahiyəsinin reallaşdırılması üzərində işlərin əsası qoyulur. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), 1990-cı ildə Rempdən Azərbaycan neftinin Qərbə satışa çıxarılması məqsədiylə böyük neft şirkətləriylə təmaslarda olmasını xahiş edir. Remp əvvəlcə British Petroleum (BP) ilə əlaqə qurur. Dərhal 1991-ci ilin əvvəlində Amoco adlı bir başqa ABŞ-ın neft nəhəngi də dövrəyə girir. Həmin ilin 30 avqustunda Azərbaycan Respublikası öz müstəqilliyini elan edir. Bunun dərhal ardından da Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda müharibə başlayır və buna görə neft mövzusundakı fəaliyyətlər bir müddət dondurulur.

1992-ci ilin sonunda ARDNŞBOTAŞBPPennzoil və Amoco arasında Bakıdan Gürcüstanın liman şəhəri Supsaya, Rusiyanın Novorossiysk şəhərinə və Türkiyənin Ceyhan limanına çəkiləcək üç ayrı boru xətti üzərinə araşdırmalara başlanması haqqında razılaşma imzalanır. 1993-cü ilin 11 iyununda Azərbaycan prezidenti Əbülfəz Elçibəy Qərbin bir çox neft firmasıyla neft sahələrinin inkişaf etdirilməsi məqsədiylə bir müqavilə imzalayır. Lakin bundan cəmi bir həftə sonra 18 iyunda Azərbaycan DTK eks başçılarından olan vəBrejnev dövründə Politbüro üzvü olmuş Heydər Əliyev tərəfindən hakimiyyət çevrilişi həyata keçirilir və Elçibəy sürgünə getmək məcburiyyətində qalır. Heydər Əliyev çevrilişdən sonra neft razılaşmasını ləğv edir. Aradan bir ildən çox müddət keçdikdən sonra 1994-cü ilin sentyabrında Əsrin Müqaviləsi olaraq adlandırılan neft razılaşması imzalanır. Bunun ardından, böyük neft şirkətləri özləri üçün daha sərfəli olan şərtlərlə neft istehsalına başlayırlar. Bakı-Ceyhan xətti isə uzun bir müddət sanki unudulur.

1998-ci ilin oktyabr ayında ABŞ, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan Ankara Bəyannaməsini imzalamaqla Bakı-Ceyhan boru xəttinə dəstək verirlər. Bu vaxt Amerika hökuməti BP-yə Bakı-Ceyhan xəttinin tikintisi üçün təzyiq göstərməyə başlayır. BP isə israrla bu ıahiyənin iqtisadi olaraq sərfəli olmadığını bildirirdi. 1999-cu ilin aprel ayında Bakı-Supsa boru kəməri fəaliyyətə başlayır. Gürcüstan kəmərin təhlükəsizliyini təmin etmək üçün əlindəki bütün imkanları səfərbər edir. BP Türkiyə höküməti ilə bir çox görüşmələrin ardından Bakı – Ceyhan boru xəttinə dəstək verdiyini açıqlayır. Lakin bu kəmərin geopolitik deyil, ticari bir lahiyə olduğunu elan edir. Bakı-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri də 1999-cu ilin Noyabr ayında İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı konfransıdır. Türkmənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə dövlətlərinin liderləri, ABŞ prezidenti Bill Klintonun da imza atdığı rəsmi sənədlə bu lahiyəyə dəstək verdiklərini açıqlayırlar və kəmərin adı Bakı-Tiflis-Ceyhan olaraq dəyişdirilir. Yenə eyni konfransda Bakıdan Ərzuruma qədər olan təbii qaz boru xəttinin tikilməsi barəsində də razılaşma əldə olunur. Bu xəttlə Azərbaycana aid Şahdənizyatağından təbii qazın ixracı planlanlaşdırıldı.

Bu konfransın ardından BTC boru xətti ilə əlaqədar işlər sürətləndirildi. Aradan keçən müddət ərzində neft boru kəmərinin tikintisinə lazım olan hər cür ön iş görüldü və 10 Sentyabr 2003-cü ildə boru xəttinin inşasına başlandı. 17 Sentyabr 2002-ci ildə Azərbaycanda boru xəttinin başlandığı Səngəçal terminalında boru xəttinin keçdiyi dövlətlərin başçılarının qatıldığı təməlatma mərasimi keçirildi. 10 İyun 2003-cü ildə sayca altıncı dəfə keçirilən Üç Dənizin Hekayəsi adlı konfransda Türkiyə prezidenti Əhməd Necdət Sezər etdiyi çıxışda BTC xəttinin nə qədər əhəmiyyətli olduğunu bir daha vurğulayaraq, bu xəttə Qazaxıstanın da daxil edilməsinin vacib olduğunu bildirdi. Azərbaycan büdcəsinin gəlirinin təxminən %50i neft ixracından gəlməkdədir. Azərbaycanın bütün ixracatının 90 faizini neft və təbii qaz təşkil edir. Neft və təbii qazdan bu cür asılı olan bir ölkə üçün bu məhsulları nəql edəcək boru xəttləri son dərəcə əhəmiyyətlidir. Azərbaycanın Ermənistanla arasında olan münaqişə üzündən, həmçinin ABŞ-ın İran və Rusiyaya qarşı düşmən mövqeyinə görə Bakı-Ceyhan boru xəttinin uzunluğu Gürcüstan üzərindən keçərək daha da uzanmış və cəmi 1760 kilometri ötmüşdür. Boru kəmərinin ötürmə qabiliyyəti gündə bir milyon barel neftdir. BTC boru kəmərlərinin obyektlərinə daxildir:

  • 8 nasos stansiyası (Azərbaycanda 2, Gürcüstanda 2, Türkiyədə 4)
  • 2 aralıq ərsinburaxma stansiyası
  • 1 təzyiqazaltma stansiyası
  • 101 kiçik siyirtmə

Boru kəmərinin diametri Azərbaycanda və Türkiyədə əsasən 42 düymdür. Gürcüstan ərazisində boru kəmərinin diametri 46 düymdür. Boru kəmərinin diametri Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə 34 düymədək azalır.

Bakı-Tbilisi-Ceyhan Boru kəməri Kompani (BTC Ko) şirkəti bütövlüklə boru kəmərinin tikintisinə və istismarına cavabdehdir. Bu, 11 səhmdar tərəfindən təşkil olunaraq korporasiya kimi qeydə alınmış birgə müəssisədir, şirkətin ən böyük səhmdarı olan BP tərəfindən idarə olunur. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanıldı və neft Ceyhan terminalına 2006-cı ilin may ayının 28-də çatdı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunurdu. Bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayının 4-də yola salındı. BTC boru kəməri layihəsinin ilkin qiyməti 2,95 milyard ABŞ dolları həcmində nəzərdə tutulsa da, sonda bu rəqəm 4,3 milyard dollara çatıb, bank kreditlərini nəzərə aldıqda isə bu xərclərin 5 milyard dolları ötdüyü üzə çıxır. Layihənin bahalaşmasının bir sıra səbəbi var. Bunlardan biri tikinti xidmətlərinin qiymətinin artmasıdır ki, bu da neft və başqa enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədardır. Bundan başqa, əlavə xərclər boru kəmərinin Gürcüstan və Türkiyə ərazisində tikintisi zamanı meydana çıxıb. Gürcüstanda Borjomi dərəsinin ekoloji təhlükəsizliyi ilə bağlı yaranmış qalmaqal müxtəlif vaxtlarda tikinti işlərinin 45 gün dayanmasına səbəb olub. Nəticədə təbiəti mühafizə işləri üçün təxminən 100 milyon dollar əlavə vəsait sərf olunub. BTC-nin Türkiyə ərazisindəki tikintisi ilə bağlı BTC Co. boru kəməri şirkətinin səhmdarlarına 333 milyon dollar həcmində əlavə vəsait ayırmalı olub. Kəmərin Türkiyə hissəsini tikən BOTAŞ şirkəti xərclərin artmasının səbəbini sifarişçinin- BP-nin göstərişi ilə bəzi yerlərdə layihənin dizaynına dəyişikliklər edilməsi, həmçinin ətraf mühitin qorunmasına dair əlavə işlərin görülməsi ilə izah edib. Qeyd edək ki, BTC-nin tikintisi Türkiyə tərəfinin günahı üzündən yubanıb. Öncə neftlə dolu ilk tankerin Ceyhandan 2005-ci ilin martında yola düşəcəyi planlaşdırılırdı. Sonra bu tarix müvafiq olaraq 15 may 2005-ci il, 1 oktyabr 2005-ci il, mart 2006-ci il, 31 may 2006-cı ilə keçirilib. Sonda Azərbaycan neftini daşıyan ilk tanker Ceyhandan 2 iyun 2006-cı ildə yola düşüb.

  1. Sosial-iqtisadi siyasət.
  2. BMT və Azərbaycan. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi.

Azərbaycan ilə BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılmasından və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yaranıb.

Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul edib. Hər bir qətnamə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul olunub. Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edən bu dörd qətnamədə dərhal atəşkəsin elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələbləri irəli sürülüb.qətnamələrin müddəaları indiyədək yerinə yetirilməyib. Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası (BA) 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir.

19921996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişlər.

1996-cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) təsdiqləyir.

Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Ümummilli lider çıxışında qlobalizasiya mövzusuna toxunmuş və qlobalizasiyanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir.

2003-cü ilin sentyabrında o vaxt Azərbaycan Respublikasının Baş Naziri olan cənab İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.

2004-cü ilin sentyabrında öz işinə başlamış BMT Baş Assambleyasının 59-cu sessiyasının ümumi müzakirələrində iştirak etmiş Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başçılıq etmişdir. Öz çıxışında dövlət başçısı respublikamızın maraq dairəsində olan bir sıra mühüm məsələlərə, ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuşdur.

Məhz BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində 2004-cü il 23 noyabrda BA-nın 59-cu sessiyasının gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adllı 163 nömrəli bənd daxil edilmişdir.

Azərbaycan Respublikasının təşəbbüsü ilə BA-nın gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılması üçün münbit şərait yaratmışdır.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995199719982000-ci illər ərzində üzvü olmuşdur.

Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000-2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.

Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.

Erməni aqressiyası nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur. 1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər.

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.

Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürmüşdür. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilmişdir. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədini güdmüşdür.

Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.

Son 4 ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir. Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (20122013) qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzvlüyə 17 raundluq səsvermədən sonra seçilmişdir. Səsvermənin ilk raundu 21 oktyabrda olmuşdur. Həmin səsvermədə Azərbaycan 74, rəqibləri Sloveniya 67, Macarıstan isə 54 səs toplamışdır. Ancaq yetərsay olmadığı üçün (129 səs) Azərbaycanla Sloveniya növbəti raunda qatılmışdır. İkinci raundda isə Sloveniya 97, Azərbaycan isə 90 səs toplamışdır. Yetərsay yenə də olmamışdır. Üçüncü raundda da yetərsay olmadığı üçün Azərbaycan ümidini 4-cü raunda bağlayıb. Daha sonra səsvermə 9-cu raundadək qalib müəyyən olunmadan davam edib. Axırda isə səsvermənin bazar ertəsi günü – 24 oktyabrda davam etdirilməsi qərarına gəlinib.

Cümə günü sonuncu raundda Azərbaycan 113-77 nisbətində üstünlük əldə etsə də, yetərsay (129 səs və ya səsvermədə iştirak edən ölkələrin 2/3-nün səsi) olmadığı üçün səsvermə bazar ertəsinədək – oktyabrın 24-dək təxirə salınıb. 24 oktyabrda səsvermə yenidən keçirilib. Səhər sessiyasında keçirilən 10-cu raund səsvermədə də qeyri-daimi üzvlük üçün yeganə boş qalan 5-ci yer müəyyən edilməyib. Azərbaycan 110, Sloveniya isə 83 səs toplayıb.

Sloveniyanın 20122013-cü illər üçün qeyri-daimi üzvlüyə namizədliyini geri götürməsindən sonra yeganə namizəd kimi son səsvermədə iştirak edən Azərbaycan 155 səs toplayaraq növbəti iki il ərzində BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanmışdır. Azərbaycanın Şuraya üzvlüyü 2012-ci il yanvar ayındandır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzvü kimi ilk dəfə 4 yanvar 2012-ci ildə iştirak etmişdir.

Azərbaycan mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. Azərbaycan sədrlik estafetini ABŞ-dan almış və bir ay sonra – iyunun 1-də isə sədrliyi Çinə ötürmüşdür. Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi; habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir.

  1. Azərbaycanın ilk daxil olduğu beynəlxalq təşkilat. Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar.
  2. Azərbaycan və İslam Konfransı Təşkilatı.

Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İKT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

İKT xarici işlər nazirlərinin 1993-cü ildə Karaçidə keçirilmiş XXI, 1994-cü ildə Kasablankada keçirilmiş XXII, 1995-ci ildə Konakridə keçirilmiş XXIII konfransları Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında qətnamələr qəbul etmişdir. İKT xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında müvafiq qətnamənin adı dəyişdirilərək, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” adlandırılmışdır. O vaxtdan etibarən xarici işlər nazirlərinin bütün konfranslarında bu qəbildən olan qətnamələrin adı dəyişilməz qalmışdır. Qeyd etmək lazımdır ki, İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII, 2000-ci ildə Dohada keçirilmiş IX və 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş X konfransları eyni adlı qətnamələr qəbul etmişdir.

Əvvəlki qətnamələrdən fərqli olaraq, son qətnamələr xeyli təkmilləşdirilmiş, yeni bəndlər əlavə edilmişdir: “Bütün dövlətləri təcavüzkarı münaqişəni dərinləşdirməyə təşviq edən və Azərbaycan ərazilərinin işğalını davam etdirməyə imkan yaradan silah və döyüş sürsatı təchizatından imtina etməyə çağırır; İKT-yə üzv dövlətin ərazisi hərbi təchizatın tranziti üçün istifadə edilməməlidir; İKT-yə üzv dövlətləri və dünya birliyinin digər ölkələrini Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadəyə dəvət edir; hesab edir ki, Azərbaycan ona dəymiş ziyana görə kompensasiya almaq hüququna malikdir və bu ziyanın tam şəkildə ödənilməsi üçün məsuliyyəti Ermənistanın üzərinə qoyur; bu məsələ üzrə İKT-yə üzv dövlətlərin mövqeyi barədə ATƏT-in hazırkı sədrinə məlumat verməsini İKT Baş katibindən tələb edir” və s.

İKT Dövlət və Hökumət başçılarının təkcə bu ilin oktyabr ayında Putracayada keçirilmiş X Zirvə Konfransının qəbul etdiyi qətnamələr Azərbaycan-İKT münasibətlərinin hazırkı vəziyyətinin əyani göstəricisidir. Konfrans qeyd edilən siyasi qətnamə ilə yanaşı, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayət olunan əməlləri pislənilir, ölkənin tarixi üçün belə çətin və böhranlı vaxtda Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə olunur, Azərbaycan xalqının əzab-əziyyətini yüngülləşdirmək məqsədi ilə İKT-yə üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət edilir ki, respublikamıza lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərsinlər. Konfrans ölkəmizlə bağlı üçüncü sənəd – “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnaməni qəbul etmişdir. Geniş və əhatəli preambula və 7 bənddən ibarət bu qətnamə işğal edilmiş torpaqlarımızdakı mədəniyyət və tarixi abidələrimizin müdafiəsinə yönəlmişdir.

Konfrans İKT Baş katibinin bu haqda müvafiq hesabatını nəzərdən keçirərək, erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhvinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləmiş, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb etmiş, problemlə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verməsini İKT Baş katibindən xahiş etmişdir.

Respublikamızla bağlı bütün qətnamə layihələrinin təqdim etdiyimiz şəkildə, mübahisəsiz, heç bir düzəliş və təftişə məruz qalmadan qəbul olunması bir daha təsdiq edir ki, islam aləmi problemlərimizlə yaxından tanışdır və bizi dönmədən dəstəkləyir. Bu da öz növbəsində düzgün qurulmuş xarici siyasətimizin nəticəsidir. Prezident Heydər Əliyevin İKT dövlət və hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII və 1997-ci ildə Tehranda keçirilmiş VIII zirvə konfranslarında şəxsi iştirakı, oradakı nitqi və keçirdiyi görüşləri islam aləmində geniş reaksiyaya səbəb olmuşdur. İKT-nin sabiq Baş katibi İzzəddin İraqi dövlət başçılarının Tehran zirvə konfransı günlərində Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdən sora jurnalistin sualına verdiyi aşağıdakı cavab fikrimizə əyani sübutdur: “Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdüm, onun fikirlərini dinlədim. Fəxr edirəm ki, o, təşkilatımızın işinə yüksək qiymət verdi. Biz təşkilatımızın Azərbaycanla əlaqələrinin daha da sıxlaşması üçün əlimizdən gələni edəcəyik… Mən cənab Prezidenti əmin etdim ki, İKT həmişə Azərbaycanın tərəfində olmuş və bundan sonra da olacaqdır. Mən cənab Prezidenti həmçinin əmin etdim ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim dəyişməz mövqeyimizdir. Mən belə hesab edirəm ki, Azərbaycanın İKT ilə sıx əməkdaşlıq etməsi Prezident Heydər Əliyevin böyük zəkaya, ağıla malik olduğuna dəlalət edir”.

Qeyd etmək lazımdır ki, İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilir.

İslam İnkişaf Bankı (İİB) 1994-cü ildən etibarən hər il 2500 ədəd (son illər bu rəqəm ikiqat artmışdır) qurbanlıq qoyun cəmdəyi göndərir və bu yardımın respublikamıza daşınması məsrəflərini də ödəyir. Əlavə olaraq İİB qaçqınlara humanitar yardım göstərilməsinə 500 min dollar və onlar üçün iş yerləri yaradılması məqsədi ilə dəzgah və avdanlığın alınmasına 1 milyon dollar vəsait ayırmışdır.

Respublikamızın sosial-inkişaf layihələrinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına İİB təmənnasız olaraq 142 milyon dollar ayırmışdır. İİB-in respublikamıza təqdim etdiyi güzəştli kreditin ümumi məbləği 74 milyon dollardan artıqdır.

Səudiyyə Ərəbistanının humanitar müəssisələri, Kral Fəhd adına yardım proqramı, Körfəz ölkələrinin bir sıra humanitar təşkilatlarının və fondlarının yardımı qeyd olunan sənədlər əsasında həyata keçirilir.

  1. Azərbaycanda qədim dövlətlər.
  2. ATƏT-in Minsk Qrupunun son təklifəri.
  3. BMT-nin Dağlıq Qarabağla bağlı son qətnaməsi və mahiyyəti.
  4. Dövlət rəmzləri haqqında ümumi məlumat.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

DÖVLƏT BAYRAĞI

http://azerbaijan.az/_GeneralInfo/_StateSymbols/images/stateSymbols_01_1.jpg Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

DÖVLƏT GERBİ

http://azerbaijan.az/_GeneralInfo/_StateSymbols/images/stateSymbols_01_2.jpg Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.

Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.

Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Dövlət gerbinin qabarıq təsviri:

Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;

Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;

Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;

Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.

DÖVLƏT HİMNİ

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
http://azerbaijan.az/_GeneralInfo/_StateSymbols/images/stateSymbols_01_3.jpg  

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

http://azerbaijan.az

  1. Qədim Azərbaycan torpaqları.
  2. Azərbaycan sözünün hərfi mənası.
  3. Milli özünüdərketmə.
  4. Milli mənəvi dəyərlər.
  5. Dövlətin və dövlət qulluğunun əsas vəzifələri.

Azərbayacan Respublikasının Konstitusiyası

Maddə 12. Dövlətin ali məqsədi

I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Dövlət qulluğu haqqındaAzərbaycan Respublikasının Qanunu

Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri

3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;

3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.

  1. Konstitusiyaya edilən son düzəliş və əlavələrin tarixi və əsas mahiyyəti.

1. 12-ci maddənin I hissəsinə «azadlıqlarının» sözündən sonra «, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin» sözləri əlavə edilsin – 87.84%
2. 15-ci maddənin II hissəsinə «əsasında» sözündən sonra «sosial yönümlü» sözləri əlavə edilsin- 87.61%
3. 17-ci maddə «Ailə, uşaqlar və dövlət» adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin: « III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər . IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər .VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.»- 87.32%
4. 18-ci maddənin II hissəsində «dinlərin» sözündən sonra «(dini cərəyanların)» sözləri əlavə edilsin- 87.56%
5. 19-cu maddənin II hissəsində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin. 95-ci maddənin 15-ci bəndində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin.
109-cu maddənin I hissəsinin 10-cu bəndində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:
«Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir.»- 87.56%
6. 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:
«IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula biməz, güzəştlər və ya imtiyazlar verilə bilməz , yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqla təmin edilir»- 87.84%
7. 29-cu maddənin IV hissəsindən «və ya ictimai ehtiyaclar» sözləri çıxarılsın- 87.30%
8. 32-ci maddədə:
II hissəsinin ikinci cümləsində «şəxsi həyata» sözləri «şəxsi və ailə həyatına» sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.»;
III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz»;
Aşağıdakı məzmunda V hissə əlavə edilsin:
«V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər.Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.- 87.90%

9. 39-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:
«III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.»- 87.62%
10. 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:
«V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz»- 87.53%
11. 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
«III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir»- 87.49%
12. 67-ci maddədə:
maddənin adında «ittiham edilənlərin» sözləri «təqsirləndirilən şəxslərin» sözləri ilə, maddənin mətnində «ittiham etdiyi» sözləri «təqsirləndirdiyi» sözü ilə əvəz edilsin;maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.»- 87.56%
13. 71-ci maddədə:
II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.»Aşağıdakı məzmunda IX və Х hissələr əlavə edilsin:
«IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz .
Х. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər»- 87.70%
14. 72-maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.»- 87.74%
15. 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.»- 88.22%
16. 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.»- 89.08%
17. 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.»- 87.70%
18. 92-ci maddədə «daimi və başqa» sözləri «komitələr və» sözləri ilə əvəz edilsin- 87.18%
19. 95-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:
«20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.».
146-cı maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.»- 87.41%
20. 96-cı maddədə:
I hissəyə «Ali Məhkəməsinə» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına,» sözləri, II və IV hissələrinə «Ali Məhkəməsinin» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,» sözləri əlavə edilsin;
III hissədə «orqanın» sözü «subyektin» sözü ilə əvəz edilsin;
Aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:
«VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir .»- 87.35%
21. 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:
«V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.»- 91.76%
22. 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.»- 87.90%
23. 109-cu maddənin I hissəsində:
13-cü bənddə «İcra Aparatını» sözləri «Administrasiyasını» sözü ilə əvəz edilsin;
17-ci bənddə «dövlətlərarası beynəlxalq» sözləri «dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası» sözləri ilə əvəz edilsin, 95-ci maddənin I hissəsinin 4-cü bəndində «dövlətlərarası» sözündən sonra «və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası» sözləri əlavə edilsin- 87.58%
24. 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
«VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.»- 87.49%
25. 129-cu maddənin mövcud mətni İ hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:
«II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.»- 87.50%
26. 130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cumlə əlavə edilsin:
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.»- 88.69%
27. 131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
«III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.»- 87.57%
28. 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II və III hissələr əlavə edilsin:
«I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz .
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.»-87.14%
29. 149-maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:
«VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.»- 88.49%

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanovun xüsusi olaraq RİA Novosti üçün müsahibəsi.
– Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair referendumun keçirilməsi ilə bağlı təşviqat kampaniyaları artıq start götürüb. Referendumun keçirilməsi təşəbbüsü hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu təşəbbüs hansı məqsədləri nəzərdə tutur?
– Başlanğıc üçün bildirim ki, bizi əhatə edən dünya intensiv şəkildə dəyişir və bu müvafiq olaraq Azərbaycan kimi lokal məkanlara da təsir göstərir. 2003-2008-ci illərdə iqtisadi sıçrayış ölkədə yeni siyasi və sosial mədəni paradiqmaların formalaşmasında mühüm dövr olub. Dövlətlərin öhdəsindən gəlməli olduqları təhlükə və çağırışlar qlobal miqyasda dəyişib, müvaifq olaraq vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və müdafiə səviyyəsi də formasını dəyişir. Cəmiyyətin siyasi, iqtisadi və sosial bazisinin dəyişməsi mütləq qanunyaradıcı bazanın təkmilləşdirilməsinə aparır. Konstitusiyaya dəyişiklik əsas qanunu inkişaf reallıqlarına, son illər ərzində ölkənin nail olduğu səviyyəyə çatdırmaq məqsədi güdür. Axı 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul olunduqdan sonra həm milli, həm də dünya miqyasında çox dəyişiklik olub.
Hakim partiyanın təşəbbüsünə gəldikdə isə, o, boş yerə ortaya çıxmayıb. Üzvlərinin sayı 500 000 nəfərdən çox olan hakim Yeni Azərbaycan Partiyası bu düzəlişləri təklif etməzdən öncə, geniş partiyadaxili müzakirələr aparıb. Bununla yanaşı, bir sıra məsələlər üzrə çoxsaylı ictimai təşkilatlar, deputat korpusları və ekspertlər çıxış ediblər. Nəticədə Konstitusiyaya düzəliş və dəyişikliklər gündəmə gəlib.
Düzəlişlərlə diqqətlə tanış olsaq, bu dəyişikliklərin dövləti nə dərəcədə möhkəmləndirdiyini, insan hüquqları və azadlıqlarının müdafiəsinə nə dərəcədə səmərəli xidmət göstərdiyini görərik. Düzəliş və dəyişikliklərin ən mühüm vəzifəsi səmərəli dövlət siyasətinin reallaşdırılması, həmçinin fövqəladə hallar zamanı ölkədə sabitliyin dəyişmə risklərinin minimuma endirilməsindən ibarətdir. Bu halda görünür ki, referenduma çıxarılan məsələlər, dövlətin gələcəyi naminə üzərində böyük məsuliyyət payı daşıyır. Dünyanın inkişaf etmiş demokratik ölkələrində Konstitusiyaya nə qədər dəyişiklik və əlavələrin edilməsinə dair misal gətirməyəcəyəm, çünki hər şey aydındır.
-AR Konstitusiyasına təklif olunan düzəlişlər arasında daha çox 101-ci maddənin beşinci bəndinin fəaliyyətdə olan redaksiyasının dəyişdirilməsi rezonans yaratdı. Necə hesab edirsiniz, bu düzəliş hazırkı Azərbaycan reallıqlarında nə dərəcədə aktualdır?
– Mövcud Konstitusiya və 101-ci maddənin beşinci bəndi bu və digər şəxsə ardıcıl iki dəfə prezident postunu tutmağı qadağan edirdi. Martın 18-də keçiriləcək referenduma təklif olunan Konstitusiyaya əlavə və dəyişikliklərdə bildirilir ki, hər bir şəxs qeyri-məhdud müddətə prezident postuna seçilə bilər. Azərbaycanda bu bəndin redaksiyasına qarşı əsasən radikal müxalifətin bəzi nümayəndələri çıxış edirlər. Xatırladım ki, onlar 1995-ci ildə hazırkı Konstitusiyanın da qəbul olunmasına qarşı çıxış edirdilər və bir neçə dəfə seçkiləri baykot etmişdilər.
Bir şəxsin qeyri-məhdud müddətə prezident postuna seçilmə mümkünlüyü ümumilikdə demokratik dəyərlərə zidd deyil, çünki o, hər beş ildən bir prezident seçkilərinin keçirilməsini və hər bir vətəndaş tərəfindən öz namizədliyini irəli sürməsini nəzərdə tutur.
Heç kim heç kimi seçilmək və rəqabət aparmaq hüququndan və başqa hüquqlardan məhrum etmir. Siyasi məkan olduğu kimi qalacaq, yalnız prosesin iştirakçı sayı arta bilər.

Təəssüf ki, radikal müxalifətin nümayəndələri bu məsələni şəxsləndirirlər, çünki onlar başa düşürlər ki, real olaraq onların dövrü başa çatıb. Lakin referendum onun üçün keçirilir ki, hər bir vətəndaş seçki qutusuna yaxınlaşsın və bu məsələyə öz şəxsi münasibətini bildirsin. Demokratiyanın mahiyyəti və xalq hakimiyyətinin əsası bundadır. Hər şey kifayət qədər transparent olmalıdır və cəmiyyət bu və ya digər düzəlişin “lehinə” və ya “əleyhinə” səs verərsə, deməli ictimaiyyət bunun belə olmasını istəyir, deməli bu onun maraqlarındadır. Dövlətin suverenlik və müstəqilliyinin mahiyyəti bundadır.
– Məlum olduğu kimi, Avropa Şurasının Venesiya Komissiyası referendumun keçirilməsinədək referenduma çıxarılan düzəlişlərlə bağlı öz qərarını verməyə hazırlaşır. O, referendumun keçirilməsi və onun nəticələri nöqteyi nəzərindən hansı əhəmiyyətə malik olacaq?
– Avropa Şurası Venesiya Komissiyasının rəyi nəzərə alınacaq, lakin həlledici olmayacaq. Konstitusiyaya düzəliş və dəyişikliklər Azərbaycan xalqının seçiminə verilib və xalqın suveren hüquqlarını müəyyən edir. Başqa sözlə, xalq necə qərar versə, elə də olacaq. Təbiətdə daha
demokratik prosedurlar mövcud deyil. Ekspertlər müxtəlif təşəbbüslərlə çıxış edə bilərlər, denmokratiya kriteriyaları ilə bağlı müzakirələr apara bilərlər, lakin cəmiyyət necə yaşamalı olduğunu həll etmək hüququna malikdir. Fikir verin, Konstitusiyaya düzəliş və dəyişikliklər dövlət və vətəndaşlara münasibətdə dəyişikliklər təklif etmir, insan hüquqlarını məhdudlaşdırmır, əksinə onları genişləndirir və daha səmərəli reallaşmaya gətirib çıxarır. Düşünürəm ki, biz düzgün yoldayıq və Azərbaycan xalqı hakim partiyanın təşəbbüsünü dəstəkləyəcək.
– Ənənəvi müxalifətin bir hissəsi, o cümlədən kütləvi aksiyalar keçirmək vasitəsi ilə referenduma qarşı fəal kampaniya aparmağa hazırlaşırlar. Bu mövqeyi necə qiymətləndirirsiniz və sizin fikrinizcə, onun səmərəliliyi necə olacaq?
– Bu sualın cavabı artıq səsləndirilib. Konstitusiyaya düzəliş və dəyişikliklərin edilib-edilməməsini martın 18-də Azərbaycan xalqı həll edəcək. Bu tutulan mövqedən asılı olaraq seçki qutusuna yaxınlaşmaq, ya “hə”, ya da “yox” demək üçün fürsətdir. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, MSK-də öz fəaliyyətlərini Kostitusiyaya dəyişikliklərin lehinə və ya əleyhinə aparan böyük sayda təşviqat qrupları qeydiyyatdan keçib. Bu tatamilə təbiidir və demokratik və transparent cəmiyyətin ruhuna uyğundur.
Müxalifətə televiziya və digər KİV-lərdə tribuna verlib, referendum ilə bağlı öz fikirlərini tam olaraq çatdırmaqdan ötrü kütləvi aksiyaların keçirilməsi üçün yer ayrılıb. Hər şey tamamilə normaldır və cəmiyyətdə mövcud olan müxtəlif siyasi qrupların rəqabət ruhuna xidmət etməlidir. Lakin geniş sosial bazanın olmaması, təbii ki, onların kampaniyalarının səmərəliliyinə təsir göstərir. Fəal təşviqatların başladığı müddətdən artıq iki həftə keçib, müxalifət tərəfindən isə hələ ki, bu istiqamətdə real addımların atıldığı müşahidə olunmur.
Hakim partiya müxalifət nümayəndələri ilə müqayisədə hansısa üstünlüyə malik deyil, o, seçki qanunvericiliyinə müvafiq şəkildə seçicilərlə fəal görüşlər keçirir və başqa tədbirlər təşkil edir.
– Rusiyanın Ermənistana 800 mln. dollar həcmində silah-sursat tədarük etməsi məsələsi, həmçinin KTMT-nin Rusiya Silahlı Qüvvələrinin bəzi nümayəndələri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilə biləcəyi səsləndirilən Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) yaradılması barədə əldə olunan razılşmalar səbəbindən soyuqlaşan Azərbaycan-Rusiya münasibətlərinin vəziyyəti və perspektivlərini necə qiymətləndirirsiniz? Bu aspektdə Azərbaycan rəhbərliyi hansı addımları atmaq niyyətindədir?
– Biz Rusiyaya strateji tərəfdaş qismində baxırıq və öz siyasətimizi bəyan olunan prioritetlərə müvafiq aparırıq. Ölkələrimiz arasında mal dövriyyəsi artır, humanitar əlaqələr möhkəmlənir, bizi təkcə tarixi deyil, digər tellər də bağlayır. Bu günlərdə Bakıda Lomonosov adına MDU filialının açılışı buna bir növ sübutdur. Bu mühüm və əlamətdar hadisədir.
Azərbaycan Rusiyanın dostudur və Azərbaycanın apardığı siyasətin əsasında sağlam düşüncə, müstəqil dövlətin məntiqi və münasibətlərdə səmimilik durur. Təcrübə göstərir ki, Azərbaycan öz vədlərini yerinə yetirir və təbii ki, biz bütün tərəfdaşlarımızdan analoji yanaşmanı gözləyirik.
KTMT KORQ-a gəldikdə isə, qeyd edim ki, birincisi, bu qarışıq hərbi qüvvələr yalnız iştirakçı dövlətə qarşı təcavüz olacağı təqdirdə əməliyyat apara bilərlər. Lakin etiraf etmək lazımdır ki, KTMT-da artıq təcavüzkar ölkə – Ermənistan var. Və ikincisi, Dağlıq Qarabağda silahlı münaqişə baş verəcəyi təqdirdə Azərbaycan ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə öz ərazilərində hərbi əməliyyatlar aparacaq. Buna görə də, biz KTMT KORQ-a onu yaradan dövlətlərin öz daxili işi kimi baxırıq. Ümid edirəm ki, KTMT digər ölkələrin ərazilərinə təzavüz və iddiaların yer almadığı prinsiplər hazırlayacaq.
– Siz necə hesab edirsiniz, Azərbaycanın öz müstəqilliyini qoruyub saxlaması üçün NATO və ya KTMT-yə qoşulması və üzv olmasının zəruriliyi barədə dilemma yalandırmı? Sualın bu cür qoyulması Azərbaycan üçün bir növ aprioridir? Yoxsa bu və ya digər tərəfi dəstəkləmək, ya da hər ikisindən zərbə almaq məcburiyyətində qalan kiçik dövlətlərin əbədi taleyi?
– Bu proses dərin siyasi təhlil tələb edir, çünki bu məsələ qarşılıqlı münasibətlərin sürətlə dəyişən paradiqmalarına və beynəlxalq siyasətin müxtəlif tərəflərinə toxunur.
Əlbəttə, müasir dünyada beynəlxalq strukturlara inteqrasiya etmək, bu müqavilələrin vəd etdiyi bu və digər üstünlüklərdən istifadə etmək lazımdır və mühümdür. Lakin Azərbaycanın öz milli maraqları və prioritetləri var, onlardan ən əsası dövlətin müstəqilliyi və ərazi bütövlüyüdür. Biz də bu prioritetlərdən çıxış edərək, dövlətin milli maraqlarına cavab verən öz xarici siyasətimizi aparırıq. Prezident İlham Əliyev öz siyasətində həmişə bu müddəaları qeyd edir, onlar regionun bu cür çətin geosiyasi kontekstində yerləşən və əraziləri açıq şəkildə işğal olunan dövlət üçün qanunauyğundur.
Biz bütün Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyi olan Ermənistanın üzv olduğu hərbi-siyasi ittifaqın üzvü ola bilmərik. Digər tərəfdən, NATO-nun bizim regionun dövlətlərinə münasibətdə dəqiq bəyan olunan məqsədləri yoxdur.
Bu gün Azərbaycan rəhbərliyi tərəfindən aparılan siyasətin səmərəliliyi göz qabağındadır. Biz heç kəsin “forpost” adlandırmadığı real müstəqil dövlətik. Bizim beynəlxalq siyasətdə şəxsi prioritetlərimiz var və başqalarını da bərabərhüquqlu və qarşılıqlı əməkdaşlığa çağırırıq./Trend/

  1. Dövlət başçısının son səfər etdiyi ölkələr və iştirak etdiyi tədbirlər.
  2. Dağlıq Qarabağla bağlı prezidentlərin son görüş tarixi və yeri.
  3. Cari ilin dövlət büdcəsində müdafiə xərclərinə çəkilməsi nəzərdə tutulan vəsait.
  4. Dağlıq Qarabağ problemində Azərbaycanın dəyişilməz əsas prinsipləri.
  5. SSRİ-nin hərbi əmlakının bölüşdürülməsinə dair müqavilə və vaxt və hansı şəhərdə imzalanıb?
  6. Azərbaycanın dövlət müstəqilliyini ilk illəri. Azərbaycanın eks prezidentləri.
  7. Dağlıq Qarabağı işğal etdiyinə görə Ermənistanın dövlət müstəqilliyini bu günə kimi tanımayan dövlət hansıdır?

Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.

  1. Azərbaycanın neft strategiyası.

Sabiq prezidenti Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.

70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kranı, “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).

Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi. Məsələn, 1976-cı ildə “ELOU-AVT-6”, 1980-ci ildə “Katalitik Riforminq”, 1986-cı ildə “Neftin kokslaşdırılması”, 1993-cü ildə “Katalitik Krekinq” qurğularının inşası, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır.

Bu dövrdə Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrıldı, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olundu (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu).

Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Heydər Əliyev xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi – “Əsrin müqaviləsi” imzalandı.

“Yeni neft strategiyası”nın nailiyyətlərinin aşağdakı istiqamətlərdə reallaşdığını göstərmək olar:

1. Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışın təmin edilməsi;

Bütövlükdə “Əsrin müqaviləsi”ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır.

Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır.

2. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması;

Hazırda hasil edilən neft dünya bazarlarına iki marşrut üzrə çıxarılır: Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk ə Gürcüstanın Supsa limanı vasitəsilə.

H.Əliyev hər iki neft kəmərinin çəkilməsi qərarını verdi. İlkin neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı işlərin intensivləşməsinə və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞTürkiyəAzərbaycanGürcüstanQazaxıstan və Türkmənistanın prezidentləri tərəfindənBakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmış və sonradan isə Türkiyə, Azərbaycan və Gürcüstan Parlamentləri bu Müqaviləni ratifikasiya etmişlər. 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu.

Gələcəkdə bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verəcəkdir, həmçinin “İpək yolu”nun və türkdilli ölkələrin də əsas magistral kəməri olacaqdır.

3. Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi;

Bu məqsədlə 1999-cu il dekabrın 29-da sabiq prezident Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzalamışdır. Dövlət Neft Fondu fəaliyyətə başlayandan indiyə qədər bu fonda bir neçə milyard ABŞ dolları məbləğində vəsait daxil olmuşdur.

4. Yeni neft strategiyasının həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnika-texnologiyasının Azərbaycana gətirilməsidir;

Xüsusilə tikintidə və yataqların işlənilməsində, qazımada və istismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərmişdir. Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Azəri yatağında 48 quyunun qazılmasına imkan verən nəhəng və əzəmətli dərin dəniz özülü tikilib qurtarmaq üzrədir. Texniki baxımdan dünya miqyasında ən iri terminallardan biri Səngəçal terminalıdır və burada genişləndirmə ilə əlaqədar çoxlu obyektlər tikilmişdir. Səngəçal terminalına Azəri yatağından gələn 186 km-lik 800 mm sualtı neft və 187 km-lik 720 mm sualtı qaz kəmərləri tikilmişdir. Azərbaycanda yuxarıda adları çəkilən nəhəng tikililərin aparılmasında, onların başa çatdırılmasında “Tekfen“, “Azfen“, “Makdermot” və s. müəssisələrin rolu böyükdür. Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə, firmalarda 17 mindən artıq Azərbaycan vətəndaşı işləyir. Bunlardan Azəri-Çıraq-Günəşlidə bilavasitə çalışanların sayı 9500 nəfər təşkil edir.

Azərbaycan malik olduğu neft potensialı hesabına neftin hasilatını 2010-cu il üçün 40-45 milyon tona çatdıracağı proqnozlaşdırılır. Saziş dövründə işlənmədən ümumi gəlirin 100 mlrd. ABŞ dollarına qədər olacağı proqnozlaşdırılır. Yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyasının meydana qoyulması və onun reallığa çevrilməsidir.

  1. Azərbaycan mədəniyyəti.

Zəngin və qədim tarixə malikdir. Min illər ərzində Azərbaycanın ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir. Eramızdan əvvəl III minillikdə burada qəbilələrin formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malikManna çarlığı yaranır. Mannalılar təbiət hadisələrinə, günəşə və aya inanırdılar. Eramızdan əvvəl VI əsrin əvvələrində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştlük rəsmi din idi və onun burada yayılmasının səbəbi öz-özünə yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan ərazisində müstəqil dövlətçiliyin bərqərar olmasında Atropatena və Qafqaz Albaniyası dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı Atropatena çarı Atropatın adı ilə bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq “Azərbaycan” şəklinə düşmüşdür. Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi başlamışdır. III-V əsrdə Azərbaycan dövləti möhkəmlənir Azərbaycanda xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mənəvi və dünyəvi mədəniyyət inkişaf edir. VIII əsrin əvvəllərində Azərbaycan ərəblər tərəfindən işğala məruz qaldı və Arran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu. İslam Azərbaycanda hakim dinə çevrildi. Yəni ənənələr və mədəniyyət təşəkkül tapdı. Orta əsrlərdə Azərbaycanin ərazisində dövlətçilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu , Ağqoyunlu , Səfəvilər. Azərbaycanın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır.

Xalqımızın ” Kitabi Dədə-Qorqud “, ” Koroğlu ” dastanları kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz iz qoymuş Nizami Gəncəvi , Əfzələddin Xaqani , Xətib Təbrizi , Qətran Təbrizi , İmadəddin Nəsimi , Məhəmməd Füzuli kimi korifeylərinin yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist ideyaların bərqərar olmasına xidmət etmişdir. Səfiyyəddin Urməvinin , Əbdülqədir Marağai nin, Əcəmi Naxçıvaninin , Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur. Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirrəddin Tusinin , Əbulhəsən Bəhmənyarın , Mirzə Kazım bəy in, Mirzə Fətəli Axundov un , Abbasqulu ağa Bakıxanov un və digər mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır. Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın , Qızıl Arslanın , Uzun Həsənin , Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin şəkildə pozulmasına gətirib çıxardı, nəticədə bir neçə müstəqil və yarımüstəqil dövlət qurumları – xanlıqlar meydana gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində İranTürkiyə və Rusiya arasında ziddiyətlər güclənməyə başlayır, Azərbaycan uğrunda müharibələr şiddətlənir. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil olur. XX əsrdə Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə bağlı sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin əvvəlində dünya neftinin yarıdan çoxunu və Rusiya neftinin 95 faizini verməklə Bakı dünyanın neft mərkəzlərindən birinə çevrilmişdi. Mədəni həyatda canlanma hiss edilirdi. Elmin müxtəlif sahələri inkişaf etməyə, qəzet və jurnallar çap olunmağa başladı. Siyasi cəmiyyətlərin, təşkilatların, partiyaların yaradılması demokratik ideyaların inkişafına, azadlıq mübarizəsinin yüksəlişinə zəmin yaradırdı. 1917-ci ildə Rusiyada monarxiyanin süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 23 ay yaşadıqdan sonra bu respublika 1920-ci il aprelin 28-də XI rus ordusunun Bakıya daxil olmasi ilə süqut etdi. 1922-ci il dekabr ayından Azərbaycan dövlət atributlarına malik – konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq respublika kimi SSRİ – nin tərkibinə daxil edildi. Xalqın uzun sürən azadlıq hərəkatları və SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.

XX əsrdə Azərbaycan mədəniyyətinin inkişafında rol oynayan şəxslərdən Cəlil MəmmədquluzadəSabirƏbdürrəhim bəy HaqverdiyevHüseyn CavidNəriman NərimanovCəfər CabbarlıHacı Zeynalabdin TağıyevŞəmsi ƏsədullayevMusa NağıyevMurtuza MuxtarovHüseyn ƏrəblinskiMustafa MərdanovƏli QurbanovƏli ZeynalovSəməd Vurğun,Mikayıl MüşfiqŞıxəli QurbanovZiya Bünyadov və s. göstərmək olar.

Azərbaycan xalqının qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamın və Seyid ŞuşinskiXan ŞuşinskiCabbar QaryağdıoğluBülbül kimi muğam ustadlarının, Rəşid BehbudovŞövkət Ələkbərova kimi vokal sənəti nəhənglərinin Azərbaycan mədəniyyətində xüsusi yeri vardır. Bəstəkarlardan Üzeyir HacıbəyovMüslüm MaqomayevAsəf ZeynallıQara QarayevFikrət ƏmirovNiyaziSultan HacıbəyovTofiq QuliyevArif Məlikov,Cahangir CahangirovSüleyman ƏləsgərovSəid RüstəmovRauf HacıyevAqşin ƏlizadəVasif AdıgözəlovRafiq BabayevQəmbər HüseynliOqtay KazımovEmin Sabitoğlu və s. göstərmək olar.

Mədəniyyət sferasında Azərbaycan Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), ICESCO (İslam Konfransının Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir və layihələrdə iştirak edir.

  • 2003-cü ilin 26-28 sentyabr tarixində Azərbaycan Respublikasında Avropa Şurasının “Avropa Mədəni İrs Günləri-2003 Kompaniyası” keçirilmişdir. “Avropa Mədəni İrs Günləri-2003 Kompaniyası” zamanı beynəlxalq layihələr üzrə bərpası sona çatmış abidələrin açılışında iştirak, eləcə də bərpa işləri hələ də davam etdirilən abidələrə baxış, keçən illərdə olduğu kimi, növbəti (8-ci) “Photoexperiense – 2003” Beynəlxalq Foto Təşəbbüsü üzrə sərginin və kataloqun təqdimatı, məktəblərdə və universitetlərdə “Avropa ümumi irs” Proqramı və Avropa Mədəni İrs günləri Kompaniyası, “Mədəni irsin qorunması-mənim vətəndaşlıq borcumdur” fakültativ dərslərinin aparılması nəzərdə tutulmuşdu.
  • Azərbaycan Avropa Şurasının mədəniyyət sahəsinə layihəsində – “STAGE” (“Support for Transition in the Arts in Greater Europe”) layihəsində də iştirak etmişdir. Layihənin əsas prinsipləri aşağıdakılardır:
    • mədəni özünəməxsusluğun dəstəklənməsi;
    • mədəni müxtəlifliyin dəstəklənməsi;
    • yaradıcılığın dəstəklənməsi;
    • ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi.

“STAGE” layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu 2001-ci ilin may ayında Azərbaycanda olmuşdur. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd etmişlər və Mədəniyyət Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri nəzərə almışlar.

  1. Azərbaycan Prezidenti. Ümumi məlumatlar.

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961BakıAzərbaycan SSRSSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri(2003), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının Sədri (2005-ci ildən). İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı[1] şəhərində anadan olmuşdur. 19671977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.

MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

19851990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

19911994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.

20012003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisininnümayəndə heyətinin rəhbəri olmuşdur.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

2008-ci ildə yenidən prezident seçilmişdir və hazırda prezident vəzifəsini icra edir.

Rusingilisfransız və türk dillərini sərbəst bilir.

Ailəlidir. Üç övladı, üç nəvəsi vardır.

  1. Azərbaycanın xarici siyasəti.
  2. Əsrin müqaviləsinin imzalanmasının tarixi əhəmiyyəti.
  3. Bakı-Tehran münasibətləri. Cənubi Azərbaycan.
  4. Xəzər dənizi. Sahilyanı ölkələr. Toqquşan və üst-üstə düşən maraqlar.
  5. Azərbaycan idmanı. Dövlətin idman siyasəti.
  6. Ən böyük (ərazisinə və əhalisinə görə) türkdilli dövlətlər.
  7. Azərbaycan Respublikasının əhalisinin sayı.
  8. Qədim Azərbaycan ərazisində mövcud olmuş xanlıqlar.
  9. Azərbaycanın tanınmış sərkərdələri.
  10. Səfəvilər dövlətinin Azərbaycan dövlətçilik ənənələrinin yaranmasında yeri.
  11. Xəzər dənizinin müasir ekoloji problemləri. Xəzər Sammitləri.

Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olmuşdur. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzər sahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də balıqçılıqla) bağlıdır. Dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşmişdir. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün “istehsalçısıdır”. Ona görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunur. Qeyd edək ki, planetdə qara kürünün əsas icracatı bu gölün sakinləri hesabınadır. Lakin Xəzərin varidatı bununla tükənmir. Neft-qaz ehtiyatı potensialına görə də o, dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Ekoloji xarakteristikasına görə Xəzər dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Məsələn: təbii resursların və kəmiyyətcə tükənməsi, antropogen və torpaqüstü təbii ekosistemlərin tənəzzülü, dəniz mühitinin çirklənməsi və su ekosistemlərinin tənəzzülü. Sonuncu ən böyük problem sayılır. Balıq təsərrüfatı və sanitar-toksiki xüsusiyyətləri baxımından Xəzərin durumu hələ Sovetlər Birliyinin sonunda krizis dövrünün başlanğıcı kimi qiymətləndirilirdi. Belə ki, 1992-ci ildə Volqa hövzəsi və Xəzərin sahil zonası “ekoloji fəlakət zonası” adlandırılmışdı. Xəzər dənizini çirkləndirən əsas mənbələr aşağıdakılardır: təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 km 3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 sm-ə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən dənizə axıdılan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir.

Dəniz dibi qruntlarından götürülən nümunələrin tərkibində neft məhsulları, fenollar, bəzi rayonlarda isə civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş Bakı buxtası olmaqla burada dib qruntlarının çirklənməsi orqanizmlərin və bentosun azalmasına, bəzi yerlərdə isə dib faunasının yox olmasına gətirib çıxarır. Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaratmışdır. Dənizin ekoloji şəraitinə Volqa, Kür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərmişdir. Bu sututarların miqdarının kəskin azalmasına səbəb olmuş, digər tərəfdən bir sıra olduqca qiymətli balıq növlərini ənənəvi kürü tökmək yerlərindən məhrum etmişdir.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qaxdıqca isə suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu azalır, yem ehtiyatı artır.

Bunlarla yanaşı dəniz sularının yuxarıda göstərilən maddələrlə, xüsusilə neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna və florasının məhv olmasına gətirib çıxarır.

Dənizin ən çox çirklənmiş sahələri eyni zamanda ekoloji böhran sahələridir. Belə sahələrə Bakı, Sumqayıt, Mahaçqala, Türkmənbaşı şəhərlərinin akvatoriyaları, istismarda olan dəniz neft yataqları rayonları aid edilir. Xəzər gölünün çirklənməsindən danışarkən aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır: birincisi, çirkabın qeyri- bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır. Ikincisi, sahilboyu yaranan çirklənməni bir zonadan başqasına aparır və oranı da çirkləndirir. Nəzərə alsaq ki, tullantılar əsasən suyun üzəndə – üst qatında toplaşaraq “su-atmosfer” zonası yaradır, onda məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir.
Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbohidrogenləri, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirklənməsində neft karbohidrogenləri böyük rol oynayır. Söhbət Abşeron yarımadası və Manqışlağın yarısını əhatə edən dəniz neft sənayesi və sualtı neft borularından gedir. Vaxtilə dənizdə neft buruqlarının görünməsi elm və texnikanın nailiyyəti sayılsa da, bəzi alimlər bunun yaxın gələcəkdə zərərli fəsadlar törçdəcəyi barədə həyacan dolu məlumatlar veriblər. Üstündən yarım əsrdən çox ötməsinə baxmayaraq, həmin fikirlər özünü doğruldur və biz artıq Xəzərin dünya miqyaslı problemə çevrildiyinin şahidləriyik. Onun ekoloji vəziyyəti indi bütün dünyanı narahat edir. Bakı isə Xəzərin ən çirkli hissəsidir. Təsadüfi deyil ki, o, bioloji cəhətdən “ölü buxta” statusunu qazanıb.

Xəzəryanı ölkələrdə baş verən ictimai-siyasi proseslər, ziddiyyətli münaqişələr də dənizin ekomühitinə öz təsirini göstərib. Xüsusilə hərbi münaqişələr. Məsələn, 1991-ci ildən başlanan Rus-Çeçen müharibəsi dənizin ekosistemində müəyyən problemlər yaradıb. Hövzədə il ərzində 20-30 hərbi tullantı qeydə alınır. Bundan əlavə, texnogen qəzaların sayı da xeyli artıb. Belə ki, Xəzərin Rusiya sahillərində karbohidrogenlərin miqdarı Çeçen müharibəsi ilə əlaqədar xeyli artmışdır.

Məlumdur ki, Azərbaycanın yataqlarının birgə istismarı ilə əlaqədar “Əsrin müqaviləsi” (1994) adlı saziş imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam neftini dünya bazarına çıxarmaq məqsədi güdür. Regiondakı digər neft istehsalçıları da eyni maraqdan çıxış edirlər. Qazaxıstan və Türkmənistanda da Abşeronda olduğu kimi neft-qaz istehsalı mərkəzləri açılıb. Bu regionların ekoloji durumu respublikamızla müqayisədə heç də yaxşı deyil. Çünki burada çıxarılan neftin tərkibində merkaptanların miqdarı çox, kükürdlü birləşmələr daha artıqdır. Belə nefti xüsusi yolla təmizləmək lazım gəlir ki, bu da əlavə problemlər yaradır. Bu prosesdə ekoloji standartlar mütləq nəzərə alınmalıdır, əks halda Xəzərin bütün akvatoriyası pis hala düşə bilər.

Dənizin şərq-qərb hissələri ilə müqayisədə şimal tərəfində çirklənmənin səviyyəsi nisbətən azdır. Qeyd edək ki, Xəzər gölünün mühitinin qorunmasında, xüsusilə çirkablardan mühafizədə Volqa və digər çay-su anbarlarının rolu böyükdür. Eyni zamanda, Xəzərin dib çöküntüləri və özünün fiziki-kimyəvi və bioloji təmizlənmə proseslərinin də rolu var. Orta və cənub zonalarında temperaturun sabitliyi (normallığı) suda kimyəvi reaksiyaların sürətini artırır və nəticə etibarilə burada dəniz suyunun təmizliyi öz-özünə təmin olunur.
Xəzərin ekoloji problemləri onun səviyyəsinin vaxtaşırı dəyişməsilə də əlaqədardır. 1978-ci ildən tranqressiv mərhələyə keçən dənizin səviyyəsi tədricən qalxaraq ciddi təhlükəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 m qalxması sahil zonasının il ərzində 1-2 km sahəsinin dənizin altında qalması ilə nəticələnmişdir. Məsələn, 10-15 il əvvəl ölkəmizin cənub bölgəsindəki (Lənkəran-Astara) sahil zolağında yerləşən bir çox yaşayış məntəqələri və təsərrüfat sahələri həmin fəlakətlə üzləşdi, əhaliyə, dövlətə xeyli ziyan dəydi. Elə burdaca bir məsələni xatırlatmaq yerinə düşər. Əski tarixdə ulu babalarımız heç vaxt hövzə kənarında daimi məskunlaşmayıblar. Yalnız mövsümi xarakter daşıyan fəaliyyətlə məşğul olublar. Çünki onlar haçansa yarana biləcək təbii hadisələri çox düzgün qiymətləndiriblər. Müasir dövrün insanları isə keçmişdən öyrənmək əvəzinə, sanki təbiəti ram edirmişlər kimi dənizin düz qırağında möhtəşəm sənaye obyektləri, neft-qazçıxarma qurğuları, çoxmərtəbəli yaşayış binaları inşa edir, fermer təsərrüfatları salırlar. Hesab edirlər ki, onları həmişəlik sahildə saxlamaq mümkündür. Təəssüf ki, bu belə deyil. Təbiət özü şıltaq olsa da, şıltaqları sevmir.
Dənizdə və sahilboyunda gözlənilən qəzaların böyük əksəriyyəti, əlbəttə ki, burada yerləşdirilən neft sənayesilə bağlıdır. Avadanlıqların suda batması, neft məhsullarının dənizə axması, qurğuların yararsız hala düşməsi və s. Cənub və orta sahələrdə Xəzər daha çox hidrodinamiki təhlükəyə məruz qalır. Bunlardan başqa, Xəzərin dibi palçıq vulkanlarına meyllidir. Kükürd tərkibli neft çıxarılan sahələr daha təhlükəlidir. Güclü zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir.
Iri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəbdir. Xəzər qapalı ekosistem olduğu üçün onun neft axınları vasitəsilə çirklənməsi kifayətdir ki, “canını tapşırsın” – “ölsün”.
Xırda dəniz donanmalarının inkişafı iqtisadi və hərbi baxımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da rolu az deyil. Iri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə mənbələrindəndir. Yeni limanların tikilməsi, gəmi istehsalı, neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir. Xəzərsahili ölkələrin hərbi dəniz donanmalarının yaradılması da həmin faktorlardandır. Xəzər gölünün çirklənmə mənbəyini yalnız fiziki-kimyəvi səbəblərlə əlaqələndirmək olmaz. Problemin əmələ gəlməsində bioloji çirklənmənin də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, bu yaxınlarda Türkmənistana aid sektorda meduzalar (aurella aurita, mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanırlar. Kilkənin azalması paralel olaraq onlarla qidalanan müxtəlif su heyvanlarının sayca azalmasıyla nəticələnir. Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsərrüfatına da öz mənfi təsirini göstərir. Su mühitinin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Hesablamalara əsasən, bu səbəbdən nərə balığı təsərrüfatına dəyən zərər 6 milyard, kürü biznesinə deyən ziyan isə 10 milyard dollar təşkil edir. Həmçinin digər vətəgə balıqlarının iqtisadi cəhətdən itirilməsi də realdır. Xəzər olduqca unikal ekosistemdir. Onun qorunması təkcə regional dövlətlərin yox, planetin işidir. Beynəlxalq sistemin son illər bu dənizin ekoloji problemlərinə maraq göstərməsi təsadüfi deyil. Xəzərə yalnız bir ölkənin yox, 5 sahilyanı ölkənin qayğı göstərməsi vacibdir. Hər bir Xəzərsahili ölkə dənizə öz şəxsi prizmasından yanaşsa, onun sonrakı taleyi daha tutqun ola bilər. Xəzərin statusu tam müəyyənləşmədikcə dənizin nərə balığı ehtiyatı, canlıların rəngarəngliyi, ekosistemi tənəzzülə uğrayacaq.

Vaxtilə ABŞ prezidenti olmuş Con Kennedinin dediyi “Coğrafiya bizi qonşu, tarix bizi dost, iqtisadiyyat bizi tərəfdaş, zərurət isə müttəfiq etdi” fikirləri bu gün nə qədər real və zəruri səslənir. Belə ki, ekoloji böhran nəticəsində keçmişdə dünyada ən məhsuldar su hövzələri arasında duran Xəzər dənizi son onilliklərdə öz öncül mövqeyini tamam itirmişdir. http://www.eco.gov.az ARDI VAR

  1. 1950-ci illərdə Azərbaycanlıların kütləvi deportasiyası.

Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq siyasəti çar Rusiyasının məqsədli siyasətinin davamı idi. Bu siyasət mərkəzə qeyri-rus xalqlar, xüsusilə də müsəlman və türklər üzərində öz hakim mövqeyini qoruyub saxlamaq üçün lazım idi.
Azərbaycanlılar və digər türklər yaşayan torpaqların işğalı hesabına «Böyük Ermənistan» dövləti yarartmaq xəstəliyinə tutulan ermənilər özlərinin heç vaxt mümkün olmayacaq məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar.
Moskvadakı havadarlarının köməyi ilə mərkəzdəki və xarici ölkələrdəki erməni və ermənipərəst lobbilərinə arxalanan erməni – daşnaklar müharibədən sonrakı illərdə də vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi etnik ərazilərindən sıxışdırılıb çıxarılması, ilk növbədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərin ortalarında Mərkəzin, bilavasitə Moskvadakı erməni lobbisinin lideri və rəhbəri A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda kommunistlərin fəal iştirakı ilə gizli «Qarabağ hərəkatı» və «Qarabağ komitəsi» yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi partiya elitasının köməyi ilə növbəti dəfə ÜİK(b) P MK qarşısında Azərbaycan torpaqlarının bir hissəsinin – Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdı. Ermənistan K(b) P MK və XKS Stalinə müraciət edərək heç bir elmi, tarixi əsası olmadan bildirdilər ki, Dağlıq Qarabağ ərazisi guya iqtsadi cəhətdən daha çox Azərbaycanla deyil, Ermənistanla bağlıdır. Mərkəzdə bu məsələyə dərhal münasibət bildirildi.
Belə ki, Moskvanın nümayəndəsi ÜİK(b) P MK katibi ermənipərəst K.M.Malenkov 28 noyabr 1945-ci ildə Azərbaycan K(b) MK-nın 1-ci katibi Mircəfər Bağırova məktub yazaraq bu məsələ haqqında – ermənilərin istəyi ilə bağlı məlumat verir və onun rəyini bilmək istəyir.
M.Bağırov isə öz növbəsində 10 dekabr 1945-ci il tarixdə K.M.Malenkovun məktubuna cavab göndərir. Cavab məktubunda Ermənistanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü bu iddiaların heç bir elmi, tarixi əsası olmadığı və Dağlıq Qarabağın Azərbaycanın qədim torpağı olduğu sanballı faktlarla sübut edilirdi. M.Bağırov bildirirdi ki, əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Şuşadan başqa, Yuxarı Qarabağ ərarizisi o halda Ermənistana verilə bilər ki, Zəngəzur bölgəsi bütövlüklə Azərbaycana qaytarılsın. Buna isə nə Moskva, nə də Ermənistan razı olmadı, çünki Türkiyə ilə Azərbaycan hesabına yaradılmış «erməni ərazisi» bununla ləğv edilərdi.
Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Azərbaycan rəhbərlərindən M.Bağırov itirilmiş tarixi Azərbaycan torpaqları problemini önə gətirir. O, K.M.Malenkova cavab məktubunda bildirir ki, Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi halda müxtəlif zaman kəsiyində Ermənistana, Gürcüstana və Rusiyaya verilmiş bir çox tarixi Azərbaycan torpaqlarının onun özünə qaytarılmasını qətiyyətlə tələb edir.
M.Bağırov yaxşı bilirdi ki, ermənilər buna razı olmayacaq və həm ermənilərin, həm də havadarlarının – Moskvanın planı pozulacaq. Moskva problemin nə qədər təhlükəli olduğunu anladı. Problemin həllini mümkün hesab etməyən Mərkəz ermənilərin iddialarını rədd etdi. Bununla yanaşı, Moskva Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək üçün işə başladı. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə Tehranda keçirilən konfransda Sovet-İran məsələsi müzakirə edilərkən ermənilərlə bağlı məsələyə toxunulmuşdur. Belə ki, gələcəkdə «Böyük Ermənistan» dövləti yaratmaq arzusunda olan ermənilər konfrans zamanı SSRİ xarici işlər naziri V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdilər. V.Molotov İ.Stalinin razılığını aldıqdan sonra İranda yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə verilmişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul edildi.
Bu köçürülmə azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. Yəni azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması və onların yaşadıqları əraziyə köçürülən ermənilərin yerləşdirilməsi nəzərdə tutulurdu. Bu işə «Daşnaksütyun» partiyası ilə birlikdə Qriqorian kilsəsi də öz xeyir-duasını vermişdi.

Lakin Molotovun təklifı o zaman Ermənistan KP MK-nın 1-ci katibi Q.H.Harutyunovla Stalinin razılığa gəlməsindən sonra xeyli dəyişdirildi. Qərara alındı ki, köçürüləcək ermənilər Ermənistanda yerləşdirilsinlər, əvəzində isə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılar Azərbaycana köçürülsünlər.
Bununla da Mərkəzin rəhbərliyi və xeyir-duası ilə azərbaycanlıların Ermənistan SSR ərazisindəki ata-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qəbul etdiyi 4083 saylı qərarla rəsmiləşdirildi. Daha sonra SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» yeni bir qərarı ilə bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün konkret tədbirlər planı hazırlandı. Qərarda göstərilirdi ki, bu, «SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir». Bu qərara görə, 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər «könüllülük prinsipinə əsasən» Azərbaycana köçürülməli idi. Qərarın on birinci maddəsində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə etsinlər. O zaman Ermənistan SSR-də öz ata-baba torpaqlarında 0,5 (yarım) milyondan çox azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən planlı və mütəşəkkil şəkildə Azərbaycan SSR-ə 1.799 təsərrüfat, 7.747 nəfər azərbaycanlı köçürülmüşdü. Köçürülmə zorakılığa, təzyiqlərə məruz qalmaqla həyata keçirilirdi. Bu üsulla 1948-ci ildə 429 azərbaycanlı ailəsi (2.834 nəfər) pərakəndə halda Azərbaycana köçürülmüşdü. 1948-ci ilin payızına qədər köçürülənlərin sayı 10.584 nəfərə çatmışdı.
SSRİ NS-nin 1948-ci il martın 10-da qəbul etdiyi qərarda köçürülmə ilə bağlı konkret tədbirlərdən bəhs olunurdu: köçürülən əhali əsas istehsal vasitələrini – kənd təsərrüfatı maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu vasitələrini, ev heyvanlarını və s. apara bilərdi. Həmçinin SSRİ NS-nin qərarlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün Azərbaycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də və aprelin 14-də xüsusi qərarlar qəbul etmişdi.
Köçürməni qısa müddətdə başa çatdırmaq üçün xüsusi köçkünlər komissiyası yaradılmışdı. Komissiya üzvlərinə göstəriş verilmişdi ki, camaat arasında izahat işi aparsınlar və bu «siyasi» kampaniya tezliklə başa çatdırılsın. Komissiyanın tərkibinə azərbaycanlılardan – Yerevan şəhəri Spandaryan rayon soveti icraiyyə komitəsinin sədri Rza Şeyxzadə, Qarabağ rayon partiya komitəsinin katibi İbiş Abbasov, «Sovet Ermənistanı» qəzetinin redaktoru Rəhim Allahverdiyev, Keşişkənd rayonu partiya komitəsinin 2-ci katibi Əziz Cəfərov və b. daxil idilər.
Azərbaycan SSR və Ermənistan SSR rəhbərləri arasında (respublika əhalisinin rəyi nəzərə alınmadan) əldə olunmuş razılaşmaya görə, 1949-cu ildə 15.713 nəfər (5420 nəfər yazda, 10.293 nəfər isə payızda) və 3818 təsərrüfat köçürülməli idi. Lakin SSRİ Nazirlər Soveti Azərbaycan SSR və Ermənistan SSR hökumətləri arasında əldə edilmiş razılaşmanı təsdiq etmədi. Mərkəzin rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistan SSRdən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40.000 nəfər azərbaycanlının köçürülməsini tələb etdi.
Azərbaycan hökuməti vəziyyətin çətinliyini görüb Mərkəzi hökumətə – SSRİ Nazirlər Soveti sədrinin müavini K.M.Malenkova müraciət etdi. Müraciətdə bildirildi ki, bir dəfəyə 40.000 nəfər əhalinin köçürülməsi və yerləşdirilməsi üçün Azərbaycanın imkanı yoxdur. Müraciətdə həm də 19491950-ci illər üçün əvvəllər müəyyənləşdirilmiş köçürülmə planlarına yenidən baxılması və «Ermənistan SSR-dən olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin 1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi» xahiş edildi.
Bu məsələdə Azərbaycan rəhbərliyi qətiyyətsizlik göstərdi. Köçürülməsi nəzərdə tutulan əraziyə Ermənistanın 22 rayonu, əsasən azərbaycanlıların ata-baba torpaqları olan Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Astarxan, Kirovakan daxil idi. Bu ərazilər azərbaycanlıların yığcam şəkildə yaşadıqları dağlıq və dağətəyi bölgələrdən ibarət idi.

Ermənistan SSR-dən köçürülən azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığında və digər rayonlarda yerləşdirilirdilər. Deportasiya edilmiş azərbaycanlılar Kür-Araz ovalığında yaşayan ermənilər tərəfındən təqib olunurdular. Bu cür böhtanlar nəticəsində ermənilər Azərbaycan SSR Şamxor (Şəmkir) rayonuna deportasiya edilmiş 150 nəfər azərbaycanlının öz təsərrüfatları ilə birlikdə ra-yondan sürgün edilməsinə nail olmuşdular. Ermənilərin Azərbaycanda özbaşınalığına respublika rəhbərinin gözü qarşısında şərait yaradan respublikanın XDİN-də, partiya və sovet orqanlarında rəhbər vəzifə sahibi olan Markaryan, Qriqoryan, Yemelyanov, Borşov və başqaları idi. Onlar deportasiya olunan azərbaycanlıların ermənilərin sıx yaşadıqları Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində və onun ətraf rayonlarda yerləşdirilməsinə imkan vermiş, M.Bağırova saxta, böhtan xarakterli arayışlar təqdim edirdilər. Respublika Təhlükəsizlik Nazirliyinin rəhbəri Yemelyanovun hazırlayıb M.Bağırova təqdim etdiyi rəsmi arayışda deportasiya olunan azərbaycanlıların ermənilər tərəfındən sıxışdırılmaları barədə kollektiv imza ilə göndərdikləri məktub və ərizələri «millətçilik», «siyasi təxribat» kimi xarakterizə edilirdi. Bunlara isə M.Bağrov inanırdı.
Beləliklə, 1949-cu ildə Ermənistan SSR ərazisindən qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 nəfər adam Şimali Azərbaycana deportasiya edildi. Deportasiya olunanlar Şimali Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə, Gədəbəy rayonlarında yerləşdirildi. Ən çətini, dözülməzi ondan ibarət idi ki, dağlıq və dağətəyi ərazilərdə dünyaya göz açıb, yaşayan bu əhali indi birdən-birə çox isti olan Kür-Araz ovalığına köçürülürdü.
Sonrakı ildə – 1950-ci il martın 14-də və avqustun 25-də daha 3419 təsərrüfatın və 14.361 nəfər azərbaycanlının Ermənistan SSR-dən Azərbaycana köçürülməsi haqqında Azərbaycan və Ermənistan respublikalarının hökumətləri birgə qərar qəbul etdilər.
Köçürülənlərin sosial və məişət problemlərinə vaxtında diqqət yetirilmirdi. Bunun nəticəsi idi ki, 1950-ci ildən başlayaraq Kür-Araz ovalığından əhalinin bir hissəsi Ermənistana – öz keçmiş ata-baba yerlərinə qayıtmağa başlamışdı. Deportasiya olunanların digər bir qismi isə Azərbaycan hökumətinə və Mərkəzə şikayət məktubları göndərir və onlara olan diqqətsizlikdən, qeyri-insani münasibətdən söz açırdı. Lakin onların şikayət və tələblərinə cavab verən tapılmırdı. Əksinə, 1950-ci ilin payızında Ermənistan SSR ərazisindən Azərbaycana yeni 2907 təsərrüfat və 12.332 nəfər adam köçürülmüşdü.

Bütün bunlara baxmayaraq, erməni millətçiləri, onların himayədarları SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarlarının icra olunması vəziyyətindən narazılıq edirdilər. Nəticədə, onların təkidi ilə 28 fevral 1951-ci ildə SSRİ Nazirlər Soveti «1951-ci ildə köçürülmə planı haqqında» 605 saylı tam məxfı olan yeni qərar qəbul etməli olmuşdu. Qərarda köçürülmənin sürətləndirilməsi və qısa müddətdə başa çatdırılması öz əksini tapmışdı. Lakin bu qərar da erməniləri təmin etmədi. Çünki erməni millətçilərinin istəyinə rəğmən deportasiya olunanların geriyə qayıtması ara vermir, əksinə, artırdı.
1952-1953-cü illərdə Ermənistan SSR ərazisindən daha 3155 təsərrüfat və 1.376 nəfər azərbaycanlı Azərbaycana köçürüldü. Bununla yanaşı geri qayıdanların sayı da artırdı. Bunun başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında adi şəraitin olmaması idi.
Dövlət sənədlərində göstərilir ki, 1953-cü ildə köçürülənlərdən 1115 ailə geri qayıtmışdı.
Beləliklə, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma torpaqlarından zorla köçürüldü. Bu, mərkəzin və Ermənistan hökumətinin qeyri-insani fəaliyyətindən, qatı millətçilikdən, şovinist münasibətdən başqa bir şey deyildi. Bu, adi insan hüquqlarının kobudcasına pozulması, anti-demokratik hərəkət idi.
Köçürülmə sonrakı illərdə də davam etdi. 1954-1956-cı illərdə 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan deportasiya olunmuş, etnik təmizləmənin növbəti mərhələsi keçirilmişdi.
Onu da təəssüflə qeyd edək ki, deportasiya olunanların hər üç nəfərindən biri yeni şəraitə, isti və quru iqlimə, adi məişət təminatsızlığına dözə bilməyib, aclıq və xəstəlikdən ölürdü.
Beləliklə, 1948-1956-cı illərdə Stalin-Beriya-Mikoyan üçlüyünün məkrli, antiazərbaycan siyasəti və M.Bağırovun qətiyyətsizliyi nəticəsində Ermənistan SSR-də azərbaycanlıların sayı xeyli azaldı. Vaxtilə Vedi, Keşişkənd rayonlarının əhalisinin etnik tərkibinin 72 faizini azərbaycanlılar təşkil etdiyi halda, deportasiyadan sonra orada cəmi 15-17 faiz azərbaycanlı qalmışdı. Azərbaycanda isə əksinə, ermənilərin sayı artırdı. Azərbaycanın əsas iri şəhərlərində – Bakıda, Sumqayıtda, Gəncədə, Əli-Bayramlıda, Mingəçevirdə, Daşkəsəndə və s. şəhərlərdə ermənilərin sayının artması ilə yanaşı, erməni gizli təşkilatları yaranırdı.
1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi torpaqlarından köçürülən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməli idi, lakin hələ bu günə qədər buna beynəlxalq miqyasda hüquqi qiymət verilməyib.
80-ci illərin sonunda isə soydaşlarımız Ermənistan SSRdən sonuncu nəfərinədək zorla qovuldu və ermənilər tərəfındən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə sona çatdırıldı.
Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə düzgün qiymət ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfındən verildi. O, 1997-ci il dekabrın 18-də «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərman imzalandı. Bu fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyəti dünya sivilizasiyasına çatdırıldı.

«1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» Azərbaycan Respublikası Prezidentinin FƏRMANI

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fıziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:

  1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılsın.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 dekabr 1997-ci il

Müəllif: professor İ.X.Zeynalov, dosent X.R.Səfərova

http://kayzen.az

  1. 30-cu illərdə repressiyaya uğramış Azərbaycan ziyalıları. Ümumi məlumat.
  2. NATO-Azərbaycan əlaqələri. Azərbaycan Sülhməramlıları.

1990-cı illərin əvvəllərindən etibarən, NATO-nun strukturlarında siyasi və hərbi dəyişikliklər prosesi başlandı. 1990-cı ilin iyulunda yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq üçün London sammitində Dəyişilmiş Şimali Atlantika Alyansına dair London Bəyannaməsi, bir il sonra isə Roma sammitində yeni Strateji konsepsiya və Sülh və əməkdaşlığa dair bəyannamə qəbul edildi. Nəzərdə tutulmuş əməkdaşlığın gələcək inkişafını istiqamətləndirən Şimali Atlantika Əməkdaşlıq Şurası (ŞAƏŞ) təsis edildi. ŞAƏŞ-nın ilk açılış görüşü 1991-ci ilin 20 dekabr tarixində keçirilmişdir. Azərbaycan Respblikası 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan ŞAƏŞ-ə qoşulmuşdur. NATO-nun Cənubi Qafqaz regionunda yaranmış vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi səciyyələndirilir. 1994-cü il 10-11 yanvar tarixlərində Brüsseldə keçirilmiş NATO Şurasında Sülh naminə tərəfdaşlıq (SNT) proqramı bəyənildi. SNT proqramına dəvət ŞAƏŞ-də iştirak edən bütün tərəfdaş dövlətlərə, o cümlədən ATƏT-in üzvü olan dövlətlərə göndərildi. 1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzaladı. Bununla, Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramını imzalamış 15-ci dövlət oldu. 1996-cı il 22 aprel tarixində NATO-nun Brüsseldəki mənzil-qərargahına növbəti səfəri zamanı Prezident H.Əliyev Baş katib Xavyer Solana ilə görüşərək, SNT proqramına müvafiq şəkildə NATO ilə əməkdaşlıq üzrə respublikamızın tələbat və potensialını müəyyən edən Azərbaycan Respublikasının Prezentasiya sənədini təqdim etmişdir. 1997-ci ilin 13 fevral tarixində Prezident H.Əliyevin dəvəti ilə NATO-nun Baş katibi Xavyer Solana ilk dəfə olaraq iki günlük rəsmi səfərlə Azərbaycana gəldi. Səfər müddətində Baş katib Prezident H.Əliyev, Xarici işlər və Müdafiə nazirləri ilə görüşlər keçirdi. Bununla belə, Milli Məclisdə millət vəkilləri qarşısında NATO-Azərbaycan əlaqələrinin inkişafına dair çıxış etdi. 1997-ci ilin 30-mayında ŞAƏŞ-ın Sintrada keçirilən yaz nazirlər görüşündə ŞAƏŞ Avro-Atlantika Tərəfdaşlıq Şurası (AATŞ) ilə əvəz etmək qərarına gəldilər. 4-6 noyabr 1997-ci ildə Bakıda “Kooperativ Demand” adı altında komandaqərargah təlimlərinin hazırlıq seminarı keçirildi. Bu NATO/SNT çərçivəsində Azərbaycanda keçirilən ilk tədbir idi. 1997-ci ilin 14 noyabr tarixində Prezident H.Əliyev Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzaladı. 30 sentyabr – 1 oktyabr 1998-ci ildə NATO-nun Baş katibi X.Solana ikinci dəfə işçi səfərlə Bakıya gəldi. Səfər zamanı Respublika Prezidenti H.Əliyev, Milli Məclisin Sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə ilə keçirdiyi görüşlərdə Avro-Atlantika və regional təhlükəsizlik, SNT proqramı çərçivəsində Azərbaycan-NATO əlaqələrinin inkişafı məsələləri ətrafında danışıqlar apardı. 27-28 may 1999-cu ildə Avro-Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində Atlantika siyasəti üzrə məşvərət qrupunun sessiyası Bakıda keçirildi. Sessiya müddətində NATO Baş Katibinin Siyasi məsələlər üzrə müavini, səfir KR.Klayber başda olmaqla yüksək səviyyəli NATO ekspert qrupu Azərbaycana gəldi. 1999-cu ilin sentyabrından AATŞ çərçivəsində Cənubi Qafqaz məsələləri üzrə açıq tərkibli İşçi qrup (Ad Hoc Group on South Caucasus) fəalliyyət göstərir. 1999-cu ilin sentyabrından etibarən, Azərbaycan Respublikasının sülhməramlı tağımı Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatda iştirak edir. 2000-ci ilin aprelində Gürcüstanda keçirilmiş kursun davamı kimi, Bakıda hərbi-mülki əməkdaşlığa dair regional kurs keçirilmişdir. 20-21 iyul 2000-ci ildə Bakıda NATO/AATŞ çərçivəsində “Qafqazda enerji təhlükəsizliyi” adı altında konfrans keçirildi. Regionda enerji təhlükəsizliyi məsələsi, habelə ətraf mühit problemləri müzakirə obyektində olmuşdur. NATO-nun Baş katibi Lord C.Robertson 2001-ci ilin 16-17 yanvar tarixlərində Azərbaycana rəsmi səfər etmişdir. Səfər müddətində Prezident H.Əliyev, Milli Məclisin Sədri M.Ələsgərov, Baş nazir A.Rasi-zadə, xarici işlər naziri Vilayət Quliyev, müdafiə naziri Səfər Əbiyev ilə görüşlər keçirmişdir. Baş katib Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivi qarşısında çıxış etmiş və BDUnun fəxri doktoru adına layiq görülmüşdür. 2001-ci ilin 21-22 iyun tarixlərində Bakıda Avro-Atlantika Tərəfdaşlıq Şurasının kiçik və atıcı silahlar üzrə xüsusi işçi qrupunun iştirakı ilə “Yüngül və atıcı silahlar: ATƏT və AATŞ-ın cari öhdəliklərinin həyata keçirilməsi üçün praktiki təhdidlər” adı altında Azərbaycan və İsveçrə hökumətinin birgə seminarı keçirildi. ATƏT-in üzv dövlətlərinin, ATƏT-in Gürcüstanda, Moldovada fəaliyyət göstərən missiyalarının çoxsaylı nümayəndələri iştirak etdilər. İştirak edən nümayəndələr tədbiri BMT-nin YAS üzrə seminarından əvvəl regional səviyyədə problem üzrə əsaslı töhfə kimi səciyyələndirmişlər. Seminar BMT-nin tədbirlər reyestrinə daxil edilmişdir. 2001-ci ilin 12-13 iyun tarixlərində NATO/AATŞ çərçivəsində tərəfdaş və NATO üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə “Təbii və texnogen fəlakətlər zamanı ərazilərdə xilasetmə dəstələrinin yerləşdirilməsi” adlı seminar müvəffəqiyyətlə keçirilmişdir. 2001-ci ilin 05-17 noyabr tarixlərində Bakıda “Cooperative Determination” komanda-qərargah təlimi keçirilmişdir. 2001-ci ilin 16-17 noyabr tarixlərində Bakıda NATO/AATŞ çərçivəsində “Balkanlarda regional əməkdaşlıqdan öyrənilmiş dərslər” adı altında seminar keçirilmişdir. 2002-ci ilin 7 fevral tarixində “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli Sərəncamına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. 2002-ci ilin 17-18 yanvar tarixlərində NATO Parlament Assambleyasının Prezidenti Rafael Estrada Azərbaycana səfər etdi. Səfər müddətində Respublika Prezidenti H.Əliyev, Milli Məclisin Sədri M.Ələsgərov, xarici işlər naziri V.Quliyevlə görüşlər keçirildi. 2002-ci ilin 7-8 may tarixində Bakıda “Xəzər dənizinin ekoloji problemləri” adı altında NATO/Müasir cəmiyyətlərin problemləri komitəsi (MCPK) çərçivəsində seminar keçirilmişdir. Seminar müddətində NATO Baş Katibinin Elm və Ekologiya məsələləri üzrə müavini cənab Jan Furne Azərbaycana səfər etmişdir. Səfər müddətində Jan Fürne Azərbaycan Respublikası Prezidenti, Baş nazirin müavini Y.Eyyubov, xarici işlər naziri V.Quliyev, ekologiya və təbii sərvətlər naziri H.Bağırov, Milli Elmlər Akademiyasının prezidenti M.Kərimov, təhsil naziri M.Mərdanov ilə görüşlər keçirmişdir. Seminarın nəticəsi kimi, Xəzər dənizi üzrə qısamüddətli xüsusi layihə təqdim edilmişdir. 2002-ci ilin 27-28 iyun tarixlərində Bakıda NATO/AATŞ çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlığa təhdidlər” adı altında seminar keçirilmişdir. 21-22 noyabr 2002-ci il tarixlərində Praqada NATO-nun Zirvə Toplantısı keçirilmişdir. Toplantıda Prezident H.Əliyev başda olmaqla Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak etmişdir. 25-26 noyabr 2002-ci il tarixlərində NATO-nun Mülki Kommunikasiya Planlaşdırma Komitəsinin nümayəndələrinin (müxtəlif ölkələrdən ekspertlərin) Azərbaycan Respublikasına rəsmi səfəri. 2003-cü ilin 15-16 may tarixlərində NATO-nun Baş Katibi C.Robertson respublikamıza səfər etmiş və səfər müddətində o, NATO ilə əməkdaşlıq üzrə Komissiyanın iclasında iştirak etmişdir. Görüş zamanı Komissiyanın sədri, Baş nazirin birinci müavini Y.Eyyubov tərəfindən Robertsona Azərbaycanın NATOnun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına (FTƏP) qoşulmaq istəyini əks etdirən məktub təqdim olunmuşdur. Beləliklə, Azərbaycan FTƏP-ə qoşulmaq istəyini bildirən ilk tərəfdaş dövlətlərdən biri olmuşdur. 2004-cü ilin 5 yanvar tarixindən etibarən NATO-nun yeni Baş KatibiYaap de Hoop Sxeffer öz vəzifəsinin icrasına başlamışdır. Növbəti 4 il üçün təşkilatın Baş Katibi vəzifəsinə seçilən Sxeffer sayca NATO-nun 11-ci Baş Katibidir. 2004-cü ilin 12-14 yanvar tarixlərində Bakıda NATO-nun “Cooperative Best Effort” təliminin ilkin planlaşdırma konfransı keçirilmişdir. Konfransda 30-a yaxın NATO/AATŞ ölkəsindən nümayəndələr iştirak etmişlər. 2004-cü ilin 27 yanvar tarixində “Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı” adlı qeyri-hökumət təşkilatının təsisat görüşü keçirildi. NATO yay məktəbinin məzun gəncləri tərəfindən yaradılan bu təşkilatın təsisat görüşündə hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş NATO ölkələrinin səfirləri (eləcə də, səfirliklərin nümayəndələri) və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 2004-cü ilin 29 mart tarixində NATO-nun növbəti genişlənməsi baş verdi. Belə ki, hələ 2002-ci il Praqa Sammitinin qərarına uyğun olaraq 7 Şərqi və Cənub-Şərqi Avropa ölkəsi (LatviyaLitvaEstoniyaSloveniyaSlovakiyaRumıniyaBolqarıstan) NATO üzvlüyünə qəbul edildi. 14-19 iyun tarixlərində NATO təcrübəsində ilk dəfə olaraq, Bakıda “NATO həftəsi” keçirilmişdir. NATO Baş Katibinin İctimai Diplomatiya üzrə müavini Jan Furne və digər yüksək səviyyəli nümayəndələrin iştirakıyla keçirilən bu həftə ərzində NATO-nun Elm Komitəsinin iclası Bakıda keçirilmiş, eyni zamanda elmlə bağlı bir sıra seminar və işçi seminarları, dəyirmi masalar təşkil olunmuş, eyni zamanda növbəti NATO Yay Məktəbi keçirilmişdir. 2004-cü ilin 28-29 iyun tarixlərində İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə NATO zirvə toplantısı keçirilmişdir. 2004-cü ilin 26-29 oktyabr tarixlərində NATO Əməliyyatlar Departamentinin Planlaşdırma bölməsinin başçısı Dieqo Ruiz Palmerin başçılığı ilə nümayəndə heyəti Azərbaycanda olmuşdur. Səfərdə məqsəd Milli Böhranların idarəedilməsi sahəsində ölkəmizdə mövcud olan proseduraların dəyərləndirilməsi və tövsiyələrin verilməsi idi. 2004-cü ilin 28-29 oktyabr tarixlərində Bakı şəhərində NATO Xüsusi Komitəsinin işçi qrupunun Avro-Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində iclası keçirilmişdir. 2004-cü ilin 4-5 noyabr tarixində NATO Baş Katibi cənab Jaap de Hoop Sxeffer respublikamıza səfər etmişdir. Səfər çərçivəsində qonaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın iclasında iştirak etmiş və xarici işlər naziri cənab Elmar Məmmədyarov ilə görüş keçirmişdir. Baş Katib səfər müddətində həmçinin Bakı Dövlət Universitetinin tələbələri ilə də görüş keçirmişdir. 2005-ci ilin 2-3 fevral tarixində Bakıda NATO Baş Katibinin müavininin müavini Patrik Hardouinin sədrliyi altında Avro-Atlantika tərəfdaşlıq Şurası çərçivəsində “İqtisadiyyat, Təhlükəsizlik və Müdafiə – makroiqtisadi sabitləşmənin təhlükəsizlik aspektləri və müdafiə üçün mövcud olan resursların idarə olunması daxil olmaqla struktur islahatları” adlı seminar keçirilmişdir. 2005-ci ilin fevral ayının 6-9-da NATO Baş Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi cənab R.Simons Azərbaycan Respublikasına səfər etmişdir. Nümayəndə heyətinin tərkibində NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti cənab Ramuldas Razuks Respublikamıza səfər etmişdir. 2005-ci ilin 4-9 aprel tarixində “Saloğlu” layihəsini müzakirə etmək məqsədi ilə NATO Beynəlxalq heyət və NATO Maddi Texniki Təchizat və Təminat Agentliyindən (NAMSA) nümayəndə heyəti Azərbaycana “feasibility study”-yə (ehtiyacın dəyərləndirilməsinə) səfər etmişdir. Səfər müddətində nümayəndə heyəti məsələ ilə məşğul olan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) görüşlər keçirmiş və sözügedən Agentliyin təşkili ilə Saloğluya səfər etmişdir. Səfər müddətində Azərbaycan Respublikası yüksək səviyyəli nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir.

Azərbaycan sülhməramlı əməliyyatlarda – 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı QüvvələriKosovodaƏfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. 17 fevral2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral2008-ci ildə Azərbaycanın Prezidentiİlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi.

Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər. 15 aprel2008-ci ildə bölmə Azərbaycana qayıtdı. Ümumilikdə Kosovada 400 azərbaycanlı sülhməramlısı xidmət etmişdir.

Azərbaycan hərbçiləri iraqda BMT-nin Təhlükəsizlik şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət edirdilər. Azərbaycan hərbçiləri 14 zabit,16 çavuş və 120-si əsgərdən ibarət idilər. Hərbçilər İraqın Əl-Xədifə şəhərində yerləşən SES-i mühafizə edirdilər.

Milli Məclisin 11 noyabr2008-ci il qərarı ilə 150 nəfərdən ibarət azərbaycanlı sülhməramlı hərbçilər İraqda öz vəzifələrini yerinə yetirərək vətənə döndülər. Azərbaycanda onları təntənəli sürətdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycandakı ABŞ və İraqın səfirləri və yaxınları qarşıladılar.

İraqdakı sülhməramlı əməliyyatlarda 1 azərbaycanlı əsgər həlak olmuşdur.

Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir. Bu hərbçilər şəhərində post-patrul xidmətini yerinə yetirirlər. İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi. 4 yanvar, 2008-ci ildə daha 23 nəfər sülhməramlısı göndərildi. Sentyabr ayında daha 45 azərbaycanlı əsgərı Əfqanıstana göndərilmişdir.

  1. Demokratik Cümhuriyyətin yaradıcıları.
  2. Ermənistanın işğalçılıq siyasəti.
  3. Azərbaycan xanlıqlarının daxili və xarici siyasətində oxşar və fərqli cəhətlər.
  4. Böyük Vətən müharibəsi və Azərbaycan. Ümumi məlumat.

İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu. Azərbaycan övladlarının böyük qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti.

II Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Azərbaycanın eks-prezidenti Heydər Əliyev demişdir: “Azərbaycan xalqı II Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir.19411945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”. Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi.

Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. II Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi. 1939-cu il sentyabrın 1-də başlanan İkinci Dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.

Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: “Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!”

Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.

İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci Dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə II Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl “Mənim mübarizəm” adlı kitabında yazırdı ki, “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar“. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən MoskvaLeninqradKiyevStalinqradUkraynaBelorusiyaPribaltikarespublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynnbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasənazərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar SimferopolunOdessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen, Ravensburyuk və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər.

1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.

Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu. [3].

1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri içərisində Azərbaycan partizan dəstəsi də var idi. Sonrakı illərdə Belarusiya torpaqlarında və Baltikyanı Respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə geniş miqyasda iştirak etmişlər.

Azərbaycanlılardan Ukrayna torpaqlarında faşistlərə qarşı mübarizədə 5000 nəfərə qədər, Belarusiya torpaqlarında isə 1000 nəfərə qədər döyüşçü partizan dəstələrində fəal iştirak etmişlər.

Azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşistə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər.

1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi HüseynzadəMirdamət SeyidovCavad Həkimli və başqaları daxil olmuşdular. Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ.Qradnik adına İtalyan — Yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər.

Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat — təxribat qrupuna rəhbərlik etmiş fövqəladə qəhrəmanlıqlar göstərmişdir. Həmin qrupa M.Hüseynzadə ilə yanaşı, Mirdamət Seyidov, Ənvər Məmmədov, Tağı Əliyev və digər soydaşlarımız daxil idi. Faşistlərə qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın orden və medalları ilə təltif olunmuşdur.

1942-ci ilin yazında Polşadakı hərbi əsir düşərgələrindən birində azərbaycanlıların gizli antifaşist təşkilatı yaradılmışdı. Ona zabit H.Qiyasbəyov və M.Məmmədov başçılıq edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup əsir düşərgədən qaçaraq Polşa partizanlarına qoşulmuşdu.

Fransanın Rodez şəhərindəki əsir düşərgəsində xeyli azərbaycanlı vardı. Onların çoxu gizli antifaşist təşkilatının üzvi idi. Burada üsyan hazırlanması xəbəri xain tərəfindən düşərgə rəhbərliyinə çatdırılmasına, onun qarşısını almaq üçün böyük tədbir görülməsinə baxmayaraq, gizli təşkilatın üzvlərindən həkim Əmirov son dəqiqədə fürsətdən istifadə edərək 29 nəfər əsirlə birlikdə meşəyə qaçıb fransız partizanlarına qoşulmuşdu.

Faşistlər xalqımızın qəhrəman oğulları Mirzəxan Məmmədov, Qulu Quliyev, Vəli Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla Qurbanov, İsmayıl Heydərov, Həsən Əliyev, Qurban Məmmədov, Məmməd Axundov, Abbas Hüseynov və bir çox başqalarını həbs edib, böyük əzab və işgəncədən sonra ölüm cəzasına məhkum etmişdilər.

1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı partizanlar tərəfindən faşistlərdən azad edilmişdi. Bu əməliyyatda azərbaycanlılara gizli antifaşist təşkilatın üzvüHüseynrza Məmmədov başçılıq edirdi. Rodez zəhmətkeşləri qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin xatirəsini əziz tutaraq, onları böyük matəm mərasimi ilə Rodez qəbiristanlığında dəfn etdilər. Matəm mitinqində çıxış edən polkovnik Rişard fransız vətənpərvərlərinin sovet xalqına qarşı məhəbbətlə dolu olan fikir və duyğularını bu sözlərlə ifadə etmişdi: “Fransa, azərbaycanlı hərbi əsgərlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəklər ki, uzaq Azərbaycandan olan dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər”. Qardaşlıq məzarı üzərinə qoyulan baş daşına Azərbaycan xalqının qəhrəman oğullarının şanlı adları həkk edildi.

  1. Gülüstan müqaviləsi nə vaxt və hansı dövlətlər arasında imzalanmışdır?

1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə. Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir.1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərənibərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndindəbirinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.

2013-cü ilin 12 oktyabrında Gülüstan müqaviləsinin 200 illiyinin Dərbənddə qeyd olunması planlaşdırılır.

GÜLÜSTAN MÜQAVİLӘSİ

Qadir Allah Naminә İMPERATOR ӘLAHӘZRӘTLӘRİ, Bütün Rusiyanın Әn Şöhrәtli vә ӘZӘMӘTLİ BÖYÜK HÖKMDARI vә İMPERATORU vә İran Dövlәtinin Sahibi, hökmdarı ӘLAHӘZRӘTLӘRİ Padşahın ÖZ tәbәәlәrinә yüksәk hökmdar mәhәbbәtinә görә, ONLARIN ürәklәrinә zidd olan müharibәnin fәlakәtlәrinә son qoymağı vә qәdimdәn Bütün Rusiya İMPERİYASI vә İran Dövlәti arasında mövcud olmuş sәbatlı sülh vә xeyirxah qonşu dostluğunu möhkәm әsas üzәrindә bәrpa etmәyi sәmimi qәlbdәn, qarşılıqlı surәtdә arzulayaraq bu әdalәti vә nicatverici iş üçün aşağıdakıları öz sәlahiyyәtli Müvәkkillәri tәyin etmәyi faydalı bilmişlәr: ӘLAHӘZRӘT Bütün Rusiya İmperatoru – ÖZ General-leytenantı, Gürcüstandakı vә Qafqaz xәttindәki qoşunların Baş komandanı, Hәştәrxan vә Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissә, hәmçinin bu ölkәnin bütün sәrhәd işlәri üzrә Baş Müdiri, Xәzәr hәrbi Donanmasının Komandanı, Müqәddәs Aleksandr Nevski, birinci Müqәddәs Anna, dördüncü dәrәcәli Müqәddәs Әzabkeş vә Qalibiyyәtli Georgi ordenlәri, habelә üzәrindә igidliyә görә yazısı olan qızıl qılıncla tәltif edilmiş zatialilәri Nikolay Rtişşevi, Әlahәzrәt İran şahı isә – özünün, Türkiyә vә İngiltәrә Saraylarında fövqaladә elçisi olmuş, İran Rәislәri arasında seçilmiş, öz padşahından brilyantlarla bәzәdilmiş xәncәr vә qılıncdan, şal paltardan vә brilyantlarla zinnәtlәndirilmiş at bәzәklәri dәstindәn ibarәt fәrqlәndirici lütf görmüş, öz Padşahının әn yaxın Mәmuru, Ali İran Sarayının Gizli İşlәr Müşaviri, Vәzir nәslinә mәnsub olan, İran Sarayında ikinci dәrәcәli Xan, Yüksәkrütbәli vә Çoxhörmәtli Mirzә Hәsәn Xanı: bu sәbәbdәn dә BİZ, yuxarıda adları çәkilmiş sәlahiyyәtli Müvәkkillәr Qarabağ mülkündә, Zeyvә çayı yaxınlığındakı Gülüstan kәndindә toplaşaraq, vәkalәtnamәlәrimizi bir-birimizә tәqdim etdikdәn sonra, hәr birimizә öz tәrәfindәn bizim BÖYÜK HÖKMDARLARIMIZ adından bәrqәrar edәcәyimiz sülh vә dostluğa aid olan hәr bir şeyi nәzәrdәn keçirib, bizә verilmiş hakimiyyәt vә Ali sәlahiyyәtlәrә görә aşağıdakı maddәlәri qәrara aldıq vә әbәdiyyәt üçün tәsdiq etdik.

BİRİNCİ MADDӘ

İndiyәdәk Rusiya İmperiyası vә İran Dövlәti arasında mövcud olmuş düşmәnçilik vә narazılığa hәmin Müqavilә ilә bu gündәn etibarәn vә gәlәcәkdә son qoyulur vә qoy İMPERATOR ӘLAHӘZRӘTLӘRİ Bütün Rusiya hökmdarı ilә Әlahәzrәt İran şahı, onların vәliәhdlәri, Taxtlarının Varislәri vә ONLARIN, qarşılıqlı surәtdә, Ali Dövlәtlәri arasında әbәdi sülh, dostluq vә xeyirxah razılıq olsun.

İKNCİ MADDӘ

Bir halda ki, hәr iki Ali Dövlәt arasında ilkin әlaqәlәr vasitәsilә (……………) yәni hәr bir tәrәfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklәrә sahib qalması әsasında sülhün bәrqәrar edilmәsi artıq qarşılıqlı surәtdә razılaşdırılmışdır, onda indiki zamandan etibarәn vә gәlәcәkdә Bütün Rusiya İmperiyası vә İran Dövlәti arasında sәrhәd aşağıdakı xәtt olsun: Adınabazar adlanan yerdәn başlayaraq, düz xәtlә Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinәdәk, oradan da üzü yuxarı Kәpәnәk çayının Arazla qovuşduğu yerә, sonra da Kәpәnәk çayının sağ tәrәfi ilә Mehri dağları silsilәsinә vә oradan da xәtti Qarabağ vә Naxçıvan xanlıqlarının mәrzlәri ilә davam etdirәrәrәk, Alagöz dağları silsilәsi ilә Qarabağ, Naxçıvan, İrәvan xanlıqlarının vә Yelizavetpol dairәsinin (keçmiş Gәncә xanlığının) bir hissәsinin mәrzlәri birlәşәn Dәrәlәyәz mәrzinәdәk, buradan İrәvan xanlığını Yelizavetpol dairәsindәn, hәmçinin Qazax vә Şәmşәddin torpaqlarından ayıran mәrzlә Eşşәkmeydan mәrzinә, oradan da dağlar silsilәsi ilә, çayın sağ tәrәfi ilә, onun axarı istiqamәtindә, hәmzәçimәn yolu ilә, Pәmbәk dağlarısilsilәsi ilә Şuragöl mәrzi ilә, dağlar silsilәsi ilә, Mastaras vә Artikin arası ilә Arpaçayadәk. Bununla belә, Talış mülkü müharibә vaxtı әldәn-әlә keçdiyinә görә, hәmin Xanlığın Zinzeley vә Әrdәbil tәrәfdәn olan sәrhәdlәri, daha artıq dürüstlük üçün, hәr iki tәrәfdәn qarşılıqlı razılıqla seçilmiş Komissarlar (onlar Baş komandanlarının rәhbәrliyi ilә indiyәdәk hәr bir tәrәfin hәqiqi hakimiyyәti altında olmuş torpaqların, kәndlәrin, dәrәlәrin, hәmçinqin çayların, dağların, göllәrin, tәbii mәrzlәrin dәqiq vә tәfsilatlı tәsvirini verәcәklәr) tәrәfindәn, bu Müqavilә bağlanıb tәsdiq olunduqdan sonra müәyyәn edilәcәk, onda (………….) әsasında Talış xanlığının sәrhәd xәtti elә müәyyәnlәşdirilәcәk ki, hәr bir tәrәf malik olduğu torpaqların sahibi qalsın. Elәcә dә, yuxarıda xatırlanmış sәrhәdlәrdә, bu vә ya başqa tәrәfin xәttindәn kәnara nә isә çıxarsa, hәr iki Ali Dövlәtin Komissarlarının tәhlilindәn sonra hәr bir tәrәf ( …………..) әsasında tәminat verәcәk.

ÜÇÜNCÜ MADDӘ

Şah Әlahәzrәtlәri ӘLAHӘZRӘT bütün Rusiya İMPERATORUNA sәmimi dostluq hislәrinin sübutu üçün tәntәnәli surәtdә hәm öz adından, hәm dә İran Taxtının Ali Vәliәhdlәri adından Qarabağ vә indi Yelizavetpol adı altında әyalәtә çevrilmiş Gәncәxanlıqları, hәmçinin Şәki, Şirvan, Dәrbәnd, Quba, Bakı vә Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyәti altında olan torpaqları) xanlıqlarının, bununla bәrabәr Dağıstan, Gürcüstan (Şuragölә әyalәti ilә birlikdә) İmperiya, Quriya, Minqreliya vәAbxaziya, eyni dәrәcәdә, hazırda bәrqәrar edilmiş sәrhәd Qafqaz xәtti (bu sonuncuya vә Xәzәr dәnizinә aid olan torpaqlar vә xalqlarla birlikdә) arasındakı bütün mülk vә torpaqların Rusiya İmperiyasının mülkiyyәtinә mәnsub olduğunu qәbul edir.

DÖRDÜNCÜ MADDӘ

ӘLAHӘZRӘT Bütün Rusiya İMPERATORU ӘLAHӘZRӘT İran Şahına ÖZ qarşılıqlı dostluq hisslәrini ifadә etmәk vә İranda – ONA qonşu olan bu Dövlәtdә, möhkәm әsas üzәrindә mütlәqiyyәt vә hökmran hakimiyyәt görmәk arzusunu sәmimi qәlbdәn tәsdiq etmәk üçün, bununla, ÖZ adından vә ÖZ Vәliәhdlәri adından İran Şahı tәrәfindәn İran Dövlәtinin Varisi tәyin edilәcәk Vәliәhdә, lazım gәldikdә, kömәk göstәrmәyi vәd edir ki, heç bir xarici düşmәn İran Dövlәtinin işinә qarışa bilmәsin vә Ali Rusiya Sarayının kömәyi ilә İran Sarayı möhkәmlәnsin. Bununla belә, әgәr İran Dövlәti işlәri üzrә Şah oğulları arasında münaqişәlәr baş verәrsә, Rusiya İmperiyası hakimiyyәtdә olan Şah xahiş etmәyincә bunlara qarışmayacaq.

BEŞİNCİ MADDӘ

Rus ticarәt gәmilәrinә әvvәlki qayda üzrә Xәzәr sahillәri yaxınlığında üzmәk vә onları yan almaq hüququ verilir; hәm dә gәmi qәzası zamanı iranlılar tәrәfindәn dostluq kömәyi edilmәlidir. İran ticarәt gәmilәrinә dә hәmin bu hüquq – әvvәlki qayda üzrәXәzәr dәnizindә üzmәk vә Rusiya sahillәrinә yan almaq ixtiyarı verilir, burada da gәmi qәzası zamanı, qarşılıqlı surәtdә, iranlılara hәr cür yardım göstәrimәlidir. Hәrbi gәmilәrә gәldikdә isә, müharibәdәn әvvәl, habelә sülh vaxtı vә hәmişә Rusiya hәrbi bayrağı Xәzәr dәnizindә tәk mövcud olmuşdur. Hәmin ehtiram daxilindә, әvvәlki ixtiyar indi dә yalnız Rusiya Dövlәtinәverilir ki, ondan başqa heç bir Dövlәtin hәrbi Bayrağı Xәzәr dәnizindә ola bilmәz.

ALTINCI MADDӘ

Hәr iki tәrәfdәn döyüşdә әsir alınmışları, Xristian dininә vә s. dinlәrә mәnsub әlә keçirilmiş sakinlәri Müqavilә bağlanıb imzalandıqdan sonra, üç ay әrzindә, hәr bir tәrәfdәn Qarakilsәyәdәk (burada sәrhәd rәislәri әsirlәri qәbul etmәk üçün öz aralarında qarşılıqlı әlaqә yaradırlar) azuqә vә yol xәrclәri ilә tәmin edilәrәk, buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq, qaçanlardan hәr birinә, milliyәtindәn asılı olmayaraq, öz könüllü istәyinә görә öz Vәtәninә qayıtmaq azadlığı verilir, qayıtmaq istәmәyәnlәr isә mәcbur edilmәsin. Bununla bәrabәr hәr iki tәrәfdәn qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.

YEDDİNCİ MADDӘ

Bütün yuxarıda deyilәnlәrә әlavә olaraq ӘLAHӘZRӘT Bütün Rusiya İMPERATORU vә Әlahәzrәt İran Şahı buyururlar ki, lazım olduqda, Әlahәzrәtlәrin İqamәtgahlarına göndәrilәn, ONLARIN Ali Saraylarının qarşılıqlı Nazirlәr vә ya Elçilәri rütbәlәrinә vәonlara tapşırılmış işlәrin mühümlüyünә müvafiq qәbul olunsunlar; şәhәrlәrdә ticarәtә himayәçilik üçün tәyin olunmuş Müvәkkillәrin vә ya Konsulların on nәfәrdәn artıq mәiyyәti olmasın, onlar vәkil edilmiş mәmurlar kimi vәzifәlәrinә layiq hörmәt vә şәrәfә malik olmalıdırlar, hәmçinin, Әmrnamәyә әsasәn, bundan sonra onları nәinki incitmәk olmaz, hәtta inciklik olarsa, tәqdim edildikdәn sonra, hәr iki tәrәfin tәbәәlәrini әdalәtlә mühakimә etmәk, incidilmişlәri mürbәtlә razı salmaq gәrәkdir.

SӘKKİZİNCİ MADDӘ

Әlahәzrәtlәrin, öz hökumәtlәrindәn, yaxud hökumәtlәri tәrәfindәn tәyin edilmiş sәrhәd rәislәrindәn alınmış, onların hәqiqәtәn tacirlәr, Rusiya vә ya İran tәbәәlәri olduğunu tәsdiq edәn yazılı sәnәdlәrә malik tәbәәlәri arasındakı ticarәt әlaqәlәrinә gәldikdә, saziş bağlayan hәr iki Ali Dövlәtә quru yolla vә dәnizlә sәrbәst gәlmәyә, orada kim nә qәdәr istәyirsәyaşamağa, tacirlәr göndәrmәyә, hәmçinin heç cür lәngidilmәdәn oradan çıxıb getmәyә, Rusiya İmperiyasına mәnsub olan yerlәrdәn İran Dövlәtinә gәtirilәn vә qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına vә başqa mallarla dәyişdirilmәsinә icazә verilәcәk. Hәr iki Ali Dövlәtin tacirlәri arasında baş verә bilәcәk mübahisәlәrә, onların vәzifәlәri vә s. ilә әlaqәdar şikayәtlәrinә adi qayda üzrә baxılması Konsula, yaxud Müvәkkilә, onlar olmadıqda isә yerli Rәisә hәvalә edilir. Onlar xahişlәrә tam әdalәtlә baxmalı, özlәri haqq tәminatı vermәli, yaxud bunu başqa lazımi şәxslәrin vasitәsilә tәlәb etmәli vә onların incidilmәsinә vә sıxışdırılmasına qәtiyyәn yol vermәmәlidirlәr. İrana gәlmiş, Rusiya tәbәәliyindәn olan tacirlәr, istәsәlәr, oradan öz malları ilә birlikdә İranla dostluq edәn başqa dövlәtlәrә dә sәrbәst gedәcәklәr; bundan ötrü İran Hökumәti bu tacirlәrin sәrbәst keçmәsi üçün onları lazımi pasportlarla tәmin edәcәkdir; buna ticarәt işlәri ilә әlaqәdar Rusiyadan Rusiya ilә dostluq edәn başqa dövlәtlәrә getmәk istәyәn İran tacirlәri üçün dә qarşılıqlı surәtdә, riayәt edilәcәkdir. İrana gәlmiş Rusiya tәbәlәrindәn kimlәrinsә ölüm hadisәsi baş verәrsә, onların müxәllәfatları, hәmçinin başqa daşla vәmülklәri, dost Dövlәtin tәbәәlәrinә mәxsus olduğu üçün, ilk növbәdә, saxlanılmadan vә xәlvәti mәnimsәnilmәdәn, Rusiya İmperiyasında vә bütün mәdәni Dövlәtlәrdә icra edildiyi kimi, kimin hansı Dövlәtә, mәnsubiyyәtindәn asılı olmayaraq, qanuni әsasdan, qәbzlә, onların yoldaşlarına yaxud qohumlarına verilmәli, hәmin qohumlara öz arzuları ilә vә öz xeyirlәri üçün bu әmlakları istәdiklәri adamlara satmağa icazә verilmәlidir.

DOQQUZUNCU MADDӘ

Rus tacirlәrindәn İran şәhәrlәrinә vә ya limanlarına gәtirdiklәri mallara görә yüzә beş faizdәn çox gömrük alınmasın vә hәmin tacirlәr bu mallar ilә hara gedirlәrsә getsinlәr, onlardan ikinci dәfә gömrük tәlәb olunmasın, oradan apardıqları İran mallarına görә dә eyni gömrük alınsın, bundan başqa heç bir bәhanә vә uydurma ilә heç bir rüsum, vergi, gömrük tәlәb edilmәsin. İran tәbәәlәrinin Rusiya şәhәrlәrinә vә limanlarına gәtirdiklәri vә buradan ixrac etdiklәri mallara görә vә qarşılıqlı surәtdә eyni gömrüklәr, eyni әsasda bir dәfә alınsın.

ONUNCU MADDӘ

Malları Müqavilә bağlamış hәr iki Dövlәtin sahillәrinә vә ya limanlarına, yaxud da quru yolla sәrhәd şәhәrlәrinә gәtirdikdәn sonra, qarşılıqlı surәtdә, tacirlәrә, nәzarәti altında olduqları gömrük hakimlәrindәn vә ya iltizamçılardan icazә almadan öz mallarını satmaq, başqa malları satın, yaxud dәyişmә yolları ilә almaq azadlığı verilir ki, ticarәt maneәsiz dövriyyәdә olsun hәmçinin satıcıdan vә alıcıdan dövlәt xәzinәsi üçün müntәzәm olaraq vә könüllülük şәrti ilә qanuni rüsumlar yığılsın.

ON BİRİNCİ MADDӘ

Bu müqavilә imzalandıqdan sonra hәr iki Ali Dövlәtin müvәkkillәri, qarşılıqlı surәtdә vә tәxirә salınmadan bütün yerlәrә onun haqqında lazımı xәbәr vә hәr yerdә hәrbi әmәliyyatların dәrhal dayandırılması barәsindә әmrlәr göndәrsinlәr. İki bәrabәrhüquqlu nüsxәdә (fars dilinә tәrcümәsi ilә birlikdә) yazılmış vә saziş bağlayan Ali tәrәflәrin yuxarıda göstәrilmiş Müvәkkillәri tәrәfindәn imzalanaraq, onların möhürlәri ilә tәsdiq edilmiş vә qarşılıqlı surәtdә dәyişdirilmiş bu әbәdi sülh Müqavilәsi ӘLAHӘZRӘT Bütün Rusiya İMPERATORU vә Әlahәzrәt İran Şahı tәrәfindәn bәrqәrar edilәcәk vә Әlahәzrәtlәrin öz әllәri ilә imzalanmış tәntәnәli Ratifikasiyalarla tәsdiq olunacaqdır. Bu Müqavilәnin hәmin tәsdiq olunmuş nüsxәlәri bu Ali Saraylardan, qarşılıqlı surәtdә göndәrilmәklә onların yuxarıda adlarıçәkilmiş Müvәkkillәrinә üç ay müddәtindәn sonra çadırılacaq. Müqavilә min sәkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilә min ikiyüz iyirmi sәkkizinci il Şәvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündә Zeyvә çayı yaxınlığındakı Gülüstan kәndindә Rus ordugahında bağlanmışdır.

İMZALAMIŞLAR:

Müvәkkil vә Gürcüstanda Baş Komandan Nikolay Rtişşev

Alişöhrәtli İran Dövlәtindәn Müvәkkil Mirzә Әbül Hәsәn Xan

  1. Türkmənçay müqaviləsi nə və bu müqavilədə ermənilərlə bağlı . müddəalar.

Türkmənçay müqaviləsi — İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 Fevral-da Rusiya ilə İranarasında Türkmənçay kəndində bağlanmışdır.Bu müqaviləyə ,əsasən ,Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın , cənubdakı əraziləri isə İranın əlinə keçdi. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da iştirak etmişlər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak etmişdir. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalamışlar.

I MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.

II MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.

III MADDƏ

İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanların idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir.

IV MADDƏ

Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1 / 2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 rus versti aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı; adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhəddindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.

V MADDƏ

İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanədək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.

VI MADDƏ

İran şahı həzrətləri hər iki dövlət arasında baş vermiş müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə və ya iyirmi milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.

VII MADDƏ

İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.

VIII MADDƏ

Rusiyanın ticarət gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərində də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.

IX MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların (hökumətlərin) səfirlərinin, nazirlərinin və işlər müvəkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.

X MADDƏ

Bütün Rusiya həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hakimlik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər ikisinin məiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə buna tam müvafiq əməl edilməsinə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri) və ya onun şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.

XI MADDƏ

Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.

XII MADDƏ

Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.

XIII MADDƏ

Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa əsir düşmüş təbəələri qarşılıqlı surətdə azad edilməli və dörd ay ərzində qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və ya vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-birinə) qaytarsınlar.

XIV MADDƏ

Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilmısini tələb etməyəcəkdir. İran hökuməti bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün, öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.

XV MADDƏ

Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.

XVI MADDƏ

Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımı fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifaksiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvvəkilləri tərəfincdən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.

Əslinə qol çəkmişlər: İvan Paskoviç, A. Obrezkov.

  1. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycanın beynəlxalq siyasi və iqtisadi əlaqələrinin qurulması istiqamətində əhəmiyyəti.
  2. 20 Yanvar faciəsi. Milli azadlıq hərəkatı.

Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası ÇexoslovakiyayaMacarıstanaƏfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə,bəzi məlumata görə,onun sayı 60 min nəfərə çatırdı,- “doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar” (“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə,Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi.Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri,Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi.4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq,1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu,Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq,yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Müdafiə Nazirliyinin,DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı.Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş,600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri,20-dən çox qadın, uşaq var idi.

Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular.İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər.Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü,700-dək insan yaralandı,800-dən çox adam qanunsuz həbs edildi.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı.Halbuki,Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki,Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi…

“Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur.100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub,o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı.Mətbuat susduruldu.Azərbaycan dünyadan təcrid edildi.Məhz bu faciəli anlarda uzaqlardan “Azadlıq radiosu”nun, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir:”Yaxşı yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər – yerə girmək üçün!Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi – Mirzə Xəzərin səsi – möcüzə idi! Bəlkə “ah, nalədən” boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər – 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi.” “Azadlıq”ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Qorbaçov öz xəlvəti Bakı qanlı “sərgüzəştini” sona çatdıra bilmədi. Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi “Azadlıq” radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:

“Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır”…

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000 km²-ədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar…

17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) “20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında” qanun qəbul etdi. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olundu.

18 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi…

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

  1. Ümummilli lider və müasir Azərbaycan dövlətçiliyi.
  2. Son aylar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən əsas hadisələr.
  3. Dünyada baş verən son ictimai-siyasi, sosial-iqtisadi əsas hadisələr və bunun Azərbaycana mümkün təsiri.
  4. NABUKKO qaz kəmərinin siyasi və iqtisadi əsaslandırılması.
  5. Rusiya və İranın Azərbaycanla bağlı xarici siyasətində oxşar və fərqli cəhətlər.
  6. Milli Dirçəliş Günü.

17 noyabr1992-ci ildə elan olunmuşdur.

1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. O vaxt, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan o vaxt Leninin adına daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində Respublika və İttifaq orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin vədəsiz mitinqi başlandı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

  1. Qloballaşan dünya və Azərbaycan.
  2. Azərbaycanın Qərbə inteqrasiyasında iqtisadi əlaqələrin yeri və rolu.
  3. Azərbaycan diasporasının fəaliyyətinin ölkəmizin xarici siyasətində, eləcə də Qarabağ münaqişəsinin həllində yeri və rolu.
  4. Türkiyə -Azərbaycan münasibətləri.
  5. Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində hər bir vətəndaşın vəzifəsi və rolu.
  6. Azərbaycan və onun qonşuları.
  7. Qeyri-hökumət təşkilatları.Ümumi məlumat.
  8. İctimai siyasi təşkilatlar. Siyasi partiyalar.
  9. Azərbaycanın milli mətbuatı. Milli televiziyalar.
  10. Daşaltı əməliyyatı. Azərbaycanın hərbi məğlubiyyətlərinin əsas səbəbləri.

1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmışAzərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. 992-ci il yanvarın 25-dən 26-na keçən gecə əməliyyat başlanır. Birinci vzvod Nəbilər kəndinə gəlir, burada onlar 10 insandan ibarət patrul dəstəsiylə görüşür. Bu dəstənin döyüşçüləri birinci vzvoda Siğnaxa gedən ən qısa yolu göstərirlər. Ancaq bələdçilər bildirirlər ki, bu yol üzrə getmək təhlükəlidir, pusquya düşmək ehtimalı yüksəkdir. Buna görə birinci vzvod daha uzun yolla gedir, qət olunan yolun uzunluğu 3 kilometr əvəzinə 15 kilometrə qədər böyüyür. Nəticədə vzvod lazım olan məntəqəyə təyin edilmiş vaxtdan daha gec gedib çıxır. Burada qeyd etmək lazımdır ki, əməliyyat zamanı hava çox sərt idi, hər yerdə dərin qar örtüyü vardı, yüksək dağlar, güclü şaxta hərəkətə mane olurdu, bundan başqa əsgərlər özüylə böyük miqdarda silah və döyüş sursatı aparırdılar. Həmçinin hərbi əlaqənin çox pis təşkil olunmasını qeyd etmək lazımdır: vzvodların və əməliyyatın komandanlığının arasında, həmçinin qarşılıqlı fəaliyyət göstərən bölmələrin arasında informasiya mübadiləsi üçün möhkəm əlaqə təmin edilməmişdi. Hərbi əlaqənin pis təşkil olunması nəticədə bölmələrin hərəkətlərində uyğunsuzluğa gətirib çıxardı, həmçinin komandanlığı vaxtında informasiya almaq imkanından məhrum etdi. Komandanlıq öz əsgərlərinin harada olmalarından, nə etmələrindən, nəyə ehtiyacları olduqlarından xəbərsiz olmaqla bərabər, həm də döyüşün gedişinə təsir etmək üçün lazımi qərarları verə bilmirdilər. Mövcud olan radioaparatlar çox köhnə idi və müasir tələblərə cavab vermirdi. Azərbaycan Ordusunun bölmələri arasında olan danışıqların gedişatı zamanı ermənilər tez-tez danışıqları yaxalayırdılar, hətta onlar bəzən efirə də çıxaraq danışıqlara müdaxilə edir və danışıq aparan azərbaycanlı əsgərləri təhqir etməyə başlayırdılar. 1-ci vzvod Sığnax kəndindən Daşaltıya tərəf gələn yol boyunca nəzərdə tutulmuş mövqelərə çataraq kiçik fasilə üçün dayanır. Bu zaman bələdçilər vzvod komandirini inandırmağa başlayırlar ki, burada durmaq əhəmiyyətsizdir, Sığnaxdan ermənilər gəlməyəcəklər, birbaşa Daşaltıya hücum etmək lazımdır. Naməlum səbəblərdən komandir onların dediklərinə inanır. Altı əsgər Daşaltı-Sığnax yolunun ətrafında mövqelərdə qalır, vzvodun qalan hissəsi öz mövqelərini tərk edir və Daşaltıya tərəf gedir. Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləriylə dolu bir Kamaz yük avtomobili gəlir. Mövqedə qalmış 6 əsgər bu avtomobilə atəş açırlar və demək olar ki, orada olan erməni əsgərləriylə birlikdə bu “Kamazı” tamamilə məhv edirlər. Bu zaman erməni əsgərləriylə dolu ikinci “Kamaz” yük avtomobili yaxınlaşır. Onların arasında və mövqedə dayanan 6 əsgər arasında döyüş başlanır. Döyüşün gedişatında 2 Azərbaycan əsgəri həlak olur, 1 əsgər yaralanır. Sağ qalmış 3 əsgər, ölüləri və yaralıları götürərək geri çəkilirlər. Bizim əsgərlərimizin geri çəkilməsindən sonra, erməni dəstəsi Sığnaxdakı yolda olan mövqeləri tutur və bununla da 3-cü və 4-cü vzvodların arxasına çıxırlar. Şuşakəndə gedən yolu kəsməli olan ikinci vzvod isə ermənilərin pusqusuna düşür. Ermənilər bu vzvodu mühasirəyə alırlar və demək olar ki, vzvoddakı bütün əsgərlərin hamısını məhv edirlər. Yalnız iki yaralanmış əsgər sağ qalaraq qaça bilir. Onlardan biri olan Azər adlı əsgərin sözlərinə görə, döyüşdən sonra o, ermənilərin ratsiya vasitəsilə vzvodu pusquya doğru aparan Maxış adlı bələdçiylə necə danışıqlar apardığını eşidirdi. Bu danışığın gedişatında bələdçi ona söz verilmiş mükafatı ermənilərdən tələb edirdi. Ermənilər isə cavabında ona deyirdilər ki, get həlak olmuşların avtomatlarını yığ və onları sat, bu da sənin mükafatın olacaq. Üçüncü və dördüncü vzvodlar isə təyin olunan yoldan kənara çıxıb, nəzərdə tutulmuş mövqelərdən 2 kilometr daha uzaqda mövqe tuturlar. Buna görə onlar Sığnaxda və Şuşakənddə yollarda döyüşən əsgərlərə yardıma gələ bilmirlər. Uğursuz başlanğıca baxmayaraq, əməliyyat nəzərdə tutulmuş plan üzrə davam etdirilir. Nəbilər kəndində olan dəstə Daşaltıya doğru atəş açmağa başlayır, qarşılığında erməni dəstələri cavab atəşi açırlar. 3-cü və 4-cü vzvodların atəş dəstəyi altında Riad Əhmədovun dəstəsi kəndin içərilərinə doğru irəliləməyə başlayır. Amma “Kələmlik” adlı yerin yaxınlığında Qurban adlı bələdçinin satqınlığı nəticəsində dəstə pusquya düşür və bütün üzvləri ermənilər tərəfindən öldürülür. Riad Əhmədov özü isə itkin düşür. Bir müddətdən sonra 3-cü və 4-cü vzvod kəndin kənarlarından Daşaltıya daxil olurlar və erməni dəstələriylə döyüşə başlayırlar. Lakin bu zaman, Sığnaxda yolda mövqeləri özbaşına tərk etmiş birinci vzvodun əsgərləri “ura” qışqırıqlarıyla 3-cü və 4-cü vzvodların arxalarıyca kəndə girirlər. Kənddə olan azərbaycanlı əsgərlər əlaqənin olmaması səbəbindən gələn vzvodu düşmən əsgərləri olaraq qəbul edirlər və onların arasında atışma başlanır. Nəticədə hər üç vzvod itki verir və həm Daşaltı istiqamətindən, həm də Sığnax istiqamətindəki mövqelərdən erməni dəstələrinin şiddətli atəşi altına düşürlər. Bundan başqa, Sığnax kəndi istiqamətindən gələn erməni dəstəsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurur. Azərbaycan əsgərləri hər tərəfdən sıxılmasına, həmçinin Daşaltı və Sığnax istiqamətindən düşmənin çarpaz atəşi altına düşməsinə baxmayaraq, əsgərlərdən heç biri döyüş meydanından qaçmadı. Mühasirəyə düşmüş əsgərlər döyüşməyə davam edirdilər. Azərbaycanlı əsgərlərin döyüşdə şücaət göstərdiyinə dair çoxlu faktlar var. Bir çox azərbaycanlı əsgər əsir düşməmək üçün intihar etməkdən çəkinmirdilər. Belə ki, hər tərəfdən ermənilərin əhatəsinə düşmüş Elşən Xəlilov F-1 qumbarasıyla özünü partlatdı, həmçinin Zaur Cəfərov əsir düşməmək üçün son gülləsini özünə vurdu. Daşaltıda vəziyyətin kritik olduğunu görən T.Mehdiyev Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci vzvodu kənddəki döyüşçülərə kömək üçün göndərir. Lakin cəmi 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqavimətiylə qarşılaşan 5-ci vzvod da dayanmağa məcbur olur. Əməliyyatın iflasa uğradığını başa düşən T.Mehdiyev güclü dumanın çökməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmri verir. 1992-ci il 26 yanvar günü Milli Ordunun sağ qalmış döyüşçüləri Daşaltıdan Şuşaya doğru geri çəkilirlər. Bu əməliyyata çox diqqət ayrılır, çünki bu əməliyyatda uğursuzluq müharibənin gedişinə ciddi təsir etdi. Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə və bizim qoşunlarımıza strateji təşəbbüsü ermənilərdən almağa və erməni qoşunlarını müdafiəyə keçməyə məcbur etməyə imkan verirdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər və bununla da erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhunda ciddi təsir etdi. Lakin eyni zamanda Daşaltıdakı döyüş bizim əsgərlərimizin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yada salınır. T.Mehdiyevin sözlərinə görə, sonradan sağ qalmış bələdçiləri tapmaq cəhdləri heç nəyə gətirib çıxarmadı. O, yanvarın sonuna kimi Şuşada qaldı, amma bu vaxt ərzində bələdçilərdən heç birini tapmadılar. Bir neçə gün sonra Azərbaycan əsgərləri vaxtından gec göndərilmiş zirehli texnikadan və artilleriyadan istifadə edərək Daşaltını güclü atəşə məruz qoydular.

  1. Azərbaycanın xalq yazıçıları və xalq şairləri.

Xalq yazıçıları
Mehdi Hüseyn
Süleyman Rəhimov
Mirzə İbrahimov
İlyas Əfəndiyev
Əli Vəliyev
Əbülhəsən
İmran Qasımov
İsmayıl Şıxlı
Bayram Bayramov
Ənvər Məmmədxanlı
Yusif Səmədoğlu
Anar
Qılman İlkin
Hüseyn Abbaszadə
Elçin
Əzizə Jəfərzadə
İsa Muğanna (Hüseynov)
Hüseyn İbrahimov
Çingiz Abdullayev
Maqsud İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Gülhüseyn Hüseynoğlu
Sabir Əhmədli

Xalq şairləri
Səməd Vurğun
Süleyman Rüstəm
Rəsul Rza
Nigar Rəfibəyli
Məmməd Rahim
Balaş Azəroğlu
Bəxtiyar Vahabzadə
Nəbi Xəzri
Məmməd Araz
Cabir Novruz
Fikrət Qoca
Mirvarid Dilbazi
Hökümə Billuri
Qabil
Vaqif Səmədoğlu
Nəriman Həsənzadə
Söhrab Tahir
Zəlimxan Yaqub
Sabir Rüstəmxanlı

  1. Azərbaycan musiqisi.

Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.

Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir.

Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətinin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irs olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır.

Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsininƏləsgər Şirinin, tarzən Sadıqcanın və başqalarının, XX əsrin əvvəllərində isə Cabbar QaryağdıoğlununMəşədi Cəmil ƏmirovunSeyid ŞuşinskininKeçəçi oğlu MəhəmmədinMəşədi Məmməd Fərzəliyevinİslam Abdullayevin və başqalarının adları xüsusi qeyd olunmalıdır.

Xan ŞuşinskiZülfü AdıgözəlovHaşım KələntərliHüseynqulu SarabskiHəqiqət RzayevaSürəyya QacarFatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban PirimovMənsur MənsurovƏhməd BakıxanovBəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır.

XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musisinin səviyyəsinə qalxmışlar. Yeni təmayüllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanılır. Bizə mirsa qalmış bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir.

Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş “Leyli və Məcnun” muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlmanŞərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (18851948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropamusiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.

30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir mahnı ustaları meydana gəlir. S. Rüstəmov “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s. gözəl mahnıları, “Beşmanatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyaları kimi əsərlər yaratmışdır. T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış – “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və b. populyar mahnıları Azərbaycan musiqisinin mahnı yaradıcılığında gözəl nümunələrdir.

Azərbaycan musiqisində xor musiqisinin də öz inkişaf mərhələsi və gözəl əsər nümunələri mövcuddur. Xor musiqisinin inkişafında əhəmiyyətli rol oynamış Cahangir Cahangirov(1921-1992) “Arazın o tayında” vokal-simfonik poemasının, “Füzuli” və “Nəsimi” kantatalarının, “Sabir” və “Hüseyn Cavid-59” oratoriyalarının müəllifidir. O, həmçinin “Azad” və “Xanəndənin taleyi” operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələmişdir.

Süleyman Ələsgərov (1924-2000) ilk növbədə “Ülduz”, “Milyonçunun dilənçi oğlu” və digər operettaların müəllifi kimi tanınır. S. Ələsgərov “Sərvi-Xuramanım mənim”, “Vətənimdir”, “Neylərəm” kimi gözəl mahnı və romansların, “Bayatı-Şiraz” simfonik muğamın və b. əsərlərin müəllifidir.

Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləri Şövkət Məmmədova və Bülbüldür (Murtuza Məmmədov). Şövkət Məmmədova (1897-1981) milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül (1897-1961) sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin şanlı yetirmələri sırasında Firəngiz ƏhmədovaFatma MuxtarovaLütfiyar İmanovŞövkət ƏləkbərovaRəşid Behbudovun adları vokal sənəti tarixində, Həqiqət RzayevaRübabə MuradovaMəmmədağa MuradovZeynəb Xanlarova muğam ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələri Fidan Qasımova və Xuraman Qasımova bacılarıdır.

Milli mədəniyyətimizdə instrumental ifaçılıq sahəsində də parlaq nümayəndələr yetişmişdir. Azərbaycan fortepiano məktəbinin ən parlaq ulduz bir neçə beynəlxalq müsabiqələrin laureatı Fərhad Bədəlbəylidir. Azərbaycan musiqisində görkəmli yer tutmuş pianoçu Kövkəb Səfərəliyevadan (1907-1976) gələn ənənəni davam etdirmiş milli fortepiano ifaçılığının digər nümayəndələri sırasında Rauf AtakişiyevElmira NəzirovaElmira SəfərovaSimuzər QuliyevaZöhrab Adıgözəlzadə, gənclərdən Murad Adıgözəlzadə və b. istedadlı musiqiçiləri göstərmək olar.

Azərbaycanda skripka ifaçılığının mahir nümayəndələri sırasında isə Azad ƏliyevSərvər Qəniyev kimi ifaçılar nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da fəxri yerlər tutmuşlar.

  1. 15 sentyabr-Bakının qurtuluş günü.

Bu hadisəni, eyni zamanda bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biri kimi qiymətləndirmək mümkündür. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti və ölkəmizin həyatı ilə bağlı digər məsələlər Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə nə qədər bağlıdırsa, deməli Bakının düşmən işğalından azad edilməsi, nəinki paytaxtımız olması, eləcə bir Azərbaycan şəhəri kimi qalması ilə də o qədər bağlıdır. Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi? 20-ci əsrin əvvəlləri tarixə Birinci Dünya Müharibəsinin yaşandığı, Çar Rusiyasının dağıldığı və qısa bir müddət sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütbləşmənin başladığı illər kimi düşdü. Bu proseslər içərisində Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı illəri də yaşandı. Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm ideloji dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu mərhələdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları istiqamətindəki fəaliyyətlər, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə Erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri və Ermənilərin “Böyük Ermənistan” xəyalı istiqamətində heç bir prinsip gözləmədən hamıyla və hər cür əməkdaşlığa getmələri ucbatından uğurla aparıla bilmirdi. Anadolunun şərqində, Qafqazda, Cənubi Azərbaycanın müxtəlif yerlərində Türklər qətliama məruz qalırdılar. Azərbaycan tarixinə bu dövrlər bir yandan Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurulma prosesi, digər yandan isə Bakıda, Şamaxıda, Qarabağda, Urmiyədə, Naxçıvanda, Muğanda Ermənilər və onların dəstəkçiləri tərəfindən böyük qətliamların yaşanması dövrü kimi düşdü. 1918-ci ilin xüsusuilə mart ayında Ermənilər tərəfindən həyata keçirilən qətliamlar ən vəhşi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 mindən artıq Azərbaycan Türkü ya öldürülmüş, ya da başqa mahallara qaçmaq məcburiyyətində qalmışdı. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamən, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafındakı yaşayış yerlərinə divan tutulduqdan sonra Bakı Soveti əsasən Ermənilərdən təşkil olunmuş mütəşəkkil dəstələri Gəncə üzərinə hücuma hazırlayırdı. Bu şəraitdə, 1918-ci il may ayının 28-də isə AXC elan olundu. Həmin illər Anadolu Türkləri üçün də ən ağır illər idi. Birinci Dünya Müharibəsində məğlub olması Osmanlı Dövlətinə baha başa gəlirdi. Bu dövrlərdə tarixi ərazilərinin çoxunun itirilməsi bir yana, Birinci Dünya Müharibəsinin qalib dövlətləri və Türk torpaqlarında gözü olan qonşuları İstanbulda işğal idarəsi quracaq, Anadolunun itirilməsi təhlükəsi yaranacaqdı. Amma bütün bunlara baxmayaraq, Anadolu Türkləri Qafqazdakı və Türküstandakı qardaşlarını unutmayacaq, onların müstəqilliyi üçün əlindən gələni edəcəkdi. Qafqaz İslam Ordusunun Meydana Gəlməsi. Rus əsarətindən qurtulub Türkiyəyə keçən Avstraliyalı bir zabit 1917-ci il dekabrın 29-da 6-cı Ordunun Komandanı Xəlil Paşa ilə görüşərək Qafqazdakı vəziyyət barədə ona məlumat vermişdi. Xəlil Paşa o zabiti Ənvər Paşa ilə də görüşdürmüşdü. Avstraliyalı zabit ilə görüşdən sonra Ənvər Paşa həm Qafqazdakı din və qan qardaşlarının onlara duyduğu ehtiyac, həm də regiondakı mövcud şəraitin köməklik göstərmək üçün münasib olduğu barədə ciddi qənaətə gəlmişdi. Bu məqsədlə həmin ərəfələrdə Liviyadan İstanbula ezamiyyətə gələn qardaşı Nuri Killigil (Nuri Paşa) və Şövkət bəyi Azərbaycana və Dağıstana göndərmək və Azərbaycanda qardaşlarını xilas etmək üçün ordu yaratmaq qərarını verdi. Ənvər Paşa 1918-ci ilin əvvəllərindən başlayaraq Qafqazdakı Türk və Müsəlman əhalini qorumaq və Bakını işğaldan xilas etmək üçün bir ordu qurulması istiqamətində işlərə başladı. Amma bir yandan da bu planın Qafqazda və Bakı neftində gözu olan İngilis və Alman qüvvələrinin reaksiyasına səbəb olmasından ehtiyat edirdi. Buna görə də qurulacaq ordunun yerli ordu görüntüsünə sahib olmasını planlayırdı. Ancaq bu planın xeyli vaxt alacağını gördüyü üçün (çünkü Çar Rusiyası dövründə Azərbaycanın öz hərbi birləşmələri yox idi. Çar Rusiyasından Azərbaycana sadəcə 300-ə yaxın yaxşı təlim almış zabit kadrları qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ümumi ordu formalaşdırılması üçün kifayət etmirdi. Osmanlı Ordusu gəlməmişdən əvvəl Gəncədə zabit məktəbinin ilk sinifi təşkil olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da inkişaf etdirdi və zabit köməkçisi məktəbi şəklində qurdu.) Azərbaycana Türk hərbi hissələrini göndərməyə qərar verdi. Nuri Paşanın komandanlığında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət 1918-ci il mayın 8-də Təbrizə gəldi. Yol boyu bir neçə yerdə (xüsusilə Urmiyədə) Ermənilərin qətliamlarının önlənməsi üçün müəyyən döyüşlər olmuşdu. Heyət mayın 20-də Araz çayını keçib Zəngəzura çatdı. Nuri Paşa bu bölgədəki Erməni qətliamlarından dəhşətə gəlmişdi. Zabitlərindən bir hissəsini bu bölgədə saxladı, bir neçəsini isə Naxçıvan bölgəsinə göndərdi. Mayın 24-də Yevlaxa, 25-də isə Gəncəyə çatdılar. Burada ordunun quruluşunda müəyyən dəyişikliklər edildi. Qafqaz İslam Ordusu ayaq basdığı hər yerdə Azərbaycan xalqının böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına qovuşmuşdu. Qeyd edək ki, hələ aprel ayında Ənvər Paşa Azərbaycan nümayəndləri ilə görüşündə Qafqazda federativ, ya da konfederativ bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını və qardaşı Nuri Paşanının Təbrizə, ordan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barədə təlimat verdiyini qeyd etmişdi. İyun ayının 4-də Osmanlı Dövləti ilə AXC arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə yanaşı Azərbaycana hərbi yardım göstərilməsini də nəzərdə tuturdu. Ənvər Paşa ilə Məmməd Əmin Rəsulzadə arasındakı görüşdə Azərbaycana ilk yardım kimi 2 milyon Türk Lirəsi həcmində borc da verildi. Bu müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi (diviziyası) Gümrüyə, ordan Qazaxa və nəhayət Gəncəyə gəldi. Bu ordu və onlara qoşulan Azərbaycanlı könüllülərdən ibarət Qafqaz İslam Ordusu yaradıldı. Ümumən Qafqaz İslam Ordusuna Nuri Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi Mürsəl Paşanın komandanlığına keçdi və ordunun tərkibi gücləndirildi. Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra Azərbaycanın AXC-nin nəzarətində olmayan müxtəlif şəhərlərinin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Göyçay, Səlyan, Ağsu, Kürdəmir, Hacıqabul və Şamaxıda ağır döyüşlər baş verdi. Avqustdan etibarən isə Bakı yaxınlığında döyüşlər başladı. Əslində Bakının qurtuluşundan öncəki hərbi-diplomatik şərait daha da ağırlaşmışdı. Avqustun 27-də Almanlarla Ruslar arasında imzalanan Brest-Litovsk müqaviləsi həm də Türk ordusunun Bakıya girişinin qarşısını almaq (əvəzində Rusiya Almanlara Bakı neftindən pay verəcəkdi) məqsədini güdürdü. Digər tərəfdən Bakıdakı Erməni-Rus hərbi qruplaşmaların köməyinə İngilislər də çağrılmışdı. Ancaq bütün bunlar Bakının işğaldan azad edilməsinin qarşısını ala bilməyəcəkdi. 14 sentyabr Bakı ətrafındakı döyüşlərinin 40-cı günü idi. Bu günün uğurlu sayan Qafqaz İslam Ordusu 14 sentyabrı 15 sentyabra bağlayan gecə həlledici hücuma keçdi. Güclü hücumlara tab gətirməyən İngilis hərbçiləri şəhəri tərk etdi. 15 sentyabrda isə artıq Bakı düşmən işğalından azad edilmişdi. Döyüşlərə ümumi rəhbərlik Nuri Paşa tərəfindən edilsə də, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa komandanlığında aparılmışdı. Xatırladaq ki, Mürsəl Paşa bu qəhrəmanlığına görə “Bakı” soyadını götürmüş və tarixə “Mürsəl Bakı” kimi keçmişdi. Döyüşlərdə Azərbaycan Türkləri ilə yanaşı Anadolunun müxtəlif yerlərindən, hətta Şərqi Avropadan, Kərkükdən və dünyanın digər yerlərindən könüllü olaraq Azərbaycana köməyə gəlmiş təxminən 1300 Türk əsgər və zabiti şəhid olmuşdu. Bu hadisə tarixə sadəcə Azərbaycanın paytaxtının qurtuluş günü kimi yox, həm də Türk həmrəyliyinin bariz nümunəsi kimi keçmişdi. Qəhrəmanların sonrakı həyatları: Azərbaycana qardaş köməyinə gələn əsgər və zabitlərin geri qayıtmayan hissəsi sonralar Sovet rəhbərliyi tərəfindən edam və ya gürgün edildilər. Azərbaycanı tərk edənlər də bəzən bunun bədəlini ödəmək məcburiyyətində qaldılar. O dövrdə İstanbulda işğal idarəsi quran İngilislər, 1919-cu il yanvarın 15-də 9 Türk hərbçisinin həbsiylə bağlı qərar çıxardılar. Bunlar arasında Nuri Paşa və Mürsəl Paşa da var idi. Mürsəl Paşa bu qərardan bir müddət sonra 1919-cu il aprelin 20-də Batumidə həbs edilərək Malta adasına sürgün edilmişdi. O, 1 noyabr 1921-ci il tarixdə sürgündən qayıtdıqdan sonra Anadoludakı İstiqlal Savaşına qoşulmuş və bir çox şəhərin azad edilməsinə rəhbərlik etmişdi. Sonrakı illərdə dəfələrlə millət vəkili seçilən Mürsəl Paşa 1945-ci ildə vəfat etmişdir. Nuri Paşa uzun müddət Almaniyada yaşadıqdan sonra 1938-ci ildə İstanbula gəldi və silah fabriki qurdu. Amma Türk Dünyasının birləşməsi ilə bağlı fikirlərini və səylərini davam etdirdi. Hətta iddialara görə bəzi bölgələrə silah da göndərməyə başlamışdı. 2 mart 1949-cu ildə silah fabrikindəki partlayış nəticəsində vəfat etdi. Partlayışın terror aksiyası olduğu iddia edildi. Birinci Dünya Müharibəsində məğlub olduqdan sonra Ənvər Paşa 1918-ci ilin noyabrında Anadolunu tərk edib Türküstanın müxtəlif bölgələrində azadlıq mübarizələrinə rəhbərlik etdi. 4 avqust 1922-ci ildə Pamir dağı ətəklərində döyüş zamanı şəhid oldu. N.S Günaz.tv

  1. Əsrin əvvəllərində ermənilərin Azərbaycan ərazisində həyata keçirdikləri qətliamlar.

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi vəideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər. 1890-cı ildə “Daşnaksütyun” partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər “yazıq millət” pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşısoyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illərdə Bakıda vədigər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin vəməkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlıdaşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində misli görünməmişsoyqırımı cinayətləri həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə yeksan edilmişdir. Qubada azərbaycanlılarla yanaşı, etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qaldılar. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış vəyandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya sovet Rusiyasının ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi. Azərbaycan xalqı sovet imperiyasının tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. Təkcə 1937-1938-ci illərdə Stalinin qurduğu ölüm dəzgahıəksəriyyəti ziyalılardan ibarət olan 70 min azərbaycanlını əzmiş, işgəncələrə məruz qoymuş, məhv etmişdir. Sovet imperiyası dağılmışdır, amma onun törətdiyi qanlı fəlakətlərin izi tarixdəqalmışdır. SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlıəhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı ilə 1948-1953-cü illərdə 150 min azərbaycanlı ilk baxışda görünməyən soyqırımına – deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdir. O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən azərbaycanlıların sayı 10.504, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.232 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-dən deportasiya və etnik təmizləmənin bu mərhələsində yüz min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş vəya köçməyə məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş vəəsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi. 1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan – 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi. Bununla da Ermənistan demək olar ki, monoetnik bir respublikaya çevrildi. Rəşad CƏFƏRLİ

  1. Azərbaycan prezidentləri.
Prezident Şəkil Vəzifəyə gəlib Vəzifədən gedib Partiya Qeydlər
1 Ayaz Mütəllibov Ayaz Mutellibov.jpg 18 may 1990 6 mart 1992 Sovet İttifaqı Kommunist Partiyası
(1991-ci ilə qədər)
Partiyasız (1991-ci ildən)
İstefa vermişdir
1 Ayaz Mütəllibov Ayaz Mutellibov.jpg 14 may 1992 18 may 1992 Partiyasız Devrilmişdir.
2 Əbülfəz Elçibəy Elchibey 32.jpg 17 iyun 1992 1 sentyabr 1993 Azərbaycan Xalq Cəbhəsi Referendum nəticəsində etimad göstərilməyərək
səlahiyyətindən məhrum edilmişdir.
(s.i.) Heydər Əliyev Heydar Aliyev 1997.jpg 24 iyun 1993 31 oktyabr 1993 Yeni Azərbaycan Partiyası Ali Sovetin sədri.
Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərinin icraçısı
3 Heydər Əliyev Heydar Aliyev 1997.jpg 31 oktyabr 1993 11 oktyabr 1998 Yeni Azərbaycan Partiyası
11 oktyabr 1998 31 oktyabr 2003
4 İlham Əliyev Aliyev April06.jpg 31 oktyabr 2003 31 oktyabr 2008 Yeni Azərbaycan Partiyası
31 oktyabr 2008 hal hazırda
  1. Şərq dünyası və Azərbaycan.
  2. Azərbaycan-Qərb əlaqələri.
  3. Azərbaycanın neft-qaz ehtiyatları.

111. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması

Flag of Mexico.svg  Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.

Flag of Pakistan.svg  Pakistan 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib.

Flag of Colombia.svg  Kolumbiya 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.

Flag of the Czech Republic.svg  Çexiya 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır.

Описание: Flag of Bosnia and Herzegovina.svg  Bosniya və Herseqovina 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır.

Flag of Peru (state).svg  Peru 2013

Faciəni qətliam kimi tanıyan ABŞ ştatları

Massaçusets — 2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının nümayəndələr palatası.

Texas bayrağı  2011-ci ildə isə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Nyu-Cersi bayrağı  2011-ci ildə isə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Corciya bayrağı  2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Men bayrağı  Men — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Nyu-Meksiko bayrağı  2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Arkanzas bayrağı  2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Missisipi bayrağı  2013-cü ilin 25 Fevral tarixində Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Oklahoma bayrağı  2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib.

Tennessi bayrağı  2013-cü ilin 18 mart tarixində Tennessi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Pensilvaniya bayrağı  2013-cü ilin 18 mart tarixində Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Описание: West Virginia bayrağı  2013-cü Aprel 3 West Virginia Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul etmişdir.

Описание: Connecticut bayrağı  2013-cü Aprel 3 tarixində Connecticut Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul etmişdir.

Florida bayrağı  2013-cü ilin Avqust 21 tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

 

Dostlarla Paylaş ↓