Bu saytı yaratmaqda məqsədim bildiklərimi, məndə olan məlumatları sizlərə çatdırmaqdı.İstər video olsun istər adi yazı ilə paylaşdıxlarım hər birini oyrətmək məqsədi ilə paylaşıram.

Qanunvericilik Üzrə 40 Test və Cavabları (Ümumi sinaq 1)

Qanunvericilik Üzrə Test Tapşırıqları

Ümumi sinaq 1.

1.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansı intizam tənbeh tədbiri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən də tətbiq oluna bilər?

A) töhmət

B) daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi

C) həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi

D) ixtisas dərəcəsinin bir pillə aşağı salınması

 

2.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin beşinci təsnifatı üzrə ən aşağı ixtisas dərəcəsidir:

A) dövlət qulluğunun müşaviri

B) 2-ci dərəcə dövlət qulluqçusu

C) 1-ci dərəcə dövlət qulluqçusu

D) dövlət qulluğunun kiçik müşaviri

 

3.“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərinə aiddir:

1. hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması

2. məlumatın əhəmiyyətliliyi və faydalılığı

3. vəzifəli şəxslərin vəzifə borcunu yerinə yetirmək üçün dövlət idarə və müəssisələrindən lazımi informasiya və materialları azad şəkildə əldə edə bilməsi

4. məlumat azadlığının təmin еdilməsi

A) 1, 4

B) 3, 4

C) 2, 3

D) 1, 3

 

4.“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən iki və ya daha artıq imza ilə rəsmiləşdirilən sənədlərə aiddir:

A) bütün sərəncam mahiyyətli sənədlər

B) dövlət orqanı rəhbərinin zəruri hesab etdiyi sənədlər

C) viza verilməsi tələb olunan sənədlər

D) kollegial orqanların sənədləri

 

5.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məlumat azadlığına aid deyil:

A) istənilən məlumatın qanuni yolla axtarılması azadlığı

B) istənilən məlumatın əldə edilməsi azadlığı

C) istənilən məlumatın mühafizəsi azadlığı

D) istənilən məlumatın ötürülməsi azadlığı

 

6.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi:

A) birinci instansiya məhkəmələrinin icraatına aid edilən mülki və cinayət işləri üzrə ali məhkəmə orqanıdır

B) ümumi işlər üzrə ali məhkəmə orqanıdır

C) ixtisaslaşdırılmış məhkəmənin icraatına aid edilən cinayət işləri üzrə ali məhkəmə orqanıdır

D) ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır

 

7.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunun əsas vəzifələrinə aid deyil:

A) Dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi

B) Vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi

C) Dövlət orqanlarının səmərəli fəaliyyətinin təmin edilməsi

D) AR Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi

 

8.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluqçusunun xidməti davranışı:

A) yalnız qanunvericiliklə ona verilmiş vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətidir

B) qanunvericiliklə ona verilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir

C) qanunvericiliklə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi zamanı etik davranış qaydaları çərçivəsində fəaliyyətidir

D) qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir

 

9.“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları hansı qrafikalı əlifba ilə buraxılmalıdır?

A) həm latın,həm kiril

B) kiril

C) ərəb

D) latın

 

10.“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektron imza nədir?

A) digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər

B) elektron imzanı adlandırmaq üçün və ancaq imza sahibinə bəlli olan koddan ibarət olan təkrarolunmaz verilənlər

C) imza sahibinin nəzarəti altında olan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü müəyyən etməyə imkan verən verilənlər

D) imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və imza sahibinə məxsus olması barədə verilənlər

 

11.“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən daxil olmuş sənədlər üzrə təşkilat rəhbərliyi tərəfindən verilən dərkənarda bir neçə icraçının adı göstərildikdə sənədin əsas icraçısı necə müəyyən edilir?

A) Dərkənarda adı göstərilən icraçılar tərəfindən əsas icraçı müəyyən edilir.

B) İcraçılar içərisində daha yüksək vəzifə tutan şəxs sənədin əsas icraçısıdır.

C) Dərkənarda adı birinci göstərilən şəxs sənədin əsas icraçısıdır.

D) Sənədin əsas icraçısı sənədin icrası gedişində müəyyən edilir.

 

12.“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət bayrağının üzərində qaldırılmalı olduğu binalara aid deyil:

A) Yerli məhkəmələrin yerləşdiyi binaların üzərində

B) Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının binalarının üzərində

C) İnsan hüquqları üzrə müvəkkilin iş yeri olan binanın üzərində

D) Məhkəmə-Hüquq Şurasının binasının üzərində

 

13.“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə baxılmalıdır:

A) ən geci 24 saat keçənədək

B) ən geci 15 iş günü müddətində

C) ən geci 20 iş günü müddətində

D) ən geci 30 iş günü müddətində

 

14.Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən kim əmri sturuktur bölmələrinə və tabelikdə olan təşkilatlara göndərmək zərurətini və əmrin tirajını müəyyən edir.

A) əmri imzalayan vəzifəli şəxs

B) əmri hazırlayan icraçı

C) müvafiq struktur bölməsinin rəhbəri

D)heç biri

 

15.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis hansı məsələyə dair ümumi qaydalar müəyyən edərkən 63 səs çoxluğu ilə qanunlar qəbul etmir?

A) Azərbaycan Respublikası Prezidentinin seçkiləri

B) dövlət qulluğu

C) vergilər, rüsumlar və ödənişlər

D) nümayəndəlik və vərəsəlik

 

16.Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, həmin maddi və qeyri-maddi nemətləri, imtiyazlar və ya güzəştləri hansı qaydada hara təhvil verməlidir?
A) Qulluq keçdiyi dövlət orqanına əmrlə
B) Qulluq keçdiyi dövlət orqanına protokolla
C) Qulluq keçdiyi dövlət orqanına aktla
D) Heç biri

 

17.Aşağıdakı məsələlərdən hansıların həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir?
1) təhlükəsizliyin əsasları
2) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu
3) Azərbaycan Respublikası Prezidentinin seçkiləri
4) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi
5) dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
6) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu
8) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət

A)4568

B)1235

C)1468

D)2357

 

18.Hansı halda dövlət qulluqçusu aşağı maaşlı vəzifəyə keçirilə bilər:

A) öz razılığı ilə

B) intizam tənbeh tədbiri olduqda

C) sertifikatın aşağı olması nəticəsində

D) hamısı

 

19.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusuna hansı halda əlavə haqq ödənilməyə bilər?

A) Gün ərzində 5 saatdan çox iş vaxtından əlavə işə cəlb edildikdə

B) Həftə ərzində 5 saatdan çox iş vaxtından əlavə işə cəlb edildikdə

C) Ay ərzində 5 saatdan çox iş vaxtından əlavə işə cəlb edildikdə

D) İl ərzində 5 saatdan çox iş vaxtından əlavə işə cəlb edildikdə

 

20.Elektron sənədin əsli hansı formada ola bilər?

A) Daxili və xarici təqdimat formasında

B) Yalnız xarici təqdimat formasında

C) Daxili və ya xarici təqdimat formasında

D) Yalnız daxili təqdimat formasında

 

21.Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri kim təklif edə bilməz?

A) Azərbaycan Respublikasının Prezidenti;

B) Milli Məclisin 63 deputatı;

C) Azərbaycan Respublikasının Baş prokuroru;

D) Milli Məclisin 83 deputatı;

 

22.Hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı müraciətlərinə baxılır:

A)“Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanunla

B)“İnformasiya əldə olunması haqqında” qanunla

C)Silahlı Qüvvələrin Daxili xidmət nizamnaməsi ilə

D)Əmək məcəlləsi ilə

 

23.Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlərdən hansı nəzərə alınmır?

A) dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət
B) dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti
C) ödənişsiz məzuniyyət dövrləri
D) əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət

 

24.“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” hansı normativ hüquqi aktla təsdiq olunub?

A) qanunla
B) qərarla
C) fərmanla
D) sərəncamla

 

25.Bunlardan hansı 3-cü kateqoriya dövlət orqanıdır?

1)Peşə Təhsili üzrə Dövlət Agentliyi

2)Sahibkarlara Kömək Milli Fondu

3)ƏMDK yerli bölməsi

4)Lənkəran Rayon Məhkəməsi

A)1,2

B)2,3

C)1,3

D)3,4

 

26.İnzibati vəzifələrin üçüncü təsnifatına aiddir:

A) 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri vəzifələri
B) 2-ci kateqoriya dövlət orqanları rəhbərlərinin vəzifələri
C) 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri
D) heç biri

 

27.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir:

A) tabelilik qaydasında
B) müvafiq normativ aktına uyğun olaraq
C) xidməti qaydada
D) nizamnaməsinə uyğun olaraq

 

28.Məhkəmələrdə baxılmış işlər üzrə qərarlar kimin adından çıxarılır?

A) Azərbaycan Respublikası adından

B) Məhkəməyə sədrlik edən hakimin adından

C) Konstitusiya Məhkməsi sədrinin adından

D) Azərbaycan Respublikası prezidentinin adından

 

29.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aid olanları seçin:

1. siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

2. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin secilməsi ucun Milli Məclisə təqdimat verir;

3. Azərbaycan Respublikasının Təhlukəsizlik Şurasını yaradır;

4. inzibati ərazi bolgusunu həll edir;

5. dovlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hokumətlərarası muqavilələri təsdiq və ləğv edir;

6. Azərbaycan Respublikasının hərbi doktrinasını təsdiq edir;

A) 1,2,4    B) 2,3,5,6    C) 1,3    D) 4,5,6

 

30.Dövlət qulluqçusu əlavə təhsillə bağlı verilənlərdən hansı yalnışdır?

A) Dövlət qulluqçusunun əlavə təhsil alması həmin dövlət orqaninin rəhbəri tərəfindən müəyyən edilir
B)Dövlət qulluqçusu əlavə təhsil almaq üçün xarici ölkələrə ezam edilə bilər
C)Dövlət qulluqçusu əlavə təhsili qulluqkeçmədən ayrılmaqla,qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir
D)Dövlət qulluqçusunun əlavə təhsil növü,forması, müddəti və maliyyə təminatı müvafiq icra hakimiyyəti orqani tərəfindən təsdiq edilən qanunlarla

 

31.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?

A) Prezident
B) Nazirlər Kabineti
C) Bakı Şəhər İcra Hakimiyyəti
D) Baş nazir

 

32.“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda:

A) bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir
B) yuxar orqanın rəyini öyrənməlidir
C) müvafiq akt üzrə hədiyyəni təhvil verməlidir
D) ümumi məbləği 55 manatdan yuxarı deyilsə, hədiyyəni qəbul etməlidir

 

33.Hesablama palatasinda bölmə rəhbərin müavini neçənci təsnifatdır?

A) 2

B) 3

C) 4

D) 1

 

34.Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən etmir:

A)beynəlxalq müqavilələrin təsdiqi və ləğvi

B)bələdiyyələrin statusu

C)bələdiyyələrə seçkilər

D)bələdiyyələrin hesabatlarının dinlənilməsi

 

35.Hüquq pozuntusu törətdikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə:

A)əvvəlki qanun qüvvədə qalır

B)yeni qanun tətbiq edilir

C)belə hal nəzərdə tutula bilməz

D)yeni qanun ləğv edilir

 

36.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaları törətdikdə və onların əməlləri inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda müvafiq seçki komissiyasına məlumat verir:

A)Mərkəzi Seçki Komissiyası

B)Korrupsiyaya qarşı mübarizə aparan orqan

C)Azərbaycan Respublikasının Prezidenti

D)Heç biri

 

37.Aşağıdakı müraciətlərdən biri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunla baxılır:

A)məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində vətəndaşların etdiyi müraciətlər

B)referendumun keçirilməsi ilə əlaqədar müraciətlər

C)Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətləri

D)Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər

 

38.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansi yanlışdır?

A) Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri daşıyır.

B)Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir şəxsin borcudur

C)Ətraf mühiti qorumaq hər bir şəxsin borcudur

D)Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməlidir

 

39. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları:

A)dövlət maraqları üçün istifadə edə bilməz

B)şəxsi maraqları üçün istifadə edə bilməz

C)yalnız dövlət və şəxsi maraqlar üçün istifadə edə bilər

D)bütün hallarda şəxsi maraqlar üçün istifadə edə bilər

 

40.Sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza hansı hallarda əl imzası ilə bərabər hüquqi quvvəyə malikdir?

A) Bütün hallarda;

B) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda;

C) Sənədin notarial qaydada təsdiq edilməsi hallarında;

D) Sənədin notarial qaydada təsdiq edilməsi hallarından başqa hallarda;

 

                   Cavablar .

1.A) 2.B) 3.A) 4.D) 5.C)
6.D) 7.B) 8.D) 9.D) 10.A)
11.C) 12.A) 13.B) 14.B) 15.A)
16.C) 17.A) 18.D) 19.D) 20.D)
21.C) 22.C) 23.C) 24.A) 25.A)
26.B) 27.C) 28.A) 29.B) 30.D)
31.A) 32.A) 33.B) 34.D) 35.B)
36.B) 37.D) 38.B) 39.B) 40.D)

Qanunvericilik üzrə test tapşırıqları hazırlayan:  Cəlilov  Elgün

  

       

Dostlarla Paylaş ↓