Hardware- Qısa Konskpekt

Elektron hesablama maşınları.

Neyman arxitekturası.

Kompüterlər element bazasına görə nəsillərə bölünürlər.

Nəsillər Element Ölçüsü Məhsuldarlığı Əməli Xarci Yenilik
bazası yaddaş yaddaş
I nəsil Elektron Çox böyük Çox zəif Funksional
lampalar məhdud
II nəsil Yarımkeçiric Böyük Zəif Maqnit Maqnit lent Alqoritmik dillərin
ilər, nüvələrində yaradılması
transiztorlar, qurulub
diodlar
III nəsil İnteqral Kiçik Güclü Maqnit Maqnit disk ƏS-in yaradılması,
sxemlər nüvələrində multiproqram
qurulub rejimi, dəyişdirilə
blinən quruluş,
aparat və proqram
vasitələrinin birgə
istifadəsi
IV nəsil Böyük və Çox kiçik Çox güclü İnteqral Maqnit disk Fərdi kompüterlər
çox böyük sxemlər
inteqral üzərində
sxemlər qurulub
V nəsil Süni intelekt

 

Fərdi kompüterlər (FK).

Kompüterləri aşağıdakı əlamətlərə görə təsnifləşdirmək olar:

  • İşləmə prinsipinə görə.
  • Yaranma mərhələlərinə görə.
  • İxtisaslaşdırma səviyyəsinə görə.
  • Təyinatına görə.
  • Uyarlılığına (uyğunlaşmaya) görə.
  • Qabarit ölçülərinə görə.
  • Məhsuldarlığına görə.

Kompüterlər qabarit ölçülərinə və məhsuldarlığına görə aşağıdakı siniflərə bölünürlər:

  • Super (çox böyük) kompüterlər.
  • Böyük kompüterlər.
  • Orta kompüterlər.
  • Mini (kiçik) kompüterlər.
  • Mikro-kompüterlər (mikro kompüterlərin nümayəndəsi fərdi kompüterlərdir – Kütləvi istehsalı 1981-ci il).

Müasir fərdi kompüterlərin növləri:

  1. Stolüstü kompüterlər (Desktop).
  2. Stolüstü mini-kompüterlər (Barebone).
  3. Planşet tipli kompüterlər (Table PC).
  4. Portativ kompüterlər (Bloknot və ya NoteBook).
  5. Superbloknot (Sub-NoteBook və ya NetBook).
  6. Cib kompüterləri (Palmtop).
  7. Kommunikator və smartfonlar.

Kompüterin əsas xarakteristikaları:

  • Kompüterin işləmə sürəti prosessorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı ilə təyin olunur.
  • Yaddaş tutumu (və ya həcmi) kompüterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur.
  • Hesablama dəqiqliyi ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır. Müasir kompüterlərdə 32 və ya 64 mərtəbəli prosessorlardan istifadə olunduğundan, kifayət qədər böyük dəqiqlik almağa imkan yaradır.
  • Əmrlər sistemi prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur. Əmrlər sistemi prosessorun hansı

əməliyyatları yerinə yetirdiyini, əmrdəki operandların sayını, əmrin formatını təyin edir.

Kompüterin qiyməti işləmə sürətindən, yaddaş tutumundan, əmrlər sistemindən asılıdır. Qiymətə

həmçinin kompüterin tərkibi və ilk növbədə, xarici qurğuların sayı və çeşidi təsir edir. Proqram təminatı da

kompüterin qiymətinə xeyli təsir edir.

  • Kompüterin iş etibarlılığı müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində öz xassələrini saxlamaq qabiliyyətidir.

Fərdi kompüterlərin əsas qurğuları və onların iş prinsipi.

Fərdi kompüterlərin əsas tərkib hissələri: sistem bloku, monitor və klaviatura.

Sistem blokunun xaricində yerləşən qurğular: power və reset düymələri, indikatorlar, disk qurğuları, portlar.

Sistem blokunun daxilində yerləşən qurğular: ana plata, qida bloku, hard disk, disk sürücürləri.

Qida blokunda transformator, düzləndiricisərinləşdirici qurğu yerləşdirilmişdir.

Ana plata üzərində yerləşən qurğular:

Mikroprosessor; Slotlar;

Keş yaddaş; Çipsetlər;

Əməli yaddaş qurğusu (RAM); Takt impulsları generatoru;

Daimi yaddaş qurğusu (ROM); Portlar və birləşdiricilər toplusu;

CMOS; Video kart (video adapter);

Kontrollerlər; Səs kartı;

Şinlər; Şəbəkə kartı.

Mikroprosessor (CPU) bir neçə santimetr ölçüdə mikrosxem olub, kompüterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir.

Mikroprosessorun tərkibinə mərkəzi idarə qurğusu, hesab-məntiq qurğusu, prosessorun daxili əməli yaddaşı (registr, keş-yaddaş və s.) daxildir.

Prosessorun kristalına aşağıdakılar daxil ola bilər:

  • Prosessorun nüvəsi və ya əsas hissəsi – buna əsas hesablama qurğusu deyilir. Məhz burada prosessora daxil olan bütün verilənlər üzərində emal prosesi yerinə yetirilir.
  • Soprosessor – ən mürəkkəb riyazi hesablamalar, o cümlədən “sürüşən nöqtəli” əməliyyatlar üçün əlavə blokdur. Qrafik və multimedialı proqramlarla işlədikdə aktiv olaraq, soprosessordan istifadə edilir. Prosessorun əsas parametrləri aşağıdakılardır:

Takt tezliyi. Prosessorun 1 saniyədə yerinə yetirdiyi elementar əməliyyatların (taktların) sayıdır. Kompüterin sürəti onun takt tezliyindən asılıdır. Hz (hers), KHz, MHz, GHz və s. ölçü vahidləri vardır. Hər bir Hs bir elementar əməliyyatdır (taktdır).

 

Mərtəbəlilik 1 takt ərzində emal edilən informasiya bitlərinin sayına deyilir. Prosessorun
(dərəcəliliyi). eyni zamanda müraciət edib emal üçün götürdüyü bitlərin sayına prosessorun
tərtibi deyilir. Məsələn, 16, 32 və s.
Əmrlər toplusu Prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur. Əmrlər sistemi
(əmrlər sistemi). prosessorun hansı əməliyyatları yerinə yetirdiyini, əmrdəki operandların
sayını, əmrin formatını təyin edir. Əmrlər vasitəsi ilə toplama, çıxma, vurma,
bölmə, ədədi bir registrdən digərinə köçürmə, registrlərdəki informasiyanı
silmə və s. kimi əməliyyatlar yerinə yetirilir.
İşçi gərginliyi. Takt tezlik generatorunun prosessora verdiyi gərginlikdir (impulsdur). Hansı
ki, həmin gərginlik vasitəsi ilə informasiyanı CPU emal edir.

Kontroller (və ya nəzarət qurğusu) idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Başqa sözlə, kontroller – xarici qurğuların işini idarə edən elektron sxemdir.

Şinlər – kompüterin ayrı-ayrı qurğuları arasında siqnalın ötürülməsini təmin edən informasiya magistralıdır.

İnformasiya mikroprosessora şinlər vasitəsilə ötürülür.

Slotlar – sistem platasında əlavə plataları (əməli yaddaşı, modemi, videoplatanı və s.) qoşmaq üçün təyin olunan qurğudur. Daxili qurğuları ana plataya qoşmaq üçündür.

Çipsetlər – ana plata üzərində yerləşən bu qurğular prosessor, yaddaş və perferiya qurğuları arasında informasiya axınını idarə edir və əmr siqnallarının ötürülməsinə nəzarət edir. Çipset ana platada körpü rolunu oynayır. Ana platada iki çipset olur:

  • North Bridge (şimal çipset) – kompüterdə gərgin işləyən qurğular (prosessor, əməli yaddaş, video kart) bura qoşulur.
  • South Bridge (cənub çipset) – gərgin işləməyən qurğular isə (HDD, daimi yaddaş, giriş-çıxış qurğuları və s.) bura qoşulur.

Takt impulsları generatoru – qida blokundan gələn enerji vasitəsilə prosessora takt impulsları verir və həmin impulslar informasiyanın emalında iştirak edir.

Portlar və birləşdiricilər – mikroprosessorun xarici qurğularla (printer, mouse və s.) informasiya mübadiləsini həyata keçirən yuvalardır.

  • LPT (paralel port) – printer, skaner.
  • COM (ardıcıl port) – modem.
  • USB (ardıcıl port) – maus, klaviatura, printer, skaner və s.
  • PS/2 portu – maus və klaviatura.
  • IEEE 1394 (FireWire) – USB ilə rəqabət aparan bu portdan əsasən rəqəmli kameralara sahib olan şəxslər istifadə edir.
  • Video portlar: VGA, DVI-D, HDMI.

Video kart – qrafiki informasiyanı (şəkil, video və s.) ekranda firmalaşdırmaq üçün istifafə edilir. Səs kartı – səs informasiyasını (musiqi və s.) səsucaldıcıya ötürmək və mikrofondan alınan səs informasiyasını kompüterə ötürmək üçün istifadə edilir.

Şəbəkə kartı – iki və daha çox kompüteri rabitə naqili vasitəsi ilə birləşdirərək informasiya mübadiləsinə

imkan yaradır.

Monitor – kompüterə daxil edilən və kompüterdən alınan mətn və qrafik informasiyanı əks etdirən

qurğudur.

Monitorun növləri: Elektron şüa borulu; Maye-kristallı (LCD); Plazma ekranlı; LED monitorlar.

Monitorun parametrləri: diaqonal ölçüsü, ekran mütənasibliyi, ekran pikselinin qiyməti, seyrəklik qabiliyyəti, açılışın maksimal tezliyi, videoplatanın tipi, rəngin dolğunluğu.

Klaviatura düymələrinin təsnifatı:

  1. Hərf-rəqəm düymələri. A-Z, <, >, , , . , ? , /, {, }, [ , ] , ; , : , ‘, “, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0, !, @, #, $, %,

^, &, *, ( , ) , – , _ , =, + , `, ~ , \ , |

  1. Funksional düymələr – F1, F2, …, F12.
  2. Kursoru idarə edən düymələr:

– kursoru 1 simvol sola keçirir. Home – kursoru sətrin əvvəlinə keçirir.

– kursoru 1 simvol sağa keçirir. End – kursoru sətrin sonuna keçirir.

– kursoru 1 sətir yuxarı qaldırır. PageUp – sənədi 1 ekran boyu yuxarı qaldırır.

– kursoru 1 sətir aşağı salır. PageDn – sənədi 1 ekran boyu aşağı salır.

Bununla yanaşı, bu düymələri “Ctrl” düyməsi ilə birgə istifadə etdikdə, funksiyaları dəyişir:

Ctrl + ← – kursoru 1 söz sola keçirir. Ctrl + Home – kursoru sənədin əvvəlinə keçirir.

Ctrl + → – kursoru 1 söz sağa keçirir. Ctrl + End – kursoru sənədin sonuna keçirir.

Ctrl + ↑ – kursoru 1 abzas yuxarı qaldırır. Ctrl + PageUp – sənədi 1 səhifə yuxarı qaldırır.

Ctrl + ↓ – kursoru 1 abzas aşağı salır. Ctrl + PageDn – sənədi 1 səhifə aşağı salır.

  1. Rəqəm klaviaturası – bu düymələrdən hesablama zamanı kalkulyator kimi istifadə edilir, yalnız

NumLock düyməsi aktiv olan zaman rəqəmlərlə işləmək mümkündür.

  1. Xüsusi düymələr:

Caps Lock – klaviaturanı, əlifbanın böyük hərflərinin daxil edilməsi rejiminə keçirir.

Enter – dialoq pəncərəsində aktiv düymənin sıxılması üçün istifadə olunur (adətən bu aktiv düymə OK olur). Mətn yığdıqda isə abzasın bitməsi və yeni abzasın başlanması üçün istifadə edilir.

Ecs (Escape) – bu düymədən adətən hər hansı bir əməliyyatı ləğv etmək, onun yerinə yetirilməsini dayandırmaq, cari iş rejimində proqramdan çıxmaq üçün istifadə olunur.

BackSpace (←) – kursordan solda yerləşən simvolu pozur. Bu düymə vasitəsilə həmçinin qovluq pəncərəsində əvvəl açılmış qovluğa qayıtmaq da mümkündür (Back düyməsinə uyğun olaraq). Del (Delete) – kursordan sağdakı simvolu pozur.

Ins (Insert) – simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi üçün nəzərdə tutulub. Bu düymə aktiv olduqda mətnin daxil edilməsi zamanı kursordan sağdakı simvollar avtomatik olaraq yeni simvollarla əvəz edilir.

Spacebar (probel) – boş yer daxil etmək üçün istifadə edilən, üzərində heç bir yazı olmayan düymədir.

Pause – proqramın yerinə yetirilməsini müvəqqəti olaraq dayandırır.

PrntScrn – ekranın təsvirini mübadilə buferinə göndərir.

Alt + PrntScrn – buferə yalnız aktiv pəncərənin təsviri göndərilir.

Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə edilir.

Tab – mətn redaktorunda kursorun yerinin bir neçə mövqe dəyişdirilməsi, abzasdan əvvəl boşluq qoymaq, cədvəldə bir sütundan digər sütuna keçmək üçün istifadə edilir. Windows-da mausun köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün istifadə olunur.

Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı müxtəlif istiqamətlərdə hərəkət etdirməyə imkan verir. Bu düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər.

Ctrl, Shift Alt düymələri klaviaturanın digər düymələri ilə kombinasiyada işlədilir və bu düymələrin təyinatını dəyişdirmək üçün nəzərdə tutulub.

Mövzu 2.4. Yaddaş qurğuları.

Yaddaş qurğuları funksional baxımdan iki yerə bölünür:

  1. Daxili yaddaş. Buraya aşağıdakı qurğular aiddir:
  • Əməli yaddaş qurğusu – RAM, müvəqqəti yaddaş, enerjidən asılı yaddaş, operativ yaddaş.
  • Daimi yaddaş qurğusu – ROM, sabit yaddaş, enerjidən asılı olmayan yaddaş.
  • Registr yaddaş.
  • CMOS yaddaş.
  • Keş yaddaş (Cache Memory).
  1. Xarici yaddaş. Buraya aşağıdakı qurğular aiddir:
  • Bərk maqnit disk qurğusu HDD (Hard Disc Driver), SSD (RAM texnologiyası ilə hazırlanıb).
  • Çevik maqnit disk qurğusu FDD (Floppy Disc Driver).
  • CD DVD disk.
  • Fləş kart.
  • Maqnit lent qurğusu (strimmer).

RAM aktiv proqram verilənlərini saxlayır.

ROM-da test proqramları (POST, BIOS) yerləşir.

Registr yaddaş – ikilik kodu saxlamaqla bərabər onu çevirməyə də (emala) imkan verir.

CMOS yaddaş – cari tarix, saat, BİOS konfiqurasiyasını saxlayır.

Keş yaddaş – Əməli yaddaşa müraciət sürətini artırmaq üçün istifadə edilir. Keş yaddaş ana platanın

üzərində CPU ilə RAM-ın arasında yerləşir. Əməli yaddaş prosessorun işini ləngitdiyi üçün keş yaddaşdan istifadə edilir. Keş yaddaşın üç səviyyəsi mövcuddur:

1-ci səviyyəli keş yaddaş prosessorun daxilində yerləşir.

2-ci səviyyəli keş yaddaş CPU ilə RAM arasında yerləşir.

3-cü səviyyəli keş yaddaş RAM-a daha yaxın yerləşir.

Xarici yaddaş qurğuları informasiyanı uzun müddət saxlamaq üçündür. Həcmləri:

  1. HDD, SSD – terabaytla ölçülür.
  2. Fləş kart – giqabaytla ölçülür.
  3. DVD – 4.7-17.4 giqabayt.
  4. Strimmer – 120 meqabayt – 5 giqabayt.
  5. CD – 700 meqabayt.
  6. FDD – 1.44 meqabayt.
2.5. Periferiya qurğuları.
Giriş qurğuları:
♦ Klaviatura. ♦ Mikrofon.
♦ Maus. ♦ TV-Tüner.
♦ Skaner. ♦ Veb-kamera.
♦ Qrafiki planşet (digitayzer).
Çıxış qurğuları:
♦ Monitor. ♦ Printer.

 

♦ Plotter. ♦ Qulaqcıqlar.
♦ Səs ucaldıcılar. ♦ Proyektor.
Giriş-çıxış qurğuları:
♦ Modem. ♦ Səs kartı.
♦ Sensor monitor. ♦ Şəbəkə kartı.
♦ Fax.
Printerin əsas parametrləri:
1. Əməliyyat (iş) prinsipi; 5. Çap keyfiyyəti;
2. Rəng imkanları; 6. Çap sürəti;
3. Qrafiki imkanları; 7. Qiyməti.
  1. İşləmə qabiliyyəti;

Printerlər iş prinsipinə görə iki yerə ayrılır:

Zərbli printerlərə aiddir: literli və matrisli printerlər.

Zərbsiz printerlərə aiddir: şırnaqlı, lazerli, termiki prnterlər.

Plotter – mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərində böyük dəqiqlik və yüksək sürətlə çap etdirilməsi üçün nəzərdə tutulmuş qurğudur. Əsasən çertyojlar, xəritələr, böyük formatda olan qrafiki təsvirlərin çapı üçün istifadə edilir.

Müəllif: Şahin Rzayev

Əlaqə:( +99455) 8861197

 

Dostlarla Paylaş ↓