Say sistemləri

 

Ədədin rəqəm adlanan simvollar vasitəsilə ifadə olunmasına say sistemləri deyilir. Nə deməkdir bu? Məsələn 15(on beş) ədədi 1 və 5 rəqəmləri ilə düzəlib. Yəni 15 ədədi rəqm adlanan 1 və 5 simvolları ilə ifadə olunub. Danışdığımız bu say sistemi bizim istifadə etdiyimiz say sistemidir. ((hələ məktəbə getməmişdən saymağı zülümlə öyrətdikləri bir sistem)). Bu sistemin informatikada adı Onluq say sistemidir. (Niyə onluq? Bu haqda bir qədər sonra). XV bu da bayaqki on beşdir. Ancaq bu dəfə başqa say sistemində. Bu say sisteminin adı isə Roma rəqəmləridir. Say sistemləri 2 yerə bölünür: Mövqeli və Mövqesiz. Mövqesiz say sistemlərində rəqəm durduğu mövqedən asılı olmayaraq eyni mənanı ifadə edir. Yəni mövqesizdi. Mövqeli say sistemində isə əksinə. Məsələn III roma rəqəmləri ilə yazılmış üç və 111 onluq say sistemində yazılmış yüz on bir. (qeyd edək ki roma rəqəmləri mövqesiz onluq say sistemi isə mövqelidir). Birinci haldakı (III) hər üç birin üçü də təklikdir. İkinci halda isə (111) birlərdən biri təklik, biri onluq, digəri isə yüzlükdür. Mövqelidir-mövqedən asılı olaraq ifadə etdiyi məna dəyişir. Qəbul proqramına əsasən bundan sonrakı hissədə ancaq mövqeli say sistemləri ilə məşğul olacağıq. Proqramda olan say sistemləri ilə tanış olaq. İkilik say sistemi: ikicədənə rəqəmi olduğuna görə bu say sisteminə ikilik say sistemi deyilir. Rəqəmləri 0 və 1. Kompyuterdə informasiyanı kodlaşdırmaq üçün bu say sistemindən istifadə olunur. Say sisteminin rəqəmlərinə onun baza elementləri də deyilir. Səkkizlik say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7 səkkiz rəqəmi olduğuna görə səkkizlik say sitemi adlanır. Onluq say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 on rəqəmi olduğuna görə onluq say sitemi adlanır.

On altılıq say sistemində 16 rəqəm var. 0-dan 9-a qədər olan rəqəmlər onluq say sistemində olduğu kimidir. Digər rəqəmlər isə hərflərlə işarələnib.

 

Natural ədədlərin 10-luq say sistemindən 2-lik, 8-lik, 16-lıq say sistemlərinə və əksinə keçid üsulları.

İki əsas çevirmə üsulu var:

1. Onluq say sistemlərindən digər say sistemlərinə keçid

2. Digər say sistemlərindən Onluq say sisteminə keçid.

 

1. onluq say sistemindən ikilik (səkkizlik, onaltılıq) say sisteminə keçmək üçün ədədi ikiyə

 

(səkkizə, on altıya) bölmək və qalığı qeyd etmək lazımdır.

 

 

Sonra aldığımız cavabı yenidən ikiyə (səkkizə, on altıya) bölüb qalığı qeyd edirik.

Prosesi axıra kimi davam etdiririk. Sağdan sola ardıcıl qalıqları yazırıq.

 

 

 

 

 

Onluq say sistemindən ikilik say sisteminə keçməyə aid bir nümunəyə baxaq:

Nümunə 1:

(((yazilişin mənası odur ki 25 ədədi onluq say sistemindədir, ikilik say sisteminə çevirmək lazımdır.)))

Göründüyü kimi əvvəlcə 25-i 2-yə bölürük. Cavab 12 qalıq isə 1 olur.

Qalığı dairəyə alırıq ki, digər rəqəmlərlə qarışmasın. Axırda bizə qalıqlar lazım olacaq.

Aldığımız cavabı yəni 12-ni təkrar yenə 2-yə bölürük. Bunu başqa yerdə də təzədən yazıb edə bilərik.                                          

Ancaq vaxta qənaət etmək üçün sağda gördüyünüz şəkildə hamsını bir birinin ardı ilə yazmaq daha əlverişlidir.

Əməliyyat sona qədər davam etdirilir. Sonda isə sonuncu cavab da daxil olmaqla qalıqlar sağdan sola ardıcıl şəkildə düzülür.

10011 bu artıq bizim cavabımızdır. (((sizin illərdir tanıdığınız 25-dir, sadəcə imicin dəyişibJ)))

Səkkizlik say sistemində də çevirmə eynilə ikilikdə olduğu kimidir. Sadəcə orda ikiyə bölmürük səkkizə bölürük.

(((  bunu özünüz cevirməyə cəhd edin. Doğru cavabı alana qədər misaldan əl çəkmək yoxdu haaa.

Bu da cavab bax bunu almalisiz  ))) On altılıq say sistemində də çevirmə ikilikdə olduğu kimidir.

Sadəcə orda ikiyə bölmürük on altıya  bölürük. Qalıq 9-dan böyük alındıqda yerinə uyğun hərifi yazırıq.

(((əvvəlki mövzuda var bir də təkrar yazaq, çünki təkrar biliyin yaxın qohumlarındandır.

10→A, 11→B, 12→C, 13→D, 14→E, 15→F)))

 

 

 

 

 

 

 

 

 

 

Nümunə 2:     Onluq say sistemində verilmiş 77 ədədin 16-lıq say sisteminə çevirmək lazımdır.                                                  

Qaydada deyildiyi kimi 77-ni 16-ya bölürük. Cavab 4 qalıq isə 13 olur.

9-dan böyük olduğu üçün uyğun hərflə işarə edirik 13-ü.

2. İkilik (8-lik, 16-lıq) say sistemindən onluq say sisteminə keçmək üçün                                                                                         

ədədi sağdan sola sıfırdan başlayıb ardıcıl nömrələmək , Sonra ədədin hər bir rəqəmini ikinin

 

 

(8-in, 16-nın) uyğun qüvvətinə vurmaq və Alınan cavabları toplamaq lazımdır.

İkilik say sistemindən onluq say sisteminə keçməyə aid bir nümunəyə baxaq:

11001 ikilik ədədininin sağdan başlayaraq üzərinə 0,1, 2, 3, 4 nömrələrini yazırıq.

Sonra isə rəqəmləri 2-nin uyğun qüvvətinə vurub toplayırıq.

Səkkizlik say sistemindən onluq say sisteminə keçid də eyni ikilikdən onluğa keçmək kimidir.

Lakin bir fərqi var. Yuxarıdakı misaldakı ikilərin (yaşıl ikiliər) yerinə səkkiz olur. (((318=?10 özünüz çevirin.)))

On altılıq say sistemindən onluq say sisteminə keçid də eyni ikilikdən onluğa keçmək kimidir.

Lakin bir fərqi var. Yuxarıdakı misaldakı ikilərin (yaşıl ikiliər) yerinə on altı olur. Bir misala baxaq.

Hesablama hissəsində Hərfdən olan rəqəmlərin yerinə uyğun qiyməti yazılır. (((biz artıq onları tanıyırıq. Bilirik ki D-yə el arasında 13 də deyirlər J)))       Qeyd1: Ədədlərin üzərində 0 olanda 1-ə bərabər olur. Məs. 2 üstü 0=1,  5 üstü 0=1, 16üstü  0=1. Qeyd2: Ədədlərin üzərində 1 olanda elə həmin ədədin özünə bərabər olur Məs. 2 üstü  1=2,  5 üstü 1=5, 16 üstü  1=16. Qeyd3: Ədədin üzərində neçə yazılırsa o ədədi özü-özünə o qədər dəfə vurmaq lazımdır. Məs: 2 üstü 3=2*2*2=8, yəni 2 üstü 3 ikinin 3 dəfə öz özünə vurulmasına bərabərdir. ((( say sistemləri mövzusuna . qoyarkən bir mühüm məsələni də qeyd etməyi özümə borc bildim. Əgər görsəz ki misalın yarısı 2-lik say sistemindədi, yarısı 8-lik yaxud 16-lıq, o halda qətiyyən əhvalınızı pozmayın. Misaldakı bütün ədədləri öyrəndiyiniz üsulla çevirin 10-luq say sisteminə hesablamanı aparın, cavabı hansı say sistemində istəyirsə son nəticəni çevirin həmin say sisteminə))))

Müəllif: Rəşadət Şərifov

 

 

 

Dostlarla Paylaş ↓