Bilal Behbudovun hazırladıqı  SINAQ TESTLƏRİ və CAVABLARI 1

 

Qanunvericilik….

1) “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu borcludur:

a) etik davranış qaydalarının başqaları tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə
b) etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə
c) vəzifə səlahiyyətlərinin özü və başqaları tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə
d) heç biri
2)Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə:
a) bu barədə yazılı əsaslandırmanı yalnız birbaşa rəhbərinə təqdim etməlidir
b) bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir
c) bu barədə yazılı əsaslandırmanı yalnız yuxarı rəhbərinə təqdim etməlidir
d) bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərinə təqdim etməyə də bilər
3) Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada səbəb olur ?
1) intizam
2) mülki-hüquqi
3)cinayət-hüquqi
4)inzibati
5)cinayət
6) işdən azad olmaq

a) 1.2.3.5
b)1.2.3.4.5
c)1.2.3.4.5.6
d)1.2.4.5

 
4) Korrupsiya ilə əlaqədar bilavasitə hüquqpozmalardan biri yanlışdır:
a) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, bazar qiymətlərindən aşağı qiymətə (tarifə) əldə edilməsi
b) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi
c) müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi
d) statusundan, təmsil etdiyi orqanın statusundan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə qanunsuz kömək göstərilməsi

 

5) Elektron sənəd hansı tələblərə cavab verməlidir?
Identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalı
Texniki və proqram vasitələrinin köməyi ilə vizual şəkildə təqdim olunmalı
Bir neçə imza yaratma məlumatlarına malik olmalı
Texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməli
Müvafiq sahə üzrə akkreditə edilmiş orqanın xidmətlərindən istifadə edilməli
a) 1.2.3
b)1.2.5
c)1.2.4
d)2.4.5

 

6) Aşağıdakı fikirlərdən hansı doğrudur?
Elektron sənədlərin saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər hüquqi və fiziki şəxslərin xidmətlərindən istifadə edilə bilməz
Elektron sənəd dövriyyəsi zamanı elektron sənədin mühafizəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan proqram və texniki vasitələrdən istifadə edilə bilməz
Tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər konfidensial informasiyalar olan elektron sənədlərin istifadə qaydası və mühafizə tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir
Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi elektron imza sahibi tərəfindən təmin edilir
 
7) Geniş protokollarda protokolun giriş hissəsində verilir:
 
  1. İclası aparan sədrin və katibin adları və soyadları
  2. Protokolu tərtib edən şəxsin adı və soyadı
  3. Dəvət edilənlərin siyahısı
  4. İclasda iştirak edən mətbuat nümayəndələrinin adları və soyadları
  5. Müzakirə ediləcək məsələlərin adları
 
 
A) 1,3,5       C) 1,3,4
B) 3,4,5       D) 2,4,5
 
 
8) Komissiyanın tərtib etdiyi sənədlər imzalanarkən nə göstərilir:
 
A) Sənədi tərtib etmiş şəxslərin vəzifələri
B) Komissiya üzvləri arasında vəzifələrin bölgüsü
C) Komissiya sədrinin vəzifəsi
D) Komissiya üzvlərinin adları
 
9) Gerbin təsvirindən istifadə olunmur:
A) Parlament qərarlarının blanklarında
B) bütün dövlət orqanlarının möhürlərində
C) Azərbaycan Respublikasının Dövlət Möhüründə
D) Kargüzarlıq xidmətinin ştampında
 
10) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri hansı orqan  və ya vəzifəli şəxsin təqdimatı ilə təyin edilir?
A) Azərbaycan Respublikasının Prezidenti
B) Milli Məclisin Sədri
C) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 üzvü
D) Milli Məclisi
 
11) Yerli özünüidarəni hansı qurum həyata keçirir?
A) Yerli İcra Nümayəndələri
B) İcra Başçısı
C) Bələdiyyələr
D) Milli Məclisin Deputatı

 

12) Kimlər əmək müqaviləsinin bağlanılmasına məcbur edilir?
A) işlədiyi dövrdə əmək müqaviləsi olmayan şəxslər
B) heç kəs
C) əmək qabilliyyətli şəxslər
D) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
 

13) Pul nişanlarının tədavülə buraxılması hüququ yalnız:

A) Mərkəzi Banka məxsusdur
B) Dövlətə məxsusdur
C) Milli Məclisə məxsusdur
D) Prezidentə məxsusdur

 

14) Məlumat azadlığının məhdudlaşdırılmasına hansı hallarda yol verilir?

a) yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda
b) ictimai informasiya üçün nəzərdə tutulduqda
c) “Məlumat azadlığı haqqında” qanunda nəzərdə tutulmuş hallarda
d) heç bir halda

 

15) Açıq məlumatın əldə edilməsi yollarından biri səhvdir?

a) rəsmi nəşrlərlə
b) fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə
c) internet informasiya ehtiyatları vasitəsilə
d) dövlət –peşə sahələrinin təqdim edilməsi ilə

 

16)Konstitusiyaya görə dinə münasibəti ifadə edir:

A) Dini idarələrin dövlətə tabe edilməsi
B) Dinin dövlətdən ayrılması və bütün dinlərin qanun qarşısında bərabər olması
C) Dövlətlə dinin vəhdət təşkil etməsi
D) İslam dininin dövlət dini elan edilməsi

 

17) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Sosial təminat hüququna aid deyil:

A) Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur
B) Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği Konstitusiya ilə müəyyən edilir
C) Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır
D) Hər kəs xəstəliyinə, əlilliyinə, ailə başçısını və əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə sosial təminat almaq hüququna malikdir

 

18) Dövlət hakimiyyəti orqanının rəhbəri xidməti araşdırmanın nəticəsini aldıqdan sonra müraciət üzrə aşağıdağı qərarlardan birini qəbul edir:

a) müraciətin əsaslı olduğu təsdiq edilmədikdə, eyni zamanda əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi barədə
b) müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə intizam və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq intizam tədbirlər görülməsi barədə
c) müraciətin əsaslı olduğu təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə
d) müraciətin əsaslı olması təsdiq edildikdə, şikayət üzrə icraata xitam verilməsi barədə

 

MƏNTİQ…

19)   1..2..6..24..120..?

 

a)210      b)720    c)330     d)240

 

20)    2   6   ( ? )   ( ? )   42   56   72

A) 18, 30
B) 20, 28
C) 18, 28
D) 20, 30

 

21)    20%- lik artımla banka qoyulan pul, bir ildən sonra 3000 manat olarsa, onda birillik artım neçə manat olar?      

A) 500 manat
B) 600 manat
C) 2500 manat
D) 150 manat
E) 1000 manat

 

22)

 

 

 

 

 

 

 

 

 

 

23)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

24)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A)5
B)1
C)8
D)3

 

25) I. 9 ■ 5 = 32 

II. 12 ■ 7 = 43

III. 19 ■ 4 = 61

IV. 13 ■ 15 = ?

A) 55
B) 53
C) 54
D) 56
E) 52

 

26)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

27) Fərqli atalar sözü və ya məsəli seçin.

A) Baş bədənin tacıdır, gözlər onun qaş-daşı
B) Başlı başını saxlasın
C) Baş əyməklə baş ağrımaz
D) Başda oturan baş olmaz
E) Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz

 

28)

 

 

 

 

 

 

 

29)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

30) Birinci iki söz arasında məntiqi əlaqəyə əsaslanaraq, analogiyaya görə üçüncü sözə uyğun olan variantı seçin.

 idmançı – medal,

? – vəzifə

A) işçi
B) şagird
C) futbolçu
D) otaq
E) firma

 

31)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN-DİLİ

32)    Dilimizdəki sadə fellər nə mənşəlidir?

A) Ərəb mənşəlidir
B) İtalyan mənşəlidir
C) Hind mənşəlidir
D) Türk mənşəlidir

 

33) Çoxmənalı sözlər əsasən hansı üslubda işlənir?

A) publisistik
B) bədii üslubda
C) məişət üslubu
D) rəsmi-işgüzar üslub
E) elmi

 

34) Hansı sırada bütün sözlərin yazılışı ilə tələffüzü fərqənir?

A) sürətlə, bağça, bəxtəvərlik
B) yoxuş, yazdır, xoşbəxtlik
C) haqlı, buludlar, bildirki
D) ipək, kürk, tük
E) süvari, dahi, kinayə

 

35) ”işıldamaq” sözünün fonetik təhlilində

səhv haradadır?

A) Sözdə dörd cingiltili samit var.
B) Dördhecalı sözdür.
C) Ahəng qanununa tabe olmasa da, alınma söz deyil.
D) Vurğu dördüncü hecaya düşür
E) Sözdə iki kar samit işlənib.

 

36)    Hansı sözdə vurğu son hecaya düşmür.

A) şaxtaçı
B) siqnal
C) feyxoa
D) məktəb
E) nurani

 

37) Yalnız düzəltmə sözlərdən ibarət cərgəni göstərin.

A) çapıq, söyüd, kəpənək
B) qoyun, yarpaq, yarıq
C) oxuyan, külək, təsadüf
D) qaşıq, döyənək, oyun
E) solğun, qorxaq, qayğıkeş

 

38)    Biri sifətdir;

A) ağla
B) gözəllik
C) görüş
D) qəşəng
E) görüşmək

 

——

 

İNFORMATİKA…

39) Windows 7 sistemində hər hansı proqram təminatının kompüteri açan zaman avtomatik icra olunmasını həyata keçirmək üçün lazım olan pəncərəni hansı keçidlər ilə açmaq olar?

A) My Computer >Properties>Hardware
B) Start>Run>Regedit
C) My Computer >Properties>General
D) Start>Run>Msconfig
E) Start>Settings>Control Panel>Add or Remove Programs

 

40) Veb hostinq nə deməkdir??

A) Veb saytların idarə paneli
B) Veb saytların faylarının və müvafiq veb proqram təminatının saxlandığı yer
C) Veb saytların lisenziya tarixi
D) Veb saytların proqram təminatı
E) Veb saytların adı.

 

41) Hansı protokol müasir kompüterərdə brauzer daxilində internet vasitəsi ilə infomasiyanın qəbulunu və ötürülməsini təmin edir?
A) RTP
B) FTP və RTP
C) TCP/İP
D) TCP/İP və FTP
E) HTTP və HTTPS

 

42)    Kompüterin göstəricilərini təsvir edilərkən yazılan “HDD-500 GB” nəyi bildirir?

A) Əlavə yaddaş qurğularının 500 GB olmasını
B) Kompüterin MAC adresini
C) Kompüterin prosessorunun markasını
D) Sərt diskin 500 GB-lıq olmasını
E) Kompüterin ana plata markasını

 

43) Müasir elektron poçtlar qəbul edə bilir(daha geniş düzgün variantı seçin):

A) Fayl
B) Mətn məktub və fayl
C) Mətn
D) Hipermətn
E) Hiper mətn, mətn məktub və fayl

 

44) Verilənlər bazası cədvəl şəklindədirsə, cədvəlin hər hansı bir veriləni o …

A) cədvəldə xanadır
B) cədvəldə sütündur
C) cədvəldə sətirdir
D) cədvəldə sətirin adıdır
E) cədvəlin ölçüsüdür

 

45) Cədvəl redaktorunda (məsələn MS Excel) A1:E8 xanalar qrupu qeyd olunubsa, cəmi neçə xana qeyd olunub?

A) 30
B) 8
C) 40
D) 38
E) 48

 

SINAQ TESTLƏRİNİN CAVABLARI… Bilal Behbudov…
1 B 16 B 31 E
2 B 17 B 32 D
3 D 18 C 33 B
4 D 19 B 34 A
5 C 20 D 35 A
6 C 21 A 36 C
7 A 22 A 37 E
8 B 23 C 38 D
9 D 24 B 39 D
10 C 25 C 40 B
11 C 26 E 41 E
12 A 27 A 42 D
13 A 28 A 43 E
14 A 29 B 44 A
15 D 30 A 45 C

 

Tərtibatçı : Bilal Behbudov…

Müəlliflik hüququnun qorunmasına hər bir vətəndaş riayyət etməlidir..

 

 

Dostlarla Paylaş ↓