QANUNVERİCİLİK-Testləri və Cavabları, 101-200 qədər

 

«««««« Əvvəlki Səhifə

Növbəti Səhifə »»»»»»

 

101. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərini təyin etmir:
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
B) Azərbaycan Respublikasının Milli Məclisi
C) Azərbaycan Respublikasının Prezidenti
D) Azərbaycan Respublikasının Ali Məhkəməsi

102. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən başqa dövlətə verilməsinə yol verilmir:
A) inhisarçılıq fəaliyyətinə görə təqib edilən şəxslərin
B) hərbi birləşmələrdə iştirakına görə təqib edilən şəxslərin
C) siyasi əqidəsinə görə təqib edilən şəxslərin
D) dini fəaliyyətinə görə təqib edilən şəxslərin

103. Azərbaycan Respubikasının Konstitusiyasına əsasən normativ hüquqi aktların müvafiq normalarına rəsmi şərh verə bilər:
A) Azərbaycan Respublikasının Məhkəmə- Hüquq Şurası
B) Azərbaycan Respublikasının Ali Məhkəməsi
C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
D) Azərbaycan Respublikasının Nazirlər Kabineti

104. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusu təsdiq edilib:
A) Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə
B) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə
C) Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə
D) Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının qərarı ilə

105. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən hansını verə bilər?
1. tutduğu vəzifəyə uyğun gəlir
2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, tutduğu vəzifəyə uyğun gəlir
3. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir
4. tutduğu vəzifəyə qismən uyğun gəlir
5. tutduğu vəzifəyə uyğun gəlmir
A) 1, 4, 5
B) 1, 3, 5
C) 1, 2, 5
D) 3, 4, 5

106. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” hansı normativ hüquqi aktla təsdiq olunub?
A) Qanunla
B) qərarla
C) fərmanla
D) sərəncamla

107. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun əsas vəzifələrinə aid deyil:
A) qulluq keçdiyi orqanın rəhbərinə hər il öz xərcləri haqqında maliyyə hesabatı verməli
B) vətəndaşların, müəssisə, idarə və təşkilatların
müraciətlərinə vaxtında baxmalı
C) dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli
D) öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli

108. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə seçkilər nə zaman keçirilmir?
A) Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 60 gündən az müddət qalarsa
B) Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 90 gündən az müddət qalarsa
C) Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 30 gündən az müddət qalarsa
D) Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa

109. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgün deyil:
A) Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilirlər.
B) Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiya qarşı mübarizəni həyata keçirirlər.
C) Vəzifəli şəxsin statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə, şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etməsi bilavasitə korrupsiya hüquqpozmasıdır.
D) Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir.

110. “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”ni qəbul edib:
A) Azərbaycan Respublikasının Nazirlər Kabineti
B) Azərbaycan Respublikasının Milli Məclisi
C) Azərbaycan Respublikasının Prezidenti
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

111. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası hansı normativ hüquqi aktla müəyyən edilir?
A) Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə
B) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə
C) Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə
D) Qanunla

112. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları hansı müddət ərzində müsahibə və müsabiqəyə buraxılmırlar?
A) iki il
B) altı ay
C) bir il altı ay
D) bir il

113. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “?” işarəsinin yerinə uyğun gələn variantı tapın:
inzibati vəzifələrin
II təsnifatı
2-ci dərəcə dövlət müşaviri
3-cü dərəcə dövlət müşaviri
?
A) 1-ci dərəcə dövlət müşaviri
B) dövlət qulluğunun müşaviri
C) dövlət qulluğunun baş müşaviri
D) dövlət qulluğunun kiçik müşaviri

114. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıda göstərilən sənədlərdən hansı dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilə bilər?
A) təhsil haqqında sənəd
B) nikah haqqında şəhadətnamə
C) hərbi bilet
D) əmək kitabçası

115. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təbii ehtiyatlar məxsusdur:
A) ölkədə yaşayan hər bir şəxsə
B) Azərbaycan xalqına
C) Azərbaycan Respublikasına
D) Azərbaycan vətəndaşlarına

116. Azərbaycan Respubikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti:
A) vətəndaşlıq məsələlərini həll edir
B) inzibati ərazi bölgüsünü müəyyən edir
C) amnistiya məsələsini həll edir
D) məhkəmə quruluşunu və hakimlərin statusunu müəyyən edir

117. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədlərinə aid deyil:
A) dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması
B) dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması
C) dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlərin tənzimlənməsi
D) dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması

118. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətlərlə bağlı kargüzarlığın aparılması qaydasına aid deyil:
A) Vətəndaşların tələbi ilə yazılı müraciətin qeydə alınma nömrəsi və tarixi ona bildirilir.
B) Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamp vurulur.
C) Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilməz.
D) Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan keçirilir.

119. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq məlumatın əldə еdilməsi ilə bağlı düzgün deyil:
A) Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır.
B) Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.
C) İnternet informasiya ehtiyatları açıq məlumatın əldə edilməsi yollarından biridir.
D) Açıq məlumatın alınması qaydası və şərtləri yalnız “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

120. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxslərin təqdim etməli olduğu məlumatlara aid deyil:
A) mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə
B) şərti maliyyə vahidinin min misli miqdarından yuxarı olan borcu barədə
C) kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları barədə
D) vergitutma obyekti olan əmlakı barədə

121. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na əsasən müsabiqədə iştirak etmək istəyənlər müraciət edə bilərlər:
A) müsabiqə elan edilən gündən etibarən 15 gün ərzində
B) müsabiqə elan edilən gündən etibarən 10 gün ərzində
C) müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində
D) müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdikdən sonra 1 ay ərzində

122. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dini mərasimlərin yerinə yetirilməsinə yol verilmir:
1. ictimai qaydanı pozduqda
2. qeyri-islam dinlərinə aid olduqda
3. ictimai əxlaqa zidd olduqda
4. kütləvi şəkildə həyata keçirildikdə
A) 1, 3
B) 2, 3
C) 1, 4
D) 2, 4

123. Bələdiyyələrin statusunun əsasları müəyyən edilir:
A) Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə
B) Azərbaycan Respublikasının Konstitusiyası ilə
C) Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə
D) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə

124. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Konstitusiyaya sadiq qalacağına and içmiş şəxs hansı halda vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz?
A) dövlətə qarşı cinayət ittihamı əsasında məhkum olunubsa
B) məhkəmənin qərarı ilə həmin şəxsin fəaliyyət qabiliyyətsizliyi təsdiq olunubsa
C) xüsusilə ağır cinayətin törədilməsində məhkum olunubsa
D) Azərbaycan Respublikasının vətəndaşlığından çıxıbsa

125. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənəd hansı üsullarla təsdiq olunur?
1. imzalanmaqla
2. təsdiqetmə qrifi ilə
3. möhür vurmaqla
4. dərc edilməklə
5. müvafiq sərəncam mahiyyətli sənəd qəbul etməklə
A) 1, 2
B) 1, 5
C) 2, 5
D) 3, 4

126. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən gətirilən korrespondensiyanın düzgünlüyünü yoxlamaqda məqsəd:
A) təyinatı üzrə gətirilməyən korrespondensiyani aşkar etməkdir
B) korrespondensiyanı geri qaytarmamaqdır
C) korrespondensiyanı qeydiyyata almaqdır
D) təyinatı üzrə gətirilən korrespondensiyanı aşkar etməkdir

127. Azərbaycan Respublikasının Konstitusiyanın birinci fəsli adlanır:
A) Əsas insan və vətəndaş hüquq və azadlıqları
B) Xalq hakimiyyəti
C) Dövlətin əsasları
D) Hakimiyyətin mənbəyi

128. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən qeyri-normativ hüquqi aktlara aiddir:
A) yerli icra hakimiyyəti orqanlarının qərarları
B) Azərbaycan Respublikasının Milli Məclisinin qərarları
C) Azərbaycan Respublikasının Məhkəmə- Hüquq Şurasının qərarları
D) Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarları

129. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublikasın Ali Məhkəməsinin aparat rəhbəri vəzifəsi aiddir:
A) inzibati vəzifələrin beşinci təsnifatına
B) inzibati vəzifələrin üçüncü təsnifatına
C) inzibati vəzifələrin dördüncü təsnifatına
D) inzibati vəzifələrin ikinci təsnifatına

130. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis hansı məsələyə dair ümumi qaydalar müəyyən edərkən 63 səs çoxluğu ilə qanunlar qəbul edir?
A) dövlət qulluğu
B) Milli Məclisə seçkilər və Milli Məclis deputatlarının statusu
C) Azərbaycan Respublikası Prezidentinin seçkiləri
D) referendum

131. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəssisənin rəhbəri və ya onun müavini tərəfindən müraciətə baxılma müddətini uzatdıqları müstəsna hallara aid deyil:
A) xüsusi yoxlama keçirmək üçün
B) əlavə materiallar tələb etmək üçün
C) fövqəladə halın nəticələrini aradan qaldırmaq üçün
D) başqa tədbirlər görmək üçün

132. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda:
A) bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir
B) bu maraqların toqquşmasının qarşısını şəxsi təşəbbüsü ilə almalıdır
C) bu barədə birbaşa rəhbəri ilə məsləhətləşməlidir
D) bu məsələdə şəxsi maraqlardan imtina etməlidir

133. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarına aşağıdakılardan hansı aid deyil?
A) əmlakdan istifadə
B) elmi və yaradıcılıq fəaliyyəti
C) məlumatlardan istifadə
D) ictimai və ya siyasi fəaliyyət

134. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatı hansı halda mandatından məhrum edilmir:
A) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda
B) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda
C) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə
D) elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olduqda

135. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 1-ci kateqoriya dövlət orqanıdır:
A) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
B) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi
D) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

136. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müsahibədə nəzərə alınır:
1. ixtisas dərəcəsi
2. attestasiyanın nəticələri
3. qiymətləndirmənin nəticələri
4. iş stajı
A) 2, 4
B) 2, 3
C) 1, 2
D) 1, 3

137. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yardımçı vəzifələrin ikinci təsnifatına aiddir:
A) 1-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr
B) 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
C) 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr
D) 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr

138. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ailə qurmaq hüququndan istifadə edə bilməz:
A) cəza çəkmə müəssisəsində cəza çəkənlər
B) ailənin saxlanılması üçün təminatı olmayanlar
C) Azərbaycan vətəndaşı olmayanlar
D) qanun ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar

139. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğu ilə zidd deyil:
A) dövlət qulluqçusunun işlədiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməsi
B) dövlət qulluqçusunun işlədiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olması
C) dövlət qulluqçusunun qulluq vəzifələrini icra etdiyi dövrdə əmanətlərdən, qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürməsi
D) dövlət qulluqçusunun qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməsi

140. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət təminat verir:
A) inhisarçılığa
B) sərvətlərin bərabər bölgüsünə
C) azad sahibkarlığa
D) iqtisadi inkişafa

141. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən müddəalardan biri düzgün deyil:
A) Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.
B) Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.
C) Qanunvericiliklə müəyyən edilmiş hallarda qanunu bilməmək məsuliyyətdən azad edə bilər.
D) Hər bir şəxs başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

142. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən neçə gün ərzində baxılır?
A) ən geci 20 gün
B) ən geci 30 gün
C) ən geci 15 gün
D) ən geci 7 gün

143. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxslər aşağıdakı məlumatları təqdim etməlidirlər:
A) şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə
B) şərti maliyyə vahidinin min misli miqdarından yuxarı olan borcu barədə
C) şərti maliyyə vahidinin iki min misli miqdarından yuxarı olan borcu barədə
D) şərti maliyyə vahidinin altı min misli miqdarından yuxarı olan borcu barədə

144. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan xalqının suveren hüququdur:
1. suveren dövlətdə yaşamaq
2. sərbəst və müstəqil öz müqəddəratını həll etmək
3. dövlət büdcəsinə nəzarət etmək
4. öz idarəetmə formasını müəyyən etmək
5. sağlam ətraf mühitdə yaşamaq
A) 2, 4
B) 3, 5
C) 4, 5
D) 1, 2

145. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilməz?
A) dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə
B) dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda
C) dövlət qulluqçusunun öz arzusu ilə
D) dövlət orqanının statusu dəyişdikdə

146. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu barəsində tətbiq edilə bilən intizam tənbeh tədbirlərinə aid deyil:
A) bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması
B) daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi
C) ixtisas dərəcəsindən məhrum edilmə
D) vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi

147. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydaları tənzimlənir:
A) Azərbaycan Respublikasının Prezidenti tərəfindən
B) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
C) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
D) Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən

148. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar hansı orqan tərəfindən ləğv edilə bilər?
A) Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası
B) Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası
C) məhkəmə
D) Baş prokurorluq

149. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi müddəaları ilə bağlı düzgündür:
A) Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.
B) Azərbaycan Respublikası fəaliyyət göstərən və dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının işçiləri səlis danışıq qabiliyyətinə malik olmalıdırlar.
C) Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir.
D) Yalnız Azərbaycan Respublikası ərazisində təsis edilən bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər.

150. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimləmir:
A) dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri
B) dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri
C) dövlət orqanlarında sənədlərin rəsmiləşdirilməsi məsələsini
D) dövlət orqanlarının təsnifləşdirilməsi məsələsini

151. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir:
A) fərmanlar
B) sərəncamlar
C) qanunlar
D) qərarlar

152. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəməsidir:
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
B) apellyasiya məhkəməsi
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi
D) ağır cinayətlərə dair işlər üzrə məhkəmə

153. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən “lokal normativ hüquqi akt”ın anlayışı düzgün verilmişdir:
A) dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş və yerli hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktdır
B) qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi aktdır
C) qüvvəsi yalnız bir dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi aktdır
D) hüquqi qüvvəsi konkret ərazi ilə məhdudlaşan normativ hüquqi aktdır

154. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsi kimlərin mənafelərinin pozulmasına səbəb olmamalıdır?
A) yalnız fiziki şəxslərin
B) yalnız hüquqi şəxslərin
C) dövlət orqanlarının
D) fiziki və hüquqi şəxslərin

155. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müraciət etmək hüququ ilə bağlı düzgün və tam cavab variantı tapın:
A) Azərbaycan Respublikası vətəndaşları dövlət orqanlarına şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət edə bilər
B) Azərbaycan Respublikası vətəndaşları dövlət orqanlarına təkcə elektron formada müraciət edə bilərlər
C) Azərbaycan Respublikası vətəndaşları dövlət orqanlarına təkcə şifahi formadaı müraciət edə bilərlər.
D) Azərbaycan Respublikası vətəndaşları dövlət orqanlarına təkcə yazılı müraciət edə bilərlər

156. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən telefonoqram verilərkən göstərilmir:
A) telefonoqramın kimin ünvanına verildiyi
B) telefonoqramın verildiyi tarix və saat
C) telefonoqramı imzalamış şəxsin vəzifəsi və soyadı
D) telefonoqramı ötürənin soyadı və telefon nömrəsi

157. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iş vaxtı ay ərzində neçə saatdan çox artırıldıqda işlədiyi hər saata görə dövlət quluqçusuna əlavə haqq ödənilməlidir?
A) 7 saatdan çox
B) 5 saatdan çox
C) 4 saatdan çox
D) 6 saatdan çox

158. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” qəbul edilib:
A) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
B) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
C) Azərbaycan Respublikasının Ali Soveti tərəfindən
D) Azərbaycan Respublikasının Prezidenti tərəfindən

159. “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərə aiddir:
A) qaçqın və məcburi köçkünlər
B) əmək qabiliyyətini müvəqqəti itirən işçilər
C) siyasi partiyaların üzvləri
D) pensiya yaşına bir il qalan işçilər

160. “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”yə əsasən bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni necə ifa olunmalıdır?
A) tam
B) orkestrin müşayəti ilə
C) musiqili
D) təntənəli

161. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı müəyyən edilir:
A) qanunla
B) Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə
C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı ilə
D) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə

162. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “?” işarəsinin yerinə uyğun gələn variantı tapın:
yardımçı vəzifələrin I təsnifatı
dövlət qulluğunun baş referenti
dövlət quluğunun böyük referenti
?
A) dövlət qulluğunun 1-ci dərəcə referenti
B) dövlət qulluğunun 2-ci dərəcə referenti
C) dövlət qulluğunun kiçik referenti
D) dövlət qulluğunun 3-cü dərəcə referenti

163. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarına əməl olunmasına dövlət orqanının rəhbəri tərəfindən nəzarətin həyata keçirilməsinə aiddir:
1. Dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verməlidir.
2. Bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənməli və bu barədə məlumatları ümumiləşdirməlidir.
3. Tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir.
4. Rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir.
5. Tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir.
6. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparmalı, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib etməlidir.
A) 1, 4, 6
B) 3, 4, 5
C) 2, 5, 6
D) 1, 3, 5

164. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclisin səlahiyyətlərinə aid deyil:
A) Azərbaycan Respublikasının Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi
B) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi
C) fövqəladə və hərbi vəziyyət elan edilməsi
D) müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi

165. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənədlərin hansı nüsxələri imzalanmalıdır?
A) ilk iki nüsxəsi
B) bütün nüsxələri
C) bir nüsxəsi
D) sonuncu nüsxəsi

166. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun “xidməti davranışı” dedikdə nəzərdə tutulur:
A) dövlət qulluqçusunun vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi naminə səylə çalışması
B) dövlət qulluqçusunun qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyəti
C) dövlət qulluqçularının qanunvericiliklə nəzərdə tutulmuş etik davranış qaydalarına əməl etməsi
D) dövlət qulluqçusunun qanunvericiliklə müəyyən olunmuş bütün qaydalara əməl etməsi

167. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həll etdiyi məsələlərə dair qəbul edir:
A) sərəncamlar
B) qanunlar
C) qərarlar
D) fərmanlar

168. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən dövlət qulluğunda qulluq stajının müddəti 1 ildən 5 ilədək olduqda aylıq vəzifə maaşının neçə faizi miqdarında əlavə haqq verilir?
A) 10
B) 20
C) 3
D) 5

169. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda təminatlar sistemi ilə bağlı təsbit olunmuş müddəada nəzərdə tutulmamışdır?
A) Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun birbaşa
və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir.
B) Dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.
C) Dövlət qulluqçusunun yuxarı orqanı tərəfindən müvafiq tədbirlər görülür.
D) Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü tərəfindən müntəzəm təhlil edilir.

170. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxsin statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə, şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etməsi:
A) (bilavasitə) korrupsiya hüquqpozmasıdır
B) korrupsiyaya şərait yaradan hüquqpozma deyil
C) korrupsiya ilə əlaqədar hüquqpozma deyil
D) korrupsiya ilə əlaqədar hüquqpozmadır

171. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət bayrağının təsvirinin istifadəsinə aid deyil:
A) Beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikasının mülki hava gəmilərinin üzərində vurulur.
B) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.
C) Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi blanklarından istifadə edilir.
D) Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.

172. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müqavilənin olmamasına görə məlumatı verməkdən kimlər imtina edə bilməzlər?
A) fiziki və hüquqi şəxslər
B) yalnız hüquqi şəxslər
C) beynəlxalq təşkilatlar
D) dövlət hakimiyyəti orqanları və bələdiyyələr

173. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən attestasiya komissiyası attestasiyanın nəticələri əsasında dövlət qulluqçularına qarşı hansı tədbirlər görür:
1. irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi haqqında tövsiyyə verir
2. tutduğu vəzifədən azad edilməsi barədə tövsiyə verir
3. dövlət qulluqçusunu qazandığı müvəffəqiyyətlərə görə mükafatlandırır
4. attestasiyadan keçən şəxslərin əlavə peşə təhsili keçməsi barədə tövsiyyə verir
5. dövlət qulluqçusunu aşağı vəzifəyə keçirir
A) 1, 2, 5
B) 2, 3, 4
C) 3, 4, 5
D) 1, 2, 4

174. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şərtlərin hansından asılı olmayaraq şəxsin dövlət qulluğuna qəbul edilmək hüququ vardır?
1. təhsilindən
2. sosial mənşəyindən
3. yaşayış yerindən
4. ictimai və digər birliklərə mənsubiyyətindən
5. yaşından
6. əmlak vəziyyətindən
A) 2, 4, 5, 6
B) 1, 2, 5, 6
C) 1, 3, 5, 6
D) 2, 3, 4, 6

175. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Qulluğunu İdarəetmə Şurasının hüquqi statusu ilə bağlı göstərilənlərdən hansı düzgündür?
A) ali kateqoriyalı dövlət orqanıdır
B) dövlət orqanıdır, lakin ictimai əsaslarla fəaliyyət göstərir
C) dövlət orqanıdır
D) dövlət orqanı deyil

176. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən seçki hüquqları məhdudlaşdırıla bilməz:
A) azadlıqdan məhrum edilmiş şəxslərin
B) həkimlərin
C) dövlət məmurlarının
D) hərbi qulluqçuların

177. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıldığı hallarda inzibati ərazi vahidinin adı hansı qaydada yazılır?
A) həm xarici dildə, həm də dövlət dilində şaquli şəkildə eyni sırada verilməlidir
B) əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir
C) əvvəlcə xarici dildə və ondan sonra dövlət dilində verilməlidir
D) dövlət dilində şaquli şəkildə xarici dildə isə üfuqi şəkildə verilməlidir

178. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənədlərin səhifələri hansı qaydada nömrələnməlidir?
A) Rəsmi sənədlərin səhifələrinin nömrələnməsinə yol verilmir.
B) İyirmi və daha çox səhifəsi olan sənədlər ərəb rəqəmləri ilə, digər sənədlər isə birinci səhifədən başlayaraq ərəb və ya rum rəqəmləri ilə nömrələnməlidir.
C) On və daha artıq səhifəsi olan sənədlər ikinci səhifədən başlayaraq rum rəqəmləri ilə nömrələnməlidir.
D) İki və daha artıq səhifəsi olan sənədlər ikinci səhifədən başlayaraq ərəb rəqəmləri ilə nömrələnməlidir.

179. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən normativ hüquqi aktlara aid deyil:
A) Konstitusiya
B) Nazirlər Kabinetinin sərəncamları
C) Nazirlər Kabinetinin qərarları
D) Prezidentin fərmanları

180. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Konstitusiyaya əlavələr Milli Məclisdə qəbul edilir:
A) 83 səs çoxluğu ilə
B) 63 səs çoxluğu ilə
C) 95 səs çoxluğu ilə
D) sadə səs çoxluğu ilə

181. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cinayətlərin törədilməsinə görə məsuliyyətin təyin edilməsinə dair ümumi qaydaları müəyyən edir:
A) Milli Məclis
B) Nazirlər Kabineti
C) Prezident
D) Ali Məhkəmə

182. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri həll edir:
A) Milli Məclis
B) Ombudsman
C) məhkəmələr
D) Ədliyyə Nazirliyi

183. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilmir:
A) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər
B) dövlət orqanlarında müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyeklərində təşkilati-sərəncamverici və ya inzibati- təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
C) yerli özünüidarəetmə orqanlarında təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
D) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və güzəştlər əldə edən şəxslər

184. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətləri hansı cavabda düzgün verilmişdir?
A) Müraciət daxil olduqda, aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən xidməti araşdırma təyin edilir, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır.
B) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən xidməti araşdırma təyin edilir, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır.
C) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən araşdırma aparılır, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır və əlavə materiallar tələb olunarsa bu müddət daha 20 gün artırıla bilər.
D) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən araşdırma aparılır, xidməti araşdırma 30 gün müddətinə başa çatdırılmalıdır və əlavə materiallar tələb olunarsa bu müddət daha 20 gün artırıla bilər.

185. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilən ixtisas dərəcələrindən hansı yardımçı vəzifələrin ikinci təsnifatına aid deyil?
A) dövlət qulluğunun baş referenti
B) dövlət qulluğunun 1-ci dərəcə referenti
C) dövlət qulluğunun böyük referenti
D) dövlət qulluğunun 2-ci dərəcə referenti

186. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Prezident seçilmiş şəxs and içir:
A) Təhlükəsizlik Şurası üzvlərinin iştirakı ilə
B) Nazirlər Kabineti üzvlərinin iştirakı ilə
C) Milli Məclis deputatlarının iştirakı ilə
D) Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə

187. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yalnız referendumla həll edilə bilən məsələlərdir:
A) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi, müharibə elan edilməsi
B) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və
dəyişikliklər edilməsi, idarəetmə formasının və dövlət sərhədlərinin dəyişdirilməsi
C) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi, idarəetmə formasının və dövlət dilinin dəyişdirilməsi
D) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi, dövlət sərhədlərinin dəyişdirilməsi

188. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədlərinə aid deyil?
A) dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlərin tənzimlənməsi
B) dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması
C) vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi
D) dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması

189. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgün deyil:
A) Dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malik deyil.
B) Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
C) Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
D) Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir .

190. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun pensiyasının məbləği asılıdır:
1. dövlət qulluğunda xidmət illərindən
2. dövlət məvacibinin məbləğindən
3. xidməti ezamiyyət müddətində ödənilmiş pul təminatlarından
4. dövlət orqanlarında əlavə ödənişli vəzifə tutma üçün ödənilmiş məvacibdən
A) 1, 3
B) 3, 4
C) 1, 2
D) 2, 4

191. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğu ilə zidd deyil:
A) dövlət qulluqçusunun işlədiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olması
B) dövlət qulluqçusunun qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində
iştirak etməsi
C) dövlət qulluqçusunun işlədiyi dövlət orqanı
rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməsi
D) dövlət qulluqçusunun qulluq vəzifələrini icra etdiyi dövrdə əmanətlərdən, qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürməsi

192. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin ali məqsədi nədir?
A) bilavasitə və nümayəndəli demokratiya təsisatlarının inkişaf etdirilməsi
B) insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin etdirilməsi
C) hakimiyyət bölgüsü prinsipinin təmin edilməsi
D) dövlətin hüquqi əsaslarla idarə olunmasının təmin edilməsi

193. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası vətəndaşlarının əsas vəzifələrinə aiddir:
A) tətil etmək
B) ətraf mühiti qorumaq
C) sərbəst toplaşmaq
D) mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək

194. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin həll etdiyi məsələlərə aid deyil:
A) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər
B) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad
C) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi
D) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi

195. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət hakimiyyəti orqanları tərəfindən müraciətlərin qəbul edilməsi və cavablandırılması işinin elektron formada həyata keçirilməsi ilə bağlı düzgündür:
A) Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.
B) Yerli icra hakimiyyəti orqanları istisna olmaqla digər icra hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.
C) Yalnız məhkəmə və qanunvericilik hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.
D) Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilməz.

196. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında Milli Məclisin qərarı qəbul edilir:
A) 95 səs çoxluğu ilə
B) 83 səs çoxluğu ilə
C) 93 səs çoxluğu ilə
D) 63 səs çoxluğu ilə

197. “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”yə əsasən Dövlət himninin mətn və musiqisi hansı normativ hüquqi aktla təsdiq edilmişdir?
A) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
B) “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
C) “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə” ilə
D) “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə

198. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin 4-cü təsnifatına aiddir:
A) Azərbaycan Respublikasının Hesablama Palatasının Aparatında şöbə müdirinin müavini vəzifəsi
B) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında sektor müdiri vəzifəsi
C) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparat rəhbərinin müavini vəzifəsi
D) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparat rəhbərinin müavini vəzifəsi

199. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna xitam verilə bilər:
A) intizam tənbeh tədbiri qaydasında dövlət qulluğundan azad edildikdə
B) dövlət qulluqçusu əmək qabiliyyətini fasiləsiz olaraq iki ay müddətinə itirdikdə
C) dövlət qulluqçusunun vəzifədən azad edilməsi haqqında Həmkarlar İttifaqı Təşkilatının qərarı olduqda
D) əmək mübahisələri komissiyası dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsi haqqında verilmiş intizam tənbehi tədbirini qüvvədə saxladıqda

200. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 4-cü kateqoriya dövlət orqanıdır:
A) yerli icra hakimiyyəti orqanları
B) ağır cinayətlər məhkəmələri
C) hərbi məhkəmələr
D) inzibati-iqtisadi məhkəmələr

«««««« Əvvəlki Səhifə

Növbəti Səhifə »»»»»»

Bu 100 sualın cavabı:

101. D
102. C
103. C
104. C
105. B
106. A
107. A
108. D
109. C
110. B
111. D
112. D
113. C
114. A
115. C
116. A
117. C
118. C
119. D
120. B
121. C
122. A
123. B
124. A
125. C
126. A
127. B
128. B
129. D
130. A
131. C
132. A
133. B
134. D
135. D
136. C
137. A
138. D
139. C
140. C
141. C
142. C
143. A
144. A
145. D
146. C
147. C
148. C
149. A
150. C
151. D
152. C
153. B
154. D
155. A
156. D
157. B
158. C
159. B
160. A
161. A
162. A
163. B
164. C
165. B
166. B
167. C
168. D
169. C
170. D
171. C
172. D
173. A
174. D
175. D
176. B
177. B
178. D
179. B
180. C
181. A
182. C
183. D
184. B
185. A
186. D
187. D
188. A
189. A
190. C
191. D
192. B
193. B
194. A
195. A
196. B
197. B
198. B
199. A
200. A

 

Dostlarla Paylaş ↓