Qanunvericilik Üzrə Testlər və Cavabları 201-346 (Konistitusiya)

 

Düzgün cavablar qırmizi rəngdə göstərilib.

 

«««««« Əvvəlki Səhifə

 

201. AR Milli Məclisi hansı sessiyalara yığılır?

A) Yaz və yay C) Yaz və qış
B) Yaz və payız D) Payız və qış

 

202. AR Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun neçə deputatının səlahiyyətləri təsdiq edilməzsə, AR Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını AR Konstitusiya Məhkəməsi müəyyən edir?

A) 95 B) 42 C) 83 D) 125

 

203. AR Milli Məclisinin növbədənkənar sessiyalarını AR Milli Məclisinin sədri kimin tələbi əsasında çağırır?

A) AR Prezidentinin və ya AR Konstitusiya Məhkəməsinin 6 hakiminin
B) AR Baş Prokurorunun və ya AR Milli Məclisinin 42 deputatının
C) AR Prezidentinin və ya AR Milli Məclisinin 42 deputatının
D) AR Konstitusiya Məhkəməsinin 6 hakiminin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının

 

204. AR Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini kim müəyyən edir?

A) AR Mərkəzi Seçki Komissiyası
B) AR Konstitusiya Məhkəməsi
C) AR Milli Məclisinin növbədənkənar sessiyasının çağırılmasını tələb edənlər
D) AR Baş naziri

 

205. AR Milli Məclisinin sessiyası kimin tələbi ilə qapalı keçirilə bilər?

A) AR Milli Məclisinin 83 deputatının və ya AR Konstitusiya Məhkəməsinin 6 hakiminin
B) AR Baş prokurorunun və ya AR Prezidentinin
C) AR Milli Məclisinin 83 deputatının və ya AR Prezidentinin təklifi ilə
D) AR Milli Məclisinin 83 deputatının tələbi ilə və ya AR Ali Məhkəməsinin

 

206. AR Milli Məclisinin deputatı hansı hallarda mandatdan məhrum edilir?

1. Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda
2. AR ədliyyə nazirinin təqdimatı əsasında
3. AR vətəndaşlığından çıxdıqda
4. AR Konstitusiya Məhkəməsinin 6 hakiminin təqdimatı əsasında
5. Başqa dövlətin vətəndaşlığını qəbul etdikdə
6. Ezamiyyətdə olduqda

A) 1,2,3 B) 4,5,6 C) 2,3,4 D) 1,3,5

 

207. AR Milli Məclisinin deputatı hansı hallarda mandatdan məhrum edilmir?

1. Cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda
2. Yaxın qohumları dövlət orqanlarında işlədikdə
3. Özü imtina etdikdə
4. Banklarda əmanətlərə malik olduqda
5. Dövlət orqanlarında vəzifə tutduqda

A) 1,2,3 B) 3,4,5 C) 2,3,4 D) 2,4

 

208. AR Milli Məclisinin deputatı hansı hallarda mandatdan məhrum edilmir?

1. Hər hansı təsərrüfat subyektinin səhmlərinə malik olduqda
2. Din xadimi olduqda
3. İnzibati pozuntu törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda
4. Sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda
5. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olduqda

A) 1,3,5 B) 1,2,3 C) 3,4,5 D) 2,3,5

209. AR Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü AR Prezidenti ağır cinayət törətdikdə AR Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə AR Ali Məhkəməsinin neçə gün müddətində verilən rəyi əsasında AR Milli Məclisi qarşısında irəli sürülə bilər?

A) 15 B) 30 C) 10 D) 20

 

210. AR Milli Məclisinin deputatı hansı halda tutula bilər?

A) Yerli özünü idarəetmə orqanına üzv seçildikdə
B) Cinayət başında yaxalanarsa
C) Sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda
D) Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olduqda

 

211. AR Milli Məclisinin deputatının toxunulmazlığına xitam verilməsi prosedurunu seçin:

A) AR Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa onu tutan orqan bu barədə dərhal AR Ali Məhkəməsinin sədrinə xəbər verir və AR Ali Məhkəməsinin sədrinin təqdimatına əsasən AR Milli Məclisi xitam barəsində qərar çıxarır
B) AR Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa onu tutan orqan bu barədə dərhal AR Baş prokuroruna xəbər verir və AR Baş prokurorunun təqdimatına əsasən AR Milli Məclisi xitam barəsində qərar çıxarır
C) AR Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa onu tutan orqan bu barədə dərhal AR Baş prokuroruna xəbər verir və Baş prokurorun qərarı ilə AR Milli Məclisinin toxunulmazlığına xitam verilir
D) Heç biri

 

212. AR Milli Məclisinin işinin təşkilinə aiddir:

A) Öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, nazirliklər, komitələr və komissiyalar təşkil edir, hesablama palatası yaradır
B) Öz iş qaydasını müəyyən edir və öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, hesablama palatası yaradır
C) Öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, hesablama palatası yaradır
D) Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, hesablama palatası yaradır

 

213. AR Milli Məclisinin qəbul etdiyi aktları seçin:

1. Konstitusiya qanunu
2. Fərman
3. Qanun
4. Sərəncam
5. Qərar

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,3,4

 

214. AR Milli Məclisinin deputatları səsvermə hüququnu hansı qaydada həyata keçirirlər?

A) Nümayəndələr vasitəsi ilə
B) Şəxsən
C) Həmkarları vasitəsi ilə
D) Dövlət qulluqçuları vasitəsilə

 

215. AR Milli Məclisi hansı məsələlərə dair qanunları 83 səs çoxluğu ilə qəbul edir?

1. AR Prezidentinin seçkiləri
2. AR Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı
3. AR Milli Məclisinə seçkilər və AR Milli Məclisinin deputatlarının statusu
4. Məhkəmə icraatı, məhkəmə qərarlarının icrası
5. Referendum

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,4,5

 

216. AR Milli Məclisi hansı məsələlərə dair qanunları 63 səs çoxluğu ilə qəbul edir?

1. Məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat
2. Referendum
3. Dövlət təltifləri
4. AR Prezidentinin seçkiləri
5. Fiziki və hüquqi şəxslərin status

A) 1,2,3 B) 3,4,5 C) 2,3,4 D) 1,3,5

 

217. Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu, fövqəladə və hərbi vəziyyət rejimi, mülki hüquq obyektləri, əmək münasibətləri və sosial təminat haqqında qanunlar neçə səs çoxluğu ilə qəbul olunur?

A) 83 B) 95 C) 42 D) 63

 

218. AR Milli Məclisi hansı məsələlərə dair qanunlar qəbul edir?

1. ARespublikası Milli Məclisinin işinin təşkili
2. AR Prezidentinin təqdimatı ilə AR-nın İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi
3. AR Prezidentinin təqdimatı ilə AR diplomatik nümayəndəliklərinin təsis edilməsi
4. AR Prezidentinin təqdimatına əsasən AR-nın hərbi doktrinasının təsdiqi
5. İnzibati ərazi bölgüsü

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 1,3,4

 

219. AR Milli Məclisi hansı məsələlərə dair qanunlar qəbul etmir?

1. AR Prezidentinin təqdimatına əsasən AR Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi
2. Dövlətlərarası və AR qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
3. Konstitusiyada nəzərdə tutulmuş hallarda AR Prezidentinin fərmanlarının təsdiqi
4. AR Prezidentinin təqdimatına əsasən AR dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət
5. Konstitusiyada nəzərdə tutulmuş hallarda AR Prezidentinin sərəncamlarının təsdiqi

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,3,5

 

220. AR Milli Məclisi hansı məsələlərə dair qərarlar qəbul edir?

1. Bələdiyyələrin hesabatlarının dinlənilməsi
2. AR Milli Məclisinin işinin təşkili
3. Referendum təyin edilməsi
4. İnzibati ərazi bölgüsü
5. AR Prezidentinin təqdimatına əsasən AR Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,3,5

 

221. AR Milli Məclisi hansı məsələlərə dair qərarlar qəbul etmir?

1. AR Prezidentinin təqdimatı ilə AR diplomatik nümayəndəliklərinin təsis edilməsi
2. AR Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması
3. Dövlətlərarası və AR qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
4. AR Prezidentinin təqdimatına əsasən AR Konstitusiya Məhkəməsi, AR Ali Məhkəməsi və AR apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi
5. AR Prezidentinin təqdimatına əsasən AR dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,3,5

 

222. AR Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü AR Prezidenti ağır cinayət törətdikdə AR Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə hansı orqanın 30 gün müddətində verilən rəyi əsasında AR Milli Məclisi qarşısında irəli sürülə bilər?

A) AR Mərkəzi Seçki Komissiyasının
B) AR Ali Məhkəməsinin
C) AR Məhkəmə-Hüquq Şurasının
D) Heç biri

 

223. AR Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ kimlərə məxsusdur?

1. AR Milli Məclisinin deputatlarına
2. AR ədliyyə nazirinə
3. AR Prezidentinə
4. Yerli özünü idarəetmə orqanlarının sədrlərinə
5. AR Ali Məhkəməsinə

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) Heç biri

 

224. AR Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ kimlərə məxsus deyildir?

1. AR-nın seçki hüququ olan 40 min vətəndaşına
2. AR Apelyasiya Məhkəməsinə
3. AR Prokurorluğuna
4. AR mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə
5. Naxçıvan MR-nın Ali Məclisinə

A) 1,2,3 B) 3,4,5 C) 2,4 D) 2,4,5

 

225. AR Prezidentinin, AR Ali Məhkəməsinin, AR-nın seçki hüququ olan 40 min vətəndaşının, AR Prokurorluğunun və Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında AR Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri hansı şəkildə müzakirəyə çıxarılır və səsə qoyulur?

A) AR Milli Məclisinin müvafiq komitəsində baxıldıqdan sonra
B) Təqdim olunmuş variantda
C) Qeyri-hökumət təşkilatlarının rəyi əsasında
D) Heç biri

 

226. Qanunvericilik təşəbbüsü qaydasında AR Prezidentinin, AR Ali Məhkəməsinin, AR-nın seçki hüququ olan 40 min vətəndaşının, AR Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin AR Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri neçə ay ərzində səsə qoyulur?

A) 3 B) 2 C) 4 D) 1

 

227. Qanunvericilik təşəbbüsü qaydasında qanun və ya qərar layihəsini AR Prezidenti, AR Ali Məhkəməsi və ya Naxçıvan MR-nın Ali Məclisi AR Milli Məclisinə təcili təqdim edibsə bu müddət neçə gün təşkil edir?

A) 30 B) 20 C) 15 D) Heç biri

 

228. Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində AR Prezidentinə imzalanmaq üçün təqdim edilir?

A) 14 B) 24 C) 54 D) 44

 

229. Təcili elan olunan qanun layihəsi AR-nın Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən neçə saat ərzində təqdim edilir?

A) 36 B) 24 C) 14 D) 34

 

230. Qanunun və AR Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa nə zaman qüvvəyə minir?

A) 24 saat keçdikdən sonra
B) Dərc edildiyi gündən
C) AR Konstitusiya Məhkəməsinin qərarından sonra
D) Heç biri

 

231. AR Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə AR Milli Məclisi bu faktın aydınlaşdırılması üçün hansı orqana müraciət edir?

A) AR Ali Məhkəməsinə
B) AR Mərkəzi Seçki Komissiyasına
C) AR Məhkəmə-Hüquq Şurasına
D) AR Konstitusiya Məhkəməsinə

 

232. AR-da icra hakimiyyəti kimə mənsubdur?

A) Yerli İcra Hakimiyyəti Başçılarına
B) AR Prezidentinə
C) AR Baş nazirinə
D) AR Prezident Administrasiyasının rəhbərinə

 

233. AR Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü AR Prezidenti ağır cinayət törətdikdə hansı orqanın təşəbbüsü ilə AR Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında AR Milli Məclisi qarşısında irəli sürülə bilər?

A) AR Konstitusiya Məhkəməsi
B) AR Mərkəzi Seçki Komissiyası
C) AR Nazirlər Kabineti
D) Heç biri

 

234. AR Prezidenti seçilmiş şəxs AR Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində kimlərin iştirakı ilə and içir?

A) Milli Məclisin deputatlarının
B) AR Konstitusiya Məhkəməsi hakimlərinin
C) Bələdiyyə üzvlərinin
D) AR Ali Məhkəməsinin sədrinin

 

235. AR Prezidentliyinə namizədlərə aid tələbləri seçin:

1. Yaşı otuz beşdən aşağı olmayan
2. Fəxri adlara malik olan
3. AR ərazisində 10 ildən artıq daimi yaşayan
4. Həmkarlar İttifaqının üzvü olan
5. Seçkilərdə iştirak etmək hüququna malik olan

A) 1,2,3 B) 3,4,5 C) 3,5 D) 2,3,5

 

236. AR Prezidentliyinə namizədlərin tələblərinə aid deyil:

1. Ağır cinayətə görə məhkum olunmayan
2. AR Milli Məclisinin deputatı olan
3. Başqa dövlətlər qarşısında öhdəliyi olmayan
4. Həmkarlar İttifaqının üzvü olmayan
5. Ali təhsilli
6. Ali rütbəyə malik olan
7. İkili vətəndaşlığı olmayan

A) 1,2,3 B) 5,6,7 C) 2,3,4 D) 2,4,6

 

237. AR Prezidenti neçə il müddətinə seçilir?

A) 4 B) 7 C) 6 B) 8

 

238. AR Prezidenti səsvermədə neçə səs çoxluğu ilə seçilir?

A) Səsvermədə iştirak edənlərin ən azı 75%-nin səs çoxluğu ilə
B) Səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə
C) Səsvermədə iştirak edənlərin ən azı 65%-nin səs çoxluğu ilə
D) Heç biri

 

239. AR Prezidenti seçkilərinin birinci dövrəsində səs çoxluğunun yarısından çoxu toplanmayıbsa səsvermənin ikinci dövrəsi nə zaman keçirilir?

A) Səsvermə günündən sonra üçüncü bazar günü
B) Səsvermə günündən sonra ikinci bazar günü
C) Səsvermə günündən sonrakı ayın ilk bazar günü
D) Səsvermə günündən sonrakı ayın dördüncü bazar günü

 

240. AR Prezidenti seçkilərinin ikinci dövrəsində hansı namizədlər iştirak edir?

A) Birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd
B) Birinci dövrədə ən çox səs toplamış üç namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn üç namizəd
C) Birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn üç namizəd
D) Birinci dövrədə ən çox səs toplamış üç namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd

 

241. Səsvermənin ikinci hansı namizəd AR-nın Prezidenti seçilmiş sayılır?

A) Səs çoxluğu toplayan
B) Səslərin 50%-ni toplayan
C) Səslərin üçdə ikisini toplayan
D) Səslərin 30%-ni toplayan

 

242. Hansı halda AR Prezidentinin səlahiyyət müddəti uzadıla bilər?

A) Fövqəladə vəziyyət rejiminin sonunadək
B) Müharibə şəraitində hərbi əməliyyatların sonunadək
C) AR Milli Məclisinin deputatlarının səlahiyyət müddətinin sonunadək
D) Heç biri

243. AR Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra neçə gün ərzində AR Konstitusiya Məhkəməsi rəsmən elan edir?
A) 14 B) 24 C) 4 D) 7

244. AR Prezidentinin səlahiyyət müddətinin uzadılması qərarı hansı qaydada verilir?

A) Seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən AR Konstitusiya Məhkəməsi tərəfindən
B) AR Milli Məclisinin müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən
C) Seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən AR Ali Məhkəməsi tərəfindən
D) Heç biri

 

245. AR Prezidenti seçkilərinin yekunları haqqında məlumatı hansı dövlət orqanı elan edir?

A) AR Ali Məhkəməsi
B) AR Konstitusiya Məhkəməsi
C) AR Milli Məclisi
D) AR Nazirlər Kabineti

 

246. AR Prezidenti seçilmiş şəxs AR Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq neçə gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir?

A) 3 B) 10 C) 5 D) 20

 

247. AR Prezidenti öz səlahiyyətlərinin icrasına nə zamandan başlamış sayılır?

A) Seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən
B) And içdiyi gündən
C) İnaqurasiyadan əvvəlki gündən
D) Heç biri

 

248. AR Prezidenti hansı hallarda vaxtından əvvəl vəzifədən getmiş sayılır?

1. İstefa verdikdə
2. Uzunmüddətli ezamiyyətdə olduqda
3. Səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə
4. Məzuniyyətdə olduqda

A) 1,2 B) 3,4 C) 2,4 D) Heç biri

 

249. AR Prezidenti istefa verdikdə onun istefa ərizəsi hara təqdim olunur?

A) AR Ali Məhkəməsinə
B) AR Konstitusiya Məhkəməsinə
C) AR Milli Məclisinə
D) AR Mərkəzi Seçki Komissiyasına

 

250. AR Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə hansı orqan bu faktın aydınlaşdırılması üçün AR Konstitusiya Məhkəməsinə müraciət edir?

A) AR Nazirlər Kabineti
B) AR Mərkəzi Seçki Komissiyası
C) AR Milli Məclisi
D) AR Ali Məhkəməsi

 

251. AR Konstitusiya Məhkəməsi AR Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə qərarı hakimlərin neçə səs çoxluğu ilə qəbul edir?

A) 9 B) 16 C) 6 D) 19

 

252. AR Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə neçə ay ərzində növbədənkənar AR Prezidenti seçkiləri keçirilir?

A) 6 B) 3 C) 4 D) 5

 

253. AR Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə yeni Prezident seçilənədək Prezident səlahiyyətlərini kim icra edir?

A) AR Milli Məclisinin sədri
B) AR Baş naziri
C) AR Prezident Administrasiyasının rəhbəri
D) AR Konstitusiya Məhkəməsinin sədri

 

254. AR Prezidentinin səlahiyyətlərini icra edən AR Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə AR Prezidentinin səlahiyyətlərini kim icra edir?

A) AR Milli Məclisinin sədri
B) AR Konstitusiya Məhkəməsinin sədri
C) AR Prezident Administrasiyasının rəhbəri
D) AR Ali Məhkəməsinin sədri

 

255. AR Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə AR-nın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə AR-nın ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı neçə saat müddətində hansı orqanın təsdiqinə verir?

A) 56 saat ərzində AR Konstitusiya Məhkəməsinin
B) 24 saat ərzində AR Ali Məhkəməsinin
C) 36 saat ərzində AR Təhlükəsizlik Şurasının
D) Heç biri

 

256. AR Prezidentinin səlahiyyətlərini AR Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda hansı orqan AR Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir?

A) AR Konstitusiya Məhkəməsi
B) AR Milli Məclisi
C) AR Ali Məhkəməsi
D) AR Mərkəzi Seçki Komissiyası

 

257. AR Prezidentinin şərəf və ləyaqəti nə ilə qorunur?

A) Konstitusiya qanunu
B) Qanun
C) AR Nazirlər Kabinetinin qərarı
D) AR Konstitusiyası

 

258. AR Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü hansı halda AR Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə AR Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər?

A) AR Prezidentinin şəxsi mülahizəsi əsasında
B) Bələdiyyə sədrləri şurasının qərarı olduqda
C) Ağır cinayət törətdikdə
D) Dövlət Qulluğu İdarəetmə Şurasının qərarı olduqda

 

259. AR Milli Məclisinin deputatlarının neçə səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında AR Prezidenti vəzifədən kənarlaşdırıla bilər?

A) 83 B) 63 C) 42 D) 95

 

260. AR Prezidentinin vəzifədən kənarlaşdırılması üzrə AR Milli Məclisinin qərarını kim imzalayır?

A) AR Baş naziri
B) AR Konstitusiya Məhkəməsinin sədri
C) AR Ali Məhkəməsinin sədri
D) AR Mərkəzi Seçki Komissiyasının sədri

 

261. AR Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar AR Konstitusiya Məhkəməsinin AR Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq neçə ay ərzində qəbul olunmalıdır?

A) 2 B) 3 C) 4 D) 1

 

262. AR Prezidentinin və onun ailəsinin təhlükəsizliyini kim təmin edir?

A) AR Daxili Qoşunlar
B) Xüsusi mühafizə xidmətləri
C) AR Sərhəd Qoşunları
D) Heç biri

 

263. AR Prezidentinin səlahiyyətlərinə aiddir:

1. AR Milli Məclisinə seçkilərin təyin edilməsi
2. Naxçıvan MR-nın Ali Məclisinin sədrinin təyin edilməsi
3. AR dövlət büdcəsinin AR Milli Məclisinin təsdiqinə təqdim edilməsi
4. Bələdiyyə sədrlərinin təyin edilməsi
5. Dövlət iqtisadi və sosial proqramlarının təsdiq edilməsi

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,3,5

 

264. AR Prezidentinin səlahiyyətlərinə aiddir:

1. AR Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edilməsi
2. Naxçıvan MR-nın Baş nazirinin vəzifəyə təyin və vəzifədn azad edilməsi
3. AR dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yardılması
4. Hesablama Palatasının sədrinin təyin edilməsi
5. AR Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edilməsi

A) 1,3,5 B) 3,4,5 C) 1,2,3 D) 1,3,4

 

265. AR Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq neçə gün ərzində imzalayır?

A) 56 B) 24 C) 48 D) 14

 

266. Konstitusiya qanunları hansı hallarda qüvvəyə minmir?

A) AR Konstitusiya Məhkəməsinin sədri tərəfindən imzalamazsa
B) AR Prezidenti tərəfindən imzalanmazsa
C) AR Milli Məclisi tərəfindən 95 səs çoxluğu ilə qəbul olunmazsa
D) Heç biri

 

267. AR Prezidenti AR ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər AR-ya müharibə elan etdikdə, AR-ya qarşı real silahlı hücum təhlükəsi yarandıqda, AR-nın ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda AR-nın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə fərmanı neçə saat müddətində hansı orqanın təsdiqinə verir?

A) 56 saat ərzində AR Konstitusiya Məhkəməsinin
B) 24 saat ərzində AR Ali Məhkəməsinin
C) 36 saat ərzində AR Təhlükəsizlik Şurasının
D) 24 saat ərzində AR Milli Məclisinin

 

268. AR Prezidentinin aktları hansılardır?

1. Fərman
2. Qanun
3. Sərəncam
4. Qərar
5. Akt

A) 1,2 B) 3,4 C) 1,3 D) 4,5

 

269. AR-nın Nazirlər Kabineti hansı məqsədlə yaradılır?

A) AR Prezidentini AR Milli Məclisində təmsil etmək məqsədilə
B) AR Prezidentini beynəlxalq təşkilatlarda təmsil etmək məqsədilə
C) AR Prezidentini Dövlət Qulluğunu idarəetmə Şurasında təmsil etmək məqsədilə
D) AR Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə

 

270. AR Nazirlər Kabineti AR Prezidentinin

A) aşağı icra orqanıdır
B) yuxarı icra orqanıdır
C) təmsilçi orqanıdır
D) Heç biri

 

271. AR Nazirlər Kabineti kimə tabedir?

A) AR Milli Məclisinə
B) AR Prezidentinə
C) AR Təhlükəsizlik Şurasına
D) Qanunlara

 

272. AR Nazirlər Kabinetinin iş qaydasını kim müəyyənləşdirir?

A) AR Milli Məclis
B) AR Prezidenti
C) Özü
D) AR Təhlükəsizlik Şurası

 

273. AR Nazirlər Kabinetinin tərkibi ibarətdir:

A) AR Baş naziri, onun müavinləri, nazirlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
B) AR Baş naziri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və bələdiyyə sədrləri
C) AR Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
D) AR Baş naziri, onun müavinləri və dövlət qulluğunun xüsusi növünə aid mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri

 

274. AR Nazirlər Kabineti nə zaman istefa verir?

A) AR Milli Məclisinin səlahiyyət müddəti bitdikdə
B) AR Prezidenti tutduğu vəzifəsində kənarlaşdırıldıqda və ya istefa verdikdə
C) Yeni seçilmiş AR Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün
D) Heç biri

 

275. AR Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, kim sədrlik edir?

A) AR Prezidentinin Administrasiyasının rəhbəri
B) AR Baş naziri
C) AR Maliyyə Naziri
D) Heç biri

 

276. AR Baş naziri vəzifəyə hansı qaydada təyin edilir?

A) AR Prezidentinin razılığı ilə AR Milli Məclisi tərəfindən
B) AR Milli Məclisinin razılığı ilə AR Prezidenti tərəfindən
C) AR Prezidentinin fərmanı ilə
D) AR Konstitusiya Məhkəməsinin ilə AR Milli Məclisi tərəfindən

 

277. AR Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi AR Prezidenti AR Milli Məclisinin müzakirəsinə nə zaman təqdim edir?

A) AR Prezidenti vəzifələrinin icrasına başladığı gündən iki ay və ya AR Nazirlər Kabinetinin istefa verdiyi gündən bir həftə müddətindən gec olmayaraq
B) AR Prezidenti vəzifələrinin icrasına başladığı gündən bir ay və ya AR Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq
C) AR Prezidenti vəzifələrinin icrasına başladığı gündən 15 gün və ya AR Nazirlər Kabinetinin istefa verdiyi gündən bir həftə müddətindən gec olmayaraq
D) AR Prezidenti vəzifələrinin icrasına başladığı gündən bir həftə və ya AR Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq

 

278. AR Milli Məclisi AR Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən hansı müddət ərzində qəbul edir?

A) Bir həftədən gec olmayaraq
B) İki həftədən gec olmayaraq
C) 10 gündən gec olmayaraq
D) 15 gündən gec olmayaraq

 

279. Aşağıdakılardan hansı hallarda AR Prezidenti AR Baş nazirini AR Milli Məclisinin razılığı olmadan təyin edə bilər?

1. AR Baş naziri vəzifəsinə namizədlik haqqında qərar həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec qəbul edildikdə
2. AR Konstitusiya Məhkəməsinin xüsusi qərarı olduqda
3. AR Prezidentinin təqdim etdiyi namizədlərin AR Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə
4. AR Milli Məclisinin sədrinin narazılığı olduqda

A) 1,2 B) 3,4 C) 2,3 D) 1,3

 

280. AR Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir:

1. AR dövlət büdcəsinin layihəsini hazırlayıb AR Prezidentinə təqdim edir
2. Naxçıvan MR-nın Nazirlər Kabinetinin tərkibini təsdiq edir
3. AR dövlət büdcəsinin icrasını təmin edir
4. İnsan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini təmin edir
5. Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir

A) 1,2,3 B) 3,4,5 C) 2,3,4 D) 1,3,5

 

281. AR Nazirlər Kabinetinin səlahiyyətlərinə deyil:

1. Dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
2. Yerli İcra Hakimiyyəti orqanlarının rəhbərlərini təyin edir
3. Dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir
4. Yerli özünüidarəetmə orqanlarına seçkiləri keçirir
5. Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir

A) 1,2,3 B) 2,4 C) 3,4,5 D) 1,5

 

282. AR Nazirlər Kabinetinin qəbul etdiyi aktları seçin:

1. Fərman
2. Qanun
3. Sərəncam
4. Qərar
5. Protokol

A) 1,2 B) 3,4 C) 4,5 D) 1,3

 

283. AR Baş naziri vəzifəsinə namizədlərə dair tələblər:

A) Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan AR vətəndaşı
B) Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan AR vətəndaşı
C) Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, ikili vətəndaşlığa malik olan şəxs
D) Yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, ikili vətəndaşlığa malik olan şəxs

 

284. AR Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə namizədlərə dair tələblər:

A) Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan AR vətəndaşı
B) Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan AR vətəndaşı
C) Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, ikili vətəndaşlığı olan şəxslər
D) Yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan AR vətəndaşı

 

285. Hansı hal istisna olmaqla AR Baş naziri tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz?

A) Ona həvalə olunmuş vəzifələri icra etməzsə
B) Cinayət başında yaxalanarsa
C) Bilərəkdən dövlət sirri təşkil edən məlumatları yayarsa
D) Heç biri

 

286. AR Baş naziri cinayət başında yaxalanarsa onu tutan orqan bu barədə dərhal kimə məlumat verməlidir?

A) AR Prezidentinə
B) AR Milli Məclisinin sədrinə
C) AR Baş prokuroruna
D) Heç kimə

 

287. AR Baş nazirinin toxunulmazlığına hansı qaydada xitam verilir?

A) AR Baş prokurorunun təqdimatına əsasən AR Milli Məclisi tərəfindən
B) AR Baş prokurorunun təqdimatına əsasən AR Prezidenti tərəfindən
C) AR daxili işlər nazirinin təqdimatına əsasən AR Baş prokuroru tərəfindən
D) Heç biri

 

288. Yerlərdə icra hakimiyyətini kim həyata keçirir?

A) Bələdiyyə sədrləri
B) Yerli icra hakimiyyətlərinin başçıları
C) Mərkəzi icra hakimiyyəti orqanlarının yerli nümayəndələri
D) AR Milli məclisinin deputatları

 

289. İcra hakimiyyəti başçılarını vəzifəyə kim təyin edir?

A) AR Prezidenti
B) AR Baş nazirinin təqdimatı ilə AR Prezidenti
C) AR Prezidentinin təqdimatı ilə AR Milli Məclisi
D) Seçki yolu ilə seçilirlər

 

290. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?

A) AR Milli Məclisi
B) AR Nazirlər Kabineti
C) Bələdiyyə orqanları
D) Heç biri

 

291. AR-da məhkəmə hakimiyyətini hansı məhkəmələr həyata keçirir?

1. AR Konstitusiya Məhkəməsi
2. Fövqəladə məhkəmələr
3. AR Ali Məhkəməsi
4. Səyyar məhkəmələr
5. AR apellyasiya məhkəmələri
6. AR ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri

A) 1,2 B) 3,4,5 C) 1,3,5,6 D) 1,3,4,5

 

292. Cinayət məhkəmə icraatında hansı tərəflər iştirak edir?

A) AR Prokurorluğu və hal şahidləri
B) AR Prokurorluğu və müdafiə tərəfi
C) AR Daxili İşlər Nazirliyinin nümayəndəsi və müdafiə tərəfi
D) AR Ədliyyə Nazirliyinin nümayəndəsi və müdafiə tərəfi

 

293. AR-da hansı məhkəmələrin yaradılması qadağandır?

A) Fövqəladə məhkəmələr
B) İxtisaslaşdırılmış məhkəmələr
C) Apellyasiya məhkəmələri
D) Ümumi məhkəmələr

 

294. Hakimliyə namizədlərə aid tələblər:

A) Yaşı 35-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən AR vətəndaşları
B) Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən AR vətəndaşları
C) Yaşı 35-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli və AR vətəndaşları
D) Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli və AR vətəndaşları

 

295. Hansı hallarda məhkəmələrdə qapalı iclasların keçirilməsinə yol verilir?

A) Açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağı güman edildikdə və ya vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğu müəyyən edildikdə
B) Yalnız AR Ali Məhkəməsinin xüsusi qərarı ilə
C) AR Baş prokurorunun yazılı müraciəti əsasında
D) Heç bir halda

 

296. Ədalət mühakiməsi hanası prezumpsiyasına əsaslanır?

A) Günahsızlıq
B) Təqsirsizlik
C) Bərabərlik
D) Heç biri

 

297. Hakimlərin vəzifədən kənarlaşdırılması ardıcıllığını seçin:

A) Hakimlər cinayət törətdikdə AR Prezidenti AR Ali Məhkəməsinin rəyi əsasında AR Milli Məclisi qarşısında irəli sürə bilər
B) Hakimlər cinayət törətdikdə AR Prezidenti AR Konstitusiya Məhkəməsinin rəyi əsasında AR Milli Məclisi qarşısında irəli sürə bilər
C) Hakimlər cinayət törətdikdə AR Prezidenti AR Konstitusiya Məhkəməsinin rəyi əsasında AR Ali Məhkəməsi qarşısında irəli sürə bilər
D) Heç biri

 

298. Məhkəmənin qəbul etdiyi qərarlar kimin adından çıxarılır?

A) Məhkəmənin C) Dövlətin
B) Qanunun D) Xalqın

 

299. AR Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir?

A) 6 B) 9 C) 10 D) 8

 

300. AR Konstitusiya Məhkəməsinin hakimləri hansı qaydada təyin edilir?

A) AR Ədliyyə Nazirliyinin təqdimatı ilə AR Prezidenti tərəfindən
B) AR Prezidentinin təqdimatı ilə AR Milli Məclisi
C) Seçki əsasında
D) Heç biri

 

301. AR Ali Məhkəməsinin hakimləri hansı qaydada təyin edilir?

A) AR Milli Məclisinin təqdimatı ilə AR Prezidenti tərəfindən
B) AR Prezidentinin təqdimatı ilə AR Milli Məclisi tərəfindən
C) AR ədliyyə nazirinin təqdimatı ilə AR Milli Məclisi tərəfindən
D) Seçki əsasında

 

302. AR apelyasiya məhkəmələri hansı instansiya məhkəmələridir?

A) Aşağı C) Orta
B) Yuxarı D) Yardımçı

 

303. AR Prokurorluğu

A) ərazi və ixtisaslaşdırılmış prokurorların, həmçinin yerli ədliyyə orqanlarının AR Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır
B) ərazi və ixtisaslaşdırılmış prokurorların AR Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır
C) ərazi və ixtisaslaşdırılmış prokurorların AR Baş prokuroruna ikili tabeliyinə əsaslanan orqandır
D) ərazi prokurorların AR Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır

 

304. AR Baş prokurorunu hansı qaydada vəzifəyə təyin edilir?

A) AR Milli Məclisinin razılığı ilə ədliyyə naziri təyin edir
B) AR Milli Məclisinin razılığı ilə AR Prezidenti təyin edir
C) AR Prezidenti razılığı ilə AR Milli Məclisi təyin edir
D) Seçki əsasında

 

305. AR Baş prokurorunun müavinləri, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorlar, Naxçıvan MR Prokuroru hansı qaydada vəzifəyə təyin olunurlar?

A) AR Baş prokurorunun təqdimatı ilə AR Milli Məclisi tərəfindən
B) AR Baş prokurorunun təqdimatı ilə AR Prezidenti tərəfindən
C) AR Baş prokurorunun təqdimatı ilə AR Məhkəmə-Hüquq Şurası tərəfindən
D) Seçki əsasında

 

306. Ərazi və ixtisaslaşdırılmış prokurorlar hansı qaydada vəzifəyə təyin olunurlar?

A) AR Baş prokurorunun təqdimatı ilə AR Milli Məclisi tərəfindən
B) AR Baş prokurorunun təqdimatı ilə AR Prezidenti tərəfindən
C) AR Baş prokurorunun təqdimatı ilə AR Məhkəmə-Hüquq Şurası tərəfindən
D) AR Prezidentinin razılığı ilə AR Baş prokuroru

 

307. Naxçıvan MR-ın statusu nə ilə müəyyən edilir?

A) Naxçıvan MR-ın Konstitusiyası ilə
B) AR Konstitusiyası ilə
C) Qanunla
D) Konstitusiya qanunu ilə

 

308. Naxçıvan MR-ın Konstitusiyası hansı qaydada təsdiq edilir?

A) AR Prezidenti təqdim edilir və Fərmanla təsdiq edilir
B) AR Milli Məclisinə AR Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir
C) AR Prezidenti tərəfindən AR Konstitusiya məhkəməsinə təqdim olunur və qərarla təsdiq edilir
D) Heç biri

 

309. Naxçıvan MR-da hakimiyyətin bölünməsi prinsipini seçin:

A) Naxçıvan MR-nın qanunvericilik hakimiyyətini Nazirlər Kabineti, icra hakimiyyətini yerli icra hakimiyyətləri, məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir
B) Naxçıvan MR-nın qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir
C) Naxçıvan MR-nın qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini apelyasiya məhkəmələri həyata keçirir
D) Heç biri

 

310. Naxçıvan MR-nın ali vəzifəli şəxsi kimdir?

A) Baş Nazir
B) Ali Məclisinin sədri
C) Bələdiyyə sədrləri
D) Heç biri

 

311. Naxçıvan MR-nın Ali Məclisi neçə üzvdən ibarətdir?

A) 42 B) 45 C) 83 D) 63

 

312. Naxçıvan AR Ali Məclisinin səlahiyyət müddəti neçə ildir?

A) 5 B) 4 C) 6 D) Heç biri

 

313. Naxçıvan MR Ali Məclisi hansı məsələlərə dair ümumi qaydalar müəyyən edir?

1. Naxçıvan MR Ali Məclisinə seçkilər
2. Naxçıvan MR ərazisində fəaliyyət göstərən bələdiyyələrə seçkilər
3. Vergilər və sosial təminat
4. Ali xüsusi rütbələrin verilməsi
5. Ətraf mühitin qorunması və turizm

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,3,5

 

314. Hansı məsələlərə dair Naxçıvan MR Ali Məclisi qanunlar qəbul edir?

1. Naxçıvan MR iqtisadiyyatının inkişafı istiqamətləri
2. Naxçıvan MR Ali Məclisinin işinin təşkili
3. Səhiyyə
4. Naxçıvan MR büdcəsinin təsdiqi
5. Elm
6. Naxçıvan MR Nazirlər Kabineti tərkibinin təsdiqi

A) 1,2,3 B) 4,5,6 C) 1,3,5 D) 2,3,5

 

315. Naxçıvan MR Nazirlər Kabinetinin tərkibini hansı qaydada təsdiq olunur?

A) Naxçıvan MR Baş nazirinin təklifi ilə Naxçıvan MR Ali Məclisi tərəfindən
B) Naxçıvan MR Baş nazirinin təklifi ilə Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən
C) Naxçıvan MR Ali Məclisinin sədrinin təklifi ilə AR Prezidenti
D) Heç biri

 

316. Naxçıvan MR Baş naziri hansı qaydada təsdiq olunur?

A) AR Prezidentinin təqdimatına əsasən Naxçıvan MR Ali Məclisi tərəfindən
B) AR Prezidentinin təqdimatına əsasən Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən
C) Naxçıvan MR Ali Məclisinin sədrinin təqdimatına əsasən Naxçıvan MR Ali Məclisi tərəfindən
D) Heç biri

 

317. Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçıları hansı qaydada təyin olunur?

A) Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında AR Prezidenti
B) AR Prezidenti ilə razılaşdırmaqla Naxçıvan MR Ali Məclisi sədri tərəfindən
C) Naxçıvan MR Ali Məclisi tərəfindən
D) Heç biri

 

318. Yerli özünüidarəni hansı orqan həyata keçirir?

A) Yerli İcra Hakimiyyəti
B) Bələdiyyə
C) Mərkəzi İcra Hakimiyyətinin yerli nümayəndələri
D) Heç biri

 

319. Bələdiyyələr hansı əsasda yaradılır?

A) Seçkilər
B) AR Milli Məclisinin qərarı ilə
C) AR Prezidentinin fərmanı ilə
D) Heç biri

 

320. Bələdiyyənin iclaslarını kim çağırır?

A) Bələdiyyənin sədri
B) Yerli İcra Hakimiyyətinin başçısı
C) Bələdiyyənin üzvü
D) Heç kim

 

321. Bələdiyyə iclaslarında baxılan məsələlərə dair hansı aktları qəbul edilir?

A) Qərar
B) Qanun
C) Protokol
D) Akt

 

322. Bələdiyyənin qərarları necə qəbul edilir?

A) Bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə
B) Bələdiyyə sədrinin əmri ilə
C) Yerli İcra Nümayəndəsinin iştirakı ilə
D) Heç biri

 

323. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin neçə səs çoxluğu ilə qəbul edilir?

A) üçdə iki
B) üçdə bir
C) 50+1
D) Heç biri

 

324. Bələdiyyələr öz fəaliyyətləri barəsində hansı orqana hesabat verir?

A) AR Milli Məclisinə
B) AR Prezident Administrasiyasına
C) AR Nazirlər Kabinetinə
D) Heç biri

 

325. AR-nın Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları AR-nın Milli Məclisində neçə dəfə səsə qoyulur?

A) 2 B) 3 C) 1 D) Heş biri

 

326. AR qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların hüquqi qüvvəsinə görə ardıcıllığı aşağıda göstərilən bəndlərin hansında pozulmuşdur?

1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) fərmanlar;
4) qanunlar;
5) AR Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlar

A) 3,4 B) 1,2 C) 5,6 D) 4,5

 

327. AR Konstitusiyası hansı tarixdə qəbul edilib?

A) 1995-ci il noyabrın 12-də
B) 1995-ci il oktyabrın 12-də
C) 1995-ci il noyabrın 22-də
D) Heç biri

 

328. AR Konstitusiyası hansı tarixdən qüvvəyə minib?

A) 1995-ci il noyabrın 27-də
B) 1995-ci il noyabrın 17-də
C) 1995-ci il noyabrın 7-də
D) Heç biri

 

329. AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR-nın hüquq sisteminə daxildirmi?

A) Bəli
B) Xeyir
C) Müstəsna hallarda
D) Heç biri

 

330. Normativ hüquqi aktlar nəyə əsaslanmalıdır?

1. Hüquqa
2. Qanunlara
3. Haqq-ədalətə
4. Şəffaflığa

A) 1,2 B) 3,4 C) 1,3 D) 2,4

 

331. Normativ hüquqi aktların dərc edilməsi qaydası nə ilə müəyyən edilir?

A) Qanun
B) Fərman
C) Qərar
D) Konstitusiya qanunu

 

332. Bələdiyyənin qəbul etdiyi aktın icrası kimlər üçün məcburidir?

A) Onun ərazisində yaşayan vətəndaşlar üçün
B) Onun ərazisində yaşayan hüquqi şəxslər üçün
C) Onun ərazisində yaşayan fiziki şəxslər üçün
D) Heç biri

 

333. AR-nın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə AR-nın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa hansı hüquqi tətbiq edilir?

A) Beynəlxalq müqavilələr
B) AR-nın qanunları
C) AR Prezidentinin Fərmanları
D) Heç biri

 

334. AR Konstitusiyasının mətnində dəyişiklikləri AR-nın Milli Məclisi və ya AR-nın Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən hansı orqanın rəyi alınır?

A) AR Ali Məhkəməsi
B) AR Konstitusiya Məhkəmsi
C) AR Prokurorluğu
D) AR Milli Məclisi

 

335. AR Konstitusiyasına əlavələr hansı şəkildə qəbul edilir?

A) AR-nın Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları
B) AR-nın Milli Məclisində 83 səs çoxluğu ilə qanunlar
C) AR-nın Milli Məclisində 63 səs çoxluğu ilə qanunlar
D) Heç biri

 

336. AR Konstitusiyasına əlavələri kim təklif edə bilər?

1. AR Prezidenti
2. AR Milli Məclisinin azı 63 deputatı
3. AR Prokurorluğu
4. Ali Məhkəməsi

A) 1,2 B) 3,4 C) 1,3 D) 2,4

 

337. AR Konstitusiyasına görə insan və vətəndaş hüquq və azadlıqlarına aiddir:

A) Bərabərlik
B) Vətəni müdafiə
C) Vətənə sədaqət
D) Dövlət rəmzlərinə hörmət

 

338. AR Konstitusiyasına görə insan və vətəndaşların vəzifələrinə aiddir:

A) Müraciət etmək
B) Hüquqi yardım almaq
C) Sərbəst toplaşmaq
D) Tarix və mədəniyyət abidələrinin qorunması

 

339. AR Milli Məclisində 83 səs çoxluğu ilə qanunlar qəbul edildiyi məsələlərdən deyil:

A) AR Prezident seçkiləri
B) AR Milli Məclisinə seçkilər
C) Referendum
D) AR Konstitusiya Məhkəməsi hakimlərinin seçkiləri

 

340. AR Milli Məclisinin həll etdiyi məsələlərə aid deyil:

A) İnzibati ərazi bölgüsü
B) Təhlükəsizlik Şurasının yaradılması
C) Hərbi doktrinanın təsdiq edilməsi
D) İnsan hüquqları üzrə müvəkkilin seçilməsi

 

341. Qanunvericilik təşəbbüsü aid deyil:

A) AR Prezidenti
B) AR Ali Məhkəməsi
C) AR Nazirlər Kabineti
D) Naxçıvan MR Ali Məclisi

 

342. Qanunvericilik təşəbbüsü aiddir:

A) AR Apelyasiya Məhkəməli
B) AR Prokurorluğu
C) AR İnsan hüquqları üzrə müvəkkil
D) AR Mərkəzi Seçki Komissiyası

 

343. AR Prezidentliyinə namizədlərə aid tələblərdən deyil:

A) Yaşı 35-dən aşağı olmaması
B) Heç bir partiyaya üzv olmaması
C) Ali təhsilli olması
D) İkili vətəndaşlığın olmaması

 

344. AR Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətləri yeni prezident seçilənədək birinci və ikinci halda icra edir:

A) 1-AR-nın Baş Naziri; 2-AR Milli Məclisin sədri
B) 1-AR Baş Prokuroru; 2-AR Konstitusiya Məhkəməsinin sədri
C) 1-AR Baş Naziri; 2-AR Baş Prokuroru
D) 2-AR Milli Məclisinin sədri; 2-AR Təhlükəsizlik Şurasının sədri

 

345. AR Prezidentinin səlahiyyətlərinə aiddir:

1. Qanunları imzalayır və dərc edir
2. Dövlət iqtisadi və sosial proqramları təsdiq edir
3. Dövlət büdcəsinin icrasını təmin edir
4. AR Mərkəzi Bankının İdarə Heyəti üzvlərini vəzifələrə təyin və vəzifədən azad edir
5. Ali hərbi və ali xüsusi rütbələr verir

A) 1,2,5 C) 2,4,5
B) 1,3,4 D) 2,3,5

 

346. AR Konstitusiyasına görə Baş Nazir və hakim namizədliyinə aid tələblərdə oxşarlığı seçin:

A) Başqa seçkili vəzifə tuta bilərlər
B) Elmi fəaliyyətlə məşğul ola bilməzlər
C) Yaşları 30-dan aşağı olmamaları
D) Siyasi fəaliyyətlə məşğul ola bilərlər

«««««« Əvvəlki Səhifə

Dostlarla Paylaş ↓