QanunVericilik Haqqında 99 Test!

 

1.Aşağıdakı variantlarda göstərilən məsələlərdən hansı barədə Milli Məclis tərəfindən 63 səs çoxluğu ilə qərar qəbul edilir?
A ) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi.
B ) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;
C ) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;
D ) inzibati ərazi bölgüsü.
2.Azərbaycan dövlətini təmsil edir:
A ) Azərbyacan Respublikasının səfirləri və konsulları
B ) Azərbyacan Respublikasının Prezidenti
C ) Azərbyacan Respublikasının Nazirlər Kabineti
D ) Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi müşavirlər.
3.Yanlış variantı seçin:
A ) Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanlarının müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.
B ) Vəzifəli şəxs tərəfindən sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətlərin belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq verilməsi korrupsiyaya şərait yaradan hüquqpozma hesab olunur.
C ) Hakimlər korrupsiya hüquqpozmaları törətdikdə və bu cinayət məsuliyyəti yaratdıqda korrupsiyaya qarşı mübarizə aparan orqan cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.
D ) Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz

 

4.Azərbaycan dövlətinin təməlini təşkil edir:
A ) Azərbaycan xalqının suverenliyi
B ) Azərbyacan xalqının vahidliyi
C ) hakimiyyətin mənimsənilməsinə yol verilməməsi
D ) bu cavablardan heç biri doğru deyil.

 

5.Yanlış variantı seçin :
A ) vəzifəli şəxs tərəfindən maddi və sair nemətin bazar qiymətindən aşağı qiymətə əldə edilməsi korrupsiya hüquqpozması hesab olunur.
B ) korrupsiya hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər.
C ) Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan imtina etdikdə qanunsuz əldə edilmiş əmlak müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir
D ) Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanlarının iddiası əsasında yalnız məhkəmə tərəfindən ləğv edilə bilər.

 

6.Vəzifəli şəxslər tərəfindən mənbəyi, növü və məbləği göstərilməklə hər il öz gəlirləri barədə qəsdən təhrif edilmiş məlumatların təqdim olunması aşağıdakı hansı məsuliyyətə səbəb ola bilər?
A )inzibati məsuliyyətə
B ) mülki-hüquqi məsuliyyətə
C ) intizam məsuliyyətinə
D ) cinayət məsuliyyətinə

 

7.Yanlış variantı seçin:
A ) Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi korrupsiya hüquqpozması hesab olunur.
B ) Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada şərti maliyyə vahidinin min misli miqdarından yuxarı olan borcu barədə məlumatları təqdim etməlidirlər.
C ) Vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə, şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etməsi korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.
D ) Yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər korrupsiyaya hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir.

 

8.Korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər:
A ) Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası
B ) Hüquq-mühafizə orqanları
C ) Bütün dövlət orqanları və vəzifəli şəxslər
D ) Hamısı

 

9.Yanlış variantı seçin:
A ) Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi korrupsiya hüquqpozması hesab olunur.
B ) Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada şərti maliyyə vahidinin min misli miqdarından yuxarı olan borcu barədə məlumatları təqdim etməlidirlər.
C ) Vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə, şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etməsi korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.
D ) Yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər korrupsiyaya hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir.

 

10.Doğru olanı seçin:
A ) dövlət qulluqçusu tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə digər tərəf ola bilər.
B ) dövlət qulluqçusu dövlət maaşının məbləğinin artırılması iddiasında ola bilməz
C ) dövlət qulluqçusu icarədən gəlir götürə bilməz
D )dövlət qulluqçusu yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili ola bilməz.

 

11.Aşağıdakılardan hansı dövlət qulluqçularının məlumatlardan istifadə ilə bağlı davranış qaydalarına aid deyil?
A ) Dövlət qulluqçusu dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
B ) Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada yayılması mümkünlüyünü təmin etməlidir.
C ) Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz
D ) bu cavabların hamısı doğrudur.

 

12.İnzibati vəzifənin 4-cü təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hansıdır?
A. 1-ci dərəcə dövlət muşaviri
B. 3-cü dərəcə dövlət müşaviri
C. Dövlət qulluğunun baş muşaviri
D. Dövlət qulluğunun muşaviri

 

13.Aşağıdakı fikirlərdən hansı doğru deyil?
A ) Dövlət qulluqçusu siyasi birliyə üzv olmaq hüququna malik deyil
B) Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa borcludur.
C ) Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
D ) Dövlət qulluqçusu dövlət orqanlarının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən çəkinməlidir.

 

14.Aşağıdakılardan hansı maraqların toqquşmasına aiddir?
A ) Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir
B ) Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
C ) Dövlət qulluqçusunun korrupsiyaya qarşı mübarizə haqqında qanuna əməl edilməsi ilə bağlı hər hansı suali yarandıqda, bu barədə birbaşa rəhbərinə müraciət etməlidir
D ) Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

 

15.Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunarsa:
A ) o, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir
B ) dövlət qulluqçusu onlardan imtina etməlidir.
C ) maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir
D ) Bütün cavablar düzgündür

 

16.Milli Televiziya və Radio Şurasının Aparatı rəhbərinin müavini vəzifəsinin tutulması üçün keçirilən müsahibədə aşağıdakı variantlarda göstərilən hansı şəxslər iştirak edə bilərlər?
1. Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti orqanların aparatlarında bölmə rəhbərlərinin müavinləri
2. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatının mütəxəssisləri
3. Yerli İcra Hakimiyyəti orqanları bölmə rəhbərləri
4. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin mütəxəssisləri
5. Yerli İcra Hakimiyyəti orqanları rəhbərinin müavinləri
A) 1, 2 B )2, 5 C) 1, 5 D ) 3, 4 E) 3, 5

 

17.Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyarlarının yaradılması formaları və qaydaları kim tərəfindən müəyyənləşdirilir?
A. Milli məclis
B. Milli Televiziya və Radio Şurası
C. Müvafiq icra hakimiyyəti
D. Ombudsman

 

18.informasiya əldə etmək haqqında qanuna əsasın əldə ediləsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə hansılardır?
A. Məxfi və tam məxfi
B. Məxfi və gizli
C. Məxfi və xüsusi əhəmiyyətli
D. Məxfi və qeyri məxfi

 

19.NMR-nin Mərkəzi İcra Hakimiyyəti orqanları aparat rəhbəri inzibati vəzifəsinin tutulması hansı qaydada aparılır?
A ) müsabiqə və müsahibə yolu ilə
B ) müsahibə və qulluqda yüksəliş yolu ilə
C ) yalnız müsabiqə yolu ilə
D ) yalnız müsahibə yolu ilə

 

20.Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin aparatında bölmə rəhbərinin müavini inzibati vəzifəsinin tutulması hansı qaydada aparılır ?
A ) müsabiqə və müsahibə yolu ilə
B ) müsabiqə və qulluqda yüksəliş yolu ilə
C ) müsahibə və qulluqda yüksəliş yolu ilə
D ) yalnız müsahibə yolu ilə

 

21.Nazirlər Kabineti tərəfindən müəyyən edilmir:
A ) Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin
məhv edilməsi qaydası,
B ) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət Forması
C ) Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatını nəzərdə tutan qaydaların təsdiqi.
D ) Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının yoxlanılması qaydası.

 

22.Dövlət qulluqçularına qadağan olunmur :
A )qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan elmi və yaradıcılıq fəaliyyəti fəaliyyətlə məşğul olmaq.
B ) qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etmək
C ) Yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmaq
D ) dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək
23.Aşağıdakı fikirlərdən hansı yanlışdır?
A ) dövlət qulluqçusunun şəxsi təşəbbüsü onun əlavə təhsil alması üçün əsasdır.
B ) dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.
C) dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını həftədə əvəzi ödənilmədən 5 saata qədər artıra bilər
D ) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları aparatlarında çalışan mütəxəssislər ilk dəfə inzibati vəzifəyə təyin edildikdə onlara 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilir.
24.Attestasiyanın keçirilməsinin müddətləri hansı qurumla razılaşdırılmaqla müvafiq dövlət orqanə tərəfindən təsdiq edilir
A) Dovlət Qullugunu İdarəetmə Şurası ilə
B ) Tabeçilik qaydasında yuxarı dövlət orqanı ilə
C) Attestasiya komissiyasının sədri ilə
D) Bu cavablardan heç biri düz deyil
25.Konstitusiya məhkəməsi öz səlahiyyətinə aid edilən məsələlərə dair hansı aktı qəbul edir?
A) Qətnamə
B) Qərardad
C) Qərar
D) Hökm

 

26.Konstitusiyaya əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə kimin borcudur?
A) Onların ailə üzvlərinin
B) Dövlətin
C) Cəmiyyətin
D) Bələdiyyənin

 

27.Mərkəzi İcra Hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin rəhbərlərinin müavinlərinə inzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı hansı ixtisas dərəcələri verilə bilər?
A) 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri
B ) dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri
C) 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri
D) dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu
28.Aşağıdakılardan hansı yardımçı vəzifə deyil?
A) Baş mütəxəssis
B) Baş məsləhətçi
C) Böyük mütəxəssis
D) Aparıcı mütəxəssis
29.Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycanda nəyin rəmzidir?
A) Ərazi bütövlüyünün
B) Dövlət suverenliyinin
C) Dövlətin müstəqilliyinin
D) Xalqın vahidliyinin
30.Normativ hüquqi aktlar haqqında konstitusiya qanununa görə verilmiş səlahiyyətin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi akt qəbul edən orqan nəyə istinad etməlidir?
A)Daxili nizam intizama
b)həmin səlahiyyətin verilməsi haqqında normativ hüquqi akta
c)həmin Səlahiyyətin verilməməsi haqda normativ hüquqi akta
d)həmin səlahiyyət verilməsi haqda normativ akta
31.Azərbaycan Respublikasının Konstitusiyasina görə məhkəmənin qəbul etdiyi qərarlar kimin adından çıxarılır?
A) Respublikanın
B) Məhkəmənin
C) Dövlətin
D) Xalqın
32.Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada
A) inzibati məsuliyyət daşıyır.
B) cinayət məsuliyyətinə cəlb oluna bilər.
C) intizam məsuliyyətinə cəlb olunur.
D) maddi məsuliyyət daşıyır.
E) müvəqqəti işdən uzaqlaşdırılır.
33.Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı fikirlərdən biri səvhidir.

A) Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
B) Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilmir.
C) Dövlət qullu
qçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işinə əlavə edilir.
D) kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı dövlət qulluqçusunun xidməti fəaliyyətini qiymətləndirən meyarlardan biridir.
E) Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə alınır.

 

34.Azərbaycan Respublikasında dövlət hakimiyyəti xarici məsələlərdə
A) yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
B) yalnız hüquqla məhdudlaşır.
C) beynəlxalq müqavilələr və hüquqla məhdudlaşır.
D) Heç biri doğru deyil.
35. Yalnış olan bəndi tapın.
A) Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinın sədri təyin edir.
B) Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.
C) Bələdiyyənin iclaslarında baxılan məsələlərə
dair qərarlar qəbul edilir.
D) Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
E) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

 

36. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunun əhatə dairəsi
A) Bu qaydalar inzibati vəzifə tutan dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.
B) Bu qaydalar dövlət qulluğunda olan bütün şəxslərə şamil edilir.
C) Bu qaydalar Azərbaycan Respublikasının bütün vətəndaşlarına şamil edilir.
D) Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.
E) dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilir.
37.Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə

A) sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina etməlidir.
B) bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir.
C) birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq aldıqdan sonra, sərəncam və ya tapşırığı yerinə yetirməlidir.
D) o, birbaşa rəhbərinə bu əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olması haqda məlumat verməlidir.

 

38.Maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı fikirlərdən biri səvhidir.

A) Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
B) Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq ol
araq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borclu deyil.
C) Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir.
D) Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.
E) Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır.

 

39.Dövlət qulluqçusu ilə bağlı yalnış fikri seçin.
A) xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
B) dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
C) xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların əldə olunması və yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir.
D) qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
E) bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
40.Azərbaycan Respublikasında dövlət dili haqqında qanuna əsasən aşağıdakı fikirərdən biri yalnışdır.
A) Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
B) Müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.
C) Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.
D) Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır.
E) Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
41. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunmur.
A) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində
B) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında.
C) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında
D) Azərbaycan Respublikası Milli Bankının buraxıldığı kağız və metal pul nişanlarında, Azərbaycan Respublikasının qiymətli kağızlarında
E) Dövlət istiqraz vərəqələrində və lotereya biletlərində
42.Məlumatların dövlət sirrinə aid edilməsi qaydalarını müəyyən edir.
A)Məhkəmələr
B) Konstitusiya Məhkəməsi
C) Azərbaycan Respublikası Milli Məclisi
D) müvafiq icra hakimiyyəti orqanı
43. Vəzifəli şəxsin və vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması aşağıdakını nəzərdə tutmur.
A) ona etibar edilmiş dövlət sirri təşkil edən məlumatların yayılmaması barədə dövlət qarşısında öhdəlik götürməsini
B) bu Qanunla nəzərdə tutulmuş əmək haqqına əlavələrin və onların verilməsi qaydasının müəyyənləşdirilməsini
C) dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri tə
rəfindən dövlət sirri ilə işləməyə buraxılma haqqında qərar qəbul edilməsini.
D) onun barəsində səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməsini
E) dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış olmasını

 

44. Dövlət sirrinə aid edilməyən və məxfiləşdirilməyən məlumatlar
A) hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında
B) pul əskinaslarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin dövlətin maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında.
C) dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin pozulması faktları haqqında.
D) Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi
əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
45. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydasını
A) Azərbaycan Respublikasi Milli Məlisi müəyyən edir.
B) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
C) Azərbaycan Respublikasının beynəlxalq diplomatik nümayəndəlikləri müəyyən edir.
D) Azərbaycan Respublikası Nazirlər Kabineti
E) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
46. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci neçə gün ərzində baxılır?

A) 10
B) 7
C) 15
D) 14
E) 12
47. Yalnış bəndi tapın.

A) Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.
B) Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
C) Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilir və ödənilir.
D) Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər Fizioloji keyfiyyətləri ilə bağlı işçilər, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər və Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərə verilmir.
48. Arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — hansı müddətdə ödənişsiz məzuniyyətlər verilir?
A) 7 təqvim gününədək
B) 14 təqvim gününədək
C) bir təqvim ayınadək
D) 10 təqvim gününədək
E) 21 təqvim gününədək
49.Naxchivan Muxtar Respublikasi Iqtisad Mehkemesi dovlet orqanlarinin nechenci tesnifatina aiddir?
A) ali B) 3 C) 2 D) 1 E) 4
50.Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada

A) inzibati məsuliyyət daşıyır.
B) cinayət məsuliyyətinə cəlb oluna bilər.
C) intizam məsuliyyətinə cəlb olunur.
D) maddi məsuliyyət daşıyır.
51. Dövlət qulluqçuları üçün göstərilənlərdən biri təminata aid deyil.

A) qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;
B) lazımi qulluq şəraiti; haqqı ödənilən məzuniyyət;
C) icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;
D) dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.
E) dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;

 

52.Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilər.
A) bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
B) onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;
C) qanunvericiliklə müəyyən edilmiş başqa hallar olmadıqda.
D) barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
E) məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
53. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını

A) Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri təyin edir.
B) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.
C) Azərbaycan Respublikasının Prezidentinin razılığına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri təyin edir.
D) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin razılığına əsasən Azərbaycan Respublikasının Prezidenti təyin edir.
E) Naxçıvan Muxtar Respublikası Baş Nazirinin razılığına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri təyin edir.

 

54. Naxçıvan Muxtar Respublikasının Baş nazirini

A) Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri təsdiq edir.
B) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin təklifi ilə Azərbaycan Respublikası Prezidenti təyin edir.
C) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədri təyin edir.
D) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti təyin edir.
E) Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
55. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini

A) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Baş naziri təsdiq edir.
B) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Baş naziri təsdiq edir.
C) Naxçıvan Muxtar Respublikası Baş nazirinın təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
D) Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
E) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
56. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılardan birinə dair ümumi qaydalar müəyyən etmir.

A) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər
B) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri
C) Naxçıvan Muxtar Respublikasında vergilər
D) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi
57. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir.

A) 63
B) 43
C) 86
D) 46
E) 83
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı fikirlərdən biri yalnışdır.

A) maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir
B) Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinin təsdiqinə verir.
C) dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
D) dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir
E) nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.
59. Aşağıdakılardan biri tam düzgün göstərilməyib.

A) Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürü
lə bilər.
B) Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır.
C) Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.
D) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırılır.
E) zərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir.

 

60. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna mənsub deyil.

A) Azərbaycan Respublikası Milli Məclisinin deputatların
B) Azərbaycan Respublikasının Prezidentin
C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
D) Azərbaycan Respublikasının Ali Məhkəməsi
E) Azərbaycan Respublikasının Prokurorluğu
61. Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

A) ödənişli fəaliyyətlə məşğul olan şəxslər
B) din xadimləri olmayan şəxslər
C) Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı
D) fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilməyən
E) başqa dövlətlər qarşısında öhdəliyi olmayan
62. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə

A) Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.
B) qanunlar və qərarlar qəbul edir.
C) Sərəncam və fərmanlar qəbul edir.
D) Yalnız qanunlar qəbul edir.
E) Yalnız qərarlar qəbul edir.
63. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı fikirlərdən biri yalnışdır.

A) Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.
B) Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
C) Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
D) Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
E) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri yalnız Konstitusiya Məhkəməsi həll edə bilər.

 

64. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən

A) Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
B) Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.
C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
D) Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən qəbul edilir.
E) Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilir.

 

65. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aşağıdakı məsələlərdən birini həll etmir.
A) muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir
B) muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
C) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi
D) muxtar respublikanın büdcəsini icra edir
E) Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri
66. Yalnış olan bəndi tapın.

A) Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinın sədri təyin edir.
B) Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.
C) Bələdiyyənin iclaslarında baxılan məsələlərə
dair qərarlar qəbul edilir.
D) Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
E) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

 

67. Qanunvericilik sisteminin normativ hüquqi aktlarının ardcıllığı pozulmuşdur.

A) Konstitusiya
B) referendumla qəbul edilmiş aktlar
C) fərmanlar
D) qanunlar
E) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
68. Azərbaycan Respublikasinin Konstitusiyasinda dəyişikliklər ilə bağlı fikirlərdən biri yalnışdir.

A) Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutul
duğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
B) Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.
C) Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.

 

69. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı neçə deputatı təklif etəməlidir?

A) 83
B) 63
C) 43
D) 95
E) 46
70. Təqsirsizlik prezumpsiyası ilə bağlı fikirlərdən biri səvhidir.

A) Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
B) Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
C) Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilir.
D) Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
E) Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır.
71. Dövlətin idarə olunmasında iştirak etmək hüququ ilə bağlı fikirlərdən biri səvhidir.

A) Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır.
B) Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.
C) Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər.
D) Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər.
E) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qəbul oluna bilməzlər.
72.Düzgün olmayan variantı seçin.

A) Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 20 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
B) Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
C) Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.
D) Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
E) Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

 

73. Yalnış bəndi tapın.

A) Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
B) Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın bir üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
C) Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
D) Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
E) Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.

 

74. Azərbaycan dövlətinin başçısı ilə fikirlərdən biri səvhidir.

A) Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
B) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
C) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
D) Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
E) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

 

75. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini

A) mənimsəmək xalqa qarşı ən ağır cinayətdir.
B) mənimsəyə bilməz.
C) öz maraqları üçün istifadə edə bilməz.
D) mənimsəmək xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququnu vermir.
E) heç bir bənd düzgün deyil.
76.Azərbaycan xalqının suveren hüququdur.

A) bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirmək
B) Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll etmək
C) Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq
D) Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
E) ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
77.Azerbaycan Respublikasının Əmək Məcəlləsi şamil edilmir:
A) AR Prezidenti aparatinin ishçilərinə
B) məhkəmə hakimlərinə
C)konstitusiya məhkəməsinin işçilərinə
D) MSK aparatının işçilərinə
78. Quvvədə olan siyahını təsdiq etmiş dovlət hakimiyyəti orqanı daxil olmuş təkliflərin hansı müddətdə ekspertizasını təşkil etməli və qüvvədə olan siyahıya əlavə (dəyişikliki) edilməsi və ya məlumatlara ilkin qaydada verilmiş məxfiliyin götürülməsi barədə qərar qəbul etməlidir.
A) 1 ay ərzində
B) 2 ay ərzində
C) 3 ay ərzində
D) 15 gun ərzində
E) 20 gun ərzində
79.Azərbaycan Respublikasının Dövlət gerbi haqqında qanuna əsasən aşağıdakılardan biri səvhdir.
A) Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizgüşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
B) Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqlari yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
C) Bu Əsasnamədə gostərilən hallardan başqa Azerbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azerbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər.
D) Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası müvafiq qanunla müəyyən edilir.
E) Azerbaycan Respublikasının Dövlət gerbi Azerbaycan dövlətinin müstəqilliyi rəmzidir.

 

80.Yanlış bəndi göstərin.
A) Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları Azərbaycan Respublikasının Prezidenti heyata keçirir.
B) Daha aşaği təsnifatdan olan vəzifəyə keçirilməsi səlahiyyətini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
C) Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası Azerbaycan Respublikasınin Prezidenti tərəfindən muəyyən edilir.
D) Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şexslə bağlanan əmək müqaviləsinin numunəsi dövlət orqanı tərəfindən müəyyən edilir.
90.Düzgün olan fikri tapın.

A) Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmağı qadağandır.
B) Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklerin ve dini təşkilatların fəaliyyətinde iştiraka təhrik etməlidir.
C) Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən ve səlahiyyətlərindən özünun və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.
D) Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini teshkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək hüququ vardır.
E) Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə istifadə etmək hüququvardır.

 

91. Yanlış bəndi tapın.

A) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanına məlumat verir.
B) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir.
C) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür.
D) Hakimlər göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə məlumat verir.

 

92. İnzibati vəzifələrin tutulması haqqında bildirilən fikrlərdən biri səvhidir.

A) İnzibati vəzifələrin birinci – beşinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması yalnız müsahibə yolu ilə həyata keçirilir.
B) Daxili müsahibənin keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur.
C) Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında müsabiqə keçirilə bilər.
D) Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
E) Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.

 

93.Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını

A) Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.
B) Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Milli Məclisinin 63 deputatının tələbi əsasında çağırır.
C) Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.
D) Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.
E) Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 63 deputatının tələbi əsasında çağırır.

 

94. Azərbaycan Respublikasının Baş nazirini

A) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
B) Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikası Milli Məclisi təyin edir.
C) Azərbaycan Respublikası Milli Məclisinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
D) Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi təyin edir.
E) Heç biri.
95. Yalnış olan bəndi tapın.

A) Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinın sədri təyin edir.
B) Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.
C) Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.
D) Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
E) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

 

96. Yalnış bəndi tapın.

A) Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
B) Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın bir üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
C) Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
D) Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
E) Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir

 

97. Təhsil hüququ ilə bağlı fikirlərdən biri yalnışdir.

A) Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
B) Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
C) Dövlət maksimum təhsil standartlarını müəyyən edir.
D) Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
98. Azərbaycan dövlətinin başçısı ilə bağlı fikirlərdən biri səvhidir.

A) Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
B) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
C) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
D) Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
E) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

 

99.Göstərilənlərdən biri Azərbaycan Respublikasinin Konstitusiyasının maddələrindən biri deyil.

A) Xalq hakimiyyəti
B) Xalqın suverenliyi
C) Xalqı təmsil etmək hüququ
D) Xalqın vahidliyi
E) Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi

Dostlarla Paylaş ↓