QanunVericilik 40 Test!

Qeyd: Düzgün Cavabların Qarşısında R- işarəsi var

1. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikasına sadiq qalacağına and içmiş şəxslər hansı halda həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz?

R-A)Dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa
B)Dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilmiyibsə və bu ittiham əsasında məhkum olunubsa
C)Dövlətə qarşı hücumun qarşısını alıbsa, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham olunmuyubsa və bu ittiham əsasında məhkum olunmuyubsa
D)Dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunmuyuubsa

 

2. Göstərilən orqanlardan hansı 3-cü kateqoriya dövlət orqanıdır?

A)Naxçıvan Muxtar Respublikasının Prokurorluğu
R-B)Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komisiyası
C)Məhkəmə-Hüquq Şurasının Aparatı
D)Qazax rayon icra hakimiyyəti

 

3. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununa əsasən aşağıdakılardan hansı vəzifəli şəxs olaraq korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti deyil?

A)Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər
B)inzibati vəzifə tutan dövlət qulluqçuları
C)yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
R-D)öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər

 

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri ilə bağlı səhvdir?

A)İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.
B)İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu vəişçinin razılığı ilə göndərə bilər.
R-C)Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilmir
D)İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir

 

5. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərdən hansılara dair ümumi qaydalar müəyyən edir?
1. fiziki və hüquqi şəxslərin statusu
2. referendum təyin edilməsi
3. dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
4. beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
5. dövlət qulluğu
6. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
7. amnistiya

8. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi

A)1,3,5
R-B)1,4,5
C)4,6,8
D)2,7,8

 

6. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair fərdi məlumatlar hansılardır?
1. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar
2. övladlığa götürmə ilə bağlı məlumatlar
3. sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar
4. sağlamlıq vəziyyəti haqqında məlumatlar
R-A)1,2
B)2,3
C)3,4
D)1,4

 

7. Aşağıdakı məsələlərdən hansıların həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir?
1. inzibati ərazi bölgüsü
2. dövlət qulluğu
3. məhkəmə quruluşu və hakimlərin statusu
4. referendum təyin edilməsi
5. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
6. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu
7. beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
8. maliyyə fəaliyyətinin əsasları
9. dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi

A)1,4,5,6,
B)2,3,7,8
R-C)1,4,5,9
D)2,5,7,9

 

8. Dövlət qulluğu

R-A)Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
B)Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının öz vəzifə yerinə yetirməsidir
C)dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutuan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilən vəzifədir
D)Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlət qulluqçularının öz vəzifə məqsədlərini yerinə yetirməsidir

 

9.Dövlət qulluqçusuna qarşı hansı intizam tənbeh tədbirləri görülə bilər?
1. töhmət
2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması
3. altı ay müddətinədək vəzifə maaşının 20 faizindən 50 faizinədək azaldılması
4. Daha yuxarı dərəcəli işə keçirilməsi
5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması
6. “Dövlət qulluğunda fərqlənməyə görə” medalından məhrum edilməsi
A)1,5,6
R-B)1,2,5
C)3,4,6
D)2,4,5

 

10. Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətlərinə aid məsələlərdən hansıların həllinə dair 63 səs çoxluğu ilə qanunlar qəbul edir?
1. referendum təyin edilməsi
2. Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi
3. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət
4. inzibati ərazi bölgüsü
5. məhkəmə quruluşu və hakimlərin statusu
6. Azərbaycan Respublikası Milli Məclisin işinin təşkili
7. əmək münasibətləri və sosial təminat
8. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının status

R-A)3,4,6
B)1,5,7,8
C)1,2,4
D)1,5,7,8

 

11.“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma anlayışı hansıdır?

A)informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsilə məlumatlarla tanış olması qaydasıdır
B)dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərlə bağlı buraxılma
R-C)vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydasıdır;
D)səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır

 

12. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında dövlət qulluqçularına qarşı hansı tədbirlər görür:
1. dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması barədə tövsiyələr verir
2. tutduğu vəzifədən azad edilməsi barədə tövsiyələr verir
3. dövlət qulluqçusunu qazandığı müvəffəqiyyətlərə görə mükafatlandırır
4. attestasiyadan keçən şəxslərin ixtisasının yüksəldilməsi barədə təkliflər verir
5. dövlət qulluqçusunu aşağı vəzifəyə keçirir
A)2,3,4
R-B)1,2
C)3,4
D)1,3,5

 

13. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı mülkiyyətin hansı növünə əsaslanır?

A)Bazar iqtisadiyatına əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
B)Sosial yönümlü iqtisadiyyata əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
R-C)müxtəlif mülkiyyət növünə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
D)Kapitalist iqtisadiyyata əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir

 

14. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən göstərilən ixtisas dərəcələrindən hansı yardımçı vəzifələrin üçüncü təsnifatına aiddir?

A)dövlət qulluğunun kiçik referenti
B)dövlət qulluğunun baş referenti
C)dövlət qulluğunun böyük referenti
R-D)dövlət qulluğunun 2-ci dərəcə referenti

 

15.“ Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən hansı qeyri-normativ hüquqi akt sayılır?

A)Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
R-B)Azərbaycan Respublikası Prezidentinin sərəncamları
C)Azərbaycan Respublikası Qanunları
D)Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları

 

16.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı neçə ay əvvəl işçini rəsmi xəbərdar etməlidir?

A)üç ay
B)bir ay
R-C)iki ay
D)altı ay

 

17. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa görə Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi ilə bağlı hansı düzdür?

A)xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi Azərbaycan Respublikasının xarici siyasətini əsas hədəfidir
R-B)Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır
C)Azərbaycan Respublikasının beynəlxalq yazışmaları ingilis dilində aparılır
D)Azərbaycan Respublikasının dövlət dilinin əlifbası kril qrafikalı Türk əlifbasıdır

 

18. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşğıda göstərilənlərdən hansı qanunla müəyyən еdilmiş qaydada əməliyyat-aхtarış fəaliyyəti zamanı əldə еdilən məlumatlar, habеlə cinayət işinin istintaqı ilə əlaqədar tоplanılan məlumatlar istisna оlmaqla şəхsiyyətin оnun haqqında məlumatın tоplanması ilə əlaqədar hüququ deyil?

A)onun haqqında toplanan məlumatla tanış olmaq
B)məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək
C)məlumatda dəqiqləşdirmələr aparilmasını tələb etmək
R-D)Məlumatın toplanmasına icazə verməmək

 

19. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları:

A)Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti fərmanlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir
R-B) Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir
C) Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə fərmanlar qəbul edir
D) Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərardadlar, başqa məsələlər üzrə əmrlər qəbul edir

 

20. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən göstərilənlərdən hansı inzibati vəzifələrin dördüncü təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

A)dövlət qulluğunun baş müşaviri
B)dövlət qulluğunun baş referenti
C)2-ci dərəcə dövlət qulluqçusu
R-D)dövlət qulluğunun müşaviri

 

21. Aşağıdakılardan hansılar qanunvericilik təşəbbüsü hüququna malikdir?

1. Azərbaycan Respublikası Ali Məhkəməsi
2. Azərbaycan Respublikasının Prezidenti
3. Azərbaycan Respublikası Milli Məclisinin deputatları
4. Azərbaycan Respublikasının Prokurorluğu
5. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

A)1,3,6
B)2,4,5
C)1,5,6
R-D)1,2,4

 

22. Dövlət məvacibinin məbləği asılıdır ?
1. məsuliyyət dərəcəsindən
2. sosial sığorta haqlarından
3. səlahiyyət həcmindən
4. ezamiyyət xərclərindən
5. qulluq stajından
6. dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavələrdən
7. tələb olunan peşəkarlıq səviyyəsindən
8. attestasiyanın nəticəsindən
R-A)1,3,5,7
B)2,4,7,8
C)1,3,6,8
D)3,5,7,8

 

23. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində hansı halda qaldırlmıır?

R-A)Azərbaycan Respublikasının matəm günlərində
B)Azərbaycan Respublikasının bayram günlərində
C)hərbi andiçmə mərasimində
D)hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda

 

24. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra aşağıda qeyd olunanlardan hansı qüvvədən düşüb?

A)Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə
R-B)«Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı
C)Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə
D)1991-ci il 10 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət dirəyi haqqında» Əsasnamə

 

25. Azərbaycan Respublikasının Konstitusiyasına görə cinayət məhkəmə icraatında aşağıdakılardan hansılar iştirak edir?
1. Azərbaycan Respublikasının Prokurorluğu
2. iddiaçı tərəf
3. cavabdeh tərəf
4. müdafiə tərəfi

R-A)1,4
B)3,4
C)2,3
D)1,3

 

26.“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları” na əsasən aşağıdakı şərtlərin hansından asılı olaraq şəxsin dövlət qulluğuna girmək hüququ vardır?
1. təhsilindən
2. dinə münasibətindən
3. yaşayış yerindən
4. ictimai və digər birliklərə mənsubiyyətindən
5. yaşından
A)2,5
B)1,4
C)3,4
R-D)1,5

 

27.“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na əsasən aşağıdakı vəzifələrdən hansı İnzibati vəzifələrin ikinci təsnifatına aid deyil

A)Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi
B)Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə müdirinin müavini
C)Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müşaviri
R-D)Azərbaycan Respublikası Dövlət müşavirinin köməkçisi

 

28. İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan boş vəzifələrin tutulması üçün keçirilən müsahibə zamanı nəzərə alınmalıdır:
1. ixtisas dərəcəsi
2. peşə nailiyyətləri
3. intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi
4. Azərbaycan Respublikası Fəxri adlarını alıb-almaması
5. attestasiyanın nəticəsi
6. müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma
A)2,3,5
B)1,2,3
C)3,5,6
R-D)1,5,6

 

29. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyət hansı müddət ərzində qüvvədədir?

A)həmin informasiya alınan və ya sənədləşdirilən gündən 30 il müddətinədək və ya şəxsin vəfatından sonra 30 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 75 il müddətinədək qüvvədədir
B)həmin informasiya alınan və ya sənədləşdirilən gündən 25 il müddətinədək və ya şəxsin vəfatından sonra 75 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il müddətinədək qüvvədədir
C)həmin informasiya alınan və ya sənədləşdirilən gündən 35 il müddətinədək və ya şəxsin vəfatından sonra 15 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 75 il müddətinədək qüvvədədir
R-D)həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddətinədək və ya şəxsin vəfatından sonra 30 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il müddətinədək qüvvədədir

 

30. Ərazi prokurorları vəzifəyə hansı qaydada təyin olunur?

A)Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş naziri
B)Azərbaycan Respublikası Konstitusiya məhkəməsini razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru
C)Azərbaycan Respublikası Ali məhkəməsinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru
R-D)Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru

 

31. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu
vətəndaşların etdiyi hansı müraciətlərin baxılmasına şamil olunmur?

1.vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətlərə
2. dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlərin həllini nəzərdə tutan müraciətlərə
3. referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə
4. hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə
5. məhkəmə icraatı çərçivəsində vətəndaşların etdiyi müraciətlərə
6. dövlət orqanına pozulmuş hüququn bərpası tələbi barədə müraciətlərə

A)1,2,4
B)3,4,6
R-C)3,4,5
D)2,3,4

 

32. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları hansı qaydada vəzifəyə təyin edilir?

A-A)Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir
B)Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir
C)Azərbaycan Respublikasının Prezidentinin raziliğiyla Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri təyin edir
D)Azərbaycan Respublikası Baş nazirinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir

 

33.“Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan Respublikasının Dövlət himni hansı halda ifa olunmur?

R-A)Azərbaycan Respublikası özəl şirkətlərinin iclaslarının başlanması və qurtarması zamanı
B)Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman
C)dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı
D)hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında

 

34.“Dövlət hakimiyyəti or qanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” a əsasən sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı hansı halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə hansı halda yazılır?

A)təşkilatın adı yönlük halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yiyəlik halda yazılır
B)təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə təsirlik halda yazılır
C)təşkilatın adı çıxışlıq halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır
R-D)təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır

 

35. Aşağıda göstərilən vəzifələrdən hansı müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə tutulur?
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparat rəhbəri
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan orqanların Aparat rəhbəri
3. Mərkəzi icra hakimiyyəti orqanlarının Aparatında sektor müdiri
4. Yerli icra hakimiyyəti orqanlarının aparat rəhbəri
A)2,3
B)3,4
C)1,3
R-D)1,2

36. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti ilə bağlı aşağıdakılardan hansı doğru deyil?

A)Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir
B)Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
C)Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır
R-D)Dövlət qulluqçusu qulluq vəzifəsini icra etdikdən sonra ictimai və ya siyasi birliklərin fəaliyyətində iştirak etməyi qadağandır

 

37.“Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları ”na əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd hansı hesab edilir?

R-A)əmək kitabçası
B)attestasiya vərəqəsi
C)qulluq staji haqqında arayış
D)vəzifə təlimatı haqqında sənəd

 

38. Bələdiyyələrə seçkilərin qaydaları

A)Konstitusiya qanunuyla müəyyən edilir
B)Fərmanla müəyyən edilir
R-C)Qanunla müəyyən edilir
D)Beynəlxalq hüquqla müəyyən edilir

 

39. “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulmur?

A)Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə
B)Yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına
R-C)Azərbaycan Respublikası qeyri-hökümət təşkilatlarının binasına
D)Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə

 

40.“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirrinə aid edilənn məlumatların siyahısını təsdiq edir?

A)Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
B)Azərbaycan Respublikası Nazirlər Kabineti
R-C)Azərbaycan Respublikası Prezidenti
D)Azərbaycan Respublikası Milli Məclisi

Dostlarla Paylaş ↓