Dövlət Rəmzlərinə edilən yeni dəyişikliklərlə bağlı Testlər.
1.”Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi nəzərdə tutulmuş şəxslərin dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası necə müəyyən olunur?
A) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizam və intizam qaydaları haqqında” qanuna əsasən
B) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi” ilə tənzimlənir.
C) Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinin l hissəsinə əsasən
D) Belə bir qayda nəzərdə tutulmayıb
2.“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydaları hansı subyekt tərəfindən müəyyən edilir?
A) Nazirlər Kabineti
B) Prezident
C) Parlament
D) Milli Məclisin sədri
3.Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında Azərbaycan Respublikası qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni necə müəyyən edilir?
A) Azərbaycan Respublikasının 23-cü maddəsinin l hissəsinə əsasən Konstitusiya qanunu ilə
B) “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə
C) “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə
D) Azərbaycan Respublikasının 23-cü maddəsinin lll hissəsinə əsasən Konstitusiya qanunu ilə
4.”Azərbaycan Respublikasının Dövlət gerbindən istifadə qaydaları haqqında qanun”a əsasən doğrudur:
A) Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydaları “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
B) Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
C) Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikası Dövlət Gerbinin istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
D) Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
5.”Azərbaycan Respublikasının Dövlət gerbindən istifadə qaydaları haqqında qanun”a əsasən doğrudur:
A) Azərbaycan Respublikası Konstitusiyasının 75-ci (Dövlət rəmzlərinə hörmət)maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir.
B) Azərbaycan Respublikası Konstitusiyasının 75-ci (Dövlət rəmzlərinə hörmət)maddəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir.
C) Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə sasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir.
D) Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə sasən, hər bir vətəndaş və şəxs Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir.
6.”Azərbaycan Respublikasının Dövlət gerbindən istifadə qaydaları haqqında qanun”a əsasən Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələrinə aid verilənlərdən biri doğru deyil:
A) Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;
B) gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək;
C) Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;
D) bu Qanuna riayət olunmasını təmin etmək
7.“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları kim tərəfindən müəyyən edilir?
A) Prezident
B) Nazirlər Kabineti
C) Parlament
D) Baş nazir
8.Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulduğu yerlərdən doğru olanları seçin:
1.Azərbaycan Respublikası Milli Məclisinin binasına və iclas salonuna,
2.müvafiq icra hakimiyyəti orqanının ( Az.Res.Prezidentinin) müəyyən etdiyi orqanların (qurumların) binalarına;
3.Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının iş otaqlarına
4.Azərbaycan Respublikasının Prezident sarayına
5.Milli Məclisin Sədrinin iclas salonuna;
A) 1.4.5
B) 1.3.4.5
C) 1.2.3.5
D) 1.2.4
9.“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydaları kim tərəfindən müəyyən olunur?
A) Milli Məclis
B) Prezident
C) Nazirlər Kabineti
D) Parlament
10.“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən bu qanunun tələblərini pozan şəxslər hansı məsuliyyəti daşıyırlar?
A) Qanunvericiliklə müəyyən olumuş qaydada inzibati məsuliyyət daşıyırlar
B) Qanunvericiliklə müəyyən olunmuş qaydada intizam məsuliyyəti daşıyırlar
C) Qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar
D) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar
11.Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında Azərbaycan Respublikası qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nə etməlidirlər?
A) Qanunvericiliklə müəyyən olunmuş hallarda dinləməlidirlər
B) Dinləməyədə bilərlər
C) Bu barədə xüsusi qayda yoxdur
D) Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.
12.Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edilməsi halları ilə bağlı verilənlərdən doğru olmayanları seçin:
1.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
2.Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
3.xatirə lövhələrinin açılışı zamanı;4.Qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);
5.Dövlət orqanlarına seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);
6.Yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli rəsmi tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);
A) 4.5
B) 5.6
C) 3.4
D) 1.4
13.Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında Azərbaycan Respublikası qanununa əsasən
Azərbaycan Respublikasının Dövlət Himnindən istifadənin digər halları və qaydaları ilə bağlı verilənlərdən doğru olanları seçin:
1.Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş qaydada ifa edilir.
2.İdman yarışları zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkil edən idman təşkilatı tərəfindən müəyyən edilir.
3.Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə qanunvericiliklə müəyyən olunmuş qaydada müəyyən olunur.
4.Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydaları (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir.
5.Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasına həsr edilir.
A) 1.3.4
B) 2.3 5
C) 1.2
D) 1.314.Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında Azərbaycan Respublikası qanununu nə zaman qüvvəyə minib?
A) 19 fevral 2019-cu il
B) 15 aprel 2019-cu il
C) 3 mart 2019-cu il
D) 21 fevral 2019-cu il
15.“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanunu nə zaman qüvvəyə minib?
A) 16 fevral 2019-cu il
B) 21 fevral 2019-cu il
C) 19 fevral 2019-cu il
D) 3 mart 2019-cu il
16.Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Himni nəyin rəmzidir?
A) Azərbaycan Respublikasının müstəqilliyinin rəmzidir.
B) Azərbaycan Respublikasının dövlət rəmzidir.
C) Azərbaycan Respublikasının suverenliyinin rəmzidirD) heç biri
17.Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi nəyin rəmzidir?
A) Azərbaycan Respublikasının müstəqilliyinin rəmzidir.
B) Azərbaycan Respublikasının dövlət rəmzidir.
C) Azərbaycan Respublikasının suverenliyinin rəmzidirD) heç biri
18.“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik ibarətdir?
A) Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
B) Azərbaycan Respublikasının Konstitusiyasından, “ AzərbaycanRespublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul olunmuş digər normativ hüquqi aktlardan ibarətdir.
C) Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul olunmuş digər normativ hüquqi aktlardan ibarətdir.
D) Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.
19.”Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən verilənlərdən doğru müddəaları seçin.
1.Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.
2.Azərbaycan Respublikası Azərbaycan Respublikasının Dövlət Himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.
3. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti sayılır.
4.Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
5.Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.
A) 1.4.5
B) 1.2.3.5
C) 1.2.4
D) 1.3.4
20.“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən verilənlərdən doğru olanları seçin.
1.Azərbaycan Respublikası Konstitusiyasının 75-ci (Dövlət rəmzlərinə hörmət)maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə
hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları) maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.
3. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir.
4.Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü (Azərbaycan dövlətinin rəmzləri ) maddəsinə və “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edir
A) 1.2.4
B) 1.3.4
C) 1.2.3
D) 1.4
21.“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri kimi verilənlərdən doğru olanları seçin.
1.Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;
2.Gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək3.Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün hamılıqla qəbul edilmiş hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;
4.bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.A) 1.2.4
B) 1.3.4
C) 1.2.3.4
D) 1.2.3CAVABLAR
1. B
2. A
3. B
4. B
5. A
6. D
7. B
8. D
9. C
10. D
11. D
12. B
13. C
14. A
15. C
16. B
17. B
18. C
19. A
20. A
21. ATərtib etdi: MASTER EDUCATİON
ALİ TƏDRİS MƏRKƏZİ
Elvin Əhmədov müəllim
Əlaqə: 055-397-94-84