Qanunvericilk Üzrə Tovuz DQHM-in Qarışıq Testləri

 

1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair hansı aktları qəbul edir?
a) qanun və qərar
b) fərman və sərəncam
c) qərar va sərəncam
d) heçbiri

 

2.Azərbaycan Respublikasının Milli Məclisi hansı məsələyə dair ümumi qaydalar müəyyən edərkən 63 səs çoxluğu ilə qanunlar qəbul edir?
a) referenduma dair
b) prezident seçkilərinə dair
c) inzibati ərazi bölgüsünə dair
d) heç biri

 

3.Aşağıda göstərilənlərdən hansı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid deyil:
a) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir
b) əfv edir
c) vətəndaşlıq məsələlərini həll edir
d) müharibə elan edilməsinə razılıq verir

 

4.Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri nəzərə alınmaq şərti ilə:
a) Prezidentin göstərişi ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər
b) Prezidentin göstərişi ilə tam məhdudlaşdırıla bilər
c) qismən və müvəqqəti məhdudlaşdırıla bilər
d) heç biri

 

5.Aşağıdakı məsələlərdən hansıların həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid deyil?

1) inzibati ərazi bölgüsü

2) referendum

3) məhkəmə quruluşu

4) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi 5) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi

6) amnistiya

7) bələdiyyələrin statusu

8) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
a) 1,4,5,6
b) 2,5,7,8
c) 2,3,5,7
d) 2,3,7,8

 

6.Azərbaycan Respublikası Milli Məclisinin deputatı hansı hallarda mandatdan məhrum edilmir?

1) cinayət başında yaxalandıqda

2) dövlət orqanlarında vəzifə tutduqda

3) sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda

4) yaradıcılıq fəaliyyəti ilə məşğul olduqda

5) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə

6) elmi fəaliyyətlə məşğul olduqda

7) din xadimi olduqda
a) 1,4,6
b) 1,3,4,6
c) 2,4,6
d) 3,4,6

 

7.Bələdiyyələrin statusunun əsasları nə ilə müəyyən edilir?
a) Azərbaycan Respublikasının Konstitusiyası ilə
b) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə
c) qanunla
d) konstitusiya qanunu ilə

 

8.Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları nə vaxt qüvvəyə minir?
a) Prezident tərəfindən birinci səsvermədən sonra imzalandıqda
b) 95 səs çoxluğu ilə
c) 83 səs çoxluğu ilə
d) Heç biri doğru deyil

 

9.Yardımçı vəzifə tutan dövlət qulluqçularının əmək münasibətləri bu qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir cümləsində “bu qanun” deyildikdə nə nəzərdə tutulur?
a) “Dövlət qulluğu haqqında” qanun
b) Əmək Məcəlləsi
c) İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu
d) heç biri

 

10.Aşağıda göstərilənlərdən hansı boşalmış vəzifənin tutulması üçün namizəd seçərkən müsabihə vaxtı nəzərə alınmalıdır:

1) ixtisas dərəcəsi

2) peşə nailiyyətləri

3) intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi

4) Azərbaycan Respublikası Fəxri adlarını alıb-almaması

5) attestasiyanın nəticəsi

6) boşalmış vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçmə və ixtisasın artırılması
a) 1,5,6
b) 1,3,4
c) 2,3,5,6
d) 2,3,4

 

11.Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu kimə şamil edilir?
a) icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən yalnız inzibati vəzifə tutan qulluqçularına şamil edilir
b) icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçənlərə şamil edilir
c) Yalnız icra və qanunvericilik hakimiyyətləri orqanlarının mərkəzi və ikili tabeliyində olan dövlət qulluğu keçən inzibati və yardımçı vəzifə tutan qulluqçulara şamil edilir
d) Hərbi qulluqçulara

 

12.Dövlət qulluğuna qəbul üçün müsabiqə elanında nə göstərilmir?
a) vakant vəzifənin adı
b) vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər
c) dövlət qulluğunda işləmək üçün lazım olan şərtlər
d) dövlət qulluqçusunun hüquq və təminatları

 

13.Etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar:
a) Bütün hallarda dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər
b) yalnız “Etik davranış qaydaları haqqında” qanunla müəyyənləşdirilə bilər
c) “Etik davranış qaydaları haqqında” qanuna zidd olmamaqla dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər
d) digər heç bir normativ aktla müəyyənləşdirilə bilməz

 

14.“Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət orqanının rəhbərinə aid olan vəzifələrdən biri yanlışdır:
a) tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır
b) öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir
c) tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır
d) bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir

 

15.“Etik davranış qaydaları haqqında” qanuna əsasən hansı hallarda intizam icraatına başlanıla bilər:
a) qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə yalnız hüquqi şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi
b) yalnız normativ-hüquqi aktlarda dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi
c) kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi
d) hamısı

 

16.“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun məqsədləri üçün vəzifəli şəxs hesab edilir:
a) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
b) vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər
c) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər

d)heç biri

 

17.Hansı bənd korrupsiya ilə əlaqədar bilavasitə hüquqpozma sayılır?
a) xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olması
b) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi
c) vəzifə səlahiyyətlərindən istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə qanunsuz kömək etməsi
d) bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması

 

18.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaları törətdikdə  korrupsiyaya qarşı mübarizə aparan orqan məlumat verir:
a) yerli özünüidarəetmə orqanına
b) müvafiq seçki komissiyasına
c) yerli özünüidarəetmə orqanına seçilmiş şəxsə
d) heç birinə

 

19.Şəxsiyyət barədə məlumata aiddir?
a) şəxsiyyət haqqında deyilən və ya açıq elan edilmiş xəbər
b) şəxsiyyət haqqında sənədləşdirilmiş və ya gizli elan edilmiş xəbər
c) şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər
d) şəxsiyyət haqqında sənədləşdirilmədən açıq elan edilmiş xəbər

 

20.Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması qaydası hansı qanunla tənzimlənir?
a) “Məlumat azadlığı haqqında” qanunla
b) yalnız dövlətlərarası müqvilələrlə
c) yalnız “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanunla
d) dövlətlərarası öhdəliklərdə başqa hal nəzərdə tutulmayıbsa “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanunla

 

21.Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsin dövlət dilini bilmədiyi təqdirdə başqa dillərdən istifadə edə bilməsi hansı qanunvericiliklə tənzimlənir?
a) “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq
b) “Dövlət dili haqqında” qanuna uyğun olaraq
c) beynəlxalq yazılış qaydalarına uyğun olaraq
d) “Notariat haqqında” qanununa müvafiq olaraq

 

22.“Dövlət hakimiyyəti orqanlarında idarə,təşkilat və müəssisələrində kargüzarlığin aparılmasına dair Təlimat”a əsasən mərkəzləşdirilməmiş kargüzarlıq sistemində hansılar kargüzarlıq xidməti tərəfindən həyata keçirilir?
1) işlərin formalaşdırılması
2) sənədlərin rəsmiləşdirilməsi
3) sənədlərin struktur bölmələrinə paylanması
4) korrespondensiyanın qəbulu və göndərilməsi
5) korrespondensiyanın gətirilməsi
a) 1,3,5
b) 2,3,4
c) 3,4,5
d) Hamısı

 

23.Aşağıdakılardan hansı doğru deyil?
a) Təşkilatın adlarında bütün sözlərin, o cümlədən köməkçi sözlərin və onların tərkibinə daxil olan xüsusi isimlərin baş hərfi böyük yazılır
b) Təşkilatların struktur bölmələrinin adının yalnız baş hərfi böyük yazılır
c) Rayon (şəhər) icra hakimiyyəti orqanlarının adlarında bütün sözlərin baş hərfi böyük yazılır
d)Sənədin hər abzasının birinci sətri sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilir

 

24.Arayışın və məlumat vərəqəsinin mətni hansı hissələrdən ibarət olmalıdır?
a) şərh; sərəncam və əmr
b) fakt; nəticə və təklif
c) giriş; şərh və təklif
d) yalnız təklif

 

25.Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadə olunduğu yerlərdən biri yanlışdır:
a) beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin üzərində
b) Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində
c) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur
d) yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində

 

26.Aşağıdakılardan hansı doğru deyil:
a) Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa olunur
b) Beynəlxalq idman yarışlarında Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən ifa edilməlidir
c) Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar
d) Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə almaqla ifa edilir

 

27.Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulduğu yerlərdən biri yanlışdır:
a) bütün məhkəmələrinin xidməti kabinetlərinə
b) hərbi tribunallarının binalarına
c) Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin xidməti kabinetinə
d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin xidməti kabinetinə

 

28.Aşağıdakı müraciətlərdən biri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunla baxılır:

a) məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində vətəndaşların etdiyi müraciətlər

b) referendumun keçirilməsi ilə əlaqədar müraciətlər
c) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətləri

d) Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər

 

29.Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir:

A) Azərbaycan Respublikasının Nazirlər Kabineti

B) Azərbaycan Respublikasının Prezidenti

C) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

D) Azərbaycan Respublikasının Milli Məclisi

 

30.Məlumatın əldə edilməsi ilə əlaqədar şikayətlər hara edilir?

1. Məlumat sahibinin yuxarı orqanı

2. AR Rabitə və İnformasiya Texnologiları Nazirliyi

3. İnformasiya Məsələləri üzrə müvəkkili

4. AR Milli Arxiv İdarəsinə 5. Məhkəmə

A) 1,2,3 C) 2,4,5 B) 1,3,5 D) 3,4,5

 

31.Dövlət qulluğuna müsabiqə yolu ilə keçmiş şəxs, yenidən müsabiqədən keçdikdə əvvəlki sınaq müddəti nəzərə alınırmı?

A) Nəzərə alınır və yenidən tətbiq edilir

B) Nəzərə alınır və yenidən tətbiq edilmir

C) Nəzərə alınmır və yenisi tətbiq edilir

D) Nəzərə alınmır və yenidən tətbiq edilmir

 

32.Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası hansı normativ hüquqi aktla müəyyən edilir?

A) Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə

B) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə

C) Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə

D) qanunla

 

33.Insanlarin heyati ve saglamligi ucun tehluke toreden faktlari ve hallari gizleden vezifeli sexler hansi mesuliyyete celb edilirler?

A) Inzibati mesuliyyete

B) Mulki mesuliyyete

C) Cinayet mesuliyyetine

D) Qanun esasinda mesuliyyete

 

34.Azərbaycan Respublikasının Konstitusiyasına görə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası imzalanır:

A) Naxçıvan MR Ali Məclisi tərəfindən

B) Konstitusiya Məhkəməsinin tərəfindən

C) Milli Məclis tərəfindən Konstitusiya qanunu ilə

D) Prezidentin tərəfindən

 

35.İxtisas dərəcələri verilən zaman nəzərə alınır?
1. Dövlət qulluqçusunun tutduğu vəzifə
2. Dövlət qulluqçusunun ezamiyyət müddətləri
3. Qulluq stajı
4. İcra etdiyi sənədlərin əhəmiyyəti
5. İxtisas dərəcəsində qulluq müddəti
6. Əvvəllər verilmiş ixtisas dərəcəsi
A) 1,3,5,6 C) 3,4,5,6
B) 1,2,3,4 D) 1,3,4,5

 

36.İntizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə nə həyata keçirilir?
A) Araşdırma və ya xidməti yoxlama
B) Təhqiqat qrupu yaradılır
C) İstintaq hərəkətləri
D) Heç biri

 

37.Vətəndaşların şikayətləri baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə hansı halda göndərilir?
A) Məhkəmənin qərarı olduqda
B) Beynəlxalq təşkilatların tövsiyəsi olduqda
C) Yuxarı təşkilatın rəyi olduqda
D) Heç bir halda

 

38.AR Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü AR Prezidenti ağır cinayət törətdikdə hansı orqanın təşəbbüsü ilə AR Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında AR Milli Məclisi qarşısında irəli sürülə bilər?
A) AR Konstitusiya Məhkəməsi
B) AR Mərkəzi Seçki Komissiyası
C) AR Nazirlər Kabineti
D) Heç biri

 

39.AR Nazirlər Kabinetinin tərkibi ibarətdir:
A) AR Baş naziri, onun müavinləri, nazirlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
B) AR Baş naziri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və bələdiyyə sədrləri
C) AR Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
D) AR Baş naziri, onun müavinləri və dövlət qulluğunun xüsusi növünə aid mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri

 

40.AR onun ərazisindən kənarda AR-nın Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə nəyə uyğun olaraq tədbirlər görür?
A) Qanun
B) Beynəlxalq hüquq normaları
C) Beynəlxalq müqavilə
D) Heç biri

 

Cavablari:

1 D
2 D
3 D
4 C
5 C
6 A
7 A
8 D
9 A
10 A
11 B
12 D
13 C
14 D
15 C
16 A
17 B
18 B
19 C
20 D
21 D
22 B
23 A
24 B
25 D
26 B
27 A
28 D
29 C
30 B
31 C
32 D
33 D
34 D
35 A
36 A
37 D
38 A
39 C
40 B

Müəllif: Rəşad Müseyibov.

Tovuz rayonunda Dövlət Qulluğuna

Hazırlıq Üçün TOVUZ DQHM

müraciət edə bilərsiz!

Əlaqə: 051 920 93 94

            055 356 01 23

 

Dostlarla Paylaş ↓