Azərbaycan,Önəmli Hadisələr 2021
Qarabağ Dirçəliş Fondu — Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında publik şəxs kimi yaradılmışdır.Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Fondun İdarə Heyətinin sədri vəzifəsinə Rəhman Hacıyev təyin edilmişdir.
Füzuli Beynəlxalq Hava Limanı — Azərbaycan, Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. 14 Yanvar da Təməli qoyulub. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir.2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
Zəngilan Beynəlxalq Hava Limanı – Azərbaycanın Zəngilan rayonu ərazisində, 2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanıdır. Zəngilan Beynəlxalq Hava Limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olacaq.Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.2021-ci ilin aprelində gələcək aeroportun təməlqoyma mərasimi keçirildi. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaqdır. Hava limanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edə biləcək. Aeroportun tikintisinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır.
16 avqust – Laçın Beynəlxalq Hava Limanının təməli qoyuldu.
Xarı bülbül festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. Ənənəvi olaraq hər il may ayında keçirilən mərasim, bu il 12–13 mayda təşkil edilmişdir. Mərasim Şuşada Heydər Əliyev fondu təşkilatçılığı ilə, AzTV tərəfindən yayımlanmışdır.
Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Republikasının prezidenti İlham Əliyev və Türkiyə Republikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərində imzalanmış bəyannamə.Sənəd hər iki xalqa regionun zəngin mədəni irsini xatırladır, Azərbaycanla Türkiyə arasında mədəni əlaqələri zənginləşdirir, eləcə də Türkiyənin müharibə vaxtı siyasi müttəfiq kimi vacib rolunu tanıyır. Bəyannamədə müdafiə, müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri əksini tapır
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir.[13] Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır
1 noyabr – TDƏŞ-ə üzv dövlətlərin Baş prokurorlarının ilk iclası keçirilib. Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilib (Bakı)
Zəfər tarixini əbədiləşdirmək üçün 500 manat nominallı “Zəfər” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”, “Qubadlı”, “Ağdam”, “Zəngilan”, “Füzuli”, “Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılması elan edilib.
Noyabrın 10-da YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov, Macarıstanın Baş naziri Viktor Orban və təşkilatın Baş katibi Bağdad Amreyev iştirak edtmişlər.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları gəmi ilə İstanbulun Demokratiya və Azadlıqlar Adasına gəliblər.Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etmişdir. Zirvə görüşü “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçirilmişdir.
Noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb.Bəyanatda “Korkut Ata” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin keçirilməsi kimi bir sıra məsələlər nəzərdə tutur.
Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.İclas zamanı iştirakçılar ittifaqla üzv ölkələr arasında tərəfdaşlığın yüksəldilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Zəngəzur döyüşləri – 16 noyabr hadisələri — 2021-ci 16 noyabr saat 11.00-18.00-a qədər Laçın–Kəlbəcər rayonu təmas xəttində baş vermiş Azərbaycan–Ermənistan arasında anti-terror əməliyyatı. Əks-həmlə əməliyyatı nəticəsində Ermənistan Respublikasının 2 postu Azərbaycan Respublikasının nəzarəti altında keçmişdir.Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid(Niftəliyev Ümüd Oruc oğlu (leytenant) Cabbarov Orxan Hətəm oğlu (gizir) Əliyev Natiq Yusif oğlu (kiçik çavuş, MAXE) Ağayev Elçin Mərifət oğlu (əsgər) Əlizadə Elmin Samir oğlu (əsgər) Əliyev Elçin Ramil oğlu (əsgər) Xəlilov Murad Qalib oğlu (əsgər, 10 hərbi qulluqçusu isə yaralanmışdır.Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında 16 noyabr saat 18.00-dan etibarən atəşkəs elan edilib.Ermənistanın demarkasiya və delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirdi. Nəticəsi – .Ermənistanda etirazlar başladı. Əhali Nikol Paşinyanı istefaya çağırır.Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması barədə sənədi imzalayıb.
26 Noyabr – İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub (Soçi, Rusiya) .Soçi bəyanatı imzalanıb.
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Azərbaycan və Ermənistan liderləri hər iki ölkə arasında olan dövlət sərhədinin delimitasiya və demarkasiya edilməsi üçün birgə komissiyanın yaradılması, eləcə də bölgədə stabilliyin və təhlükəsizliyin təminatı üçün müvafiq addımların atılmasına dair razılıq əldə ediblər. Bu çox mühüm bir nailiyyətdir, belə ki, Sovetlər birliyi dağıldıqdan sonra ilk dəfədir ki, Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanmasına rəsmi qərar veriblər.
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
28 noyabr – Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.
30 noyabr 2021
Qaraheybət – aviasiya poliqonunda helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. 2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Azərbaycanın şərqində yerləşən[13] Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri paytaxt Bakı şəhərindən 70 kilometr (43 mil) uzaqlıqdakı Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.Helikopterin qara qutusunun tapıldığını deyən Quliyev hadisədə heç bir kənar qüvvənin iştirakı olmadığını əlavə etmişdir. Qəzanın səbəbi kimi ilkin ehtimallar olaraq pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəb irəli sürülmüşdür.Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış və cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.DSX-nin məlumatına görə, hadisə nəticəsində həlak olanların siyahısı:
Cavadov Fizuli Əli İbram oğlu — polkovnik
Nəbiyev Elçin Fikrət oğlu — polkovnik
Nəzirov Emil Nəzir oğlu — polkovnik
Həsənov Elmir Mircəlil oğlu — mayor
Əhmədov Elbrus Səmrəddin oğlu — mayor
Mayılov Emil Şahid oğlu — mayor
Məmmədov Murad Yaşar oğlu — mayor
Əliyev Emil Elman oğlu — mayor
Əhmədxanov Ceyhun Xanlar oğlu — tibb xidməti kapitanı
Bayramlı Cavid Əhliman oğlu — kapitan
Əliyev Xəyyam Əlixan oğlu — kapitan
Qaraisayev Teymur Ənvər oğlu — kapitan
Nağıyev Fərid Təyyar oğlu — baş leytenant
Süleymanov Abdulla Telman oğlu — leytenant
Qəza nəticəsində bir polkovnik və bir kapitan isə yaralanmışdır
Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.
Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
******************************************************************************
– 1 Yanvar — İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb
– 4 Yanvar — “Qarabağ Dirçəliş Fondu” yaradılıb
– 5 Yanvar — 2021-ci il “Nizami Gəncəvi” ili elan olunub
– 11 Yanvar – İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub (Moskva, Rusiya)
– 14 Yanvar — Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu
– 21 Yanvar — Xəzər dənizindəki “Dostluq” yatağı haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib
– 30 Yanvar — Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı (Ağdam)
– 1 Fevral – Hadrut qəsəbəsində Poçt Agentliyi fəaliyyətə başlayıb (Xocavənd)
– 5 Mart – Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib
– 26 Aprel — Zəngilan Beynəlxalq Hava Limanının təməli qoyuldu
– 12 – 13 May — Xarıbülbül Musiqi Festivalı (Şuşa)
– 29 May — Bakı Metropoliteninin 8 Noyabr metrostansiyası istifadəyə verildi
– 4 – 6 İyun — Azərbaycan Formula 1 yarışları
– 12 İyun — Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
– 15 İyun – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edib. Azərbaycan və Türkiyə arasında Şuşa bəyannanəsi imzalanıb (Şuşa)
– 3 İyul — Ermənistan Füzuli və Zəngilan rayonları üzrə 92 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
– 7 İyul — Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü tədiq edildi. 14 İqtisadi rayon yaradıldı
– 23 – 28 İyul — Azərbaycan – Ermənistan sərhədində atışmalar olub (Kəlbəcər və Naxçıvan)
– 29 İyul — Xocalı rayonunda hərbi hissə açılıb
– 16 avqust – Laçın Beynəlxalq Hava Limanının təməli
– 29 Avqust – Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub
– Şuşada Üzeyir Hacıbəyli heykəlinin açılışı olub
– İlham Əliyev Şuşada 1-ci məhəllənin təməlini qoyub
– 5 Sentyabr — Füzuli Beynəlxalq Hava Limanında ilk uçuş həyata keçirildi
– 7 sentyabr — Ağdam şəhəri minalardan tam təmizləndi
– 18 – 24 Sentyabr — Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı (Şuşa)
– 27 Sentyabr — İlk dəfə Anım Günü qeyd olundu. Saat 10:00-da prezident İlham Əliyev xalqa müraciət etdi. Saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Bakı şəhərində Anım yürüşü təşkil olundu.
– Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyuldu
– 4 oktyabr – Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub
– 6 Oktyabr — AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı
– Şuşanın içməli su təchizatı sisteminin yenidən qurulmasına başlanılıb
– 25 Oktyabr — Qubadlı şəhərində radio və televiziya yayımı təmin olunub
– Xanlıq-Qubadlı avtomobil yolunun təməli qoyulub
– 26 Oktyabr — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etdi
– Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu
– Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyuldu
– 4 noyabr – 500 manat nominalında yeni əsginaz tədavülə buraxılıb
– 5 noyabr – Parlament Zəfər Günü münasibətilə Amnistiya Aktı qəbul edib
– 7 Noyabr- İlham Əliyev Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməlini qoydu. Füzulidə Zəfər Yolunun açılışı olub.
– 8 noyabr – İlk dəfə Zəfər günü qeyd olundu. Topxana meşəsinin bərpasına başlanılıb
– Şahbulaq qalasında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub (Ağdam)
– 10 noyabr – ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub
– 12 Noyabr — TDƏŞ-ə üzv dövlətlərin dövlət başçılarının VIII Zirvə Görüşü keçirildi (İstanbul, Türkiyə)
– Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adı Türk Dövlətləri Təşkilatı (TDT) olaraq dəyişdirilib
– İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb (İstanbul, Türkiyə)
– Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb
– 16 Noyabr- Zəngəzur döyüşləri olub.7 nəfər şəhid olub.
– 17 noyabr – Azərbaycan 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına seçilib
– 24 – 26 Noyabr — Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) keçirilir (Bakı)
– 26 Noyabr — İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub (Soçi, Rusiya)
– Soçi bəyanatı imzalanıb
– 28 Noyabr – İlham Əliyev Türkmənistana səfər edib
– İƏT-ə üzv dövlətlərin XV Zirvə Toplantısı keçirilib (Aşqabad, Türkmənistan)
– İlham Əliyev və Tükmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında ikitərəfli görüş olub (Aşqabad, Türkmənistan)
– İlham Əliyev və Pakistan Prezidenti Arif Alvi arasında ikitərəfli görüş olub (Aşqabad,Türkmənistan)
– İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olub (Aşqabad, Türkmənistan)
– İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında ikitərəfli görüş olub (Aşqabad, Türkmənistan)
– İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında ikitərəfli görüş olub (Aşqabad, Türkmənistan)
– İlham Əliyevin təşəbbüsü ilə QH-nın Parlamentlər Şəbəkəsinin təsis edilib (Madrid, İspaniya)
– Azərbaycan, Türkmənistan və İran arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb (Aşqabad, Türkmənistan)
– 30 Noyabr — Qaraheybət aviasiya poliqonunda helikopter qəzası (Qaraheybət faciəsi) olub. 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb (Xızı)
– 1 Dekabr – Üçtərəfli İşçi Qrupunun iclası keçirilib (Moskva, Rusiya)
– 8 dekabr – 20 manatlıq pul əsginası yenilənib
– 15 Dekabr — İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olacaq (Brüssel, Belçika)
[QR size=”100×100″ link=”no”][/QR]