“İkinci Qarabağ Müharibəsi” (Vətən Müharibəsi)
Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq
Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən
gərgin döyüş.
Müharibəni şərtləndirən əsas son hadisələr:
1) Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu ilin avqustunda Ümumerməni
Oyunlarının keçirildiyi Xankəndində çıxışı zamanı “Qarabağ Ermənistandır” bəyanatı;
2) Nikol Paşinyanın qəbuledilməz “7 şərti”;
3) Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni
müharibə” bəyanatı;
4) 2019-cu ilin mayında tanınmamış “Dağlıq Qarabağ Respublikası prezidentinin
andiçmə mərasimi”nin keçirilməsi;
5) Qondarma rejimin parlamentinin Xankəndinən Şuşaya keçirilməsi istəyi;
6) Ermənistanın Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi şəkildə
pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməsi;
7) 2020-ci ilin iyul ayının 12-də Tovuz rayonu istiqamətində təxribatlara əl atması;
8) 2020-ci ilin avqustunda Ermənistanın diversiya dəstəsinin təmas xəttini keçmək
cəhdi;
9) Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə
məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki
könüllülər dəstələrinin yaradılmasını elan etməsi.
Nikol Paşinyanın irəli sürdüyü 7 şərt:
1) Ermənistan və Qarabağdakı qondarma rejim “ümumi təhlükəsizlik sistemini”
gücləndirməlidir;
(Aprel döyüşlərində çox güvəndikləri və illərlə qurduqları “Ohanyan istehkamı”nın 40
dəqiqəyə darmadağın edilməsi hamının yadındadır)
2) Qarabağdakı qondarma rejim danışıqların tamhüquqlu üzvü olmalıdır;
(Qondarma rejimin danışıqlar prosesinin tamhüquqlu üzvü olması müzakirə mövzusu
belə ola bilməz. Azərbaycan heç bir zaman işğal edilmiş torpaqlarda yaradılan bir ünsür
ilə bərabər səviyyədə danışıqlar masasına otura bilməz)
3) Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının
dayandırmasıyla bağlı addımlar atmalıdır;
(Ermənistan tərəfinin belə bir şərt irəli sürməsi qəribədir. Çünki Paşinyan
administrasiyası hakimiyyətə gətirildikdən sonra bu fonda ritorikanı məhz onlar edir.
Bu şərti ermənilər ilk növbədə özləri yerinə yetirməlidir)
4) Danışıqlar mənalı olmalıdır. Azərbaycanın hərbi məqsədini danışıqlar masası
ətrafında həll etmək istəyir ki, bu da bütün danışıqlar prosesini mənasız edir. Əgər
Azərbaycan özünün maksimalist tələblərindən imtina edib, məhdudiyyətsiz
kompromisə getməyə hazır olsa, danışıqların mənası olacaq;
(Azərbaycanın tələbləri açıq-aydındır. Burada maksimalist heç bir davranış yoxdur.
Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün
təmin edilməsi, daha sonra isə danışıqların bu formatda davam etdirilməsi kimi
tələbləri tam demokratik və humansit tələblərdir)5) “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını tanıma, Ermənistan və
Qarabağdakı qondarma rejimin təhlükəsizliyi heç bir şəraitdə güzəşt predmeti ola
bilməz;
(Azərbaycan heç bir halda işğal edilmiş torpaqlarında erməni xalqının ikinci dəfə öz
müqəddaratını həll etməsinə yol verə bilməz)
6) Karantinə qədər atəşkəs rejiminin saxlanılması üçün keçirilən monitorinq faktiki
olaraq məhdudlaşdırılıb. Təcili olaraq daimi nəzarət mexanizmlərini özündə ehtiva
edən beynəlxalq monitorinq sistemi ərsəyə gətirilməlidir;
(Bu cür monitorinq fəaliyyətlərini ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi həyata
keçirməlidir)
7) Sülhün əldə olunması üçün Ermənistan Minsk Qrupunun həmsədrləri ilə fəaliyyətini
davam etdirəcək.
Ermənistan bu yolla sadəcə danışıqları uzatmaq, status-kvonu(mövcud vəziyyəti)
saxlamaq niyyətində idi. Bu “şərtlər”lə danışıqlar prosesində maraqlı olmadığını
açıqlamış oldu.
Müharibənin başlaması:
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri genşmiqyaslı
təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və
yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya
qurğularından atəşə tutmuş, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və
Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndlərini intensiv atəşə tutmuşdu və nəticədə ordumuz əks-hücum
əməliyyatı həyata keçirmişdir.
Aparılan hərbi əməliyyatlar zamanı ilk gün Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd,
Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, , Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar
kəndləri işğaldan azad edilmiş, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində
və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir
sıra hakim yüksəkliklər nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin
uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad
edilmişdir.
Təhlükəsizlik şurasının iclası:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr
Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Prezident mövcud vəziyyətlə əlaqədar
xalqa müraciət edib və işgaldan azad olunmuş torpaqlarla bağlı Azərbaycan xalqını
təbrik edib. O cümlədən dövlət başçısı tərəfindən aidiyyəti strukturlara real vəziyyətlə
əlaqəli olaraq lazımi tapşırıqlar verilib.
Hərbi vəziyyət:
Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı
silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il
28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi
vəziyyət elan edilməsi haqqında dövlət başçısı fərman imzalayıb( Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini(fövqəladə və hərbi
vəziyyət elan edilməsi) və 111-ci maddəsini(hərbi vəziyyət elan edilməsi) rəhbər tutaraq). Fərmana əsasən Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçecir də daxil olmaqla
22 şəhər və rayonda komendant saatı tətbiq edilib.
Qismən səfərbərlik:
Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidenti 28 sentyabr tarixində Sərəncam imzalayıb(Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini(ümumi və qismən səfərbərlik elan edir, habelə
səfərbərlik üzrə çağırılanları tərxis edir) rəhbər tutaraq). Qismən səfərbərlik zamanı təsdiq
edilmiş planlara uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən
ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və
miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş
həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olundular.
Ermənistanda isə ümumi səfərbərlik elan edilmişdir.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası:
29 sentyabr bağlı qapılar arxasında keçən iclasda Şuranın 15 daimi və qeyri-daimi üzvü
iştirak edib.
Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı
hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını dilə gətiriblər. Üzvlər mülki şəxslər də
daxil olmaqla, insan tələfatından təəssüfləndiklərini, BMT Baş Katibinin tərəflərin gecikmədən
substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər.
Təhlükəsizlik Şurasının üzvləri həmçinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam
dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk
Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.
BMT Təhlükəsizlik Şurasının 19 oktyabr tarixindəki iclası:
19 oktyabrda BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən
sonra TŞ-nın sədri adından bəyanat layihəsi hazırlanmışdır. Bəyanat layihəsində BMT TŞ-nın məlum
qətnamələrinə istinad öz əksini tapmamışdır. Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa
tərəfindən hazırlanmışdır. BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan
İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan
Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil
edilməsinə israr etmişlər. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və
prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nın sənədlərinə sadiqliyini
növbəti dəfə nümayiş etdirmişlər. Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial
mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülmüşdür. Azərbaycan
Respublikasının Prezidenti də xalqa müraciəti zamanı bildirmişdir ki, “Qoşulmama Hərəkatına üzv
ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki,
onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki,
biz onların arxasında dururuq.”
ATƏT-in Minsk Qrupunun bəyanatı:
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçıları oktyabrın 1-də birgə bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir: “Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının
prezidenti Donald Tramp və Fransa Respublikasının prezidenti Emmanuel Makron Dağlıq Qarabağ
münaqişə zonasının təmas xəttində baş verən zorakılığın artmasını qəti şəkildə pisləyirlər. Həlak olanların və yaralananların
ailələrinə başsağlığı veririk.
Biz iştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal
dayandırılmasına çağırırıq. Biz həmçinin Ermənistan və Azərbaycan rəhbərlərini ATƏTin
Minsk Qrupu həmsədrlərinin yardımı ilə vicdanla və ilkin şərtlər irəli sürmədən
nizamlanmanın mahiyyəti üzrə danışıqları bərpa etməklə bağlı öhdəlik götürməyə
çağırırıq”
Həmçinin, 5 oktyabr tarixində də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Xarici
İşlər Nazirləri səviyyəsində bəyanat hazırlanmışdır.
Makronun sərsəm bəyanatı:
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Riqada işğalçı Ermənistanı
dəstəkləyici bəyanatla çıxış etmişdir; “Ermənistana və ermənilərə deyirəm, Fransa da
öz rolunu oynayacaq. Qarabağın fəth edilməsinə yol verməyəcəyik”
Onun Latviyanın paytaxtı Riqada həmin tarixdə səsləndirdiyi həqiqətdən uzaq və Minsk
Qrupu həmsədri kimi Fransanın vasitəçilik missiyasına uyğun gəlməyən bəyanatı
haqqında aşağıdakı fikirlər formalaşır;
Fransa tərəfsizliyini qoruya bilmir- Fransanın Prezidenti Emmanuel Makronun
sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə
dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri
kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir;
Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil- Makronun bəyanatı bölgə və
beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir;
Fransa işğalçının yanındadır- İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana
beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməlı,
Ermənistana beynəlxalq təzyiq edilməlidir;
Fransa vasitəçilik missiyasını yerinə yetirmir- Fransanın bu qərəzli və siyasi etik
qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri
funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz
olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir;
Vasitəçi tərəfsiz və ədalətli olmalıdır- Makronun timsalında Fransa obyektiv və
ədalətli vasitəçi reputasiyasını itirdi;
Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli
münasibət göstərdiyini ortaya qoydu
Humanitar atəşkəs:
9 oktyabr 2020-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər
nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli danışıqlar başladı.
Müzakirələrdə Sergey Lavrov, Ceyhun Bayramov və Zohrab Mnatsakanyan iştirak etdi.
Görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar Evində” keçirildi. Rusiyanın Xarici İşlər
naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan olundu.
Bəyanatda deyilirdi: “Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın
baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması
barədə razılığa gəldilər:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə
Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq,hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün
atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun
həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin
tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.
Bundan əlavə, 18 oktyabrda Parisdə təsdiqlənən ikinci və 26 oktyabrda ATƏT-in Minsk
Qrupunun həmsədrləri və Ermənistan-Azərbaycan Xarici İşlər Nazirlərinin ABŞ-da
keçirilən görüşünün nəticəsinə əsasən üçüncü humanitar atəşkəs elan edilmiş və hər
biri Ermənistan tərəfindən kobud surətdə pozulmuşdur.
Cenevrə görüşü:
30 oktyabr Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan-
Azərbaycan Xarici İşlər nazirlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı tərəflər
arasında mülki şəxsləri və obyektləri hədəfə almamaq barədə razılıq əldə edildi.
Bəyanatın digər bəndləri əsasən, tərəflərin humanitar qaydalara riayət etməsi yönündə
oldu.
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları:
2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri
tərəfindən 4 dəfə ayrı-ayrı zamanlarda bombalanmışdır. Bombalanmalar 2020-ci il
Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1
mülki şəxsin həlak olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu
raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi
hücum idi. İkinci raket hücumu isə 8 oktyabrda baş 7 vermişdir. Hücum nəticəsində
həlak olan və yaralanan olmamışdır. Üçüncü raket hücumu isə 11 oktyabrda baş vermiş
və nəticədə 10 mülki şəxs həyatını itirmiş və 40-dan çox insan yaralanmışdır. Bu hücum
imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə
nəticələnmişdir. Mülki şəxsləri hədəf alan dördüncü raket hücumu isə 17 oktyabrda baş
vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər həyatını itirmiş,
55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları
da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Ermənistanın mülki
şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da
vardır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan
xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı” adlandırıb.
Ortada olan sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumların onun tərəfindən
edilməsini inkar etmişdir. Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci
hücumun məsuliyyətini öz üzərinə götürmüşdür. Raket hücumları bir sıra dövlətlər və
beynəlxalq təşkilatlar tərəfindən qınanmışdır.
Bərdə hücumları:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə
rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket hücumları
etmişdir. Hücumlar nəticəsində 26 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı.
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər:
Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır
artilleriyadan atəşə tutması nəticəsində 94 nəfər həlak olub, 414 nəfər yaralanıb. İşğalçı
ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 3410 yaşayış evi yararsız vəziyyətə düşüb. Həmçinin, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb
Müharibənin nəticəsi və Qələbəmiz:
Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu
Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər
ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd
rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan
Şuşa şəhərini işğaldan azad etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4
qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Noyabrın 8-də 28
illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna
daşıyan Şuşa şəhəri işğaldan azad edildi.
Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71
kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə
ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən
düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini
etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.Şəhidlərimiz və itkin düşənlər:
2881 şəhidimiz və 28 nəfər itkin düşənimiz var.
Şəhid adları: (bəziləri)
Gizir Xudayar Müslüm oğlu Yusifzadə
kiçik çavuş Abasov Seymur Adil
gizir Abbasov Ceyhun Natiq
əsgər Abbasov Aslan Vəliyəddin
əsgər Abbasov Fərrux Azər
əsgər Abbasov Müşviq Qabil
MAHHXHQ çavuş Abbasov Ramil Sabir
əsgər Abbasov Səxavət Rizvan
leytenant Abbasov Teymur Feyruz
əsgər Abbasov Zülfüqar Bayram və başqaları. Allah rəhmət eləsin…İmzalanan bəyanat, Ermənistanın kapitulyasiyası:
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü,
ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq
qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də
göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi
əməliyyatlar dayandırılır. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və
Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə
Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın
Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul
etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını
verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan
etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü
halda hərbi əməliyyatlar dayandırılacaq.
Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki,
qarşıdakı 20 gün ərzində Ağdam(20 noyabr), Kəlbəcər(15 noyabr- daha sonra bu tarix
25 noyabra keçirildi) və Laçın(1 dekabr) rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük
rayonlarımız azad olunacaq. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və
Türkiyənin birgə iştirakı ilə təmin ediləcək.Ərazi bütövlüyümüz təmin olundu. Heç bir statusdan söhbət gedə bilməz:
Bəyanatda digər önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı
statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin
olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Artıq
qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan
silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya silahlı qüvvələri
sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların
yerləşmə müddəti beş il müəyyənləşdirilir. Prezident İlham Əliyev həmişə bəyan edirdi
ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs
rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer
alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın
maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan mülki
insanlarla müharibə aparmır və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata
keçirmək niyyətində deyil. Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsi
Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni propaqandası da bu məqamı
gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın. Azərbaycan
həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirmişdi.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində
azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş
vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışını
həmişə dəstəkləmişdi.Naxçıvan blokadadan azad olur:
Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə
bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin
yaradılmasını öz üzərinə götürür. Azərbaycan hərb tarixinə yenilik kimi düşən
strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilərlə
qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi
zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə
əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə
səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşa əməliyyatı Azərbaycanın
hərb tarixinin ən parlaq səhifəsidir.
Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün
Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları
əsasında quran Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün
təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən
dönmədi.
İnformasiya müharibəsində də Prezident İlham Əliyev ölkəmizə qarşı olan bütün
hücumların qarşısını məharətlə aldı. Dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın
müsahibə beynəlxalq informasiya məkanında ölkəmizə qarşı yönəlmiş hücumları dəf
etdi.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin
ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab
verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın
davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar
haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə
xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi.Döyüş nəticəsində işğaldan azad edilən torpaqlarımız:
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə
əməliyyatı nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad
edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi,
Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd
rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və
rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi,
həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliyi, Zəngilanda isə
Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.Düşmən
işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı:
Yaşayış Məntəqələrimizin Erməni işğalından azad edilmə Xronologiyası
27 sentyabr 2020-ci il
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı
kəndləri
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər 3 oktyabr 2020-ci il
Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi 4 oktyabr 2020-ci il
Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən,
Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri 5 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri 9 oktyabr 2020-ci il
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
Tərtər rayonunun Çaylı kəndi 14 oktyabr 2020-ci il
Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri 15 oktyabr 2020-ci il
Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
Füzuli rayonunun Arış kəndi
Cəbrayıl rayonunun Doşulu kəndi 16 oktyabr 2020-ci il
Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri 17 oktyabr 2020-ci il
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli
kəndləri və Füzuli şəhəri 18 oktyabr 2020-ci il
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı 19 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı,
Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri 20 oktyabr 2020-ci il
Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri
və Zəngilan şəhəri
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı
Veysəlli, Yuxarı Aybasanlı kəndləri
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,
Yarəhmədli kəndləri
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng)
kəndləri 21 oktyabr 2020-ci il
Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı,
Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı
kəndləri
Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri 22 oktyabr 2020-ci il
Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli,
Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri
və Ağbənd qəsəbəsi
Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri 23 oktyabr 2020-ci il
Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri 25-26 oktyabr 2020-ci il
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər
kəndləri
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq,
Mollabürhan kəndləri və Qubadlı şəhəri 28 oktyabr 2020-ci il
Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
Füzuli rayonunun Mandılı kəndi
Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri 30 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri 2 noyabr 2020-ci il
Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri 4 noyabr 2020-ci il
Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri 7 noyabr 2020-ci il
Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu,
Qacar, Divanalılar kəndləri
Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri
Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri
Zəngilan rayonunun Beşdəli kəndi
Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri
Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri 8 noyabr 2020-ci il
ŞUŞA şəhəri 9 noyabr 2020-ci il
Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid
Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı,
Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri
Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı
kəndləri
Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin,
Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri
Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli,
Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri
Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli,
Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri
Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli
kəndləri, Bartaz qəsəbəsi
Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri.Müharibə dövründə Azərbaycana açıq dəstək verən ölkələr və təşkilatlar:
Türkiyə- Torpaqlarını azad etməsi üçün Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə
dövləti verib. Türkiyə tərəfi Prezident, XİN başçısı, Milli müdafiə naziri, Milli İstikbarat
Təşkilatı – bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və
müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadır.
Pakistan- Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından
çıxarmasını tələb edən və işğalçını adı ilə çağıran ölkələrdən ikincisi Pakistandır.
Pakistanın Baş naziri İmran Xan, Azərbaycan üçün “qardaş ölkə” ifadəsini işlədərək
yayımladığı mesajında, ölkəsinin Azəbaycanın yanında olduğunu və onun qanuni
müdafiə haqqını dətəklədiyini bildirib. Rəsmi İslamabad Azərbaycanın ərazi
bütövlüyünün dərhal bərqərar olmasını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi
dörd qətnamənin yerinə yetirilməsini istəyib.
Əfqanıstan- Azərbaycanı, işğal altındakı torpaqları azad etməyə başladığı gündən
indiyədək birmənalı olaraq dəstəkləyən və işğalçını adı ilə çağıran ölkələrdən üçüncüsü
Əfqanıstandır. Bu ölkənin Xarici İşlər nazirliyi bəyan etmişdi ki, Dağlıq Qarabağ
Azəbaycanın ayrılnaz parçasıdır və Ermənistan vaxt itirmədən işğal etdiyi həmin
torpaqlardan çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
ŞKTC- Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri (indiki prezidenti) Ersin
Tatar, Ermənistanın, “qardaş Azəbaycan”a qarşı hücumlarını qətiyyətlə pisləyib,
İrəvandan ən qısa zamanda işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edib.
Bosniya və Hersoqovina-. Bosniya və Hersoqovina Dövlət Şurasının sədri Sefik
Dzaferovic, Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq qeyd etmişdi ki,
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, erməni silahlılar işğal etdikləri torpaqları
əsl sahibləri olan azərbaycanlılara qaytarmalıdırlar.
Gürcüstan- Azərbaycan kimi öz torpaqlarının bir qismi separatçılar tərəfindən
nəzarətdə qalan və Rusiya tərəfindən qanunsuz olaraq işğal altında saxlanılan
Gürcüstan hökuməti Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını vacib sayıb.
Ukrayna- Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba çıxış edərək hər zaman
Azərbaycanın yanında olduqlarını və ərazi bütövlüyünü bərpa etməkdə olan bu dost
ölkəyə sonadək dəstək verəcəklərini açıqlamışdı. O, Azərbaycanla bağlı mövqelərinin
heç vaxt dəyişməyəcəyini də qeyd etmişdi.
Hətta buna cavab olaraq, ermənilər Ukraynanın Ermənistandakı səfirliyinin qarşısında
aksiya da keçirmişdi. Amma Ukrayna nəinki geri çəkilmədi, bu ölkənin prezidenti
Zelinski Azərbaycana dəstək mesajını bir daha yenilədi.
İsrail- Bu ölkənin siyasi və ictimai elitası, işğal altındakı torpaqlarımızı xilas etmək
məsələsində Azərbaycanın yanında birləşiblər. İsrail nəinki siyasi dəstək verib, hətta
müharibə gedən dövrdə Azərbaycana zəruri dava-dərman partiyası da göndərmələ
köməyini əsirgəməyib.
Macarıstan- Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Szijjarto da ölkəsinin
Azərbaycana açıq dəstək verdiyini bildirib. Azərbaycanlı həmkarı Ceyhun Bayramovla
görüşdə, nazir Szijjarto bildirmışdı ki, Ermənistanla Azərbaycan arasında yaşanan hərbi
toqquşma onları narahat edir. O, problemin Azərbaycanın ərazi bütövlüyü pozulmadan,
sülh danışıqları ilə həll edilməsini arzuladıqlarını bildirmişdi.
Moldova- Moldova XİN döyüşlərin dayandırılmasına tərəfdar olmaqla, vəziyyətin
kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə, uzunmüddətli siyasi
həll yolu tapmağa çağırmışdı. Moldova XİN bəyan etmişdi ki, münaqişə ancaq
beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycanın suverenliyinə və
ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll edilməlidir.İslam Əməkdaşlıq Təşkilatı- İƏT Baş katibliyindən verilmiş bəyanatda deyilib ki,
atəşkəsi pozan Ermənistan ordusu, Azərbaycan torpaqlarına qarşı təcavüzünü davam
etdirir. Nəticədə də çox sayda mülki insan həlak olur, yaralanır və mülki obyektlər
dağılır. Azərbaycana qarşı hücumlarını şiddətlə qınadıqlarını bildirən İƏT Baş katibliyi,
Ermənistandan öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasını tələb
edib. Təşkilat rəhbərliyi Azərbaycan xalqının yanında olduğu bildirməklə ermənilərə
qəti mövqeyini göstərib.
Beynəlxalq Qoşulmama Hərəkatı- Qoşulmama Hərəkatı bəyanat yayaraq, hərbi
əməliyyatların yenidən başlamasını qınamış, insan itkisi və mülki əhaliyə təsirinə görə
təəssüfləndiklərini bildirmişdi. Təşkilat münaqişənin BMT TŞ-nin qətnamələri əsasında
həll edilməsinə tərəfdar olduqlarını bildirməklə yanaşı, Azərbaycanın müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə etmişdi.
Türk Şurası- Türk Şurasının rəhbərliyi də Azərbaycana bu haqq işində açıq və
birbaşa dəstəyini ifadə edib.Ermənistanı müdafiə edən ölkələr:
Yunanıstan- Azərbaycana qarşı mövqe sərgiləyən Yunanıstan Ermənistanın yanında
dayandı. Hazırda Azərbaycanla əlaqələri çox zəif olan Yunanıstan Ermənistana
müharibəni qazanmaq üçün hər cür dəstək verəcəyini bəyan etmişdi.
Kipr (Yunan Kipri)- Kipr də Ermənistanla həmrəylik nümayiş etdirərək Yunanıstanın
yanında olduğunu və dolayısıyla Azərbaycana cəbhə açdığını bəyan edib. Hətta Kipr,
Ermənistan əsgərlərinə və Qarabağa gətirilmiş YPG-PKK terrorçularına hərbi təlim
keçmək üçün general səviyyəsində hərbçilər də göndərib.
Fransa- ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olmasına baxmayaraq,
Fransa Azərbaycanın azadlıq mübarizəsində açıq-aşkar Ermənistanı dəstəklədi. Hətta
Fransa prezidenti Makron “Azərbaycana icazə verməyəcəyik ki, Qarabağı fəth etsin”
kimi sərsəm və birbaşa dövlətimizi təhdid edən açıqlama səsləndirdi.
Kanada- Dolayısıyla Ermənistanın yanında olduğunu hiss etdirən Kanada hökuməti də
Fransa kimi, guya ermənilərin haqlarını qorumaq üçün onlara dəstək verməyə hazır
olduqlarını bildirib.
ABŞ- Minsk Qrupunun üçüncü həmsədri olan ABŞ 44 gün sürən müharibə zamanı,
məlum daxili siyasi vəziyyətlə bağlı səssiz qaldı. Amma müharibənin Azərbaycanın
qələbəsinə işarə etdiyi vaxtlarda, ABŞ Dövlət katibi Mayk Pompeo bu səssizliyi
ermənilərə dəstək verməklə pozub. Bildirib ki, “ümidvaram ki, ermənilər
azərbaycanlıların hücumlarına qarşı özlərini müdafiə edəcəklər.”Prezidentin müharibə dövründə müsahibə verdiyi kanallar:
Türkiyənin TRT haber, CNN Türk, Haber Global, Haber Türk, NTV, A Haber,
Rusiyanın Rossiya 1, Pervıy kanal, RBK, TASS informasiya agentliyi, İnterfaks agentliyi,
o cümlədən Qətərin Əlcəzirə, BƏƏ-nin Əl ərəbiyə, Euronews, Amerikanın CNN
international və Fox News, Böyük Britaniyanın Sky News və BBC News, France 24,
Yaponiyanın Nikkei, Fransanın Figaro qəzeti, İtaliyanın Rai-1, Almaniyanın ARD
televiziya kanalı, İspaniyanın EFE informasiya agentliyi.AR Prezidenti İlham Əliyev Məkkə şəhərindən gətirdiyi “Qurani-Kərim”i 23
noyabr 2020-ci il tarixində hansı məscidə hədiyyə etmişdir?
Ağdam Cümə MəscidinəTərtər rayonunun Talış və Suqovuşan kəndlərinin düşməndən azad edilməsində
müstəsna xidmətləri olmuş, bizə qələbəni yaşatsa da. Zəfər Günündən sonra
şəhidlərimizin nəşini dəyişdirən zaman minaya düşərək özü də şəhidlik ziryəsinə
ucalan “Zəfər” ordenli hərbi sərkərdəmiz kimdir?
Polkovnik Babək Səmidli8 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı Azərbaycan xalqına
müraciətini hansı məkandan etmişdir?
Şəhidlər Xiyabanı2020-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş şəxslər
kimdir?
Polad Həşimov , İlqar Mirzəyev, İbad HüseynovPolad Həşimov 1988-ci ildən başlamış Qarabağ müharibəsi zamanı şəhid olmuş
neçənci generalımızdır?
3-cü.Bundan öncə, müstəqil Azərbaycanın ilk Baş prokuroru, III dərəcəli dövlət
ədliyyə müşaviri (general-mayor rütbəsinə bərabər hesab olunur) İsmət Qayıbov və
Müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri, sabiq Daxili İşlər
naziri, general-mayor Məhəmməd Əsədov 20 noyabr 1991-ci il tarixində Xocavənd
rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana
məxsus “Mİ-8” hərbi helikopterinin vurulması nəticəsində baş vermiş “Qarakənd
faciəsi” zamanı şəhid olmuşlarAzərbaycan Silahlı Qüvvələrinin Qarabağın azad edilməsi uğrunda 27 sentyabr
2020-ci il tarixində başlatdığı əks-hücum əməliyyatı necə adlanırdı?
Dəmir yumruq əməliyyatıAzərbaycanın Mədəniyyət Paytaxtı, Musiqi Beşiyi, Qarabağın Tacı – Şuşa
haqqındaŞuşa şəhərinin əsası nə zaman və kim tərəfindən qoyulmuşdur?
1750-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən. 1747-ci ildə Nadir
şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli
xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə
Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara
müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi.
Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi
qərara aldı: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və
sarsılmaz qala tikək ki, onu güclü düşmən belə nıülıasirə edə bilməsin”. Dəniz
səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla
əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli
hərbi-strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1754-cü ildə yeni
qalanın tikintisinə başlamaq haqqında əmr verdi. Yeııi qala ilk illərdə öz banisinin adı
ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırıldı.Şuşanın belə adlandırılması nə ilə bağlıdır?
Bununla əlaqədar müxtəlif versiyalar vardır: 1) şəhər şiş qayaların əhatəsində
yerləşdiyinə görə əvvəlcə onu “Şişə”, sonra “Şuşa” adlandırıblar; 2) şəhərin adı “şüşə”
sözündən əmələ gəlib. Burada olan bulaqların suyu elə duru və şəffaf olub ki, yerli
sakinlər onu şüşə ilə müqayisə ediblər.Tarixi Şuşa şəhəri hansı məhəllələrdən ibarət olmuşdur?
Aşağı məhəllə – Qarabağ xanlığının ləğv edilməsinə qədər “Təbrizli” məhəlləsi adı ilə
tanınan məhəllə sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə”
adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi bu küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa
Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çöl qala; 2) “Yuxarı məhəllə”
– bu məhəllənin formalaşması İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806)
təsadüf edir. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq
bu məhəllənin ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də
tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən
40 il ərzində formalaşan “Yuxarı məhəllə”də səkkiz yeni küçə salınmışdı: Xanlıq, Saatlı,
Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı və Təzə; 3) “Qazançalı”
məhəlləsi – şəhərin dağlıq ərazidə salınmış bu məhəlləsinin tikintisi 1805-ci ildə
Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün
XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox
əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi
Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.
Qeyd. Şuşanın hər bir məhəlləsində hamam, məscid və bulaq vardı.Şuşada hansı məşhur musiqi məclisləri təşkil olunardı?
XIX əsrin ikinci yarısından başlayaraq Şuşada musiqi məclisləri təşkil edilməyə
başlamışdır. Onların arasında Natəvanın “Məclisi-üns” (“Dostluq məclisi”) və Mir
Möhsün Nəvvabın “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) məclisləri daha
məşhur olmuşdur.
Qeyd. Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, “Qafqazın konservatoriyası” da
adlandırırlar. Təsadüfən demirlər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə
ağlarlar.Şuşanın cənub hissəsində yerləşən, bir zamanlar “Qafur düzü” adlandırılan,
Qarabağ xanəndələrinin konsertlər verdiyi, Qarabağ xanlarının at yarışları təşkil
etdiyi, Molla Pənah Vaqifin oğlu ilə birlikdə edam olunduğu düzənlik necə
adlanır?
Cıdır düzü. Düzənlik Ağzıyastı Kaha, Üçmıx, Qirxpilləkən, Gəlin Qayası, Xəzinə qayası,
Topxana meşəsi və sıldırım qayalarla əhatələnmişdir. Cıdır düzü Daşaltı dərəsinə baxır.
Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən, “Üçmıx” adı verilən 3
hündürlükdən ibarətdir. Düzənliyin kənarındakı cığır Qırxpilləkənə, Daşaltı dərəsinə və
ermənilərin 1992-ci ildə dağıtdığı Xan mağarasına aparır. Bir zamanlar bu ərazi Qafur
adlı şəxsiıı torpaq sahəsi olduğuna görə “Qafur düzü” kimi tanmırdı. Strateji yer olduğu
üçün Qarabağ xanı Pənahəli xan Cavanşir 1756-1757-ci illərdə Şuşa qalasını Cıdır
düzünə yaxın ərazidə tikdirmişdir. Qarabağ xanları (xüsusilə Cəfərqulu xan) bu ərazidə
tez-tez at yarışları keçirdiyinə görə artıq “Qafur düzü” deyil, “Cıdır düzü” adlandırılmağa
başlamışdır. Cıdır düzü yaxınlığında Ağzıyastı Kaha yerləşir. Musiqişünas, alim Mir
Möhsün Nəvvab yay aylarında burada musiqi məclisləri təşkil edərdi. M.M.Nəvvabın
məzarı da məhz Cıdır düzümdədir. Mola Pənah Vaqif oğlu Əli bəy ilə birlikdə Cıdır
düzündə edam olunmuş və burada dəfn edilmişlər. Cıdır düzü Şuşaya gələn turistlərin
ilk getdiyi, Qarabağ xanəndələrin konsertlər verdiyi, Novruz şənliklərinin təşkil
olunduğu məkan olmuşdur. Qarabağlı gənclər il boyu Cıdır düzünə at yarışdırmaq,
“Çövqan”, “Baharbəndi”, “Papaq” və “Yaylıq” oyunları oynamaq üçün yığışardılar. Hər il
may ayında Cıdır düzündə “Xarıbülbül” festivalı keçirilərdi. 8 may 1992-ci il tarixində
Şuşanın ermənilər tərəfindən işğalı ilə Cıdır düzü də 28 il erməni tapdağında qalmışdır.
8 noyabr 2020-ci il tarixində Şanlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Şuşanın azad
edilməsi ilə Cıdır düzü də işğaldan azad edilmişdir. 14 noyabr 2020-ci il tarixində
əsgərlərimiz vaxtilə Ermənistanın baş nazirinin sərxoş halda yallı getdiyi Cıdır diizürıdə
bu torpaqların əsl sahibi kimi yallı getmişlər. 22 dekabr 2020-ci il tarixində 28 illik
həsrətdən sonra köhnə adətlərə uyğun olaraq, Şuşa şəhərinin işğaldan azad
edilməsindən sonra ilk dəfə Cıdır düzündə hərbçilərimiz üçün konsert təşkil olunmuş,
qurulan səhnədə xanəndələr muğam oxumuşlar.1989-cu ildə Şuşada yaşayan əhalinin neçə nəfəri ermənilərdən ibarət idi?
20 579 nəfər əhalinin cəmisi 1 377 nəfəri erməni idi.Sovet dövründə Şuşa şəhərinin dirçəldilməsi kimin adı ilə bağlı idi?
Ümummilli Lider Heydər Əliyevin adı ilə. Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra mümkün
olmuşdur. Respublikanın yeni rəhbəri ilk növbədə şəhərin tarixi-memarlıq abidələrinin
dağıdılmasının qarşısını almaq üçün tədbirlər görmüşdür. 1977-ci ilin avqust ayında
Azərbaycan SSSR Nazirlər Soveti onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini
tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etmişdir. Şəhərin sosialiqtisadi
və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülmüşdür. Bütün
Azərbaycanda tar, kamança, ud, nağara vəs. musiqi alətləri istehsal edən yeganə Şərq
Milli musiqi alətləri fabriki istifadəyə verilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə
həmçinin Azərbaycan mədəniyyətinin və incəsənətinin korifeyləri olan Üzeyir
Hacıbəylinin, Bülbülün, Xurşidbanıı Natəvanın, Mir Möhsün Nəvvabın ev muzeyləri
təşkil olunmuşdur. 1982-ci ilin yanvarında isə Molla Pənah Vaqifin məqbərəsi
açılmışdır. Hündürlüyü 20 metr olan bu gözəl incəsənət əsəri incə və naxışlı şəbəkə ilə
bəzədilmiş, ona qırmızıya çalan yerli mərmərdən üz çəkilmişdi.Şuşa tarixən neçə dəfə yandırılmışdır?
3 dəfə: 1905, 1920 və 1992-ci illərdə.1988-ci ildə ermənilər tərəfindən qırılması Azərbaycanda antisovet hərəkatına
təkan vermiş Şuşa ətrafındakı meşə hansıdır?
Topxana meşəsi. Palıd, fıstıq, qarağac və digər ağaclardan ibarət meşə Şıışa şəhərinin
ətrafındakı torpaqların təxminən 20 faizini əhatə edir. “Qarabağnamə’lərdə qeyd
olunub ki, 1795-ci ildə Ağa Məhəmməd Şah Qacar Şuşaya ikinci yürüş zamanı toplarını
həmin meşədə yerləşdirərək şəhər divarlarını oradan vururmuş. Geri çəkilən zaman
şalım ordusu bir neçə topunu orada unutmuş və Ibrahimxəlil xan bir dəstə süvari ilə
topxanaya hücum edərək həmin topları məhv etmişdir. Bu hadisədən sonra meşənin adı
“Topxana” qalmışdır. Topxana meşəsi 1981-ci ildə yaradılan və 450 hektar sahəni əhatə
edən Daşaltı Yasaqlığının ərazisinə daxildir. Meşənin ağaclarının 1988-ci ildə ermənilər
tərəfindən qırılması Azərbaycanda antisovet mitinqlərinə səbəb olmuşdur. 17 noyabr
1988-ci il tarixində yüzminlərlə azərbaycanlı Azadlıq meydanına toplaşaraq qırılan
Topxana meşəsi ərazisində Ermənistanım “Kanaker” Alüminium Zavodunun işçiləri
üçün pansionatın tikintisinə etiraz etmişdir. Dağlıq Qarabağ ermənilər tərəfindən işğal
edildikdən sonra Topxana meşəsi də ermənilərin girovuna çevrilmiş, meşənin minlərlə
qiymətli ağacı qırılaraq Ermənistana daşınmışdır. 44 günlük İkinci Qarabağ müharibəsi
(Vətən müharibəsi) zamanı ermənilər meşəni fosfor bombaları ilə yandırmışdır. 8
noyabr 2020-ci il tarixində rəşadətli və müzəffər Azərbaycan Silahlı Qüvvələrinin Şuşa
şəhərini işğaldan azad etməsi ilə Topxana meşəsi də girovluqdan xilas olmuşdur.8 may 1992-ci il tarixində işğala məruz qalanadək Şuşa rayonuna hansı yaşayış
məntəqələri daxildir?
Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənd (Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular,
Xəlfəli, Armudla, Dükanlar, Həsənabad, Qarabulaq, Ağbulaq, Zamanpəyəsi, Şuşulu,
Mirzələr, Qaybalı, Laçınlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalı, İmamqulular,
Cəmillər, Səfixanlar, Xanlıqpəyə, Allahqulular, Həsənqulular, Böyük Qaladərəsi, Kiçik
Qaladərəsi, Göytala, Onverest, Zarıslı, Nəbilər, Sarıbaba, Daşaltı, Nağılar, Xudaverdilər,
İmanlar və Turabxan)İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) Şuşa şəhəri nə zaman
işğaldan azad edilmişdir?
8 noyabr 2020-ci il tarixində. Birinci Qarabağ müharibəsində Şuşanın işğalı
əməliyyatını ermənilər “Dağlarda toy” adlandırmışlar. Birinci Qarabağ müharibəsi
zamanı Şuşanın itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın
Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırılmışdır.Şuşanın ən yüksək zirvəsi hansıdır?
Böyük Kirs dağı (2725 metr).1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən güllələnmiş Üzeyir
Hacıbəylinin, Bülbülün və Natəvanın abidələri Milli İncəsənət Muzeyində uzun
müddət hansı adla sərgilənmişdir?
“Güllələnmiş heykəllər” adı ilə. Həmin heykəllər Şuşa işğaldan azad olunduqdan
sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı geri qaytarılmışdır.
Müəllif: Şamxal Şıxəliyev
Facebook- Shamkhal Shikhaliev
Instagram- Qanunvericilik_Dovlet_QulluguWhatsapp- +994 51 337 37 75
***************************************************************************************************
AZƏRBAYCANIN İQTİSADİ RAYONLARI
[QR size=”100×100″ link=”no”][/QR]