Periferiya qurğuları Haqqında

Periferiya qurğuları

Verilənlərin sistem blokuna daxil edilməsi və ya xaric edilməsi, həmçinin blokda uzun müddət saxlanması üçün istifadə edilən qurğulara periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompyuterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir.

Periferiya qurğuları təyinatına görə aşağıdakı kimi qruplaşdırılır:

  • verilənləri daxil edən qurğular (giriş qurğuları) – klaviatura, skaner, rəqəmli kamera, mikrofon, qrafik planşet və s.;
  • verilənləri xaric edən qurğular (çıxış qurğuları) – printer, plotter (qrafik çəkən qurğu), səs gücləndirici, monitor,proyektor və s.;
  • verilənləri uzun müddətli saxlayan qurğular (xarici yadda saxlama qurğuları) – strimmer (informasiyanı maqnit lentinə yazan qurğu);
  • verilənləri mübadilə edən qurğular – modem
  • kursoru idarə edən qurğular – maus, coystik, sensor paneli və s.

Əlavə olaraq

Giriş – çıxış qurğularının koməyi ilə kompüterlər ətraf mühitlə əlaqədə olur. Giriş qurğularına misal olaraq: klaviaturanı, mouse (sıçanı), skaneri, qrafiki planşeti (digitizer), web-kameranı, TV- tüneri və s. göstərmək olar.

 

  • Giriş qurğuları

Klaviatura–kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə kompüterə istənilən simvolları (rəqəm, hərf, və s.) daxil

etmək mümkündür

Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq və ekranda olan məlumatı printerə göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 102/104 klaviş(düymə) olur.

Mouse (sıçan) – kompüterə məlumat daxil edən giriş qurğusudur. Yerdəyişdirmə vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. ”Mous”-u hərəkət etdirməklə kursorun displeyin üzərində hərəkətini təmin edirik. Son dövrlərdə optik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.

Mikrofon- səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.

Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur.

Qrafiki planşet (digitizer) – əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir.

TV – tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur.

Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn , şəkil və qrafik məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Skaner fərdi kompüterə USB portu vasitəsi ilə qoşulur.

  • Çıxış qurğuları

Fərdi kompüterin çıxış qurğularına misal olaraq, monitoru, printeri, səs kolonkasını, grafikçəkəni, strimmeri və s. göstərmək olar.

  • Monitor -çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14,15, 17,19 və 21 dyüm. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər:- elektron-şüa borusu, mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.

 

  • Monitorun əsas səciyəvi xüsusiyyətləri

 

  • pixellərin sayı
  • kadrların əks olunma tezliyi
  • korpusun materialı
  • dioqnal üzrə ölçüsü
  • müdafiə dərəcəsi

Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür: simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda bir dyümdə (1 dyüm=2.54 mm) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Bütün çap qurğuları çapetmə prinsipinə görə aşağıdakı qruplara bölünür:

  • Matrisli tipli zərbəli printerlər;
  • Şırnaqlı printerlər;
  • Lazerli (səhifəlik) printerlər.
  • Matris tipli zərbəli printerlərBu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün mümkün işarələr kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu vasitəsilə təşkil olunurlar. Bu cür üsulla işləyən çap qurğuları kifayət qədər çap keyfiyyəti, ucuz materiallarla (rəngli lent və kağız) işləməyi təmin edir, həm standart formalı kağızdan, həm də rulon tipli kağızdan istifadə etməyə imkan verir.
  • Şırnaqlı printerlər. Bu printerlər mürəkkəblə işləyir. Şırnaqlı printerlər matris tipli zərbəsiz işləyən çap qurğularına aid edilə bilərlər.

 

  • Lazer və LED (Light Emitting Diode) printerləriBu printerlərdə quru toz hissəciklərindənistifadə edilir. Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap

barabanı və optik-mexaniki sistemdir. LED printerlərində isə yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir.

Çap rənginə görə isə printerlər 3 qrupa bölünür:

  • Ağ-qara printerlər;
  • Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);
  • Rəngli printerlər.

 

  • Səs kolonkasından (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur.
  • Qrafikçəkən qurğu – kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur.
  • Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur.Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə malik olur. Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır.

Qeyd. Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu multimedia adlanır. Bu qurğu özündə mikrofonu, web-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun koməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.

  • Modem (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri,radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com, USB portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san ÷ 2 Mbit/san qədər olur. Modem qurğusunun koməyi ilə istifadəçilərin kompüterləri kompüter şəbəkəsinə (İnternet) qoşulur.

 

  • Plotter

Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.

  • Xarici yaddaş qurğuları

  • Elastik (çevik) maqnit disklərdə toplanan informasiya;
  • Sərt maqnit diskdə (vinçester) toplanan informasiya;
  • Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya;
  • Kompakt disklərlə iş üçün disk qurğuları;
  • Strimmerlər və s.
    1. Elastik maqnit disklərdə toplanan informasiya daşıyıcıları – disketlərdir. Hal-hazırda adi disketlərdən və floppi disketlərdən istifadə olunur. Adi disket 1,44 Mbayta, floppi disketlər isə 21 Mbayta qədər informasiya tuta bilər.
    2. Dəyişdirilməyən sərt maqnit disk (HDD – Hard Disk Driver, vinçester) EHM-lə iş zamanı daim istifadə olunan informasiyanın – əməliyyat sisteminin, proqram örtüyü proqramlarının və s.-in kompyuter şəbəkədən ayrıldıqda belə uzun müddətə saxlanılmasını təmin edir. Müasir kompyuterlərdə vinçesterin tutumu 1Tbayt-a qədər ola bilər.
    3. Dəyişdirilə bilən sərt maqnit disklər də informasiyanın saxlanması və daşınmasını təmin edir.

Lazer kompakt disklərlə iş üçün disk qurğuları müxtəlif tip kompakt disklərdən informasiyanın oxunmasını təmin edir. Əsas tipləri aşağıdakılardır:

  1. CD-R (Compact Disc). Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər. Yaddaşın həcmi ən azı 680 Mbayt olur. CD-ROM qurğusu ilə isə CD-diskdəki informasiyanı yalnız oxumaq olar.
  2. CD-RW (Compact Disc – Rewritable) disklər. Bu cür disklərə informasiya yazan istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.

 

  1. DVD disklər. Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır. Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD disklərin iki tipi var: DVD-R – yalnız informasiyanı oxumaq üçün, DVD-RW isə həm oxumaq, həm də yazmaq üçün istifadə edilir. Bu disklərin oxunması üçün xüsusi qurğudan (DVD-ROM) istifadə edilir, bu qurğu adətən CD-lərin oxunmasını da təmin edir.

ZIV informasiya yığıcıları. 2001-ci ildə Hyundai kompaniyası fləş-yaddaşla mobil vinçester arasında yerləşən ZIV-drive adlı yeni növ informasiya yığıcısı təklif edir. Bu qurğunun ölçüsü fləş-yaddaşda olduğu kimidir, tutumu isə 10-100 Gb olur.

Fləşkart və s.

 

  • Kursoru idarə edən qurğular

Fərdi kompyuterlərlə işləyərkən klaviaturaya alternativ olan xüsusi manipulyatorlardan istifadə edirlər. Bunlara coystik, işıqlı qələm, sensor paneli, maus və s. aiddir.

Maus (manipulyator)

Maus – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Maus və trekbol vasitəsilə informasiya kompyuterə daxil edilir. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.

Trekbol

Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinliklər də törədir. Onu stol üzərində hərəkət etdirdikdə kabeli nəyəsə ilişir və s. Bu problemləri aradan qaldırmaq üçün trekbol adlanan qurğu kəşf edilmişdir. Bu halda maus tərsinə çevrilir və mausun özü hərəkət etmir, biz yalnız barmağımızla kürəni hərəkət etdiririk. Trekbollar mausa nisbətən daha baha olur və əsasən tətbiqi qrafiki işlərdə, avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq edilir.

Sensor paneli (Taçpad)

İdarə qurğularından biri də ən çox noutbuklarda istifadə olunan sensor paneli və ya taçpaddır (ing. touchpad – sensor sahə).

Sensor panelindən barmağı qurğunun səthində hərəkət etdirməklə kursorun ekranda hərəkətini təmin etmək üçün istifadə olunur.

Dostlarla Paylaş ↓