Dövlət Qulluğu(BB) Qanunvericilik üzrə Sınaq Testləri və Cavabları (Fariz Heydərov)
1.Elektron imza və elektron sənəd haqqında AR-nın qanununa əsasən elektron sənəd nədir?
A)İnformasiya sistemində nizamlanmış hərəkət
B)İnformasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər ilə təsdiq olunmuş sənəd
C)Digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər
D)Digər verilənlərə əlavə edilən və ya onlarla sistematik əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər2.Konstitusiyaya əsasən kollektiv əmək mübahisələri hansı qaydada həll olunur?
A)Konstitusiya ilə müəyyən olunmuş qaydada
B)Qanunla müəyyən olunmuş qaydada
C)Konstitusiya və qanunla müəyyən olunmuş qaydada
D)Konstitusiya qanunu ilə müəyyən olunmuş qaydada3.Dövlət qulluğu haqqında qanuna əsasən göstərilənlərdən hansı 2-ci kateqoriya icra hakimiyyəti orqanı deyil?
A)AR Maliyyə Nazirliyi
B)NMR Televiziya və Radio Şurası
C)AR Qida Təhlükəsizliyi Agentliyi
D)AR Dövlət Gömrük Komitəsi4.Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələrindən biri yanlışdır:
A)xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi
B)dövlət dilinin inkişaf proqramının hazırlanması
C)dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;
D)dövlət orqanlarının səmərəli fəaliyyətinin təşkil edilməsi5.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır:
A) Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
B) Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir
C) Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir
D) Dövlət bayrağında yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə qırmızı rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir6.Vətəndaşların müraciətləri haqqında AR-nın qanununa əsasən X müəssisəsində şikayətlərə baxmaq hüququ yalnız Z şəxsinə verilmişdir.M şəxsi tərəfindən Z şəxsi haqqında şikayət daxil olarsa və həmin şikayəti aidiyyatı üzrə göndərmək mümkün olmazsa X müəssisəsinin rəhbəri hansı tədbir görməlidir?
A)Şikayətin araşdırılmasını şəxsən özü həyata keçirməlidir
B)Vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququnu izah etməlidir
C)Vətəndaşa şikayət etmə qaydasını izah etməlidir
D)Vətəndaşın müraciətinin cavablandırılmasının mümkünsüzlüyü haqqında məlumat verməlidir7.Kargüzarlıq haqqında Təlimata əsasən sənədlərin dövrüyyəsinin təşkili ilə bağlı deyilənlərdən səhv olanı müəyyən edin.
A)Şəxsi korrespondensiya istisna edilməklə, bütün zərflər açılır
B)Bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin yuxarı sağ küncündə qeyd ştampı vurulur
C)Daxil olmuş sənədlər onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir
D)İcra olunmuş sənədlər işə tikilmək üçün işləri müvafiq məsələlər üzrə tərtib edən struktur bölmələrinə və ya bu məqsəd üçün ayrılmış işçilərə verilir8.Etik davranış qaydaları haqqında AR-nən qanununa əsasən göstərilənlərdən hansı qanunun əhatə dairəsinə aiddir?
A)Hər bir dövlət qulluqçusu qanunun aliliyini rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur
B)Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır
C)Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır
D) Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir9.Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vuruldugu yerlerden hansılar düzgün göstərilmişdir?
1.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin xidməti otağına
2.Dövlət iqamətgahlarının binalarına
3.Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin sədrinin xidməti otağına
4. Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xidməti otağına
5. Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəmələrinin sədrlərinin xidməti otağına
6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasındakı otaqlaraA)1,2,5 C)3,4,5,6
B)1,2,4 D)1,2,3,410.Dövlət qulluğu haqqında AR-nın qanununa əsasən düz olanları müəyyən edin.
A)Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq dövlət qulluğunda olmanın yaş həddinə çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur
B)Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq əmək haqqının təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur
C)Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur
D)Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur11.Konstitusiyaya əsasən Birləşmək hüququ maddəsinə aiddir.
1.Hər kəs istənilən birlik yaratmaq hüququna malikdir
2.Heç kəs hər hansı birliyin üzvlüyündə qalmağa məcbur edilə bilməz
3.Məhkəmə qərarlarını pozan birliklərin fəaliyyətinə qanun əsasında xitam verilir
4.Azərbaycan Respublikası vətəndaşlarının ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır
5.Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilərA)1,2,4 B)1,2,5 C)1,4,5 D)2,3,5
12.Məlumat azadlığı haqqında AR-nın qanununa əsasən hansı məlumatlar bütün hallarda alınması məhdudlaşdırılıan məlumatlara aid edilmir?
A)Terror aktlarına aid məlumatlar
B)Ətraf mühitə dair informasiyalar
C)Həkimliklə bağlı məlumatlar
D)Dövlət sirrləri təşkil edən məlumatlar13.AR dövlət himni haqqında qanuna əsasən Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası kim tərəfindən müəyyən edilir?
A)Dövlət Himni haqqında qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən
B)Dövlət Himni haqqında qanunun tələbləri nəzərə alınmaqla müvafiq qanunvericiliklə
C)Dövlət Himni haqqında qanuna uyğun olaraq
D)Müvafiq icra hakimiyyəti orqanı tərəfindən14. Korrupsiyaya qarşı mübarizə haqqında qanuna əsasən idarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verdikdən sonra görülən tədbirlərdən hansı düzgün göstərilməmişdir?
A)Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini dövlət orqanının rəhbərinə bildirməlidir
B) Səlahiyyətli struktur bölmə araşdırmanı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır
C)Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalıdır
D)Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qeydə aldıqdan sonra bu barədə məlumat verən şəxsə məlumat verməlidir15. Konstitusiya əsasən uyğunluğu müəyyən edin.
1.AR-nın ərazisində birbaşa qüvvədədir
2.AR-nın ərazisində məcburi qüvvəyə malikdir
3.AR-nın ərazisində birbaşa hüquqi qüvvəyə malikdir
4.Konstitusiyanın ayrılmaz hissəsidir
5.Qanunvericilik sistemini ayrılmaz tərkib hissəsidirA-Tərəfdar çıxdığımız beynəlxalq müqavilələr
B-Konstitusiya Məhkəməsinin qərarları
C-Konstitusiya
D-Konstitusiya qanunları
E-Əsas insan və vətəndaş hüquqları və azadlıqlarıA)1-C,2-D,3-B,4-A,5-E
B)1-E,2-B,3-C,4-D,5-A
C)1-E,2-A,3-C,4-B,5-D
D)1-A,2-C,3-B,4-E,5-D16.Dövlət qulluğu haqqında AR-nın qanununa əsasən 3-cü kateqoriya dövlət orqanı deyil
A)Regional Ombudsman İdarəıəri
B)Hərbi Məhkəmələr
C)NMR Maliyyə Nazirliyi
D)NMR Nazirlər Kabineti17.Kargüzarlıq haqqında Təlimata əsasən əmr hansı hissələrdən ibarətdir?
A)giriş və şərh
B)şərh və əsas
C)şərh və sərəncam
D)giriş və əsas18.Dövlət qulluğu haqqında AR-nın qanununa əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində arxiv qeydiyyatçısına hansı ixtisas dərəcəsi verilmir:
A) III-dərəcəli referent
B) Böyük referent
C) I-dərəcəli referent
D) II-dərəcəli referent19.Məlumat azadlığı haqqında AR-nın qanununa əsasən Məlumatın əldə edilməsi üçün təminatlardan biri yanlışdır?
A)dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə
B)normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə
C)vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə
D)dövlət hakimiyyəti orqanlarında açıqlanması məhdudlaşdırılan məlumatın əldə edilməsi üçün informasiya xidmətinin yaradılması ilə20.Konstitusiyaya əsasən “Sağlam ətraf mühitdə yaşamaq hüququ” maddəsinə aiddir.
1.Hər kəsin sağlamlığını qorumaq hüququ vardır
2.Heç kəs ətraf mühitə, təbii ehtiyatlara təhlükə törədə və ya zərər vura bilməz
3.Dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir
4.Dövlət yabanı bitkilərin və vəhşi heyvanların qorunmasına təminat verir
5.Hər kəsin ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardırA)3,5 B)2,4,5 C)Bütün cavablar doğrudur D)1,2,3,5
21.Dövlət ulluğu haqqında qanuna əsasən Dövlət qulluqçusunun idarəçilik və peşəkarlıq təcrübəsi nə zaman nəzərə alınır?
A)Müsahibə zamanı
B)İxtisas dərəcəsi verilərkən
C)Staj dövründə
D)Sınaq müddətində22.Vətəndaşların müraciətləri haqqında AR-nın qanununa əsasən yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nə əlavə olunmalıdır?
A) Arayış
B) Nümayəndənin vəzifəsi
C) Nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti
D) Hamısı23.Dövlət qulluğu haqqında AR-nın qanununa əsasən I – kateqoriya dövlət orqanı deyil.
A)Hesablama Palatası
B)NMR Ali Məhkəmə
C)Ombudsman Aparatı
D)Baş Prokurorluq24.Elektron imza və electron sənəd haqqında AR-nın qanununa əsasən elektron sənədin istifadəsi və dövriyyəsi nəyə uyğun həyata keçirilir?
A)Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş kargüzarlıq standartları və qaydalarına
B) Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələrə
C)Qanunvericiliyə uyğun
D)Elektron imza və elektron sənəd haqqında qanuna uyğun olaraq25.Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılardan hansına dair ümumi qayda (qaydalar) müəyyən etmir?
A)Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri
B)Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili
C)Ətraf mühitin qorunması
D)Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər26.Dövlət qulluğu haqqında AR-nın qanununa əsasən kütləvi informasiya vasitələrində müsahibənin keçirilməsi haqqında elan verilərkən həmin elanda nə göstərilməlidir?
A)Müsahibədə iştirak etmək üçün lazım olan sənədlərin siyahısı
B)Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət
C)Müsahibədə iştirak etmək istəyən şəxsin əmək kitabçası
D)Müsabiqədə aldığı sertifikatın surəti27.Etik davranış qaydaları haqqında AR-nın qanununa əsasən dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə kimə məlumat verməlidir?
A) Dövlət orqanının rəhbərinə
B) Yuxarı rəhbərinə
C) Birbaşa rəhbərinə
D) Heç kimə28.Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir:
1. Azərbaycan Respublikası Prezidentinin sərəncamları
2. Azərbaycan Respublikası qanunları
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
5. Azərbaycan Respublikası Konstitusiyası
6. Azərbaycan Respublikası Prezidentinin fərmanlarıA)2,4,5,6 B)1,3,4,5 C)1,2,4,6 D)3,4,5,6
29.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin 5-ci təsnifatına aiddir:
A) Bakı Şəhər İcra Hakimiyyəti aparatında şöbə müdirinin müavini
B) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparatında məsləhətçi
C) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı rəhbərinin müavini
D) Azərbaycan Respublikası Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsində baş məsləhətçi30.Vətəndaşların müraciətləri haqqında qanuna əsasən müraciətin mətninə dair tələblərə aid deyil:
A) Müraciətin mətni oxunaqlı olmalı
B) Müraciətdə edilən təklif aydın ifadə edilməlidir
C) Müraciətin mətnində tənqidə yol verilməməlidir
D) Müraciətdə edilən tələb aydın ifadə edilməlidir31.Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yardımçı vəzifələrin birinci təsnifatına aiddir:
A) ali kateqoriya dövlət orqanlarında texniki vəzifələr
B) 4-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr
C) 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr
D) 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr32.Məlumat azadlığı haqqında AR-nın qanununa əsasən məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri hansılardır?.
1. Cəmiyyətin maddi rifahının təmin edilməsi
2. Məlumat azadlığının təmin edilməsi
3. Dövlət orqanına müsabiqə və müsahibə vasitəsilə qəbulun təşkili
4. Məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı
5. Məlumatın obyektivliyi, tamlığı və həqiqiliyiA) 1,2,3 B) 1,3,5 C) 3,4,5 D) 2,4,5
33.Məhkəmələr və hakimlər haqqında qanuna əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində hansı hallarda digər məhkəmələr da yaradıla bilər?
A) Qanunla müəyyən edilmiş qaydada
B) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
C) Dövlətlərarası müqavilələrə uyğun olaraq
D) Yaradılması qadağandır34.Konstitusiyaya əsasən Azərbaycan Respublikasının ərazisi müddəası ilə bağlı deyilənlərdən hansı səhvdir?
A) Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz
B) Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir
C) yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri özgəninkiləşdirilə bilər
D) Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir35.Dövlət Qulluğu haqqında qanuna əsasən dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən biri seçərək:
A)üç ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və daimi dövlət qulluğu vəzifəsinə təyin etməlidir
B)altı ay staj müddəti və 3 ay sınaq müddəti təyin etdikdən sonra vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir
C)altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir
D)üç ay sınaq müddətindən sonra vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir36.Korrupsiyaya qarşı mübarizə haqqqında qanuna əsasən bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər üçün ortaq xüsusiyyət.
A)Korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər
B)Korrupsiyaya qarşı mübarizəni öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər
C)Korrupsiyaya qarşı ixtisaslaşmışlar
D)Qanunda belə hal nəzərdə tutulmamışdır37.Dövlət qulluğu haqqında AR-nın qanununa əsasən Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa dövlət orqanının rəhbəri:
A) sınaq müddəti ərzində müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla əmək müqaviləsi bağlayır
B) həmin müddət qurtardıqdan sonra müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla əmək müqaviləsi bağlayır
C) həmin müddət qurtardıqdan sonra müqavilənin şərtləri nəzərə alınmadan, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla yeni əmək müqaviləsi bağlayır
D) sınaq müddəti qurtardıqdan sonra kuratorun müvafiq rəyinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla əmək müqaviləsi bağlayır38.Azərbaycan Respublikası Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərdən biri yanlışdır:
A)Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası
B)Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının binası
C)Azərbaycan Respublikası Mərkəzi Bankın binası
D)Yerli özünidarəetmə orqanlarının binası39.Kargüzarlıq haqqında Təlimata əsasən sənədlərin mətnləri hazırlanarkən ikinci hissədə göstərilməlidir:
A) Əsas götürülmüş faktların təsviri
B) Nəticələr, təkliflər, qərarlar və sərəncamlar
C) Ümumi məlumatlar
D) Əsas götürülmüş hadisələrin təsviri40.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 5-ci kateqoriya dövlət orqanıdır:
A)Ombudsmanın regional idarələri
B)Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
C) Daşkəsən rayon Çıraqlı kənd inzibati ərazi dairə üzrə nümayəndəliyi
D) Azərbaycan Respublikası Mərkəzi Seçki KomissiyasıCAVABLAR:
1.B
2.B
3.B
4.D
5.D
6.B
7.B
8.A
9.B
10.C
11.B
12.B
13.A
14.A
15.B
16.D
17.C
18.B
19.D
20.A
21.B
22.C
23.B
24.B
25.B
26.B
27.A
28.A
29.D
30.C
31.A
32.D
33.A
34.C
35.C
36.B
37.B
38.D
39.B
40.CHAZIRLADI: DQ üzrə müəllim
Fariz Heydərov.
Dövlət Qulluğu qəbuluna
hazırlıq üçün:
055-594-51-57
[QR size=”100×100″ link=”no”][/QR]