Qanunvericilik Bölmələri Üzrə Testlər (Konistitusiya)
Düzgün cavabların qarşısında 2 dənə )) işarəsi var.
1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hansı məsələləri tənzimləyir?
A) AR-da dövlət qulluğu sahəsində dövlətlə siyasi vəzifəlilər arasında yaranan münasibətləri və siyasi vəzifəlilərin hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir
B)) AR-da dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir
C) AR-da dövlət qulluğu sahəsində dövlətlə istənilən əmək fəaliyyəti ilə məşğul olanlar arasında yaranan münasibətləri və onların vəziyyəti ilə bağlı məsələləri tənzimləyir
D) Heç biri
2. Dövlət qulluğu nədir?
A) AR Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində siyasi vəzifəlilərin öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
B) AR Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində əmək kollektivlərinin öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
C)) AR Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
D) AR Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində siyasi partiya rəhbərlərinin öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu kimə şamil edilir?
A) İcra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən texniki işçilərə
B)) İcra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
C) İcra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında rəhbər tutan şəxslərə
D) İcra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən şəxslərə
4. Hansı orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür?
1. Milli Təhlükəsizlik Nazirliyi
2. Sənaye və Energetika Nazirliyi
3. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
4. Ədliyyə Nazirliyi
5. Fövqəladə Hallar NazirliyiA) 1,2,3 B) 3,4,5 C)) 1,4,5 D) 2,4,5
5. Dövlət qulluğunun əsas vəzifələrini seçin:
1. AR Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi
2. Bələdiyyə orqanlarının işinin təşkilinə yardımçı olması
3. Dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi
4. Dövlət qulluğu sahəsi üçün normativ aktların hazırlanması prinsiplərinin müəyyən edilməsi
5. Dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi
A) 1,2,3 B)) 1,3,5 C) 2,3,5 D) 1,3,4
6. Dövlət qulluğu hanası prinsiplərə əsaslanır?
1. Qanunçuluq
2. Dövlət orqanlarına seçkilərin ümumi əsaslarının müəyyən edilməsi
3. AR- qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi
4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət qulluğuna qəbulunun təşkil edilməsi
5. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyiA) 1,2,3 B) 3,4,5 C) 1,3,4 D)) 1,3,5
7. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları hansı qaydada yaradılır?
A) AR Prezident Administrasiyasının yazılı razılığı əsasında
B) AR Milli Məclisinin yazılı razılığı əsasında
C) Qanunvericiliyə uyğun şəkildə
D)) Yaradılmır
8. “Dövlət qulluğu haqqında” AR Qanununa əsasən bu normativ hüquqi aktın tətbiqinə kim nəzarət edir?
A) AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
B)) Dövlət Qulluğunu İdarəetmə Şurası
C) AR Nazirlər Kabineti
D) Heç biri
9. AR Dövlət Qulluğunu İdarəetmə Şurasının neçə üzvü var?
A)) 18 B) 28 C) 20 D) 16
10. AR Dövlət Qulluğunu İdarəetmə Şurasının səlahiyyətləri hansı hüquqi sənədlə müəyyən edilir?
A) AR Prezidentinin fərmanları ilə
B) AR Milli Məclisinin Qərarları ilə
C)) Əsasnamə ilə
D) Heç biri
11. Azərbaycan Respublikasının Dövlət
Qulluğunu İdarəetmə Şurası hansı əsaslarla fəaliyyət göstərir?
A)) İctimai
B) Dövlət orqanıdır
C) Siyasi təşkilatdır
D) Heç biri
12. AR Dövlət Qulluğunu İdarəetmə Şurasının qəbul etdiyi qərarların məcburiliyi dövlət qulluqçuları
üçün kim tərəfindən təmin edilir?A) AR Baş naziri, Milli Məclisinin sədri və Konstitusiya Məhkəməsinin sədri
B)) AR Prezidenti, Milli Məclisinin sədri və Konstitusiya Məhkəməsinin sədri
C) AR Baş naziri, Milli Məclisinin sədri və bələdiyyə sədrləri
D) Heç biri
13. Dövlət qulluqçularının fəaliyyətlərini həyata keçirdiyi qurumu seçin:
A)) AR qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda AR-nın məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən qurum
B) AR qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda AR-nın məqsəd və funksiyalarını həyata keçirən, ictimai əsaslarla yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən qurum
C) AR Prezidentinin fəarman və sərəncamları ilə müəyyən edilmiş hüdudlarda AR-nın məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən qurum
D) Heç biri14. Dövlət orqanları neçə təsnifatdan ibarətdir?
A) 7 B) 8 C) 9 D)) Heç biri
15. Dövlət qulluğu vəzifəsi nədir?
A) AR Konstitusiyası ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.
B)) Dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.
C) “Dövlət qulluğu haqqında” AR Qanun ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.
D) AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.
16. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq hansı növlərə bölünür?
A) İnzibati və köməkçi
B) Köməkçi və yardımçı
C) İnzibati və admnistrativ
D)) İnzibati və yardımçı
17. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu hansı qanunvericilik aktları ilə müəyyən olunur?
A) “Dövlət qulluğu haqqında” AR Qanunu
B) AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə
C) AR Dövlət Qulluğunu İdarəetmə Şurasının qəbul etdiyi qərarlarla
D)) Heç biri18. İnzibati vəzifə nədir?
A) 1-ci-7-ci kateqoriya dövlət orqanları rəhbərlərinin və dövlət qulluğunda çalışanların vəzifələri
B)) Ali-5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri
C) 1-ci-2-ci kateqoriya dövlət orqanları aparatları rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri
D) 1-ci-5-ci kateqoriya dövlət orqanları bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri
19. İnzibati və yardımçı vəzifə tutan şəxsin hüquqi statusu nə ilə müəyyən edilir?
A)) İşlədiyi dövlət orqanının səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları və vəzifə təlimatları
B) İşlədiyi dövlət orqanın səlahiyyətlərini müəyyən edən AR Nazirlər Kabinetinin aktları və vəzifə təlimatları
C) İşlədiyi dövlət orqanının səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları
D) Heç biri
20. Yardımçı vəzifələr nədir?
A)) Ali-5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının vəzifələri
B) Ali-5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən bölmə müdirlərinin vəzifələri
C) 1-ci-5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən mütəxəssislərin vəzifələri
D) Heç biri21. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna nə daxildir?
A) Vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri haqqında məlumatlar
B) Vəzifələrin təsnifatları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar
C)) Vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar
D) Vəzifələrin təsnifatları və adları və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar
22. Dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün nə əsasdır?
A)) İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu
B) Dövlət orqanının səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları
C) Dövlət orqanının səlahiyyətlərini müəyyən edən AR Milli Məclisinin qərarları aktları
D) Heç biri
23. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri nəyi ifadə edir?
A)) Vəzifə iddiasında olan şəxsin həmin
vəzifənin öhdəsindən gəlməsi üçün
kifayət qədər səriştəsinin olmasını
B) Vəzifə iddiasında olan şəxsin həmin
vəzifənin öhdəsindən gəlməsi üçün
tibbi göstəricilərini
C) Vəzifə iddiasında olan şəxsin həmin
vəzifənin öhdəsindən gəlməsi üçün
dövlət qulluğuna yararlılığını
D) Vəzifə iddiasında olan şəxsin həmin
vəzifənin öhdəsindən gəlməsi üçün
fiziki göstəricilərini
24. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq hansı təhsili olmalıdır?
A)) Ali C) Orta ixtisas
B) Orta D) Heç biri25. Yardımçı vəzifə iddiasında olan şəxsin hansı təhsili olmalıdır?
A)) Orta C) Orta ixtisas
B) Ali D) heç biri
26. Dövlət qulluqçusu kimdir?
A) Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-ya sadiq olacağına and içən AR vətəndaşıdır
B) Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan, inzibati və yardımçı vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-ya sadiq olacağına and içən AR vətəndaşıdır
C) Qanunla müəyyən edilmiş qaydada işə qəbul edilmiş və müvafiq vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-ya sadiq olacağına and içən AR vətəndaşıdır
D) Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-ya sadiq olacağına and içən vətəndaşlar
27. Dövlət vəzifəli şəxs kimdir?
A) İnzibati və ya yardımçı vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu
B)) İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu
C) AR Prezidenti tərəfindən vəzifəyə təyin edilmiş və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu
D) İnzibati və ya yardımçı vəzifə tutan dövlət qulluqçusu
28. Dövlət qulluqçusunun andı nəyi təsdiq edir?
A)) AR ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini
B) AR xalqı ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini
C) Dövlət oraqnı ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini
D) AR-nın Dövlət Qulluğunu İdarəetmə Şurası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini29. Dövlət qulluğuna qəbul edilmiş vətəndaş nə zaman and içir?
A) Staj müddəti bitdikdə
B)) Daimi dövlət qulluquna qəbul olunduqda
C) Sınaq müddətinin əvvəlində
D) Heç biri
30. Dövlət qulluqçusunun and içmə hansı şəkildə həyata keçiril?
A)) Təntəli şəraitdə AR-nın Dövlət bayrağı altında AR Konstitusiyasına əl basmaqla
B) AR Dövlət Qulluğunu İdarəetmə Şurasında, təntəli şəraitdə AR-nın Dövlət bayrağı altında AR Konstitusiyasına əl basmaqla
C) AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasında, təntəli şəraitdə AR-nın Dövlət bayrağı altında AR Konstitusiyasına əl basmaqla
D) Heç biri
31. Dövlət qulluqçusu neçə dəfə and içir?
A)) Bir dəfə
B) Hər dəfə dövlət oraqnlarına işə qəbul olunduqda
C) Müvafiq dövlət orqanın müəyyən etdiyi sayda
D) Heç biri
32. İxtisas dərəcələri dövlət qulluqçularına hansı təminatlar verir?
1. İnzibati vəzifə tutmaq
2. Yuxarı dövlət orqanına qəbulda üstünlük
3. Vəzifə maaşına əlavə haqq almaq
4. Sosial təminatlardan istifadə etmək
5. Yardımçı vəzifəyə seçim zamanı üstünlükA) 1,2,3 B) 3,4,5 C)) 1,3,4 D) 2,3,5
33. İxtisas dərəcələri verilən zaman nəzərə alınır?
1. Dövlət qulluqçusunun tutduğu vəzifə
2. Dövlət qulluqçusunun ezamiyyət müddətləri
3. Qulluq stajı
4. İcra etdiyi sənədlərin əhəmiyyəti
5. İxtisas dərəcəsində qulluq müddəti
6. Əvvəllər verilmiş ixtisas dərəcəsiA)) 1,3,5,6 C) 3,4,5,6
B) 1,2,3,4 D) 1,3,4,5
34. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə hansı ixtisas dərəcəsi?
A) Tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən yüksək ixtisas dərəcəsi
B)) Tutduğu vəzifənin inzibati təsnifatı
üçün müəyyən edilmiş ən kiçik
ixtisas dərəcəsi
C) Tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş orta ixtisas dərəcəsi
D) Heç biri
35. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri kim tərəfindən verilir?
A)) AR Prezidenti
B) AR Milli Məclisi
C) Dövlət orqanının rəhbəri
D) Heç biri
36. Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri kim tərəfindən verilir?
A) AR Prezidenti
B) AR Milli Məclisi
C)) Dövlət orqanının rəhbəri
D) Heç biri
37. Birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı neçə il qulluq stajı olmalıdır?
A)) 10 B) 5 C) 3 D) 4
38. Birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifatlara daxil olan vəzifələrdə neçə il qulluq stajı olmalıdır?
A)) 3 B) 10 C) 5 D) Heç biri
39. İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə neçə il qulluq stajı olmalıdır?
A)) 4 B) 3 C) 5 D) Heç biri
40. Üçüncü-beşinci təsnifat vəzifələri üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsində qulluq müddəti neçə il təşkil etməlidir?
A)) 3 B) 5 C) 2 D) Heç biri
41. Altıncı-yeddinci təsnifat vəzifələri üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsində qulluq müddəti neçə il təşkil etməlidir?
A)) 2 B) 3 C) 4 D) 1
42. Birinci-ikinci təsnifat yardımçı vəzifələri üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsində qulluq müddəti neçə il təşkil etməlidir?
A))2 B) 1 C) 3 D) Heç biri
43. Üçüncü-dördüncü təsnifat yardımçı vəzifələri üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsində qulluq müddəti neçə il təşkil etməlidir?
A) 2 B)) 1 C) 3 D) Heç biri
44. Dövlət qulluqçusunun vəzifələrinə aiddir:
1. Qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək
2. Dövlət məvacibi almaq
3. Rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək
4. Dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək
5. Əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürməkA)) 1,3,4 B)1,2,3 C) 3,4,5 D) 1,2,5
45. Dövlət qulluqçusunun vəzifələrinə aid deyil:
1. Başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək
2. Həmkarlar ittifaqlarında birləşmək
3. Vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtındabaxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək
4. Dövlət məvacibi almaqA) 1,2,3 B)) 2,4 C)1,2,5 D) 3,4,5
46. Dövlət qulluqçusunun hüquqlarına aiddir:
1. Vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq
2. Dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamaq
3. Dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək
4. Dövlət məvacibi almaq
5. Etik davranış qaydalarına əməl etməkA)) 1,3,4 B) 1,2,3 C) 3,4,5 D) 2,3,4
47. Dövlət qulluqçusunun hüquqlarına aid deyil:
1. Əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq
2. Qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçmək, başqa yerdə qulluq keçmək
3. Elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq4. Qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli
5. Qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı vermək, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməkA) 1,2,3 B)) 2,4,5 C) 3,4,5 D) 1,3,5
48. Dövlət qulluqçusunun məhdudiyyətlərinə aiddir:
1. Dövlət orqanlarında əlavə ödənişli, heç bir seçkili və ya təyinatlı vəzifə tutmaq
2. Müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək
3. Elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq
4. Qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək
5. Dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmaqA) 1,2,3 B) 3,4,5 C)) 1,3,5 D) 2,3,5
49. Dövlət qulluqçusununməhdudiyyətlərinə aid deyil:
1. Dövlət qulluğuna xitam verildikdən sonra AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər
barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etmək
2. İlk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək
3. Qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə
4. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq
5. Qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməkA) 1,2 B) 3,4 C) 4,5 D)) 2,4
50. Dövlət qulluqçuları üçün təminatlara aiddir:
1. Dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər almaq
2. Tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək
3. Lazımi qulluq şəraiti
4. Dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etmək və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter vermək
5. Haqqı ödənilən məzuniyyətA) 1,2,3 B) 3,4,5 C)) 1,3,5 D) 2,3,5
51. Dövlət qulluqçuları üçün təminatlara aid deyil:
1. Dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası
2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü olmaqla bərabər dövlət qulluğunda olmaq
3. Müvafiq istiqamət üzrə əlavə təhsil almaq
4. Qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etmək
5. Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlükA) 1,2 B) 3,4 C)) 2,4 D) 2,5
52. Dövlət məvacibi nədir?
A)) Dövlət qulluqçusuna pul ilə ödənilən haq
B) Təqaüdə çıxmış dövlət qulluçusuna ödənilən haq
C) İxtisas dərəcəsinə malik olan şəxs üçün haq
D) Heç biri
53. Dövlət məvacibinin məbləği nədən asılıdır?
1. Səlahiyyət həcmindən
2. Məsuliyyət dərəcəsindən
3. Tələb olunan peşəkarlıq səviyyəsindən
4. Qulluq stajından
5. Ezamiyyət müddətindən
6. Məzuniyyət müddətindənA)) 1,2,3,4 C) 1,2,3,5
B) 3,4,5,6 D) 2,3,4,5
54. Dövlət məvacibi ibarətdir:
1. Vəzifə maaşından
2. Həmkarlar İttifaqı tərəfindən verilən yardımlardan
3. Mükafatlardan
4. Vəzifə maaşına əlavələrdən
5. Ezamiyyə xərclərinin həcmindənA) 1,2,3 B) 3,4,5 C)) 1,3,4 D) 1,2,5
55. Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği nəyə əsasən müəyyən edilir?
A)) Dövlət qulluğu vəzifələrinin təsnifatına
B) Minimum əmək haqqına
C) Sosial müavinətlərin həcminə
D) Heç biri
56. Dövlət qulluqçusuna qulluq stajına görə xidmətin neçənci ilindən başlayaraq əlavə haqq verilir?
A)) 2 B) 5 C) 3 D) 4
57. Qulluq stajına görə əlavə haqqın verilməsi kimlərə şamil olunmur?
1. AR Baş naziri və onun müavinləri
2. Mərkəzi icra hakimiyyəti orqanlarında çalışan mütəxəssislər
3. Naxçıvan MR Baş naziri və onun müavinləri
4. Mərkəzi icra hakimiyyəti orqanlarında yardımçı vəzifə tutanlar
5. AR mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri
6. Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri
7. Mərkəzi icra hakimiyyəti orqanlarında bölmə müdirlərinə
8. Yerli icra hakimiyyəti orqanının rəhbəriA)) 1,3,5,6,8 C) 1,3,5,6,7
B) 2,3,4,5,6 D) 4,5,6,7,8
58. Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət onun qulluq stajına daxildirmi?
A)) Bəli
B) Xeyir
C) Bu ixtisasların növündən asılıdır
D) Heç biri
59. Dövlət qulluqçusunun əlavə təhsil alması üçün əsasdır:
1. Dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi
2. Həmkarlar İttifaqına üzv olma
3. Dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi
4. Siyasi partiyalara üzv olmaq
5. Dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi
6. Məhkəmə orqanlarında özünün qanuni hüquqlarını qorumaq
7. Dövlət qulluqçusunun şəxsi təşəbbüsüA) 1,2,3,4 C)) 1,3,5,7
B) 4,5,6,7 D) 2,4,6,7
60. Dövlət qulluqçusunun əlavə təhsil alması kim tərəfindən müəyyən edilir?
A)) Dövlət orqanının rəhbəri
B) AR Prezidenti yanında Dövlət Qulluğu Məsəlləri üzrə Komissiyası tərəfindən
C) AR Prezidentinin Administrasiyası tərəfindən
D) Heç biri
61. Dövlət qulluqçusunun əlavə təhsili hansı qaydada həyata keçirilir?
A) Qulluqkeçmədən ayrılmaqla və ayrılmamaqla
B) Qulluqkeçmədən qismən ayrılmaqla və ya ayrılmamaqla
C) Qulluqkeçmədən ayrılmaqla və ya qismən ayrılmaqla
D)) Qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla
62. Dövlət qulluqçusunun pensiyasının məbləği nədən asılıdır?
1. Xidmət illərindən
2. Həmkarlar İttifaqına üzvlük müddətindən
3. Dövlət məvacibinin məbləğindən
4. Sosial müavinətlərin həcmindənA) 1,2 B)) 1,3 C) 3,4 D) 2,4
63. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi neçə ildir?
A)) 5 B) 10 C) 15 D) 8
64. Aşağıdakılardan hansı dövlət qulluqçuları üçün təsis edilmiş orden və medallara aiddir?
1. “Vətənə xidmətə görə” ordenin üç
dərəcəsi
2. “Azərbaycan bayrağı” ordeni
3. “Şöhrət” ordeni
4. “Dövlət qulluğunda fərqlənməyə
görə” medalıA) 1,2 B) 3,4 C)) 1,4 D 2,3
65. Dövlət qulluqçusunun intizam məsuliyyətinə səbəb olan hallar?
1. Həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi
2. Dövlət orqanı rəhbərinin icazəsi olmadan Həmkarlar İttifaqına üzv olmaq
3. Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması
4. Tibbi sığortadan istifadə etməkA) 1,2 B) 3,4 C)) 1,3 D) 2,4
66. Dövlət qulluqçusunun intizam tənbeh tədbirlərinin verilmə ardıcıllığı hansı bənddə pozulmuşdur?
1. Töhmət
2. Bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması
3. Daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi
4. Həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi
5. İxtisas dərəcəsinin bir pillə aşağı salınması;6. dövlət qulluğundan azad edilməsi
A) 1,2 B)) 3,4 C) 5,6 D) 4,5
67. İntizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə nə həyata keçirilir?
A)) Araşdırma və ya xidməti yoxlama
B) Təhqiqat qrupu yaradılır
C) İstintaq hərəkətləri
D) Heç biri
68. İntizam tənbehinin tətbiqinə əsaslar olduqda dövlət qulluqçusundan nə alınır?
A)) Yazılı izahat
B) Sorğu
C) İşə təyin olunma haqqında əmrinin surəti
D) Heç nə
69. Dövlət qulluqçularına intizam tənbehi bu qanunda nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən neçə ay keçənədək verilə bilər?
A)) 1 B) 2 C) 3 D) 4
70. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən neçə iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar?
A)) 7 B) 14 C) 10 D) 15
71. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən müvafiq icra hakimiyyəti orqanına şikayət edildikdə, həmin şikayətə neçə gün müddətində baxılır?
A)) 10 B) 7 C) 15 D) 14
72. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusu hansı halda məsuliyyətdən azad olur?
A)) Göstərişi vermiş rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə
B) Göstərişi vermiş rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa
C) Göstərişi vermiş rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və müvafiq dövlət orqanının yazılı rəyi varsa
D) Heç bir halda
73. Dövlət qulluğuna qəbul edilmək hüququ neçə yaşdan yaranır?
A)) 16 B) 15 C) 18 D) Heç biri
74. Hər hansı şəxs dövlət qulluğuna hansı hallarda qəbul edilə bilməz?
1. Onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə
2. Yaşı 18 çatmayıbsa
3. Məhkumluğu ödənilməmiş və ya götürülməmişsə
4. Həmkarlar İttifaqının üzvüdürsə
5. Bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olduqda
6. Banklarda əmanətlərə və depozitlərə malik olduqda
7. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsaA)) 1,3,5,7 C) 1,2,3,6
B) 1,2,4,6 D) 3,4,5,7
75. Dövlət qulluğuna vətəndaşların qəbulu hansı qaydada həyata keçirilir?
A) Müsabiqə
B) Müsahibə
C) AR Dövlət Qulluğunu İdarəetmə Şurasının təqdimatı əsasında
D)) Müsabiqə və ya müsahibə
76. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqə elan edilən gündən etibarən neçə gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər?
A) 20 B) 15 C)) 30 D) 25
77. Müsabiqə nədən ibarət olur?
A) Test imtahanı
B) Müsahibə
C) Söhbət
D)) Test imtahanı və müsahibə
78. Test imtahanından müvəffəqiyyətlə çıxanlar sənədlərini neçə iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər?
A)) 10 B) 15 C) 20 D) 30
79. Test imtahanından müvəffəqiyyətlə çıxanlar müsahibə sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra neçə gün ərzində müsahibə olunurlar?
A) 20 B) 25 C)) 30 D) Heç biri
80. Dövlət orqanının rəhbəri inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində hansı qərarı qəbul etməlidir?
A)) Müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi
B) Vakant vəzifələrin ləğv edilməsi barədə müraciət
C) Öz əmri ilə bir başa təyinatı həyata keçirməlidir
D) Heç biri
81. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün neçə iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar?
A)) 5 B) 10 C) 15 D) 20
82. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən neçə iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir?
A)) 10 B) 15 C) 20 D) 25
83. Staj müddəti ilə dövlət qulluğuna qəbul olunmuş şəxsin işinə kim nəzarət edir?
A) Dövlət orqanın rəhbəri
B) Dövlət orqanının aparat rəhbəri
C)) Kurator
D) Heç kim
84. Dövlət qulluqçusunun staj və sınaq müddəti cəmi nə qədər təşkil edir?
A) 1 il 3 ay C) 1 il 5 ay
B)) 1 il 6 ay D) 1 il 4 ay
85. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs yenidən müsabiqədən müvəffəqiyyətlə keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınırmı?
A) Xeyir
B)) Bəli
C) Əvvəlki vəzifəsindəki staj müddətinin 6 ayı nəzərə alınır
D) Heç biri
86. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs yenidən müsabiqədən müvəffəqiyyətlə keçdikdə, əvvəlki
sınaq müddəti nəzərə alınmamaqla, vəzifəyə hansı qaydada təyin edilir?A)) Yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir
B) Yenidən staj müddəti ilə vəzifəyə təyin edilir
C) Müvafiq dövlət orqanının xüsusi rəyi ilə vəzifəyə təyin edilir
D) Heç biri
87. İnzibati vəzifələrin ali-dördüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması hansı qaydada həyata keçirilir?
A) Müsahibə
B) Müsabiqə
C) Müsabiqə və ya qulluqda yüksəliş
D)) Müsahibə və ya qulluqda yüksəliş
88. Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması kimin qərarı əsasında müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir?
A)) Vakant vəzifənin mövcud olduğu dövlət orqanın rəhbərinin
B) AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədrinin
C) AR Dövlət Qulluğunu İdarəetmə Şurasının
D) Heç biri
89. Dövlət qulluqçusu digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə hansı qaydada keçirilə bilər?
A)) Dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə
B) AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının rəyi ilə
C) AR Dövlət Qulluğunu İdarəetməD) Heç biri
90. Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin müsahibə yolu ilə tutlması şərtlərini seçin:
1. İddi edilən vakant vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi
2. Siyasi partiyaya üzvlük
3. Dövlət qulluğu sahəsində azı 5 il staj
4. Staj və sınaq müddətinin bitməsiA) 1,2 B) 3,4 C)) 1,3 D) 1,4
91. Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutlması məqsədilə daxili müsahibə kimlər üçün keçirilir?
A)) Vakant vəzifənin mövcud olduğu dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları
B) Vakant vəzifənin mövcud olduğu dövlət orqanında inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları
C) Vakant vəzifənin mövcud olduğu dövlət orqanında yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları
D) Heç biri
92. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu neçə təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən (və ya keçmiş) şəxslər iştirak edə bilərlər?
A)) 2 B) 3 C) 1 D) Heç biri
93. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları neçə il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar?
A)) 1 B) 2 C) 3 D) Heç biri
94. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin hansı göstəriciləri nəzərə alınır?
1. İxtisas dərəcəsi
2. Müvafiq tibbi komissiyanın rəyi
3. Attestasiyanın nəticələri
4. Hərbi xidmət keçməsi
5. Müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmaA) 1,2,3 C)) 1,3,5
B) 3,4,5 D) 2,4,5
95. Dövlət qulluğunda iş vaxtı həftədə neçə saatdır?
A)) 40 B) 50 C) 30 D) 45
96. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən neçə saata qədər artıra bilər?
A)) 5 B) 10 C) 15 D) 20
97. İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə neçə təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir?
A)) 30 B) 21 C) 45 D) Heç biri
98. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət hansı qaydada verilir?
1. 5 ildən 10 ilədək əmək stajına görə – 2 təqvim günü
2. 10 ildən 15 ilədək əmək stajına görə – 4 təqvim günü
3. 10 ildən 15 ilədək əmək stajına görə – 6 təqvim günü
4. 15 ildən çox əmək stajına görə – 6 təqvim günü
5. 15 ildən çox əmək stajına görə – 8 təqvim günüA) 1,2,3 B))1,2,4 C) 3,4,5 D) 1,3,5
99. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu nə ilə təmin olunur?
1. Mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi
2. Sığorta paketi ilə
3. İş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı
4. Əlavə məzuniyyət günləri
5. Zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlərA)) 1,3,5 C) 2,3,4
B) 3,4,5 D) 2,4,5
100. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər hansı qanunvericilik ilə tənzim olunur?
A)) Əmək Məcəlləsi
B) İcbari sığorta haqqında AR Qanunu
C) Müvafiq dövlət orqanının Əsasnaməsi
D) Heç biri