GİRİŞ:
Jurnalistika yarandığı gündən etibarən ,indiyə qədər bir çox fərqli model üzrə inkişaf etmişdir. Bu modellər arasında AIDA modeli, Sivil Jurnalistika modeli, Yeni İş Modeli, Reklam modeli, Propaganda modeli, Hərəkətə Keçirmə modeli, Böyük Dil modeli, Esnaf Jurnalistikası modeli, Akdeniz Jurnalistikası modeli, Macaristan modeli, Kuzey Atlantik modeli və Solcu Taz modeli kimi yanaşmalar yer alır.
Hər bir model, jurnalistikanın inkişafında, onun təcrübələrində və metodologiyalarında öz izini qoymuş, müxtəlif aspektlərdə fərqli təsirlər yaratmışdır. Bu modellər, həmçinin cəmiyyətin məlumatlandırılması, media etikasının qorunması, ictimai fikrin formalaşması və mətbuatın təsir gücünün artması baxımından əhəmiyyətli rol oynamışdır.
Bu gün isə mən, Elmin Sərdarlı olaraq, Azərbaycan jurnalistikasında gizlilik, şübhə və cinayət araşdırmalarını əsas alaraq “Əqrəb Modeli”ni yaratdım.
“Əqrəb Modeli”-in yaradılması ideyaları 2023-cü ilin fevralına təsadüf edir və 2024-cü ilin dekabrında tam şəkildə yazılmışdır.
“Əqrəb Modeli”-in müəlliflik hüquqları Elmin Sərdarlıya aiddir.
1.ƏQRƏB MODELİ : Jurnalistikanın Yeni İntellekti
“Əqrəb Modeli” jurnalistika sahəsində xüsusilə qorxusuz, əzmkar və təqibçi bir xarakter yaratmaqla diqqət çəkir. Bu model, əqrəb təbiətinin incəliklərini özündə cəmləyərək, jurnalistin qarşısına çıxan çətinliklərə və təhlükələrə qarşı necə davranacağını müəyyənləşdirir.
“Əqrəb Modeli”-də jurnalistlər, həmçinin hüquq-mühafizə orqanlarının işini izləyir və cinayətkarların motivlərini və hərəkətlərini düzgün şəkildə təqdim etmək üçün bütün mümkün mənbələrdən istifadə edirlər. Onlar hadisələri, yalnız hadisənin özünü deyil, həm də cinayətin cəmiyyətə təsirini və hüquqi aspektlərini nəzərə alaraq işıqlandırırlar. Bu cür yanaşma, jurnalistin həm peşəkarlığını artırır, həm də cəmiyyətin məlumatlandırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Jurnalistikanın çağdaş siması olan araşdırmaçı jurnalistlər daim çətinliklərlə qarşılaşır. Lakin bu çətinliklər onları dayandırmaz, əksinə məcazi mənada onlar bir “əqrəb” kimi 8 ayaqla hərəkət edirlər. Bu jurnalistlərin xüsusiyyətləri arasında əzm, qətiyyət və qorxusuzluq yer alır. Onlar hər hansı bir maneəni aşaraq yeni məlumatlar və gizli həqiqətləri tapmağa davam edər, həqiqətin izinə düşərək heç vaxt geri çəkilməzlər.
Əqrəb Modelinin jurnalistikaya təsiri:
“Əqrəb Modeli”-in jurnalistikaya təsiri məcazi mənada belədir: jurnalistlər, sanki bir əqrəb kimi, yerin altını qazaraq, üstündən çıxırlar. Atalar sözündən istifadə edərək demək olar ki, “yerin də qulağı var”, buna görə də jurnalistlər yerin qulağının eşitdiyi bütün hadisələrdən xəbərdar olmalı və hər bir məlumatı diqqətlə izləməlidirlər. Bu səbəbdən “Əqrəb Modeli”-də jurnalist , əqrəb bədənində təsvir edilir.
- Pəncələr – Jurnalistin müşahidə və təhlil etmə bacarığıdır. Əqrəb modeli, hadisələrin hər bir detalını diqqətlə izləməyi və dərk etməyi təmsil edir. Bu bacarıqlar jurnalistin, hadisələrin pərdəarxasına enərək həqiqətə çatmaq üçün ən əsas vasitələridir.
- Ayaqlar – Məsuliyyət, dəqiqlik, etika və intuisiyalar bu elementlə əlaqələndirilir. Əqrəb modelindəki ayaqlar, jurnalistin balanslı və dayanıqlı şəkildə hərəkət etməsini, həmçinin riskləri qəbul edib müsbət nəticələr əldə etməsini simvollaşdırır.
- Quyruq – Cinayət və ya dərin araşdırmaların nəticələrini təqdim etmək əqrəb modelində quyruğun funksiyasıdır. Jurnalistin həqiqəti tapma prosesində son hədəf, əldə olunan nəticəni təsirli şəkildə cəmiyyətə çatdırmaqdır.
Yeni texnologiyalar və süni intellektin inkişafı ilə “Əqrəb Modeli” jurnalistikada daha sürətli və dəqiq məlumat əldə etmə imkanı yaradır. Əqrəbin suda hərəkət edərkən qarşısına çıxan maneələri aşması kimi, jurnalistlər də texnologiyalardan istifadə edərək çətinliklərin öhdəsindən gəlir və daha düzgün nəticələr əldə edirlər.
“Əqrəb Modeli”-də jurnalistlər, ən çətin araşdırmaları aparmaq, müəmmaları açmaq və həqiqətləri ortaya qoymaq üçün təqibçi bir xarakterə sahibdirlər. Onlar yalnız səthi məlumatlarla kifayətlənməyib, hər detalı araşdırır və həqiqətə çatmaq üçün heç bir risqdən çəkinmirlər.
Bu model həmçinin jurnalistikanın obyektiv və səmimi ruhunu qorumağa davam edir, eyni zamanda onu dövrün tələblərinə uyğun dinamik bir hala gətirir. Əqrəb modeli, jurnalistin qarşısına qoyulan məqsədlərdən qorxmadan, hər zaman həqiqətə doğru irəliləməsi ilə jurnalistikanın mahiyyətini formalaşdırır.
1.2. Niyə jurnalist əqrəbin bədəni formasında təmsil edilib?
Əqrəbin forması jurnalistikanın dinamik və çoxşaxəli təbiətini simvolizə edir. Əqrəbin hər bir hissəsi jurnalist peşəsinin müxtəlif xüsusiyyətlərini təmsil edir:
- Pəncələr, jurnalistin ən çox müşahidə edilən xüsusiyyətlərini əks etdirir.
- Ayaqlar, jurnalistin işini dəstəkləyən əsas peşəkar xüsusiyyətlərdir.
- Quyruq, jurnalistin ən həssas və eyni zamanda ən təsirli funksiyasını, yəni cinayətlərin və ya hadisələrin nəticələrinin açılmasını ifadə edir.
Pəncələr:
1-Müşahidə və dedektivlik
2- Təhlil və araşdırma
Ayaqlar:
1-Məsuliyyət, informasiya
2: Risk , şübhə, intiusiya
3- Dəqiqlik ,qətiyyət
4. Etika və ədalət
5.Yenilik, operativlik
6.Mühit, səbr
7.Gizlilik, anonimlik
8.Qərəzsizlik və aşkara çıxarma
Quyruq – Cinayət yaxud araşdırmanın nəticəsi
Şəklin Müəllifi: Elmin Sərdarlı
Sosial mediada “ƏQRƏB MODELİ”
Sosial şəbəkələrdə “Əqrəb Modeli”nin tətbiqi risk, şübhə, ədalət, gizlilik və cinayət kimi məsələləri diqqətə alır və təhlil etməyi tələb edir. Sosial mediada jurnalistlər, hadisələri araşdırarkən “Əqrəb Modeli”-nə əsaslanaraq, daha dərin təhlil və strateji yanaşmalar tətbiq edirlər. Bu modelin əsas xüsusiyyətləri, gizlilik, məlumatların doğruluğunu və etibarlılığını təmin etmə, habelə ədalətli və obyektiv yanaşmalarla məlumatları təqdim etməkdir
Sosial şəbəkələrdə yayılan məlumatların çoxluğu və sürətinə görə, jurnalistlərə riskli və şübhəli hallarda diqqətli olmaq vacibdir. “Əqrəb Modeli”-nin əsasını təşkil edən xarakterlərdən olan şübhəcilik, məlumatın doğruluğunu təmin etmək üçün müvafiq araşdırma metodları tələb edir. Jurnalistlər bu şübhələri aradan qaldırmaq üçün , doğru məlumatı aşkar edib ortaya çıxarmalıdır.
Riskli vəziyyətlərdə, məsələn, yanlış məlumat yayılması və ya təhrif olunmuş xəbərlər, ciddi təsirlərə səbəb ola bilər. Bu səbəbdən sosial mediada verilən məlumatlar diqqətlə qiymətləndirilməli və yalnız etibarlı mənbələrdən istifadə olunmalıdır. “Əqrəb Modeli”-ni tətbiq edən jurnalistlər, həmçinin qarşıdurma və mübahisə vəziyyətlərində məlumatın doğruluğunu təmin etmək üçün səbirli olmalıdırlar. Çünki bir araşdırma günlərlə , hətta aylarla dəvam edə bilər. Bu müddət jurnalistin ədalətli bir araşdırma nəticəsi oraya çıxarması üçün böyük diqqət və səbr tələb edir, çünki doğru məlumatı əldə etmək, müxtəlif mənbələrdən gələn fərqli məlumatları müqayisə etmək və obyektiv bir yanaşma ilə nəticəyə varmaq yalnız peşəkar yanaşma və etik prinsiplərə riayət etməklə mümkündür. “Əqrəb Modeli”-də, bu proses hər zaman şübhəcilik və təhlil bacarıqlarının peşəkar şəkildə tətbiq olunmasını tələb edir, çünki yalnız bu yanaşma ilə jurnalistlər cəmiyyətə doğru və obyektiv məlumat təqdim edə bilərlər.
Ədalət prinsipinə riayət etməklə yanaşı, “Əqrəb Modeli”-də gizlilik və anonimlik yanaşmaları da vacibdir. Sosial mediada yayımlanan bir hadisəni araşdıran jurnalist hadisə iştirakçılarını tapmalı ,hər iki tərəfi eşitməli və mövqeləri balanslı şəkildə təqdim etməlidirlər. Jurnalist aldığı informasiyanın mənbəyini (mənbə bildirilmək istəmirsə) gizli saxlamalıdır. Məlumatı verən də anonim qalmalıdır. Hər hansı bir qarşıdurma və ya mübahisə vəziyyətində, tərəflərin haqlarını qorumaq və obyektiv bir yanaşma göstərmək vacibdir. Bu yanaşma “Əqrəb Modeli”-də gizlilik və anonimlik prinsipləri ilə uyğun gəlir, çünki bu yanaşmalar eyni zamanda cəmiyyətdə ədalətin təmin olunmasına kömək edir.
Sosial mediada danışdığımız gizlilik həmdə jurnalistə olan bir etibardır. Jurnalistlər, məlumat topladığı zaman şəxsi həyatı və məxfi məlumatları qorumağa çalışmalıdırlar. “Əqrəb Modeli”-də gizlilik, yalnız lazım olan məlumatın yayımlanması və şəxsi həyata müdaxilə prinsipi ilə birləşir. Bu prinsiplər jurnalistlərin məlumatları təhlükəsiz şəkildə toplamağa və yalnız lazım olduqda yayımlamağa kömək edir. Gizlilik və məlumatın paylaşılmasında diqqət “Əqrəb Modeli”-nin əsas tələblərindəndir, çünki bu yanaşma həm təhlükəsiz məlumat mübadiləsini, həm də etibarlı mənbələrdən istifadəni təmin edir.
“Əqrəb Modeli”, cinayət xəbərlərinin yalnız nəticələrini deyil, həm də səbəblərini və cəmiyyətə təsirini təhlil edərək daha obyektiv və maarifləndirici yanaşma təklif edir. Cinayət hadisələri barədə məlumat verərkən, hadisənin təfərrüatları diqqətlə təhlil edilməli və hüquq pozuntuları barədə məlumatlar yalnız təsdiqlənmiş qaynaqlardan alınmalıdır. Cinayətlərlə bağlı yanlış məlumatların yayılması, ciddi hüquqi nəticələrə səbəb ola bilər.
“Əqrəb Modeli”-də cinayət gizli qala bilməz və cinayətkar da araşdırılaraq bəlli olmalıdır. Bu, polisin işinə qarışmaq mənasında deyil, yalnız cinayətlərlə bağlı məlumatların doğruluğunun yoxlanılması və təhrif olunmuş xəbərlərin qarşısının alınmasını, həmçinin bu cür halların cəmiyyətə zərərli təsir göstərdiyini vurğulamağı nəzərdə tutur.
Jurnalistlər, cinayət hadisələrini “Əqrəb Modeli”-ə uyğun olaraq, etibarlı mənbələrə əsaslanaraq doğru və şəffaf şəkildə təqdim etməli, təhrif olunmuş məlumatlardan çəkinməlidirlər. “Əqrəb Modeli”-də cinayətin gizli qalması və cinayətkarın anonim qalması qəbul edilmir, çünki bu modelin əsas prinsiplərindən biri məlumatın doğruluğunun təmin edilməsidir. Məsələn, 2019-cu ilin noyabrında baş vermiş “Əhməd cinayəti” ilə bağlı, cinayətkarın şəxsiyyəti və cinayətin motivi açıqlanaraq cəmiyyətə doğru məlumat verildi.
……Əhməd Əhmədov, psixoloji problemləri və şizofreniyası səbəbindən ailə üzvlərini öldürmüşdür. Ekspertizalar nəticəsində, onun anlaqsız vəziyyətdə cinayət törətdiyi sübut edilib. Əhmədin ifadələrinə əsasən, ailə üzvləri ilə əlaqəsizliyi və onlardan diqqət görməməsi onu nifrət hissinə sürükləmişdir. Cinayətin baş vermə səbəbləri və motivləri açıqlanmış, bu da məlumatın doğruluğunu təmin etmişdir. Bu yanaşma, təhrif olunmuş xəbərlərin qarşısını alaraq cəmiyyətin doğru məlumat almasını və cinayətin təsirinin azaldılmasını təmin etmişdir.
Jurnalistlər, xüsusən sosial mediada, şəxsi hisslərindən kənar obyektiv məlumatlar təqdim etməli, şərəf və ləyaqəti qoruyaraq yalnız doğruluğu təmin etməlidirlər. “Əqrəb Modeli”-də bu, məlumatın düzgünlüyünün vacibliyini vurğulayır. Yalan başlıqlar və fotomontajlı şəkillərlə yayılan yanlış xəbərlər, cəmiyyətdə qarışıqlıq yaradır və jurnalistlərin etibarını zədələyir. Məsələn, “Nərmin Quliyeva cinayəti” ilə bağlı ilkin təhriflərdən sonra doğru məlumatların yayıldığı kimi, peşəkar jurnalistika etibarı qorumağa kömək edir.
“Əqrəb Modeli”-də sosial mediada hər hadisə diqqətlə müşahidə edilməli, təhlil edilməli və araşdırılmalıdır. Jurnalistlər məlumatları gizli şəkildə toplamalı, hadisələri strateji yanaşmalarla təhlil etməli və doğru məlumatları ortaya çıxarmalıdırlar. Bu təmkinli və strateji yanaşma onları həm cazibədar, həm də etibarlı edir, çünki izləyicilər yalnız etibarlı və doğru məlumatları əldə etməyə maraqlıdırlar. “Əqrəb Modeli”-I tətbiq edən jurnalistlər, sosial medianın təsirini artıraraq cəmiyyətdə doğru məlumatların yayılmasına kömək edir.
Beləliklə, sosial şəbəkələrdə “Əqrəb Modeli”-i tətbiq edən jurnalistlər yalnız məzmun yaradıcıları deyil, həm də strateji düşüncə və analitik yanaşmalarla məlumatların doğruluğunu və obyektivliyini təmin edərək, cəmiyyətin düşüncə tərzini formalaşdıran güclü fiqurlardır. Bu yanaşma həm də sosial medianın qlobal təsirini gücləndirir və jurnalistlərin cəmiyyət qarşısında daha böyük məsuliyyət daşımasına səbəb olur.
Əqrəb Modeli : informatika və kibercinayətdə
“Əqrəb Modeli”-i əsasən şübhə, aşkar etmə və gizlilik kimi prinsipləri birləşdirən bir anlayışdır. Bu yanaşma, informasiya texnologiyalarında jurnalistlərin işini və müasir kibertəhlükəsizlik tədbirlərini əhatə edir. İnformatika texnologiyalarında, məlumatın doğruluğunu təmin etmək üçün müxtəlif alətlər və metodlar tətbiq olunur, bu da şəffaflığı artırır. İnformatika sahəsində gizlilik və anonimlik, məlumatların qorunmasını təmin etmək üçün vacibdir. Bu prinsiplər, istifadəçilərin şəxsi məlumatlarının təhlükəsiz saxlanmasını və onların izni olmadan yayılmasının qarşısını alır. Şübhə, məlumatın doğruluğunu və etibarlılığını qiymətləndirmək üçün analiz prosesində mühüm yer tutur. Jurnalistlər, məlumatların mənbəyini araşdıraraq və analiz edərək şübhələri aradan qaldırmağa çalışırlar.
“Əqrəb Modeli”, gizlilik və anonimlik anlayışlarını informatikada mühüm anlayışlar kimi istifadə edir. Jurnalistlər bu xüsusiyyətləri istifadə edərək, həm özlərini, həm də məlumat mənbələrini qorumağa çalışırlar. Bu sahədə, şifrələmə, VPN və anonim şəbəkələr (məsələn, Tor) kimi texnologiyalar önə çıxır. İnformasiyanın qorunması və özəl əlaqələrin təmin edilməsi üçün kriptoloji və məlumat təhlükəsizliyi bilikləri vacibdir.
“Əqrəb Modeli”-in informatika sahəsindəki tətbiqi, kiber təhlükəsizlik və kiber casusluq sahələrində özünü göstərir. Jurnalistlər, hər hansı bir şübhəli fəaliyyətin arxasında gizlənən həqiqətləri üzə çıxarmaq üçün müasir texnologiyalardan istifadə edirlər. Burada big data analitikası, ağıl şəbəkəsi analizi və log fayllarının araşdırılması kimi bacarıqlar mühüm rol oynayır. Jurnalistlər, məlumatları təhlil edərək, şübhəli fəaliyyətləri aşkar etmək üçün təhlükəsizlik məlumatları və rəqəmsal izləri izləyirlər.
“Əqrəb Modeli”-in təbii şübhəçilik bacarığı, jurnalistlərin məlumatın doğruluğunu təhlil etmələrinə imkan verir. İnformatikada bu, məlumat doğrulama və saxta xəbərlərin aşkar edilməsi ilə əlaqələndirilir. Data mining (məlumatın qazılması), məlumat mərkəzləri və metodoloji təhlil kimi metodlar, jurnalistlərin informasiya alətlərini təkmilləşdirmək və şübhəli məlumatları ayırd etmək üçün istifadə edilən vasitələrdir.
“Əqrəb Modeli” jurnalistlərin müasir texnologiyalardan istifadə edərək çoxşaxəli bacarıqlarını inkişaf etdirməsinə yönəlmiş bir yanaşmadır. Bu model jurnalistlərə aşağıdakı nümunələrlə öz işlərini daha effektiv şəkildə aparmağa imkan yaradır:
Currents-Jurnalistlərin məlumat axınlarını izləmək və məzmun tendensiyalarını təhlil etmək üçün istifadə etdiyi Google platformasıdır.
TinEye-Şəkillərin mənşəyini araşdırmaq və onlardan istifadənin qanuniliyini yoxlamaq üçün tərs şəkil axtarışı mühərrikidir.
Google Dataset Search-Jurnalistika tədqiqatlarında müxtəlif mövzularda açıq məlumat dəstlərini tapmağa imkan verən Google axtarış vasitəsidir.
Account Analysis-Twitter-də hesabların təsirini, fəaliyyətini və şəbəkəsini təhlil etmək üçün jurnalistlərin istifadə etdiyi analitik vasitədir.
CrowdTangle-YouTube və digər sosial media platformalarında məzmunun performansını izləmək, yayılma dinamikasını öyrənmək üçün nəzərdə tutulmuş alətdir.
Toby-Brauzerdə çoxsaylı nişanların idarə olunmasını və təşkilini asanlaşdıran jurnalistlər üçün faydalı bir genişləndirmədir.
Hunter.io-Jurnalistlər üçün əlaqə mənbələri tapmaq məqsədilə veb saytlar üzərindən e-poçt ünvanlarını əldə etməyə kömək edən alətdir.
Otter-Müsahibələr və digər səs yazılarını mətnə çevirmək üçün jurnalistlərin geniş istifadə etdiyi transkripsiya proqramıdır.
StoryMap-Xəritə əsasında məlumat və vizual hekayələr yaratmaq üçün jurnalistika sahəsində istifadə olunan kreativ alətdir.
Soundcite-Mətnlərə səs parçalarını interaktiv şəkildə əlavə etmək və oynatmaq üçün jurnalistlərin istifadə etdiyi vasitədir.
Juxtapose-Görüntülərin müqayisəsini interaktiv şəkildə təqdim etmək, dəyişiklikləri və fərqləri vurğulamaq üçün nəzərdə tutulmuş jurnalistika alətidir.
Storyline-Məlumatların qrafik və diaqram şəklində interaktiv təqdimatı üçün jurnalistlərin istifadə etdiyi platformadır.
Jurnalistlərin müasir dövrdə uğurlu olması üçün kompüter bacarıqları vacibdir. Bu bacarıqlar arasında məlumat təhlili, kodlaşdırma, verilənlər bazası idarəetməsi və internet tədqiqatları yer alır. Süni intellekt və maşın öyrənməsi alətləri, məlumatın təhlili və həqiqətin üzə çıxarılmasında dəstək rolunu oynayır, lakin hadisələrin hər zaman düzgün dərk edilməsi üçün insan təhlili və qərarvermə prosesləri əvəzolunmazdır.
Əqrəb Modelində Kibertəhlükəsizlik və Məlumatın Müdafiəsi
“Əqrəb Modeli”-də jurnalist təhlüksələrdən qaça bilir. Şəbəkə təhlükəsizliyi, data encryption (məlumat şifrələmə), antivirus proqramları və Firewall kimi vasitələr onların informasiya təhlükəsizliyini qorumağa kömək edir. Əlavə olaraq , phishing hücumları və DDoS hücumları kimi kibertəhlükələrə qarşı müdafiə metodları da jurnalistlərin və onların mənbələrinin təhlükəsizliyini təmin etmək üçün tətbiq edilir.
Jurnalistlər, məlumat oğurluğu, kiber cinayətlər və hackinq ilə əlaqədar təhlükələri aşkar etmək üçün informatikadan bu növlərindən istifadə edirlər. Penetrasiya testləri, şəbəkə monitorinqi və sosial mühəndislik kimi texnologiyalar, şübhəli məlumatların təhlükəsizliyini yoxlamağa və real təhlükələri aşkar etməyə kömək edir. Həmçinin, jurnalistlər şəbəkə və məlumat mühafizəsi alətləri ilə, məlumatların qorunması və doğruluğunu təmin etməyə çalışırlar.
Kriminalistika və “Əqrəb Modeli”
Kriminalistika, cinayətlərin aşkar edilməsi, təhqiqatının aparılması və cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün istifadə olunan elmi üsulların toplusudur. Kriminalistikanın məqsədi, cinayətkar fəaliyyətləri daha effektiv şəkildə aşkar etmək və sülhü qorumaqdır. Bu elmin metodları, cəmiyyətin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına yönəlmişdir.
Jurnalistin davranışı hadisə yerində çox vacibdir. O, polis deyil və hüquq-mühafizə işlərinə müdaxilə etmək səlahiyyətinə malik deyil, lakin məlumat toplamaq və ictimaiyyətə doğru məlumat təqdim etmək üçün diqqətli və obyektiv olmalıdır. Jurnalist hadisə yerində həm də empatiya göstərməli, amma çox da yaxınlaşmamalıdır. Jurnalistlərin qeyri-rəsmi, amma ciddi yanaşmaları hadisə iştirakçılarını daha rahat edir və onların daha çox məlumat verməsinə kömək edir. Bu davranış, hadisənin həqiqətini öyrənmək və ictimaiyyətə düzgün şəkildə təqdim etmək baxımından çox əhəmiyyətlidir.
Jurnalist polis və ya hüquq-mühafizə orqanı olmamalıdır. Əksinə, o, dinləyici rolunda olub, həddindən artıq təzyiq etmədən və müdaxilə etmədən, suallarına cavabları açıq şəkildə almağa çalışmalıdır.
“Əqrəb Modeli”-də uyğun olaraq, jurnalistin cinayətkarla və digər iştirakçılarla (zərərçəkmiş, şahid, şübhəli, təqsirləndirilən şəxslə) olan dialoquna əsaslanan suallar daha məişət üslubunda və informativ olmalıdır. Jurnalistin rolunu nəzərə alaraq, onun davranışlarını və suallarını daha təsirli və cəlbedici etmək vacibdir, çünki o, hüquq-mühafizə orqanı deyil, amma hadisələrə dair məlumat toplamaq və ictimaiyyətə təqdim etmək istəyir.
“Əqrəb Modeli”-ə uyğun olaraq :
Jurnalistin Cinayətkarla ( həbsdən əvvəl-yaxud həbsxanada )Dialoqu:
Sual 1: “Əvvəlcə, gəlin biraz söhbət edək, necə oldu ki, belə bir şey baş verdi? Nəyi düşünüb qərar verdiniz?”
Sual 2: “Maraqlıdır, hadisə yerində nə qədər vaxt keçirdiniz? Düşünürəm ki, biraz da tələsik hərəkət etdiniz, yoxsa necə?”
Sual 3: “Cinayətə qarışmaq istəyən biri üçün nə düşünürdünüz? Yəni, əvvəlcə nə baş verdiyini görərkən necə hiss etdiniz?”
Sual 4: “Həqiqətən düşündünüzmü ki, bu hərəkətiniz heç bir nəticə verməyəcək? Nəhayət, sonradan pişman oldunuzmu?”
Sual 5: “Həyatda heç vaxt özünüzü belə vəziyyətdə görməyi düşünmürdünüz, elə deyilmi? Nəyi dəyişərdiniz, əgər o anı geri qaytara bilsəydiniz?”
Zərərçəkmişlə (Əgər sağ yaxud yaralıdırsa , ölübsə yaxınları ilə) Dialoq:
Sual 1: “Həmin an nə hiss etdiniz? Yəni, o dəqiqə şokda idiniz, yoxsa gözlənilməz bir şey oldu?”
Sual 2: “Cinayətkarı tanıyırdınız, ya ilk dəfə görürdünüz? İnsanın belə vəziyyətlə qarşılaşması heç də asan deyil, nə düşündünüz o an?”
Sual 3: “Hadisəni başa düşəndə nə etdiniz? Hər hansısa bir kömək çağırmağa vaxtınız oldumu?”
Sual 4: “İndi geriyə dönüb baxanda, o an nəyi fərqli edərdiniz? Bu hadisə həyatınıza hansı təsiri etdi?”
Sual 5: “Bununla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxladınızmı? Yoxsa əvvəlcə özünüz həll etməyə çalışdınız?”
Şahidlə Dialoq:
Sual 1: “Hadisə yerində siz dəmi oldunuz? Bəlkə nəsə gözləmisiniz ya da ətrafı müşahidə etdiniz?”
Sual 2: “Cinayətkarın hansısa bir davranışını müşahidə etdinizmi? Məsələn, tez-tez çevrildimi, əsəbləşdi, ya da nə isə başqa bir şey?”
Sual 3: “Hadisə zamanı kimlər vardı, məhz kimlər girmişdi işin içinə? Yəni, necə oldu, neçə nəfəriniz orada idiniz?”
Sual 4: “Hadisə yerində baş verən hər hansı bir detal sizə yad qaldımı? Məsələn, xüsusi bir hərəkət, davranış və ya qərar?”
Sual 5: “Bəlkə hadisənin əvvəlində başqa bir şey müşahidə etdiniz ki, sonra baş verənlərə hazırlıqsız olduq?”
Şübhəli Şəxslə Dialoq:
Sual 1: “Siz niyə hadisə yerində oldunuz? Səncə orada nə etmək istəyirdiniz, yoxsa sadəcə təsadüf idi?”
Sual 2: “Əgər orada olmasaydınız, nə baş verərdi? Sizcə vəziyyət yaxşılaşdırıla bilərdimi?”
Sual 3: “Hadisə baş verməzdən əvvəl başqa nələr etdiniz? Biraz hərəkətlərinizi izah edərdiniz?”
Sual 4: “Bir şey diqqətimi çəkdi, siz bir az təşvişli idiniz, niyə? Yəni, əvvəlcə nə düşündünüz və ya hərəkət etdiniz?”
Sual 5: “Vəziyyəti necə görürdünüz? Nə gözləyirdiniz, baş verənlərdə nəyi əskik gördünüz?”
Təqsirləndirilən Şəxslə Dialoq:
Sual 1: “Bu hadisəni necə izah edərsiniz? Yəni, konkret olaraq nə baş verdi və nə baş verəcəyini düşündünüz?”
Sual 2: “Cinayət baş verdikdən sonra, nə düşündünüz? Bunu necə izah edirsiniz, nəyi səhv etdiniz?”
Sual 3: “Başqa heç bir yolu düşünmədinizmi? Məsələn, ya da vəziyyəti dəyişdirə bilərdiniz?”
Sual 4: “Hadisənin sonunda peşman oldunuzmu? Nə vaxt və necə başa düşdünüz ki, işin sonunda bu cür nəticə ola bilərdi?”
Sual 5: “İndi arxaya baxanda, başqa necə hərəkət edərdiniz? Mümkün olsa, baş vermiş hadisəni dəyişərdinizmi?”
“Əqrəb modeli” jurnalistika sahəsində peşəkarlıq, obyektivlik və dərin araşdırma prinsiplərini özündə birləşdirərək, cəmiyyəti məlumatlandırma prosesini daha səmərəli və ədalətli edir. Bu modelin tətbiqi ilə jurnalistlər yalnız məlumat toplamaqla kifayətlənməyərək, sosial məsuliyyət və etik prinsipləri qoruyurlar.
“Əqrəb Modeli”-in müəlliflik hüquqları Elmin Sərdarlıya aiddir.