Azərbaycan Respublikasının Konstitusiyasına dair

555 sual – 555 cavab

 

  1. Konstitusiya” sözünün mənası nə deməkdir?

-“Konstitusiya” latınca “constitutio” sözündən olub mənası “quruluş”, “təsisat” deməkdir.

  1. “Konstitusiya” sözünün sinonimləri hansılarıdır?

– “Əsas Qanun”, “Anayasa”.

  1. Azərbaycan Respublikasının Konstitusiyası nə zaman qəbul edilmişdir?

 

– 12 noyabr 1995-ci ildə.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyası nə zaman qüvvəyə minmişdir?

 

– 27 noyabr 1995-ci ildə.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasına neçənci ildə və nə ilə əlaqədar olaraq əlavə və dəyişikliklər edilmişdir?

 

– Azərbaycan Respublikasının Avropa Şurasına daxil olması ilə əlaqədar olaraq 24 avqust 2002-ci ildə Konstitusiyanın bir çox maddələrinə əlavə və dəyişikliklər edilmişdir.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyası neçə maddə, neçə fəsil və neçə bölmədən ibarətdir?

 

– 158 maddə, 12 fəsil və 5 bölmədən ibarətdir.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyası hansı hissə ilə başlayır?

 

– Azərbaycan Respublikasının Konstitusiyası preambula (fransızca “preambule” sözündən olub mənası “ön söz” deməkdir) ilə, yəni giriş hissə ilə başlayır.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lasında (Giriş hissəsində) hüquqi norma müəyyən olunurmu?

 

– Xeyr, Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında heç bir hüquqi norma müəyyən edilməmişdir. Orada Konstitusiyamızın qəbul edilməsinin məqsədi və bir sıra mühüm niyyətlər bəyan olunmuşdur.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lası hansı ifadə ilə başlayır?

 

– “Azərbaycan xalqı” ifadəsi ilə.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lasında təntənəli surətdə niyyətlərini bəyan edən subyekt hansıdır?

 

Azərbaycan xalqı.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lasında Azərbaycan xalqı təntənəli surətdə neçə niyyətini bəyan edir?

 

  • 6 niyyətini.

 

  1. Azərbaycan RespublikasıKonstitusiyasının preambu-lasında Azərbaycan xalqı nəyin bərqərar edilməsini istəyərək öz niyyətlərini bəyan edir?

 

  • Ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək.
    1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lasında Azərbaycan xalqı kimlərin qarşısında öz məsuliy-yətini anlayaraq öz niyyətlərini bəyan edir?

 

  • Keçmiş, indiki və gələcək nəsillər qarşısında.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lasında Azərbaycan xalqı hansı hüququndan istifadə edərək öz niyyətlərini bəyan edir?

 

  • Suveren hüququndan istifadə edərək.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lasında Azərbaycan xalqı nəyin təmin edilməsini arzulaya-raq öz niyyətlərini bəyan edir?

 

  • Bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lasında Azərbaycan xalqı hansı aktda əks olunan prinsipləri əsas götürür?

 

  • “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri.
    1. Azərbaycan Respublikası Konstitusiyasının preambu-lasında Azərbaycan xalqı hansı niyyətlərini bəyan edir?

 

  • Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
  • Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

 

  • vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
  • xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
  • ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

 

  • ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində

yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasının birinci bölməsi necə adlanır?

 

  • Ümumi müddəalar.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının birinci bölməsi neçə fəsil və neçə maddədən ibarətdir?

 

I bölmə iki fəsildən (xalq hakimiyyəti (1-6-cı maddələr – bu fəsildə xalq hakimiyyətinin başlıca prinsipləri və əlamətləri, eləcə də onun mahiyyyəti açıqlanır) və dövlətin əsasları (7-23-cü maddələr – bu fəsildə dövləti səciyyələndirən əsas elementlərin xüsusiyyətləri və onun fundamental əsasları ilə bağlı məsələlər tənzimlənir) ) ibarətdir.

 

  1. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi hansı subyekt hesab edilir?

 

– Azərbaycan xalqı.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasında “Azərbay-can xalqı” necə müəyyən olunmuşdur?

 

– Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaş-larından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdiril-miş normaları istisna etmir.

 

  1. Azərbaycan xalqının suveren hüququ dedikdə, nə başa düşülür?

 

– Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək başa düşülür.

  1. Azərbaycan xalqı öz suveren hüququnu hansı vasitə ilə həyata keçirir?

 

– Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

 

  1. “Referendum” sözünün mənası nə deməkdir?

 

– “Referendum” latınca “refero” sözündən olub mənası “məlumat verirəm”, “məruzə edirəm” deməkdir.

  1. Azərbaycan xalqı hansı məsələləri referendumla həll edə bilər?

 

– Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.

  1. Yalnız referendumla həll olunan məsələlər hansılardır?

 

– 1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

 

  • Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
  1. Hansı məsələlər üzrə referendum keçirilə bilməz?

 

  • 1) vergilər və dövlət büdcəsi;

 

  • amnistiya və əfv etmə;
  • seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

 

  1. 24 avqust 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının birinci bölməsınin hansı maddəsinə əlavə edilmişdir?

 

  • 3-cü maddəsinə (Ümumxalq səsverməsi – referendum yolu ilə həll edilən məsələlər).
  1. Xalqı təmsil etmək hüququ kimlərə məxsusdur?

 

  • Xalqın seçdiyi səlahiyyətli nümayəndələrə.
  1. Azərbaycan dövlətinin təməlini nə təşkil edir?
  • Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir.
  1. Xalqa qarşı ən ağır cinayət hansıdır?

 

  • Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
  1. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan dövləti necə müəyyən olunub?

 

– Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

  1. “Demokratiya” sözünün mənası nə deməkdir?

 

  • İlk dəfə Fukidid tərəfindən işlədilən demokratiya yunan sözü olub “demos” – xalq, “kratos” – hakimiyyət mənasını ifadə edir.

 

  1. “Azərbaycan Respublikası unitar dövlətdir” dedikdə, nə başa düşülür?

 

  • Mərkəzi hakimiyyət orqanlarına tabe olan və dövlət suverenliyi əlamətlərinə malik olmayan inzibati-ərazi vahidlə-rindən ibarət vahid və bütöv dövlət birliyi başa düşülür.

 

  1. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili və xarici məsələlərdə hansı müddəalarla məhdudlaşır?

 

– Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azər-baycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

 

  1. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında necə təşkil edilir?

 

  • Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
  • İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

 

  • Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
  1. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini hansı orqan və ya vəzifəli şəxs həyata keçirir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikasında icra hakimiyyəti hansı subyektə mənsubdur?

 

– Azərbaycan Respublikasının Prezidentinə.

 

  1. Azərbaycan Respublikasında məhkəmə hakmiyyətini hansı orqanlar həyata keçirir?

 

– Azərbaycan Respublikasının məhkəmələri.

 

  1. Azərbaycan dövlətinin başçısı hansı  subyekt hesab

edilir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan dövlətini daxildə və xarici münasibətlərdə hansı subyekt təmsil edir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Hansı subyekt Azərbaycan xalqının vahidliyini təcəs-süm etdirir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin III hissəsinə görə Azərbaycan Respublikasının Prezidenti nəyin təminatçısı hesab edilir?

 

– Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.

 

  1. Azərbaycan Respublikasının Prezidenti hansı hakimiyyət qolunun müstəqilliyinin təminatçısıdır?

 

– Məhkəmə hakimiyyətinin.

 

  1. Azərbaycan Respublikası hansı məqsədlə Silahlı Qüv-vələr və başqa silahlı birləşmələr yaradır?

 

– Öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi

 

ilə.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikası nəyi rədd edir?

 

– Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsində nəzərdə tutulan beynəlxalq münasibətlərin prinsipləri müddəasının məzmunu necə müəyyən olunub?

 

– Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

 

  1. Hansı subyekt Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı hesab edilir?

 

Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikasının ərazisinə daxildir:

 

  • Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı.

 

  1. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilərmi?

 

– Xeyr, özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir.

  1. Azərbaycan Respublikasında dövlət sərhədləri dəyişdirilə bilərmi? Dəyişdirilə bilərsə, hansı qaydada?

 

– Bu mümkündür. Yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə görə dövlətin ali məqsədi necə müəyyən olunmuşdur?

– İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin II hissəsinə görə Azərbaycan Respublikası Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları nəyə uyğun tətbiq edilir?

 

– Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

  1. Azərbaycan Respublikası Konstitusiyasında mülkiyyətin hansı növləri fərqləndirilir?

 

– Dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin III hissəsinə görə mülkiyyətdən nəyin əleyhinə istifadə edilə bilməz?

 

– Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasına görə təbii ehtiyatlar hansı subyektə mənsubdur?

 

– Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasında “təbii ehtiyatlar” ifadəsinə necə anlayış verilir?

 

– Nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə də ki, digər qanunvericilik aktlarında “təbii ehtiyatlar” ifadəsinə anlayış verilmir.

 

  1. Azərbaycan Respublikasında iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilirmi?

 

– Xeyr, yol verilmir.

 

  1. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı nəyə xidmət edir?

 

– Müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin I hissəsinə görə Azərbaycan dövləti nəyin qayğısına qalır?

 

– Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin II hissəsinə görə Azərbaycan dövləti nəyin inkişafına yardım göstərir və nəyi qoruyur?

 

– Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasına əsasən nə dövlətin xüsusi himayəsindədir?

 

– Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsin-dədir.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II hissəsinə görə valideynlərin borcu necə müəyyən olunub?

 

– Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək vali-deynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

 

  1. Hansı dinlərin yayılması və təbliği qadağandır?

 

  • İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.
  1. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsinə görə din və dövlətin statusu necə müəyyən olunub?

 

  • Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin III hissəsinə görə dövlət təhsil sisteminin xarakteri necə müəyyən olunub?

 

– Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

 

  1. Azərbaycan Respublikasının pul vahidi necə adlanır? – Manat.
  2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız hansı orqana mənsubdur?

 

– Azərbaycan Respublikasının Milli Banka.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə görə hansı qurum dövlətin müstəsna mülkiyyətindədir?

 

– Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.

  1. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinə yol verilirmi?

 

– Xeyr, yol verilmir. Bu, qadağandır.

 

  1. Azərbaycan Respublikası hansı məqsədlə alınmış borcları öhdəlik kimi qəbul etmir və ödəyə bilməz?

 

– Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.

 

  1. Azərbaycan Respublikasının dövlət dili hansıdır?

 

– Azərbaycan dili.

 

  1. Azərbaycan Respublikasında əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsinə yol verilirmi?

 

– Bəli, yol verilir.

 

  1. Azərbaycan Respublikasının paytaxtı hansı şəhərdir? – Bakı şəhəri.
  2. Azərbaycan Respublikasının dövlət rəmzləri hansılardır?
  • Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin II hissəsi ilə Azərbaycan Respublikasının Dövlət bayrağı necə müəyyən olunub?

 

  • Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

  1. Dövlət dilinin statusu Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsi ilə müəyyən olunubdur?

 

  • 21-ci maddə ilə.

 

  1. Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisınin tərkib hissəsi hesab edilirmi?

 

– Bəli, hesab edilir.

 

  1. Azərbaycan Respublikasının paytaxtı Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsi ilə müəyyən edilmişdir?

 

– 22-ci maddə ilə.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə görə “Xəzər”in statusu dəniz, yoxsa göl kimi müəyyən olunub?

 

– Həm dəniz, həm də göl kimi.

 

  1. Azərbaycan Respublikası Konstitusiyası Məhkəmə-sinin sədri xarici bir ölkədə Azərbaycan Respublikası vətəndaşının hüquqlarının pozulması faktı ilə bağlı xalqın adından danışaraq bu məsələyə dair xalqın adından müraciət edə bilərmi? Nəyə görə? Fikrinizi əsaslandırın.

 

– Xeyr, müraciət edə bilməz. Çünki Azərbaycan Respublika-sı Konstitusiyasının 4-cü maddəsinə görə xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Xalqın seçdiyi səlahiyyətli nümayəndələr dedikdə isə, seçkilər yolu il ə seçilən şəxslər – Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisinin deputatları başa düşülməlidir.

 

  1. Sakit okean adalarında yerləşən Atlanta dövləti Azərbaycan Respublikasının tərkib hissəsi olmaq niyyətin-dədir. Bununla bağlı həmin dövlət bütün şərtləri yerinə yetirməyə hazırdır. Azərbaycan Respublikasına inzibati bölgə kimi Atlanta dövlətinin daxil olması üçün Azərbaycan dövləti nə etməlidir?

 

– Azərbaycan Respublikasının əhalisi arasında ümumxalq səsverməsi – referendum keçirilməlıdir.

  1. “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxu-nulmazdır və bölünməzdir” dedikd nə başa düşülməlidir?

 

– Ərazinin vahidliyi dedikdə, respublika ərazisinin yalnız Azərbaycana məxsus olması, toxunulmazlığı dedikdə, ərazinin sabitliyi üçün onun pozulmazlığının mühafizə olunması, bölünməzliyi dedikdə isə, onun başqa dövlətlərə verilməsinin və ya müvafiq dövlət qurumları yaradılması məqsədilə bölünməsinin yolverilməzliyi başa düşülməlidir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan insan və vətəndaş hüquq və azadlıqlarını nisbi şəkildə necə qruplaşdırmaq olar?

 

a. Şəxsi hüquqlar Buraya fərdin o ayrılmaz hüquqları daxildir ki, onlar insanın azadlığını və onun şəxsi həyatını dövlət müdaxiləsindən qoruyur. Məsələn, yaşamaq hüququ (ARK-nın 27-ci maddəsi), azadlıq hüququ (ARK-nın 28-ci maddəsi) və s.

 

  1. Sosial hüquqlar Buraya fərdin sosial münasibətlərə dair hüquqlarını aid etmək olar. Məsələn, nikah hüququ (ARK-nın 34-cü maddəsi), sosial təminat hüququ (ARK-nın 38-ci maddəsi), təhsil hüququ (ARK-nın 42-ci maddəsi) və s.
  2. İqtisadi hüquqlar Buraya fərdin iqtisadi münasibətlər sferasındakı hüquqlarını aid etmək olar. Məsələn, azad sahibkarlıq hüququ (ARK-nın 59-cu maddəsi) və s.

 

  1. Siyasi hüquqlar Buraya fərdin siyasi münasibətlərlə bağlı malik olduğu hüquqları aid etmək olar. Məsələn, fikir və söz azadlığı (ARK-nın 47-ci maddəsi), vicdan azadlığı (ARK-

nın 48-ci maddəsi), cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ (ARK-nın 54-cü maddəsi), dövl ətin idarə olunmasında iştirak etmək hüququ (ARK-nın 55-ci maddəsi), seçki hüququ (ARK-nın 56-cı maddəsi) və s.

  1. Mədəni hüquqlar Buraya fərdin mədəni həyatda iştirak etmək, habelə mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə ilə bağlı hüquqları aiddir. Məsələn, Mədəniyyət hüququ (ARK-nın 40-cı maddəsi) və s.
  2. Prosessual hüquqlar Buraya fərdin dövlətin hüquq-mühafizə sistemi ilə qarşılaşdıqda onun prosedur müdafiəsinin təmini ilə bağlı hüquqları aiddir. Məsələn, təqsirsizlik prezum-psiyası (ARK-nın 63-cü maddəsi), məhkəməyə təkrar müraciət etmək hüququ (ARK-nın 65-ci maddəsi), zərərin ödənilməsini tələb etmək hüququ (ARK-nın 68-ci maddəsi) və s.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipi haqda nə deyilir?

 

– Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə bərabərlik hüququ dedikdə, nə başa düşülür?

 

– Hamı qanun və məhkəmə qarşısında bərabərdir; Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

 

  1. İnsan və vətəndaş hüquq və azadlıqlarını hansı əlamətlərə görə məhdudlaşdırmaq qadağandır?

 

– İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

 

  1. Hər kəsin hansı üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə hüququ vardır?

 

– Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

  1. Hansı hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır?

 

– Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

 

  1. Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək yalnız hansı cinayətlərə görə qanunla müəyyən edilə bilər?

 

– Yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xususilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.

  1. Hansı hallar istisna olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir?

 

  • Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, (çıxarılmışdır) ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir.
    1. Azadlıq hüququ hansı yollarla məhdudlaşdırıla bilər?
  • Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

 

  1. Azərbaycan Respublikası vətəndaşının öz ölkəsinə qayıtmaq hüququ vardırmı?

 

  • Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
  1. Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilərmi?

 

  • Bəli, qanuni surətdə ola bilər.

 

  1. Mülkiyyətin hansı növünə üstünlük verilir? – Mülkiyyətin heç bir növünə üstünlük verilmir.

 

  1. Mülkiyyət hüququ hansı hüquqların cəmindən ibarətdir?

 

– Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

 

  1. Hər kəsin mülkiyyətində hansı cür əmlak ola bilər?

 

  • Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola

bilər.

 

  1. Şəxs hansı orqanın qərarı ilə mülkiyyətindən məhrum edilə bilər?

 

– Yalnız məhkəmənin qərarı ilə.

 

  1. Əmlakın tam müsadirəsinə yol verilirmi?

 

– Xeyr, yol verilmir.

 

  1. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mül-kiyyətin özgəninkiləşdirilməsinə hansı halda yol verilə bilər?

 

– Yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

  1. Əqli mülkiyyət hüququnun hansı növləri vardır?

 

– Müəlliflik hüququ, ixtiraçılıq hüququ və s.

 

  1. Şəxsi həyata müdaxilə etməyə yol verilirmi?
  • Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.
  1. Hansı hal istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır?

 

  • Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla.

 

  1. Şəxsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququ hansı halda məhdudlaşdırıla bilər?

 

– Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

 

  1. Kimsə zorla evləndirilə (ərə verilə) bilərmi?

 

  • Xeyr, heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Çünki nikah könüllü razılıq əsasında bağlanılır.
  1. Hansı hallar istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz?

 

  • Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla.

 

  1. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin hüququdur yoxsa, borcudur?

 

  • Həm hüququ, həm də borcudur.

 

  1. Neçə yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideyinlərini saxlamağa borcludurlar?

 

– 18 yaşına çatmış.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci hissəsinə görə əmək nəyin əsasıdır?

 

– Əmək fərdi və ictimai rifahın əsasıdır.

 

  1. Şəxs zorla işlədilə bilərmi?

 

  • Heç kəs zorla işlədilə bilməz. Lakin məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fəvqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.
  1. Şəxs əmək müqaviləsi bağlamağa məcbur edilə

bilərmi?

 

– Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

  1. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ məhdudlaşdırıla bilərmi?

 

– Yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

  1. Kimlər tətil edə bilməzlər?

 

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.

 

  1. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə neçə saatdan artıq olmayan iş günü təmin edilir?

 

  • 8 saatdan artıq olmayan iş günü.

 

  1. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş ildə azı bir dəfə neçə təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir?

 

– 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

  1. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə kimlərin borcudur?

 

– onların ailə üzvlərinin borcudur.

 

  1. Şəxs hansı hallarda sosial təminat hüququna malikdir?

 

– Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində sağlam ətraf mühitdə yaşamaq hüququ necə müəyyən olunmuşdur?

– Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində mədəniyyət hüququ necə müəyyən olunmuşdur?

 

– Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşma-lı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin III hissəsinə görə hansı faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər?

 

– İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

 

  1. Hansı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir?

 

– Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

  1. Kimlər milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilər?

 

– Heç kəs məcbur edilə bilməz.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində mənzil hüququ necə müəyyən olunmuşdur?

 

– Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

  1. Hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas

verir?

 

– Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

  1. Kimlər ana dilindən istifadə hüququndan məhrum edilə bilər?

 

– Heç kəs.

 

  1. Kimlərə işgəncə və əzab verilə bilər?

 

– Heç kəsə.

 

  1. Hansı halda şəxs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilər?

 

-Heç bir halda.

 

  1. Özünün könüllü razılığı olmadan şəxsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilərmi?

 

– Xeyr, aparıla bilməz.

 

  1. Kimlər öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilər?

 

– Heç kəs.

 

  1. Hansı xarakterli təşviqata və təbliğata yol verilmir? – İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan

 

təşviqata və təbliğata yol verilmir.

 

  1. Şəxs heç bir dinə etiqad etməmək hüququna malikdirmi?

 

– Bəli, malikdir.

 

  1. Şəxs hər hansı dinə başqaları ilə birlikdə etiqadə etmək hüququna malikdirmi?

 

– Bəli, malikdir.

 

  1. Şəxs dinə münasibəti ilə bağlı əqidəsini yaymaq hüququna malikdirmi?

 

– Bəli, malikdir.

 

  1. Dini mərasimlərin yerinə yetirilməsi hansı halda sərbəstdir?
  • Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
  1. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırırmı?

 

  • Xeyr, bəraət qazandırmır.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində sərbəst toplaşmaq azadlığı necə müəyyən olunmuşdur?

 

– Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

 

  1. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilirmi?

 

– Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

  1. Hansı yaradıcılıq növləri vardır?

 

  • Ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növləri vardır.
  1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində “Azərbaycan Respublikası vətəndaşı”na necə anlayış verilmişdir?

 

  • Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

 

  1. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılırmı?

 

  • Bəli, sayılır.

 

  1. Azərbaycan Respublikasının vətəndaşı hansı halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilər?

 

– Heç bir halda.

  1. Azərbaycan Respublikasının vətəndaşı hansı halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilər?

– Heç bir halda.

 

  1. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardırmı?

 

– Bəli, vardır.

 

  1. Nəyə qarşı müstəqil müqavimət göstərmək Azərbay-can Respublikasının hər bir vətəndaşının hüququdur?

 

– Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə.

 

  1. Azərbaycan Respublikasının vətəndaşları dövlətin idarə olunmasında iştirak etmək hüququnu hansı vasitə ilə həyata keçirə bilərlər?

 

– Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

  1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qəbul edilə bilərmi?

 

– Qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.

 

  1. Kimlərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur?

 

– Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin.

 

  1. Kimlərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər?

 

– Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

 

  1. Azərbaycan Respublikası vətəndaşları dövlət orqan-larına hansı formada müraciətlər göndərmək hüququna malikdirlər?
  • Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.

 

  1. Azərbaycan Respublikası vətəndaşlarının müraciət-lərinə hansı formada cavab verilməlidir?

 

  • Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
  1. Azərbaycan Respublikası vətəndaşlarının nəyi tənqid etmək hüququ vardır?

 

– Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanla-rının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həm-karlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır.

 

  1. Tənqidə görə təqibə yol verilirmi?

 

  • Xeyr, yol verilmir. Tənqidə görə təqib qadağandır.

 

  1. Təhqir və böhtan tənqid sayılırmı?

 

  • Xeyr, sayılmır.

 

  1. Hansı hallarda və kimlər hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilər?

 

– Heç kəs heç bir halda hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin II hissəsində birləşmək hüququ necə müəyyən olunub?

 

– Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

 

  1. Hansı birliklər qadağandır?

 

  • Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır.
  1. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə hansı qaydada xitam verilə bilər?

 

– Yalnız məhkəmə qaydasında.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində azad sahibkarlıq hüququ necə müəyyən olunub?

 

– Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsinə görə hər kəs hansı subyektlərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər?

 

– Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

 

  1. Hər kəs hansı andan müdafiəçinin köməyindən istifadə etmək hüququna malikdir?

 

– Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

 

  1. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilirmi?

 

– Xeyr, yol verilmir.

 

  1. Təqsirsizlik prezumpsiyası    dedikdə,  nə  başa

düşülür?

 

– Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

  1. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, bu halda onun təqsirli bilinməsinə yol verilə bilərmi?

 

– Xeyr, yol verilə bilməz.

 

  1. Cinayətin törədilməsində təqsirləndirilən şəxs hansı halda özünün təqsirsizliyini sübuta yetirməyə borcludur?

 

– Heç bir halda borclu deyildir.

 

  1. Ədalət mühakiməsi həyata keçirilərkən hansı halda qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilər?

 

– Heç bir halda istifadə oluna bilməz.

 

  1. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilərmi?

 

– Xeyr, sayıla bilməz.

 

  1. Hansı halda şəxs bir cinayətə görə təkrarən məhkum edilə bilər?

 

– Heç bir halda heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində “məhkəməyə təkrar müraciət hüququ” necə müəyyən olunub?

 

– Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

 

  1. Şəxs kimlərə qarşı   ifadə  verməyə məcbur edilə

bilməz?

 

– Özünə, arvadına (ərinə) , övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı.

 

  1. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə nəyi bildirir və izah edir?
  • Dərhal onun hüquqları bildirilir və onun tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində “zərərin ödənilməsini tələb etmək hüququ” necə müəyyən olunub?

 

  • Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
  1. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsində “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları” necə müəyyən olunmuşdur?

 

  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
  1. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları məhdudlaşdırıla bilərmi?

 

  • Yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin I hissəsinə görə siyasi sığınacaq hüququ kimlərə verilir?

 

  • Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
  1. Hansı əsasa görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir?

 

– Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.

 

  1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq hansı orqanların borcudur?

 

– Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

  1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini kim məhdudlaşdıra bilər?

 

– Heç kəs məhdudlaşdıra bilməz.

 

  1. Hansı hallarda insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi qismən və ya müvəqqəti məhdudlaşdırıla bilər?

 

– Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

  1. Hansı halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə və bunlara görə təqsirləndirilə bilər?

 

– Heç bir halda.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının hansı müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilər?

 

– Heç bir müddəası.

 

  1. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədirmi?

 

– Bəli, birbaşa qüvvədədir.

  1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri hansı orqanlar həll edir?

– Məhkəmələr həll edir.

 

  1. Şəxs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşıyırmı?

 

– Xeyr, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.

 

  1. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, hansı qanun tətbiq edilir?

 

– Bu zaman yeni qanun tətbiq edilir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsi necə adlanır?

 

– Əsas hüquqlar, azadlıqlar və vəzifələr.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsi neçə fəsli neçə fəsildən ibarətdir?

 

– İki fəsildən.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının üçüncü fəsli necə adlanır?

 

– Əsas insan və vətəndaş hüquqları və azadlıqları.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının dördüncü fəsli necə adlanır?

 

– Vətəndaşların əsas vəzifələri.

 

  1. Qanunu bilməmək şəxsi məsuliyyətdən azad edirmi? – Xeyr, azad etmir.
  2. Şəxs hansı halda qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilər?

 

– Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 74-cü maddəsinin I hissəsinə görə nə müqəddəs hesab edilir?

– Vətənə sədaqət müqəddəsdir.

 

  1. Hansı orqanlarda işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər?

 

– Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər.

  1. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti

 

orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs nədə ittiham edilib və həmin ittiham əsasında məhkum olunubsa, vəzifəsindən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz?

 

– Dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.

 

  1. Hansı halda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir?

 

– Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

 

  1. “Tarix və mədəniyyət abidələrinin qorunmasının hər bir şəxsin borcu olması” vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsində təsbit olunmuşdur?

 

– 77-ci maddəsində.

 

  1. “Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət

 

etməlidir” vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsində təsbit olunmuşdur?

 

– 75-ci maddəsində.

 

  1. Kimlər Azərbaycan Respublikasının Konstitusiyası-na və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilər?
    • Heç kəs.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən hansı hallar qanunla müəyyən edilən məsuliyyətə səbəb olur?

 

– Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının üçüncü bölməsi necə adlanır?

 

– Dövlət hakimiyyəti.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü bölməsi neçə fəsildən ibarətdir?

 

– Dörd fəsildən.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının V fəsli necə adlanır?

 

– Qanunvericilik hakimiyyəti.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisi neçə deputatdan ibarətdir?

 

– 125 deputatdan.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatları hansı seçki sistemi əsasında seçilirlər?

 

– Majoritar seçki sistemi əsasında.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti neçə ildir?

 

– 5 ildir.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri neçə ildən bir və hansı gün keçirilir?

 

– Hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-larının səlahiyyət müddəti hansı müddətlə məhdudlaşır?
  • Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatlı-ğından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçılən deputatın səlahiyyət müddəti hansı müddətlə məhdudlaşır?

 

  • Deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-lığına namizədlərə aid tələblər hansılardır?

 

  • Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinə kimlər deputat seçilə bilməzlər?

 

  • İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-larının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada hansı orqan yoxlayır və təsdiq edir?

 

  • Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-larının səlahiyyətləri nə vaxt bitir?

 

– Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

  1. Azərbaycan Respublikası Milli Məclisi deputatlığın-dan çıxanların yerinə seçkilər hansı halda keçirilmir?

 

– Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müd-dətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisinin neçə deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir?

 

– 83 deputatın.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisi hər il neçə və hansı sessiyalara yığılır?

 

– İki növbəti yaz və payız sessiyalarına.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası nə vaxt çağrılır?

 

– Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını hansı orqan müəyyən edir?

 

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri hansı subyetklərin tələbi əsasında çağırır?

 

– Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında.

  1. Azərbaycan Respublikası Milli Məclisinin növbə-dənkənar sessiyasının gündəliyini kim müəyyənləşdirir?

 

– Müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyən-ləşdirir.

  1. Azərbaycan Respublikası Milli Məclisinin növbə-dənkənar sessiyasının işi nə vaxt bitir?
  • Gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.
  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatı hansı hallarda mandatından məhrum edilir?

 

  • 1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

 

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

 

5) özü imtina etdikdə.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-lığından məhrumetmə nəyin əsasında qəbul edilir?

 

  • Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərarın əsasında qəbul edilir.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-larının səlahiyyətləri hansı hallarda itirilir?

 

  • Öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-larının toxunulmazlığı dedikdə, nə başa düşülür?

 

  • Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatı hansı halda tutula bilər?

– Cinayət başında yaxalanarsa, tutula bilər.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatı-nı tutan orqan bu barədə dərhal kimə xəbər verməlidir?

 

– Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatı-nın toxunulmazlığına yalnız kimin təqdimatına əsasən və hansı orqanın qərarı ilə xitam verilə bilər?

 

Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

 

  1. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar hansılar-dır?

 

– Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səs-verməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməz-lər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin iş qaydasını hansı orqan müəyyən edir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin müvafiq orqanlarını hansı orqan yaradır?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin sədrini və onun müavinlərini hansı orqan və ya şəxs seçir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisi hansı komissiyaları təşkil edir və hansı palatanı yaradır?

 

– Daimi və başqa komissiyalar təşkil edir, hesablama palatası yaradır.

  1. Azrbaycan Respublikasının Milli Məclisi hansı aktları qəbul edir?

– Az ərbaycan Respublikasının Milli Məclisi öz səlahiy-yətlərinə aid məsəl ələr üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-ları səsvermə hüququnu hansı qaydada həyata keçirirlər?

 

– Şəxsən həyata keçirirlər.

 

  1. Qanunlarda və Azərbaycan Respublikası Milli Məc-lisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqan-larına konkret tapşırıqlar nəzərdə tutula bilərmi?

 

– Xeyr, tutula bilməz.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisi hansı məsələlərə dair ümumi qaydalar müəyyən edir?

 

– 1) Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;

 

2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;

3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;

 

4) referendum;

5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;

6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;

 

7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;

8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;

9) dövlət təltifləri;

10) fiziki və hüquqi şəxslərin statusu;

11) mülki hüquq obyektləri;

 

12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;

13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;

  • ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;
  • maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər;
  • əmək münasibətləri və sosial təminat;

 

  • cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi;
  • müdafiə və hərbi qulluq;
  • dövlət qulluğu;

 

  • təhlükəsizliyin əsasları;
  • ərazi quruluşu; dövlət sərhədi rejimi;
  • beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
  • rabitə və nəqliyyat işi;
  • statistika, metrologiya və standartlar;

 

  • gömrük işi;
  • ticarət işi və birja fəaliyyəti;
  • bank işi, mühasibat, sığorta.

 

  1. Bank işi, mühasibat və sığortaya dair ümumi qaydaları hansı orqan müəyyən edir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisində hansı məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə qəbul edilir?

 

– 1. Azərbaycan Respublikası Prezidentinin seçkiləri; 2. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu; 3. referenduma dair məsələlər.

 

  1. Fiziki və hüquqi şəxslərin statusu, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlərə dair qanunlar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?

 

– 63 səs çoxluğu ilə.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin səlahiy-yətınə hansı məsələlərin həlli aiddir?

 

– 1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;

  • Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;
  • inzibati ərazi bölgüsü;
  • dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;

 

  • Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi;
  • Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;

 

  • Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin bir qisminin seçilməsi;
  • Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin bir qisminin seçilməsi;

 

  • Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvlərinin bir qisminin seçilməsi;
  • İctimai Televiziya və Radio Yayımları qrumunun Yayım Şurası üzvlərinin təyin edilməsi;
  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsa-sən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;

 

  • Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi;
  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;

 

  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;

 

  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

 

  • Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;

 

  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;
  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;
  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

 

  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;

 

  • Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi;
  • referendum təyin edilməsi;

 

  1. Qanunvericilik təşəbbüsü hüququ nə deməkdir?
  • Qanunvericilik təşəbbüsü hüququ dedikdə, qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ başa düşülür.

 

  1. Qanunvericilik təşəbbüsü hüququ kimlərə mənsubdur?

 

– Azərbaycan Respublikasının Milli Məclisində qanunveri-cilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Milli Məclisi-nin deputatlarına, Azərbaycan Respublikasının Prezidentınə, Azərbaycan Respublıkasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

 

  1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qay-dasında Azərbaycan Respublikası Milli Məclisinin müza-kırəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə hansı şəkildə çıxarılır və səsə qoyulur?

 

– Qanun və ya qərar layihələri təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

  1. Qanun və ya qərar layihələrində dəyişikliklər hansı halda edilə bilərmi?

 

– Qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqa-nın razılığı ilə edilə bilər.

  1. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri nə qədər müddət ərzində səsə qoyulur?

 

– İki ay ərzində səsə qoyulur.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin beşinci hissəsi konstitusiya ilə qanunvericilik təşəbbüsü hüququ olan subyektlərdən hansının qanun və ya qərar layihəsini təcili elan etmək hüququ nəzərdə tutulmamışdır?

 

– Azərbaycan Respublikasının Milli Məclisinin.

 

  1. Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir?

 

– 14 gün müddətində.

  1. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən nə qədər müddət ərzində təqdim edilir?

– 24 saat ərzində.

 

  1. Qanunlar və Azərbaycan Respublikası Milli Məclisi-nin qərarları nə zaman qüvvəyə minir?

 

– Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

  1. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər hansılardır?

 

– Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respub-likasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

  1. Azərbaycan Respublikasının Prezidenti neçə il müd-dətinə seçilir?

 

– Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

 

  1. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin nə qədərinin səs çoxluğu ilə seçilir?

 

– Səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

  1. Azərbaycan Respublikasının Prezidentliyinə namizəd müəyyən olunmuş səs çoxluğunu səsvermənin birinci dövrəsində toplamayıbsa, məsələ necə həll olunur?

 

– Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.

 

  1. Hüç kəs neçə dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz?

 

– İki dəfədən artıq.

 

  1. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra neçə gün ərzində və hansı orqan rəsmən elan edir?

 

– 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.

  1. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq nə qədər müddət ərzində və hansı məhkəmənin hakimlərinin iştirakı ilə and içir?

 

– 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

  1. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andının mətni Azərbaycan Respublikası Konstitusiya-sının neçənci maddəsi ilə müəyyən olunmuşdur?

 

  • 103-cü maddə ilə.

 

  1. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andının mətni Azərbaycan Respublikası Konstitusiya-sı ilə necə müəyyən olunmuşdur?

 

– “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

 

  1. Azərbaycan Respublikasının Prezidenti hansı gündən öz səlahiyyətlərinin icrasına başlamış sayılır?

 

– And içdiyi gündən.

 

  1. Azərbaycan Respublikasının Prezidenti hansı hallarda vaxtından əvvəl vəzifədən getmiş sayılır?
  • Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II hissəsində Azərbaycan Respublikası Preziden-tinin istefa verdiyinə görə vəzifədən getmiş sayılması prosedurası necə müəyyən olunmuşdur?

 

  • Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusıya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.

 

  1. Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə, məsələ necə həll olunur?

 

  • Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitu-sıya Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir. Əgər Azərbaycan Respublikasının Kons-titusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.
  1. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə neçə ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir?

 

  • Üç ay ərzində.

 

  1. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə, Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyətlərini kim icra edir?

 

– Azərbaycan Respublikasının baş naziri.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin II hissəsinə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən şəxs istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini hansı subyekt icra edir?

 

– Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda, məsələ necə həll olunur?

 

– Belə olan halda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.

 

  1. Azərbaycan Respublikasının “X” qanunu Milli Məclis tərəfindən 19 aprel 2005-ci il tarixdə qəbul olunmuşdur. Qanun 2005-ci ilin may ayının 02-də Azərbay-can Respublikasının Prezidenti tərəfindən imzalanmış və həmin ayın 12-də dərc edilmişdir. Qanunda onun 01 avqust 2005-ci il tarixdən qüvvəyə minməsi göstərilmişdir. Bu mümkündürmü və qanun nə vaxtdan qüvvəyə minmiş hesab olunur?

 

– Bəli, mümkündür və qanun 01 avqust 2005-ci il tarixdən qüvvəyə minmiş hesab olunur.

  1. Azərbaycan Respublikasının Baş naziri qanunverıcilik təşəbbüsü hüququna malikdirmi?

 

– Xeyr, malik deyil.

  1. Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunvericilik təşəbbüsü hüququna malikdirmi?

 

– Bəli, malikdir.

 

  1. Ali təhsili olmayan şəxs Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilərmi?

 

– Bəli, seçilə bilər.

 

  1. Ali təhsili olmayan şəxs Azərbaycan Respublikasının Prezidenti seçilə bilərmi?

 

– Xeyr, seçilə bilməz.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 106-cı maddəsində Azərbaycan Respublikası Prezidentinin toxu-nulmazlığına dair müddəa necə müəyyən olunmuşdur?

 

– Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin I hissəsində Azərbaycan Respublikası Prezıden-tinin vəzifədən kənarlaşdırılması prosedurası necə müəyyən olunmuşdur?

 

– Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezıdenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respub-likası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasın-da Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.

 

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputat-larının neçə səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər?

 

– 95 səs çoxluğu ilə.

 

  1. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqındakı qərarı kim imzalayır və həmin şəxs məlum qərarın imzalanmasına nə qədər müddət ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir?

 

  • Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.

 

  1. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar nə qədər müddət ərzində qəbul olunmalıdır?

 

  • Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsində Azərbaycan Respublikası Prezidentinin təmina-tı haqqında nə deyilir?

 

  • Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində Azərbaycan Respublikası Prezidentinin neçə səlahiyyəti müəyyən olunmuşdur?

 

  • 32 səlahiyyəti.

 

  1. Azərbaycan Respublikası Prezidentinin hansı səlahiyyətləri vardır?

 

– Azərbaycan Respublikasının Prezidenti:

1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;

 

2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;

  • dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;

 

  • Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

 

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

 

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
  • Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

 

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;
  • Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;

 

  • Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

 

  • Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
  • Azərbaycan Respublikası Prezidentinin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir;
  • Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;

 

  • Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;

 

  • xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;

 

  • dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
  • referendum təyin edir;

 

  • qanunları imzalayır və dərc edir;
  • vətəndaşlıq məsələlərini həll edir;
  • siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
  • əfv edir;
  • dövlət təltifləri ilə təltif edir;

 

  • ali hərbi və ali xüsusi rütbələr verir;
  • ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
  • Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

 

  • Azərbaycan Respublikasının  Təhlükəsizlik  Şurasını

yaradır;

  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barə də Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
  • fövqəladə və hərbi vəziyyət elan edir;
  • Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
  • Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

 

  • Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyası ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələlər hansı qaydada həll edilir?

 

– Belə məsələləri Azərbaycan Respublikasının Prezidenti icra qaydasında həll edir.

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini hansı subyekt vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını hansı orqan və ya vəzifəli şəxs yaradır?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərini vəzifəyə hansı orqan və ya vəzifəli şəxs təyin edir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikasının Prezidenti qanunları hansı gündən başlayaraq imzalayır?

 

– Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq imzalayır.

 

  1. Azərbaycan Respublikasının Prezidenti qanunları neçə gün ərzində imzalayır?

 

Azərbaycan Respublikasının Prezidenti qanunları 56 gün ərzində imzalayır.

  1. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurarsa, məsələ necə həll edilir?

 

– Bu zaman Azərbaycan Respublikasının Prezidenti qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

 

  1. Hansı qanunlar Azərbaycan Respublikasının Prezi-denti tərəfindən imzalanmazsa, onlar qüvvəyə minmir?

 

– Konstitusiya qanunları.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları neçə səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir?

 

– 95 səs çoxluğu ilə.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisi neçə səs çoxluğu ilə qəbul edilən qanunları 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir?

 

– 63 səs çoxluğu ilə.

 

  1. Azərbaycan Respublikasının Prezidenti hansı hallarda Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan edir?

 

– Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan edir.

 

  1. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edilə bilərmi?

 

– Bəli, edilə bilər.

 

  1. Azərbaycan Respublikasında hərbi vəziyyətin elan edilməsi barədə qəbul edilən fərman nə qədər müddət ərzində və hansı orqanın təsdiqinə verilir?

 

– 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

 

  1. Azərbaycan Respublikasının Prezidenti hansı hallarda Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir?

 

– Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü-nün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsiz-lıyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Res-publikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsində Azərbaycan Respublikasının bütün ərazisində fövqəladə vəziyyətin tətbiq edilməsi nəzərdə tutulurmu?

 

– Xeyr, nəzərdə tutulmur.

 

  1. Azərbaycan Respublikasında fövqəladə vəziyyətin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Preziden-tinin qəbul etdiyi fərman nə qədər müddət ərzində və hansı orqanın təsdiqinə verilir?

 

– 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

  1. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi aktlar necə adlanır?

 

– Fərman və sərəncam.

 

  1. Azərbaycan Respublikasının Prezidenti hansı hal-larda fərmanlar qəbul edir?

 

– Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar qəbul edir.

 

  1. Azərbaycan Respublikasının Prezidenti hansı məsə-lələr barəsində sərəncamlar qəbul edir?

 

– Azərbaycan Respublikasının Prezidenti ümumi qaydalar istisna olmaqa, başqa məsələlər barəsində sərəncamlar qəbul edir.

 

  1. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları nə zaman qüvvəyə minir?

 

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.

 

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetini hansı orqan və ya vəzifəli şəxs tərəfindən və nə məqsədlə yaradır?

 

– Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyət-lərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.

 

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti statusuna görə necə orqandır?

 

– Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı orqan və ya vəzifəli şəxsə tabedir və onun qarşısında cavabdehdir?

 

– Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını hansı orqan və ya vəzifəli şəxs müəyyənləşdirir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə kimlər daxildir?
  • Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

 

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti nə vaxt və kimə istefa verir?

 

  • Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına kim sədrlik edir?

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.

 

  1. Azərbaycan Respublikasının Baş naziri hansı orqan və ya vəzifəli şəxsin razılığı ilə vəzifəyə təyin edilir?

 

– Azərbaycan Respublikasının Baş naziri Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin edilir.

 

  1. Azərbaycan Respublikasının Baş nazirini hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin edir?

 

– Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir.

  1. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti hansı müddət ərzində Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir?

 

– Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

 

  1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbay-can Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı hansı gündən başlayaraq qəbul edir?
  • Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədliyin təqdim edildiyi gündən başlayaraq qəbul edir.
  1. Azərbaycan Respublikasının Milli Məclisi Azər-baycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı nə qədər müddət ərizndə qəbul edir?

 

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir.

 

  1. Hansı qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azər-baycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına neçə dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər?

 

– Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul etməzsə və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri hansılardır?

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

 

– Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;

– maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;

  • dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin

 

edir;

  • dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;

 

  • nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
  • Azərbaycan Respublikası Prezidentinin onun səlahiy-yətlərinə aid etdiyi digər məsələləri həll edir.

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi aktlar hansılardır?

 

– Qərar və sərəncam.

 

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı hallarda qərarlar qəbul edir?

 

Ümumi qaydalar müəyyən etdikdə qərarlar qəbul edir.

 

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı məsələlər üzrə sərəncamlar qəbul edir?

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi qaydaların müəyyən edilməsi istisna olmaqla, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

 

  1. Hansı orqan Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublika-sının Prezidentinə təqdim edir?

 

– Azərbaycan Respublikasının Nazirlər Kabineti.

 

  1. Hansı orqan maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir?

 

– Azərbaycan Respublikasının Nazirlər Kabineti.

 

  1. Hansı orqan dövlət iqtisadi, eləcə də sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir?

 

– Azərbaycan Respublikasının Nazirlər Kabineti.

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları hansı gündən qüvvəyə minir?

 

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.

  1. Azərbaycan Respublikasının Baş Naziri üzvlüyünə namizədələrə dair tələblər hansılardır?

 

– Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

 

  1. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin olunmaqla bağlı tələblər Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilibmi?

 

– Bəli, müəyyən edilib.

 

  1. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin olunmaqla bağlı tələblər hansılardır?

 

– Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər hansılardır?

 

– Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

  1. Hansı müddət ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır?

 

– Səlahiyyəti müddəti ərzində.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 123-cü maddəsinə Azərbaycan Respublikası Baş nazirinin toxunul-mazlığı haqda nə deyilir?
  • Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyə-tinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

 

  1. Azərbaycan Respublikasının Baş naziri hansı halda tutula bilər?

 

  • Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa tutula bilər.

 

  1. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə dərhal hansı orqana və ya vəzifəli şəxsə xəbər verməlidir?

 

Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

 

  1. Azərbaycan Respublikası Baş nazirinin toxunulmaz-lığına hansı orqan və ya vəzifəli şəxsin təqdimatına əsasən xitam verilə bilər?

 

  • Yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən xitam verilə bilər.
  1. Azərbaycan Respublikası Baş nazirinin toxunulmaz-lığına hansı orqan və ya vəzifəli şəxs tərəfindən xitam verilə bilər?

 

  • Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.

 

  1. Yerlərdə icra hakimiyyətini kimlər həyata keçirirlər?

 

– Yerli icra hakimiyyətlərinin başçıları.

 

  1. İcra hakimiyyəti başçılarını hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini hansı orqan və ya vəzifəli şəxs müəyyən edir.

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini hansı məhkəmələr həyata keçirirlər?

 

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Res-publikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublika-sının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmə-ləri həyata keçirirlər.

 

  1. Məhkəmə hakimiyyəti hansı məhkəmə icraatı vasitə-silə həyata keçirilir?

 

– Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.

 

  1. Cinayət məhkəmə icraatında hansı tərəflər iştirak

edir?

 

– Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

  1. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə hansı üsulların tətbiq edilməsi qadağandır?

 

– müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır.

  1. Azərbaycan Respublikasında hansı xarakterli məhkəmələrin yaradılması qadağandır?

 

– Fövqəladə məhkəmələrin yaradılması qadağandır.

 

  1. Hakimliyə namizədlərə aid tələblər hansılardır?

 

  • Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsi ilə hakimlərə qadağan olunur:

 

Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

 

  1. Hakimlər müstəqildirmi? – Bəli, müstəqildir.

 

  1. Hakimlər nəyə tabedirlər?

 

  • Yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.
  1. Hakimlər səlahiyyətləri müddətində dəyişilə bilər-lərmi?

 

  • Xeyr, hakimlər səlahiyyətləri müddətində dəyişilməzdirlər.

 

  1. Hakimlər ədalət mühakiməsini həyata keçirərəkən

işlərə hansı prinsiplərə əsasən baxırlar?

 

  • Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
  1. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyula və müdaxilə edilə bilərmi?

 

  • Xeyr, bu yolverilməzdir.

 

  1. Bütün məhkəmələrdə işlərin icraatı necə aparılır? – Açıq aparılır.

 

  1. İşə qapalı iclasda baxılmasına hansı  halda icazə

verilir?

 

– Yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir.

 

  1. Cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilirmi?

 

– Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, yol verilmir.

 

  1. Məhkəmə icraatı hansı prinsip əsasında həyata keçirilir?

– Çəkişmə prinsipi əsasında.

 

  1. Məhkəmə icraatının hansı mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur?

 

– Məhkəmə icraatının istənilən mərhələsində.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin IX hissəsinə görə ədalət mühakiməsi nəyə əsaslanır?

 

– Təqsirsizlik prezumpsiyasına əsaslanır.

 

  1. Azərbaycan Respublikasında məhkəmə icraatı hansı dildə aparılır?

 

– Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində.

  1. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hansı hüquqları təmin edilir?

 

– Həmin şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I hissəsinə görə kimlər toxunulmazdır?

 

– Hakimlər.

 

  1. Hakim cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

 

  • Yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.

 

  1. Hakimlərin səlahiyyətlərinə xitam verilə bilərmi?

 

  • Yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.
  1. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsü hansı halda irəli sürülə bilər?

 

  • Hakimlər cinayət törətdikdə irəli sürülə bilər.

 

  1. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hansı orqan və ya vəzifəli şəxs irəli sürə bilər?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsü hansı orqanın və ya vəzifəli şəxsin rəyi əsasında irəli sürülə bilər?
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında.

 

  1. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsü

hansı orqanın və ya vəzifəli şəxsin qarşısında irəli sürülə bilər?

 

– Azərbaycan Respublikasının Milli Məclisi qarşısında.

 

  1. Azərbaycan Respublikasının hansı məhkəmələrinin hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir?

 

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin.

 

  1. Başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?

 

– 63 səs çoxluğu ilə.

 

  1. Məhkəmənin qəbul etdiyi qərarlar hansı subyektin adından çıxarılır?

 

– Dövlətin adından çıxarılır.

 

  1. Məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidirmi?

 

– Bəli, onların icrası məcburidir.

 

  1. Azərbaycan Respublikasının Konstitusiya Məhkə-məsi neçə hakimdən ibarətdir?

 

– 9 hakimdən.

 

  1. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə-sinin hakimlərini hansı orqan və ya vəzifəli şəxsin təqdimatı ilə və hansı orqan və ya vəzifəli şəxs təyin edir?

 

– Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

  1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hansı orqanların sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsində nəzərdə tutulan məsələləri həll edir?
  • Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəmə-sinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında.

 

  1. Azərbaycan Respublikasının Konstitusiya Məhkə-məsi Azərbaycan Respublikası Prezidentınin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkə-məsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçı-van Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında hansı məsələləri həll edir?

 

  • 1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;

 

2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;

3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar-larının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;

 

4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

 

5) Bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitu-siyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Res-publikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında, həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;

 

  • Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Kons-titusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumət-lərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitu-sıyasına və qanunlarına uyğunluğu;

 

  • Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;

 

  • qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
  1. Hansı orqan Azərbaycan Respublikasının müvafiq orqanlarının sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir?

 

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi.

 

  1. Hansı orqan qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir?

 

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi.

 

  1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla və müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin hansı orqan tərəfindən həll edilmə si üçün hansı orqana, özü də nə məqsədlə şikayət verə bilər?

 

  • Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

 

  1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada hansı orqanlar və hansı məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konsti-tusiya Məhkəməsinə müraciət edə bilərlər?

 

  • Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı.

 

  1. Azərbaycan Respublikasının hansı orqan və ya vəzifəli şəxsi insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublika-sının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər?

 

  • Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili.

 

  1. Azərbaycan Respublikasının Konstitusiya Məhkə-məsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair hansı normativ hüquqi aktı qəbul edir?

 

  • Qərar.

 

  1. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə-sinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdirmi?

 

– Bəli, məcburi qüvvəyə malikdir.

  1. Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkə-məsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşə bilərmi?

– Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin I hissəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin statusu necə müəyyən olunmuşdur?

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.

 

  1. Azərbaycan Respublikasının hansı məhkəməsi məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir?

 

– Azərbaycan Respublikasının Ali Məhkəməsi.

 

  1. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakim-ləri hansı orqan və ya vəzifəli şəxsin təqdimatı ilə təyin edılir?

 

Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə.

 

  1. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakim-lərini hansı orqan və ya vəzifəli şəxs təyin edir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsində Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin statusu necə müəyyən olun-muşdur?
  • Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.

 

  1. Azərbaycan Respublikasının apellyasiya məhkəmə-lərinin hakimləri hansı orqan və ya vəzifəli şəxsin təqdimatı ilə təyin edilir?

 

  • Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə.

 

  1. Azərbaycan Respublikasının apellyasiya məhkəmə-lərinin hakimlərini hansı orqan və ya vəzifəli şəxs təyin edir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının Prokurorluğu hansı səlahiyyətləri həyata keçirir?

 

– Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının Prokurorluğunun statusu necə müəyyən olunub?

 

– Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

 

  1. Azərbaycan Respublikasının Baş prokurorunu hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikasının Baş prokuroru hansı orqan və ya vəzifəli şəxsin razılığı ilə vəzifəyə təyin və vəzifə-dən azad edilir?

Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

 

  1. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini hansı orqan və ya vəzifəli şəxsin təqdimatı ilə hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti.

  1. Azərbaycan Respublikasının ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları hansı orqan və ya vəzifəli şəxsin təqdimatı ilə hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti.

  1. Naxçıvan Muxtar Respublikasının Prokurorunu hansı orqan və ya vəzifəli şəxsin təqdimatı ilə hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin I hissəsinə görə hansı orqan məhkəmə qərarla-rından protest verir?

 

– Azərbaycan Respublikasının Prokurorluğu.

 

  1. Ərazi və ixtisaslaşdırılmış prokurorlar hansı orqan və ya vəzifəli şəxsin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edilir?

 

– Azərbaycan Respublikası Prezidentinin razılığı ilə.

 

  1. Ərazi və ixtisaslaşdırılmış prokurorları hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikasının Baş prokuroru.

 

  1. Naxçıvan Muxtar Respublikasının statusu Azər-baycan Respublikası Konstitusiyasının neçənci fəsli ilə müəyyən olunmuşdur?

– VIII fəsli ilə.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin I hissəsində Naxçıvan Muxtar Respublikasın statusu necə müəyyən olunmuşdur?

 

– Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublika-sının tərkibində muxtar dövlətdir.

  1. Naxçıvan Muxtar Respublikasının statusu hansı ölkənin konstitusiyası ilə müəyyən edilir?

 

– Azərbaycan Respublikasının Konstitusiyası ilə.

 

  1. Naxçıvan Muxtar Respublikası hansı ölkənin ayrılmaz tərkib hissəsidir?

 

– Azərbaycan Respublikasının.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyası, qanun-ları, Azərbaycan Respublikası Prezidentınin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublıkasının ərazisində məcburıdirmi?

 

– Bəli, məcburidir.

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd ola bilərmi?

 

– Xeyr, zidd olmamalıdır.

 

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd ola bilərmi?

 

– Xeyr, zidd olmamalıdır.

 

  1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hansı orqan və ya vəzifəli şəxsə hansı orqan və ya vəzifəli şəxs tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir?

 

– Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir.

  1. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini hansı orqan həyata keçirir?

 

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.

 

  1. Naxçıvan Muxtar Respublikasının icra hakimiy-yətini hansı orqan həyata keçirir?

 

– Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti.

 

  1. Naxçıvan Muxtar Respublikasının məhkəmə hakimiyyətini hansı orqanlar həyata keçirir?

 

– Naxçıvan Muxtar Respublikasının məhkəmələri.

 

  1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə hansı qanunvericilik aktları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər?

 

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.

  1. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi

kimdir?

 

– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri.

 

  1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi neçə üzvdən ibarətdir?

 

– 45 üzvdən.

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti neçə ildir?

 

– 5 il.

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini və onun müavinlərini hansı orqan və ya vəzifəli şəxs seçir?

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin daimi və digər komissiyalarını hansı orqan və ya vəzifəli şəxs təşkil edir?

 

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.

 

  1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hansı məsələlərə dair ümumi qaydalar müəyyən edir?

 

– 1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər; 2) vergilər; 3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri; 4) sosial təminat; 5) ətraf mühitin qorunması; 6) turizm; 7) səhiyyə, elm, mədəniyyət.

 

  1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hansı məsələləri həll edir?

 

– 1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

 

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;

 

6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsi ilə müəyyən olunmuşdur?

 

– 140-cı maddə ilə.

 

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabine-tinin tərkibi hansı orqan və ya vəzifəli şəxsin təklifi ilə təsdiq edilir?

 

  • Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə.

 

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabine-

tinin tərkibini hansı orqan və ya vəzif əli şəxs təsdiq edir?

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.

 

  1. Naxçıvan Muxtar Respublikasının Baş naziri hansı orqan və ya vəzifəli şəxsin təqdimatına əsasən təyin edilir?

 

– Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən.

 

  1. Naxçıvan Muxtar Respublikasının Baş nazirini hansı orqan və ya vəzifəli şəxs təyin edir?

 

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hansı məsələləri həll edir?

– muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

 

– muxtar respublikanın büdcəsini icra edir;

– muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

– muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

 

– Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hansı aktları qəbul edir?

 

– Qərar və sərəncamlar.

 

  1. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları hansı orqan və ya vəzifəli şəxsin təqdimatı əsasında təyin edilir?

 

– Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında.

 

  1. Naxçıvan Muxtar Respublikasında yerli icra haki-miyyətlərinin başçılarını hansı orqan və ya vəzifəli şəxs təyin edir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

  1. Azərbaycan Respublikasının  IV  bölməsi  necə

 

adlanır?

 

– “Yerli özünüidarəetmə”.

 

  1. Bələdiyyələrlə bağlı münasibətlər Azərbaycan Res-publikası Konstitusiyasının neçənci fəsli ilə tənzimlənir?

 

– IX fəsli ilə.

 

  1. Yerli özünüidarəni hansı qurum həyata keçirir?

 

– Bələdiyyələr.

 

  1. Bələdiyyələr nəyin əsasında yaradılır? – Seçkilər əsasında.
  2. Bələdiyyələrin statusunun əsasları hansı qanunve-rıcilik aktı ilə müəyyən edilir?

 

– Azərbaycan Respublikasının Konstitusiyası ilə.

 

  1. Bələdiyyələrə seçkilərin qaydaları nə ilə müəyyən

edilir?

 

– Qanunla müəyyən edilir.

 

  1. Bələdiyyə öz fəaliyyətini necə həyata keçirir?

 

  • Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir.
  1. Bələdiyyənin iclaslarını hansı orqan və ya şəxs çağırır?

 

  • Bələdiyyənin sədri.

 

  1. Bələdiyyələrin iclaslarında  hansı   məsələlər  həll

edilir?

 

– 1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

 

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

  • bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
  • yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

 

  • yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
  • yerli ekoloji proqramların qəbul və icra edilməsi.

 

  1. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər verilə bilərmi?

 

-Bəli, verilə bilər.

 

  1. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən verilən əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün nə ayrılmalıdır?

 

– bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti ayrılmalıdır.

 

  1. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən verilən əlavə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq hansı hakmiyyət orqanları nəzarət edirlər?

 

– Qanunvericilik və icra hakimiyyətləri.

 

  1. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair hansı aktlar qəbul edilir?

 

– Qərarlar.

 

  1. Bələdiyyənin qərarları hansı  səs çoxluğu ilə qəbul

edilir?

 

– Bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə.

 

  1. Hansı məsələlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir?

 

– Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsində bələdiyyələrin müstəqilliyinin təminatı haqqın-da nə deyilir?

 

– Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının V bölməsi necə adlanır?

 

– Hüquq və qanun.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının X fəsli necə adlanır?

 

– “Qanunvericilik sistemi” adlanır.

 

  1. Hansı qanunvericilik aktı Azərbaycan Respub-likasında ən yüksək hüquqi qüvvəyə malikdir?

 

– Azərbaycan Respublikasının Konstitusiyası.

 

  1. Hansı qanunvericilik aktı birbaşa hüquqi qüvvəyə malikdir?

 

– Azərbaycan Respublikasının Konstitusiyası.

 

  1. Hansı qanunvericilik aktı Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır?

 

– Azərbaycan Respublikasının Konstitusiyası.

 

  1. Azərbaycan Respublikasının qanunvericilik sistemi hansı normativ hüquqi aktlardan ibarətdir?

 

– 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

 

  1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublıkasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi hesab edilirmi?

 

– Bəli, hesab edilir.

 

  1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan qanun-vericilik aktları ilə yanaşı, həm də digər hansı aktlar hüquqi qüvvəyə malikdir?

 

– Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları.

 

  1. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmaya bilərmi?

– Xeyr, uyğun olmalıdır.

 

  1. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən necə aktlar qəbul edə bilərlər?

 

– Normativ xarakterli aktlar.

 

  1. Normativ hüquqi aktlar nəyə əsaslanmalıdır?

 

– Hüquqa və haqq-ədalətə.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsində “haqq-ədalət” dedikdə, nə başa düşülür?

 

– “Bərabər mənafelərə bərabər münasibət” başa düşülür.

 

  1. Referendumla qəbul olunmuş aktların tətbiqi və icrası hansı halda vətəndaşlar, qanunverıcılik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir?

 

– Onlar yalnız dərc edildikdə.

 

  1. Qanunlar Konstitusiyaya zidd ola bilərmi?

 

– Zidd olmamalıdır.

 

  1. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası kimlər üçün məcburidir?

 

– Bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün.

  1. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusıyasına və qanunları-na zidd ola bilərmi?

 

– Zidd olmamalıdır.

 

  1. Hansı fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir?

 

– Yalnız dərc edilmiş fərmanların.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları hansı aktlara zidd olmamalıdır?

 

– Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının tətbiqi və icrası hansı halda vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir?

 

– Onlar yalnız dərc edildikdə.

 

  1. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları hansı aktlara zidd olmamalıdır?

 

– Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına.

 

  1. Hansı normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir?

 

– Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların.

 

  1. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlardan başqa digər normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilirmi?

 

– Xeyr, şamil edilmir.

 

  1. Bələdiyyələrin qəbul etdikləri aktlar nəyə əsaslan-

malıdır?

 

– Hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə)

  1. Bələdiyyələrin qəbul etdikləri aktlar hansı hüquqi aktlara zidd olmamalıdır?

 

– Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbay-can Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respub-

 

 

76

 

likasının Konstitusiyasına, qanunlarına, Naxçı van Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.

 

  1. Bələdiyyənin qəbul etdiyi aktın icrası kimlər üçün məcburidir?

 

– Onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün.

  1. Beynəlxalq aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsində öz əksini tapmışdır?

 

– 151-ci maddəsində.

 

  1. Azərbaycan Respublikasının qanunvericilik siste-mınə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Res-publikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, hansı həmin tətbiq edilir?

 

– Beynəlxalq müqavilələr tətbiq edilir.

 

  1. Hansı hüquqi aktlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir?

 

– Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla.

  1. Azərbaycan Respublikası Konstitusiyasının XI fəslində nədən bəhs olunur?

 

-Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik-lərdən.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər hansı yolla qəbul edilə bilər?

 

– Yalnız referendumla.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının mətnin-də dəyişiklikləri hansı subyektlər təklif edə bilər?

 

– Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti.

 

 

77

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən hansı orqan və ya vəzifəli şəxsin rəyi alınır?

– Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin.

 

  1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hansı məsələyə dair qərar qəbul edə bilməz?

 

– Referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinə görə hansı məsələlər haqqında təkliflər referenduma çıxarıla bilməz?

 

– Azərbaycan Respublikası Konstitusiyasının 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının XII fəslində nədən bəhs olunur?

 

– Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrdən.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?

 

– 95 səs çoxluğu ilə.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr hansı qanunvericilik aktı şəklində qəbul edilir?

 

– Konstitusiya qanunları şəklində.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində neçə dəfə səsə qoyulur?

 

– İki dəfə.

  1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyularkən ikinci səsvermə birinci səsvermədən nə qədər müddət sonra keçirilir?

 

– 6 ay sonra keçirilir.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları neçənci səsver-mədən sonra, hansı qaydada qaydada və hansı vəzifəli şəxs və ya orqana imzalanmaq üçün təqdim olunur?

 

– Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları nə zaman qüvvəyə minir?

 

– Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.

  1. Konstitusiya qanunları Azərbaycan Respublikasının hansı qanunvericilik aktının ayrılmaz hissəsidir və həmin qanunvericilik aktının əsas mətninə zidd olmamalıdır?

 

– Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri hansı orqan və ya vəzifəli şəxs təklif edə bilər?

 

Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı.

  1. Azərbaycan Respublikası Konstitusiyasının hansı müddəaları ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr təklif edilə bilməz?
  • Azərbaycan Respublikası Konstitusiyasının birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr təklif edilə bilməz.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasının keçid müddəaları neçə bənddən ibarətdir?

 

  • 12 keçid bəndindən ibarətdir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının qüvvəyə mindiyi gündən Azərbaycan Respublıkasının neçənci ildə qəbul edilmiş konstitusiyası (Əsas Qanunu) qüvvədən düşmüşdür?

 

– 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşmüşdür.

 

  1. Əsas Qanunun hansı müddəası Azərbaycan Respublikası Konstitusiyası qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir?

 

– 101-ci maddəsinin 5-ci hissəsi.

 

  1. Keçid müddəaların 4-cü bəndinə əsasən Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respub-likası Ali Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri nə vaxt başa çatmış hesab edilir?

 

– Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü.

 

  1. Keçid müddəalarının 4-cü bəndinə əsasən yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının nə vaxt keçirilməsi nəzərdə tutulmuşdur?

 

– Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir.

 

  1. Keçid müddəalarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyasının nə vaxtadək davam etməsi təsbit olunmuşdur?

 

– 1996-cı il mayın 31-dək.

 

  1. 1995-ci il avqustun 15-də qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azə rbaycan Respublikası Qanununun 85-ci maddə si həmin Qanun əsasında seçilmiş hansı orqanın birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir?

 

– Azərbaycan Respublikası Milli Məclisinin.

 

  1. Keçid müddəalarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyası qüvvəyə mindiyi gündən hansı orqanın səlahiyyətlərinə xitam verilir?

 

– Azərbaycan Respublikası yerli Xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir.

  1. Keçid müddəalarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli Xalq Deputatları Sovetlərinə aid edilmiş səlahiyyətləri hansı orqanlar həyata keçirir?

 

– Yerli icra hakimiyyəti orqanları həyata keçirir.

 

  1. Keçid müddəalarının 7-ci bəndinə əsasən Azər-baycan Respublikası Konstitusiyası qüvvəyə mindikdən son-ra nə qədər müddət ərzində yerli özünüidarə haqqında qa-nun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir?

 

– İki il müddətində.

 

  1. Keçid müddəalarının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmayan hissədə öz qüvvəsini saxlayırmı?

 

– Bəli, öz qüvvəsini saxlayır.

 

  1. Keçid müddəalarının 10-cu bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyası qüvvəyə mindiyi gündən bir il ərzində nə ilə əlaqədar Azərbaycan Respubli-kasının Konstitusiyasına uyğun olan qanunvericiliyin qəbul edilməsi və Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinin yenidən təyin edilməsi nəzərdə tutulmuşdur?

 

– Hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar.

  1. Keçid müddəalarının 10-cu bəndinə əsasən hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi hansı qanunve-rıcilik əsasında həyata keçirilir?

 

– Azərbaycan Respublikası Konstitusiyası qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.

 

  1. Keçid müddəalarının 11-ci müddəasına əsasən Azərbaycan Respublikası Konstitusiyası qüvvəyə mindiyi gündən bir il müddətində hansı qanunun qəbul edilməsi, eləcə də hansı orqanın yaradılması nəzərdə tutulmuşdur?

 

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması nəzərdə tutulmuşdu.

 

  1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək Azərbaycan Respublikası Kons-titusiyasında nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsınin səlahiyyətlərini hansı orqan həyata keçirirdi?

 

– Keçid müddəalarının 11-ci bəndində deyilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri həyata keçirilmir.

 

  1. Keçid müddəalarının 11-ci bəndinə əsasən Azər-baycan Respublikasının Konstitusiyasının 130-cu maddəsınin üçüncü hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş məsələni hansı orqanın həll etməsi nəzərdə tutulmuşdur?

 

– Azərbaycan Respublikasının Ali Məhkəməsinin.

 

  1. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi Azərbaycan Respublikasının Konstitusıyasının qüvvəyə mindiyi gündən necə adlanır?
  • Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və O, qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.

 

  1. Naxçıvan Muxtar Respublikasının statusunu hansı beynəlxalq müqavilələr müəyyən edir?

 

  • 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri.
  1. Azərbaycan Respublikasının  parlamenti  necə

adlanır?

 

– Milli Məclis.

 

  1. Azərbaycan Respublikasının parlamenti neçə palatadan ibarətdir?

 

– Bir palatadan ibarətdir.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Milli Məclisini buraxmaq hüququ nəzərdə tutulmuşdurmu?

 

– Xeyr, nəzərdə tutulmamışdır.

 

  1. Majoritar seçki sistemi dedikdə, nə başa düşülür?

 

  • Bu seçki sisteminə uyğun olaraq deputatlığa namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputata seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətən daha çox səs toplamalıdır. Majoritar seçki sisteminə uyğun olaraq seçki dairəsi üzrə seçicilərin səs çoxluğunu əldə etmiş namizəd seçkidə qələbə qazanmış hesab edilir. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü fərqləndirilir: 1) mütləq səs çoxluqlu majoritar sistem; 2) nisbi səs çoxluqlu majoritar sistem.

 

  1. “Veto hüququ” nə deməkdir və bu termin Azərbaycan Respublikasının Konstitusiyasında işlədilirmi?

 

– “Veto hüququ” dövlət başçısının qanunu imzalamadan imtina etməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiya-sında bu termin işlədilməsə də, konstitusiyanın 110-cu maddə-sində bu məsələdən bəhs olunur.

 

 

83

 

  1. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanlarının hansı növləri vardır?

 

– Nazirliklər, dövlət komitələri, Nazirlər Kabineti yanında komitələr, xidmətlər (məsələn, Baş Dövlət Feldyeger xidməti), Nazirlər Kabineti yanında baş idarələr (məsələn, Baş Dövlət arxivi).

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına Azərbaycan Respublikasının Prezidenti sədrlik edə bilərmi?

 

– Bəli, edə bilər.

 

  1. Azərbaycan Respublikasında “hökümət başçısı” necə adlanır?

 

– Baş nazir.

 

  1. Azərbaycan Respublikasında məhkəmə hakimiyyə-tinin hansı instansiyaları vardır?

 

– birinci, apellyasiya və kassasiya instansiyalar.

 

  1. Azərbaycan Respublikası respublika idarəçilik formasının hansı növünə daxildir?

 

– Prezidentli respublika.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasına əsasən konstitusiya nəzarətini hansı orqan həyata keçirir?

 

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi.

 

  1. Hansı subyekt Azərbaycan dövlətinin varisliyini təmin edir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili hansı vəzifəli şəxs və ya orqanın təqdimatı əsasında seçilir?

 

– Azərbaycan Respublikası Prezidentinin.

 

  1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili hansı vəzifəli şəxs və ya orqan tərəfindən seçilir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən.

  1. Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərini hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvləri hansı orqan və ya vəzifəli şəxsin təqdimatı əsasında vəzifəyə təyin və vəzifədən azad edilir?

 

– Azərbaycan Respublikası Prezidentinin.

 

  1. Azərbaycan Respublikasının Konstitusiyasında “Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması” termini işlədilmişdirmi?

 

– Bəli, Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 17-ci bəndində bu termin işlədilmişdir.

  1. Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları hansı vəzifəli şəxs və ya orqan tərəfindən yaradılır?

 

– Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır.

  1. Azərbaycan Respublikası Prezidentinin müharibə elan etməsi və ya sülh bağlaması üçün hansısa orqan və ya vəzifəli şəxsin razılığı tələb olunurmu?

 

– Bəli, Azərbaycan Respublikası Milli Məclisinin razılığı tələb olunur.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi necə adlanır?

 

– “Normativ hüquqi aktlar” adlanır.

 

  1. Jurnalist kütləvi informasiya vasitəsində “X” nazirliyinin əməkdaşının fəaliyyətindən bəhs edərkən onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan ifadələrə yer vermişdir. Buna öz etirazını bildirən nazirliyin əməkdaşı jurnalistin ondan üzr istəməsini tələb edərək əks təqdirdə, onu məhkəməyə verəcəyini və barəsində xüsusi ittiham qaydasında cinayət təqibi başlanacağını bildirdikdə jurnalist tənqidə görə təqibin qadağan olundu ğunu söyləyərək Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində nəzərdə tutulan fikir və söz azadlığından istifadə etdiyini bildirdi. Jurnalist haqlıdırmı?

 

– Xeyr haqlı deyil. Az ərbaycan Respublikası Konstitu-siyasının 57-ci maddəsinin II hissəsinə əsasən təhqir və böhtan tənqid sayıla bilməz.

 

  1. Cinayətin törədilməsində təqsirli bilinən şəxs məhkəmə iclasında günahsız olduğunu bildirdikdə, dövlət ittihamçısı ona əgər özünü günahsız hesab edirsə, buna sübuta yetirməyi ondan tələb edir. Dövlət ittihamçısı haqlıdırmı?

 

– Xeyr, haqlı deyil. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin III hissəsinə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

 

  1. Məhkəmə prosesinə şahid qismində dəvət olunan təqsirləndirilən şəxsin qardaşı öz doğma qardaşı əleyhinə ifadə verməkdən imtina etdikdə dövlət ittihamçısı buna etiraz edərək şahidin ifadə verməkdən imtina etməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 298-ci maddəsi ilə məsuliyyətə səbəb olduğunu bildirir. Məhkəmə, dövlət ittihamçısının bu etirazını rədd edərək şahidi ifadə verməkdən azad edir. Məhkəmə haqlıdırmı?

 

– Bəli, haqlıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən heç kəs özünə, arvadına (ərinə) , övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz.

 

  1. İbtidai istintaqda ifadə verən şahid hansı dinə etiqad etdiyini demək istəmədiyi üçün müstəntiq ona dini əqidəsini açıqlamağın istintaq üçün əhəmiyyət kəsb edən bəzi halların ortaya çıxmasına səbəb olacağını bildirərək şahidin dini əqidəsini aç ıqlamağa məcbur olduğunu bildirdi. Müstəntiq haqlıdırmı?

 

  • Xeyr, haqlı deyil. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin IV hissəsinə əsasən heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

 

  1. Öz bağında qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edən şəxs tutulduqdan sonra əkib yetişdirdiyi bitkilərin narkotik xassəli olduğundan xəbərsiz olduğunu və belə bitkiləri kultivasiya etməyin cinayət olduğunu bilmədiyini bildirərək başlanılmış cinayət işinə xitam verilməsini ibtidai istintaq orqanından xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının hansı müddəasına əsasən təqsirləndirilən şəxsin xahişi təmin oluna bilməz?

 

  • Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin III hissəsinə əsasən. Belə ki, bu müddəaya görə qanunu bilməmək məsuliyyətdən azad etmir.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının VI fəsli necə adlanır?

 

  • “İcra hakimiyyəti” adlanır.

 

  1. Azərbaycan Respublikası Konstitusiyasının VII fəsli necə adlanır?

 

– “Məhkəmə hakimiyyəti” adlanır.

 

  1. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə-sinin hakimlərini hansı orqan və ya vəzifəli şəxs təyin edir?

 

– Azərbaycan Respublikasının Milli Məclisi.

 

  1. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

– Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Azərbaycan Respublikasının ixtisaslaşdırılmış pro-kurorluqlarına rəhbərlik edən prokurorlarını hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?
  • Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti.
  1. Naxçıvan Muxtar Respublikasının Prokurorunu hansı orqan və ya vəzifəli şəxs vəzifəyə təyin və vəzifədən azad edir?

 

  • Azərbaycan Respublikasının Prezidenti.

 

  1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ kimlərə mənsubdur?

 

– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatla-rına, Naxçıvan Muxtar Respublikasının baş nazirinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə.

 

  1. Qanun və qərar qəbul edildiyi gündən nə qədər müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır?

 

– 10 gün müddətində.

 

  1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi neçə deputatın səlahiyyəti təsdiq edildikdə səlahiyyətlidir?

 

– 31 deputatın.

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları hansı subyektlər tərəfindən çağrılır?

 

– Azərbaycan Respublikası, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən.

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputat-larının seçkilərinin nəticələrinin düzgünlüyü qanunla müəy-yən edilmiş qaydada hansı orqan tərəfindən yoxlanılır və təsdiq edilir?

 

– Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən.

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər hansılardır?
  • Yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.
  1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini hansı vəzifəli şəxsin və ya orqanın təklifi ilə, hansı vəzifəli şəxs və ya orqan təyin edir?

 

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti.
  1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikasının Ali Məclisində neçə səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir?

 

  • 35 səs çoxluğu ilə.

 

  1. Əfv edilmə məsələlərinə dair təklifləri Naxçıvan Muxtar Respublikasında hansı orqan və ya vəzifəli şəxs verir?

 

– Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi.

 

  1. Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə namizədə aid tələblər hansılardır?

 

– Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

 

  1. Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri hansılardır?

 

– Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi, Azərbaycan Respublikasının Dövlət himnidir.

 

  1. Naxçıvan Muxtar Respublikasının paytaxtı hansı şəhərdir?

– Naxçıvan şəhəri.

 

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hansı orqan və ya vəzifəli şəxsə tabedir?

 

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə.

 

  1. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respublikasının hansı normativ hüquqi aktlarından ibarətdir?

 

– 1) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası; 2) Naxçıvan Muxtar Respublikasının qanunları; 3) Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərmanları; 4) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları; 5) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakmiyyəti orqanlarının normativ aktları.

 

  1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası neçə fəsil və neçə maddədən ibarətdir?

 

– 6 fəsil və 50 maddədən ibarətdir.

 

  1. Naxçıvan Muxtar Respublikasının dövlətçiliynin varisliyini hansı orqan və ya vəzifəli şəxs təmin edir?

 

– Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi.

 

  1. Təcili elan olunmuş qanun və qərar layihəsi Nax-çıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən nə qədər müddət ərzində imzalanır?

 

– 24 saat ərzində.

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası nə ilə müəyyən edilmişdir?

 

– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə.

  1. Naxçıvan Muxtar Respublikasının məhkəmələri insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikası qanunlarının şərh edilməsi haqqında qanunla müəyyən edilmiş qaydada hansı orqan və ya vəzifəli şəxsə müraciət edə bilər?

 

– Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə.

 

  1. Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları içərisində ən yüksək hüquqi qüvvəyə malik olanı hansıdır?

 

– Naxçıvan Muxtar Respublikasının Konstitusiyası.

 

  1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasın-da neçə keçid müddəası vardır?

 

– 4 keçid müddəası vardır.

 

  1. Naxçıvanın ilk, ikinci və üçüncü konstitusiyaları nə vaxt qəbul edilmişdir?

 

– 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü konstitusiyası qəbul edilmişdir.

 

  1. Naxçıvan 1921-ci il, 1923-cü il, 1924-cü il və 1990-cı ildə necə adlandırılmışdır?

 

– Naxçıvan 1926-cı il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı hansı hallarda mandatından məhrum edilir?

 

– 1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda; 2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə; 3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 4) özü imtina etdikdə.

 

  1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə etimad məsələsini hansı orqan və ya vəzifəli şəxs həll edir?

 

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.

 

 

Müəlliflə əlaqə –

Xəlilov Yunis Fərman oğlu

Mobil no.: (050) 633 73 33

(070) 344 01 49

E-mail adres: yunishalil@yahoo.com

Dostlarla Paylaş ↓