DÖVLƏT QULLUĞUNA QƏBUL  ÜÇÜN   QANUNVERİCİLİKDƏN  SUALLAR VƏ CAVABLAR

 

Azərbaycan Respublikasının

Konstitusiyası.

1.Kimin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir?

– Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin

2. Azərbaycan Respublikasının

Konstitusiyası nə vaxt qüvvəyə minişdir?

1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

3.AR Konstitusiyasına neçə dəfə əlavə və neçə dəfə dəyişiklik olmuşdur və hansı illərdə?

-3 dəyişiklik və 2 əlavə olmuşdur.

2002-ci il avqustun 24-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişikliklərlə,2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə,2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə.

4.Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə hansı niyyətlərini bəyan edir və sayları neçədir?

aşağıdakılardır və sayı altıdır

– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

– xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

– ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

5. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimdir?

-Azərbaycan xalqı.

6. Azərbaycan xalqı kimdir?

-Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

7. Azərbaycan xalqı öz suveren hüquqlarını necə həyata keçirir?

– bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir.

8. Azərbaycan xalqının suveren hüququ nədir?

-Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək.

9. Ümumxalq səsverməsi-referendum yolu ilə həll edilən məsələlər hansılardır?
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

10. Hansı məsələlər üzrə referendum keçirilə bilməz?

  1. vergilər və dövlət büdcəsi;
  2. amnistiya və əfv etmə;
  3. seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

11. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan xalqının təməlini nə təşkil edir?

– Azərbaycan xalqının vahidliyi

12. Azərbaycan Respublikasının dövlət sərhədləri hansı qaydada dəyişdirilə bilər?

-Yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

 

13. Azərbaycan xalqını təmsil etmək hüququ kimə məxsusdur?

-Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

14. Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunveri-cilik, icraedici hakimiyyəti və məhkəmə orqanları necə fəaliyyət göstərir?

– Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

15.Nə xalqa qarşı ən ağır cinayətdir?

– Hakimiyyətin mənimsənilməsi

 16. Azərbaycan dövləti:

– Demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

17. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə nə ilə məhdudlaşır?

– Yalnız hüquqla.

18. Azərbaycan Respublikasında dövlət hakimiyyəti xarici məsələlərdə nə ilə məhdudlaşır?

– Xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

19. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimdir?

-Azərbaycan Respublikasının Prezidenti

20. Silahlı Qüvvələr ibarətdir:

– Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən

21. Kim Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır?

-Azərbaycan Respublikasının Prezidenti

22. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurur?

– Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

23.Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikası ərazisinin tərkib hissəsinə nələr daxildir?

– Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.

24. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı mülkiyyətin hansı növünə əsaslanır?

– Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

25. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq kimin borcudur?

– Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

26. Valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə kim nəzarət edir?

– Dövlət nəzarət edir.

27. Azərbaycan Respublikasında dövlət təhsil sistemi necə xarakter daşıyır?

– Dünyəvi xarakter daşıyır.

28. Pul nişanlarının tədavülə buraxılması hüququ yalnız hansı orqana məxsusdur?

– yalnız Mərkəzi Banka mənsubdur.

 

29.Azərbaycan Respublikasının Mərkəzi Bankı kim müstəsna mülkiyyətindədir?

– dövlətin

30. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini kim həyata keçirir?

  • Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

31. Azərbaycan dövlətçiliyinin varisliyini kim təmin edir?

– Azərbaycan Respublikasının Prezidenti

32. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi nəyi rədd edir?

– Müharibəni rədd edir.

33. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin ali məqsədi nədir?

– İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respub- likasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi

34. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin neçə növü vardır?

– Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

35. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında dövlət təhsil sistemi necə xarakter daşıyır?

– İcbari.

36. Azərbaycan Respublikasının Konstitusiyasında dini etiqadlara münasibət necə müəyyən olunub?

-Din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

37. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının ərazisində hansı pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsini nəzərdə tutur?

-Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

38. Azərbaycan Respublikasının dövlət rəmzləri hansılardır?

Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

39. Azərbaycan Respublikası Dövlət bayrağının eninin uzunluğuna nisbəti:

-Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir

 

40. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin:

– sərbəst işlədilməsini və inkişafını təmin edir.

41. Azərbaycan Respublikası hansı məqsədlərlə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır?

– Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

42. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının ərazisi necə müəyyən olunub?

– Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

43. Azərbaycan Respublikasının Dövlət bayrağının və Dövlət gerbinin təsviri və Dövlət himninin musiqisi və mətni nə ilə müəyyən edilir?

– Konstitusiya qanunu ilə

44. Azərbaycan Respublikasının Konstitusiyasına görə hansı borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul oluna və ödənilə bilməz?

-Azərbaycan dövlətinə qarşı qiyama və dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar

45. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət kim tərəfindən müdafiə olunur?

– Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

46.Birinci bölmə neçə fəsildən ibarətdir və hansılardır?

-2 fəsildən ibarətdir, Xalq hakimiyyəti və Dövlətin əsaslarıdır.

47. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təbii ehtiyatlar kimə mənsubdur?

– Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

48. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı dinlərin yayılması və təbliği qadağandır?

– İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

49. Azərbaycan Respublikasının Konstitusiyasına görə hamı:

– Qanun və məhkəmə qarşısında bərabərdir.

50. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin hansı üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ var?

– qanunla qadağan olunmayan üsul və vasitələrlə .

51. Hər kəsin nə zamandan toxunulmaz, ayrılmaz və pozulmaz hüquqları və azadlıqları var:

-Hər kəsin doğulduğu andan

52. Kimlərin ana dilindən istifadə hüququ məhdudlaşdırıla bilər?

– Heç kəsin.

 

53. Nə qorunur və ona hörmət edilir?

– İnsan ləyaqəti

54.  Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin :

-hüquq və azadlıqlarının bərabərliyinə təminat verir

55.  İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq:

qadağandır.

56. Sağlamlıq imkanları məhdud olanlar, hansı məhdudiyyətlərdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar?

– onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa

57.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı halda insana qarşı silah işlədilməsinə yol verilmir?

– Nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.

58. Kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilirmi?

– Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

59. Hansı mülkiyyət sosial öhdəliklərə səbəb olur?

– Xüsusi

60. Nə zaman torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər?

– Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə

61.Kimin mülkiyyət hüququ vardır?

– Hər kəsin

62. Kim məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz?

– Heç kəs

63.Əmlakın tam müsadirəsinə yol verilirmi?

-Xeyr,verilmir

64.Hansı ehtiyaclar  üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər?

– Dövlət ehtiyacları

65. Vərəsəlik hüququna təminat verir:

– Dövlət

66. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri nə ilə qorunur?

-qanunla

67. Hansı hallar istisna olmaqla şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır?

– Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla,

68. Hansı hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır?

– Qanunla müəyyən edilmiş

69. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından hansı məlumatların açıqlanması üçün istifadə edilə bilməz?

– şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların

70. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri nə ilə müəyyən edilir?

-qanunla

71. Nikah hansı əsasla bağlanılır?

– Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

72. Əmək müqaviləsi necə bağlanılır?

– Əmək müqavilələri sərbəst bağlanılır.

73. Kimlər əmək müqaviləsinin bağlanılmasına məcbur edilir?

– Heç kəs

 

74. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, nə qadağandır?

– lokaut

75. Hansı şərtlə şəxsin üzərində tibbi təcrübələr aparıla bilər?

– Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

76. Azadlıq hüququ məhdudlaşdırıla bilərmi?

– Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

77. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin hansı növünə üstünlük verilir?

– Mülkiyyətin heç bir növünə üstünlük verilmir.

78. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xüsusi mülkiyyət hüququ nə ilə qorunur?

– Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

79. Təhlükəsiz yaşamaq hüququ nədir?

-Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

80. Mülkiyyət hüququ nədən ibarətdir?

– Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

 

 

81. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən şəxsi həyata müdaxilə:

– Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.

82. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda nə qadağandır?

– dövlət senzurası qadağandır.

83.  Hansı təşviqata və təbliğata yol verilmir?

– İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan

84.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının vətəndaşı hansı halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilər?

– Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

85.Azərbaycan Respublikasının vətəndaşı  Azərbaycan Respublikası vətəndaşlığından :

-onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla məhrum edilə bilməz

86. Azərbaycan Respublikasının vətəndaşları dövlətin idarə olunmasında iştirak etmək hüquqlarını necə həyata keçirirlər?

– Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.

87. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı birliklərin yaradılması qadağandır?

– Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklərin

88.   Hansı şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər?

Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin

89. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini kim məhdudlaşdıra bilər?

– İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

 

90. Vətəndaşlar dövlət orqanına hansı qaydada müraciət edə bilərlər?

-Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.

91. Qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz hüquqi yardım kimin hesabına həyata keçirilir?

– Qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz hüquqi yardım, dövlət hesabına həyata keçirilir.

92. Kimin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır?

– Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

93. Səlahiyyətli orqanların tutduğu, həbsə aldığı və cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə onun hüquqları nə zaman bildirilir?

-Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

94. Hərbi qulluqçular dövlət orqanlarına müraciət etmək hüquqdan hansı qaydada istifadə edə bilərlər?

-yalnız fərdi qaydada

95. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı hallarda şəxs cinayətdə təqsirli sayıla bilər?

– Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

96. Hansı birliklər qadağandır?

– Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər

97. Kimlərin referendumda iştirak etmək hüququ yoxdur?

– Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.

98. Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını pozan birliklərin fəaliyyətinə xitam verilir:

– Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

99. Hər kəsin müdafiəçinin köməyindən istifadə etmək hüququ nə vaxtdan yaranır?

– Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

100. Azərbaycan Respublikasının Konstitusiyasına görə işə hansı halda başqa məhkəmə tərəfindən baxıla bilər?

– Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

101. Kim öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər?

-Hər kəs

102. Dövlət sahibkarlıq sahəsində yalnız :

-dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

 

 

103.Kimin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir?

– Hər kəsin

104 Hər kəsin hüququ var ki, onun işinə:

– qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

105.Hər kəsin inzibati icraat və məhkəmə prosesində:

-dinlənilmək hüququ vardır.

106. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən :

-inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

107. Kimlər təqsirsiz sayılırlar?

– Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

108. Kimlərə qarşı ifadə verməyə məcbur edilməyə yol verilmir?

– Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

109. Səlahiyyətli dövlət orqanları tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə nə zaman onun hüquqlarını bildirməli və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəblərini izah etməlidir?

– Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.

110. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardırmı?

-Bəli ,vardır

111.  Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə hansı növ məsuliyyət daşıyır?

– mülki məsuliyyət daşıyır

112. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına görə Azərbaycan Respublikası kimlərə sığınacaq verir?

– Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir

113. Azərbaycan Respublikasının Konstitusiyasına görə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar yaranan mübahisələri hansı orqan həll edir?

– İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

114. Hüquq pozuntusu törətdikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə:

– yeni qanun tətbiq edilir.

115. Hüquq və azadlıqların məhdudlaşdırılması hansı məticəyə mütənasib olmalıdır?

– dövlət tərəfindən gözlənilən nəticəyə

116. Azərbaycan Respublikasının vətəndaşı kimdir?

– Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublika-sının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respubli-kasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

117. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının vətəndaşları dövlətin idarə olunmasında iştirak hüququnu necə həyata keçirə bilərlər?

– Azərbaycan Respublikası vətən-daşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.

118. Hansı halda şəxs valideynlərinə qarşı ifadə verməyə məcbur edilir?

– Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

119. Hansı bənddə təqsirsizlik prezumpsiyası hüququ tam açıqlanmışdır?

– Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədil-məsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirlən-dirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

120. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı hallarda şəxs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilər?

– Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

121.Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə:

– ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

122. Azərbaycan Respublikasının Konstitusiyasına görə kimlərin başqa dövlətə verilməsinə yol verilmir?
– Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.

123. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri nəzərə alınmaq şərti ilə:

– Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

 

124 .Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları:

– Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

 

125. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı hallarda insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi qismən və müvəqqəti məhdudlaşdırıla bilər?

– Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər.

126. Qanunu bilməmək şəxsi məsuliyyətdən azad edirmi?

– məsuliyyətdən azad etmir.

127. Şəxs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilərmi?

– Xeyr,məcbur edilə bilməz.

 

128. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs :

– onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.

129. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikasına sadiq qalacağına and içmiş şəxslər hansı halda həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz?

– Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.

130. Hansı orqan Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının seçkilərinin nəticələrini düzgünlüyünü yoxlayır və təsdiq edir:

– Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

131. Azərbaycan Respublikasının Milli Məclisinin iş qaydasını kim müəyyən edir?

– Milli Məclis öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, daimi və başqa komissiyalar təşkil edir, Hesablama Palatası yaradır.

132. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti hansı orqana mənsubdur?

– Azərbaycan Respublikasının Milli Məclisinə.

133. Azərbaycan Respublikasının Milli Məclisinin say tərkibi neçə deputatdan ibarətdir?

– Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

134. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti neçə ildir?

– Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

135. Azərbaycan Respublikası Milli Məclisi hər ildə neçə dəfə sessiyalara yığılır?

– Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

136.Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı:

-qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər

137. Kimlər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər?

– İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər

138.Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada hansı orqan yoxlayır və təsdiq edir?

-Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

139. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri hansı gün bitir?

-Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü

140. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa:

– keçirilmir.

141. Azərbaycan Respublikasının Milli Məclisi neçə deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir?

-83 deputatın

142. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası nə zaman çağırılır?

– həmin gündən başlayaraq bir həftədən gec olmayaraq

143.Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını hansı orqan müəyyən edir ?

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.

144. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri kimin və kimlərin tələbi əsasında çağırır?

– Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.

145. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Kim Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır?

– Milli Məclisinin sədri

146. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini kim müəyyənləşdirir?

müvafiq olaraq onun çağırılmasını tələb edənlər

147.Növbədənkənar sessiyanın işi nə zaman bitir?

Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra

148. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları necə keçirilir?

-açıq formada

149.Hansı halda Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər?

-Azərbaycan Respublikası Mili Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə

150. Azərbaycan Respublikası Milli Məclisinin deputatı hansı hallarda mandatından məhrum edilir:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5) özü imtina etdikdə;

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

151.Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar hansı hüquqi aktla müəyyən edilmiş qaydada qəbul edilir?

– qanunla

152. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini hansı hallarda itirillər?

daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda.Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

153.Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti :

Toxunulmazdır

154.Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində hansı haldan başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

– cinayət başında yaxalanma

155.Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa tutula bilərmi ?

-Bəli,tutula bilər.

156.Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə nə zaman və kimə məlumat verməlidir?

dərhal ,Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

157. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına nə zaman xitam verilə bilər?

– yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə

158.Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilərlərmi?

-Xeyr,cəlb oluna bilməz

159.Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilərmi?

-Xeyr,edilə bilməz

160. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə hansı hüquqi aktları qəbul edir?

– Konstitusiya qanunları, qanunlar və qərarlar

161. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar:

– bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.

162. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu necə həyata keçirirlər?

– şəxsən

163. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilərmi?

-Xeyr,tutula bilməz

164. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;

2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;

3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;

4) referendum;

5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;

6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;

7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;

8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;

9) dövlət təltifləri;

10) fiziki və hüquqi şəxslərin statusu;

11) mülki hüquq obyektləri;

12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;

13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;

14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;

15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər;

16) əmək münasibətləri və sosial təminat;

17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi;

18) müdafiə və hərbi qulluq;

19) dövlət qulluğu;

20) təhlükəsizliyin əsasları;

21) ərazi quruluşu; dövlət sərhədi rejimi;

22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;

23) rabitə və nəqliyyat işi;

24) statistika, metrologiya və standartlar;

25) gömrük işi;

26) ticarət işi və birja fəaliyyəti;

27) bank işi, mühasibat, sığorta.

165. Bu maddənin 2,3,4-cü bəndlərində göstərilən məsələlərə dair((2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;4) referendum)) qanunlar neçə səs çoxluğu ilə qəbul olunur?

-83 səs çoxluğu ilə , qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.

166. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə hansı məsələlərin həlli aiddir:

1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;

2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;

3) inzibati ərazi bölgüsü;

4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;

6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;

7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;

8) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi;

9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;

10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;

11) Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

12) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;

13) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;

14) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;

15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;

17) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi;

18) referendum təyin edilməsi;

19) amnistiya.

20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.

167. Bu maddənin 1-5-ci bəndlərində((1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;3) inzibati ərazi bölgüsü;4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;)) göstərilən məsələlərə dair neçə səs çoxluğu ilə qanunlar qəbul edilir?

63 səs çoxluğu ilə, qalan məsələlərə dair isə, bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar qəbul edilir.

168. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair nə qəbul edilir?

Qərarlar.

169.95-ci maddənin I hissəsinə hansı hüquqi akta əsasən əlavələr edilə bilər?

– Konstitusiya qanunu ilə

170. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ dedikdə nə başa düşülür?

-qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ

171.Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) mənsubdur:

-1.Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, 2.Azərbaycan Respublikasının Prezidentinə, 3.Azərbaycan Respublikasının Ali Məhkəməsinə, 4.Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, 5.Azərbaycan Respublikasının Prokurorluğuna və 6.Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə

172. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri :

-müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

173. Belə qanun və ya qərar layihələrində dəyişikliklər :

-qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər.

174. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri neçə ay ərzində səsə qoyulur?

– iki ay ərzində

175. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət neçə gün təşkil edir?

-20 gün

176. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası hansı hüquqi aktla müəyyən edilir?

– qanunla

177. Qanun və qərar layihələri :

-əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

178. Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir?

-14 gün müddətində

179. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən neçə saat ərzində təqdim edilir?

-24 saat ərzində

180.Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa:

– qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

181. Hansı hallarda Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır?

-1.Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya 2.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, 3.habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə

 

182. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilərmi?

-Bəli,ola bilər.

183. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər nə zaman keçirirlir?

– növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

183.Azərbaycan Respublikasında icra hakimiyyəti kimə mənsubdur?

-Azərbaycan Respublikasının Prezidentinə

184. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər hansılardır?

 1.Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, 2.seçkilərdə iştirak etmək hüququna malik olan, 3.o cümlədən ağır cinayətə görə məhkum olunmayan, 4.başqa dövlətlər qarşısında öhdəliyi olmayan, 5.ali təhsilli, 6.ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı

185. Azərbaycan Respublikasının Prezidenti:

-ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

186. Kim növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər?

– Azərbaycan Respublikasının Prezidenti

187. Azərbaycan Respublikasının Prezidenti:

– səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

188.Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa:

– səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir.

189.İkinci dövrədə:

-ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.

190. Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd :

-Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

191. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə :

-Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.

192.Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra neçə gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən elan edir?

-14 gün ərzində

193. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq neçə gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir:

-3 gün ərzində

194.Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

-“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

195. Nə zamandan Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır?

– And içdiyi gündən

 

196. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri kim tərəfinfən vəzifəyə təyin edilir və vəzifədən azad edilir?

-Azərbaycan Respublikasının Prezidenti

197. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə aid olan tələblər hansılardır?

-seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı

 

198. Nə zaman Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getmiş sayılır?

– istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərinin icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda

199. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi hansı quruma təqdim olunur?

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə

200.Hansı orqan istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir?

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.

201. Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə hansı orqan bu faktın aydınlaşdırılması üçün hara müraciət edir?

-Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə

202.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə qərarı hakimlərin neçə səs çoxluğu ilə qəbul edir?

-6 səs çoxluğu ilə.Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.

203.Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə neçə gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir?

-60 gün müddətində

204.Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə  Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini kim icra edir?

-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir.

205. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti istefa verdikdə:

– səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir.

206. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda:

– Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.

207. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda:

– Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir.

208. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda:

– Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.

 

209.Azərbaycan Respublikasının Prezidenti :

-toxunulmazlıq hüququna malikdir.

210. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti nə ilə qorunur?

– qanunla

 

211. Səlahiyyət müddəti ərzində:-

Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

212. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa :

tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

213. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa:

tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

214. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına kimin təqdimatına əsasən və kim tərəfinfən xitam verilə bilər?

-yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən

 

215. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü :

Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.

216. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş:

-qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.

217. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq neçə ay ərzində qəbul olunmalıdır?

-2 ay ərzində . Bu müddətə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

218.Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi :

-dövlət hesabına təmin edilir.

218.Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini:

-xüsusi mühafizə xidmətləri təmin edir.

219. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları hansı hüquqi akt ilə müəyyən edilir?

– Konstitusiya qanunu

 

220.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi :

-dövlət hesabına təmin edilir.

 

221.Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini:

-xüsusi mühafizə xidmətləri təmin edir.

 

222.Azərbaycan Respublikasının Prezidenti:

1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;

2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;

3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;

4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;

7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;

9) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;

10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;

11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;

12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;

13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;

14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;

15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;

16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;

17) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;

18) referendum təyin edir;

19) qanunları imzalayır və dərc edir;

20) vətəndaşlıq məsələlərini həll edir;

21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

22) əfv edir;

23) dövlət təltifləri ilə təltif edir;

24) ali hərbi və ali xüsusi rütbələr verir;

25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətdə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;

28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

29) fövqəladə və hərbi vəziyyət elan edir;

30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;

31) Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

32) bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

223. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq neçə gün ərzində imzalayır?

-56 gün ərzində

224.Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa:

-O, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

225.Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa:

-qüvvəyə minmir.

226.Azərbaycan Respublikasının Milli Məclisi:

83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

 

227.Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu:

-vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.

 

228.Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində nə elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir?

– hərbi vəziyyət

229.Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində nə tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir?

– fövqəladə vəziyyət

230. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti :

fərmanlar

231.Başqa məsələlər barəsində isə Azərbaycan Respublikasının Prezidenti :

-sərəncamlar qəbul edir.

232. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa:

-onlar dərc edildiyi gündən qüvvəyə minir.

233. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə:

– Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.

234. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

-Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.

235.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

236. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını kim müəyənləşdirir?

-Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.

237.Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə kimlər daxildir?

– Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri

238.Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün:

– Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

239. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq kim sədrlik edir?

– Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.

240. Azərbaycan Respublikasının Baş nazirini :

-Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

241. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti :

-onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

242. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən:

-bir həftədən gec olmayaraq qəbul edir.

243.Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə:

– Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

244.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

– Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;

– maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;

– dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

– dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;

– nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

– Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

245. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti :

-qərarlar qəbul edir

246.Başqa məsələlər üzrə müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti :

-sərəncamlar qəbul edir.

247. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa:

-onlar dərc edildiyi gündən qüvvəyə minir.

248.Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə:

– seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir .

249.Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri:

– heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

250.Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin:

-şəxsiyyəti toxunulmazdır.

251. Azərbaycan Respublikasının Baş naziri:

– cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

252. Azərbaycan Respublikasının Baş naziri hansı halda , tutula bilər?

– cinayət başında yaxalanarsa,Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

253. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına :

-yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.

254. Yerlərdə icra hakimiyyətini :

-yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

255. İcra hakimiyyəti başçılarını kim vəzifəyə təyin və vəzifədən azad edir?

– Azərbaycan Respublikasının Prezidenti

256. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?

– Azərbaycan Respublikasının Prezidenti

 

257. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini :

-ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

258.Məhkəmə hakimiyyətini hansı məhkəmələr həyata keçirirlər?

-Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

259.Məhkəmə hakimiyyəti həyata keçirilir:

– Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə

260. Cinayət məhkəmə icraatında kimlər iştirak edir?

– Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

261. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası nə ilə müəyyən olunur?

– qanunla

262. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması :

-qadağandır.

263. Məhkəmə icraatı nəyi təmin etməlidir?

-həqiqətin müəyyən edilməsini təmin etməlidir.

264.Kimlər hakim ola bilərlər?

– Seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları

265.Hakimlər:

-heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

266. Hakimlər:

-müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

267. Hakimlər:

-işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

268. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi :

-yolverilməzdir.

269. Ədalət mühakiməsi necə həyata keçirilir?

-vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında

270.Bütün məhkəmələrdə işlərin icraatı:

– açıq aparılır.

271.İşə qapalı iclasda baxılmasına o halda icazə verilir ki:

– məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini mövcudluğunu müəyyən edir.

272. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla:

-cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.

273. Məhkəmə icraatı:

-çəkişmə prinsipi əsasında həyata keçirilir.

274.Məhkəmə icraatının hansı mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur?

– istənilən mərhələsində

275. Ədalət məhkəməsi nəyə əsaslanır?

– təqsirsizlik prezumpsiyasına

276.Azərbaycan Respublikasında məhkəmə icraatı:

– Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

277. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin :

-işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

278. Hakimlər :

-toxunulmazdırlar.

279. Hakim cinayət məsuliyyətinə hansı halda cəlb oluna bilər?

– yalnız qanunda nəzərdə tutulan qaydada

280. Hakimlərin səlahiyyətlərinə hansı qaydada xitam verilə bilər?

– yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə

281. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə kim Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər?

– Azərbaycan Respublikasının Prezidenti

282.Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti hansı orqanın rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər?

– Azərbaycan Respublikası Ali Məhkəməsinin

283.Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında hansı orqan qarşısında irəli sürə bilər?

– Azərbaycan Respublikasının Milli Məclisi

284.Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra neçə gün müddətində təqdim etməlidir?

30 gün müddətində

285. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?

-83 səs çoxluğu

284.Başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?

-63 səs çoxluğu

285. Məhkəmənin qəbul etdiyi qərarlar:

– dövlətin adından çıxarılır və onların icrası məcburidir.

286.Məhkəmə qərarının icra olunmaması:

– qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

287. Məhkəmə qərarı nəyə əsaslanmalıdır?

qanuna və sübutlara əsaslanmalıdır.

288.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir?

-9 hakimdən

289. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini kimin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir?

– Azərbaycan Respublikası Prezidentinin

290.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə hansı orqan təyin edir?

– Azərbaycan Respublikasının Milli Məclisi

291. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi kimin və hansı orqanların sorğusu əsasında aşağıdakı məsələləri həll edir?

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

292.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:

1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;

2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;

3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;

4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;

6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;

8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.

293. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi:

-Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.

294.Kim onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər?

– Hər kəs

295. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr:

– insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

296. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili:

– insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.

297. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi:

-bu Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri də həyata keçirir.

298. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dairnə qəbul edir?

– qərarlar

299.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı :

-Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

300.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları:

– dərc edilməlidir.

301. Qanunlar və digər aktlar yaxud onların ayrı-ayrı müddəaları:

-Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür

302. Qanunlar və digər aktlar yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında dövlətlərarası müqavilələri :

qüvvəyə minmir.

303. Azərbaycan Respublikasının Ali Məhkəməsi:

-1.ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır;2. o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir;3. məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

304. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini kimin təqdimatı ilə hansı orqan təyin edir?

– Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi

305. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları:

-dərc edilməlidir.

306. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə :

-yuxarı instansiya məhkəmələridir.

307. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini kimin təqdimatı ilə hansı orqan təyin edir?

-Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

308. Azərbaycan Respublikasının Prokurorluğu:

-qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

309. Azərbaycan Respublikasının Prokurorluğu:

– ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

310. Azərbaycan Respublikasının Baş prokurorunu Kim Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir?

– Azərbaycan Respublikasının Prezidenti

311.Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti hansı orqanın razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir?

– Azərbaycan Respublikası Milli Məclisinin

312. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırlmış prokurorluqlarına rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu kinin təqdimatı ilə kim vəzifəyə təyin və vəzifədən azad edir?

-Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti

313.Ərazi və ixtisaslaşdırılmış prokurorları kimin razılığı ilə kim vəzifəyə təyin və vəzifədən azad edir?

– Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru

314. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində:

-muxtar dövlətdir.

315. Naxçıvan Muxtar Respublikasının statusu nə ilə müəyyən edilir?

– bu Konstitusiya

316.Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının :

-ayrılmaz tərkib hissəsidir.

317. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində :

-məcburidir.

318. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına:

– zidd olmamalıdır.

319. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası:

-Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.

320. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini hansı orqan həyata keçirir?

– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

321.Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətini

hansı orqan həyata keçirir?

– Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

322. .Naxçıvan Muxtar Respublikasının məhkəmə hakimiyyətini hansı orqan həyata keçirir?

– Naxçıvan Muxtar Respublikasının məhkəmələri

323. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunlar ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində:

müstəqildirlər.

324.Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimdir?

-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri

325.Naxçıvan Muxtar Respublikasının Ali Məclisi neçə üzvdən ibarətdir?

-45 üzvdən

326.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti neçə ildir?

-5

327. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi:

-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.

328. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hansı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;

2) vergilər;

3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

4) sosial təminat;

5) ətraf mühitin qorunması;

6) turizm;

7) səhiyyə, elm, mədəniyyət. Yuxarıdakı məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.

 

329.Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hansı məsələləri həll edir?

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş Nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad. Yuxarıda göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.

330. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini kimin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir?

– Naxçıvan Muxtar Respublikası Baş nazirinin

331. Naxçıvan Muxtar Respublikasının Baş nazirini kimin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir?

– Azərbaycan Respublikası Prezidentinin

332. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

– muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

-muxtar respublikanın büdcəsini icra edir;

– muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

– muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

-Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

334.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti :

-qərar və sərəncamlar qəbul edir.

335.Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını kimin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir?

– Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin

 

336. Yerli özünüidarəni kim həyata keçirir?

– bələdiyyələr

337. Bələdiyyələr nə əsasında yaradılır?

– seçkilər

338. Bələdiyyələrin statusunun əsasları nə ilə müəyyən edilir?

– bu Konstitusiya ilə

339.Bələdiyyələrə seçkilərin qaydaları nə ilə müəyyən edilir?

– qanun ilə

340. Bələdiyyə öz fəaliyyətini necə həyata keçirir?

-iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə

341.Bələdiyyənin iclaslarını kim çağırır?

-bələdiyyənin sədri çağırır.

342.Bələdiyyələrin iclaslarında hansı məsələlər həll edilir?

1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.

343. Bələdiyyələrə hakimiyyətin hansı qolları tərəfindən əlavə səlahiyyətlər də verilə bilər?

– qanunvericilik və icra hakimiyyətləri

344.Bələdiyyələrin əlavə səlahiyyətlərin verildiyi təqdirdə bu səlahiyyətlərin həyata keçirilməsi üçün nə ayrılmalıdır?

– müvafiq zəruri maliyyə vəsaiti.Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

345. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair nə qəbul edilir?

-qərar

346. Bələdiyyənin qərarları necə qəbul edilir?

-bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə

347. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar necə qəbul edilir?

– bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə

348. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə:

– müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir.

349.Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası nə ilə müəyyən edilir?

– qanunla

350.Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi :

-Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.

351. Bələdiyyələrin fəaliyyətinə nəzarət edir?

– Dövlət

352. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində hansı orqana hesabat təqdim edirlər?

– Azərbaycan Respublikasının Milli Məclisinə

353. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə :

-təminat verilir.

 

354.Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə hansı məsuliyyəti daşıyırlar?

-mülki

 

355. Azərbaycan Respublikasının Konstitusiyası:

– Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

356. Azərbaycan Respublikasının Konstitusiyası:

– birbaşa hüquqi qüvvəyə malikdir.

357. Azərbaycan Respublikasının Konstitusiyası:

– Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

358. Qanunvericilik sistemi hansı normativ hüquqi aktlardan ibarətdir:

1) Konstitusiya;

2) referendumla qəbul edilmiş aktlar;

3) qanunlar;

4) fərmanlar;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

359. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr:

-Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

360. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları :

-hüquqi qüvvəyə malikdir.

361.Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi:

-Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.

362. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən:

-normativ xarakterli aktlar qəbul edə bilərlər.

363. Normativ hüquqi aktlar nələrə əsaslanmalıdır?

– hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə)

364. Referendumla qəbul olunmuş aktlar nə zaman onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir?

– yalnız dərc edildikdə

365. Qanunlar :

-Konstitusiyaya zidd olmamalıdır.

366.Hansı qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün :

-məcburidir.

367. Azərbaycan Respublikası Prezidentinin fərmanları:

– Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır.

368.Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün:

-məcburidir.

369. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları :

-Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır.

370. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları :

-yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

371. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları:

-Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

372. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi:

-geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

373. Normativ hüquqi aktlar:

-dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz.

374. Normativ hüquqi aktların dərc edilməsi qaydası nə ilə müəyyən olunur?

– Konstitusiya qanunu ilə müəyyən edilir.

375. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) :

-zidd olmamalıdır.

376. Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün :

-məcburidir.

377.Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa:

– həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

378.Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər:

-yalnız referendumla qəbul edilə bilər.

379.Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri:

– Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.

380.Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən hansı orqanın rəyi alınır?

– Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin

381.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi :

-referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.

382.Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində(Maddə 1. Hakimiyyətin mənbəyi, Maddə 2. Xalqın suverenliyi, Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, Maddə 7. Azərbaycan dövləti, Maddə 8. Azərbaycan dövlətinin başçısı, Maddə 21. Dövlət dili) dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər:

-referenduma çıxarıla bilməz.

 

 

383. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr:

-Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.

384. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya

qanunları :

Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur.

385.İkinci səsvermə birinci səsvermədən neçə ay sonra keçirilir?

-6 ay

386. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra:

-bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.

387.Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları:

– Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.

388. Konstitusiya qanunları:

– Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

389.Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri təklif edə bilərlər:

– Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı

390.Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla(- ÜMUMİ MÜDDƏALAR) əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilərmi?

-Bilməz

391.Azərbaycan Respublikasının Konstitusiyası:

– referendumla qəbul edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir.

392.Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən :

-1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.

393. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının Prezidenti:

– bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş səlahiyyətləri həyata keçirir.

394. Bu Konstitusiyanın 101-ci maddəsinin V hissəsi:

-bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.

395. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri:

-yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır.

396. Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası :

-Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir.

397.Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası :

1996-cı il mayın 31-dək davam edir.

398.1995-ci il avqustun 15-də qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi :

-bu Qanun əsasında seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.

399. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

-bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.

400. Bu Konstitusiya qüvvəyə mindiyi gündən:

– Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir.

401.Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş sәlahiyyәtlәri:

– yerli icra hakimiyyəti orqanları həyata keçirir.

402. Bu Konstitusiya qüvvəyə mindikdən sonra:

– iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.

403. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar:

-bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

404. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının məhkəmələri:

– ədalət mühakiməsini Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir.

405. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində:

-hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir.

406.Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi:

-bu Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.

407. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində:

-Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır.

408.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri :

-həyata keçirilmir.

409. Bu Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş məsələni:

-Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir.

410. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi gündən:

– Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.

 

12 noyabr 1995-ci il

    № 00.

Dövlət qulluğu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

  1. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hansı məsələləri tənzimləyir?

– Dövlətlə dövlət qulluqçuları arasında yarana münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri.

  1. Dövlət qulluğu dedikdə nə başa düşülür?
  • Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

 

  1. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu kimə şamil edilir?

– Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.

4. Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq:

-dövlət qulluğunun xüsusi növüdür

 

 

  1. Dövlət qulluqçusu olmayan işçilər hansılardır?

– xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə

  1. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə :

– bu Qanun şamil edilir

  1. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun kimlərə şamil olunmur?

– Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara

7. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə(MMC-lərin işçilərinə):

– şamil edilmir.

8.Bu işçilərin əmək münasibətləri nə ilə tənzimlənir?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir

9. Dövlət qulluğunun əsas vəzifələri hansılardır?

-Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin  edilməsi;

-dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

-dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin  edilməsi.

10. Dövlət qulluğunun prinsipləri hansılardır?

qanunçuluq;

-Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən  edilməsi;

-dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;

– yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və  vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;

– bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə  etməyə borclu olması;

– dövlət qulluğuna qəbulun şəffaflığı

-vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi

-vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini  tutmaqda hüquq bərabərliyi;

– irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;

– dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;

– dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;

– qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun  hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.

– Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.

11. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən:

– Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi  partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.

 

 

12. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan  Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi hansı Şura həyata keçirir :

Azərbaycan Respublikasının Dövlət  Qulluğunu İdarəetmə Şurası

13.Şura neçə nəfər üzvdən ibarətdir?

-18 nəfər, Şuranın 6 üzvü Azərbaycan  Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.

14.Şuranın səlahiyyətləri nə ilə müəyyən  edilir?

– qanunla təsdiq edilən Əsasnamə

15.Şura :

-dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.

16. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq kimlər tərəfindən təmin edilir?

– Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən

 

17. Dövlət qulluğu haqqında qanunvericilik hansı hüquqi aktlardan ibarətdir?

 

-Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət  qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

 

18. Dövlət orqanı dedikdə nə başa düşülür?

-Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və  funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu

19. Dövlət orqanının bölməsi dedikdə nə başa düşülür?

– bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə  struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

20.Dövlət orqanları nələrə əsasən təsnifatlaşdırılır?

-onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır

21.Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı ,Ali kateqoriya dövlət orqanları hansılardır?

– Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən( AR Prezidentinin İşlər İdarəsi , AR Prezidentinin Xüsusi Tibb Xidməti , AR Prezidentinin Administrasiyası və icra səlahiyyətlərini həyata keçirən orqanlar(NK), Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi

22.Əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları ,1-ci kateqoriya dövlət orqanları hansılardır?

-Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı

23.Əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları 2-ci kateqoriya dövlət orqanları hansılardır?

– Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti , Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, Mərkəzi icra hakimiyyəti orqanları və ona bərabər tutulan orqanlar,Nazirlər Kabineti yanında olan İcra hakimiyyəti orqanları və Bakı Şəhər İcra Hakimiyyəti, Milli Televiziya və Radio Şurasının Aparatı

24. Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları 3-cü kateqoriya dövlət orqanları hansılardır?
– Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu)

25. Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları 4-cü kateqoriya dövlət orqanları hansılardır?

– yerli icra hakimiyyəti orqanları, AR-ın və NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, AR-ın və NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri və Bakı Şəhər İcra Hakimiyyətini başçısının Aparatının birbaşa tabeliyində olan orqanlar rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları )

26. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları, 5-ci kateqoriya dövlət orqanları hansılardır?

– AR və NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələri, AR və NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, yerli icra hakimiyyəti orqanlarının yanında olan orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri

27. Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti :

-Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir.

 

28. Dövlət qulluğu vəzifəsi nədir?

– dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.

29.Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları nə ilə müəyyən edilir?

-həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.

 

30. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq hansı vəzifələrə bölünür?

– inzibati və yardımçı vəzifələrə

31. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa:

-bu Qanunun qüvvəsi onlara şamil  edilmir.

 

32. İnzibati vəzifələr :

– Ali – 5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir.

33.İnzibati vəzifə tutan şəxsin hüquqi statusu nə ilə müəyyən edilir?

– müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları

34. Yardımçı vəzifələr hansılardır?

– Ali – 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir.

35.Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu nə ilə müəyyən edilir?

-müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə

 

36. İnzibati vəzifələrin ali təsnifatı hansılardır?

–  Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi,  Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi.[29]

37. Inzibati vəzifələrin birinci təsnifatı hansılardır?

-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bölmə rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparat rəhbərlərinin müavinləri vəzifələri, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi, habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri;

– AR Prezidentinin İşlər İdarəsi , AR Prezidentinin Xüsusi Tibb Xidməti rəhbərlərinin birinci müavinləri və müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri;

1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri(Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı )

38. inzibati vəzifələrin ikinci təsnifatı hansılardır?

-Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bölmə rəhbərinin müavini vəzifəsi,

-Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında bölmə rəhbərinin müavini vəzifəsi;

-NK Aparatında bölmə rəhbərinin müavini vəzifəsi;

-AR Prezidentinin İşlər İdarəsi , AR Prezidentinin Xüsusi Tibb Xidməti  bölmə rəhbərlərinin müavinlərinin vəzifələri

-1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin, bölmə rəhbərlərinin vəzifələri(Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı )

– Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri(Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, , Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı)

– AR mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin vəzifələri; Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin vəzifələri;

– Bakı Şəhər İcra Hakimiyyəti rəhbərinin müavinlərinin vəzifələri.

39. İnzibati vəzifələrin üçüncü təsnifatı hansılardır?

-Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssislərin vəzifələri;[34]

-AR Prezidentinin İşlər İdarəsi , AR Prezidentinin Xüsusi Tibb Xidməti  mütəxəssislərinin vəzifələri;

– NK Aparatında mütəxəssislərin vəzifələri;

– 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin müavinlərinin vəzifələri;( Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı )

-2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri( Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, Mərkəzi icra hakimiyyəti orqanları və ona bərabər tutulan orqanlar,Nazirlər Kabineti yanında olan İcra hakimiyyəti orqanları və Bakı Şəhər İcra Hakimiyyəti, Milli Televiziya və Radio Şurasının Aparatı )

– Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin və bölmə rəhbərlərinin vəzifələri(Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, , Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı)

-mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinlərinin vəzifələri.

40.İnzibati vəzifələrin dördüncü təsnifatı hansılardır?

– 1-ci kateqoriya dövlət orqanlarının aparatlarında mütəxəssislərin vəzifələri;( Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı)

-2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri; ( Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, Mərkəzi icra hakimiyyəti orqanları və ona bərabər tutulan orqanlar,Nazirlər Kabineti yanında olan İcra hakimiyyəti orqanları və Bakı Şəhər İcra Hakimiyyəti, Milli Televiziya və Radio Şurasının Aparatı )

-Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin müavinlərinin vəzifələri(Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, , Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı)

– yerli icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.

41. İnzibati vəzifələrin beşinci təsnifatı hansılardır?

– 2-ci kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;( Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti , Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, Mərkəzi icra hakimiyyəti orqanları və ona bərabər tutulan orqanlar,Nazirlər Kabineti yanında olan İcra hakimiyyəti orqanları və Bakı Şəhər İcra Hakimiyyəti, Milli Televiziya və Radio Şurasının Aparatı )

-Naxçıvan Muxtar Respublikasında mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərlərinin vəzifələri;

-3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri(Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu)

– 4-cü kateqoriya dövlət orqanları – AR və Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, AR və Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, Bakı Şəhər İcra Hakimiyyət orqanının tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri;

42.İnzibati vəzifələrin altıncı təsnifatı hansılardır?

– 3-cü kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;( Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu)

-yerli icra hakimiyyəti orqanının bölmə rəhbərinin və onun müavininin vəzifələri

– 4-cü kateqoriya dövlət orqanları –AR və Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin ,AR və Naxçıvanın mərkəzi icra hakimiyyəti yanında, tabeliyində olan orqanlarının ,Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyət orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlətinin, Bakı Şəhər İcra Hakimiyyət orqanının tabeliyində olan orqanların rəhbərlərinin müavinlərinin vəzifələri;

-5-ci kateqoriya dövlət orqanları AR və Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının yanında yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinlərinin vəzifələri.

43.İnzibati vəzifələrin yeddinci təsnifatı hansılardır?

-4-cü və 5-ci kateqoriya dövlət orqanları – yerli icra hakimiyyəti orqanının, AR və Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, AR və Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının, Bakı Şəhər İcra Hakimiyyət orqanının tabeliyində olan orqanların, AR və Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin mütəxəssislərinin vəzifələri;

-Yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri.

44. Yardımçı vəzifələrin birinci təsnifatı hansılardır?

– Ali kateqoriya dövlət orqanlarında texniki vəzifələr;( Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən( AR Prezidentinin İşlər İdarəsi , AR Prezidentinin Xüsusi Tibb Xidməti , AR Prezidentinin Administrasiyası və icra səlahiyyətlərini həyata keçirən orqanlar(NK), Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi )

45.Yardımçı vəzifələrin ikinci təsnifatı hansılardır?

– 1-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;( Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı )

46. Yardımçı vəzifələrin üçüncü təsnifatı hansılardır?

– 2-ci;( Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti , Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, Mərkəzi icra hakimiyyəti orqanları və ona bərabər tutulan orqanlar,Nazirlər Kabineti yanında olan İcra hakimiyyəti orqanları və Bakı Şəhər İcra Hakimiyyəti, Milli Televiziya və Radio Şurasının Aparatı ) və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;( Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu,

47.Yardımçı vəzifələrin dördüncü təsnifatı hansılardır?

– 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr(yerli icra hakimiyyəti orqanları, AR-ın və NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, AR-ın və NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri və Bakı Şəhər İcra Hakimiyyətini başçısının Aparatının birbaşa tabeliyində olan orqanlar rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları və AR və NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələri, NMR-in mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, yerli icra hakimiyyəti orqanlarının yanında olan orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri)

48.Dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri Ali – 5-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq:

– təminedici və yardımçı kimi təsnifləşdirilir.

49.Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

-NK

 

50. Dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə nə başa düşülür?

-dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.

50A.Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız:

– bir şəxsi işi tərtib edilir və aparılır.

50B. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur?

-AR Prezidenti

50C. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər:

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

50D. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında:

– xidməti vəsiqə verilir.

50E. Xidməti vəsiqə:

– dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.

50F.Xidməti vəsiqənin nümunəsi hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

-AR Prezidenti

51.İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna nələr daxil edilir?

– vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar

52.İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu nə üçün əsasdır?

– dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması

53.İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

-AR Prezidenti

 

54. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin:

– həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.

55. İnzibati vəzifə iddiasında olan şəxsin:

– müvafiq ali təhsili olmalıdır.

56.Həmin şəxsin başqa ali təhsili olduqda:

– o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.

57.Yardımçı vəzifə iddiasında olan şəxsin:

– tam orta təhsili olmalıdır

58. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər nə ilə müəyyən edilir?

– qanunvericiliklə və vəzifə təlimatları ilə

 

59. Dövlət qulluqçusu:

-bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

 

60.Kim dövlət vəzifəli şəxsdir?

– inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu

 

61. And nəyi təsdiq edir?

– Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini

62.İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl hansı məzmunda and içir?

– «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri  qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə,  var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».

63. Andiçmə necə həyata keçirilir?

– təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl  basmaqla

64.Andiçmə:

-bir dəfə olur.

65. And içən dövlət qulluqçusu :

-andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

66.Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri harada müəyyən  edilir?

– Azərbaycan Respublikasının qanunvericilik aktlarında

67. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər :

-and içmirlər.

 

68. Dövlət qulluqçusunun ixtisas dərəcəsi :

-onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.

 

69. İnzibati vəzifələrin ali təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;

70. İnzibati vəzifələrin birinci təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri;

71. İnzibati vəzifələrin ikinci təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri;

72. İnzibati vəzifələrin üçüncü təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;

73. İnzibati vəzifələrin dördüncü təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;

74. İnzibati vəzifələrin beşinci təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu;

75. İnzibati vəzifələrin altıncı təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;

76.İnzibati vəzifələrin yeddinci təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.

77.Yardımçı vəzifələrin birinci təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə referenti;

78.Yardımçı vəzifələrin ikinci təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti;

79. Yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti;

80.Yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə ixtisas dərəcələri hansılardır?

– dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti.

81.İxtisas dərəcələri :

bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir.

82.Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də :

-daxil edilir.

83.İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş :

-ən kiçik ixtisas dərəcəsi verilir.

84. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri hansı qaydada verilir?

– Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş

85. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri alan dövlət qulluqçusuna nə verilir?

– müvafiq hüquqi akt və vəsiqə

86.Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri kim tərəfindən verilir?

– müvafiq dövlət orqanının rəhbəri

87. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda ……. qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə …qulluq stajı olmalıdır?

-azı 10 il, azı 3 il, hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

88.İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə ……. qulluq stajı olmalıdır?

– azı 4 il, hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

89.İxtisas dərəcəsi verilərkən nə nəzərə alınır?

– dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi

90.Üçüncü-beşinci təsnifat vəzifələri üçün ixtisas dərəcəsində qulluq müddəti neçə il təşkil etməlidir?

-3 il

91.Altıncı-yeddinci təsnifat vəzifələri üçün ixtisas dərəcəsində qulluq müddəti neçə il təşkil etməlidir?

-2 il

92.Birinci-ikinci  yardımçı təsnifat vəzifələri üçün ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq neçə il təşkil etməlidir?

-2 il

93.Üçüncü-dördüncü  yardımçı təsnifat vəzifələri üçün ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq neçə il təşkil etməlidir?

-1 il

94.Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları  kim tərəfindən müəyyən edilir?

– Azərbaycan Respublikasının Prezidenti

95.Nə zaman dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır?

– Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;

 

96. Dövlət qulluqçuları vəzifədə olaraq nələri etməlidirlər?

-qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

-rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

– dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

-başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol  verməməli;

-vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz  həll etməli;

-lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;

-dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı;

-vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli  saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;

-qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin  mənbəyini, növünü və məbləğini göstərməli;

-qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və  ya başqa vəzifələri icra etməli

-qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına  yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;

-etik davranış qaydalarına əməl etməlidir.

 

97.Dövlət qulluqçusu hansı hüquqlara malikdir?

-vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən  edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;

-dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı  surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;

-dövlət məvacibi almaq;

-əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət  maaşının məbləğinin artırılması iddiasında olmaq;

-elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə  məşğul olmaq;

-əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

-ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz  izahatlarının şəxsi işə tikilməsini tələb etmək;

-şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək

-müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

-həmkarlar ittifaqlarında birləşmək;

-qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət  qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;

-qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə,  ictimai birliklərdə üzv olmaq;

-qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil  məqsədilə məzuniyyət almaq;

-qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin  müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər), özünün və ya ailə üzvlərinin əlilliyi , sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

 

98. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:

-dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa;

-elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli  fəaliyyətlə məşğul olmağa

-dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;

-dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş  müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə  informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;

-qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;

-qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;

-tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

-dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.

-Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.

 

99.Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa………  aldıqdan sonra …… ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar  barəsində …………. məlumat verməlidir?

-Xəbərdarlıq,30 gün ,qulluq keçdiyi dövlət orqanın rəhbərinə

100.Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:

-dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;

-lazımi qulluq şəraiti;

-haqqı ödənilən məzuniyyət;

-dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;

-müvafiq istiqamət üzrə əlavə təhsilalma;

-dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük

-pensiya təminatı və dövlət sosial sığortası;

-qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;

-icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;

-dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

101. Dövlət qulluqçusu bu Qanunda nəzərdə tutulmuş hallardan başqa:

-yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə  bilər

102. Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi :

-dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir.

 

103.Dövlət məvacibi nədir?

-dövlət qulluqçusuna pul ilə ödənilən haqdır.

104. Dövlət məvacibinin məbləği nələrdən asılıdır?

– səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən,  qulluq stajından

105. Dövlət məvacibi nələrdən ibarətdir?

– vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq  stajına və s. görə verilən əlavələr)

 

106.Vəzifə maaşına əlavələr nələrdən ibarətdir?

-dövlət qulluqçusunun ixtisas dərəcəsinə,

-qulluq  stajına və s. görə verilən əlavələr

107.İnzibati vəzifələrin hansı təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur?

-yeddinci təsnifatı

108.Yardımçı vəzifələrin neçənci təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur?

– dördüncü təsnifatı

109.Dövlət qulluqçuları üçün vəzifə maaşlarına məbləği nəyə əsasən müəyyən olunur?

-dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun

110. Hansı dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir?

– Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan

111.Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği nə ilə müəyyən olunur?

-Azərbaycan Respublikasının müvafiq  qanunu ilə

112. Dövlət qulluqçularının vəzifə nə müəyyən edilir?

– maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar

113. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə  onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə nə müəyyən edilir?

– əlavə haqq

114.Dövlət qulluqçusuna  qulluq stajına görə xidmətin neçənci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır?

– ikinci ilindən

115.Haqqın məbləği nə ilə müəyyən edilir?

-qanunvericiliklə

116.Qulluq stajına görə əlavə haqq kimlərə şamil olunur?

– Azərbaycan Respublikasının Baş naziri və onun müavinlərinə

-Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinlərinə

-Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə

– Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə

-yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.

 

117. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası nə ilə müəyyən edilir?

– Azərbaycan Respublikasının  müvafiq Qanunu

 

118.Dövlət qulluqçusunun əlavə təhsili:

– fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir dövlət qulluqçusunun (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş şəxslərin) fasiləsiz təhsil almaq imkanını təmin edir

119. Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət:

-onun qulluq stajına daxildir.

 

120. Dövlət qulluqçusunun əlavə təhsil alması üçün nə əsasdır?

-dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi;

-dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi;

-dövlət qulluqçusunun  xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi;[89]

-dövlət qulluqçusunun şəxsi təşəbbüsü.

121. Dövlət qulluqçusunun əlavə təhsil alması kim tərəfindən müəyyən edilir?

– həmin dövlət orqanının rəhbəri

122.Dövlət qulluqçusunun əlavə təhsili:

– ixtisasartırma və yenidənhazırlanma qurumlarında,

– peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda,

– stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata keçirilir.

123. Dövlət qulluqçusu əlavə təhsil almaq üçün:

-xarici ölkələrə ezam edilə bilər.

 

124.Dövlət qulluqçusunun əlavə  təhsili:

– qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir. 

125. Dövlət qulluqçusunun əlavə  təhsilinin növü, forması, müddəti və maliyyə təminatı hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir?

-NK

126.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, habelə 2-ci-5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq hansı müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər?

Ədliyyə Nazirliyinin Akademiyasında

127. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla nə ilə müəyyən edilir?

– Azərbaycan  Respublikasının müvafiq Qanunu

128. Dövlət qulluqçusunun pensiyasının məbləği nədən asılıdır?

-Dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən

129. Dövlət  pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi neçə ildir?

-5 il

130. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda nə təyin edilir?

– ömürlük müavinət

131. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır?

-AR Prezidenti

132. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın:

– qanunvericiliklə müəyyən edilən faizi ödənilir.

 

133.Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması:

– hərtərəfli mükafatlandırılır.

134. Dövlət qulluqçularının  mükafatlandırılmasının növləri və qaydaları nə ilə müəyyənləşdirilir?

– qanunvericiliklə

135. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti ………. tərəfindən  qiymətləndirilməlidir.

– dövlət

136. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi:

– «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi,

– «Dövlət  qulluğunda fərqlənməyə görə» medalı ilə,

– digər orden və medallarla təltif olunmasından,

– habelə Azərbaycan Respublikasının fəxri adlarını  almasından ibarətdir.

137. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və  qaydalar nə ilə müəyyən edilir?

– qanunvericiliklə

138. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa:

-intizam məsuliyyətinə səbəb olur.

139. Dövlət qulluqçusu bu Qanunun 18-ci(Dövlət qulluqçusunun əsas vəzifələri), 20-ci( Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər) və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda(Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur,)onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:

-töhmət;

-bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

-həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;

-daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;

-ixtisas dərəcəsinin bir pillə aşağı salınması;

-dövlət qulluğundan azad edilməsi.

140. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, …………. əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır.

– müvafiq dövlət orqanı rəhbərinin

141.Nə zaman müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir?

– Zərurət olduqda

142.Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir:

– və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

142. Xidməti yoxlamanın aparılması qaydası  kim  tərəfindən müəyyən edilir?

– Azərbaycan Respublikasının Prezidenti

143. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən neçə ay keçənədək verilə bilər?

– bir ay,Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

144. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş (dövlət qulluğundan azad edilməsi) intizam tənbeh tədbiri nə zaman tətbiq oluna bilər?

– vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə

145. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri(töhmət;bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;ixtisas dərəcəsinin bir pillə aşağı salınması;dövlət qulluğundan azad edilməsi.) :

-dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən,

146.25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri(töhmət) isə:

-habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.

147. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən neçə iş günü müddətində tabelik qaydasında yuxarı dövlət orqanına şikayət vermək olar?

-7 iş günü

148. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri neçə iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır?

-10 iş günü, Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

149. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada :

-inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.

150. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada:

– maddi məsuliyyət daşıyır.

151. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə:

– dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

152. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda :

-intizam məsuliyyətinə cəlb olunur.

153.Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün:

-cavabdehdir.

154. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə  saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə:

-dövlət qulluqçusu məsuliyyətdən azad olunur.

 

155.Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən,  yaşayış yerindən,əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin  tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının:

– dövlət qulluğuna qəbul edilmək hüququ vardır.

156.Hər hansı şəxs dövlət qulluğuna hansı hallarda qəbul edilə bilməz?

-onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq  edilərsə;

-məhkumluğu ödənilməmiş və ya götürülməmişsə

-bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların  valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

-barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;[104]

-qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

157.Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması :

-qabaqcadan yoxlanılır.

158. Yoxlamanın  qaydası  kim tərəfindən müəyyən edilir?

– Azərbaycan Respublikasının Prezidenti

159.Şəxsi (ailə) həyatın təfsilatı:

-yoxlanmamalıdır

160.Dövlət qulluğuna qəbul :

-müsabiqə əsasında aparılır.

161. Müsabiqə nələrdən ibarətdir?

– test imtahanından və müsahibədən

162. Azərbaycan Respublikasının Prezidentinin yaratdığı qurum(DİM) inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda neçə dəfədən az olmayaraq test imtahanları təşkil edir?

– 1dəfədən az olmayaraq

163.Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını hansı orqan müəyyən edir?

– Azərbaycan Respublikasının Nazirlər Kabineti

164.Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini hansı orqan müəyyən edir?

– Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası

165. Azərbaycan Respublikasının Prezidentinin yaratdığı qurum( Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi) test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən nə verir?

-sertifikat

166. Forması Azərbaycan Respublikasının …….. tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti …… ildir.

-NK,5 il

167.Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq:

-bir neçə sertifikat ala bilər.

168. Müsahibəni hansı orqan təşkil edir?

– dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı

169.Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, hansı orqanın internet saytında və digər kütləvi informasiya vasitələrində verilir?

– dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının

170. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs:

– müsahibədə iştirak edə bilər.

171.Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən:

-30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.

172.Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası hansı orqan tərəfindən müəyyən edilir?

– Azərbaycan Respublikasının Nazirlər Kabineti

173.Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra neçə gün ərzində keçirilir?

-30 gün ərzində

174.Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün nə yaradır?

– müsahibə komissiyası

175. Müsahibə komissiyası:

-3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır.

176. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi:

– müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.

177.Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları  kim tərəfindən müəyyən edilir?

– Azərbaycan Respublikasının Prezidenti

178. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün neçə iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar?

-5 iş günü

179. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, neçə ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir?

– altı ay müddətinə

180.Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator:

-stajçının işini istiqamətləndirir,

– fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir.

181.Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə neçə ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir?

– üç ay

182. Əmək müqaviləsində:

-sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir.

183. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi kim tərəfindən müəyyən edilir?

– Azərbaycan Respublikasının Prezidenti

184.Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında …………… və onunla müvafiq əmək müqaviləsi bağlayır?

– əmr verir

185. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi kim tərəfindən müəyyən edilir?

– Azərbaycan Respublikasının Prezidenti

186. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə:

– əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır.

187.Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla:

-yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.

188.Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə:

-onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.

189. Daimi dövlət qulluğuna qəbul:

-Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.

190. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər neçə il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır?

– iki il

191.İki il ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda:

– namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir.

192.İki il müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd:

– ehtiyat kadrlar siyahısından çıxarılır.

193.Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını:

– məhdudlaşdırmır.

194. Bu Qanunun 28-ci maddəsinin müddəaları hansı vəzifələrə qəbula şamil edilmir?

– ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə

195.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları nə ilə müəyyən edilir?

– Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları

 

 

196. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs nə zaman növbəti sertifikat almaq üçün Azərbaycan Respublikasının Prezidentinin yaratdığı qurum( Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi) tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır?

– sertifikatın qüvvədə olma müddətinin son ilində

197. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs:

-sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.

198.Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi:

– işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.

 

 

199. İnzibati vəzifələrin ali-dördüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması necə həyata keçirilir?

-müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə

200. Dövlət orqanlarında hansı qurumlar istisna olmaqla inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir?

-yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri istisna olmaqla

201. Kim inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir?

– Dövlət orqanının rəhbəri

202.Hansı qurum həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər?

– Azərbaycan Respublikasının Prezidentinin yaratdığı qurum( Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi) və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı

203.Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı və qulluq funksiyası eyni olan vəzifəyə keçirilərkən:

-bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.

204.Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə necə keçirilə bilər?

-həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.

205.Hansı müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir?

yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri

206. Dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması necə həyata keçirilir?

– müsahibə yolu ilə

207.İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan nə keçirilə bilər?

– müsahibə (daxili müsahibə)

208.Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, kimin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər?

– dövlət orqanı rəhbərinin

209.Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə:

-qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir

210. Bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla(daxili müsahibə):

-müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir

211.Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı:

– müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur

212. Müsahibədə kimlər iştirak edə bilərlər?

-barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər

213.Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları neçə il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar?

– bir il

214.Bu maddənin birinci hissəsi(barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər) məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına :

-şamil olunmur

215. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya:

-Azərbaycan Respublikasının Prezidentinin yaratdığı qurumun( Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi) 2 nümayəndəsi daxil edilməklə, 5 nəfərdən ibarət tərkibdə yaradılır

216.Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin:

– bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.

217.Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

– ixtisas dərəcəsi;

– müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma

218.Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə nə qəbul edilir?

– qərar

219. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada :

-müsabiqə keçirilə bilər.

220. Dövlət qulluğunda iş vaxtı həftədə neçə saatdır?

-40 saat

221. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı :

-müəyyən edilə bilər.

222. Qulluq üçün zəruri olduqda müstəsna hallarda kim iş vaxtını ayda əvəzi ödənilmədən neçə saata qədər artıra bilər?

-dövlət orqanının rəhbəri, 5 saata

223. İş  vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna nə ödənilməlidir?

– əlavə haqq

224. İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə neçə təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir?

-30 təqvim günü

225. 5 ildən 10 ilədək əmək stajına görə:

—2 təqvim günü;

226.10 ildən 15 ilədək əmək stajına görə:

—4 təqvim günü;

227. 15 ildən çox əmək stajına görə 

—6 təqvim günü;

228. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:

mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil  sahəsi;

-iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı;

-digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər.

229.Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə :

-ödənişsiz məzuniyyətə göndərilə bilər.

 

230. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun:

-ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş  yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir.

231. Müvəqqəti  olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər nə ilə ilə tənzim olunur?

– Azərbaycan Respublikasının Əmək Məcəlləsi

232.Yardımçı vəzifələr tutun dövlət qulluqçularının əmək münasibətləri nə ilə tənzimlənir?

-bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə

233. Hansı vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir?

– İnzibati vəzifə

234.Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi :

-onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

235.Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi kim tərəfindən həyata keçirilir?

– onun bilavasitə rəhbəri

236. Dövlət  qulluqçusunun xidməti fəaliyyəti hansı meyarlar əsasında qiymətləndirilir?

-peşə bilikləri;

-xidməti vəzifələrə münasibət;

-təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;

– yaradıcılıq və təşəbbüskarlıq;

-əmək intizamı;

-iş təcrübəsi və onu bölüşmə;

-kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər.

237. Rəhbər işçilərin xidməti fəaliyyəti hansı meyarlar əsasında qiymətləndirilir?

-peşə bilikləri;

-xidməti vəzifələrə münasibət;

-təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;

– yaradıcılıq və təşəbbüskarlıq;

-əmək intizamı;

-iş təcrübəsi və onu bölüşmə;

-kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər.

-təhlil və proqnozlaşdırma;

-idarəetmə;

-kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;

-komanda qurmaq bacarığı.

238.Dövlət qulluqçusunun xidməti fəaliyyəti hansı ı şəkildə qiymətləndirilir:

-əla;

-yaxşı;

-kafi;

-qeyri-kafi.

239. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri hansı sənədlə rəsmiləşdirilir?

– xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə

240.Bu sənəddə:

-dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı şərhlər verilir.

241.Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun:

– rəyi əlavə edilir.

242. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri:

– onun şəxsi işinə əlavə edilir.

 

243.Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada:

– qulluqda yüksəliş yolu ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər

244. Dövlət qulluğunda irəli çəkilmək hüququ necə həyata keçirilir?

– dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant  vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə  alınmaqla

 

245.Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi neçədir?

-65-dir.

246.65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə neçə ildən çox olmayaraq uzadıla bilər?

-1 ildən

247.Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin neçə ildən çox uzadılmasına yol verilmir?

-5 ildən

248. İnzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti:

– müvafiq dövlət orqanının razılığı əsasında 5 ildən çox müddətdən artıq uzadıla bilər.

 

249. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının neçə faizindən artıq ola bilməz?

-15 faizindən

250. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının neçə faizindən artıq ola bilməz?

-2 faizindən

251. Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı:

-iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

252. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına :

-onun razılığı əsasında yol verilir.

253.Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılması tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:

dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;

-elmi dərəcənin və ya elmi adın olması;

-dövlət təltifi ilə təltif edilmə;

-attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.

253. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:

-dövlət qulluqçusunun öz arzusu ilə;

-dövlət orqanı ləğv edildikdə;

-dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;

-qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;

-dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;[146]

-Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;

-Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;[147]

-qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;

-qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;

-məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

-dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

-dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.[148]

254. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının neçə misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur?

-6 misli

255. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa:

– dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir.

256.Zərurət olduqda:

– həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.

 

257. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər nə ilə tənzimlənir?

– Azərbaycan Respublikasının əmək qanunvericiliyi

258.Dövlət qulluğu haqqında qanun nə zaman qəbul olunmuşdur ?

-21 iyul 2000

 

259. Dövlət qulluğu haqqında qanun nə zaman qüvvəyə minmişdir?

– Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir

260. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

Azərbaycan Respublikasının Nazirlər Kabineti

261.Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları:

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.

262.Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması :

-müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir

263.Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri hansı müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur?

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

264.Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin  rəhbəri tərəfindən hansı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur?

AR Prezidenti

 

Dövlət qulluqçularının etik

davranış qaydaları haqqında

Azərbaycan Respublikasının Qanunu

1. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanunu nəyi müəyyən edir?

-Dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri.

2. Dövlət qulluqçularının etik davranış qaydaları kimlərə şamil olunur?

-Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.

3. Hər bir dövlət qulluqçusu borcludur:

-Qanunun aliliyini,

-İnsan hüquqlarını,

-Demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.

4. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında AR Qanunun məqsədi nədən ibarətdir?

-Bu Qanunun məqsədləri aşağı-dakılardan ibarətdir:

-Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;

-Dövlət orqanları və dövlət qulluq-çularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

-Dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

-Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına  əməl olunmasının təmin edilməsi;

-Dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlu-matlandırılması;

-Dövlət orqanlarının və dövlət qulluq-çularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

5. Dövlət qulluqçusunun xidməti davranışı nədir?

-Qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət.

6. Dövlət qulluqçusunun xidməti davranışı nəyə əsaslanmalıdır?

-Etik davranış qaydaları haqqında Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə.

7. Dövlət qulluqçusunun xidməti davranışı hansı qanunvericilik aktı ilə tənzimlənir?

-Etik davranış qaydaları haqqında Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.

 

8. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara  riayət olunması ilə bağlı təminatlar:

-Dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər.

8a. Göstərilən normativ hüquqi aktlar:

-Bu Qanunun müddəalarına zidd olmamalıdır.

9. Vicdanlı davranış nədir?

-Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçularının öz vəzifə borcunu səmərəli yerinə yetirməsidir.

10. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün :

-Vicdanlılıq nümunəsi olmalıdır.

11. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması dedikdə nə başa düşülür?

-Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanun-vericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

-Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

12. Dövlət qulluqçusu borcludur:

-Öz fəaliyyətini Azərbaycan Respub-likasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetir-məyə borcludur.

13. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə :

-Dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

14.  Loyallıq nədir?

-Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

-Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

-Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.

-Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

15. İctimai etimad nədir?

-Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

-Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

-Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

16.  İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət dedikdə nə başa düşülür?

-Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
-Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

-Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

-Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

17. Mədəni davranış nədir?

-Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

18. Əmr, sərəncam və ya tapşı-rıqların yerinə yetirilməsi dedikdə nə başa düşülür?

-Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

-Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir.

-O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

-Qanuni göstərişlərin yerinə yetiril-məməsi intizam məsuliyyətinə səbəb olur.

19. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı kimə təqdim etməlidir?

-Birbaşa rəhbərinə,

-Yuxarı rəhbərinə.

20. Dövlət qulluqçusu bütün hallarda kim üçün vicdanlılıq nümunəsi olmalıdır?

-Hər bir şəxs üçün.

21. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrlə, çıxışlarla və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı hansı tədbirləri görməlidir?

-Çəkinməlidir.

22. İctimai etimad nədir?

-Dövlət qulluqçusunun AR-nın, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

-Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa,o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

-Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti baradə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru(dürüst)məlumatlar almasına köməklik göstərməlidir.

23. Dövlət qulluqçusu kimlərin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur?

-Birbaşa rəhbərinin,

-Yuxarı rəhbərinin.

24. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə hansı hallarda yol verilir?

-Heç bir halda.

25. Qərəzsizlik nədir?

-Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya  qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

-Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

-Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

26. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi:

-Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

-Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

-Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.

-Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

27. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda dövlət qulluqçusu nə etməlidir?

-İmtina etməlidir.

28. Korrupsiyanın qarşısının alınması:

-Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

-Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz.

29. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə kimə məlumat verməlidir?

-Birbaşa rəhbərinə.

30. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, həmin maddi və qeyri-maddi nemətləri, imtiyazlar və ya güzəştləri hansı qaydada hara təhvil verməlidir?

-Qulluq keçdiyi dövlət orqanına, akt üzrə.

31. Hansı əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz?

-Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə.

32. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər:

-Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

-Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

33. Dövlət qulluqçusu hansı hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz?

-Xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan,

-Vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan.

34. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda hansı tədbiri görməlidir?

-Birbaşa rəhbərinin rəyini öyrənməlidir.

35. Maraqlar toqquşmasının qarşısının alınması:

-Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

-Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.

-Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə  dövlət orqanının rəhbərinə məlumat verməlidir. Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.

-Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

-Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

36. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq nə etməyə borcludur?

-Dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə.

37. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə kimə məlumat verməlidir?

-Dövlət orqanının rəhbərinə.

38. Əmlakdan istifadə:

-Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

-Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə  həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

39. Məlumatlardan istifadə:

-Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.

-Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

-Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

40. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından hansı məqsədlər üçün istifadə etməsi qadağandır?

-Şəxsi maraqları naminə.

41. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları hansı məqsədlər üçün istifadə edə bilməz?

-Şəxsi maraqları naminə.

42. Dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv ola bilərmi?

-Bəli.

43. İctimai və ya siyasi fəaliyyət:

-Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.

-Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

-Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

-Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına  yardım etmək qadağandır.

-Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

44. Dövlət orqanlarında hansı təşkilatların struktur bölmələrinin yaradılması qadağandır?

-İctimai birliklərin,

-Siyasi birliklərin,

-Dini təşkilatların.

45. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün hansı tədbirlər görülür?

-Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir.

46. Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu kim tərəfindən təhlil edilir?

-Dövlət qulluqçusunun özü,

-Dövlət qulluqçusunun birbaşa rəhbəri,

-Dövlət qulluqçusunun yuxarı rəhbəri.

47. Etik davranış qaydalarına əməl olunmasına nəzarət necə həyata keçirilir?

-Dövlət orqanının rəhbəri – xidməti qaydada, yuxarı orqan – tabeçilik əsasında;

– DİM və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarına münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  bu qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.

48. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti kim həyata keçirir?

-Dövlət orqanının rəhbəri -xidməti qaydada, yuxarı orqan -tabeçilik əsasında

-DİM və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarına münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  bu qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.

49. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirən dövlət orqanı rəhbərinin vəzifələrinə aiddir:

-tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu Qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;

-öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;

-tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;

-tabeliyində olan şəxsləri hüquqa və  hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;

-rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi  və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;

-etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə  tədbirlər görməlidir;

-tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;

-öz səlahiyyətləri çərçivəsində bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları  işləyib hazırlamalı və təsdiq etməlidir;

-etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;

-etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;

-etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır;

-etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;

-etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

50. DİM etik davranış qaydalarına əməl edilməsi və qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə hansı səlahiyyətləri həyata keçirir?

-Nəzarət orqanı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu Qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir:

-bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

-dövlət qulluqçularından və digər şəxslərdən bu Qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

-daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və  təqdimatlar verir;

-dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

-dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir;

-dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir;

-daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

-dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;

-qanunvericiliklə göstərilmiş digər səlahiyyətləri həyata keçirir.

51. Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə əlaqədar dövlət qulluqçusuna qarşı aparılan intizam icraatının gedişinə hər hansı formada müdaxilə edə bilərmi?

-Xeyr.

52. Nə dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır?

– Etik davranış qaydalarının pozulması.

53. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi necə həyata keçirilir?

-qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

54. Hansı hallarda intizam icraatına  başlanıla bilər:

– bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

– kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

– İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

55. Hansı hallarda intizam icraatına başlanıla bilər?

-Qanunvericiliyin dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi,

-Kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

56. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı nəyə əməl etməyə borcludur?

-Siyasi bitərəfliyə.

57. Dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə məlumatı kimə verməlidir?

-Cinayət təqibi orqanına.

58. Bu Qanun nə vaxt qüvvəyə minib?

-31 may 2007ci-il.

Korrupsiyaya qarşı mübarizə haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

1.Bu Qanun:

– korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.

2.Bu Qanun:

– habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.

 

 

3.Korrupsiya nədir?

 – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

 

 

4. Kimlər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər:

-Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

-xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

-inzibati vəzifə tutan dövlət qulluqçuları;

-dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

-Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;

-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

-yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

-qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər;

-öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər;

-vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər.

vəzifəli şəxs hesab edilirlər.

 

5. Kimlər bu Qanunun məqsədi üçün  vəzifəli şəxs hesab edilirlər?

– Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər(2.1.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

2.1.2.xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

2.1.3.inzibati vəzifə tutan dövlət qulluqçuları;

2.1.4.dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.5.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;

2.1.6.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

2.1.7.yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.8.qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər;)

6.Bu Qanun Azərbaycan Respublikasının ərazisində :

-bütün fiziki (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində

7.Bu Qanun Azərbaycan Respublikasının ərazisindən kənarda :

-Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.

 

8. Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində :

-korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər.

9.Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada:

-hüquq mühafizə orqanları həyata keçirirlər.

10. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını hansı orqan həyata keçirir?

-Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra “Komissiya”)

11. Komissiyanın tərkibi:

-icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir.

12. Komissiyanın səlahiyyətləri nə ilə müəyyən olunur?

– qanunla təsdiq edilən Əsasnamə

 

13. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada hansı maliyyə xarakterli məlumatları təqdim etməlidirlər?

-mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

-vergitutma obyekti olan əmlakı barədə;

-kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

-şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

-şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;

-şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

14. Bu Qanunun 5.1-ci maddəsində göstərilən (5.1.1.mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;5.1.2.vergitutma obyekti olan əmlakı barədə;5.1.3.kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;5.1.4.şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;5.1.5.şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;5.1.6.şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə) məlumatlar:

– qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər

 

15. Kimlər bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilirlər?

– Vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər

16. Bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları nə ilə   müəyyən edilir:

– qanunvericiliklə

17. Vəzifəli şəxslər tərəfindən bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin :

-intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər.

18.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə:

– həmin qaydalara riayət edilməklə cəlb oluna bilərlər.

19. Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etməyən şəxslər barəsində :

-rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər.

20. Vəzifəli şəxslərin yaxın qohumları hansı hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər?

– seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla

21. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra neçə gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır?

-30 gün müddətində

22. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər:

– digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

 

 

23. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün:

– tələb edə və ya qəbul edə bilməz.

24.Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına :

-şamil olunmur.

25. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar hansı müddət ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz?

– bir il ərzində

26. 55 manatdan yuxarı olan hədiyyələr:

– şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir.

27. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə kimin rəyini öyrənməlidir?

– birbaşa rəhbərinin

28. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi :

-qadağan olunur.

29. Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs :

-onlardan imtina etməlidir.

30.Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə kimə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına nə üzrə təhvil verilməlidir?

– birbaşa rəhbərinə,akt üzrə

 

31. Korrupsiya ilə əlaqədar hüquqpozmalar ibarətdir:

– bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan

32.Bilavasitə Korrupsiya hüquqpozmaları hansılardır?

-vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;

-xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;

-vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi;

-vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi;

-vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;

-müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi;

-müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi.

33.Vəzifəli şəxsin hansı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır?

-xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;

-statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək;

-bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq;

-statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının fəaliyyətinə qanunsuz müdaxilə etmək;

-statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;

-normativ hüquqi aktların və digər orqanların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;

-vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək;

-qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək;

-qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;

-dövlət orqanları və ya yerli özünüidarəetmə orqanlarının maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək;

-qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının və ya yerli özünüidarəetmə orqanlarının təsərrüfat subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək;

-fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq;

-sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək.

34. Bu Qanunda nəzərdə tutulan hallardan başqa:

-vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.

 

35.Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada hansı məsuliyyətə səbəb olur?

-intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə

36.Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi:

-Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

37.Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri:

-bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.

38.Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, hansı xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur:

-Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına məlumat verir.

-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir.

-Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür.

-Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir

39.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə:

-korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına məlumat verir.

40.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə:

-korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir.

41.Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən neçə gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir?

– beş gün ərzində

42.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə:

-onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür.

43.Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə:

-korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir

 

44.Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda:

-onlar inzibati qaydada cərimə edilirlər

45. Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər:

-qanunla müəyyən edilmiş qaydada cərimə edilir.

46.Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər:

– barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.

 

 

47.Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən hansı formada verilə bilər?

– yazılı (o cümlədən elektron) və ya şifahi

48. Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – idarə, müəssisə və təşkilatların) rəhbəri:

– həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra – səlahiyyətli struktur bölmə) müəyyən edir.

49. İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər :

-korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər.

50.Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra:

-qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir.

51. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən neçə iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir?

-20 iş günü

52.Araşdırma :

-“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır.

53. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə:

-korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.

54. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda, məlumatı verən şəxs:

-həmin məlumatı müvafiq idarə, müəssisə və ya təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir.

55.İdarə, müəssisə və ya təşkilatın rəhbəri:

-belə məlumatların qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

56. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı hara təqdim etməlidir?

– idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara, Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

 

57.Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda:

– səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır.

58.Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər:

-qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

59. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq:

-qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

60. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin hansı orqana müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir?

– prokurorluğa

61.Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında hansı normativ aktlar ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir?

-“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

62. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat:

-onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

63.Həmin işçi attestasiyadan keçirildikdə:

-səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

64.İdarə, müəssisə və ya təşkilatlar, səlahiyyətli struktur bölmə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən bu Qanunun 11-1-ci və 11-2-ci maddələrinin tələbləri pozulduqda, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs :

-inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

65.Bu Qanunun 11-2-ci maddəsində nəzərdə tutulmuş müdafiə:

-korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı bilə-bilə yalan məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında tətbiq olunmur.

 

 

66.Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri:

-könüllü olaraq dövlət nəfinə ödənilir.

67.Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri:

-müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.

68.İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə hansı tədbirlər görülə bilər?

– mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər

 

69.Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar:

-müvafiq dövlət orqanları tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.

 

70.Qanunun qüvvəyə minməsi: 

Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.

71.Qanun nə vaxt qəbul olunmuşdur?

-Bakı şəhəri, 13 yanvar 2004-cü il       № 580-IIQ

Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu

1. Kimin Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır?

-Hər kəsin.

2. Məlumat dedikdə nə başa düşülür?

-Bu Qanunun məqsədləri üçün təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.

3. Kimin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır?

-Hər kəsin.

4. Məlumat azadlığının həyata keçirilməsi kimlərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır?

-Fiziki və hüquqi şəxslərin.

5. Məlumat azadlığının məhdudlaş-dırılmasına nə zaman yol verilir?

-Yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir.

6. Məlumat azadlığından istifadə edilməsi qaydası nə ilə müəyyən olunur?

-Azərbaycan Respublikasının Konstitu-siyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.

7. Bu Qanun hansı münasibətləri tənzimləyir?

-Məlumat azadlığının həyata keçi-rilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

8. Məlumat münasibətlərinin subyektləri kimlərdir?

-Fiziki və hüquqi şəxslərdir.

9. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri hansılardır?

-məlumat azadlığının təmin edilməsi;

-məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;

-məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;

-məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;

-hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;

-şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması.

10. Məlumatın əldə edilməsi hansı yollarla təmin edilir?

-dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;

-dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə;

-statistik məlumatlardan, kitabxana-ların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;

-vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;

-dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;

-kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə;

-normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə.

11. Nələr Məlumat mənbələri hesab edilirlər?

-Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar .

12. Məlumatın əldə edilməsi necə həyata keçirilir?

-Müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir.

13. Əldə edilməsi qaydasına görə məlumatların növləri hansılardır?

-Açıq,

-Alınması məhdudlaşdırılan.

14. Açıq məlumatın əldə edilməsi hansı yollarla təmin edilir?

-internet informasiya ehtiyatları vasitəsilə;

-rəsmi nəşrlərlə;

-kütləvi informasiya vasitələrinin yayılması ilə;

-kitabxanalar, ictimai informasiya mərkəzləri,

-kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;

-fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;

-qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.

15. Açıq məlumatın alınması qaydası və şərtləri hansı qanunvericilik aktları ilə müəyyən olunur?

– Məlumat azadlığı haqqında Azər-baycan Respublikasının Qanunu ilə

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu,

Digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur.

16. Məlumatın verilməsi barədə müqavilə hansı qanunvericiliyə uyğun bağlanır?

-Mülki qanunvericiliyə uyğun bağlanır.

17. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr nəyin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər?

-Müqavilənin olmamasına görə.

18. Alınması məhdudlaşdırılan məlu-matlara hansılar aiddir?

-Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər.

19. Hansı informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir?

-Ətraf mühitə dair informasiya.

20. Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər nə ilə tənzimlənir?

-Müvafiq qanunvericiliklə tənzimlənir.

21. Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması hansı qanun ilə tənzimlənir?

-“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə   tənzimlənir.

22. Məlumatın verilməməsi barədə məlumat sahibinin haralara şikayət edə bilər?

-Yuxarı orqanına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), habelə məhkəməyə şikayət edilə bilər.

23. Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi kimin üzərinə düşür?

-Cavabdehin.

24. Şəxsiyyət barədə məlumata nələr aiddir?

-Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər.

-Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən toplanmış məlumatlardır.

25. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat nə zaman dövlət orqanları tərəfindən toplana bilər?

-Yalnız onun tərəfindən könüllü təqdim edildikdə.

26. Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat nə zaman dövlət orqanlarına təqdim edilməlidir?

-Yalnız qanunla nəzərdə tutulmuş hallarda.

27. Şəxsiyyət haqqında məlumat :

-Qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və mühafizə olunur.

28. Məlumatın toplanması qada-ğandır:

-Aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə .

29. Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar hansı hüquqları vardır?

-onun haqqında toplanan məlumatla tanış olmaq;

-məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;

-məlumatda dəqiqləşdirmələr aparıl-masını tələb etmək.

30. Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı:

-“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır.

31. Qanunvericiliyə müvafiq surətdə:

-Dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.

32. Şəxslər haqqında məlumatın saxlanılması hansı müddətdən çox ola bilməz?

-Qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.

33. Qadağandır:

-Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq .

34. Nə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur?

-Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

35. Hansı hallarda şəxsin izlənilməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olmur?

-Əməliyyat-axtarış tədbirləri keçirilən hallarda.

36. Məlumat azadlığının məhdudlaş-dırılmasına hansı hallarda yol verilir?

-AR Konstitusiyasında nəzərdə tutulmuş hallarda.

37. Şəxsiyyət haqqında sənədləş-dirilmiş məlumat mənbəyi hansılardır?

-Şəxsiyyətin adına verilmiş sənədlər,

-Şəxsiyyət tərəfindən imzalanmış sənədlər.

38. Məlumat münasibətlərinin subyektləri kimlərdir?

-Fiziki şəxslər,

-Hüquqi şəxslər.

39. Şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar hansı hüquqları vardır?

-Məlumatla tanış olmaq,

-Məlumatın kim tərəfindən istifadə olunmasını bilmək,

-Məlumatda dəqiqləşdirmələr aparıl-masını tələb etmək.

40. Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi kimin üzərinə düşür?

-Cavabdehin.

41. Məlumat azadlığı haqqında” AR Qanunu nəyi tənzimləyir?

-Məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri.

42. Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması hansı qanunla tənzimlənir?

-“İnformasiya əldə etmək haqqında»” AR Qanunu.

43. Məlumatın verilməsi barədə müqavilə hansı qanunvericiliyə uyğun bağlanır?

-Mülki.

44. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat hansı halda dövlət orqanları tərəfindən toplana bilər?

-Könüllü təqdim edildikdə.

45. Bu Qanunun tələblərini pozan şəxslər:

Qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

46. Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu və vaxt qəbul edilib?

-19 iyun 1998-ci il.

Vətəndaşların müraciətləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

1.Bu Qanun nəyi müəyyən edir?

-Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını

 

2. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək :

-hüququ vardır.

3. Vətəndaşlar müraciət etmək hüququnu necə həyata keçirirlər?

– sərbəst və könüllü

4.Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi:

-digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

5. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu :

-məhdudlaşdırmaq qadağandır.

 

6.Vətəndaşların müraciətləri haqqında qanunvericilik hansı normativ hüquqi aktlardan ibarətdir?

– Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından

7. Müraciət edən şəxs:

– fiziki və ya hüquqi şəxs;

8. Müraciət:

– müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət;

9.Təklif :

– qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət;

10. Ərizə:

– hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;

11.Şikayət:

– pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;

12.Müraciətə baxan subyekt:

– fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları;

13. Müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi :

– müraciətə baxan subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs;

14.Müraciətə baxan subyektin vəzifəli şəxsi:

– müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;

15.Şifahi müraciət :

– vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət;

16.Telefon müraciət xidməti:

– müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;

17.Yazılı müraciət:

– kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;

18.Elektron müraciət:

– müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət;

19.Kollektiv müraciət:

– eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;

20.Təkrar müraciət:

– müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;

21.Anonim müraciət :

– müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət.

22.Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır:

-qanunçuluq;

-vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;

-müraciətlərə dair tələblərin vahidliyi;

-fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması;

-müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi;

-müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi;

– vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması.

 

23. Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa:

-bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir.

24. Bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə :

-şamil edilmir.

25. Hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası nə ilə tənzimlənir?

– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi

26. Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi və onlara baxılması qaydası nə ilə tənzimlənir?

– Azərbaycan Respublikasının Seçki Məcəlləsi

27. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası nə ilə tənzimlənir?

-“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu

28. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası nə ilə tənzimlənir?

-“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası nə ilə tənzimlənir?

-“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə

30. Siyahısı hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası bu Qanunla tənzimlənir?

– Azərbaycan Respublikasının Nazirlər Kabineti

31. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları:

-əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir.

 

32. Vətəndaşlar müraciətlərini kimə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər?

– həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə

33. Yazılı müraciətlər:

-şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada(Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.) göndərilir.

34.Yazılı müraciətdə aşağıdakılar göstərilir:

-müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla);

-müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;

-müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı.

35. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə:

-anonim sayılır.

36.Anonim müraciətlər:

– müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.

37. Kağız üzərində yazılı müraciəti:

-fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır.

38. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nə əlavə olunmalıdır?

– nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti

39. Elektron müraciət:

-həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir.

40.Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə nə göstərilməlidir?

– vətəndaşın elektron və ya poçt ünvanı

41.Elektron sənəd formasında göndərilən müraciət nə ilə təsdiq olunmalıdır?

– elektron imza

42. Müraciətin mətni :

-oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

43. Müraciətin mətnində:

təhqir və böhtana yol verilməməlidir.

 

 

44.Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri :

-mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər.

45. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina: -qadağandır.

46. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq  hansı müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir?

– Azərbaycan Respublikasının Prezidentinin

47. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini:

– elektron formada həyata keçirmək hüququ vardır.

48. Vətəndaşın müraciətinə nə qoyulur?

– onun daxilolma tarixi və qeydiyyat nömrəsi

49. Kimin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir?

– Müraciət edən şəxsin

50. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə:

-müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.

51. Elektron müraciətlərə hansı qaydada baxılır?

– müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə

52.Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə hansı qaydada yazılı cavab verilir?

– poçt vasitəsilə

53. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda nə göstərilməlidir?

– müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt

54. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda:

-müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.

55. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya neçə iş günündən gec olmayaraq cavab verilməlidir?

– yeddi

56. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti neçə iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir?

– üç

57.Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti neçə iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir?

– üç

58. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə kimin tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir?

– yuxarı dövlət orqanının tələbi ilə

59. Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə :

-müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.

60.Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək :

-qadağandır.

61. Qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağasına görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa:

-qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.

 

62.Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:

-bu Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;

-müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə;

-müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

-vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;

-bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;

-müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə.

63. Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə neçə iş günündən gec olmayaraq məlumat verir?

– beş iş günündən

64.Şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda :

-dərhal məlumat verir.

65. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda kim ona baxılmanı təmin etməlidir?

– müraciətə baxan subyekt

 

66. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla:

– bu Qanuna müvafiq olaraq baxılır.

67. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda kim müraciət üzrə xidməti araşdırma təyin edir?

– dövlət orqanının rəhbəri

68. Xidməti araşdırmanı müvafiq dövlət orqanında ………… aparır?

– daxili nəzarət xidməti

69.Xidməti araşdırma neçə iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır?

-20

70.Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti neçə iş günü uzatmaq hüququ vardır?

-10

71. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

-müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə;

-müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;

-müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə.

72. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə:

-əmin qərardan şikayət etmək hüququ izah olunur.

73. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından:

-yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır.

74. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından:

-məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.

75.Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə :

-bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada 20 iş günü müddətində baxılır.

 

 

76.Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət , Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət və müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə,Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır halları istisna olmaqla:

– vətəndaşların müraciətlərinə ən geci 15 iş günü müddətində baxılır.

77.Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə :

-ən geci 30 iş günü müddətində baxılır.

78. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini:

– ən çoxu 30 iş günü uzatmaq hüququ vardır.

79.Bu barədə:

-müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.

80. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci neçə iş günü ərzində baxılır?

-15

81.Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə:

– həmin müraciətə dərhal,

82.Bu mümkün olmadıqda:

– müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.

83.Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı:

– müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.

84.Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda neçə dəfədən az olmamaqla təmin etməlidirlər?

– bir

85. Vətəndaşları kimlər qəbul edirlər?

– müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri

86. Vətəndaşlar :

-əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər.

87.Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə :

-müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.

88. Vətəndaş necə qəbula yazılır?

– şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə

89.Qəbula gəlmiş vətəndaş :

-şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

90. Qəbul zamanı təqdim edilmiş yazılı müraciət :

-bu Qanunun 7-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ona baxılır.

91. Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula dair harada qeyd aparılır?

– qeydiyyat-nəzarət vərəqəsində

92.Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə:

-vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır.

93.Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda :

-müraciət yazılı şəkildə təqdim olunur.

94.Belə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası:

– bu Qanunun 11.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

95. Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə:

– müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur.

96. Kimlərin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ vardır?

– Müraciətə baxan subyektlərin rəhbərlərinin və digər vəzifəli şəxslərinin

97.Bu cür qəbul zamanı təqdim edilən müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası:

– bu qanunun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

 

 

98. Kimlər Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər?

– Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri

99. Kimlər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər?

– Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri

100. Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən:

-müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər;

-məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər;

-müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

-müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

101.Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək: -qadağandır.

102. Müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması:

– qadağandır.

103. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə hansı qanunlara uyğun olaraq baxılır?

– bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa

104.Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar neçə iş günü müddətində müraciət edən şəxsə qaytarılır?

– beş

105. Vətəndaşın müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə:

vətəndaşa (və ya onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir.

106. Kim bu Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq  Azərbaycan Respublikasının Prezidentinə məlumat verir?

– Azərbaycan Respublikasının Baş prokuroru

107.Azərbaycan Respublikasının Baş prokuroru bu Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə neçə ayda bir dəfədən az olmayaraq  Azərbaycan Respublikasının Prezidentinə məlumat verir?

– altı

108.Azərbaycan Respublikasının Baş prokuroru bu Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq  hansı müvafiq icra hakimiyyəti orqanına məlumat verir?

– Azərbaycan Respublikasının Prezidentinə

 

109. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti hansı müvafiq icra hakimiyyəti orqanı  həyata keçirir?

– Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

110. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş nəzarətin həyata keçirilməsi qaydasını  hansı müvafiq icra hakimiyyəti orqanı müəyyən edir?

-Azərbaycan Respublikasının Prezidenti

 

111. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:

-müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;

-müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;

-təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək;

-ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək;

-müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;

-müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;

-müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq;

-müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;

-müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək.

 

 

112. Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda:

-müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır.

113.Vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda:

-müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

114. Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması bu Qanunun tələbləri nəzərə alınmaqla hansı müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada həyata keçirilir?

– Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

 

115.Bu Qanunun tələblərini pozan şəxslər hansı məcəllələrə uyğun olaraq məsuliyyət daşıyırlar?

– Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə

 

116. Vətəndaşların müraciətləri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU nə vaxt dərc edilmişdir?

-30 sentyabr 2015-ci il.

117. Vətəndaşların müraciətləri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUN qüvvəyə minməsi ilə hansı qanun ləğv edilmişdir?

– “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu

“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1.Müəyyən edilsin ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə riayət edilməsinə ümumi nəzarəti:

– Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi həyata keçirir.[3]

2. Bu Fərman nə zaman qüvvəyə minir?

-Bakı şəhəri, 27 sentyabr 2003-cü il

№ 935

 

 

3.Bu Təlimat:

– dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında (bundan sonra – təşkilatlar) kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir.

4.Yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq:

– “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” əsasında aparılır.

5. Bu Təlimatın müddəaları:

– təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir.[6]

6. Kargüzarlıq nədir?

– təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.

7.Təşkilatlarda kargüzarlıq hansı dildə aparılır?

– Azərbaycan Respublikasının dövlət dilində

8. Təşkilatlarda kargüzarlığın aparılması həyata keçirilir:

– dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (bundan sonra – kargüzarlıq xidməti) tərəfindən

9.Kargüzarlıq xidməti tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti:

– təşkilatın rəhbərliyi həyata keçirir.

10.Tabe təşkilatlarda kargüzarlığın aparılması qaydalarına riayət olunması üzərində nəzarətin həyata keçirilməsi vəzifəsini :

-onların baş təşkilatları daşıyır.

11. Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardır:

-poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;[8]

-sənədləri göndərmək;

-sənədlərin icra müddətinə, bu Təlimatın tələblərinə uyğun tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək;[9]

-icra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək;

-sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək;

-sənədləri işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək;

-sənədləri qoruyub saxlamaq və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etmək;[10]

-kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə təşkilatın bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarlığı aparan işçilərin peşə hazırlığını artırmaq;[11]

-tabe təşkilatlarda kargüzarlığın aparılmasına nəzarət etmək.

12.Strukturdan, habelə sənəd dövriyyəsinin həcmindən asılı olaraq, kargüzarlıq sistemi:

– mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş ola bilər.

13.Struktur bölmələrinin sayı az, sənəd dövriyyəsi isə ildə 25000 sənədə qədər olan təşkilatlarda kargüzarlıq:

-mərkəzləşdirilmiş qaydada aparılır.

14.Strukturu mürəkkəb, sənəd dövriyyəsi isə ildə 25000 sənəddən çox olan, habelə struktur bölmələri ayrı-ayrı ərazilərdə yerləşən təşkilatlarda kargüzarlıq :

-mərkəzləşdirilməmiş qaydada aparılır.

15.Mərkəzləşdirilmiş kargüzarlıq sistemində sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın (16 nömrəli əlavə) qəbulunu, göndərilməsini, uçotunu, struktur bölmələrinə paylanmasını, habelə sənədlərin qeydə alınmasını, rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını:

– kargüzarlıq xidməti həyata keçirir.

16.Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində isə sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın qəbulunu, göndərilməsini, uçotunu, sənədlərin struktur bölmələrinə paylanmasını kargüzarlıq xidməti, sənədlərin qeydə alınmasını, rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını isə :

struktur bölmələri həyata keçirirlər.[12]

17. Təşkilatların və struktur bölmələrinin rəhbərləri dəyişdirildikdə, işlər və ya icrada olan sənədlər nə üzrə qəbul edilir və təhvil verilir?

– akt

18.Aktın bir nüsxəsi harada saxlanılır?

– kargüzarlıq xidmətində

19.İşdən çıxarıldıqda və ya başqa işə keçirildikdə, icraçı onda olan işləri və sənədləri :

-bu vəzifəyə yeni təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə akt üzrə təhvil verməlidir.

20……. bütün işlər və ayrı-ayrı sənədlər icra vəziyyəti göstərilməklə sadalanır?

– Aktda

 

21. Sərəncam mahiyyətli sənədlər hansılardır?

-qərarlar, sərəncamlar, əmrlər

22. Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin (qərarlar, sərəncamlar, əmrlər) yaranmasının hüquqi əsasları aşağıdakılardır:

-qüvvədə olan normativ hüquqi aktların tələbləri;[13]

-yuxarı təşkilatların konkret tapşırıqları;

-təşkilat tərəfindən onun üzərinə düşən vəzifələrin icra edilməsi üçün, səlahiyyətləri daxilində cari təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi;

-təşkilatın aparatının işini hüquqi baxımdan tənzimləmək zərurətinin yaranması.

23. Sənədlərin hazırlanması üçün “işlətmək üçün kağız formatları”:

– 9327 – 60 dövlətlərarası standart üzrə A4 (210×297 mm) və A5 (210×148 mm) formatlı blank və kağızlardan istifadə edilir.

24. Sənəd dövriyyəsi böyük olan təşkilatlarda ayrı-ayrı sənəd növləri üçün nə tətbiq edilir və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s.) yazılır?

– blanklar

25.Hansı sənədlər blanksız tərtib edilir?

– İki və ya daha artıq təşkilat adından hazırlanan

26.Həmin sənədlər nə ilə təsdiqlənir?

– təşkilat rəhbərinin imzası və təşkilatın gerbli möhürü

27.Sərəncam mahiyyətli sənədlər üçün blanklar:

-“Sərəncam sənədləri sistemi. Formulyar-nümunə” – 6.38-90 dövlətlərarası standart üzrə hazırlanır.

28.Blanklar:

– 1 nömrəli ağ yazı kağızından hazırlanmalıdır.

29. Nə zaman açıq rəngli, zəif boyalı kağız işlətməyə yol verilir?

– Müstəsna hallarda

30. Birtipli sənədlər hansılardır?

-bildiriş, məktub və s.

31. Təşkilatlarda tez-tez təkrarlanan birtipli sənədlər (bildiriş, məktub və s.) tərtib edilərkən :

-sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər.

32. Təşkilatların mətbəə üsulu ilə hazırlanan blanklarında aşağıdakı rekvizitlər çap edilir:

-Azərbaycan Respublikasının Dövlət gerbi (Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq);

-Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) adı;

-təşkilatın tam adı;

-təşkilatın poçt indeksi, ünvanı, məlumat almaq üçün telefon nömrəsi, faksın nömrəsi və elektron poçtu (əgər varsa).

33.Rekvizitlər:

blankların yuxarı hissəsində eninə, bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət dilində çap edilir (1 nömrəli əlavə).

34.Xarici dildə çap edilmiş rekvizitlərə malik blanklardan istifadə edilməsinə yalnız :

-sənədin mətni həmin blankı göndərən təşkilat tərəfindən xarici dildə yazıldıqda yol verilir

35. Plan, maliyyə, statistika sənədləri və başqa xüsusi sənədlər:

-qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanıb tərtib edilir.

36. Sənədlər hazırlanarkən:

– təşkilatın adının sənədin blankında əks etdirilir

37.Sənəd növünün adının (məktublar istisna olmaqla), sənədin başlığının (mətni A5 (210×148) formatlı kağızda çap olunan sənədlər, teleqramlar və bildirişlər istisna olmaqla) göstərilməsi, sənədlərə ünvan yazılması, tarix və nömrə qoyulması, mətnin razılaşdırılması haqqında qeydlər yazılması, sənədin rəsmiləşdirilməsi, habelə sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması:

– zəruridir

38. Bir qayda olaraq, sənədlərin mətnləri:

– iki hissədən ibarət olur.

39.Birinci hissədə nə verilir?

– sənədin hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri

40.İkinci hissədə:

– nəticələr, təkliflər, qərarlar və sərəncamlar ifadə olunur.

41.Sənədin yaranması üçün başqa sənəd əsas olduqda:

-birinci hissədə bu sənədin hazırlanması üçün əsas götürülmüş sənəd növünün adı (adlıq halda), nömrəsi, tarixi və mətnin başlığı göstərilir.

42.İkinci hissənin mətni hərəkətlərin xarakterinə, icraçılara, müddətlərə görə və başqa meyarlar əsasında:

– ərəb rəqəmləri ilə nömrələnmiş bəndlərə və yarımbəndlərə bölünə bilər.

43.Ayrı-ayrı hallarda sənədin mətni:

– yalnız son hissədən (əmrdən, göstərişdən və s.) ibarət ola bilər.

44. Sənədlərin mətnləri, mətn hissələri və ya ayrı-ayrı cümlələri :

-vahid şəklə salına bilər.

45.Mətnlərin vahid şəklə salınması tam oxşar və daim təkrarlanan məlumat sənədləri üçün :

-dil trafaretlərinin işlənib hazırlanmasından ibarətdir.

46. Sənədin başlığı:

– vərəqin ortasında mətndən əvvəl yazılır.

47.Sənədlərin başlığı:

– maksimum qısa, dəqiq olmalı və “nə haqqında” sualına cavab verməklə feli ismin köməyi ilə ifadə edilməlidir (“… ciddi nöqsanlar haqqında”, “…tədbirləri haqqında”, “…yerinə yetirilməsi haqqında”, “… işinin təşkil edilməsi haqqında” və s.).

48. Göndərilən sənədlər hansılardır?

-məktublar, məlumat xarakterli arayışlar, məlumat vərəqələri

49.Göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində):

– ünvan sahibinin rekvizitləri dəqiq göstərilir.

50.Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir:

-sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı yazılır;

-sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya onun struktur bölməsinin adı yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə);

-sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikası Təhsil Nazirliyinin _________________ (struktur bölməsinin rəhbəri) cənab ________);

-məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin nömrəsi) tam şəkildə göstərilir.

51.Sənəddə neçədən çox ünvan olmamalıdır?

– dörddən

52.Sənəd dörddən çox ünvana göndərilərkən:

– göndəriş siyahısı tərtib edilir və hər sənəddə yalnız bir ünvan göstərilir.

53. Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə:

– icraçının vəzifəsidir.

54. Sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi:

– sənədin tarixi hesab edilir.

Sənədin tarixi onu imzalayan və ya təsdiq edən vəzifəli şəxs tərəfindən qoyulur.

55.Sənədin tarixi, həmçinin sənədin məzmununda olan tarixlər:

– rəqəmlə yazılmalıdır.

56. Tarixin elementləri:

-eyni sətirdə ardıcıllıqla yazılır: ayın tarixi, ay, il (məsələn: 15.12.03., 15.12.2003-cü il və ya 15 dekabr 2003-cü il).

57. Sənədin qeydiyyat nömrəsi:

– işin nomenklatur nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir, sənədin qeydə alınması zamanı verilir və qeydiyyat ştampında vərəqlərin sayından və tarixdən əvvəl əks etdirilir.

 

58.Sərəncam mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd növü daxilində verilən qeyd nömrələri:

-onların nömrələridir.

59. Sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək zəruri olduqda:

-sənədin razılaşdırılması tələb olunur.

60.Razılaşdırma:

– təşkilat daxilində və ya müxtəlif təşkilatlar arasında həyata keçirilir.

61.Bunun üçün sənədlər imzalanmazdan əvvəl, onlara müvafiq vəzifəli şəxslər tərəfindən nə verilməlidir?

– viza

62. Təşkilat daxilində razılaşdırma:

-müvafiq struktur bölmələrinin rəhbərləri arasında həyata keçirilir.

63.Sərəncam mahiyyətli sənədlərin layihələrində icraçı tərəfindən birinci nüsxədə harada viza qoyulur?

– mətnin axırıncı vərəqinin arxasında

63.Göndərilən sənədlərdə vizalar:

-təşkilatda qalan nüsxədə qoyulur.

64.Vizanın tərkibinə nələr daxildir?

– viza verən şəxsin soyadı və adı, onun şəxsi imzası və tarix

65.Sənədlə əlaqədar qeydlər:

ayrıca vərəqdə yazılır.

66.Bu zaman viza aşağıdakı kimi göstərilir:

-(imza) (adı və soyadı) (tarix) və Qeydlər əlavə olunur.

67. Sənədlərin müxtəlif təşkilatlar arasında razılaşdırılması necə həyata keçirilir:

-müvafiq təşkilatların rəhbərləri tərəfindən razılaşdırılma qrifinin qoyulması,

-razılaşdırılma sənədinin alınması

-kollegial orqanın iclasında sənəd layihəsinin müzakirəsinin protokolunun təqdim edilməsi vasitəsilə

68.Razılaşdırılma qrifi:

-“Razılaşdırılmışdır” və ya “Razıyam” sözündən, sənədin razılaşdırıldığı şəxsin vəzifəsindən, adından və soyadından, şəxsi imzasından və tarixdən ibarətdir (məsələn:

 

“Razılaşdırılmışdır” Azərbaycan Respublikasının səhiyyə naziri

(imza) (adı və soyadı)

(tarix).

 

69.Razılaşdırılma qrifi harada yerləşdirlməlidir?

– sənədin titul vərəqinin yuxarı sağ küncündə

70. Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə:

-rəsmiləşdirilməlidir.

71. Rəsmiləşdirmə necə həyata keçirilir?

– sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə

72. Sənədin bütün nüsxələri :

-imzalanır.[20]

73.İmzanın tərkibinə nələr daxildir?

sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı

74.Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi kim imzalayır?

– sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs

75.Bu zaman sənədi imzalamış şəxsin:

-faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir.

76.Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq :

qadağandır.

77.Dövlət orqanının rəhbərinə göndərilən sənədlər kim tərəfindən imzalanır?

-göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini

78.Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi:

– qısa şəkildə göstərilir (məsələn:

Sədr (imza) (adı və soyadı).

79.Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi:

– tam şəkildə göstərilir (məsələn:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri[22] (imza) (adı və soyadı)

(tarix)

80. Kollegial orqanların sənədləri, habelə məzmununa görə iki və ya daha artıq şəxsin məsuliyyət daşıdığı sənədlər hansı sənədlərdi?

– protokollar, maliyyə sənədləri və s

81.Kollegial orqanların sənədləri, habelə məzmununa görə iki və ya daha artıq şəxsin məsuliyyət daşıdığı sənədlər:

– müvafiq olaraq iki və ya daha artıq imza ilə rəsmiləşdirilir (protokollar, maliyyə sənədləri və s.).

82.Belə hallarda imzalar şəxslərin tutduğu vəzifələrə uyğun olan:

-ardıcıllıqla bir-birinin altında (vəzifələrin adları biri digərindən iki-dörd sətirarası intervalla ayrılmaqla) yerləşdirilir.

83. Əgər sənədi eyni dərəcəli iki və ya bir neçə vəzifəli şəxs imzalayırsa, onların imzaları:

-bir səviyyədə yerləşdirilir.

84. Komissiyanın tərtib etdiyi sənədlər imzalanarkən :

-sənədi tərtib etmiş şəxslərin vəzifələri deyil komissiya üzvləri arasında vəzifələrin bölgüsü göstərilir (məsələn:

Komissiyanın sədri:            (imza)

Komissiyanın üzvləri:        (imza)

(imza)

(imza)

 

– (adı və soyadı)

– (adı və soyadı)

– (adı və soyadı)

– (adı və soyadı və s.).

85. Hansı sənədlər təsdiq edilir:

-təşkilatın və onların struktur bölmələrinin əsasnamələri, nizamnamələri, perspektiv və cari planlar, yoxlama-təftiş xarakterli aktlar, işlərin qəbulu və təhvili aktları, ayrı-ayrı protokol növləri və təşkilat rəhbərliyinin zəruri hesab etdiyi digər sənədlər.[25]

86. Sənəd necə təsdiq olunur?

– təsdiqetmə qrifi ilə və ya müvafiq sərəncam mahiyyətli sənəd qəbul etməklə

87.Təsdiqetmə qrifinin elementləri aşağıdakılardır:

-“Təsdiq edilmişdir” və ya “Təsdiq edirəm” sözləri sənədi təsdiq etmiş şəxsin vəzifəsinin adı, şəxsi imzası, adı və soyadı təsdiqetmə tarixi.

88.Sənədin tətbiqi üçün əlavə tədbirlərin həyata keçirilməsi tələb olunduğu hallarda, həmin sənədin təsdiq edilməsi necə həyata keçirilir?

– sərəncam mahiyyətli sənəd qəbul edilməsi vasitəsilə

89. Əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona :

-möhür vurulmalıdır.

90.Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə lazımi hallarda başqa sənədlərə:

-imza qoyulması ilə bərabər Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür vurulur.

91.Dövlət gerbi əks olunmuş möhürü olmayan təşkilatlar hansı möhürdən istifadə edirlər?

– əsas möhürdən

92.Möhür :

-vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır.

 

 

93. Sənədlərin kompüter (makina) üsulu ilə hazırlanması:

-6.38-90 dövlətlərarası standartın tələbinə uyğun surətdə həyata keçirilir.

94. Kompyuter üsulu ilə yazılan sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni :

-“Arial” 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır.

95. Sənədlər çap olunarkən vərəqdə aşağıda göstərilən qədər sahələr saxlanılır:

-soldan – 25 mm;

-sağdan – ən azı 8 mm;

-yuxarıdan – 20 mm;

-aşağıdan: A4 formatı kağızlar üçün – azı 19 mm; A5 formatı kağızlar üçün – azı 16 mm.

96. 9327-60 dövlətlərarası standart üzrə A5 formatlı sənədlərin mətni bir sətirarası intervalla :

– çap edilir.

97.Mətbəə üsulu ilə nəşr edilən sənədlərin mətni:

-iki sətirarası intervalla çap edilir.

98.Qalan sənədlərin mətni isə:

-bir yarım sətirarası intervalla çap edilir.

99.Sənədin hər abzasının birinci sətri:

– sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilir.

100. Təşkilatın adlarında köməkçi sözlərdən başqa bütün sözlərin və onların tərkibinə daxil olan xüsusi isimlərin baş hərfi:

-böyük yazılır (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ticarət və Sənaye Palatası və s.).[27]

101. Təşkilatların struktur bölmələrinin adının yalnız baş hərfi:

-böyük yazılır (məsələn: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatı).

102.Struktur bölmələrinin tərkibindəki ayrı-ayrı struktur vahidlərinin adı :

-kiçik yazılır (məsələn: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Əmək statistikası şöbəsi).

103. Rayon (şəhər) icra hakimiyyəti orqanlarının adlarında bütün sözlərin baş hərfi:

-böyük yazılır (Nərimanov Rayon İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti və s.).

104. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydalarına” uyğun olaraq birinci hərfi böyük yazılan vəzifələrin adları:

– Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının Baş prokuroru və s.

105.Qalan  vəzifə adları kiçik hərflə yazılır :

-Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı

106. Başlanğıc hərflərindən yaradılmış mürəkkəb ixtisar adları böyük hərflə yazılır məsələn:

– Dövlət Təhlükəsizlik Xidməti – DTX

107. İki və daha artıq səhifəsi olan sənədlər :

-ikinci səhifədən başlayaraq nömrələnməlidir.

108. Nömrələr:

-ərəb rəqəmləri ilə yazılır.

109. Sənədlərdə nömrə anlayışı:

– “№” işarəsi və ya “nömrə” (“nömrəli”) sözü ilə ifadə olunur.

110. Sənədlərə aşağıdakı əlavələr ola bilər:

-müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr;

– əsas sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr;

-müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələr.

111.Müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələrdə sənəd üçün hansı zəruri olan elementlərin hamısı olmalıdır?

-adı, başlığı, məzmun üçün məsul olan şəxslərin imzaları, razılaşdırma, təsdiqetmə haqqında qeydlər və s

112. Sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən və həmin sənədlə təsdiq edilən əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin “__”________il tarixli ____nömrəli əmri ilə təsdiq edilmişdir.[29]

 

113.Sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən, lakin həmin sənədlə təsdiq edilməyən əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:

Azərbaycan Respublikası vergilər nazirinin “__”_________il tarixli ____ nömrəli əmri ilə təsdiq edilmiş Təlimata 1 nömrəli əlavə

 

114.Sərəncam mahiyyətli sənədə həmin sənədlə təsdiq edilməyən bir neçə əlavə olduqda:

– onların sıra nömrələri ardıcıllıqla yazılır (“… 2 nömrəli əlavə”, “… 3 nömrəli əlavə” və s.).

115. Əgər sənədlərə (sərəncam mahiyyətli sənədlər istisna olmaqla) mətndə adı çəkilən qoşmalar vardırsa, qoşmanın mövcudluğu haqqında qeyd mətndə sənəddəki imzadan əvvəl aşağıdakı formada tərtib edilir:

-Qoşma: 20 vərəq, 3 nüsxə.

116.Əgər sənədə mətndə adı çəkilməyən qoşmalar əlavə edilmişsə, onların adları qoşma haqqında qeyddə vərəqlərin və nüsxələrin miqdarı göstərilməklə sadalanır: -(məsələn:

 

Qoşma: 1._______________ illərə aid daimi saxlanan işlərin siyahısı

– 5 vərəq, 4 nüsxə.

2. ______________illərə aid vaxtı keçmiş sənədlərin məhv edilmək üçün ayrılması haqqında akt – 2 vərəq, 3 nüsxə).

 

117.Əgər əsas sənədə qoşması olan sənəd əlavə edilirsə, əlavənin mövcudluğu haqqında qeyd aşağıdakı formada tərtib edilir:

-Qoşma: (sənəd növünün, təşkilatın və ya sənəd tərtib edənin adı, sənədin tarixi və nömrəsi) və ona əlavə: cəmi 5 vərəq.

118.Əgər qoşmalar kitab şəklində bağlanmışdırsa:

– vərəqlərin miqdarı göstərilmir.

 

 

119. Sənədlərin surətlərinin çıxarılması üçün kimin göstərişi və ya icazəsi tələb olunur?

– müvafiq rəhbər vəzifəli şəxsin

120.Kim surətlərin miqdarını, göndəriş ünvanlarını müəyyən edir və sifariş blankını imzalayır?

– Struktur bölməsinin rəhbəri

121. Sənədlərin surətlərinin aidiyyəti tərəflərə verilməsi kimin icazəsi ilə həyata keçirilir?

– təşkilat rəhbərliyinin

122. Sənədin surətləri kompüter (makina) üsulu ilə təşkilatın blankında deyil, adı vərəqdə hazırlanarsa:

-blankın rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə köçürülür.

123.Surətin birinci vərəqinin yuxarı sağ küncündə:

– “Surət” qeydi yazılır.

124. Əsli imzanı eynən təkrarlamayan, kompüter (makina) üsulu və surətçoxaldıcı texniki vasitələrin köməyi ilə əldə edilmiş surətlər:

– onların əsli ilə düz olmasını təsdiq edən vəzifəli şəxs tərəfindən imzalanır və müvafiq hallarda möhürlənir.

125.Surətlərin təsdiq edilməsi üçün sənədin:

-“İmza” rekvizitindən aşağıda sol sahədə “Düzdür” təsdiqləyici imza əlavə edilir, surəti təsdiqləmiş şəxsin vəzifəsi, onun şəxsi imzası, adı və soyadı təsdiq edilmə tarixi göstərilir və möhür vurulur (məsələn:

 

Düzdür:

Kargüzarlıq xidmətinin rəhbəri

 

(imza) (adı və soyadı)

(tarix).

126. Surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir, surətləri çıxarıldıqdan sonra:

-qaytarılaraq işlərə daxil edilir.

127. Sənədin əsli və çoxaldılmış əlavəsinin nüsxələri:

– eyni nömrə ilə qeydə alınır.

128. Təşkilat rəhbərinin yanında keçirilən iclasların və müşavirələrin stenoqramları hazırlanır, müvafiq qaydada rəsmiləşdirilir və harada saxlanılır?

– kargüzarlıq xidmətində

129.Rəhbərliyin tapşırığı ilə müvafiq səs yazısını əks etdirən audio, video yazılar və elektron daşıyıcılarda olan yazılar daimi saxlanmaq üçün:

-arxivə verilə bilər və ya maqnitsizləşdirmək yolu ilə silinə bilər.

130.Bu barədə:

– akt tərtib olunur və ya müvafiq kitabda qeydiyyat aparılır.

131.Əgər stenoqramlar səsyazan maqnit daşıyıcıları vasitəsi ilə qeydə alınıbsa, bu zaman həmin materiallar harada saxlanılır?

-kargüzarlıq xidmətində

 

132. Qərar:

-təşkilatın kollegial orqanı tərəfindən qəbul edilə bilər.

133.Qərarın mətnində  görülməli tədbirlərin izahına ehtiyac olmadıqda, şərh hissəsi olmaya da bilər halı istisna olmaqla:

– yığcam, şərh və sərəncam hissələrindən ibarət olur

134. Qərarın şərh hissəsində nə göstərilir?

– qərar qəbul edilməsinin səbəbləri, görülməli tədbirlərin məqsədləri

135.Görülməli tədbirlərin izahına ehtiyac olmadıqda:

– şərh hissəsi olmaya da bilər.

136. Qərarın sərəncam hissəsi:

– əmr formasında ifadə olunur

137.Qərarı qəbul edən təşkilatın adından sonra mətn dayandırılmadan:

– “qərara alır” sözləri ilə davam etdirilir.

138.Əgər qərar bir neçə müxtəlif xarakterli tədbirlər görülməsini tapşırırsa, sərəncam hissəsi:

– bəndlərə bölünür.

139.Eyni xarakterli tədbirlər:

– bir bənddə (ayrı-ayrı abzaslarla) sadalanır.

140.İcraçı qismində təşkilatlar və ya struktur bölmələri, tədbirin icrası konkret şəxsə tapşırıldıqda isə :

-vəzifəli şəxs göstərilir

141.Sərəncam hissəsinin axırıncı bəndində:

– qərarın icrasına nəzarətin həvalə edildiyi təşkilat, struktur bölməsi və ya vəzifəli şəxs göstərilir.

142.Təşkilatın, struktur bölməsinin adı və ya vəzifəli şəxsin vəzifəsinin tam şəkildə adı, adı və soyadı yönlük halda:

– yazılır.

143. Qərarların layihələri:

– bu sənədləri hazırlamış şəxslərə verilir ki, onlar həmin layihələrə zəruri hesab etdikləri dəyişiklik və əlavələri etsinlər.

144.Sonra layihələr onların tərtibinin başa çatdırılması və imzalanması üçün kimə qaytarılır?

– məsul şəxsə

145.İcraçı imzalanmaq üçün hazırlanmış qərara həmin qərarın, o imzalandıqdan sonra:

– göndərilməli olduğu təşkilatların, struktur bölmələrinin və vəzifəli şəxslərin siyahısını əlavə edir.

146. Qəbul edilmiş qərarlar:

– kollegial orqanın sədri və katibi tərəfindən imzalanır və ən geci yeddi gün müddətinə kargüzarlıq xidməti tərəfindən icraçılara çatdırılır.

147. Qərarlar :

-müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə qərarın nömrəsi hesab olunur

148. Qəbul edilmiş qərarlara kimin razılığı olmadan düzəliş etmək qadağandır?

– təşkilat rəhbərliyinin

  

149.Sərəncamın mətni:

– yalnız sərəncam hissəsindən ibarət olur

150. Şərh hissəsi cümləyə “müvafiq olaraq”, “məqsədi ilə” və s. kimi ifadələr şəklində :

-daxil ola bilər.

151. Bu zaman:

– sərəncam hissəsi şərh hissəsindən abzasla ayrılmalıdır və “tapşırılsın”, “nəzərinə çatdırılsın”, “təklif edilsin”, “təsdiq edilsin” və s. bu kimi fellərlə ifadə edilməlidir.[33]

152. Sərəncam:

– təşkilat rəhbəri tərəfindən imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla qeydə alınır.

153. Həmin kitab üzrə verilən qeyd nömrəsi :

-sərəncamın nömrəsi hesab olunur

 

154. Əmr:

-şərh və sərəncam hissələrindən ibarət olur

155.Əmrin Şərh hissəsində:

– əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir,

156.Əmrin sərəncam hissəsində nə sadalanır?

– görülməli tədbirlər

157. Əmrin sərəncam hissəsi :

-mətn dayandırılmadan “əmr edirəm” sözləri ilə başlanır.

158. Nəzərdə tutulan fikirlər:

– ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir.

159.Hər bənd :

struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.

160. Əmrin mətni :

-əlaqədar struktur bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır.

161.Əmrin layihəsinin son variantına:

– ancaq əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər.

162. Əmri hazırlayarkən icraçı:

– onu struktur bölmələrinə və tabelikdə olan təşkilatlara göndərmək zərurətini və əmrin tirajını müəyyən edir.

163. Ünvan sahiblərinin siyahısı:

– həmin əmrin son vərəqinin əks tərəfində çap olunur və ya müstəqil sənəd kimi əlavə edilir (tiraj böyük olduqda).

164. Əmrlər:

– təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır

 

165. Təşkilatların kollegial orqanlarının iclaslarının, habelə təşkilat rəhbərinin göstərişi ilə digər iclas və müşavirələrin:

– protokolu yazılmalıdır.

166. Protokolun mətni:

-giriş hissəsindən və əsas hissədən ibarət olmalıdır

167. Geniş protokollarda protokolun giriş hissəsində:

– iclası aparan sədrin və katibin adları və soyadları, dəvət edilənlərin siyahısı, məruzəçinin (məruzəçilərin) adları və soyadları, müzakirə ediləcək məsələnin (məsələlərin) adları verilir

168.Geniş protokolda:

– əvvəlcə məruzələrin və çıxışların qısa mətni, sonra isə qərar hissəsi verilir.

169.Qərar:

– əvvəlki mətndən sonra vərəqin sol sahəsinin hüdudundan üç sətirarası intervalla çap edilən “Qərara alındı” sözləri ilə başlanır.

170.Qəbul edilmiş qərarın mətni:

– yeni sətirdən abzasdan yazılır.

171. Stenoqramları aparılan iclasların protokolları:

– qısa şəkildə tərtib edilir.

172. Stenoqramları aparılan iclasların protokolunda :

-iclasın gündəliyində duran məsələnin (məsələlərin), bu məsələyə aid məruzəçinin (məruzəçilərin) və çıxış edənlərin adları və soyadları göstərilir, müzakirə edilən hər məsələyə aid qəbul edilən qərar öz əksini tapır.

173.Stenoqramları aparılan iclasların protokolları tərtib edilərkən :

-çıxışların məzmunu verilmir, müvafiq qaydada tərtib edilmiş stenoqramın mətni protokola əlavə edilir.

174. Protokol :

-təşkilat rəhbəri və iclasın katibi tərəfindən imzalanır və təqvim ili çərçivəsində nömrələnir.

175. Arayışın və məlumat vərəqəsinin mətni neçə hissədən ibarət olmalıdır?

– iki hissədən

176.Birinci hissədə nə yazılır?

– sənədin hazırlanması üçün əsas götürülən faktlar

177.İkinci hissədə nə yazılır?

– nəticələr və təkliflər

178. Arayışda və ya məlumat vərəqəsində verilən məlumatın aid olduğu tarix və dövr :

-başlığa daxil edilməlidir (məsələn: “______ il tarixinə olan vəziyyətə görə yaz kənd təsərrüfatı işlərinə hazırlığın gedişi haqqında”).

179. Arayışlar və məlumat vərəqələri:

– təşkilatların blanklarında çap olunur, təşkilatın və ya struktur bölməsinin rəhbərləri tərəfindən imzalanır.

180. Vətəndaşların xahişi ilə verilən arayışlar :

-ümumi blanklarda və ya trafaret mətnli blanklarda tərtib olunur, təşkilatın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir və müvafiq kitabda qeydə alınır.

 

181. Aktın mətni:

– giriş və şərh hissələrindən ibarət olmalıdır.

182.Hansı hissəsində aktın tərtib edilməsinin əsası göstərilir?

-Giriş hissəsində

183.Hansı hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur?

– Şərh hissəsində

184. Aktın başlığı:

– həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isim ilə ifadə olunmalıdır (məsələn: “Məktəblərin yeni dərs ilinə hazırlanması haqqında”).

185. Aktın tərtib olunduğu yer və tarix:

– aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir.

186. Akt mətninin sonunda (imzalardan qabaq):

-aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir.

187. ……onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır.

– Akt

188.Bu zaman:

– imza etmiş şəxslərin vəzifələri göstərilir.

189. Aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda:

-həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır.

 

 

190.Nə xahişin (sorğunun), xahişə cavabın, habelə informasiya xarakterli məlumatların ifadə olunması məqsədilə və bir məsələyə dair tərtib edilir?

– Məktublar

191. …………. icra üçün göndərilən sənədin icrasının xarakterinə və ya göndərilməsinin məqsədinə dair izahlar tələb olunduqda tərtib edilir?

– Müşayiət məktubları

192. Məktubun mətni biri digəri ilə məntiqi surətdə bağlı neçə hissədən ibarət olmalıdır?

– iki hissədən

193.Birinci hissədə:

– məktubun hazırlanması üçün əsas götürülmüş faktların, hadisələrin və ya sənədlərin (qeydiyyat nömrəsi və tarixi göstərilməklə) təsviri,

194.İkinci hissədə:

– nəticələr, təkliflər və ya xahişlər yazılır

195.Teleqraf yazışması:

– ancaq təcili məsələlərə dair aparılır .

196.Sorğuya cavab verilərkən teleqram mətninin qabağında nə göstərilir?

– həmin sorğunun nömrəsi

197.Mətnin axırında (imzadan əlavə):

-çıxış nömrəsi qoyulur.

198.Teleqramlar:

– iki nüsxə çap olunur və icraçı onlara viza verir.

199. İmzalanandan sonra teleqramlar göndərilmək üçün :

-kargüzarlıq xidmətinə verilir.

200.Teleqramda sözlər:

– hecalara bölünmədən və düzəlişlər edilmədən yazılır.

201. İmza:

– yeni sətirdən qeyd edilir və möhürlə təsdiq olunur.

202. Telefonoqramlardan nə üçün istifadə edilir?

– ölkə, şəhər, rayon daxilində telefonla məlumat vermək

203.Telefonoqram verilərkən aşağıdakılar göstərilir:

-kimin ünvanına verilir, telefonoqramı imzalamış şəxsin vəzifəsi və soyadı, telefonoqramın verildiyi tarix və saat, mətni ötürənin vəzifəsi və soyadı, təşkilatın telefon nömrəsi.

 

204. Sənədlərin təşkilatda hərəkəti:

– onlar təşkilata daxil olduğu və ya yaradıldığı andan icra edildiyi və ya göndərildiyi anadək sənədlərin dövriyyəsini təşkil edir.

205. Təşkilatlarda sənədlər dövriyyəsinin təşkili aşağıdakı tələblərə cavab verməlidir:

-sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir;

-işin zərurətindən irəli gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır;

-sənədlərin hərəkəti qaydasında və işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır.

206. Daxil olan korrespondensiyanın qəbulu və ilkin qaydada işlənməsi təşkilatlarda:

– kargüzarlıq xidməti tərəfindən həyata keçirilir,

207. Daxil olan korrespondensiyanın qəbulu və ilkin qaydada işlənməsi Struktur bölmələrində :

– struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları tərəfindən həyata keçirilir.

208.Daxil olan korrespondensiyanın ilkin qaydada işlənməsi:

– korrespondensiya gətirilməsinin düzgünlüyünün və zərflərin içindəki sənədlərin salamatlığının yoxlanmasından, onun təyinat üzrə verilmək üçün hazırlanmasından ibarətdir.

209.Gətirilən korrespondensiyanın düzgünlüyünü yoxlamaqda məqsəd:

– təyinat üzrə gətirilməyən korrespondensiyanı aşkar etməkdən ibarətdir.

210.Səhvən gətirilən korrespondensiya:

-geri qaytarılır.

211.Şəxsi korrespondensiya istisna edilməklə:

– bütün zərflər açılır.

212.Bu zaman:

– zərflərin bütövlüyü və içində sənədlərin mövcudluğu yoxlanılır.

213.Sənədi göndərənin ünvanını və ya sənədin göndərilmə, alınma tarixini ancaq zərfə görə müəyyən etməyin mümkün olduğu hallardan başqa:

-zərflər məhv edilir.

214.Bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə :

-qeyd ştampı vurulur

215.Daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra baxılmaq üçün kimə verilir?

– təşkilatın və ya struktur bölməsinin rəhbərliyinə

216.Dövlət orqanlarının sənədləri, təşkilatın fəaliyyətinin mühüm məsələlərinə dair başqa vacib sənədlər, habelə icrası üçün qərar qəbul etmək tələb olunan sənədlər kimə verilir?

– təşkilat rəhbərinə

217.Qalan sənədlər isə :

-onun müavininə və ya struktur bölməsinin rəhbərinə verilir.

218.Vəzifəli şəxslərin ünvanına olan sənədlər, bir qayda olaraq:

-bilavasitə həmin şəxslərə verilir.

219. Daxil olmuş sənədlər :

-onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir.

220.Hansı sənədlər baxılmaq və icra edilmək üçün ilk növbədə verilir?

– Teleqramlar və digər təcili sənədlər

221.Daxil olmuş sənəddə başqa sənədlərə istinad vardırsa:

– həmin sənədlər seçilib ayrılır və daxil olmuş sənədlə, yaxud müvafiq arayışla birlikdə təşkilat rəhbərliyinə verilir.

222.Baxılmanın nəticələri  sənədlərdə: -6.38-90 dövlətlərarası standart ilə ayrılan yerdə (mətndən əvvəl yuxarı sol hissədə) müvafiq olaraq təşkilatın rəhbəri, onun müavini və ya struktur bölməsinin rəhbəri tərəfindən yazılan dərkənarda əks olunur.

223. Dərkənarlarda:

sənədlərin icra xarakteri və icraçıları haqqında aydın və qəti göstəriş olmalıdır.

224. Daxil olmuş sənədlər rəhbərlik tərəfindən baxıldıqdan sonra:

– dərkənar mətninin qeydiyyat vərəqəsinə köçürülməsi və lazımi hallarda nəzarətə götürülməsi üçün kargüzarlıq xidmətinə qaytarılaraq təyinat üzrə göndərilir

225. Dərkənarda birinci göstərilən şəxs:

-sənədin əsas icraçısıdır.

226.Əsas icraçı:

-sənədin icrası ilə əlaqədar rəhbərliyə məlumat üçün hazırlanmış arayışı digər icraçı (icraçılar) ilə razılaşdırmalıdır.

227.Digər icraçı (icraçılar) arayışla razı olmadıqda:

– ayrıca arayış tərtib edir və rəhbərliyi məlumatlandırmaq üçün kargüzarlıq xidmətinə təqdim edir

228.Sənədin müştərək icraçıları əsas icraçıya lazım olan materiallar (məlumatlar) təqdim etməli və digər zəruri :

-kömək göstərməlidirlər.

229. İcraçılar sənədlərin vaxtında və keyfiyyətli hazırlanması üçün:

– eyni dərəcədə məsuliyyət daşıyırlar.

230.İcra olunmuş sənədlər işə tikilmək üçün:

– işləri müvafiq məsələlər üzrə tərtib edən struktur bölmələrinə və ya bu məqsəd üçün ayrılmış işçilərə verilir.

231. Daxil olmuş sənədlərin rəhbərliyin göstərişi ilə bir struktur bölməsindən digərinə verilməsi:

– kargüzarlıq xidməti tərəfindən həyata keçirilir ki, bu barədə də qeydiyyat vərəqələrində və müvafiq kitabda qeyd aparılır.

232.Göndərilən sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması (qeydə alınmalı olan sənədlər barəsində) və göndərilməsi:

– sənədlərin hazırlanması prosesini təşkil edir.

233.İlkin qaydada tanış olmaq və razılaşdırılmaq üçün sənədin layihəsi: -çoxaldıla və eyni zamanda onun hazırlanmasında iştirak edən bütün təşkilatlara verilə bilər.

234.Sənədi imzalanmaq üçün verməzdən əvvəl icraçı:

– onun məzmununu, tərtibinin düzgünlüyünü, lazımi imzaların və əlavələrin mövcudluğunu yoxlamalıdır.

235.İmzalanmaq üçün sənəd:

– onun hazırlanması üçün əsas götürülən materiallarla birlikdə verilir.

236. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün:

– kargüzarlıq xidmətinə verilir.

237.Göndərilən korrespondensiyanın işlənməsinə nələr daxildir?

– onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi

238Sənədlər:

– tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir.

239.Mühüm zərurət olmadan sənədlər:

-sifarişli məktubla göndərilmir.

240. ……..tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır?

– Kargüzarlıq xidməti

241.Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün :

-üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur.

242.Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd :

-bir zərfin içinə qoyula bilər

243.Göndərilmək üçün verilən sənədlər:

-elə həmin gün işlənib göndərilməlidir.

244. Daxili sənədlər :

-təşkilat daxilində hazırlanır, tərtib və icra edilir.

245. Daxili sənədlərin hərəkəti onların hazırlanması və tərtibi mərhələlərində:

-göndərilən sənədlərin ümumi qaydasına uyğun surətdə təşkil olunur.

 

246. Daxili sənədlərin hərəkəti icra mərhələsində isə:

– daxil olan sənədlərin dövr etməsinin ümumi qaydasına uyğun surətdə təşkil olunur.

247.Sərəncam mahiyyətli sənədlərin layihələri müvafiq qaydada razılaşdırıldıqdan sonra baxılmaq və ya imzalanmaq üçün kimə verilir?

– təşkilatın rəhbərliyinə

248.İmzalandıqdan sonra:

-həmin sənədlər qeydə alınır, əlavə olunmuş göndəriş siyahısına uyğun sayda çoxaldılır və icra üçün verilir (göndərilir).

249.Təşkilatın və ya struktur bölmələrinin rəhbərliyinə ünvanlanan məlumat vərəqələrinə, arayışlara, məlumatlara və başqa daxili sənədlərə onların ünvanlandığı vəzifəli şəxs tərəfindən baxılır:

– bundan sonra həmin sənədlər icra edilmək (işlənilmək) üçün ümumi qaydada müvafiq struktur bölmələrinə verilir, yaxud işə alınır.

250. Təşkilat daxilində sənədlərin çatdırılmasını kim həyata keçirir?

– struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşları

251.Göndərilən sənədləri isə:

– təyinat üzrə kuryerlər çatdırırlar.

252. Teleqramlar və təcili sənədlər:

-dərhal

253.Qalan sənədlər isə :

– gündə azı iki dəfə çatdırılır.

254. Daxil olan və göndərilən sənədlər, o cümlədən nəzarətdə olan və digər ən mühüm sənədlər:

-hərəkətin bütün mərhələlərində  müvafiq kitabda müəyyən qeyd aparılmaqla qəbul edilir və təhvil verilir

255.Sənədlərin struktur bölmələri daxilində verilməsi:

– struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşı tərəfindən həyata keçirilir və bu barədə qeydiyyat vərəqəsində müvafiq qeydlər aparılır.

256. Sənədin bir struktur bölməsindən digərinə verilməsi barədə hara məlumat verilməlidir?

– kargüzarlıq xidmətinə

257. Harada sənədin verilməsi haqqında müvafiq qeyd aparılır?

– Qeydiyyat vərəqəsində

258. Sənədin qeydə alınması:

– onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsidir.

259. Sənədlərin qeydə alınmasını:

-təşkilatın kargüzarlıq xidməti və struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər.

260. Bilavasitə təşkilatın vəzifələrinin həyata keçirilməsi üçün zəruri olmayan sənədlərin (təbrik məktubları və dəvətnamələr, kitablar, jurnallar, bülletenlər, reklam bildirişləri və plakatları, iclaslar, müşavirələr, konfranslar və digər tədbirlərin proqramları və ya belə tədbirlər haqqında digər məlumatlar, müxtəlif məsələlər üzrə hesabatlar və s.) qeydə alınması :

-tələb olunmur.

261.Belə sənədlər:

– təşkilatın müvafiq bölmələrində (kitabxanada, mühasibat, kadrlar, analitik-informasiya şöbələrində və s.) uçota alınır.

262. Hər bir sənəd təşkilatda ancaq:

– bir dəfə qeydə alınır.

263. Daxil olan sənədlər :

-onların təşkilata daxil olduğu gün qeydə alınır.

264.Göndərilən və daxili sənədlər :

– onların imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır.

265. Sənəd dövriyyəsinin həcmi ildə 1000 sənəddən çox olan təşkilatlarda sənədlərin qeydə alınması üçün:

-vahid qeydiyyat vərəqəsi tətbiq edilir

266.Qeydiyyat vərəqələrinin blankları:

– 170 x 120 mm ölçüdə A5 və A6 formatlı kağızda mətbəə üsulu və ya operativ poliqrafiya metodu ilə hazırlanır.

267. Sənəd dövriyyəsinin həcmi ildə 1000 sənədə qədər olan təşkilatlarda: -sənədlərin yalnız qeydiyyat kitabında qeydə alınmasına yol verilir.

268.Sənədlər qeydiyyat vərəqələrində qeydə alınan zaman aşağıdakı tələblərə riayət edilməlidir:

-vərəqələr ancaq təşəbbüs sənədi (sorğu) üçün yazılır;

-vərəqənin üz tərəfi kargüzarlıq xidməti, əks tərəfi isə struktur bölməsi və ya icraçı tərəfindən doldurulur;

-vərəqənin birinci nüsxəsi sənədlə birlikdə göndərilir, ikinci nüsxəsi isə kargüzarlıq xidmətində qalır;

-vərəqələr kargüzarlıq xidmətində iki kartoteka (icra olunmuş sənədlərin kartotekası və icra olunmamış sənədlərin kartotekası) təşkil edir.

269. Sənəd bir struktur bölməsindən digərinə göndərilərkən qeydiyyat vərəqəsində:

-dərkənarın mətni və tarixi göstərilir.

270. Sənədin icrası haqqında yazılan qeyd:

– məsələnin mahiyyətcə həll olunmasını, cavab sənədinin tarixini və nömrəsini əks etdirməlidir.

271. Yazılı cavab hazırlanması tələb olunmursa, təşəbbüs sənədində:

– qoyulan məsələnin nə vaxt, kim tərəfindən və necə həll olunması haqqında konkret qeyd yazılır.

272. Qeydiyyat vərəqələrinin məlumat kartotekası aşağıdakı hissələrdən ibarətdir:

-icra edilməmiş daxili sənədlər üçün (birinci hissə);

-cavab alınması gözlənilən göndərilən sənədlər üçün (ikinci hissə);

-icra edilmiş daxil olan sənədlər üçün (üçüncü hissə).

273. Ayın günləri :

-kartotekanın birinci və ikinci hissələrinin bölmələridir.

274.Vərəqələr bölmələrdə:

– müvafiq olaraq icra müddətlərinə və cavab alınmasının gözlənilən tarixlərinə görə yerləşdirilir.

275.Üçüncü hissənin bölmələri:

təşkilatın struktur bölmələrinə və ya müstəqil iş sahələrinə, rubrikalar isə işlərin başlıqlarına və nomenklatur üzrə nömrələrinə uyğundur.

276.Vərəqələr bu bölmələrdə:

– qeydə alınma nömrələri qaydasında yerləşdirilir.

277. Sənədlər icra olunduqca və cavablar alındıqca vərəqələr birinci və ikinci hissələrdən üçüncü hissənin müvafiq bölməsinə və rubrikasına keçirilir, bu barədə vərəqələrdə:

– lazımi qeydlər yazılır.

278. Yuxarı təşkilatların məlumat üçün göndərdikləri sənədlər üçün doldurulan qeydiyyat vərəqələri də:

– orada yerləşdirilir.

 

279. Sənədlərdə olan təkliflərin, tapşırıqların və məsələlərin icrasına :

-daim nəzarət edilməlidir.

280.Belə nəzarətin məqsədi:

– sənədlərin vaxtında və keyfiyyətli icrasına nail olmaqdır.

281.Sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti kimlər həyata keçirirlər?

– təşkilatların, struktur bölmələrinin rəhbərləri

282.Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi:

– kargüzarlıq xidmətinə və təşkilatda xüsusi olaraq yaradılan nəzarət xidmətinə tapşırılır.

283.Struktur bölmələrində sənədlərin icrasına nəzarəti:

– struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər.

284.Aşağıdakı sənədlər  nəzarətə götürülür:[38]

-bilavasitə normativ hüquqi aktların icrası ilə əlaqədar sənədlər;[39]

-dövlət  orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər;[40]

-təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər.

285.Təşkilat rəhbərliyinin göstərişi ilə icrasının nəticəsinin məruzə edilməsi nəzərdə tutulan digər sənədlər də:

-nəzarətə götürülə bilər.

286. Sənədlərin ümumi icra müddəti:

-qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilatın özü tərəfindən müəyyən edilir.

287.Konkret hallarda hər hansı ayrıca sənədin icrası ilə əlaqədar təşkilatın rəhbərliyi və ya yuxarı təşkilat tərəfindən nə müəyyən edilə bilər?

– xüsusi icra müddəti

288. Sənəddə cavab alınması üçün müddət göstərilmişdirsə:

– həmin müddətə, bir qayda olaraq, riayət edilməlidir.

289. Sənədin icra müddəti:

– onun təşkilata daxil olduğu vaxtdan hesablanır.

290. Kimin sənədin icra müddətini icraçının (icraçıların) əsaslandırılmış yazılı xahişi ilə uzatmaq hüququ vardır?

– Təşkilat rəhbərinin

291. Sənədlərin icrasına nəzarət:

– nəzarət vərəqələrində qeydlər edilməklə aparılır

292. Sənəd dövriyyəsi kiçik olan təşkilatlarda nəzarət:

– daxil olan, göndərilən və daxili sənədlərin qeydiyyat kitablarında həyata keçirilir

293. Hansı təşkilatlar istisna olmaqla, nəzarət vərəqələrində, habelə nəzarətdə olan sənədlərdə (birinci vərəqin yuxarı sağ kənarında) nəzarət işarəsi (“№”) qoyulur və ya “Nəzarətdədir” ştampı vurulur, bundan sonra sənəd icraçıya verilir, vərəqənin əlavə nüsxəsi isə nəzarət kartotekasına qoyulur?

– Elektron sənəd dövriyyəsi sistemi tətbiq edilən təşkilatlar

294. Sənədlərin icrasının gedişi haqqında məlumat:

-“İcra haqqında qeyd” sütununda qeyd edilir.

295. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə:

-icra edilmiş sayılır.

296.Əgər icra sənədləşdirilməmişdirsə:

– bu barədə nəzarət vərəqəsinin “icra haqqında qeyd” sütununda məlumat yazılır.

297. Sənədlər, bir qayda olaraq, icra edildikdən sonra:

– nəzarətdən çıxarılır.

298. Sənədin icrası və nəzarətdən çıxarılması haqqında məlumat:

– nəzarət vərəqəsində qeyd edilir.

299.Digər hallarda sənədi nəzarətdən yalnız:

– onu nəzarətə götürmüş vəzifəli şəxs çıxara bilər.

300.Bu zaman sənəddə və vərəqədə nəzarətdən çıxarılma barədə:

-qeyd yazılır.

301. Nəzarətdə olan sənədlərin icrası haqqında təşkilatın rəhbərliyinə ayda neçə dəfə məlumat verilir?

-1 dəfə

302.Digər sənədlərin icrasının gedişi və nəticələri haqqında məlumat:

– ildə azı 1 dəfə təhlil edilir.

303.Təhlil əsasında sənədlərin icrasını sürətləndirmək və icra intizamını yüksəltmək məqsədi ilə:

-müvafiq tədbirlər planı işlənib hazırlanır.

 

 

304.Qovluqların düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi və uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi və gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə hər il təşkilatın işlərinin:

– ümumi nomenklatur-siyahısı tərtib edilir

305.İş nomenklaturunu:

-struktur bölmələrinin təkliflərini nəzərə almaqla kargüzarlıq xidməli tərtib edir, təşkilat rəhbəri isə təsdiq edir.

306. İcra edilmiş sənədlər təsdiq edilmiş iş nomenklaturuna uyğun olaraq:

– struktur bölmələri tərəfindən qovluqlarda formalaşdırılır.

307. Qovluqlar saxlanılmaq üçün təşkilatın arxivinə təhvil verilməzdən əvvəl kargüzarlıq xidməti tərəfindən aşağıdakı tələblərə riayət edilməlidir:

-qovluqda sənədlərin hamısının olub-olmadığını yoxlamaq;

-qovluqda işə tikilməli sənədlərin bu Təlimata uyğun surətdə qeydə alınıb-alınmadığını yoxlamaq və qeydə alınmamış sənədlər aşkar edildikdə. onları qeydə aldırmaq;

-qovluqda sənədlərin yerləşməsinin düzgünlüyünü yoxlamaq;

-bölmə-bölmə tikilmiş işlərin siyahısında şöbələrin adlarının tikilmiş sənədlərə uyğun gəlib-gəlmədiyini yoxlamaq;

-qovluğun vərəqlərini sağ küncdən başlayaraq yuxarıdan aşağı adı karandaşla nömrələmək.

308. Qovluğun təşkilatın arxivinə təhvil verilməli olub-olmadığı:

-iş nomenklaturuna uyğun müəyyən edilir.

309.Təşkilatın cari arxivinə verilmiş sənədlərin istifadə üçün götürülməsi: –yalnız təşkilat rəhbərliyinin icazəsi ilə mümkündür.

310. Növbəti ilə adlayan işlər istisna olmaqla:

-bir ilin bütün sənədləri qovluqlarda formalaşdırılır.

311.Bir qovluqdakı vərəqlərin sayı:

– 200-250-dən çox olmamalıdır.

312. Sənədlər qovluğa:

-bir nüsxədə tikilir.

313. İşlərin nomenklaturu tərtib edilərkən, işlər formalaşdırılarkən və sənədlərin işlərə düzgün daxil edilməsi yoxlanılarkən təşkilatda:

– sənədlərin ekspertizası keçirilir.

314. Ekspertizanı təşkilatda:

– daimi fəaliyyət göstərən sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası aparır.

315.Ekspert komissiyasının tərkibi:

-təşkilat rəhbəri tərəfindən təsdiq edilir.

316. Sənədlər Dövlət Arxivinə təhvil verilmək üçün hazırlanarkən onlar:

-yenidən ekspertizadan keçirilməli, daimi saxlanılan sənədlərin və işlərin siyahıları, ləğv edilmək ucun ayrılan sənədlərin və işlərin aktları tərtib edilməlidir.

317.Təşkilatda kağız və (və ya) elektron formada olan sənədlər:

– “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvəqqəti saxlanma müddəti başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir.

318.Arxivə təhvil verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı ilə və təşkilat rəhbərinin təsdiq etdiyi :

-akt üzrə məhv edilir

319. Sənədlər daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilərkən aşağıdakı tələblərə riayət edilməlidir:

-sənədlərin tərkibi və keyfiyyəti yoxlanmalıdır;

-üz qabığında (qovluğun axırında), ümumi qovluqda isə həm də bölmələrin siyahısında təsdiqləyici imza qoyulmalı, qovluğun nömrələnmiş vərəqlərinin sayı rəqəmlə və sözlə göstərilməli, lazım gəldikdə, vərəqlərin nömrələnməsinin xüsusiyyətləri və işə tikilmiş sənədlərin fiziki vəziyyəti qeyd edilməlidir;

-ara qatları, metal bəndlər, pərçimlər qovluqdan çıxarılmalı və sənədlər müəyyən edilmiş qaydada tikilməlidir;

-qovluğu arxivə təhvil vermək üçün hazırladıqdan sonra ümumi qovluğun bölmələr siyahısının birinci səhifəsində (sağdan aşağı küncdə), ayrı-ayrı qovluqların isə sonuncu sənədində (axırıncı səhifənin arxa tərəfində) “Arxivə” sözü yazılmış ştamp vurulmalıdır.

 

320. Təşkilatların kargüzarlığı:

– elektron formada da aparmaq hüququ vardır.

321. Sənəd elektron formada qəbul edildikdə:

-təşkilat bu Təlimatın 144-cü bəndində göstərilən informasiya sistemini tətbiq etməlidir.

322. Təşkilatlarda elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər aşağıdakılardan ibarətdir:

-elektron sənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə cavab verməlidir;

-elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməlidir;

-elektron sənədin cədvəl, təqdimat, mətn, qrafik və arxivləşdirmə redaktorlarında oxunma və redaktə olunma imkanları olmalıdır;

-elektron sənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmalıdır;

-elektron sənədin razılaşdırılması müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməlidir;

-elektron sənədə qoşulan bütün əlavələr vahid elektron faylda birləşdirilməli və həmin sənədi təsdiq etmək səlahiyyəti olan şəxsin elektron və ya gücləndirilmiş elektron imzası ilə təsdiqlənməlidir;

-elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan təşkilatlarda kağız daşıyıcıda daxil olan sənədlər və onların əlavələri skan edilərək, eyni formatda olan vahid elektron fayla çevrilir.

323. Elektron sənədin əsli və surəti, aşağıda göstərilən tələblər də nəzərə alınmaqla, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və təsdiq edilir:

-elektron sənədin surəti kağız daşıyıcıda olur;

-elektron sənədin surətində onun yaradıldığı tarix və sənədi qəbul edən informasiya sisteminin adı göstərilir;

-elektron sənədin surətinə əl və ya çap üsulu ilə “Elektron sənədin surəti. __vərəq” sözləri yazılır və təşkilatın kargüzarlıq xidmətinin gerbsiz möhürü ilə təsdiqlənir.

324. Təşkilatlarda elektron sənədlərlə kargüzarlığın aparılması üçün aşağıdakı funksiyaların həyata keçirilməsini təmin edən informasiya sistemi tətbiq olunur:

-elektron sənədin yaradılması;

-rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi;

-elektron sənədin göndərilməsi;

-elektron sənədin həqiqiliyinin yoxlanılması;

-elektron sənədin alınmasının təsdiqi;

-daxil olan və ya göndərilən elektron sənədin qeydiyyatı;

-elektron sənədin yaradılması, qeydə alınması, göndərilməsi və saxlanılması zamanı kollektiv işin təmin edilməsi;

-elektron sənədin icrasına nəzarət;

-elektron sənədin axtarışı;

-elektron sənədin saxlanılması.

325. Elektron sənəd aşağıdakı məlumatlar yoxlandıqdan sonra qəbul edilir və qeydə alınır:

-elektron imza vasitələrindən istifadə etməklə, yoxlama məlumatları əsasında elektron sənədi təsdiq edən gücləndirilmiş elektron imzanın həqiqiliyi;

-elektron sənədin bütün rekvizitləri;

-gücləndirilmiş elektron imzadan istifadə etmiş imza sahiblərinin səlahiyyətləri.

326. Elektron sənəd çap edilərkən avtomatik olaraq birinci səhifənin üz tərəfində aşağıdakıları özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod yerləşdirilməlidir:

-təşkilatın tam adı;

-təşkilatın hüquqi ünvanı;

-elektron sənədin qeydiyyat nömrəsi və qeydiyyat tarixi.

327.Elektron sənəd göndərilməzdən əvvəl göndərən:

– onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır.

328. Elektron sənədin qəbul edilməsi və qeydiyyatı onu göndərənə informasiya sistemi tərəfindən aşağıdakıları özündə əks etdirən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur:

-bildirişi göndərən haqqında məlumatlar;

-elektron sənədin qəbul edilməsi tarixi və vaxtı;

-elektron sənədin qeydiyyatı tarixi və nömrəsi.

329. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda(27.3 Alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1 elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2 elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3 elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.) alan elektron sənədi:

-göndərən tərəfindən göndərilməmiş hesab etməlidir.

330. Göndərən tərəf elektron sənədin qəbul edildiyi barədə elektron bildirişi alanadək:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən(27.4 Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, alandan göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir.) elektron sənəd alınmamış hesab olunur.

331.Elektron sənədin göndərilməsindən sonra göndərənin göstərdiyi və ya tərəflərin razılığı ilə müəyyən edilmiş müddət ərzində bildiriş alınmadıqda:

-göndərən bu barədə alanı məlumatlandırır və digər rabitə vasitələrindən istifadə etməklə elektron sənədin məzmununu ona çatdırır.

332. Elektron sənəd kimi qeydə alınmış sənəd kağız daşıyıcıda da daxil olduqda:

onun üzərinə elektron sənədin qeydiyyat nömrəsini və tarixini əks etdirən ştamp vurulur.

333. Elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan təşkilatlarda alınan və göndərilən elektron sənədlər, o cümlədən nəzarətdə olan sənədlər hərəkətin bütün mərhələlərində:

– elektron qeydiyyat jurnalında müvafiq qeyd aparılmaqla qəbul edilir və təhvil verilir (10 və 11 nömrəli əlavələrə uyğun olaraq, elektron sənəd dövriyyəsində imza tələbi istisna olmaqla).

334. Elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydası:

-elektron sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron informasiya daşıyıcılarında onların bu daşıyıcılarda bütövlüyünü yoxlamağa imkan verəcək formada saxlanılmalıdır;

-elektron sənədlərin elektron informasiya daşıyıcılarında saxlanılması müddəti müvafiq sənədlərin kağız daşıyıcıları üçün “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətdən az olmamalıdır;

-elektron sənədlərdə olan informasiyadan gələcəkdə istifadə, həmçinin elektron sənədlərin kağız daşıyıcıda surətlərinin çıxarılması mümkün olmalıdir;

-elektron sənədin onun yaradıldığı, göndərildiyi və ya alındığı formatda bərpası mümkün olmalıdır;

-elektron sənəddə onun mənbəyini və təyinatını, onu göndərəni, qəbul edəni, göndərilmə və qəbul edilmə vaxtını və tarixini müəyyənləşdirməyə imkan verən informasiya saxlanılmalıdır;

– “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda və ya iştirakçılar arasındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, elektron sənədlər onların yaradıldığı, göndərildiyi və ya qəbul edildiyi formatda saxlanılır;

-elektron sənədlər daimi saxlanılmaq üçün dövlət arxivinə elektron informasiya daşıyıcısında saxlandığı formatda təhvil verilir;

-elektron sənədlərin arxivləri icazəsiz daxilolma, məhv edilmə və (və ya) təhrif edilmə hallarından mühafizə olunmalıdır.

335. Elektron sənədin mühafizəsi:

-“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə”yə uyğun olaraq təmin edilir.

 

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsindən çıxarış

1.Əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır?

– Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

2.Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası hansıdır?

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin dördüncü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

3.İşçi nə qədər qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər?

-İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

4.Ərizə verildiyi gündən nə qədər vaxtdan sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir?

-Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir.

5.Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludurmu?

-Bəli,Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

6.Nə vaxt işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər?

-İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

7.Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi nə vaxtadək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər?

– Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.

8.Əmək müqaviləsi işəgötürən tərəfindən hansı əsaslarla ləğv edilə bilər?

– Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

a) müəssisə ləğv edildikdə;

b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda.

Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

9.Müddətli əmək müqaviləsinə nə vaxt xitam verilir?

– Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir.

10. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı neçə ay əvvəl işçini rəsmi xəbərdar etməlidir?

-İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.

11. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı neçə iş günü əmək funksiyasının icrasından azad edilir?

– Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

12. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə hansı təminatlar verilir?

-Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə:

orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;

işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

13. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı neçə aylıq əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər?

– İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

14. Nəzərdə tutulan orta əməkhaqqı nə əsasında ödənilir?

– Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir.

15. Müvafiq arayış işdən çıxan gündən hansı şəxslərə verilir?

-Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları vasitəsi ilə)] qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hala şamil olunmur.

16. Kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə bu maddənin üçüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilərmi?

– Kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əmək haqqının saxlanılması, habelə bu maddənin üçüncü və yeddinci hissələrində göstərilmiş ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.

17. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı neçə misli miqdarında müavinət ödənilir?

– İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

18. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlərmi?

– İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.

19. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci neçə təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər?

– Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

20. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən hansı işçilər işdə saxlanılır?

– Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.

21. İşçinin peşəkarlıq səviyyəsini kim müəyyən edir?

-İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

22. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı şəxslərin işdə saxlanmasına üstünlük verir?

– İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

    • şəhid ailəsinin üzvlərinə;
    • müharibə iştirakçılarına;
    • əsgər və zabitlərin arvadlarına (ərlərinə);
    • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
    • həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
    • məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
    • kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

23. İşəgötürən tərəfindən hansı işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır?

İşəgötürən tərəfindən:

    • hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
    • yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin;
    • əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
    • işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə;
    • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
    • öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;
    • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
    • Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

24. Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi hansı təşkilatın qabaqcadan razılığı alınmaqla ləğv edilir?

– Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

25. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış nə ilə müraciət edir?

– Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir.

Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

26. Təqdimata hansı sənədlər əlavə edilir?

– Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir.

27. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci neçə gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir?

– Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

28. Hansı hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur?

– Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.Yəni b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

29. İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludurmu?

– İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.

30.İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilərmi?

-İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq orqanlara, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər.

İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. 31. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi mümkündürmü?

– İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir.

32. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilirmi?

-Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir

33. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidirmi?

– Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.

34. Bir qayda olaraq, iş həftəsi necə müəyyən edilir?

– Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

35. Altıgünlük iş həftəsi müəyyən edə bilərmi?

Bəli ,edilə bilər. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

36. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti neçə saatdan artıq olmamalıdır?

– Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan

37. Altıgünlük iş həftəsində həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti neçə saatdan artıq olmamalıdır?

– həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan

38. Altıgünlük iş həftəsində həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti neçə saatdan artıq olmalıdır?

-həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

39. Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində neçə saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir?

– Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtiilə qısaldılmış iş vaxtı müəyyən edilir.

40. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə hansı orqan tərəfindən təsdiq edilir?

– Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən təsdiq edilir.

41. Natamam iş vaxtı – natamam iş günü, yaxud natamam iş həftəsi hansı qaydada müəyyən edilə bilər?

– Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

42. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın – ayın, ilin davamiyyəti kimlərin razılığı ilə müəyyən edilir?

– Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.

43.İşəgötürən kimlərə natamam iş vaxtı təyin edə bilər?

-İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələriilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

44. Natamam iş vaxtı əməyin ödənilməsi hansı qaydada müəyyən edilir?

– Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

45. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması mümkündürmü?

– Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

46. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidirmi?

– İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.

47. Fasilənin verilməsi vaxtı və davamiyyəti hansı qaydada müəyyən edilir?

– Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

48. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən:

– işçiyə nahar etməyə şərait yaratmalıdır

49. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı neçə saat olmalıdır?

İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.

50. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti nə ilə tənzimlənir?

– Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.

 

51. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmirmi?

– İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir

52. İstirahət və nahar fasilələrindən işçi necə istifadə edə bilər?

– İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

53. Hansı işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır?

– Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır.

54. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində neçə gün olmalıdır?

– Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün

55. Həftələrarası istirahət günlərinin sayı altıgünlük iş həftəsində neçə gün olmalıdır?

– altıgünlük iş həftəsində isə bir gün olmalıdır.

56. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, hansı orqan ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir?

– İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir.

57. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə həftələrarası istirahət günlərinin sayı nə ilə tənzimlənir?

– Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.

58. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilirmi?

– Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir.

59. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilərmi?

– Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.

 

60. Azərbaycan Respublikasının bayramları hansılardır?

Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:

    • Yeni il bayramı (yanvarın 1 və 2-si);
    • Qadınlar günü (martın 8-i);
    • Faşizm üzərində qələbə günü (mayın 9-u);
    • Respublika günü (mayın 28-i);
    • Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);
    • Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);
    • Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);
    • Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);
    • Konstitusiya günü (noyabrın 12-si);
    • Milli Dirçəliş günü (noyabrın 17-si);
    • Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);
    • Novruz bayramı—beş gün;
    • Qurban bayramı—iki gün;
    • Ramazan bayramı—iki gün.

61. Hansı bayram günləri iş günü hesab edilmir?

– Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.

62. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunması hansı qaydada edilir?

– İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

63. Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər nə vaxtadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur?

– Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

64. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə onda?

– Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir

65. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü?

– Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə, növbəti iş günü istirahət günü hesab edilir.

66. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilərmi?

– Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

67. Səsvermə günü hansılardır?

– Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) günləridir.

68. Səsvermə günü iş günü hesab olunurmu?

– iş günü hesab edilmir.

69. Səsvermə günü nəyə uyğun olaraq müəyyən edilir?

– Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

70. Ümumxalq hüzn günü iş günüdür?

– Bu gün iş günü hesab edilmir.

71. Ümumxalq hüzn günü hansıdır?

– Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür.

72. Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması mümkündürmü?

– Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

73. Əmək Məcəlləsinin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi hansı qaydada ödənilir?

– Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.Yəni:

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

    • əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
    • əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
    • aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

74. Kimlərin müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər?

– İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

75. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardırmı?

– Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

76.İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilərmi?

– İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

77. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanılırmı?

– Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

78. Məzuniyyətdə olduğu müddət ərzində işçinin işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi mümkündürmü?

-xeyr, Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

79. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilərmi?

– Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

80. İşçilərin məzuniyyət hüququ hansı məzuniyyət növləri ilə təmin edilir?

-1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

b) sosial məzuniyyət;

c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

ç) ödənişsiz məzuniyyət.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

81.Əmək məzuniyyəti nədir?

– işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.

82. Əmək məzuniyyətinin müddəti necə hesablanır?

– Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

83. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilərmi?

– Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

84. Əmək məzuniyyəti hər il necə verilir?

– Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir.

85. İş ili hansı gündən başlanır və növbəti ilin hansı günü başa çatır?

– İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır

86. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti nə vaxt verilə bilər?

– Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər.

87. Bir iş ilinə görə neçə əmək məzuniyyəti verilə bilər?

– Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər.

88.Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilərmi?

– Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

89. Əsas məzuniyyət nədir?

– işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.

90. İşçilərə ödənişli əsas məzuniyyət neçə təqvim günündən az olmayaraq verilməlidir?

– İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

91. Hansı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir?

– Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

c) xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;

ç) tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

92. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət hansı qaydada verilir?

– Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

93. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilirmi?

– Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

94. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilirmi?

– Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir.

95. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti neçə təqvim günündən az olmamalıdır?

– Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

96. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə hansı orqan tərəfindən təsdiq edilir?

– Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən təsdiq edilir.

97. Əmək stajından asılı olaraq işçilərə hansı qaydada əlavə məzuniyyət günləri hesablanır?

– Əmək stajından asılı olaraq işçilərə:

beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;

on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;

on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

98. Əmək stajına görə əlavə məzuniyyətin müddəti hansı dövrə əsasən müəyyən edilir?

– Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir.

99. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqı saxlanıldığı dövrlər daxil edilirmi?

-Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.

100.Əmək stajına görə (o cümlədən, əmək şəraitinə görə) əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilirmi?

– Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

101.Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara neçə təqvim günü müddətində əlavə məzuniyyət verilir?

– Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü

 

102.Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək üç uşağı olan qadınlara neçə təqvim günü müddətində əlavə məzuniyyət verilir?

– bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

103.Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin neçə gün əlavə məzuniyyət hüququ vardır?

– Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır

104.Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılırmı?

– Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

105.Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilirmi?

-Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

106.Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət neçə təqvim günündən az olmayaraq verilir?

– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

107.Kimlərə ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər?

– İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı aspiranturada, doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

108.Elmlər namizədi elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü neçə təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir?

-Elmlər namizədi elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək

109.Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü neçə təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir?

– elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir.

110.İşləməklə yanaşı doktoranturada, aspiranturada təhsil alan (o cümlədən, aspiranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində neçə təqvim günü ödənişli məzuniyyət verilir?

– İşləməklə yanaşı doktoranturada, aspiranturada təhsil alan (o cümlədən aspiranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

111.Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında neçə ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər?

– Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

112.Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan kiminlə məsləhətləşməklə müəyyən etməlidir?

– Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.

113.Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əməkhaqqı necə hesablanır?

– Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır.

114.İşləməklə yanaşı təhsil alan işçilərə hansı ödənişli təhsil məzuniyyətləri verilir?

-1. İşləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;

b) dövlət imtahanlarını vermək üçün;

c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

2. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.

115.Ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda neçə təqvim günü müddətində məzuniyyət verilir?

– Ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20 təqvim günü

116.Ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20 təqvim günü, qalan kurslarda neçə təqvim günü müddətində məzuniyyət verilir?

– qalan kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

 

117.Orta ixtisas məktəblərinin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda neçə təqvim günü, müddətində məzuniyyət verilir?

– Orta ixtisas məktəblərinin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 10 təqvim günü, qalan kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.

118.Ali məktəblərin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda neçə təqvim günü, müddətində məzuniyyət verilir?

– Ali məktəblərin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü.

119.Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə neçə təqvim günü müddətində məzuniyyət verilir?

– Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir

120.Uyğun olaraq diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə neçə təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə isə neçə təqvim ayınadək məzuniyyət verilir?

-Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir

121.Peşə məktəblərində, peşə liseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində neçə təqvim günü müddətində məzuniyyət verilir?

– Peşə məktəblərində, peşə litseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

122.Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün neçə təqvim günü müddətində məzuniyyət verilir?

– Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

123.Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, nə əsasında istifadə oluna bilər?

– Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər

124.Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara neçə təqvim günü müddətində ödənişli məzuniyyət verilir?

– Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

 

125.Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət neçə təqvim günü müddətində verilir?

– Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

126.Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət hansı müddətlərdə verilir?

– Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

127. İki aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş neçə günlük sosial məzuniyyətdən istifadə etmək hüququna malikdirlər?

– İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

128.Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlərmi?

– Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

129.Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan necə istifadə edə bilər?

– Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

130.Kimlərin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır?

– Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

131.Ödənişsiz məzuniyyətlər hansı qaydada verilir?

– Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

132.İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən, əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti neçə aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər?

– İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

133.İşçilərin xahişi bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir?

– İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:

a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək;

b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;

c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək;

ç) əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə — təqvim ayınadək;

d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək;

e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək;

ə) qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə — 14 təqvim gününədək;

f) doktoranturada, aspiranturada təhsil alan işçilərə —1 təqvim ayınadək;

g) ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü;

ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək;

h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;

x) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə — 14 təqvim gününədək;

i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə — 7 təqvim gününədək.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.

134.Arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə neçə təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir?

– arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;

135.Doktoranturada, aspiranturada təhsil alan işçilərə neçə təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir?

– doktoranturada, aspiranturada təhsil alan işçilərə —1 təqvim ayınadək;

136.Ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə neçə təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir?

– ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü

137.Əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə neçə təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir?

– əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə — təqvim ayınadək;

138.Ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə neçə təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir?

– ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə — 7 təqvim gününədək.

139.Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə hansı müddət üçün ödənişsiz məzuniyyət verilir?

-Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.

140.Əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa:

– məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.

141.Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edirmi?

-Müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi], həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir.

142.Əməkhaqqından müvafiq məbləğlər hansı qaydada tutula bilər?

– Əmək haqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

143.İşəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından yalnız hansı ödənişlər tutulur?

– İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ.

144.İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən neçə ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər?

– İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər.

145.Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilərmi?

– Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

146.İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilirmi?

– İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

147.Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əməkhaqqı, o cümlədən, müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilərmi?

– Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

148.İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilərmi?

– İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər.

149.İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilərmi?

– İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.

150.İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidirmi?

– İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.

151.Hansı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır?

– Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır:

a) şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda;

b) ictimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə;

c) andlılar, münsiflər və kollektiv mübahisələrin həlli üçün yaradılan əmək arbitrajının tərkibinə daxil edildikdə;

ç) seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;

d) müvafiq dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;

e) kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrinin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə;

ə) fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə;

f) mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə;

g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlarda və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi-nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;

ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;

h) işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarına göndərildikdə;

x) yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;

ı) müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;

i) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;

j) donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdikləri gün;

k) tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;

q) işçilərin öz ixtiralarının və səmərələşdirmə təkliflərinin əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə;

l) bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda.

m) dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə.

n) Məhkəmə-Hüquq Şurasına və ya Hakimlərin Seçki Komitəsinə üzv təyin edildikdə;

o) dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə;

ö) hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
  2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, N-17, maddə 152) ilə təsdiq edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə qüvvədən düşmüş sayılsın.
  3. Bu Qanun imzalandığı andan qüvvəyə minir

 

Azərbaycan Respublikası

Milli Məclisinin 1993-cü il 2mart

tarixli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni haqqında

ƏSASNAMƏ

 

  1. Azərbaycan Respublikasının Dövlət himni nəyin müqəddəs rəmzidir?

– Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin

2.Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudurmu?

-Bəli

3.Azərbaycan Respublikasının Dövlət himni hansı hallarda ifa olunur?

-Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;

-Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

-dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

-hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;

-Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;

-dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;

-Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən – müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.

-Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himni hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.

4.Azərbaycan Respublikasının Dövlət himni orkestr nə vasitəsilə ifa olunur?

– xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlərlə

5.Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilərmi?

-Bəli

6. Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni necə ifa olunur?

– tam

7.Azərbaycan Respublikasının Dövlət himni hansı qanunilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır?

-“Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə

8.Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlarmı?

-Bəli

9.Hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Respublikası Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi nə və hansı orqan tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir?

– hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları

10.Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunurmu?

-Bəli

11. Ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsinə və ifasına həsr edilirmi?

-Bəli

12. Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikası Dövlət himninin ifa olunması qaydası hansı təşkilatların mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir?

– respublika və beynəlxalq idman təşkilatlarının

13. Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni necə ifa edilir?

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla.

14.Azərbaycan Respublikası Dövlət himninin daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları necə müəyyən edilir?

– bu Əsasnamənin tələbləri əsas götürülməklə

15.Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək kimə həvalə olunur?

– dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər içtimai qurumların rəhbərlərinə

16. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

-Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilsin.

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamənin təsdiq edilməsi barəsində AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Azərbaycan  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
  2. Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin   1981-ci   il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci  il, N-5-6, maddə 70)  ilə təsdiq   edilmiş   Azərbaycan SSR-in  Dövlət  gerbi  haqqında  Əsasnamə  qüvvəsini  itirmiş   hesab edilsin.
  3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

Ə S A S N A M Ə

Azərbaycan Respublikasının

1993-cü il 23 fevral tarixli

Qanunu ilə təsdiq edilmişdir.

1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə nə vaxt təsdiq edilmişdir?

-23 fevral 1993-cü il.

2.Azərbaycan Respublikasının Dövlət gerbi nəyin rəmzidir?

– Azərbaycan dövlətinin müstəqilliyinin.

3. Azərbaycan Respublikasının Dövlət gerbi hansı təsvirlərdən ibarətdir?

– palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

4. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri hara vurulur?

– Azərbaycan Respublikası parlamen-tinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;

– Azərbaycan Respublikası Preziden-tinin iqamətgahına və xidməti kabinetinə;

– Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;

– yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;

– Azərbaycan Respublikası qanunveri-ciliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;

– Azərbaycan Respublikasının diplo-matik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına.

5. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən harda istifadə olunur?

– Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;

– Azərbaycan Respublikası qanun-larının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;

– bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blanklarında (binalarının lövhələrində);

– Azərbaycan Respublikası Mərkəzi Bankının buraxıldığı kağız və metal pul nişanlarında, Azərbaycan Respub-likasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində;[

– Azərbaycan Respublikası vətən-daşının şəxsiyyət vəsiqəsində və pasportunda

– Azərbaycan Respublikası parlamen-tinin rəsmi nəşrlərində;

– Azərbaycan Respublikasının qanun-vericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;

– Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında. [3]

6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilərmi?

– Bəli.

7. Bu Əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ hara tərəfindən verilə bilər?

– Azərbaycan Respublikasının parlamenti.

8. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası hara tərəfindən müəyyən edilir?

– Azərbaycan Respublikası Nazirlər Kabineti.

9. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə bu Əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə uyğun gəlməlidirmi?

– Bəli.

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında

Azərbaycan Respublikasının Qanunu

1. Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr hansılardır?

-Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar;

-Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür;

-Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

2. Azərbaycan Respublikasının Dövlət bayrağı haralarda daimi qaldırılır?

-Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində;

– Azərbaycan Respublikası Milli Məclisinin;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin;

– Azərbaycan Respublikası Konsti-tusiya Məhkəməsinin,

– Ali Məhkəməsinin;

-Məhkəmə-Hüquq Şurasının,

– Mərkəzi icra hakimiyyəti orqan-larının;

-Azərbaycan Respublikası Prokuror-luğunun;

– Azərbaycan Respublikası Mərkəzi Bankının;

-Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının;

– Azərbaycan Respublikası Hesablama Palatasının;

– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin;

-Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin;

– Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin,

-Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının;

-Yerli icra hakimiyyəti orqanlarının binaları;

-Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində və Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır.

3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respub-likasının diplomatik nümayəndəlik-ləri və konsulluqlarının binalan üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nüma-yəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində nəyə uyğun olaraq qaldırılır?

-Beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.

4. Azərbaycan Respublikasının Dövlət bayrağı nəyə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır?

-Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq.

5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində hansı hallarda qaldırılır?

-Azərbaycan Respublikasının bayram günlərində;

-hərbi andiçmə mərasimində;

-hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;

-hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.

6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissələrində harada qaldırılır?

-Onların qərargahlarının binalarında.

7. Azərbaycan Respublikasının Dövlət bayrağı hərbi gəmilərində isə nəyə uyğun olaraq qaldırılır?

-Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.

8. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən nə etməlidir?

-Öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.

9. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər haralardır?

-Azərbaycan Respublikasının Dövlət bayrağı:

– Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda;

-Azərbaycan Respublikası Preziden-tinin iş otağında;

-Azərbaycan Respublikası Preziden-tinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda;

– Azərbaycan Respublikası məhkə-mələrinin iclas salonunda;

– Azərbaycan Respublikası Milli Məc-lisi sədrinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respubli-kası Konstitusiya Məhkəməsi sədrinin;

-Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin;

-Azərbaycan Respublikası Baş prokurorunun;

– mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin;

– Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının;

– Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin,

-Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin;

-Azərbaycan Respublikası Hesablama Palatası sədrinin;

– Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin,

-Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin;

– Naxçıvan Muxtar Respublikası Baş nazirinin,

– Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin;

– Məhkəmə-Hüquq Şurası sədrinin;

-Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin;

-Azərbaycan Respublikasının diplo-matik nümayəndəlikləri və konsul-luqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir;

-Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyən-ləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.

10. Azərbaycan Respublikasının Dövlət bayrağı kimlərin nəqliyyat vasitələrinin üzərinə yerləşdirilir və nə zaman?

-Azərbaycan Respublikası Preziden-inin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir.

11. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulurmu?

-Bəli.

12. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri nə zaman fərqləndirici nişan kimi istifadə olunur?

-Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.

13. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikasının dövlət mükafat-larının, habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi istifadə edilirmi?

-Bəli.

14. Azərbaycan Respublikasının Dövlət bayrağı:

-Yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər və yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər.

15. Dərs ilinin birinci günü təhsil müəssisələrində:

-Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir.

16. Azərbaycan Respublikasının Dövlət bayrağı:

-Dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir.

17. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və ya PR tərəfindən elan olunmuş matəm günlərində:

-Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.

18. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları kim tərəfinfən müəyyən olunur?

-NK tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü hansı nisbətdə olmalıdır?

-Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.

20. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəs-sisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda necə olmalıdır?

-Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

21. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, nəyə uyğun olmalıdır?

-Azərbaycan Respublikasının Konstitu-siyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

22. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi nəyə uyğunluğu təmin olunmalıdır?

-Rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rənginin – Red 185C rənginə, yaşıl rənginin – Green 3405 C rənginə uyğunluğu təmin edilməlidir.

23. Azərbaycan Respublikasının Dövlət bayrağı :

-Bütöv olmalı və solğun görünməməlidir.

24. Azərbaycan Respublikasının Dövlət bayrağı:

-Ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.

25.Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı neçə metr hündürlükdə olsun?

-3 metr.

26.Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər hansılardır?

-Masaların üstünə sərilmə,

-Kürsülərin üstünə sərilmə,

-Oturulan yerlərə qoyulma.

27. AR-nın Dövlət bayrağı nəyə uyğun olaraq AR-nın gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır?

-Ticarət Gəmiçiliyi Məcəlləsi.

28.Hansı halda təhsil müəssisələrində AR-nın dövlət bayrağı qaldırılır və ya yerləşdirilir?

-Dərs ilinin birinci gün.

29. AR qanunvericiliyində nəzərdə tutulmuş və ya PR orqanı tərəfindən elan olunmuş matəm günlərində AR Dövlət bayrağından hansı qaydada istifadə olunur?

-Bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) bayraq dirəyinin yarısına qədər endirilir.

30. AR onun ərazisindən kənarda AR-nın Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə nəyə uyğun olaraq tədbirlər görür?

-Beynəlxalq hüquq normaları.

31. AR-nın Dövlət bayrağının parçasının aşağı tərəfi yerdən azı neçə metr hündürlükdə olmalıdır?

-3.

32. AR-nın Dövlət bayrağı hərbi gəmilərində nəyə uyğun olaraq qaldırılır?

-Nizamnamələrə.

33. AR Dövlət bayrağı kimlərin nəqliyyat vasitələri üzərində yerləşdirilir?

-AR Prezidentinin Dövlət nümayəndə heyəti rəhbərlərinin Xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin.

34. AR-nın Dövlət bayrağı AR-nın sərhəd nəzarət-buraxılış məntəqə-lərinin və sərhəd zastavalarının binaları üzərində hansı qaydada qaldırılır?

-Daim.

35.Kimlər AR-nın Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar?

-Hər bir şəxs.

36.AR Dövlət bayrağının təsvirinin istifadəsi harada istifadə olunur?

-Beynəlxalq uçuşları həyata keçirən AR mülki hava gəmilərinin;

-AR hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərindəı;

-AR Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin üzərində.

37. AR-nın Dövlət bayrağı və onun təsvirinə dair tələblər hansı aktla müəyyən edilir?

-AR-nın Konstitusiyası.

38. Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər :

-Azərbaycan Respublikasının qanunve-riciliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

39.AR Dövlət bayrağı AR Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində hansı hallarda qaldırılır?

-AR-nın bayram günlərində;

-Hərbi and içmə mərasimində;

-Hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;

-Hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.

40. AR Dövlət bayrağının təsviri nəyin elementi kimi istifadə edilir?

-Dövlət mükafatları.

41. Xarici dövlətin bayrağı altında üzən gəmi AR-nın daxili sularında üzərkən və ya limanında dayanarkən hansı bayrağı qaldırmalıdır?

-Mənsub olduğu dövlətin və AR-nın bayraqlarını.

42. AR-nın Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının bayraqları ilə birgə qaldırılırsa və ya yerləşdirilirsə həmin bayraqların ölçüsü necə olmalıdır?

-Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.

43. AR-nın Dövlət bayrağı hansı gəmilərin üzərində qaldırılır?

-AR-nın gəmi reyestrində qeydiyyata alınmış.

44. AR-nın Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları ilə birgə qaldırılırsa və ya yerləşdirilirsə dövlət bayrağı hansı istiqamətdə olmalıdır?

-Qarşıdan baxıldıqda solda.

45. AR-nın Dövlət bayrağı AR-nın diplomatik nümayəndəlikləri və konsulluqlarının binalan üzərində nəyə uyğun olaraq qaldırılır?

-Beynəlxalq hüquq normaları;

-Diplomatik protokol qaydaları.

46. Bu Qanun nə zaman qüvvəyə minib?

-Bakı şəhəri, 8 iyun 2004-cü il və

dərc edildiyi gündən qüvvəyə minir.

47. Bu Qanun qüvvəyə mindiyi gündən:

– 1991-ci il 5 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Əsasnamənin 3-cü, 4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

48.Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

-NK

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

  1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin.
  2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin.
  3. “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938—1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5—6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 5 fevral 1991-ci il.

№ 17—XII.

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında

ƏSASNAMƏ

1. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə nə vaxt qəbul olunub?

-5 fevral 1991-ci il.

2. Azərbaycan Respublikasının Dövlət bayrağı nəyin rəmzidir?

– Azərbaycan dövlətinin suverenliyinin.

3. Azərbaycan Respublikasının Dövlət bayrağı necə olmalıdır?

Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.

4. Bayrağın eninin uzununa nisbəti neçə olmalıdır?

-1:2-dir.

5. Aypara və səkkizguşəli ulduz təsviri bayraqda harda olmalıdır?

– Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.

6. Ayparanın təsviri necə olmalıdır?

-konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.

7.Səkkizguşəli ulduzun təsviri necə olmalıdır?

Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

8.Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidirmi?

-Bəli

Dövlət sirri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

1.Bu Qanun nəyi tənzimləyir?

– Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri

 

2.Dövlət sirri nədir?
– dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;

3.Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları nələrdir?

 – dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir;

4.Dövlət sirrinin mühafizəsi sistemi dedikdə nə başa düşülür?

 – dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;

5.Dövlət sirri ilə işləməyə buraxılma :

– vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydasıdır;

6.Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma:

 – səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır;

7.Məxfilik qrifi :

– məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlərdir;

8.İnformasiyam mühafizə vasitələri:

 – dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir;

9.Dövlət sirri təşkil edən məlumatların siyahısı:

 – müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirildiyi məlumat qruplarının məcmusudur.

 

 

10.Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi hansı normativ hüquqi aktlarından ibarətdir?

– Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından

 

 

11.Bu Qanunun müddəaları Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatları, dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirmək öhdəliyi götürmüş və ya statusuna görə buna borclu olan Azərbaycan Respublikasının vəzifəli şəxsləri və vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən:

– hökmən icra edilməlidir.

12.Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, digər dövlətlər tərəfindən Azərbaycan Respublikasına verilmiş dövlət sirri təşkil edən məlumatlar:

-bu Qanuna müvafiq mühafizə edilir.

 

 

13.Azərbaycan Respublikası Milli Məclisinin məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində vəzifələri aşağıdakılardır:

-dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının həyata keçirilməsi üzrə dövlət büdcəsindən yönəldilən vəsaitə baxır;

-dövlət sirrinin mühafizəsi üzrə Milli Məclis Aparatının vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir.

14. Azərbaycan Respublikasının Prezidenti məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:

-dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarmı təsdiq edir;

-dövlət sirrinin mühafizəsi üzrə müvafiq icra hakimiyyəti orqanının tərkibini, strukturunu və əsasnaməsini təsdiq edir;

-dövlət sirrinə aid edilən məlumatların siyahısını təsdiq edir;

-dövlət sirri təşkil edən məlumatların birgə istifadəsi və mühafizəsi
haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini bağlayır;

-PA-nın vəzifəli şəxslərinin dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərini müəyyən edir;

-öz səlahiyyətləri daxilində məlumatların dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması və mühafizəsi ilə əlaqədar yaranmış digər məsələləri həll edir.

15.NK məlumatların dövlət sirrinə aid
edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:

-bu Qanunun icrasını təşkil edir;

-dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının işlənib
hazırlanmasını və yerinə yetirilməsini təşkil edir;

-beynəlxalq müqavilələrin bağlanması haqqında müvafiq təkliflər verir, dövlət sirri təşkil edən məlumatların birgə istifadəsi və mühafizəsi haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin yerinə yetirilməsi üzrə tədbirlər görür, dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsinin mümkünlüyü barədə qərar qəbul edir; [1]

-öz səlahiyyətləri daxilində məlumatların dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması və mühafizəsi ilə əlaqədar yaranmış digər məsələləri həll edir. [2]

16.Dövlət sirrini mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətdə Azərbaycan Respublikasının nazirlikləri, komitələri və digər mərkəzi icra hakimiyyəti orqanlarının məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:

-digər dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, müəssisə, idarə və təşkilatlar tərəfindən onlara verilmiş dövlət sirri təşkil edən məlumatların, həmçinin onlar tərəfindən məxfiləşdirilmiş məlumatların mühafizəsini təmin edirlər;

-onların tabeliyində olan müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq təmin edirlər;

-dövlət sirri ilə işləməyə buraxılan vətəndaşlar barədə öz səlahiyyətləri daxilində yoxlama tədbirlərinin keçirilməsini təmin edirlər;

-dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılan və ya buraxılmış şəxslərin hüquqlarının məhdudlaşdırılması üzrə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər; [3]

-dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair müvafiq dövlət hakimiyyəti orqanlarına təkliflər verirlər.

17.Məhkəmə hakimiyyəti orqanlarının məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri aşağıdakılardır:

-dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması üzrə işlərə baxırlar;

-göstərilən işlərə baxılması prosesində dövlət sirrinin mühafizəsini təmin edirlər;

-məhkəmə hakimiyyəti orqanlarında vəzifəli şəxslərin dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərini müəyyən edirlər.

 

 

18.Hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:

-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;

-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;

-silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında;

-milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;

-qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında;

-Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi
əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.

19.İqtisadi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:

-Azərbaycan Respublikasının və onun ayrı-ayrı bölgələrinin mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu, silah və hərbi texnikanın istehsalı və təmiri üzrə sənayenin səfərbərlik gücü, hərbi sahədə istifadə edilən xammal və materialların strateji növlərinin göndərilməsi həcmi, ehtiyatları, həmçinin dövlət material ehtiyatlarının yerləşdirilməsi, faktik həcmi və istifadəsi haqqında;

-Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin olunması məqsədilə onun infrastrukturundan istifadə olunması haqqında;

-mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlətin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulan nəqliyyat və rabitənin fəaliyyəti haqqında;

-dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların kooperasiya üzrə əlaqələri haqqında;

-dövlətin təhlükəsizliyinə təsir edən mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında;

-siyahısı qanunvericiliklə müəyyənləşdirilən strateji növlü faydalı qazıntıların ehtiyatlarının, istehsalının, idxalı və ixracının, satışının həcmi, dövlət ehtiyatlan haqqında, pul əskinaslarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin dövlətin maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında.

20.Xarici siyasət sahəsində aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:

-Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti haqqında, əgər onların vaxtından əvvəl açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə;

-Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında, əgər onların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə.

21.Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlar:

-kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;

-kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında;

-dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatlan açıqlayırsa;

-şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında;

-məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında;

-dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında;

-Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında;

-Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında;

-dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında.

 

 

22.  Məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi – dövlət sirri təşkil edən məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa bu Qanunla nəzərdə tutulmuş qaydada:

-məhdudiyyətlərin qoyulmasıdır.

23.Məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi hansı prinsiplər ilə tənzimlənir?

-qanunilik, əsaslılıq və vaxtında həyata keçirilməsi prinsipləri ilə tənzimlənir.

24.  Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin qanuniliyi dövlət sirrinə aid edilən və məxfiləşdirilən məlumatların :

-bu Qanunun 5-ci və 7-ci maddələrinin müddəalarına və Azərbaycan Respublikasının dövlət sirri haqqında qanunvericiliyinə müvafiqliyidir.

25.  Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin əsaslılığı :

– dövlətin, cəmiyyətin və vətəndaşların həyati maraqlarının balansı nəzərə alınmaqla, konkret məlumatın dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin mümkün iqtisadi, siyasi, hərbi və digər nəticələrinin ekspertlər tərəfindən qiymətləndirilməsi yolu ilə məqsədəuyğunluğunun müəyyənləşdirilməsidir.

26.Məlumatların vaxtında dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi :

– bu məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa qabaqcadan və ya onların əldə edildiyi (hazırlandığı) andan məhdudiyyət qoyulmasıdır.

27.Məlumatların dövlət sirrinə aid edilməsi qaydalarını kim müəyyən edir?

– Azərbaycan Respublikasının Prezidenti

 

28.Hansı məlumatlar dövlət sirrinə aid edilmir və məxfiləşdirilmir:

-insanların həyat və sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və nəticələri haqqında;

-ekologiya, səhiyyə, sanitariya, demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;

-dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, müəssisə, idarə və təşkilatlara verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;

– insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması faktları haqqında;

-Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin səhhəti haqqında;

-dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin pozulması faktları haqqında.

 

29.Dövlət sirri təşkil edən məlumatların məxfilik dərəcəsi:

– bu məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula bilən ziyanın ağırlıq dərəcəsinə uyğun gəlməlidir.

30.Dövlət sirri təşkil edən məlumatların üç məxfilik dərəcəsi və müvafiq olaraq, bu məlumatların daşıyıcıları üçün üç məxfilik qrifi müəyyənləşdirilir:

-“xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi”.

 

31.  Məlumatlar onların sahə, idarə və ya məqsədli proqram mənsubiyyətinə, habelə bu Qanuna uyğun olaraq :

-dövlət sirrinə aid edilir.

32.  Məlumatların məxfiləşdirilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya bu Qanunla müəyyən olunmuş dövlət sirri təşkil edən məlumatlar siyahısına və məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi prinsipinə uyğun olaraq, habelə dövlət hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla:

-dövlət sirrinə aid edilən məlumatların siyahısını tərtib edir.

33.Siyahıda həmin məlumatlar:

– barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları göstərilir.

34.Siyahı :

– Azərbaycan Respublikasının Prezidenti qərarı ilə dərc edilir və zəruri hallarda siyahıya yenidən baxılır.

35.  Dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları:

-dövlət sirrinə aid edilən məlumatlar siyahısına uyğun olaraq məxfiləşdirilməli məlumatların geniş siyahılarını tərtib edir və bu siyahılara daxil edilmiş məlumatların məxfilik dərəcələrini müəyyənləşdirir.

36.  Silah və hərbi texnika nümunələrinin hazırlanmasına və modernləşdirilməsinə dair məqsədli proqramlar, elmi tədqiqat və təcrübi-konstruktor işləri çərçivəsində işlərin sifarişçilərinin qərarı ilə məxfiləşdirilməli məlumatların:

ayrıca siyahıları tərtib edilə bilər.

37. Bu siyahıları kimlər təsdiq edirlər?

– müvafiq dövlət hakimiyyəti orqanlarının rəhbərləri

38. Siyahıların məxfiləşdirilməsinin məqsədəuyğunluğu:

-onların məzmunu ilə müəyyənləşdirilir.

 

39. Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların idarəetmə, istehsal, elmi və başqa fəaliyyəti nəticəsində əldə edilmiş (hazırlanmış) məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi üçün əsas:

– onların həmin orqan, müəssisə, idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısına uyğun gəlməsidir.

40.Bu məlumatlar məxfiləşdirilərkən onların daşıyıcılarına müvafiq nə verilir?

– məxfilik qrifi

41. Əldə edilmiş (hazırlanmış) məlumatların qüvvədə olan siyahıdakı məlumatlarla eyniləşdirilməsi mümkün olmadıqda dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri əldə edilmiş (hazırlanmış) məlumatların ehtimal olunan məxfilik dərəcəsinə müvafiq surətdə ilkin qaydada məxfiləşdirilməsini təmin etməli və siyahını təsdiq etmiş dövlət hakimiyyəti orqanına həmin siyahıya əlavə (dəyişiklik) etmək haqqında neçə ay
ərzində təklif göndərməlidir?

– bir ay ərzində

42. Qüvvədə olan siyahını təsdiq etmiş dövlət hakimiyyəti orqanı daxil olmuş təkliflərin neçə ay ərzində ekspertizasını təşkil etməli və qüvvədə olan siyahıya əlavə (dəyişiklik) edilməsi və ya məlumatlara ilkin qaydada verilmiş məxfiliyin götürülməsi barədə qərar qəbul etməlidir?

– üç ay

43. Vətəndaşların, müəssisə, idarə və təşkilatların (bundan sonra “məlumat mülkiyyətçisi”) mülkiyyətində olan məlumat dövlət sirrinə aid edilən məlumatlar siyahısında sadalanmış olduqda bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada hansı qurum həmin məlumatın məxfiləşdirilməsi haqqında qərar qəbul edə bilər?

-dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı

44.Göstərilən məlumat nə əsasında məxfiləşdirilir?

– onun mülkiyyətçisinin və ya müvafiq dövlət hakimiyyəti orqanlarının təqdimatı

45. Məlumatın məxfiləşdirilməsi ilə əlaqədar onun mülkiyyətçisinə dəyən ziyanın əvəzi:

– məlumatın sərəncamına keçdiyi dövlət hakimiyyəti orqanı ilə məlumat mülkiyyətçisi arasında bağlanan müqavilədə müəyyənləşdirilmiş məbləğdə dövlət tərəfindən ödənilir. Müqavilədə məlumat mülkiyyətçisinin onu yaymayacağı haqqında öhdəliyi də nəzərdə tutulur.

46.Məlumat mülkiyyətçisi müqaviləni imzalamaqdan imtina etdikdə:

-ona dövlət sirri təşkil edən məlumatları icazəsiz yaymağa görə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barəsində xəbərdarlıq edilir.

47. Xarici təşkilatların və əcnəbilərin məlumat üzərində mülkiyyət hüququ məhdudlaşdırıla bilməz:

– bu şərtlə ki, həmin məlumatı onlar Azərbaycan Respublikasının qanunvericiliyini pozmadan əldə etmiş (hazırlamış) olsunlar.

 

48.Dövlət sirri təşkil edən məlumat daşıyıcılarına nə verilir?

– rekvizitlər

49. Rekvizitlərdə aşağıdakılar göstərilir:

-müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə, idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısının müvafiq bəndinə istinadla, daşıyıcıdakı məlumatların məxfilik dərəcəsi;

-daşıyıcını məxfiləşdirən dövlət hakimiyyəti orqanı, müəssisə, idarə, təşkilatın adı;

-qeydiyyat nömrəsi;

-məlumatların məxfiliyinin açılması tarixi və ya şərti, yaxud buna səbəb ola biləcək hadisə.

50.Bu rekvizitləri məlumat daşıyıcısında əks etdirmək mümkün olmadıqda:

– onlar daşıyıcıya qoşulan sənədlərdə göstərilir.

51.Daşıyıcı məxfilik dərəcəsi müxtəlif olan tərkib hissələrindən ibarətdirsə:

– onların hər birinə müvafiq məxfilik qrifi

52.Bütövlükdə daşıyıcıya isə:

– bu daşıyıcıda ən yüksək məxfilik dərəcəsi olan tərkib hissəsinin məxfilik qrifi verilir.

53.Bu Qanunun 12.1-ci maddəsində göstərilən rekvizitlərdən başqa, daşıyıcıya və (və ya) ona qoşulan sənədlərə vəzifəli şəxslərin onunla tanış olmaq səlahiyyəti barədə:

-əlavə qeydləri də qoyula bilər.

54.Belə qeydlərin növləri və qoyulması:

– bu Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması qaydası ilə müəyyənləşdirilir.

 

 

55.Məlumatların və məlumat daşıyıcılarının məxfiliyinin açılması dövlət sirri təşkil edən məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa:

-bu Qanunla nəzərdə tutulmuş qaydada qoyulmuş məhdudiyyətlərin götürülməsidir.

56.Məlumatların məxfiliyinin açılması üçün əsaslar aşağıdakılardır:

-məxfilik müddətinin bitməsi;

-Azərbaycan Respublikasında dövlət sirri təşkil edən məlumatların açıq mübadiləsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq öhdəliklər götürməsi;

-obyektiv halların dəyişməsi nəticəsində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin məqsədəuyğunluğunun aradan qalxması.

57.Dövlət sirri təşkil edən məlumatların məxfilik müddəti neçə ildən artıq olmamalıdır?

-30 ildən artıq

58. Bu müddət hansı qurumun rəyi ilə uzadıla bilər?

– Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın

59.Dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları vaxtaşırı, lakin neçə ildə azı bir dəfə dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumatların siyahılarına yenidən baxaraq məlumatların məxfiləşdirilməsinin əsaslılığını və onların əvvəllər müəyyənləşdirilmiş məxfilik dərəcəsinə uyğunluğunu yoxlamalıdırlar?

-5 ildə azı bir dəfə

60.Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısına dəyişiklik etmək hüququ :

-həmin siyahıları təsdiq edən dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə verilir.

61.Göstərilən rəhbərlərin məxfiləşdirilməli məlumatlar siyahısı üzrə qəbul etdikləri qərarlar dövlət sirrinə aid edilən məlumatlar siyahısına dəyişiklik edilməsi ilə bağlı olduqda belə qərarlar hansı qurum ilə razılaşdırılmalıdır?

– Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyası

62.Hansı orqanın bu qərarların icrasını dayandırmaq və onlara etiraz etmək hüququ vardır?

-Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya

63. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyi :

-onların məxfiləşdirildiyi zaman müəyyənləşdirilmiş müddətdə (bu Qanunun 13-cü maddəsində göstərilən hallar istisna olmaqla) götürülməlidir.

64. Müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə, idarə və təşkilatlarda məlumat daşıyıcıları məxfiləşdirilərkən əsas götürülmüş siyahının müddəaları dəyişərsə:

-daşıyıcıların məxfiliyi həmin müddət bitənədək açılmalıdır.

65. Müstəsna hallarda dövlət sirri təşkil edən məlumat daşıyıcılarının əvvəl müəyyənləşdirilmiş məxfilik müddətini uzatmaq hüququ:

-dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan müvafiq dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə verilir.

66.Belə qərarları həmin rəhbərlər müəyyənləşdirilmiş qaydada təyin etdikləri kimin rəyi əsasında qəbul edirlər?

– ekspert komissiyasının rəyi

67. Kimlərə onların tabeliyində olan vəzifəli şəxslərin əsassız məxfiləşdirdikləri məlumatların məxfiliyini açmaq səlahiyyəti verilir?

– Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərlərinə

68. Kimlərə fond yaradıcı təşkilat və ya onun hüquqi varisi tərəfindən həmin arxivlərin qapalı fondlarında mühafizə edilən dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyini açmaq səlahiyyəti verilə bilər?

– Azərbaycan Respublikası dövlət arxivlərinin rəhbərlərinə

69. Fondyaradıcı təşkilat ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin açılması qaydasına dair qərarı hansı qurum qəbul edir?

– Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya

70. Azərbaycan Respublikasının vətəndaşları, müəssisələri, idarələri, təşkilatları və dövlət hakimiyyəti orqanları məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğu ilə dövlət hakimiyyəti orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, o cümlədən dövlət arxivlərinə:

– müraciət edə bilərlər.

71.Bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan sorğunu almış dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat, o cümlədən dövlət arxivi sorğuya neçə ay ərzində baxıb mahiyyəti üzrə əsaslandırılmış cavab verməlidir?

– üç ay ərzində

72.Əgər dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat, o cümlədən dövlət arxivi sorğulanmış məlumatın məxfiliyini açmaq səlahiyyətinə malik deyilsə onda sorğunu vermiş vətəndaşa, müəssisəyə, idarəyə, təşkilata, dövlət hakimiyyəti orqanına …… verməklə sorğu daxil olduğu gündən ………………. bu cür səlahiyyəti olan dövlət orqanına, yaxud müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Bildiriş, ən geci bir ay müddətində

73. Vəzifəli şəxsin sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırması qüvvədə olan qanunvericiliyə müvafiq olaraq hansı məsuliyyətə səbəb olur?

– inzibati və ya intizam

74. Hansı dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar dövlət sirri təşkil edən məlumatları bir-birinə bu Qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə verirlər?

– Tabelik münasibətlərində olmayan və birgə işlər aparmayan

75. Dövlət sirri təşkil edən məlumatları sorğulayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar onların mühafizəsini təmin edən şəraiti yaratmağa:

borcludurlar.

76.Onların rəhbərləri dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması üzrə müəyyənləşdirilmiş qaydalara əməl olunmamasına görə:

fərdi məsuliyyət daşıyırlar.

77. Dövlət sirri təşkil edən məlumatların müəssisə, idarə və təşkilatlara verilməsinin məcburi şərti:

– onların bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirməsidir.

 

78.Dövlət sirri təşkil edən məlumatları:

– birgə və başqa işlərin görülməsi ilə əlaqədar müəssisə, idarə, təşkilatlara və ya vətəndaşlara bu işlərin sifarişçisi, bu Qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə, yalnız həmin işlərin görülməsi üçün zəruri olan həcmdə verir.

79.Dövlət sirri təşkil edən məlumatları verənədək sifarişçi:

– müəssisə, idarə və ya təşkilatda dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün icazənin, vətəndaşlarda isə müvafiq buraxılışın olduğunu yəqin etməlidir.

80.Müəssisə, idarə və ya təşkilatlar birgə və başqa işlər gördükdə (dövlət sifarişləri aldıqda) və bununla əlaqədar dövlət sirri təşkil edən məlumatlardan istifadə zərurəti yarandıqda, onlar dövlət müəssisələrinin, idarələrinin və ya təşkilatlarının dövlət sirrini mühafizə üzrə struktur bölmələrinin xidmətlərindən istifadə barəsində həmin müəssisə, idarə və ya təşkilatlar ilə nə bağlaya bilərlər?

– müqavilələr

81.Razılığa gələn hər iki tərəfin dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün nə müqavilədə göstərilməlidir?

– icazələrinin nömrəsi və etibarlılıq müddəti

82. Birgə və başqa işlərin görülməsinə dair qanunla müəyyənləşdirilmiş qaydada bağlanan müqavilədə:

– tərəflərin, həm işlərin görülməsi prosesində, həm də işlər başa çatdıqdan sonra dövlət sirri təşkil edən məlumatların mühafizəsini təmin etmək barəsində qarşılıqlı öhdəlikləri, habelə dövlət sirri təşkil edən məlumatların mühafizəsi ilə bağlı işlərin (xidmətlərin) maliyyələşdirilməsi şərtləri nəzərdə tutulur.

83. Birgə və başqa işlər görülərkən dövlət sirrinin etibarlı mühafizəsinə nəzarətin təşkili:

-tərəflərin bağladığı müqavilənin müddəalarına uyğun olaraq bu işlərin sifarişçisinə həvalə edilir.

84. Birgə və başqa işlərin gedişində icraçı dövlət sirrinin mühafizəsi ilə əlaqədar götürdüyü öhdəlikləri pozduqda:

– sifarişçi sifarişin yerinə yetirilməsini pozuntular aradan qaldırılanadək dayandıra bilər.

85.Təkrar pozuntu törədildikdə :

– sifarişçi dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işlər görülməsi üçün sifarişin və dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin ləğv edilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb olunması məsələsini qaldıra bilər.

86. Bu halda icraçının sifarişçi qismində dövlətə vurduğu maddi zərərin əvəzi hansı surətdə ödənilməlidir?

– qüvvədə olan qanunvericiliyə müvafiq surətdə

87.Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi haqqında qərarı…….. belə məlumatların verilməsinin mümkünlüyü haqqında ………… ekspert rəyi olduqda qəbul edir.

– NK, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın

88.Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydasını ……….. müəyyən edir.

– NK

89.Qəbul edən tərəfin ona verilən məlumatların mühafizəsi üzrə öhdəlikləri:

– onunla bağlanmış beynəlxalq müqavilədə nəzərdə tutulur.

90. Dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar ləğv edildikdə, təşkilati-hüquqi forması və mülkiyyət növü dəyişdikdə və ya dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda malik olduqları məlumatların və onların daşıyıcılarının mühafizəsini təmin etmək üçün :

-tədbirlər görülməlidir.

91.Bu zaman dövlət sirri təşkil edən məlumat daşıyıcıları müəyyənləşdirilmiş qaydada məhv edilir, arxivə və ya aşağıdakılardan birinə verilir:

-dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın hüquqi varisinin göstərilən məlumatlardan istifadə etməklə iş görmək icazəsi varsa, hüquqi varisə;

-bu Qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanına;

-Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya göstərişi ilə başqa dövlət hakimiyyəti orqanına, müəssisə, idarə və ya təşkilata.

 

92.       Dövlət sirrini mühafizə orqanlarına aşağıdakılar aiddir:

– müvafiq mərkəzi icra hakimiyyəti orqanları;

-dövlət hakimiyyəti orqanları, müəssisə, idarə, təşkilatlar və onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri.

-Bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan orqanlar və onların yerlərdəki orqanları dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara həvalə olunmuş funksiyalara müvafiq surətdə təşkil və təmin edirlər.

-Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili üçün məsuliyyət onların rəhbərlərinin üzərinə qoyulur.

-Dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərin həcmindən asılı olaraq dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri NK təsdiq etdiyi normativ hüquqi sənədlərə uyğun olaraq dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri yaradır və görülən işlərin xüsusiyyətlərini nəzərə almaqla onların funksiyalarını müəyyənləşdirirlər.

-Dövlət sirrinin mühafizəsi dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların əsas fəaliyyət istiqamətlərindən biridir.

 

93.Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması:

– könüllülük qaydasında həyata keçirilir.

94. Dövlət sirri ilə işləməyə, bir qayda olaraq:

-Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.

95.Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması….. müəyyənləşdirdiyi qaydada həyata keçirilir?

– NK-nın

96. Vəzifəli şəxsin və vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması aşağıdakıları nəzərdə tutur:

-ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında öhdəlik götürməsini; [5]

-dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış olmasını;

-bu Qanunun 25-ci maddəsində nəzərdə tutulan qismən və müvəqqəti məhdudiyyətlərə  yazılı razılıq verilməsini; [6]

-onun barəsində səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməsini;

-dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri tərəfindən dövlət sirri ilə işləməyə buraxılma haqqında qərar qəbul edilməsini. [7]

97. Yoxlama tədbirlərinin həcmi:

-dövlət sirri ilə işləməyə buraxılan şəxsin işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır.

98.Yoxlama tədbirləri:

-Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

99.Yoxlama tədbirlərinin keçirilməsində məqsəd:

– bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsasların olub-olmamasının müəyyənləşdirilməsidir. 

100. Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri:

– prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda DTX tərəfindən həyata keçirilir.

101. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası :

-yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir

102. Vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi:

-onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur.

103.Kimin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir?

– Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin

104.Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılmasının dövlət sirri təşkil edən məlumatların məxfilik dərəcələrinə uyğun üç forması müəyyən edilir:

– xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılma.

105. Vəzifəli şəxslərin və vətəndaşların məxfilik dərəcəsi daha yüksək olan məlumatlarla işləməyə buraxılışının olması:

– onların məxfilik dərəcəsi daha aşağı olan məlumatlarla işləməyə buraxılmasına əsas verir.

106. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydası hansı orqan tərəfindən təsdiq edilir?

– NK

107. Hərbi və fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydası kim  tərəfindən dəyişdirilə bilər?

– Azərbaycan Respublikasının Prezidenti

 

109.Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən vəzifəyə təyin edilmiş şəxslər, öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə:

bu Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.

 

110.Bu Qanunun 22.1-ci maddəsində göstərilən şəxslər, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, dövlət sirrinin yayılmasına görə məsuliyyətə:

-ümumi əsaslarla cəlb edilirlər.

 

111.Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

-məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;ƏN

-Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsi və ya götürülməsindən asılı olmayaraq);DİN

-bu Qanunun 23.1.2-ci maddəsində göstərilən cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulması və ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);DİN

-NK müəyyənləşdirdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;SN

-xarici ölkədə daimi yaşaması;DİN

-Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi və ya barəsində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin müddəalarının tətbiqi ilə bağlı icraata başlanılması;DMX və XİN

-yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması;DTX

-yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.

112.Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi barədə qərarı dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri:

– yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla, fərdi qaydada qəbul edir.

113.Vəzifəli şəxsin və ya vətəndaşın həmin qərardan şikayət vermək:

-hüququ vardır.

114. Dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər hansı vəzifəli şəxs və ya vətəndaşların mərkəzləşdirilmiş uçotunun aparılması və məlumat bazasının yaradılması hansı müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir?

-ƏN,DİN,SN,DMX,XİN,DTX

115. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və ya təşkilat rəhbərinin qərarı ilə aşağıdakı hallarda xitam verilir:

-təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə;

-əmək müqaviləsinə əsasən dövlət sirrinin mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozduqda;

-bu Qanunun 23.1-ci maddəsinə uyğun olaraq vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina üçün əsas verən hallar yarandıqda.

116.Dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri təşkil edən məlumatları yaymamaq haqqında götürdüyü öhdəliklərdən:

-azad etmir.

 

117. Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqları müvəqqəti məhdudlaşdırıla bilər. Məhdudiyyətlər aşağıdakılara aid ola bilər:

-dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququna;

-dövlət sirri təşkil edən məlumatları yaymaq və bu cür məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə etmək hüququna;

-dövlət sirri ilə işləməyə buraxılmasının rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) ilə əlaqədar yoxlama tədbirlərinin keçirildiyi müddətdə şəxsi toxunulmazlıq hüququna.

118.Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının təşkili:

– müvafiq dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri, habelə onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri tərəfindən həyata keçirilir.

119.Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması qaydaları hansı orqan tərəfindən müəyyən edilir?

– NK

120.  Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və ya təşkilatların rəhbərləri:

-vəzifəli şəxsin və ya vətəndaşın, yalnız öz vəzifə borcunu yerinə yetirməsi üçün zəruri olan dövlət sirri təşkil edən məlumatlarla və yalnız lazımi həcmdə tanış olması üçün müvafiq şəraitin yaradılmasına görə fərdi məsuliyyət daşıyırlar.

 

121.  Müəssisə, idarə və təşkilatlar:

– müvafiq məxfilik dərəcəsi olan məlumatlarla işləmək üçün NK müəyyənləşdirdiyi qaydada icazə aldıqdan sonra dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılırlar.

122.Bu işlərin görülməsi üçün icazələr :

-müəssisə, idarə və təşkilatın xüsusi ekspertizasının və onların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün məsul rəhbərlərinin dövlət attestasiyasının nəticələri əsasında verilir.

123. Ekspertizanın keçirilməsi və icazənin verilməsi ilə bağlı xərclər:

-həmin müəssisə, idarə və təşkilatların hesabına ödənilir.

124.Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi üçün müəssisə, idarə və təşkilatlara icazə onların aşağıdakı şərtləri yerinə yetirdiyi hallarda verilir:

-dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin olunmasına dair NK təsdiq etdiyi normativ hüquqi sənədlərin tələblərini yerinə yetirdikdə;

-onların strukturlarında dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri və məlumatın mühafizə işi üçün xüsusi hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirrinin mühafizəsinin təmin olunmasına kifayət edən əməkdaşları olduqda;

-onların sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri olduqda.

 

125. İnformasiyanı mühafizə vasitələrinə onların müvafiq məxfilik dərəcəsi olan məlumatların mühafizəsi tələblərinə uyğunluğunu təsdiq edən nə verilməlidir?

– sertifikat

126. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması hansı orqan tərəfindən təşkil edilir?

– DTX

127. Dövlət hakimiyyəti orqanlarının, büdcə müəssisələrinin, idarələrinin, təşkilatlarının və onların struktur bölmələrinin dövlət sirrinin mühafizəsi üzrə fəaliyyəti:

müvafiq büdcələrin vəsaiti hesabına,

128.Qalan müəssisə, idarə və təşkilatların fəaliyyəti isə:

-onların dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işləri görərkən əsas fəaliyyətdən götürdükləri vəsait hesabına maliyyələşdirilir.

129. Dövlət sirrinin mühafizəsinə dair dövlət proqramlarının maliyyələşdirilməsi üçün vəsait :

-Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulur.

130. Dövlət sirrinin mühafizəsi tədbirlərinin görülməsi üçün ayrılan vəsaitin xərclənməsinə nəzarəti :

-dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, işlərin sifarişçiləri, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xüsusi səlahiyyət verilmiş vəzifəli şəxsləri həyata keçirirlər.

 

131. Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan hüquqi şəxslər, vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq:

-məsuliyyət daşıyırlar

132. Müvafiq dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri məlumatların qeyri-qanuni yayılması üzrə qərar qəbul edərkən :

-qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi haqqında ekspert rəyinə əsaslanırlar.

133. Ekspert rəyinin hazırlanması və təsdiqi qaydası hansı orqan tərəfindən müəyyən edilir?

– NK

134. Dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi hallarda məlumatların yayılması faktı üzrə materiallara hansı orqan tərəfindən baxılır və rəy verilir?

– Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya

135. Vətəndaşların, dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisə, idarə və təşkilatların bu Qanunla bağlı qanuni maraqlarının və hüquqlarının qorunması, mübahisələrə baxılması hansı qaydada həyata keçirilir?

– məhkəmə qaydasında və ya qanunvericiliklə müəyyən edilmiş qaydada

 

136.Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada səlahiyyətləri daxilində kim həyata keçirir?

– Azərbaycan Respublikasının Prezidenti

137. Dövlət sirrinin yayılmasının qarşısının alınması hansı orqanın müəyyən etdiyi qaydada həyata keçirilir?

– NK

 

138. Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarəti hansı orqan həyata keçirir?

– DTX

139. Bu Qanunla müəyyən olunmuş qaydada dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik dövlət hakimiyyəti orqanları:

-tabeliklərində olan müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarə nəzarətini həyata keçirir.

140. Azərbaycan Respublikasının PA və NK və Azərbaycan Respublikası Milli Məclisinin Aparatlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarəti:

-onların rəhbərləri tərəfindən təşkil edilir.

141.Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarəti:

-bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.

142. İdarələrarası nəzarətin həyata keçirilməsi qaydalarını hansı orqan tərəfindən müəyyən edilir?

– NK

 

143. Dövlət sirri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU nə vaxt təsdiq edilmişdir?

7 sentyabr 2004-cü il      № 733-IIQ

 

 

İnzibati icraat haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2005-ci il

№ 1036-IIQ

 

1.Bu Qanunun məqsədi nədən ibarətdir?

– inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

 

2.Bu Qanun nəyi müəyyən edir?

– inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını

3.Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunurmu?

-Bəli

 

4. İnzibati orqan dedikdə nə başa düşülür:

– Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;( Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları)

5.İnzibati akt dedikdə nə başa düşülür:

– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

6.Maraqlı şəxs kimdir?

– inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı1. inzibati orqana müraciət etmiş və ya 2.barəsində inzibati akt qəbul edilmiş və ya 3. müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyiöz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;

7. Ərizə nədir?

– maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti;

8.İnzibati şikayət nədir?

– hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti;

9. İnzibati icraat nədir?

– 1.fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya 2.inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;

10. Diskresion səlahiyyətlər dedikdə nə başa düşülür?

– qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;

11.Qarşılıqlı etimad nədir?

– inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;

12.Aralıq inzibati akt nədir?

– konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt;

13.Əlverişli inzibati akt nədir?

– maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;

14.Əlverişsiz (yükləyici) inzibati akt nədir?

– maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.

 

 

15. Bu Qanunun müddəaları hansı orqanların fəaliyyətinə şamil olunur?

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş

16. Bu Qanun inzibati orqanların hansı işlər üzrə fəaliyyətinə şamil olunmur?

-cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə;

-inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

17. Hansı qanunlar ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər?

– Azərbaycan Respublikasının xüsusi qanunları

 

 

18. İnzibati orqanlar hansı işlər üzrə inzibati icraatı həyata keçirirlər?

– qanunla onların səlahiyyətinə aid edilmiş

19. İnzibati orqan borcludur?

– müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə

20.İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr necə həll edilir?

-müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.

 

21. İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə:

– borcludur.

22. İnzibati orqan, hansı hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir?

  hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;

-hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda;

-hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olduqda;

-hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.

-başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə;

-həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə.

23.Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, neçə günədək uzadıla bilər?

-15 günədək

24. Subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi :

-qarşılıqlı hüquqi yardım sayılmır.

 

 

25. İnzibati orqan hüquqi yardım üçün hansı hallarda müraciət edə bilər?

-hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda;

-müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda;

-müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda;

-müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda.

 

 

26. İnzibati orqan hansı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər?

– hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;

-hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda;

-hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olduqda;

-hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.

27. İnzibati orqan hansı hallarda hüquqi yardım göstərməyə borclu deyildir?

-başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə;

-həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə.

28. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda:

– ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən üç gün müddətində bu barədə yazılı məlumat verməlidir.

29. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə:

-nəzarət funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciət edə bilər.

30.Yuxarı inzibati orqan tərəfindən həmin məsələyə neçə gün müddətində baxılır və qəti qərar qəbul edilir?

5 gün

31. Hüquqi yardımdan imtina əsassız hesab edildikdə:

– yuxarı inzibati orqan belə yardımın dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciət olunmuş inzibati orqana müvafiq tapşırıq verir.

 

32.Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərclər neçə manatdan yuxarı olduqda, həmin xərcləri ödəməlidir?

– iyirmi iki manatdan

33.İnzibati orqan hansı sənədlərin surətini təsdiq edə bilər?

– özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin

34. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin təsdiqlənmiş surətləri:

– rəsmi qüvvəyə malikdir.

35. Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına :

-yol verilmir.

36. Sənəd təsdiq edilərkən hansı məlumatları əks etdirən vərəq tərtib olunmalıdır:

-sənədin dəqiq adı;

-sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd;

-sənədin təsdiq olunduğu tarix və yer;

-məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü.

37. Sənədin təsdiq olunmuş surətinin hər səhifəsi :

-vəzifəli şəxs tərəfindən imza edilməli və möhür vurulmalıdır.

38. İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı:

– müvafiq inzibati orqanda müəyyən edilmiş qaydada qeydə alınmalıdır.

 

 

39. Azərbaycan Respublikasında inzibati icraat necə həyata keçirilir?

– Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında

40. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri:

– inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.

41. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər:

– digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz.

 

 

42. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə:

– borcludurlar.

43. İnzibati orqanlar nə zaman şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər?

– yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada

 

44. Hamı qanun və inzibati orqan qarşısında :

-bərabərdir.

45. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə :

-müxtəlif qərarların qəbul edilməsi qadağandır.

46. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə:

-eyni cür qərarların qəbul edilməsi qadağandır.

47. İnzibati orqan diskresion səlahiyyətləri necə həyata keçirməyə borcludur?

– eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

 

48.İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı nə ilə qorunur?

– qanunla

49. İnzibati orqan mövcud inzibati praktikaya uyğun:

– hərəkət etməyə borcludur.

50.Hansı hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər?

– Yalnız ictimai maraqların tələb etdiyi hallarda

51.Yeni inzibati praktika:

– davamlı olmalı və ümumi xarakter daşımalıdır.

52. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı nə ilə qorunur?

– qanunla

53. İnzibati orqanların hansı vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir?

– Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Bu Qanunun 63-cü (Maddə 63. İnzibati aktda olan aşkar səhvlərin düzəldilməsi) və 67 (Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması), Maddə 68 Qanuni inzibati aktın ləğv olunması)69-cu maddələri( İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi ) də təminatlara şamil olunur.

54. Fiziki və ya hüquqi şəxslərin etimadı nəyə əsaslana bilməz?

– qanunsuz hərəkətlərə

 

 

55. İnzibati orqan diskresion səlahiyyətlərini :

-qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.

56. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar:

– həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.

57. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı:

– fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

 

58. Hansı hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır?

– Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş

59. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən :

-müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

60. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə hansı səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz?

– yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə

 

61. Fiziki və ya hüquqi şəxsə münasibətdə:

– hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

62.Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs:

– diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

 

 

63.Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər:

– inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

  

64. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini:

– tələb edə bilməz.

65. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr:

– onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir.

 

 

66. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə:

– mötəbər hesab olunur.

67. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması:

– qadağandır.

68.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda:

-inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

 

69.Kimin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır?

-Hər bir şəxsin

70. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa:

– inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.

 

71. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa:

– inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.

72. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa:

– inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

73. İnzibati orqan hansı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər:

-maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;

-ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;

-dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda;

-ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda;

-barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;

-inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

74.İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə :

-borcludurlar.

75. İşin nəticəsində marağı olan vəzifəli şəxs :

-inzibati icraatda iştirak edə bilməz.

 

76. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə :

-yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur

77. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan:

– ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur.

 

78. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları:

– hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

79. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından:

– imtina edə bilməz.

80. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması :

-inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.

81.Araşdırmanın üsulu və həcmi :

-inzibati orqan tərəfindən müəyyən edilir.

82.İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla :

-bağlı deyildir.

83. Təqdim olunmuş sübutlar yetərli olmadıqda:

– inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

84. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri:

 işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

 

85. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla:

-maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

86. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa:

– inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər.

87. İnzibati orqan müraciət daxil olduğu gündən neçə gün müddətində müvafiq məlumatları verməlidir?

-3 gün

88. İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən maraqlı şəxslərin ziyanına:

– istifadə edə bilməz.

89. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün təqdim edilməsindən imtina olunduğu hallarda:

– inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün qədər dolğun məlumat verməyə borcludur.

90.Kimlər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər?

– Maraqlı şəxslər

91. Müstəsna hallarda maraqlı şəxslər:

yazılı müraciət əsasında, inzibati icraat materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyində tanış ola bilərlər.

92.Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək:

– hüququ vardır.

93. Sənədlərin və digər materialların surətlərinin çıxarılması və poçt rabitəsi ilə göndərilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada:

– haqq müəyyən oluna bilər.

 

94.Kim məzmununda onun ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını inzibati orqandan tələb etmək hüququna malikdir?

– Ərizəçi

 

95. İnzibati icraat:

– Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.

96. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə :

-tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.

97. İnzibati icraatda iştirak edən şəxslərə sənədlər və məlumatlar:

– icraatın aparıldığı dildə verilir.

 

 

98. İnzibati icraatın başlanılması üçün əsaslar hansılardır?

-fiziki və ya hüquqi şəxsin ərizəsi;

-inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;

-inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.

99.Hansı hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır?

–  fiziki və ya hüquqi şəxsin ərizəsi;  inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.

100.Hansı hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır?

– inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;

101.Hansı əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır?

–  fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;

102. Hansı əsaslar üzrə inzibati icraat bu Qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir?

inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.

 

103. Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana:

-şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.

104. Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada:

– yazılı formada təqdim olunur.

 

105.Ərizə hansı formada tərtib olunmalıdır?

-yazılı

106. Ərizədə hansı məlumatlar göstərilməlidir:

-ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;

– ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;

-ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;

-tələbin qısa məzmunu;

-ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;

-hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;

-ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

107. Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə:

– qoşma kimi əlavə olunur.

108. Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə:

– inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.

109. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni:

– qəbul etməli və həmin gün qeydiyyata almalıdır.

110. İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci neçə gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur?

– üç gün

111. İnzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə:

– borcludur.

 

112. İnzibati orqan üç gün müddətində ərizənin hansı tələblərə uyğunluğunu yoxlayır?

– ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar; ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı; tələbin qısa məzmunu; ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası; hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü; ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

113. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan:

– əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.

114. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə:

– hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

115. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət neçə gündən çox olmamalıdır?

-15 gündən

116. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, 15 gündən çox olmayan müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda:

– ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır.

117. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan :

-müddətin axımı bərpa olunur.

118. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda:

– ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.

119. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə :

-6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.

120. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa:

-ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir.

121. Hansı hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır?

-Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.

 

122. Ərizə səlahiyyətli inzibati orqan tərəfindən hansı hallarda baxılmamış saxlanıla bilər?

-Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

-həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

-bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda.

123. Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən hansı akt formasında qərar qəbul edilir?

– inzibati akt

124.Hansı nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqana yenidən ərizə ilə müraciət edilə bilər?

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

-ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;

-ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;

-ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;

-tələbin qısa məzmunu;

-ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;

-hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;

-ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

-Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə olunur.

– Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.

İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.

125. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı hansı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər?

inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə;

-maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda;

-inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda.Yuxarıda nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək yuxarıda nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

126. Ərizə neçə ay müddətində təqdim olunmalıdır?

-3 ay. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır.

127. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar harada qeyd olunmalıdır?

– ərizədə .Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.

 

128. Hansı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar:

-inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan;

-barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər;

-inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər.

129. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər:

– ərizə ilə müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.

130. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda:

– inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.

131. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda:

– inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.

132. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər:

– icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər.

133.İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda:

– icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.

134. İnzibati icraatda nə tətbiq edilir?

– maddi hüququn hüquqi varisliklə bağlı müddəaları.

136.İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların:

-hüquqi varislik qaydasında keçməsinə yol verilmir.

 

 

137. Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda:

-şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər.

138. Şəxsin inzibati icraatda şəxsən iştirakı :

-onu həmin iş üzrə nümayəndə ilə təmsil olunmaq hüququndan məhrum etmir.

139. Nümayəndənin səlahiyyətləri nə ilə təsdiq olunur?

– Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə.

140.Nümayəndə :

-təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir.

141. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsləri inzibati icraatda:

– onların qanuni nümayəndələri təmsil edirlər.

142.Qanuni nümayəndələr:

– inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.

143. Qanuni nümayəndələr icraatda iştirak etməyi nümayəndə qismində seçdikləri başqa şəxsə :

-tapşıra bilərlər.

144. Nümayəndə təmsil etdiyi şəxsin maraqlarını :

-vicdanla müdafiə etməyə borcludur.

145. İnzibati orqan inzibati icraatda :

-həmin orqanın rəhbəri, onun müavini və ya həmin orqanın rəhbəri tərəfindən təyin olunmuş digər vəzifəli şəxs vasitəsilə təmsil olunur.

146. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraatla bağlı bütün məsələlər üzrə :

-nümayəndəyə müraciət edir.

 

147. Kimin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından istifadə etmək hüququ vardır?

– Maraqlı şəxsin

148. İnzibati icraatda vəkil qismində:

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər.

 

149. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı xərclər :

-müvafiq inzibati orqanın hesabına ödənilir.

150. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı maraqlı şəxsin və ya onu təmsil edən nümayəndənin çəkdiyi xərclər, habelə nümayəndəlik haqqı:

– maraqlı şəxsin hesabına ödənilir.

151.İnzibati şikayət təmin olunduğu hallarda, icraatla bağlı xərclər:

– müvafiq inzibati orqanın hesabına ödənilir.

 

152. İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan maraqlı şəxs inzibati orqanın bu barədə onu xəbərdar etdiyi gündən üç gün müddətində Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq üçün nə təyin etməlidir?

– müvəkkil

153. İnzibati orqan maraqlı şəxs üçün nəzərdə tutulan bütün sənədləri həmin müvəkkilə göndərməyə:

– borcludur.

154.Şəxs İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan maraqlı şəxs inzibati orqanın bu barədə onu xəbərdar etdiyi gündən üç gün müddətində Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq üçün müvəkkil təyin etməlidir. Əgər etmədikdə , inzibati orqan:

– həmin şəxs tərəfindən sənədlərin alınmamasına görə məsuliyyət daşımır və bu, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati aktın etibarsız sayılması üçün əsas ola bilməz.

 

155.İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan:

– maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər.[9]

156.İnzibati orqan:

– ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir.

157. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri :

-inzibati orqana təqdim etməkdə haqlıdırlar.

158.İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini:

-əsaslandırmağa borcludur.

159. Ekspertiza inzibati orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş:

– müvafiq qurumların ekspertləri  tərəfindən keçirilir

160. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa ekspert:

– inzibati orqan tərəfindən təyin olunmuş müddət ərzində tədqiqat üzrə rəy təqdim etməyə borcludur.

161. İnzibati orqanın və ya maraqlı şəxsin tələb etdiyi hallarda ekspert :

rəylə bağlı əlavə izahat verməyə borcludur.

162. Mütəxəssis:

– inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır.

163. Lakin mütəxəssisin ifadə etdiyi fikir:

ekspert rəyini əvəz etmir.[11]

164. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, ekspertizanın keçirilməsi, ekspertin və ya mütəxəssisin haqqının ödənilməsi ilə bağlı xərclər:

– inzibati orqanın hesabına ödənilir.

165. İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi:

həmin işin nəticəsində şəxsən maraqlı olduqda;

-işdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndəsi ilə qohumluq əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;

-işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda;

-özü və ya ailə üzvləri maraqlı şəxsə məxsus hüquqi şəxsə aidiyyəti olan şəxs olduqda;[12]

-onun obyektivliyinə və ya qərəzsizliyinə şübhə doğuran yetərli başqa əsaslar olduqda inzibati icraatda iştirak edə bilməz.Yuxarıda nəzərdə tutulmuş əsaslar olduqda, vəzifəli şəxs özü-özünə etiraz etməyə borcludur. Maraqlı şəxs yuxarıda nəzərdə tutulmuş əsaslar olduqda, işə baxan vəzifəli şəxsə, işə kollegial qaydada baxıldıqda isə kollegiyanın istənilən üzvünə etiraz edə bilər.Yuxarıda nəzərdə tutulmuş əsaslar olduqda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir.

166.Ekspert və ya mütəxəssis habelə hansı hallarda inzibati icraatda iştirak edə bilməz?

-işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya sair cəhətdən asılı olduqda;

-inzibati icraatın başlanılması üçün əsas olmuş materiallar üzrə təftiş apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda.

167. Vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya vəzifəli şəxsə etiraz etmə haqqında ərizə:

– iş üzrə inzibati akt qəbul olunana qədər yazılı formada verilməli və əsaslandırılmalıdır.

168. Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtdan ən geci neçə gün müddətində baxılmalıdır?

– bir gün

169. Etiraz haqqında ərizəyə:

– etiraz edilən vəzifəli şəxsin birbaşa rəhbəri və ya həmin inzibati orqanın rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir.

170.İnzibati orqanın rəhbərinə etiraz haqqında ərizəyə :

-müvafiq nəzarət orqanı tərəfindən baxılır və qərar qəbul edilir.

171. Kollegial orqanın üzvünə etiraz haqqında ərizəyə :

-etiraz edilən vəzifəli şəxsin iştirakı olmadan kollegial orqanın üzvləri tərəfindən baxılır və bu barədə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir.

172.İnzibati orqan etirazla bağlı qərar barədə maraqlı şəxsə:

– bu Qanunla nəzərdə tutulmuş qaydada məlumat verməlidir.

173. Etirazla bağlı qərardan:

– bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.

 

 

174. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları:

– müstəqil şəkildə toplayır və nəzərə alır.

175. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən:

-sənədlərdən;

-tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;

-şahid ifadələrindən;

-müvafiq müayinələrin aparılmasından;

-ekspert rəylərindən;

-hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan;

-işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər.

-Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

 

176. İnzibati icraatda iştirak edən şəxslər:

– işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.

177. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək barədə vəsatətlə :

-inzibati orqana müraciət edir.

178.Vəsatətdə :

-sübutların iş üçün əhəmiyyəti, əlamətləri və olduğu yer göstərilməlidir.

179. İnzibati orqan :

-həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur.

180. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması :

-qadağandır.

 

 

181. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq:

– qiymət verir.

182. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan:

– qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.

 

 

183. İnzibati icraatla bağlı hərəkətlər:

– bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

184. Qanunla müəyyən olunmuş müddətin axımı :

-müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

185. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar :

-inzibati orqan tərəfindən təyin edilir.

186. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı :

-həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır.

187.Müddətlər :

-təqvim günləri ilə hesablanır.

188. Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü:

– müddətin qurtardığı gün hesab olunur.

 

189.İnzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə:

– həmin orqan tərəfindən uzadıla bilər.

190. İnzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə maraqlı şəxsləri :

-xəbərdar etməyə borcludur.

 

 

191. İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə:

– maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maraqlı şəxs yuxarıda göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.

192. İnzibati orqan buraxılmış müddətin bərpa olunmasına dair ərizəyə:

– 5 gün müddətində baxır. Müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış hərəkət də edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

193. Qanunla birbaşa qadağan olunmuş hallarda:

– buraxılmış müddətin bərpasına yol verilmir.

194. Buraxılmış müddətin bərpa olunmasından imtina edilməsi haqqında inzibati orqanın qərarından maraqlı şəxslər:

– bu Qanunla nəzərdə tutulmuş qaydada şikayət verə bilərlər.

195. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini :

-inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Yuxarıda göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər.

196. Bildiriş :

-inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir.

197. Bildiriş:

– işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir.

198. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında:

– kifayət qədər vaxt olmalıdır.

 

199. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci neçə gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir?

30 gün. Azərbaycan Respublikasının müvafiq qanunları ilə yuxarıda nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün yuxarıda nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir.Müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.

200. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti :

-90 gündən çox ola bilməz.

201. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat:

– bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

202. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız:

– kollegial orqan tərəfindən qəbul edilir.Ərizənin həmin kollegial orqanın rəhbər vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqana göndərilməsi və ya ərizənin baxılmamış saxlanılması hallarına şamil olunmur.

 

203. Kollegial orqanın iclasını:

– bu orqanın rəhbər vəzifəli şəxsi, o olmadıqda isə qanunvericiliyə müvafiq şəkildə iclasın sədri seçilmiş şəxs açır və bağlı elan edir.

204. İclasın sədri:

– iclası cari gündəliyə müvafiq olaraq aparır.

 

205. Kollegial inzibati orqanın iclasına kim dəvət olunur?

– onun bütün üzvləri

206. Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iclasda iştirak etdiyi hallarda:

– qərar qəbul etmək səlahiyyətinə malikdir.

207. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə :

-qəbul edilmiş sayılır.

 

208. Kollegial inzibati orqanın iclası haqqında hansı məlumatları özündə əks etdirən protokol tərtib olunur:

-kollegial inzibati orqanın adı barədə;

-iclasın keçirildiyi vaxt və yer barədə;

-iclasın sədri və üzvləri haqqında;

-müzakirənin predmeti barədə;

-qəbul edilmiş qərar barədə.

208. İclasın protokolu kim tərəfindən imzalanır?

– iclasın sədri və katibi

 

 

209. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt :

-yazılı formada qəbul edilir.

210.Yazılı inzibati akt :

-icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur.

211.İnzibati akt :

-inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır.

212. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt :

-şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər.

213.Şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt hansı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır:

-inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda);

-inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə;

-qanunla birbaşa nəzərdə tutulduqda.

214. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt:

– işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər.

 

 

215. İnzibati akt :

-Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

216. İnzibati akt məzmun baxımından :

-kifayət qədər aydın və anlaşılan olmalıdır.

217. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər:

– dəqiq göstərilməlidir.

 

 

218. Yazılı inzibati aktda hansı məlumatlar əks olunmalıdır?

-inzibati aktı qəbul etmiş orqanın adı;

-inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı;

-inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi;

-inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası;

-həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat;

-inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.

219. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda :

-vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür.

220. İnzibati aktın məzmunu:

– müxtəlif kod işarələri ilə ifadə oluna bilər.Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

 

 

221. Qəbul edilməsi tələb olunan inzibati aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və ya inzibati aktın qanuni şərtlərinin həyata keçirilməsini təmin etmək məqsədilə:

– əlavə müddəalar nəzərdə tutula bilər.

222. İnzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktda:

-həmin aktla nəzərdə tutulmuş hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtını və ya qüvvədə olma müddətini;

-hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtının gələcəkdə hər hansı hadisənin baş verməsindən asılı olduğunu;

-həmin aktın ləğv edilməsi hüququnun saxlanılması haqqında qeydləri;

-maraqlı şəxsin müəyyən hərəkətlər etməsini və müəyyən hərəkətlərə yol verməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməsini (öhdəliyin icrası şərtlərini) və ya öhdəliyin icrası ilə bağlı şərtlərin dəyişdirilməsini və ya yeni şərtlərin əlavə edilməsini müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər.

223. Əlavə müddəalar:

– inzibati aktın məqsədlərinə uyğun olmalıdır.

224. Əlavə müddəalardan:

– yalnız inzibati aktla birlikdə şikayət verilə bilər.

 

 

225. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt:

– yazılı şəkildə əsaslandırılmalıdır.

226. Əsaslandırma zamanı :

-işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

227.İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini :

-dəqiq və aydın şəkildə əsaslandırmalıdır.

228. İnzibati orqan qəbul etdiyi aktı yalnız:

– icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

229.Hansı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur:

-inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə;

-inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda;

-inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda;

-Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

 

 

230. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında :

-maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur.

231.Rəsmi məlumat :

-inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

232. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən:

5 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.

233.Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən :

3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.Maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.

234.Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi:

– inzibati orqanın üzərinə düşür.

235. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda:

– yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur.

236. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra:

– elan olunmuş sayılır.

237. Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası:

– müvafiq inzibati orqan tərəfindən müəyyən edilir.

 

 

238.İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini:

– düzəldə bilər.

239. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi :

-tələb edə bilər.

240. İnzibati aktda düzəlişlər:

– inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır.

241. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə maraqlı şəxslərə:

– rəsmi məlumat verməyə borcludur.

 

242. İnzibati akt nə zaman hüquqi qüvvəyə minir?

– ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan

243.İnzibati akt:

– məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

244. İnzibati akt qanunla müəyyən olunmuş qaydada:

geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

245. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə:

– məlumat verməyə borcludur.

246. Etibarsız inzibati aktın:

– hüquqi qüvvəsi yoxdur.

 

247.Hansı inzibati aktlar etibarsız sayılır?

-hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt;

-müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;

-qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;

-maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;

-faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;

-kimə ünvanlandığı aydın olmayan inzibati akt.

248. Etibarsız inzibati akt:

– qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

249. İnzibati aktı qəbul etmiş inzibati orqan  İnzibati aktın etibarsız sayılması halında öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın:

– etibarsız olduğunu təsdiq etməyə borcludur.Bu barədə maraqlı şəxslərə məlumat verilir.

 

 

250.Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində(52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir.52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.) inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs:

– məhkəməyə müraciət edə bilər.

 

251. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt:

– qanunsuz sayılır.

252. Qanunsuz inzibati akt necə ləğv oluna bilər?

-həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

253. Qanunsuz əlverişsiz inzibati akt:

– hər bir halda ləğv olunmalıdır.

254.Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması :

-həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

255. Qanunsuz əlverişli inzibati akt:

– yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

256. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına:

– yol verilmir.

257.Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs :

-etimadın qanunla qorunması hüququna malikdir.

258. Maraqlı şəxs hansı hallarda etimadın qorunması hüququna istinad edə bilməz?

-rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;

-səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;

-inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

259.Qanunsuz əlverişli inzibati akt:

– ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur.

260.Ödəmənin həcmihansı hüquqi akta uyğun olaraq müəyyən edilir?

– Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına

261. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt:

– ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

262. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın (Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. )məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona:

– kompensasiya ödənilməlidir.

263. Kompensasiya nəyə əsasən ödənilir?

– maraqlı şəxsin müraciətinə əsasən

264. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi :

-qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır.

265. Maraqlı şəxs neçə il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər?

-1 il ərzində

266.Müddətin axımı hansı gündən başlayır?

– qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi

267. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən neçə il ərzində ləğv edilə bilər?

-1 il ərzində.Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;) şamil olunmur.

268. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə:

– bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.( 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır.62.5. Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir.)

269.Qanuni əlverişsiz inzibati akt:

– həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər.

270. Qanuni əlverişli inzibati akt yalnız hansı hallarda ləğv edilə bilər?

-inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;

-maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;

-inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;

-inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

271. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri :

-aradan qaldırmır.

272. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən neçə il ərzində ləğv edilə bilər?

-1 il ərzində

273. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü(68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;) və 68.2.4-cü maddələrinə əsasən(68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.) ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə :

-ona kompensasiya ödənilməlidir.

274.Kompensasiya kimin müraciətinə əsasən ödənilir?

– maraqlı şəxsin

275. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi:

– qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır.

276. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə:

– bu Qanunun 62-ci maddəsində(62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır.62.5. Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir.) nəzərdə tutulmuş qaydada məlumat verilir.

 

 

277. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi:

-bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:

65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt;

65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;

65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;

65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;

65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;

65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:

67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;

67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;

67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.

67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır.

67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.

67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

 

68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər.

68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər:

68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;

68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;

68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;

68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.

68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır.

68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

278. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi :

-həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur.

 

279.Hər hansı hüququ təsdiq etmək və ya həyata keçirmək üçün inzibati akt əsasında verilmiş sənədlər və ya əşyalar, həmin inzibati akt etibarsız sayıldıqdan və ya ləğv edildikdən sonra:

– müvafiq inzibati orqan tərəfindən tələb oluna bilər. Həmin sənədlərə və ya əşyalara faktiki sahib olan şəxs onları qaytarmağa borcludur.

 

 

280. Kimlər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər?

– Maraqlı şəxslər

281. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də hansı fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər?

– V I I f ə s i l,İNZİBATİ ŞİKAYƏTLƏR ÜZRƏ İCRAAT

282.Yalnız hansı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra – şikayət instansiyası) şikayət verilə bilər?

-səlahiyyətlə bağlı;

-etirazla bağlı;

-icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı;

-qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda.

 

 283. İnzibati aktdan şikayət hansı qaydada verilə bilər?

– inzibati qaydada və ya məhkəmə qaydasında

284.İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə:

– məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.

285. İnzibati qaydada şikayət hansı qaydada və hara təqdim edilir?

– birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə şikayət instansiyasına.

286.İnzibati orqan neçə gün müddətində həmin şikayəti şikayət instansiyasına göndərməyə borcludur?

-3 gün müddətində

287. Hansı fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur?

— V I I f ə s i l,İNZİBATİ ŞİKAYƏTLƏR ÜZRƏ İCRAAT

288. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia):

– Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

289. İnzibati qaydada verilmiş şikayət üzrə bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş qərar(Maddə 80. İnzibati şikayət üzrə qərar qəbul edilməsi80.1. İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası:80.1.1. inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya;[17]80.1.2. inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya;[18]80.1.3. inzibati aktı dəyişdirir;[19]80.1.4. inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir.[20]80.2. Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.) qəbul edilənədək, həmin şikayət:

– maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürülə bilər.[13]

 

290.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən neçə gün müddətində müvafiq şikayət instansiyasına verilir?

-30 gün müddətində

291. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən neçə ay müddətində şikayət verilə bilər?

-6 ay müddətində

292. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda: –maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.

293. İnzibati şikayət hansı formada tərtib edilir?

– yazılı

294. İnzibati şikayətdə hansı məlumatlar göstərilməlidir?

-şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;

-şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;

-barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);

-şikayəti verən şəxsin tələbi və tələbin əsasları;

-şikayətin tərtib edildiyi tarix;

-şikayəti verən şəxsin imzası.

295. İnzibati şikayət bu maddədə nəzərdə tutulmuş formal tələblərə cavab vermədikdə, inzibati orqan :

-şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini şikayətçiyə izah edir.

 

 

296. Şikayət instansiyası hansı hallarda inzibati şikayəti baxılmamış saxlayır?

– bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş tələblərə (74.1. İnzibati şikayət yazılı formada tərtib edilir.74.2. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:74.2.1. şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;74.2.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;74.2.3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);74.2.4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları;

74.2.5. şikayətin tərtib edildiyi tarix;74.2.6. şikayəti verən şəxsin imzası.

74.3. İnzibati şikayət bu maddədə nəzərdə tutulmuş formal tələblərə cavab vermədikdə, inzibati orqan şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini şikayətçiyə izah edir. )əməl olunmadıqda;

-şikayətin predmeti üzrə digər səlahiyyətli inzibati orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;[14]

-inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxıldıqda və buraxılmış müddət bərpa edilmədikdə;

-şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə.[15]

297. Hara şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edir?

– Şikayət instansiyası. Həmin qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.

298. Şikayət instansiyası şikayət üzrə qərar qəbul edilənədək şikayəti vermiş şəxsə:

– öz rəyini bildirmək imkanı verməlidir.

299. Bu Qanunun 75.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan qaldırıldıqdan sonra((74.1. İnzibati şikayət yazılı formada tərtib edilir.74.2. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:74.2.1. şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;74.2.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;74.2.3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);74.2.4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları;

74.2.5. şikayətin tərtib edildiyi tarix;74.2.6. şikayəti verən şəxsin imzası.

74.3. İnzibati şikayət bu maddədə nəzərdə tutulmuş formal tələblərə cavab vermədikdə, inzibati orqan şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini şikayətçiyə izah edir. ):

– ümumi qaydada yenidən inzibati şikayət verilə bilər. 

300. Bu Qanunun 76.2-ci maddəsinə əsasən(İnzibati şikayətin verildiyi hallarda, şikayət olunan inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.) inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla:

-inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır

301.İnzibati şikayətin verildiyi hallarda, şikayət olunan inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən nə zaman baxılır və bu barədə müvafiq qərar qəbul edilir?

-dərhal

302.İnzibati şikayətin verildiyi hallarda:

– şikayət olunan inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

303. İnzibati aktın icrasının dayandırılması ilə bağlı qərar:

– şikayət instansiyası tərəfindən əsaslandırılmalıdır.

 

304. İnzibati şikayətin verilməsindən asılı olmayaraq, maraqlı şəxs:

– müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəməyə müraciət edə bilər.

305. Maraqlı şəxsin müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizəsinə:

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq məhkəmələr tərəfindən baxılır.

 

 

306. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən neçə ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur?

-1 ay

307.Şikayət instansiyası tərəfindən bu Qanunun 1 ay müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi:

– məhkəməyə şikayət verə bilər.

 

 

308. İnzibati şikayətlər üzrə icraat:

– VII fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir.

309. Şikayət inzibati aktı qəbul etmiş inzibati orqana təqdim olunduqda, həmin orqan şikayəti və icraatla bağlı materialları:

– şikayət instansiyasına göndərməyə borcludur.

310.Şikayət maraqlı şəxs tərəfindən birbaşa şikayət instansiyasına təqdim olunduqda həmin orqan :

-şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqandan icraatla bağlı materialları tələb edə bilər.

311. Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən :

-işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır.

312. Şikayət instansiyasının şikayət üzrə qərarı :

-həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır.

313. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda:

– şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz.

 

314.İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası:

– inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya;[17]

– inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya;[18]

– inzibati aktı dəyişdirir;[19]

-inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir

315. Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar:

– inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

 

316. İnzibati akt:

– ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur.

317. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar :

-onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.

318. İnzibati orqan:

– inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.

319. Maraqlı şəxs :

-inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.

320. İnzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri :

-bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.

 

 

321. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası:

– “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir.

 

322. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında :

-qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

323.Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri hansılardır?

-borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 

-pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi;

-inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.

 

 

324.Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın könüllü qaydada icrası üçün maraqlı şəxsə :

kifayət qədər müddət (ən azı 10 gün) təyin edilməlidir.Könüllü qaydada icra olunmayan inzibati akt məcburi qaydada icra edilir.

325. Borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada icrası hansı məcburi icra tədbirləri vasitəsilə təmin oluna bilər?

-inzibati aktla nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi;

-cərimə;

-bilavasitə məcburetmə.

326. Kim məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə inzibati orqan tərəfindən əvvəlcədən xəbərdar edilməlidir?

– Maraqlı şəxs

327. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda maraqlı şəxs :

-məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə əvvəlcədən xəbərdar edilməyə bilər.

328. Xəbərdarlıq:

– yazılı formada olur və bu Qanunla müəyyən olunmuş qaydada maraqlı şəxsə rəsmi təqdim olunur.

329. Xəbərdarlıqda:

– inzibati aktın könüllü qaydada icrası üçün təyin olunmuş müddət və həmin müddət başa çatdıqdan sonra tətbiq olunması nəzərdə tutulan məcburi icra tədbirinin müvafiq növü göstərilir.

330.Xəbərdarlıqda yalnız :

-bir məcburi icra tədbiri nəzərdə tutula bilər.

331.Əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda:

– daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqinə yol verilir.

332.Məcburi icra tədbirləri inzibati akt icra olunana qədər :

-təkrarlana, sərtləşdirilə və ya dəyişdirilə bilər.

333. Xəbərdarlıqda icra edilməli inzibati akta istinad olunmalı və məcburi icra tədbirlərinin tətbiqi əsasları:

– göstərilməlidir.

334. İnzibati orqan məcburi icra tədbirlərinin tətbiqi zamanı:

mütənasiblik prinsipinə əməl etməyə borcludur.

335. Şəxs inzibati aktı icra etdiyi halda məcburi icra tədbirlərinin tətbiqi:

– dərhal dayandırılmalıdır.

 

336. İnzibati aktla nəzərdə tutulmuş hərəkətin (hərəkətlərin) borclu tərəfindən yerinə yetirilmədiyi və həmin hərəkətin icrasının başqa şəxs və ya orqan tərəfindən mümkün olduğu halda, inzibati orqan hərəkətin:

– borclunun hesabına icra olunmasını həmin şəxsə və ya orqana həvalə edə bilər. İnzibati aktın icrası ilə bağlı xərclər maraqlı şəxsin (borclunun) hesabına ödənilir.

 

337. Şəxsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın icrasını təmin etmək üçün inzibati orqan tərəfindən:

-qanunvericiliyə uyğun olaraq cərimə təyin oluna bilər.

338. Fiziki şəxslər :

qırx dörd manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.

339.Hüquqi şəxslər isə:

üç yüz otuz manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.

340. Cərimənin miqdarı :

-dörd manatdan az ola bilməz.

341. Cərimə:

– dövlət büdcəsinə köçürülür.

 

 

342.Məcburi icra tədbirləri vasitəsilə inzibati aktın icrası mümkün olmadıqda və ya həmin tədbirlərin tətbiqi obyektiv şərait baxımından mümkün olmadıqda, inzibati orqan :

-maraqlı şəxsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə bilavasitə məcbur edə və ya özü dərhal həmin hərəkəti həyata keçirə bilər.

343. Bilavasitə məcburetmə zamanı:

– “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə oluna bilər.

344. Bilavasitə məcburetmə tədbiri yalnız:

– müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən və qanunla müəyyən edilmiş qaydada tətbiq oluna bilər.

 

345.Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası :

-“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir.[25]

 

 

346.Maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktdan bu Qanunun VII fəslində nəzərdə tutulmuş qaydada:

-yuxarı inzibati orqana və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verə bilər.

 

 

347. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan :

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

348. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından :

-müvafiq məhkəməyə şikayət verə bilər. 

349. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada:

– intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

350. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən:

-reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər.

 

 

351.Bu Qanun Azərbaycan Respublikasının :

-İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.1 yanvar 2011

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 oktyabr 2005-ci il

№ 1036-IIQ

Elektron imza və elektron sənəd haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

1.Bu Qanun hansı münasibətləri tənzimləyir?

– elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri

2.Verilənlər:

 – informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya;

3.Verilənlər daşıyıcısı :

– verilənlərin saxlanılması və istifadəsi üçün təyin edilmiş maddi obyekt;

4.Məlumat bildirişi:

 – məlumatın verilənlər daşıyıcısında yazılmış forması;

5.Elektron imza:

– digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər;

6.Gücləndirilmiş elektron imza (bundan sonra – gücləndirilmiş imza):

– imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;

7.Elektron imza sahibi (bundan sonra – imza sahibi):

– öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs;

8.Elektron imza vasitələri (bundan sonra – imza vasitələri):

– elektron imza yaradılması və yoxlanılması, eləcə də imza yaratma və yoxlama məlumatları yaratmaq üçün istifadə edilən proqram və texniki vasitələr;

9.Elektron imza yaratma məlumatları:

 – elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod və ya kriptoqrafik açardan ibarət təkrarolunmaz verilənlər;

10.Elektron imzanı yoxlama məlumatları:

 -elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlər;

11.Elektron imzanın həqiqiliyi:

 – elektron imzam yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və təhrif edilmədiyinin təsdiqi;

12.Sertifikat :

– imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəd;

13.Təkmil sertifikat :

– akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində verilən sertifikat;

14.Sertifikat xidmətləri mərkəzi (bundan sonra – Mərkəz):

 – elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə bu Qanunla müəyyən edilmiş digər xidmətləri göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

15.Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi (bundan sonra – akkreditə edilmiş Mərkəz) :

– təkmil sertifikat vermək hüququ Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş sertifikat xidmətləri mərkəzi;

16.Elektron sənəd:

– informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;

17.Elektron sənəd dövriyyəsi:

 – informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri;

18.Elektron sənəd dövriyyəsi vasitələri:

– elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar;

19.Sertifikatlaşdırılmış elektron imza vasitələri:

– müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri;

20.Sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri :

– müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron sənəd dövriyyəsi vasitələri;

21.Elektron sənədi göndərən (bundan sonra – Göndərən) –

– elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs;

22.Elektron sənədi alan (bundan sonra – Alan) :

– elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs;

23.Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra – Vasitəçi):

– elektron sənədi Göndərən və Alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs;

24.Elektron sənədin həqiqiliyi :

– elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsi;

25.Korporativ informasiya sistemi:

– mülkiyyətçinin müəyyən etdiyi və ya iştirakçılar arasında müqavilə ilə razılaşdırılmış məhdud saylı istifadəçiləri olan informasiya sistemi;

26.İmza sahibi barəsində məlumatlar:

– sertifikat alarkən imza sahibinin bildirdiyi və sistemin işi zamanı onun barəsində toplanılan məlumatlar;

27.Vaxt göstəricisi:

 – müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akkreditə edilmiş Mərkəzin elektron qeydi.

28. Bu Qanunda bundan sonra istifadə edilən “Mərkəzlər” anlayışı:

– sertifikat xidmətləri mərkəzi və akkreditə edilmiş mərkəzi ifadə edəcəkdir.

29. Bu Qanunda bundan sonra istifadə edilən “imzalar” anlayışı:

-elektron imza və gücləndirilmiş imzanı birlikdə ifadə edəcəkdir.

 

30.Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd:

– müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər.

31.Elektron sənəd vasitəsilə nə aparıla bilər?

– rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi

 

32.Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza:

– etibarsız sayıla bilməz.

33.Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza:

– əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

34.Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan(Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir) gücləndirilmiş imza:

– şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

35.Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq(3.2.Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.3.3.Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.) qaydada imzalanmış elektron sənəd:

-bu şərtlərə cavab verən hesab edilir.

36.Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd:

– kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.

37.Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən(Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.) surəti:

– Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır və ya təsdiq edilir.

38. Məlumat bildirişinin və elektron sənədin istifadəsi:

– bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

 

39.Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunvericiliyi hansı hüquqi aktlardan ibarətdir?

– Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan, “Dövlət sirri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarından və digər normativ hüquqi aktlardan

 

 

40. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza :

-yalnız öz sahibinə məxsusdur.

41. İmza sahibi:

– bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir.

42. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə :

-imzanın yoxlanılması həyata keçirilir.

43.Yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı:

– yoxlama məlumatları əsasında aparılır.

44.Elektron imzanın yoxlanma qaydası hansı müvafiq icra hakimiyyəti orqanı ttərəfindən müəyyən edilir?

Azərbaycan Respublikasının Nazirlər Kabineti 

45. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi:

– xəbərdar etməlidir.

 

 

46. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün :

-ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.

47. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları:

– sahə üzrə akkreditə edilmiş Mərkəzin xidmətlərindən istifadə etməlidir.

48. Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi:

– onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir.

49. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası hansı müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyənləşdirilir?

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

50. Korporativ informasiya sistemində elektron imzanın istifadə edilməsi nə ilə tənzimlənir?

– sisteminin daxili normativ sənədləri və ya iştirakçılar arasındakı müqavilə

51. Korporativ informasiya sisteminin daxili normativ sənədlərində və ya iştirakçıları arasındakı müqavilədə :

-imzanı istifadə edən şəxslərin hüquq və vəzifələri, habelə imzanın istifadə qaydalarına riayət edilməməsi nəticəsində iştirakçılara vurulmuş zərərin tənzimlənməsi barədə müddəalar nəzərdə tutulmalıdır.

52. Korporativ informasiya sisteminə xidmət edən Mərkəzlər:

– sistemin mülkiyyətçisinin qərarı və ya iştirakçıların razılaşması əsasında formalaşdırılır.

53. Korporativ informasiya sisteminə xidmət edən Mərkəzlərin fəaliyyəti, sertifikatların tərkibi, sertifikat xidmətlərinin göstərilməsi, sertifikat reyestrinin aparılması, sertifikatların saxlanılması qaydaları:

– sistemin daxili normativ sənədləri ilə tənzimlənir.

54. Korporativ informasiya sisteminin sertifikat xidməti Mərkəzi sistemdənkənar informasiya sisteminin istifadəçilərinə xidmət göstərdikdə Mərkəz:

– bu Qanunda nəzərdə tutulmuş müddəalara uyğun olmalı və fəaliyyət göstərməlidir.

 

 

55.Elektron imzadan istifadə zamanı imza sahibi, sertifikat xidmətləri Mərkəzi və ya akkreditə edilmiş Mərkəz və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında yaranmış hüquqi münasibətlər:

– Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Qanuna və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq tənzimlənir.

 

 

56.  Mərkəz Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl:

-Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məlumat verməli və qeydiyyatdan keçməlidir.

57.  Məlumatda Mərkəz kimi fəaliyyət göstərməyə iddiaçı şəxsin:

-ünvanı, hüquqi statusu, maliyyə, texniki, kadr imkanları və fəaliyyətinin xüsusiyyətləri göstərilməlidir.

58.Hüquqi şəxs bu məlumatlara :

-dövlət qeydiyyatı şəhadətnaməsi və nizamnaməsinin surətini əlavə etməlidir.

59.Fiziki şəxs isə:

-hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti barədə sənədləri əlavə etməlidir.

60.Təqdim edilən sənədlərin siyahısı :

-qeydiyyat qaydaları ilə müəyyən edilir.

61. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək TexnologiyalarNazirliyi 30 gün müddətində:

-Mərkəzin təqdim etdiyi sənədləri yoxlayaraq Mərkəzin qeydiyyatı barədə qərar qəbul edir.

62.Təkmil sertifikat xidmətləri göstərmək üçün Mərkəz :

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditədən keçir və ona təkmil sertifikat verilir.

63. Akkreditə edilmiş mərkəzlərin sayına:

– məhdudiyyət qoyulmur.

64. Mərkəz fəaliyyətə yalnız :

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sertifikat xidmətləri mərkəzləri reyestrinə qeydiyyat məlumatlarının daxil edilməsindən sonra başlaya bilər.

65. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hansı hallarda Mərkəzi qeydiyyata almaqdan imtina edə bilər?

-iddiaçı şəxs bu Qanunun tələblərinə uyğun olmadıqda;

-təqdim edilmiş məlumat və sənədlər bu Qanunun tələblərinə uyğun olmadıqda;

-iddiaçı şəxs yanlış məlumatlar təqdim etdikdə;

-informasiya sisteminin təhlükəsizliyinin auditinin nəticələrinə əsasən iddiaçı şəxsin Mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmadıqda;

-iddiaçı şəxsin sertifikatlaşdırma və ya vaxt göstəricilərinin qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyəti bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun olmadıqda;

-iddiaçı şəxsin dövlətə vergi borcu olduqda;

-Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

66.Mərkəzin qeydiyyatı və akkreditə edilməsi qaydalarıhansı qurum   tərəfindən müəyyənləşdirilir?

Azərbaycan Respublikasının Nazirlər Kabineti

67. Mərkəzlər imzanın istifadəsi ilə bağlı hansı xidmətləri göstərə bilər:

-sertifikatın verilməsi;

-sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və sertifikatın ləğv edilməsi;

-sorğulara əsasən sertifikatlar barədə bu Qanunla və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məlumatların verilməsi;

-vaxt göstəricilərinin qeyd edilməsi;

-elektron imzanın yaradılması;

-imzanın istifadəsi üzrə məsləhətlər verilməsi.

68. Sertifikat xidmətlərinin göstərilməsi qaydaları hansı orqan  tərəfindən müəyyənləşdirilir?

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

69. Sertifikat:

– müraciət etmiş şəxslə Mərkəz arasında bağlanmış müqavilə və ya şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının sertifikat sorğusu əsasında verilir. 

70.Sertifikat almaq istəyən fiziki şəxs Mərkəzə hansı sənədləri təqdim etməlidir?

– Mərkəzə onun şəxsiyyətini təsdiqləyən sənədi və qaydalarla müəyyən edilmiş digər sənədləri

71.Təkmil sertifikat almaq üçün hara müraciət olunmalıdır?

– akkreditə edilmiş mərkəzə

72. Şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı sertifikatın verilməsi necə həyata keçirilir?

– Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Qanuna uyğun

73.Sertifikat verildikdən sonra Mərkəz bu Qanuna müvafiq olaraq :

-onun qüvvəsini dayandıra, bərpa və ləğv edə bilər.

74.Sertifikat qüvvəyə minənədək Mərkəz:

– onun barəsində məlumatlan reyestrə daxil edir və reyestrdə sertifikatın vəziyyətindəki sonrakı dəyişikliklərin qeydiyyatmı aparır.

75.Sertifikatın verilməsi və reyestrin aparılma qaydaları, ona daxil edilən məlumatların tərkibi hansı orqan tərəfindən müəyyənləşdirilir?

Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

 

76. Sertifikata, əsasən, hansı məlumatlar daxil edilir?

-sertifikatı verən mərkəzin adı və ünvanı (ölkə);

-sertifikatın seriya nömrəsi;

-imza sahibinin adı, atasının adı, soyadı və ya istifadə üçün göstərdiyi təxəllüs;

-sertifikatın qüvvədə olma müddəti (müddətin başlandığı və qurtardığı vaxt, tarix);

-imza sahibinin imza yoxlama məlumatı;

-imza yoxlama məlumatının istifadə ediləcəyi imza vasitələrinin adı.

77.Sertifikat. kağız daşıyıcıda verildikdə :

-Mərkəzin rəsmi blankında tərtib edilir, səlahiyyətli şəxsin əl imzası və möhürlə təsdiq olunur.

78.Sertifikat elektron formada verildikdə isə :

-onu verən Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.

79.Təqdim olunmuş məlumatlar imza sahibini dəqiq identikləşdirməyə imkan verdikdə:

şəxs göstəricisi kimi təxəllüsdən istifadə edilə bilər. Bu halda imza sahibinin təxəllüsdən istifadə etməsi sertifikatda aşkar qeyd olunur.

80.Fiziki şəxslərə verilən təkmil sertifikatda əlavə olaraq nə göstərilir?

-sertifikatı verən akkreditə edilmiş mərkəzin adı və ünvanı (ölkə);

-təkmil sertifikat olması barədə qeyd;

-sertifikatın istifadə sahələri və məhdudiyyətləri;

-sertifikat şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının sorğusu əsasında verildikdə, həmin orqanın adı.

 

81.Fiziki şəxslərə verilən təkmil sertifikat :

-onu verən akkreditə edilmiş Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.

82.Akkreditə edilmiş Mərkəzə verilən təkmil sertifikatda nə göstərilməlidir?

-sertifikatı verən orqanın adi və ünvanı (ölkə);

-təkmil sertifikatı olma barədə qeyd;

-sertifikatın istifadə sahələri və məhdudiyyətləri.

83. Akkreditə edilmiş Mərkəzə verilən təkmil sertifikat:

-onu verən orqanın gücləndirilmiş imzası ilə təsdiq edilir.

84.Sertifikata daxil edilən digər məlumatlar harada göstərilir?

– Mərkəzlə imza sahibi arasında bağlanmış müqavilədə

85.Sertifikat hansı hallarda etibarsız sayılır?

-qanunvericiliyə müvafiq qaydada verilmədikdə;

-qüvvədə olma müddəti bitdikdə;

-sertifikatı vermiş Mərkəzin gücləndirilmiş imzası həqiqi olmadıqda;

-sertifikatın qüvvəsi dayandırılmış və ya ləğv edilmiş olduqda;

-onda qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə.

 

86. Sertifikatın qüvvəsi Mərkəz tərəfindən hansı hallarda dayandırılır?

-imza sahibi müraciət etdikdə;

-qanunvericiliyə və ya müqaviləyə əsasən səlahiyyətli şəxsin (orqanın) müraciəti əsasında;

-sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyünə və ya imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə Mərkəzin əsaslı şübhələri olduqda.

87.Sertifikatın qüvvəsinin dayandırılması barədə Mərkəz:

– dərhal imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyesterində müvafiq qeydiyyat aparır.

88.Hansı halda sertifikatın qüvvəsi 48 saatdan artıq dayandırıla bilməz?

– sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyünə və ya imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə Mərkəzin əsaslı şübhələri olduqda.

89.Sertifikatın hüquqi qüvvəsi hansı hallarda bərpa edilir?

-sertifikatın qüvvəsinin dayandırılmasını tələb etmiş imza sahibinin müraciəti və ya müraciət etmiş səlahiyyətli şəxsin (orqanın) icazəsi olduqda;

-Mərkəz tərəfindən görülmüş tədbirlər nəticəsində əsaslı şübhələr aradan qaldırıldıqda;

-sertifikatın qüvvəsinin dayandırıldığı müddət başa çatdıqda.

90.Sertifikatın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi üçün müraciətlər:

– yazılı şəkildə edilməli və müvafiq sənədlərlə əsaslandırılmalıdır.

91.Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi ilə əlaqədar yaranan mübahisələr :

-Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

 

92. Sertifikat hansı hallarda Mərkəzlər tərəfindən ləğv edilə bilər?

-imza sahibinin müraciəti əsasında;

-sertifikatın qüvvədə olma müddəti başa çatdıqda;

-qanunvericiliyə əsasən səlahiyyətli şəxsin (orqanın) qərarı və ya müraciəti əsasında;

-imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə;

-sertifikatın verilməsi üçün Mərkəzə təqdim olunan sənəd və məlumatların saxta, səhv və ya qüvvədən düşmüş olması bəlli olduqda;

-imza sahibinin imza yaratma məlumatları üzərində nəzarəti itirməsi Mərkəzə bəlli olduqda;

-onda qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə;

-imzanın istifadə olunmasını tənzimləyən hüquqi aktların və ya Mərkəzlə bağlanmış müqavilənin tələbləri imza sahibi tərəfindən pozulduqda;

-istifadə edilən imza vasitələrinin sertifikatı hüquqi qüvvəsini itirdikdə;

-qanunvericiliklə müəyyən edilmiş digər hallarda.

93.Sertifikatın qüvvəsinin ləğv edilməsi barədə Mərkəz :

imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində düzəlişlər barədə qeydiyyat aparır.

94.Sertifikatın ləğv edilməsi ilə əlaqədar yaranan mübahisələr:

– məhkəmə qaydasında həll edilir.

 

 

95.Sertifikatda göstərilmiş istifadə sahələri üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində:

-hüquqi qüvvədə olan, qüvvəsi dayandırılmış və ya ləğv edilmiş sertifikatlar, həmçinin ona aid digər sənəd və məlumatlar Mərkəzdə saxlanılır.

96.Mərkəz sertifikatın saxlanıldığı dövrdə informasiya sistemi istifadəçilərinin:

– sertifikata sərbəst fasiləsiz müraciətini təmin edir, onunla bağlı sorğularına cavab verir.

97.Mərkəz hansı sənədlərin saxlanılmasını təmin edir:

-sertifikat xidmətlərinin təhlükəsizliyinin təmin edilməsinə aid sənədləri;

-imza sahibləri ilə bağlanmış müqavilələri;

-Mərkəzin sertifikatı əsasında verilən sənədlərin surətlərini;

-imza sahibinin təlimatlandırılmasını təsdiq edən sənədləri;

-sertifikatın hüquqi qüvvəsinin dayandırılması, bərpa edilməsi və ləğv olunması haqqında sənədləri.

98. Mərkəzdə saxlama müddəti bitdikdən sonra sertifikat:

-reyestrdən çıxarılır və arxivə verilir.

99.Arxivdə saxlama müddəti, bu dövrdə sertifikatların surətlərinin və onlar barəsində digər məlumatların verilməsi qaydası:

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

 

100. Xarici ölkələrdə verilmiş sertifikatlar Azərbaycan Respublikasında hansı hallarda hüquqi qüvvəyə malik olur?

-sertifikatı vermiş Mərkəz Azərbaycan Respublikasında akkreditədən keçmişdirsə;

-sertifikat bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğundursa;

-sertifikata Azərbaycan Respublikasında akkreditə edilmiş Mərkəz və ya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təminat verilirsə;

-Sertifikat Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş xarici Mərkəzlər tərəfindən verilmişdirsə.

  

101. Mərkəzlər ahansı hüquqlara malikdirlər?

-Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz fəaliyyətini təmin etmək və tənzimləmək;

-bu Qanunda nəzərdə tutulan sertifikat xidmətlərini göstərmək;

-təkmil sertifikatlarla bağlı xidmətlər göstərmək üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditədən keçmək;

-fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmək;

-Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada fəaliyyətinə xitam vermək;

-Mərkəzin qeydiyyatının və ya akkreditəsinin ləğv olunması, sertifikatın qüvvəsinin dayandırılması və ya ləğv edilməsilə bağlı qərarlardan Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;[4]

-ödənişli əsaslarla sertifikat xidmətləri göstərmək;

-Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sertifikatların istifadə sahələrini və məhdudiyyətlərini müəyyən etmək.

102.Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl:

-onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, Mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırmalıdır.

103.Mərkəzlər hansı vəzifələri yerinə yetirir?

-fəaliyyətin təhlükəsizliyini və imza sahibi barəsində məlumatların mühafizəsini təmin edir;

-imza sahibinin təqdim etdiyi sənədləri araşdırır və zəruri hallarda onların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanına müraciət edir;

-sertifikatların reyestrini aparır, onun aktuallığını və ona sərbəst, fasiləsiz müraciət edilməsi üçün lazımi şəraiti təmin edir;

-sertifikatlar barədə məlumatlar verir;

-sertifikat xidmətləri üzrə sənədləri və məlumatları saxlayır;

-bu Qanunun 13 və 14-cü maddələrində nəzərdə tutulan hallarda sertifikatların qüvvəsini dayandırır, bərpa və ya ləğv edir, bu barədə imza sahibini və müraciət edən səlahiyyətli şəxsi (orqanı) məlumatlandırır;

-fəaliyyəti barədə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məlumat təqdim edir və onun sorğularına cavab verir;

-fəaliyyətə başladığı müddət nəzərə alınmaqla, hər il informasiya sisteminin təhlükəsizlik auditinin keçirilməsini təmin edir və nəticəsini 30 gün ərzində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edir;

– Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəaliyyətinə nəzarət edilməsinə şərait yaradır;

-Azərbaycan Respublikasının qanunvericiliyində və ya tərəflər arasındakı müqavilədə nəzərdə tutulmuş digər vəzifələri icra edir.

104. Mərkəzlər hansı hərəkətlərə görə məsuliyyət daşıyır?

-fəaliyyətinin təhlükəsizliyinə, imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinə;

-sertifikatdakı məlumatların tamlığı və düzgünlüyünə;

-sertifikat xidmətlərinin keyfiyyətinə və dəqiqliyinə;

-sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə;

-Mərkəzin fəaliyyəti nəticəsində imza sahibinə maddi zərər vurulmasına;

-sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına.

105. Akkreditə edilmiş Mərkəz təkmil sertifikatların verilməsini:

– Azərbaycan Respublikasının qanunvericiliyinin, bu Qanunun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirir və sertifikatda onun istifadə sahələrini, məhdudiyyətlərini göstərir.

106.Təkmil sertifikat və xarici sertifikat xidmətləri mərkəzinin sertifikatına təminat vermiş akkreditə edilmiş Mərkəz:

– imza istifadəçisinə vurulmuş zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

107.İmza sahibi tərəfindən müqavilə şərtlərinin pozulması, sertifikatın təyinatına riayət edilməməsi nəticəsində imza istifadəçisinə vurulmuş zərərə görə :

-Mərkəzlər məsuliyyət daşımır.

108.Mərkəzlər fəaliyyəti dövründə :

-texniki, kadr və maliyyə imkanlarına, o cümlədən istifadəçilərə vurula biləcək zərəri ödəmək üçün maliyyə imkanlarına malik olmalı, etibarlı və fasiləsiz xidmət göstərməlidir.

109.Mərkəzlər sertifikatların, elektron imza yaratma və yoxlama məlumatlarının verilməsi üçün:

– sertifikatlaşdırılmış imza vasitələrindən istifadə etməlidir.

110.Mərkəzlər fəaliyyətə başlamazdan əvvəl və qeydiyyatdan keçdikdən sonra hər il :

-informasiya sisteminin auditini keçirməlidir, sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalar tətbiq etməlidir.

111.Mərkəzlər fəaliyyətin təmin edilməsi məqsədilə:

– bilikli, təcrübəli və səriştəli işçi heyətə malik olmalıdır.

112.Mərkəzin fəaliyyətinə xitam verilməsi necə həyata keçirilir?

– Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq

113.Mərkəz fəaliyyətinə xitam verilməsinə azı neçə gün qalmış kütləvi informasiya vasitələrində və digər vasitələrlə elan verir, qüvvədə olan sertifikatlara malik imza sahiblərini, sertifikatlarına təminat verdiyi, təminat müqavilələri bağladığı sertifikat xidmətləri mərkəzlərini və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini xəbərdar edir?

– ən azı 30 gün

114.Mərkəz fəaliyyətinə xitam verilməsinə ən azı 30 gün qalmış:

kütləvi informasiya vasitələrində və digər vasitələrlə elan verir, qüvvədə olan sertifikatlara malik imza sahiblərini, sertifikatlarına təminat verdiyi, təminat müqavilələri bağladığı sertifikat xidmətləri mərkəzlərini və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini xəbərdar edir.

115.Elanın verilməsindən 30 gün keçdikdən sonra Mərkəz :

-qüvvədə olan sertifikatların ləğv edilməsini həyata keçirir.

116.Akkreditə edilmiş Mərkəz fəaliyyətinə xitam verilməsi barədə elandan 30 gün keçdikdən sonra :

-imza sahiblərinin razılığı ilə təkmil sertifikatları, onlarla və imza istifadəçilərinin sorğuları ilə bağlı məlumatları akkreditə edilmiş başqa mərkəzə və ya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təhvil verməlidir.

117. Təhvil verilməmiş sertifikatlar:

– ləğv edilir və bu Qanunun 15-ci maddəsinə uyğun olaraq saxlanılmaq üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilir.

118.Hansı hallarda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Mərkəzlərin qeydiyyatını, akkreditəsını ləğv edə və fəaliyyətinə xitam verilməsi barədə iddia qaldıra bilər?

-qeydiyyat üçün təqdim edilmiş məlumatlar və sənədlər düzgün olmadıqda və ya qüvvəsini itirdikdə;

-fəaliyyəti zamanı müntəzəm olaraq qanun pozuntularına yol verildikdə.

119.Korporativ informasiya sisteminə xidmət edən Mərkəzin fəaliyyətinə:

– sistemin mülkiyyətçisinin qərarı ilə və ya iştirakçılarının razılaşmasına uyğun olaraq xitam verilə bilər.

 

120.İmza sahibi hansı hüquqlara malikdir?

-Mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat almaq;

-barəsində Mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq;

-sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğvi barədə qərarlar, həmçinin Mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət etmək.

121. İmza sahibi :

-imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır.

122. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin :

qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir.

Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.

123. İmza sahibi gücləndirilmiş imzanın istifadəsi zamanı :

-uyğun təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir.

124. İmza sahibi müqavilə bağlamaq üçün Mərkəzlərə müraciət edərkən:

– təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.

125. Bu Qanunun 20-ci maddəsində(İmza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti 20.1. İmza sahibi aşağıdakı hüquqlara malikdir:20.1.1.Mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat almaq;20.1.2.barəsində Mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq;20.1.3.sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğvi barədə qərarlar, həmçinin Mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət etmək.20.2. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır.20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.20.4. İmza sahibi gücləndirilmiş imzanın istifadəsi zamanı uyğun təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir.20.5. İmza sahibi müqavilə bağlamaq üçün Mərkəzlərə müraciət edərkən təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.20.6. Bu Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.) göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi:

– Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

 

 

126. Elektron sənəd hansı tələblərə cavab verməlidir:

-texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir;

-bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş(M a d d ə  2 2. Elektron sənədin quruluşu

 

22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir.

22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir.

22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.) quruluşa malik olmalıdır;

-identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;

-texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.

127. Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı:

– Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

 

 

128. Elektron sənəd :

ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir.

129. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar:

– onun ümumi hissəsində qeyd edilir.

130. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri):

– elektron sənədin xüsusi hissəsində qeyd olunur.

131. Elektron sənəd:

– daxili və xarici təqdimat formalarına malikdir.

132. Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli:

– onun daxili təqdimat formasıdır.

133. Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi:

– onun xarici təqdimat formasıdır.

134. Elektron sənədin əsli :

-yalnız daxili təqdimat formasında ola bilər.

135.Elektron sənədin daxili təqdimat formasında bir-biri ilə eyni olan bütün nüsxələri:

– əsl hesab edilir və bərabər hüquqi qüvvəyə malikdir.

136. Elektron sənədin elektron formada surəti:

-ola bilməz.

137. Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri:

-müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.

 

138. Elektron sənədin surəti:

– onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.

139. Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində :

-onun müvafiq elektron sənədin surəti olması qeyd edilməlidir.

140. Elektron sənədin surəti sayılmır:

– kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun

141.Elektron sənədin əsli və bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən(Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.) kağız daşıyıcı üzərindəki surəti:

– eyni hüquqi qüvvəyə malikdir.

 

142. Elektron sənədin istifadəsi və dövriyyəsi :

-Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.

143. Azərbaycan Respublikasının qanunvericiliyində və bağlanmış müqavilədə elektron sənədlərin mübadiləsi qaydası və onunla bağlı olan texniki-təşkilati tələblər:

– (sənədlərin mübadilə forması, onların yoxlanılma proseduru, sənədin alınmasının təsdiqlənməsi üçün məqbul hesab edilən müddət, forma və sairə) müəyyən edilir.

144. Elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi:

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilir.

145. Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi :

-sistemin daxili normativ sənədləri ilə tənzimlənir.

 

146. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd:

– Göndərən tərəfindən göndərilmiş hesab edilir.

147. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, alan:

-qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır.

148. Alan hansı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir:

-elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa;

-elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə;

-elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.

149. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd:

-alınmamış hesab olunur.

150.Təsdiqləmədə:

– elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir.

151. Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən:

-bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir.

152. Bu Qanunun 27-ci maddəsi(M a d d ə  2 7. Elektron sənədin göndərilməsi və alınması27.1. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir.27.2. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır.27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir:27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa;27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə;27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.27.4. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir.27.5. Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir.27.6. Bu Qanunun 27-ci maddəsi elektron sənədlərin göndərilməsi və ya alınması ilə bağlı münasibətlər istisna olmaqla, elektron sənədlərin məzmunundan və alınmanın təsdiqlənməsindən irəli gələn digər münasibətləri tənzimləmir.) elektron sənədlərin göndərilməsi və ya alınması ilə bağlı münasibətlər istisna olmaqla:

– elektron sənədlərin məzmunundan və alınmanın təsdiqlənməsindən irəli gələn digər münasibətləri tənzimləmir.

 

 

153. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an:

– elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir.

154. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an:

– elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir.

155. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda :

-vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər.

 

156. Elektron sənədin saxlanılma qaydası hansı şərtlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir?

-elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın;

-elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin;

-elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin;

-elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın;

-qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin.Saxlanılması zəruri olmayan elektron sənədlərə şamil edilmir.

157.Elektron sənədlərin saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq :

-digər hüquqi və fiziki şəxslərin xidmətlərindən istifadə edilə bilər.

 

158.Elektron sənəd dövriyyəsi zamanı elektron sənədin mühafizəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan:

-proqram və texniki vasitələrdən istifadə edilməlidir.

159.Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi:

– bu sistem və şəbəkələrin mülkiyyətçisi tərəfindən təmin edilir.

160.Korporativ informasiya sistemlərində elektron sənəd dövriyyəsinin mühafizə tədbirlərinin lazımi səviyyəsi:

– Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq bu sistemin mülkiyyətçisi tərəfindən və ya iştirakçıların razılaşmasına uyğun təmin edilir.

 

 

161. Elektron sənədlərin saxlanması, ötürülməsi və qəbulu zamanı:

– Vasitəçi xidmətlərindən istifadə edilə bilər.

162. Vasitəçi fəaliyyətini təmin etmək üçün aşağıdakılara malik olmalıdır:

-sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara;

-bilikli, təcrübəli və səriştəli işçi heyətə;

-xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə;

-xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə; informasiyanın saxlanılması üçün etibarlı sistemə.

 

163.Vasitəçi bu Qanunun 31.2.3-cü maddəsində qeyd olunan(xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə;) informasiyanın:

– 6 ay müddətində saxlanılmasını təmin etməlidir.

164.Vasitəçi fəaliyyət göstərmək üçün :

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyatdan keçməlidir.

165.Vasitəçi istifadəçilərə:

– müqavilə əsasında xidmət göstərir.

166.Tələbləri pozan Vasitəçi :

-Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

167.Vasitəçi :

-fəaliyyətinin təhlükəsizliyini təmin edir və saxlanılan, ötürülən və qəbul edilən elektron sənədlərin məzmununa görə məsuliyyət daşımır.

 

168.Tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər konfidensial informasiyalar olan elektron sənədlərin istifadə qaydası və mühafizə tədbirləri :

-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

169.Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsi üçün :

-yalnız sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə olunmalıdır.

170.Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizası:

Azərbaycan Respublikasının Nazirlər Kabineti  tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

171. Tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər konfidensial informasiyalar olan elektron sənədlərin istifadə qaydası və mühafizə tədbirləri:

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

172.Elektron sənədlərlə işləməyə buraxılan şəxslər:

– Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu sənədlərin mühafizəsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

173.Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsini həyata keçirən subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və onların mühafizə üsullarını:

– Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özləri müəyyən edirlər.

 

174. Elektron imzanın tətbiqi və istifadəsi proseslərinin, sertifikat xidmətləri mərkəzlərinin fəaliyyətinin tənzimlənməsi və ona nəzarət edilməsi:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.

175. Azərbaycan Respublikasının Nazirlər Kabineti elektron imzanın istifadəsinin tənzimlənməsi sahəsində hansı ı vəzifələri yerinə yetirirlər?

-imzanın yaradılma və yoxlanılma qaydalarmı müəyyən edir;

-elektron imza və elektron sənəddən istifadə qaydalarını hazırlayır;

-sertifikatın verilməsi və reyestrin aparılma qaydalarını hazırlayır, ona daxil edilən məlumatların tərkibini və digər məlumatların siyahısını müəyyən edir;

-elektron imza, imza vasitələri və elektron sənəd dövriyyəsi vasitələrinə aid tələbləri və standartları hazırlayır;

-Mərkəzlərin, Vasitəçilərin qeydə alınması və fəaliyyətinin təşkili ilə əlaqədar tələbləri və qaydaları müəyyən edir; Azərbaycan Respublikasının Nazirlər Kabineti 

-Mərkəzləri, Vasitəçiləri qeydiyyatdan keçirir və qeydiyyatı ləğv edir; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-Mərkəzin akkreditə edilməsi qaydasını müəyyənləşdirir; Azərbaycan Respublikasının Nazirlər Kabineti 

-Mərkəzlərin, o cümlədən xarici sertifikat xidmətləri mərkəzlərinin Azərbaycan Respublikasında akkreditəsini və akkreditənin ləğv edilməsini həyata keçirir; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-qeydiyyatdan keçmiş Mərkəzlərin və onlara verilmiş təkmil sertifikatların reyestrini aparır; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-Mərkəzlərin, o cümlədən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş xarici Mərkəzlərin siyahısının ictimaiyyətə çatdırılmasını təmin edir; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-sertifikat xidmətlərinin göstərilməsi üzrə ümumi qayda və tələbləri, tövsiyələri hazırlayır, məsləhətlər verir; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-imzaların istifadəsi ilə əlaqədar məsələlər üzrə xarici təşkilatlarla əlaqələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həyata keçirir; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-qeydiyyatdan keçmiş Mərkəzlərə verilmiş sertifikatlar barədə sorğulara cavab verir; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-informasiya sistemlərinin ekspertizası qaydasını müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 

176. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sertifikat xidmətləri Mərkəzlərinin fəaliyyətinə nəzarət sahəsində hansı hüquqlara malikdir?

-Mərkəzlərdən fəaliyyətləri barədə məlumat almaq; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-Mərkəzlər barədə məlumatları dəqiqləşdirmək, zəruri hallarda onların fəaliyyəti ilə bilavasitə tanış olmaq; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-Mərkəzlərin texniki təhlükəsizlik və sertifikatlaşdırma qaydalarına əməl etməsinin monitorinqini keçirmək; Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və DTX  fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər.

-Mərkəzlərin fəaliyyətində qanun pozuntuları aşkar edildikdə onların barəsində bu Qanunda nəzərdə tutulmuş inzibati tədbirlər görmək, onların fəaliyyətinə xitam vermək barədə iddia qaldırmaq.

 

 

177. Dövlət orqanlarının mülkiyyətində olan və ya istifadə etdikləri informasiya sistemləri vasitəsilə təhlükəsiz elektron sənəd dövriyyəsinin aparılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaya əsasən bu sistemlərin:

– ekspertizası həyata keçirilməlidir.

178. Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan və digər konfidensial informasiyaların sertifikatlaşdırılmış mühafizə vasitələri elektron sənəd dövriyyəsində :

Azərbaycan Respublikasının Nazirlər Kabineti  tərəfindən müəyyən olunmuş qaydada istifadə edilir.

179. İstifadə edilən elektron imza və elektron sənəd dövriyyəsi vasitələri:

-sertifikatlaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada sertifikatlaşdırılır.

 

 

180. Mərkəzlər, Vasitəçilər fəaliyyəti zamanı malik olduğu informasiyalardan, o cümlədən imza sahibi barəsində məlumatlardan :

-vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər.

181. Mərkəzlər istifadəçilərə yalnız :

-sertifikata daxil edilmiş və ona aid olan məlumatları verə bilərlər.

182. Mərkəzlərin, Vasitəçilərin əməkdaşları və ya digər əlaqəli şəxslər fəaliyyətləri zamanı :

-imza sahibi barəsində onlara bəlli olan məlumatları və imza yaratma məlumatlarını qorumağa borcludurlar.

 

 

183.Bu Qanununun pozulmasında təqsirli olan şəxslər :

-Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

184.Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadəyə görə istifadəçilər:

– fərdi məsuliyyət daşıyırlar.

185.İnformasiya sisteminin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə, müəyyən edilmiş qaydada ekspertiza keçirilməsinə :

-bu sistemin mülkiyyətçisi məsuliyyət daşıyır.

 

186.Qanunun qüvvəyə minməsi: 

-Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Bakı şəhəri, 9 mart 2004-cü il

№ 602-IIQ

İnformasiya əldə etmək haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

1.Bu Qanunun məqsədi nədən ibarətdir?

– Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan

 

2.Azərbaycan Respublikasında informasiyanın əldə olunması:

-azaddır.

3. Kim özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir?

– Hər kəs

4. İnformasiya sahibinə müraciət edən hər kəs:

-sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;

-informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

5.Kimlərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır?

– Fiziki şəxslərin

6. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu:

– Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın

7.İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən:

-ilkin mənbəyə istinad edilsin.

 

8.İnformasiya:

– yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;

9.Şəxsi və ailə həyatına dair məlumat (bundan sonra – fərdi məlumat):

– şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər;

10.İctimai informasiya:

– qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər;

11. İnformasiya xidmətləri:

– sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət;

12.İnformasiya sahibi:

– informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər;

13.İnformasiya sorğusu:

– informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət;

14. İnformasiya sorğusu verən (bundan sonra – sorğucu):

-informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs;

15. İnformasiyanın açıqlanması:

– informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsi.

 

16.Bu Qanunla aşağıdakılar müəyyənləşdirilir:

-informasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları;

-ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları;

-informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi qaydaları.

17.Bu Qanun aşağıdakılara şamil edilmir:

-qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara;

-“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə;

-“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə;[2]

-beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə.

 

 

18. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi hansı normativ hüquqi aktlardan ibarətdir?

– Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və bu Qanunun tələblərinə uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

19. Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında informasiyanın əldə olunması ilə bağlı bu Qanunun tələblərindən fərqli qaydalar:

– müəyyənləşdirilə bilməz.

 

20. İnformasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır:

-informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;

-informasiyanın əldə olunmasının qanuniliyi;

-dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;

-informasiyanın maksimum açıqlığı;

-informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;

-informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması;[3]

-informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;

-bu Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi;

-informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;

-informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi;

-ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması.

21.Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla:

-şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.[4]

 

 

22. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq :

-sənədləşdirilmiş informasiya (bundan sonra – sənəd) hesab olunur.

23. İnformasiya sahibi sənədə malikdir, əgər:

-informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə;

-digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa.

 

24.Hansı orqan sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydalar müəyyənləşdirir?

– Azərbaycan Respublikasının Nazirlər Kabineti

25. Kim malik olduğu sənədlərin bu Qanunun 8.1-ci maddəsində göstərilən qaydalara uyğun saxlanmasının, komplektləşdirilməsinin və mühafizəsinin təşkilinə görə məsuliyyət daşıyır?

– İnformasiya sahibi

26. Kİm fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlarda dəqiqləşdirmələr aparılması üçün bu Qanunun və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edir?

– İnformasiya sahibi

 

27. Aşağıdakılar informasiya sahibləri sayılır:

-dövlət orqanları və bələdiyyələr;

-ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.

28. Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri:

-yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.

29. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur:

-əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər – malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;

-tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri – dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.

 

 

30. Kim öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur?

– İnformasiya sahibi

31. Kim bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir?

– İnformasiya sahibi

32. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması nə üçün əsas ola bilməz?

– informasiya xidmətləri göstərməkdən imtina

33. İnformasiya sahibi:

-informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir;

-sənədlərin reyestrini aparmalıdır;

-ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir;

-açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır;

-sorğuçuya kömək göstərməlidir;

-informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir;

-əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır;

-həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

34. İnformasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmə aşağıdakı funksiyaları yerinə yetirir:

-sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir;

-sorğuları bu Qanunla nəzərdə tutulmuş qaydada təmin edir;

-informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;

-informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir;

-informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir.

 

35. Kim informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir?

– İnformasiya sahibinin rəhbəri

36. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə:

-qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

37. Əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti:

– informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır.

38. İnformasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, kim daşıyır?

– informasiya sahibinin rəhbəri

 

39. Sənədlərin reyestri :

– informasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur.

40. Reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydaları hansı orqan tərəfindən müəyyənləşdirilir?

– Azərbaycan Respublikasının Nazirlər Kabineti

41.İnformasiya sahibi reyestrdə aşağıda göstərilən sənədləri bu maddədə göstərilən müddətdə qeydə almalıdır:

-daxil olan, göndərilən və ya idarə daxilində hazırlanan sənədlər – daxil olduğu, göndərildiyi və ya idarə daxilində hazırlandığı gün;

-hüquqi aktlar – imzalandığı gün;

– müqavilələr – qüvvəyə mindiyi gün.

42. Mühasibat sənədləri, təbrik məktubları, bildirişlər, memorandumlar, zəmanətlər, habelə iclaslar, müşavirələr, konfranslar və digər kütləvi tədbirlərin proqramları və ya belə tədbirlər haqqında məlumatlar, müxtəlif statistik hesabatlar sənədlərin reyestrində:

qeydə alınmır.

43. Reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalananlarla(15.1.1. sorğuçunun adı və soyadı;15.1.2. sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı;15.1.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);15.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;15.1.5. informasiyanın təqdim edilmə forması) yanaşı aşağıdakı məlumatlar da daxil edilməlidir:

-Reyestrdə, həmçinin, baxılma və ya cavab tələb edən sənədin icrası üçün qanunla müəyyənləşdirilmiş müddət, struktur bölmənin adı, habelə cavabı tərtib edən vəzifəli şəxsin adı və soyadı göstərilməlidir.

44.Hansı orqan reyestrdən istifadəni və sənədin axtarılmasını asanlaşdırmaq məqsədi ilə reyestrdən istifadəyə dair qaydalar müəyyənləşdirir?

– Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

 

45. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir:

-informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;

-sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.

 

46. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər:

-sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma;

-sənədin üzünün köçürülməsi;

-informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;

-sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması;

-stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı vəziyyətdə təqdim edilməsi;

-sənədin tərcümə olunması;

-sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s.

47. İnformasiyanın əldə olunmasının hüquqi formaları aşağıdakılardır:

-bu Qanunun tələblərinə uyğun olaraq mütləq qaydada təqdim olunan informasiyalar;

-müqavilə yolu ilə təqdim olunan informasiyalar.

48. Bu Qanunun tələblərinə uyğun olaraq mütləq qaydada təqdim olunan informasiyalar informasiyaların əldə olunması:

-ödənişsiz, haqqı ödənilməklə və ya güzəştli şərtlərlə həyata keçirilir.

49. Bu Qanunun 14.2.2-ci maddəsində göstərilən hallarda müqavilə yolu ilə təqdim olunan informasiyaların təqdim olunma müddəti:

– informasiya sahibi ilə sorğuçunun qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.

50. İnformasiya sahibi informasiya sorğusunun bu sorğuda göstərilən formada icrasından aşağıdakı hallarda imtina edə bilər:

-texniki imkanlar olmadıqda;

-informasiya daşıyıcısının növü ilə əlaqədar icrası mümkün deyilsə;

-şifahi sorğu əsasında verilməli olan informasiya böyük vaxt tələb etdiyindən informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə maneələr yaradırsa.

51. İnformasiya sahibinin texniki imkanları olmadıqda,informasiya daşıyıcısnın növü ilə əlaqədar icrası mümkün deyilsə sorğunun təmin olunmasının münasib formasını kim seçir və sorğuda göstərilən əlaqə məlumatları imkan verirsə, bu məsələ sorğuçu ilə müzakirə olunur?

– informasiya sahibi

52. Vəzifəli şəxsin şifahi cavabı sorğuçunu qane etmədikdə və şifahi sorğu əsasında verilməli olan informasiya böyük vaxt tələb etdiyindən informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə maneələr yaradırsa :

-sorğuçuya yazılı şəkildə müraciət etməsi təklif olunur.

53. İnformasiyanın təqdim edilmə forması sorğudan aydın olmursa və bunu sorğunun icrası üçün nəzərdə tutulmuş müddət ərzində dəqiqləşdirmək mümkün deyilsə :

-o zaman sorğunun icrası informasiya sahibinin seçdiyi formada təmin olunur.

 

54. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir:

-sorğuçunun adı və soyadı;

-sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı;

-informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);

-sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;

-informasiyanın təqdim edilmə forması.

55. Əgər sorğuçu fərdi məlumat əldə etmək istəyirsə:

– sorğunu bilavasitə informasiya sahibinin vəzifəli şəxsinə verir və bu zaman şəxsiyyətini təsdiqləyən sənəd təqdim edir.

56. Fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə:

-informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır.

57. Fərdi məlumatların verilməsi “hansı Qanununa müvafiq həyata keçirilir?

-“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa

58. Sorğuçu:

-qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edə bilməz və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edə bilməz.

59. Sorğuçu fərdi məlumatlar, təkrar informasiya, İnformasiyanın rəsmi təsdiq edilərək verilməsi və İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiyalardan başqa:

– informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir.

60. Yazılı sorğu kim tərəfindən imzalanır?

-fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi

61. Yazılı sorğunu qəbul etməkdən imtina :

-qadağandır.

 

62. İnformasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir:

-elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə;

-sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə;

-telefaksla;

-şifahi formada;

-informasiya ilə taniş olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə;

-informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla.

63.İnformasiya sorğusu yalnız aşağıdakı hallarda şifahi cavablandırılır:

-vəzifəli şəxslərə bilavasitə müraciət edildikdə;

-informasiya sorğusu üzrə məlumatlar soruşulduqda;

-informasiya sahibində sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə.

64. Sənədin surətini çıxararkən onun əslinə ziyan vurulacağı təqdirdə informasiya sahibi:

-əlyazması və ya çap məhsulu ilə tanış olmaq;

-audio materialları dinləmək, audiovizual materialları seyr etmək və qeydlər götürmək üçün sorğuçuya şərait yaratmalıdır.

65. Vəzifəli şəxs informasiya sorğusuna şifahi şəkildə cavab verdikdə:

-sənədi oxumağa borclu deyildir.

66. Sorğu edilən informasiya bir neçə dildə mövcud olduqda, sənəd :

-sorğuda üstünlük verilən dildə təqdim edilir.

 

67.informasiyanın əldə olunmasının şərtlərini, qaydalarını və üsullarını sorğuçuya anlaşıqlı şəkildə çatdırmalıdır?

– İnformasiya sahibi

68. İnformasiya sahibi sorğu edilən informasiyaya malik olmadıqda onun mövcud ola biləcəyi yeri tapmaqda sorğuçuya :

-kömək göstərməlidir.

69. Sorğuda hansı informasiyanın əldə olunması və ya bu informasiyanın hansı formada təqdim edilməsi aydın göstərilməyibsə, vəzifəli şəxs bunu dəqiqləşdirmək üçün kim ilə bu Qanunla müəyyənləşdirilmiş qaydada əlaqə yaratmalıdır?

– sorğuçu ilə

70.Savadsızlığı, yaxud fiziki çatışmazlığı üzündən yazılı sorğu ilə müraciət edə bilməyənlərin şifahi sorğusu:

– informasiya sahibinin vəzifəli şəxsləri tərəfindən adları və soyadları, tutduqları vəzifə göstərilməklə yazılı şəkildə tərtib edilir və tarixi göstərilməklə qeydə alınır.

 

71.Kim informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir?

– İnformasiya sahibi

72. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir:

-sorğu anonimdirsə;

-sorğu şifahi formada verilmişsə.

73.Hüquqi şəxslərin firma nişanları olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallarda sorğu:

– anonim sayılmır.

 

74. Sorğu informasiya sahibinin vəzifəli şəxsi tərəfindən diqqətlə öyrənilir. Bu məqsədlə:

-sorğunun bu Qanunun tələblərinə uyğun tərtib olunub-olunmadığı;

-tələb olunan informasiyanın informasiya ehtiyatlarında olub-olmadığı;

-tələb olunan informasiya informasiya ehtiyatlarında yoxdursa, sorğunun hara göndəriləcəyi;

-tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun əldə olunması məhdudlaşdırılan informasiyaya aid olub-olmadığı;

-tələb olunan informasiya açıqdırsa, amma alınması qanunla məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə, həmin informasiyanın ayrılıb verilmə imkanları;

-tələb olunan informasiyanın sorğuda göstərilən formada verilməsinin mümkün olub-olmadığı;

-informasiyanın ödənişli, ödənişsiz və ya güzəştli şərtlərlə təqdim olunması dəqiqləşdirilir və araşdırmanın nəticəsi barədə qərar qəbul edilir.

75.İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

-sorğunun icrasından imtina edir;

-sorğunun icrasını təmin edir;

-sorğunu aidiyyəti informasiya sahibinə göndərir.

 

76.İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir:

-sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;

-informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə;

-sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

77. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər:

-sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;

-bu Qanunun 9.1.2-ci (ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.) və 9.3-cü maddələrində (9.3.1. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər—malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;
9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri—dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.)nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə;

-sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;

-sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə;

-sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

78. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab:

-Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir

 

79.Kim bu Qanunun 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq informasiyanın əldə olunmasına şərait yaradır, yaxud informasiyanı sorğuçuya təqdim edir?

– İnformasiya sahibi

80. Tələb olunan informasiya əldə olunması qanunla məhdudlaşdırılan sənədin tərkibinə daxildirsə, onun ancaq :

-açıq hissəsi təqdim oluna bilər.

81. Natamam və ya qeyri-dəqiq informasiya təqdim edən informasiya sahibi:

-sorğuçunun əsaslandırılmış tələbi üzrə informasiyaya ödənişsiz əlavələr edərək onu sorğuçuya çatdırmalıdır.

82. İnformasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa:

– informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir.

 

 

83. Sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin neçə iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir?

-5 iş günündən gec olmayaraq

84. Bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan informasiya sahibləri sorğunu aidiyyəti üzrə göndərməyə bilərlər, bu şərtlə ki:

– sorğu edilən informasiyanın onlarda olmadığı barədə ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq sorğuçuya məlumat versinlər.

85. İnformasiya sorğusu:

– ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

86. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya:

– dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

87. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya:

-48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.[10]

88. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya :

-5 iş günü ərzində məlumat verir.

89. İnformasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti :

-sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

90.Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir ,sorğunun icra müddəti:

-çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən təqdim edildiyi günün sonrakı iş günündən hesablanır

91.Sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir belə sorğunun baxılma müddəti :

-ilk daxil olduğu tarixdən deyil, göndərildiyi müvafiq informasiya sahibinə daxil olduğu günün sonrakı iş günündən hesablanır.

92. İnformasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, bu Qanunla nəzərdə tutulmuş icra müddətini:

-əlavə olaraq 7 iş günü də uzada bilər.

93. İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə:

– 5 iş günü ərzində məlumat verir.

94. Sorğuçu informasiya ilə tanış olduqda, əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək göstərilməyən digər hallarda informasiyanın əldə olunmasına görə:

– haqq ödəmir.

95. İctimai informasiyaların əldə edilməsinə görə:

-ödəniş tələb olunmur.

96. İnformasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki:

-ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın.

97. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) ilə razılaşdırmaqla: 

– haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin siyahısını;

-informasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş qaydalarını;

-informasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə hallarını;

-ödəniş zamanı edilə biləcək güzəştin şərtlərini;

-bu Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə şərtlərini və qaydalarını müəyyənləşdirir.

 

98.Aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır:

-informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə;

-informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə;

-açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə;

– informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə.

 

99.Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə hansı qurumlara şikayət etmək hüququna malikdir?

– məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)

100.İnformasiya sorğusunu icra edən informasiya sahibi:

-sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir.

 

 

101. İnformasiya sorğusunun icrası və icrasından imtina harada qeydə alınır?

– reyestrdə

102. İnformasiya sorğusu icra olunduqda və ya icrasından imtina edildikdə reyestrə aşağıdakı məlumatlar daxil edilir:

-sorğunun icrasına məsul olan vəzifəli şəxsin adı və soyadı;

– surəti, tərcüməsi və ya çıxarışları verilmiş sənədlərin rekvizitləri;

-sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;

-sorğunun icrasından imtina üçün bu Qanunla müəyyənləşdirilmiş əsaslar.

 

103. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:

-ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası;

-büdcə proqnozları;

-dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr;

-dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar;

-dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;

-dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar;

-ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları;

-dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;

-bu Qanunun 9.1-ci maddəsi ilə müəyyənləşdirilən informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar;

-normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;

-normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən;

-ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar;

-dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar;

-ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlərə dair məlumatlar;

-dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları – əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən;

-dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri təsdiq olunmağa təqdim edilənədək;

-dövlət orqanlarının və bələdiyyələrin vakansiyaları haqqında məlumatlar;

-dövlət orqanlarının və bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar;

-dövlət orqanları və bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;

-kütləvi tədbirlərin proqramları;

-dövlət orqanlarının və bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar – bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək;

-dövlət və bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;

-dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;

-ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin, həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar;

-əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış;

-tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;

-əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar – bu dəyişikliklər edilənədək;

-məhkəmə aktları;

-qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar;

-informasiya sahiblərinin reyestri;

-ictimai rəy sorğusunun nəticələri;

-informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar;

-dövlət sirri təşkil edən məlumatların siyahısı;

-açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.

104. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar İnformasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir halından başqa,:

– informasiya sorğusunun predmeti ola bilməz.

105.İctimai informasiyalar:

– İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır.

106.İctimai informasiyalar həmçinin:

-kütləvi informasiya vasitələrində;

-rəsmi nəşrlərdə;

-kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;

-qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla açıqlana bilər.

 

107.İnformasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər :

-tez çatsın.

108. İctimai informasiyanın açıqlanması üsulu xüsusi qanunla və ya beynəlxalq müqavilələrlə nəzərdə tutulubsa, onda:

– ictimai informasiya açıqlanarkən həmin qanunla və ya beynəlxalq müqavilə ilə nəzərdə tutulan üsul tətbiq olunur.

109. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə ictimai informasiya :

-İnternet informasiya ehtiyatlarına da daxil edilir.

110. İnformasiya sahibi insanların həyatı, sağlamlığı və əmlakı, yaxud ətraf mühit üçün yaranan təhlükə, ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən digər hadisələr və faktlar barədə informasiyanı:

-həmin təhlükənin qarşısını almaq və onun mümkün olan nəticələrini azaltmaq məqsədi ilə dövri mətbuatda, teleradio verilişlərində və İnternet informasiya ehtiyatlarında təcili surətdə açıqlamalıdır.

 

111. Dövlət orqanları və bələdiyyələr bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün:

-İnternet informasiya ehtiyatları yaradırlar.

112. Mərkəzi icra hakimiyyəti orqanları onların tabeliyində olan dövlət orqanlarının İnternet informasiya ehtiyatları formalaşdırmalarına:

– şərait yaratmalıdırlar.

113.Bu məqsədlə:

-sahə (korporativ), regional və s. formada İnternet informasiya ehtiyatları yaradıla bilər.

114. İctimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər və əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər—malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə; tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri—dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə informasiya sahibləri ictimai informasiyaları açıqlamaq məqsədi ilə:

– İnternet şəbəkəsində ayrı-ayrılıqda və ya birgə informasiya ehtiyatları yarada bilərlər.

115. Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları hansı orqan tərəfindən müəyyənləşdirilir?

– Azərbaycan Respublikasının Nazirlər Kabineti

116.Dövlət orqanları və bələdiyyələr və ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər:

-İnternet informasiya ehtiyatları ilə tanış olmaq imkanları barədə məlumatı əks etdirən müvafiq ünvanları və ya onlara edilən dəyişiklikləri kütləvi informasiya vasitələrində açıqlamaq yolu ilə ictimaiyyətə çatdırırlar;

-İnternet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyaları yerləşdirirlər;

-köhnəlmiş, natamam, qeyri-dəqiq və ya çaşqınlıq yaradan informasiyaları İnternet informasiya ehtiyatlarında yerləşdirməkdən imtina edirlər;

-İnternet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini təmin edirlər.

117. İnformasiya sahibi İnternet informasiya ehtiyatlarında :

-sənədin yerləşdirildiyi vaxtı və digər üsullarla açıqlanması tarixini göstərməlidir.

118.İnformasiya sahibləri İnternet informasiya ehtiyatlarında yerləşdirilən ictimai informasiyaların tez və asan əldə edilməsi üçün :

-şərait yaratmalıdırlar.

 

119.Əldə olunma növünə görə informasiya:

– ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.

120. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar:

-açıq informasiyalar sayılır.

121. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə:

-məxfi və gizli (konfidensial) olur.

122. Dövlət sirri :

-məxfi

123.Vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri:

-konfidensial xarakter daşıyır.

124.Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə:

– konfidensial və açıq kateqoriyalara bölünür.

 

125. İnformasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə:

– onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər.

126. İnformasiya sahibi aşağıdakı informasiyaları bu Qanunda göstərilən müddət ərzində xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etməlidir:

-cinayət işi və ya inzibati xətalar haqqında iş üzrə toplanmış informasiya iş məhkəməyə verilənədək və ya işin icraatına xitam verilməsi barədə qərar qəbul edilənədək;

-dövlət nəzarəti gedişində toplanan informasiya həmin məsələ üzrə qərar qəbul edilənədək;

-vaxtından əvvəl açıqlanması dövlət siyasətinin formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə başa çatdırılmasına mane olan və ya mane ola bilən informasiya prosesin başa çatması barədə razılaşma əldə edilənədək;

-vaxtından əvvəl açıqlanması dövlət orqanı tərəfindən testləşdirmə və ya maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə yaradacaq və ya təhlükə yarada biləcək informasiya – test və ya maliyyə yoxlaması başa çatanadək;

-vaxtından əvvəl açıqlanması dövlət orqanında fikir mübadiləsini, məsləhətləşmə prosesini pozacaq və ya poza biləcək informasiya – son qərar qəbul edilənədək;

-vaxtından əvvəl açıqlanması dövlət orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilən informasiya iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti ilə bağlı konkret əməliyyat başa çatanadək;

-ədalət mühakiməsinin həyata keçirilməsinə əngəl törədəcək və ya törədə biləcək informasiya – məhkəmə qərarı qəbul edilənədək;

-xarici ölkələrdən və ya beynəlxalq təşkilatlardan daxil olan sənədlər sənədin açıqlanması üçün qarşılıqlı razılıq əldə edilənədək;

-ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya zərər vura biləcək informasiya – bu təhlükəni törədən səbəblər aradan qalxanadək;

-açıqlanması informasiya sahibinin qanuni maraqlarına ziyan vurursa, yaxud ictimai funksiyaları yerinə yetirən özəl hüquqi şəxslərlə bağlanan müqavilədə informasiyanın xidməti istifadə üçün nəzərdə tutulması qeyd olunubsa – texniki həllər barədə informasiya.

127. İnformasiya sahibləri əsaslandırdıqları hallarda aşağıdakı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilərlər:

– bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sahiblərinin əmr, sərəncam və qərarlarının layihələri – əmr, sərəncam və qərarlar qəbul edilməyə təqdim olunanadək;

-bu Qanunun 9.3-cü maddəsində göstərilən hüquqi şəxslərin bu Qanunun 9.3.1-ci və 9.3.2-ci maddələrində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə dair aktları və onlara aid sənədlər – bu aktlar qəbul edilənədək və ya imzalananadək.

128.Xidməti istifadə üçün nəzərdə tutulmuş informasiyalar o halda xidməti istifadə üçün nəzərdə tutula bilər ki:

-informasiyanın yayılmasından dəyə biləcək ziyan həmin informasiyaya olan ictimai marağı üstələsin.

 

129. Xidməti istifadə üçün nəzərdə tutulan sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərinə:

– “Xidməti istifadə üçün” qeydi yazılır.

130.Fərdi məlumatları əks etdirən sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərində :

-“Xidməti istifadə üçün Fərdi məlumatlar” qeydi aparılır.

131. Hər iki halda sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərində:

-məhdudiyyətin qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarix göstərilməlidir.

 

132.Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya sahibləri aşağıdakı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilməzlər:

-ictimai rəy sorğusunun nəticələri;

-ümumiləşdirilmiş statistik məlumatlar;

-iqtisadi və sosial yönümlü proqnozlar;

-vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hadisələr, təbii fəlakətlər və qəzalar barədə;

-ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, o cümlədən nəqliyyatın və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;

-informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə;

-dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;

-Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin sağlıq durumu haqqında;

-dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları;

– fərdi məlumatlar istisna olmaqla, dövlət və bələdiyyə qulluqçularının, o cümlədən ictimai funksiyaları yerinə yetirən hüquqi və fiziki şəxslərin işgüzar nüfuzunun ləkələnməsi barədə;

-dövlət orqanlarındakı və bələdiyyələrdəki vakansiyalar haqqında;

-büdcə vəsaitlərindən istifadə və ölkənin iqtisadi durumu haqqında;

-dövlət orqanlarında və bələdiyyələrdə çalışan qulluqçuların vəzifə təlimatları;

-dövlətin qiymətli metal və valyuta ehtiyatları barədə;

-normativ hüquqi aktlar;

-Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarının protokolları və stenoqramları;

-qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

-dövlət sirri təşkil edən məlumatların siyahısı;

-qrantlar haqqında;

-informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəlikləri haqqında;

-dövlət nəzarətinin həyata keçirilməsi və ya intizam qaydasında qəbul edilmiş əmr, sərəncam və qərarlar;

-istehlakçıların qanuni maraqlarının müdafiəsi ilə bağlı olaraq malların və xidmətlərin keyfiyyəti haqqında;

-məlumatın açıqlanması dövlətin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirmirsə, dövlət orqanları və bələdiyyələr tərəfindən aparılan, yaxud sifariş verilən tədqiqatların və təhlillərin nəticələri barədə;

-ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə;

-reyestrdə qeydə alınmayan daxili sənədlər – təbrik məktubları, zəmanətlər, memorandumlar, kütləvi tədbirlərin proqramları, müxtəlif statistik hesabatlar.

133. Bu Qanunun 9.3.1-ci maddəsində göstərilən hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə dair informasiyaları:

– xidməti istifadə üçün məhdudlaşdıra bilməzlər

134. Bu Qanunun 9.3.2-ci maddəsində göstərilən hüquqi və fiziki şəxslər isə dövlət və ya bələdiyyə büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiyaları:

-xidməti istifadə üçün məhdudlaşdıra bilməzlər.

 

 

135. Əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları:

– xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar.

136. Fərdi məlumatlar:

– şəxsi və ailə həyatına dair məlumatların məcmusudur.

137.Əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır:

-qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar; [14]

-etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar;

-cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;

-şəxsin məhkumluğu barədə məlumatlar;[15]

-sağlamlıq vəziyyəti haqqında məlumatlar;

-şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar;

-sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar;

-ruhi və fiziki əzablara dair məlumatlar;

-şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar;[16]

-vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar;

-maliyyə əməliyyatları barədə məlumatlar.[17]

138. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır:

-cinsi həyat haqqında məlumatlar;

-vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;

-ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;

-övladlığa götürmə ilə bağlı məlumatlar.

139. Bu maddədə göstərilən fərdi məlumatlar:

– alındığı və ya sənədləşdirildiyi gündən onların əldə olunmasına məhdudiyyətlər qoyulur.[18]

140. İnformasiya sahibi aşağıdakı hallar istisna olmaqla, fiziki şəxslərin sorğuları əsasında onları özləri barəsindəki fərdi məlumatla tanış etməyə borcludur:

-yetkinlik yaşına çatmayan şəxsin informasiya ilə tanış olması onun mənşəyi haqqında sirri pozursa;

-informasiyanın əldə olunması cinayətin qarşısını almağa, cinayətkarı tutmağa və ya cinayət işində həqiqəti müəyyənləşdirməyə mane olarsa;

-digər insanların hüquq və azadlıqlarının müdafiəsi informasiyanın açıqlanmamasını tələb edirsə;

-informasiya dövlət təhlükəsizliyi naminə toplanıbsa.

141.Aşağıdakı şəxslər bu maddədə göstərilən fərdi məlumatlarla tanış olmaq və ya onu əldə etmək hüququna malikdirlər:

-valideynlər və ya qəyyumlar – yetkinlik yaşına çatmayanlar haqqında məlumatlarla;

-qəyyumlar – fiziki cəhətdən qüsurlu şəxslər barədə məlumatlarla;

-dövlət və bələdiyyə qulluqçuları xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı məlumatlarla;

-fərdi məlumatlarla işləməyə icazə alanlar – yalnız bu icazədə göstərilən məlumatlarla;

-normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərin işçiləri və sahibkarlar yalnız bu xidmətlərin göstərilməsi üçün zəruri olan həddə informasiyalarla;

-fiziki şəxslər – özləri barəsindəki informasiyalarla;

142.İnformasiya sahibi fərdi məlumatları əldə edən şəxslərin:

– qeydiyyatını aparmalı, həmin qeydiyyatda informasiya ilə tanışlığın və ya onu əldə etmənin məqsədi, vaxtı və üsulu göstərilməlidir.

 

143. İnformasiya sahibi ictimaiyyətdə maraq doğuran hüquq pozuntusu və ya bədbəxt hadisələrlə bağlı informasiyanı nəticə tam aydınlaşdırılana qədər elə həddə açıqlamalıdır ki, :

-təhqiqatın aparılmasına və ya bədbəxt hadisənin səbəblərinin aydınlaşdırılmasına mane olmasın.

144. Bu cür informasiyanın açıqlanma həddinə dair qərar:

– təhqiqatı aparan və ya nəzarəti təşkil edən, yaxud bədbəxt hadisənin səbəblərini aydınlaşdıran vəzifəli şəxs tərəfindən qəbul edilir.

145.Xidməti istifadə üçün nəzərdə tutulmayan informasiya əldə olunması məhdudlaşdırılan informasiyanın tərkib hissəsinə daxildirsə, o zaman:

– sənədin yalnız əldə olunması məhdudlaşdırılmayan hissəsi açıqlanır.

146. Dövlət və bələdiyyə qulluqçuları xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar:

– xidməti istifadə üçün nəzərdə tutulmuş sənədlərlə işləmək hüququna malikdirlər.

147. İnformasiya sahibinin rəhbəri kənar şəxslərə xidməti istifadə üçün nəzərdə tutulan informasiya ilə işləməyə icazə verə bilər, bu şərtlə ki, həmin informasiya:

– dövlət orqanlarının və bələdiyyələrin maraqlarına ziyan vurmasın.

148. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyaların əldə olunmasına qoyulan məhdudiyyət bu məhdudiyyəti doğuran səbəblər aradan qalxdıqda, lakin neçə ildən gec olmayan müddətdə götürülür?

-5 ildən gec olmayan

149.Fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyət :

-həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddətinədək və ya şəxsin vəfatından sonra 30 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il müddətinədək qüvvədədir.

150. İnformasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qüvvədən düşmüş hesab edilməsi harada qeyd olunur?

– informasiyanın daşıyıcısında və reyestrdə

 

151. İnformasiya sahibi xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın qorunması üçün hansı tədbirlər görür?

– inzibati və texniki

152. Əldə olunması məhdudlaşdırılan informasiya İnternet informasiya ehtiyatlarına daxil edilibsə, bu zaman:

– onun əldə olunmasını mümkünsüz edən tədbirlər görülməlidir.

 

153. Bu Qanunun icrasına nəzarəti:

-informasiya sahibinin rəhbəri – xidməti qaydada, yuxarı orqan – tabeçilik əsasında;

-Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirir.[19]

 

154.Dövlət orqanları bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra:

– 1 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını yaradırlar

155.Bələdiyyələr isə bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalan açıqlamaq üçün mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra:

– 3 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını formalaşdıra bilərlər.

156.    Mərkəzi  icra hakimiyyətİ orqanları tabeçiliklərində olan dövlət orqanlarının öz İnternet informasiya ehtiyatlarını formalaşdırmaları üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra:

– 2 ildən gec olmayaraq  şərait yaratmalıdırlar.

157. İctimaİ funksiyaları  yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər, bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulan informasiya sahibləri öz İnternet informasiya ehtiyatlarını mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra :

-2 ildən gec olmayaraq yaradırlar.

158.İnformasiya sahibləri malik olduqları, fəaliyyət nəticəsində yaratdıqları və ya əldə etdikləri ictimai informasiyaları bu Qanunun 56.1-ci, 56.2-ci və 56.3-cü maddələri qüvvəyə minənədək:

– qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla açıqlayır və ya informasiya sorğusu əsasında təqdim edirlər.

159.      Bu Qanunun NKC:\Users\A3-Reception10.ASAN\Desktop\16858 sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydaları, İnformasiya sahibi fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlarda dəqiqləşdirmələr aparılması üçün bu Qanunun və «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydalar müəyyənləşdirir və bu qaydaları, İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir, İnformasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydaları, Reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydaları, reyestrdən istifadəni və sənədin axtarılmasını asanlaşdırmaq məqsədi ilə reyestrdən istifadəyə dair qaydaları ,və . Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları bu Qanun dərc edildiyi gündən sonrakı:

– 3 ay ərzində həyata keçirilir.

160. Bu Qanun nə zaman dərc edilmişdir?

-30 sentyabr 2005-ci il   1024-IIQ

161.Bu Qanun dərc nə zaman qüvvəyə minib?

30 sentyabr 2005-ci il   1024-IIQ 

Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1.Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq olunub:

Azərbaycan Respublikasının Prezidentininn fərmanı

2.Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları___________ hazırlanmışdır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən

3.Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları: dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir.

4.Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına əlavə haqq verilir:

görə xidmətin ikinci ilindən başlayaraq

5.Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq:

aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.

6.Dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq hansı qaydada hər ay əlavə haqq ödənilir:

1.Qulluq stajı 1 ildən 5 ilədək olanlara aylıq vəzifə maaşının 5%-i həcmində

2. Qulluq stajı 5 ildən 10 ilədək olanlara aylıq vəzifə maaşının 10%-i həcmində

3. Qulluq stajı 10 ildən 15 ilədək olanlara aylıq vəzifə maaşının 20%-i həcmində

4. Qulluq stajı 15ildən yuxarı olanlara aylıq vəzifə maaşının 30%-i həcmində

7.Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq:

qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir.

8.Hansı məqsədlə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun 2 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur?

Dövlət qulluqçularına qulluq stajına görə aylıq vəzifə maaşına müəyyən edilmiş əlavələrin ödənilməsi

9.Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən hansı dövrlər nəzərə alınır:

1.dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;

2.dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı;

3.məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü;

10.Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən hansı dövrlər nəzərə alınır:

1.dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti

2.dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət;

3.əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;

4.ödənişli məzuniyyət dövrləri.

11.Dövlət qulluqçusunun qulluq stajının hesablanması hansı orqan tərəfindən həyata keçirilir?

onun qulluq etdiyi dövlət orqanı

12.Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir?

Bəli

13.Dövlət qulluğunda qulluq stajı haqqında sənəd hesab edilir:

dövlət qulluqçusunun əmək kitabçası

14.Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi zamanı yaranmış fikir ayrılığı hansı orqan tərəfindən aradan qaldırılır?

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası

15.Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır?

Alınır

16.“Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” qaydaları nəyi müəyyən edir?

-dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın ödənilməsi şərtlərini

17.Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq nə zaman verilir?

-xidmətin ikinci ilindən başlayaraq

18. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” qaydaları hansı akta əsasən hazırlanmışdır?

– “Dövlət qulluluğu haqqında ” qanuna əsasən

19.Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq necə ödənilir?

-aylıq vəzifə maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir

20.Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq hansı formada verilir?

-qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına

21.Dövlət qulluqçularına qulluq stajına görə aylıq vəzifə maaşına müəyyən edilmiş əlavələrin ödənilməsi məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində aylıq əmək haqqı fondunun hansı həcmində əlavə vəsaitin ödənilməsi nəzərdə tutulur?

-2 misli həcmində

22.Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlərdən hansı nəzərə alınmır?

-dövlət qulluqçusunun hərbi qulluq keçdiyi dövr

23.Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlərdən hansı nəzərə alınmır?

-dövlət partiya təşkilatlarında çalışdığı qulluq dövrü

24. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlərdən hansı nəzərə alınmır?

-ödənişsiz məzuniyyət dövrləri

25.Dövlət qulluqçusunun qulluq stajının hesablanması kim tərəfindən həyata keçirilir?

-onun qulluq etdiyi dövlət orqanı tərəfindən

26. Dövlət qulluğunda qulluq stajı haqqında sənəd necə adlanır?

-əmək kitabçası

27. Dövlət qulluğunda qulluq stajının müddəti 1 ildən 5 ilə qədər olduqda aylıq vəzifə maaşına neçə faiz əlavə haqq ödənilir:

-5

28.Dövlət qulluğunda qulluq stajının müddəti 5 ildən 10 ilə qədər olduqda aylıq vəzifə maaşına neçə faiz əlavə haqq ödənilir:

-10

29.Dövlət qulluğunda qulluq stajının müddəti 10 ildən 15 ilə qədər olduqda aylıq vəzifə maaşına neçə faiz əlavə haqq ödənilir:

-20

30.Dövlət qulluğunda qulluq stajının müddəti 15 ildən çox olduqda aylıq vəzifə maaşına neçə faiz əlavə haqq ödənilir:

-30

31. Dövlət qulluğunda qulluq stajının müddəti 1 ilə qədər olduqda aylıq vəzifə maaşına neçə faiz əlavə haqq ödənilir:

-Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 28 dekabr 2001-ci il

№ 246-IIKQ

 

1.Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili vəzifəsi nə üçün təsis edilir?

– (bundan sonra “Müvəkkil” adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün

2. Müvəkkil :

-“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir.

3.İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o:

-saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

4. Müvəkkil :

-informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

5. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq:

– yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

6. Müvəkkilin fəaliyyəti :

-insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

7. Kimlərin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil?

– Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan Respublikası hakimlərinin

8. Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı kimə təkliflər verə bilər?

– Azərbaycan Respublikası Prezidentinə

9. Müvəkkil hansı orqana insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair təkliflər verə bilər?

– Azərbaycan Respublikasının Milli Məclisinə

10. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilərmi?

-Bəli,verə bilər

11.Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə:

– baxmaq hüququ vardır.

12. Müvəkkilin fəaliyyəti hansı prinsiplər əsasında qurulur?

– aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik

 

13. Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi neçə səs çoxluğu ilə seçir?

-83 səs çoxluğu

14. Azərbaycan Respublikasının Milli Məclisi Müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti neçə gün müddətində digər üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir?

-15 gün müddətində

 

15. Müvəkkilin namizədliyinə aid tələblər hansılardır?

– Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı Müvəkkil vəzifəsinə seçilə bilər.

16. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs :

-Müvəkkil ola bilməz.

17. Müvəkkil :

-siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.

18. Müvəkkil vəzifəsinə seçildiyi gündən neçə gün müddətində onun statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır?

-5 gün müddətində

19. Müvəkkil vəzifəyə seçildiyi gün harada and içir?

– Azərbaycan Respublikası Milli Məclisinin iclasında

20.Andın mətni necədir?

-“Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm”.

 

21. Müvəkkil neçə il müddətinə seçilir?

-7 il

22. Eyni şəxs Müvəkkil vəzifəsinə neçə dəfədən artıq seçilə bilməz?

– iki dəfədən artıq

23. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o:

-səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

 

 

24. Müvəkkil:

– müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

25. Müvəkkilin müstəqilliyinə hansı təminatlar verilir?

-dəyişilməzliyi;

-toxunulmazlığı;

-hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;

-maddi və sosial təminatlar.

26. Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi:

– Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.

 

 

27. Müvəkkil səlahiyyət müddəti ərzində:

– toxunulmazdır.

28. Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa:

– cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

29.Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində kimə və hansı orqana xəbər verməlidir?

– Azərbaycan Respublikası Baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir.

30. Müvəkkilin toxunulmazlığına hansı qaydada xitam verilir?

yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə

31. Müvəkkilin toxunulmazlığı həmçinin:

– onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.

32. Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra :

-Müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu Qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.

 

 

33. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı iləhasnı hallarda vaxtından əvvəl xitam verilir?

-Müvəkkilə aid tələblər pozulduqda;

-Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;

34. Azərbaycan Respublikası Milli Məclisinin iclasında hansı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:

-Müvəkkil vəfat etdikdə;

-Müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;

-Müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.

35. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə:

– Azərbaycan Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

 

 

36. Müvəkkil kimlərin və hansı şikayətlərinə baxır?

– Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra “ərizəçi” adlandırılacaq) insan hüquqlarının pozulmasına dair

37. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə kimlər verə bilərlər?

– üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları

38.İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları:

– razılıq almadan da verə bilərlər.

39. Kimlər Müvəkkilə şikayət verə bilməzlər?

– Dövlət orqanları

40. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən neçə il müddətində verilə bilər?

– bir il müddətində

41. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən neçə saat müddətində Müvəkkilə göndərilməlidir?

-24 saat müddətində

 

42.İnsan hüquqlarının pozulmasına dair şikayətdə nə olmalıdır?

-ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır.

43.Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə:

– əlavə edilə bilər.

44. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla:

-baxılmır.

45. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər :

-Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.

46. Şikayət şifahi verildikdə:

– Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.

47. Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində məlumatları:

– gizli saxlamalıdır.

 

 

48. Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, Müvəkkil hansı qərarlarından birini qəbul edə bilər?

-şikayət baxılmaq üçün qəbul edilsin;

-şikayətə baxılmasından imtina edilsin.

49.Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə neçə gün müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir?

-10 gün müddətində

 

 

50. Müvəkkil hansı hallarda şikayətə baxmır?

-bu Qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;

-şikayət Müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;

-bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;

-şikayətlə bağlı məhkəmə icraatı getdikdə;

-təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.

 

 

51. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı:

– mülahizələrini öyrənməlidir.

52. Neçə gün müddətində mülahizə Müvəkkilə təqdim edilməlidir?

-10 gün müddətində

53. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin hansı hüquqları vardır?

-istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq; [7]

-dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün müddətində almaq;

-cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;

-şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;

-şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz);

-müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;

-dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək

54. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi:

– yolverilməzdir

55. İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil :

-öz təşəbbüsü ilə araşdırma apara bilər.

56. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə:

– araşdırma Müvəkkilin səlahiyyətlərinə aid olduqda, onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.

57. Şikayətə neçə gün müddətində baxılır?

-30 gün müddətində

58.Nə zaman müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər?

– Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda

59.Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda:

– müraciətin baxılma müddəti yenidən uzadıla bilər.

 

60. Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə neçə gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir?

-5 gün müddətində

61.Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə hansı tədbirləri həyata keçirə bilər?

– qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər);

-cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;

-əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;

-qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək;

-insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;

-İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxmış etmək;

-dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;

-şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

 

 

62. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları neçə iş günü ərzində araşdırır?

-10 iş günü

63.Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq neçə iş gününə qədər uzadır?

-10 iş gününə

64. Müvəkkil hansı hallarda şikayətə baxmır?

-şikayət konkret informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda;

-həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

-ərizəçi informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə

65. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:

-informasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyata alınması;

-informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;

-informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;

-ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi;

-İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;

-informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.

66. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını:

– tələb edir.

67.Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə neçə gün müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir?

-10 gün müddətində.

68.Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil :

-müvafiq yuxarı orqana müraciət edir.

 

69.Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil :

-ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.

70. İllik məruzədə nə məlumat verilir?

– insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə

71. Müvəkkilin illik məruzəsində öz əksini tapmalıdır?

-insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr

72. İllik məruzə hansı orqana göndərilir?

– Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş prokuroruna

73. Məruzə harada dərc olunur?

-“Azərbaycan” qəzetində və “Azərbaycan Respublikasının qanunvericilik toplusu”nda

 

 

74. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş dövlət sirri təşkil edən məlumatların mühafizəsi necə həyata keçirilir?

– Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq surətdə

75. Şikayətdə əks etdirilmiş halların Müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına:

– onların razılığı olmadan yol verilmir.

 

 

76. Müvəkkil neçə manat məbləğində aylıq əmək haqqı alır?

-2025 manat

77. Müvəkkil :

-hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.

78. Müvəkkilə səlahiyyət müddəti ərzində:

– diplomatik pasport verilir.

79. Müvəkkilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada :

-məzuniyyət verilir.

80. Müvəkkilin səlahiyyət müddəti:

– onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

81. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün neçə aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir?

– iki aylıq əmək haqqı

82. Vaxtından asılı olmayaraq Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının neçə faizi məbləğində pensiya alır?

-80 faizi

 

 

83. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün nə yaradılır?

– onun aparatı

84.Yerlərdə Müvəkkilin regional mərkəzləri :

yaradıla bilər.

85. Müvəkkilin aparatı malikdir:

– üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhür və blanklara

86. Aparat və regional mərkəzlər nəyə uyğun fəaliyyət göstərir?

– Müvəkkil tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin aparatı və regional mərkəzləri haqqında” Əsasnaməyə

87. Müvəkkilin aparatının və regional mərkəzlərin strukturu, ştat cədvəli və smeta xərcləri kim tərəfindən müəyyən edilir?

– Müvəkkil

 

88. Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərini kim işə götürür və işdən azad edir?

– Müvəkkil

89. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti nə ilə müəyyən edilir?

– Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları

 

 

90. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında nə yaradılır?

– Milli preventiv qrup

91. Kimlət Milli preventiv qrupun üzvü təyin olunur?

– Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs

92. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən neçə il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar?

-3 il

93. Milli preventiv qrupun hansı hüquqları vardır?

-istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq;

-polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.

94. Milli preventiv qrupun üzvü :

-öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.

95. Milli preventiv qrupun üzvü :

-saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

96. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə:

– yol verilmir.

 

97. Müvəkkilin,  onun aparatının və regional mərkəzlərinin fəaliyyəti nəyin hesabına maliyyələşdirilir?

– Azərbaycan Respublikasının Dövlət büdcəsinin

98.  Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği :

-əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.

 

 

99.Müvəkkilin fəaliyyətinə maneə törədilməsində təqsirli olan şəxslər:

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

Məhkəmələr və hakimlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

1.Bu Qanun :

-Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlmişdir.

 

2.Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş :

-Azərbaycan Respublikası məhkəmələri fəaliyyət göstərirlər.

3.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VI hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması :

qadağandır.

4.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra — Konstitusiya Məhkəməsi) fəaliyyəti və hakimlərinin statusu nə ilə  müəyyən olunur?

-«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə

5.Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ibarətdir:

-Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən

6.Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti:

– yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir.

7.Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən:

– Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.

8.Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması:

-yolverilməzdir.

9.Məhkəmələrdə işlərə  baxılır:

birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə

10.Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada:

-Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına baxılır.

11.Birinci instansiya məhkəməsində işlərə:

– təkbaşına və ya üç hakimdən ibarət tərkibdə

12.Apellyasiya və kassasiya instansiyası məhkəməsində:

– üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır. 

13.Məhkəmələr işlərə baxarkən hansı hüquqi aktları rəhbər tuturlar?

– Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri

14.Məhkəmələrdə işlərə baxılarkən nə aparılır?

– məhkəmə iclasının protokolu

15.Məhkəmə iclasının gedişini və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün:

– texniki vasitələrdən istifadə edilə bilər.

16.Məhkəmələr baxılmış işlər üzrə:

– Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar.

17.Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən neçə aydan gec olmayaraq  elektron qaydada yayılır?

– bir aydan gec olmayaraq

18.Bu qərarlarla birlikdə:

– aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da yayılmalıdır.

19.Birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları hansı üsullarla açıqlanır?

– qanunvericiliklə müəyyən edilmiş üsullarla

20.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar:

– Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

21.Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi:

– Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

22. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin rəmzləri nələrdən ibarətdir?

– Azərbaycan Respublikasının Dövlət bayrağından, Dövlət gerbindən və ədalət mühakiməsinin rəsmi emblemlərindən

23.Azərbaycan Respublikası məhkəmələrinin bütün hakimləri məhkəmə iclaslarını :

-xüsusi geyimdə aparırlar.

24.Ədalət mühakiməsinin rəsmi emblemlərinin və hakimlərin xüsusi geyim formasının təsviri nə ilə müəyyən edilir?

– Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunu ilə

 

25.Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq :

-Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun  və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.

 

26.Ədalət mühakiməsi necə həyata keçirilir?

– hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq

 

27.Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi:

-yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

 

28.Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının hansı mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur?

– istənilən mərhələsində

29.Heç kəs məhkəmə müdafiəsi hüququndan :

-məhrum edilə bilməz.

30.Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə :

-müdafiə hüququna təminat verilir.

31.Tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan:

– müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir.

 

32.Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin II hissəsinə uyğun olaraq qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım:

– ödənişsiz, dövlət hesabına göstərilir.

33.Ədalət mühakiməsi həyata keçirilərkən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə:

– riayət olunması təmin edilir.

34.Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin V hissəsinə əsasən işlərə məhkəmənin qapalı iclaslarında baxılması halları istisna olmaqla, bütün məhkəmələrdə işlərin icraatı :

-açıq aparılır.

35.Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin:

– qiyabi məhkəmə icraatına yol verilmir.

36.Bütün hallarda məhkəmələrin qərarları:

– açıq elan edilir.

 

37.Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə uyğun olaraq:

– çəkişmə prinsipi əsasında həyata keçirilir.

 

38.Məhkəmə icraatının aparıldığı dil:

– Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsində müəyyən edilir.

39.Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması:

– yolverilməzdir.

40.Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda hər kəsin:

– tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilir.

41.Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan hansı  məhkəmələr həyata keçirirlər?

-rayon (şəhər) məhkəmələri;

-ağır cinayətlər məhkəmələri;[5]

-Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi; [6]

-hərbi məhkəmələr;

inzibati-iqtisadi məhkəmələr[8]

-Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;

-apellyasiya məhkəmələri;[10]

-Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra — Ali Məhkəmə).

42.Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada:

– digər məhkəmələr da yaradıla bilər.

43.Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı:

– Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.

 

44.Azərbaycan Respublikasının hər bir məhkəməsi:

– müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır.

Normativ hüquqi aktlar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

1.Bu Konstitusiya Qanunu nəyi müəyyən edir?

– normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını

 

2. Normativ hüquqi akt:

– tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;

3. Qanunvericilik aktları :

– Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar;

4. Normativ xarakterli akt:

– bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;

5.Hüquqi akt:

– normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi akt;

6. Qanunvericiliyin sistemləşdirilməsi:

– normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid sistemə çevrilməsi üzrə fəaliyyət;

7.İnkorporasiya:

– normativ hüquqi aktların məzmunu dəyişdirilmədən müəyyən qaydada toplularda (külliyyatlarda) birləşdirilməsi;

8. Məcəllələşdirmə :

– normativ hüquqi aktların forma və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid normativ hüquqi aktlarda birləşdirilməsi;

9. Qanunlar külliyyatı:

– Azərbaycan Respublikasının qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu;

10. Qanunvericilikdə boşluqlar:

– konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması;

11.Qanunun analogiyası:

– konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi;

12. Hüququn analogiyası:

– yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi;

13.Normativ hüquqi aktların kolliziyası:

– eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu);

14. Normayaratma fəaliyyəti :

– normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət;

15. Normayaratma fəaliyyətinin subyekti:

– normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər);

16. Qanunvericilik təşəbbüsü:

– Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsi ilə müəyyən edilmiş subyekt tərəfindən qanun layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə rəsmən təqdim edilməsi;

17. Normativ hüquqi aktın rəsmiləşdirilməsi :

– normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;

18. Normayaratma orqanı :

– normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı;

19.Normayaratma prosesi:

– dövlət orqanının normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə normayaratma fəaliyyəti;

20. Normayaratma texnikası:

– normativ hüquqi aktların layihələrinin hazırlanması qaydalarının sistemi;

21. Normativ hüquqi aktın açıqlanması :

– normativ hüquqi aktın rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, digər kütləvi informasiya vasitələrinin və ya başqa mümkün kommunikasiya vasitələrinin köməyi ilə rəsmi yayılması yolu ilə ümumi diqqətə çatdırılması;

22.Lokal normativ hüquqi akt :

– qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi akt;

23. Texniki normativ hüquqi aktlar:

– texniki reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki məcəllələr, standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər, aviasiya qaydaları, zoogigiyena, baytarlıq, baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya normaları və qaydaları, gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, texniki-iqtisadi məlumatların dövlət təsnifatı, dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatlar, idarə hesabat formaları və onların doldurulmasına dair göstərişlər, daşınmaz maddi tarixi-mədəni dəyərlərin qorunması zonalarının layihələri, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə texniki normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş) digər normativ hüquqi aktlar;

24.Normativ hüquqi aktda dəyişikliklərin edilməsi :

– normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və ya əlavə normaların daxil edilməsi;

25. Normativ hüquqi aktdan sui-istifadə imkanı:

– normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu;

26. Diskresion səlahiyyətlər:

– orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri;

27. Dispozitiv imkan :

– orqanın (şəxsin) öz seçimi ilə davranış imkanı;

28.Normativ hüquqi aktın hüquqi qüvvəsi :

– normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini müəyyən edən xarakteristika.

29. Normativ hüquqi aktların növləri nə ilə müəyyən edilir?

– Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə

30. Normativ hüquqi aktların hüquqi qüvvəsi nə ilə müəyyən edilir?

-Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə

31. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə :

-Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir.

32. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə:

referendum aktı tətbiq edilir.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə :

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.

34. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə:

– qanun tətbiq edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə:

– fərman tətbiq edilir.

36. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə :

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir.

37. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi nə ilə müəyyən edilir?

– onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə

38. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi nə ilə müəyyən edilir?

– Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V hissələri ilə

39. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar :

-qeyri-normativ hüquqi aktlar sayılır.

40. Qeyri-normativ hüquqi aktlar :

-müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

41. Qeyri-normativ hüquqi aktlara hansılar aiddir?

– Azərbaycan Respublikası Milli Məclisinin qərarları;

-Azərbaycan Respublikası Prezidentinin sərəncamları;

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;

-vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları;

-bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar.

42. Azərbaycan Respublikasının normativ xarakterli aktları hansılardır?

-Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;

-Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;

-maliyyə bazarları tənzimləyicisinin qərarları;[2]

-Məhkəmə-Hüquq Şurasının qərarları;

-Milli Televiziya və Radio Şurasının qərarları;

-yerli özünüidarə orqanlarının qərarları;

-yerli icra hakimiyyəti orqanlarının qərarları.

43. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət:

-müəyyən edə bilməz.

44. Normativ xarakterli aktlar :

-müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

45. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; istisna olmaqla:

– digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.

 

 

46. Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları :

-qanunlar formasında qəbul edilir.

47. Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi və 95-ci maddəsinin II hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər nə ilə tənzimlənir?

– qanunla

48. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı :

-qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

49. Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları :

-fərman formasında qəbul edilir.

50. Azərbaycan Respublikası Prezidentinin fərmanları :

-Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.

51. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar:

– Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilir.

52. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktı qəbul olunduqda:

-bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

53. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları əsasında və onların icrası məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə :

-qərarlar formasında normativ hüquqi aktlar qəbul edir.

54. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar :

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilir.

55. Azərbaycan Respublikasının Nazirlər Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilə bilməyən məsələlər üzrə :

-normativ hüquqi aktlar qəbul edir.

56. Normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda:

– bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

 

57. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları:

– Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.

58. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları :

-qərarlar formasında qəbul edilir.

59. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar nə ilə təsdiq edilir?

– qərarlarla

60. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda :

-bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

 

61. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra neçə saat müddətində rəsmi dərc edilməlidir?

-72 saat müddətində

62. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra neçə saat müddətində rəsmi dərc edilməlidir?

-72 saat

63. Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra :

-hökmən rəsmi dərc edilməlidir.

64. Səlahiyyətli dövlət orqanlarından rəsmi nəşr orqanlarına (Hüquqi Aktların Dövlət Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş normativ hüquqi aktlar, bu Konstitusiya Qanununun 83.1-ci və 83.2-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlar istisna olmaqla, onların daxil olduğu gündən neçə gün gec olmayaraq dərc edilməlidir?

-5 gün gec olmayaraq

65. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda :

-onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

66. Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda :

-Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

67. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən neçə gün sonra qüvvəyə mindiyi göstərilməlidir?

-30 gün sonra

68.Müstəsna hallarda:

– beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

 

69. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda:

– müddətsiz qüvvədədir.

70. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti:

-müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər.

71.87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi :

-Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.

72. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl:

– əmələ gələn münasibətlərə şamil edilir.

73. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə:

– yol verilmir.

 

74. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində :

-məcburi qüvvəyə malikdir.

75. Normativ hüquqi aktların qüvvəsi:

-qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

76. Normativ hüquqi akt (onun struktur elementi) hansı hallarda öz qüvvəsini itirir?

– normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;

-normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;

-normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.

77. Normativ hüquqi aktların icrasına nəzarət:

Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasında dövlət dili haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

QANUNU

1.Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini:

– öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

2. Bu Qanun Azərbaycan Respubli-kası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi:

– hüquqi statusunu nizamlayır.

3. Azərbaycan Respublikasının dövlət dili:

– Azərbaycan Respublikası Konstitu-siyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur.

4. Azərbaycan Respublikasının döv-lət dili kimi Azərbaycan dili:

– ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.

5.Azərbaycan Respublikası dövlət dilinin:

– işlənməsini, qorunmasını və inkişafını təmin edir.

6. Azərbaycan Respublikasında hansı qurumlarda dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir?

-dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə.

7. Kargüzarlıq işləri dövlət dilində aparılırmı?

-Bəli.

8. Dövlət dilinin tətbiqinin normaları hansı orqan tərəfindən müəyyən edilir?

– Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti

9. Azərbaycan Respublikasının əra-zisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar hansı dildə aparıla bilər?

-Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə.

10. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik nələrdən ibarətdir?

-Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən.

11. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri hansılardır?

– Azərbaycan Respublikası Konstitu-siyasının və bu Qanunun taləblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;

– dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;

– dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vәsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;

– dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;

– dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;

– xarici ölkələrdə yaşayan azərbay-canlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.

12. Azərbaycan Respublikasının hansı mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır?

– dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlərdə.

13. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri hansı rəsmi mərasim və tədbirə şamil olunmur?

– Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə

14. Azərbaycan Respublikasında təhsil:

– dövlət dilində aparılır.

15. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti hansı qaydada həyata keçirilir?

qanunvericiliklə müəyyən edilmiş

16. Belə müəssisələrdə dövlət dilinin tədrisi:

– məcburidir.

17. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidirmi?

-Bəli

18. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respubli-kası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları:

– dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar.

19.Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər:

– dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır

20. Azərbaycan Respublikası ərazi-sində bütün xidmət sahələrində, reklam və elanlarda:

– dövlət dili işlənilir.

21. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilərmi?

– Bəli.

22. Hansı şərtlə reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər?

-onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

23. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili:

– dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.

24. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdırmı?

– Bəli.

25. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdırmı?

– Bəli.

26. Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları:

– dövlət dilində yazılır.

27. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi nə ilə tənzimlənir?

– müvafiq qanunvericiliklə.

28. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları necə yazılmalıdır?

-dövlət dilinin normalarına uyğun olaraq yazılışı Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası tərəfindən müəyyənləşdirilirmiş dövlət dilində yazılmalıdır.

29. Hansı şərtlə inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıla bilər?

– inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

30. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı kim tərəfindən müəyyənləşdirilir?

– Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası

31. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi:

– Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.

32. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında:

-Azərbaycan Respublikasının dövlət dili işlənir.

33. Dövlət dilini bilməyən şəxslər:

– qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.

34. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda, hansı hallar istisna olmaqla, dövlət dili işlənir?

– qanunvericiliklə müəyyən edilmiş hallar.

35. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır?

– Bəli.

36.Hansı halda notarius tərəfindən rəsmiləşdirilən sənəd başqa dildə tərtib edilə bilər?

-“Notariat haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tәrәfindәn ona tərcümə edilə bilər.

37. Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır?

– Bəli.

38. Hansı halda Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan şəxslər işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin olunur?

– icraatın aparıldığı dili bilməyəndə.

39. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır?

– Bəli.

40. Hansı hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər?

– Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada

41. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, inzibati və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır?

– Bəli.

41. Hansı hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər?

– Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada.

42. Azərbaycan Respublikasında İnzibati xətalar üzrə icraat hansı dildə aparılır?

-dövlət dilində.

43. Hansı hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər?

– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada.

44. İnzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat hansı dildə aparılır?

– dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində.

45. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilirmi?

– Bəli.

46.Azərbaycan Respublikasının beynəlxalq yazışmaları hansı dildə aparılır?

– dövlət dilində. Belə yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.

47. Azərbaycan Respublikasının ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələri hansı dillərdə tərtib olunmalıdır?

-Dövlət dilində , müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə).

48. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) hansı dildə nəşr edilməlidir?

– dövlət dilində.

49. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları hansı orqanı tərəfindən təsdiq edilir?

– Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti

50. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlərmi?

– Bəli.

51. Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti  neçə ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir?

– 5 ildə.

52. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası hansıdır?

– latın qrafikalı Azərbaycan əlifbasıdır.

53. Dövlət dilinin nəşriyyat işində işlənməsi hansı qanunvericiliyə əsasən həyata keçirilir?

– Azərbaycan Respublikasının qanunvericiliyinə.

54.Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları hansı əlifbada buraxılmalıdır?

– latın qrafikalı Azərbaycan əlifbasında

55. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilərmi?

– Bəli.

56. Azərbaycan Respublikası vətən-daşlarının hansı sənədləri dövlət dilində tərtib edilir?

– doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər.

57. Azərbaycan Respublikası vətən-daşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilirmi?

– Bəli.

58. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları hansı normalara uyğun olaraq yazılır?

– Azərbaycan dilinin normalarına.

59. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar hansı dildə tərtib olunur?

– dövlət dilində.

60. Azərbaycan Respublikasında dövlət dilinə qarşı hansı işlərə cəhd etmək qadağandır?

– gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstər-mək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək.

61. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlərmi?

– Bəli.

62. Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlarmı?

– Bəli.

63. Bu Qanun nə vaxt qüvvəyə minmişdir?

– 30 sentyabr 2002-ci il

NURLAN ORUCLU

DÖVLƏT QULLUĞUNA QƏBUL ÜÇÜN

QANUNVERİCİLİKDƏN SUALLAR VƏ CAVABLAR.

Bakı – 2018

Dostlarla Paylaş ↓