Qanunvericilik – 40 Sual-Cavabla (yeni!)
Düzgün cavablar qırmızı ilə göstərilib.
1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları nə vaxt qüvvəyə minir?
a) Prezident tərəfindən ikinci səsvermədən sonra imzalandıqda
b) 95 səs çoxluğu ilə
c) 83 səs çoxluğu ilə
d) Prezident tərəfindən 56 gün ərzində imzalandıqdan sonra
2. Dövlət bayrağında təsvir olunan kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən hansı məsafədə yerləşir?
a) Bayrağın eninin 1/60
b) bayrağın eninin 1/4
c) bayrağın eninin 1/12
d) bayrağın eninin 1/6
3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələrindən biri yanlışdır:
a) xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi
b) dövlət dilinin inkişaf proqramının hazırlanması
c) dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;
d) dövlət orqanlarının səmərəli fəaliyyətinin təşkil edilməsi4. Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzürsüz səbəbdən qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin:
a) intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər
b) inzibati qaydada cərimə olunmasına səbəb ola bilər
c) hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmasına səbəb ola bilər
d) cinayət məsuliyyətinə cəlb oluna bilər.5. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət orqanının rəhbərinə aid olan vəzifələrdən biri yanlışdır:
a) etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır
b) etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir
c) etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir
d) dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir6. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə o, birbaşa rəhbərindən nəyi tələb etməlidir:
a) bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını
b) bu əmr, sərəncam və ya tapşırığın şifahi şəkildə təsdiq olunmasını
c) heç bir halda rəhbərdən tələb edilə bilməz
d) bu əmr, sərəncam və ya tapşırığın geri götürülməsini7. “Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu öz fəaliyyətini:
a) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borclu sayıla bilməz
b) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlərə sahib olmasa belə peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur
c) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur
d) heç biri doğru deyil8. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən hansı müddətə qəbul etdiyi müvafiq qərar barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya məlumat verməlidir?
a) 5 günə
b) 5 iş gününə
c) 10 günə
d) 10 iş gününə9. Göstərilən ixtisas dərəcələrindən hansı yardımçı vəzifələrin ikinci təsnifatına aiddir?
a) dövlət qulluğunun baş referenti
b) dövlət qulluğunun 3-cü dərəcə referenti
c) dövlət qulluğunun 1-ci dərəcə referenti
d) dövlət qulluğunun kiçik referenti10. Dövlət qulluğunda qulluq stajının müddəti 1 ilə qədər olduqda aylıq vəzifə maaşına neçə faiz əlavə haqq ödənilir:
a) 5
b) 10
c) 15
d) Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb11. Dövlət qulluğunun prinsiplərindən biri doğrudur:
a) yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların bütün şəxslər tərəfindən mütləq yerinə yetirilməsi
b) bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması
c) dövlət qulluqçularının xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların xidməti ezamiyyətə göndərilməsi
d) bütün vətəndaşların sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi12. Dövlət məvacibi ibarətdir?
1) vəzifə maaşından
2) sosial sığorta haqlarından
3) mükafatlardan
4) ezamiyyət xərclərindən
5) qulluq stajına görə əlavələrdən
6) dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə əlavələrdən
a) 1,2,4,6
b) 2,4,5,6
c) 1,3,5,6
d) 1,3,4,613. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, həmin maddi və qeyri-maddi nemətləri, imtiyazlar və ya güzəştləri hansı qaydada hara təhvil verməlidir?
A) Qulluq keçdiyi dövlət orqanına əmrlə
B) Qulluq keçdiyi dövlət orqanına protokolla
C) Qulluq keçdiyi dövlət orqanına aktla
D) Heç biri14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri vəzifəsi hansı yolla tutulur?
1) müsabiqə yolu ilə
2) müsahibə yolu ilə
3) qulluqda yüksəliş yolu ilə
4) söhbət yolu ilə
5) test üsulu iləa) 1,3,5
b) 2,3
c) 1,2
d) 3,4
15. Dövlət qulluqçuları üçün təminatlara aiddir?
a) icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq
b) ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq
c) qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq
d) heç biri
16. Azərbaycan Respublikasının qanunları hansı dövlət orqanının adından çıxarılır?
a) Milli Məclis
b) Konstitusiya Məhkəməsi
c) Konstutsiya Məhkəməsi və Ali məhkəmə
d) Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb17. Azərbaycan Respublikasının Konstitusiyasına görə cinayət məhkəmə icraatında aşağıdakılardan hansılar iştirak edir?
1) Azərbaycan Respublikasının Prokurorluğu
2) iddiaçı tərəf
3) cavabdeh tərəf
4) müdafiə tərəfia) 1,2
b) 2,4
c) 3,4
d) 1,418. Azərbaycan Respublikasında vətəndaşlıq məsələlərini kim həll edir?
a) Məhkəmələr
b) Prezident
c) Ombudsman
d) Konstitusiya Məhkəməsi
19. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını kim yaradır?
a) Milli Təhlükəsizlik Nazirliyi
b) Daxili İşlər Nazirliyi
c) Prezident
d) Milli Məclis20. Azərbaycan Respublikası Milli Məclisinin deputatı hansı hallarda mandatdan məhrum edilmir?
1) cinayət başında yaxalandıqda
2) dövlət orqanlarında vəzifə tutduqda
3) sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda
4) yaradıcılıq fəaliyyəti ilə məşğul olduqda
5) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə
6) elmi fəaliyyətlə məşğul olduqda
7) din xadimi olduqdaa) 1,4,6
b) 1,3,4,6
c) 2,4,6
d) 3,4,621. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərdən hansılara dair ümumi qaydalar müəyyən edərkən 83 səs çoxluğu ilə qanunlar qəbul etmir?
1) ailə münasibətləri
2) referendum
3) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu
4) Azərbaycan Respublikası Prezidentinin seçkiləri
5) məhkəmə quruluşu və hakimlərin statusu
6) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusua) 1,5,6
b) 2,4,5
c) 3,4,6
d) 2,3,422. Azərbaycan Respublikası “Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır :
1) hərbi andiçmə mərasimində
2) hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda
3) matəm günlərində
4) Azərbaycan Respublikasının bayram günlərindəa) yalnız 1,4
b) hamısı
c) 1,3,4
d) 1,2,423. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş matəm günlərində:
a) Dövlət bayrağı tam olaraq endirilir
b) dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir
c) dirəyinin aşağı hissəsinə eni 10 santimetr olan qırmızı lent bərkidilir
d) dirəyinin ortasına eni 10 santimetr olan qara lent bərkidilir
24. Aşağıdakılardan biri doğru deyil:
a) sənəd dövriyyəsi kiçik olan təşkilatlarda nəzarət daxil olan, göndərilən və daxili sənədlərin qeydiyyat kitablarında həyata keçirilir
b) sənədlər, bir qayda olaraq, icra edilməmişdən əvvəl nəzarətdən çıxarılır
c) sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır
d) sənədlərin icrasının gedişi haqqında məlumat “İcra haqqında qeyd” sütununda qeyd edilir
25. Aşağıdakı sənədlərdən hansılar xüsusi nəzarətə götürülür?
a) dövlət hakimiyyəti orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər
b) bilavasitə qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər
c) təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər
d) hər biri
26. Sənədin icra müddəti nə vaxtdan hesablanır?
a) təşkilata daxil olduğu vaxtdan
b) hazırlandığı vaxtdan
c) göndərildiyi vaxtdan
d) qeydə alındığı vaxtdan27. Teleqramlar neçə nüsxə çap olunur?
a) bir
b) üç
c) iki
d) istənilən sayda28 . Sənədlərə hansı əlavələr ola bilər?
a) əsas sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr
b) müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr
c) müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələr
d) hamısı29. Sənədlərin kompüter (makina) üsulu ilə hazırlanması hansı standartın tələbinə uyğun surətdə həyata keçirilir?
a) 6.38-90 dövlətlərarası standartın
b) 4.27-60 dövlətlərarası standartın
c) 5.67-09 dövlətlərarası standartın
d) 6.48-20 dövlətlərarası standartın30. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri tərtib olunmalıdır:
a) yalnız Azərbaycan dilində
b) digər dillərlə yanaşı Azərbaycan dilində də
c) müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə)
d) qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.31. Müraciət dövlət orqanının səlahiyyətinə aid olmadıqda həmin dövlət orqanı:
a) müraciəti qəbul etməkdən imtina edir
b) 5 gündən gec olmayaraq müvafiq təşkilata göndərir və müraciət edənə məlumat verir
c) 5 iş günündən gec olmayaraq müraciətin icrasına başlayır
d) 15 gündən gec olmayaraq müvafiq təşkilata göndərir
32. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması qaydası hansı qanunla tənzimlənir?
a) “Məlumat azadlığı haqqında” qanunla
b) yalnız dövlətlərarası müqvilələrlə
c) yalnız “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanunla
d) dövlətlərarası öhdəliklərdə başqa hal nəzərdə tutulmayıbsa “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanunla
33. “Məlumat azadlığı haqqında” qanuna əsasən müqavilənin olmamasına görə məlumatı verməkdən kimlər imtina edə bilməzlər?
a) hüquqi şəxslər
b) fiziki şəxslər
c) bələdiyyələr
d) heç kəs34. Açıq məlumatın əldə edilməsi yollarından biri səhvdir?
a) rəsmi nəşrlərlə
b) fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə
c) internet informasiya ehtiyatları vasitəsilə
d) dövlət –peşə sahələrinin təqdim edilməsi ilə35. Səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər:
a) yalnız dövlət orqanları
b) vəzifəli şəxslər
c) bütün dövlət orqanları və vəzifəli şəxslər
d) yalnız Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası36.Elektron sənədə əlavə edilən elektron imza və vaxt göstəricisi elektron sənədin hansı hissəsində qeyd olunur?
A) Ümumi
B) Sertifikatlı
C) Xüsusi
D) Imzalı37.Elektron sənəd hansı təqdimat formalarına malikdir?
A) Imzalı və imzasız
B) Daxili və xarici
C) Ümumi və xüsusi
D) Giriş və çıxış38. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə nəyi birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir?
A) Akt C) Yazılı əsaslandırma
B) Protokol D) Heç biri
39. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında AR Qanunu kimlərə şamil edilir?
A) Dövlət orqanlarının aparatlarında qulluq keçən şəxslərə
B) Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə
C) Dövlət orqanlarında çalışan mütəxəssislərə
D) Dövlət orqanlarının aparatlarında çalışan bölmə müdirlərinə
40. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nə əlavə olunmalıdır?
A) nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti
B) ASAN imza
C) elektron imza
D) nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin əsli