Kargüzarlığın Aparılması ilə bağlı Suallar və Cavabı
Düzgün cavablar qırmızı ilə göstərilib.
1. Hansı hallarda təşkilatlarda kargüzarlıq mərkəzləşdirilməmiş qaydada aparılır?
1. Sənəd dövriyyəsi ildə 25000 sənəddən çox olan
2. Sənəd dövriyyəsi ildə 25000 sənəddən az olan
3. Struktur bölmələri ayrı-ayrı ərazilərdə yerləşən
4. Struktur bölmələri bir ərazidə yerləşənA) 1,2 C) 1,3
B) 3,4 D) 2,4
2. Razılaşdırılma qrifi ibarətdir:
1. “Razılaşdırılmışdır” sözü
2. Sənədin razılaşdırıldığı şəxsin vəzifəsi
3. Sənədi tərtib edən şəxsin adı və soyadı
4. Sənədin razılaşdırıldığı şəxsin imzası
5. Sənədi hazırlayan orqanın vurulmuş möhürüA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 1,2,4
3. Təşkilat daxilində razılaşdırma hansı qaydada həyata keçirilir?
A) Təşkilatın rəhbərinin müavinləri arasında
B) Struktur bölmələrinin rəhbərləri arasında
C) İcraçının müəyyən etdiyi şəxslər arasında
D) Heç biri
4. Kiçik hərflə yazılan vəzifə adlarını seçin:
1. Azərbaycan Respublikasının maliyyə naziri
2. Azərbaycan Respublikasının Prezidenti
3. Bakı Dövlət Universitetinin rektoru
4. Azərbaycan Respublikasının Baş naziriA) 1,2 C) 1,3
B) 3,4 D) 2,4
5. Sənədlərin dövriyyəsi nədir?
A) Sənədlərin təşkilatda hərəkəti, onlar təşkilata daxil olduğu andan göndərildiyi anadək sənədlərin dövriyyəsini təşkil edir
B) Sənədlərin təşkilatda hərəkəti, onlar yaradıldığı andan icra edildiyi anadək sənədlərin dövriyyəsini təşkil edir
C) Sənədlərin təşkilatda hərəkəti, onlar təşkilata daxil olduğu və ya yaradıldığı andan icra edildiyi və ya göndərildiyi anadək sənədlərin dövriyyəsini təşkil edir
D) Sənədlərin təşkilatda hərəkəti, onlar icra edildiyi və ya göndərildiyi anadək sənədlərin dövriyyəsini təşkil edir
6. Akt kim tərəfindən imzalanır?
A) Sədr
B) Katib
C) Müvafiq dövlət orqanının rəhbəri
D) Onun tərtib olunmasında iştirak edən şəxslər
7. Nəzarətdə olan sənədlərin icrası haqqında təşkilatın rəhbərliyinə məlumat verilir:
A) Ayda 1 dəfə
B) Ayda 2 dəfə
C) Rübdə 1 dəfə
D) Rübdə 2 dəfə
8. Hansı əlavələrdə sənəd üçün zəruri
olan elementlərin hamısı olmalıdır?A) Müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələr
B) Əsas sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr
C) Müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr
D) Heç biri
9. Göndərilən sənədlərdə vizalar hansı nüsxədə qoyulur?
A) Göndərilən nüsxədə
B) Təşkilatda qalan nüsxədə
C) Kargüzarlıq xidmətinin müəyyən etdiyi nüsxədə
D) Heç biri
10. Kargüzarlıq xidmətinin əsas vəzifələrinə aiddir:
1. Daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq
2. Dövlət orqanları ilə mətbuat arasında əlaqələrin qurulmasını təşkil etmək
3. Sənədlərin icra müddətinə nəzarət etmək
4. Təşkilatlarda beynəlxalq tədbirlərin təşkilini həyata keçirmək
5. İcra edilmiş sənədləri struktur bölmələrindən tələb etməkA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,4,5
11. Dövlət gerbi əks olunmuş möhürü olmayan təşkilatlar nədən istifadə edirlər?
A) Elektron imzadan
B) Əsas möhürdən
C) Təsdiq edici sənədlərdən
D) Heç biri
12. Kollegial orqan tərəfindən qəbul edilmiş qərarlar kim tərəfindən imzalanır?
A) Sədri və katibi
B) Məsul şəxs və icraçı
C) Sədr və icraçı
D) Katib və məsul şəxs
13. Kim əmrin struktur bölmələrinə və tabelikdə olan təşkilatlara göndərmək zərurətini müəyyən edir?
A) Rəhbər C) Kargüzar
B) İcraçı D) Heç biri
14. Müşayiət məktubları nə üçün tərtib edilir?
A) İcra üçün göndərilən sənədin göndərilməsinin məqsədinə dair izahlar tələb olunduqda
B) İcra üçün göndərilən sənədin icrasının xarakterinə dair izahlar tələb olunduqda
C) İcra üçün göndərilən sənədin əhəmiyyətinə dair izahlar tələb olunduqda
D) Heç biri
15. Qərarın sərəncam hissəsi hansı formasında ifadə olunur?
A) Əmr C) Bildiriş
B) Tövsiyə D) Müraciət
16. Geniş protokollarda protokolun giriş hissəsində verilir:
1. İclası aparan sədrin və katibin adları və soyadları
2. Protokolu tərtib edən şəxsin adı və soyadı
3. Dəvət edilənlərin siyahısı
4. İclasda iştirak edən mətbuat nümayəndələrinin adları və soyadları
5. Müzakirə ediləcək məsələlərin adlarıA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,4,5
17. Kargüzarlıq xidməti tərəfindən
yoxlama zamanı aşkar olunmuş
nöqsanlar nəticəsində sənədlər
kimə qaytarılır?A) İcraçıya
B) Rəhbərə
C) Mütəxəssisə
D) Heç biri
18. Sənədin qeydə alınması nədir?
A) Sənədin üzərinə qeydiyyat nömrəsinin qoyulması və onun icraçılara göndərilməsi
B) Sənədin üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsi
C) Sənədin qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsi
D) Heç biri
19. Dərkənarda neçənci göstərilən şəxs sənədin əsas icraçısıdır?
A) 1-ci C) 3-cü
B) 2-ci D) Sonuncu
20. Daxil olan sənədlərin hansı hissəsində qeyd ştampı vurulur?
A) Birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə
B) Birinci səhifənin üz tərəfinin aşağı sol küncündə
C) Birinci səhifənin üz tərəfinin yuxarı sağ küncündə
D) Birinci səhifənin üz tərəfinin yuxarı sol küncündə
21. Sərəncamın mətni bir qayda olaraq, hansı hissəsindən ibarət olur?
A) Şərh və sərəncam
B) Şərh və bildiriş
C) Sərəncam
D) Heç biri
22. Böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adlarını seçin:
1. Azərbaycan Respublikasının Prezidenti
2. Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti
3. Azərbaycan Respublikasının Baş prokuroru
4. Beyləqan Rayon İcra Hakimiyyətinin BaşçısıA) 1,2 C) 1,3
B) 3,4 D) 2,4
23. Sənədlərin müxtəlif təşkilatlar arasında razılaşdırılması hansı qaydada həyata keçirilir?
1. Müvafiq təşkilatların rəhbərləri tərəfindən razılaşdırılma qrifinin qoyulması
2. Razılaşdırılma sənədinin alınması
3. Kargüzarlıq xidmətinin razılıq məktubu
4. Kollegial orqanın iclasında sənəd layihəsinin müzakirəsinin protokolunun təqdim edilməsi
5. Yuxarı dövlət orqanının rəyiA) 1,2,3 C) 1,2,4
B) 3,4,5 D) 1,3,5
24. Sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa düzgün yazılış qaydasını seçin:
A) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq münasibətlər və qeyri-hökumət müəssisələri ilə iş şöbəsinin müdiri cənab Ayaz Bayramova
B) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq münasibətlər və qeyri-hökumət müəssisələri ilə iş şöbəsinin müdiri cənab Ayaz Bayramova
C) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Münasibətlər və Qeyri-hökumət Müəssisələri ilə İş Şöbəsinin müdiri cənab Ayaz Bayramova
D) Heç biri
25. Viza nə üçün verilir?
A) Sənədi razılaşdırmaq üçün
B) Sənədi icraya göndərməq üçün
C) Sənədlə tanış olmaq üçün
D) Heç biri
26. Kargüzarlıq nədir?
A) Təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir
B) Təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar kadrlarla işin təşkili üzrə fəaliyyətidir
C) Təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar qanunvericilik sənədlərinin hazırlanması işinin təşkili üzrə fəaliyyətidir
D) Heç biri
27. Sənədin rəsmiləşdirilməsi hansı
qaydada həyata keçirilir?1. İmzalanma
2. Təsdiq edilmə
3. Səhifələnmə
4. Möhürlənmə
5. CilidlənməA) 1,2,3 C) 1,2,4
B) 3,4,5 D) 2,3,5
28. Blanklar hansı kağızından
hazırlanmalıdır?A) 1 nömrəli ağ yazı
B) 2 nömrəli açıq yazı
C) 1 nömrəli tünd yazı
D) Heç biri
29. Xarici dildə çap edilmiş rekvizitlərə malik blanklardan istifadə edilməsinə hansı halda yol verilir?
A) Sənədin mətni xarici dildə yazıldıqda
B) Sənədin mətni xarici dillə yanaşı, Azərbaycan dilində də yazıldıqda
C) Yol verilmir
D) Yuxarı dövlət orqanının razılığı ilə
30. Əgər sənəd blankda tərtib edilmişdirsə düzgün yazılış formasını seçin:
A) İmza, adı və soyadı
B) Sədr, imza, adı və soyadı
C) Sədr, adı və soyadı
D) Sədr, imza
31. Əgər sənədi eyni dərəcəli iki və ya bir neçə vəzifəli şəxs imzalayırsa, onların imzaları hansı qaydada yerləşdirilir?
A) Bir səviyyədə
B) Vəzifəli şəxsin adına əsasən əlifba sırası ilə
C) Təşkilatın kateqoriyasına sasən
D) Vəzifəli şəxsin soyadına əsasən əlifba sırası ilə
32. Daxil olan korrespondensiyanın ilkin qaydada işlənməsi nədir?
A) Zərflərin içindəki sənədlərin salamatlığının yoxlanması, onun təyinat üzrə verilmək üçün hazırlanması
B) Korrespondensiya gətirilməsinin düzgünlüyünün yoxlanması, onun təyinat üzrə verilmək üçün hazırlanması
C) Sənədlərin salamatlığının yoxlanması, onun təyinat üzrə verilmək üçün hazırlanması
D) Heç biri
33. Sənədlərin hazırlanması prosesi
nədir?A) Göndərilən sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması və göndərilməsi
B) Daxil olan sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması və yönləndirilməsi
C) Təşkilatda hazırlanmış akt və protokolların tərtibi, rəsmiləşdirilməsi və qeydə alınması
D) Heç biri
34. Sənəd dövriyyəsinin həcmi ildə neçə sənədə qədər olan təşkilatlarda sənədlərin yalnız qeydiyyat kitabında qeydə alınmasına yol verilir?
A) 1000 C) 100
B) 10000 D) 1100
35. Sənədlərin icrasına nəzarət hansı
qaydada həyata keçirilir?A) Nəzarət vərəqələrində qeydlər edilməklə
B) Təşkilatın rəhbəri tərəfindən
C) Kargüzarlıq xidməti tərəfindən
D) Heç biri
36. Telefonoqramlardan hansı məqsəd üçün istifadə edilir?
A) Telefonla məlumat vermək üçün
B) Sorğuları cavablandırmaq üçün
C) Faks göndərmək üçün
D) Heç biri
37. Stenoqramları aparılan iclasların protokolları hansı şəkildə tərtib edilir?
A) Qısa C) Konkret
B) Geniş D) Ətraflı
38. Düzgün yazılışı seçin:
A) Yasamal Rayon İcra Hakimiyyəti
B) Binəqədi rayon İcra Hakimiyyəti
C) Xətai rayon icra hakimiyyəti
D) Suraxanı Rayon icra hakimiyyəti
39. Arayışın və məlumat vərəqəsinin birinci hissəsində yazılır:
A) Faktlar C) Hadisələr
B) Nəticələr D) Heç biri
40. Protokol hansı məqsədlə hazırlanır?
A) İclas və müşavirələrin keçirilməsi ilə bağlı
B) Memorandumların imzalanması ilə bağlı
C) Müqavilələrin imzalanması ilə bağlı
D) Heç biri
41. Sənədin tarixi hansı vaxt hesab edilir?
A) İmzalanma tarixi
B) Göndərilmə tarixi
C) Sıra nömrəsinə əsasən müəyyən edilən tarix
D) Heç biri
42. Əmr bir qayda olaraq hansı hissələrindən ibarət olur?
A) Şərh və sərəncam
B) Şərh və bildiriş
B) Sərəncam
C) Heç biri
43. Komissiyanın tərtib etdiyi sənədlər imzalanarkən nə göstərilir:
A) Sənədi tərtib etmiş şəxslərin vəzifələri
B) Komissiya üzvləri arasında vəzifələrin bölgüsü
C) Komissiya sədrinin vəzifəsi
D) Komissiya üzvlərinin adları
44. İşdən çıxarıldıqda və ya başqa işə keçirildikdə, icraçı onda olan işləri və sənədləri bu vəzifəyə yeni təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə hansı qaydada təhvil verməlidir?
A) Qaimə C) Akt
B) Protokol D) Heç biri
45. Bir qayda olaraq, hansı sənədlər təsdiq edilir?
1. Əsasnamə
2. Kadrların uçot vərəqi
3. Nizamnamə
4. Ərizə
5. ProtokolA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,4,5
46. Sənədlərə hansı əlavələr ola bilər?
1. Müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr
2. Yuxarı təşkilat tərəfindən göndərilmiş sərəncam xarakterli sənəd
3. Əsas sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr
4. Təşkilatın rəhbəri tərəfindən verilmiş şifahi göstərişlərin qısa məzmunu
5. Müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələrA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,4,5
47. Daxil olmuş sənədlərin kimin göstərişi ilə bir struktur bölməsindən digərinə verilməsi kargüzarlıq xidməti tərəfindən həyata keçirilir?
A) Rəhbərlik
B) Şöbə müdiri
C) Kargüzarlıq xidməti
D) Heç biri
48. Göndərilən korrespondensiyanın
işlənməsinə nə daxildir?A) Korrespondensiyanın növlərə ayrılması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması və rabitə xidmətinə verilməsi
B) Korrespondensiyanın növlərə ayrılması, zərflərin hazırlanması və rabitə xidmətinə verilməsi
C) Korrespondensiyanın növlərə ayrılması və sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi
D) Heç biri
49. Sənədlərin surətlərinin aidiyyəti tərəflərə verilməsi kimin icazəsi ilə həyata keçirilir?
A) Təşkilat rəhbərliyinin
B) Müvafiq mütəxəssisin
C) Kargüzarlıq xidmətinin rəhbərinin
D) Heç biri
50. Arayışın və məlumat vərəqəsinin ikinci hissəsində yazılır:
A) Faktlar C) Hadisələr
B) Nəticələr D) Heç biri
51. Qeydiyyat vərəqələrinin məlumat
kartotekası hansı hissələrdən
ibarətdir?1. İcra edilməmiş daxili sənədlər üçün
2. Rəhbərliyə təqdim edilmək üçün
3. Cavab alınması gözlənilən göndərilən sənədlər üçün
4. İcra edilmiş daxil olan sənədlər üçün
5. Vətəndaşlar tərəfindən daxil olan sənədlər üçünA) 1,2,3 C) 3,4,5
B) 1,3,4 D) 2,3,5
52. Əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə
A) müvafiq akt tərtib edilməlidir
B) müvafiq protokol hazırlanmalıdır
C) ona möhür vurulmalıdır
D) ona imza atılmalıdır
53. Sənəd dörddən çox ünvana hansı qaydada göndərilir?
A) Bir sənəddə bütün ünvanlar göstərilir
B) Göndəriş siyahısı tərtib edilir və hər
sənəddə yalnız bir ünvan göstərilir
C) Bir sənəddə iki ünvan göstərilir
D) Heç biri
54. Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər kim tərəfindən imzalanır?
A) Müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini
B) Təşkilatın rəhbəri və ya onun müavinləri
C) Müvafiq struktur bölməsində çalışan mütəxəssis
D) Heç biri
55. Vizanın tərkibinə daxildir:
A) Viza verən şəxsin soyadı və adı, tarix
B) Viza verən şəxsin imzası və tarix
C) Viza verən şəxsin imzası
D) Heç biri
56. Sənədin hər abzasının neçənci sətri sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilir?
A) 1 C) 3
B) 2 D) sonuncu
57. Məktublar nə üçün tərtib edilir?
A) Xahişin, xahişə cavabın, habelə informasiya xarakterli məlumatların ifadə olunması məqsədi ilə
B) İnformasiya xarakterli məlumatların ifadə olunması məqsədi ilə
C) İnformasiyaların mətbuat orqanlarına təqdim olunması məqsədi ilə
D) Heç biri
58. Hansı sənədlər xüsusi nəzarətə
götürülür?1. Bilavasitə qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər
2. Vətəndaşlar tərəfindən daxil olan müraciətlərin icrası ilə əlaqədar sənədlər
3. Dövlət hakimiyyəti orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər
4. Təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər
5. Xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan daxil olan korrespondensiyanın icrası ilə əlaqədar sənədlərA) 1,2,3 C) 3,4,5
B) 1,3,4 D) 1,2,5
59. Sənəd hansı qaydada təsdiq olunur?
1. Təsdiqetmə qrifi ilə
2. Sərəncam mahiyyətli sənəd qəbul etməklə
3. Həmkarlar İttifaqının rəyi ilə
4. Yuxarı dövlət orqanın rəyi iləA) 1,2 C) 1,3
B) 3,4 D) 2,4
60. Sənədin yaranması üçün başqa sənəd əsas olduqda, birinci hissədə göstərilir:
1. Sənəd növünün adı
2. Sənədi imzalayanın vəzifəsi
3. Sənədin nömrəsi
4. Sənədi göndərən orqanın adı
5. Sənədin tarixiA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,3,4
61. Blankların hazırlanması zamanı müstəsna hallarda hansı kağızdan istifadə oluna bilər?
A) Açıq rəngli, zəif boyalı
B) Tünd rəngli, zəif boyalı
C) Açıq rəngli, əlvan boyalı
D) Tünd rəngli, əlvan boyalı
62. Sənəddə maksimum neçə ünvan olmalıdır?
A) 1 C) 3
B) 2 D) 4
63. Təşkilatların mətbəə üsulu ilə hazırlanan blanklarında çat edilən rekvizitləri seçin:
1. AR-nın Dövlət gerbi
2. Təşkilatın rəhbərinin adı və soy adı
3. Təşkilatın tam adı
4. Blankı sıra nömrəsi
5. Azərbaycan Respublikasının adıA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 1,2,4
64. Strukturdan, habelə sənəd dövriyyəsinin həcmindən asılı olaraq, kargüzarlıq sistemi hansı qaydada təşkil olunur?
1. Mərkəzləşdirilmiş
2. Ümumiləşdirilmiş
3. Mərkəzləşdirilməmiş
4. TopluA) 1,2 B) 3,4 C) 1,3 D) 2,4
65. Sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə düzgün yazılış qaydasını seçin:
A) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
B) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
C) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
D) Heç biri
66. Əgər sənəd blankda tərtib edilməmişdirsə düzgün yazılış formasını seçin:
A) Azərbaycan Respublikası ticarət naziri, imza, adı və soyadı, tarix
B) Azərbaycan Respublikasının ticarət naziri, imza ,tarix
C) Azərbaycan Respublikasının ticarət naziri, imza, adı və soyadı, tarix
D) Azərbaycan Respublikası ticarət naziri, adı və soyadı
67. İki və daha artıq səhifəsi olan sənədlər neçənci səhifədən başlayaraq nömrələnməlidir?
A) 1 C) Nömrələnmir
B) 2 D) Heç biri
68. Təsdiqetmə qrifinin elementlərini seçin:
1. «Təsdiq edirəm» sözləri
2. Sənədin nömrəsi
3. Sənədi təsdiq etmiş şəxsin vəzifəsinin adı
4. Sənədin növü
5. Təsdiqetmə tarixiA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,4,5
69. Arayışın və məlumat vərəqəsinin mətni neçə hissədən ibarət olmalıdır?
A) 1 C) 3
B) 2 D) Heç biri
70. Təşkilatlarda sənədlər dövriyyəsinin təşkili hansı tələblərə cavab verməlidir?
1. Sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir
2. Sənədlərin dövriyyəsinin təşkili müvafiq dövlət orqanın rəyi ilə təşkil olunmalıdır
3. İşin zərurətindən irəli gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır
4. Sənədlərin hərəkəti qaydasında və işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır
5. Sənədlərin hərəkəti xüsusi proqram təminatı və elektron imza ilə həyata keçirilməlidirA) 1,2,3 C) 3,4,5
B) 1,3,4 D) 1,2,5
71. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kimə verilir?
A) Rəhbərlik
B) Şöbə müdiri
C) Mütəxəssis
D) Kargüzarlıq xidməti
72. Hər bir sənəd təşkilatda neçə dəfə qeydə alınır?
A) 1 C) 3
B) 2 D) Heç biri
73. Sənəd dövriyyəsinin həcmi ildə neçə sənəddən çox olan təşkilatlarda sənədlərin qeydə alınması üçün vahid qeydiyyat vərəqəsi tətbiq edilir?
A) 1000 C) 100
B) 10000 D) 1100
74. Vəzifəli şəxslərin ünvanına olan sənədlər, bir qayda olaraq kimə verilir?
A) Vəzifəli şəxsə
B) Mütəxəssisə
C) Texniki işçilərə
D) Heç biri
75. Göndərilən sənədlər nə zaman qeydə alınır?
A) Daxil olduğu gün
B) İmzalandığı gün
C) Göndərildiyi gün
D) Heç biri
76. Sənəd hansı halda icra edilmiş sayılır?
A) Göndərənə mahiyyətcə cavab verildikdə
B) Sorğuya cavab edildikdə
C) Nəzarət vərəqində qeydlər edildikdə
D) İmza və tarix qoyulduqda
77. Sənəd dövriyyəsinin həcmi ildə 1000 sənəddən çox olan təşkilatlarda sənədlərin qeydə alınması üçün nə tətbiq edilir?
A) Vahid qeydiyyat vərəqəsi
B) Vahid elektron imza
C) Ümumi informasiya sistemi
D) Heç biri
78. Daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra baxılmaq üçün kimə verilir?
A) Təşkilatın və ya struktur bölməsinin rəhbərliyinə
B) Struktur bölməsinin mütəxəssisinə
C) Təşkilatda olan kargüzarlıq xidmətinə
D) Müəssisədə çalışan texniki işçilərə
79. İki və ya daha artıq təşkilat adından hazırlanan sənədlər hansı qaydada tərtib edilir?
A) Blankda C) A5 – formatında
B) Blanksız D) A3 – formatında
80. Gətirilən korrespondensiyanın düzgünlüyünü yoxlamaqda məqsəd nədir?
A) Təyinat üzrə gətirilməyən korrespondensiyanı aşkar etmək
B) Zərflərin üzərində yazılan ünvanın dəqiqləşdirilməsi
C) Sənədlərin dəqiq ünvana çatdırılması
D) Sənədlərin reyestrinin aparılması
81. Təşkilat rəhbərinin yanında keçirilən iclasların və müşavirələrin stenoqramları harada saxlanılır?
A) Kargüzarlıq xidmətində
B) Arxiv idarəsində
C) Müvafiq şöbədə
D) Heç biri
82. Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə kimin vəzifəsidir?
A) Təşkilatın rəhbərinin
B) İcraçının
C) Kargüzarlıq xidmətinin
D) Texniki işçilərin
83. Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində kargüzarlıq xidməti tərəfindən həyata keçirilir:
1. Korrespondensiyanın qəbulu və göndərilməsi
2. Sənədlərin qeydə alınması
3. Sənədlərin struktur bölmələrinə paylanması
4. Korrespondensiyanın gətirilməsi
5. İşlərin formalaşdırılmasıA) 1,2,3 C) 1,3,4
B) 3,4,5 D) 2,3,5
84. Sənədin tarixi kim tərəfindən qoyulur?
A) Onu imzalayan vəzifəli şəxs tərəfindən
B) Onu hazırlayan icraçı tərəfindən
C) Kargüzarlıq xidməti tərəfinən
D) Heç biri
85. Əgər sənədi imzalamalı olan şəxs yoxdursa onu kim imzalamalıdır?
A) Müavini və ya vəzifəsini icra edən şəxs
B) Müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini
C) Müvafiq struktur bölməsində çalışan mütəxəssis
D) Müvafiq struktur bölməsində çalışan texniki işçi
86. Daxil olan sənədlər nə zaman qeydə
alınır?A) Daxil olduğu gün
B) İmzalandığı gün
C) Təsdiq edildiyi gün
D) Heç biri
87. Teleqramlar neçə nüsxədə çap olunur?
A) 1 C) 3
B) 2 D) 4
88. Qərarın mətni hansı hissələrdən ibarətdir?
A) Şərh və sərəncam
B) Şərh və bildiriş
C) Sərəncam və bildiriş
D) Heç biri
89. Düzgün yazılışı seçin:
A) Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
B) Sənaye Və Energetika Nazirliyi
C) maliyyə nazirliyi
D) Ticarət nazirliyi
90. Sənədin başlığı vərəqin hansı
hissəsində yazılır?A) Ortasında mətndən əvvəl
B) Sağında mətndən əvvəl
C) Solunda mətndən əvvəl
D) Ortasında mətndən sonar
91. Tabe təşkilatlarda kargüzarlığın aparılması qaydalarına riayət olunması üzərində nəzarətin təşkilini kim həyata keçirir?
A) Təşkilatın özü
B) Baş təşkilat
C) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
D) Heç biri
92. Akt mətninin sonunda yerləşdirilir:
A) Aktın nüsxələri və saxlandığı yer haqqında məlumat
B) Aktın əhəmiyyəti və saxlandığı yer haqqında məlumat
C) Aktın təsviri və tərtibatı haqqında məlumat
D) Heç biri
93. Təşkilatlara göndərilən sənədlər kim tərəfindən imzalanır?
A) Müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini
B) Təşkilatın rəhbəri və ya onun müavinləri
C) Müvafiq struktur bölməsində çalışan mütəxəssis
D) Müvafiq struktur bölməsində çalışan texniki işçi
94. Sənədin müştərək icraçılarının vəzifəsi nədir?
A) Əsas icraçıya lazım olan materialları təqdim etmək
B) Xaric olacaq məktubu hazırlamaq
C) Vizaların alınmasında iştirak
D) Heç biri
95. Əmrin sərəncam hissəsində göstərilir:
A) Əsas götürülən faktlar
B) Görülməli tədbirlər
C) Texniki məlumatlar
D) İstinadlar
96. Bir qayda olaraq, sənədlərin mətnləri neçə hissədən ibarət olur?
A) 1 B) 2 C) 3 D) Heç biri
97. Düzgün yazılışı seçin:
A) Ticarət Nazirliyinin Daxili ticarət şöbəsi
B) Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Şöbəsi
C) Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik şöbəsi
D) daxili işlər nazirliyinin istintaq şöbəsi
98. Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin yaranmasının hüquqi əsaslarına aiddir:
1. Qüvvədə olan qanunvericilik aktlarının tələbləri
2. Yuxarı təşkilatların konkret tapşırıqları
3. Vətəndaşların müraciətləri
4. Beynəlxalq təşkilatların sorğularıA) 1,2 C) 1,3
B) 3,4 D) 2,4
99. Sənədlərin mətnləri hazırlanarkən ikinci hissədə göstərilməlidir:
A) Əsas götürülmüş faktların və hadisələrin təsviri
B) Nəticələr, təkliflər, qərarlar və sərəncamlar
C) Ümumi məlumatlar
D) Heç biri
100. Əmrin şərh hissəsində göstərilir:
A) Əsas götürülən faktlar
B) Görülməli tədbirlər
C) Texniki məlumatlar
D) İstinadlar
101. Dərkənarda nə olmalıdır?
A) Sənədlərin icra xarakteri və icraçıları haqqında aydın və qəti göstəriş
B) Sənədlərin icrası haqqında dolğun məlumat
C) Sənədlərin tərkibi haqqında məlumat
D) Sənədlərin təyinatı haqqında məlumat
102. Sənəd fiziki şəxsə göndərilirsə:
A) Əvvəlcə onun soyadı və adı, sonra poçt ünvanı göstərilir
B) Əvvəlcə onun poçt ünvanı, sonra soyadı və adı göstərilir
C) Yalnız onun poçt ünvanı göstərilir
D) Yalnız onun soyadı və adı göstərilir
103. Sənəd dövriyyəsi ildə 25000 sənədə qədər olan təşkilatlarda kargüzarlıq hansı qaydada aparılır?
A) Mərkəzləşdirilmiş
B) Mərkəzləşdirilməmiş
C) Eyniləşdirilmiş
D) Ümumiləşdirilmiş
104. Protokolun mətni hansı hissələrdən ibarət olmalıdır?
A) Giriş və əsas
B) Əsas və yardımçı
C) Giriş və köməkçi
D) Heç biri
105. Əgər sənədin mətnində adı çəkilən qoşmalar vardırsa, qoşmanın mövcudluğu haqqında qeyd harada yazılır?
A) İmzadan sonar
B) İmzadan əvvəl
C) Mətndən əvvəl
D) Heç biri
106. Kollegial orqanların sənədləri hansı qaydada rəsmiləşdirilir?
A) Vəzifəcə yüksək olan şəxsin imzası ilə
B) İki və ya daha artıq imza ilə
C) Yuxarı dövlət orqanının imzası ilə
D) Kollegial orqanın sədrinin imzası ilə
107. Təşkilatlarda tez-tez təkrarlanan birtipli sənədlərin tərtibi zamanı istifadə oluna bilər:
A) Ümumi blanklar
B) Trafaret mətnli blanklar
C) Rekvizitli blanklar
D) Heç biri
108. Qərarın şərh hissəsində göstərilir:
A) Qərar qəbul edilməsinin səbəbləri, görülməli tədbirlərin məqsədləri
B) Nəzərdə tutulan işlərin təhlili
C) Planlaşdırılan işlər üzrə tapşırıqlar
D) Heç biri
109. Sənəd bir struktur bölməsindən digərinə göndərilərkən qeydiyyat vərəqəsində nə göstərilir?
A) Dərkənarın mətni və tarixi
B) İcraçının adı və soyadı
C) Viza və tarix
D) Heç biri
110. Sənədin icra müddəti hansı qaydada uzadılır?
A) İcraçının yazılı xahişi ilə təşkilat rəhbəri tərəfindən
B) Struktur bölməsinin rəhbərinin tələbi ilə
C) Kargüzarlıq xidmətinin xahişi ilə təşkilatın rəhbəri tərəfindən
D) Heç biri
111. Sərəncam mahiyyətli sənədlərin layihələri müvafiq qaydada razılaşdırıldıqdan sonra baxılmaq və ya imzalanmaq üçün kimə verilir?
A) İcraçıya
B) Rəhbərə
C) Mütəxəssisə
D) Heç biri
112. Sənədlərin mətnləri hazırlanarkən birinci hissədə göstərilməlidir:
A) Əsas götürülmüş faktların və hadisələrin təsviri
B) Nəticələr, təkliflər, qərarlar və sərəncamlar
C) Ümumi məlumatlar
D) Heç biri
113. Təşkilatın vəzifələrinin həyata keçirilməsi üçün zəruri olmayan sənədlərin uçota alınması harada həyata keçirilir?
A) Təşkilatın müvafiq bölmələrində
B) Təşkilatın kargüzarlıq xidmətində
C) Təşkilatın məxfi bölməsində
D) Təşkilatın sənədlərlə iş bölməsində
114. Kollegial orqan tərəfindən qəbul edilmiş qərarlar neçə gün müddətində icraçılara çatdırılır?
A) 6 C) 8
B) 7 D) 9
115. Sənədin icra müddəti nə vaxtdan hesablanır?
A) Təşkilata daxil olduğu
B) İcraçıya verildiyi
C) Viza verildiyi
D) Dərkənar qoyulduğu
116. Əmrin layihəsinin son variantına kim düzəlişlər edə bilər?
A) Təşkilat rəhbəri
B) Əmri hazırlayan struktur bölməsinin rəhbəri
C) Müvafiq mütəxəssis
D) Kargüzarlıq xidmətinin rəhbəri
117. Aktın şərh hissəsində göstərilir:
A) Əsaslar C) Hadisələr
B) Nəticələr D) Heç biri
118. Sənədlər üzrə qeydiyyat vərəqəsinin üz tərəfi kim tərəfindən doldurulur?
A) Kargüzarlıq xidməti
B) İcraçı
C) Təşkilatın rəhbəri
D) Heç biri
119. Teleqraf yazışması hansı məsələlərə dair aparılır?
A) Təcili C) Əhəmiyyətli
B) Fövqəladə D) Xüsusi
120. Razılaşdırılma qrifi sənədin hansı hissəsində yerləşdirilməlidir?
A) Titul vərəqinin yuxarı sol küncündə
B) Titul vərəqinin yuxarı sağ küncündə
C) Titul vərəqinin yuxarı orta hissəsində
D) Heç biri
121. Sənədlər üzrə qeydiyyat vərəqəsinin əks tərəfi kim tərəfindən doldurulur?
A) Kargüzarlıq xidməti
B) İcraçı
C) Təşkilatın rəhbəri
D) Heç biri
122. Hansı sənədlər baxılmaq üçün ilk növbədə verilir?
A) Təcili sənədlər
B) Fövqəladə sənədlər
C) Səlahiyyətli sənədlər
D) Bütün sənədlər
123. Sənədin tətbiqi üçün əlavə tədbirlərin həyata keçirilməsi tələb olunduğu hallarda nə həyata keçirilir?
A) Sərəncam mahiyyətli sənəd qəbul edilir
B) Akt tərtib edilir
C) Protokol hazırlanır
D) Qaimə yazılır
124. Təşkilatların və struktur bölmələrinin rəhbərləri dəyişdirildikdə, işlər və ya icrada olan sənədlər hansı qaydada təhvil verilir?
A) Akt C) Qaimə
B) Protokol D) Heç biri
125. Daxil olmuş sənədlərin rəhbərliyin göstərişi ilə bir struktur bölməsindən digərinə verilməsi kim tərəfindən həyata keçirilir?
A) Rəhbərlik
B) Şöbə müdiri
C) Kargüzarlıq xidməti
D) Mütəxəssis
126. Sənədlərin surətlərinin çıxarılması üçün kimin göstərişi və ya icazəsi tələb olunur?
A) Rəhbər vəzifəli şəxsin
B) Müvafiq mütəxəssisin
C) Kargüzarlıq xidmətinin rəhbərinin
D) Heç biri
127. Sənədlərin başlığı hansı suala cavab verməlidir?
A) Nə haqqında
B) Nə barədə
C) Kim haqqında
D) Kim barədə
128. Hansı zərflər açılmır?
A) Təşkilata ünvanlanan korrespondensiya
B) Şəxsi korrespondensiya
C) Təşkilatın rəhbərinə ünvanlanan korrespondensiya
D) Heç biri
129. Protokol kimlər tərəfindən imzalanır?
A) Təşkilat rəhbəri
B) İclasın katibi
C) Təşkilat rəhbəri və iclasın katibi
D) Heç biri
130. Sənədlərin ümumi icra müddəti qanunvericiliyin tələblərinə uyğun olaraq kim tərəfindən müəyyən edilir?
A) Təşkilatın özü
B) Göndərən
C) İcraçı
D) Kargüzar
131. Daxil olmuş sənədlər baxılmaq üçün nə zaman verilməlidir?
A) Qeydə alındığı gün
B) Dərkənar yazıldığı gün
C) Viza verildiyi gün
D) Rəy alındığı gün
132. Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədi ilə nə edilməlidir?
A) Rəsmiləşdirilməli
B) Təsdiq edilməli
C) Möhürlənməli
D) Heç biri
133. Aktın mətni hansı hissələrdən ibarət olmalıdır?
A) Giriş və şərh
B) Giriş və yekun
C) Şərh və yekun
D) Heç biri