Dövlət Qulluğu-Korrupsiya test-cavab
Düzgün cavablar qırmızı ilə göstərilib.
1. Korrupsiya nədir?
A) Vəzifəli şəxslərin öz statusundan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi
B) Fiziki və hüquqi şəxslər tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınması
C) Vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınması
D) Vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər almaması, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin vəzifəli şəxslərə təklif və ya vəd olunmaması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınması
2. Kimlər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridir?
1. AR Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər
2. Yardımçı vəzifə tutan dövlət qulluqçuları
3. İnzibati vəzifə tutan dövlət qulluqçuları
4. Yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
5. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərA) 1,2,3 C) 1,3,4
B) 3,4,5 D) 2,3,5
3. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan hansıdır?
A) AR-nın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası
B) AR-nın Korrupsiyaya qarşı mübarizə üzrə Şurası
C) AR Baş Prokurorluğu yanında Korrupsiya İdarəsi
D) Heç biri
4. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqannın səlahiyyətləri hansı qanunvericilik aktı ilə müəyyən olunur?
A) “Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanunu
B) Əsasnamə
C) Mülki Məcəllə
D) Heç biri
5. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş hansı məlumatları təqdim etməlidirlər?
1. Mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə
2. Ailə üzvlərinin gəlirləri barədə
3. Vergitutma obyekti olan əmlakı barədə
4. Mütəmadi ezamiyyətləri barədə
5. Kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədəA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,4,5
6. Vəzifəli şəxslərin yaxın qohumu bilavasitə onun tabeliyində olan vəzifə tuta bilərmi?
A) Bəli
B) Xeyir
C) Müstəsna hallarda
D) Heç biri
7. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği neçə manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz?
A) 45 B) 55 C) 65 D) 75
8. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada hansı məsuliyyətə səbəb olur?
A) İntizam və ya mülki-hüquqi
B) İnzibati və ya cinayət
C) İntizam və ya inzibati
D) İntizam, mülki-hüquqi, inzibati və ya cinayət
9. Kargüzarlıq nədir?
A) Təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir
B) Təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar kadrlarla işin təşkili üzrə fəaliyyətidir
C) Təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar qanunvericilik sənədlərinin hazırlanması işinin təşkili üzrə fəaliyyətidir
D) Heç biri
10. Tabe təşkilatlarda kargüzarlığın aparılması qaydalarına riayət olunması üzərində nəzarətin təşkilini kim həyata keçirir?
A) Təşkilatın özü
B) Baş təşkilat
C) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
D) Heç biri
11. Kargüzarlıq xidmətinin əsas vəzifələrinə aiddir:
1. Daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq
2. Dövlət orqanları ilə mətbuat arasında əlaqələrin qurulmasını təşkil etmək
3. Sənədlərin icra müddətinə nəzarət etmək
4. Təşkilatlarda beynəlxalq tədbirlərin təşkilini həyata keçirmək
5. İcra edilmiş sənədləri struktur bölmələrindən tələb etməkA) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,4,5
12. Strukturdan, habelə sənəd dövriyyəsinin həcmindən asılı olaraq, kargüzarlıq sistemi hansı qaydada təşkil olunur?
1. Mərkəzləşdirilmiş
2. Ümumiləşdirilmiş
3. Mərkəzləşdirilməmiş
4. TopluA) 1,2 B) 3,4 C) 1,3 D) 2,4
13. Bir qayda olaraq, sənədlərin mətnləri neçə hissədən ibarət olur?
A) 1 B) 2 C) 3 D) Heç biri
14. Sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə düzgün yazılış qaydasını seçin:
A) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
B) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
C) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
D) Heç biri
15. Sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa düzgün yazılış qaydasını seçin:
A) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq münasibətlər və qeyri-hökumət müəssisələri ilə iş şöbəsinin müdiri cənab Ayaz Bayramova
B) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq münasibətlər və qeyri-hökumət müəssisələri ilə iş şöbəsinin müdiri cənab Ayaz Bayramova
C) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Münasibətlər və Qeyri-hökumət Müəssisələri ilə İş Şöbəsinin müdiri cənab Ayaz Bayramova
D) Heç biri