Etik Davranış Qaydaları

Düzgün cavablar qırmızı ilə göstərilib.

 

1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanunu nəyi müəyyən edir?

A) Dövlət qulluqçuları ilə dövlət arasında yaranan münasibətləri
B) Dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri
C) Dövlət qulluqçuları üçün cəmiyyətlə münasibət qurulması məqsədilə etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri
D) Heç biri

 

2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə nəyi birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir?

A) Akt  C) Yazılı əsaslandırma
B) Protokol D) Heç biri

 

3. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında AR Qanunu kimlərə şamil edilir?

A) Dövlət orqanlarının aparatlarında qulluq keçən şəxslərə
B) Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə
C) Dövlət orqanlarında çalışan mütəxəssislərə
D) Dövlət orqanlarının aparatlarında çalışan bölmə müdirlərinə

 

4. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında AR Qanunun məqsədi nədən ibarətdir?

1. Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi
2. Dövlət orqanlarında çalışan dövlət qulluqçularının əlavə peşə təhsili ilə bağlı məsələləri
3. Dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması
4. Dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması
5. Dövlət orqanlarında insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı məsələləri
6. Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi

A) 1,2,3,4 C) 2,3,4,5
B) 3,4,5,6 D) 1,3,4,6

 

5. Dövlət qulluqçusunun xidməti davranışı nədir?

A) Qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət
B) Qanunvericiliklə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi və məhdudiyyətlərə əməl olunması ilə əlaqədar fəaliyyət
C) Qanunvericiliklə ona verilmiş hüquqlardan şəxsi və milli maraqlar naminə istifadə olunması ilə bağlı fəaliyyət
D) Heç biri

 

6. Dövlət qulluqçusunun xidməti davranışı hansı qanunvericilik aktı ilə tənzimlənir?

A) “Normativ hüquqi aktlar haqqında” AR Qanunu
B) Qulluqda olduğu dövlət orqanının Əsasnaməsi
C) AR Prezidentinin Sərəncamları
D) Heç biri

 

7. Vicdanlı davranış nədir?

A) Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçularının öz vəzifə borcunu səmərəli yerinə yetirməsi
B) Şəxsi maraqları naminə dövlət qulluqçularının öz vəzifə borcunu səmərəli yerinə yetirməsi
C) Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maraqları naminə dövlət qulluqçularının öz vəzifə borcunu səmərəli yerinə yetirməsi
D) Heç biri

 

8. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı kimə təqdim etməlidir?

1. Birbaşa rəhbərinin
2. Başqa bölmənin rəhbərinin
3. Əvvəlcədən müəyyən edilmiş rəhbər şəxslərin
4. Yuxarı rəhbərinin

A) 1,2 B) 3,4 C) 2,3 D) 1,4

 

9. Dövlət qulluqçusu bütün hallarda kim üçün vicdanlılıq nümunəsi olmalıdır?

A) İşlədiyi dövlət orqanın rəhbəri
B) İşlədiyi dövlət orqanının əməkdaşları
C) Yaxın qohumları
D) Hər bir şəxs

 

10. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrlə, çıxışlarla və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı hansı tədbirləri görməlidir?

A) Kütləvi informasiya vasitələrini mütəmadi olaraq məlumatlandırmalıdır
B) Yuxarı dövlət orqanına məlumat verməlidir
C) Həmkarlar təşkilatına məlumat verməlidir
D) Çəkinməlidir

 

11. İctimai etimad nədir?

A) Dövlət qulluqçusunun AR-nın, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa doğru tədbirlər görməsi
B) Dövlət qulluqçusunun cəmiyyətin və vətəndaşların hüquqlarının müdafiəsinin təşkili üzrə tədbirlər görməsi
C) Dövlət qulluqçusunun öz həmkarlarının işinin təşkilinə mane olmaması
D) Heç biri

 

12. Dövlət qulluqçularının fəaliyyəti

A) cəmiyyətin maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir
B) insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir
C) dövlətin milli təhlükəsizliyinin təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir
D) Heç biri

 

13. Dövlət qulluqçusu kimlərin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur?

1. Birbaşa rəhbərinin
2. Başqa bölmənin rəhbərinin
3. Əvvəlcədən müəyyən edilmiş rəhbər şəxslərin
4. Yuxarı rəhbərinin

A) 1,2 B) 3,4 C) 2,3 D) 1,4

 

14. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə hansı hallarda yol verilir?

A) Vəzifə səlahiyyətlərinin icrası zamanıB) Ezamiyyətdə olarkən
C) Məzuniyyətdə olan zaman
D) Heç bir halda

 

15. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda dövlət qulluqçusu nə etməlidir?

A) Qəbul etməlidir
B) İmtina etməlidir
C) Birbaşa rəhbərinə təqdim etməlidir
D) Heç biri

 

16. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə kimə məlumat verməlidir?

A) Birbaşa rəhbərinə
B) Yuxarı rəhbərinə
C) Həmkarlarına
D) Heç kimə

 

17. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, həmin maddi və qeyri-maddi nemətləri, imtiyazlar və ya güzəştləri hansı qaydada hara təhvil verməlidir?

A) Qulluq keçdiyi dövlət orqanına aktla
B) Qulluq keçdiyi dövlət orqanına protokolla
C) Qulluq keçdiyi dövlət orqanına əmrlə
D) Heç biri

 

18. Hansı əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz?

A) İşlədiyi dövlət orqanının rəhbəri icazə vermədikdə
B) Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə
C) Dövlət Qulluğunu İdarəetmə Şurasının rəyi olmasa
D) Heç biri

 

19. Dövlət qulluqçusu hansı hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz?

1. Xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan
2. Ad günüdə verilən
3. Vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan
4. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən verilən

A) 1,2 B) 3,4 C) 1,3 D) 2,4

 

20. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda hansı tədbiri görməlidir?

A) Yuxarı rəhbərinin rəyini öyrənməlidir
B) Birbaşa rəhbərinin rəyini öyrənməlidir
C) Müvafiq dövlət orqanın rəyini almalıdır
D) Heç biri

 

21. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq nə etməyə borcludur?

A) Dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə
B) Dövlət qulluğundan getdikdən sonra həmin maraqların xarakteri barədə məlumat verməyə
C) Dövlət qulluğunda olduğu müddətdə həmin maraqların xarakteri barədə məlumat verməyə
D) Heç biri

 

22. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə kimə məlumat verməlidir?

A) Dövlət orqanının rəhbərinə
B) Yuxarı rəhbərinə
C) Birbaşa rəhbərinə
D) Heç kimə

 

23. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından hansı məqsədlər üçün istifadə etməsi qadağandır?

A) Şəxsi maraqları naminə
B) Vəzifəsinin icrası naminə
C) Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maddi rifahının yaxşılaşdırılması naminə
D) Heç bir

 

24. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları hansı məqsədlər üçün istifadə edə bilməz?

A) Şəxsi maraqları naminə
B) Vəzifəsinin icrası naminə
C) Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maddi rifahının yaxşılaşdırılması naminə
D) Heç bir

 

25. Dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv ola bilərmi?

A) Bəli
B) Xeyir
C) Yalnız işlədiyi dövlət orqanının rəhbərinin icazəsi ilə
D) Heç biri

 

26. Dövlət orqanlarında hansı təşkilatların struktur bölmələrinin yaradılması qadağandır?

1. İctimai birliklərin
2. Həmkarlar İttifaqının
3. Siyasi birliklərin
4. Dövlət orqanının struktur bölməsinin
5. Dini təşkilatların

A) 1,2,3 C) 1,3,4
B) 3,4,5 D) 1,3,5

 

27. Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu kim tərəfindən təhlil edilir?

1. Dövlət qulluqçusunun özü
2. Müvafiq dövlət orqanı
3. Dövlət qulluqçusunun birbaşa rəhbəri
4. Dövlət qulluqçusunun yuxarı rəhbəri
5. Dövlət Qulluğunu İdarəetmə Şurası

A) 1,2,3 C) 1,3,4
B) 3,4,5 D) 2,3,4

 

28. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti kim həyata keçirir?

1. Dövlət orqanının rəhbəri
2. Dövlət qulluqçusunun həmkarları
3. Müvafiq dövlət orqanı
4. Dövlət qulluqçusunun birbaşa rəhbəri

A) 1,2 B) 3,4 C) 1,3 D) 2,4

 

29. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirən dövlət orqanı rəhbərinin vəzifələrinə aiddir:

1. Tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalı
2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulunu həyata keçirməlidir
3. Tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalı
4. Tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməli
5. Tabeliyinə olan dövlət qulluqçularının mütəmadi ezamiyyətini təşkil etməli
6. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməli

A) 1,2,3,4 C) 1,3,4,6
B) 3,4,5,6 D) 2,4,5,6

 

30.Nəzarət orqanı etik davranış qaydalarına əməl edilməsi və qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə hansı səlahiyyətləri həyata keçirir?

 1. Etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir

2. Etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir
3. Dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir
4. Etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır
5. Daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir

A) 1,2,3 C) 1,3,5
B) 3,4,5 D) 2,4,6

 

31. Hansı hallarda intizam icraatına başlanıla bilər?

1. Qanunvericiliyin dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi
2. Kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi
3. Yuxarı dövlət orqanının tələbi ilə
4. Dövlət Qulluğunu İdarəetmə Şurasının tələbi ilə

A) 1,2 B) 3,4 C) 1,3 D) 2,4

 

32. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı nəyə əməl etməyə borcludur?

A) Siyasi bitərəfliyə
B) Siyasi senzuraya
C) Siyasi fikirlərə
D) Heç biri

 

33. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hansı məbləğdə haqq tələb edə bilər?

A) 100 manat
B) 1000 manat
C) 11 manat
D) Heç biri

 

34. Dövlət qulluqçusu seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən kimin xeyrinə istifadə edə bilər?

A) Siyasi partiyaların
B) Özünün
C) Namizədlərin
D) Heç biri

 

35. Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə əlaqədar dövlət qulluqçusuna qarşı aparılan intizam icraatının gedişinə hansı formada müdaxilə edə bilər?

A) İstənilən formada
B) Yuxarı orqanın göstərişi ilə
C) Dövlət qulluqçusunun müraciəti ilə
D) Heç biri

 

36. Dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə məlumatı kimə verməlidir?

A) Cinayət təqibi orqanına
B) Yuxarı dövlət orqanına
C) Ali Məhkəməyə
D) Heç biri

Dostlarla Paylaş ↓