Fonetika bölməsina aid qeydlər :
- Fonetika – danışıq səslərini öyrənir.
- Fəal danışıq üzvləri – dil, dodaq, səs telləri
- Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
- Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
- Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
- Uzanmayan saitlər – ı, ü
- Sonor samitlər : l, m, n, r
- Burun samitləri : m, n
- Sonu cingiltili samitlə bitən söz tələffüz zamanı cing —- kar
Çəkic [ çəkiç ] kitab [ kitap ]
İstisna * qutab [ qutab ]
- Sonu kar samitlə bitdikdə dəyişilmir.
- İsmin yönlük halında tələffüz zamanı açıq sait qapalı saitə keçir : babaya (babıya), nənəyə (nəniyə) və s.
- Sözə saitlə başlanan şəkilçi və ya söz artırdıqda – kitab (kitap) +a = kitaba (b)
- Sözə samitlə başlanan şəkilçi və ya söz artırdıqda – kitab rəfi ( kitap rəfi)
- Əgər çoxhecalı əsl Azərbaycan sözünün sonu Q və ya K ilə bitirsə, diqqət edirik!
Ələk (Ələx`) – kəpənək ( kəpənəx`) ayrılıqda (x`) şəklində tələffüz edilir. Saitlə başlanan şəkilçi artırdıqda isə:
ələyin (y) , ələyə (y) və s. Bu halda tələffüz şəklini (ələx`in) formasında yazmaq yanlışdır.
Qonaq ( qonax ) – otaq ( otax ) – ayrılıqda (x) şəklində tələffüz edilir. Saitlə başlanan şəkilçi artırdıqda isə:
Qonağın (ğ) – qonağa (ğ)
- Hansı halda saitlə başlanan şəkilçi artıqdıqda x ➡ ğ, k ➡ y əvəzlənməsi baş verir ? – yalnız əsl Azərbaycan sözlərində
- Ahəng qanunu – dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsidir. Şəkilçi kökə ahəngə uyğun artırılır. 4
- Dodaq ahəngi dedikdə dodaqlanan və dodaqlanmayan saitlərin ahəngi nəzərdə tutulur.
- Damaq ahəngi incə və ya qalın saitlərin bir-birini izləməsidir.
- Milli sözlər ahəngə tabe olsa da, bütün ahəngə tabe olan sözlər milli DEYİL!
- Ahəng qanunu pozulmuş bütün sözlər alınma deyil! İstisnalar var : ilan, işıq, inam, elat, ilğım, ildırım, ilıq, işartı, ilxı, tikan, sanki, islaq, gedişat, quzey, islanmaq, inanc, işıldamaq, inan, sevda və s
- Milli şəkilçilərimiz ahəng qanununun tələbinə görə iki və dörd cür yazılır..
- Sözdə ahəng qanunun ən çox gözlənildiyi yer –Köklə şəkilçinin qovuşduğu yer
- Adi halda sözün son hecasına düşən vurğu həmin söz xitab kimi işləndikdə vurğu əvvələ keçə bilər!
- Əvvəllər ahəng qanununa tabe olmasa da, fleksiyaya uğrayıb ahəngə tabe olan alınma sözlər :
- Adəm – adam
- Maşina – maşın
- Qazeta – qəzet
- Vedro – vedrə
- Azərbaycan dilində vurğunun uç növü var:
1.Heca vurğusu
2.Məntiqi vurğu
3.Həyəcanlı vurğu
- Vurğu qəbul edən heca vurğulu heca adlanır. Vurğulu heca vurğusuz hecalardan iki əlamətə görə fərqlənir:
- 1. Yüksək səs tonuna malik olur 2. Qüvvətli tələffüz olunur.
- Türk mənşəli sözlərdə vurğu əsasən sözün son hecasına düşür. Məs: sarı’, danla’, danışıq’, İstisna olaraq vurğusu əvvələ düşən əsl Azərbaycan sözləri də var: dü’nən, bi’ldir, sa’nki, ne’cə, ni’yə, a’ncaq, ba`yaq, la’kin, ye’nə, ya’lnız və s. İlk hecasına m,p,r,s samitlərinin qoşulması ilə yaranan sifətin çoxaltma dərəcəsində olan sözlərdə də vurğu əvvələ düşür. Məs:qa’pqara, bo’mboz, bü’sbütün, tə’rtəmiz və s
- Vurğu qəbul etməyən şəkilçilər :
İsimlərdə : ov, ova, yev, yeva + gil + şəxs xəbərlik şəkilçiləri
Feillərdə : ma(mə) inkarlıq + madan(mədən)
Zərflərdə : la + ca + casına + ən
-dək, -can şəkilçiləşmiş formaları
-mi şəkilçiləşmiş sual ədatı
- Qeyd ! Vurğu qəbul etməyən şəkilçidən sonra vurğu qəbul edən şəkiilçi varsa, vurğu yerini dəyişmir !
- Vurğusu dəyişməklə mənası dəyişən bəzi sözlər:
Genetik, elektrik, estetik, xülasə, romantik, qrafik, komik, akademik, mütləq
- Dilimizdəki bütün səslərin əlifbada xüsusi hərflə işarəsi yoxdur.
- Heca, vurğu və ahəng qanunu sözün yazılı təhlil formasına əsasən aparılır.
Müəllif: Rəhimə Mürvətova