Miqrasiya qanunvericiliyi

1.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən hansı sənəd əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər?

A)viza kartı  B)buraxılış sənədi  C)yol sənədi  D)yaşıl kart

 

2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən şəxsin miqrasiya uçotuna götürülməsi üçün əsaslar aşağıdakılardır?

1.Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına girişi;

2. Əcnəbinin Azərbaycan Respublikasında doğum faktının qeydə alınması;

3. Azərbaycan Respublikasında olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi;

4. Azərbaycan Respublikasında olan şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi;

5. Azərbaycan Respublikasında olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölmüş və itkin düşmüş hesab edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi;

A) 1, 2, 4 B)1, 3,5 C)2,3,4,5 D) 1, 2, 4, 5

 

3. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi ilə bağlı müddəalardan hansı doğru deyildir?

A) Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir;

B) Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansi dənizçi vəzifəsində işləyən vətəndaşin ölkədən getmək və ölkəyə gəlmək hüququ dənizçinin şəxsiyyət sənədi əsasinda həyata keçirilir;

C)Xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada ölkədən gedən vətəndaş dənizçinin şəxsiyyət vəsiqəsi ilə birlikdə həmin gəmi heyətinin tərkibində olmasını təsdiq edən sənədi sərhəd nəzarətindən keçərkən təqdim etməlidir.

D) Dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.

 

4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək hansı hallarda qadağan edilir?

1.Şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişini bəyan edilmiş məqsədlərini pozduqda;

2. Şəxs əvvəllər Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən özü və ya səfərinin məqsədi barədə yalan məlumat verdikdə;

3.Şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son bir il ərzində bir dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda;

4.Şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət bitməmişdirsə,

5.Şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;

A) 1, 2, 4 B)1, 3,5 C)2,3,4,5 D) 1, 2, 4, 5

 

5. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi hansı hallarda məhdudlaşdırıla bilər?

1.Onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olduqda-bu əsas aradan qalxanadək;

2.Onlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barələrində hər hansı qəti imkan tədbiri seçildikdə-azad edilənədək,qəti imkan tədbirinin müddəti bitənədək və ya qəti imkan tədbiri ləğv edilənədək;

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barələrində tibbi xarakterli məcburi tədbirlər həyata keçirildikdə- tibbi xarakterli məcburi tədbirlər tətbiqi həyata keçirilənədək;

4. Onlar üzərinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan vaxtından əvvəl azad edildikdə-müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

5.Onlar inzibati xəta törətdikdə-barələrində qanuni qüvvəyə minmiş inzibati tənbeh tətbiqi icra edilənədək;

A) 1, 2, 4 B)1, 3,5 C)2,3,4,5 D) 1, 2,3, 4, 5

 

6. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında hansı müddət ərzində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar?

A)5 gündən artıq B)3 gündən artıq C)15 gündən artıq D)1 aydan artıq

 

7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən işgüzar səfər vizasında ölkədə qalma müddəti ən çox nə qədər müəyənləşdirilmişdir?

A)180 gün B)60 gün C)90 gün D)10 gün

 

8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən viza tələb olunmayan qaydada gəldikdə ölkədə hansı müddətə qeydə alınırlar?

A)30 gün B)60 gün C)90 gün D)10 gün

 

9. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən turist vizasında qalma müddəti nə qədər müəyyənləşdirilmişdir?

A)180 günədək B)60 günədək C)90 günədək D)30 günədək

 

10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti hansı halda uzadılmır?

1.Onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;

2. Onların Azərbaycan Respublikasında müvəqqəti olması ətraf mühitə zərər vura biləcəyi hallarda,

3. Onların Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim edildikdə,

4. Onların təhsilini təsdiq edən sənədlər olmadıqda,

5. Onların Azərbaycan Respublikasına girişinə qadağa qoyulduqda,

A) 1, 3, 4 B)1, 3,5 C)1, 2,3,4,5 D) 1, 2, 4, 5

 

11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri deyildir?

A) Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma,

B) Ölkə iqtisadiyyatına azı 100.000 manat məbləğində investisiya qoyulması,

C) Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakın və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaitinin olması,

D) Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda,

 

12. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən iş icazəsi ilə bağlı müddəalardan biri doğru deyildir.

A) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşama icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.

B) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən ala bilərlər,

C) İş icazəsi əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir.

D) İş icazəsi qanunvericilik hakimiyyəti tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir.

 

13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin alınması(müddətin uzadılması) üçün aşağıdakı sənədlərdən hansını təqdim etməlidirlər?

1.nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket,

2.pasportun və digər sərhədkeçmə sənədinin surəti,

3.3,5×4,5 sm ölçüdə dörd ədəd fotoşəkil,

4.ailə tərkibi haqqında(ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşayış və ya olduğu yer göstərilməklə) arayış,

5.nigah haqqında şəhadətnamənin təsdiq olunmuş surəti,

A) 1, 3, 4 B)1, 2,3 C)1, 2,3,4,5 D) 1, 2, 4, 5

 

14. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almaq üçün müraciət etmiş şəxsin vəsatətinə hansı müddətdə baxılmalıdır?

A)1 ay müddətində B) 3 ay müddətində C)2 ay müddətində D)30 gün müddətində

 

15. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün verilmiş icazə hansı müddətə yenidən uzadıla bilər?

A)3 ay müddətinə B) 5 il müddətinə C)1 il müddətinə D)2 ay müddətinə

 

16. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əmək miqrasiyası ilə bağlı müddəalardan biri doğru deyildir.

A) 16 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı xarici ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər,

B) Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada işləyə bilər,

C)İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir,

D)vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəsinin əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidirlər,

 

17. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən hansıları üçün iş icazəsi alınması tələb olunmur?

1.dənizçilər,

2.Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar,

3.diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlər,

4.beynəlxalq təşkilatlarda işləyənlər,

5.beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərləri və onların müavinlərinə,

A) 1, 3, 4 B)1, 3,5 C)1, 2,3,4,5 D) 1, 2, 4, 5

 

18. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən iş icazəsi ilə bağlı müraciətlərə baxılmasına dair müddəalardan biri doğru deyildir?

A) iş icazəsinin verilməsi üçün sənədlər yazılı və elektron müraciət formasında təqdim edilə bilər,

B) Təqdim edilmiş sənədlərdə çatışmazlıq, uyğunsuzluq və digər nöqsanlar aşkar edildikdə,müvafiq hakimiyyət orqanı bu barədə yazılı məlumat verir,

C) iş icazəsi ilə bağlı müraciətlərə 20 gün iş günü ərzində baxılır,

D)müvafiq hakimiyyəti orqanlarının 3 iş günü ərzində rəy bildirməməsi iş icazəsinin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir,

 

19. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı hallardan hansılarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən iş icazəsinin ləğvi nəzərdə tutulmamışdır?

A) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən, yaxud işəgötürəndən müvafiq ərizə daxil olduqda,

B) işəgötürən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında əmək müqaviləsi vaxtından əvvəl pozulduqda,

C) iş icazəsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə,

D)hüquqi şəxs olan işəgötürənin statusuna hər hansı dəyişiklik edildikdə,

 

20.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əməkçi miqrant vəfat etdikdə,əməkçi miqrantın cənazəsinin daimi yaşadığ ölkəyə göndərilməsini təmin etməlidir?

A)müvafiq icra hakimiyyəti orqanları,

B)qohum-əqrəbası,

C)Dövlət Miqrasiya Xidməti,

D)onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs,

 

21. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən sərhədkeçmə sənədləri olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhədkeçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hansı sənəd verilir?

A) səyahət sənədi B)icazə sənədi C)müvəqqəti icazə D)keçid sənədi

 

22. Miqrasiya Məcəlləsi qüvvəyə mindiyi gündən hansi normativ- huquqi aktlar qüvvədən düsmüs sayilir?
1.”əmək kvotası” haqqında qanun
2. “əcnəbilərin və v.o.ş-lərin huquqi vəziyyeti” haqqında qanun
3. əmək miqrasiyasi “ haqqında qanun
4. “Ölkədən getmək, ölkəyə gəlmək” haqqinda qanun
5.”İmmiqrasiya” haqqinda qanun
6. “Miqrasiya orqanlarinda qulluqkecme haqqinda” Əsasnamə
7. “Əcnəbilərin və v.o.ş-lerin AR ərazisinden tranzit kecməsi haqqinda” Əsasnamə
8. “Qacqin statusunun müəyyenləsdirilmesi haqqında” qanun
A) 1,3,5,7 B) 2,4,6,8 C) 2,3,5,7 D) 1,4,5,8 E) 3,4,5,6

 

23. Miqrasiya orqanlarına müsabiqənin və müsahibənin keçirilməsi qaydaları hansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?
A) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
B) Azərbaycan Respublikasının Prezidenti
C) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
D) Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

24. Daimi yaşamaq icazəsi(DYİ) ləğv edilmiş şəxslər hansı müddət ərzində Azərbaycan Respublikasını tərk etməlidirlər?

A) 10 gün ərzində
B) 24 saat
C) 3 gün ərzində
D) 48 saat

 

Cavablari:

1.C 4.D 7.A 10.B 13.D 16.A 19.D 22.C
2.A 5.C 8.C 11.B 14.C 17.C 20.D 23.B
3.A 6.C 9.D 12.D 15.B 18.D 21.A 24.A
Dostlarla Paylaş ↓