Qanunvericilik 40 Test və Cavab

 

1)Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət kim tərəfindən müdafiə olunur?

a)     məhkəmələr

b)    dövlət

c)     qanun

d)    Azərbaycan Respublikasi

 

2)Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkilinə aid deyil?

a)     öz iş qaydasını müəyyən edir

b)    Milli Məclisin müvafiq orqanlarını yaradır

c)     Hesablama Palatasını yaradır

d)    İdarəetmə Şurasını yaradır

 

3)Bələdiyyənin iclasında baxılan məsələlərə dair qəbul edilir:

a)     qanun və sərəncam

b)    qanun

c)     qərar

d)    heç biri

 

4)Naxçıvan Muxtar Respublikasının statusu:

a)     Konstitusiya ilə müəyyən edilir

b)    qanunvericilik sistemi ilə müəyyən olunur

c)     referendum yolu ilə müəyyən olunur

d)    heç biri

 

5)Dövlət himninin musiqisi və mətni müəyyən edilir:

 

a)     Qanunla

b)    Fərmanla

c)     Qərarla

d)    Konstitusiya qanunu ilə

 

6)Kimin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır?

a)     sağlamlıq imkanları məhdud olan şəxslərin

b)    Azərbaycan Respublikası vətəndaşlarının

c)     imtiyaz və güzəştlərə malik bütün şəxslərin

d)    hər kəsin

 

7)Hüquq pozuntusu törətdikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə:

a)     əvvəlki qanun qüvvədə qalır

b)    yeni qanun tətbiq edilir

c)     belə hal nəzərdə tutula bilməz

d)    yeni qanun ləğv edilir

 

8)Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?

a)     Prezident

b)    Nazirlər Kabineti

c)     Bakı Şəhər İcra Hakimiyyəti

d)    Baş nazir

 

9)Göstərilən orqanlardan hansı 2-ci kateqoriya dövlət orqanıdır?

a)     Məhkəmə-Hüquq Şurasının Aparatı

b)    Azərbaycan Respublikasının Nazirlər Kabineti

c)     Hərbi Məhkəmələr

d)    Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

e)     Hec biri

 

10)Dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır:

a)     “Dövlət qulluğu haqqında” qanun

b)    İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu

c)     Konstitusiya

d)    əsasnamə

e)     hec biri

 

11)Göstərilənlərdən hansı inzibati vəzifələrin birinci təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

a)     1-ci dərəcə dövlət müşaviri

b)    2-ci dərəcə dövlət müşaviri

c)     3-cü dərəcə dövlət müşaviri

d)    dövlət qulluğunun baş müşaviri

 

12)İnzibati vəzifələrin üçüncü təsnifatına aiddir:

a)     1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri  vəzifələri

b)    2-ci kateqoriya dövlət orqanları rəhbərlərinin vəzifələri

c)     2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri

d)    2-ci kateqoriya dövlət orqanları bölmə  rəhbərlərinin vəzifələri

 

13)Boşalmış vəzifənin tutulması üçün müsabiqədən keçmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş namizədlərin seçilərək vəzifəyə təyin olunmasını kim həyata keçirir?

a)     Dövlət Qulluğu Məsələləri  üzrə Komisiya

b)    dövlət orqanının rəhbəri

c)     Dövlət Qulluğu İdarəetmə Şurası

d)    heç biri

 

14)İnzibati vəzifələrin dördüncü təsnifatına uyğun vəzifələrin tutulması hansı yolla həyata keçirilir?
1) müsabiqə yolu ilə
2) müsahibə yolu ilə
3) qulluqda yüksəliş yolu ilə
4) söhbət yolu ilə
5) test üsulu ilə

a)     1,3,5

b)    2,4

c)     2,3

d)    4,5

 

15)“Etik davranış qaydaları haqqında” qanuna əsasən qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı:

a)     fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir

b)    yalnız dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir

c)     yalnız vəzifəli şəxslərin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir

d)    heç biri

 

16)“Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu:

 

a)     qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə yenidən işə qəbul edilə bilər

b)    qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilər

c)     əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə heç vaxt işə qəbul edilə bilməz

d)    əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə istənilən vaxt işə qəbul edilə bilər

 

17)“Etik davranış qaydaları haqqında” qanuna əsasən nəzarət orqanının səlahiyyətlərindən biri yanlışdır:

a)     daxil olmuş materiallarda hüquqpozmaların

əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir

b)    dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir

c)     dövlət qulluqçularından və digər şəxslərdən bu qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir

d)    öz səlahiyyəti çərçivəsində bu qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib hazırlamalı və təsdiq etməlidir

 

18)Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri :

a)     fərmanla təsdiq edilən qaydalarla müəyyən olunur

b)    qanunla təsdiq edilən əsasnamə ilə müəyyən olunur

c)     “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla müəyyən olunur

d)      Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə müəyyən olunur.

 

19)Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri:

a)     yalnız “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununu ilə tənzimlənir

b)    “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununa və digər qanunvericilik aktları ilə tənzimlənə bilər

c)     Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinə uyğun olaraq tənzimlənir

d)    heç biri

 

20)“Məlumat azadlığı haqqında” qanuna əsasən açıq məlumatın verilməsi barədə müqavilə hansı qanunvericiliyə uyğun bağlanılır?

a)     İnzibati xətalat məcəlləsinə

b)    Vergilər məcəlləsinə

c)     Mülki məcəlləyə

d)    “Məlumat azadlığı haqqında” qanuna əsasən

 

21)Dövlət hakimiyyəti orqanının rəhbəri xidməti araşdırmanın nəticəsini aldıqdan sonra müraciət üzrə aşağıdağı qərarlardan birini qəbul edir:

a)     müraciətin əsaslı olduğu təsdiq edilmədikdə, eyni zamanda əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi barədə

b)    müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə intizam və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq intizam tədbirlər görülməsi barədə

c)     müraciətin əsaslı olduğu təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə

d)    müraciətin əsaslı olması təsdiq edildikdə, şikayət üzrə icraata xitam verilməsi barədə

 

22)Hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı müraciətlərinə baxılır:

a)     “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanunla

b)    “İnformasiya əldə olunması haqqında” qanunla

c)     Silahlı Qüvvələrin Daxili xidmət nizamnaməsi ilə

d)    Əmək məcəlləsi ilə

 

23)Dövlət  dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələrindən biri yanlışdır?

a)     qanunvericiliyə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi

b)    dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi

c)     dövlət dilinin inkişaf proqramının hazırlanması və beynəlxalq fondların vәsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi

d)    dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi

 

24)Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsin dövlət dilini bilmədiyi təqdirdə başqa dillərdən istifadə edə bilməsi hansı qanunvericiliklə tənzimlənir?

a)     “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq

b)    “Dövlət dili haqqında” qanuna uyğun olaraq

c)     beynəlxalq yazılış qaydalarına uyğun olaraq

d)    “Notariat haqqında” qanununa müvafiq olaraq

 

25)Aşağıdakılardan biri doğru deyil:

a)     sərəncam mahiyyətli sənədlər üçün blanklar “Sərəncam sənədləri sistemi  Formulyar-nümunə” – 6.38-90 dövlətlərarası standart üzrə hazırlanır

b)    blanklar 1 nömrəli ağ yazı kağızından hazırlanmalıdır

c)     təşkilatlarda tez-tez təkrarlanan birtipli sənədlər (bildiriş, məktub və s.) tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər

d)    blanklarda hec bir  halda açıq rəngli, zəif boyalı kağız işlətməyə yol verilmir

 

26)Aşağıdakılardan hansı doğru deyil?

a)     Təşkilatın adlarında bütün sözlərin, o cümlədən köməkçi sözlərin və onların tərkibinə daxil olan xüsusi isimlərin baş hərfi böyük yazılır
b)    Təşkilatların struktur bölmələrinin adının yalnız baş hərfi böyük yazılır
c)     Rayon (şəhər) icra hakimiyyəti orqanlarının adlarında bütün sözlərin baş hərfi böyük yazılır
d)    Sənədin hər abzasının birinci sətri sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilir
27)Qovluqlar saxlanılmaq üçün təşkilatın arxivinə təhvil verilməzdən əvvəl kargüzarlıq xidməti tərəfindən aşağıdakı hansı tələblərə riayət edilməlidir?
1)    bölmə-bölmə tikilmiş işlərin siyahısında şöbələrin adlarının tikilmiş sənədlərə uyğun gəlib-gəlmədiyini yoxlamaq
2)    qovluğun vərəqlərini sağ küncdən başlayaraq yuxarıdan aşağı adı karandaşla nömrələmək
3)    qovluqda sənədlərin yerləşməsinin düzgünlüyünü yoxlamaq
4)    qovluqda işə tikilməli sənədlərin bu Təlimata uyğun surətdə qeydə alınıb-alınmadığını yoxlamaq və qeydə alınmamış sənədlər aşkar edildikdə, onları qeydə aldırmaq
5)    qovluqda sənədlərin hamısının olub-olmadığını yoxlamaq

 

a)     yalnız 1,3,5
b)    yalnız 2,4,
c)     yalnız 2,3,4

d)    hamısı

 

28)Azərbaycan Respublikası “Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna əsasən əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür:

a)     dövlət

b)    Azərbaycan Respublikası

c)     Milli Məclis

d)    Nazirlər Kabineti

 

29)Dövlət bayrağında təsvir olunan böyük dairənin diametri bərabərdir:

 

a)     xarici düzbucaqlının eninə

b)    bayrağın eninin 1/4-ə

c)     bayrağın eninin 1/12-ə

d)    bayrağın eninin 1/6

 

30)Məhkmələr və hakimlər haqqında”Azərbaycan Respublikasının Qanuna əsasən səhvdir :

 

1.       Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq elektron qaydada yayılır. Bu qərarlarla birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları yayıla bilməz.

 

2.       Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş qərarlar Azərbaycan Respublikası ərazisində yaşayan yalnız ölkə vətəndaşları tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

 

3.       Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

4.       Azərbaycan Respublikası məhkəmələrinin bütün hakimləri məhkəmə iclaslarını xüsusi geyimdə aparırlar.

 

5.       Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.

 

a)       1,2.4

 

b)      2,3,4

 

c)       3,4,5

 

d)      2

 

31)Elektron sənədə əlavə edilən elektron imza və vaxt göstəricisi elektron sənədin hansı hissəsində qeyd olunur?
A) Ümumi
B) Sertifikatlı
C) Xüsusi
D) Imzalı

 

32)Elektron sənəd hansı təqdimat formalarına malikdir?
A) Imzalı və imzasız
B) Daxili və xarici
C) Ümumi və xüsusi
D) Giriş və çıxış

 

33)Dövlət qulluğunda qulluq stajının müddəti 1 ilə qədər olduqda aylıq vəzifə maaşına neçə faiz əlavə haqq ödənilir:
a. 5
b. 10
c. 15
d. Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb

 

34) Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini inzibati vəzifənin neçənci təsnifatına aiddir?

a)     beşinci

b)    Ikinci

c)     Üçüncü

d)    Dördüncü

 

35) ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası  qanunu  şamil edilir:

a)     Azərbaycan Respublikasının Mərkəzi Bankının aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə

b)    Miqrasiya xidməti aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olan şəxslərə

c)     Müdafiə Nazirliyinin aparatında çalışan hərbi və ya xüsusi rütbəsi olan şəxslərə

d)    yardımçı vəzifə tutan dövlət qulluqçularına

 

36) Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, həmin maddi və qeyri-maddi nemətləri, imtiyazlar və ya güzəştləri hansı qaydada hara təhvil verməlidir?
A) Qulluq keçdiyi dövlət orqanına əmrlə
B) Qulluq keçdiyi dövlət orqanına protokolla
C) Qulluq keçdiyi dövlət orqanına aktla
D) Heç biri

 

37) Hansı halda dövlət qulluqçusu aşağı maaşlı vəzifəyə keçirilə bilər:

a)     öz razılığı ilə

b)    intizam tənbeh tədbiri olduqda

c)     sertifikatın aşağı olması nəticəsində

d)    hamısı

 

38) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı hallarda şəxs təqsirsiz sayılır?(açıq sual)
1) şəxsin təqsirli olduğuna əsaslı şübhələr yoxdursa
2)  təqsirli olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa
3) şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə
4) şəxs cinayət başında yaxalanmayıbsa

 

39) Aşağıdakı məsələlərdən hansıların həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir?(aciq sual)
1) təhlükəsizliyin əsasları
2) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu
3) Azərbaycan Respublikası Prezidentinin seçkiləri
4) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi
5) dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
6) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu
8) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət

 

40) Dövlət qulluğunda 10 il 7 ay ümumi staji olan Dövlət qulluqçusuna neçə faiz əlavə haqq və  istirahətinə neçə əlavə təqvim günü əlavə edilir?(açıq sual)

 

Cavablar:

1.B)

2.D)

3.C)

4.A)

5.D)

6.D)

7.B)

8.A)

9.B)

10.B)

11.A)

12.C)

13.B)

14.B)

15.A)

16.A)

17.D)

18.B)

19.B)

20.C)

21.C)

22.C)

23.C)

24.D)

25.D)

26.A)

27.D)

28.B)

29.A)

30.A)

31.C)

32.B)

33.D)

34.B)

35.A)

36.C)

37.D)

38.2,3

39.4,5,6,8

40.20%,4 təqvim günü

 

 

 

 

 

 

 

 

 

Dostlarla Paylaş ↓