Qanunvericilik-Qariışıq 40 Testlər və Cavabları

 

1. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu neçənci kateqoriya dövlət orqanıdır?
A) Ali
B) 1
C) 2
D) 3

 

2. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təbii ehtiyatlar mənsubdur:
A) xalqa
B) Azərbaycan Respublikasının vətəndaşlarına
C) Azərbaycan Respublikasına
D) yalnız mülkiyyətçilərə

 

3. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun inzibati vəzifələrin dördüncü təsnifati üzrə daha yüksək ixtisas dərəcəsi alması üçün qulluq müddəti nə qədər olmalıdır?
A) ixtisas dərəcəsində 3 il
B) təsnifat üzrə ardıcıl 3 il
C) ixtisas dərəcəsində ardıcıl 3 il
D) təsnifat üzrə 3 il

 

4. Kargüzarlıq haqqında Təlimata əsasən qeyd ştampı hara vurulur?
A) birinci səhifənin üz tərəfinin aşağı sağ küncünə
B) birinci səhifənin arxa tərəfinin aşağı sol küncünə
C) birinci səhifənin arxa tərəfinin aşağı sağ küncünə
D) birinci səhifənin üz tərəfinin aşağı sol küncünə

 

5. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı halda şəxs valideynlərinə qarşı ifadə verməyə məcbur edilə bilər?
A) valideynin bu haqda yazılı razılığı olduqda
B) cinayətin ictimai-təhlükəlilik dərəcəsindən asılı olaraq
C) məcbur edilə bilməz
D) bu haqda müvafiq səlahiyyətli orqanın qərarı olduqda

 

6. Göstərilən ardıcıllığa uyğun gələn variantı tapın: 1-ci kateqoriya dövlət orqanı – inzibati vəzifələrin 3-cü təsnifatı;
A) Azərbaycan Respublikasının Ali Məhkəməsində böyük məsləhətçi
B) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bölmə rəhbərinin müavini
C) Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının Aparatında şöbə müdirinin müavini;
D) Azərbaycan Respublikasının Hesablama Palatasında bölmə rəhbəri

 

7. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin adları:
A) yalnız dövlət dilində yazıla bilər
B) yalniz müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yazılır
C)dövlət dili ilə yanaşı xarici dillərdə də yazıla bil
D) yalnız xarici dildə yazıla bilər

 

8. Dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsas nədir?
A) Dövlət orqanlarının rəhbərlərinin konkret tapşırıqları
B) Müvafiq icra hakimiyyəti orqanının qərarı
C) İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu
D) Yuxarı dövlət orqanlarının konkret tapşırıqları

 

9. Verilənlərdən hansının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ var, amma Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ yoxdur?
A) Azərbaycan Respublikası Nazirlər Kabinetinin
B) Azərbaycan Respublikasının Prezidentinin
C) Azərbaycan Respublikasının səsvermə hüququ olan 40 min vətəndaşının
D) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin

 

10. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına kimin inamını möhkəmləndirməlidir?
A) Azərbaycan Respublikası vətəndaşlarının
B) fiziki və hüquqi şəxslərin
C) hər kəsin
D) xalqın və cəmiyyətin

 

11. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası nə vaxt keçirilir?
A) Həmin gündən başlayaraq bir həftədən gec olmadan
B) Həmin gündən başlayaraq 7 iş günü ərzində
C) Həmin gündən başlayaraq bir ay ərzində
D) Martın 10-dək Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilən vaxtda

 

12. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs barəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün həmin şəxs hansı orqana müraciət etməlidir?
A) Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına
B) Prokurorluğa
C) Məhkəmə-Hüquq Şurasına
D) Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlara

 

13. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər hansı məsuliyyəti daşıyırlar?
A) İntizam məsuliyyəti
B) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti
C) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti
D) İntizam, mülki-hüquqi və ya inzibati məsuliyyət

 

14. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar müraciətlərə baxılması zamanı əməldə cinayət əlamətləri olan hüquqpozmalar aşkar olunarsa, dövlət orqanının rəhbəri hansı qərarı qəbul edir?
A) vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərar qəbul edir
B) müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edir
C) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbir görülməsi ilə bağlı qərar qəbul edir
D) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi ilə bağlı qərar qəbul edir

 

15. Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydalarına əsasən
dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmayan hansıdır?
A) əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət
B) müddətli həqiqi hərbi xidmətdə olduğu dövr
C) dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti
D) məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü

 

16. Kargüzarlıq haqqında Təlimata əsasən sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarət kim tərəfindən həyata keçirilir?
A) təşkilatların və struktur bölmələrinin rəhbərlərinin müavinləri
B) təşkilatların və struktur bölmələrinin rəhbərləri
C) icraçılar
D) yalnız kargüzarlıq xidməti

 

17. Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş əsas vəzifələrə əsasən hər bir şəxs qorumalıdır: 1. tarix və mədəniyyət abidələrini; 2. milli mənsubiyyəti; 3. şərəf və ləyaqətini; 4. ətraf mühiti; 5. dövlət rəmzlərini;
A) 1, 5
B) 1, 4
C) 2, 4
D) 3, 5

 

18. Azərbaycan Respublikasının Dövlət gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələrindən hansı doğru deyil?
A) Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək
B) gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək
C) Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun tədbirlər görmək
D) Azərbaycan Respublikasının Dövlət gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa riayət olunmasına nəzarəti təmin etmək

 

19. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi həll etdiyi məsələlərdən hansına dair 63 səs çoxluğu qanun qəbul edir?
A) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
B) inzibati ərazi bölgüsü
C) referendum təyin edilməsi
D) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası ağır cinayətlər məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi

 

20. Verilən vəzifələrdən hansı yalnız qulluqda yüksəliş və ya müsahibə yolu ilə tutulur?
A) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında baş məsləhətçi
B) Azərbaycan Respublikasının Hesablama Palatasında sektor müdiri
C) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində bölmə rəhbəri
D) Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasında Aparat rəhbəri

 

21. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Qanuna əsasən ictimai etimadla bağlı verilmiş səhv fikri göstərin:
A) Dövlət qulluqçusu ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur
B) Dövlət qulluqçusu Azərbaycan Respublikasının nüfuzunu möhkəmləndirməyə borcludur
C) Dövlət qulluqçusu işlədiyi dövlət orqanında etik davranış qaydalarının pozulması nəticələrini aradan qaldırmağa borcludur
D) Dövlət qulluqçusu dövlət orqanının nüfuzunu möhkəmləndirməyə borcludur

 

22. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən verilənlərdən hansı müraciətə baxan subyekt deyil?
A) Dövlət orqanları
B) Bələdiyyə orqanları
C) Fiziki və hüquqi şəxslər
D) Paylarının nəzarət zərfi dövlətə məxsus olan büdcə təşkilatları

 

23. Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın əldə edilməsi üçün təminatlardan hansı doğru deyil?
A) kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə
B) statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə
C) şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması yolu ilə
D) normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə

 

24. Verilənlərdən hansı Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir?
A) Azərbaycan Respublikasının Prezidenti
B) Azərbaycan Respublikasının Milli Məclisi
C) Azərbaycan Respublikasının Nazirlər Kabineti
D) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

 

25. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən apellyasiya instansiyası məhkəmələrində işlərə hansı tərkibdə baxılır?
A) təkbaşına və ya kollegial
B) təkbaşına
C) təkbaşına və üç hakimdən ibarət tərkibdə
D) üç və ya daha çox hakimdən ibarət tərkibdə

 

26. Məlumat bildirişinin və elektron sənədin istifadəsi nə ilə tənzimlənir?
A) Azərbaycan Respublikasının Konstitusiyası ilə
B) Yalnız “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
C) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla
D) Bu Qanunla və digər normativ xarakterli aktlarla

 

27. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən verilənlərdən hansının əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilmir?
A) Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının
B) Azərbaycan Respubliksı Qida Təhlükəsizliyi Agentliyinin
C) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının
D) Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

28. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun məqsədlərindən hansı doğru deyil?
A) dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi
B) dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması
C) dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi
D) dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması

 

29. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yalnız əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə məxsusdur:
A) təqsirsizlik prezumpsiyası hüququ
B) vətəndaşlıq hüququ
C) milli mənsubiyyət hüququ
D) siyasi sığınacaq hüququ

 

30. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın müddəaları hansına şamil edilir?
A) Təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına
B) Bakı Şəhər İcra Hakimiyyətində kargüzarlığın aparılmasına
C) Yerli özünüidaretmə orqanlarında kargüzarlığın aparılmasına
D) Neftçala Rayon İcra Hakimiyyətində kargüzarlığın aparılmasına

 

31. İşə başqa məhkəmədə baxılmasına hansı halda yol verilir?
A) şəxsin razılığı ilə
B) yalnız şəxsin yazılı razılığı olduqda
C) heç bir halda
D) qanunla müəyyən edilmiş hallarda

 

32. Azərbaycan Respublikasının dövlət bayrağının təsvirində olan ayparanın kiçik dairəsinin diametric nə qədərdir?
A) bayrağın eninin 1/4-i
B) bayrağın eninin 1/6-i
C) düzbucaqlının eninə bərabərdir
D) bayrağın eninin 1/12-i

 

33. Elektron imza sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldıqda:
A) etibarsız sayılır
B) gücləndirilmiş electron imza olarsa hüquqi qüvvəyə malikdir
C) imza sahibinin razılığını notarial qaydada təsdiq edən sənəd olmadıqda etibarsız sayılır;
D) etibarsız sayıla bilməz

 

34. Dövlət qulluqçusu tətillərdə iştirak edərsə, bu hərəkətinə görə xəbərdarlıq aldıqdan sonra gəldiyi qərar barəsində hansı müddətdə və kimə məlumat verməlidir?
A) 15 iş günü ərzində dövlət orqanının rəhbərinə
B) 30 gün ərzində dövlət orqanının rəhbərinə
C) 30 gün ərzində birbaşa rəhbərinə
D) 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına

 

35. Hüquqi şəxslər cinayət tərkibi yaradan korrupsiya hüquqpozması törətdikdə onlar barəsində hansı tədbir görülür?
A) inzibati qaydada cərimə edilirlər
B) qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər görülür;
C) yalnız cinayət məsuliyyətinə cəlb edilirlər
D) qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam məsuliyyətinə cəlb edilmələri üçün tədbirlər görülür

 

36. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yalnız Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid olanı göstərin:
A) referendum təyin edilməsi
B) amnistiya və əfvetmə
C) diplomatik nümayəndəliklərin təsis edi
D) diplomatik nümayəndələrin təyin edilməsi

 

37. Vətəndaşların müraciətlərinə dair tələblərdən hansı doğru deyil?
A) Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd əlavə olunmalıdır
B) Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir
C) Anonim müraciətlər müraciətə baxan subyektlər tərəfindən qəbul edilmir
D) Yazılı müraciətdə müraciətə baxan subyektin vəzifəli şəxsinin vəzifəsi göstərilməlidir

 

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti hansı normativ aktla müəyyən olunur?
A) Azərbaycan Respublikasının Konstitusiyası ilə
B) “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
C) Azərbaycan Respublikasının Konstitusiyası və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
D) “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə

 

39. Elektron sənəd dövriyyəsi vasitəçisi;
A) Elektron sənəd mübadiləsində maraqlı olan fiziki və ya hüquqi şəxslər
B) Qanunvericiliklə müəyyən edilmiş qaydada elektron xidmətlər göstərən fiziki və ya hüquqi şəxs
C) Elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətləri göstərən fiziki və ya hüquqi şəxs
D) Elektron sənədi göndərən və alan araısında elektron sənədin nizamlanmış hərəkətinin həyata keçirilməsi prosesi

 

40. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən düzgün olmayan müddəanı göstərin:
A) Azərbaycan Respublikasının bütün ərazisində fövqəladə vəziyyət elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti fərman qəbul edir
B) Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti fərman qəbul edir
C) Azərbaycan Respublikasında hərbi vəziyyət elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi fərman 24 saat ərzində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verilir
D) Azərbaycan Respublikasında dövlətə qarşı qiyam baş verdikdə fövqəladə vəziyyət elan edilir

 

Doğru cavablar:

1.  D
2.  C
3.  A
4.  A
5.  C
6.  C
7.  C
8.  C
9.  A
10. B
11. A
12. B
13. C
14. B
15. B
16. B
17. B
18. C
19. B
20. A

21. C
22. C
23. C
24. C
25. D
26. C
27. D
28. A
29. D
30. C
31. A
32. A
33. D
34. B
35. B
36. D
37. A
38. B
39. C
40. A

Dostlarla Paylaş ↓