Qanunvericilk Üzrə Tovuz DQHM-in Qarışıq Testləri və Cavabları 2
1. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən yalnış müddəanımüəyyən edin :
a) Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsi üçün yalnız
sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə olunmalıdır.
b) Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi
üçün istifadə olunan informasiya sistemlərinin ekspertizası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
c) Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsini həyata keçirən
subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və onların mühafizə
üsullarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özləri müəyyən edirlər.
d) İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməyə borclu deyildir.
2 . Komissiyanın tərtib etdiyi sənədlər imzalanarkən nə göstərilir:
A) Sənədi tərtib etmiş şəxslərin vəzifələri
B) Komissiya üzvləri arasında vəzifələrin bölgüsü
C) Komissiya sədrinin vəzifəsi
D) Komissiya üzvlərinin adları
3. Hansı sənədlər xüsusi nəzarətə götürülür?
1. Bilavasitə qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər
2. Vətəndaşlar tərəfindən daxil olan müraciətlərin icrası ilə əlaqədar sənədlər
3. Dövlət hakimiyyəti orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər
4. Təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər
5. Xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan daxil olan korrespondensiyanın icrası ilə əlaqədar sənədlər
A) 1,2,3 C) 3,4,5
B) 1,3,4 D) 1,2,5
4. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən
Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi necə
tənzimlənir?
a) Sistemin daxili normativ sənədləri ilə
b) Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi tənzimlənmir
c) “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 5-ci hissəsinin tələbləri əsasında
d) Bu qanununda nəzərdə tutulmuş prosedurlar əsasında
5. Elektron sənədin surəti necə hazırlanır?
a) Elektron əsnədin kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.
b) Elektron sənədin kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının beynəlxalq standartlara
uygun qaydada hazırlanıb təsdiq edilməsi ilə
c) Elektron əsnədin kağız daşıyıcıda əks edilmiş daxili təqdimat formasının Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.
d) Elektron sənədin kağız daşıyıcıda əks edilmiş surəti ola bilməz
6. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı fikirlərdən biri yalnışdır.
A) Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.
B) Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
C) Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
D) Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
E) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri yalnız Konstitusiya Məhkəməsi həll edə bilər
7. Dövlət qulluqçusunun malik olduğu əsas hüquqlara aid deyil?
a) vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq
b) dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək
c) elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq
d) dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmaq
8. Yalnış bəndi tapın.
A) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanına məlumat verir.
B) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir.
C) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür.
D) Hakimlər göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə məlumat verir.
9. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu şamil edilir:
a) məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında yardımçı vəzifə tutan dövlət qulluqçularına
b) icra hakimiyyətləri orqanlarının rəhbərlərinə
c) qanunvericilik hakimiyyətləri orqanlarının aparatlarında yalnız inzibati vəzifə tutan dövlət qulluqçularına
d) hamısı
10. Korrupsiyaya qarşı mübarizə haqqında qanunun məqsədləri üçün vəzifəli şəxs hesab edilmir:
a) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər
b) inzibativəzifə tutandövlətqulluqçuları
c) AzərbaycanRespublikasınındövlətorqanlarındaseçkilivəzifələrə namizədliyiqanunlamüəyyənolunmuş qaydadaqeydə alınmış şəxslər
d) vəzifəli şəxsə qanunsuzolaraqmaddivə sairnemətlər, imtiyazlarvə yagüzəştlərtəklifedənvə yavədedən, yaxudverənfizikivə hüquqi şəxslərvə yabelə hərəkətlərdə vasitəçiliketmiş şəxslər
11. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:
a) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında
b) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında
c) parlament sədrinin xidməti kabinetində
d) bütün dövlət orqanlarının möhürlərində
12. Aşağıdakılardan biri tam düzgün göstərilməyib.
a) Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
b) Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır.
c) Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.
d) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırılır
Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir.
13. AR-nın Dövlət bayrağı hansı gəmilərin üzərində qaldırılır?
A) AR-nın gəmi reyestrində qeydiyyata alınmışB) AR-nın nəqliyyat reyestrində qeydiyyata alınmış
C) Lisenziya almış
D) Heç biri
14. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayətlər hara edilir?
1.Məlumat sahibinin yuxarı orqanı
2.AR Rabitə və İnformasiya Texnologiları Nazirliyi
3.İnformasiya Məsələləri üzrə müvəkkili
4.AR Milli Arxiv İdarəsinə
5.Məhkəmə
A) 1,2,3 C) 2,4,5B) 1,3,5 D) 3,4,5
15. Vətəndaşların şikayətləri baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə hansı halda göndərilir?
A) Məhkəmənin qərarı olduqda
B) Beynəlxalq təşkilatların tövsiyəsi olduqda
C) Yuxarı təşkilatın rəyi olduqda
D) Heç bir halda
16. “Elektron sənəd və elektron imza” haqqında Azərbaycan Res-nın Qanuna əsasən qeyd
olunan müddəalardan hansı doğru deyil?
a) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imzaəl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
b) Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərilmədikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.
c) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun muvafiq maddələrinə uyğun qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir.
d) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
e) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır vəya təsdiq edilir.
17. Aşağıdakılardan hansı düzdür?
A) AR əhalinin danışdığı başqa dilləri qadağan edir
B) AR-da əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafı xüsusi icazə əsasında mümkündür
C) AR əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir
D) AR əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsinə və inkişafına müdaxilə etmir
18. Hansı hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır?
a) yalnız Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda
b) dövlət qulluqçusu intizam tənbeh tədbiri qaydasında vəzifədən azad olunduqda
c) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə
d) dövlət orqanının rəhbərinin müvafiq əmri ilə
19 .Hansı intizam tənbeh tədbirləri dövlət qulluqçusu barəsində tətbiq edilə bilməz?
a) daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi
b) 6 ay müddətinədək vəzifə maaşının 25 faizinədək azaldılması
c) ixtisas dərəcəsindən məhrum edilməsi
d) dövlət qulluğundan azad edilməsi
20. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” ARQ-ə görə aşağıdakılardan hansını dövlət orqanının rəhbəri tərəfindən həyata keçirilən etik davranış qaydalarına nəzarət forması deyil?
a) Tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir.
b) Daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir.
c) Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir.
d) Rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir
21. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya hansı müddətdən gec olmayaraq cavab verilməlidir? (Tam və dolğun cavabı müəyyən edin)
a) beş iş günündən
b) yeddi iş günündən
c) üç iş günündən
d) beş gündən
22. Aşağıdakılardan hansı 3-cü kateqoriya dövlət orqanı deyil?
a) Bakı Ağır Cinayətlər Məhkəməsi
b) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
c) Füzuli Hərbi Məhkəməsi
d) Şəki Apellyasiya Məhkəməsi
23. “Azərbaycan Respublikasında dövlət dili haqqında” ARQ-ə görə Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi aşağıdakılardan hansılara uyğun olaraq müəyyən edilir?
1. Azərbaycan dilində səslənməsinə
2. Coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq
3. Müvafiq xarici dildə səslənməsinə
4. Coğrafi adların dövlət dili normalarınının yazılış qaydalarına uyğun olaraq
a) 1 və 2
b) 1 və 3
c) 2 və 3
d) yalnız 4
24. Sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa düzgün yazılış qaydasını seçin:
A) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq münasibətlər və qeyri-hökumət müəssisələri ilə iş şöbəsinin müdiri cənab Ayaz Bayramova
B) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq münasibətlər və qeyri-hökumət müəssisələri ilə iş şöbəsinin müdiri cənab Ayaz Bayramova
C) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Münasibətlər və Qeyri-hökumət Müəssisələri ilə İş Şöbəsinin müdiri cənab Ayaz Bayramova
D) Heç biri
25 . Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərdən hansılara dair ümumi qaydalar müəyyən edir?
1) rabitə və nəqliyyat işi
2) referendum təyin edilməsi
3) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi
4) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
5) müdafiə və hərbi qulluq
6) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu
7) dövlət sərhədi rejimi
8) inzibati ərazi bölgüsüa) 1,3,5,7
b) 2,4,6,8
c) 1,5,6,7
d) 2,3,4,8
26. Təşkilatlarda sənədlər dövriyyəsinin təşkili hansı tələblərə cavab verməlidir?
1.Sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir
2.Sənədlərin dövriyyəsinin təşkili müvafiq dövlət orqanın rəyi ilə təşkil olunmalıdır
3.İşin zərurətindən irəli gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır
4.Sənədlərin hərəkəti qaydasında və işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır
5.Sənədlərin hərəkəti xüsusi proqram təminatı və elektron imza ilə həyata keçirilməlidir
A) 1,2,3 C) 3,4,5B) 1,3,4 D) 1,2,5
27 .Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri kim təyin edir?
a) Konstitusiya Məhkəməsi
b) Prezident
c) Nazirlər Kabineti
d) Milli Məclis
28. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusunun təminatlarına aid olmayan cavabı göstərin:
1) mehmanxanada və ya xidməti yaşayış sahəsində yer
2) iki aydan çox müddətə ezamiyyətə göndəriləndə ayrıca xidməti mənzil sahəsi
3) zəruri texniki xidmətlər və sosial məişət xidmətləri
4) rabitə vasitələrindən istifadə imkanı
5) şəxsi nəqliyyat vasitəsia) 2,3
b) 1,3,4
c) 2,3,5
d) 2,5
29. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının bayrağında səkkizgüşəli ulduzun xarici dairəsinin diametri bərabərdir:
A) bayrağın eninin 1/4-nə
B) bayrağın eninin 1/6-nə
C) bayrağın eninin 1/2-nə
D) bayrağın eninin 1/12-nə
30.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 4-cü kateqoriya dövlət orqanıdır:
A) inzibati-iqtisadi məhkəmələr
B) ağır cinayətlər məhkəmələri
C) yerli icra hakimiyyəti orqanları
D) hərbi məhkəmələr
31.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi:
A) 10 il
B) 7 il
C) 3 il
D) 1 5 il
32.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şərtlərin hansından asılıolmayaraq şəxsin dövlət qulluğuna qəbul edilmək hüququ vardır?
1. təhsilindən
2. sosial mənşəyindən
3. yaşayış yerindən
4. ictimai və digər birliklərə mənsubiyyətindən
5. yaşından
6. əmlak vəziyyətindən
A) 2, 3, 4, 6
B) 2, 4, 5, 6
C) 1, 3, 5, 6
D) 1, 2, 5, 6
33. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusuna verilən orden adlanır:
A) “Şöhrət”
B) “Vətənə xidmətə görə”
C) “Dövlət qulluğunda fərqlənməyə görə”
D) “Nümunəvi dövlət qulluqçusu”
34. “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”yə əsasən Dövlət gerbinin elementlərinə aid deyil:
A) şərq qalxanı
B) aypara
C) palıd budaqları
D) alov
35. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cinayətlərin törədilməsinə görə məsuliyyətin təyin edilməsinə dair ümumi qaydaları müəyyən edir:
A) Prezident
B) Ali Məhkəmə
C) Nazirlər Kabineti
D)Milli Məclis
36. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ailə qurmaq hüququndan istifadə edə bilməz:
A) Azərbaycan vətəndaşı olmayanlar
B) cəza çəkmə müəssisəsində cəza çəkənlər
C) ailənin saxlanılması üçün təminatı olmayanlar
D) qanun ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar
37. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı bərabərdir:
A) qanun və məhkəmə qarşısında
B) hüquq və öhdəliklər qarşısında
C) dövlət qarşısında
D) Prezident qarşısında
38. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası vətəndaşlarının əsas vəzifələrinə aiddir:
A) ətraf mühiti qorumaq
B) sərbəst toplaşmaq
C) mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək
D) tətil etmək
39. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən seçki komissiyasının həlledici səs hüquqlu üzvü eyni zamanda dövlət qulluğunda:
A) heç bir halda ola bilməz
B) müstəsna hallarda ola bilər
C) yalnız dövlət orqanı rəhbərinin icazəsi ilə ola bilər
D) bütün hallarda ola bilər
40. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Prezident seçilmiş şəxs and içir:
A) Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə
B) Milli Məclis deputatlarının iştirakı ilə
C) Nazirlər Kabineti üzvlərinin iştirakı ilə
D) Təhlükəsizlik Şurası üzvlərinin iştirakı ilə
Cavablari:
D
B
B
A
A
E
D
D
A
D
C
C
A
B
D
B
C
C
C
B
B
D
A
A
C
B
B
D
B
C
D
A
B
B
D
D
A
A
A
A
Müəllif: Rəşad Müseyibov.
Tovuz rayonunda Dövlət Qulluğuna
Hazırlıq Üçün TOVUZ DQHM-ə
müraciət edə bilərsiz!
Əlaqə: 051 920 93 94
055 356 01 23