Konstitusiya Hüququna aid Test nümunələri və Cavabları
1. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir?
A) 83; B) 95; C) 63; D) 125; E) 81.
2. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq nəyə xidmət edir?
A) Bütün cəmiyyətin və hər kəsin firavanlığının və sosial müdafiəsinin təmin edilməsinə;
B) İnsan və vətəndaş hüquq və azadlıqlarının mühafizə edilməsinə;
C) Sosial ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsinə;
D) Bazar münasibətləri əsasında iqtisadiyyatın və azad sahibkarlığın inkişafına;
E) Xalqın rifahının yüksəldilməsinə.
3. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən müqəddəs hesab edilir:
A) Dövlət rəmzlərinə hörmət; B) Vətəni müdafiə; C) Vətənə sədaqət; D) Ətraf mühitin qorunması;
E) Tarix və mədəniyyət abidələrinin qorunması.
4. Azərbaycan Respublikasının Konstitusiyasına görə məhkəmənin qəbul etdiyi qərarlar hansı subyektin adından çıxarılır?
A) Xalqın adından; B) Qərarı qəbul etmiş məhkəmənin adından; C) Millətin adından;
D) Dövlətin adından; E) Azərbaycan Respublikasının Prezidenti adından.
5. Azərbaycan Respublikasının Konstitusiyasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmələrdən hansının adı çəkilmir?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi;
B) Azərbaycan Respublikasının Ali Məhkəməsi;
C) Azərbaycan Respublikasının apellyasiya məhkəmələri;
D) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
E) Sadalanan məhkəmələrin hamısının adı çəkilir.
6. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan müddəalarla bağlı söylənilən fikirlərdən hansı yanlışdır?
A) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər;
B) Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırır;
C) Qanunu bilməmək məsuliyyətdən azad etmir;
D) Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir;
E) Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətlərə) əsaslanmalıdır.
7. Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunvericilik təşəbbüsü hüququna malik deyil:
A) Azərbaycan Respublikasının Baş naziri; B) Azərbaycan Respublikasının Prezidenti;
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi; D) Azərbaycan Respublikasının Prokurorluğu;
E) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.
8. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir:
1. İnzibati ərazi bölgüsü;
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul etmək;
3. Siyasi sığınacaq verilməsi məsələsini həll etmək;
4. Dövlətlərarası müqavilələri təsdiq və ləğv etmək;
5. Vətəndaşlıq məsələlərini həll etmək.
A) 1-2-4; B) 2-3-4; C) 2-3-5; D) 3-4-5; E) 1-2-5.
9. Mülkiyyətin hansı növünə üstünlük verilir?
A) Dövlət mülkiyyətinə; B) Xüsusi mülkiyyətə; C) Bələdiyyə mülkiyyətinə;
D) Xüsusi və bələdiyyə mülkiyyətinə; E) Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
10. Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 19 aprel 2005-ci ildə qəbul olunmuşdur. Qanun 2005-ci ilin may ayının 02-də Prezident tərəfindən imzalanmış və həmin ayın 12-də “Azərbaycan” qəzetində dərc edilmişdir. Qanunda onun 2005-ci il avqust ayının 1-dən qüvvəyə minməsi göstərilmişdir. Bu mümkündürmü və qanun nə vaxtdan qüvvəyə minmiş hesab olunur?
A) Bəli, mümkündür. Lakin qanun 2005-ci ilin sentyabr ayının 01-dən qüvvəyə minəcəkdir;
B) Xeyr, mümkün deyil. Çünki qanun dərc edildiyi gün qüvvəyə minir. Buna görə də həmin qanun 2005-ci ilin may ayının 12-dən qüvvəyə minmişdir;
C) Xeyr, mümkün deyil. Qanun Prezident tərəfindən imzalandığı gün, yəni 2005-ci ilin may ayının 02-də qüvvəyə minmişdir;
D) Xeyr, mümkün deyil. Qanun qəbul edildiyi gün, yəni 19 aprel 2005-ci ildə qüvvəyə minmişdir;
E) Bəli, mümkündür. Qanun 2005-ci ilin avqust ayının 01-dən qüvvəyə minəcəkdir.
11. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı hansı orqan və ya vəzifəli şəxs hesab olunur?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi;
B) Azərbaycan Respublikasının Prezidenti;
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi;
D) Azərbaycan Respublikasının Milli Məclisi;
E Azərbaycan xalqı.
12. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi akt deyil?
A) Konstitusiya; B) Fərmanlar; C) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları;
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarları;
E) Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
13. Azərbaycan Respublikasının dövlət rəmzləri hansılardır?
1. Azərbaycan Respublikasının Dövlət bayrağı;
2. Azərbaycan Respublikasının Dövlət gerbi;
3. Azərbaycan Respublikasının Dövlət himni;
4. Azərbaycan Respublikasının Pul vahidi;
5. Azərbaycan Respublikasının Dövlət dili.
A) 1-2-3-4; B) 3-4-5; C) 1-2-3; D) 1-2-3-5; E) 1-2-5.
14. İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurasının üzvlərini hansı subyekt təyin edir?
A) Azərbaycan Respublikasının Milli Məclisi;
B) Azərbaycan Respublikasının Prezidenti;
C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi;
D) Azərbaycan Respublikasının Baş Naziri;
E) Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri.
15. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi neçə üzvdən ibarətdir?
A) 35; B) 45; C) 63; D) 83; E) 125.
16. Azərbaycan Respublikasının Konstitusiyasına görə xalqa qarşı ən ağır cinayət hansıdır?
A) Soyqırım; B) Köləlik; C) Deportasiya; D) Hakimiyyətin mənimsənilməsi; E) Əhalini məhv etmə.
17. Azərbaycan Respublikasının vətəndaşı hansı halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilər?
A) Vətəni müdafiə borcunu yerinə yetirməkdən imtina etdikdə;
B) Dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində iştirak etdikdə;
C)Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin deputatlarına qarşı ağır cinayət törətdikdə;
D) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə;
E) Heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir?
A) 5; B) 7; C) 9; D) 11; E) 13.
19. Azərbaycan Respublikasının məhkəmə hakimiyyətinə daxildir:
A) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman);
B) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
C) Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası;
D) Azərbaycan Respublikasının Vəkillər Kollegiyası;
E) Azərbaycan Respublikasının Prokurorluğu.
20. Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini hansı orqan həyata keçirir?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi;
B) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi;
D) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;
E) Azərbaycan Respublikasının Prokurorluğu.
21. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hansı subyekt irəli sürə bilər?
A) Azərbaycan Respublikasının Milli Məclisi;
B) Azərbaycan Respublikasının Prezidenti;
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi;
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi;
E) Azərbaycan Respublikasının Prokurorluğu;
22. Azərbaycan Respublikasının Konstitusiyasına görə yerli özünüidarəetməni hansı qurum həyata keçirir?
A) Regionlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları; B) Yerli icra hakimiyyəti orqanları;
C) Bələdiyyələr; D) Rayon (şəhər) məhkəmələri; E) Rayon (şəhər) prokurorluqları.
23. Hansı qanunlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir?
A) Konstitusiya qanunları; B) Adi qanunlar ; C) Üzvü qanunlar; D) Fövqəladə qanunlar;
E) Heç bir qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minə bilməz.
24. Azərbaycan Respublikasının Konstitusiyasına görə vətəndaşların əsas azadlıqlarından biri:
A) Şəxsi toxunulmazlıq; B) Sosial təminat; C) İstirahət etmək; D) Sərbəst toplaşmaq; E) Tətil etmək.
25. Azərbaycan Respublikasının Konstitusiyasına görə seçkilərdə və referendumda iştirak etmək hüququ yoxdur:
A) Din xadimlərinin; B) Hərbi qulluqçuların;
C) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin; D) Hakimlərin;
E) Dövlət məmurlarının.
26. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri hansı subyektlər təklif edə bilərlər?
A) Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Milli Məclisinin azı 63 deputatı;
B) Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Milli Məclisinin azı 42 deputatı;
C) Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;
D) Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Milli Məclisinin sədri;
E) Azərbaycan Respublikasının Baş Naziri və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi.
27. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan müddəalarla bağlı söylənilən fikirlərdən hansı doğrudur?
A) Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən 14 gün sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi rəsmən təsdiq edir;
B) Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən 14 gün ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi rəsmən təsdiq edir;
C) Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən 14 gündən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi rəsmən elan edir;
D) Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticəsi barədə məlumatı səsvermə günündən 7 gün ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi rəsmi şəkildə açıqlayır;
E) Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən 14 gün ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi rəsmən elan edir.
28. Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlətin ali məqsədidir:
A) Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması;
B)Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi və dünyəvi dövlətin qurulması;
C) Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
D) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi;
E) Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi.
29. Azərbaycan Respublikasının Konstitusiyası hansı ifadə ilə başlayır?
A) Azərbaycan milləti; B) Azərbaycan xalqı; C) Azərbaycan dövləti; D) Azərbaycan vətəndaşları;
E) Azərbaycanlılar.
30. Aşağıdakı səlahiyyətlərdən biri həm Azərbaycan Respublikasının Milli Məclisinə, həm də Azərbaycan Respublikasının Prezidentinə məxsusdur:
A) Dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
B) Müharibə elan etmək və sülh bağlamaq;
C) Referendum təyin etmək;
D) Xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul etmək;
E) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərini təyin etmək.
31. Azərbaycan Respublikasının Konstitusiyasında petisiya vermək hüququ adlanır:
A) Müraciət etmək hüququ; B) Tətil hüququ; C) Şərəf və ləyaqətin müdafiəsi hüququ;
D) Zərərin ödənilməsini tələb etmək hüququ; E) Məhkəməyə təkrar müraciət hüququ.
32. Azərbaycan Respublikasının Konstitusiyasında yalnız hansı məsələyə dair qərarın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 95 səs çoxluğu ilə qəbul edilməsi qaydası nəzərdə tutulmuşdur?
A) Referendum təyin edilməsi; B) Konstitusiya qanunlarının qəbulu; C) Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması; D) Amnistiya; E) Beynəlxalq müqavilələrin təsdiqi və ləğvi.
33. Azərbaycan Respublikasının Nazirlər Kabineti sərəncamlar qəbul edir:
A) Ümumi qaydalar qəbul etdikdə;
B) Ümumi qaydalar istisna olmaqla, başqa məsələlər üzrə;
C) Yalnız Azərbaycan Respublikası dövlət büdcəsinin icrasının təmini ilə bağlı;
D) Yalnız dövlət iqtisadi proqramlarının həyata keçirilməsinin təmini ilə bağlı;
E) Yalnız maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsinin təmini ilə bağlı.
34. Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığına hansı subyektin qərarı ilə xitam verilə bilər?
A) Azərbaycan Respublikası Baş Prokurorunun; B) Azərbaycan Respublikası Prezidentinin;
C) Azərbaycan Respublikası Ali Məhkəməsinin; D) Azərbaycan Respublikası Milli Məclisinin;
E) Yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin.
35. Aşağıdakılardan biri Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında (giriş hissəsində) Azərbaycan xalqının bəyan etdiyi niyyət kimi bəyan olunmamışdır:
A) Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
B) Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
C) Azad sahibkarlığa əsaslanaraq xalqın rifah halını yüksəltmək;
D) Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
E) Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək.
36. Azərbaycan Respublikasının Konstitusiyasının keçid müddəalarının 11-ci bəndində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaradılanadək həmin konstitusiyada nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərini hansı məhkəmənin həyata keçirməsi nəzərdə tutulmuşdur?
A) Azərbaycan Respublikasının ümumi məhkəmələri;
B) Azərbaycan Respublikasının Ali Arbitraj məhkəməsi;
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi;
D) Azərbaycan Respublikasının ixtisaslaşdırılmış məhkəmələri;
E) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək onun səlahiyyətlərinin həyata keçirilməməsi nəzərdə tutulurdu.
37. Hüquqi qüvvəsinə görə ən alidən ən aşağıya doğru sıralayın.
1. Azərbaycan Respublikasının Konstitusiyası;
2. Referendumla qəbul edilmiş aktlar;
3. Azərbaycan Respublikasının qanunları;
4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;
5. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları;
6. Azərbaycan Respublikası Prezidentinin fərmanları;
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları.
A) 4-1-2-3-6-7-5; B) 1-2-3-4-6-7-5; C) 1-4-2-3-6-7-5; D) 4-1-3-2-6-7-5; E) 1-2-4-3-6-7-5.
38. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə görə hansı məsələlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir:
A) Yerli büdcə və onun icrası ilə bağlı qərarlar;
B) Yerli iqtisadi və sosial proqramların icrası ilə bağlı qərarlar;
C) Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar;
D) Yerli sosial-iqtisadi və ekoloji proqramların qəbulu ilə bağlı qərarlar;
E) Bələdiyyə reqlamentinin təsdiq edilməsi ilə bağlı qərarlar.
39. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hansı qurumun üzvlərinin bir qismini Azərbaycan Respublikasının Milli Məclisi seçir?
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının;
2. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının;
3. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Karrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın;
4. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının;
5. İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurasının.
A) 1-2-3; B) 1-4-5; C) 1-2-3-4-5; D) 2-3-5; E) 2-3-4.
40. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin dördüncü hissəsi yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququnun hansı hallarda məhdudlaşdırıla biləcəyini nəzərdə tutur?
1. Cinayətin qarşısını almaqdan ötrü;
2. Dövlətin təhlükəsizliyini və iqtisadi mənafeyini qorumaqdan ötrü;
3. Dövlətin maraqlarının, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasından ötrü;
4. Cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü.
A) 1-4; B) 2-3; C) 2-4; D) 1-2; E) 1-3.
41. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin iclaslarında həll edilə bilən məsələ kimi nəzərdə tutulmamışdır?
A) Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
B) Bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
C) Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
D) Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
E) Yerli səhiyyə və turizm proqramlarının hazırlanması və onların icrası ilə bağlı hesabatların dinlənilməsi.
42. Azərbaycan Respublikasının Milli Məclisində həyata keçirilən qanunvericilik prosesi ilə bağlı söylənilən fikirlərdən hansı yanlışdır?
A) Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuş qanun və qərar layihələri Milli Məclisin Aparatında qeydiyyata alınır və Milli Məclisin sədri ona baxılması üçün müddət təyin edərək müvafiq daimi komissiyaya göndərir.
B) İkinci oxunuşa azı 10 gün qalmış qanun layihəsi onun təşəbbüsçüsünə göndərilir. Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi onun təşəbbüsçüsünün məruzəsi ilə başlanır;
C) Qanun layihəsinin birinci oxunuşu zamanı onun qəbul edilməsinin zəruriliyi, əsas müddəaları müzakirə edilir, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilir;
D) Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz. Müstəsna hallarda Milli Məclisin iclasında iştirak edən deputatların əksəriyyətinin tələbi ilə üçüncü oxunuşda olan qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər;
E) Azərbaycan Respublikası Prezidentinin təklifi tələb olunan səs çoxluğu almazsa, qanunun Milli Məclis tərəfindən qəbul edilmiş redaktədə saxlanılması haqqında məsələ səsə qoyulur. Təkrarən qəbul olunmuş qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə göndərir.
43. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə hansı şərtlə yol verilə bilər?
A) Yalnız qabaqcadan onun dəyərini insafla və vicdanla ödəmək şərti ilə;
B) Yalnız qabaqcadan onun dəyərini tam ödəmək şərti ilə;
C) Yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə;
D) Yalnız qabaqcadan onun dəyərini maksimum ödəmək şərti ilə;
E) Yalnız qabaqcadan onun dəyərini razılaşdırılmaqla ödəmək şərti ilə.
44. Preferensial seçki sistemi dedikdə, nə başa düşülür?
A) Bu seçki sistemində seçicilərin ümumi sayının yarısından çoxunun səsini qazanan namizəd seçilir;
B) Bu seçki sistemində seçici bir neçə səsə malik olur və bu səsləri istəsə bir namizədə verə bilər, istəsə də bir neçə namizədin arasında bölüşdürə bilər;
C) Bu seçki sistemində vahid çoxmandatlı seçki dairəsi üzrə seçici partiya siyahısına deyil, hər hansı bir partiyadan olan bir namizədə səs verir. Ən çox səs toplayan namizəd seçilmiş sayılır;
D) Bu seçki sistemində seçici bir neçə ayrı-ayrı siyahıda olan şəxslərə səs verir və ya özü siyahıya yeni namizəd əlavə edir;
E) Bu seçki sistemində seçici vahid çoxmandatlı seçki dairəsində sadəcə siyahıya səs vermir, həm də siyahıda ən çox kimə üstünlük verdiyini qeyd edir. Sonradan hesablanarkən səslər ilk olaraq ən çox üstünlüyə malik olan namizədlər arasında bölünür.
45. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti neçə ildir?
A) 3 il; B) 6 il; C) 4 il; D) 5 il; E) 10 il.
46. Bu bələdiyyə sistemi Baden-Vürtemberq və Bavariyada fəaliyyət göstərir. Burada bələdiyyələr vahid kollegiyada – bələdiyyə şurasında birləşirlər. Əhali proporsional sayda şura üzvlərini və şuranın sədrini – burqomisteri seçir. Burqomister bələdiyyədə üstün mövqeyə malikdir. Söhbət hansı bələdiyyə sistemindən gedir?
A) Anqlo-sakson bələdiyyə sistemi; B) Avropa bələdiyyə sistemi; C) Şimali alman şurası sistemi;
D) Cənubi alman modeli; E) Burqomister modeli.
47. Azərbaycan Respublikası Konstitusiyasına görə hansı məhkəmələrin qərarları dərc edilməlidir?
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi;
2. Azərbaycan Respublikasının Ali Məhkəməsi;
3. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri;
4. Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələri.
A) 1-2; B) 1-2-3; C) 1-2-3-4; D) 1-3; E) 2-3.
48. Azərbaycan Respublikası Milli Məclisində aşağıdakı adda komissiya fəaliyyət göstərmir:
A) Regional məsələlər komissiyası;
B) Siyasi məsələlər komissiyası;
C) Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyası;
D) Elm və təhsil komissiyası;
E) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyası;
49. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini təsdiq edir:
A) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; B) Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Vəzifəli Şəxsi; C) Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; D) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti; E) Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.
50. Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər:
1. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə;
2. Azərbaycan Respublikası Prezidentinin təklifi ilə;
3. Azərbaycan Respublikası Milli Məclisinin 63 deputatının tələbi ilə;
4. Azərbaycan Respublikası Milli Məclisi sədrinin təklifi ilə.
A) 1-4; B) 3-4; C) 2-4; D) 2-3; E) 1-2.
51. Seçkilərdə iştirak etməməyə görə Azərbaycan Respublikasının vətəndaşları hansı hüquqi məsuliyyətə cəlb olunurlar?
A) İnzibati məsuliyyətə; B) Cinayət məsuliyyətinə; C) İntizam məsuliyyətinə; D) Maddi məsuliyyətə; E) Heç bir məsuliyyətə cəlb olunmurlar.
52. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında hakimliyə namizədlərə aid tələblər sırasına aid edilməyib?
A) Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
B) Yaşı 35-dən aşağı olmamalıdır;
C) Seçkilərdə iştirak etmək hüququna malik olmalıdır;
D) Hüquqşünaslıq ixtisası üzrə 5 ildən artıq işləməlidir;
E) Ali hüquq təhsilli olmalıdır.
53. Hansı fikir düzgündür. Hakim:
A) Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər;
B) Sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər;
C) Kommersiya və ya başqa ödənişli fəaliyyətlə məşğul ola bilər;
D) Siyasi partiyaya üzv ola bilər;
E) Siyasi fəaliyyətlə məşğul ola bilər.
54. Məntəqə seçki komissiyasının qərarından və hərəkətindən (hərəkətsizliyindən) hansı orqana şikayət etmək olar?
A) Məhkəməyə; B) Mərkəzi Seçki Komissiyasına; C) Dairə seçki komissiyasına; D) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana); E) Hakimlərin Seçki Komissiyasına.
55. Sovetlər Birliyi dövründə Azərbaycanda neçənci illərdə konstitusiya qəbul edilmişdir?
A) 1923, 1935 və 1977-ci illərdə; B) 1925, 1939 və 1976-cı illərdə; C) 1921, 1937 və 1978-ci illərdə. D) 1926, 1932 və 1975-ci illərdə; E) 1928, 1936 və 1979-cu illərdə.
56. Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından hansı orqana şikayət verilə bilər?
A) Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına;
B) Azərbaycan Respublikasının Ali Məhkəməsinə;
C) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə;
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə;
E) Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktları qətidir, onlardan şikayət verilə bilməz.
57. Qanunlar və qərarlar qəbul edildiyi gündən neçə gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır?
A) 5 gün müddətində; B) 10 gün müddətində; C) 14 gün müddətində; D) 56 gün müddətində; E) 30 gün müddətində.
58. Azərbaycan Respublikasının Konstitusiyasına görə yalnız referendumla həll olunan məsələlər hansılardır?
1. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi;
2. Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklər edilməsi;
3. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr edilməsi;
4. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi;
5. Dövlətin ali məqsədinin dəyişdirilməsi.
A) 1-2-3; B) 1-4; C) 4-5; D) 1-3-4; E) 1-2-4
59. Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında təkliflər referenduma çıxarıla bilməz?
A) 1, 2, 6, 7, 8 və 21-ci maddələrində; B) 1,2, 6, 7, 20 və 21-ci maddələrində; C) 1, 2, 3, 6 və 21-ci maddələrində; D) 1, 2, 7, 9 və 23-cü maddələrində. E) 1, 2, 5, 6, 7, 8 və 21-ci maddələrində.
60. İkili vətəndaşlıq hansı terminlə ifadə olunur?
A) Apatrizm B) Bipatrizm; C) Filiasiya D) Naturalizasiya; E) Retorsiya.
61. Bu seçki sistemində seçicilərin ümumi sayının yarıdan çoxunun (50+1%) səsini qazanan şəxs seçilir?
A) İxtisaslaşdırılmış majoritar seçki sistemi; B) Mütləq majoritar seçki sistemi;
C) Nisbi majoritar seçki sistemi; D) Proporsional seçki sistemi; E) Yarıproporsional seçki sistemi.
62. Azərbaycan Respublikasının Konstitusiyası neçə maddədən ibarətdir?
A) 158 maddədən; B) 125 maddədən; C) 50 maddədən; D) 175 maddədən; E) 110 maddədən.
63. Azərbaycan Respublikası Konstitusiyasında aşağıdakı adda hüquq və ya azadlıq yoxdur:
A) Azad sahibkarlıq hüququ; B) Məlumat azadlığı; C) Akademik azadlıq; D) Sosial təminat hüququ; E) Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları.
64. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) neçə il müddətinə seçilir?
A) 5 il müddətinə; B) 7 il müddətinə; C) 10 il müddətinə; D) 4 il müddətinə; E) 6 il müddətinə.
65. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən neçə il müddətində verilə bilər?
A) 5 il müddətində; B) 2 il müddətində; C) 3 il müddətində; D) 1 il müddətində; E) 4 il müddətində.
66. Azərbaycan Respublikasında 1998-ci il tarixdə qəbul edilmiş qanunlar hansılardır?
1. “Sərbəst toplaşmaq azadlığı haqqında” AR qanunu;
2. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” AR qanunu;
3. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR qanunu;
4. “Sahibkarlıq fəaliyyəti haqqında” AR qanunu.
A) 1-2; B) 2-3; C) 3-4; D) 1-4; E) 1-3.
67. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız hansı subyektə mənsubdur?
A) Azərbaycan Respublikasının Prezidentinə; B) Azərbaycan Respublikasının Milli Məclisinə;
C) Azərbaycan Respublikasının Mərkəzi Bankına; D) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə; E) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə.
68. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri hansı orqan həll edir?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi;
B) Azərbaycan Respublikasının Ali Məhkəməsi;
C) Azərbaycan Respublikasının Prezidenti;
D) Azərbaycan Respublikasının Milli Məclisi;
E) Azərbaycan Respublikasının Baş Prokurorluğu.
69. Bələdiyyələrin iclaslarını çağırır:
A) Bələdiyyə qulluqçuları; B) Bələdiyyə üzvləri; C) Bələdiyyənin sədri; D) Yerli icra başçısı;
E) Azərbaycan Respublikasının Baş naziri.
70. Aşağıdakı hallardan hansında Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir?
A) Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda;
B) Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda;
C) Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda;
D) Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə;
E) Xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə.
71. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?
A) 1996-cı ildə; B) 1997-ci ildə; C) 1998-ci ildə; D) 1999-cu ildə; E) 2000-ci ildə.
72. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının normativ-xarakterli aktı deyil?
A) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
B) Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
C) Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının qərarları;
D) Milli Televiziya və Radio Şurasının qərarları;
E) Mərkəzi icra hakimiyyəti orqanlarının aktları.
73. Naxçıvan Muxtar Respublikasında Təhlükəsizlik Şurasını təsis edir və ona rəhbərlik edir:
A) Azərbaycan Respublikasının Prezidenti; B) Naxçıvan Muxtar Respublikasının Ali Vəzifəli Şəxsi;
C) Naxçıvan Muxtar Respublikasının Baş naziri; D) Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri; E) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri.
74. Azərbaycan Respublikasının rəsmi dövlət dini hansıdır?
A)Xristianlıq; B) İslam; C) İudaizm; D) Buddizm; E) Azərbaycan Respublikasının rəsmi dövlət dini yoxdur.
75. Ərazi və ixtisaslaşdırılmış prokurorları hansı subyekt vəzifəyə təyin və vəzifədən azad edir?
A) Azərbaycan Respublikasının Prezidenti; B) Azərbaycan Respublikasının Milli Məclisi;
C) Azərbaycan Respublikasının Baş naziri; D) Azərbaycan Respublikasının Baş Prokuroru;
E) Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası.
76. Kimlər ana dilindən istifadə hüququndan məhrum edilə bilər?
A) Heç kəs; B) Azərbaycan dövlətinə xəyanət etmiş şəxslər; C) Ana dilində danışa bilməyən şəxslər;
D) Azərbaycan Respublikasının təhsil müəssisələrində ana dilində təhsil almaqdan imtina etmiş şəxslər; E) Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
77. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə neçə gündən az müddət qalarsa, keçirilmir?
A) 85 gün; B) 110 gün; C) 120 gün; D) 180 gün; E) 30 gün.
78. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələb deyil?
A) Yaşı 25-dən aşağı olmamalıdır; B) Başqa dövlətlər qarşısında öhdəliyi olmamalıdır;
C) Ali təhsili olmalıdır; D) Ağır cinayətə görə məhkum olmamalıdır; E) İkili vətəndaş olmamalıdır.
79. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasında məhkəmə icraatı hansı dildə aparılır?
A) Məhkəmədə işinə baxılan şəxslərin danışdığı dildə; B) Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində; C) Azərbaycan və rus dillərində; D) Məhkəmə icraatı zamanı kim hansı dildə istəyərsə, o dildə də danışa bilər; E) Azərbaycan Respublikasının dövlət dilində və ölkəmizin əməkdaşlıq etdiyi dövlətlərin dilində.
80. Bülletenlər vasitəsilə gizli səsvermə nəticəsində azı neçə deputatın səsini almış namizəd Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilir?
A) 63; B) 83; C) 95; D) 120; E) 125.
81. Azərbaycan Respublikasının Konstitusiyası hansı tarixdə qəbul edilmiş və qüvvəyə minmişdir?
A) 24 avqust 1991-ci il tarixdə qəbul edilmiş, həmin ilin 17 noyabr tarixində qüvvəyə minmişdir;
B) 18 oktyabr 1993-cü il tarixdə qəbul edilmiş, həmin ilin 13 dekabr tarixində qüvvəyə minmişdir;
C) 12 mart 1994-cü il tarixdə qəbul edilmiş, həmin ilin 23 aprel tarixində qüvvəyə minmişdir;
D) 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş, həmin ilin 27 noyabr tarixində qüvvəyə minmişdir;
E) 26 may 1996-cı il tarixdə qəbul edilmiş, həmin ilin 12 iyun tarixində qüvvəyə minmişdir;
82. Naxçıvanın muxtariyyatının əsasları hansı beynəlxalq müqavilələrlə qoyulmuşdur?
A) Batum və İstanbul müqavilələri ilə; B) Lozanna və Sevr müqavilələri ilə;
C) Moskva və Qars müqavilələri ilə; D) Gülüstan və Türkmənçay müqavilələri ilə;
E) Naxçıvanın muxtariyyatının əsasları heç bir beynəlxalq müqavilə ilə qoyulmamışdır.
83. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikasının Ali Məclisində neçə səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir?
A) 31; B) 35; C) 41; D) 45; E) 25.
84. “Parlament” sözünün hərfi mənası nə demədir?
A) “Qayğısına qalmaq”; B) “Quruluş”, “təsisat”; C) “Ən ali”; D) “Qanun”, “qayda”; E) “Danışmaq.”
85. Azərbaycan Respublikasının Konstitusiyasına görə əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə neçə saatdan artıq olmayan iş günü təmin edilir?
A) 6 saatdan; B) 7 saatdan; C) 8 saatdan; D) 9 saatdan; E) 5 saatdan.
86. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə xitam verilə bilər:
A) Yalnız məhkəmə qaydasında; B) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən; C) Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən; D) Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən; E) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən.
87. Naxçıvan neçənci ildən Naxçıvan Muxtar Respublikası adlandırılmışdır?
A) 1990-cı ildən; B) 1989-cu ildən; C) 1991-ci ildən; D) 1992-ci ildən; E) 1993-cü ildən.
88. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında vətəndaşların hansı hüququ haqda bəhs olunur?
A) Yaşamaq hüququ; B) Azadlıq hüququ; C) Bərabərlik hüququ; D) Səsvermə hüququ; E) Əmək hüququ.
89. Bələdiyyəyə üzv seçilmək üçün minimum neçə yaş tələb olunur?
A) 21 yaş; B) 25 yaş; C) 27 yaş; D) 30 yaş; E) 35 yaş.
90. Azərbaycan Respublikasında əcnəbilərə tətbiq olunan rejim hansıdır?
A) Xüsusi rejim; B) Ən əlverişli rejim; C) Milli rejim; D) Hər üç rejim forması; E) Bunların heç biri.
91. Neçə yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər?
A) 10; B) 12; C) 14; D) 15; E) 18.
92. Azərbaycan Respublikasının Konstitusiyası neçə bölmədən ibarətdir?
A) 158; B) 5; C) 12; D) 4; E) 6.
93. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunvericilik təşəbbüsü hüququna malikdir:
A) Azərbaycan Respublikasının Baş naziri;
B) Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası;
C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi;
D) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri;
E) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı.
94. «Bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. Azərbaycan Respublikasında demokratik, hüquqi dövlətin qurulmasını təmin edəcəkdir, Bu bizim özümüzün Konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır» ifadəsini Azərbaycan Respublikasının Konstitusiyası haqqında kim söyləyib?
A) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev;
B) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev;
C) Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə;
D) Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramul Usubov;
E) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova
95. Azərbaycan Respublikasının Konstitusiyası neçə keçid müddəadan ibarətdir?
A) 158; B) 5; C) 12; D) 150; E) 4.
96. Azərbaycan Respublikasının Konstitusiyası qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi necə adlandırılmışdır?
A) Azərbaycan Respublikasının Ali Məhkəməsi;
B) Azərbaycan Respublikasının hərbi məhkəməsi;
C) Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi;
E) Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi.
97. Aşağıdakı sözlərdən hansı Azərbaycan Respublikasının Konstitusiyasında işlədilməmişdir?
A) Əqd; B) Jurnalist; C) Epizootiya; D) İmpiçment; E) Metrologiya.
98. Azərbaycan Respublikasının parlamenti neçə palatadan ibarətdir?
A) 1; B) 2; C) 3; D) 4; E) 5.
99. Azərbaycan Respublikası Konstitusiyasının 67-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs nədən əvvəl dinlənilməlidir?
A) Tutulmazdan əvvəl; B) Məhkum edilməzdən əvvəl; C) Barəsində həbs qətimkan tədbiri seçilməzdən əvvəl; D) Ona cəza təyin edilməzdən əvvəl; E) Ona müdafiəçi təyin edilməzdən əvvəl.
100. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında Azərbaycan xalqı kimlərin qarşısında öz məsuliyyətini anlayaraq öz niyyətlərini bəyan edir?
A) Uşaqların, gənclərin və yaşlıların qarşısında;
B) Kasıbların və varlıların qarşısında;
C) Azərbaycan Respublikası vətəndaşlarının, vətəndaşlığı olmayanların və əcnəbilərin qarşısında;
D) Keçmiş, indiki və gələcək nəsillər qarşısında;
E) Bəşəriyyət övladları qarşısında.
101. Bu metod əsasında bir neçə konstitusion hüquq və azadlığın tədqiqindən (yaşamaq hüququ, azadlıq hüququ və s.) belə nəticəyə gəlirik ki, bu hüquq və azadlıqlar həm əsas (təməl) hüquq və azadlıqlardır, həm də ümumidir. Beləliklə konkret olaraq iki hüququn konstitusiyada yerinin araşdırılmasından əldə etdiyimiz nəticəni bütün hüquq və azadlıqlara aid edirik. Söhbət konstitusiya hüququ elminin hansı metodundan gedir?
A) Sintez; B) Deduksiya; C) İnduksiya; D) Analogiya; E) Müqayisə.
102. Konstitusiyanın hansı funksiyası insanlarda konstitusiyaya, qanunlara, insan və vətəndaşların hüquq və azadlıqlarına, eləcə də dövlətə hörmət ruhunu formalaşdırmağa xidmət edir?
A) Hüquqi funksiya; B) Sosial funksiya; C) Siyasi funksiya; D) Tərbiyəvi funksiya; E) Heç bir funksiyası.
103. Konstitusiya hüququnda nümayəndəli hakimiyyət orqanının üzvlərinin bir qisminin müəyyən müddətdən bir yenilənməsi prinsipi necə adlanır?
A) Restitusiya; B) Kooptasiya; C) Retorsiya; D) Repatriasiya; E) Rotasiya.
104. Bələdiyyələrin səlahiyyət müddəti neçə ildir?
A) 3 il; B) 5 il; C) 7 il; D) 4 il; E) 6 il
105. Bu nəzəriyyə XX əsrin 50-ci illərində şəxsiyyətin aktivləşməsi ilə bağlı meydana çıxmışdır. Bu nəzəriyyə xalqın rassionallığını qəbul edir və şəxsiyyətin həyatın bütün sahələrində muxtariyyatını ön plana çəkir. Nəzəriyyəyə görə demokratiyanın təşkili bilavasitə şəxsiyyətin özünürealizə imkanlarından və dövlət tərəfindən necə təmin edilməsindən asılıdır. Bunun üçün də insanların siyasi mədəniyyəti və aktivliyi maksimum artırılmalı və xalqın siyasi proseslərə daimi marağı olmalıdır. Söhbət hansı nəzəriyyədən gedir?
A) Partisipiar demokratiya nəzəriyyəsi; B) Elitar demokratiya nəzəriyyəsi;
C) Reprezentativ demokratiya nəzəriyyəsi; D) Plüralist demokratiya nəzəriyyəsi; E) Heç biri.
106. Formal konstitusiya nəzarəti növünün izahı hansı bənddə düzgün verilmişdir?
A) Bu nəzarətdə hüquq normalarının konstitusiyaya və ya hər hansı digər qanuna zidd olması deyil, qanunun və ya digər normativ aktın qəbulu prosedurasının düzgünlüyü yoxlanılır;
B) Bu nəzarətdə qanunun siyasi ideologiyaya uyğunluğu yoxlanılır;
C) Bu nəzarətdə qanunlar arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair həyata keçirilən yoxlamanın hüquqi nəticələri məcburi qüvvəyə malik olur;
D) Bu nəzarət qanun qəbul olunub qüvvəyə minməmişdən əvvəl həyata keçirilir;
E) Bu nəzarətdə hüquq normasının hər hansı bir iş çərçivəsində, konkret halla əlaqədar konstitusiyaya zidd olub-olmaması məsələsi yoxlanılır.
107. Hansı hallarda Azərbaycan Respublikası Milli Məclisinin deputatının mandatından məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir?
1. Deputat Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
2. Deputat cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
3. Deputatın özü imtina etdikdə;
4. Deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla).
A) 1-3-4; B) 2-3-5; C) 1-3-5; D) 1-2-4; E) 1-2-3-4.
108. Neçə aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər?
A) ən azı 100 min; B) ən azı 200 min; C) ən azı 300 min; D) ən azı 450 min; E) ən azı 500 min.
109. Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, Azərbaycan Respublikası Milli Məclisinin deputatının mandatından məhrum edilməsi haqqında qərar hansı orqan tərəfindən qəbul edilir?
A) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən;
B) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən;
C) Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən;
D) Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən;
E) müvafiq rayon (şəhər) məhkəməsi tərəfindən.
110. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı nə qədər imzası toplanılmalıdır?
A) 100; B) 125; C) 350; D) 450; E) 1000.
111. Prezidentliyə namizədin neçə nəfərədək vəkil edilmiş şəxsi ola bilər?
A) 5; B) 25; C) 30; D) 35; E) 50.
112. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupu prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün nə qədər sayda seçici imzası toplamalıdırlar?
A) 25 mindən az olmayan sayda; B) 35 mindən az olmayan sayda; C) 45 mindən az olmayan sayda;
D) 65 mindən az olmayan sayda; E) 75 mindən az olmayan sayda;
113. Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən neçə üzvdən ibarət tərkibdə təşkil edilir?
A) 3; B) 6; C) 9; D) 15; E) 18.
114. Seçkilərin (referendumun) keçirilməsi zamanı Azərbaycan Respublikasında olan beynəlxalq müşahidəçilər qanunları, beynəlxalq hüquq normalarını pozduğu hallarda onların qeydiyyatını hansı orqan ləğv edə bilər?
A) Mərkəzi Seçki Komissiyası; B) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
C) müvafiq rayon (şəhər) məhkəməsi; C) müvafiq rayon (şəhər) prokurorluğu;
E) Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi.
115. Eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq nə qədər müddət sonra keçirilə bilər?
A) yalnız 6 ay keçdikdən sonra; B) yalnız 1 il keçdikdən sonra; C) yalnız 2 il keçdikdən sonra;
D) yalnız 3 il keçdikdən sonra; E) yalnız 5 il keçdikdən sonra;
116. Hansı dövlətin konstitusiyasına görə dövlət başçısı xristian-moronit, baş nazir müsəlman-sünni, parlamentin sədri müsəlman-şiə, parlament üzvlərinin yarısı isə mütləq xristian dininə etiqad edən şəxslər olmalıdır?
A) Fələstin; B) Yunanıstan; C) Pakistan; D) Anqola; E) Livan.
117. Diplomatik nümayəndəni göndərən dövlətin başçısının adından diplomatik nümayəndənin müvəkkil edildiyi dövlətin başçısının adına göndərilən və öz diplomatik nümayəndəsinin vəzifədən geri çağrılması haqqındakı sənəd necə adlanır?
A) Elektorat; B) Etirbarnamə; C) Etimadnamə; D) Övdətnamə; E) Ekzekvatura.
118. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə prezident seçkilərinin nəticələri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, hansı orqanın qərarı ilə təkrar prezident seçkiləri təyin edilir?
A) Azərbaycan Respublikası Ali Məhkəməsinin;
B) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin;
C) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının;
D) Azərbaycan Respublikası Milli Məclisinin;
E) Azərbaycan Respublikası Prezidentinin.
119. Dövlət dilinin statusu Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsi ilə tənzimlənir?
A) 19-cu maddəsi ilə; B) 20-ci maddəsi ilə; C) 21-ci maddəsi ilə; D) 22-ci maddəsi ilə;
E) 23-cü maddəsi ilə.
120. Azərbaycan Respublikası Prezidentinin səaliyyətləri Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsində təsbit olunmuşdur?
A) 107-ci maddəsində; B) 108-ci maddəsində; C) 109-cu maddəsində; D) 110-cu maddəsində;
E) 111-ci maddəsində.
CAVABLAR
1. B
2. E
3. C
4. D
5. D
6. B
7. A
8. C
9. E
10. E
11. B
12. D
13. C
14. A
15. B
16. D
17. E
18. C
19. E
20. B
21. B
22. C
23. A
24. D
25. C
26. A
27. E
28. D
29. B
30. C
31. A
32. C
33. B
34. D
35. C
36. E
37. E
38. C
39. E
40. A
41. E
42. B
43. C
44. E
45. D
46. D
47. A
48. B
49. C
50. E
51. E
52. B
53. A
54. C
55. C
56. D
57. B
58. E
59. A
60. B
61. B
62. A
63. C
64. B
65. D
66. E
67. C
68. A
69. C
70. D
71. B
72. E
73. B
74. E
75. D
76. A
77. C
78. C
79. B
80. A
81. D
82. C
83. B
84. E
85. C
86. A
87. A
88. D
89. A
90. C
91. D
92. B
93. E
94. A
95. C
96. C
97. B
98. A
99. B
100. D
101. C
102. D
103. E
104. B
105. A
106. A
107. A
108. C
109. B
110. D
111. E
112. C
113. B
114. A
115. B
116. E
117. D
118. C
119. C
120. C
Testləri tərtib etdi: Yunis Fərman oğlu Xəlilov
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri kafedrasının müəllimi