DÖVLƏT QULLUĞUNA QƏBULUN TEST İMTAHANI ÜZRƏ 500 TEST TAPŞIRIQLARINDAN.

(Qanunvericilik-BA üzrə.Cavablar sonda…)

 

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə sistemi ilə bağlı doğrudur:
1. Azərbaycan Respublikasının məhkəmə sisteminə
daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı Ali
Məhkəməsi tərəfindən müəyyən edilir.
2. Azərbaycan Respublikasının hər bir məhkəməsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
rəhbərlik etdiyi məhkəmə sisteminin tərkib hissəsidir.
3. Azərbaycan Respublikasının hər bir məhkəməsinin
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
möhürü vardır.
4. Azərbaycan Respublikasının məhkəmə sisteminə
daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun
olaraq müəyyənləşdirilir.
5. Azərbaycan Respublikasının hər bir məhkəməsi
müstəqil hüquqi şəxsdir.
A) 3, 4, 5          C) 2, 3, 4
B) 1, 2, 3          D) 1, 2, 5

 

2. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektron
sənədi alan tərəfindən təsdiqləmənin elektron sənədi göndərənə çatdırılması ilə bağlı təsdiqləmədə qeyd
edilməlidir:
A) elektron sənədin kargüzarlıq qaydalarına uyğun
olması qeyd edilməlidir.
B) elektron sənədin normativ hüquqi aktın tələblərinə
uyğun olması qeyd edilməlidir.
C) elektron sənədin tərəflər arasında razılaşdırılmış
texniki tələblərə uyğun olması qeyd edilməlidir.
D) elektron sənədin daxili normativ sənədlərə uyğun
olması qeyd edilməlidir.

 

3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları:
A) hüquqi akt hesab edilmir.
B) normativ xarakterli aktlara aiddir.
C) lokal normativ hüquqi aktlara aiddir.
D) qeyri‐normativ hüquqi aktlara aiddir.

 

4. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda
müəyyən edilmiş etik davranış normalarına aid deyil?

A) peşəkarlıq və fərdi məsuliyyətin artırılması
B) qərəzsizlik
C) bitərəflilik və qeyri-maddi nemətlərin əldə edilməsinə yol verilməsi
D) dövlət qulluqçularının vicdanlı davranışı

 

5. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən düzgün deyil:
A) Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasında ən yüksək hüquqi
qüvvəyə malikdir.
B) Azərbaycan Respublikasının Konstitusiyası birbaşa
hüquqi qüvvəyə malikdir.
C) Azərbaycan Respublikasının Konstitusiyası ilə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr arasında ziddiyyət
yarandıqda, beynəlxalq müqavilələr tətbiq edilir.
D) Azərbaycan Respublikasının Konstitusiyası
ümumxalq səsverməsi yolu ilə qəbul olunur.

 

6. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgündür:
A) Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
müraciətlərə “Korrupsiyaya qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununa
müvafiq olaraq baxılır .
B) Vətəndaşları müraciətə baxan subyektlərin digər
vəzifəli şəxsləri qəbul edə bilməz.
C) “Vətəndaşların müraciətləri haqqında” qanunun
tələblərinə uyğun olaraq verilən müraciəti qəbul
etməkdən imtina qadağandır.
D) Müraciətin baxılmamış saxlanılması barədə
qərardad qəbul olunduqda cavab məktubunda
həmin qərardaddan şikayət verilməsi üsulu izah
edilir.

 

7. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət tərəfindən pulsuz icbari təhsil hüququ təmin
edilir:
A) ümumi orta təhsil üçün        B) orta ixtisas təhsili üçün
C) ali təhsil üçün                      D) texniki‐peşə təhsili üçün

 

8. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıda göstərilənlərdən hansı xalqa qarşı ən ağır
cinayət sayılır?
A) Azərbaycan dövlətinə qarşı qiyam və ya dövlət
çevrilişi haqqında çağırışlar etmək
B) Hakimiyyətin mənimsənilməsi
C) Azərbaycan Respublikasının bütün ərazisində və ya
onun hər hansı hissəsində qanuni dövlət
hakimiyyətini devirmək məqsədi güdən birliklərin
yaradılması
D) Azərbaycan Respublikasının Konstitusiyasında belə
müddəa nəzərdə tutulmayıb

 

9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun əlavə təhsil alması üçün hansılarəsasdır?
1. dövlət qulluqçusunun şəxsi təşəbbüsü
2. dövlət qulluqçusunun dövlət qulluğunda olmasının müəyyən yaş həddinə çatması
3. dövlət qulluqçusunun dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi
4. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi
5. dövlət qulluqçusunun dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi
6. dövlət orqanının səlahiyyət hüdudlarının genişlənməsi
A) 1, 3, 4, 5   B) 1, 2, 3, 6     C) 2, 4, 5, 6     D) 2, 3, 5, 6

 

10. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin yeddinci təsnifatına aid deyil:
A) 1‐ci dərəcə dövlət qulluqçusu
B) 2‐ci dərəcə dövlət qulluqçusu
C) 3‐cü dərəcə dövlət qulluqçusu
D) kiçik dövlət qulluqçusu

 

11. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müraciətlə bağlı kargüzarlığın aparılması ilə əlaqədar düzgün deyil:
A) Müraciət edən şəxsin tələbi ilə müraciətin qeydiyyat
nömrəsi və tarixi ona bildirilir.
B) Vətəndaşların müraciətləri ilə bağlı aparılan
kargüzarlıq müraciətə baxan subyektlərin müəyyən
etdiyi qaydada aparılır və onların kargüzarlıq xidməti
tərəfindən təmin edilir.
C) Vətəndaşın müraciətinə onun daxilolma tarixi və
qeydiyyat nömrəsi qoyulur.
D) Müraciət edən şəxsin tələbi ilə, müraciətin icraçısına
ona dair məlumat bildirilir.

 

12. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan biri dövlət qulluğuna
xitam verilməsi üçün əsas deyil:
A) dövlət orqanı rəhbərliyinin dəyişdirilməsi
B) dövlət orqanının ləğv edilməsi
C) məhkəmənin tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarının
olması
D) dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisar
edilməsi

 

13. “Dövlət qulluqçularının etik davranış qaydalarıhaqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluqçusunun xidməti davranışı:
A) yalnız qanunvericiliklə ona verilmiş vəzifələrinin
həyata keçirilməsi ilə əlaqədar fəaliyyətidir.
B) qanunvericiliklə ona verilmiş hüquqların həyata
keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə
əlaqədar fəaliyyətidir.
C) qanunvericiliklə ona verilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.
D) qanunvericiliklə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi zamanı etik davranış qaydaları çərçivəsində fəaliyyətdir.

 

14. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş şəxsi toxunulmazlıq hüququ nəzərdə tutur:
A) əsassız olaraq azadlıqdan məhrum etmənin
yolverilməzliyini
B) şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu
C) şəxsin təhlükəsiz yaşamaq hüququnu
D) şərəf və ləyaqətin toxunulmazlığını

 

15. Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlətlə bağlı təsbit olunmuş müddəaya əsasən
düzgündür:
A) Din dövlətdən ayrıdır.
B) Din dövlətin tərkib hissəsidir.
C) Dövlət təhsil sistemi dini xarakter daşıyır.
D) Dini qurumlar dövlətin idarə olunmasında iştirak
edir.

 

16. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıda göstərilənlərdən hansı qanunla müəyyən еdilmiş qaydada əməliyyat‐aхtarış fəaliyyəti zamanı əldə еdilən məlumatlar, habеlə cinayət işinin istintaqı ilə əlaqədar tоplanılan məlumatlar istisna оlmaqla şəхsiyyətin оnun haqqında məlumatın tоplanması ilə əlaqədar hüquqlarına aid deyil?
A) оnun haqqında tоplanan məlumatla tanış оlmaq
B) məlumat tоplanması vaхtı оnun haqqında tоplanan
məlumatın hansı məqsədlə və nеcə, həmin
məlumatın kim tərəfindən istifadə оlunmasını
bilmək
C) məlumatda dəqiqləşdirmələr aparılmasını tələb
еtmək
D) оnun haqqında tоplanan məlumatı məhv etmək

 

17. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənədin hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri verilir:
A) sənədin qoşmasında
B) sənədin birinci hissəsində
C) sənədin başlığında
D) sənədin ikinci hissəsində

 

18. “İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən aşağıdakı prinsiplərdən biri İnsan hüquqları üzrə Müvəkkilin (ombudsman) fəaliyyətinin əsasında qurulduğu prinsip kimi nəzərdə tutulmamışdır:
A) şəffaflıq            B) qanunçuluq
C) aşkarlıq            D) obyektivlik

 

19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin üçüncü təsnifatına uyğun gələn vəzifəni seçin.
A) Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbəri

B) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Aparat rəhbəri
C) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatında şöbə müdirinin müavini
D) Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində mütəxəssis vəzifəsi

 

20. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların vəzifələrinin əsası ilə bağlı aşağıda göstərilənlərdən hansı düzgün deyil?
A) Hər kəsin üzərinə vəzifələr yalnız Azərbaycan
Respublikasının Konstitusiyası ilə və ya qanunla
qoyula bilər.
B) Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun
hüquq və azadlıqlarından bilavasitə irəli gələn
vəzifələr daşıyır.
C) Hər bir şəxs Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına əməl etməlidir.
D) Qanunu bilməmək məsuliyyətə cəlb olunarkən
yüngülləşdirici hal kimi nəzərə alınır.

 

21. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclisin sədri növbədənkənar sessiyaları çağırır:
A) Azərbaycan Respublikası Milli Məclisinin 40
deputatının tələbi əsasında
B) Azərbaycan Respublikası Prezidentinin tələbi
əsasında
C) Azərbaycan Respublikası Ali Məhkəməsinin tələbi
əsasında
D) Azərbaycan Respublikası Prokurorluğunun tələbi
əsasında

 

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən verilmiş anlayışlardan yanlış göstəriləni
müəyyən edin.
A) inzibati akt ‐ inzibati orqan tərəfindən ümumi
(publik) hüquq sahəsinə aid olan müəyyən (konkret)
məsələni nizama salmaq və ya həll etmək məqsədilə
qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki
şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr
yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət
tədbiridir
B) qarşılıqlı etimad ‐ inzibati orqanla fiziki və ya hüquqi
şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən
qanuni hərəkətlərə və ya inzibati praktikaya
əsaslanan inam;
C) əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt
D) diskresion səlahiyyətlər – fiziki şəxsin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxilənin gözlənilən nəticəyə mütənasib olması

 

23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən düzgün deyil:
A) Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin
funksiyalarının məzmunundan, səlahiyyətlərinin
mənbəyindən və tutulması üsullarından asılı olaraq
inzibati və yardımçı vəzifələrə bölünür.
B) Yardımçı vəzifə iddiasında olan şəxsin müvafiq ali
təhsili olmalıdır.
C) İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə
tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə
müəyyən edilir.
D) Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ
aktlarla müəyyən edilən struktur quruluşu və ştat
cədvəlinə uyğun olan ştat vahididir.

 

24. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həll etdiyi məsələlərə dair qəbul edir:
A) qanun          B) sərəncam
C) fərman         D) qərar

 

25. “İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən insan hüquqlarının pozulmasına dair şikayət şifahi verildikdə, Müvəkkil aparatının işçisi aşağıdakılardan birini etmək vəzifəsi daşıyır:
A) şikayətin məzmununu xüsusi blankda qeyd edir və
ərizəçi həmin vərəqi imzalayır.
B) şikayətin məzmununu öz imzası ilə təsdiq edir,
ərizəçiyə imzalanmış qəbz verir və bu barədə
müvafiq qeyd aparılır.
C) şikayətin məzmununu öz imzası ilə təsdiq edir və
ərizəçiyə imzalanmış qəbz verir.
D) şikayətin məzmununu xüsusi blankda qeyd edir və
öz imzası ilə imzalayır.

 

26. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparatında bölmə müdiri vəzifəsinə təyin edilmiş şəxsə ilk olaraq hansı ixtisas dərəcəsi veriləcəkdir?
A) dövlət qulluğunun baş müşaviri
B) 3‐cü dərəcə dövlət müşaviri
C) 1‐ci dərəcə dövlət qulluqçusu
D) dövlət qulluğunun müşaviri

 

27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2‐ci kateqoriya dövlət orqanı deyil:
A) Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının Aparatı
B) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
C) Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio şurasının Aparatı
D) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı

 

28. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının xarici ölkələrdəki
diplomatik nümayəndələrini geri çağırır:
A) Prezident
B) Baş nazir
C) Milli Məclisin sədri
D) xarici işlər naziri

 

29. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət bayrağının üzərində qaldırılmalı olduğu binalara aid deyil:
A) yerli məhkəmələrin yerləşdiyi binaların üzərində
B) Məhkəmə‐Hüquq Şurasının binasının üzərində
C) İnsan hüquqları üzrə müvəkkilin iş yeri olan binanın
üzərində
D) Naxçıvan Muxtar Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının binalarının üzərində

 

30. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən daxil olmuş sənədlər üzrə təşkilat rəhbərliyi tərəfindən verilən dərkənarda bir neçə icraçının adı göstərildikdə sənədin əsas icraçısı necə müəyyən edilir?
A) Dərkənarda adı göstərilən icraçılar tərəfindən əsas
icraçı müəyyən edilir.
B) Sənədin əsas icraçısı sənədin icrası gedişində
müəyyən edilir.
C) İcraçılar içərisində daha yüksək vəzifə tutan şəxs
sənədin əsas icraçısıdır.
D) Dərkənarda adı birinci göstərilən şəxs sənədin əsas
icraçısıdır.

 

31. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında yaşayan əcnəbilər malik
deyil:
A) birləşmək azadlığına
B) şəxsi toxunulmazlıq hüququna
C) seçki hüququna
D) mülkiyyət hüququna

 

32. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən arayış və məlumat vərəqəsinə dair verilənlərdən hansılar düzgündür?
1. Arayışın və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır.
2. Arayışın və məlumat vərəqəsinin mətni üç hissədən ibarət olmalıdır.

3. Arayış və məlumat vərəqəsində verilən məlumatın
aid olduğu tarix və dövr başlığa daxil edilmir.
4. Arayışın və məlumat vərəqəsinin birinci hissəsində
sənədin hazırlanması üçün əsas götürülən faktlar,
ikinci hissəsində nəticələr və təkliflər yazılır.
5. Arayışlar və məlumat vərəqələri təşkilatın və ya
struktur bölməsinin rəhbəri tərəfindən imzalanır.
6. Arayışlar və məlumat vərəqələri onu hazırlamış şəxs
tərəfindən imzalanır.
A) 1, 4, 6     B) 2, 3, 5     C) 1, 4, 5      D) 2, 3, 6

 

33. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır:
1. bu haqda məhkəmədə qərar qəbul edildiyi andan
2. tutulduğu andan
3. həbsə alındığı andan
4. cinayət törədilməsində ittiham olunduğu andan
5. təqsiri sübuta yetirildiyi andan

 

34. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansıları etik davranış qaydalarına əməl olunmasına dövlət orqanının rəhbəri tərəfindən nəzarətin həyata keçirilməsinə aiddir?
1. Tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan etik davranış
qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır.
2. Dövlət qulluqçularından və digər şəxslərdən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”
Azərbaycan Respublikasının Qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul
etməlidir.
3. Tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü
aparmalıdır.
4. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparmalı, bu məsələlərlə bağlı
tövsiyələr və məruzələr tərtib etməlidir.
5. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ
xarakterli) aktları işləyib hazırlamalı və təsdiq etməlidir.
6. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri‐hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq

 

35. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluğunun prinsiplərinə
aiddir:
1. qanunçuluq
2. vətəndaşların ilk dəfə dövlət qulluğuna müsabiqə
əsasında qəbul edilməsi
3. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət
hüdudlarının müəyyən edilməsi
4. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və
qanuni hərəkətlərini müdafiə etməyə borclu olması
5. dövlət orqanlarının və vəzifəli şəxslərin qəbul etdikləri qərarların mütləq yerinə yetirilməsi
6. bütün vətəndaşların dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak hüququnun olması
7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi

 

36. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətlə bağlı düzgün göstərilmiş müddəaları seçin:
1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır.
2. Azərbaycan Respublikasında mülkiyyət dövlət tərəfindən müdafiə olunur.
3. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət, publik və bələdiyyə mülkiyyəti növündə ola bilər.
4. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları əleyhinə istifadə edilə bilməz.
5. Təbii ehtiyatlar Azərbaycan dövlətinə mənsubdur.
6. Mülkiyyətdən cəmiyyətin və dövlətin hüquq və mənafeləri, şəxsin şərəf və ləyaqəti əleyhinə istifadə
edilə bilər.

 

37. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis aşağıdakı məsələlərdən hansılara dair
ümumi qaydalar müəyyən edir?
1. inzibati ərazi bölgüsü
2. ərazi quruluşu
3. referendum
4. amnistiya
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi
6. fövqəladə vəziyyət rejimi
7. bələdiyyələrin hesabatlarının dinlənilməsi
8. cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi

 

38. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə hakimiyyəti aşağıdakı vasitələrlə həyata keçirilir:
1. intizam icraatı
2. cinayət məhkəmə icraatı
3. ümumi məhkəmə icraatı
4. qanunla nəzərdə tutulmuş digər vasitələrlə
5. Konstitusiya məhkəmə icraatı
6. mülki məhkəmə icraatı

 

39. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maddi və sair
nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə:
1. vəzifəli şəxs ondan asılı olmayan səbəbdən verilən maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri
qəbul edə bilər.
2. vəzifəli şəxs bu barədə birbaşa rəhbərinə məlumat verməlidir.
3. vəzifəli şəxs istənilən halda maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir.
4. vəzifəli şəxs onları geri qaytarmalıdır.
5. maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına akt üzrə təhvil
verilməlidir.

 

40. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunları və Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı ilə bağlı düzgün müddəaları seçin:
1. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
2. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumat səsvermədən 14 gün sonra elan edilir.
3. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
4. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
5. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
6. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andının məzmununa “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasına sadiq qalma, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl etmə” müddəaları daxil edilib.

 

Düzgün Cavablar:

1.A

2.C

3.D

4.C

5.C

6.C

7.A

8.B

9.A

10.A

11.B

12.A

13.B

14.B

15.A

16.D

17.B

18.D

19.B

20.D

21.B

22.D

23.B

24.D

25.A

26.A

27.C

28.A

29.A

30.D

31.C

32.C
33. 2, 3, 4
34. 1, 3, 5
35. 1, 3, 4, 7
36. 1, 2, 4
37. 2, 3, 6, 8
38. 2, 4, 5, 6
39. 2, 5
40. 3, 4, 5

 

Müəllif: DİM.2019

Dostlarla Paylaş ↓