DÖVLƏT QULLUĞUNA QƏBULUN TEST İMTAHANI ÜZRƏ 500 TEST TAPŞIRIQLARINDAN.
(Qanunvericilik-BB üzrə.Cavablar sonda…)
1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu barəsində tətbiq edilə bilən intizam tənbeh tədbirlərinə aid deyil:
A) xəbərdarlıq
B) töhmət
C) bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması
D) ixtisas dərəcəsinin bir pillə aşağı salınması
2. Azərbaycan Respublikasının Konstitusiyasına görə iqtisadi inkişaf və dövlətlə bağlı müddəalardan düzgün olan(lar)ı seçin:
1. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı xüsusi mülkiyyət növünə əsaslanaraq xalqın rifahının
yüksəldilməsinə xidmət edir.
2. Hər kəs qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
3. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşınrifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
4. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır.
5. Azərbaycan dövləti azad sahibkarlığa təminat verir.
6. Azərbaycan dövləti iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
A) 1, 2, 3 B) 4, 5, 6 C) 1, 2, 6 D) 3, 4, 5
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunun əsas prinsiplərində nəzərdə tutulmamışdır:
A) Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət
hüdudlarının müəyyən edilməsi
B) dövlət qulluğuna qəbulun şəffaflığı
C) qanunçuluq
D) təqsirə görə məsuliyyət
4. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən geniş protokolun giriş hissəsində verilir:
1. iclası aparan sədrin adı və soyadı
2. təşkilatın rəhbərinin adı və soyadı
3. qərarın mətni
4. iclas katibinin adı və soyadı
5. məruzələrin qısa mətni
6. müzakirə ediləcək məsələnin adı
A) 2, 4, 5 B) 2, 3, 6 C) 1, 2, 3 D) 1, 4, 6
5. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanun və ya qərar layihəsi Prezident, Ali Məhkəmə, Prokurorluq və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təcili elan edildiyi halda səsə qoyulur:
A) 25 gün ərzində B) dərhal
C) 20 gün ərzində D) 10 gün ərzində
6. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektron sənədə dair tələblərlə bağlı doğrudur:
1. Elektron sənəd texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli,
ötürülməli və qəbul edilməlidir.
2. Elektron sənəd identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır.
3. Elektron sənəd müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş quruluşa malik
olmalıdır.
4. Elektron sənəd texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim
olunmalıdır.
5. Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
A) 1, 2, 4 B) 2, 4, 5 C) 2, 3, 4 D) 1, 3, 5
7. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkə ərazisində ödəniş vasitəsi kimi işlədilməsi nəzərdə tutulmuşdur?
A) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş pul vahidlərinin
B) manatın
C) bütün beynəlxalq pul vahidlərinin
D) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul vahidlərinin.
8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanuna əsasən dövlət qulluqçusunun üzərinə qoyulan vəzifələrlə bağlı aşağıdakı göstərilən biri düzgündür:
A) Dövlət qulluqçuları tərəfindən vətəndaşların şərəfi ilə bağlı məlumatların gizliliyinin təmin edilməsi
istisna edilmişdir.
B) Dövlət qulluqçuları tərəfindən əlavə gəlirlərin mənbəyini və məbləğini göstərməli olması istisna
edilməmişdir.
C) Dövlət qulluqçuları tərəfindən rəhbərin göstərişi ilə bütün hallarda əlavə iş görülməsi müəyyən
edilmişdir.
D) Dövlət qulluqçularının hər bir halda tapşırılan vəzifələrin icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibb müayinədən keçməsi müəyyən edilmişdir.
9. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanuna əsasən elektron imza və elektron sənədin hüquqi qüvvəsi ilə bağlı yanlış müddəanı seçin.
A) Elektron sənədin istifadəsi qaydaları müvafiq dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
B) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi tələb olunduğu
hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
C) Sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz.
D) Elektron sənəd Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alına və ya təsdiq oluna bilər.
10. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət məvacibinin məbləği asılı deyil:
A) səlahiyyət həcmindən
B) vətəndaşlıqdan
C) tələb olunan peşəkarlıq səviyyəsindən
D) məsuliyyət dərəcəsindən
11. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərinə aiddir:
1. hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması
2. məlumatın əhəmiyyətliliyi və faydalılığı
3. vəzifəli şəxslərin vəzifə borcunu yerinə yetirmək üçün dövlət idarə və müəssisələrindən lazımi
informasiya və materialları azad şəkildə əldə edə bilməsi
4. məlumat azadlığının təmin еdilməsi
A) 3, 4 B) 1, 3 C) 1, 4 D) 2, 3
12. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən kimlərə qarşı ifadə verməyə məcbur edilməyə yol verilmir?
1. şəxsin özünə
2. əmiyə (dayıya)
3. valideynlərə
4. xalaya (bibiyə)
5. qardaşa (bacıya)
6. ərə (arvada)
A) 1, 2, 3, 4 B) 1, 3, 5, 6 C) 1, 2, 4, 6 D) 2, 3, 4, 5
13. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən şəxs qanunu bilmədiyi halda məsuliyyətdən azad edilirmi?
A) Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayan xarici vətəndaşlar azad edilirlər.
B) Azərbaycan Respublikası ərazisində siyasi sığınacaq almış şəxslər azad edilirlər.C) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan vətəndaşlığı olmayan şəxslər azad edilirlər
D) Qanunu bilməmək məsuliyyətdən azd etmir.
14. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müraciətlərə baxılmanın əsas prinsiplərində nəzərdə tutulmamışdır:
A) vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması
B) hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanılması
C) müraciətlərə baxılmasında ayrı‐seçkiliyə və süründürməçiliyə yol verilməməsi
D) müraciətlərə dair tələblərin vahidliyi
15. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilmir:
A) dövlət orqanlarında müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə
dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyeklərində təşkilati‐sərəncamverici və ya inzibati‐təsərrüfat funksiyalarını həyata keçirənşəxslər
B) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək
müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər
C) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən
olunmuş qaydada qeydə alınmış şəxslər
D) yerli özünüidarəetmə orqanlarında təşkilatisərəncamverici və ya inzibati‐təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
16. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıda göstərilən məsələlərdən hansına dair Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi qanun qəbul edir?
A) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili
B) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi
C) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişaf istiqamətləri
D) Naxçıvan Muxtar Respublikası büdcəsinin təsdiqi
17. Azərbaycan Respublikasının Konstitusiyasına əsasənAzərbaycan Respublikasının Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir:
A) respublika ixtisaslaşdırlmış prokurorları
B) Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi
C) Naxçıvan Muxtar Respublikasının prokuroru
D) respublika ərazi prokurorları
18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müdafiə hüquqlarının təmin edilməsi ilə bağlı doğrudur :
1. Bütün hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
2. Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur.3. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz.
4. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının hər cür qəsdlərdən və qanun
pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur.
5. Yalnız təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir.
A) 1, 2, 5 B) 1, 2, 4 C) 2, 3, 5 D) 2, 3, 4
19. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının qanuna əsasən, şəxsiyyətin onun haqqında məlumatın toplanılması ilə əlaqədar təsbit olunmuş hüquqlarına münasibətdə istisna kimi müəyyən edilmişdir:
A) qanunla müəyyən edilmiş hallarda ibtidai araşdırma zamanı əldə edilən məlumatlar, habelə şəxsiyyətin dini etiqadı barədə əldə edilən məlumatlar
B) əməliyyat‐axtarış tədbirləri keçirilməsi nəticəsində əldə edilən məlumatlar, habelə şəxsiyyətin dini və etnik mənsubiyyəti barədə məlumatlar
C) cinayət təqibinin həyata keçirilməsi ilə bağlı əldə edilən məlumatlar, habelə şəxsiyyət haqqında toplanılmış məlumatlar
D) qanunla müəyyən edilmiş qaydada əməliyyat axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar
20. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikasının ayrı‐ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman qəbul etdikdə, həmin fərmanı 24 saat ərzində hansı orqanın təsdiqinə verir?
A) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
B) Azərbaycan Respublikasının Milli Məclisinin
C) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
D) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
21. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun məqsədlərinə aiddir:
1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması
2. dövlət qulluqçularının attestasiyasının və xidməti fəaliyyətinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi
3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması
4. vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi
5. dövlət qulluqçularının ixtisas və peşə hazırlığının yüksəldilməsinin təmin edilməsi.
A) 2,3,4 B) 1, 3, 4 C) 1, 4, 5 D) 1, 2, 3
22. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclisin ilk iclasının çağrılması üçün neçə deputatın səlahiyyəti təsdiq olunmalıdır?
A) 83 B) 125 C) 65 D) 9323. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq neçə gün ərzində imzalayır?
A) 14 gün B) 24 gün C) 56 gün D) 21 gün24. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən sosial təminat hüququ ilə bağlı göstərilənlərdən biri düzgündür:
A) Hər kəs Azərbaycan Respublikasının Konstitusiyası ilə göstərilən hallarla yanaşı, qanunla nəzərdə
tutulmuş digər hallarda da sosial təminat hüququna malikdir.
B) Dövlət işsizliyin aradan qaldırılması üçün imkanlar yaradır.
C) Dövlət tibbi sığortanın müxtəlif növləri üçün imkan yaradır.
D) Sosial müavinətlərin minimum məbləği qanunvericiliklə müəyyən edilir.25. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansıları etik davranış qaydalarına əməl olunmasına dövlət orqanının rəhbəri tərəfindən nəzarətin həyata keçirilməsinə aiddir?
1. Tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır.
2. Öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir.
3. Daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verməlidir.
4. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görməlidir.
5. Daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərməlidir.
6. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir.
A) 1, 2, 6 B) 3, 4, 5 C) 1, 4, 6 D) 2, 3, 526. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatlardan istifadə ilə bağlı düzgün deyil:
A) Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları tələb etdiyi halda istifadə edə bilər.
B) Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması mümkünlüyünü təmin etməlidirC) Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada yayılması mümkünlüyünü təmin etməlidir.
D) Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.27. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən hansı ölkənin bayrağını nəyə əsasən qaldırmalıdır?
A) yalnız öz ölkəsinin bayrağını
B) yalnız beynəlxalq dəniz adətlərinə uyğun olaraq
Azərbaycan Respublikasının Dövlət bayrağını
C) öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət
bayrağını
D) beynəlxalq dəniz adətlərinə uyğun olaraq bayraq qaldırmamalıdır28. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən düzgün deyil:
A) Dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir.
B) Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
C) Ətraf mühitin əsl vəziyyəti haqqında məlumatın toplanılmasına yalnız səlahiyyətli orqanın razılığı
əsasında icazə verilir.
D) Heç kəs ətraf mühitə qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə yarada və ya zərər vura
bilməz.29. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənədin razılaşdırılması tələb olunur:
A) sənəd təşkilat daxili məsələlər üçün nəzərdə tutulduqda
B) sənədin yaradılması üçün digər sənəd əsas olduqda
C) sənəddə dövlət sirrinə aid olan məlumatlar olduqda
D) sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək zəruri olduqda30. Göstərilən ardıcıllığa uyğun gələn cavab variantınıtapın:
2‐ci kateqoriya dövlət orqanı beşinci təsnifat inzibativəzifə
A) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatında şöbə müdirinin müavini
B) Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatında baş məsləhətçi
C) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında şöbə müdiri
D) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssisi31. “Korrupsiyaya qarşı mübarizə haqqında” AzərbaycanRespublikasının Qanununa əsasən vəzifəli şəxsin qanunvericiliklə verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etməsi, belə məlumatların verilməsini gecikdirməsi və yaxud natamam və ya təhrif olunmuş məlumatlar verməsi:
A) korrupsiya ilə əlaqədar hüquqpozma deyil.
B) korrupsiyaya şərait yaradan hüquqpozma deyil.
C) korrupsiyaya şərait yaradan hüquqpozmadır.
D) (bilavasitə) korrupsiya hüquqpozmasıdır.32. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgün deyil:
A) Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada
həyata keçirmək hüququ vardır.
B) Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada verilən yazılı müraciətlərə baxılmasını təmin etməlidirlər.
C) Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.
D) Müraciət edən şəxsin tələbi ilə müraciətin icraçısına dair məlumat yalnız sonuncunun razılığı ilə verilə bilər.33. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən altı (VI) və dördüncü (IV) təsnifat inzibati vəzifələrə təyin edilmiş şəxslərə müvafiq olaraq ilk dəfə hansı ixtisas dərəcələri verilməlidir?
A) VI – 3‐cü dərəcə dövlət qulluqçusu; IV – 2‐ci dərəcə dövlət qulluqçusu
B) VI – 2‐ci dərəcə dövlət qulluqçusu; IV – kiçik dövlət müşaviri
C) VI – kiçik dövlət qulluqçusu; IV – 2‐ci dərəcə dövlət qulluqçusu
D) VI – 3‐cü dərəcə dövlət qulluqçusu; IV – 1‐ci dərəcə dövlət qulluqçusu34. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1. Baş Nazirin seçilməsi
2. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
3. senzuranın tətbiq edilməsi
4. Azərbaycan Respublikasının adının dəyişdirilməsi
5. dövlət büdcəsi
6. Azərbaycan Respublikasının inzibati quruluşunun dəyişdirilməsi
7. əfvetmə
A) 2, 5, 7 B) 1, 4, 6 C) 1, 5, 7 D) 1, 3, 435. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı necə müəyyənləşdirilir?
A) Çalışma müddəti uzadılmış işçilərin sayı məhdudlaşdırılmır.
B) Çalışma müddəti uzadılmış işçilərin sayı dövlət orqanının rəhbəri tərəfindən müəyyənləşdirilir.C) Çalışma müddəti uzadılmış işçilərin sayı müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dövlət orqanının rəhbəri tərəfindən müəyyənləşdirilir.
D) Çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.36. 12 noyabr 1995-ci il Azərbaycan Respublikası Konstitusiyası neçə bölmə, fəsil və maddədən ibarətdir?
A) 5 bölmə, 12 fəsil və 158 maddədən
B) 6 bölmə, 10 fəsil və 148 maddədən
C) 7 bölmə, 12 fəsil və 185 maddədən
D) 5 bölmə, 9 fəsil və 158 maddədən37. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanı yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir:
A) 10 ildə bir dəfədən az olmayaraq
B) 7 ildə bir dəfədən az olmayaraq
C) 15 ildə bir dəfədən az olmayaraq
D) 5 ildə bir dəfədən az olmayaraq38. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malik olması nəzərdə tutulmamışdır:
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
B) Azərbaycan Respublikasının Milli Məclisinin deputatları
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi
D) Azərbaycan Respublikasının Prokurorluğu39. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənədlərə qoyulan vizanın tərkibinə daxil deyil:
A) viza verən şəxsin vəzifəsi
B) viza verən şəxsin imzası
C) vizanın verilmə tarixi
D) viza verən şəxsin adı və soyadı40. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə icraatının aparıldığı dillə bağlı doğru müddəaları seçin:
1. Məhkəmə icraatının aparıldığı dil Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir.
2. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təmin edilməsi məqsədi ilə bütün hallarda məhkəmə icraatı digər dillərdə aparılmalıdır.
3. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilir.
5. Məhkəmə icraatının aparıldığı dilin dəyişdirilməsi dövlət hesabına həyata keçirilir.
A) 3, 4, 5 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 4, 5Düzgün Cavablar:
1.A
2.B
3.D
4.D
5.C
6.A
7.B
8.B
9.A
10.B
11.C
12.B
13.D
14.B
15.B
16.C
17.C
18.D
19.D
20.B
21.B
22.A
23.C
24.A
25.A
26.A
27.C
28.C
29.D
30.D
31.C
32.D
33.D
34.C
35.D
36.A
37.D
38.A
39.A
40.C
Müəllif: DİM.2019