Aytac Rzayeva Bakı Şəhəri Heydər Əliyev adına liseyin İnformatika müəllimi
Təhsildə və Texnologiyada baş verən ingilablar
Layihə Metodu Təcrübəsindən
Müasir texnologiyaların sürətlə inkişaf edib dəyişdiyi,yeniləndiyi texnologiyalar inqilabına daha yeni bir layihə qoşuldu.”Gələcək nəsil üçün İntel 10 “ layihəsi Avropanın elm və təhsil sahəsinə yüksək sürətli çıxışımızı təmin edən layihədir.”İntel 10” layihəsinin əvvəlki “İntel 9” layihəsindən bir sıra üstünlükləri vardır.Müəllimlərimizi layihəmizə qoşmaqda ilkin məqsədimiz onların peşəkarlığını artırmaq,dünyaya onların İKT hazırlığının artırılması missiyasını həyata keçirməkdir. Müəllimlər burda müasir təqdimat proqramları,Web 2.0; Web 3.0 alətlərində dərsi daha müasir texnoloji üsullarla yığmağı, qrup işlərini krasvord, milyonçu oyunu , sual-cavab məntiq oyunu, pazl yığımı və digər interaktiv üsullarla təqdim etməyi öyrənirlər. Öz elektron ünvanlarında şagird bloqu yaratmağı,qooqle diskində informasiya saxlamağı və peşəkarlığın digər sirlərini öyrənirlər. Clasdojo saytında istifadə etdiyimiz qiymətləndirməni həm meyarlarla həm şagirdlərin hansı işin icrası zamanı aktiv olma fəaliyyətlərinə görə qiymətləndiririk.Bundan əlavə şagirdlərdə də maraq yaranır .İKT-dən səmərəli istifadə onlarda özünə inamı və keçirilən hər mövzuya marağı artırır.Layihə metodunun yenilikləri öyrənib tətbiq etməklə yanaşı , müəllim və şagirdlərin fəallaşmasında bir sıra üstünlükləri vardır,gəlin o üstünlüklərdən bir neçəsini sadalayaq.
1.Layihə metodunun əsas üstünlükləri şagirdlərdə əməkdaşlıq,birgə iş,sərbəstfikirliliyin yaranması , qloballaşmış məsələrin həlli müzakirələrinə qoşulması,özünü qiymətləndirmə bacarığının formalaşması və bütün hallarda İKT-dən yüksək istifadə bacarığına yiyələnməkdir.Bilirik ki, sinifdəki uşaqlar fərqli xarakterli olurlar ,çünki , onlar fərqli ailələrdə fərqli tərbiyə alırlar.Əgər sinifdə bir neçə fəal,sərbəstfikir yürüdə bilən şagirdlər varsa ,bir neçə də orta və ya aşağı bilik səviyyəli ,natamam fikir söyləyən yaxud düşündüklərini deməkdə çətinlik çəkən ,özünə inanmayan şagirdlər vardır.Ancaq bu cür uşaqlar evdə kompyuter arxasında əyləşib tədqiqata başladıqları zaman sərbəstləşir, onların özlərinə inamı artır.Bundan əlavə “Layihə Avropa ilə Şərq ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması ,ölkələrin dünya şəbəkələrinə o cümlədən elmi informasiya resurslarına yüksəksürətli çıxışının təminolunması məqsədini daşıyır.
2.Müasir dərsin yeni texnologiya saytları olan Web 2.0 alətlərində yığılması şagirdlərdə maraq hissi oyatmaqla yanaşı tapşırıqları bloqda ,veb alətlərində hazırlamaq onlarda məntiqi təfəkkürün inkişafını artırır.Layihə metodu hər zaman hansısa bir problemin həllinə yönəlir.Şagirdlər bu problemi həll etmək məqsədilə apardıqları tədqiqatlar zamanı interaktiv biliklərlə yanaşı özlərini bir tədqiqatçı kimi hiss edirlər.Müəllim nəzarəti ilə layihəyə qoşulan şagirdlər müşahidə metodu Bu layihə VI sinifdə riyaziyyatın tədrisi zamanı həyata keçirilir.Şagirdlərə evlərindəki bütün otaqların,həmçinin mətbəx,vanna otağının,eyvanın perimetrini və ümumi sahəsini hesablamaq ,nəticəni Wörd və ya Excel proqramında hazırladıqları certyojla təqdim etmək tapşırığı verilir.Bu layihəni həyata keçirmək üçün verilən vaxt bir həftədir.Təcrübəm göstərir ki, bu cür tədqiqat zamanı şagirdlərdə riyazi və məntiqi təfəkkürün inkişafı artır ,onlar tam sərbəstləşir ,özlərini tam bir atxitektor,memar kimi hiss edirlər.
Texnologiyanın sürətlə inkişaf etdiyi, informasiya azadlığının və bolluğunun cərəyan etdiyi bir əsrdə yaşayırıq.Uşaqları səmərəli informasiya axınına qoşmaq,onlara boş vaxtlarını dəyərləndirməyi öyrətmək, yaradıcı yetişdirmək müasir müəllimin qarşısında duran vəzifələrdən biridir. Layihə metoduna qoşulan müəllim və şagirdlər bəzi Web saytların öyrənilməsi zamanı beynəlxalq saytda qeydiyyatdan keçərək müxtəlif Avropa ölkələrinin müəllim və şagirdlərinin iş təcrübəsi və layihələri ilə yaxından tanış olurlar.Həmçinin öz yaratdıqları layihələri və təcrübələri saytda paylaşmaq hüququ qazanırlar.Bu cür saytlar təhsilin ,müəllim və şagird yaradıcığının inkişafi ilə yanaşı ,tez-tez keçirilən beynəlxalq olimpiadalar və elektron resurslar müsabiqələrinə qoşulub qalib ola bilmək şansı yaradır.Dərs keçdiyim VI-VIII sinif şagirdləri arasında “Proprofs”,”Quizzmaker”,”Learning.aps”,”Code.org”,”Uroki doma” ,”Qloballab” və s.saytlarında müxtəlif məntiqi test,təqdimat yaratmaq,məntiqi oyun yarışmalarında iştirak edib online sertifikat qazanan şagirdlər var.Məni sevindirən amillərdən biri də dərs keçdiyim sinifləri qrup şəklində distant olimpiadalara qoşub uğur qazanmaqla yanaşı ,onlarda rus və ingilis dilini öyrənmək,təkmilləşdirmək proseslərinin sürətlənməyidir.Hər layihənin uğurlu təqdimatının sonunda beynəlxalq sertifikat qazana bilirik.Hər bir innovatik müəllim ümumiləşdirici bölmənin sonunda,dərsdən sonra öz şagirdləri ilə onların yaş və bilik səviyyəsinə uyğun olaraq ,tədris etdiyi fənnlə əlaqəli və yaxud gündəmdə olan sərbəst bir mövzu seçib layihə hazırlaya bilər. Bu projenin ən maraqlı prinsiplərindən biri şagirdlərin özlərinin axtarışda olması, iş təcrübəsi ilə əldə etdikləri bilikləri müxtəlif təqdimat proqramlarında ,şagird bloqunda yaradıb ərsəyə gətirdikləri məhsuldur.Layihənin mövzusu aktual,düşündürücü ,problemli situasiyanı yaradan və onu həlli yolları yeni yaradıcı ideyalar yaradan ,təməl sualı isə layihənin nədən bəhs olunduğunu bildirməyən,fəlsəfi düşündürücü olmalıdır.Məsələn:Belə bir təməl sualı yazaq:
Dünyanı necə dəyişmək olar?
· İqtisadi inkişafla
· Təhsildə baş verən yeniliklərlə
· Yeni kəşflərlə
Gördüyümüz kimi təməl sualı mövzunu açmır.Fikirlər müxtəlifdir və tam olaraq mövzu nədir hansı fənni əhatə edir , bunu bilmək olmur.Bizi yaşadan nədir?, İnsanlara necə kömək etmək olar, Ekologiyanı dəyişən nədir? Və s. kimi təməl sualları müxtəlif mövzuları əhatə edir.Hətta bir təməl sualı yaradaraq eyni zamanda bir neçə fənnə aid fərqli mövzuları əhatə edən layihələr hazırlaya bilərik.Layihə metodu müəllim və tələbələrdə hansı yenilikləri yaradır ?Buna nəzər salaq:
Blum taksananomiyasına görə Dərketmənin bilik,anlama ,tətbiqetmək kimi üc aşağı səviyyəsi və təhlil, sintez və qiymətləndirmə kimi yuxarı səviyyələri fərqləndirməyi öyrənir.Hər bir şagird nəzərdə tutduğu mövzu üzrə təməl,məzmun və mövzu sualları,didaktik və metodik materiallar,nəşr,test,krassvord,şagird təqdimatı hazırlayır.Layihənin sonu hər bir müəllimin portfoliolarının hazırlanması,fərqli layihəsi və onun təqdimatı ilə nəticələnir.Bütün fənnlərin tədrisində İKT-nin tətbiqi ,müasir veb alətlərindən istifadə mexanizmi həyata keçirilir.Layihə bitdikdə şagirdin əldə etdiyi biliklər bunlardır:
· Problemlərin həll olunması mexanizminin işlənib hazırlanması
· Vəzifələrin planlaşdırılması və qrup üzvləri arasında bölünməsi
· Məlumatların sürətli axtarışı,təhlili və qitmətləndirilməsi
· Resurslardan və əlfəcinlərdən istifadə
· Tədqiqatın aparılması və qərarların qəbul edilməsi
· Sərbəstlik,özünüqiymətləndirmə və cavabdehlik
· Məlümat mübadiləsi və səmərəli əməkdaşlıq
· Nəticələrin təqdimatı
· Şagird bloqunun yaradılması
· Komputer texnologiyasından yüksək istifadə qabiliyyətinin formalaşması
Əldə olunan bu biliklər gələcəkdə onların peşə fəaliyyəti dövründə əvəz olunmazdır.
Ədəbiyyat
1. Azərbayacan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strtagiyası.(24 oktyabr, 2013 – cü il prezident sərəncamı)/ Xalq, 25 oktyabr, 2013.
2. Təhsil haqqında Azərbaycan Respublikaısnın Qanunu. Bakı:”Hüquq ədəbiyyatı”, 2009.