Kompüter şəbəkələri

 

Kompüter şəbəkələri- bir-biri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdir. Hansı ki bu kompüterlər arasinda informasiya mübadiləsi və resurslardan birgə istifadə etmək mümkündür. Kompüter şəbəkəsi çoxlu sayda kompüterləri özündə birləşdirən verilənlərin ötürülməsi mühitidir.

 

Növləri

 

Bütün elektron hesablama şəbəkələri miqyaslarına görə üç növə bölünürlər: 

 

Lokal hesablama şəbəkəsi– LAN(Local Area Network) aralarına coğrafi məsafəsi az olan kompüterlər arasında yaradıla bilir. Bu şəbəkə növü adətən hər hansı bina daxilində və ya bir neçə bina arasında qurulur. Belə ki, kompüterlər arasında məsafə 10-15 km-dən çox olmamalıdır.

Regional hesablama şəbəkəsi– bu şəbəkə aralarındakı məsafə 10-100 km olan kompüterlər arasında qurula bilir. Bunlara rayon və şəhər şəbəkələrini aid etmək olar.

Qlobal hesablama şəbəkəsi-WAN(Wide Area Network) geniş coğrafi əraziləri əhatə edən, özündə çoxlu sayda lokal şəbəkələri və telekomunikasiya qurğularını birləşdirən şəbəkə növüdür. Daha çox tanınmışlarına Internet, Fido, Sprint, Relcom göstərmək olar. 

 

Lokal hesablama şəbəkəsi:

 

Bu şəbəkə imkan verir ki, şəbəkəyə qoşulmuş kompüter resurslarından birgə istifadə olunsun. Bu cürə resurslara aiddirprinterlər, plotterlər. disklər, modemlər və digər periferiya qurğuları.

 

Lokal şəbəkənin aşağıdakı üç əsas topologiyası mövcuddur:

  • Şin topologiyası
  • Ulduz topologiyası
  • Halqa topologiyası

Şin topologiyası:

Şin topologiyası tətbiq olunmuş şəbəkələrdə bütün müştəri kompüterlər verilənlərin ötürüldüyü ümumi bir kanala qoşulurlar.

 

Üstün cəhətləri: 

Şəbəkədəki informasiyalardan hər bir kompüter istifadə edə bilər.İşçi stansiyaları bir-birlərinə mane törətmədən şəbəkəyə qoşmaq və ya ayırmaq olar.Şin topologiyası üzərində qurulmuş şəbəkə daha ucuz başa gəlir.Şəbəkə yüksək dayanıqlılığa malikdir. Belə ki, işçi stansiyalar bir-birlərindən asılı deyillər.

 

Mənfi cəhətləri: 

Verilənlərin ötürülməsi aşağı sürətlə baş verir.Şəbəkənin işləmə sürəti şəbəkəyə qoşulmuş kompüterlərin sayından asılıdır. Belə ki, kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır.Bu cürə şəbəkə növündə informasiya təhlükəsizliyi daha aşağı səviyyədədir. Çünki hər bir kompüterin digər kompüterlərdəki informasiyaya müdaxiləsi mümkündür.

Ulduz topologiyası​:

Ulduz topologiyası tətbiq olunmuş şəbəkədə işçi stansiyalar arasında informasiya mərkəzi kompüter tərəfindən idarə olunur. Mərkəzi kompüterin yerinə server və ya konsentrator yəni hub ola bilər.

Üstün cəhətləri: 

Şəbəkə yüksək ötürücülük qabiliyyətinə malikdir. Belə ki, informasiya mərkəzi kompüter tərəfindən idarə olunaraq ötürülür.Verilənlərin ötürülməsi zamanı toqquşma baş vermir. Çünki hər bir kompüter serverə ayrıca kanalla birləşdirilib.

 

 

 

Mənfi cəhətləri:

Etibarlılığın aşağı olması. Çünki şəbəkənin fəaliyyəti  mərkəzi kompüterdən asılıdır.

Əgər mərkəzi kompüter sıradan çıxarsa onda bütün şəbəkə siradan çıxmış olacaq.

 Şəbəkənin baha başa gəlməsi. Belə ki, hər bir kompüteri şəbəkəyə qoşmaq üçün ayrıca xətt lazımdır.

 

Halqa topologiyası:

 

Halqa topologiyasında bütün kompüterlər halqa formasinda qapanmış xəttə qoşulurlar. Siqnallar halqada bir istiqamət üzrə ötürülür və hər bir kompüterdən keçir. Bu cürə şəbəkədə informasiya bütün kompüterlərdən keçir o vaxta qədər ki, informasiyanın ötürüləcəyi ünvan qəbuledicinin ünvanı ilə eyni olsun.

Üstün cəhətləri:

İnformasiyanın ötürülməsi çox effektiv həyata keçirilir. Belə ki, bir informasiya ötürüldükdən sonra növbətisini ötürmək olar.Şəbəkə geniş ərazini də əhatə edə bilər, bunun üçün əlavə siqnal gücləndirici lazım deyil.

Mənfi cəhətləri:

Etibarlılığının aşağı olması. Çünki bir kompüterin siradan çıxması bütün şəbəkənin sıradan çıxmasına gətirib çıxarır.

Yeni müştəri kompüterin şəbəkəyə qoşulması üçün bütün şəbəkə dayandırılmalıdır.Müştəri kompüterlərin sayı çoxaldıqca şəbəkənin işləmə qabiliyyəti də zəifləyir.Şəbəkənin ümumi işləmə keyfiyyəti ən zəif kompüterin işləmə keyfiyyəti ilə uyğunlaşdırılır.

Onu da qeyd edə ki, yuxarıda sadalanan əsas növ topologiyalardan əlavə onların qarışığından da istifadə olunur.

 

Lokal şəbəkənin növləri: 

Lokal şəbəkələrin iki növü var: 1) eynisəviyyəli LKŞ, 2) müştəri-server şəbəkəsi.

Eynisəviyyəli LKŞ-də bütün kompüterlər bərabər hüquqa malikdir. Və istifadəçi istənilən vaxt öz kompüterindəki informasiyaya girişi ləğv və ya bərpa edə bilər. Hər bir kompüter arxasında əyləşən istifadəçi bütün digər kompüterlərdəki resurslardan istifadə edə bilər.

Bunlara baxmayaraq bu cürə LKŞ-si növünün çatışmamazlıqları da mövcuddur. Bunlara aiddir: şəbəkəyə qoşulan kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır, vahid informasiya bazasının olmaması, vahid informasiya təhlükəsizlik sisteminin olmaması və şəbəkənin işləmə səviyyəsinin kompüterlərin işindən asılı olması.

Müştəri-server tipli şəbəkələrdə isə əsas mərkəzi kompüter server olur. Bütün informasiyalar məhz serverde saxlanılır və emal olunur. Buna görə də bu şəbəkə növü yüksək işləmə keyfiyyətinə malikdir. Amma mənfi xüsusiyyəti kimi qeyd etmək lazımdır ki, server-müştəri tipli şəbəkəni yaratmaq və işlətmək üçün küllü miqdarda maliyyə dəstəyi olmalıdır.

Regional şəbəkələr də informasiyanın ötürülməsi funksiyasını yerinə yetirirlər. Regional şəbəkələr bir neçə lokal şəbəkəni özündə birləşdirir.

Qlobal kompüter şəbəkəsi WAN(Wide Area Network)

 

Qlobal kompüter şəbəkəsi maksimum geniç əraziləri əhatə edir və bu ərazilərdə informasiyanın yayılmasını təmin edir. Belə ki, bu şəbəkə növü bütün ölkəni, qitəni və hətta bütün yer kürəsini əhatə edə bilir. Qlobal şəbəkə çoxlu sayda kompüterləri telefon xətti və ya peyk vasitəsi ilə bir-biriylə birləşdirir. Bu şəbəkə növünə qoşulmaq üçün daha sərfəli radio dalğalar vasitəsi ilədir. Çünki naqilli bağlantılar sərfəli deyildir və istifadəçi daim yerini dəyişə bilər. 

QKŞ çoxlu sayda lokal kompüter şəbəkələrindən ibarətdir. Hər bir lokal şəbəkədə bir kompüter seçilir ki, həmin kompüter şəbəkədəki bütün digər kompüterlərin qlobal şəbəkəyə çıxışını təmin edir. Belə kompüter host kompüter adlanır.

Bu günləri qlobal şəbəkə dedikdə ilk ağlımıza gələn İnternet şəbəkəsidir. İnternet kompüterlər şəbəkəsini birləşdirən ümumdünya sistemdir. Bu şəbəkəyə bəzən Ümumdünya şəbəkəsi və ya Qlobal şəbəkə də deyilir. Şəbəkə TCP/IPprotokolu üzərində qurulub. 2012-ci il üçün İnternet istifadəçilərinin sayı 2,3 miliardı keçmişdir.
Dostlarla Paylaş ↓