Kompüterin əsas hissələri

Sistem bloku:

Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr,

xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir.

Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skaner, plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);
Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür.

Ana lövhə: kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir:
-Mikroprosessor (MP)– kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-biriindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa MİPS (saniyədə miliyon əməliyyat) görə fərqlənirlər. Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan SELERON tipli mikroprosessorlardan istifadə edilir.
Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki, mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq soprosessorlara ehtiyac duyulmur;
-Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;
-Şinlər– kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır;
-Əməli yaddaş- əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə QB olur;
-keş yaddaş– əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur. Onun iki Level1 və Level2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların tutumu bir neçə Mbayt-a qədər olur.
-Daimi yaddaş qurğusu (BİOS-DYQ)- kompüterin ilkin yüklənməsini və qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir.
-Portlar (yuvalar)- əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər. Portlar paralel (LPT1-LPT4), ardıcıl asinxron (COM1-COM3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür.
– videoyaddaş nəticənin ekrana çıxarılmasını idarə edəcək elektron sxem olub videokontrollerin tərkibində yerləşir;
-videoadapter (videokart) monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər;
-Kontrollerlər– xüsusi elektron sxemlər olub disk sürücüləri. klaviatura və s. ilə əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.

Səs kartı (səs adapteri) 
Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır.
Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri multimediyalı andırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər.

Şəbəkə kartı 
Şəbəkə kartı (və ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. Əgər firma və ya təşkilatda müəyyən sayda kompüterlərdən istifadə edilirsə, şəbəkə lövhəsi vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.

Monitorlar rəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və elektron-şüa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-şüa borulu monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi elektron şüa borusundan istifadə edilir. LCD monitorlarında ekran iki nazik lovhə arasında yığılmış maye-kristal sxemldən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsədə lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə edilməsi məqsədəuyğun deyil.

Klaviaturalar 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.

Mouse- müasir kompüterlərdə xüsusi əhəmiyyətə malik qurğulardan biridir. Bu qurğu istifadəçi işini asanlaşdırır və bir çox proqramlarla ondan istifadə etmədən işləmək həddən artıq çətindir. Mousun da müxtəlif növləri mövcuddur. Lakin ümumilikdə onların iş prinsipləri eynidir.

Xarici yaddaş qurğuları:
-elastiki (yumşaq) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən- floppy disklərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır;
-Sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür;
-CD-ROM- kompakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 MB);
-CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur;
-DVD- DVD (4-16 QB) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir;
-flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 QB);

 

Müəllif: Kayzen

Dostlarla Paylaş ↓