Qanunvericilik Üzrə Testlər və Cavabları 1-100 (Konistitusiya)

 

Düzgün cavablar qırmizi rəngdə göstərilib.

 

Növbəti Səhifə »»»»»»

1. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin mənbəyi kimdir?

A) Prezident C) Baş nazir
B) Xalq D) Dövlət

 

2. Azərbaycan xalqı kimlərdən ibarətdir?

A) AR ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən

B) AR kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından

C) AR ərazisində və ondan kənarda yaşayan, Azərbaycana və xarici dövlətə tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından

D) AR ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından

 

3. Azərbaycan xalqının suveren hüququ nədən ibarətdir?

A) Müttəfiqlərinin dəstəyi ilə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək

B) Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək

C) Xarici dövlətlərin yardımı ilə öz müqəddəratını həll etmək

D) Həmsərhəd ölkələrin köməkliyi ilə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək

 

4. Azərbaycan xalqı öz suveren hüququnu necə həyata keçirir?

A) referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə

B) referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, açıq və birgə səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə

C) referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş Prezident və millət vəkilləri vasitəsilə

D) referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, açıq və birgə səsvermə yolu ilə seçilmiş bələdiyyə nümayəndələri vasitəsilə

 

5. Azərbaycan xalqı nə ilə bağlı məsələləri referendum yolu ilə həll edə bilər?

A) Azadlıqları
B) Fövqəladə vəziyyət
C) Hüquqları və mənafeləri
D) Təhlükəsizlik məsələləri

 

6. Hansı məsələlər yalnız referendumla həll oluna bilər?

1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi
2) Vətəndaşlıq məsələlərinin həlli
3) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
4) Fövqəladə və hərbi vəziyyətlərin elan olunması
5) Azərbaycan Respublikası Konstitusiya Qanunlarının qəbul edilməsi və ona dəyişikliklər edilməsi

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 1,3

 

7. Maddə 3-də göstərilən hansı məsələlər üzrə referendum keçirilə bilməz?

1) Vergilər və dövlət büdcəsi
2) Sosial ödəmələr və gömrük rüsumları
3) Amnistiya və əfvetmə
4)seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya)

icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi
5) Bələdiyyə sədrinin təyini

A) 1,2,3 B) 1,3,4

C) 2,3,4 D) 3,4,5

 

8. Azərbaycan xalqını kim təmsil edə bilər?

A) Nazirlik və ona bərabər tutulan dövlət orqanlarının rəhbərləri
B) Yerli İcra Hakimiyyətinin başçıları
C) Məhkəmə Hakimləri
D) Xalqın seçdiyi səlahiyyətli nümayəndələr

 

9. Azərbaycan dövlətinin təməlini nə (və ya kim) təşkil edir?

A) Quru və dəniz əraziləri
B) Xalqının vahidliyi
C) AR Prezidenti
D) Heç biri

 

10. AR-da hakimiyyəti kim mənimsəyə bilər?

A) Ziyalılar
B) Dövlət qulluqçuları
C) Millət vəkilləri
D) Heç kim

 

11. Xalqa qarşı ən ağır cinayət aşağıdakılardan hansıdır?

A) Hakimiyyətin mənimsənilməsi
B) Korrupsiya
C) Dövlət çevrilişi
D) Heç biri

 

12. Azərbaycan dövləti necə respublikadır?

A) Feodal, dini, federativ
B) Müstəmləkə, dünyəvi, unitar
C) Kapitalist, hüquqi, dünyəvi, unitar
D) Demokratik, hüquqi, dünyəvi, unitar

 

13. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə nə ilə məhdudlaşır?

A) Şəxsi münasibətlə
B) Hüquqla
C) Dini münasibətlə
D) Beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla

 

14. Azərbaycan Respublikasında dövlət hakimiyyəti xarici məsələlərdə nə ilə məhdudlaşır?

A) Hüquqla
B) Beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla
C) Dini münasibətlə
D) Şəxsi münasibətlə

 

15. Azərbaycan Respublikasında dövlət hakimiyyəti necə təşkil olunub?

A) Hakimiyyətlərin verilməsi
B) Hakimiyyətlərin paylanması
C) Hakimiyyətlərin bölünməsi
D) Heç biri

 

16. Aşağıdakılardan hansı düzgündür?

1) Qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir
2) İcra hakimiyyəti AR Prezidentinə mənsubdur;
3) İcra hakimiyyəti yerli icra başçılarına mənsubdur;
4) İcra hakimiyyəti yerli özünüidarəetmə orqanlarına mənsubdur;
5) Məhkəmə hakimiyyətini AR məhkəmələri həyata keçirir.

A) 1,2,5 B) 1,2,4 C) 2,3,5 D) 1,4,5

 

17. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri necə fəaliyyət göstərir?

A) Birgə fəaliyyət göstərir və qarşılıqlı hesabat verir
B) Qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər
C) Qarşılıqlı fəaliyyət göstərir və vətəndaşlara hesabat verir
D) Birgə fəaliyyət göstərir və beynəlxalq təşkilatlara hesabat verir

 

18. Azərbaycan dövlətinin başçısı kimdir?

A) Baş nazir B) Milli Məclisin sədri
C) Prezident D) Millət vəkilləri

 

19. Aşağıdakılardan hansı düzgündür?

A) Prezident ölkənin xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir
B) Prezident ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir
C) Prezident ölkənin daxilində Azərbaycan dövlətini təmsil edir
D) Heç biri

 

20. Azərbaycan xalqının vahidliyini kim təcəssüm etdirir?

A) Baş nazir
B) B) Milli Məclisin sədri
C) Prezident
D) Konstitusiya Məhkəməsinin sədri

 

21. Azərbaycan dövlətçiliyinin varisliyini kim təmin edir?

A) Prezident Admisitrasiyasının rəhbəri
B) Prezident
C) Millət vəkilləri
D) Bələdiyyə sədrləri

 

22. Azərbaycan Respublikasının Prezidenti nələrin təminatçısıdır?

1) Müstəqilliyin
2) Seçkilərin
3) Ərazi bütövlüyünün
4) Hakimlərin toxunulmazlığının
5) AR tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının

A) 1,2,3 B) 2,3,5 C) 2,3,4 D) 1,3,5

 

23. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimdir?

A) Ali Məhkəmənin sədri
B) Konstitusiya Məhkəməsinin sədri
C) Prezident
D) Milli Məclisin sədri

 

24. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə nə yarada bilər?

A) Xüsusi təyinatlı birləşmələr
B) Hərbi hissələr
C) Silahlı Qüvvələr və başqa silahlı birləşmələr
D) Ordu hissələri

 

25. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimdir?

A) Müdafiə naziri B) Baş Qərargah rəisi
C) Prezident D) Baş nazir

 

26. AR başqa dövlətlərlə münasibətlərini hansı əsasda qurur?

A) AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr
B) Dövlətlərarası imzalanmış sazişlər
C) Beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər
D) Beynəlxalq təşkilatlar çərçivəsində

 

27. Aşağıdakı fikirlərdən hansı düzgündür?

A) AR ərazisi federasiya subyektlərindən ibarət olmaqla toxunulmazdır və bölünməzdir
B) AR ərazisi müxtəlif ərazi subyektlərdən ibarət olmaqla vahid və bölünməzdir
C) Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir
D) Heç biri

 

28. Azərbaycan Respublikası ərazisinin tərkib hissəsinə daxildir:

A) AR-nın daxili suları, Xəzər dənizinin (gölünün) AR-a mənsub olan bölməsi;
B) Xəzər dənizinin (gölünün) AR-a mənsub olan bölməsi, AR-nın üzərindəki hava məkanı
C) AR-nın daxili suları, AR-nın üzərindəki hava məkanı
D) AR-nın daxili suları, Xəzər dənizinin (gölünün) AR-a mənsub olan bölməsi, AR-nın üzərindəki hava məkanı

 

29. AR-nın dövlət sərhədləri necə dəyişdirilə bilər?

A) AR Prezidentinin Fərmanı ilə
B) Konstitusiya Qanunu ilə
C) AR Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında
D) AR Prezidentinin Fərmanı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında

 

30. Dövlətin ali məqsədi nədən ibarətdir?

A) AR vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi
B) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
C) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi
D) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR vətəndaşlarına və əcnəbi, vətəndaşlığı olmayan şəxslərə layiqli həyat səviyyəsinin təmin edilməsi

 

31. AR Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları nəyə uyğun tətbiq edilir?

A) AR-nın tərəfdar çıxdığı beynəlxalq sazişlərə
B) AR-nın tərəfdar çıxdığı protokollara
C) AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
D) AR-nın tərəfdar çıxdığı aktlara

 

32. AR-da mülkiyyət necə müdafiə olunur?

A) Mülkiyyət yalnız dövlətə məxsusdur və dövlət tərəfindən müdafiə olunur
B) Mülkiyyət sahibkarlara məxsusdur və beynəlxalq sazişlərlə qorunur
C) Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
D) Mülkiyyət toxunulmazdır və beynəlxalq təşkilatlar tərəfindən qorunur

 

33. AR Konstitusiyasına əsasən mülkiyyət hansı növlərdə ola bilər?

A) Dövlət, özəl və bələdiyyə
B) Dövlət, xüsusi və bələdiyyə
C) Dövlət, sahibkar və bələdiyyə
D) Dövlət, bələdiyyə və şəxsi

 

34. Aşağıdakı fikirlərdən hansı düzgündür?

A) Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, əhalinin və respublikanın mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz
B) Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz
C) Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, millətin ləyaqəti əleyhinə istifadə edilə bilməz
D) Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, toplunun və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz

 

35. Təbii ehtiyatlar kimə məxsusdur?

A) Azərbaycan xalqına
B) Azərbaycandakı fiziki və hüquqi şəxslərə
C) Azərbaycan dövlətinə
D) Azərbaycan Respublikasına

 

36. AR-da iqtisadiyyatın inkişafı nəyə əsaslanır?

A) Bazar iqtisadiyyatına
B) Liberal iqtisadiyyata
C) Müxtəlif mülkiyyət növlərinə
D) Heç biri

 

37. Aşağıdakılardan hansı düzgündür?

A) Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, sahibkarlıq fəaliyyətinə müdaxilə etmir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir
B) Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlıq fəaliyyətini tənzimləyir, iqtisadi və sosial münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir
C) Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir
D) Azərbaycan dövləti sosial münasibətlər əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, tələb olunduqda sahibkarlıq fəaliyyətinə müdaxilə edir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir

 

38. Aşağıdakılardan hansı düzgündür?

A) Azərbaycan dövləti xalqın, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin rifahının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır
B) Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır
C) Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun maddi-sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır
D) Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun hər tərəfli müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır

 

39. Aşağıdakılardan hansı düzgündür?

A) Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin, iqtisadiyyatın inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur
B) Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur
C) Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, tədqiqat işlərinin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur
D) Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, bütün xalqların tarixi, maddi və mənəvi irsini qoruyur

 

40. Cəmiyyətin əsas özəyini nə təşkil edir?

A) Fərdi şəxslər
B) Ailə
C) Uşaqlar
D) Valideynlər

 

41. Ailə kimin himayəsindədir?

A) Birləşmiş Millətlər Təşkilatının
B) Dövlətin
C) Beynəlxalq təşkilatların
D) Heç biri

 

42. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək kimin borcudur?

A) Dövlətin
B) Valideynlərin
C) Milli uşaq təşkilatlarının
D) Heç biri

 

43. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar kimin himayəsindədir?

A) Beynəlxalq təşkilatların
B) Dövlətin
C) Xalqın
D) Xarici dövlətlərin

 

44. Uşaqları hansı fəaliyyətə cəlb etmək qadağandır?

1. Həyatına təhlükə törədə bilən
2. Normal inkişafına təhlükə törədə bilən
3. Sağlamlığına təhlükə törədə bilən
4. Əqli inkişafına təhlükə törədə bilən
5. Mənəviyyatına təhlükə törədə bilən

A) 1,2,3 B) 2,3,5 C) 2,4,5 D) 1,3,5

 

45. Uşaqlar neçə yaşında işə götürülə bilərlər?

A) 16 B) 18 C) 15 D) 21

 

46. Uşaq hüquqlarının həyata keçirilməsinə kim nəzarət edir?

A) Qeyri-hökumət təşkilatları
B) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
C) Dövlət
D) Beynəlxalq təşkilatlar

 

47. AR-da din hansı statusa malikdir?

A) Din dövlət idarəetmə sistemin tərkib hissəsidir
B) Din dövlətdən ayrıdır
C) Dövlətin idarə olunmasında din xadimləri yaxından iştirak edir.
D) Heç biri

 

48. Hansı dini etiqadlar qanun qarşısında bərabərdir?

A) İslam və xristianlıq
B) Bütün dini etiqadlar
C) Buddizim və İudaizim
D) Sintoizm və Hinduizm

 

49. Hansı dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır?

A) İnsan həyatına və ya insanpərvərlik prinsiplərinə zidd olan
B) İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan
C) İnsanın daxili aləminə və ya insanpərvərlik prinsiplərinə zidd olan
D) İnsani münasibətlərə və ya insanpərvərlik prinsiplərinə zidd olan

 

50. Dövlət təhsil sistemi necə xarakter daşıyır?

A) Dini B) Dünyəvi
C) Milli D) Beynəlxalq

 

51. Azərbaycan Respublikasının pul vahidi hansıdır?

A) Rubl B) Dollar C) Funt D) Heç biri

 

52. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı dövlət orqanına məxsusdur?

A) Nazirlər Kabineti
B) Mərkəzi Bank
C) Maliyyə Nazirliyi
D) Dünya Bankı

 

53. Hansı bank Azərbaycan dövlətinin müstəsna mülkiyyətindədir?

A) Azərbaycan Beynəlxalq Bankı
B) Mərkəzi Bank
C) Azərbaycanın valyuta ehtiyatlarının saxlanıldığı banklar
D) Heç biri

 

54. AR ərazisində ödəniş vasitəsi kimi hansı pul vahidindən istifadə olunur?

A) Lari B) Manat C) Tenqe D) Lirə

 

55. Hansı borclar AR tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz?

A) Azərbaycan xalqına qarşı və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar
B) Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar
C) Azərbaycan hakimiyyətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar
D) Azərbaycan vətəndaşlarına qarşı qiyama və ya hakimiyyət çevrilişinə kömək məqsədi ilə alınmış borclar

 

56. AR-nın dövlət dili hansı dilidir?

A) Azərbaycan və rus
B) Azərbaycan
C) Azərbaycan və ingilis
D) Bütün dillər

 

57. Aşağıdakılardan hansı düzdür?

A) AR əhalinin danışdığı başqa dilləri qadağan edir
B) AR-da əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafı xüsusi icazə əsasında mümkündür
C) AR əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir
D) AR əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsinə və inkişafına müdaxilə etmir

 

58. Aşağıdakılardan hansı AR-nın dövlət rəmzləridir?

A) Dövlət bayrağı, Dövlət gerbi və milli musiqilər
B) Beynəlxalq təşkilatların bayraqları, Dövlət gerbi və operalar
C) Dövlət gerbi, Dövlət Himni və xalq mahnıları
D) Dövlət bayrağı, Dövlət gerbi və Dövlət Himni

 

59. AR Dövlət Bayrağının eninin uzunluğuna nisbəti neçədir?

A) 2:3 B) 2:1 C) 1:2 D) 2:3

 

60. AR-nın Dövlət bayrağı neçə zolaqdan ibarətdir?

A) 3 B) 2 C) 4 D) heç biri

 

61. AR Dövlət bayrağının və Dövlət gerbinin təsviri, Dövlət Himninin musiqisi və mətni nə ilə müəyyən edilir?

A) Qanun B) Konstitusiya Qanunu
C) Qərar D) Sərəncam

 

62. Aşağıdakılardan hansı doğrudur?

A) Hər kəsin 16 yaşına çatdığı andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
B) Hər kəsin 16 yaşına çatdığı andan bərabər, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
C) Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
D) Hər kəsin doğulduğu andan toxunulmaz, müxtəlif və ayrılmaz hüquqları və azadlıqları vardır

 

63. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında nəyini müəyyən edir?

A) Toxunulmazlığını və bərabərliyini
B) Sərbəstliyini və müstəqilliyini
C) Məsuliyyətini və vəzifələrini
D) Vəzifələrini və bərabərliyini

 

64. Hamı qanun və məhkəmə qarşısında

A) Eynidir B) Bərabərdir
C) Sərbəstdir D) Müstəqildir

 

65. Kişi ilə qadının hüquqları və azadlıqları

A) Fərqlidir
B) Eynidir
C) Birdir
D) Müxtəlifdir

 

66. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını hansı meyarlara görə məhdudlaşdırmaq olar?

A) İrqi və milli
B) Dini və cinsi
C) Siyasi və sosial
D) Heç biri

 

67. Hər kəs öz hüquq və azadlıqlarını necə təmin edə bilər?

A) Beynəlxalq hüququn prinsipləri əsasında
B) Bütün üsul və formalarla
C) Ümumi qəbul olunmuş üsullarla
D) Qanuni üsul və vasitələrlə

 

68. Hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə kim təminat verir?

A) Beynəlxalq təşkilatlar
B) Prezident
C) Dövlət
D) Xalq

 

69. Hansı hallar şəxsin yaşmaq hüququnu istisna edir?

A) Cinayət hadisəsi zamanı şəxsin qətlə yetirilməsi
B) Yol nəqliyyat hadisəsi zamanı şəxsin həlak olması
C) Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi
D) Heç biri

 

70. Kimlərin yaşamaq hüququ vardır?

A) Gənclərin
B) Valideynlərin
C) Əcnəbilərin
D) Hər kəsin

 

71. Hansı halda insana qarşı silah işlədilə bilər?

1. Zəruri müdafiə
2. Hərbi əməliyyat
3. Son zərurət
4. İxtişaşlar
5. Cinayətkarın yaxalanması və tutulması

A) 1,2,3 B) 2,3,4 C) 1,3,5 D) 2,4,5

 

72. Hansı halda insana qarşı silah işlədilə bilməz?

1. Sərhəd pozucularının yaxalanması
2. Həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması
3. Döyüş postunun tərk edilməsi
4. Dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması
5. Ölkəyə silahlı basqın edilməsi

A) 1,2,3 B) 3,4,5 C) 2,3,4 D) 1,3

 

73. Kimlərin azadlıq hüququ vardır?

A) Valideynlərin
B) Uşaqların
C) Məhbusların
D) Hər kəsin

 

74. Azadlıq hüququ hansı yolla məhdudlaşdırıla bilər?

1. Tutulma
2. Müvəqqəti saxlama
3. Həbsəalma
4. Cəmiyyətdən kənarlaşdırma
5. Azadlıqdan məhrumetmə

A) 1,2,3 B) 2,3,4 C) 3,4,5 D) 1,3,5

 

75. AR-da mülkiyyətin hansı növünə üstünlük verilir?

A) Dövlət
B) Bələdiyyə
C) Xüsusi
D) Heç biri

 

76. Mülkiyyət hüququ nədən ibarətdir?

A) Mülkiyyətçinin yalnız müştərək əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
B) Mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
C) Mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan barəsində sərəncam vermək hüquqlarından
D) Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından

 

77. Mülkiyyət sahibi mülkiyyətdən hansı yolla məhrum edilə bilər?

A) Milli Məclisin qərarı
B) Prezidentin sərəncamı
C) Nazirlər Kabinetinin qərarı
D) Məhkəmənin qərarı

 

78. Əmlakın tam müsadirəsinə hansı halda yol verilir?

A) Əmlak sahibi cinayət törətdikdə
B) Müharibə baş verdikdə
C) Hərbi və ya fövqəladə hallarda
D) Yol verilmir

 

79. Hansı məqsədlər üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilir?

A) İctimai ehtiyaclar
B) Milli ehtiyaclar
C) Dövlət ehtiyacları
D) Cəmiyyət ehtiyacları

 

80. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi hansı yolla həyata keçirilir?

A) Yalnız sonradan onun dəyərini ədalətli ödəmək şərti ilə
B) Yalnız qabaqcadan onun dəyərini ədalətli əvəzləşdirmək şərti ilə
C) Yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə
D) Yalnız sonradan onun dəyərini ədalətli əvəzləşdirmək şərti ilə

 

81. Vərəsəlik hüququna kim təminat verir?

A) Prezident C) Baş Nazir
B) Dövlət D) Millət vəkilləri

 

82. Kimin əqli mülkiyyət hüququ vardır?

A) Vətəndaşlığı olmayan şəxslərin
B) Əcnəbilərin
C) Heç kimin
D) Hər kəsin

 

83. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri nə ilə qorunur?

A) Fərman C) Qanun
B) Qərar D) Sərəncam

 

84. Kimin təhlükəsiz yaşamaq hüququ vardır?

A) Valideynlərin C) Uşaqların
B) Yaşlıların D) Hər kəsin

 

85. Kimləin şəxsi toxunulmazlıq hüququ vardır?

A) Valideynlərin
B) Əcnəbilərin
C) Hərbçilərin
D) Hər kəsin

 

86. Hansı halda şəxsi və ailə həyatına müdaxilə etmək mümkündür?

A) Milli Məclisin qərarı
B) Prezidentin fərmanı ilə
C) Qanunla nəzərdə tutulan hallarda
D) Heç bir halda

 

87. Aşağıdakılardan hansı düzgündür?

A) Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən şikayət etmək hüququ vardır
B) Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən qorunmaq hüququ vardır
C) Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır
D) Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilə ilə bağlı informasiya vermək hüququ vardır

 

88. Kimlərə şəxsi həyat haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilir?

A) Millət vəkillərinə
B) Hakimlərə
C) Heç kimə
D) Hərbçilərə

 

89. Aşağıdakılardan hansı düzgündür?

A) Milli Məclisin qərarı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir
B) Nazirlər Kabinetinin sərəncamı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir
C) Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, çap olunmasına, istifadəsinə və yerləşdirilməsinə yol verilmir
D) Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir

 

90. Şəxsin izləməyə, video və foto çəkilişə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması hansı halda mümkündür?

A) Milli məclisin qərarı ilə
B) Baş prokurorun göstərişi ilə
C) Daxili işlər nazirinin əmri ilə
D) Qanunla müəyyən edilmiş hallarda və şəxsin öz razılığı ilə

 

91. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna kim təminat verir?

A) Baş nazir
B) Rabitə və informasiya texnologiyaları naziri
C) Beynəlxalq təşkilatlar
D) Dövlət

 

92. Hansı halda şəxsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququ məhdudlaşdırıla bilər?

A) Cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü
B) Cinayətkarların aşkarlanması və onların əməllərinə qiymət verilməsindən ötrü
C) Qiyamın qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü
D) Dövlət çevrilişinin qarşısının alınması və ibtidai istintaq zamanı həqiqəti üzrə çıxarmaqdan ötrü

 

93. Hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilərmi?

A) Prezidentin fərmanı əsasında tanış ola bilər
B) Milli Məclisin qərarı əsasında tanış ola bilər
C) Bu qanunla qadağandır
D) Qanunla müəyyən edilmiş hallar istisna olmaqla tanış ola bilər

 

94. Hər kəsin hansı məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır?

A) Barəsində toplanmış, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatları
B) Barəsində toplanmış və həqiqətə uyğun olan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatlar
C) Barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatlar
D) Barəsində toplanmış və həqiqətə uyğun olan, tam olan, habelə qanunun tələbləri pozulmamaqla əldə edilmiş məlumatlar

 

95. Kimlərin mənzil toxunulmazlığı hüququ vardır?

A) Əcnəbilərin
B) Vətəndaşlığı olman şəxslərin
C) Hər kəsin
D) Heç kimin

 

96. Hansı halda mənzildə yaşayanların iradəsi zidd olmasına baxmayaraq mənzilə daxil olmaq mümkündür?

A) Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı ilə
B) Milli Məclisin qərarı ilə
C) Heç bir halda
D) Hərbi vəziyyət zamanı

 

97. Kimlər ailə qurmaq hüququ vardır?

A) Əcnəbilərin
B) Vətəndaşlığı olmayan şəxslərin
C) Hər kəsin
D) Valideynlərin

 

98. Nikah necə bağlanır?

A) Valideynlərin icazəsi ilə
B) Könüllü
C) Müvafiq dövlət orqanının icazəsi ilə
D) Milli Məclisin qərarı ilə

 

99. Nikah və ailə kimin himayəsindədir?

A) Beynəlxalq təşkilatları
B) Qeyri-hökumət təşkilatlarının
C) Dövlətin
D) Prezidentin

 

100. Analıq, atalıq, uşaqlıq nə ilə mühafizə edilir?

A) Milli Məclisin qərarı
B) Nazirlər Kabinetinin sərəncamı
C) Qanun
D) Bələdiyyənin qərarı

Növbəti Səhifə »»»»»»

Dostlarla Paylaş ↓