Qanunvericilik Üzrə Testlər və Cavabları 101-200 (Konistitusiya)

 

Düzgün cavablar qırmizi rəngdə göstərilib.

 

«««««« Əvvəlki Səhifə

Növbəti Səhifə »»»»»»

101. Çoxuşaqlı ailələrə kim yardım göstərir?

A) Beynəlxalq təşkilatlar
B) Qeyri-hökumət təşkilatları
C) Dövlət
D) Xalq

 

102. Ər ilə arvadın hüquqları necədir?

A) Fərqlidir
B) Bərabərdir
C) Ərin hüquqları daha çoxdur
D) Arvadın hüquqları daha çoxdur

 

103. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək kimin borcudur?

A) Dövlətin
B) Valideynlərin
C) Qohumlarım
D) Xalqın

 

104. Neçə yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar?

A) 16 B) 18 C) 21 D) 24

 

105. Nə fərdi və ictimai rifahın əsasıdır?

A) İdman B) Əmək C) Yuxu D) Heç biri

 

106. Hər kəs nəyin əsasında özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququna malikdir?

A) İşə olan münasibəti əsasında
B) Cəmiyyətə olan münasibəti əsasında
C) Əməyə olan qabiliyyəti əsasında
D) Heç biri

 

107. Kimlər zorla işlədilə bilər?

A) Əcnəbilər
B) Vətəndaşlığı olmayan şəxslər
C) Heç kəs
D) Əmək qabiliyyəti olanlar

 

108. Əmək müqavilələri necə bağlanılır?

A) Gizli
B) Həmkarlar İttifaqının razılığı ilə
C) Sərbəst
D) İnsan hüquqları təşkilatının rəyi ilə

 

109. Nə zaman vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir?

1. Məhkəmə qərarı əsasında
2. Baş prokurorun göstərişi əsasında
3. Hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrləri əsasında
4. Əsas iş yerində
5. Fövqəladə və hərbi vəziyyət

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,4,5

 

110. Kimlərin dövlətdən sosial müavinət almaq hüququ vardır?

A) Valideynləri
B) İşsizlərin
C) Uşaqların
D) Heç kimin

 

111. Aşağıdakılardan hansı düzgündür?

A) Hər kəsin təkbaşına tətil etmək hüququ vardır
B) Hər kəsin başqaları ilə birlikdə tətil etmək hüququ vardır
C) Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır
D) Heç biri

 

112. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ hansı halda məhdudlaşdırıla bilər?

A) Fövqəladə və hərbi vəziyyət zamanı
B) Qanunla nəzərdə tutulmuş hallarda
C) Həmkarlar İttifaqının rəyi əsasında
D) Heç bir halda

 

113. Kimlər tətil edə bilməzlər?

A) Sənaye müəssisələrində çalışanlar
B) Əhalini fasiləsiz olaraq ərzaq məhsulları ilə təmin edən obyektlərdə çalışanlar
C) AR-nın Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər
D) Elektroenergetika obyektlərində çalışanlar

 

114. Kimlərin istirahət hüququ vardır?

A) İşləyənlərin
B) Valideynlərin
C) Təhsil alanların
D) Hər kəsin

 

115. Kimlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir?

A) Əyani təhsil alanlara
B) Daimi ezamiyyətdə olanlara
C) Əmək müqaviləsi ilə işləyənlərə
D) 18 yaşına çatmamış 3 uşağa malik olan valideynlərdən birinə

 

116. Kimlərin sosial təminat hüququ vardır?

A) Əhalinin sosial təminatı sahəsində çalışanların
B) Sosial təminata ehtiyacı olanların
C) Hər kəsin
D) Yaşlıların

 

117. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə kimlərin borcudur?

A) Millət vəkillərinin
B) Ailə üzvlərinin
C) Qohumların
D) Yaxınlıqda yaşayanların

 

118. Hər kəs hansı hallarda sosial təminat almaq hüququna malikdir?

1. Qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda
2. Təhsil aldığına görə
3. Xəstəliyinə görə
4. Ezamiyyətdə olduğuna görə
5. Əlilliyə görə
6. Yeni işə qəbul olduğuna görə
7. Ailə başçısını itirdiyinə görə
8. Gecə növbəsində işlədiyinə görə
9. Əmək qabiliyyətini itirdiyinə vəişsizliyə görə

A) 1,2,3,4 C) 6,7,8,9 Ç) 3,4,5,6
B) 1,3,5,7,9 D) 2,4,6,8,9

 

119. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği nə ilə müəyyən edilir?

A) Prezidentinin fərmanı
B) Nazirlər Kabinetinin qərarı
C) Bələdiyyənin qərarı
D) Qanun

 

120. Kimlərin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır?

A) Zərərli sahələrdə işləyənlərin
B) Körpələrin
C) Hər kəsin
D) Uşaqların

 

121. Ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına kim təminat verir?

A) Beynəlxalq təşkilatlar C) Dövlət
B) Səlahiyyətli şəxslər D) Heç kim

 

122. Mədəniyyət hüququ nədir?

A) Hər kəsin ictimai həyatda iştirak etməsi, mədəniyyət təsisatlarından və mədəni nailiyyətlərdən istifadə etməsi
B) Hər kəsin ictimai-siyasi həyatda iştirak etməsi, dövlət təsisatlarından və sərvətlərindən istifadə etməsi
C) Hər kəsin mədəni həyatda iştirak etməsi, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etməsi
D) Hər kəsin sosial həyatda iştirak etməsi, dövlətin sosial təsisatlarından və sərvətlərindən istifadə etməsi

 

123. Sağlamlığın qorunması hüququ nədir?

A) Hər kəsin həyatını qorumaq və tibbi yardım almaq hüququ
B) Hər kəsin həyatını sığortalaması və tibbi yardım almaq hüququ
C) Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ
D) Hər kəsin sağlamlığını qorumaq və tibbi arayış almaq hüququ

 

124. AR-da təhsilin hansı pilləsi pulsuz icbaridir?

A) Ali C) Orta
B) Doktorantura D) Heç biri

 

125. Kim pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir?

A) Beynəlxalq təşkilatlar
B) Dövlət
C) Bələdiyyələr
D) Cəmiyyət

 

126. Təhsil sisteminə kim tərəfindən nəzarət edilir?

A) Dövlət
B) Beynəlxalq təşkilatlar
C) Qeyri-hökumət təşkilatları
D) Heç kim

 

127. Dövlət kimlərin təhsilini davam etdirməsinə zəmanət verir?

A) Maddi vəziyyətindən asılı olaraq istedadlı şəxslərin
B) Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin
C) Maddi vəziyyətindən asılı olmayaraq sağlamlıq imkanları məhdud olan şəxslərin
D) Maddi vəziyyətindən asılı olaraq sağlamlıq imkanları məhdud olan şəxslərin

 

128. Minimum təhsil standartlarını kim müəyyən edir?

A) Beynəlxalq Standartlaşma Təşkilatı
B) Dövlət
C) Qeyri-hökumət təşkilatları
D) Bələdiyyə

 

129. Kim yaşadığı mənzildən qanunsuz məhrum edilə bilər?

A) Azadlıqdan məhrum edilmiş şəxslər
B) İnzibati xəta törətmiş şəxslər
C) Heç kim
D) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər

 

130. Kimlərin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır?

A) Əsirlərin
B) Məcburi köçkünlərin
C) Hər kəsin
D) Vətəndaşlığı olmayan şəxslərin

 

131. Kimlərin ana dilindən istifadə etmək hüququ vardır?

A) Əcnəbilərin
B) Vətəndaşlığı olmayan şəxslərin
C) Heç kimin
D) Hər kəsin

 

132. Şəxsiyyətin ləyaqəti kim tərəfindən qorunur?

A) Beynəlxalq təşkilatlar
B) Dövlət
C) Bələdiyyə
D) Qeyri-hökumət təşkilatları

 

133. Hansı halda şəxsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilər?

A) Əsirlikdə olduqda
B) Həbsə alındıqda
C) Özünün könüllü razılığı ilə
D) Heç bir halda

 

134. Kimlər öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilər?

A) Əsirlər
B) Məhbuslar
C) Vətəndaşlığı olmayan şəxslər
D) Heç kim

 

135. Hansı təşviqat və təbliğat qadağandır?

A) Sahibkarlığı
B) Dostluğu və mehribançılığı
C) Dini
D) İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan münasibətləri

 

136. Dini mərasimlərin yerinə yetirilməsi hansı halda sərbəstdir?

A) Dövlətin konstitusion quruluşuna dəyişməyə yönəlibsə
B) İctimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə
C) İnsanları zorakılığa və anlaşılmazlığa təhrik edirsə
D) Heç biri

 

137. Dini etiqad və ya əqidə hüquq pozuntusuna

A) bəraət qazandırır
B) bəraət qazandırmır
C) əsas yarada bilər
D) təhrik edə bilər

 

138. Sərbəst toplaşmaq azadlığı nədir?

A) Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etmədən dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ
B) Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etmədən dinc, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ
C) Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahlı və ya silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ
D) Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ

 

139. Məlumat azadlığı nədir?

A) Hər kəsin müvafiq dövlət orqanının icazəsi ilə istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı
B) Hər kəsin İnformasiya müvəkkilinin razılığı ilə istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı
C) Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı
D) Hər kəsin istənilən yolla lazımi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı

 

140. Dövlət senzurası harada tətbiq olunur?

A) Televiziyada C) Radioda
B) Mətbuatda D) Heç bir yerdə

 

141. Kimlərə kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir?

A) Dövlət orqanlarının rəhbərlərinə
B) Milli Məclisin deputatlarına
C) Bələdiyyə sədrlərinə
D) Heç biri

 

142. AR-nın vətəndaşı kimdir?

A) Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olmayan şəxs
B) Azərbaycan dövlətinə və ya digər dövlətə mənsub olan, onlarla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs
C) Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs
D) Xarici dövlətə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs

 

143. Valideynlərindən biri AR-nın vətəndaşı olan şəxs haranın vətəndaşı sayılır?

A) Azərbaycan Respublikasının
B) Üçüncü dövlətin
C) Vətəndaşlığı olmayan şəxs hesab edilr
D) Heç biri

 

144. AR-nın vətəndaşı hansı halda AR vətəndaşlığından məhrum edilə bilər?

A) Dövlət qarşı cinayətlərdə iştirak etdikdə
B) İnsanlığa qarşı cinayətlərdə iştirak etdikdə
C) Heç bir halda
D) Konstitusiya Məhkəməsinin rəyi əsasında

 

145. AR-nın vətəndaşı hansı halda AR-dan qovula və ya xarici dövlətə verilə bilər?

A) Konstitusiya Məhkəməsinin rəyi əsasında
B) Dövlətə qarşı cinayətlərdə iştirak etdikdə
C) Heç bir halda

D) Digər ölkənin vətəndaşlığını qəbul etdikdə

 

146. AR kimlərin hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir?

A) Əcnəbilərə
B) Vətəndaşlığı olmayan şəxslərə
C) AR ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan AR vətəndaşlarına
D) Heç kimə

147. Kimlərin AR-da cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır?

A) Əcnəbilərin
B) Vətəndaşlığı olmayan şəxslərə
C) Siyasi təqib nəticəsində AR-da sığınacaq tapmış şəxslərin
D) AR vətəndaşlarının

 

148. AR vətəndaşlarının dövlətin idarə olunmasında hansı formada iştirak edə bilərlər?

A) Qeyri-hökumət təşkilatları vasitəsilə
B) Beynəlxalq təşkilatlarının yerli nümayəndəlikləri vasitəsilə
C) Bilavasitə və ya nümayəndələr vasitəsilə
D) Heç biri

 

149. Kimlərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur?

A) Təsərrüfat subyektlərində çalışan şəxslərin
B) Tələbə və müəllimlərin
C) Elmi tədqiqat müəssislərində çalışanların
D) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin

 

150. Kimlərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər?

A) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin
B) Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin
C) Elm, təhsil və səhiyyə müəssisələrində çalışan şəxslərin
D) Heç kimin

 

151. AR vətəndaşlarının dövlət orqanlarına hansı qaydada müraciət etmək hüququ vardır?

A) Qeyri-hökumət təşkilatlarının vasitəsi ilə
B) Millət vəkilləri vasitəsi ilə
C) Şəxsən, habelə fərdi və kollektiv yazılı
D) Bu hüquqa malik deyillər

 

152. Birləşmək hüququ nədir?

A) İstənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai və hərbi birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq
B) İstənilən birlik, o cümlədən şəxsi maraqlara xidmət edən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq
C) İstənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq
D) İstənilən birlik, o cümlədən siyasi partiya yaratmaq və ya mövcud birliyə daxil olmaq

 

153. AR-nın bütün ərazisində və ya hər hansı hissəsində hansı birliklərin yaradılması qadağandır?

A) İnsanların hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən
B) Vətəndaş cəmiyyətinin yaradılmasına xidmət edən
C) Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər
D) Heç biri

 

154. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə hansı qaydada xitam verilir?

A) AR Prezidentinin Fərmanı ilə
B) AR Prezidentinin təqdimatı ilə Milli Məclisin qərarı əsasında
C) Məhkəmə qaydasında
D) AR Nazirlər Kabinetinin sərəncamı ilə

 

155. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən)

A) AR Prezidentinə şikayət edə bilər
B) AR Milli Məclisinin sədrinə şikayət edə bilər
C) Məhkəməyə şikayət edə bilər
D) AR-nın Məhkəmə-Hüquq Şurasına

 

156. Aşağıdakılardan hansı halda hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır?

A) Səlahiyyətli dövlət orqanları tərəfindən azad olunduğu andan
B) AR ədliyyə nazirinin yazılı rəyi əsasında
C) Səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan
D) AR Ali Məhkəməsinin Plenumunun qərarı əsasında

 

157. Hansı halda şəxsin işinə başqa məhkəmədə baxılmasına yol verilmir?

A) AR ədliyyə nazirinin yazılı rəyi olmadan
B) AR Ali Məhkəməsinin şifahi rəyi olmadan
C) Şəxsin razılığı olmadan
D) İstənilən halda yol verilir

 

158. Təqsirsizlik prezumpsiyası nədir?

A) Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa
B) Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsiri daxili işlər orqanları tərəfindən nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə AR Ali Məhkəməsinin Plenumunun qanuni qüvvəyə minmiş qərarı yoxdursa
C) Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa
D) Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə AR Məhkəmə-Hüquq Şurasının qanuni qüvvəyə minmiş qərarı yoxdursa

 

159. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa

A) o, təqsirli hesab olunur
B) onun təqsirli bilinməsinə yol verilmir
C) o, ev dustağı hesab edilir
D) Heç biri

 

160. Ədalət mühakiməsi həyata keçirilərkən hansı sübutlardan istifadə oluna bilməz?

A) Qanunu pozmadan əldə edilmiş sübutlardan
B) Qanunu pozmaqla əldə edilmiş sübutlardan
C) Təzyiq və işgəncə nəticəsində əldə olunmuş sübutlardan
D) Heç biri

 

161. Hər hansı bir şəxs bir cinayətə görə neçə dəfə məhkum edilə bilər?

A) 2
B) 1
C) 3
D) Törədilmiş cinayətin ağırlıq dərəcəsinə uyğun olaraq müəyyən edilir

 

162. Hər hansı bir şəxs hansı qohumlar əleyhinə ifadə verilməyə məcbur edilə bilməz?

1. Arvad (ər)
2. Dayı oğlu (dayı qızı)
3. Övladlar
4. Xala oğlu (xala qızı)
5. Valideynlər
6. Bibi oğlu (bibi qızı)
7. Qardaş (bacı)

A) 1,2,3 B) 3,4,5,7 C) 5,6,7 D) 1,3,5,7

 

163. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə nə izah edilir?

A) Dərhal onun hüquqları bildirilir və kimə müraciət etməsi izah edilir
B) Yalnız vəkilin iştirakı ilə hüquqları bildirilir
C) Dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir
D) Yalnız məhkəmə dinləmələri zamanı onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir

 

164. Zərərin ödənilməsini tələb etmək hüququ nədir?

A) Zərər çəkmiş şəxsin ictimai dinləmələrdə iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ
B) Zərər çəkmiş şəxsin Milli Məclisin iclaslarında iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ
C) Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ
D) Heç biri

 

165. AR kimlərə siyasi sığınacaq verir?

A) Qaçqın və məcburi köçkünlərə
B) Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
C) Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin vətəndaşlarına
D) Türk dilli ölkələrin vətəndaşlarına

 

166. Hansı halda şəxslərin başqa dövlətə verilməsinə yol verilmir?

A) Ağır cinayətlərdə ittiham olunan şəxslərin
B) İnsanlığa qarşı törədilmiş cinayətlərdə ittiham olunan şəxslərin
C) Siyasi əqidəsinə və AR-da cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin
D) Kütləvi qırğın silahlarının qeyri-qanuni ticarəti ilə məşğul olan şəxslərin

 

167. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq hansı hakimiyyəti orqanlarının borcudur?

A) Qanunvericilik və məhkəmə
B) Yalnız icra
C) Yalnız məhkəmə
D) Heç biri

 

168. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi kim tərəfindən məhdudlaşdırıla bilər?

A) AR Prezidenti
B) AR Milli Məclisinin sədri
C) AR Konstitusiya Məhkəməsinin hakimləri
D) Heç biri

 

169. Hər kəsin hüquq və azadlıqları hansı qaydada məhdudlaşır?

A) AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə
B) AR Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarla
C) AR Konstitusiyasında və qanunlarında müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə
D) Heç biri

 

170. Hansı hallarda insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi AR-nın beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər?

1. Müharibə elan edildikdə
2. İctimai toplandılar keçirildikdə
3. Hərbi vəziyyət elan edildikdə
4. Seçkilər keçirildikdə
5. Fövqəladə vəziyyət elan edildikdə
6. AR Nazirlər Kabinetinin toplantısı keçirildikdə
7. Səfərbərlik elan edilərkən

A) 1,2,3,6 B) 4,5,6 C) 5,6,7 D) 1,3,5,7

 

171. Kimlər din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz?

A) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
B) Avropa İttifaqının üzv olduğu ölkələrin vətəndaşları
C) Heç kim
D) AR ilə qonşu olan ölkələrin vətəndaşları

 

172. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri kim həll edir?

A) AR Prezidenti
B) AR Milli Məclisinin sədri
C) AR Məhkəmələri
D) Heç biri

173. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə

A) Əvvəlki qanun tətbiq edilir
B) Yeni qanun tətbiq edilir
C) Əvvəlki və yeni qanun əsasında optimal müddət müəyyən edilir
D) Heç biri

 

174. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs hansı vəzifələri daşıyır?

A) Beynəlxalq hüquq normaları əsasında müəyyən edilən
B) Hüquq və azadlıqlarından bilavasitə irəli gələn
C) “Dövlət Qulluğu haqqında” AR Qanunundan irəli gələn
D) Heç biri

 

175. Qanunu bilməmək məsuliyyətdən

A) Azad edir
B) Azad etmir
C) Qismən azad edir
D) Heç biri

 

176. Kimlər qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilər?

A) Vergi və gömrük əməkdaşları
B) Sosial müdafiə işlərini həyata keçirən şəxslər
C) Dövlət qulluğunda olan şəxslər
D) Heç kim

 

177. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, AR Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs hansı halda vəzifədən getmiş sayılır və bir daha həmin vəzifəni tuta bilməz?

A) İnsanlığa qarşı cinayətlərdə ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa
B) Terrorçuluqda ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa
C) Dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa
D) Heç biri

 

178. AR-nın dövlət rəmzlərini seçin

1. Bayraq
2. Xalq musiqiləri
3. Gerb
4. Milli rəssamların rəsm əsərləri
5. Himn

A) 1,2,3 B) 3,4,5 C) 2,3,4 D) Heç biri

 

179. Hansı hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir?

A) AR Konstitusiya məhkəməsinin qərarı əsasında
B) AR Milli Məclisinin qərarı əsasında
C) Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə
D) Müvafiq dövlət orqanın rəyi əsasında

 

180. AR-da qanunvericilik hakimiyyəti kim həyata keçirir?

A) AR Konstitusiya Məhkəməsi
B) AR Milli Məclisi
C) AR Prezident Administrasiyası
D) Heç biri

 

181. AR-nın Milli Məclisinin say tərkibi ibarətdir:

A) 135 B) 45 C) 125 D) 45

 

182. AR Milli Məclisinin deputatları hansı seçki sistemi əsasında seçilirlər?

A) Proporsional
B) Majoritar
C) Qarışıq
D) Heç biri

 

183. AR Milli Məclisinin deputatları

A) majoritar seçki sistemi ümumi, qeyri-bərabər və dolayı seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər
B) proporsional seçki sistemi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər
C) majoritar seçki sistemi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər
D) proporsional seçki sistemi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və açıq səsvermə yolu ilə seçilirlər

 

184. AR Milli Məclisinin çağırışının səlahiyyət müddəti neçə ildir?

A) 6 B) 4 C) 5 D) 5,5

 

185. Hansı halda AR Milli Məclisinin çağırışının səlahiyyət müddəti uzadılır?

A) Fövqəladə vəziyyətlərdə
B) Tibbi karantin dövründə
C) Müharibə şəraitində hərbi əməliyyatların aparıldığı şəraitdə
D) Heç bir halda

 

186. AR Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, AR Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını kim müəyyən edir?

A) AR Prezidenti
B) AR Mərkəzi Seçki Komissiyası
C) AR Konstitusiya Məhkəməsi
D) AR Məhkəmə Hüquq Şurası

 

187. AR Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması barədə qərar hansı qaydada qəbul olunur?

A) AR Prezidentinin müraciəti əsasında AR-nın Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir
B) AR-nın Ali Məhkəməsinin müraciəti əsasında AR-nın Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir
C) Seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən AR-nın Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir
D) AR Baş nazirinin müraciəti əsasında AR Prezidenti tərəfindən

 

188. AR Milli Məclisinin hər çağırışının seçkiləri nə zaman keçirilir?

A) Hər beş ildən bir noyabr ayının ikinci bazar günü
B) Hər beş ildən bir noyabr ayının birinci bazar günü
C) Hər beş ildən bir oktyabr ayının birinci bazar günü
D) Hər beş ildən bir oktyabr ayının ikinci bazar günü

 

189. AR Milli Məclisinin deputatlarının səlahiyyət müddəti hansı müddətlə məhdudlaşır?

A) AR Prezidentinin səlahiyyət müddəti ilə
B) AR Konstitusiya məhkəməsinin hakimlərinin səlahiyyət müddəti ilə
C) AR Nazirlər Kabinetinin səlahiyyət müddəti ilə
D) AR Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə

 

190. AR Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti hansı müddətlə məhdudlaşır?

A) AR Prezidentinin səlahiyyət müddəti ilə
B) AR Nazirlər Kabinetinin səlahiyyət müddəti ilə
C) Deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə
D) Heç biri

 

191. Kimlər AR Milli Məclisinin deputatı seçilə bilər?

A) AR-nın yaşı 30-dan aşağı olmayan hər bir vətəndaşları
B) AR-nın yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşları
C) AR-nın yaşı 35-dən aşağı olmayan hər bir vətəndaşları
D) Yaşı 35-dən aşağı olmayan hər bir vətəndaşları

 

192. Kimlər AR-nın Milli Məclisinə deputat seçilə bilməzlər?

1. İkili vətəndaşlığı olanlar
2. AR-nın vətəndaşı olanlar
3. Başqa dövlətlər qarşısında öhdəliyi olanlar
4. AR-nın dövlət mükafatları ilə təltif olunanlar
5. İcra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edənlər
6. Əməkdar və xalq artistləri

A) 1,2,3 B) 4,5,6 C) 3,4,5 D) 1,3,5

 

193. AR Milli Məclisinə seçkilərdən sonra hansı tarixədək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, AR Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını AR Konstitusiya Məhkəməsi müəyyən edir?

A) Martın 15-dək C) Martın 25-dək
B) Martın 10-dək D) Martın 20-dək

 

194. Kimlər AR-nın Milli Məclisinə deputat seçilə bilməzlər?

1. Başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər
2. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olanlar
3. Din xadimləri
4. İdman və bədən tərbiyəsi sahəsində çalışanlar
5. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər

A) 1,2,3 B) 3,4,5 C) 1,3,5 D) 2,4,5

 

195. Kimlər AR-nın Milli Məclisinə deputat seçilə bilməzlər?

1. Səhiyyə sahəsində çalışanlar
2. Ağır cinayətlərə görə məhkum olunmuş şəxslər
3. Barəsində intizam tənbehi qərarı verilmiş şəxslər
4. Azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər
5. Xüsusi qabiliyyətə malik olanlar

A) 1,2,3 B) 3,4,5 C) 2,4,5 D) 2,4

 

196. AR Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi hansı dövlət orqanı tərəfindən həyata keçirir?

A) AR Mərkəzi Seçki Komissiyası
B) AR Konstitusiya Məhkəməsi
C) AR Prezidentinin Administrasiyası
D) AR Ali Məhkəməsi

 

197. AR Milli Məclisi deputatlarının səlahiyyətləri nə zaman bitir?

A) AR Prezidentinin səlahiyyət müddəti bitdiyi gün
B) AR Nazirlər Kabinetinin səlahiyyət müddəti bitdiyi gün
C) AR Milli Məclisinin yeni çağırışının ilk iclas günü
D) Heç biri

 

198. AR Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər AR Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə neçə gün qalarsa keçirilmir?

A) 150 B) 120 C) 125 D) 135

 

199. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında hanası orqan qarşısında irəli sürülə bilər?

A) AR Məhkəmə-Hüquq Şurası
B) Dövlət Qulluğunu İdarəetmə Şurası
C) AR Milli Məclisi
D) Həmkarlar İttifaqı

 

200. AR-nın Milli Məclisi neçə deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir?

A) 95 B) 42 C) 83 D) 125

«««««« Əvvəlki Səhifə

Növbəti Səhifə »»»»»»

Dostlarla Paylaş ↓