Azərbaycan beynəlxalq arenada
Ümumi məlumat (Müsahibə üçün məlumat)Azərbaycan – BMT
Azərbaycan – Avropa İttifaqı
Azərbaycan – Avropa Şurası
Azərbaycan – ATƏT
Azərbaycan – YUNESKO
Azərbaycan – İKT
Azərbaycan – GUAM
Azərbaycan – NATOÜmumi məlumat
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici
siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf
etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq
norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə
müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.
Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici
siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin
və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan
qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Regional səviyyədə bölgədə əminamanlıq
və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi
kimi strateji məqsədlərə nail olmaq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Qloballaşan
müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının
inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasətində
müstəsna əhəmiyyət kəsb edir. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və
olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı
faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata
keçirmək əzmindədir.
Azərbaycan Respublikasının milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun
işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Onun güclü dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin düzgün
qurulmasına imkan yaratmışdır.
Kompleks və çoxşaxəli xarakter daşıyan Azərbaycan xarici siyasətinin başlıca prioritetlərindən biri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasıdır.
Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona
qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-
Azərbaycan münaqişəsidir. Azərbaycan Respublikasının xarici siyasətində ölkənin ərazi bütövlüyünün
bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması xüsusi yer tutur.
Danışıqlar prosesində Azərbaycan Respublikasının tutduğu prinsipial mövqe ölkənin ərazi bütövlüyünün
bərpa edilməsindən və bu yolda heç bir güzəştə gedilməməsindən ibarətdir. Ermənistan-Azərbaycan
münaqişəsinin belə ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən əsasda həlli Cənubi
Qafqazın gələcəyi baxımından müstəsna əhəmiyyət kəsb edir, çünki yalnız bu başlıca şərtin yerinə
yetiriləcəyi təqdirdə regional əməkdaşlıq və bölgənin perspektiv inkişafı mümkündür.
Dövlət müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikası Xəzər hövzəsinin dünyaya
açılmasının ilk təşəbbüskarı olmuşdur. Azərbaycan öz neft və qaz ehtiyatlarının istismarmı iqtisadi
inkişafın başlıca amili və ölkənin təhlükəsizliyinə, suverenliyinə və müstəqilliyinə xidmət edən mühüm bir
şərt kimi görməkdədir. “Əsrin müqaviləsi”nin bağlanmasından (1994) keçən dövrdə Azərbaycanın
karbohidrogen yataqlarının işlənilməsi üzrə sazışlər imzalanmış və onların gerçəkləşdirilməsi
istiqamətində nəhəng işlər görülmüşdür. ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Norvec, Rusiya, Səudiyyə
Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrin şirkətləri ilə bağlanmış bu sazişlər respublikaya böyük
həcmdə sərmayə və gəlir gətirmişdir. Azərbaycan hökumətinin Xəzərin enerji layihələrinə xarici, əsasən,
Qərb şirkətlərinin cəlb edilməsinə yönəldilmiş “neft diplomatiyası” öz əməli faydasını verməkdədir.
Çoxtərəfli əməkdaşlıq və münasibətlər. Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra
beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər
təşkilatlara üzv olmuşdur. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı,
eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası
həm də GUAM regional qrupunun təsisçilərindən biridir.
Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını
gerçəkləşdirir.
Azərbaycan – BMT. Azərbaycan Respublikası öz xarici siyasətində 1992-ci ildən üzv olduğu BMTyə
müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi yanaşır. Bu mənada, BMT TŞ-nın Ermənistan-
Azərbaycan münaqişəsinə dair qətnamələrini, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xəttilə
Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş
yardımlarını xüsusi qeyd etmək olar. Bundan əlavə, Azərbaycanın YUNESKO, YUNİSEF və BMT-nin
digər ixtisaslaşdırılmış təşkilatları ilə əməkdaşlığı diqqətəlayiqdir.
Azərbaycan – İKT. 1991-ci ildə İKT-yə üzv olduqdan sonra Azərbaycan bu təşkilatın fəal
iştirakçısına çevrilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən
ilk beynəlxalq təşkilat olmuşdur. İKT-nin bu həyati əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi
həmin təşkilatla münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır.
Azərbaycan-ATƏT. Azərbaycan Respublikasının 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan
Respublikası təşkilatın əsas sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına (1992), Paris Xartiyasına və
Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur (1999).
Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan
Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə
sahəsində də əməkdaşlıq edir. Buraya seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s. daxildir.
Azərbaycan – Avropa Şurası. Azərbaycan Respublikası 2001-ci ildən üzv olduğu Avropa Şurası
ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması
istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə yardım
göstərən AŞ-nın Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan
İnsan Hüquqdarı və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 2001-ci il
yanvarın 25-də imzalamış, 2002-ci il aprelin 15-də isə onları ratifikasiya etmişdir. Azərbaycanın
nümayəndə heyəti Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyin formalaşdırılmasında
Avropa Şurası çərçivəsində məqsədyönlü və məhsuldar fəaliyyət göstərir.
Azərbaycan-Avropa Birliyi. Azərbaycan Respublikası Avropa Birliyi ilə münasibətləri TACİS,
TRACECA və s. proqramlar çərçivəsində inkişaf etdirir. Azərbaycan ilə Avropa Birliyi arasında 1996-cı
ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişi 1999-cu ildən qüvvəyə minmişdır.
2004-cü ildə Avropa Birliyinin Şərqə doğru genişləndirilməsi ilə Azərbaycan Cənubi Qafqaz ölkəsi
kimi “Genişləndirilmiş Avropa” təşəbbüsü çərçivəsində AB-nin “Yeni qonşuluq siyasəti”nə daxil edilmişdir.
Bu, ölkənin Avropa Birliyi ilə əməkdaşlığını daha da inkişaf etdirərək keyfiyyətcə yeni mərhələ üçün
zəmin yaradır.
Azərbaycan-NATO. Azərbaycan NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramına bu proqamın
təqdim edildiyi ildən (1994) qoşulmaqla, Avro-Atlantika Tərəfdaşlıq Şurasında öz yerini tutmuşdur.
Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə
münasibətlər bu dövrdən etibarən uğurla inkişaf etməkdədir. Planlaşdırma və analiz prosesi və Fərdi
Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan hərbiçiləri NATO-nun başçılığı ilə Kosovodakı
sülhməramlı əməliyyatlarda iştirak etmişlər.
Azərbaycan-Antiterror koalisiyası. Erməni terrorçuluğu timsalında bu bəlanın nə olduğunu tam
dərk edən Azərbaycan 2001-ci il sentyabrın 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror
koalisiyasının fəal üzvü kimi terrorçuluğun qlobal təhdidlərinə qarşı mübarizəyə qoşulmuşdur.
Azərbaycanlı sülhməramlıları Əfqanıstan və İraqda həyata keçirilən əməliyyatlarda iştirak etmişlər.
Azərbaycan-GUAM. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət transregional GUAM
təsisçilərindən biri olan Azərbaycan bu qurumun vasitəsilə həm özü, həm də digər iştirakçı dövlətlər üçün
mühüm əhəmiyyət kəsb edən məsələlərdə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bu, münaqişələrin
sülh yolu ilə həllində və separatizmlə mübarizədə qarşılıqlı fəaliyyət, sülhü təminetmə sahəsində
əməkdaşlıq, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında əməkdaşlıq, Avropa və trans-
Atlantika qurumları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq kimi istiqamətləri əhatə edir,
üzv ölkələrin və bütövlükdə bölgənin tərəqqisinə xidmət göstərir.
Azərbaycan-Müstəqil Dövlətlər Birliyi (MDB). 1993-cu ildən MDB-nin üzvü olan Azərbaycan bu
təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaq məqsədi
güdür. MDB həm-çinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz
dövriyyələrə və cinayətkarlığa qarşı mübarizədə səylərin əlaqələndiricisi kimi çıxış edir.
İkitərəfli münasibətlər. Azərbaycan ayrı-ayrı xarici dövlətlər, o cümlədən, qonşu ölkələrlə ikitərəfli
münasibətlərinə xüsusi əhəmiyyət verir.
Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və bu-günədək Azərbaycanın
mövqeyini dəstəkləməkdə davam edən Türkiyə Cümhuriyyəti ilə münasibətlər son dərəcə mühümdür.
Etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan bu iki ölkə arasında qarşılıqlı münasibətlər
strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan və Türkiyənin
bölgədə geosiyasi və iqtisadi vəziyyətin inkişafına, transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə
münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri,
müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam
uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.
Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alan Azərbaycan özünün xarici siyasətində
şimal istiqamətinə xüsusi diqqət verir. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin
yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə iqtisadi, siyasi-ictimai və mədəni sahələrdə
qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarıdır.
Bu mənada, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, Xəzər dənizinin milli sektorlara
bölünməsi üzrə Azərbaycan-Rusiya sazişi, eləcə də hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi də daxil
olmaqla, müxtəlif sahələr üzrə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran arasında
münasibətlər Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyinin ilk günlərindən
Azərbaycan qonşu İranla siyasi-iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin
gücləndirilməsinə çalışır.
Azərbaycanla oxşar maraqları olan Gürcüstan və Ukrayna ilə əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli
intensivləşməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu dövlətlərlə ümumi maraqlarının
mövcudluğu, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya ilə
birləşdirmək üçün tarixi “İpək Yolu”nun bərpası, eləcə də ümumi təhlükəsizliyə təminat verən birgə
transregional layihələrdə iştirakı bu münasibətlərin mühümlüyünün göstəricisidir.
Mərkəzi Asiya ölkələri ilə münasibətlər də Azərbaycanın xarici əlaqələr sistemində əhəmiyyətli yer
tutur. Azərbaycanın əsas iştirakçılarından biri olduğu layihələrə Mərkəzi Asiya dövlətlərinin qoşulması
onların Avropa məkanına və bazarlarına çıxması üçün imkan yaradır və Azərbaycan bu işdə etibarlı
körpü rolunu oynayır.
Azərbaycanın qonşu olmayan dövlətlərlə münasibətləri. Azərbaycanın onunla bilavasitə qonşu
olmayan inkişaf etmiş Qərb dövlətləri ilə münasibətləri xarici siyasətdə ən mühüm yerlərdən birini tutur.
Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq imkanlarmı möhkəmləndirmək
naminə Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu münasibətlərin inkişafı
Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzərdə neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə
Qərbi birləşdirən transregional dəhlizlərin yaradılmasına təkan verir. Azərbaycanla ABŞ arasında
əməkdaşlıq ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının başlıca elementi kimi çıxış edir. Müasir
dünyada beynəlxalq təhlükəsizliyi sarsıdan yeni təhdidlərin yaranması Azərbaycanla ABŞ arasında
əməkdaşlığı daha da möhkəmləndirmişdir.
Azərbaycanın Qərbi Avropa dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu
münasibətlərin inkişafı dövlət və özəl sektorda əsaslı islahatların həyata keçirilməsinə və xarici
sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərir. Qərbi Avropa ölkələri Azərbaycan üçün əsas ixrac
bazarı kimi çıxış edir. Bundan əlavə, Azərbaycan ölkədə vətəndaş cəmiyyətinin təşəkkülü prosesində
Qərbi Avropa ölkələri ilə faydalı əməkdaşlıqdan bəhrələnir.
Uzaq Şərqin qabaqcıl dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanı
“İpək Yolu” layihəsinin gerçəkləşdirilməsində daha fəal çıxış etməyə sövq edir. Çinin artan beynəlxalq
nüfuzu və Avrasiyada onun mövqelərinin möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin
intensivləşməsinə təkan vermişdir. Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması və
ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağı Azərbaycan-Yaponiya
münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratmışdır.
Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycanın
xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olmuşdur. Ermənistan-Azərbaycan
münaqişəsinin həllində Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə tam dəstəkləyən Pakistanla
münasibətlər tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsində qurulmuşdur.
Azərbaycanın Yaxın və Orta Şərq dövlətləri ilə münasibətləri də böyük perspektivə malikdir. Bu
münasibətlər Yaxın və Orta Şərqin geosiyasi əhəmiyyəti, zəngin enerji ehtiyatları və bu böl-gədə böyük
sərmayə potensialının mövcudluğu əsasında qurulur. Azərbaycan bu bölgə ölkələrinin ticarət, texnoloji və
maliyyə imkanlarından istifadə etməklə, Yaxın və Orta Şərq dövlətləri ilə qarşılıqlı faydalı münasibətləri
genişləndirir.
Beləliklə, Azərbaycan Respublikasının xarici siyasəti Azərbaycan xalqının təhlükəsiz gələcəyinin
təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəlmişdir.
Hazırda Azərbaycanla 170 ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanın 60 ölkədə
səfirliyi, 4 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 şəhərdə konsulluğu fəaliyyət göstərir. Eyni
zamanda, Azərbaycanda 43 ölkənin səfirliyi və 3 baş konsulluğu fəaliyyət göstərir. 33 ölkənin isə səfiri
eyni zamanda Azərbaycanda akkreditasiya olunmuşdur. Azərbaycanda beynəlxalq təşkilatların 16
nümayəndəliyi fəaliyyət göstərir.Azərbaycan – BMT
XX əsrin sonlarında müstəqil dövlətçilik yoluna qədəm qoymuş Azərbaycan xalqı azad, demokratik,
hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq
şəraitində yaşamaq, dünya birliyi ilə sıx inteqrasiya xətti tutduğunu bəyan etmişdir və bu yola sadiqdir. Bu
mənada Azərbaycan Respublikası dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş
Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir və müstəqillik qazandığı ilk gündən ölkəmiz
ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün hər cür
səylər göstərir.
BMT Təhlükəsizlik Şurasının 1992-ci il 14 fevral tarixli müvafiq tövsiyəsinə və bu təşkilata üzv qəbul
olunmaq barədə Azərbaycan Respublikasının ərizəsinə baxdıqdan sonra BMT Baş məclisi 1992-ci il
martın 2-də özünün 46-cı sessiyasının 82-ci plenar iclasında Azərbaycan Respublikasının Birləşmiş
Millətlər Təşkilatına üzv qəbul olunması barədə qətnamə qəbul etdi. 111 dövlətin adından irəli sürülmüş
bu qətnaməyə BMT-nin bütün üzvləri yekdilliklə səs verdilər.
Azərbaycanın BMT-yə üzv qəbul olunması müstəqillik qazanmış ölkəmizin tarixində mühüm
hadisələrdən birinə çevrildi. Dünyanın ən mötəbər və nüfuzlu təşkilatı olan BMT çərçivəsində çoxtərəfli
əməkdaşlıq Azərbaycana nisbətən qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini
möhkəmləndirməyə, istər üzv dövlətlər, istərsə də təşkilatın özü ilə sıx əlaqələr yaratmağa imkan verdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət və nizamasalma
prosesində Azərbaycan Respublikasının sülhsevər mövqeyi, daxili və xarici siyasəti barədə dünya
birliyinə geniş və hərtərəfli məlumat verilməsini özünün başlıca vəzifəsi hesab edən Azərbaycan
hökuməti ölkəmizin BMT-yə üzvlüyünün ilk günlərindən onun əsas strukturlarında bu istiqamətdə fəal iş
aparmağa başladı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Nyu-Yorka səfərləri ölkəmiz ilə BMT
arasında əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olmuşdur. 1994-cü ilin
sentyabrında Prezident Heydər Əliyev BMT Baş məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞda
səfərdə olmuş, Azərbaycanın tarixində ilk dəfə olaraq BMT-nin yüksək tribunasından proqram
xarakterli nitq söyləmişdir. Dünya ictimaiyyətinin ən geniş dairələrində böyük əks-səda doğurmuş həmin
nitqində Azərbaycan dövlətinin başçısı Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllində BMT-nin müstəsna rolu qeyd etmişdir
156 dövlət və hökumət başçısının iştirakı ilə 1995-ci ilin oktyabrında keçirilmiş BMT-nin 50 illiyi ilə
əlaqədar xüsusi sessiyada Prezident Heydər Əliyev bu nüfuzlu beynəlxalq təşkilatın tribunasından çıxış
edərək Azərbaycanın haqlı tələbini daha kəskinliklə dünya birliyinə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının daim diqqət
mərkəzində olmuşdur. Münaqişəyə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 1993-cü il 30 aprel tarixli 822
nömrəli, 1993-cü il 29 iyul tarixli 853 nömrəli, 1993-cü il 14 oktyabr tarixli 874 nömrəli, 1993-cü il 11
noyabr tarixli 884 nömrəli qətnamələrdə, Təhlükəsizlik Şurası Sədrinin 7 bəyanatında Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubluğu
təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın
işğal edilmiş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərdsiz çıxarılması tələbi
qoyulmuş, qaçqınların və məcburi köçkünlərin doğma yürd-yuvalarına qayıtması üçün şərait
yaradılmasının zəruriliyi göstərilmişdir.
Azərbaycanın ədalətli mövqeyi BMT üzvü olan dövlətlərin əksəriyyəti tərəfindən tam dəstəklənir.
BMT Baş məclisinin 51-ci sessiyasında “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” qətnamənin
müzakirəsi zamanı Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu göstərən
ifadənin qətnamə mətninə daxil edilməsinə mane olmaq üçün Ermənistanın hər cür səylərinə
baxmayaraq iştirakçı dövlətlər Azərbaycanın xeyrinə səs vermiş, Ermənistanın mövqeyini isə heç bir ölkə
dəstəkləməmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə yanaşı, onun sosial nəticələrinin
aradan qaldırılması sahəsində BMT ardıcıl səylər göstərməkdədir. Münaqişə nəticəsində qaçqın və
məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın ağır yaşayış şəraitini
yüngülləşdirmək üçün BMT İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlıq, Ümümdünya Ərzaq
Proqramı, YUNİSEF və başqa təşkilatlar çərçivəsində Azərbaycana genişmiqyaslı humanitar yardımlar
göstərilmışdir.
1994-ci ilin oktyabrında BMT-nin Baş katibi Butros Butros-Qalinin Azərbaycana səfəri yenicə
müstəqillik əldə etmiş Azərbaycan ilə bu beynəlxalq qurum arasında əməkdaşlığın inkişafı üçün geniş yol
açmışdır.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci ilin iyul-avqust aylarında ABŞ-a rəsmi səfəri zamanı
BMT-də keçirdiyi görüşlər ölkəmizin bu beynəlxalq təşkilat ilə əməkdaşlığının dərinləşdirilməsində böyük
əhəmiyyət daşımışdır. Səfər proqramı çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev Nyu-Yorkda
Birləmiş Millətlər Təşkilatının iqamətgahına gəlmiş, iyulun 28-də BMT-nin Baş katibi Kofi Annan,
Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin səfirləri, BMT-də akkreditə olunmuş dövlətlərin daimi
nümayəndələri, iyulun 29-da beynəlxalq humanitar təşkilatların – Beynəlxalq Yardım Komitəsinin,
“Uşaqları xilas edin” təşkilatının, Beynəlxalq Bərpa Mərkəzinin, Beynəlxalq Ərzaq Mallarının
Bölüşdürülməsi Komitəsinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Təşkilatının, YUNİSEF-in və başqa təşkilatların rəhbərləri ilə görüşmüş, BMT-də akkreditə olunmuş xarici
jurnalistlər üçün geniş mətbuat konfransı keçirmişdir. Bu görüşlərdə Azərbaycanın dövlət başçısı
ölkəmizdə gedən demokratikləşdirmə prosesləri, hüquqi, siyasi, iqtisadi islahatlar, Azərbaycanın ən ağrılı
problemi – Dağlıq Qarabağ regionunu ələ keçirmək üçün Ermənistanın təcavüzü nəticəsində yaranmış
münaqişə, bir milyondan çox soydaşımızın ev-eşiyindən didərgin düşərək qaçqın və məcburi köçkün
vəziyyətində ağır şəraitdə çadır şəhərciklərində yaşaması, Azərbaycan torpaqlarının 20 faizinin işğal
altında qalması barədə məlumat vermiş, Azərbaycanın bu münaqişəni sülh yolu ilə aradan qaldırmaq
məramını bütün dünyaya bəyan etmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ilin dekabrında Tehranda İslam Konfransı
Təşkilatının VIII Zirvə toplantısında BMT-nin Baş katibi Kofi Annan ilə növbəti görüşü Azərbaycan-BMT
əlaqələrinin dərinləşdirilməsi və inkişafı üçün çox əhəmiyyətli olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin istər respublikamızda səfərdə olan, istərsə də xarici
ölkələrdə keçirilən müxtəlif tədbirlər zamanı BMT təmsilçiləri ilə bir qayda olaraq keçirdiyi görüşlər
Azərbaycan-BMT münasibətlərinə xüsusi dolğunluq gətirmişdir.
Olkəmizin üzləşdiyi bu sosial bəlanın nəticələrini aradan qaldırmaqda Azərbaycan hökuməti BMTnin
Qaçqınlar üzrə Ali Komissarlığı ilə sıx əməkdaşlıq edir. Prezident Heydər Əliyevin BMT-nin qaçqınlar
üzrə ali komissarı xanım Sadako Oqata ilə 1999-cu ilin sentyabrında Bakıda, 2000-ci ilin yanvarında
Davosda keçirdiyi görüşlər, eləcə də Ali Komissarlığın bir çox təmsilçiləri ilə görüşləri, qaçqınlar haqqında
qanunvericiliyə, insan hüquqlarına və miqrasiya məsələlərinə dair 1994-cü ilin noyabrında, qaçqınların və
məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş “Inkişaf problemləri və strateji istiqamətlər” mövzusunda
2000-ci ilin mayında Bakıda keçirilmiş beynəlxalq konfranslar bu mənada böyük əhəmiyyət kəsb edir.
Otən dövrdə Azərbaycan hökumətinin Umumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu ilə
birgə keçirdiyi tədbirlər, bu təşkilatların təmsilçiləri ilə ölkə rəhbərliyinin müntəzəm görüşləri əhalinin
sağlamlığının qorunması işinə mühüm töhfələr vermişdir.
BMT İnkişaf Proqramı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın əməkdaşlığı
iqtisadiyyatın bazar münasibətləri prinsiplərinə uyğun olaraq yenidən qurulması, genişmiqyaslı islahatlar
proqramının həyata keçirilməsi, ölkənin maliyyə sisteminin sağlamlaşdırılması üçün çox faydalı olmuşdur.
BMT Inkişaf Proqramının rəhbəri Ceyms Qustav Spetin 1996-cı ilin iyununda Azərbaycana səfəri,
Azərbaycan Prezidenti Heydər Əliyevin Dünya Bankının Prezidenti Ceyms Vulfenson, Beynəlxalq Valyuta
Fondunun direktoru Mişel Kamdesü ilə görüşləri əməkdaşlığın inkişafına xüsusi təkan vermişdir.
Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanılması və təbliği sahəsində Azərbaycan ilə
BMT-nin elm, təhsil və mədəniyyət təşkilatı olan YUNESKO arasında əlaqələr ötən dövrdə çox səmərəli
olmuşdur. Azərbaycanın dövlət başçısı Heydər Əliyevin YUNESKO-nun keçmiş Baş direktoru Federiko
Mayor ilə 1993-cü ilin dekabrında Parisdə, 1995-ci ilin avqustunda Almatıda görüşləri, Füzulinin 500 illik
yubileyinə həsr olunmuş təntənələrdə iştirak etmək üçün Federiko Mayorun 1996-cı ilin noyabrında
Azərbaycana səfəri, YUNESKO-nun hazırkı Baş direktoru Koisura Matsuuranın Azərbaycan xalıqının
qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə əlaqədar yubiley tədbirlərində
iştirak etmək üçün 2000-ci ilin aprelində Bakıya səfəri Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın
inkişafında böyük əhəmiyyətə malikdir.
2003-cü ilin sentyabrında isə o vaxt ki Baş Nazir İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında milli
sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir.
Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin
Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya
Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının
Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.
Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və
qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur.
Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur.
Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların
statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000-2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi
münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi
qətnaməsinin əsas sponsorudur.
Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin
Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış
standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.
Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA)
və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və
onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir.
BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali
Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı
və s. həyata keçirir.
Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar
çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi
demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində
ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı
üçün BMTİP siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin
etmək üçün Azərbaycan Hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün
BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.
Erməni aqressiyası nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur.
1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə
qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər.
Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm
və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan
Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.
Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx
əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT
Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə
bəzi qətnamələri irəli sürmüşdür. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı
sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı
qətnamə layihəsi təklif edilmişdir. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq
humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm
məsələyə yönəltmək məqsədini güdmüşdür.
Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara
seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997,
1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və
BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan
2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.
Azərbaycan işğal altında olan ərazilərində yanğınlar məsələsi bağlı məsələni BMT Baş
Assambleyasında qaldırmış və nəticədə A/RES/60/285 saylı 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət” adlı Qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən, Azərbaycanın
yanğınlara məruz qalmış ərazilərində ekoloji əməliyyatın keçirilməsi vacibliyi qeyd olunur, bunun ilk
mərhələsi kimi beynəlxalq təşkilatların iştirakı ilə ATƏT-in dəyərləndirmə missiyasını təşkil etmək hazırlığı
alqışlanmış və ATƏT-in Fəaliyyətdə olan Sədrinə 2007-ci il aprelin 30-na qədər BMT BA-ya məruzə
təqdim etməsi tapşırılmışdır.
Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə
terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan
respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə
Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar
təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı
inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin
21-ci əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində
islahatların aparılması ideyasını dəstəkləyir.
BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 2008-ci il fevral 25-dən martın 7-dək keçirilmiş
sessiyası zamanı Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “Hərbi münaqişələr zamanı
sonradan həbs olunanlar da daxil olmaqla girov götürülmüş qadınların və uşaqların azad edilməsi” adlı
qətnamə yekdilliklə qəbul edilmişdir.
24 sentyabr 2010-cu ildə Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci
sessiyasında çıxış edib. Dövət başçısı Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi haqqında
danışaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistanın işğal
edilmiş əraziləri azad etmək istəmədiyini bildirib.
Prezident İlham Əliyev həmçinin Ermənistanı işğal edilmiş ərazilərdə tarixi abidələri məhv etməkdə
ittiham edərək, bunu vandalizm adlandırıb.
28 sentyabr 2011-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin
66-cı sessiyasındakı çıxışında 1993-cü ildə BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən erməni silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz
çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edilməsinə baxmayaraq indiyədək Ermənistanın dünya
ictimaiyyətinin çağırışlarına məhəl qoymamaqda davam etdiyini, Azərbaycanın işğal edilmiş ərazilərində
etnik erməniləri köçürərək yerləşdirdiyini, eyni zamanda, tarixi və mədəni irsin məhv edilməsi və
mənimsənilməsi kimi qanunsuz fəaliyyətlərlə məşğul olmaqda davam etdiyini bildirmişdir.
Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz
namizədliyini irəli irəli sürmüşdür.
BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan, Yer üzündə sülhün və təhlükəsizliyin bərqərar
edilməsi, bütün dünya xalqlarının əmin-amanlığı, xoşbəxtliyi və rifahı naminə yeritdiyi siyasət sayəsində
dünya dövlətləri arasında layiqli yer tutmuşdur.
Azərbaycan xalqı əmindir ki, bəşəriyyət qarşısında açılan yeni dövrün astanasında özünün
“millennium” sammitinə toplaşan BMT Yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi, insanların
əmin-amanlığı, xoşbəxtliyi və rifahı naminə bundan sonra da səmərəli fəaliyyət göstərəcəkdir.Azərbaycan – Avropa İttifaqı
1993-cü ildən etibarən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş
və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın
əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları bu ölkəni Avropa İttifaqı üçün maraqlı edir. Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələri əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir.
Aİ hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yeni müstəqil dövlətlərlə iş aparmaq, demokratik
islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturu yaratmaq, ticarət, nəqliyyat, gömrük-keçid işlərini
inkişaf etdirmək üçün TASİS proqramını hazırlayıb və onu maliyyələşdirir. Aİ-nin digər təşəbbüsü 1993-
cü ilin mayında, Brüsseldə 5 Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsi nümayəndəsinin iştirak etdiyi
konfransda irəli sürülən “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsidir. Bu
layihə tarixi şərq-qərb “İpək yolu” dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya
infrastrukturlarının bərpası və inkişaf etdirilməsini nəzərdə tutur. Aİ layihəyə texniki yardım proqramı
hazırlayaraq kömək edir. TRASEKA layihəsinin reallaşmasında ən mühüm məqam 8-9 sentyabr 1998-ci
ildə Bakıda 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndəsinin iştirak etdiyi beynəlxalq konfrans oldu. Bu
konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini
özündə əks etdirən “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq
nəqliyyat haqqında çoxtərəfli əsas saziş” adlanan mühüm sənəd imzalandı. TRASEKA-nın intensiv
fəaliyyətinin Azərbaycanın sosial-iqtisadi həyatında əhəmiyyətli rolu olub. Bu özünü yük daşımalarından
əldə olunan gəlirdə, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində, yeni iş yerlərinin açılmasında və s.
sahələrdə göstərib. TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyi 21 fevral 2001-ci ildən
Bakıda fəaliyyətə başlayıb və koordinasiya funksiyasını icra edir.
Aİ ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt 1996-cı il
aprelin 22-də imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” oldu. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı
münasibətlərin hüquqi-normativ əsasını təşkil edən bu sazişi prezident Heydər Əliyev “Azərbaycan
dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə” kimi səciyyələndirmişdi. Bu saziş cəmiyyətin
müxtəlif sferalarında – siyasi, iqtisadi, mədəni, sosial və s. qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdi.
Sazişə əsasən təsis edilən tərəfdaşlığın məqsədləri belə müəyyən edilib:
– Tərəflər arasında siyasi dialoqun inkişafı və bunun üçün müvafiq çərçivənin yaradılması.
– Demokratiyanın möhkəmlənməsi və bazar iqtisadiyyatına keçidin başa
çatdırılmasına yardım.
– Davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə tərəflər arasında ticarətin və
sərmayə qoyuluşunun inkişaf etdirilməsi.
– Qanunvericilik, maliyyə, vətəndaşlıq, elm, texnologiya və mədəniyyət sahələrində
əməkdaşlığın əsaslarının qurulması.
Bu sazişdən irəli gələn vəzifələrin icrası, Aİ ilə əlaqələrin genişlənməsi və tənzimlənməsi sahəsində
məqsədəuyğun tədbirlərin hazırlanıb həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 23
noyabr 1999-cu il tarixli sərəncamı ilə dövlət komissiyası yaradılıb.
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsindən sonra Aİ və Azərbaycan
münasibətlərində ortaya çıxan daha bir keyfiyyət dəyişikliyi bu münasibətlərin strukturlaşmasıdır.
Yaradılan orqanların – Əməkdaşlıq Şurası, parlament əməkdaşlığı komitəsi – fəaliyyəti qarşılıqlı
münasibətlərin davamlılığını, nizamlı olmasını və mümkün qədər sistemləşdirilməsini təmin etdi.
1999-cu ildən etibarən parlamentlərarası əməkdaşlıq intensiv inkişaf etməyə başladı. Bu sahədə
münasibətlərin əsas istiqamətlərindən birini 2000-ci ilin aprelində ilk toplantısı keçirilən parlamentlər
çərçivəsində əməkdaşlıq təşkil edir. Komitə iclaslarında “Qafqaz ölkələrinin Avropa Birliyi üzvlüyünə
doğru: Avropa parlamentindən yeni çağırış” adlı sənədin müzakirəsi münasibətlərdə irəliləyişin təzahürü
idi.
Əməkdaşlıq şurasının ilk iclası 10 oktyabr 1999-cu ildə keçirilib. Çoxsaylı görüş – iclaslarda
aşağıdakı məsələlər müzakirə olunub: regional münaqişələrin həlli yolları, regional əməkdaşlıq məsələləri
və TASİS, TRASEKA, İNOGEYT kimi beynəlxalq proqramların rolu, Azərbaycanda keçirilən islahatlar,
Avropanın iqtisadi və siyasi strukturlarına inteqrasiya, təhlükəsizlik məsələləri, məhkəmə sisteminin
unifikasiyası, mətbuat azadlığı.
Aİ-nin Dağlıq Qarabağ münaqişəsinə münasibəti son illərdə dəyişməkdədir. Aİ-nin 1992, 1993-cü
illərdə qəbul etdiyi “Dağlıq Qarabağa dair bəyanat”larında münaqişəni yaradan işğalçı dövlətlə, işğala
məruz qalan dövlət konkret olaraq göstərilmirdi. Lakin 2002-ci ilin avqustunda Dağlıq Qarabağdan
oyuncaq qurumda keçirilən prezident seçkilərilə bağlı “Prezident seçkilərinə dair Aİ adından sədrliyin
Bəyənnaməsi”ndə, “Dağlıq Qarabağın müstəqilliyini tanımadığı”, “Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiyi”, Ermənistanın münaqişə tərəfi olması açıq və konkret ifadə edilib. 2010-cu ili mayın 20-də
Avropa Parlamenti “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb” adlı qətnamə qəbul
edib. Bu qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlan-ması
məsələlərinə xüsusi yer verilib. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi
bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və
onların doğma yurdlarına qayıtması imkanının təmin edilməsinin zəruriliyi vurğulanıb.
Qarşılıqlı münasibətlərin inkişafında digər mühüm addım 2000-ci ilin aprelin 3-də “Aİ yanında
Azərbaycan Respublikası nümayəndəliyinin fəaliyyətinin təşkilati təminatı haqqında” adlı prezident
sərəncamı əsasında Azərbaycanın Aİ-də daimi nümayəndəliyinin təsis edilməsi və 2003-cü ilin iyulunda
Aİ-nin Cənubi Qafqazda öz xüsusi nümayəndəsini təyin etməsi oldu. 4 fevral 2008-ci ildən etibarən isə
Avropa Komissiyasının Azərbaycan Respublikasında nümayəndəliyi fəaliyyət göstərir.
2004-cü ildən başlayaraq Aİ-Azərbaycan əlaqələrində yeni bir mərhələ başla-dı. Azərbaycan
Avropa İttifaqı ilə “Yeni Qonşuluq Siyasəti” proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi
və inzibati islahatlarını həyata keçirmək imkanı qazanır, bu məqsədlə İttifaqın texniki-maliyyə dəstəyini
alır. Azərbaycan həmçinin, yeni proqram çərçivəsində Aİ-dən onun daxili bazarlarına çıxış kvotası, işçi,
əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyəsi imkanı əldə etdi.
Prezident İlham Əliyev ölkənin “Yeni Qonşuluq Siyasəti” proqramına daxil olma-sı nəticəsində
Avropaya inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçidini nəzərə alaraq, Azərbaycan Respublikasının
AB-nə inteqrasiyası üzrə dövlət komissiyası yaradılması haqda 1 iyun 2005-ci ildə sərəncam verdi.
Sərəncamda Aİ ilə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquq, təhlükəsizlik, insan hüquqları və
demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupların yaradılması
nəzərdə tutulurdu. 2006-cı ilin noyabrında Avropa qonşuluq siyasəti çərçivəsində “Azərbaycan-Aİ
fəaliyyət planı” qəbul edilib. Fəaliyyət planının həyata keçirilməsi üçün Aİ 92 mln. avro vəsait ayırıb.
Proqram çərçivəsində Brüsselə dəvət olunan (may 2004) ilk Cənubi Qafqaz ölkəsinin lideri İlham Əliyev
idi. Bütün bu faktlar Aİ-nin Azərbaycana böyük önəm verdiyinin göstəricilərindəndir. Səfər çərçivəsində
prezident İlham Əliyev bildirmişdir ki, “Avropa İttifaqına inteqrasiya bizim strateji məqsədimizdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin noyabr ayında Brüsselə
reallaşan səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində sıx əməkdaşlığa dair
memorandum imzalanıb. Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə “Yeni Qonşuluq Siyasəti” proqramı
təşkilatın regiona ciddi maraq göstərdiyini bir daha təsdiqləyir.
Avropa İttifaqı tərəfindən yeni “Şərq Tərəfdaşlığı” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüsə əsasən,
Avropa İttifaqı 2013-cü ilə kimi 6 ölkəyə (Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və
Ermənistan) 600 milyon avro məbləğində yardım göstərməyi planlaşdırır.
“Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində 3 əsas məqsəd vardır:
1) Hərtərəfli İnstitusional Quruculuq proqramları;
2) Tərəfdaş ölkələr arasındakı iqtisadi qeyri bərabərliyin və ölkələr daxilində sosial qeyribərabərliyin
aradan qaldırılması üçün Pilot Regional İnkişaf Proqramları;
3) Şərq Tərəfdaşlığı Çoxtərəfli Ölçüsünün yerinə yetirilməsi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu illərdə Belçika Krallığına işgüzar səfəri, Avropa
İttifaqının rəhbərləri ilə görüşləri, 2010-cu ilinin yanvarında Avropa Komissiyasının sədri Xose Manuel
Barrozunun Bakıya səfəri, 2011-ci il yanvarın 13-də Prezident İlham Əliyevin və Avropa Komissiyasının
sədri Xose Manuel Barrozunun Brüsseldə “Cənubi qaz dəhlizi haqqında Birgə Bəyannamə”ni
imzalamaları bir daha təsdiq etdi ki, Azərbaycanla Avropa İttifaqının əlaqələri Avropa Qonşuluq Siyasəti
çərçivəsində uğurla inkişaf edir və bu əməkdaşlıq “Şərq Tərəfdaşlığı” təşəbbüsünün reallaşması ilə yeni
mərhələyə daxil olmuşdur.
2011-ci il sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.
Sammitdə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edilmişdir. Varşava
sammitində Avropa İttifaqı təmsilçiləri bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün yeganə format ATƏT-in Minsk Qrupudur. Lakin Avropa İttifaqı da də bu münaqişənin həlli üçün öz
köməyini göstərməyə hazırdır. Sammit çərçivəsində Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə
Ali komissarı Ketrin Eşton Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşüb. Sammitin
yekun bəyannaməsinə Cənubi Qafqaz regionundakı münaqişələrin dinc yolla nizamlanmasının
vacibliyinə dair müddəa daxil edilib.Azərbaycan – Avropa Şurası
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq
üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı. Bu dövrdən başlayaraq ABŞ və Qərbi
Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, qeyri-hökumət təşkilatları ilə intensiv
əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, totalitar rejimdən
demokratik inkişafa transformasiya siyasəti aparılır. Dövlət müstəqilliyinin ilk illərindən etibarən
Azərbaycanın Avropa inteqrasiya proseslərinə qoşulmağını şərtləndirən iki əsas amil mövcud idi:
– Respublikamızda qısa müddətdə yaradılmış siyasi sabitlik, demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəldilmiş sosial-iqtisadi
islahatlar, insan hüquqlarının qorunması sahəsində həyata keçirilmiş tədbirlər;
– Avropanın beynəlxalq təşkilatlarını daha fəal əməkdaşlığa cəlb edən Azərbaycanın
əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları.
24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq”
statusu almaq üçün Avropa Şurasına müraciət etsə d ə, ölkəmizin bu təşkilata üzv qəbul edilməsi
ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində
mümkün olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycanda 1993-cü ildən Azərbaycanda ölüm cəzasına
moratorium qoyulmuş, 1998-ci ildə isə ləğv edilmişdir. Ölüm cəzasının ləğvi və cəza siyasətinin
humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri
olmuşdur.
1996-cı il iyulun 13-də Avropa Şurasının Baş katibinə məktubla müraciət edən Azərbaycan
Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul
olunmasını xahiş etmişdir.
Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündəki nitqində
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəsinin bu təşkilata üzv olmaq niyyətinin
ciddiliyini belə əsaslandırmışdır: “Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının
köməyinə böyük ümid bəsləyirik. Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü
olacaqdır. Biz müasir Avropa demokratiyası-nın yüksək standartlarına cavab vermək üçün öz
tərəfimizdən hər şeyi edəcəyik.”
Prezident Heydər Əliyevin sonrakı addımları da Azərbaycanın bu məsələdə qətiyyətli olduğunu
göstərirdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı il iyulun 8-də “Avropa
Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri
haqqında”, 1998-ci il yanvarın 20-də ” Avropa Ş urası və Azərbaycan Respublikası arasında
əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan
Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının
Avropada mənafelərinin müdafiə edilməsi tədbirləri haqqında” imzaladığı sərəncamlar həqiqətən də
ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərini artırdığının göstəricisi idi.
Bu sərəncamlarda Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normala-ra uyğunluq
baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual
məcəllələrin və digər qanunların hazırlanmasının sürətlənməsi, respublikamızın Avropa Şurasının bir sıra
konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edilmişdir. Həmin tövsiyələrə uyğun
olaraq çox qısa zamanda bu məcəllələr və hüquq-mühafizə orqanları ilə bağlı qanunların demək olar ki,
hamısı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir.
2000-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasın-da Nazirlər
Komitəsinə Azərbaycan Respublikasını Avropa Şurasının tamhüquqlu üzvü seçmək tövsiyə edilmişdir.
Nəhayət, 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və
bununla da Azərbaycan diplomatiyası Avropaya inteqrasiya proseslərinə qoşul-maq uğrunda mübarizədə
böyük qələbə əldə etmişdir. Bu hadisə Azərbaycanın Avropanın üzvi hissəsinə çevrildiyini işdə sübut
etmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament
Assambleyasında özünün tarixi çıxışını etdi. Həmin nitqində Heydər Əliyev bu qurumla ölkəmiz
arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən
məsələlər AŞPA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xarici siyasətinin
tərkib hissəsini təşkil edən bir proqram idi.
Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratik transformasiya öhdəliklərini
yerinə yetirməklə yanaşı, həm də Avropa Şurasının üzvü kimi təşkilatın verdiyi imkanlardan bəhrələnmək
sahəsində özünün milli proqramını da hazırlamışdır. Bu proqramın əsas məqsədləri:
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Ermənistanın işğalçı siyasətini ifşa
etmək, azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və torpaqlarımızın 20 faizinin işğal
edildiyi faktını tanıtdırmaq, hüquqları pozulmuş köçkünlərimizin ağrılı-acılı həyatını anlatmaq, ölkəni cəlb
olunduğu regional münaqişədən onun ərazi bütövlüyünü saxlamaq şərti ilə dinc yolla xilas etmək;
Demokratik, hüquqi dövlət quruculuğu işini davam etdirmək, qazanılmış müstəqilliyin təsdiqi,
möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Avropa dəyərlərini mənimsəyərək bu birliyə
inteqrasiya etmək;
Demokratik və hüquqi dövlət quruculuğu işində islahatları davam etdirmək üçün konkret öhdəliklərin
yerinə yetirilməsini, vətəndaş cəmiyyətinin inkişafını və insan hüquqlarının müdafiəsini təmin etmək;
Avropa dövlətləri ilə diplomatik münasibətlərin yüksək səviyyədə qurulmasına imkan qazanmaq və
ölkənin xarici siyasətinin dinc yanaşı yaşamaq, sülhü və təhlükəsizliyi qorumaq və s. beynəlxalq hüquq
prinsiplərinə əsaslandığını nümayiş etdirərək bu dövlətlərə çatdırmaq;
Öz məqsəd və məramları haqqında məlumat vermək üçün Avropa Şurasının ali prinsipindən
istifadə etmək.
Göründüyü kimi, Azərbaycanın Avropa Şurasına üzvlüklə bağlı perspektiv məqsədləri inkişaf etmiş
dövlətlərin bu təşkilat çərçivəsindəki fəaliyyətlərinin əsas məqsədləri ilə üst-üstə düşürdü.
Beləliklə, Azərbaycan öz arzu və istəklərini, tələblərini Avropanın bu mötəbər tribunasından dünya
dövlətlərinə çatdıra bilmək imkanı qazanmışdır. Bu mühüm və əlamətdar hadisə ilə bağlı Strasburqa
gedən nümayəndə heyətinə rəhbərlik edən cənab İlham Əliyevin 2001-2003-cü illərdə orada apardığı
səmərəli iş xüsusilə qeyd edilməlidir.
AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin
təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Məhz
cənab İlham Əliyevin rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən deputatlar AŞPA-nın müxtəlif
dövlətlərdən olan üzvləri ilə yaxın münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın
20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və
məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər.
2001-ci ilin aprelində AŞPA-nın yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində
narkoticarətin genişlənməsi, terrorizmin inkişafına dair avropalı deputatlara lazımi bilgilər çatdırıldı.
Bununla bağlı sessiyada daha çox diqqət cəlb edən məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri
cənab İlham Əliyevin çıxışı oldu. Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin
Azərbaycanın işğal edilmiş ərazilərində olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirirdi:
“Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir
milyon azərbaycanlı, qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət
abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri
ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil
cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır. “Dağlıq Qarabağ respublikası” deyilən
ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan
işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər”.
Məhz belə qətiyyətli mövqedən sonra AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha
ciddi dönüş yarandı. Sessiyada britaniyalı deputat Terri Devis AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi
təyin edildi. Ermənistan AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisinin təyin olunmasına
qarşı çıxsa da, Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi ermənilərin etirazına hər hansı
əhəmiyyət verilməməsilə nəticələndi.
2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 saylı qətnamə isə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində atılan mühüm addımlardandır. Qətnamədə qeyd olunur:
“Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə
baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir.
Yüz minlərlə insan hələ də köç-kündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli
hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq
Qarabağ bölgəsinə nəzarət edirlər.”
Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər müstəqil
Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyllərini daha bariz şəkildə
büruzə verir.
Qanunvericilik sahəsində əsaslı islahatlar aparılır. Azərbaycanın Konstitusiyası beynəlxalq hüququn
üstünlüyünə təminat verir.
Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə ha-zırlanır.
Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığı-na, barəsində qaldırılmış
işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq
müdafiəsinə təminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan
azadlığı, azlıqların hüququ, qanun qarşı-sında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir.
Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, ölüm hökmü ləğv edilmiş, senzura aradan
götürülmüş, məhkəmənin müstəqilliyi təmin olunmuşdur. Üçpilləli məhkəmə sistemi yaradılmış, şəffaf
prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu 60 faiz
yeniləşdirilmişdir. İnsan hüquqlarının qorunmasına və müvafiq mexanizmlərin təkmilləşdirilməsinə dair
dövlət proqramı həyata keçirilir.
Rəsmi Bakı bu təşkilat qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra etmiş, ölkədə İnsan
haqları üzrə müvəkkil – Ombudsman institutu fəaliyyətə başlamış, Azərbaycan Prezidenti mütəmadi
olaraq əfv fərmanları imzalayır, yeni elektron kütləvi informasiya vasitəsi – İctimai Televiziya fəaliyyətə
başlamışdır. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və
tövsiyələrini nəzərə almış, AŞPA həmməruzəçilərinin müntəzəm monitorinq aparmasına şərait
yaratmışdır.
Azərbaycan-Avropa Şurası əməkdaşlığı son illər daha intensiv xarakter almışdır. Azərbaycan
nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərə qatılaraq müzakirə edilən
məsələlərlə bağlı ölkəmizin mövqeyini çatdırırlar. Eləcə də qurumun təmsilçiləri ölkəmizdə səfərdə olaraq
rəsmi görüşlər keçirir, əməkdaşlığın perspektiv imkanları barədə fikir mübadiləsi aparırlar. Azərbaycanda
gedən proseslər Avropa Şurası tərəfindən diqqətlə izlənilir və adekvat münasibət bildirilir.
Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclaslarında Azərbaycanda
keçirilən prezident seçkilərinin müzakirəsi bunları bir daha təsdiq edir. AŞPA-nın seçkini müşahidə
missiyasının rəhbərinin məruzəsi ətrafında çıxış edən ölkələrin nümayəndələri Azərbaycanda keçirilən
prezident seçkilərinin demokratik prinsiplərə və Avropa Şurasının standartlarına cavab verdiyini birmənalı
şəkildə ifadə etmişlər. Bu il Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı da təşkilatın müşahidə
missiyasının qərarı müsbət olmuşdur.
Bakıda Avropa Şurasının bir çox tədbirləri keçirilir. Üzv dövlətlərin mədəniyyət nazirlərinin
“Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır”
mövzusunda konfransı da böyük əhəmiyyət kəsb edir. Belə bir mötəbər tədbirin Azərbaycan paytaxtında
keçirilməsi təsadüfi deyil.
Tədbirdə müxtəlif qitələrin və dinlərin nümayəndələri təmsil olunaraq mədəni əməkdaşlıq
münasibətlərinin formalaşmasında konkret addım atdılar. Avropa Şurası və Azərbaycan hökumətinin
birgə təşkilatçılığı ilə keçirilən konfransda Avropa və onun qonşu regionlarında davamlı inkişafın və
sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin perspektiv imkanları da müzakirə edilmişdir.
2010-cu il mayın 25-də Bakıda keçirilmiş Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik
məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması”
mövzusunda VII konfransı da bu baxımdan əlamətdardır. Konfransda iştirak və çıxış edən Azərbaycanın
birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın əsaslandırdığı kimi: “Mən bu konfransı Bakıda keçirmək qərarını qəbul etdiyinə görə Avropa
Şurasına minnətdarlığımı bildirirəm və inanıram ki, Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi
və konkret strategiyası bu tədbirin məhz Bakıda keçirilməsinin əsas səbəblərindəndir.”
Xüsusi olaraq qeyd etməliyik ki, AŞPA-dakı nümayəndə heyətimizin rəhbərləri – İlham Əliyevin və
Səməd Seyidovun AŞPA-nın vitse-prezidentləri seçilməsi də təşkilatın Azərbaycana münasibətinin
göstəricisi sayıla bilər.
Beləliklə, müasir dövrdə Azərbaycan demokratik transformasiya sahəsində öz konkret, əməli
fəaliyyəti ilə, həmçinin görülmüş bu işlərin və aparılmış islahatların məntiqi nəticəsi kimi, Avropa
Şurasının üzvlüyünə layiq olduğunu sübuta yetirir.
Avropa Şurasının üzvü olan Azərbaycan Respublikasında ötən on il ərzində dünya təcrübəsinə
əsaslanan məqsədyönlü siyasət nəticəsində insan hüquq və azadlıqlarının qorunması istiqamətində
cəsarətli və radikal addımlar atılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin bu təşkilatla əmək-daşlığının
konkret nəticəsini çox sərrast ifadə etmişdir: “Konstruktiv əməkdaşlıq, məsləhətlər, tövsiyələr,
bölüşdüyünüz təcrübə – bunların hamısı Azərbaycan cəmiyyətinin gələcək demokratikləşməsinə,
Azərbaycanın Avropa ailəsinə tam üzv olmasına xidmət etmişdir.”
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsiAzərbaycan – ATƏT
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə 1992-ci ilin 30
yanvarında qəbul olunmuşdur. 1 yanvar 1995-ci ilədək ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Müşavirəsi) adlanan bu qurum Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.
1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə
uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının
ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.
Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan
Respublikasına mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə,
münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.
1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə
görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul
edildi.
Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə
Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.
Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.
5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin
nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını
müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin
təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan
ümumavropa təşkilatına – ATƏT-ə çevrilmişdir.
Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak
edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır.
Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur.
Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu təşkil
etmişdir.
Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan
münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli
Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.
Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə
1995-1997 – ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.
28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının
müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən
bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.
1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət
tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir.
Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan
qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.
Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı
dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.
1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa
başçılıq edirlər.
Hazırda Minsk Qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya,
Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya, Fransa dövlətləri daxildir.
1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun
Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə
Azərbaycan tərəfindən qəbul edilməmişdir.
18-19 noyabr 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in üzv ölkələrinin Dövlət və Hökumət
Başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa
Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.
Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında sıx
əməkdaşlıq münasibətləri əldə olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan
Respublikasının Hökuməti ilə fəal əməkdaşlıq aparmış və aparılan birgə əməkdaşlıq nəticəsində
demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi,
miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirir. DTİHB Azərbaycanda
keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir.
ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən
xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin Ofisi və ARin
XİN-in birgə təşəbbüsü əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş “Azərbaycanda
mətbuat azadlığı və məsuliyyətinin inkişafı” mövzusunda seminarın Ofislə Azərbaycan arasında
əməkdaşlığın dərinləşdirilməsi və jurnalistikada davranış məcəlləsi, həmçinin digər müvafiq məsələlərin
müzakirəsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.
ATƏT-in tamhüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının
Ofisi ilə əlaqələr yaratmışdır. Lakin Milli Azlıqlar üzrə Ali Komissarının mandatına (mandata uyğun olaraq,
Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının yaranması ehtimal olunan bölgələrlə geniş
fəaliyyət göstərir), eyni zamanda ölkəmizin milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi
nailiyyətlərə və həyata keçirdiyi tədbirlərə baxmayaraq, Ali Komissarının Ofisi ilə Azərbaycan arasında
əməkdaşlıq hələ arzu olunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir.
300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan
Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. ATƏT-in PA-da təmsil
olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər.
ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurası qərar
qəbul etmişdir. 18 iyul 2000-ci ildə ATƏT-in Bakıda Ofisi açılmışdır.
1999-cu ilin noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan
arasında əməkdaşlığa yeni təkan vermişdir.
Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclaslarında iştirak etmiş,
Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparmış və sözügedən iclaslarda münaqişə ilə
bağlı müvafiq bəyanatların verilməsinə nail olmuşdur.
ATƏT-in XİNŞ-in Buxarest (2001) və Portu (2002) iclaslarında ATƏT-in iştirakçı dövlətlərinin xarici
işlər nazirləri Ermənistan və Azərbaycanı münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanan erkən həllinə nail olmağa çağırmışdır.
Portuda keçirilən iclasda Azərbaycan nümayəndə heyəti münaqişə ilə bağlı qəbul olunan müvafiq
sənədə dair şərhedici bəyanat vermişdir. Həmin bəyanatda Azərbaycanın münaqişənin həlli ilə bağlı
beynəlxalq hüququn norma və prinsiplərinə əsaslan mövqeyi qeyd olunmuşdur.
Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini ATƏT-in XİNŞ-in Maastrixdə keçirilən
iclasında bir daha bəyan etmişdir.
2004-cü ilin dekabrında ATƏT-in XİNŞ-in Sofiyada keçirilən iclasında Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı 2004-cü ildə əldə olunan irəliləyişləri alqışlayan bəyanat qəbul olunmuşdur.
Bəyanatda münaqişənin həlli istiqamətində, xüsusi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında
ATƏT-in Minsk Qrupunun dəstəyi ilə keçirilmiş üç görüş və yaradılmış “Praqa Prosesi” çərçivəsində xarici
işlər nazirlərinin dörd görüşü alqışlanmışdır.
2005-ci ilin 30 yanvar-5 fevral tarixlərində Azərbaycanın işğal olunmuş ərazilərinə ATƏT Minsk
Qrupunun məskunlaşma üzrə faktaraşdırıcı missiyası səfər etmişdir.
2005-ci ilin 3 iyul tarixində ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ münaqişəsi
üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker münaqişə ilə bağlı hesabatını ATƏT PA-nın nümayəndə
heyətlərinin başçılarına təqdim etmişdir.
2005-ci ilin 5-6 dekabr tarixlərində Lyublyanada ATƏT-in Nazirlər Şurasının 13-cü iclası
keçirilmişdir. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
iştirakı ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər
Şurasının Lyublyana görüşündə ayrı sənəd kimi Ermənistan-Azərbaycan münaqişəsinə dair Nazirlər
Şurasının Bəyanatı qəbul edilmişdir.
2005-ci ilin 16-20 dekabr tarixlərində ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun 8 ildən
sonra ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə səfər etmişdir. Səfər zamanı 16 dekabr
tarixində Xarici İşlər Nazirliyində YSPQ-nin 1995-ci ildə tərtib etdiyi sülhməramlı əməliyyat planlarının
təqdimatı keçirilmişdir. Həmçinin, YSPQ Azərbaycanın münaqişə bölgəsinə yaxın rayonlarına səfər
edərək yerli infrastrukturun sülhməramlı əməliyyatların keçirilməsi üçün nə dərəcədə uyğun olmasını
araşdırmışdır.
2006-cı il yanvarın 21-27-də ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun Azərbaycanın işğal
olunmuş ərazilərinə səfəri baş tutmuşdur. YSPQ Azərbaycan hakimiyyətinin nəzarətində olmayan işğal
edilmiş ərazilərə səfər edərək, yerli infrastrukturun sülhməramlı əməliyyatların keçirilməsi üçün nə
dərəcədə uyğun olmasını araşdırmışdır.
2006-cı ildə iyun ayının 22-də ATƏT Daimi Şurasının plenar iclasında Azərbaycanın işğal altında
olan ərazilərində yanğınlar məsələsi səsləndirilmiş və müvafiq kosmik fotoşəkillər yayılmışdır.
Azərbaycan tərəfi müvafiq beynəlxalq təşkilatların, həmçinin Ermənistan və Azərbaycan
mütəxəssislərinin iştirakı ilə hərtərəfli ekoloji əməliyyatın keçirilməsi üçün ATƏT-ə müraciət etmişdir.
Azərbaycan yanğınlarla bağlı məsələni həmçinin BMT Baş Assambleyasında qaldırmış və nəticədə
A/RES/60/285 saylı 7 sentyabr, 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı
Qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən, Azərbaycanın yanğınlara məruz qalmış ərazilərində
ekoloji əməliyyatın keçirilməsi vacibliyi qeyd olunur, bunun ilk mərhələsi kimi beynəlxalq təşkilatların
iştirakı ilə ATƏT-in dəyərləndirmə missiyasını təşkil etmək hazırlığı alqışlanmış və ATƏT-in Fəaliyyətdə
olan Sədrinə 2007-ci il aprelin 30-na qədər BMT BA-ya məruzə təqdim etməsi tapşırılmışdır.
2006-cı ilin 3-13 oktyabr tarixlərində qətnaməyə müvafiq olaraq, ATƏT-in rəhbərliyi ilə beynəlxalq
təşkilatların və Ermənistan və Azərbaycanın mütəxəssislərindən ibarət ekoloji dəyərləndirmə missiyası
yanğınlara məruz qalmış ərazilərə səfər etmişdir. Noyabrın sonunda missiyanın məruzəsi yayılmışdır.
Məruzə yanğınların genişmiqyaslı olmasını və ərazilərə ciddi ziyanın dəyməsini təsdiq etmiş, eyni
zamanda ekoloji əməliyyatın həyata keçirilməsi üçün bir sıra tövsiyələr vermişdir.
2006-cı ilin 4-5 dekabr tarixlərində Brüsseldə ATƏT-in Nazirlər Şurasının 14-cü iclası keçirilmişdir.
Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun Həmsədrləri ilə ATƏT-in Nazirlər Şurasının
toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Brüssel görüşündə
Ermənistan-Azərbaycan münaqişəsinə dair Nazirlər Şurasının Bəyanatı qəbul edilmişdir.
2006-ci ilin dekabrın 10-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş
“konstitusiya referendumu” ilə bağlı AR XİN-in 2 dekabr tarixli bəyanatı ATƏT-də yayılmışdır. Bundan
əlavə, Nazirlər Şurasının 14 dekabr tarixli 642 saylı plenar iclasında məsələ ilə bağlı çıxış edilmişdir.
ATƏT Sədrliyi, Həmsədrlər, Avropa İttifaqı, GUAM, Avropa Şurasının Baş Katibi, İKT, həmçinin Türkiyə,
Ukrayna, Gürcüstan bu “referendum”u pisləyən bəyanatlar vermişlər.
2007-ci ilin 7-9 fevralda ATƏT PA-nın Prezidenti Qoran Lennmaker Bakıda səfərdə olmuşdur. Səfər
zamanı onu AR Prezidenti qəbul etmişdir. O, həmçinin AR xarici işlər naziri, Milli Məclisin sədri, ATƏT PA
Assambleyasının Azərbaycandan olan deputat-üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə
görüşlər keçirmişdir.
2007-ci ilin 4-5 iyun tarixlərində ATƏT-in Fəaliyyətdə olan Sədri İspaniyanın xarici işlər naziri Migel
Angel Moratinosun Bakıya səfər etmişdir. Səfər zamanı AR Prezidenti, xarici işlər naziri və digər yüksək
rəsmi şəxslərlə görüşlər keçirmişdir. Görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu
ilə həlli üzrə danışıqlar prosesi, Azərbaycanda demokratik inkişaf, qarşıdan gələn prezident seçkiləri kimi
məsələlər müzakirə edilmişdir.
2007-ci ilin 18-19 oktyabr tarixlərində ATƏT-in Cənubi Qafqaz ölkələrindəki səhra missiyalarının
rəhbərlərinin Bakıda keçirilmiş birgə işçi görüşündə iştirak etmək məqsədilə ATƏT-in Baş Katibi səfir
Mark Perin de Brişambo və ATƏT-in Münaqişələrin Qarşısının alınması Mərkəzinin direktoru, səfir
Herbert Salber Azərbaycana səfər etmişlər.
2007-cı ilin 29-30 noyabr tarixlərində Madriddə ATƏT-in Nazirlər Şurasının 15-ci iclası keçirilmişdir.
Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərilə ATƏT-in Nazirlər Şurasının
toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Madrid görüşündə Ermənistan-
Azərbaycan münaqişəsinə dair Bəyanat qəbul edilmişdir.
2008-ci ilin 28 fevral tarixində ATƏT-in Fəaliyyətdə olan Sədri, Finlandiyanın xarici işlər naziri İllka
Kanervanın başçılığı altında nümayəndə heyəti Bakıya səfər etmişdir. Səfər zamanı AR Prezidenti, xarici
işlər naziri və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirmişdir. Görüşlər zamanı Ermənistan-
Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesi, Azərbaycanda demokratik inkişaf,
15 oktyabr AR-də prezident seçkiləri kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. İ.Kanerva
həmçinin, Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə də görüşmüşdür. O, ATƏT-in Bakı Ofisinin
yeni binasının açılışında da iştirak etmişdir.
2008-ci il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə əlaqədar müzakirələr
aparmaq məqsədilə 29-30 iyul tarixlərində ATƏT-in Fəaliyyətdə olan Sədrinin Xüsusi Elçisi Heyki
Talvityenin Azərbaycana səfəri baş tutmuşdur.
2008-ci ilin 18-20 noyabr tarixlərində 2009-cu ildə Yunanıstanın ATƏT-ə sədrlik etməsi ilə əlaqədar
Yunanıstan xirici işlər nazirinin xüsusi nümayəndəsi, səfir Kalantzianosun rəhbərliyi altında Yunanıstan
nümayəndə heyəti Bakıya səfər etmişdir. Səfərin keçirilməsində əsas məqsəd Yunanıstanın sədrliyi
dövründə ATƏT-in iştirakçı ölkələri ilə daha sıx əlaqələr qurmaq və bu məqsədlə ikitərəfli münasibətləri
daha dərinləşdirməkdən ibarət olmuşdur.
2008-ci ilin 4-5 dekabr tarixlərində Helsinkidə ATƏT-in Nazirlər Şurasının 16-cı iclası keçirilmişdir.
Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrin xarici
işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində Ermənistanın xarici işlər
naziri ilə görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Helsinki görüşündə Ermənistan-Azərbaycan
münaqişəsinə dair Minsk Qrupunun Həmsədr ölkələrinin xarici işlər nazirlərinin Birgə Bəyannaməsi qəbul
edilmişdir.
2009-cu ilin 27-28 iyun tarixlərində Yunanıstanın Korfu adasında ATƏT-in iştirakçı dövlətlərin xarici
işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilmişdir. Avropa təhlükəsizliyinin gələcəyi mövzusuna həsr
olunmuş bu görüşdə Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak etmişdir.
2009-ci il 1-2 iyul tarixlərində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə əlaqədar
müzakirələr aparmaq məqsədilə ATƏT-in Fəaliyyətdə olan Sədri, Yunanıstanın Xarici işlər naziri Dora
Bakoyannis Azərbaycana səfər etmiş və bir sıra dövlət rəsmiləri, o cümlədən AR-in Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə görüşmüşdür.
2009-cu il 15-17 iyul tarixlərində ATƏT-in Baş Katibi Mark Perrin de Brişambo Azərbaycan səfər
etmiş və yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşmüşdür.
2009-cu ilin 1-2 dekabr tarixlərində Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası keçirilmişdir.
Azərbaycan Xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrin xarici
işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri
ilə görüşmüşdür. ATƏT-in Nazirlər Şurasının Afina görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair
Minsk Qrupunun Həmsədr ölkələrinin xarici işlər nazirləri birgə bəyanat vermişlər.
2010-cu ilin 15 fevral tarixində ATƏT-in Fəaliyyətdə olan Sədri, Qazaxıstan Respublikasının Dövlət
katibi və xarici işlər naziri Kanat Saudabayev Azərbaycana səfər etmiş, yüksək səviyyəli dövlət rəsmiləri,
siyasi partiyaların nümayəndələri və AR-ın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə
Heyətinin üzvləri ilə görüşmüşdür. Səfər zamanı ATƏT-in Fəaliyyətdə olan Sədrini Qazaxıstan və ATƏTin
rəsmiləri ilə yanaşı qurumun Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik
Arman Akişev də müşayiət etmişdir.
2010-cu ilin 16-17 iyul tarixlərində Almatıda ATƏT-in Nazirlər Şurasının qeyri-formal iclası
keçirilmişdir. Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr
ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Ermənistanın
xarici işlər naziri ilə görüşmüşdür. ATƏT-in Nazirlər Şurasının Almatıdakı qeyri-rəsmi görüşündə
Ermənistan-Azərbaycan münaqişəsinə dair Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin
başçıları birgə bəyanat vermişlər.
2010-cu ilin 1-2 dekabr tarixlərində Astanada ATƏT-in Sammiti keçirilmiş və sözügedən tədbirdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Sammit çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair
Azərbaycan və Ermənistan prezidentləri, eləcə də, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin
nümayəndə heyətləri başçılarının birgə bəyanatı qəbul edilmişdir. Bundan əlavə, Sammitin yekun
Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin beynəlxalq hüququn BMT Nizamnaməsi
və Helsinki Yekun Aktında təsbit edilmiş norma və prinsipləri əsasında həllinin vacibliyi qeyd edilmişdir.
2011-ci il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk
qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏTin
hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri
ətrafında fikir mübadiləsi aparılmışdır.
2011-ci il martın 5-də Rusiya Federasiyasının Soçi şəhərində Prezident İlham Əliyevin ATƏT-in
Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), habelə
təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşü olmuşdur.
Prezident İlham Əliyev 2011-ci il martın 15-də, aprelin 14-də və iyunun 6-da ATƏT-in Minsk
qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Bernar Fasyeni (Fransa), Robert Bradtkeni (ABŞ) və ATƏTin
fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. Görüşlərdə Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların vəziyyəti və
perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov
(Rusiya) həmçinin də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik 2011-ci il
sentyabrın 29-da Varşavada Azərbaycan Prezidenti İlham Əliyev, sonra isə Ermənistan Prezidenti Serj
Sarkisyan ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş gələcək
addımları müzakirə ediblər. Həmsədrlər Prezidentlər Medvedev, Obama və Sarkozinin Dovil bəyanatında
üzərinə götürdüyü, tərəflərə nizamlanmaya nail olmaqda yardım etmək öhdəliyini bir daha təsdiq ediblər.
Həmsədrlərin yaydığı bəyanatda deyilir ki, 2011-ci il mayın 26-da Dovildə (Fransa) ATƏT-in Minsk
qrupunun həmsədrləri olan Rusiya Federasiyası, ABŞ və Fransa prezidentləri qəbul etdikləri birgə
bəyanatda digər məqamlarla yanaşı, tərəfləri israrla öz əhalisini müharibəyə deyil, sülhə hazırlamağa
çağırıblar. Bəyanata əsasən, həmsədrlər dekabr ayı Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasının
iclasına qədər gələcək aylar üçün iş planını təqdim ediblər.
2011-ci il oktyabrın 7-11-də Xorvatiyanın Dubrovnik şəhərində keçirilən ATƏT Parlament
Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılmışdır.Azərbaycan – YUNESKO
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli
beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirmişdir.
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri
sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu və Azərbaycan 1992-ci il 3 iyul tarixindən bu
qurumun üzvüdür. Hazırda 193 dövlət YUNESKO-nun üzvüdür.
1993-cü ilin oktyabr ayında YUNESKO Baş Konfransının 27-ci sessiyasında ilk dəfə olaraq
Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə Azərbaycan Prezidenti
Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun
Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın
genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.
YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə
məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli
Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində
sərəncam imzalamışdır. Sərəncama əsasən Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya
yaradılmışdır. Sonra isə respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və
ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi
formalaşdırılmışdır. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini
müəyyən edir.
Azərbaycanın YUNESKO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda Xarici İşlər Nazirliyinin
nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında
Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.
Azərbaycan YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elmini, təhsilini və
mədəniyyətini inkişaf etdirmək məqsədilə YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara
qoşulmuşdur.
Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında mühüm mərhələ hesab oluna biləcək tədbirlərdən
biri 1996-cı ilin klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Məhəmməd Füzuli ilinin
elan olunması və dünyanın bir çox ölkələrində dahi şairin 500 illik yubileyi ilə bağlı tədbirlərin
keçirilməsidir.
Azərbaycan mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım Heydər Əliyevin 1997-ci il
aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərman
olmuşdur. Yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülmüş,
“Kitabi-Dədə Qorqud” ensiklopediyası nəşr edilmişdir. “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyi
ilə əlaqədar YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley
tədbirləri təşkil olunmuşdur. Bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə
toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa
çatmışdır.
Azərbaycan YUNESKO ilə əməkdaşlığının inkişafı üçün böyük əmək sərf edilmişdir. Bu əməkdaşlıq
yalnız ikitərəfli əlaqələr üzərində qurulmamış və ondan yalnız iki tərəf bəhrələnməmişdir. Azərbaycanın
qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətin
bir parçası olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər təşkilatla əlaqələrin inkişaf
etdirilməsinə böyük diqqətlə yanaşır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev YUNЕSKО ilə Аzərbаycаn Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf
səviyyəsini nəzərə alaraq, YUNЕSKО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsı ilə bağlı əlavə
tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən YUNЕSKО üzrə Аzərbаycаn
Respublikasının Milli Kоmissiyаsının yeni tərkibi müəyyənləşdirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə
Azərbaycan-YUNESKO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib. 1995-ci ildən etibarən
rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət
tədbirləri və konsertlər təşkil etməklə, xanım Mehriban Əliyeva ölkəsinin mədəni irsinin təbliğinin, onun
milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib.
Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva
Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. 2004-cü ilin sentyabrında
Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili
və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına
göstərdiyi sadiqliyə görə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri
adına layiq görülmüşdür. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və
fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına,
təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə xanım M. Əliyeva 2006-cı il
noyabrın 4-də İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür.
YUNЕSKО-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində
Azərbaycanla bağlı Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi (2001), Mirzə Kazımbəyin 200
illik yubileyi (2002), akademik Yusif Məmmədəliyеvin 100 illik yubileyi (2005), Lətif Kərimоvun 100 illik
yubiley (2006), “Leyli və Məcnun” Operasının ilk tamaşasının 100 illik yubileyi (2008), Mir Cəlal
Paşayevin 100 illik yubileyi (2008), Səttar Bəhlulzadənin 100 illik yubileyi (2009), akademik Musa Əliyevin
100 illik yubileyi (2009) ilə əlaqədar qərar qəbul edilmişdir.
2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin
şah əsəri elan olunmuşdur.
2005-ci il 24 avqust tarixində Bakı şəhərində “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü”
mövzusunda beynəlxalq kоnfrаns keçirilmişdir. Kоnfrаnsın sоnundа YUNЕSKО ilə Аzərbаycаn аrаsındа
təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır.
2006-cı il 5-11 mart tarixlərində Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun
Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə iki Norveç
ekspertinin Azərbaycana səfəri təşkil edilmişdir. Səfərin nəticəsində ekspertlər tərəfindən YUNESKO-nun
tələblərinə uyğun olan Tədbirlər Planını hazırlanmışdır. 2006-cı il 19 may tarixində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən Azərbaycan Respublikası hökuməti ilə
YUNESKO arasında “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının
qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi layihəsi üzrə Saziş” imzalanmışdır.
2006-cı il 19 oktyabr tarixində YUNESKO-nun Baş Qərargahında YUNESKO-nun 60 illik yubileyinə
həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və
mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilmişdir.
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci
sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs
Siyahısına daxil edilmişdir.
2007-ci il 18 iyun tarixində Heydər Əliyev Fondunda YUNESKO, Azərbaycan Hökuməti və Heydər
Əliyev Fondu arasında “Azərbaycanda peşə təhsilinin inkişafı” layihəsinin icra planına dair Saziş
imzalanmışdır.
2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev
Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə
keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin
birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər. Forumun
yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur.
19 iyun 2009-cu ildə Nazirlər Kabinetinin yanında İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin dəstəyi ilə İçəri Şəhərin Konservasiyasına dair “Master Plan”na həsr edilmiş təqdimat mərasimi
keçirilmişdir. “Master Plan” İçəri Şəhərin təhlükədə olan Ümümdünya İrsi Siyahısından çıxarılmasına dair
ən vacib sənədlərdəndir. 2009-cu ilin 22 iyun tarixində Sevilya şəhərində keçirilmiş YUNESKO-nun
Dünya İrs Komitəsinin 33-cü sessiyası zamanı qəbul olunmuş qərara əsasən, İçəri Şəhər Qoruğu
YUNESKO-nun təhlükədə olan Ümümdünya İrsi Siyahısından çıxarılmışdır.
17 noyabr 2009-cu ildə “YUNESKO-da Azərbaycan Günü” çərçivəsində YUNESKO-nun mənzil
qərargahında Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və Azərbaycan
Respublikasının digər hökumət orqanları tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir.
2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində
keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitənin 4-cü sessiyasının
qərarına əsasən, Azərbaycan Aşıq Sənəti və Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irsin
reprezentativ siyahısına daxil edilmişdir. 3 dekabr 2009-cu ildə YUNESKO üzrə Azərbaycan Respublikası
Milli Komissiyasının nümayəndələri, hökumət rəsmiləri, AMEA, kütləvi informasiya vasitələrinin iştirakı ilə
Bakıda, Muzey Mərkəzində Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil
edilmiş Aşıq sənəti və Novruz Bayramının namizədlik fayllarının və aşıq sənətinə həsr olunmuş kitabça
və kompakt disklərin təqdimatı keçirilmişdir.
22-24 iyun 2010-cu ildə YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi Mədəni İrsin qorunması
üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının növbəti 3-cü sessiyası keçirilmişdir.
Sessiyanın sonuncu günündə Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökümətlərarası Komitəyə
keçirilən seçkilərdə Azərbaycan bu quruma üzv qəbul edilmişdir.
“Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalçaçılıq sənəti” nominasiyası YUNESKO-nun
Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezenativ siyahısına daxil edilmişdir.
YUNESKO hər bir xalqın mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu mühüm
vasitə ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün geniş imkanlar açılmışdır.
Azərbaycan – İKT
2011-ci ilin iyun ayınadək İslam Konfransı Təşkilatı (İKT) adlanan İslam Əməkdaşlıq Təşkilatı (İƏT)
1969-cu ildə müsəlman ölkələri dövlət və hökumət başçılarının Rabat şəhərində (Mərakeş) keçirilən
Konfransında yaradılmışdır. Onun nizamnaməsi 1972-ci ildə qəbul olunmuşdur. İslam Əməkdaşlıq
Təşkilatı regional təşkilat deyil. O, dünyanın müxtəlif yerlərində olan müsəlman ölkələrini birləşdirir.
Nizamnaməsinə uyğun olaraq İƏT-in üzvləri yalnız müsəlman ölkələri ola bilərlər. Lakin bu o demək
deyildir ki, İƏT dini təşkilatdır. İƏT – tipik beynəlxalq təşkilat olmaqla, onlara məxsus olan bütün səciyyəvi
xüsusiyyətləri özündə birləşdirir. O, mühüm beynəlxalq məsələlər üzrə müsəlman ölkələrinin mövqeyinin
yaxınlaşdırılması və onların siyasətlərinin əlaqələndirilməsi məsələlərini həll edir. Ümumi şəkildə İƏT-in
məqsədi islam ölkələri arasında sosial, mədəni, iqtisadi və elmi sahələrdə əməkdaşlığı və beynəlxalq
təşkilatlarda onların birgə hərəkətini təmin etməkdir. Hazırda İƏT-ə 60 müsəlman ölkəsi, o cümlədən
keçmiş SSRİ respublikalarından Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildirlər. Rusiya
Federasiyası İƏT-in işində müşahidəçi qismində iştirak edir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə
bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.
İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyada ən iri beynəlxalq təşkilatdır. Hazırda İƏT-ə
daxil olan üzv-ölkələrdə dünya əhalisinin beşdə biri, təxminən 1,5 mlrd adam yaşayır. Dünya neft
ehtiyatının 70%-i, qaz ehtiyatının isə 50%-ı İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir. İƏT-in iqamətgahı
müvəqqəti olaraq Ciddə şəhərində yerləşir.
İƏT-in Nizamnaməsində həm də təşkilata rəhbərliyin aşağıdakı prinsipləri sadalanır: üzv-dövlətlərin
tam barabər hüquqluğu; öz müqəddaratını təyin etmə hüququnun gözlənilməsi, üzv-ölkələrin daxili
işlərinə qarışmamaq; hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunması; üzvdövlətlər
arasında baş verə biləcək istənilən mübahisənin sülh vasitələri ilə (danışıqlar, vasitəçilik, barışıq
və arbitraj) tənzimlənməsi; Təşkilatın istənilən üzv-dövlətinin ərazi bütövlüyü və ya onun siyasi
müstəqilliyini təhlükəyə məruz qoya biləcək istənilən çağırışı qəbul etməmək.
1972-ci ildə qəbul olunmuş nizamnaməyə görə, İKT-nin ali orqanı üç ildə bir dəfə çağrılan dövlət və
hökumət başçılarının Konfransıdır. İKT-nin siyasi orqanı xarici işlər nazirləri Konfransı, icraçı orqanı isə
Baş katiblikdir. Konfransda dövlət və hökumət başçıları İslam dünyasının birinci dərəcəli əhəmiyyət kəsb
edən siyasi-iqtisadi, sosial və dini problemlərini müzakirə edir, üzv dövlətlərin bu istiqamətdə
fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirirlər. İKT-nin fəaliyyətində cari məsələlərin müzakirəsi üçün
ildə bir dəfə nazirlərin Konfransı çağırılır.
Üç daimi komitəsi vardır: iqtisadi və ticarət; sosial; mədəni. İKT-nin baş katibliyinə iki il müddətinə
seçilən Baş katib rəhbərlik edir. Islam Konfransı Təşkilatı Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq
edir.
Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin inkişafı
ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz
müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İKT-yə üzv olmaq barədə
müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir.
Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud
olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam Ümməti dövlətləri tərəfindən dəstəklənməsi və onun
vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq
1991-ci ildə İKT-nin nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək
imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdu. O zaman İKT BMT, Ermənistan,
Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdı. Rəsmi Yerevanın tutduğu
qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son
qoymuş və Təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və
birmənalı mövqeyi formalaşmışdır.
1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv
dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-
Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınsa da, o dövrdə Respublikamız üçün İKT-nin
imkanlarından lazımi fayda əldə etmək və Azərbaycanın bu Təşkilat çərçivəsində maraqlarını daha
səmərəli qorumaq və ifadə etmək mümkün olmamışdı.
1994-cü ilin may ayından etibarən Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə
səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə
Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam
İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri Azərbaycan
Respublikası-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun
müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq
və diqqətini artırdı. Heydər Əliyevin İKT Baş Katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər,
həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş 7-ci Zirvə
Konfransında iştirakı və İKT Baş Katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişilə Asiya ölkələri qrupu
adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər
tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə,
Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” siyasi qətnamə qəbul edilmiş, həmin ildən
etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan-
Azərbaycan münaqişəsi” mövzusunun mütəmadi salınmasına nail olunmuşdur. Həm İKT Baş Katibliyi,
həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha
iki – iqtisadi yardımın göstərilməsi, həmçinin Azərbaycanın İslam, mədəniyyət abidələrinin erməni
təcavüzkarları tərəfindən məhv edilməsi barədə müvafiq qətnamələr İKT gündəliyinə daxil edilərək
növbəti Zirvə görüşlərində bütün üzv dövlətlər tərəfindən yekdilliklə təsdiq edildi. Gərgin əməyin nəticəsi
kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana
qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə, 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər
Nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehrandakı keçirilmiş İKT dövlət və hökumət
başçılarının 8-ci Zirvə görüşündə qəbul edilməsi bu məsləyə dair Azərbaycanın haqlı mövqeyinin dünya
ictimaiyyətinə çatdırılmasında önəmli rol oynamışdır.
Siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal
olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair Baş
Katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun
bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ
Respublikası”nda keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKTnin
üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İKT dövlətlərinə
narazılığının bildirilməsi ilə müşayiət olunsa da, əks rezonans doğurmuş və qeyd olunan qərar və
qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox
vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilmişdir.
Bütün bunlara rəğmən, Azərbaycan da, öz növbəsində İKT çərçivəsində İslam ümmətinin başlıca
problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, xüsusilə də İKT-nin
yaranması və fəaliyyətinin əsas qayəsi olan ərəb-İsrail münaqişəsi və Fələstin probleminə münasibətdə
daim konstruktiv mövqelərdən çıxış etmiş, birmənalı və dəyişməz mövqeyini nümayiş etdirmişdir.
Son illər Azərbaycan Respublikası-İKT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Şübhəsiz, Təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici
siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya
ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə
məhdudlaşmağa yol verilməmiş, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına
üstünlük verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin
Məkkədə keçirilmiş 3-cü fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun
tarixlərində Bakıda İKT Xarici İşlər Nazirlərinin növbəti 33-cü Konfransının keçirilməsi, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il
10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi”
mövzusunda beynəlxalq forum, İKT Turizm nazirlərinin Bakı Konfransı, Dözümlülüyün və qarşılıqlı
anlaşmanın inkişafında KİV-in rolu, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi
yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Azərbaycan İKT-nin müxtəlif təşkilatları sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Həmin fəaliyyətin nəticəsidir ki, 26 noyabr 2006-cı ildə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman
əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun
xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun
tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda
keçirilən beynəlxalq forumda iştirak edən İKT Baş Katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə
görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKTnin
humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdardır ki, İslam
ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci
xanımıdır.
İKT-nin 2008-ci ilin 13-14 mart tarixlərində Seneqalda keçirilmiş 11-ci Zirvə Konfransı, həmçinin,
həmin ilin 18-20 iyun tarixlərində Uqandada keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 35-ci sessiyası bir
daha Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, hər iki tədbirin nəticələrinə həsr
olunmuş sənədlərdə üzv dövlətlər yenidən erməni təcavüzünü qətiyyətlə pisləmiş, işğal olunmuş
ərazilərin dərhal və qeyd-şərtsiz azad olmasını tələb etmişlər.
Diqqətəlayiqdir ki, 11-ci Zirvə Konfransında İKT-nin yeni Nizamnaməsi qəbul edilmişdir və bu
beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə
heyətinin məqsədyönlü işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi
bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə
müddəanın təsbit edilməsi ölkəmiz üçün gələcək xarici siyasət kursunun istiqamətləndirilməsində
müstəsna əhəmiyyət kəsb etməkdədir.
Təsadüfi deyildir ki, 2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci Sessiyasında
Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət”
adlı qətnamənin qəbul edilməsində İKT-yə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynamışdır.
İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı Baş katibliyi ilə birgə İslam Konfransı
Təşkilatının yaradılmasının 40 illik yubileyi münasibətilə 11-12 noyabr 2009-cu ildə Bakıda
“Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans keçirmişdir.
2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş İslam Konfransı Təşkilatı xarici
işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam
Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilmişdir.Azərbaycan – GUAM
GUAM keçmiş SSRI məkanında baş verən proseslərin qiymətləndirilməsi nəticəsində iqtisadi və
təhlükəsizlik məsələləri üzrə mövqeləri üst-üstə düşən 4 dövlətin (Gürcüstan, Ukrayna, Azərbaycan və
Moldova) birliyidir. Birliyin fəaliyyətinin əsasında şəffaflıq və aşkarlıq prinsiplərinə uyğun üzv ölkələrin
qarşılıqlı əməkdaşlığı durur.
10 oktyabr 1997-ci ildə Strasburq şəhərində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova
prezidentlərinin görüşündə GUAM adlı siyasi-məsləhətləşmə forumu yaradılmışdır. Strasburq
Bəyannaməsi GUAM ölkələri arasında siyasi və digər əməkdaşlıq səviyyəsini yüksəltmək, keçmiş SSRI
məkanında və beynəlxalq aləmdə baş verən əsas məsələlər və proseslər üzrə mövqelərini uzlaşdırmaq,
onların bir təşkilat çərçivəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə yaradılmışdır. 24 aprel 1999-
cu il tarixdə Vaşinqtonda üzv dövlətlərin dövlət başçılarının sammiti zamanı GUAM-a Özbəkistan
Respublikası da qoşuldu. Beləliklə, birlik genişləndirilərək 5 ölkəni əhatə etmiş və GUÖAM
adlandırılmışdır. Təşkilatın məqsədi sosial iqtisadi inkişafa, ticarət əlaqələrinin möhkəmləndirilməsi və
genişləndirilməsinə yardım etməklə, üzv ölkələrin təhlükəsizlik məsələləri də daxil olmaqla onların sıx
əməkdaşlığına nail olunmasıdır. Bu qurum həmçinin üzv ölkələrin nəqliyyat – kommunikasiya sisteminin
və onların ərazisində yerləşən müvafiq infrastrukturların GUAM-ın maraqlarına uyğun inkişafı və səmərəli
istifadə olunması ilə də məşğul olur. GUAM-ın digər vəzifəsi bütün fəaliyyət sahələrində regional
təhlükəsizliyin möhkəmləndirilməsi, elm, mədəniyyət və humanitar sahələrdə münasibətlərin inkişafı
məsələləridir. Təşkilat 2003-cü ilin dekabrından BMT-in Baş Məclisində müşahidəçi statusuna malikdir. 7
iyun 2001-ci ildə Ukraynanın Yalta şəhərində GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının növbəti
zirvə görüşü keçirilib. Görüşdə GÜAM-ın təşkilat kimi rəsmən qeydə alınması üçün BMT-yə müraciət
qəbul olunmuşdur. Sammitdə üzv ölkələrin prezidentləri Yalta xartiyasını imzalanmış və bu sənəddə
təşkilatın statusu, funksional sistemi, о cümlədən sədrlik məsələsi öz həllini tapmışdır.
GUÖAM-ın Yalta sammiti bu regional birliyin formalaşmasında yeni bir mərhələ olmuşdur. Sammit
zamanı GUÖAM çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsi və perspektivləri, xüsusi ilə üzv ölkələrin
ərazilərindən keçən, о cümlədən Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizinin (TRASEKA), nəqliyyat
kommunikasiyaları infrastrukturunun inkişafı, səmərəli fəaliyyəti və təhlükəsizliyinin təminatı ilə bağlı
məsələlər müzakirə olunmuşdur.
Sammitin nəticələri əsasında GUÖAM-ın Yalta Xartiyası, Konsulluq məsələləri üzrə qarşılıqlı
yardımın təqdim edilməsi haqqında GUÖAM ölkələrinin Konvensiyası imzalanıb. Dövlət başçıları
GUÖAM çərçivəsində azad ticarət zonasının yaradılması haqqında saziş layihəsi üzərində işin
bitirilməsinin vacibliyini qeyd ediblər.
GUÖAM-ın növbəti sammiti də Yaltada 20 iyul 2002-ci il tarixində keçirilib. Bu Yalta görüşü
«GUÖAM-ın üzvü olan dövlətlər arasında azad ticarət zonası yaradılması haqqında saziş» və
«Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlər ilə mübarizə sahəsində GUÖAM-a üzv
olan dövlətlərin hökumətləri arasında saziş»in imzalanması ilə nəticələnmişdir. Üzv ölkələr arasında
əməkdaşlığın daha da sürətləndirilməsi strategiyasını dəstəkləyən GUAM çərçivəsində hazırda
beynəlxalq maliyyə təşkilatları tərəfindən iki proqram maliyyələşdirilir. Bunlardan birincisi, TASIS
çərçivəsində regional fəaliyyət proqramına əsasən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA)
gələcək inkişafına yönələn bir sıra layihələrin həyata keçirilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki,
bütün GUAM ölkələri TRASEKA proqramının iştirakçılarıdır. İkincisi isə 23 dekabr 2002-ci il tarixli
GUÖAM-ABŞ bəyanatına müvafiq olaraq, ABŞ tərəfinin GUÖAM ölkələri üçün ticarət və daşımalarda,
sərhəd və gömrük nəzarətinin təmin edilməsində, terrorçuluq, mütəşəkkil cinayətkarlıq və narkotiklərin
yayılması ilə mübarizədə yardım üzrə proqram layihəsidir. Layihə üzv ölkələrin sərhəd infrastrukturlarının
təkmilləşdirilməsi, о cümlədən lazımi tikinti işlərinin aparılması, buraxılış məntəqələri üçün müvafiq
avadanlığın alınması, işçi heyəti üçün təlimlərin keçirilməsi və Dünya bankının konsessiya kreditlərinin
alınmasına dair təkliflərin hazırlanmasını nəzərdə tutur.
Layihənin həyata keçirilməsinin məqsəd və mexanizmləri 4 iyul 2004-cü il tarixində Yaltada
imzalanan ticarət və daşımalara yardım layihəsinin həyata keçirilməsinə dair Memorandumda əks
etdirilib.
2005-ci ilin may ayında Özbəkistan prezidenti İ.Kərimov GUÖAM-ın о dövrdəki sədri Moldova
prezidenti V.Voroninə məktub göndərərək təşkilatı tərk etmək niyyətində olduğunu bəyan edib. Bunun
səbəbini isə ölkənin coğrafi mövqeyinin belə bir əməkdaşlığa imkan verməməsi ilə izah edilmişdir.
GUAM-ın formalaşması və inkişafına xüsusi xidmətləri olan Azərbaycan Prezidenti Heydər Əliyev
təşkilat çərçivəsində olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton, 7 iyun 2001-ci
il və 20 iyul 2002-ci il tarixli Yalta Zirvə görüşlərində şəxsən iştirak edib.
22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş Zirvə Toplantısı təşkilata üzv olan dörd
dövlətin hər birinin demokratik cəmiyyət qurulması, Avropaya inteqrasiya, dayanıqlı iqtisadi inkişaf,
regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair yekdil fikirdə olduqlarını nümayiş etdirmişdir. Dövlət
başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətini qeyd edərək, bunun
reallaşdırılması üçün GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq tapşırıqlar vermişlər.
Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixin-də GUAM-ın Kiyev Zirvə Toplantısı
zamanı həyata keçmişdir. Belə ki, bu toplantıda 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya
və İqtisadi inkişaf naminə Təşkilat – GUAM təsis olunmuşdur. Kiyev Zirvə Toplantısında Prezidentlər
GUAM-ın Nizamnaməsini qəbul etmişlər. GUAM-ın Nizamnaməsinə görə demokratik dəyərlərin bərqərar
olunması, davamlı sosial – iqtisadi inkişafın təmini, beynəlxalq və regional təhlükəsizliyin qorunması,
Avropaya sıx inteqrasiya, üzv dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının
genişləndirilməsi Təşkilatın başlıca məqsədləridir.
Həmçinin, GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Toplantısınında qəbul olunmuş
«Demokratiya və Iqtisadi inkişaf naminə Təşkilat – GUAM-ın yaradılması haqqında Kiyev
Deklarasiyası»nda aşağıdakı məsələlərin vacibliyi qeyd olunmuşdur:
Demokratiyanın – möhkəmləndirilməsi, əsas insan hüquq və azadlıqlarının qorunması, dövlətlərdə
iqtisadi inkişafın və siyasi sabitliyin təmin olunması, təhlükəsizliyi qorunması;
GUAM dövlətlərinin davamlı sosial-iqtisadi inkişafı məqsədilə, dinamik iqtisadi artım və ətraf mühitin
mühafizəsi vasitəsi ilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi;
Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə təhdidlər törədən və regionun iqtisadi inkişafını
çətinləşdirən, Avropaya inteqrasiya prosesinə əngəllər törədən həll olunmamış münaqişələrin
nizamlanması məqsədilə fəal əməkdaşlıq;
Beynəlxalq terrorçuluq, ekstremizm və aqressiv separatizmin bütün növlərinə və onlarla bağlı olan
digər mənfi hallara qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi;
İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Azad Ticarət Zonası
haqqında Sazişin həyata keçirilməsi.
GUAM təşkilatına daxil olan dövlətlərin əməkdaşlığının real nəticəsi kimi Virtual mərkəz və
Dövlətlərarası İnformasiya – Təhlil Sistemi (VM\DİTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardım (TNY)
layihəsi həyata keçirilməkdədir. TNY ticarət və nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və
intensivləşdirilməsi, VM\DİTS məlumat mübadiləsi isə ticarət və nəqliyyatın inkişafına, onun effektiv və
təhlükəsiz fəaliyyət göstərməsinə yardım etmək məqsədilə həyata keçirilir. Hər iki layihə GUAM-ABŞ
Çərçivə Proqramının əsas elementləri hesab olunmaqla bir-birini tamamlayır və onların paralel şəkildə
həyata keçirilməsi nəzərdə tutulur. VM\DİTS layihəsi çərçivəsində hər bir GUAM dövlətində Milli
Informasiya-Təhlil Mərkəzi və İşçi qruplar yaradılmışdır.
Kiyev Zirvə Toplantısında qəbul olunmuş «Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM
dövlət başçılarının münaqişələrin nizamlanması üzrə Birgə Bəyannamə» sində aşağıdakı əsas məqamlar
öz əksini tapmışdır:
GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həlli yalnız dövlətlərinə suveren hüququnun
qorunması, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmamazlığı əsasında
həyata keçirilə bilər və bu GUAM çərçivəsində əməkdaşlığın üstün istiqamətlərindən hesab edilir;
Dövlətlərin ərazisi hərbi işğal obyekti ola bilməz;
Separatçılıq və dezinteqrasiya perspektivsizdir. Güc tətbiqi, etnik təmizləmə və ərazi işğalı
universal ümumdünya və Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq
prinsiplərinə ziddir;
Nəzarət olunmayan ərazilərin məxsus olduqları dövlətlərə – reinteqrasiyası, məcburi köçkünlərin
daimi yaşayış yerlərinə qayıtmaları və müxtəlif etnik qrupların dövlətlərin beynəlxalq səviyyədə tanınmış
sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamaları, vətəndaş cəmiyyətinin inkişafı, bu ərazilərdə
dağıdılmış infrastrukturun bərpa edilməsi və həmçinin kommunikasiyaların bütün tərəflərin maraqları
naminə istifadə edilməsi yolu ilə GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həllində bu dövlətlərin
və beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi;
Köçkün düşmüş əhalinin öz yurdlarına geri qayıtması və etnik icmaların sülh şəraitində birgə
yaşamaları məqsədilə münaqişə zonalarının hərbisizləşdirilməsi və bu zonalarda BMT və ATƏT
çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi vasitəsilə təhlükəsizliyin təmin olunması;
GUAM Xarici İşlər Nazirləri Şurasının bu Bəyanatın müddəalarının həyata keçirilməsi məqsədilə
konkret tədbirlərin hazırlaması.
GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər
görməkdədirlər. Belə ki, onların BMT və digər beynəlxalq təşkilatlarda birgə mövqedən çıxış edərək
məqsədyönlü şəkildə fəaliyyət göstərmələri üçün razılaşma əldə olunmuşdur. Bu istiqamətdə aparılan
işlərin nəticəsi kimi «GUAM ərazisində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizlik və
inkişafa təsiri» adlanan təklifləri BMT-nin 61-ci sessiyasının gündəliyinə daxil edilmişdir. 5 dekabr 2007-ci
il tarixində bu bənd altında eyni adlı qətnamə layihəsi baxılması üçün BMT-nin Baş Assambleyasında
rəsmi sənəd kimi yayılmışdır.
GUAM-da Azərbaycanın Sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə Toplantısından başlayaraq 1 iyul
2008-ci il Batumi Zirvə Toplantısınadək davam etmişdir.
«GUAM: qitələri birləşdirərək» şüarı altında keçirilmiş Bakı Zirvə Toplantısı Təşkilatın inkişafının
uzunmüddətli prioritetlərini müəyyən etmiş, onun institusional quruluşunu möhkəmləndirmiş və tərəfdaş
ölkələrlə «GUAM» formatında əməkdaşlığın üstünlüklərini nümayiş etdirmişdir. Azərbaycanın
Respublikasının Sədrlik proqramında əksini tapmış bu strateji istiqamətlər Təşkilatın 2007-2008-ci illər
üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil etmişdir. Azərbaycanın Sədrliyi üzv dövlətlərin və Katibliyin
əlaqələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və Təşkilatın
keyfiyyətcə yeni inkişafı ilə yadda qalmışdır.
Bakı Zirvə Toplantısının əsas ideyasını təşkil edən regionda ümumi inteqrasiya və təhlükəsizlik
məkanının yaradılması ideyası Azərbaycanın başlıca vəzifəsi idi. Bu dövrdə Azərbaycanın qarşısına
qoyduğu başlıca strateji istiqamət GUAM-ın regional əhəmiyyətinin yüksəldilməsi və ona beynəlxalq
dəstəyin gücləndirilməsi, üzv dövlətlərin ümumi maraqlarının uyğunlaşdırılması və Təşkilat daxilində
əməkdaşlıq sisteminin inkişaf etdirilməsi olmuşdur.
Bakı Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası Təşkilat çərçivəsində sahələr üzrə əsas
əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın sahəvi Əməkdaşlığının İnkişaf Strategiyasını qəbul
etmişlər. Azərbaycanın bir illik Sədrliyi kifayət qədər səmərəli və fəal olmuşdur.
Azərbaycanın bir illik Sədrliyi kifayət qədər aktiv keçmişdir. Sədrliyimizin fəallığının bariz nümunəsi
kimi Bakı Zirvə Toplantısından sonra keçirilmiş 27 sentyabr 2007-ci il tarixli Nyu-Yorkda GUAM Xarici
İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10 oktyabr 2007-ci il
tarixli GUAM+ formatında Vilnüsdə GUAM-ın onilliyinə həsr olunmuş Zirvə Toplantısını, 30 oktyabr 2007-
ci il tarixli Vaşinqtonda GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli Madriddə GUAM XİNŞ-in növbəti iclasını,
4-5 dekabr 2008-ci il tarixli Tokioda GUAM-Yaponiya görüşünü, “GUAM ərazisində uzadılmış
münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsinin BMT Baş
Assambleyasında yayılmasını, GUAM-Aİ əlaqələrinin gücləndirilməsi üçün “GUAM-ın Aİ-də dostları
qrupu” formatında GUAM və Aİ dövlətlərinin xarici işlər nazirliklərinin ekspertləri səviyyəsində görüşü, 19
mart 2008-ci il tarixli GUAM-Avropa Şurası görüşünü, 15-16 aprel 2008-ci il tarixli GUAM dövlətlərinin
ərazisində münaqişələrin həllinin prinsipial əsasları, 29-30 aprel 2008-ci tarixli “GUAM-tranzit” və 29-30
may 2008-ci il tarixli Bakıda “GUAM-ın inkişaf strategiyası” beynəlxalq konfranslarını və digər tədbirləri
xatırlatmaq olardı.
Azərbaycanın Sədrliyi müddətində Təşkilatın fəaliyyətinə dair ətraflı məlumat Batumi Zirvə
Toplantısında GUAM Dövlət Başçıları Şurası tərəfindən təsdiq olunmuş Hesabatda öz əksini tapmışdır.
1 iyul 2008-ci il tarixində Gürcüstanın Batumi şəhərində GUAM-ın növbəti Zirvə Toplantısı
keçirilmişdir. “GUAM – Avropanın Şərqini inteqrasiya edərək” şuarı altında keçən Batumi Zirvə
Toplantısında Təşkilata üzv ölkələrinin dövlət başçıları “GUAM-ın nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə
dair” bəyanatla çıxış etmiş və GUAM-ın nəqliyyat dəhlizinin kompleksli konsepsiyasının hazırlanması
Təşkilata üzv ölkələrin hökumətlərinə tapşırılmışdır.
26 fevral 2009-cu il tarixində Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası baş tutmuş, eyni zamanda
Kiyevdə yerləşən GUAM Katibliyinin binasının rəsmi inauqurasiya mərasimi keçirilmişdir. Tədbirdə GUAM
üzv dövlətlərinin xarici işlər nazirləri, GUAM-ın tərəfdaş ölkələrindən nümayəndələr və Kiyevdə akkreditə
olunmuş diplomatik korpus iştirak etmişdir.
1 dekabr 2009-cu il tarixində Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində
GUAM XİNŞ-in 11-ci iclası keçirilmiş, iclas zamanı Təşkilatın illik fəaliyyəti müzakirə olunmuşdur. 1
yanvar 2010-cu il tarixindən etibarən bir il müddətinə GUAM da Sədrlik Ukraynaya keçmişdir.
2010-cu ildə GUAM-ın bir çox sahələri əhatə edən işçi və alt-işçi qruplarının iclasları, eyni zamanda
üzv dövlətlərdən olan ekspertlər səviyyəsində görüşlər mütəmadi olaraq keçirilmişdir. Belə görüşlər
zamanı üzv dövlətlər həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün görülə
biləcək tədbirlər barəsində müzakirələr aparmışlar.
2011-ci il sentyabrın 29-da Varşavada Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM
ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda GUAM ölkələri arasında
əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. İclasın yekunlarına dair
Əməkdaşlığın Perspektivləri və Avropaya İnteqrasiya haqqında Varşava bəyanatı qəbul edilmişdir.
Ölkəmizin GUAM-a üzv olan digər dövlətlərlə mütəşəkkil cinayətkarlıq, terrorizm və narkotiklərlə
mübarizə, sərhəd idarəçiliyi, nəqliyyat dəhlizinin inkişafı, turizm və digər sahələrdə reallaşdırdığı layihələr
regionda əməkdaşlığın daha da inkişaf etdirilməsinə şərait yaratmışdır.Azərbaycan – NATO
Ümumi məlumat
Hərbi-siyasi blok olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) BMT Nizamnaməsinin
prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə
edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə
yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. NATO 1949-cu il aprelin 4-də ABŞ,
Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqaliya, Norveç,
Danimarka və İslandiya arasında bağlanan müqavilə əsasında yaradılıb. 1952-ci ildə Türkiyə və
Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə isə İspaniya bu bloka qoşulub. 1997-ci ildə NATO keçmiş
sosialist düşərgəsinin üzvü olan Macarıstan, Çexiya və Polşanın da onun sıralarına daxil olması
haqqında qərar qəbul edib və bu qərar 1999-cu ildə həyata keçirilib. Bir neçə il sonra isə – 2004-cü ildə
Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya və keçmiş sovet respublikaları – Litva, Latviya və Estoniya
da bloka qoşulub. Bununla da alyans üzvlərinin sayı 26-ya çatıb.
NATO-nun ali rəhbər orqanları NATO Şurasının Sessiyası, Hərbi Planlaşdırma Komitəsi və Hərbi
Komitədən ibarətdir. Təşkilatın mühüm orqanlarından biri Nüvə Müqaviləsi Komitəsidir. Blok çərçivəsində
Avropa ölkələri ilə münasibətləri əlaqələndirən “Avropa Qrupu” da fəaliyyət göstərir. NATO-nun əməli
orqanı baş katibin başçılıq etdiyi Beynəlxalq Katiblikdir. Hərbi-siyasi təşkilat olaraq əsas məqsədi
beynəlxalq aləmdə, o cümlədən Avropada sülhün, əmin-amanlığın təmin edilməsidir.
Azərbaycan-NATO əlaqələri
Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının
əsas tələblərindəndir.
Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika
Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə
heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak
edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb.
1993-cü ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun Avropa təhlükəsizliyi
problemləri üzrə keçirdiyi konfransda iştirak edib.
Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildə
qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri
zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq”
(SNT) sazişini imzalayıb.
Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb.
1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh
naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer
Solanaya təqdim edib.
Sonrakı illərdə də Azərbaycan Prezidenti NATO-nun Baş katibi Xavyer Solana ilə görüşüb. 1997-ci
ilin fevralında və 1998-ci ilin sentyabrında NATO Baş katibinin Bakıya, 1997-ci ilin iyulunda Azərbaycan
Prezidentinin ABŞ-a səfəri dövründə Xavyer Solana və Heydər Əliyev görüşüblər. Bu görüşlərin əsas
müzakirə mövzusu Azərbaycan və NATO arasında əməkdaşlığı dərinləşdirmək məsələsi olub.
Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı
qurumuna da qoşulub. Şimali Atlantika Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu SNT
çərçivəsində məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini nəzərdə tutur.
Elə həmin il Azərbaycan NATO ilə əməkdaşlığında yeni mərhələ olaraq Planlaşdırma və Analiz
Prosesinə qoşulub. Bu proses müdafiə planlaşdırılmasını, yəni əldə olan resurslardan düzgün istifadə
olunmasını nəzərdə tutur. 1997-ci il noyabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə
ölkə prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılıb.
1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik
nümayəndəliyini açıb.
1999-cu il aprel aynın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun 50 illik yubileyinə
həsr olunmuş zirvə görüşündə iştirak edib. Bu mötəbər məclisdəki çıxışında Azərbaycan Prezidenti
NATO-nun dünyadakı rolunu belə xarakterizə edib: “Biz dünyada sülhün və sabitliyin təmin olunmasında
NATO-nun böyük rolunu yüksək qiymətləndirir, onu Umumavropa təhlükəsizliyinin olduqca mühüm
vasitəsi hesab edirik.”
1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı
əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib.
2001-ci ilin yanvarında NATO-nun növbəti Baş katibi Corc Robertson Bakıya səfər edib. Baş katiblə
görüşündə Azərbaycan Prezidenti ölkəsinin NATO ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı
olduğunu bir daha xatırladıb. Corc Robertson Azərbaycan hərbi bölməsinin Kosovodakı sülhməramlı
əməliyyatlarda iştirakına görə Heydər Əliyevə minnətdarlığını bildirib.
2002-ci ildə NATO Avro-atlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət
başçılarının Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edib. Zirvə görüşü iştirakçılarının
diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən prezident, onun həllinin bütün
dövlətlərin maraqlarına cavab verdiyini bildirib. Elə həmin il Azərbaycan NATO-nun rəhbərliyi altında
Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib.
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin
layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf
etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi
müxtəlif səviyyəli görüşlər də bunu sübut edir.
2004-cü ildə Azərbaycan Prezidenti Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planını (FTƏP) NATO rəhbərliyinə təqdim edib. Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq
prosesləri FTƏP-də öz əksini tapıb. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması,
müdafiə tədbirlərinin formalaşdırılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq
bütün silahlı qüvvələrin təşkilati strukturunun yaradılması əməkdaşlığın əsas sahələridir.
2004-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun İstanbul sammitində çıxış
edib. Prezident İlham Əliyevin NATO-nun İstanbul zirvə toplantısında iştirakı, sammit çərçivəsində
aparılan müzakirə və danışıqlar ölkəmizin Şimali Atlantika İttifaqı ilə tərəfdaşlıq münasibətlərində
keyfiyyətcə yeni mərhələnin başlandığını göstərib. Azərbaycan Prezidenti Avropaya və Avroatlantik
strukturlara inteqrasiya siyasətinin davam edəcəyini qeyd etməklə yanaşı, ölkəsinin üzləşdiyi aqressiv
separatizmlə mübarizədə Avroatlantika alyansından dəstək gözlədiyini də nəzərə çatdırıb.
“Kooperativ Best Effort-2004” səhra təlimlərinin, 23 iyun 2005-ci il tarixdə N ATO ilə “Fərdi
əməkdaşlıq üzrə əməliyyat planına uyğun “İnteqrasiya edilmiş sərhəd idarəçiliyinin islahatı: Avro-atlantik
Tərəfdaşlıq Şurası çərçivəsində birgə sərhəd təhlükəsizliyi standartlarının yaradılması” mövzusunda
seminarın Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığa necə böyük əhəmiyyət verilməsinin
sübutudur.
2006-cı ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Parisdə, NATO Parlament
Assambleyasının yaz sessiyasında iştirak edib. Sessiyadakı çıxışında prezident Azərbaycanın NATO ilə
əlaqələrinin əhəmiyyətindən danışıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə
iştirakçılara məlumat verib.
2006-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə, NATO-nun mənzilqərargahında
təşkilatın Baş katibi Yaap de Hoop Sxefferlə görüşüb.
2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb.
Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərini qısa olaraq belə xarakterizə etmək olar:
Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin
aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və
siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması
yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun
“Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam
gücü ilə istifadə edir. FTƏP bu baxımdan NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da
gücləndirilməsi yolunda mühüm bir vasitədir.
Azərbaycanın NATO ilə əməkdaşlıq istiqamətləri
Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı
çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə
qədər təlim və seminarda iştirak edirlər.
“Sülh Naminə Tərəfdaşlıq” (“PARTNERSNIP FOR PEACE”) proqramı Şimali Atlantika İttifaqının
1994-cü il yanvarın 10-11-də keçirilən Brüssel görüşündə irəli sürülmüş mühüm təşəbbüsüdür.
SNT proqramında müxtəlif dövlətlərin hərbi planlaşdırma prosesinin və müdafiə büdcələrinin
formalaşdırılmasının açıqlığına nail olunması əsas məqsədlərdəndir. Mütəmadi olaraq Azərbaycana səfər
edən NATO ekspertləri rəsmi Bakıya sözügedən istiqamətdə texniki yardım göstərəcəklərini bəyan
ediblər.
SNT proqramının ən vacib məqsədlərindən biri Silahlı Qüvvələr üzərində demokratik nəzarətin
tətbiq edilməsidir. Bir müddət öncə Bakıda səfərdə olmuş NATO baş katibinin Cənubi Qafqaz və Orta
Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycanda ordu üzərində demokratik nəzarət
mexanizminin yaradılmasının ən vacib addımlardan biri olacağını vurğulayaraq, bu çərçivədə
Azərbaycana istənilən yardımın göstəriləcəyini bəyan edib.
“Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əsas məqsədlərdən biri də beynəlxalq
əməliyyatların aparılmasını təmin etməkdir. Belə ki, BMT-nin himayəsi və ya ATƏT-in sanksiyası ilə
aparılan əməliyyatların keçirilməsinə kömək üçün vacib qüvvə, vasitə və hazırlıq səviyyəsinin
saxlanılması da SNT-nin məqsədlərinə daxildir.
SNT təlim və məşğələlərində mütəmadi iştirak nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altında
aparılan sülhməramlı əməliyyatlara qoşularaq Avro-atlantik təhlükəsizliyin təmin olunmasına fəal töhfə
verməyə qadir olmuşdur. Azərbaycan silahlı qüvvələrinin hərbi bölmələri (taqım şəklində) Türkiyə hərbi
kontingenti tərkibində Kosovo Qüvvələri və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım
Qüvvələrində NATO Silahlı Qüvvələri ilə birgə xidmət ediblər.
Eyni zamanda, sülhməramlı, xilasetmə və humanitar əməliyyatların, o cümlədən digər sahələrdə
əməliyyatların keçirilməsindən ötrü iştirakçı dövlətlərin müvafiq bilik və bacarıqlarının artırılması diqqətdə
saxlanılır. Bunun üçün birgə planlaşdırma, hazırlıq və təlimlərin keçirilməsi məqsədi ilə NATO ilə hərbi
əməkdaşlıq əlaqələrinin inkişafı, Şimali Atlantika İttifaqına üzv olan dövlətlərin qüvvələri ilə daha optimal
qarşılıqlı təsirdə olacaq uzunmüddətli qüvvələrin yaradılması da proqrama daxildir.
SNT proqramı qarşısında duran əsas məsələ Avropa miqyasında siyasi və hərbi əməkdaşlığın
genişləndirilməsi və fəallaşdırılması, sabitliyin artırılması, sülhə təhlükənin azaldılması, həmçinin praktiki
əməkdaşlıq və Şimali Atlantika İttifaqının demokratik prinsiplərinə tərəfdarlıq ruhunun yaradılması yolu ilə
münasibətlərin möhkəmləndirilməsidir.
SNT proqramında irəli sürülmüş bir sıra məqsədlərin praktik şəkildə həyata keçirilməsini nəzərdə
tutan bu prosesdə MDB ölkələrindən yalnız Ukrayna və Moldova iştirak edir. Hər il Azərbaycan Silahlı
Qüvvələrinin nümayəndələri SNT çərçivəsində keçirilən 500-ə yaxın təlim və seminarda iştirak edirlər.
Ekspertlərin fikrincə, SNT çərçivəsində keçirilən təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri
zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına
inteqrasiyası üçün zəmin yaradır.
Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində “Sülh Naminə
Tərəfdaşlıq” mərkəzi fəaliyyət göstərir. Zabitlərimiz burada keçirilən təlim və seminarlarda NATO
standartlarına uyğun hazırlaşdırılır.
2002-ci ildə NATO/Avro-Atlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində tərəfdaş ölkələrlə
əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilmişdir.
2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət etmişdir. FTƏP 2004-cü ilin
mayında Azərbaycan Respublikası Prezidenti zati-aliləri cənab İlham Əliyev NATO-ya rəsmi səfəri
zamanı Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inkişafı barəsində müfəssəl məlumatı
özündə birləşdirən FTƏP Təqdimat Sənədini Alyansa təqdim etmişdir.
Təqdimat Sənədi əsasında Azərbaycanın FTƏP sənədi hazırlanmış və 2005-ci ilin mayında qəbul
edilmişdir. FTƏP ən başlıca siyasi, müdafiə və təhlükəsizlik, o cümlədən təhlükəsizliklə bağlı olan iqtisadi,
elmi və ətraf mühit sahələrini əhatə edir. FTƏP-in icrası və yeniləşdirilməsi iki illik siklə əsaslanır və illik
qiymətləndirmə hesabatları “Şimali Atlantika Şurası + Azərbaycan” formatında keçirilən görüşlərdə
nəzərdən keçirilir.
2007-ci ilin avqust ayında FTƏP-in 2 illik sikli başa çatmışdır və 2008-ci ilin martında yeni sikl təsdiq
edilmişdir. 2005-ci ilin mayında Azərbaycanın ilk FTƏP sənədinin qəbul edilməsindən bəri təhlükəsizlik
sektorunun islahatı daxil olmaqla, onun uğurla həyata keçirilməsi üçün real addımlar atılmışdır.
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsiplərini müəyyən edən əsas milli
sənədlər sırasında 1996-cı ildə hazırladığı SNT Təqdimat Sənədi və 2004-cü ildə hazırladığı Fərdi
Tərəfdaşlıq üzrə Əməliyyat Planı Təqdimat Sənədi qeyd edilməlidir. Bu sənədlərdə Azərbaycan
Respublikası demokratikləşmə, müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO
standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, fövqəladə hallara hazırlıq,
terrorçuluğa qarşı mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini
ifadə etmişdir. Qeyd edilən sahələrdə praktiki əməkdaşlığa imkan verən Fərdi Tərəfdaşlıq Proqramı
(FTP), Planlaşdırma və Analiz Prosesi (PAP) və FTƏP mexanizmlərindən istifadə edilir. FTP əsasən
NATO strukturları, üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən, hazırlığın artırılmasına və ekspert
müzakirələrinə xidmət edən tədbirlərdə (hərbi təlim, kurs, konfrans və s.) iştiraka şərait yaradır.
Azərbaycan 1996-cı ildən başlayaraq, hər il FTP çərçivəsində orta hesabla 200-dən artıq tədbirdə iştirak
edir.
Digər mühüm mexanizm olan PAP tərəfdaşları sülhməramlı əməliyyatlarda iştiraka hazırlamağa
xidmət edir. Azərbaycan Respublikası bu prosesə 1997-ci ildə qoşulmuşdur. PAP ilə əlaqədar olan
tədbirlər əməliyyatlar üçün NATO-nun müdafiə planlaşdırma sisteminə Azərbaycanın daha da
yaxınlaşması məqsədini daşıyır. Azərbaycan hazırda əməliyyatlara hazırlıq və müdafiə islahatları üzrə
“tərəfdaşlıq məqsədi” adlanan bir çox konkret tədbir həyata keçirir. Azərbaycan tərəfdaşların əməliyyata
hazırlığını daha effektiv təşkil etməyə yardım məqsədi ilə 2002-ci ildə təsis edilmiş Əməliyyat İmkanları
Konsepsiyası adlanan spesifik mexanizmdə iştirak edir.
2002-ci ildə NATO/AATŞ-nin Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək
məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı qəbul edilmişdir. 2003-ci ilin mayında Azərbaycan
FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət etmiş, 2004-cü ilin mayında isə FTƏP Təqdimat Sənədini
Alyansa təqdim etməklə bu əməkdaşlıq mexanizminə qoşulmuşdur. FTƏP ikitərəfli tərəfdaşlığı
sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran istənilən məsələ ilə bağlı əməkdaşlıq tədbirini
razılaşdırmağa imkan verir.
Azərbaycan 2005-2007-ci illəri əhatə edən I dövrə və 2008-2010-cu illəri əhatə edən II dövrə
FTƏP-i başa çatdırmışdır. FTƏP-in 3-cü dövrəsi 2011-ci ildə başlamışdır.
Avro-Atlantik Tərəfdaşlığın İşçi Planı tədbirlərin təfsilatı, Beynəlxalq Qərargah və Hərbi
Komandanlıq tərəfindən irəli sürülmüş tədbirlərdən ibarətdir. Buraya müxtəlif təlimlər, kurslar, seminarlar,
işçi görüşləri və s. tədbirlər aiddir. Fərdi Tərəfdaşlıq Planı isə AATİP-in tədbirlər siyahısından seçilərək
hər bir tərəfdaş ilə birgə hazırlanmış iki illik Tərəfdaş Proqramıdır. SNT çərçivəsində fərdi fəaliyyət seçimi
hər bir dövlətin şəxsi istək və bacarıqlarına əsaslanır. Seçilmiş sahələr İttifaqa NATO və hər bir tərəfdaş
dövlət arasında birgə razılaşdırılan Fərdi Tərəfdaşlıq Proqramı üçün əsas mənbə rolunu oynayan
Təqdimat Sənədinə daxil edilir.
Planlaşdırma və Təhlil Prosesi NATO-nun Müdafiəni Planlaşdırma Prosesini əks etdirməyə
yönəlmiş könüllü mexanizmdir ki, burada Azərbaycan da daxil olmaqla 16 dövlət iştirak edir. Bu prosesə
Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılmasına dair hər ölkənin öz üzərinə götürdüyü
müxtəlif növ öhdəliklər daxildir.
Üzvlüyün Fəaliyyət Planı isə NATO-ya üzv olmaq istəyən ölkələr üçün üzvlüyə hazırlaşmağa
yardım proqramıdır. Bu plan beş hissədən-siyasi, iqtisadi məsələlər, hərbi məsələlər, təhlükəsizlik
məsələləri və hüquqi məsələlərdən ibarətdir.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı dövlətlərin islahat ehtiyaclarını qaldırmaq məqsədilə
yaradılan yeni ikitərəfli mexanizmdir. İttifaq müdafiə, siyasət və qurum islahatları sahəsində mühüm
islahatlar keçirmək istəyən tərəfdaş dövlətlərə öz məsləhət və yardımını təklif edir.
Avroatlantik tərəfdaşlıq bir çox tərəfdaş dövlətlərdə müdafiə islahatlarını dəstəkləmək və onlara
stimul verməklə həmçinin demokratik dəyişikliklərə yardım edir. O, müasir, effektiv və demokratik
cəhətdən etibarlı Silahlı Qüvvələr və digər müdafiə institutları yaratmağa kömək edir və tərəfdaş
dövlətlərə islahatların sosial və maddi nəticələrinə nəzarət etməyə yardım edir.
Ümumiyyətlə Azərbaycan SNT və Avroatlantik Şurası çərçivəsində bir çox digər sahələrdə də
əməkdaşlıq edir:
NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak. Azərbaycan
Respublikası Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT
Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə
əməliyyatlarında iştirak edir. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki
əməliyyatında (KFOR) iştirak etmiş, 2008-ci ildə bu bölgədə siyasi vəziyyətin dəyişməsindən sonra öz
qüvvələrini oradan çıxarmışdır. Azərbaycan 2003-cü ildən NATO-nun Əfqanıstandakı əməliyyatında
(ISAF) iştirak edir. Azərbaycan ISAF-da iştirakını davamlı genişləndirir. Hazırda Azərbaycanın 90 nəfərlik
birliyi ISAF əməliyyatının tərkibində xidmət edir. Bundan başqa, 2010-cu ilin oktyabr ayında Müdafiə
Nazirliyi tərəfindən Kabul regional komandanlığının tərkibinə 2 hərbi həkim və 2 mühəndis-istehkamçı
mütəxəssis göndərilmişdir. Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO
çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir və Əfqanıstan hökuməti ilə
müntəzəm təmaslar saxlayır.
Təhlükəsizlik sahəsində əməkdaşlıq. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak
edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik
məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun
təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə
terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli
qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir.
Müdafiə və təhlükəsizlik sektorunda islahatlar sahəsində əməkdaşlıq. Müdafiə və təhlükəsizlik
sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, onun Avroatlantik standartlara
çatmaq və avro-atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. Bu
sahədə NATO və onun fərdi müttəfiq ölkələri kifayət qədər təcrübəyə malikdirlər ki, bundan da
Azərbaycan yararlana bilər. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları
tətbiq olunmuşdur. Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması
ilə bağlı səylər davam etdirilir. 2007-ci ilin may ayında Milli Təhlükəsizlik Konsepsiyasının və 2010-cu ilin
iyun ayında Hərbi Doktrinanın qəbul olunması təhlükəsizlik və müdafiə siyasətinin konseptual əsaslarının
formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Hərbi Doktrinanın qəbul olunması Strateji Müdafiə
İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası kimi digər konseptual sənədlərin hazırlanması prosesini
sürətləndirmişdir.
Mülki Fövqəladə Planlaşdırma sahəsində əməkdaşlıq. NATO ilə əməkdaşlıq fəaliyyəti
çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə
olunması imkanlarını inkişaf etdirir. Azərbaycanın xüsusi axtarış – xilasetmə taqımı bir sıra təlimlərdə
iştirak etmişdir.
Elm və ətraf mühit sahəsində əməkdaşlıq. Sülh və Təhlükəsizlik üçün Elm (STE) proqramı
çərçivəsində Azərbaycan 30 əməkdaşlıq layihəsinin həyata keçirilməsi üçün qrant almışdır. Göstərilən
layihələrin sırasına sərhədyanı rayonlarda suyun keyfiyyətinin yaxşılaşdırılması və içməli su təchizatının
terror əməllərindən mühafizə olunması üzrə əməkdaşlıq daxildir. STE proqramı çərçivəsində həmçinin,
ətraf mühitin mühafizəsinə həsr edilmiş layihələr əhatə edilir. 2006-2008-ci illərdə NATO-nun maliyyəsi və
ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş,
yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsini nəzərdə tutan Melanj layihəsi həyata keçirilmişdir.
Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu (“NATO/SNT
Etimad Fondu”) ilə Ağstafa rayonunun Saloğlu adlanan ərazisində keçmiş sovet ordusundan qalma
partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə xidmət edir. 2005-ci ildən başlayaraq üç mərhələdə
həyata keçirilən bu layihənin 2011-ci ilin yayında başa çatması gözlənilir. Bundan əlavə, NATO-nun
yardımı ilə Xəzər dənizinin və digər su hövzələrinin ekoloji problemlərinin öyrənilməsi və elmi həlli
yollarının hazırlanması üzrə layihələr həyata keçirilir.
İctimai məlumatlandırma sahəsində əməkdaşlıq. Digər əsas əməkdaşlıq sahəsi NATO və
Azərbaycanla bu təşkilatın əməkdaşlığının faydası barədə məlumata çıxışın təmin olunması və ictimai
məlumatlandırma səviyyəsinin artırılmasından ibarətdir. 2003-cü ildən etibarən NATO Bakıdakı yay
məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənir və nəticədə
2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılıb.Azərbaycan-NATO əlaqələrində əsas hadisələr
1992-ci il. Azərbaycan yenicə yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub;
1994-cü il. Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulub;
1997-ci il. Azərbaycan SNT-nin Planlaşdırma və Analiz Prosesinə qoşulub;
1999-cu il. Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara
qoşulub;
2001-ci il. Azərbaycan öz ərazisində “Cooperative Determination 2001” adlı çoxmillətli SNT hərbi
təlim məşğələlərinin keçirilməsini təşkil edib;
2002-ci il. Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək
üçün hərbi bölmə göndərib;
Xüsusiləşdirilmiş Azərbaycan taqımı müttəfiq və tərəfdaş ölkələrlə birgə Rusiyada keçirilən mülki
müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələlərində iştirak edib;
2003-cü il. Azərbaycan “Virtual İpək Yolu”na qoşulub (Bu layihənin məqsədi peyk şəbəkəsi
vasitəsilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ali təhsil ocaqları və elm işçilərinin İnternetə çıxış
imkanlarının təkmillədirilməsindən ibarətdir);
2004-cü il. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-ya Azərbaycanın ilk Fərdi
Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) təqdim edib;
Azərbaycanın axtarış-xilasetmə taqımı Rumıniyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə
xilasetmə təlim məşğələsində iştirak edib;
2005-ci il. Azərbaycan NATO ilə ilk FTƏP proqramına başlayıb;
2006-cıil.Bakıda Avroatlantik Mərkəzinin(NATO-nun məlumat mərkəzinin) rəsmi təntənəli açılışı
olub.
1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR)
iştirak etmiş, 2008-ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan etməsindən sonra öz
qüvvələrini oradan çıxarmışdır.
20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22
nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunmuşdur. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda
xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış və 19 fevral 2009-cu il tarixində isə bu
rəqəm daha iki dəfə artırılmışdır. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət bir taboru
İSAF tərkibində xidmət edir.