İnzibati icraat haqqında

 

1. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu”nun məqsədi: (tam cavab)

a) inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən
b) mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qanunun aliliyinə nail olmaqdan ibarətdir.
c) Maraqlı şəxslər tərəfindən tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir
d) inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir

 

2. Qanun aşağıdakılarlardan hansılarla bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

1. İnzibati aktların qəbul edilməsi
2. İnzibati aktların ləğv edilməsi
3. İnzibati aktların dəyişdirilməsi
4. İnzibati aktların müddətinin müəyyən edilməsi
5. İnzibati aktların icra olunması
a) 1, 3, 5 b) 2, 3, 5 c) 1,2,4 d) 1, 2, 5

 

3. “İnzibati orqan” nədir?

a) inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
b) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş yalnız fiziki şəxs;
c) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş yalnız hüquqi şəxs;
d) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;

 

4. İnzibati akt nədir?
a) inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və yalnız ünvanlandığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
b) inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan yalnız qərar və sərəncam
c) inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
d) inzibati orqan tərəfindən konkret hüquq sahəsinə aid olan müəyyən (ümumi) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

 

5. Maraqlı şəxs kimdir?

a) inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;
b) inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən yalnız fiziki;
c) inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən yalnız hüquqi şəxs;
d) inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və yalnız öz vəsatətinə əsasən inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;

 

6. Aşağıdakılardan hansı doğrudur?

a) ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn ləğv edilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti;
b) inzibati şikayət – hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana şifahi müraciəti;
c) diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;
d) qarşılıqlı etimad – fiziki şəxslə hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam
e) əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə vəzifə (vəzifələri) qoyan akt;

 

7. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların hansı fəaliyyətinə şamil olunmur?
1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə;
2. inzibati aktın müddətinin uzadılması ilə bağlı fəaliyyəti
3. cinayət təqibi üzrə mülki-prosessual fəaliyyətinə
4. cinayət təqibi üzrə inzibati-prosessual fəaliyyətinə
5. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə
a) 1, 2,5 b) 2,3,5 c) 1, 2, d) 1,5

 

8. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Burada müvafiq icra hakimiyyəti orqanı aşağıdakılardan hansıdır:
a) Nazirlər Kabineti
b) Xarici İşlər Nazirliyi
c) Konstitusiya məhkəməsi
d) Ali Məhkəmə

 

9. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını necə müəyyən edir?
a) Yuxarı orqanın rəyi ilə
b) Nəzarətedici orqanın rəyi ilə
c) Müstəqil şəkildə
d) Komissiyanın qərarı ilə

 

10. İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqanın müraciəti əsasında hansı müddətdə hüquqi yardım göstərməyə borcludur?
a) 15 gün
b) 15 iş günü
c) 5 gün
d) Özü müəyyən edir

 

11. Daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti uzadıla bilər?
a) 15 günə
b) 15 iş günə
c) 10 gün
d) 5 iş günü

 

12. Hüquqi yardım üçün hansı hallarda müraciət edilə bilər?
a) hüquqi və faktiki xarakterli səbəblər olmadan hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda;
b) müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunmadığı hallarda
c) müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda;
d) müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım

qaydasında digər inzibati orqan tərəfindən həll olunması üçün tələb olunan xərclərdən az olduğu hallarda

 

13. İnzibati orqan hansı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər?

1. hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;
2. hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda;
3. hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olduqda
4. hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə
5. başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə;
6. həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə

a) 1.2.3.4.5 b) 1.2.3.4 c) 1.2.3.4.5.6. d) 1.2.3.6

14. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir?

a) başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə;
b) həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə
c) hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olduqda;
d) hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda;

15. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən hansı müddətdə bu barədə yazılı məlumat verməlidir?

a) 5 gün
b) 5 iş günü
c) 3 gün
d) 10 gün

 

16. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciət edə bilər. Yuxarı inzibati orqan tərəfindən həmin məsələyə hansı müddətdə baxır?

a) 10 gün
b) 10 iş günü
c) 5 gün
d) 3 gün

 

17. Aşağıdakılardan hansılar doğrudur?
1. Subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır
2. Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərclər iyirmi iki manatdan yuxarı olduqda, həmin xərcləri ödənilməsi üçün digər inzibati orqana müraciət etməlidir
3. İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin surətini təsdiq edə bilməz
4. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir.
5. İnzibati orqanlar zəruri hallarda qanunla onların səlahiyyətinə aid edilməyən işlər üzrə inzibati icraatı həyata keçirə bilərlər.
6. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri maraqlı şəxlər tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.

a) 1.2.3 b) 1.2. c) 1.4.3. d) 1.4. e) 1.4.6.

 

18. Sənədin təsdiq edilərkən hansı məlumatları əks etdirən vərəq tərtib olunmalıdır?

1. sənədin dəqiq adı;
2. sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd
3. sənədin təsdiq olunduğu tarix, yer və saat
4. məsul vəzifəli şəxsin imzası, adı və vəzifəsi
5. inzibati orqanın möhürü
a) 1.2.3. b. 1.3.5 c. 1.2.5 d. 1.2.4

 

19. İnzibati orqanlar şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərmi?
a) yalnız qanunla nəzərdə tutulmuş hallarda
b) yalnız beynəlxalq müavilələrdə nəzərdə tutulmuş hallarda
c) yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müavilələrdə nəzərdə tutulmuş hallarda
d) müdaxilə edə bilməz

 

20. Aşağıdakılardan hansı doğrudur?
a) İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır
b) İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandı
c) İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və müxtəlif qaydada həyata keçirməyə borcludur.
d) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı inzibati orqanın qərarı ilə qorunur.
e) Qanunvericilikdə nəzərdə tutulmuş hallarda, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilər.
f) İnzibati orqanların yazılı və ya şifahi formada olan vədləri və ya bəyanatları etibarlı təminat sayılır.

 

21. Aşağıdakılardan hansılar doğrudur?

1. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilər.
3. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.
4. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
5. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qanunla müəyyənləşdirilir.
6. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və maraqlı şəxsin hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

a) 1.3.4. b) 1.2.5. c) 1.5.6. d) 1.3. 6. e) 2.3.4.

Düzgün Cavabları;

1. D
2. D
3. D
4. C
5. A
6. C
7. D
8. A
9. C
10. A
11. A
12. C
13. B
14. A
15. C
16. C
17. E
18. C
19. A
20. A
21. A

Dostlarla Paylaş ↓