Elektron imza və elektron sənəd haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
( TEST-DQ qəbul proqramında nəzərdə tutulmuş maddələr üzrə )

 

 

1. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanunu bu məsələlərdən
birini tənzimləmir :
a) Məlumatların elektron bazaya salınması qaydasını
b) elektron imzan və elektron sənəddən istifadə ilə bağlı münasibətləri
c) elektron imza və elektron sənədin elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati əsaslarını
d) elektron imzan və elektron sənədin elektron sənəd dövriyyəsində tətbiqinin hüquqi əsaslarını

 

2. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən yalnış
olanlarını müəyyən edin :
1. Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini
identikləşdirməyə imkan verən verilənlər.
2. Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron
imza ilə təsdiq olunmamış sənəddir.
3. Elektron sənəd dövriyyəsi – informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı
informasiya prosesləri
4. Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra – Vasitəçi) – elektron sənədi Göndərən və Alan
arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən kargüzarlıq xidmətinin əməkdaşı
5. Elektron sənədi alan (bundan sonra – Alan) – elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla,
elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs
6. Elektron sənədi göndərən (bundan sonra – Göndərən) – elektron sənəd dövriyyəsi vasitəçisi istisna
olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs
a) 2, 4
b) 2,3,5
c) 4,5,6
d) 1,2,

 

3. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə
yaradıldığına görə elektron imza etibarsız sayıla bilərmi?
a) Xeyr
b) Bəli
c) Istisna hallarda sayla bilər
d) Belə bir müddəa qanunvericilikdə yoxdur.

 

4. “Elektron sənəd və elektron imza” haqqında Azərbaycan Res-nın Qanuna əsasən qeyd
olunan müddəalardan hansı doğru deyil?
a) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla,
sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş
imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
b) Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərilmədikdə bu Qanunun
3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
c) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb
olunduqda bu Qanunun muvafiq maddələrinə uyğun qaydada imzalanmış elektron sənəd bu şərtlərə
cavab verən hesab edilir.
d) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya)
dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə
bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
e) Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət
qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin tələblərinə
cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır
və ya təsdiq edilir.

 

5. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini
identikləşdirmək məqsədilə nə həyata keçirilir?
a) imzanın yoxlanılması
b) imza sahibinin şəxsiyyətinin dəqiqləşdirilməsi
c) imza sahibinin iş yerinin dəqiqləşdirilməsi
d) imza sahibinin qeydiyyat ünvanının dəqiqləşdirilməsi

 

6. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini
identikləşdirmək məqsədilə imzanın yoxlanılması hansı məlumatlar əsasında aparılır?
a) Yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında
b) ASAN Xidmət mərkəzinə müvafiq sorğu göndərməklə əldə olunan məlumatlar əsasında
c) İmza sahibinin qeydiyyat ünvanı kimi göstərdiyi məlumatların əldə edilməsi əsasında
d) Qanunvericilikdə belə bir prosedur nəzərdə tutulmamışdır.

 

7. “Elektron sənəd və elektron imza” haqqında Azərbaycan Res-nın Qanuna əsasən İmza sahibi
sertifikatı olmayan elektron imzadan istifadə edərsə nə etməlidir?
a) qarşı tərəfi xəbərdar etməlidir.
b) Qarşı tərəfə yenidən sertifikatlaşdırılmış imzalı elektron sənəd göndərməlidir.
c) Bu barədə dövlət orqanının rəhbərinə bildirməlidir.
d) Birbaşa rəhbərini xəbərdar etməldir.

 

8. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanununa əsasən düzgün
deyil:
a) Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd
mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan istifadə edə bilər.
b) Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sahə üzrə akkreditə edilmiş Mərkəzin
xidmətlərindən istifadə etməlidir.
c) Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi
məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir.
d) Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

 

9. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanununa əsasən Elektron
sənəd bu tələblərdən birinə cavab verməli deyil :
a) texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və
qəbul edilməlidir;
b) identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
c) texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.
d) Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun xüsusi hissəsində qeyd
edilməlidir.

 

10. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanununa əsasən
elektron sənədin xüsusi hissəsində nə qeyd olunmalıdır?
a) Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi
b) Elektron sənədi imzalayanın adı, familiyası və işlədiyi müəssisə
c) Elektron sənədin ünvanlandığı şəxsin adı, familiyası və işlədiyi müəssisə
d) Elektron sənədə əlavə edilən qoşmanın olub-olmaması barədə qeyd

 

11. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanununda elektron
sənədlə bağlı belə bir müddəa öz əksini tapmamışdır :
a) Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir. Elektron sənədin verilənlər
daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdır.
b) Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.)
əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdır.
c) Elektron sənədin əsli yalnız xarici təqdimat formasında ola bilər. Elektron sənədin elektron
formada surəti ola bilər.
d) Elektron sənədin daxili təqdimat formasında bir-biri ilə eyni olan bütün nüsxələri əsl hesab edilir
və bərabər hüquqi qüvvəyə malikdir.

e) Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin
hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd
elektron sənədin surəti sayılmır.

12. Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində nə qeyd edilməlidir?
a) onun müvafiq elektron sənədin surəti olması
b) onun kim tərəfindən çap edilməsi
c) elektron sənədin yaradılma vaxtı
d) kağız nüsxənin yaradılmas vaxdı

13. Elektron sənədin surəti necə hazırlanır?
a) Elektron əsnədin kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.
b) Elektron sənədin kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının beynəlxalq standartlara
uygun qaydada hazırlanıb təsdiq edilməsi ilə
c) Elektron əsnədin kağız daşıyıcıda əks edilmiş daxili təqdimat formasının Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.
d) Elektron sənədin kağız daşıyıcıda əks edilmiş surəti ola bilməz.

14. Elektron sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin
müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti sayıla bilərmi? ( açıq sual )
Cavab : xeyr

15. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanununa əsasən yalnış
müddəaları müəyyən edin :
1. Elektron sənədin əsli və onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti onunla eyni
hüquqi qüvvəyə malik sayıla bilməz.
2. Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir.
3. Elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər.
4. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir.
5. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun xüsusi hissəsində qeyd
edilir.
6. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd
mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə
edilir.
a) 1,5
b) 2,5
c) 1,3,6
d) 2,3,4,6
e) 3,4,5,6

16. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanununa əsasən doğru
müddəaları müəyyən edin :
1. Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi
məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir.
2. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə
qaydası müvafiq olaraq hər təşkilatın özü tərəfindən müəyyənləşdirilir.
3. Elektron imza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar
sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir.
4. Elektron sənəd dövriyyəsi vasitəçisi ( vasitəçi) – elektron sənədi Göndərən və Alan arasında
elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxsdir.
5. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini
identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilmir
6. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir.
a) 1,3,4,6
b) 2,4,5
c) 2,5
d) 3,4,6

17. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanununa əsasən
Elektron sənədin istifadəsi və dövriyyəsi bu formada həyata keçirilə bilməz:
1. Elektron sənədin istifadəsi və dövriyyəsi Azərbaycan Respublikası qanunvericiliyi əsasında
2. Elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr əsasında
3. Elektron sənəd dövriyyəsi subyektləri arasında şifahi razılıq əsasında
4. “Elektron sənəd dövriyyəsi haqqında” təşkilatların daxili təlimatı əsasında
a) 1,2
b) 3,4
c) 1,3
d) 2,4

18. Elektron sənədin istifadəsi və dövriyyəsi ilə bağlı Azərbaycan Respublikası
qanunvericiliyində və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış
müqavilədə nə müəyyən edilir?
a) elektron sənədlərin mübadiləsi qaydası və onunla bağlı olan texniki-təşkilati tələblər (sənədlərin
mübadilə forması, onların yoxlanılma proseduru, sənədin alınmasının təsdiqlənməsi üçün məqbul
hesab edilən müddət, forma və sairə)
b) yalnız elektron sənədlərin mübadiləsi qaydası
c) yalnız elektron sənədlə bağlı texniki-təşkilati tələblər
d) Elektron sənədlərin dövlət qeydiyyatına salınması, istifadəsi, imzalanması qaydası və s.

19. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən
Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi necə
tənzimlənir?
a) Sistemin daxili normativ sənədləri ilə
b) Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi tənzimlənmir
c) “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın
5-ci hissəsinin tələbləri əsasında
d) Bu qanununda nəzərdə tutulmuş prosedurlar əsasında

20. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş
və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin
avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilirmi? ( açıq
sual )
Cavab : bəli

21. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən Alan,
hansı hallarda elektron sənədi, Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir ?
1. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa
2. elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə
3. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi
ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır
4. elektron sənədin həqiqiliyi təsdiqlənmişdirsə
a) 1,2,3
b) Yalnız 4
c) 2,4
d) 3,4

22. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən elektron
sənədin alınması barədə təsdiqləmədə nə qeyd olunmalıdır?
a) elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması
b) elektron sənədi qəbul edənin adı, familyası, vəzifəsi, ixtisas dərəcəsi
c) elektron sənədin beynəlxalq standartlara uyğun hazırlanıb-hazırlanmaması
d) Elektron sənədin qeydiyyat nömrəsi

23. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən doğru
müddəaları müəyyən edin :
1. Elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilir.
2. Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin
yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq
edən qaydada Göndərəni məlumatlandırır.
3. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə
təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur.
4. Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət
ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və Ondan
təsdiqləmənin göndərilməsi müddətini təyin etməyi tələb edir .
5. Bu Qanunun “Elektron sənədin göndərilməsi və alınması maddəsi” elektron sənədlərin
göndərilməsi və ya alınması ilə bağlı münasibətlər istisna olmaqla, elektron sənədlərin
məzmunundan və alınmanın təsdiqlənməsindən irəli gələn digər münasibətləri tənzimləmir.
a) 1,2,3,5
b) Yalnız 2,3,4
c) 2,3,5
d) 1,3,4

24. Elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir :
a) Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin
Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə
daxil olduğu an
b) Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın
göstərdiyi informasiya sisteminə daxil olduğu an
c) Elektron sənədin yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi an
d) elektron sənədə informasiya üçün müraciət edildiyi an

25. Hansı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər?
( açıq sual )
Cavab : Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda

26. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanunda Elektron
sənədin saxlanılma qaydası ilə bağlı belə bir şərt nəzərdə tutulmamışdır :
a) elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın
b) elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan
versin
c) elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilən olmasın
d) elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın
e) qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin.

27. Elektron sənəd dövriyyəsi zamanı elektron sənədin mühafizəsi məqsədilə hansı vasitələrdən
istifadə edilməlidir?
a) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan proqram və texniki vasitələrdən
b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericiliyə müvafiq olan proqram
və texniki vasitələrdən
c) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hazırlanmış xüsusi kağız materiallı
daşıyıcı vasitələrdən
d) Azərbaycan Respublikasının qanunvericiliyində bu məsələ ilə bağlı müddəa öz əksini
tapmamışdır.

28. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən düzgün
deyil :
a) Elektron sənədlərin saxlanılması üçün hüquqi və fiziki şəxslərin xidmətlərindən istifadə edilə
bilməz.
b) Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə
tədbirlərinin lazımi səviyyəsi bu sistem və şəbəkələrin mülkiyyətçisi tərəfindən təmin edilir.
c) Korporativ informasiya sistemlərində elektron sənəd dövriyyəsinin mühafizə tədbirlərinin lazımi
səviyyəsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq bu sistemin
mülkiyyətçisi tərəfindən və ya iştirakçıların razılaşmasına uyğun təmin edilir.
d) Elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilir.

29. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Res-nın Qanuna əsasən yalnış
müddəanı müəyyən edin :
a) Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsi üçün yalnız
sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə olunmalıdır.
b) Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi
üçün istifadə olunan informasiya sistemlərinin ekspertizası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
c) Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsini həyata keçirən
subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və onların mühafizə
üsullarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özləri müəyyən edirlər.
d) İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməyə
borclu deyildir.

30. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi elektron sənədin
hansı hissəsində qeyd olunur ? ( açıq sual )
Cavab : xüsusi hissəsində.

 

Müəllif; Seyran Quliyev

Dostlarla Paylaş ↓