Məntiqdən Yaş Məsələlərinin həll Qaydası
1. Atanın yaşı üç oğlunun yaşları cəmindən 8 vahid böyükdür. Ortancılın yaşı balacanın yaşının 3 mislindən 1 vahid çox, böyükdən isə 2 il kiçikdir. Atanın 40 yaşı oladuğuna görə, böyük oğlanın neçə yaşı olduğunu tapın.
A) 11 B) 13 C) 15 D) 18 E) 16
Həlli:
Üç oğulun indiki yaşına X desək, o zaman Atanın yaşı (X-8) olacaq. Daha sonra deyilənlərə əsasən Oğlanların yaşlarını X1, X2, X3 kimi yazsaq şərtimizə əsasən ortancılın yaşı X2 olduğunu biliriksə və şərtimizə görə X2=X1*3+1 olduğunu X2=X3-2 olduğunu yaza bilərik və sonra deyir Atanın 40 yaşı varsa deməli X+8=40-8=32 X1+X2+X3=32, ((X2-1)/3) +X2+X2+2=32 X2=13 bizə X3 lazım olduğuna görə X2+2=13+2=15 olur. C)
2. Ananın yaşı uşağının yaşından 5 dəfə böyükdür. 6 il sonra onların yaşları fərqi 24
olarsa, uşağının hazırki yaşı neçədir?
A) 6 B) 4 C) 8 D) 7 E) 5
Həlli:
Uşağın yaşına X desək Ananın yaşı isə 5X olar, 6il sonra yaşları fərqi 24 olarsa deyir bura 6 ildə olsa 10 ildə sonra olsa yaşları fərqi 24 olur yani indiki zamanda 24 olur buna əsasən (5X-X)=24 4X=24 X=6 olur A)
3. 38 yaşındakı ananın 3 uşağından ikisi əkizdir. Əkizlər o biri uşaqdan 4 yaş böyükdür. Üç il sonra, uşaqların yaşları cəmi ananın yaşından 3 il çox olarsa, kiçik uşağın hazırda neçə yaşı var?
A) 12 B) 11 C) 10 D) 9 E) 8
Həlli:
Ana Uşaq 1 Əkiz1 Əkiz2
İndiki 38 X X+4 X+4
3 il sonra 38+3 X+3 X+4+3 X+4+3
Ana Uşaq 1 Əkiz1 Əkiz2 İndiki 38 X X+4 X+4 3 il sonra 38+3 X+3 X+4+3 X+4+3
X+3+X+7+X+7=44, 3X=27, X=9, D)4
- İradənin 27 yaşı var. İradə Çinarənin yaşında olarkən, Çinarənin 9 yaşı var idi. Çinarənin hazırda neçə yaşı var?
A) 12 B) 15 C) 18 D) 20 E) 21
Həlli:
İradə Çinarə İndiki 27 yaş X Əvvəl X 9
Yaşlar fərqi heç vaxt deyişmir buna əsasən
27-X=X-9, 2X=36 X=18 C)
5. Atanın 32, oğlunun isə 8 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlunun yaşının 2 misli olar?
A) 8 B) 10 C) 12 D) 14 E) 16
Həlli:
Ata=32 Oğul=8 yaş
(32+X)=(8+X)*2 32+X=16+2X, X=16 E)
6. Üç qardaşın yaşları cəmi 38 – dir. 10 il sonra onların yaşları cəmi neçə olar?
A) 68 B) 60 C) 64 D) 66 E) 58
Həlli:
X1+X2+X3=38 10 il sonra bütün qardaşlar 10 yaş böyüdüyü üçün 38+30=68 olur A)
7. Elnurun yaşı Cavidin yaşından 3 dəfə çoxdur. 2 il sonra onların yaşları cəmi 44 olarsa, Cavidin hazırda neçə yaşı var?
A) 10 B) 12 C) 14 D) 16 E) 18
Həlli:
Elnur yaşı=3X Cavid=X 2 il sonra Elnur olacaq 3X+2, Cavid X+2, 3X+2+X+2=44, 4X=40, X=10 olacaq. A)
8. Ata və iki oğlunun yaşları cəmi 42 – dir. 2 il sonra ata ilə uşaqlarının yaşları cəmi neçə olar?
A) 44 B) 46 C) 48 D) 50 E) 52
Həlli:
Ata=X İki oğul=Y. X+Y=52 olarsa 2il sonra ata 2 il oğullar isə 2 il artır buna əsasən 42+2(ata) +2(oğul) +2(oğul)=48 C)
9. Oğul ilə atanın yaşları nisbəti dir. 2/9dir. Oğul atası yaşda olanda ikisinin yaşları cəmi 100 olacaq, atanın indi neçə yaşı var?
A) 28 B) 30 C) 32 D) 36 E) 40
Həlli:
Oğul/Ata=2/9 Oğulun yaşı olsun 2X Atanın yaşı olsun 9X
Ata Oğul İndiki 9X 2X Sonra 16X 9X
16X+9X=100, 25X=100, X=4 olarsa Ata 36 olur. D)
10. Nəzrin doğulanda anası 20 yaşında idi. Nəzrinin indiki yaşı anasının yaşının 1/5 – nə bərabərdir.
Nəzrinin neçə yaşı var?
A) 3 B) 5 C) 7 D) 9 E) 11
Həlli:
Nəzrin Anası Əvvəl 0 20 İndiki (1/5)X X
Yaşlar fərqi neçə il keçməsinə əsasən dəyişmir buna görə 20-0=X-(1/5)X, (4/5)X=20 X=25.
Anası olursa Nəzrində 25*(1/5)=5 yaş isə Nəzrinin olur. B)
Hazırladı: Əmiraslanov Rüfət Mübarizoğlu.