Əməliyyət sistemləri haqqinda, Msdos haqqinda, Msdosun daxili və xarici əmrləri

 

Əməliyyat sistemi (en. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir.

Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli iş rejiminin təşkilini təmin edir.

Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

  • sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
  • sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
  • prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
  • prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
  • interfeysin tipinə görə: əmrli və obyektyönlü;
  • informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
  • resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

 

Fərdi kompüterlər üçün yaradılmış ilk əməliyyat sistemi 1981-ci ildə Microsoft firması tərəfindən İBMPC tip kompüterlər üçün yaradılmış MSDOS(Disk Operation System) əməliyyat sistemidir. MsDos ƏS birməsələli və biristifadəçili əməliyyat sistemidir. DOS-da istifadəçi interfeysi əmr prinsipinə əsaslanır və ekranın (video-adapterin) mətn rejimindən istifadə edir. MsDos əməliyyat sistemini işə saldıqda aşağıdakı kimi şəkil görünür.

 

 

MsDOS-un nüvəsi. MsDOS əsasən üç fayldan-

  • COM komanda prosessoru
  • SYS — Genişlənməsi BIOS
  • SYS Arakəsmələrin işlənməsi

Quraşdırma faylları:

  • SYS — MSDOS.SYS-in inisializasiyası zamanı sistemin quraşdırılması və aparatlara sürücülərin (Driver) yüklənməsi.
  • BAT — Başlanğıc paket faylı. MS_DOS yüklənən zaman COMMAND.COM işə düşərkən başlayır.

İki tip əmrlər müvcuddur:

daxili əmrlər

xarici əmrlər

 

Daxili əmrlər.Bu ən sadə və ən çox işlənən əmrlərdir.MS-DOS sistemində yadda saxlanılan fayllara baxarkən biz bu əmrləri görmürük.Onlar COMMAND.COM faylının əsas və böyük hissəsini təşkil edir.Daxili əmrləri istifadə edərkən onlar dərhal aktivləşir. MS-DOS əməliyyat sisteminin daxili əmrləri bunlardır:

Break Del Mkdir Set If Rmdir Vol

Chdir Dir Path Shift Goto Ren Verify

Cls Echo Pause Time Rem Ver Dat

Copy Exit Prompt Type Ctty For və s.

 

Xarici əmrlər.Xarici əmrlər diskdə proqram faylları kimi yerləşir.Onları həyata keçirməzdən əvvəl onlar diskdən oxunmalıdırlar. .COM, .EXE və .BAT ilə genişləndirilmiş istənilən faylın adı xarici əmr kimi göstərilir.Məsələn: FORMAT.COM və DİSKCOPY.COM.Bütün xarici əmrlər özlərindən fayl təşkil edirlər ki,bu səbəbdən siz də öz əmrlərinizi yaradıb Ms-DOS-a daxil edə bilərsiz.Siz tərəfindən yaradılan bütün proqramlar(proqramlaşdırılmanın dilindən aslı olmayaraq) .EXE genişləndirilməsi ilə olacaq.Xarici əmrlərin daxil edilməsi zamanı faylın genişləndirilməsini yazmağa ehtiyac yoxdur.

Xarici əmrlər bunlardır:

Assign Chkdsk Attrib More Backup Print Link Format

Recover Command Restore Join Share Sort Find Diskcopy və s.

Əmrlərin açıqlaması:

Attrib-atributları yükləmək,baxmaq və götürmək üçün xarici əmr

Dir-kataloqa baxmaq.

Dir/p-səhifəli baxış Dir/a-bütün tip,həmçinin sistem və gizli fayllara baxış Dir disk:\fayl /s /a-göstərilən faylı göstərilən diskdə axtarmaq cd-növbəti kataloqa keçid(Məsələn:C:\mydocs\book\pc) cd\-kataloqun kökünə keçid a:-“A” diskinə keçid d:-“D” diskinə keçid copy-surətini çıxarmaq del-pozmaq move-yerini dəyişmək rename-adını dəyişdirmək md-yeni qovluq yaratmaq RD-boş kataloqu silmək DelTree-bütün göstəriləni silmək(boş olmayan kataloqu silmək) Type-kiçik mətnlərə baxmaq more-istənilən faylın səhifəli baxışı.Ctrl+C basmaqla dayandırılır Help-kömək

DOS əməliyyat sistemlərində faylın işarəsi iki hissədən ibarətdir: adgenişlənmə. Bə’zən ad və genişlənməyə birlikdə faylın adı da deyilir. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi simvolardan, genişlənməsi isə 0-dan 3-ə kimi simvollardan ibarət ola bilər. Faylın ad və genişlənməsində böyük və kiçik latın hərflərindən istifadə oluna bilər, amma disk də faylın adı yalnız kiçik latın hərfləri ilə yazılır. Faylın ad və genişlənməsində aşağıdakılardan istifadə etmək olar:

  • latın əlifbasının böyük və kiçik hərfləri;
  • rəqəmlər: 0-dan 9-a kimi
  • simvollar: -, _, $, #, &, @, !, %, (, ), {, }, ‘, ~, ^.

 

1988 –də bu əməliyyat sistemi əsasında Windows əməliyyat sistemi yarandı. Windows –un versiyalarına 3.1,3.11,95,98,98SE,2000,ME(Milenium),NT,XP,Vista, Windows 7 –nı misal göstərmək olar. Əməliyyat sistemlərinə misal olaraq Unix, Linux, FreeBSD, MAC OX, OS/2, Solaris və s. misal göstərmək olar.

Fayl anlayışı :

Fayl –kompüterin yaddaşının adlandırılmış hissəsidir.   

Faylları işarə etmək üçün fayl adından istifadə olunur. Fayl adı bir birindən nöqtə(∙) işarəsi ilə ayrılan 2 hissədən ibarətdir. I hissə faylın bilavasitə adı adlanır. Faylın ixtiyari maşında açılmasını istənsə onun adında yalnız latın əlifbasının hərflərindən və rəqəmlərdən istifadə etmək tövsiyə olunur. Fayl və qovluq adında \, /, :, *, ?, ‘, <, >, |  yazılışlarından istifadə olmək olmaz.

Faylın bilavasitə adı fayla istifadəçi tərəfindən ixtiyari verilir. Bu ad adətən 8 simvol olur.

Windows – da  fayl adı 255(6) simvoldur.

Fayl adının II hissəsi fayl adının genişlənməsi adlanır və ən çoxu 3 simvoldan ibarət olur.

Ad genişlənməsi fayldakı informasiyanın xarakteri haqqında məlumat verir.

 

Misal : word-.doc

excel-.xls

access-.mdb

power point -.ppt və ya  .pps

paint -.bmp

multimedia-.mp3

videoinfro-.avi

WordPad -.rtf

Notepad -.txt   (mətn faylı)

Əmr(icra edən ,yerinə yetirilən) fayl adı genişlənmələri aşağıdakılardır :

.com, .bat, .exe

 

Proqramlaşdırma dillərində yazılmış proqram mətinlərinin aşağıdakı ad genişlənmələri var.

Fortran – .for

Basic   – .bas

Pascal – .pas

C++    – .cpp

C         – .c

C#       – .cs

Java    -. jar

 

Kataloq yaddaşın adlandırılmış hissəsidir. Daxilində kataloq və fayllar yerləşə bilər. Bir kataloq daxilində tipləri fərqli olan iki eyni adlı faylı yerləşdirmək olar. Lakin bir kataloq daxilində tipləri eyni olan və adı eyni olan iki fayl yerləşdirmək olmaz.

Fayl yaddaşda öz növbəsində MSDOS –da kataloq, WINDOWS –da isə qovluq adlanan yaddaş hissəsində saxlanır. Onları da işarə etmək üçün qovluq adından istifadə olunur. Fayl adından olaraq burada ad genişlənməsi olmur. İxtiyari kataloqda  ixtiyari sayda fayl və ya başqa kataloq  ola bilər. Fayl və qovluqlarda öz növbəsində yaddaşda məntiqi disk adlana disklər də yerləşir. Bu diskləri işarə etmək üçün latın hərflərinin böyük hərflərindən istifadə olunur. A, B, C, D, E, F, G

A və B hərfləri diskavodların  diskləri üçün nəzərdə tutulur.

C və D diskləri daimi yaddaş üçün nəzərdə tutulur. (HDD)

E diski CD ROM, DVD ROM üçün nəzərdə tutulur.

F və G flash cardlar üçün nəzərdə tutulur.

 

İxtiyari məntiqi disk baş kataloqla başlayır. Həmin kataloqun daxilində yerləşən fayl və kataloqlar I səviyyə kataloqlar adlanır. I Səviyyənin daxilində yerləşən II səviyyə kataloq adlanır. Buna kataloq ağacı deyirlər. Buna görə kompüterdə fayl sisteminin iyerarxik struktura malik olduğu deyilir.

Yaddaşda olan ixtiyari faylın yerləşmə məkanını göstərmək üçün fayla yol anlayışından və ya faylın tam adından istifadə olunur. Məs: C:\testlər\informatika_testi.doc yazılışı nəyi bildirir? Burada C baş kataloq, testlər kataloq (Windows əməliyyat sistemində qovluq), informatika_testi.doc fayl adını göstərir. Fayla tam yol ‘\’ işarəsi ilə bölünən kataloq ad ardıcıllığıdır.

Sual işarəsi faylın adında faylın axtarışı zamanı ixtiyari simvolun yerini göstərir.

Məs : A??.doc –yazdıqda I hərfi A olan 3 hərfli doc faylları ekrana çıxarır.

* simvolu fayl adında ixtiyari sayda və ya ixtiyari simvolları bildirir.

Məs : *.doc –doc ad genişlənmələri olan bütün fayları verəcək. Ona görə ? və ya * -dan ad genişlənmələrində işlənə bilməz.

*.* bütün fayllar deməkdir

MS –DOS əməliyyat sisteminin əsas əmrləri.

MSDOS əməliyyat sistemi yükləndikdə ekrana  aşağıdakı formalı əmr sətri çıxarılır.

C:\> ; A :\>

  1. copy con faylın adı –mətni -F6 Enter mətn faylının yaradılması.

 

  1. del faylın adı. Enter –göstərilən adlı fayl yaddaşdan silinir.

 

  1. ren faylın adı 1 faylın adı 2 Enter –fayl adı. 1 –in adını fayl adı 2 –yə dəyişər.

 

  1. copy fayl adı 1 fayl adı 2 Enter –fayl adı 1 –in təkrarını alır, fayl adı 2 –adı ilə yaddaşda saxlayır.

 

  1. move fayl adı kataloq adı Enter –fayl adı faylını, kataloq adı kataloquna göndərir.

 

  1. move kataloq adı 1 kataloq adı 2 Enter –fayl adı faylını, kataloq adı 2 –yə dəyişir.

 

  1. md (disk : yol) Enter –göstərilən yerdə kataloq yaradır.

C:\K1\K2\ fayl 1.doc –Enter fayla yoldur. Faylın yerini göstərir.

(disk 🙂 –göstərilməyə də bilər. Bu zaman cari kataloqu göstərir.

 

  1. rd(disk : )yol -Enter göstərilən yerdəki boş kataloqu ləğv edir.

 

  1. cd( disk 🙂 yol –Enter cari kataloqu göstərilən yerdəki kataloqla əvəz edir.

 

  1. dir –cari kataloqun tərkibini göstərir.

(dir(disk 🙂 yol) belə də göstərilə bilər.

 

11.date –maşındakı cari tarixi göstərir.

 

  1. time –maşında cari saatı göstərir.

New time ilə yeniləmək olar.

 

  1. type fayl adı –göstərilən faylı açıb ekrana gətirir.

 

  1. copy fayl adı prn

Göstərilən faylı çap qurğusuna çapa göndərir.

 

  1. cd\ baş kataloqa keçidi təmin edir.

 

  1. cd.. bir üst kataloqa keçidi təmin edir

 

 

GENİŞLƏNMƏLƏR

  • EXE,COM,BAT-İCRA OLUNAN FAYLLAR
  • TXT,DOC,FOX LEX-MƏTN TİPLİ FAYLLAR
  • MDB-MİCROSOF ACCSESS VBİS-NİN FAYLI
  • XLS-EXCEL CƏDVƏL FAYLI
  • PAS-PASCAL DİLİNİN FAYLI
  • C-C DİLİNİN FAYLI
  • ASM-ASAMBLER DİLİNİN FAYLI
  • ARC, ZİP,RAR- ARC ARXİVLƏŞDİRMƏ FAYLI

WINDOWS-ƏMƏLİYYAT SİSTEMİNDƏ FAYL VƏ KATOLOQLARİN ADLANDIRILMASINDA 254SİMVOLDAN İST OLUNUR. MSDOSDA İSƏ 8 SİMVOLDAN İST OLUNUR.

 

BU QISALTMALAR MS DOS-un qurğularının adları olduğundan, bu adlardan fayl və qovluqları adlandırmaq üçün istifadə etmək olmaz:

  • PRN–– printer
  • LPT1 – LPT– 1-9 paralel portlar
  • COM1 – COM9 – 1-9 ardıcıl portlar
  • AUX– ardıcıl porta birləşdirilən qurğu
  • CON giriş üçün – klaviatura, çıxış üçün – ekran
  • NUL– “boş” qurğu

 

Dostlarla Paylaş ↓