Fərdi kompyuterlərin tərkib hissələri

 

Fərdi kompyuterlərin əsas tərkib hissələri aşağıdakılardır:

  • sistem bloku
  • monitor (displey)
  • klaviatura

Əlavə olaraq kompyuterə müxtəlif periferiya qurğuları qoşula bilər: printer, skaner, plotter (qrafikçəkən qurğu), rəqəmli kamera, coystik və s.

Sistem bloku fərdi kompyuterin əsas hissəsi olub, daxilində kompyuterin işləməsi üçün lazım olan ən əhəmiyyətli qurğuları birləşdirir. O, kompyuterin bütün aparat hissəsini, yəni qida blokunu, sərt və çevik disklərdə yaddaşı, video adapteri, giriş-çıxış portlarını, həmçinin ən mühüm tərkib hissə olan “ana plata”nı özündə cəmləşdirən gövdədir. “Ana plata”da mərkəzi prosessor, daxili yaddaş və s. yerləşir. Bundan əlavə, sistem blokunda faks‑modem (daxili), multimedia vasitələri (səs kartı və s.), şəbəkə kartı və s. kimi qurğular da yerləşə bilər.

Monitor (displey) mətn və qrafiki informasiyanın ekrana çıxarılması üçündür. O, videoadapter (videokontroller) adlanan xüsusi qurğunun idarəsi altında işləyir.

Klaviatura özlüyündə çap makinası ilə kalkulyatorun hibridini təşkil edir. Onun vasitəsilə informasiya kompyuterə daxil edilir. Adətən klaviaturada hərflər, rəqəmlər və funksional düymələr olur. Standart klaviatura 104/105 düymədən ibarətdir.

Kompyuterin əsas iş prinsipi amerikalı alim Con Fon Neyman tərəfindən verilmiş və onun fikrincə istənilən kompyuter 4 əsas qurğuya malik olmalıdır:

1. Hesab-məntiq qurğusu. Buraya prosessor, həmçinin xüsusiləşdirilmiş platalarda yerləşdirilən bütün əlavə mikrosxemlər (videoplatanın, səs platasının prosessorları və s.) aiddir.

2. İdarə qurğusu. Bu funksiyanı da həm prosessor, həm də “ana plata”nın topluları (çipset) yerinə yetirirlər.

3. Yaddaş qurğusu. İcra olunan proqramları və onların emal etdikləri informasiyanı yadda saxlayır.

4. Xarici qurğular (periferiya). Buraya informasiyanın uzun müddət saxlanması üçün nəzərdə tutulan xarici yaddaş qurğuları (çevik (floppy) və sərt (hard) disk yaddaşı, yığcam diskdə yaddaş (CD, DVD), fləş yaddaş və s.), informasiyanı kompyuterə daxil edən və kompyuterdən informasiyanı xaric edən qurğular (printer, skaner, xarici modem, monitor, səsucaldıcı və s.) daxildir.

Fərdi kompyuterin quruluşu

Kompyuteri təşkil edən qurğuları şərti olaraq 2 hissəyə bölmək olar:

  • Daxili qurğular (bəzən onlar “komplektləşdiricilər” də adlanırlar);
  • Xarici (periferiya) qurğular.

Sistem blokunun daxilində yerləşən qurğular daxili, sistem blokuna xüsusi kontakt sistemi – portlar vasitəsilə bloka xaricdən qoşulan qurğular isə xarici qurğular adlanır. Xarici qurğulardan ən əsası giriş-çıxış qurğuları olan monitor, klaviatura və mausdur.

Bütün bu göstərdiklərimiz minimal sayda olan qurğulardır ki, onlarsız kompyuterin işləməsi mümkün deyildir.

Fərdi kompyuterin daxili qurğuları

Mağazada kompyuter alan zaman sistem blokunun əsas xarakteristikaları ilə təqdim olunan prays-vərəqə vasitəsilə tanış olmaq olar. Adətən onun tərkibində belə bir informasiya yazılır:

Intel Pentium 4 CPU 2,8/512 DDR (PC3200)/80Gb/GeForceFX 128/Combo

Bu informasiya yazıları sistem blokunun konfiqurasiyasını təsvir edir.

Intel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir;

512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san, tutumu 512 Mbayt olan DDR SDRAM tipli əməli yaddaşı göstərir;

80Gb – tutumu 80Gbayt olan sərt diski (vinçesteri) göstərir;

GeForceFX 128 – yaddaşının həcmi 128 Mbayt olan GeForceFX mikrosxem toplusuna əsaslanan videoplatanı göstərir;

Combo – CD-ROM və DVD disklərini oxumaq üçün disk qurğusunu göstərir, burada CD‑R və CD-RW disklərinə yazmaq da mümkün olur.

İndi isə sistem blokunun əsas hissələri ilə tanış olaq.

Sistem bloku

Sistem blokunda adətən aşağıdakı hissələr yerləşir:

  • sistem platası (ana plata);
  • maqnit disklərində yaddaş qurğuları;
  • qida bloku (mənbəyi);
  • sistem səs cihazı və s.

Ana plata (Sistem platası)

Ana plata fərdi kompyuterin əsas platası sayılır.

Ana plata üzərində yerləşən elementlər aşağıdakılardır:

  • Mikroprosessor;
  • Əməli yaddaş qurğusu;
  • BIOS;
  • Daimi yaddaş qurğusu (DYQ);
  • Şinlər;
  • Portlarbirləşdiricilər toplusu;
  • Slotlar;
  • Kontrollerlər;
  • İnteqrallaşdırılmış (daxildə quraşdırılmış) əlavə qurğular.

Bəzi ana platalarda videokartın və səs kartının mikrosxemləri də yerləşir. Fərdi kompyuterlərdə əsasən iki tip: AT (Advanced Technology) və ATX (Advanced Technology eXtended) tipli ana platadan istifadə olunur. ATX tipli ana platalarda enerjiyə tələbat çox azdır.

Mikroprosessor

Kompyuterin əsas hissəsi mikroprosessordur. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompyuterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Mikrosxemlər toplusunu çipset də adlandırırlar.

Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır.


Qeyd edək ki, kompyuterdə prosessor bir ədəd olmur – videoplata, səs platası, çoxlu sayda xarici qurğular – bunlar hamısı öz prosessorları ilə təchiz olunmuşlar. Lakin onların hamısı Mərkəzi Prosessordan fərqli olaraq, dar bir çərçivədə xüsusiləşdirilmiş olurlar. Məsələn, onlardan biri səsin emalı ilə, digəri isə 3-ölçülü təsvirlərin yaradılması məşğul olur. Mərkəzi prosessorun əsas və fərqləndirici xüsusiyyəti – onun universal olmasıdır. Yəni lazım gəldikdə mərkəzi prosessor istənilən işi yerinə yetirə bildiyi halda, videoplatanın prosessoru nə qədər arzu etsə belə, musiqi faylının kodunu aydınlaşdıra bilmir.

Mikroprosessorun tərkibinə mərkəzi idarə qurğusu, hesab-məntiq qurğusu, prosessorun daxili əməli yaddaşı (registr, keş-yaddaş və s.) daxildir.

İstənilən prosessor – xüsusi texnologiya ilə hazırlanan silisium kristalından ibarətdir və bəzən ona “daş” da deyirlər. Lakin bu kristalların daxilində bir-biriləri ilə körpülər-kontaktlar vasitəsilə birləşdirilmiş tranzistorlar kimi çoxlu sayda ayrı-ayrı elementlər olur. Əlbəttə ki, heç bir tranzistor heç bir hesab əməlini apara bilməz. Bu elektron çevirici ancaq siqnalı ya özündən keçirə bilər, ya da onu saxlaya bilər. Siqnalın olması məntiqi vahidə (1-ə), olmaması isə məntiqi sıfra (0-a) uyğun gəlir.

Prosessorun kristalına aşağıdakılar daxil ola bilər:

  • Prosessorun nüvəsi və ya əsas hissəsibuna əsas hesablama qurğusu deyilir. Məhz burada prosessora daxil olan bütün verilənlər üzərində emal prosesi yerinə yetirilir.
  • Soprosessor – ən mürəkkəb riyazi hesablamalar, o cümlədən “sürüşən nöqtəli” əməliyyatlar üçün əlavə blokdur. Qrafik və multimedialı proqramlarla işlədikdə aktiv olaraq, soprosessordan istifadə edilir.
  • Keş-yaddaş – bufer yaddaşı olub, verilənlər üçün yığıcı rolunu oynayır. Keş‑yaddaş mikroprosessorla əsas yaddaş arasında yerləşən, kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Bu yaddaş əməli yaddaşa müraciəti sürətləndirmək və bununla da kompyuterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Kompyuterin yaddaşına müraciət zamanı verilənlər keş-yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciətin müddəti, əməli yaddaşa edilən müraciətin müddətindən bir neçə dəfə azdır. Müasir prosessorlarda 2 tip keş-yaddaşdan istifadə olunur: 100 Kilobayta qədər tutuma malik olan ifrat cəld işləyən I səviyyəli keş-yaddaş və sürəti bir qədər az olan və tutumu 128 Kbaytdan 2 Mbayta qədər olan II səviyyəli keş‑yaddaş.
  • Verilənlər şini – informasiya magistralı olub, onun sayəsində prosessor kompyuterin digər qurğuları ilə verilənlər mübadiləsi apara bilir.

Fiziki nöqteyi-nəzərdən mikroprosessor – Böyük İnteqral Sxemidir (BİS). Onun əsas səciyyəvi xüsusiyyəti işçi gərginliyi, takt tezliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş-yaddaşın tutumu və dərəcəliliyidir (takt tezliyini bəzən kompyuterin və mikroprosessorun sürəti də adlandırırlar).

Mikroprosessoru işçi gərginlik ilə ana plata təmin edir. İşçi gərginliyin qiymətinin aşağı həddə endirilməsi mikroprosessorun daha da məhsuldar işləməsini təmin edir.

Prosessorun daxilində registr adlanan müəyyən sahə var ki, mikroprosessor emal etdiyi verilənləri orada saxlayır.

Məlumdur ki, kompyuter eyni zamanda məhdud ölçüdə informasiya vahidləri yığımı ilə işləyir. İnformasiya vahidi yığımı mikroprosessorun daxilində yerləşən registrlərin dərəcəliyindən (mərtəbəliyindən) asılı olur. Dərəcəlik (mərtəbəlilik) – prosessorun eyni vaxtda emal etdiyi informasiya bitlərinin sayıdır. Əgər kompyuter bir dəfəyə 8 dərəcəli (8 bitdən ibarət) informasiyanı emal edə bilirsə, deməli registr, daha doğrusu mikroprosessor 8 dərəcəli (mərtəbəli) hesab edilir. Müasir prosessorlarda bu parametr 32 və 64 olur.

Takt tezliyi 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların (məsələn, toplama və vurma) sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yetirildiyini göstərir. Takt tezliyi Meqaherzlərlə (MHz) və Geqaherslərlə (GHz) ölçülür. Bu göstərici prosessorun adından sonra yazılır (məsələn, Pentium/75 MHz).

Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə buraxır. Əgər başlanğıc nöqtə kimi prosessorlar bazarında Intel korporasiyasını götürsək, indiyə kimi bu firmada prosessorların 8 nəsli dəyişmişdir: 8088, 286, 386, 486, Pentium I, Pentium II, Pentium III, Pentium IV. Bu mikroprosessorların tezliyə görə təsnifatı aşağıdakı kimidir:

Pentium I – 75 MHz 300 MHz

Pentium II – 300 MHz 600 MHz

Pentium III – 600 MHz 1100 MHz

Pentium IV – 1100 MHz (1,1GHz) 4000 MHz (4 GHz)

BIOS

Fərdi kompyuterin daimi yaddaşında kompyuter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompyuterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Ona görə də belə proqramları BIOS (Basic Input-Output System – Bazanın Giriş-Çıxış Sistemi) adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində hazırlanır.

Fərdi kompyuterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompyuterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır. Bu ad onun hazırlanma texnologiyası ilə bağlıdır: Complementary Metal Oxide-Semiconductor (Metal-Oksid Yarımkeçirici Kristal). Bu mikrosxem fərdi kompyuterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.

Şinlər

Şin – kompyuterin ayrı-ayrı qurğuları arasında siqnalın ötürülməsini təmin edən informasiya magistralıdır. İnformasiya mikroprosessora şinlər vasitəsilə ötürülür. Həmçinin qurğuların ünvanlanması və idarə funksiyası da şinlər vasitəsilə yerinə yetirilir. Fərdi kompyuterə əlavə qurğuların (mouse, klaviatura, rəqəmli kamera və s.) USB lokal şinindən istifadə edilir.

Slotlar

Slot – sistem platasında əlavə plataları (əməli yaddaşı, modemi, videoplatanı və s.) qoşmaq üçün təyin olunan qurğudur. Buna misal olaraq PCI standartlı birləşdirici – slotları, AGP birləşdiricisini, əməli yaddaşı quraşdırmaq üçün istifadə edilən slotları göstərmək olar.

Portlar

Mikroprosessorun xarici qurğularla (printer, mouse və s.) informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların aşağıdakı növləri var:

25 kontaktlı birləşdiricili paralel port (LPT). Bu port vasitəsilə printer, skaner, həmçinin informasiyanı saxlayan və nəql edən xarici qurğular (yaddaş yığıcıları) kompyuterə qoşula bilərlər.

9 və 23 kontaktlı birləşdiricili ardıcıl portların (COM) sürəti bir qədər az olur. Ona görə də əvvəllər buraya cəld işləməyi çox da tələb olunmayan – maus və modem kimi qurğular qoşulurdular. Sonradan maus üçün PS/2 birləşdiricisi yaradıldı, COM portu isə yavaş işləyən modem üçün saxlanıldı. Vaxt gələcək ki, bu port sıradan çıxarılacaq və o, USB portu ilə əvəz olunacaqdır.

PS/2 portu. Bu portlardan maus və klaviaturanı qoşmaq üçün istifadə edilir.

USB (Universal Serial Bus) portu. 2000-ci illərdə yaranmış bu interfeys həmin onilliyin ən mühüm hadisəsi olmuşdur. Müasir kompyuterlərdə bu portların sayı 6-dan 8-ə qədər olur və bununla da digər portlardan istifadəyə son qoyulmuş olur. Bir USB portuna “sıra ilə” 127 qurğu qoşmaq mümkün olur. USB‑nin daha bir vacib keyfiyyəti vardır – bu interfeys kompyuteri yenidən yükləmədən, istənilən qurğunu qoşmağa imkan verir.

IEEE (FireWire). USB 2.0 ilə rəqabət aparan verilənləri yüksək sürətlə ötürə bilən bu kontroller xarici qurğuları kompyuterə qoşmaq üçün təyin olunmuşdur. Hal-hazırda ondan rəqəmli kameralara sahib olan şəxslər istifadə edirlər. 2003-cü ildən sonra buraxılan bütün platalarda bu interfeys olmalıdır.

Əməli yaddaş

Əməli yaddaş (ƏYQ, RAM) – emal edilən verilənlərin saxlanması üçün istifadə olunan mikrosxemlər toplusudur. Əməli yaddaşın daimi yaddaşdan fərqi ondan ibarətdir ki, burada informasiya daimi yox, müvəqqəti yadda saxlanılır. Kompyuteri şəbəkədən çıxaran kimi əməli yaddaşdakı informasiya itir.

Əməli yaddaş fiziki iş prinsipinə görə dinamik (DRAM)statik (SRAM) yaddaşa bölünür. Ən cəld işləyən yaddaş – statik yaddaş olub, ondan prosessorda keş-yaddaş kimi istifadə edilir. Statiki yaddaş informasiyanı, qida mənbəyi xarab olana qədər və ya xanaya yeni informasiya yazılana qədər saxlaya bilir. Lakin statik yaddaş defisit və baha olduğundan, yaddaşın digər tipindən – dinamiki DRAM-dan istifadə olunur. Bu yaddaş xanada saxlanan informasiyanın daima yenilənməsini tələb edir.

Kontroller

Kontroller (və ya nəzarət qurğusu) idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Fərdi kompyuterlərdə istifadə olunan qurğuları kompyuterə qoşmaq üçün kontrollerdən istifadə edirlər. Bəzi qurğuların kontrollerləri fərdi kompyuterin ana platasının üzərində olur (klaviatura, mouse, printer və s.), bəzi qurğuların kontrollerləri isə ayrıca plata şəklində olur (monitor, sərt maqnit disk qurğusu və s.).

Səs platası

Səs platası səs informasiyasını rəqəmli formaya çevirir. Təyinatına və qiymətinə görə müasir səs plataları aşağıdakı kimi qruplaşdırılır:

  • Başlanğıc səviyyəli universal platalar;
  • Yüksək kateqoriyalı multimedia plataları;
  • Peşəkar musiqiçilər üçün səs plataları.

Videoadapter

Videoadapter vasitəsilə qrafiki informasiya monitorun ekranına çıxarılır. Videoadapterlər məhz fərdi kompyuterlərin meydana gəlməsi ilə bir vaxtda yaranmışdır. Videoadapterin cəld işləməsi və imkanları videokontrollerdən asılıdır. Onun vasitəsilə videoyaddaşdan təsvirin alınması, onun tərkibinin regenerasiya edilməsi və mərkəzi prosessorun bütün sorğularının emal olunması təmin edilir.

Təsvirin ekrana şıxarılması üçün xüsusi rəqəm-analoq çeviricisi olan xüsusi mikrosxem – RAMDAC (Random Access Memory Digital-to Analog Converter) cavabdeh olur. Təsvirin ekranda aydın, lazımi rəngdə alınması məhz bu mikrosxemdən asılıdır.

Şəbəkə kartı

Şəbəkə kartı kompyuterin şəbəkəyə qoşulmasını təmin edir. Əgər firma və ya təşkilatda lokal şəbəkə varsa, şəbəkə kartı vasitəsilə kompyuterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.

Kuler

Prosessor barədə söhbət apardıqda daha bir elementi yada salmaq lazımdır. Bu element isə prosessor kristalının səthi üzərində yerləşdirilən xüsusi soyuducu – ventilyatorlardır ki, buna da “kuler” deyilir.

Qida bloku

Sistem blokunun daxilində yerləşən qida bloku fərdi kompyuteri tələb olunan gərginliklə mütəmadi olaraq qidalandırır.

Qida bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator, düzləndirici və sərinləşdirici qurğu yerləşdirilmişdir.

Qida blokundan çıxan naqillər dəsti müxtəlif qurğularla əlaqə yaratmaq üçündür.

http://www.hardwareportal.ru/Cases/Oczmodstream.520wt/Oczmodstream520w-4sm.jpg

Xarici yaddaş qurğuları

Xarici yaddasaxlama qurğusu böyük həcmli informasiyanın uzun müddət saxlanmasını təmin edir. Yaddaş “xarici” olsa da, onun çox hissəsi sistem blokunun daxilində yerləşir. Xarici yaddaşa aşağıdakılar aiddir:

  1. Elastik (çevik) maqnit disklərdə toplanan informasiya;
  2. Sərt maqnit diskdə (vinçester) toplanan informasiya;
  3. Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya;
  4. Kompakt disklərlə iş üçün disk qurğuları;
  5. Strimmerlər və s.

Elastik maqnit disklərdə toplanan informasiya daşıyıcıları – disketlərdir. Hal-hazırda adi disketlərdən və floppi disketlərdən istifadə olunur. Adi disket 1,44 Mbayta, floppi disketlər isə 21 Mbayta qədər informasiya tuta bilər.

http://www.freefoto.com/images/04/20/04_20_35---1-44mb-Floppy-Disk_web.jpg

Dəyişdirilməyən sərt maqnit disk (HDD – Hard Disk Driver, vinçester) EHM-lə iş zamanı daim istifadə olunan informasiyanın – əməliyyat sisteminin, proqram örtüyü proqramlarının və s.-in kompyuter şəbəkədən ayrıldıqda belə uzun müddətə saxlanılmasını təmin edir. Müasir kompyuterlərdə vinçesterin tutumu 1Tbayt-a qədər ola bilər.

http://www.rkscomputersolutions.co.za/onlineshop/images/hard_driveshdd/notebook_sata_hdd/Fujitsu_25HDD7200.jpg

Dəyişdirilə bilən sərt maqnit disklər də informasiyanın saxlanması və daşınmasını təmin edir. Bu qurğular mobil vinçesterlər də adlanır. Mobil vinçesterlər paralel porta və ya USB-yə qoşmaq üçün kabellə təchiz olunur. Bu qurğuların tutumu təxminən 2 Tb-a qədər ola bilər. USB və ya FireWire kimi sürətli portlara qoşulan mobil vinçesterlərin müasir modelləri rahatdır və cəld işləyirlər.

Fləş-yaddaş. Bu kiçik qurğular 2001-ci ildə yaradılmışdır. Fləş yaddaşda 32 Mb-dan 10 Gb-a qədər informasiya saxlanıla bilər. Tutumu ildən-ilə artdığından və qiyməti aşağı düşdüyündən, onlara tələbat çox artmışdır.

Fləş-yaddaş kartları. Bu kartlar müxtəlif formatlara malik olub pleyerlərdən cib kompyuterləri və rəqəmli fotokameralara qədər müxtəlif mobil qurğularda istifadə olunurlar. Buraya aşağıdakı yaddaş kartları daxildir:

  • Compact Flash;

  • MicroDrive sərt diski;

  • Secure/Digital (SD)/Multimedia Card (MMC);

  • xD (eXtreme Digital);

  • Memory Stick.

Lazer kompakt disklərlə iş üçün disk qurğuları müxtəlif tip kompakt disklərdən informasiyanın oxunmasını təmin edir. Əsas tipləri aşağıdakılardır:

  1. CD-R (Compact Disc). Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər. Yaddaşın həcmi ən azı 680 Mbayt olur. CD-ROM qurğusu ilə isə CD-diskdəki informasiyanı yalnız oxumaq olar.

  1. CD-RW (Compact Disc – Rewritable) disklər. Bu cür disklərə informasiya yazan istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.

  1. DVD disklər. Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır. Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD disklərin iki tipi var: DVD-R – yalnız informasiyanı oxumaq üçün, DVD-RW isə həm oxumaq, həm də yazmaq üçün istifadə edilir. Bu disklərin oxunması üçün xüsusi qurğudan (DVD-ROM) istifadə edilir, bu qurğu adətən CD-lərin oxunmasını da təmin edir.

 

ZIV informasiya yığıcıları. 2001-ci ildə Hyundai kompaniyası fləş-yaddaşla mobil vinçester arasında yerləşən ZIV-drive adlı yeni növ informasiya yığıcısı təklif edir. Bu qurğunun ölçüsü fləş-yaddaşda olduğu kimidir, tutumu isə 10-100 Gb olur.

Periferiya qurğuları

Verilənlərin sistem blokuna daxil edilməsi və ya xaric edilməsi, həmçinin blokda uzun müddət saxlanması üçün istifadə edilən qurğulara periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompyuterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir.

Periferiya qurğuları təyinatına görə aşağıdakı kimi qruplaşdırılır:

  • verilənləri daxil edən qurğular (giriş qurğuları) – klaviatura, skaner, rəqəmli kamera, mikrofon, qrafik planşet və s.;
  • verilənləri xaric edən qurğular (çıxış qurğuları) – printer, plotter (qrafik çəkən qurğu), səs gücləndirici, monitor və s.;
  • verilənləri saxlayan qurğular (xarici yadda saxlama qurğuları) – strimmer (informasiyanı maqnit lentinə yazan qurğu);
  • verilənləri mübadilə edən qurğular – modem
  • kursoru idarə edən qurğular – maus, coystik, sensor paneli və s.

Periferik qurğular.

1. mause (siçan) daxil etmə qurğusudur. İki düyməsi olur. Sol düymə əmr düyməsidir, sağ düyməsi isə context menyusunu açır.

2. printer (çap qurğusu)-xaricetmə qurğusu

Printer kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompyuter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı” üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompyuterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompyuterə qoşulan printer şəbəkədə olan digər kompyuterlərdən alınan məlumatı çap edə bilər.

3 növü var : matris , şırnaqlı , lazer

3. scaner : daxil etmə qurğusu (optik imkanları bir dyumda olan nöqtələrin sayı ilə ölçülür)

4. plotter : xaricetmə qurğusu(kompüterdəki informasiyanı kağız üzərinə çəkən qurğudur)

5. qrafik planset (qələm vasitəsilə çəkilənlər olduğu kimi kompüterdə əks olunur)

6. strimer : caricetmə qurğusudur. Kompüterdəki informasiyanı maqnit lentə köçürmə qurğusudur

7. mikrafon –daxil etmə qurğusu ,qulaqcıqlar, audio kalonkalar –xaricetmə qurğusu.

8. fotokamera , videokamera –daxiletmə qurğusu

9. coistik –kompüter oyunları üçün

10. modem –Çevirici qurğudur. 2 növü var daxili və xarici. Modem analoq informasiyanı rəqəmsal informasiyaya və əksinə çevirən qurğudur. Həmçinin bu qurğu kompüteri kompüter şəbəkələrinə qoşmağa imkan verir.

Giriş qurğuları

Klaviatura

Ümumiyyətlə klaviatura eyni zamanda həm giriş, həm də idarə qurğusudur. O, informasiyanın kompyuterə daxil edilməsi və kompyuterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Fərdi kompyuterin yarandığı gündən bu günə qədər, demək olar ki, klaviaturanın xarici görünüşü və strukturu dəyişməmişdir. Lakin 1995-ci ildə, Windows əməliyyat sisteminin yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104/105 düyməli qurğu ilə əvəz olunmuşdur.

Şəkil:Chicony Wireless Keyboard KBR0108.jpg

Ənənəvi olaraq, klaviaturanın düymələri aşağdakı qruplara bölünür:

  1. Hərf-rəqəm düymələri. Bu düymələr çap makinası rolunu oynayırlar, hərf, rəqəm və bəzi simvolları kompyuterə daxil etmək üçündür:

A-Z, <, >, , , . , ? , /, {, }, [ , ] , ; , : , ‘, “, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0, !, @, #, $, %, ^, &, *, ( , ) , – , _ , =, + , `, ~ , \ , |

Hərf düymələri həm latın hərfləri rejimində, həm də digər hərf rejimində işləyə bilirlər.

  1. Funksional düymələr – F1, F2, …, F12. Bu düymələr klaviaturanın yuxarı hissəsində yerləşir. İstifadə olunan əməliyyat sistemlərindən və proqramlardan asılı olaraq bu düymələrin funksiyaları da dəyişir. Məsələn, demək olar ki, bütün proqramlarda F1 düyməsi həmin proqrama aid məlumat pəncərəsini açır.
  2. Kursoru idarə edən düymələr – proqramın işçi sahəsi üzrə kursoru idarə etmək üçün istifadə edilir. Bu düymələr aşağıdakılardır:

← – kursoru 1 simvol sola keçirir

→ – kursoru 1 simvol sağa keçirir

↑ – kursoru 1 sətir yuxarı qaldırır

↓ – kursoru 1 sətir aşağı salır

Home – kursoru sətrin əvvəlinə keçirir

End – kursoru sətrin sonuna keçirir

PageUp – sənədi 1 ekran boyu yuxarı qaldırır

PageDn – sənədi 1 ekran boyu aşağı salır

Bununla yanaşı, bu düymələri Ctrl-la birgə istifadə etdikdə, funksiyaları dəyişir:

Ctrl + ← – kursoru 1 söz sola keçirir

Ctrl + → – kursoru 1 söz sağa keçirir

Ctrl + ↑ – kursoru 1 abzas yuxarı qaldırır

Ctrl + ↓ – kursoru 1 abzas aşağı salır

Ctrl + Home – kursoru sənədin əvvəlinə keçirir

Ctrl + End – kursoru sənədin sonuna keçirir

Ctrl + PageUp – sənədi 1 səhifə yuxarı qaldırır

Ctrl + PageDn – sənədi 1 səhifə aşağı salır

  1. Rəqəm klaviaturası – bu düymələrdən hesablama zamanı kalkulyator kimi istifadə edilir, yalnız NumLock düyməsi aktiv olan zaman rəqəmlərlə işləmək mümkündür. Adətən klaviaturanın sağ hissəsində yerləşir. Həmçinin bu düymələrdən hərfin kodunu bilərək, onu ALT düyməsini basılı saxlamaqla daxil etmək üçün istifadə etmək olar.
  2. Xüsusi düymələr

Bu düymələrin də funksiyaları müxtəlifdir. Xüsusi düymələrə aşağıdakılar aiddir:

Caps Lock – klaviaturanı, əlifbanın böyük hərflərinin daxil edilməsi rejiminə keçirir.

Enter – dialoq pəncərəsində aktiv düymənin sıxılması üçün istifadə olunur (adətən bu aktiv düymə OK olur). Mətn yığdıqda isə abzasın bitməsi və yeni abzasın başlanması üçün istifadə edilir.

Ecs (Escape) – bu düymədən adətən hər hansı bir əməliyyatı ləğv etmək, onun yerinə yetirilməsini dayandırmaq, cari iş rejimində proqramdan çıxmaq üçün istifadə olunur.

BackSpace (←) – kursordan solda yerləşən simvolu pozur. Bu düymə vasitəsilə həmçinin qovluq pəncərəsində əvvəl açılmış qovluğa qayıtmaq da mümkündür (Back düyməsinə uyğun olaraq).

Del (Delete) – kursordan sağdakı simvolu pozur.

Ins (Insert) – simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi üçün nəzərdə tutulub. Bu düymə aktiv olduqda mətnin daxil edilməsi zamanı kursordan sağdakı simvollar avtomatik olaraq yeni simvollarla əvəz edilir.

Spacebar (probel) – boş yer daxil etmək üçün istifadə edilən, üzərində heç bir yazı olmayan düymədir.

Num Lock – rəqəm klaviaturasını aktivləşdirir.

Pause – proqramın yerinə yetirilməsini müvəqqəti olaraq dayandırır.

PrntScrn – ekranın təsvirini mübadilə buferinə göndərir, Alt düyməsi ilə birgə basıldıqda buferə yalnız aktiv pəncərənin təsviri göndərilir.

Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə edilir.

Tab – mətn redaktorunda kursorun yerinin bir neçə mövqe dəyişdirilməsi üçün istifadə edilir. Windows-da mausun köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün istifadə olunur.

Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı müxtəlif istiqamətlərdə hərəkət etdirməyə imkan verir. Bu düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər.

Ctrl, Shift Alt düymələri klaviaturanın digər düymələri ilə kombinasiyada işlədilir və bu düymələrin təyinatını dəyişdirmək üçün nəzərdə tutulub.

Çıxış qurğuları

Monitor

Monitor (displey) – kompyuterə daxil edilən və kompyuterdən alınan mətn və qrafik informasiyanı əks etdirən qurğudur. Monitorun iki iş rejimi var: qrafik iş rejimimətn iş rejimi. Qrafik iş rejimi ekrana qrafiklərin, şəkillərin çıxarılmasını təmin edir, mətn iş rejimi isə mətn tipli informasiyanın ekrana verilməsi üçün nəzərdə tutulmuşdur.

Monitorlar müxtəlif dioqanallı olurlar. Dioqanallar düyumlərlə ölçülür. 1dyum = 2,54sm. Monitorun keyfiyyəti ondakı nöqtələrin sayı ilə ölçülür. Bu nöqtələrə piksel deyilir.

Monitorların növləri

Hazrlanma texnologiyasına görə monitorlar əsasən 3 qrupa bölünür:

  • Elektron şüa borulu;
  • Maye-kristallı;
  • Plazma ekranlı.

Yaxın vaxtlara qədər elektron-şüa borusu (EŞB) əsasında qurulmuş monitorlar ən geniş yayılmışdırlar. Belə monitorun iş prinsipi adi televizorun iş prinsipindən heç də fərqlənmir. Bugünkü gündə EŞB-monitorlar tam təkmilləşdirilmiş və qiyməti çox da baha olmayan qurğulardır. Onun əsas mənfi cəhəti – çəkisi və qabarit ölçüləridir. Bundan əlavə, güclü enerji sərfinə malikdirlər və istifadəçiyə zərərli şüalarla təsir edirlər.

Bunun alternativi olaraq, maye-kristal (MK) matris əsasında müstəvi və ensiz nazik monitorlar istehsal olunmağa başlanmışdır. Belə monitorun ekranındakı nöqtələri çoxlu sayda miniatür maye-kristallı elementlər formalaşdırır ki, o da verilən cərəyanın təsiri nəticəsində öz rəng xarakteristikalarını dəyişdirir.

Tipindən asılı olmayaraq monitorlar aşağıdakı vacib parametrlərlə xarakterizə olunurlar:

  1. Ekranın diaqonalının ölçüsü dyümlə ölçülür. Əvvəllər ev kompyuterlərində 14 dyümlü monitorlardan istifadə edilirdi. Sonra onları 15 dyümlü və 17 dyümlü monitorlar əvəz etdi. 19 dyümlü və daha böyük diaqonallı monitorlardan istifadə edənlər də az deyildir.
  2. Ekranın mütənasibliyi. EŞB monitorlarında tərəflərin nisbəti (enin uzuna nisbəti) həmişə 4:3 olduğu halda, MK monitorlarda bu nisbət müxtəlif cür olur. MK monitorlarda əksər hallarda bu nisbət 16:9 olur. Bu da, belə bir enli ekranlı formatda DVD filmlərinə rahat baxmağa imkan verir. Standart proqramlarla işlədikdə isə ekran nisbətinin heç bir təsiri yoxdur.
  3. Ekran pikselinin qiyməti. Bu göstərici ekrandakı nöqtənin – pikselin ölçüsünün minimal qiymətini göstərir (bu qiymət millimetrin onda bir hissəsi ilə ölçülür). Bu parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir edir: bu nöqtə nə qədər böyük olarsa, təsvir də bir o qədər kobud alınar. MK monitorlarda bu kəmiyyət 0,28-0,29 mm olur.
  4. Seyrəklik qabiliyyəti (videorejim). Bu kəmiyyət vasitəsilə ekrana çıxarılan nöqtələrin (piksellərin) sayı təyin edilir. Aydındır ki, piksellərin sayı nə qədər çox olarsa, təsvir də bir o qədər keyfiyyətli alınacaq. Seyrəklik qabiliyyəti 2 kəmiyyəti təsvir edir: üfüqi və şaquli istiqamətdə nöqtələrin sayı. Bu kəmiyyət kompyuterdə rejimdən rejimə keçdikcə dəyişir:
    • 640×480 (14 dyümlü monitorlar üçün standart rejim)
    • 800×600 (15 dyümlü monitorlar üçün standart rejim)
    • 1024×768 (17 dyümlü monitorlar üçün standart rejim)
    • 1152×854 (19 dyümlü monitorlar üçün standart rejim)
    • 1280×1024 (20 dyümlü monitorlar üçün standart rejim)
    • 1600×1200 (21 dyümlü monitorlar üçün standart rejim)

Praktikada, istənilən monitor daha böyük seyrəkliyi dəstəkləyə bilər. Çox böyük seyrəklik olduqda qrafik interfeysin elementləri çox-çox kiçik alınır.

  1. Açılışın maksimal tezliyi (Refresh Rate). Aydındır ki, açılış tezliyi nə qədər kiçik olarsa, monitorun ekranı insanın gözünü daha tez yorar. Bir qayda olaraq komfort şəkildə işləmək üçün açılışın tezliyi 85 Hz-dən aşağı olmamalıdır. Bu zaman ekrandakı təsvir bir saniyədə 85 dəfə yenilənəcəkdir. Daha aşağı tezlik görmə qabiliyyətini zəiflədə bilər. Bütün bu deyilənlər EŞB monitorlara aiddir. MK monitorlarda isə bir piksel digər piksellərdən asılı olmur və ayrıca idarə olunur. Ona görə də MK monitor üçün bu parametr 75 Hz olarsa, bu təhlükəsizdir.
  2. Videoplatanın tipi
  3. Rəngin dolğunluğu – ekrana eyni zamanda çıxarıla bilən rənglərin sayı ilə müəyyən olunur.

Printer

Printer informasiyanı kağıza çap edən qurğudur. Printerlər bir-birindən iş prinsipinə, çapetmə üsuluna, sıxlığına, sürətinə və çap rənginə görə fərqlənirlər.

http://www.digitalworldtokyo.com/entryimages/251105_Canon_Printer.jpg

Bütün çap qurğuları çapetmə prinsipinə görə aşağıdakı qruplara bölünür:

  • Matrisli tipli zərbəli printerlər;
  • Şırnaqlı printerlər;
  • Lazerli (səhifəlik) printerlər.

Matris tipli zərbəli printerlər. Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün mümkün işarələr kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu vasitəsilə təşkil olunurlar. Bu cür üsulla işləyən çap qurğuları kifayət qədər çap keyfiyyəti, ucuz materiallarla (rəngli lent və kağız) işləməyi təmin edir, həm standart formalı kağızdan, həm də rulon tipli kağızdan istifadə etməyə imkan verir.

Şırnaqlı printerlər. Bu printerlər mürəkkəblə işləyir. Şırnaqlı printerlər matris tipli zərbəsiz işləyən çap qurğularına aid edilə bilərlər.

Lazer və LED (Light Emitting Diode) printerləri. Bu printerlərdə quru toz hissəciklərindən istifadə edilir. Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap barabanı və optik-mexaniki sistemdir. LED printerlərində isə yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir.

Çap rənginə görə isə printerlər 3 qrupa bölünür:

  • Ağ-qara printerlər;
  • Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);
  • Rəngli printerlər.

Çoxfunksiyalı qurğular. Bir gövdədə birləşən printer, skaner, surət çıxaran (kseroks), bəzi hallarda isə faks çoxfunksiyalı qurğu və ya “kombayn” adlanır. “Kombayn”ın tərkibində olan qurğular üçün heç bir standart olmur: məsələn, printer çox vaxt şırnaqlı, bəzi halda isə lazer ola bilər və s. Nəzərə almaq lazımdır ki, bu qurğu sıradan çıxdıqda, biz eyni zamanda 3-4 qurğudan məhrum olmuş oluruq.

panasonic_kx_mb283ru_003

Plotter

Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.

http://upload.wikimedia.org/wikipedia/commons/f/f5/Plotter_Gerber_Infinity.jpg

Akustik sistemlər (səsucaldıcılar)

Akustik sistemlər audioinformasiya ilə işi təmin edir. Buna səs ucaldıcıları, qulaqcıqları, mikrofonu aid etmək olar. Akustik sistemlər 2 cür olur: daxili və xarici.

Skaner

Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar istifadə edilməsinə imkan verir. Ən geniş yayılmış iki tip skaner mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop).

Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa yerə aparmaq nöqteyi-nəzərindən yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin üzərində sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm (10 sm) olur, uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.

Stolüstü skanerlərə çox vaxt səhifəlik, planşet və ya avtoskaner deyilir. Bu skaner vasitəsilə 8,5 x 11 və ya 8,5 x 14 dyüm ölçülü təsvirləri kompyuterə daxil etmək mümkündür.

Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin olunur.

Bir qayda olaraq, təsvir obrazları kompyuterdə qrafiki fayl şəklində – TIFF (Tagged Image File Format) və ya PCX formatında saxlanılır.

Qrafiki planşet (digitayzer)

Skanerdə olduğu kimi, qrafik planşet də iki əsas parametrlə xarakterizə edilir: işçi sahənin ölçüsü və seyrəklik qabiliyyəti. Qrafik planetlə işləyən zaman nöqtəli təsvirlə deyil, ayrı-ayrı xətlərdən istfadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə deyil, bir dyümə düşən xətlərlə (lpi – line per inch) ifadə olunur.

Web-kamera

Web-kamera vasitəsilə İnternetə videotəsvirlər çıxarılır. Bu zaman ötürülən təsvirin seyrəklik dərəcəsi 640×480 olur. Bu qurğu Microsoft NetMeeting adlı səs və videomüraciət proqram təminatı ilə işləyir. Son illərdə istehsal edilən Web-kameraların əksəriyyəti kompyuterə USB portu vasitəsilə qoşulur və əlavə qida mənbəyi tələb etmir.

Strimmer

Strimmer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitofondur. Strimmerin kasetləri böyük tutuma (120Mbayt – 5Gbayt) malikdir.

Стример

Kursoru idarə edən qurğular

Fərdi kompyuterlərlə işləyərkən klaviaturaya alternativ olan xüsusi manipulyatorlardan istifadə edirlər. Bunlara coystik, işıqlı qələm, sensor paneli, maus və s. aiddir.

Maus (manipulyator)

Maus – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Maus və trekbol vasitəsilə informasiya kompyuterə daxil edilir. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.

Trekbol

Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinliklər də törədir. Onu stol üzərində hərəkət etdirdikdə kabeli nəyəsə ilişir və s. Bu problemləri aradan qaldırmaq üçün trekbol adlanan qurğu kəşf edilmişdir. Bu halda maus tərsinə çevrilir və mausun özü hərəkət etmir, biz yalnız barmağımızla kürəni hərəkət etdiririk. Trekbollar mausa nisbətən daha baha olur və əsasən tətbiqi qrafiki işlərdə, avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq edilir.

Sensor paneli (Taçpad)

İdarə qurğularından biri də ən çox noutbuklarda istifadə olunan sensor paneli və ya taçpaddır (ing. touchpad – sensor sahə).

Sensor panelindən barmağı qurğunun səthində hərəkət etdirməklə kursorun ekranda hərəkətini təmin etmək üçün istifadə olunur.

Rabitə qurğuları və verilənlərin ötürülməsi

Modem

Rabitə qurğularından telefon kanalı vasitəsilə İnternetə qoşulmaq üçün istifadə edilir. Onların tipik nümayəndəsi modemdir.

Modem – kompyuterin İnternet şəbəkəsinə qoşulmasını təmin edən qurğudur. Bu qurğu, kompyuter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirir. Bu çevrilmə onunla əlaqədardır ki, kompyuter rəqəmli siqnallarla işlədiyi halda, telefon analoq siqnallarla işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə demodulyasiya deyilir.

Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni əgər modem saniyə ərzində analoq siqnallarının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir.

Modemlər istifadə olunan kompyuterlərin tiplərindən asılı olaraq daxili (sistem blokun daxilində yerləşdirilir) və xarici (ayrıca qurğu kimi kompyuterə qoşulur) olurlar.

  1. İlk fərdi kompyuterin yaranma tarixi 1977-ci il hesab olunur. Məhz bu ildə iki amerikalı alim – S.Vozyak və S.Jobs öz fərdi kompyuterlərini yaratdılar və onu Apple adlandırdılar. IBM firması isə ilk fərdi kompyuterini 1981-ci ildə yaratdı (IBM PC) və ondan sonra bütün dünyada bu kompyuterlərdən geniş istifadə edilməyə başlandı. Hal-hazırda bütün dünyada istifadə edilən kompyuterlərin 80%-i IBM platforması ilə istehsal edilən kompyuterlərdir
  • CON FON NEYMANA GORE KOMPYUTERLERIN ARXIEKTURASI ASAGIDAKILARDAN IBARETDIR.
  • SISTEM BLOKU(CASE)
  • MONITOR(DISPLAY)
  • KLAVIATURA(KEYBOARD)

SISTEM BLOKU(CASE)- KOMPUTERIN ESAS TERKIB HISSESIDIR. ONSUZ KOMPYUTER ISLEYE BILMIR. SISTEM BLOKUNA ASAGIDAKILAR DAXILDIR

    • ANA PLATA(MOTHER BOARD)
    • HDD-HARD DISK, ESAS,DAIMI,VINCESTER YADDAS
    • RAM-OPERATIV,MUVEQQETI,EMELI YADDAS
    • PROSESSOR(CPU)
    • CD/DVD COMBO, DISKOVODLAR
    • VIDEO YADDAS (VGA)
    • DAXILI XARICI QOSULMA YERLERI
    • ISE SALMA DUYMELERI
    • QIDA BLOKU-
    • DAXIL ETME QURGULARI. INFORMASIYANI KOMPYUTERE DAXIL ETMEK UCUN ISTIFADE OLUNUR. ASAGIDAKILARDIR.
      1. KLAVIATURA
      2. MAUS
      3. SKANER
      4. REQEMLI KAMERA
      5. MIKROFONLAR
      6. QRAFIK PLANSET

XARIC ETME QURGULARI, KOMPUYUTERDE OLAN INFORMASIYYANI XARIC ETMEK UCUN ISTIFADE OLUNUR,ASAGIDAKILARDIR.

  1. PRINTER
  2. MONITOR
  3. SESGUCLENDIRICI DINAMIKLER
  4. PLOTTER

HEM DAXIL ETME.HEM XARIC ETME QURGULARI ASAGIDAKILARDIR.

  1. FLESKARTLAR
  2. CARDREADER
  3. CD/DVD DISKLER
  4. FLOPPY DISKLER
    • DAXILI VE XARICI QOSULMA YERLERI.

Daxili qosulma yerleri-Slot(misal olaraq-ide,pci,sata,agp)

Xarici qosulma yerleri port adlanir-(misal olaraq: usb-vasitesile qosulan butun qurgular)

Printer- Printer informasiyanı kağıza çap edən qurğudur. Printerlər bir-birindən iş prinsipinə, çapetmə üsuluna, sıxlığına, sürətinə və çap rənginə görə fərqlənirlər.

http://www.digitalworldtokyo.com/entryimages/251105_Canon_Printer.jpg

Bütün çap qurğuları çapetmə prinsipinə görə aşağıdakı qruplara bölünür:

  • Matrisli tipli zərbəli printerlər; murekkeble isleyir.
  • Şırnaqlı printerlər; matris tipli zerbesiz printerler-murekkeble isleyir
  • Lazerli (səhifəlik) printerlər. Toz hisselerile isleyir.

SKANER:

SKANERIN FUNKUSIYYASI Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar istifadə edilməsinə imkan verir.

Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin olunur.

Bir qayda olaraq, təsvir obrazları kompyuterdə qrafiki fayl şəklində – TIFF (Tagged Image File Format) və ya PCX formatında saxlanılır.

PLOTTER- Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.

MODEM- Rabitə qurğularından telefon kanalı vasitəsilə İnternetə qoşulmaq üçün istifadə edilir.

Modem – kompyuterin İnternet şəbəkəsinə qoşulmasını təmin edən qurğudur. Bu qurğu, kompyuter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə demodulyasiya deyilir.Modemlər istifadə olunan kompyuterlərin tiplərindən asılı olaraq daxili (sistem blokun daxilində yerləşdirilir) və xarici (ayrıca qurğu kimi kompyuterə qoşulur) olurlar.

http://www.computerwar.com.my/images/modem.jpg

Kompüterin əlavə(periferiya) qurğuları.

Printer – çap etmə qurğusudur. Printerlərin 3 növü vardır: Matris, axarlı, lazer.

Skaner – mətn və qrafik məlumatı kompüterə oxuyur

Modem – qlobal şəbəkəyə (İnternetə) qoşulmaq üçün istifadə olunan qurğudur.

Strimmer – böyük həcmli məlumat maqnit lentlərdə saxlamaq üçündür.

Plotter, kolonka, kamera və s.

Müasir kompüterlər 3 yerə bölünür: super, mini, mikro.

Mikro kompüterlərin ən populyarı PC(personal kompüter) fərdi kompüterlərdir.

Fərdi kompüterlər 2 yerə ayrılır:

PK –lərin Böyük EHM-na nisbətən əlverişli olmağının səbəbləri:

    • İstifadəçi üçün rahat interfeysə malik olan , dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi və s.)
    • Fərdilik
    • Böyük həcmdə olan məlumatın sürətli emalı
    • Təmirin asanlığı və yüksək keyfiyyətliliyi
    • Periferiya qurğularından istifadə etmək imkanları
    • Bütün sferaları əhatə edən proqram təminatı
    • Şəbəkələrə birləşdirilmək imkanı

 

Dostlarla Paylaş ↓