Sistem bloku (System Block)

Fərdi kompyuterin ümumi görünüşü aşağıdakı kimidir:

 

 

 

 

 

Müasir fərdi kompyuter bir neçə əsas konstruktiv komponentlərdən ibarətdir:
• Sistem bloku;
• Monitor;
• Klaviatura.
Kompyuterin məhsuldarlığını və imkanlarını sistem blokun xarakteristikaları müəyyən

Sistem blokunda aşağıdakı qurğular yerləşir:
• Qida mənbəyi – power supply;
• Sistem lövhəsi (ana lövhə) – motherboard;
• Sərt maqnit disk (HDD);
• Genişləndirmə lövhələri;
• Optik disk sürücüləri (CD, DVD);
• Digər texniki qurğular.
Sistem blokun əsas elementi sayılan ana lövhəyə praktiki olaraq kompyuterin əsas elementləri qoşulur və ana lövhə vasitəsilə onlar arasında əlaqə yaranır.

Ana lövhənin əsas xarakteristikalarını onda yerləşən genişlənmə slotları və slotların növləri müəyyən edir. Genişlənmə slotları dedikdə genişlənmə platası (lövhəsi) adlanan kontroller və ya adapterlər nəzərdə tutulur. Belə slotlara kompyuterin daxilində yerləşən əlavə qurğular qoşulur. Əlavə qurğulara videokartı, audiokartı, modemi və digər qurğuları göstərmək olar.
Məlumdur ki, sistem blokun gövdəsinə çoxlu sayda elementlər dəsti qoşulur və bu elementlər dəsti iş prosesində özlərindən müəyyən temperatura malik istiliyi ətrafa yayırlar. Buna görə də sistem blokunun daxilində normal temperatur yaratmaq üçün istehsal olunan müasir kompyuterlər ventilyatorlar ilə (ing. cooler ) təmin edilirlər.

Bəzi fərdi kompyuterlərdə sistem blok daxilinə quraşdırılmış yüksək temperatura malik istilik mənbəyi yaradan videokartları və vinçesterləri soyutmaq üçün korpusda əlavə

ventilyatorlardan da istifadə edilir.
Dizayner və konstruksiya baxımından müxtəlif variantlarda istehsal olunan sistem blokları mövcuddur. Kompyuter istifadəçiləri əsasən desktop, slimline, minitower, midi tower, big tower, monoblok sistem bloku növlərindən istifadə edirlər.

Desktop və slimline növlü sistem bloklarında sistem platası vertikal, tower növlü system bloklarında isə üfüqi şəkildə quraşdırılır. Monoblok tipli kompyuterlərin sistem blokları monitorla bir korpusda quraşdırılır.
Tower tipli korpuslardan adətən “tamamlanmış” variantlarda istifadə olunur. Bu prinsiplə hazırlanmış korpuslar masaüstü korpuslara nəzərən az yer tuturlar.

 

 

 

 

 

 

 

 

Korpusların daxilində ana kartdan başqa qida mənbəyi və əlavə qurğuların yerləşdirilməsi üçün yerlər də nəzərdə tutulmuşdur. Korpusun ölçüsü onun daxilində yerləşdiriləcək qurğuların sayından asılıdır. Sistem blokun korpusu metal və plastik materialdan hazırlanır və önündə müxtəlif funksiyaları yerinə yetirən düymələr, korpusun arxa tərəfində isə müxtəlif məqsədlər üçün istifadə edilən portlar (yuvalar) yerləşir. Düymələrin və portların sayı və yerinə yetirdiyi funksiyalar istehsal olunan kompyuterin modelindən çox asılıdır. Korpusun əsas düyməsi Power – kompyuteri gərginliyə qoşmaq üçün, Reset düyməsi isə kompyuterin yenidən yüklənməsində istifadə olunur.
Sistem blokun ön tərəfində yerləşən indikatorlardan biri Power düyməsi sıxılan kimi yanır və blokun gərginliyə qoşulduğunu, yanıb sönən indikator isə kompyuterin sərt diskinin işə düşdüyünü bildirir. Sistem blokun arxa tərəfində yerləşən portlar periferiya qurğularının qoşulması üçün nəzərdə tutulmuşdur. Korpusun daxilində yerləşdirilmiş dinamik səs ucaldanı iş prosesi zamanı yaranmış nasazlıq haqqında səs siqnalı verir. Verilmiş siqnalın ardıcıllığından və uzunluğundan asılı olaraq istifadəçi kompyuterin hansı hissəsində nasazlığının baş verdiyini müəyyən edə bilər.

 

 

 

 

 

 

 

 

Qida mənbəyi (Power Supply)

Kompyuterin qida mənbəyi onun ən vacib və ən çox problemlər yaradan hissələrindən biridir. Həddindən çox qızma, gurultulu səslə işləmə və xoşagəlməz səslər qida mənbəyinin yaxşı vəziyyətdə olmadığını göstərir. Elektrik cərəyanının tez-tez kəsilməsi, çox aşağı və çox yüksək göstəriciləri qida mənbəyində meydana gələn problemlərin başlıca səbəblərindən biridir. Qida mənbəyində bu cür problemlər meydana gəldiyində onun dəyişdirilməsi məqsədəuyğundur.

 

 

 

 

 

 

 

Qida mənbəyi müəyyən çıxış gücündə istehsal edilir. Keçmişdə istifadə olunan qida mənbələri 75 W çıxış gücünə malik idi. Hazırda bu göstərici 920 W-a qədər yüksəldilmişdir. Fərdi kompyuterlər üçün istifadə edilən qida mənbələri əsasən 350÷450 W çıxış gücünə malikdirlər.
Qida mənbəyi üzərində güc kabelinin birləşdiyi yerin alt hissəsində kiçik qırmızı rəngdə bir açar olur. Bu açar ilə qida mənbəyinin uyğun gərginlik qiymətlərində işlədilməsi təmin edilir.
APM (Advanced Power Management – Təkmilləşdirilmiş Qida İdarəetməsi) – Microsoft və Intel tərəfindən güc sərfini azaltmaq məqsədilə fərdi kompyuter istifadəçiləri üçün düzəldilmişdir və daima inkişaf etməkdədir. APM anakart, BİOS və əməliyyat sistemi üçün belə qida mənbələri hazırlayırlar.

Qida mənbəyi mövcud 220 V AC (dəyişən cərəyanı) şəbəkə gərginliyini 3.3V, 5.0V və 12.0V DC (sabit cərəyan) gərginliyinə çevirir. Əldə edilən güc sistem qurğularına paylanır. Əsasən, anakart və digər kartlar 3.3V÷5V, disk mühərriki və soyutma pərləri (fan) 12V ilə işləyir. Bundan əlavə sistemin bütün enerji tələbatı qida mənbəyindən təmin edilir.
Qida mənbəyi üzərində olan pərin rolu da çox böyükdür. Qida mənbəyini soyudaraq daxili istiliyin sabit qalmasını qida mənbəyi üzərində yerləşən pər təmin edir, və pər qida mənbəyinin xaricə açıq olan arxa tərəfində yerləşdirilir.
AT sistem bloklarının qida mənbələri açar vasitəsilə işə düşür. ATX sistem bloklarının qida mənbələri əvvəlki qida mənbələrindən iş və quruluş etibarilə çox fərqlənir. Daha da təkmilləşdirilmiş bu qida mənbəyi proqram təminatı ilə güc yoxlanılmasının təmin edilməsinə imkan yaradır. Sistem tamamilə bağlı olsa belə, ATX sistem blokunun qida mənbəyi anakartı fasiləsiz olaraq 5.0V sabit gərginliklə təmin edir. Bunun da sayəsində sistem öz-özünə işə düşə bilir. ATX bazalı qida mənbələri digər standart qida mənbələrindən istifadəni dayandırmışdır.
Qida mənbələrinin sistem bloku daxilində olan qurğularla əlaqəsini təmin edən çıxışların bir neçə növü aşağıdakı şəkildə göstərilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qida mənbəyinin çıxışlarındakı gərginlik qiymətləri aşağıdakı cədvəldə verilmişdir:

 

 

 

 

Kompyuterin sistem blokunun olduğu mühitin mümkün olduqca sərin olması ilə yanaşı tozlu olmamasına səy göstərin, çünki qida mənbəyinin pəri, daxilində olan havanı işlədiyi müddətdə içərisinə çəkir. Buna görə də uzun zaman daxilində yığılan toz müəyyən müddətdən sonra qida mənbəyinə mənfi təsir göstərə bilər.

Elektrik rezonansları və kəsilməmələrinin zərərlərinə qarşı fasiləsiz qida mənbəyindən (UPS) istifadə edin.
Fərdi kompyuterlərin qida mənbələri 350÷450 W gücündə standart olaraq istehsal edilir. Anakart üzərindəki mövcud bütün slotlar (söküklər) işləyərsə, ya da çox sayda sərt disk, optik disk qurğular istifadə edilərsə, bu vəziyyətdə 350 W gücündə bir qida mənbəyi kifayət etməz. Sistem blokunun daxilində olan bütün qurğuların ümumi ehtiyacı olan güc miqdarı 350W-a çox yaxındırsa, 350W çıxış gücünə sahib bir qida mənbəyinin istifadə edilməsi kifayət deyil, çünki qida mənbəyinin normal işləməsi üçün, həcminin hamısı istifadə edilməməlidir. Bu əsasən server kompyuterlərin üzərində görünən cüt qida mənbəyinin istifadəsi, bir qida mənbəyinin çatışmaması və ikincisinin kömək məqsədilə qoyulduğunu bildirir, lakin serverlərdə ikinci qida mənbəyinin əsas məqsədi birinci qida mənbəyini qidalandırmaqdır. Serverlərdə hər hansı bir kəsilmənin olmamasına diqqət edildiyi üçün belə bir ehtiyat qida mənbəyinə ehtiyac hiss edilmişdir. Birinci qida mənbəyində hər hansı bir problem meydana gəldiyi zaman ehtiyatda gözləyən qida mənbəyi avtomatik olaraq dövrəyə qoşulur.
Adi fərdi kompyuterlərdə qurğuların təxmini olaraq nə qədər güc tələb etdiyi aşağıdakı cədvəldə göstərilmişdir:

 

 

 

 

 

 

 

 

 

 

 

Dostlarla Paylaş ↓