AZƏRBAYCAN DİLİ

 

Fonetika

1.Fonetikada nə öyrənilir?

– danışıq səsləri

2. Ahəng qanunu, heca və vurğu :

– fonetikanın mövzularına daxildir.

3.Danışarkən tələffüz etdiyimiz səslər:

-danışıq səsləri adlanır.

4. Danışıq səsləri iki yerə bölünür:

1. Saitlər

2. Samitlər

5.Saitlər:

-Dilimizdə 9 sait var: a, e, ə, i, ı, o, ö, u, ü

5a.Yaranma vəziyyətinə görə saitlərin 3 bölgüsü var:

1. Qalın saitlər: a, ı, o, u

İncə saitlər: e, ə, i, ö, ü

2. Qapalı saitlər: ı, i, ıı, ii

Açıq saitlər: a, ə, e, o, ö

3.Dodaqlanan saitlər: o, ö, u, ii

Dodaqlanmayan saitlər: a, e, ə, ı, i

6.Samitlər:

Samitlər 2 yerə bölünür:

1. Cingintili samitlər: b, q, v, ğ, d, j, z, y, g, c, I, m, n, r, –

2. Kar samitlər: p, k, f, x, t, ş, s, x, k, ç, -, -,. -, – , h

7.Ahəng qanunu :

-Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa sonrakı hecalar da qalın olmalıdır. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə saitli sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz.

8.Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir:

1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: maaş-(ma:ş), camaat-(cama:t), təəssüf-(tə:ssüf, mətbəə-(mətbə:), bədii-(bədı:).

2. Tərkibində ai, əi, iə hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunur. Məsələn: ailə-(ayilə), daimi- (dayimi), zəif-(zəyif), Səidə-(Səyidə), təbiət-(təbiyət), müdafiə- (müdafiyə).

3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait deyilmir ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət-(sa:dət), müavin-(ma:vin), müalicə-(ma:licə), müəllim- (mə:llim).

9.Qoşasamitli sözlərin tələffüzü:

1. Eynicinsli qoşa kk, pp, tt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı ilə əvəz olunur. Məsələn: səkkiz- (səkgiz), mürəkkəb-(mürəkgəb), tappıltı-(tapbıltı), hoppanmaq- (hopbanmax), əlbəttə-(əlbətdə).

2. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci onun kar qarşılığı kimi tələffüz olunur. Məsələn: diqqət-(dikqət), doqquz-(dokquz), toqqa-(tokqa).

10.Heca nədir?

-Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait varsa; o qədər də heca var. Heca bir saitdən də ibarət olur.Sözlərin daxilində yanaşı gələn 4 samitdən ikisi əvvəlinci saitlə, ikisi isə sonrakı saitlə qovuşur. Məsələn: eks-press, trans-kripsiya, abs-trakt.

11.Vurğu nədir?

-Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Məsələn: şahin, Azərbaycan, azadlıq, atlaz, bayaq, dünən, niyə, sonra.

Leksika

12.Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya :

-onun leksik mənası deyilir. Məsələn: qələm sözünün leksik mənası yazı alətidir.

13. Sözün qrammatik mənası :

-hansı nitq hissəsinə aid olmasını bildirir.

14.Sözün ilkin əsas mənası:

-onun həqiqi mənasıdır. Məsələn: dəmir qapı, daş divar söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir.

15.Sözün sonradan qazandığı törəmə mənası :

-onun məcazi mənası adlanır. Məsələn: dəmir iradə, daş ürək birləşmələrindəki birinci tərəflər-dəmir daş sözləri bənzətmə yolu ilə yaranmışdır.

16.Yalnız bir leksik mənası olan sözlərə:

-təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, sığırçın.

17.Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə:

-çoxmənalı sözlər deyilir. Məsələn ayaq, ağız, dil, boğaz

Həqiqi mənada: Məcazi mənada:

Ayaq-uşağın ayağı kəndin ayağı

Ağız-quşun ağzı baltanın ağzı

Almaq-kitab almaq xəbər almaq

Tutmaq-topu tutmaq fikiri tutmaq

Acı-acı dərman acı xatirə

Çoxmənalığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.

18. Deyilişi ilə yazlışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözlərə nə deyilir?

omonimlər. Məsələn

Bağ-meyvə ağacları əkilmiş sahə, ayaqqabını bağlamaq üçün ip

Şam-axşam yeməyi; ağac

Ay-yerin peyki; 30 gün

Əqrəb-həşərat; saatın mili

Alışmaq-yanmaq; öyrənmək

Yaş-nəm islanmış; insan ömrünün yaşı

19.Yazılışları eyni olan lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonimdirmi?

-Xeyr. Məsələn: alma (isim), alma (fel); əkin (isim), əkin (fel); dimdik (isim), dimdik (sifət)

20.Adlar omonimlik yaradırmı?

-Xeyr.

Məsələn: Çiçək, Ulduz, Yaqut

21.Yazılışı və deyilişi eyni olmayan eyni və yaxın mənaları bildirən sözlərə nə deyilir?

– sinonimlər

Məsələn: ürək-könül -qəlb, iri-böyük-yekə, oturmaq-əyləşmək

Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.

22.Bi, sız, la sinonim şəkilçiləri ilə yaranan sözlər:

sinonim deyil. Məsətən: bivəfa-vəfazsız

23.Bir-birinə zidd əks olan mənaları bildirən sözlərə nə deyilir?

– antonimlər. Məsələn: yer-göy, qaçmaq-dayanmaq, gecə-gündüz, igid-qorxaq Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.

24.Mənası hamı tərəfindən anlaşılan sözlərə nə deyilir?

– ümumişlək sözlər

25. Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti:

– hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq

26.Hamı tərəfindən istifadə edilməyən olunmayan və anlaşılmayan sözlərə :

-ümumişlək olmayan sözlər deyilir.

27. Ümumişlək olmayan sözlər:

2 qrupa bölünür:

1. Dialekt sözləri

2. Terminlər (ixtisas sözlər)

28.Dialekt sözlər

-Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dailekt sözləri deyilir.

Məsələn: döşəkcə-nimdər, manşırlamaq-nişanlamaq, əppək-çörək, gəvəzə-boşboğaz, doqqaz-döşəkcə, əlardan-dəsmal.

29.Terminlər (ixtisas sözləri):

-Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər deyilir.

Məsələn: frazeologiya, mübtəda,orfoepiya,süjet, subtropik

Terminlərdən elmi üslubda daha çox istifadə olunur.

30.Yeni sözlər (neologizmlər):

-İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq dildən ayrı- ayrı anlayış hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər deyilir.

Məsələn: soyad, açıqca, printer, cangüdən, bölgə, kompyuter, mer, spiker, menecer

Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.

31.Köhnəlmiş sözlər:

-Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər deyilir. Məsələn:

Kəndxuda-kənd icra nümayəndəsi

Baqqal-ərzaq malları satan dükançı

Yasavul-polis nəfəri

Nəsnə-şey

Altun-qızıl

32.Dilimizdəki sözlər:

-mənşəyinə görə 2 qrupa bölünür: Əsl Azərbaycan sözləri, alınma sözlər. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir.

33.Alınma sözlər 2 qrupa bölünür:

1. Ərəb və fars dillərindən alınma sözlər

2. Avropa dillərindən alınma sözlər

34.Alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətləri bilmək zəruridir:

1. Sözdə 2 saitin yanaşı işlənməsi. Məsələn: ailə, zəif, sual

2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi. Məsələn: aləm, məna, elan, səliqə, mötəbər, vəzifə

3. Sözün r samiti ilə başlanması. Məsələn: ruzi, rəf, rayon, rəndə, rütbə, rəssam

4. Sözdə j samitinin işlənməsi. Məsələn: janr, əjdaha, montaj, jurnal

5. Sözdə ahəng qanunun pozulması: Məsələn: aşiq, məktub, vəfa, ticarət. Ilıq, işıq, inam əsl Azərbaycan sözləridir.

6. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi. Məsələn: həll, sirr, xətt, fənn

7. Qoşa yy samitli sözlər: xasiyyət, əziyyət, səyyah, əməliyyat, ‘ təyyarə, hədiyyə

8. Sonu at şəkilçisi ilə bitən sözlər. Məsələn: təbliğat, təşkilat, heyvanat

Nadinc natəmiz, nakişi sözləri milli sözlərdir.

Digər alınma sözlər: şkaf, bülbül, gül, payız, bahar, dilbər, samovar, zavod, paraxod, veksel, kurort, keks, futbol, rels, klub, mitinq, prezident, plan, namaz, məktəb, məktub, dəftər, elm, mələk, Allah, dərs, tədris, mədrəsə, sinif, lövhə, təlim, müəllim, rəbb, peyğəmbər, məscid, səcdə, oruc, həcc, molla, behişt, cənnət, cəhənnəm, Məhəmməd, Əli, Həsən, Hüseyn, Ömər, Cəfər, Osman, Əkbər.

Söz Yaradıcılığı.

35.Dilimizdəki sözlər qurluşuna görə:

-3 növə bölünür: sadə, düzəltmə, mürəkkəb.

36.Yalnız bir kökdən (kök və qrammatik şəkilçi) ibarət olan sözlərə:

– sadə sözlər deyilir. Məsələn: ev (evlər evdə), uşaq, şagird

37.Leksik şəkilçilərin köməyi ilə yaranan sözlər?

– düzəltmə sözlər adlanır. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Məsələn: işçi, enli, başla

38.Mürəkkəb sözlər :

-iki və bəzən də 3 sözdən ibarət olur. Məsələn: qızılgül (qızıl, gül), göygöz (göy, göz), əlüzyuyan (əl, üz, yuyan).

Morfologiya

39.Dilimizdəki nitq hissələri əsas əlamətlərinə görə iki növə bölünür:

1. Əsas nitq hissələri

2. Köməkçi nitq hissələri

40.Əsas nitq hissələrinin 2 əsas səciyyəvi xüsusiyyətləri var:

1. Müstəqil leksik məna daşıyaraq əşyanı, əlaməti, miqdarı hərəkəti və s. bildirir.

2. Cümlə üzvü vəzifəsində işlənir

Köməkçi nitq hissələrində isə bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.

41.Əsas nitq hissələri bunlardır:

-İsim, Sifət, Say, Əvəzlik, Fel, Zərf .

42.Köməkçi nitq hissələri bunlardır:

-Qoşma ,Bağlayıcı,Ədat,Modal Sözlər, Nida.

43.İsim :

-ümumi qrammatik mənasına görə əşyaların canlı və cansız varlıqların adlarını bildirir. Kim? Nə? bəzən də hara? suallarından birinə cavab olur. Məsələn: müəllim (kim?), şagird (kim?), at (nə?), quş (nə?), Bakı (hara?).

İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.

44.Varlıqlar iki cürdür:

-gözlə görünə bilən və görünə bilməyən.

45.Bu baxımdan isimlər iki növə bölünür:

-konkret isimlər, mücərrəd isimlər

46. Konkret İsimlər

-gözlə görünə bilən, əllə təması mümkün olan, bir sözlə maddi varlıqların, əşyaların adlarıdır. Məsələn: çiçək, insan, qoyun, külək.

47. Mücərrəd İsimlər:

-gözlə görünə bilməyən, əllə təması mümkün olmayan, xəyalda, təsəvvürdə canlandırılan əşyaların adlarıdır. Məsələn: arzu, xəyal, məqsəd, dostluq.

48. İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:

1. Ümumi İsimlər

2. Xüsusi İsimlər

Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir. Məsələn: insan, ağac, ot, gül, çiçək, daş

Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir.

49. Xüsusi isimlərə aşağıdakılar aiddir:

1.İnsan adları, soyadlar, təxəllüs və ləqəblər: Nizami, Gəncəvi, Hüseyn, Çopur, Sabir

2. Coğrafi və astronomik adlar: Azərbaycan, Tovuz , Gəncə, Ay, Mars, Yupiter

3. Qəzet, Jurnal və Əsər adları: Zaman, Ailəm

4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Məstan Xüsusi isimlər böyük hərflə yazılır.

50.İsimlər kəmiyyətcə:

– tək və cəm olur. İsimlər cəmdə olarkən lar və lər şəkilçisini qəbul edir. Məsələn: kitab+lar=kitablar, ev+lər=evlər, şagir+lər=şagirdlər.

Dilimizdə elə isimlər də var ki, onların məzmununda topluluq çoxluluq anlayışı var. Belə isimlər toplu isimlər adlanır. məsələn: el, xalq, kütlə, camaat, qoşun, ilxı.

51.İsimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi:

-hallanma adlanır.İsmin 6 halı var.

Adlıq Hal

-İsimlərin başlanğıc formasıdır. Kim? Nə? hara? suallarına cavab olur. Məsələn: şagird (kim?),

kitab (nə?).

Yiyəlik Hal

-Yiyəlik, sahiblik mənasını bildirir. Kimin? Nəyin? Haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?) qələmi, kitabın (nəyin?) cildi. İsimlər yiyəlik halda ın şəkilçisi qəbul edir.

Yiyəlik halın iki növü var:

1.Müəyənlik bildirən yiyəlik hal

2.Qeyri-müəyyənlik bildirən yiyəlik hal Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və salıiblik, yiyəlik mənasını bildirir.

Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi.

Yönlük Hal

-Hərəkətin yönünü, son nöqtəsini bildirir. Kimə? Nəyə? Haraya? suallarından birinə cavab olur. A şəkilçisini qəbul edir.

Məsələn: Anara (kimə?), qrafinə (nəyə?)

Təsirlik Hal

-Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşya bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi 2 növə bölünür:

1. Müəyyənlik bildirən təsirlik hal. Kimi? Nəyi? Haranı? Suallarından birinə cavab olur. I şəkilçisi vasitəsilə düzəlir. Məsələn: Turalı (kimi?), qələmi (nəyi?)

2. Qeyri-müəyyənlik bildirən təsirlik hal şəkilçisiz işlənir və nə? sualına cavab verir. Ayan kitab (nə?) oxuyur.

Yerlik Hal

-Əşya və hərəkətin yerini bildirir. Kimdə? Nədə? Harada? suallarından birinə cavab olur və da şəkilçisi ilə düzəlir. Məsələn: Günayda (kimdə?), həyətdə (harada?)

Çıxışlıq Hal

-Hərəkətin çıxış yerini bildirir. Kimdən? nədən? haradan? Suallarının birinə cavab olur və dan şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan (kimdən?), kitabdan (nədən?), küçədən (haradan?)

53.Sifət:

-əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Məsələn: uzun, qısa, mavi,şirin, acı, tənbəl ,qəşəng

54.Sifətin Müqayisə dərəcələri:

Sifətin başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir.

55.Sifətin 3 dərəcəsi var:

Adi dərəcə,azaltma,çoxaltma.

56. Adi dərəcə:

əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti qrammatik şəkilçisi yoxdur. Məsələn: ağ, qara, şirin, sərin

57. Azaltma dərəcəsi:

-Əlamətin adi haldan az olduğunu bildirir.

58.Azaltma dərəcəsi 2 üsulla düzəlir.

– 1-morfoloji üsul. Yəni adi dərəcədə olan sifətlərə şəkilçi artırmaqla:

Imtıl-ağımtıl, sarımtıl

Sov-uzunsov, ağımsov

Şın-sarışın, qaraşın

-2-sintaktik üsul. Adi dərəcədə olan sifətin əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis qoyulur: açıq-qırmızı, açıq-sarı

59.Çoxaltma dərəcəsi-əlamətin adi haldan çox olduğunu bildirir.Və İki üsulla yaranır.

1- morfoloji üsul

Ca-xırdaca, balaca

Ağ-ağappaq

2-sintaktik üsul-ən, lap, çox ,olduqca, tünd. Çox maraqlı, daha ağıllı, tünd-göy

60.Say:

-Əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur.məsələn: iki uşaq

61.Sayın Mənaca Növləri:

-Sayın mənaca 2 növü var:

Miqdar sayları Sıra sayları

Miqdar sayları özü də 3 növə bölünür:

Müəyyən miqdar sayları

Qeyri-müəyyən miqdar sayları Kəsr sayları

62.Müəyyən Miqdar Sayları:

-Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz və s.

Müəyyən nıiqdar saylarından sonra gələn isimlər yalnız təkdə olur. Məsələn: on beş şagird, beş kitab. Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir. Məsələn:

Nəfər-insan bildirən isimlərlə işlənir. Məsələn: iki nəfər şagird, on nəfər tələbə

Baş-heyvan bildirən isimlərlə işlənir. Məsələn: on baş öküz, yüzbaş qoyun

Ədəd, dənə-cansız əşyanı bildirən isimlərlə işlənir: beş dənə nar, iki ədəd qaləm

Cüt, dəst-qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir: məsələn: bir cüt ayaqqabı, iki dəst paltar

62.Qeyri- Müəyyən Miqdar Sayları:

-Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn: beş-altı (kitab), üç-dörd (uşaq) . Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayları bunlardır: az, çox, xeyli, bir qədər, bir az, onlarla, yüzlərlə, minlərlə.

-Az sayından sonra gələn isim təkdə işlənir: az adam. Bir az, bir sıra saylarından sonra gələn isimlər cəmdə işlənir: bir çox alimlər, bir sıra şəhərlər

Bir-iki, üç-dörd, beş-altı tipli saylara təqribi (təxmini) sayları da deyilir.

63.Sıra Sayları:

-Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir. Sıra sayları müəyyən miqdar saylarına ıncı şəkilçisini artırmaqla düzəlir: məsələn səksəninci doqquzuncu dördüncü

64.Əvəzlik:

-İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəziik deyilir. Məsələn: Fatimə əlaçı tələbədir. O beşinci kursda oxuyur.

65.Əvəzliyin Mənaca Növləri:

-Əvəzliyin mənaca növləri bunlardır:

Şəxs Əvəzlikləri

İsmin yerində işlənən və kim? nə? suallarına cavab verən əvəzliklərə şəxs əvəzlikləri deyilir. Şəxsə görə 3 növə bölünür:

I şəxs-təkdə mən, cəmdə biz

II şəxs-təkdə sən, cəmdə siz

III şəxs təkdə o, cəmdə onlar

I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: qoyun ev heyvanıdır. O ildə bir, bəzən də iki bala verir

Qeyri-müəyyən Əvəzliklər

İsmin yerində işlənir və qeyri-müəyyən şəxsi və əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur. Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kimsə, kim isə, nə isə, bəzi, hamı, bəziləri

İşarə Əvəzlikləri

İşarə məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzlikləri deyilir. O, bu, elə, belə, həmin, həmən sözləri işarə əvəlikləridir.

Sual Əvəzlikləri

Sual bildirən sözlərə sual əvəzlikləri deyilir. Bütün əsas nitq sualları yəni kim? nə? hara? necə? nə cür? neçə? və s. sual əvəzlikləridir.

Təyini Əvəzliklər

Hər, bütün, filan, eyni, öz, özüm, özü, özümüz təyini əvəzliklərdir.

66.Fel:

-Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. nə etmək? nə etdi? nə edəcək? və başqa suallara cavab olur.

67.Felin Zamanları:

-Fel keçmiş, indiki və gələcək zamanlarda olur.

68.Keçmiş Zaman:

-İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir.

69.Keçmiş zamanın 2 növü var:

1.Şühudi keçmiş zaman

2.Nəqli keçmiş zaman

70.Şühudi keçmiş zaman :

-iş və hərəkətin keçmişdə icra olunub olunmadığını qəti şəkildə bildirir. şəkilçisi vasitəsilə düzəlir.

Məsələn: yazdı, gəldi

71.Nəqli keçmiş zaman:

– iş və hərəkətin keçmişdə icra olunub-olunmadığını nəticəsini nəql nağıletmə yolu ilə bildirir. Mış şəkilçisi vasitəsilə düzəlir. Məsələn: almış, gəlmiş

72.İndiki Zaman :

-İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Ir şəkilçisi vasitəsilə düzəlir. Məsələn: oxuyur, alır, gəlir

73.Gələcək Zaman:

-İş və hərəkətin danışılan zamandan sonra icra olunub-olunmayacağını bildirir.

73.Gələcək zamanın 2 növü var:

Qəti gələcək zaman iş və hərəkətin gələcəkdə icra olunub – olunmayacağını qəti şəkildə bildirir. Acaq şəkilçisi vasitəsilə düzəlir. Məsələn: gələcək, alacaq, baxacaq.

-Qeyri-qəti gələcək zamanda iş və hərəkətin gələcəkdə icrası qəti şəkildə bildirilmir. Ar şəkilçisi vasitəsilə düzəlir. Məsələn: yazar, gələr, gedər

74.Məsdər:

-Məsdər həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır. Məsdər felin kökünə və ya başlanğıc formasına maq şəkilçisini artırmaqla düzəlir. Məsələn: yazmaq, baxmaq

75.Feli Sifət:

-Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır.

76. Feli sifət şəkilçiləri bunlardır:

-An: qaç-an (at), açıl an(səhər), gəl-ən (uşaqlar)

-Mış: bat-mış (gəmi), bükül-müş (qəzet)

-Acaq: yazıl-acaq (əsər), görüləcək (iş)

77.Feli Bağlama:

-Feli bağlama həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır.

Zərf felə aid olur və feldən əvvəl gəlir.

78.Feli bağlama şəkilçiləri bunlardır:

-Ib -O kənd orta məktəbini bitirib təhsilini davam etdirmək üçün Bakıya gəldi

Madan- dayanmadan, gəlmədən

79.Zərf:

-Zərf qrammatik mənasına görə hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir.

80.Zərfin mənaca 4 növü var:

Tərzi Hərəkət Zərfi – Hərəkətin icra tərzini bildirir necə? nə cür? nə tərzdə? suallarına cavab olur. Məsələn: sakitcə, yavaş-yavaş, cəsarətlə

Zaman Zərfi-Hərəkətin nə zaman icra olunduğunu bildirir nə zaman? nə vaxt? haçan? suallarına cavab olur. Məsələn: sabah, bayaq, axşam, yayda, dünən

Yer Zərfi -Hərəkətin icra olunduğu yeri bildirir. hara? harada? haradan? suallarına cavab verir. Məsələn: irəli, geri, yuxarı, aşağı, sağa- sola, ora,bura

Miqdar Zərfi-İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir nə qədər? nə dərəcədə? suallarına cavab olur. Məsələn: Uşaqlar bu gün çox çalışdılar. Qoca bir qədər dincəldi.

Köməkçi nitq hissələri

81.Köməkçi nitq hissələri aşağıdakı xüsusiyyətlərinə görə əsas nitq hissələrindən fərqlənir:

1.Leksik mənası olmur

2.Ayrılıqda cümlə üzvü kimi işlənmir

3.Şəkilçi qəbul etmir və dəyişmir

82.Leksik mənası olmayan, ayrılıqda cümlə üzvü kimi işlənməyən, şəkilçi qəbul etməyən söz qruplarına:

-köməkçi nitq hissələri deyilir.

83.Köməkçi nitq hissələri bunlardır:

1.Qoşam

2.Bağlayıcı

3.Ədat

4.Modal sözlər

5.Nida

84.İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə :

-qoşma deyilir.

85.Qoşmalar ismin dörd halında olan sözlərə qoşulur;

1. Adlıq halda işlənən qoşmalar. Adlıq halda olan sözlərə qoşulan qoşmalar bunlardır:

Qədər, kimi, tək, üçün, ilə. Məsələn: Qızın dişləri mirvaritək ağappaq idi; Zamiq ilə işim var.

2. Yiyəlik halda işlənən isimlər. Yiyəlik halda olan sözlərə qoşulan qoşmalar bunlardır:

Qədər, kimi, tək, üçün, ilə ( la lə). Məsələn: Onun kimi dost çətin tapılar; Səninlə işim var

3. Yönlük halda işlənən qoşmalar. Yönlük halda olan sözlərə qoşulan qoşmalar bunlardır:

qədər, kimi, dən, can, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, dair məxsus. Məsələn: Kəndə qədər piyada getdik; Axşama qədər səni gözləmişəm

4. Çıxışlıq halda işlənən qoşmalar:

əvvəl, axır, qabaq, bəri, başqa, savayı, ayrı, özgə. Məsələn: Mən Yaqubdan sonra gəldim.

86.Aşağıdakı qoşmalar başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir:

Tərəf-isim və qoşma. Məsələn: Bu tərəf şərqidir (isim). Sağa tərəf get (qoşma)

Doğru, qabaq- sifət, zərf ,qoşma. Məsələn: Qabaq sıralar boşdur (sifət). Qabağa bax (zərf). Bizdən qabaq gələn yoxdur (qoşma)

Sarı-sifət, fel və qoşma. Sarı qələmi mənə ver (sifət). Ipi sarı (fel). Evə sarı getmə (qoşma)

Sonra, əvvəl-zərf və qoşma. Bu məsələyə sonra baxarıq (zərf). Səndən sonra atan da gəlmişdi.

Kimi-əvəzlik və qoşma. Məsələn: Kimi axtarırsan? (əvəzlik). Evə kimi piyada getdik (qoşma)

87.Bağlayıcı:

-cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir.

88.Tabesizlik Bağlayıcılarının mənaca növləri:

Birləşdirmə bağlayıcıları: və, İIə (la lə). Məsələn: Şagird üçün nizam-intizam və çalışqanlıq başlıca şərtdir.

-Qarşılaşdərma bağlayıcıları: amma, ancaq, lakin. Məsələn: Cahid onu tanıdı, amma heç nə demədi

-Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə, yaxud. Məsələn: Ya yaz, ya da diqqətlə qulaq as

-İştirak bağlayıcıları: həm, həm də, həm də ki, hətta, habelə, həmçinin. Məsələn: Elxan həm gündüzlər, həm də gecələr dincəlmir

-İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Teyyubə nə yazır, nə də oxuyur

Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn. Məsələn: Bakının zəngin sərvəti, yəni nefti var.

89.Tabelilik Bağlayıcılarının mənaca növləri:

-Səbəb bağlayıcıları: çünki, ona görə ki, ona görə də. Teyyubə dərsə getməmişdi, çünki başı ağrayırdı

Şərt bağlayıcıları: əgər, hərgah, indi, madam ki. Əgər belə oxusan əlaçı olarsan

Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki. Məsələn: Hərçənd ki, Abbas heç kimi eşitmir yenə də xahiş edərik

Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Müəllim dedi ki, səhər dərs olmayacaq.

90.Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə:

-ədat deyilir.

90a.Ədatları işləndiyi cümlələrdən çıxarsaq:

-həmin cümlələrin mənası müəyyən qədər zəifləyə bilər.

91.Ədatların mənaca növləri:

1. Qüvvətləndirici ədatlar: axı, ən, lap, daha, da, də, nə, hətta, ki, necə. Məsələn Axı bizim günahımız nədir? Ha gözlədim sən gəlmədin

2. Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl. Elə hamı Telman deyəni deyir.

3. Məhdudlaşdırıcı ədatlar: ancaq, yalnız, tək, bir, bircə. Məsələn: Fəqam dəyişdirsə ancaq mühit dəyişər

4. Sual ədatları: bəs, məgər, yəni, mı. Məsələn: Bəs dünən niyə bizə gəlməmişdin?

5. Əmr ədatları: di, qoy, gəl, gəlin, gör, görün, bax . Qoy İlkin dərsini oxusun

6. Arzu ədatları: kaş, kaş ki, təki, barı, gərək. Kaş ki uşaq olaydım

7. Təsdiq və inkar ədatlar: bəli, hə, yox, xeyr, heç. Xeyr, sən yanılırsan.

92.Ədatların başqa nitq hissəsindən fərqlənməsi:

1. Ancaq, ki, da, də bağlayıcı və ədat. Məsələn: Aynurə ancaq bu gün işlərini qurtara bildi (ədat). Mən çox dedim, ancaq o sözlərimə qulaq asmadı.

2. Bax, qoy, gör, gəl fel və ədat. Ora bax gələn Səkinədir (fel). Sözü bax belə açıq deyərlər (ədat)

3. Tək-sifət, zərf, ədat. Məsələn: Tək əldən səs çıxmaz (sifət). Hamı gedib tək qalmışam (zərf). Bu işi tək sən bacararsan (ədat).

4. Elə, belə, necə, nə əvəzlik və ədat. Məsələn: Elə dost çətin tapılar (əvəzlik). Elə yerində deyibsən (ədat).

5. Bir,bircə say və ədat. Məsələn: Bir sən bizim Bakıya bax (ədat). Bircə qış tez gəlsəydi (ədat)

93.Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə :

nida deyilir.

94.Qorxu narahatlıq bildirənlər:

vay. oy, ox, ah, Allah sən saxla

94a.Şadlıq və sevinc hissi bildirənlər:

– bəh-bəh, afərin, ay can, ura Qəm kədər bildirənlər: tfu, rədd ol, cəhənnəm ol

Sintaksis

95a.Söz birləşməsi nəyə deyilir?

-iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir.

95b.Söz birləşməsi də sözlər kimi, əşya və hadisələri adlandırır. Məsələn: stol – stolun ayağı, roman – macəra romanı, ev – evin qapısı, bulaq – bulağın suyu və s.
Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də cümlə üçün tikinti materialıdır; məsələn: evin qapısı açıq idi. – cümləsi bir sözün (açıq idi) və bir söz birləşməsinin (evin qapısı) iştirakı ilə yaranmışdır. Bu cür oxşar cəhətlərə baxmayaraq söz birləşmələri sözlərdən əsaslı şəkildə fərqlənir:
1. Söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər dilimizin lüğət tərkibində hazir şəkildədir, söz birləşməsi isə nitk prosesində sintaktik əlaqələrlə formalaşır.
2. Söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır.
3. Sözün mənası ümumi və geniş olur; məsələn: kitab dedikdə hər cür kitab, şəhər dedikdə hər cür şəhər nəzərdə tutuur. Lakin söz birləşməsi tərkibində sözün mənası xeyli konkretləşir. Bunu kitab, şəhər sözlər ilə dərs kitabı, Bakı şəhəri birləşmələrini müqayisə etməklə də görmək olar.

95c. Söz birləşməsi cümlə ilə də oxşar və fərqli cəhətlərə malikdir:

– Hər ikisi (həm söz birləşməsi, həmdə cümlə) sözlərin müxtəlif şəkildə birləşməsindən əmələ gəlir; hər ikisi eyni nitk hissələrindən və eyni sintaktik əlaqədən yaranır; sözlərin sırası da bunlarda əsasən eyni cür olur.
Bu oxşar cəhətlərlə yanaşı, söz birləşmələri ilə cümlələrin mühüm fərqləri də vardır;
Cümlə ünsiyyətin əsas vahididir və bitmiş fikir ifadə edir. Lakin söz birləşməsi bitmiş fikir ifadə edə bilmir. Məsələn: gözəl həyat – həyat gözəldir, dağ havası – dağın havası sərindir və s. cümlənin özünəməxsus intonasiyası olur. Cümlədə söylənilən fikrə münasibət bildirilir.
Söz birləşməsindən fərqi olaraq, cümlə bir sözdən də ibarət ola bilir. Məsələn: Gecdir. Tezdir. Yoruldum. və s.

95.Cümlə:

-bitmiş bir fikiri ifadə edir. Sözlərin bitmiş bir fikir ifadə edən birləşməsinə cümlə deyilir. Cümlə bir sözdən də ibarət ola bilər. Məsələn: Axşamdır. Cümlələr qurluşuna görə sadə və mürəkkəb olur. Sadə cümlənin birqrammatik əsası olur. Məsələn: Zəng vuruldu. Mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsası olur. Məsələn: Müəllim sinfə daxil oldu, şagirdlər ayağa qalxdılar.

96.Cümlələr məqsəd və intonasiyaya görə dörd növə bölünür:

1. Nəqli cümlə,

2. Sual cümləsi,

3. Əmr cümləsi,

4. Nida cümləsi.

97.Nəqli Cümlə:

-Nəqli cümlədə müəyyən bir iş, hadisə, əşya və s. haqqında məlumat verilir. Məsələn: Yaz gəlir. Əkin işləri başlanır

Nəqli cümlələr adi intonasiya ilə deyilir. Dilimizdə başqa cümlə növlərinə nisbətən nəqli cümlələr daha çox işlənir. Nəqli cümlələrin sonunda nöqtə və ya üç nöqtə qoyulur.

98.Sual Cümləsi:

-Sual məqsədilə işlədilən cümlələrə sual cümləsi deyilir. Belə cümlələr bir şey haqqında məlumat almaq və ya hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi ilə işlədilir. Məsələn: Məktəbiniz haqqında nə bilirsən? Dərslərini oxudunmu? Dərs başlandı?

Sual cümlələrinin sonunda sual işarəsi qoyulur.

99.Əmr Cümləsi:

-Əmr, istək, arzu, xahiş, məsləhət və s. kimi mənaları bildirən cümlələrə əmr cümləsi deyilir. Məsələn: Uşağa su verin. Dərslərini yaxşı oxu.

100.Nida Cümləsi:

-Yüksək hiss və həyəcanla deyilən cümlələr nida cüləsi adlanır. məsələn: Bu nə iş idi tutdun! Vay-vay gör mən nə etdim?! Nida cümlələrinin sonunda nida işarəsi qoyulur.

101.Danışarkən və ya yazarkən bəzən başqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri iki üsulla verilə bilər:

-Vasitəsiz, Vasitəli.

102.Vasitəsiz Nitq.

-Vasitəsiz nitqdə başqasnın sözləri dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifın sözlərindən (M) və vasitəsiz nitqdən (V).Müəllifin sözləri, adətən, dedi, düşündü, soruşdu və s. kimi nitq və təfəkkür felləri ilə bitir. Vasitəsiz nitq isə bir və ya bir neçə cümlədən ibarət olur və müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur. Vasitəsiz nitq, adətən, dırnaq arasına alınır və ya tire ilə ayrılır. Məsələn:

O dedi: “Biz doğma yurdumuza qayıdacağıq” M: “V”

Komandir qışqırdı:- Dayanın, ora minalanıbdır

103.Vasitəli Nitq:

-Vasitəli nitqdə başqasının sözləri (nitqi) eynilə deyil, dəyişilmiş şəkildə verilir, yəni onun məzmunu çatdırılır. Tərkibində vasitəli nitq olan cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarətdir. Vasitəsiz nitq müəllifin sözlərindən sonra işlənir. Vasitəsiz nitq vasitəli nitqlə əvəz edilərkən dırnaqlar və tire işarəsi atılır və ki bağlayıcısı əlavə olunur. Məsələn:

Teymur dedi: “Mən böyüyəndə müəllim olacağam”

Anar dedi ki, o böyüyəndə müəllim olacaq

103.Cümlə üzvləri:

-bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.

104.Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə:

-müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar  deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.

105.Cümlə üzvləri:

– əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.

106.Nitq hissələri ilə ifadə olunan üzvlər:

 -sadə üzvlər adlanır.

107.Söz birləşmələri ilə ifadə olunanlar:

– mürəkkəb üzvlər adlanır.

108.Cümlənin neçə üzvü var?

– beş üzvü

109.Bu üzvlər cümlənin təşkilində roluna görə:

-iki növə ayrılır.

  1. Baş üzvlər: mübtəda, xəbər.
  2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.

110. Mübtəda :

-Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.
Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir.
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.

111. Xəbər:

-Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın

hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur.

Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.
Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.

112.Xəbər ifadə vasitələrinə görə iki cür olur:

– 1) feli xəbər; 2) ismi xəbər.
Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.
İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.
Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heç kim yoxdur.
Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.
İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.

113.Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması necə olur?

-Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn: Mən bədii kitabları çoxoxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:

Mən oxuyuram,                   Biz oxuyuruq.
Sən oxuyursan,                        Siz oxuyursunuz.
O oxuyur,                                 Onlar oxuyurlar.

III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:
1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.
2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.
3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.

114.Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri :

-tamamlıq, təyin və zərflikdir.

115.İkinci dərəcəli üzvlərdən:

– tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.

116.Təyin:

– əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.

117. Tamamlıq:

Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.

118.Vasitəsiz və vasitəli tamamlıqlar:

-Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir.  Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.
Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:

  1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar
  2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.

Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.

119.Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar:

-qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir. Məsələn:  Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm.

120.Vasitəli tamamlıqlar :

-ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir. Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.

121. Təyin :

-Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.

122. Zərflik :

-Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.

123. Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir. Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır:

1. Tərzi-hərəkət zərfliyi – işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
2. Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
3. Yer zərfliyi – işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
4. Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
5. Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
6. Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.

124.Cümlə üzvlərinin əlavəsi:

-Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.
Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.
Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.
Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.
Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.

125.Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə:

-vergül qoyulur.

126.Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır:

-tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci  cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.

127. Mürəkkəb cümlələr iki növə ayrılır:

  1. tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr

128.Tabesiz mürəkkəb cümlələr:

-Mürəkkəb cümlələrin bir qismində tərəflər bərabərhüquqlu olur. Tərkib hissələr bir-birindən eyni dərəcədə asılı olur, fikrin ifadəsində eyni dərəcədə, bərabər şəkildə edir. Məsələn: Arabir göy guruldayır, yağış güclənir. Birdən Əlabbas kişi pəncərəni açdı, külək yağışı kişinin üzünə çırpdı.
Bərabərhüquqlu sadə cümlələrin birləşməsində əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlələrin hissələri ya yalnız intonasiya ilə ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bu tabesiz mürəkkəb cümlələrdən əvvəlki ikisinin tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə əlaqələnmişdir.
Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcıların köməyi ilə tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır.

129.Bağlayıcılı tabesiz mürəkkəb cümlələr:

-Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün aşağıdakı bağlayıcılardan istifadə edilir.
1. Birləşdirmə bağlayıcısı:
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin və s. Məsələn: Dərsi öyrənmədim amma oxudum.
3. İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da, də. Məsələn: Yemək həm isti, həm də dadlı idi.
4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Nə o bilirdi, nə də mən.
5. Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah da, istər, istərsə də və s. Məs: O, gah danışır, gah da susurdu.
6. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Qiymət aldım, yəni beş aldım.
Birləşdirmə, iştirak və inkar bağlayıcıları əsasən zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə işlənir.
Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə bağlayıcıları tabesiz mürəkkəb cümlələrin arasında ki, yazıda vergül (,) qoyulur.

129.Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri:

-Tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında 6 məna əlaqəsi olur:

  1. Zaman əlaqəsi
  2. Ardıcıllıq əlaqəsi
  3. Səbəb-nəticə əlaqəsi
  4. Aydınlaşdırma əlaqəsi
  5. Qarşılaşdırma əlaqəsi
  6. Bölüşdürmə əlaqəsi

1. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məsələn: Mən kəndə çatanda külək davam edir və küçələrə sel axırdı.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr sadalama üsulu ilə qurulduğundan tərkib hissələrin sayı bəzən ikidən çox olur. Məsələn: Şahmarın ürəyi döyündü, qəlbi çırpındı, əlləri əsdi. – cümləsində üç tərkib hissədən ibarətdir.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi olur. Məsələn: Şair olmayanda xəyala dalır.
Bu cür zərfliklər də tərkib hissələrdəki hadisələrin eyni zamanda baş verdiyini göstərir.

2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: İşıqlar söndü, kino verilişi başladı. Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
Misallardan göründüyü kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin də tərkib hissələrinin sayı ikidən artıq ola bilir.

3. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məsələn: Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi.
Bu cümlədə birinci tərkib hissə səbəbi, ikinci tərkib hissə birincidən doğan nəticəni bildirir.
Zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr kimi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də ya intonasiya ilə, ya da və bağlayıcıları ilə əlaqələnir. Həmin cümlə növlərindən fərqli olaraq, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur.

4. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr

Aydınlaşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır. Məsələn: Ağız deyəni qulaq eşitmirdi. İyirmi-otuz adam üz-üzə, çiyin-çiyinə oynayırdı.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bir-birinə bağlıdır. Bəzi hallarda aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bildirən yəni bağlayıcısı işlənir. Məsələn: Səlim başını tərpətdi, yəni o razı idi.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir. Ümumilik bildirən hissədən sonra, əsasən, iki nöqtə qoyulur. Məsələn: Xəyal dərin fikrə getdi: bu işi kim etmiş olar?
Tərkib hissələrdən birində vergül olduqda, tərkib hissələrin arasında nöqtəli vergül qoyulur. Məsələn: Uzun qış axşamı idi; külək dəhşətli bir zırıltı ilə qanadlarını divara çırpır, üzü qılınc kimi kəsirdi.

5. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır. Məsələn: Mən çox dedim, o az eşitdi. Qapını itələdim, ancaq o açmadı.
Bəzən qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur, bəzən tərkib hissələrdəki fikirlər, iş və hadisələr sadəcə olaraq qarşılaşdırılır. Məsələn: Cilovu dartıb atı saxlamaq istəyirdim, at dayanmadı. İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq – cümlələrində birincisində ziddiyyət, ikincisində fərqləndirmə, qarşılaşdırma mənası verir.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya ilə və (amma, ancaq, lakin) bağlayıcılar və antonim sözlərin köməyi ilə əlaqələnir.

6. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr ya növlər ilə bir-biri ilə əvəz edilir, ya da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Məsələn: Gah güclü yağış yağır, gah da gün çıxırdı. Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam – cümlələrindən birincisində müxtəlif hadisələrin (yağış, gün) növbə ilə bir-birini əvəz etdiyi görünür; ikinci cümlədə isə iki hadisədən birinin mümkünlüyünü ifadə edir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yalnız bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır. Gah, gah da, gah da ki bağlayıcılarından istifadə etdikdə hadisələr növbələşir, növbə ilə bir-birini əvəz edir. Məsələn: Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər əsirdi.
Ya, ya da, ya da ki, yaxud da bağlayıcıları işləndikdə hadisələrdən birinin mümkünlüyü ifadə olunur. Məsələn: Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam.

Tabeli mürəkkəb cümlənin sintaktik təhlil qaydası

Tabeli mürəkkəb cümlələr aşağıdakı qayda ilə təhlil edilir:

  1. Cümlənin məqsəd və intonasiyaya görə növü müəyyənləşdirilir.
  2. Baş və budaq cümlə müəyyən edilir.
  3. Budaq cümlənin növü (mübtəda, tamamlıq, təyin budaq cümləsi olması və s.), baş cümlənin hansı vasitələrlə bağlandığını müəyyən edilir. Sonra baş və budaq cümlənin hər biri ayrı-ayrılıqda sadə cümlə kimi təhlil edilir.

130.Durğu işarələri dedikdə nə başa düşülür?

yazılı nitqdə sözlər ə ya söz qrupları arasında qoyulan işarələr

131.Azərbaycan yazısında durğu işarələri işlədilməsi ideyasını ilk dəfə kim irəli sürmüşdür?

-M.F.Axundzadə

132.Durğu işarələri iki funksiyanı yerinə yetirir:

-Ayırıcı durğu işarələri:nöqtə,sual,nida,qoşa nöqtə,nöqtəli vergül və çox nöqtə

-Fərqləndirici durğu işarələri :Bunlar cütüzvlüdür,vasitəsiz nitqi,sitatları,ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək məqsədilə işlədilən iki vergül,iki tire,mötərizələr ə dırnaqlar.

Dil haqqında ümumi məlumat .

133.Dil:

– insanlar arasında ünsiyyət vasitəsidir. Dil ictimai hadisə daşıyır. Dil ancaq insana məxsusdur, heyvanlar yalnız münasibəti duyula bilirlər.Dil mənsubu olduğu xalqın həyatı ilə sıx bağlıdır.

134. Dilin üç vəzifəsi vardır:

-Dil cəmiyyətdə ünsiyyət vasitəsidir.

-Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir.

-Dil fikri ifadə edir Azərbaycan dili azərbaycanlıların ana dilidir. Respublikamızın qədim sakinlərindən olan azsaylı xalqlar da Azərbaycan dilindən ünsiyyət vasitəsi kimi istifadə edirlər

135.Dübya dilləri qohumluq əlaqələrinə görə :

-dil ailələrində birləşir

136.Azərbaycan dili :

– türk dilləri ailəsinin oğuz qrupuna aiddir

137.Azərbaycan dili morfoloji quruluşuna görə:

-iltisaqi(aqlütinativdir)

138.Azərbaycan dili Azərbaycan Konstitusiyasının neçənci maddəsi ilə Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmuşdur?

21-ci maddəsi ilə

Nitq mədəniyyəti

139.Nitq mədəniyyəti:

– dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə olunur. Nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır.

Hər hansı bir xalqın milli mədəniyyətininin göstəricilərindən biri də gözəl nitqdir.

140.Gözəl nitq üçün isə, əsasən iki şərt olur:

-Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi

141.Nitq mədəniyyətinin əsas şərtləri bunlardır:

– nitqin düzgünlüyü, nitqin dəqiqliyi və nitqin ifadəliliyi

142.Nitqin düzgünlüyü dedikdə:

-dilin fonetik, leksik və qrammatik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn: “öyə getmək” düzgün deyil. Burada dilin fonetik qaydası pozulmuşdur. Bu ifadənin “evə getmək” kimi dedikdə nitq düzgündur.

143.Nitqin dəqiqliyi dedikdə:

-fikrin ifadəsi üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur. Məsələn: “Hüseyn dərsdən gəlir”-cümləsi düzgündür, ancaq dəqiq deyil. “Hüseyn məktəbdən gəlir”-cümləsi isə həm düzgündür, həm də dəqiqdir

Nitqin ifadəliyi isə üslub baxımından ən uğurlu bədii dil vahidinin işlədilməsi deməkdir. Məsələn: “Fatimə klassik ədəbiyyatı çox sevir” cümləsi düzgün və dəqiqdir, lakin ifadəli deyil. “Fatimə klassik ədəbiyyatın vurğunudur”

Nitqin düzgünlüyünə hamı əməl etməlidir, nitqin dəqiqliyinə isə hamı əməl etməyə çalışmalıdır. Nitqin ifadəliliyi isə daha çox şair və yazıçılara məxsusdur.

144.Ünsiyyət zamanı müraciət, görüşmə, ayrılma, təbrik və s. formalarına:

-nitq etiketləri, yaxud nitq yarlıqları deyilir.

145. Nitq etiketlərinin aşağıdakı növləri var:

1. Müraciət etiketləri: Bağışlayın, Buyurun, Xahiş edirəm, Zəhmət olmasa, Lütfən.

2. Görüşmə etiketləri: Salam, Salaməleyküm, Əleykümsalam, Xoş gördük, Sabahınız xeyir

3. Ayrılma etiketləri: Xudahafiz, Əlvida, Salamat qalın, Sağ olun, Allah amanında, Görüşənədək, Yaxşı yol, Uğur olsun

4. Təbrik etiketləri: Təbrik edirəm, Gözünüz aydın olsun, Mübarəkdir, Mübarək olsun, Sağlığınıza qismət olsun,

5. Alqışlar: Allah köməyin olsun, Həmişə ayaq üstə, Allah rəhmət eləsin

6. Qarğışlar: Allah cəzanı versin, Allah evini yıxsm, Gözün tökülsün

Üslubiyyat

146.Üslub:

-dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur.

147.Üslubları öyrənən dilçilik bölməsi:

– üslubiyyat adlanır.

148.Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir:

1.Bədii üslub

2.Elmi üslub

3.Publisistik üslub

4.Məişət üslubu

5. Rəsmi-işgüzar üslub

149.Bədii Üslub:

-Bədii üslub milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimiz tarixində həmişə aparıcı olmuşdur. Bədii üslubun ən vacib şərti və ümumi cəhəti obazlılıqdır. Bədii üslub şeir dili, nəsr dili və dramaturgiya dili formalarında özünü göstərir.

150.Elmi Üslub :

-Elmi üslub milli elmi təfəkkürün ifadəsidir. O, müxtəlif elm sahələrinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqlik, dəqiqlik, ardıcıllıq və konkretlikdir. Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda ixtisas sözlərinin-terminlərin bol-bol işlənməsidir. Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər çox işlənir. Elmi üslubda fikrin daha dəqiq və yığcam şəkildə ifadəsi üçün çox vaxt müxtəlif sxem və qrafiklərdən, şərti işarələrdən geniş istifadə olunur

151.Publisistik Üslub:

-Publisistik üslub-milli ictimai təfəkkürün ifadəsidir. Bu üslub mətbuatın, radio-televiziyanm

dilidir. Publisistik üsluba bəzən “mətbuat dili” də deyilir. Publisistik üslubda fikir hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunur. Publisistik üslub kütləvi nitq forması olduğu üçün bütün dil göstəricilərinə görə adi danışıq dilinə çox yaxın olur.

152.Məişət Üslubu:

-Məişət üslubu-gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət saxladığı dildir. Məişət üslubu adi danışıq dilidir insanların bir-bir ilə hal-əhval tutduğıı dildir. Məişət üslubu ədəbi dilin gündəlik davranışında işlənən sərbəst və şifahi nitq formasıdır. Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır.

153.Rəsmi-işgüzar Üslub:

-Rəsmi-işgüzar üslub-rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşıbdır.

154.Fərdi Üslub:

-Bu və ya başqa bir görkəmli sənətkarlara məxsus şifahi, yaxud yazılı nitq xüsusiyyətləri fərdi üslub adlanır.

155.Əməli yazılar dedikdə nə başa düşülür?

-Rəsmi və işgüzar sənədlər

156.Annotasiya nədir?

-Annotasiya latınca annotomik sözündəndir qeyd aparmaq ,əlavə etmək deməkdir.

157.Annotasiyanın tərkibində aşağıdakılar öz əksini tapmalıdır?

-kitabın adı,nəşriyyatın adı,harada nəşr edilməsi,həcmi.

-kitabda müəllifin adı ə soyadı

-kitabın nədən bəhs olunması

-kitabın nə məqsədlə,kimin üçün yazılması

158.Anons nədir?

-Anons fransızca kütləvi bildiriş elan deməkdir.Radio ,televiziya və ya mətbuatda tamaşa ,konsert ,kinofilm və s haqqında əəlcədən verilən müxtəsər elan

159.Elan nədir?

elan yazılı ,çap olunmuş bildiriş,xəbər,məlumat deməkdir.

160.Elan :

Əməli yazıların sadə formalarından biridir.Afişa ,anons,bildiriş,reklam və s formaları vardır

161.Elan tərtib olunarkən nə nəzərə alınmalıdır?

-məlumatın sayından asılı olmayaraq onun mahiyyəti ,məzmunu aydın qeyd olunmalı ,vaxtı, saatı dəqiq göstərilməlidir.

-tədbirin keçiriləcəyi yer qeyd edilməli və məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.

162.Ərizə nədir?

-Ərizə ərəbcə ərz etmək müraciət etmək deməkdir.Əməli yazıların ən sadə formalarındandır.İki mənada işlədilir:

1.XIX əsrin sonlarına qədər yazılan dram əsərlərində ərizə müraciət mənasında işlədilirdi.

2.Müasir dörümüzdə bir arzu və ya xahiş ifadə edən məktub,yazılı müraciət mənasında işlədilir.

163.Məzmununa görə ərizənin iki formasına təsadüf edilir?

-şikayət xarakterli ərizələr və xahiş etmək məqsədi ilə yazılan ərizələr.

164.Ərizəyə verilən tələblər hansılardır?

-Ərizənin başlığı ,yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.

-Ərizənin məzmunu yığcam ,faktlar isə konkret olmalıdır.

-Ərizə öz xətti ilə yazılmalıdır.

-Ərizənin sonunda il,ay,gün və ərizəçinin imzası qoyulmalıdır.

165.Sadə əmürəkkəbliyindən asılı olmayaraq ,ərizənin yazılış forması necədir?

-vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və müraciət edilən şəxsin adı,soyadı qeyd olunur.

-Sətrin ½ hissəsi həcmində sağ tərəfdə kimdən ?sualını erməklə ərizəçinin adı ,soyadı göstərilir.

-vərəqin ortasında ərizə sözü yazılır

-təzə sətirdən yığcam ,aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.

-ərizənin sonunda ərizəçinin adı,soyadı yazılır,imzası qoyulur və onun yazılma tarixi göstərilir.

166.İzahat:

izahat ərəb mənşəlli sözdür.İzah sözünün cəmi mənasını verir.

167.Yazılı izahat tərtib olunarkən nələrə əməl olunmalıdır?

İzahatın kimə və kimdən yazılması dəqiq göstərilməlidir.

-izah olunan,şərh edilən məsələ aydın olmalıdır.

-izahatı hər kəs özü yazmalıdır.

-izahatın sonunda il,ay,gen və izahatı yazan şəxsin imzası qoyulur.

168.İzahatın yazılış forması necədir?

-vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və müraciət edilən şəxsin adı ,soyadı qeyd olunmalıdır.

-Sətrin ½ hissəsi həcmində sağ tərəfdə izahat yazan şəxsin adı,soyadı göstərilməlidir.

-vərəqin ortasında izahat sözü yazılmalıdır.

-təzə sətirdən əhatəli şəkildə hərəkət və ya sözün şərhi verilməlidir.

-izahatın sonunda imza qoyulur və yazılma tarixi göstərilir.

169.Teleqram nədir?

-tele- uzaq, qramma – yazı sözlərinin birləşməsindən əmələ gələn teleqram uzağa köçürmək mənasını daşıyır.

170.Teleqramın neçə nöü vardır?

-2 növü vardır.

1.müəyyən bir hadisə haqqında məlumat ermək,yaxud məlumat almaq üçün hazırlanmış teleqram ,burada müəyyən məlumat öz əksini tapır

2.Pul köçürməklə bağlı teleqramda isə pulun miqdarı öz əksini tapır.

171.Teleqram yazanlar bilməlidir:

-ünvan ,şəxsin adı ,soyadı dəqiq göstərilməlidir.

-məzmunu yığcam,aydın və mənalı yazılmalıdır.

-mətndə ikimənalı, kobud sözlər,təhriflər olmamalıdır.

-rəqəmlər adətən hərflə yazılmalıdır.

172.Teleqramların hansı formaları daha çox yayılmışdır?

-teleqramın adi forması

-təcili teleqram forması

-xüsusi teleqram forması

173.Teleqramın adi forması necə olur?

-Belə teleqramlarda işlənən sözlərin ümumi miqdarı azlıq təşkil edir.

174.Təcili teleqram forması necə olur?

-bu formada olan teleqramlarda vaxt məhduddur

175.Xüsusi teleqram forması necə olur?

-bu teleqramı vuranın şəxsiyyət əsiqəsi tələb olunur.

-ölüm haqqında vurulan teleqram həkim tərəfindən təsdiq olunmalı və həkimin adı, atasının adı, soyadı, mütləq göstərilməlidir.

-Dölətlər arasında istifadə olunan xüsusi teleqramları dövlət başçıları imzalayır.

176.Məktub:

bir şeyi bildirmək üçün yazılıb poçt ə ya başqa vasitə ilə birinə göndərilən əməli yazı növüdür.Ən geniş yayılmış Əməli yazı nümunələrindəndir.Rəsmi üslubun ən sərbəst formasıdır.

177.Məktub neçə hissədən ibarət olur?

-4 hissədən.Müraciət hissəsi ,ümumi hissə,fərqləndirici hissə,yekunlaşdırıcı hissə.

178.Müraciət hissəsi necə olur?

-Başlıq sayılan bu hissədə məktubun yazıldığı şəxsin adı,sənəti və hörmət əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir.

179.Ümumi hissə necə olur?

-burada məktublaşan şəxslərin əhval-ruhiyyəsi,vəziyyəti öz əksini tapır

180.Fərqləndirici hissə necə olur?

-məktubun əsasını,məzmununu əhatə edən bu hissədə yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilir.

181.Yekunlaşdırıcı hissə:

-məktubun sonluğu hesab olunur.

182.Reqlament nədir?

-reqlament fransız sözü olub, müşavirənin,iclasın,qurultayın,konfransın,brifinqin və s aparılması qaydası haqqında qabaqcadan müəyyən və qəbul edilmiş qaydadır.

183.Müqavilə nədir?

-müqavilə ərəb sözü olub ,qarşılıqlı təəhhüdlər haqqında yazılan saziş,bağlaşma,müqavilənamədir.

Məzmununa görə müqavilənin müxtəlif növləri var:sülh müqaviləsi,əmək müqaviləsi,ticarət müqaviləsi və s.Belə müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki qarşı tərəfin nümayəndələri tərəfindən təsdiqlənilir.Belə müqavilələrin hüquqi əsası olur və tərəflərdən birinin səhvi nəticəsində pozulduqda qarşı tərəfin iddiası üçün əsas olur.Müqavilələr quruluş və strukturuna görə sadə və mürəkkəb olur.

184.Arayış nədir?

-hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə müəyyən bir təşkilat tərəfindən verilir.Arayış hər bir şəxsin iş yeri,sağlamlığı,yaşayış yeri ,eləcədə cinayət işi ,yoxlama ilə bağlı tərtib oluna bilər.

185.Arayış məzmununa görə necə olur?

-sadə və mürəkkəb

186.Sadə arayış :

-bir və ya bir neçə şəxs haqqında məlumat vermək mümkündür.

187.Mürəkkəb məzmunlu arayışları:

təşkilatlar bir-birinə təqdim edirlər.

188.Arayış necə tərtib olunur?

-Arayış sözü vərəqin yuxarı hissəsində böyük hərflə yazılır.

-Arayış sözünün altında sol tərəfdə təşkilatın ştampı qoyulur.

-ortada arayışın məzmunu yazılır

-sonra arayışın təqdim olunduğu yer göstərilir.

-Ştampın üstündə arayışın qeydiyyat nömrəsi və verildiyi tarix göstərilir.

-Axırda idarə rəhbəri imzalayır və möhür vurulur.

189.Bildiriş aşağıdakı kimi olur:

-Bildiriş elan xarakterli olur.

-Fevral ayının 27 –də 15:00-da

məktəbin iclas zalında Arif Quliyevlə görüş olacaq.Görüşdə iştirak etmək sərbəstdir.

190.Rəy nədir?

-Rəy ərəb sözü olub ,bir şey haqqında fikir,mülahizə,söz mənasını verir.

191.Rəy hansı mənalarda işlədilir?

-bir əsər ,kinofilm və s təhlil və tənqidini ehtiva edən məqalə ,yazı.

-fikir,mülahizə

-rəyimcə ,rəyincə şəklində

-rəy vermək söz birləşməsi şəklində

192.Rəy yazmaq üçün aşağıdakılar mənimsənilməlidir:

-rəyin başlığı.nəyə və kimə verilməsi göstərilir və səhifənin ortasında rəy sözü yazılır

-rəyin ümumi məzmunu .Bu ə ya digər faktın həm müsbət ,həm də mənfi cəhətləri təhlil olunur.

-rəyin nəticəsi.Rəyçinin irəli sürdüyü təklif ə tösiyələr bir neçə cümlə ilə ifadə olunur.

-imza.Bu hissədə rəyçi adını,soyadını və atasının adını göstərir,qarşısında isə imzası qoyulur.

-tarix.Rəyçi imzasının altında bütö şəkildə ,gün,ay və ili göstərir.

193.Tərcümeyi-hal nədir?

Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə olunan əməli yazı nümunəsidir.İşə girərkən ,hər hansı ictimai ,siyasi təşkilata üz olarkən ,rəhbər vəzifəyəirəli şəkilərkən ,mükafat təqdim olunarkən şəxsin özü haqqında ətraflı məlumat verilməsi məqsədilə yazılır.

194. Tərcümeyi-hala erilən tələblər hansılardır?

Tərcümeyi –halda şəxsin doğulduğu il,ay və gün,yer dəqiq göstərilməlidir:Respublika,şəhər,rayon,kənd.

-faktlar ardıcıl sadalanmalıdır: həyatın mərhələləri,oxuduğu,işlədiyi yerlər,nailiyyətləri,təltifləri,ailə vəziyyəti və s

-tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imza qoyulmalıdır.

195. Tərcümeyi-hal formasına görə :

-sadə və mürəkkəb olur.

196.Sadə tərcümeyi-hal necə olur:

şəxs yazlnız özü haqqında məlumat verir

197.Mürəkkəb tərcümeyi-hal necə olur?

-şəxs həm özünün,həm də valideynlərinin həyatı,məşğuliyyəti haqqında məlumat verilir.

198. Tərcümeyi-halın ardıcılığı təxmini necə olmalıdır?

-başlıq

-ad,soyad ,ata adı

-doğulduğu il,ay,gün,yer.

-nailiyyətləri(mükafat,təltifləri)

-ailə üzvləri

tərcümeyi-halın yazılma tarixi.

-tərcümeyi-halı yazanın şəxsi imzası.

Azərbaycan Tarixi

İBTİDAİ İCMA QURULUŞU

1.Bəşər cəmiyyətinin inkişaf dövrləri hansılardır?

-İbtidai icma qurluşu

-Quldarlıq qurluşu3

-Feodalizm qurluşu

-Kapitalizm (sosializm)

2.Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü nə adlanır?

-ibtidai icma qurluşu adlanır.

3.İbtidai icma qurluşu şərti olaraq neçə dövrə bölünür və hansılardır?

-3 dövrə bölünür:

1. DAŞDÖVRÜ

2.TUNC DÖVRÜ

3.DƏMİR DÖVRÜ

4 .Daş dövrü də şərti olaraq neçə dövrə bölünür?

-3 dövrə bölünür:

1. PALEOLİT

2.MEZOLİT

3. NEOLİT

5 .Paleolit dövrü də şərti olaraq neçə mərhələyə ayrılır?

-3 mərhələyə ayrılır:

1.ALT PALEOLİT

2. ORTA PALEOLİT

3. ÜST PALEOLİT.

 

6 . Alt paleolit üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1.İnsanların əsas məşğuliyyəti olan yığıcılıq və ovçuluq meydana gəlib (mənimsəmə təsərrüfatı)

-2. Oddan istifadə

-3. İbtidai insan sürüsü və ya ulu icma yaranmışdır

-4. Azıx mağarası (ibtidai insanın alt çənə sümüyü buradan tapılıb. Bu dünyada 4- cü qədim tapıntıdır. SSRİ-də isə birinci qədim tapıntıdır

-5. İlk insan tipi (Bacarıqlı insan)

-6. Totemlərə inam və dini ayinlərin yaranması (ayı kəlləsi)

7.Orta paleolit üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1.Mustye mədəniyyəti dövrü adlanır.

-2. Yeni insan tipi “Neandertal adam” meydana gəlib.

-3. Axirət dünyasına inam yarandı.

-4. Yaşayış yerləri Qarabağda-Tağlar, Qazaxda-Damcılı, Naxçıvanda-Qazma

8 .Üst paleolit üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1. Müasir insanın tipi “Ağıllı insanın” (Homo Sapiyensin) yaranması prosesi başa çatdı.

-2. Nitq və təfəkkür inkişaf etdi. Səsli nitq yarandı.

-3. Anaxaqanlığı (matriarxat) meydana gəldi.

-4. Ulu icmanı qəbilə icması əvəz etdi. Qəbilələrin əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi.

9 .Mezolit dövrü üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1. Mikrolit alətlər meydana gəldi.

-2. Ox və kaman ixtira olundu

-3. Heyvanların əhilləşdirilməsinə başlanıldı.

-4. İbtidai maldarlığın və ibtidai əkinçiliyin əsası qoyuldu. Bunların əsasının qoyulması ilə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.

-5. İbtidai incəsənət xeyli inkişaf etdi (Qobustan qayaüstü təsvirlər).

-6. Balıqçılıqla məşğul olunmağa başlanıldı.

-7.Ölülərin yanına əşya qoyulurdu.

10 .Neolit dövrü üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1. İstehsal təsərrüfatına keçid başa çatdı.

-2. Məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tutdu.

-3. Oturaq həyata keçildi.

-4. İnsanlar ilk dəfə saxsı qablar hazırlamağı daş alətləri deşməyi və cilalamağı və toxuculuqla məşğul olmağı öyrəndilər. Bu yeniliklər bəşər tarixində NEOLİT İNQİLABI adlanır.

11.Eneolit (Mis daş) dövrü üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1. İnsan ilk dəfə metalla tanış oldu (Mis).

-2. Yaşayış binaları və təsərrüfat tikililəri çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunrdu.

-3. Qoşa nigaha əsaslanan ailələr yarandı.

-4. Toxa əkinçiliyi

-5.İlk dəfə atın əhilləşdirilməsinə başlanıldı (Cəlilabadda-Əliköməktəpə).

-6. Qadın heykəlləri

-7. Cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayırdı.

-8. Ölülərin üzərinə qan rəmzi sayılan qırmızı boya (oxra) çəkilirdi.

 

12.Erkən Tunc dövrü üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1. Anaxaqanlığı (matriarxat) ataxaqanlığı (patiarxaxta) ilə əvəz olundu.

-2. Azərbaycanda Kür-Araz mədəniyyəti kimi səciyyələndirlir.

-3. Sosial və əmlak bərabərsizliyi yarandı.

-4. Birinci ictimai əmək bölgüsü baş verdi. Əkinçilik maldarlıqdan ayrıldı.

-5. Süni suvarma yarandı.

-6. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz edildi.

-7. Köçmə (yaylaq) maldarlığı yarandı.

-8. Ölülər yaşayış məskənindən kənarda dəfn olundu. Bəzi qəbirlərdə kurqanlar (torpaq təpələr) qurulurdu.

-9. Ölüyandırma və kollektiv dəfn etmə adətləri yarandı.

-10. Tayfalar yarandı

 

13.Orta Tunc dövrü üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1. Sosial və əmlak bərabərsizliyi artdı, tayfalar əlaqəsi əlaqələr genişləndi.

-2. İlkin şəhər mərkəzləri meydana gəldi.

-3. Qədim Naxçıvan şəhəri yarandı.

-4. Bağçılıq, bostançılıq, şərabçılıq, üzümçülük yarandı.

-5. İkinci ictimai əmək bölgüsü baş verdı. Sənətkarlıq başqa istehsal sahələrindən ayrılaraq müstəqil sahəyə çevrildi.

-6. Qəbilə və tayfalar böyük tayfa ittifaqı birləşdilər.

 

14. Son Tunc və Erkən Dəmir dövrü üçün xaraketik olan əsas əlamətlər hansılardır?

-1. Siklopik tikililər.

-2. Düşmən hücumundan qorunmaq üçün yaşayış məskənlərinin ətrafına qalın müdafiə divarları çəkilirdi.

-3. Ata sitayiş ayini meydana çıxdı. Səbəb at insanların həyatında böyük rol oynayırdı.

-4. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından geniş istifadə olunmağa başladı.

-5. Üçüncü ictimai əmək bölgüsü baş verdi. Sənətkarların içərisindən sənətkar-tacirlər qrupu ayrıldı.

-6. Azərbaycan Assuriya ilə geniş ticarət əlaqələri saxlamağa başladı.

 

15.Azərbaycan ilk Tayfalar və Erkən Dövlət qurumları (5-ci təsnifat) nə zaman yarandı?

-E.ə. II minilliyin sonu-1 minilliyin əvvəlləri Azərbaycanda ibtidai icma qurluşu dağıldı. Azərbaycanın cənubu Mesopotamiyaya yaxın olduğu üçün burada ibtidai icma quruşu daha tez dağıldı və ilkin dövlət qurumları daha tez yarandı.

 

16.İlk Azərbaucan Tayfaları hansılardır?

-1. Cənub tayfaları: Lullubi, kuti, su, turukki- Bu tayfalar Urmiya gölü ətrafında yaranmışdır.

-2. Şimal tayfaları: Naxç və gərgər- Bu tayfalar Mil-Qarabağ və Naxçıvan ərazisində yaşamışlar.

17.Erkən Dövlət qurumları hansılardır?

l.ARATTA 2. LULLUBİ 3.KUTİ

Anubaninin dövründə lullubi daha da güclənmişdir. Anubanin uğurları “daş sütunu” (qələbə abidəsi) üzərində mixi yazılarda həkk olunub.

18.Azərbaycan ərazisində yaranmış ilk dövlət hansıdır?

– Manna Dövləti

19.Manna Dövləti nə zaman və harada yarandı?

– Manna e.ə. IX əsrdə Urmiya gölü ətrafında yarandı.

20. Manna Dövlətinin Paytaxtı hansı şəhər idi?

– Paytaxtı İzirtu şəhəri idi

21. Manna Dövləti haqqında ilk məlumat hansı kitabədə verilmişdir?

– Ilk məlumat Assuriya hökmdarı III Salmanasarın kitabəsində verilmişdir.

22. Manna daxilində neçə siyasi meyl mövcud idi və hansılar idi?

– Manna daxilində 2 siyasi meyl mövcud idi .Assuriya meyilli siyasət: Bu meylin tərəfdarları Assuriya ilə ittifaq quraraq Manna dövlətinin bütövlüyünün qorunmasına tərəfdar idilər.O birisi isə Urartu meyilli siyasət: Bu meyilin tərəfdarları Urartuya arxalanaraq Mannada mərkəzləşməyə və mərkəzi hakimiyyətə qarşı olan bəzi vilayət hakimləri idilər ki Mannanın parçalanmasına tərəfdar idilər.

23. Manna necə dövlət idi?

– Manna quldar dövlət idi.

24.Mannada canişinlik sistemi var idimi?

-Bəli

25.Mannada ağsaqqallar mövcud idi və onlar kimdən asılı idi?

– hökmdardan

26.Mananın ən güclü hökmdarı kim olub və o hansı siyasəti ilə tarixdə qalıb?

-İranzu olub və O, Mannada canişinlik sistemi yaratdı. Onun dövründə Manna mərkəzləşmiş güclü dövlətə çevrildi.

27.Hansı abidələr əsasında Manna rnədəniyyəti öyrənilib?

– Cənubi Azərbaycanda Həsənli və Ziviyə abidələri

28. Mannada heroqlif yazı növü var idimi?

-Bəli

29.Mannada əhalinin dini inancları politeist(çoxallahlı) idimi?

– Mannalılar çox tanrıya və səma cisimlərinə inanırdılar.

30. Nə zaman və hansı dövlət Mannanın varlığına son qoydu?

-E.ə. 590-cı ildə Manna dövlətinin varlığına Midiya son qoydu.

31. Skif və sakların Ön Asiyaya yürüşü nə zaman olub?

-E.ə. VII əsrin I rübündə kimmer skif və sakların Ön Asiyaya yürüşü olub.

ATROPATENA (5-ci təsnifat)

32.Makedoniyalı İsgəndərin ölmündən sonra onun imperiyasının parçalanması nəticəsində Azərbaycanda hansı dövlətlər yarandı?

-Azərbaycanın cənubunda Atropatena dövləti bir az sonra isə şimalında Albaniya dövləti yarandı.

33.Atropatena dövləti nəçənci ildə meydana gəldi?

-E.ə. 321-ci ildə Atropatena dövləti meydana gəldi.

34.Atroptena Dövlətinin banisi kim idi?

– Atropat.

35.Atroptena Dövlətinin Paytaxtı hansı şəhər idi?

-Qazaka

36.Nə zaman Azərbaycan xalqının formalaşması (yaranması) prosesi başladı?

E.ə. IV əsrdə Atropatena və Albaniyanın yaranması ilə

37.Nə zaman Azərbaycan xalqının formalaşması (yaranması) prosesi başa çatıb?

Xalqın formalaşma prosesi XI əsrdə Səlcuqların Azərbaycana gəlməsi ilə başa çatıb.

38.Azərbaycan sözü hansı sözdən əmələ gəlib?

– Atropatena sözündən

39.Atropatena tayfaları hansılardır?

– Müq, Kadusi, Kaspi, Maq tayfaları.

40.Atropatena şəhərləri hansılardır?

– Qazaka, Fanaspa, Fraaspa, Aqnazana

41.Atropatena ərazisi indiki hansı əraziləri əhatə edir?

– Cənubi Azərbaycan və Azərbaycan Respublikasının bəzi cənub rayonları.

42. Atropatenada Əsas din hansı din idi?

– zərdüştlük dini idi

43. Atropatenada tapılan ən qədim pullar kimin adından kəsilmişdir?

– Makedoniyalı İsgəndərin

44.E.ə. 223-cü ildə Atropatena hansı dövlətdən asılı vəziyyətə düşdü?

– Selevkilərdən

45. E.ə. 190-ci ildə Maqneziya döyüşündə selevkilər:

-məğlub oldu və parçalandı.Atropatena yenidən müstəqil oldu.

46.20-ci ildə sonuncu Atropatena hökmdarı Ariovastın ölmündən sonra :

-Atropatena Parfıya Arşakilər sülaləsindən asılı düşür. Parfıyanın süqutuna qədər bu dövlətin tərkibində olur.

47.Atropatena necə dövlət idi?

-Quldar dövlət idi.

48. Atropatenada ağsaqqallar şurası var idimi?

-Bəli və hökmdardan asılı idi.

49. Zərdüştülüyün dini kitabı nə idi?

-Avesta.

50.E.ə. IV əsrdə M.İsgəndərin Şərqə yürüşü ilə əlaqədar Atropatenada :

-ellin- yunan mədəniyyəti yayıldı.

51.Kerifto abidəsi hansı mədəniyyətinin təsiri nəticəsində yaranıb?

– Yunan

ALBANİYA

52.Alban tayfaları hansılar idi?

– kaspi, kadusi, leq, qarqar, uti, amard.

53.Nə zaman Albaniya dövləti yarandı?

– E.ə. IV əsrdə sonu III əsrin əvvəli

54. Albaniya dövlətinin Paytaxtı hansı şəhır idi?

– Qəbələ şəhəri.

55. Albaniya dövləti Ərazisi indiki hansı əraziləri əhatə edirdi?

-Azərbaycaıı Respublikası, Gürcüstanm Alazan çayı vadisi, Dağıstanın bəzi cənub rayonları.

56. Albaniyada ən çox kimə sitayiş edirdilər?

– ay tanrısına

57. Padşahdan sonra ən hörmətli adam kim idi?

-ay məbədinin kahini idi.

58.Albaniyada ən qədim pullar kimin adından kəsilmişdir?

– M.İsgəndərin

59.Albaniyada dövlətin yaranması ilə :

-möhürlər də meydana gəldi.

60. Kür çayı sahilində döyüş nə zaman olub və nə ilə nəticələnmişdi?

– E.ə.66-ci il: pompeyin I yürüşü-Kür çayı sahilində döyüş. Döyüşdə Romalılar qalib gəldilər.

61. Qanıx (Alazan) sahilində döyüş nə zaman olub və nə ilə nəticələnmişdi?

-E.ə.65-ci il: Pompeyin II yürüşü-Qanıx (Alazan) sahilində döyüş. Romalılar qalib gəldilər. Döyüşdə alban qadınlarının iştirakı romalıları heyrətə gətirmişdi.

62.Nə zaman Roma sərkərdəsi Antoni Albaniyaya yürüş etmişdir?

– E.ə.36-ci ildə

63. Albaniya mədəniyyətinə aid olan abidələr hansılardırdır?

Qobustan Böyükdaş kitabəsi (84-96-ci illər). Romalılara aid olan bu kitabə latın yazısı ilə yazılmışdır.

-1902-ci ildə Şəkidə tapılmış Böyük Dəhnə kitabəsinin yunan yazılması və kirəmitdən istifadə yunan mədəniyyətinin alban mədəniyyətinə təsirini göstərir.

64.I-III əsrlərdə və 72-74 cü illərdə Kimlər Albaniya və Atropatenaya yürüş ediblər?

– Alanlar

65.Qəbələdə və Mingəçevirdə tapılmış katakomba qəbirlər kimlərə aiddir?

– alanlara

AZƏRBAYCANDA FEODALİZMİN YARANMASI (5-ci təsnifat)

66. Azərbaycan feodalizm nə zaman yarandı?

-III-V əsrlərdə feodalizm yarandı.

67. Natural təsərrüfat hansı təsərrüfata deyilir?

-bütün zəruri malların malikanə daxilində hazırlandığı bazarla əlaqəsi olmayan qapalı təsərrufat forması.

68.Azərbaycan feodalizminin Avropadan fərqi cəhətləri hansılardır?

-1. Azərbaycan feodallarımn şəxsi təsərrüfatı yox idi.

-2. Azərbaycanda kəndlilər şəxsən asılı idilər.

-3. Azərbaycanda feodalizm: III-XIX əsrin birinci yarısı. Avropada feodalizm V-XVI əsrlər.

SASİNƏRİN ATROPATENANI İŞĞAL ETMƏSİ (5-ci təsnifat)

69.Neçənci ildə Atropatenanı Sasanilər işğal etdilər?

-227-ci ildə

70.Zərdüştlərin baş məbədi harada yerləşirdi?

– Qazakada

71. Atropatenada hansı vergilər mövcud idi?

– xaraq (torpaq vergisi) və gezit(can vergisi) mövcud idi.

ALBANİYA

72.Albaniya :

Azərbaycanın şimalında yaranan ilk dövlətdir.

73.Albaniyada hansı vilayətlər mövcud idi?

– Çola, Lpina, Şəki, Paytakaran, Arsax, Uti

74. Paytaxt Qəbələ hansı vilayətdə yerləşirdi?

– Lpina vilayətində

75.Arsax vilayəti:

indiki Qarabağdır.

76.Çolada nə yerləşirdi?

– ölkənin şimal qapıları (alban qapıları)

77.I-VI əsrlərdə Albaniyanı hansı sülalə idarə edirdi?

yerli Arşakilər sülaləsi

78.Nə zaman Sasanilər Albaniyanı işğal etdilər?

-262-ci ildə

79.Paytakaran vilayətinin hakimi Sanatürk:

– 337-338-ci illərdə Ermənistanı əsarətdə saxladı.

80. Sasanilər dövründə Albaniyada patriklər:

iri feodallar idi.

81. Azadlar isə:

orta və xırda feodallara deyilirdi.

82.Sasanilər dövründə Azərbaycanda torpaq sahibliyi:

dasatakert- irsi torpaqlar idi. Xostak-şərti torpaqlar.

 

SASANİLƏRİN KÖÇÜRMƏ SİYASƏTİ

83.Sasanilərin köçürmə siyasətində əsas məqsəd nə idi?

-1. Azərbaycanda özünə etnik dayaq yaratmaq

-2. Torpaqsız İran kəndlilərini torpaqla təmin etmək.

84.Köçürülən əhali nə adlanırdı?

– tat (yad, özgə), Əhali Abşeron, Şabran, Quba, Şamaxı ərazilərinə köçürülürdü.

85. Albaniyada I Sasani mərzbanlığı dövrü neçənci illəri əhatə edir?

– 463-493-ci illər.

86.Nə zaman Albaniyada III Mömin Vaçaqan hakimiyyətə gəldi?

493-cü ildə

87.III MöminVaçaqan aiddir:

-1. Xristianlığı təbliğ edir,

-2. Digər dinləri qadağan edir,

-3. Xristian məktəbləri açdırır,

-4. Bütpərəstliyə və cadugərliyə qarşı idi.

88.Nə zaman III MöminVaçaqan Aquen kilsə məclisini çağırdı?

-498-ci ildə

89. III Mömin Vaçaqanın ölmündən sonra Albaniyada:

– II Mərzbanlıq dövrü (510-629- cu illər) başlayır.

 

MƏZDƏKİLƏR HƏRƏKATI

90.Məzdəkilər hərəkatı:

-Sasanilərə qarşı idi.

91. Məzdəkilərin ideyaları:

-1. Ədalətli cəmiyyət qurmaq

-2. Əmlak bərabərliyi yaratmaq.

92.Məzdəkilər:

-Manilərin fıkirlərindən istifadə edirdi. 529-cu ildə Məzdək edam edildi. Hərəkat yatırıldı.

 

GİRDİMAN-ALBAN DÖVLƏTİ

93.VII əsrin əvvəllərində Albaniyada:

– Mehranilər sülaləsinin hakimiyyəti dövrü başlayır.

94.Sülaləsinin banisi:

– Mehran olmuşdur.

95.Mehranilər Girdiman vilayətində hakimiyyətə gəldikləri üçün:

– VII əsrdə Albaniya dövləti Girdiman dövləti də adlanır.

96.Girdman ərazisi :

indiki Qazax-Şəmkir bölgəsində yerləşirdi.

97.Cavanşir :

(642-681) Albaniya hökmdarı oldu. Cavanşir Xəzər Xaqanının qızı ilə evlənməklə Albaniyanın Xəzərlərin dağıdıcı yürüşlərindən qorudu. Bu nigah diplomatiyası adlanır. Cavaşir Albaniyanın paytaxtını Qəbələdən Bərdəyə köçürdü.

636-ci ildə Kadisiyyə döyüşü olur (Sasani-Ərəb)-Cavanşir igidliyinə görə mükafatlandırılır. Cavanşir ərəblərlə, xəzərlərlə, sasanilərlə Albaniyanın bütövlüyü uğrunda mübarizə aparmışdır. Cavanşir Bizans kralı II Konstantinlə ərəblərlə qarşı ittifaq bağlayır. Cavanşirin dövründə Albaniya ərəblərə tabe olub xərac versə də daxili müstəqilliyini itirmədi.

98.Nə zaman Ərəblər Albaniya dövlətinə və Mehranilər sülaləsinə son qoydular?

– 705-ci ildə

99.VII-VIII əsrlərdə Azərbaycan uğrunda:

Ərəb-Xəzər müharibəsi baş verdi.

 

III-Vll ƏSRDƏ ALBAN MƏDƏNİYYƏTİ

100. III-Vll əsrdə Alban Mədəniyyəti:

-Qalalar:Çıraqqala-Şabran

Torpaqqala-Alazan çayı vadisində

Gavurqala-Ağdam

Çarabkert-Ağdərə

Cavanşir-İsmayıllı

-Sədlər:Şirvan səddi

Samur səddi

Dərbənd səddi

101.Qədim və Orta əsrlərdə Azərbaycana türk tayfalarının yürüşləri:

-I YÜRÜŞ: Kimmer, skif, sak.

– II yürüş: Hunlar

102.ƏRƏB XİLAFƏTİ dövründə (vıı-ıx əsrlər) AZƏRBAYCANDA soaial-iqtisadi vəziyyət necə idi?

-Ərəblər ölkəni əmirlilərə bölmüşdülər.

103.Amil hansı işlərə baxırdı?

-vergi toplanmasına və mülki işlərə baxırdı.

104.Qazi hansı işlərə baxırdı?

-dini işlərə və məhkəmələrə baxan şəxs idi.

105. Bərid hansı işlərə baxırdı?

-Poçt və rabitə dayanacaqları .

106.Mövlalar kimlərə deyilirdi?

-islamı könüllü qəbul etmiş yerli əhaliyə.

107.Zimmilər kimlərə deyilirdi?

-ərəb ordusunda könüllü döyüşən xristianlara.

108.Torpaq mülkiyyət formaları hansılar idi?

-DİVAN-dövlət torpaqları

-MÜLK-xüsusi torpaq sahibliyi (feodallara məxsus idi)

-VƏQF-dini işlərə məxsus torpaqlar

-İQTA-xidmət müqabilində verilən şərti torpaq sahibliyi. Əsasən döyüşçülərə verilirdi.

-İCMA-kəndlilərə məxsus əkinlər meşələr otlaqlar. Vergilərin ağırlığı icma torpaqların Uzərinə düşürdü.

109.Vergilər:

-XƏRAC-torpaq vergisi

-CİZYƏ-can vergisi idi və müsəlman olmayanlardan alınırdı.

-XÜMS-adamların faydalandığı bütün sahələrdən və daşına bilən əmlakdan alınırdı.

-ZƏKAT (sədəqə)-müsəlmanların əmlakından imkansızlar üçün nəzir kimi alınan vergi.

110.Nə zaman ərəblər Azərbaycanda əhalini, mal-qaranı siyahıya aldılar?

-725-ci ildə

111.Neçənci ildə Ərdəbildə Ərəblərə qarşı üsyan baş verdi?

646-ci ildə

112. Beyləqanda qəssab Müsafirin başçılığı ilə üsyan nə zaman olub?

-748-752-ci illərdə. Hər 2 üsyan yatırıldı.

XÜRRƏMİLƏR HƏRƏKATI (778-837-ci llər)

113.Xürrəmi nə mənasını verir?

-“əbədi od”, “günəş”

114.Xürrəmilərdə məzdəkilər kimi:

– əmlak bərabərliyinin tərəfdarı idi.

115.Xürrəmilər məzdəkilərdən fərqli olaraq :

Azərbaycanın milli azadlığını tələb edirdilər.

116.Xürrəmilər tarixdə ilk dəfə:

– qırmızı bayraq qaldırdılar.

117.Ilk üsyan neçənci ildə oldu və nə ilə nəticələndi?

-778-ci ildə və yatırıldı.

118.808-ci ildə üsyana kim başçılıq edirdi və üsyan nə ilə nəticələndi?

– Cavidan və bu üsyan yatırıldı.

119.Neçənci ildə Babək Xürrəmilərə başçılıq eləməyə başladı?

816-ci ildə

120.829-cu ildə 1 Həşdadsər döyüşü nə ilə nəticələndi?

– Ərəblər məğlub oldu.

121.830-cuildə I Həmədan döyüşü nə ilə nəticələndi?

– Ərəblər məğlub oldu.

122.833-cu ildə II Həmədan döyüşü nə ilə nəticələndi?

Babəkin başçılığı ilə Xürrəmilər ilk dəfə məğlub oldular.

123.Neçənci ildə Afşin ərəb ordusuna komandan təyin olunur?

-835-ci ildə

124.836-ci ildə II Həşdadsər nə ilə nəticələndi?

– Xürrəmilərin son qalibiyyəti ilə

125. 837-ci ildə Bəzz döyüşü nə ilə nəticələndi?

-Xürrəmilərin son döyüşü. Ərəblər qalib gəldilər.

838-ci ildə Babək edam olundu. Avropa müəllifləri Babəki Karfagen sərkərdəsi Haniballa müqayisə edırdilər.

VIl-IX ƏSRLƏR MƏDƏNİYYƏTİ (5-ci təsnifat)

126.Musa Kalankatkı neçənci əsrdə “Alban tarixi” əsərini yazdı?

– VII əsrdə

127.Hansı şəhər Ərəb idarəçiliyinin Azərbaycanda mərkəzi və ərəblərin şimal ilə ticarətinin mərkəzi idi?

– Bərdə

AZƏRBAYCAN DÖVLƏTİNİN DİRÇƏLİŞİ

128.Neçənci əsrlərdə Azərbaycanda feodal dağınıqlığı dövrüdür?

– IX-XI əsrlərdə

129.Neçənci əsrlərdə Azərbaycanda müstəqil feodal dövlətlər mövcud idi?

– IX-XI əsrlərdə .Dövlətlər: Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər,Rəvvadilər.

130.Şirvanşahlar Dövləti neçənci illərdə mövcud olmuşdur?

-861-1538- ci illərdə

131. Şirvanşahlar Dövlətinin əsasını hansı sülalə qoyub?

-Əsasını ərəb nəsilli olan Məzyədilər sülaləsi qoyub.

132. Şirvanşahlar Dövlətinin əsasını kim qoyub?

– 861-ci ildə Heysan ibn Xalid Azərbaycanın şimal şərqində Şirvanşahlar dövlətinin əsasını qoydu.

133. Şirvanşahlar Dövlətinin Paytaxtları hansı şəhərlər olub?

– Şamaxı (Yezdiyyə), Bakı (1192-ci ildən). Şirvanşahlar Dərbənd səddini təmir etdirdilər.

 

134.Sacilər Dövləti neçənci illərdə mövcud olmuşdur?

– 879-941- ci illərdə

135.Sacilər:

– türk əsilli sülalə idi.

136. Sacilər Dövlətinin Paytaxtları:

– Marağa, Ərdəbil.

137. Sülalənin banisi kim idi?

– Əbu Sac Divdad

138. Yusif ibn Əbu Sac neçənci ildə xilafətə vergi verməyi dayandırdı?

-912-ci ildə

139.Azərbaycanı şimallı-cənublu vahid dövlətdə birləşdirən ilk Azərbaycan dövlətidir:

– Sacilər

140. Sacilər dövründə :

– erməniləri,gürcüləri məğlub edib asılı hala salındı. Dərbənd səddini təmir edildi.

 

141.Salarilər Dövləti neçənci illərdə mövcud olmuşdur?

-941-981-ci illərdə

142. Salarilər:

Türk əsilli sülalə idi. Azərbacam vahid dövlətdə ikinci dəfə birləşdirdi. Paytaxtı Ərdəbil şəhəri idi.

143.Mərzban ibn Məhəmməd neçənci ildə Sacilərə son qoydu?

-941-ci ildə və Salarilər dövlətini yaratdı.

Şirvanşahlar asılı hala salındı.

144.Salarilərin dövründə:

– ilk dəfə Xəzərdə Azərbaycan ticarət gəmiləri üzməyə başladı.

145 Salarilərə kimlər son qoydu?

– Rəvvadilər

 

146.Rəvvadilər Dövləti neçənci illərdə mövcud olmuşdur?

– 981-1054- cü illərdə

147.Rəvvadilər Dövləti:

Rəvvadilər Azərbaycanın cənubunda yaranmışdı və cənubu əhatə edirdi.

148.Neçənci ildə Vəhsudan 2 min səlcuq-oğuz ailəsinin Xorasandan Azərbaycana köçməsinə icazə verdi?

-1028-ci ildə

149. Rəvvadilər Dövlətinin Paytaxtları hansı şəhərlər olmuşdur?

– Ərdəbil, Təbriz.

150. Rəvvadilər Dövlətinə neçənci ildə son qoyuldu?

-1054-cü ildə səlcuqlar son qoydular.

151.Rəvvadilər :

-ərəb nəsilli idilər

 

152.Şəddadilər Dövləti neçənci illərdə mövcud olmuşdur?

-971-XI əsrin sonları

153.Neçənci ildə Şəddadilər Dəbil əmirliyinin əasısını qoydular?

-951-ci ildə

154.Neçənci ildə Şəddadilər dövləti yarandı?

-971-ci ildə

155. Şəddadilər dövlətinin Paytaxtı hansı şəhər idi?

– Gəncə şəhəri

156. Şəddadilər dövləti harada yaranmışdır?

Azərbaycanın şimal-qərbində yaranmışdır.

157. Kimin dövründə Xudafərin körpüsü inşa edildi?

– Fəzl ibn Məhəmmədin

158. Kimin dövründə Gəncə darvazaları düzəldildi?

– Əbulasvar Şavurun

159.Səlcuqlarla Şəddadilər :

-Bizans-erməni-gürcü blokuna qarşı ittifaq yaratmışdı.

160. Şəddadilər :

– kürd nəsilli idilər.

 

SLAVYAN YÜRÜŞLƏRİ (5-ci təsnifat)

161.IX əsrin ikinci yarısından Azərbaycan torpaqlarına:

Volqa-Xəzər yolu ilə slavyan yürüşləri başlayır.

162. Slavyan yürüşlərinin asanlaşdıran amillər hansılardır?

-1. Uzun vaxt vahid dövlətin olmaması

-2. Feodal dağmıqlığı

-3. Daxili çəkişmələr

-4. Gürcü və erməni xainliyi

-5. Bəzi Azərbaycan hakimlərinin Slavyanlardan istifadə istəməsi

163.Neçənci ildə slavyanların Bərdəyə qarətçi yürüşü baş Verdi?

-944-cü ildə

164. Bu dövrdə Bərdə şəhəri :

Salarilər dövlətinin tərkibində idi. Bərdə bir daha özünə gələ bilmədi.Kürki bazarı dağıldı.

 

IX-XI ƏSRLƏR SOSİAL-İQTİSADİ VƏZİYYƏT (5-ci təsnifat)

165.Kəndlilər neçə qrupa bölünürdü və hansılar idi?

– uluclara (asılı kəndlilər) və azad kədlilərə

166.Vergilər:

-Üşr və ya xərac-torpaq vergisi

-Cizyə-can vergisi

-Zəkat və ya sədəqə-müsəlmanların əmlakından nəzir kimi alınan vergi

167. Torpaq sahibliyi:

-Divan-dövlət torpaqları

-Xalisə (xassə)-hökmdar sülaləsinə və ailələrinə məxsus torpaqlar

-Mülk-feodal torpaqları. Irsi idi

-İqta-hərbi xidmət müqabilində verilən şərti torpaq sahibliyi

-Vəqf-dini idarələrə məxsus torpaqlar

-İcma-camaat torpaqları

168.Qəbalə nədir?

-vergi yığmaq üçün icazə kağızı.

169.Amil, mütəqqəbil :

-vergi yığan məmur

170.Salari hökmdarı Mərzban ibn Məhəmməd:

– Qanunnamə vermişdi

 

IX-XI ƏSRLƏR AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

171.IX-XI Əsrlər Azərbyacan mədəniyyətinə aid olan abidələr hansılardır?

Əlincə qalası-Naxçıvan

-Sündü məscidi-Şamaxı

-Xudafərin körpüsü-şəddadilərə aiddir

-Gəncə qala qapıları-şəddadilərə aiddir

-Bərdə şəhəri “Arrarın anası” adlandırılırdı.

 

SƏLCUQLARIN AZƏRBAYCANI TUTMASI

172.Səlcuq yürüşləri ərəfəsində Azərbaycan dövlətləri:

– Şirvanşahlar, Şəddadilər, Rəvvadiiər.

173.Azərbaycam tutmaq üçün Səlcuq yürüşlərinin istiqamətləri:

-Həmədan- İsfahan-Gilan istiqamətində Azərbaycan

174.Səlcuqlar Azərbaycanda hansı dövlətlərin varlığına son qoydular?

– Rəvvadilər və Şəddadilər

175. Hansı hadisı ilə Səlcuqlar Azərbaycanın işğalını başa çatdırdılar?

-1066-ci ildə Şirvanşahların tabe edilməsi

176.Erməni-gürcü-Bizans blokuna qarşı:

– Səlcuq-Şəddadi ittifaqı yarandı.

177. Səlcuq yürüşlərinin nəticələri:

-Azərbaycan xalqımn formalaşması başa çatdı

-Oğuz-türk müsəlman amili Cənubi Qafqazda əsas etnik siyasi qüvvəyə çevrildi.

-Azərbaycamn qərbini tutmaq istəyən erməni-gürcü-Bizans hakimlərinin arzusu həyata keçmədi

-Torpaq və vergi sistemində dəyişiklər baş verdi.

-Səlcııqların dövründə UC torpaqları meydana gəldi.

-Şirvanşah III Mənuçöhr Səlcuqlara xərac verməyi dayandırdı və Səlcuqlardan üz döndərdərərək gürcülərə yaxınlaşdı.

178.Şirvaşah I Axistan:

-Atası III Mənuçöhrün səhvini düzəldərək səlcuqlarla dostluğu bərpa elədi

-1175-ci ildə I Axistan slavyanları Şabran və Dərbəndi tutan qıpçaqları məğlııb edib ölkədən qovdu

-1192-ci ildə Şamaxı zəlzələsi zamanı paytaxtı Bakıya köçüıdü

ELDƏNİZLƏR (ATABƏYLƏR) dövləti (1136-1225)

179.Neçənci ildə Şəmsəddin Eldəniz Arana hakim təyin olunur və Bərdəyə göndərilir?

-1136-cı ildə.Bu hadisə ilə dövlətin əsası qoyulur.

180.Eldənizlər dövlətinin Paytaxtları:

– Naxçıvan, Həmədan (1175-ci il)

181.Eldənizlər dövlətinin Hökmdarları:

Şəmsəddin Eldəniz (1136-1175), Məhəəmməd Cahan Pəhləvan (1175-1186), Qızıl Arslan (1186-1192), Əbu Bəkr (1191- 1210), Özbək (1210-1225)

182.Şəmsəddin Eldəniz neçənci ildə “Böyük Atabəy” titulu aldı?

-1160-cı ildə və O, həmçinin Şirvanşahları asılı hala saldı.

183.Məhəmməd Cahan Pəhləvan:

-1175-ci ildə paytaxtı Həmədana köçürdü.

-Təbrizi Ağsunqurilərin əlindən aldı

-Gürcüləri məğlub etdi

184.Qızıl Arslan:

-1191-ci ildə ilk dəfə “sultan” titulu qəbul etdi

-Şirvanşahları və başqa feodal hakimlərini yenidən dövlətə tabe etdi.

-Sui-qəsdlə öldürüldü

185.Əbu Bəkr:

-Dövlət zəiflədi

-İri feodallar və xarici qüvvələr dövlətə qarşı fəallaşdılar Özbək:

-Eldənizlərin son hökmdarı

186. Neçənci illərdə gürcülər Azərbayacana dağıdıcı yürüşlər etdilər?

-1210-1211-ci illərdə. Bir sıra Cənubi Azərbaycan şəhərlərini dağıtdılar. Təbriz gürcülərə xərac verib dağıntıdan xilas oldu.

187.Neçənci ildə Gəncədə zəlzələ oldu?

-1139-cu ildə .Gürcülər şəhəri qarət elədilər. Gəncə qala qapıları Gürcüstana aparıldı.

 

XII ƏSR İNTİBAH MƏDƏNİYYƏTİ

188.XII əsr Azərbaycan mədəniyyəti:

-İntibah mədəniyyəti adlanır. İntibah çiçəklənmə, oyanış deməkdir.

189. lntibah mədəniyyətinin ən böyük nailiyyəti:

– Azərbaycan dilinin bütün ölkə ərazisində vahid ünsiyyət vasitəsinə çevrilməsi oldu.

190. lntibah mədəniyyətinin Elm adamları:

– Bəhməanyar ibn Mərzban-filosof, Fazil Fəriddin Şirvani-astronom, Memar Əcəmi-memar. Memar Əcəmi “mühəndislər şeyxi” adlanırdı.

191. Əcəmiyə məxsus memarlıq abidələri:

-Yusif ibn Küseyir türbəsi

-Möminə Xatun türbəsi

-Qoşa minarə

-Cümə məscidi

-Darülmük (Eldənizlər sarayı)

-XII əsr Azərbaycan qalaları:

-Qız qalası (memar Məsud Davudoğlu)

-Gülüstan qalası (Şamaxı)

-Buğurd qalası (Ağsu çayı sahilində)

-Mərdəkan qalası (Bakı)

MONQOLLARIN BİRİNCİ YÜRÜŞÜ (1220-1222)

(5-ci təsnifat)

192.Monqolların birinci yürüşü:

-Monqol yürüşləri ərəfəsində Azərbaycanda Eldənizlər, Şirvanşahlar və Ağsunqurilər dövləti mövcud idi. Bu yürüşə Cəbə və Subutay başçılıq edirdi. Bu yürüş kəşfiyyat xarakteri daşıyırdı. Bu dövrdə vahid dövlət mövcııd deyildi. Təbriz 3 dəfə xərac verməklə monqol hücümlardan xilas oldu. Gəncə də xərac verib monqol hücümlarından xilas oldu. 1222-ci ildə monqollar Şamaxını qarət etdilər.

XARƏZMŞAH CƏLALƏDDİNİN AZƏRBAYCANA yürüşü (1225-1231)

(5-ci təsnifat)

193.Cəlaləddin neçənci ildə Azərbaycana yürüş etdi?

-1225-ci ildə

194.1225-ci ildə :

-Təbriz tutuldu və Eldənizlər dövləti Özbəyin ölümü ilə süqut etdi. 1227-ci ildə Ağsunqurilər dövləti də süqut elədi.

195.Cəlaəddinə qarşı ən böyük üsyan :

-1231-ci ildə usta Bəndərin başçılığı ilə Gəncədə oldu. Üsyan yatırlıdı.

MONQOLLARIN İKİNCİ YÜRÜŞÜ (1231-1239)

(5-ci təsnifat)

196.Monqolların ikinci yürüşü:

-Yürüşə Cormoğon noyon başçılıq edirdi. Yürüşdə məqsəd Azərbaycanda və qonşu ərazilərdə möhkəmlənmək. Təbriz yenə də xərac verib dağıntıdan xilas oldu.

 

197.1239-cu ildə Dərbəndin tutulması ilə :

-Monqollar Azərbaycanın işğalını başa çatdırdı.

198. 1239- 1256-ci illərdə Azərbaycanı:

-Monqol xaqanınin canişinləri idarə edirdi. Monqollar Azərbaycanda yerli feodalları sıxışdırmaq, onların torpalarını ələ keçirmək, hüquqlarını məhdudlaşdırmaq siyasəti yeridirdilər. Yerli feodallar Monqol feodallarının vassalı idi. Yəni asılı idilər.

199.Yarlıq nədir?

-yerli feodalların öz malikanəsini (torpağını) idarə etmək üçün monqollardan aldığı icazə sənədi.

MONQOLLARIN III yürüşü (1256)

5-ci təsnifat)

200. Monqolların III yürüşü:

-Yürüşə Hülakü xan başçılıq edirdi. Yürüşün nəticəsində Hülakülər dövləti yarandı. Dövlətin qurucusu Hülakü xan idi.

201. Hülakülər dövlətinin Paytaxtları:

– Marağa, Təbriz, Sultaniyyə şəhərləri.

202.XIII-XIV-cu əsrlərdə Azərbaycan uğurunda:

-Qızıl Ordu və Hülakü döviətləri mübarizə aparırdı.

203. Qazan xan :

-Hülakü hökmdarı Qazan xan yerli feodalların hörmətini qazanmaq üçün islamı qəbul edib “Mahmud” adını götürdü. Qazan xan vergi, torpaq, məhkəmə, ticarət və rabitə sahəsində islahatlar keçirdi. 1303-cü ildə Qazan xanm fərmanı ilə kəndlilər bir yerdən başqa yerə köçməsi qadağan edildi.

204.Hülakülər dövlətini:

-Çobanilər nəsli Hülakülərin adından idarə edirdilər özləri müstəqil dövlət yaratmadılar.

205.1357-ci ildə Çobani zülümündən bezən əhali:

-Qızlı Ordunu ölkəyə dəvət etdi. 1357-ci ildə Qızıl Ordu xanı Canı bəy Azərbaycana yürüş edib. Həm Hülakülər dövlətinə həm də Çobanilər nəslinə son qoydu.

206.1359-cu ildə Cəlarilər dövləti:

-Azərbaycanı işğal elədi və Azərbaycanda Cəlairi ağalığı dövrü başlandı (1359-1410)

207.XIV əsrin sonları Azərbaycana :

-Toxtamış və Teymurun yürüşləri baş verdi.

208.Hansı qala 14 il Teymurilərə qarşı mübarizə apardı?

– Əlincə Qalası

ŞİRVANŞAHLAR (XIII-XIV əsrlər)

209.Şirvanşah I İbrahim :

-1382-ci ildə Şirvanşahlar dövlətində yeni sülalənin -Dərbəndlilər sülaləsinin əsasını qoydu.

-Ilk vaxtlar Əmir Teymurə tabe olan I İbrahim XV əsrin əvvəllərində Teymurilərlə mübarizə apararaq Qarabağ və Gəncəni birləşdirdi. 1406-ci ildə Təbrizə yüruş edən İbrahim az vaxtda da olsa Azərbaycan torpaqlarını birləşdirdi.

İQTİSADİ VƏZİYYƏT (xm-xıv əsrlər)

(5-ci təsnifat)

210.Torpaq mülkiyyət formaları:

-Incu-Hülakülərdə hökmdar sülaləsi və nəslinə aid olan torpaqlar.

-Yam-Hülakülər dövründə poçt dayanacaqları

-Qopçur-otlaqlardan istifadəyə görə alınırdı

-Tamğa-tacir və sənətkarlardan alınan vergi.

211. Hülakü hökmdarı Keyxatu xan:

– pul islahatı həyata keçirərək tədavülə “çao” adlı kağız pullar buraxdı.

212.Əxilik nədir?

-dini, ictimai, siyasi peşə, təşkilatları idilər. Eyni peşədən olan insanları birləşdirirdi.

MEMARLIQ

213.XIII-XIV əsrlər memarlıq abidələri hansılardır?

-Marağa rəsədxanası. 1259-cu ildə tikilib. Banisi Nəsrəddin Tusi olub.

-Şam-Qazan rəsədxanası Təbrizdə yerləşirdi.

-Mahmudabad və Sultaniyyə şəhərləri də bu dövrdə tikilib Gülüstan türbəsi (Naxçıvan)

-Bərdə türbəsi (1322)

-Qarabağlar (Baştuğ) türbəsi

-Olcaytu Xudabəndə türbəsi (1305-1313) Sultaniyyədə yerləşirdi.

QARAQOYUNLU DÖVLƏTİ (1410-1468)

214.Qaraqqoyunlular:

-Oğuz tayfalarından idilər.

215.Qaraqayonlular mübarizə aparıblar:

-Ağqoyunlu, Cəlairi, Teymurilər

216. Çapaqçur döyüşü nə zaman olub?

-1387-ci ildə Çapaqçur döyüşü baş verdi. Qaraqoyunlular Teymuriləri məğlub etdilər.

217.Qaraqoyunlu tayfa ittifaqının mərkəzi hansı şəhər idi?

– Van şəhəri

218. Dövlətin banisi:

– Qara Yusif idi.

219.Paytaxtı :

-Təbriz şəhəri idi.

220.1406-cı il I Şənbi Qazan döyüşü:

– Qaraqoyunlular Teymuriləri məğlub etdilər.

221.1408-ci il Sərdurd döyüşü:

-Qaraqoyunlular məğlub etdilər və Azərbaycandan qovdular.

222.14I0-cu il II Şənbi Qazan döyüşü:

-Qara Yusif keçmış müttəfiqi Cəlariləri məğlub etdi. Cəlairi ağalığına son qoyuldu.

223.1421-ci il Alaşkert döyüşü:

-Teymuru hökmdarı Şahruh ı.iaraqoyunları məğlub etdi.

224.1467-ci il Muş döyüşü:

-Ağqoyunlu Uzun Həsən Qaraqoyunluları məğlub etdi

AĞQOYUNLU DÖVLƏTİ (1468-1501)

225.Ağqoyunlular:

-Oğuz tayfalarından idilər.

226. Uzun Həsən 1468-ci ildə:

– Qaraqoyunlulara son qoyub Ağqoyunlu dövlətinin əsasını qoydu.

227.Paytaxtı :

-Təbriz şəhəri idi.

228.Uzun Həsənin anası Sara Xatun:

Şərqdə və Azərbaycanda ilk diplomatik qadın idi. Uzun Həsən vergiləri qaydaya salmaq üçün “Qanunnamə” verdi.

229.Osmanlı ilə problemləri:

Avropadan Asiyaya gedən ticarət yolu (ipək youl) uğrunda mübarizə və Trabzon məsələsi.

230.Osmanlı Ağqoyunlu döyüşləri:

-Qoyluhisar döyüşü-I461-ci il Ağqoyunlu qalib gəldi

-Beyşehir döyüşü-1471-ci il Osmanlı qalib gəldi

-Malatya döyüşü-1473-cü il Ağqoyunlu qalib gəldi

-Otluqbeli (Tərcan) döyüşü-1473-cü il Osmanlı qalib gəldi

231.1461-ci ildə Osmanlıların Trabzonu tutması ilə :

-Ağqoyunlular Qara dənizə çıxışını itirdi.

232.Ağqoyunlu dövləti Avropa dövlətləri ilə ən geniş əlaqələr yaradan:

– ilk Azərbaycan dövlətidir.

233.Iri feodalların özbaşınalığı, Ağqoyunlu şahzadələrin hakimiyyət mübarizəsi :

-dövləti zəiflətdi.

234.Neçənci ildə Əbhər sazişi bağlandı?

– 1500-ci ildə Ağqoyunlu dövləti iki şahzadə arasında iki yerə parçalandı.

235.Neçənci ildə Səfəvilər tərəfindən Ağqoyunlular süquta uğradıldı?

-1501-ci ildə

İCTİMAİ-İQTİSADİ HƏYAT (XV ƏSR)

236.Ağqoyunlu və Qaraqoyunlu hökmdarları:

-“padşah” adlanırdı.

237.Şirvanşahlarda hökmdar:

-“şah” adlanırdı.

238.Uzun Həsən:

– sultan titulu qəbul eləmişdi.

239.Vəzifələr:

-Padşah-şah

-Əmir-əl-üməra-Ali baş komandan (qoşun başçısı)

-Sədr Əzəm-dini işlərə məhkəməyə başçıhq edirdi.

-Torpaq sahibliyi: Divan, Xass (sülaiə), mülk, vəqf, soyurqal (irsən keçən şərti torpaq sahibliyi)

240.Vergilər:

-Malcəhət-məhsul vergisi

-Bəhrə-sudan istifadəyə görə vergi

-Çobanbəyi-otlaqlardan istifadəyə görə

-Tamğa və bac-sənətkar və tacirlərdən alınırdı

241.Memarlıq:

-Şirvanşahlar saray kompleksi (Bakı)-Şirvanşahlar dövlətinə aiddir

-Göy məscid (1465-ci ii Təbriz)-Qaraqoyunlulara aiddir

-Həşt-Behişt sarayı (1483-cü il Təbriz)-AğqoyunIuIara aiddir

SƏFƏVİLƏR DÖVLƏTİ (1501-1736)

242.Səfəvi sülaləsinin və Səfəviyyə dini ordeninin banisi:

-Şeyx Səfiəddin

243.Şeyx Heydərin dövründən:

-Səfəvilər Qızılbaş adlanmağa başlandı.

244.1501-ci ildə Şah İsmayıl Xətai:

-Səfəvi dövlətinin əsasını qoydu. Şiəlik dövlət dini elan olundu.

245. Paytaxtları:

– Təbriz, Qəzvin, İsfahan şəhərləri

245.1514-ci il Çaldıran döyüşü:

– Osmanlılar Səfəviləri məğlub etdi.

246.I Təhmasibin dövründə:

– Şirvanşahlar dövlətinə (1538) və Şəki hakimliyinə (1551) son qoyuldu.

247.1555-ci ildə birinci Səfavi Osmanlı müharibəsini başa çatdıran :

-Amasya sülh müqaviləsi imzalandı. Sülhə görə Şərqi Gürcüstan Səfəvilərə Qərbi Gürcüstan isə Osmanlılara verildi.

248.1590-ci ildə Səfəvilərlə Osmanlılar arasında:

– İstanbul sülh müqaviləsi imzalandı.

249. I Şah Abbas :

-Azərbaycan torpaqlarını azad etmək üçün və ordunu gücləndirmək üçün hərbi islahat keçirdi. Islahata görə:

1. Səfəvi qızılbaş tayfalarının hüquqları məhdudlaşdırıldı

2. Ordunu 4 növə

3. Digər tayfalar da qoşuna daxil edildi.

-Şah Abbas Cəlalilər hərəkatından Osmanlılara qarşı istifadə edib.

-Şah Abbas 1598-ci ildə paytaxtı İsfahana köçürdü.

-Xorasanı Şeybanilərdən aldı (1599) və II İsmayılın səhvini düzəldərək Hörmüz limanını Portuqaliyadan geri aldı.

-Şah Abbas Osmanlılara qarşı “yandırılmış torpaq” taktikası işlədərək Arazın sol sahilini dağıtdı və əhalini başqa yerlərə köçürtdü.Bu köçürülmə tarixdə “böyük sürgün” adlanırdı.

-Şah Abbas XVII əsrin birinci yarısı Osmanlılarla müharibələr apararaq Azərbaycan torpaqlarını azad etdi və Osmanlılarla sülh müqavilələri bağladı:

-Sərab sülhü (1612)

-Mərənd sülhü (1618)

250.Neçənci ildə Osmanlılarla Səfəvilər arasında Qəsr Şirin sülh müqaviləsi bağlandı:

-1639-cu ildə

İNZİBATİ İDARƏETMƏ (XV-XVI əsrlər)

251. Səfəvilər Dövləti:

– bəylərbəyliklərə və mahallara bölünürdü.

252.Vəkil:

-şahdan sonra ikinci adam idi

253.Sədr:

-dini işlərə baxırdı.

254.Vəzir:

-maliyyə və vergi işlərinə baxırdı.

255.Kələntər:

-şəhərlərə başçılıq edirdi

256.Tiyul nədir?

səfəvilər dövründə yaranmış hərbi xıdmət müqabilində verilən şərti torpaqlar idi. Yalnız şahın icazəsi ilə irsən keçirdi.

257.1565-ci ildə I Təhmasib hansı vergini ləğv etdi?

-tamğa vergisini. Bu da ticarət və sənətkarlığın inkişafına səbəb oldu.

258.Təhmasib hansı şəhərə vergi toxunulmazlığı hüququ verdi?

Təbriz şəhərinə

259.Memarlıq:

-Şeyx Səfi məqbərəsi (Ərdəbil)

-Şeyx Cüneyd məqbərəsi (Qusar)

XVII əsrin 2-ci yarısı AZƏRBAYCANDA siyasi vəziyyət

(5-ci təsnifat)

260.XVII əsrin 2-ci yarısı Azərbaycanda neçə bəylərbəylik var idi və hansılar idi?

-4 bəylərbəylik .

Təbriz bəylərbəyi-mərkəzi Təbriz

Qarabağ bəylərbəyi-mərkəzi Gəncə

Çuxursəd bəylərbəyi-mərkəzi İrəvan

Şirvan bəylərbəyi-mərkəzi Şamaxı

261.Bəylərbəyliklər:

-mahallara bölünürdü.

262.Bəylərbəylikləri:

– bəylərbəyi idarə edirdi.

263.Xan:

-ali hərbi inzibati rütbə idi.

264.Vəzir:

-maliyyə işlərinə baxırdı

265.Qazi, mufti, şeyxülislam:

-dini işlərə məhkəmələrə baxırdı .

266.Sədr :

-ruhanilərə başçılıq edirdi.

267.Hampa :

-qoşqu heyvanı əmək aləti pay torpağı olan kəndli.

268.Əkər:

-yardımçı sahələrdə işləyən məşğuliyyəti olmayan kəndlilər.

269.Elat:

-köçəri əhali idi. Elatlara elxan başçılıq edirdi.

270.Bəhrə nədir?

-su vergisi

271.Biyar nədir?

-kəndlilərin feodal torpağında məcburən işləməsi

İQTİSADİ VƏZİYYƏT

272.Səyyahlar Ərdəbili hara bənzədirdilər?

Venesiyaya

275.Əsnaf nədir?

-eyni peşədən olan sənətkarların birləşdiyi təşkilat

276.Təbrizdə yerləşən hansı bazar Asiyada ən böyük bazar idi?

– Qeysəriyyə bazarı. Uzun Həsən tərəfindən salınmışdı

277.Nə zaman iqtisadi tənəzzül oldu?

– XVII əsrin sonu

278. İqtisadi tənəzzülün Səbəbləri:

-Böyük coğrafi kəşflər nətcəsində Asiyaya gedən dəniz yolunun kəşfi ilə Azərbaycandan keçən ipək yolu öz əhəmiyyətini itirdi.

-Qızıl və gümüşün Azərbaycandan çıxarılmaması, Avropadan gətirilməsi

-Pulların xarab olması, rüşvətxorluq, özbaşınalıq

MEMARLIQ.

279.XVII əsrin sonuna aid olan memarlıq abidələri:

-Suraxanı atəşgahı

-Nardaran məscidi

-Kəlləxana məqbərəsi-Şamaxı

SƏFƏVİLƏRƏ QARŞI ÜSYANLAR

280.Səfəvilərə qarşı ilk üsyan :

-Car-Balakəndə baş verdi və üsyan yatırıldı.

281.Nə zaman Əfqanlar Isfahanı tutdular ?

-1722-ci ildə

XVIII ƏSRDƏ BEYNƏLXALQ VƏZİYYƏT

282.Pyotr Azərbaycana neçənci yürüş elədi.

-1722-ci ildə

283.Bakı neçənci ildə işğal olundu?

-1723 – cü ildə. Bakının 1723-cü ildə işğal olunması ilə əlaqədar olaraq Peterburqda atəşfəşanlıq keçirildi.

284.Peterburq (1723 Səfəvi-Rusiya) və İstanbul (1724 Osmanlı-Rusiya) müqavilələri:

-Xəzəryanı Azərbaycan torpaqlarının Rusiyaya qatılmasını nəzərdə tuturdu. İstanbul müqaviləsi həmçinin Azərbaycanı Osmanlı dövləti və Rusiya arasında böldü.

285.Hansı şəhərin 1725-ci ildə Osmanlılar tərəfindən tutulması münasibətilə İstanbulda atəşfəşanlıq keçirildi?

– Ərdəbilin

286.XVIII əsrin əvvəllərində Azərbaycan torpaqları:

-Osmanlılar, Ruslar və Əfqanlar tərəfindən işğal edildi.

287.Rusiya Xəzəryanı bölgələrdə:

– komendant idarə üsulu yaratmışdı. Yəni idarəçilik rus zabitlərinə verilmişdi.

288.XVIII əsrin 30-cu illərində Əfşar türk tayfasından olan Nadir xan:

-Azərbaycan torpaqlarının azad edilməsi uğrunda mübarizəyə başladı.

289.Nadir xanın ruslarla bağladığı Rəşt (1732) və Gəncə (1735) müqavilələri nəticəsində:

-ruslar Xəzəryanı bölgəni tərk etdi.

290.1733-cü ildə Osmanlılarla bağlanan Bağdad müqaviləsinə görə :

-Osmanlılar son 10 ildə işğal etdikləri Azərbaycan torpaqlarını tərk etdilər.

291.1735-ci ildə Üçmüədzin döyüşü nəticəsində:

– osmanlılar Azərbaycandan çıxarıldılar.

292.1736-cı ildə son Səfəvi şahı III Abbas öldü:

-Suqovuşanda Nadir xan şah elan edildi. Beləliklə Səfəvilər dövlətinə son qoyuldu. Onu Əfşar sülaləsi əvəz elədi

293.Nadir şah Əfşar (1736-1747):

-Qazax, Borçalı və Şəmşəddili Kartli çarına verdi

-Nadir xan 4 bəylərbəyini birləşdirərək Azərbaycan adlı vahid inzibati bölgə yaratdı

294.Nadirə qarşı ilk üsyan:

– 1734-cü ildə Astarada baş verdi. Bundan başqa Nadirə qarşı Şirvanda I və II Sam Mirzə üsyanları, Ərdəbil və Təbrizdə isə III Sam Mirzə üsyanı baş vermişdi.

295.1743-cü ildə Nadir şaha qarşı Şəkidə Hacı Çələbinin üsyanı nə ilə nəticələndi?

– ilk müstəqil Azərbaycan xanlığı-Şəki xanlığının yaradılması ilə nəticələndi. Bu Azərbaycanın bir hissəsində dövlətçiliyin bərpası demək idi.

XANLIQLAR DÖVRÜ (XVIII əsr)

296.Cənub Xanlıqları hansılardır?

-Təbriz, Urmiya, Maku, Xoy, Marağa, Qaradağ, Ərdəbil, Sərab

297.Şimal xalıqları hansılardır?

– Şəki, Quba, Qarabağ, Şamaxı, Dərbənd, Gəncə, Naxçıvan, İrəvan, Cavad

298.Sultanlıqlar hansılardır?

– İlisu, Ərəş, Qəbələ, Qazax, Şəmşəddil.

299.Məlikliklər hansılardır?

-Xaçın ,Vərəndə, Dizaq, Çəlibörd. Gülüstan (Qarabağ xanlığına tabe idilər)

Camaatlıq:Car-Balakən

CƏNUB XANLIQLARI

URMİYA XANLIĞI:

300.Urmiya xanlığının banisi kim idi?

– Fətəli xan Əfşar.

301.Fətəli xan Əfşar:

-Azərbaycanı Urmiya xanlığı ətrafında birləşdirmək siyasəti yeridirdi. 1759-cu ildə Fətəli xan Qarabağa hücum etdi. Qarabağlı Pənahəli xan asıllığı qəbul etdi.1761- ci ildə Qaraçəmən döyüşü Fətəli xan qalib gəldi. 1763-cü ildə “Şiraz qonaqlığı” oldu. Kərim xan Zənd bəzi Azərbaycan xanlarını Şiraza güya qonaq kimi dəvət edib onları xanlıqlarından ayrı saldı. Bu xanlıqları zəiflətmək və asılı etmək məqsədi daşıyırdı. Lakin bu siyasət gözlənilən nəticəni vermədi.

302.Xoy və Təbriz xanlıqlarını hansı tayfa idarə edirdi?

-Dünbili tayfası idarə edirdi .

ŞİMAL XANLIQLARl

303.Şəki xanlığının banisi kim idi?

-banisi Hacı Çələbi idi.

304.1748-ci ildə Bayat savaşında:

– Hacı Çələbi Pənahəli xana məğlub oldu və Qarabağı tuta bilmədi.

305.Neçənci ildə “Qızılqaya xəyanəti”oldu?

-1752- ci ildə. Bəzi Azərbaycan xanları gürcü çarı II İraklinin təhriki ilə Hacı Çələbiyə qarşı ittifaq bağladılar. Lakin II İrakli hiylə işlədərək xanların Qızlıqayadakı düşərgəsinə yürüş edib onları əsir aldı. Hacı Çələbi isə hücum edib II İraklini məğlub edərək xanları əsirlikdən xilas etdi. Bu hadisə göstərdi ki Azərbaycan xanları düşmənə qarşı vahid şəkildə birləşməlidirlər.

306.Şamaxı xanlığında ikihakimiyyətlilik hökm sürürürdümü?

-Bəli

307.Quba xanlığının banisi kim idi?

– Banisi Hüseynəli xan idi

308. Quba xanlığı :

-Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yerirdi. Qubalı Fətəli xan “nikah diplomatiyası’’ ilə Dərbənd və Bakını Qubaya birləşdirdi. Daha sonra isə Şamaxı və Lənkəran xanlıqları da birləşdirildi.

309.Neçənci ildə Gavduşan döyüşündə Azərbaycanın və Dağıstanm bəzi feodal hakimləri Fətəli xanı məğlub edib Dərbəndi mühasirəyə aldılar?

-1774-cü ildə

310. Fətəli xan Rusiyanın köməyi ilə:

– Dərbəndi mühasirədən xilas etdi.

311.Qarabağ xanlığının banisi kim idi?

-Banisi Pənahəli xan idi.

312. Qarabağ xanlığının Mərkəzləri:

-Bayat, Şahbulağı, Şuşa.

313.1757-ci ildə Xatınarxı döyüşündə :

-Pənahəli xan Məhəmmədhəsən xan Qacarı məğlub etdi.

314. Qarabağ xanlığı ondan asılı olan xristian məliklərinə qarşı:

– mübarizə aparırdı.

315.Naxçıxan xanlığının banisi kim idi?

– Heydərqulu xan idi

316. İrəvan xanlığının banisi kim idi?

-banisi Mir Mehdi xan idi

317.Gəncə xanlığının banisi kim idi?

– II Şahverdi Ziyadoğlu.

318. Gəncə xanlığında Müəyyən müddət:

– bu xanlıqda ikihakimiyyətlilik mövcud olub.

319.Xanlıqlar:

– mahallara bölünürdü.

320.1785-ci ildə Osmanlı dövlətinin himayəsinə keçmək üçün İstanbula göndərilən xanlıqlar hansılardır?

-Qarabağ, Şəki, Quba

321.Ağa Məhəmməd Qacar :

-1795 və 1797-ci illərdə Azərbaycana yürüş etdi və 1797-ci ildə Şuşada öldürüldü.

322.Azərbaycanı birləşdirmək istəyən xanlıqlar hansılardır?

-Urmiya, Quba, Şəki və Qarabağ

RUSİYANIN AZƏRBAYCANI İŞĞAL ETMƏSİ

323.1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi nəticəsində :

-Azərbaycan torpaqları olan Qazax, Borçalı və Şəmşəddil işğal edildi.Bununla da Rusiya tərəfindən Azərbaycan torpaqlarının işğalının əsası qoyuldu.

324. 1803-cü ildə Rusiya və Car-Balakən arasında:

-“Andlı öhdəlik” adlı sənəd imzalandı. Bununla da Car-Balakən Rusiya tərəfindən işğal edildi. Car-Balakən Rusiya tərəfindən ilk işğal edilən Azərbaycan ərazisidir.

325. 1804-cü ildə Gəncə xanlığı:

– Rusiya tərəfindən işğal edildi. Bu Rusiya tərəfindən işğal edilən və ləğv edilən ilk Azərbaycan xanlığı idi. Gəncə xanı Cavad xan öldürüldü. Gəncə Yelizavetpol adlandırıldı.

326. I Rusiya-İran müharibəsi :

-1804-cü ildə Azərbaycan torpaqları uğrunda I Rusiya-İran müharibəsi (1804-1813) başladı. Bu müharibədə ilk döyüşdə Üçmüədzin döyüşündə (1804) ruslar məğlub oldular. EIə həmin il Qəmərli döyüşündə də ruslar məğlub oldular.

1805-ci ildə Rusiya Qarabağ Şəki və Şamaxı xanlıqları ilə Kürəkçay müqaviləsi bağladı. Nəticədə bu xanlıqlar Rusiyaya birləşdirildi.

1806-ci ildə Bakı və Quba xanlıqları işğal edildi. Bakı xanlığı işğaldan dərhal sonra ləğv edildi.

1812-ci ildə Aslandüz və Lənkəran döyüşlərində İrana qalib gələn Rusiya müharibənin taleyini həll elədi. 1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan sülh müqaviləsi imzalandı. Müqaviləyə görə:

1.İrəvan və Naxçıvan xaric bütün Şimali Azərbaycan xanlıqları Rusiyanın tərkibinə qatıldı.

2.Şərqi Gürcüstan və Dağıstanın Rusiyaya qatılmasını İran təsdiq elədi Xəzər dəniziındə ancaq Rusiya hərbi donanma saxlaya bilərdi.

327. II Rusiya-İran müharibəsi (1826-1828):

-Bu ınüharibədə keçmiş Azərbaycan xanlarının çoxu İran tərəfindən Çıxış edirdi. 1826-ci ildə Şəmkir və Gəncə döyüşlərində ruslar qalib gəldi. Gəncə döyüşü ikinci Rusiya-İran müharibəsində həlledici oldu.

1827-ci ildə Cavanbulaq və Sərdarabad döyüşlərində də ruslar qalib gəldilər. İrəvan ruslar tərəfındən tutuldu. İrəvandan sonra Ruslar cənuba keçib bir sıra Cənubi Azərbaycan şəhərlərini o cümlədən Təbrizi tııtdular. İran sülh imzalamağa məcbur oldu.

1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay sülh müqaviləsi imzalandı. Müqaviləyə görə:

1.Naxçıvan və İrəvan xanlıqları Rusiyaya qatıldı

2.Cənubi Azərbaycan İranın oldu. Araz çayı 2 dövlət arasında sərhəd oldu.

3.Xəzər dənizdə ancaq Rusiya donanma saxlaya bilərdi

4. İran ərazisindən ermənilərin Azərbaycan ərazisinə (Naxçıvan, Qarabağ, İrəvan) köçürülməsi bildirildi.

328.Rusiya tərəfindən işğal edilən Azərbaycan torpaqlarında :

-xanlıqlar ləğv edilərək komendant idarə üsulu yaradıldı.

329.Neçənci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi?

-1828-ci ildə.Yerində “Ermənistan vilayəti” adlı qondarma region yaradıldı. Rusiya tərəfindən ən son ləğv edilən xanlıqlar idi.

330.1829-cu ildə Rusiya ilə Osmanlı arasında Ədirnə sülh müqaviləsi imzalandı:

– Müqaviləyə görə Azərbaycana və Cənubi Qafqazın digər ərazilərinə Osmanlı dövlətindən çoxlu erməni köçürüldü.

331.XVIII ƏSR MEMARLIĞI:

-Şəki xan sarayı

-Göy məscid (İrəvan)

-Sərdar sarayı (İrəvan)

ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN 1-Cİ YARISINDA

332.Rusiya ilk vaxtlar :

-Azərbaycanda komendant idarə üsulu adlı hərbi idarəetmə sistemi yaratmışdı. İdarəçilik rus zabitlərinə verilmişdi.

333.XIX əsrin birinci yarısında Azərbaycana:

– ruslar, almanlar və ermənilər köçürüldü.1817-1818-ci illər Napoleonun Avropadakı müharibələr səbəbi ilə Rusiya almanları Cənubi Qafqaza köçürdü. 8 Alman koloniyasından ikisi Azərbaycanda yerləşirdi.

334.1836-ci ildə Çar hökuməti:

-alban katolikosluğunu ləğv etdi.

335.XIX əsrin ortalarında Şimali Azərbaycan kəndliləri 2 qrupa ayrılırdı:

-Dövlət kəndliləri

-Sahibkar kəndliləri

336.1852-ci ildə Şimali Azərbaycanda:

– natural vergidən pul vergisinə keçildi.

337.1829-cu ildə Nuxada ilk manufaktura:

-Xanabad manufakturası fəaliyyətə başladı.

338.Dünyada ilk dəfə olaraq qazma üsulu ilə neft quyusu harada qazıldı?

– I848-ci ildə Bibiheybətdə

339.1831-ci il Ticarət əsasnaməsinə görə:

-Avropa malları daha Cənubi Qafqaz vasitəsilə üçüncü ölkəyə aparıla bilməzdi.

340.Xanlıqların komendant idarə üsulu ilə əvəz edilməsi :

-çarizmə qarşı üsyanlara səbəb oldu.

341.İlk üsyan:

– 1830-cu ildə Car-Balakəndə baş verdi. Car-Balakənin daxili muxtariyyəti ləğv edildi.

342.1831-ci ildə :

Lənkəranda üsyan oldu.

343.Ən güclü üsyan :

-1837-1838-ci illərdə Qubada oldu.

344.Sonuncu üsyan:

-1838-ci ildə Şəkidə oldu. Üsyanlar yatırılsa da Rusiya Azərbaycanda idarəçiliyi dəyişməyə məcbur oldu.

345.1840-cı ildə Çarın fərmanı ilə:

-komendant idarə üsulu ləğv olundu. Cənubi Qafqaz Gürcüstan-İmeretiya quberniyasına və Xəzər vilayətinə bölündü. Xəzər vilayətinin mərkəzi Şamaxı idi. 1840-cı ildə keçirilən inzibati islahat bir nəticəsini vermədi.

346.1844-cı ildə :

-Qafqaz canişinliyi yaradıldı. İlk canişin Vorontsov-Daşkov olur.

347.1846-cı il inzibati islahatına əsasən Cənubi Qafqaz 4 quberniyaya bölündü:

1.Tiflis

2.Kutais

3.Dərbənd

4.Şamaxı

348.1849-cu ildə:

-İrəvan quberniyası təşkil edilir.

349.1859-cu ildə :

-Şamaxı quberniyasının adı dəyişdirilib Bakı quberniyası adlanmağa başladı.

350.1868-ci ildə:

-Yelizavetpol quberniyası yaradıldı.

351.1841 -ci ildə :

-Ağa və bəylərin tiyul torpaqları çar fərmanı ilə müsadirə edildi. Bəylər kənd idarəçiliyindən uzaqlaşdırıldı.

352.1846-cı il Çar reskriptinə əsasən :

-bəy və ağaların torpaqları onlara qaytarıldı.

353.1847 ci il “Kəndli əsasnaməsi”:

-1.Hər bir kəndliyə 5 desyatin torpaq ayrılırdı

-2.Əvəzində kəndli mülkədara malcəhət vergisi ödəyirdi

-3.Kəndlilər otlaqlara görə çöpbaşı ödəyirdi

354.MƏDƏNİYYƏT (xıx əsrin 1-ci yarısı):

-1830-cu ildə Şuşada ilk qəza məktəbi açıldı.

-Abbasqulu ağa Bakıxanov “Gülüstani İrəm” əsəri ilə Azərbaycan tarixinin elm kimi öyrənilməsinin əsasını qoydu.

-1859-cu ildə Suraxanıda Kokorev və Qubonin qardaşları ilk ağ neft zavodunu inşa etdilər.

-Simens qardaşları Gədəbəydə iri mis əritmə zavodu tikdirdi.

355.1870-ci il Kəndli islahatı:

-Sahibkar kəndlilər feodal asıllığından azad edildi

-Kəndli torpağın istifadəçisi idi onu özəlləşdirmək üçün kəndli onu satın almalı idi

-Şəhər özünü ilk dəfə Bakıda tətbiq edildi.

356.1866-cı ildə məhkəmə islahatına əsasən:

– silki məhkəmələr ləğv edildi vahid məhkəmələr yaradıldı. Məhkəmələr rus dilində aparılırdı.

357.XIX əsrin 80-90-cı illərdə təbəqələşmə nəticəsində:

– varlı kəndlilər olan qolçomaqlar yarandı

358.1887-ci ildə hərbi vergi tətbiq edildi :

-çar hökuməti azərbaycanlılara güvənmədiyi üçün bıı vergini tətbiq etdi.

359.1871-ci ildə Balaxanıda:

– buruqla ilk neft quyusu qazıldı

360.1872-ci ildə:

– İltizam sistemi ləğv edildi. Qanuna əsasən bu vaxtdan etibarən neft yataqları açıq satış vasitəsi ilə ayrı-ayrı şəxslərə birdəfəlik satılmalı idi.

361.1879-cu ildə:

-“Nobel qardaşları şirkəti” (İsveç) yarandı .

362.80-ci illərdə:

– Rotşildin simasında fransız kapitalı Bakıya gəldi

363. 90-cı illərdə :

-Vişau başda olmaqla ingilis kapitalı Bakıya gəldi.

364.1880-ci ildə:

– Azərbaycanda ilk dəmiryolu çəkildi

365.MƏDƏNİYYƏT (xıx əsrin 2-ci yarısı)

-1874-cü ildə “Müqəddəs Nina” məktəbi əsasında Bakıda ilk qadın gimnaziyası açıldı.

-1879-cu ildə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi açıldı

-1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə Azərbaycan dilində “Əkinçi” qəzeti çapdan çıxdı. Mətbuatın əsası qoyuldu.

-1873-cü ildə M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran’’ komediyasının tamaşaya qoyulması ilə milli teatrın əsası qoyuldu.

-1898-ci ildə H.Z.Tağıyevin müsəlman qız məktəbinin binası tikilməyə başladı.

-1865-ci ildə Dənizkənarı bulvar salınmağa başladı

AZƏRBAYCAN XX əsrin əvvəllərində

366.Əsrin əvvəllərində Azərbaycanda neft sənayesində durğunluğunun səbəbləri:

-Yeni geoloji-kəşfiyyat işlərinin aparılmaması

-Yeni quyuların qazılmaması

-Texniki gerilik

-Elektrik mühərriklərindən az istifadə edilməsi

367.Azərbaycan kapitalını təmsil edən görkəmli nümayəndələr:

-H.Z.Tağıyev

-Şəmsi Əsədullayev

-Musa Nağıyev

368.1912-1913-cü illərin aqrar qanunları:

1.Bu qanunlara əsasən sahibkar kəndlilərinin pay torpaqları onların şəxsi mülküyyəti elan olunur və kəndlilər bu torpaqları məcburi surətdə satın almalı idilər

2.Kəndlilərin pay torpağının pulunu sahibkara dövlət ödəyir. Kəndli isə bu pulu 20 i1 müddətinə dövlət xəzinəsinə ödəməli idi.

369.1904-cü ildə neft sənayeçiləri və fəhlələr arasında müştərək müqavilə :

-(“Mazut konstitusiyası”) imzalandı.

370.Çarizm ermənilərdən istifadə edərək:

– 1905-1906-cı illərdə Azərbaycan əhalisinə qarşı milli qırğın törətdi. Ayağa qalxan əhali erməniləri məğlub etdi. 1905-ci ildə Şuşa faciəsi oldu.

371.MİLLİ PARTİYALAR

-1902-ci ildə M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını” yaratdı

-1904-cü ildə Hümmət təşkilatı yarandı

-Difai təşkilatını Əhməd bəy Ağayev milli qırğınların qarşısını almaq üçün yaratdı

-1907-ci ildə Gəncədə İsmayıl bəy Ziyadxanlının başçılığı ilə Müdafiə təşkilatı yaradıldı

-Ittifaq Şərifzadə və Çuvarlinskinin rəhbərliyi ilə yaradılmışdı. Bu təşkilat da erməni-rus birləşmələrinin törətdikləri qırğının qarşısını almaq üçün yaradılmışdı

-1911-ci ildə Müsavat yaradıldı. Partiyanın orqanı “Açıq söz” qəzeti idi. Başlıca istiqamət türkləşmək, islamlaşmaq, müasirləşmək şüarı qəbul edildi.

372.1905-1911-Cİ İLLƏR İRAN İNQİLABI

-1907-ci ildə İran inqilabı dövründə ilk silahlı üsyan Təbrizdə baş verdi. İran inqilabında əsas rol oynamış Cənubi Azərbaycan qəhrəmanları Səttarxan və Bağırxan

H.Z.Tağıyev İran inqilabına maddi yardım göstərmişdir. 1911-ci ildə İran inqilabı rusların müdaxiləsi ilə yatırıldı.

AZƏRBAYCAN lıərbiçiləri I DÜNYA MÜHARİBƏSİ illərində

373.Müqəddəs Georgi ordeni ilə təltif edilənlər:

-Teymur Novruzov

-Fərrux ağa Qayıbov (ilk azərbaycanlı təyyarəçi)

-Qalib Vəkilov

-Tərlan Əliyarbəyov

374.I Dünya müharibəsində iştirak edən Azərbaycan generalları:

1.Səməd bəy Mehmandarov

2. Əliağa Şıxliniski

3.İbrahim ağa Vəkilov

4. Hüseyn xan Naxçıvanski

375.I Dünya müharibəsində Azərbaycan gənclərindən ibarət olan “Tatar süvari alayını”:

– çar məmurları həqarətlə “vəhşi diviziya” adlandırırdılar.

376.MƏDƏNİYYƏT (xx əsrin əvvəli):

-Şərqi-rus qəzeti Tiflisdə Azərbaycan dilində fəaliyyətə başladı

-1906-cı ildə Cəlil Məmmədquluzadənin başçılığı ilə Molla Nəsrəddin jurnalı fəaliyyətə başladı. Sonralar bu jurnal Təbriz və Bakıda nəşr olunmuşdu.

-İşıq jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.

-Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadə Qeyrət mətbəəsini təsis etdilər

-Azərbaycan filmi olan “Neft və milyonlar səltənətində” çəkildi.Hüseyn Ərəbliniski bu filmin çəkilməsində böyük rol oynadı

-’’Azərbaycan səhnəsinin zinəti” adlanırdı:H.Sarabski

-İlk Azərbaycan aktirası Şəfıqə Məmmədova

-1908-c ildə ilk Azərbaycan operası olan “Leyli və Məcnun” tamaşaya qoyuldu .Üzeyir Hacıbəyov milli operanın banisi sayılır

-1916-cı ildə Müslim Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya qoydu

377.Rəssamlar:

– Əziz Əzimzadə, Bəhruz Kəngərli

378.Xanədələr:

– Hacı Hüsü, Cabbar Qaryağdı, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd

379.İlk nota alınan xalq mahnısı :

-Dərbəndli Fətəlinin “İran” mahnısıdır.

 

ŞİMALİ AZƏRBAYCAN İSTİQLAL ƏRƏFƏSİNDƏ.

380.Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra :

-Xüsusi Cənubi Qafqaz Komitəsi devirildi. Onu 1917-ci ilin noyabrın 15-də Zaqafqaziya (Cəııubi Qafqaz) komissarlığı əvəz etdi.

381.1917-ci ilin 5 dekabrında :

-Zaqafqaziya (Cənubi Qafqaz) komissarlığı ilə Osmanlı dövləti arasında Ərzincan müqaviləsi bağlandı. Müqaviləyə görə rus qoşunları Cənubi Qafqazdan geri çəkilirdi.

382.Zaqafqaziya komissarlığı sabitlik yarada bilmədiyi üçün onu 1918- ci ilin fevralın 10-da:

– Zaqafqaziya Seymi əvəz elədi. Seymdəki Azərbaycan fraksiyasının rəhbəri Məmməd Əmin Rəsulzadə idi.

383.1918-ci 3 martında Rusiya ilə Osmanlı dövləti arasında Brest- Litovsk müqaviləsi bağlandı. Müqaviləyə görə:

1. Qars, Batum və Ərdahan Osmanlıya verilir və burada ermənilərin “Türkiyə Ermənistan” planı alt-üst olurdu.

2. Rus qoşunları Osmanlı ərazisindəki və sərhəddəki erməni silahlıiarını tərk-silah etməli idi.

384.1918-ci ilin 22 aprelində Zaqafqaziya seymi:

– özünü müstəqil Cənubi Qafqaz Federativ Respublikası elan elədi və 34 gün yaşadı.

385.Mart soyqırımı ərəfəsində Zaqafqaziya seyminin nəzarətindən kənarda qalan yeganə Azərbaycan şəhəri :

-Bakı idi. Burada 1927-ci ilin noyabrında bolşevik-sovet hökuməti qurulmuşdu.

386.MART SOYQIRIMI (1918-Ci İL 30 MART-3 APREL):

-Məqsəd:Müsavatın sosial bazasını zəiflətmək Azərbaycan milli hərəkatını boğmaq

Bəhanə: Müsəlmanlardan ibarət “Evelina” gəmisini Bakı soveti tərəfindən tərk-silah olunması

Nəticə: On iki mindən çox azərbaycanlı öldürüldü. Bu qırğmı Bolşevik-daşnak qüvvələri törətmişdi. Mart soyqırımı Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Naxçıvan, Salyan və Hacıqabulda törədilmişdi

1998-ci ilin 26 martında Heydər Əliyev rəsmi fərmanla 31 martı azərbaycanlıların soyqırım günü elan etdi. Beləliklə mart hadisələrinə hüquqi qiymət verilmiş oldu.

387.Mart soyqırımı nəticəsində müvəqqəti üstünlük əldə edən bolşeviklər :

-1918-ci ilin 25 aprelində Şaumyanm rəhbərliyi ilə Bakı Xalq Komissarları Sovetini təsis etdilər. Rəhbər üzvlərindən çoxu erməni olan bu hökuməti “erməni milli hökuməti” adlandırırdılar. 1918-ci ilin iyulunda süqut edən Bakı Xalq Komissarlar Sovetini ingilislərin dəstəyi ilə yaradılan “Sentrokaspi diktaturası” əvəz etdi.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

388.1918-ci ilin 26 mayında :

-Gürcüstanın Zaqafqaziya federasiyasının tərkibindən çıxması ilə Cənubi Qafqazdakı gərginliyin və milli qırğının qarşısını ala bilməyən Zaqafqaziya seymi dağıldı. Mayın 27-də Azərbaycan Milli Şurası yaradıldı. Şuranın sədri Məmməd Əmin Rəsulzadə idi.

389.1918-ci ilin may ayının 28-də:

– Tiflisdə Azərbaycan Xalq Cuhuriyyəti yaradıldı. Milli Şura “İstiqlal bəyannaməsini” qəbul elədi.

390.AXC-də :

-5 hökumət olub. Ilk hökumətin başçısı FƏTƏLİ XAN XOYSKİ olub. Mayın 30-da AXC-nin yaradılması radioteleqramla bütün dövlətlərə bildirildi. Beləliklə Şərqdə ilk dəfə demokratik Respııblika quruldu.

391.1918-ci ilin iyunun 4-də:

– AXC ilə Osmanlı dövləti arasında Batum müqaviləsi imzalandı. Bu müqavilə AXC-nin xarici siyasətinin ilk uğurlu addımı idi. Müqaviləyə görə AXC-ni ilk dəfə tanıyan dövlət olan Osmanlı dövləti lazım gələrsə Azərbaycana hərbi yardım göstərməli idi.

392.Batum müqaviləsinə uyğun olaraq :

-Osmanlı dövləti tərəfindən göndərilən və Nuru paşanın başçılıq etdiyi “Qafqaz İslam ordusu” iyunda Gəncəyə gəldi. 1918-ci ilin iyunun 16-da Milli hökumət türklərin tələbi ilə Gəncəyə köçdü. Gəncədə Nuru paşanın hökumətə etimadsızlıq etməsi “İyun böhranı” deyilən hadisəyə səbəb oldu. Bu hadisədən sonra Fətəli Xan Xoyskinin başçılığı ilə ikinci hökumət yaradıldı. Nəticədə Milli hökumət saxlanılsa da Milli şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı

393.1918-ci ilin 27 iyununda Azərbaycan-türk qoşunları ilə Bakı Sovetinin qoşunları arasında:

– Göyçayda döyüş baş verdi. Bu döyüşdə Azərbaycan-tiirk qoşunları Bakı Sovetininin qoşunlarını ağır məğlubiyyətə uğratdı

394.1918-ci ilin 15 sentyabrında:

– Azərbaycan ordusu və Nuru paşanın başçılıq etdiyi Osmanlı qoşunu (Qafqaz İslam ordusu) Bakını düşməndən azad etdi. Setrokaspi diktaturası devrildi.

395.1918-ci ilin 17 sentyabrında:

– Milli hökumət Bakıya köçdü.

396.1919-ci ilin yanvarında :

-Qarabağ general quberaatorluğu yaradıldı.

397.1919-ci ilin fevralında:

– Naxçıvan general qubematorluğu yaradıldı.

398.1919-ci ilin avqustunda :

-cənub bölgəsində yaradılan “Muğan Sovet Respublikası” ləğv edildi.

399.AXC-NİN TƏDBİRLƏRİ:

-1918-ci iI 27 iyun Azərbaycan dilinin türk dili elan edilməsi

-1918-ci il 24 iyun ilk bayrağm, 9 noyabr-üçrəngli bayağm qəbul edilməsi

-Hərbi nazirliyin yaradılması. Ilk hərbi nazir Fətəli xan Xoyski

idi.

-1919-ci il-Azərbaycan Xəzər hərbi Donanmasının yaradılması

-1918-ci ilin 16 noyabr-Milli Şuranın bərpa edilməsi

-1918-ci il 7 dekabr-ilk Azərbaycan parlamentinin açılması. Parlament 120 deputat yerindən ibarət idi. Parlamentə seçkilərdə hər iki cinsin nümayəndələrinə seçki hüququ verilmişdi. Beləliklə Azərbacan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov idi.

-1918-ci il 5 oktyabr- Bakı XKS tərəfindən milliləşdirilən neft sənayesi və ticarət donanması əvvəlki sahiblərinə qaytarıldı

-1918-ci ilin dekabrında üçüncü hökumət quruldu. Bu hökümətə də Fətəli xan Xoyski başçılıq edirid. Bu hökumət ingilislərin təkidi ilə qurulmuşdu.

-1919-ci ilin martında dördüncü hökumət fəaliyyətə başladı. Dördüncü hökumətə Nəsif bəy Yusifbəyli başçılıq edirdi

AXC-NİN SOSAİL-İQTİSADİ TƏDBİRLƏRİ VƏ MƏDƏNİ QURUCULUĞU

400.1920-ci ildə :

-aqrar məsələ ilə bağlı qanun verildi. Qanuna görə kənd əhalisinə 7-50 desyatin torpaq, şəhər əhalisinə isə 1-12 desyatin torpaq verilməli idi.

401.1918-ci iIdə:

-“Bakı bonu” adlı pul vahidi dövriyyəyə buraxıldı. Dövlət bankı açıldı.

-Əmək Nazirliyinin yaradılması.

-Xalq Maarif Nazirliyinin təsis edilməsi və Məktəblərin milliləşdirilməsi

-“Nina” qız məktəblərinin adlarının dəyişilərək qız gimnaziyaları adlandırılması

402.1919-ci il 15 noyabr:

-ilk universitetin Bakı Dövlət Universitetinin açılması

403.AXC-nin fəaliyyətinə aiddir:

-“Müsəlman Şərqini öyrənən cəmiyyətin” təsis edilməsi

-Bakıda Azərbaycan dilində ilk kitabxananın açılması. Həmçinin dövlət və ilk rəssamlıq studiyasının açılması

-1919-cı il dekabr-İstiqlal muzeyinin açılması

-AXC-nin rəsmi orqanı olan”Azərbaycan” qəzetinin nəşri

404.AXC-NİN XARİCİ ƏLAQƏLƏRİ:

-1918-ci ilin noyabrında türk qoşunu Naxçıvanı tərk etməli oldu. Bu ərazi erməni təcavüzündən qorunmaq üçün Araz-Türk Respublikası təsis edildi. Araz Türk Respublikası 1919-ci ilin martınadək fəaliyyət göstərdi. Bundan sonra Naxçıvanda ingilislərin köməyi ilə 1919-cu ilin may-iyul aylarında “erməni idarəçiliyi” yaradıldı. Amma Naxçıvan əhalisi hücuma keçərək erməniləri məğlub etdi və “erməni idarəçiliyi” ləğv olundu.

-1919-cu ilin iyunun 16-da Azərbaycan və Gürcüstan arasında Denikinin təhlükəsinə qarşı hərbi pakt bağlandı.

-1920-ci ilin martında AXC və İran arasında dostluq haqqında müqavilə imzalandı. Iran AXC-ni de-yure tanıdı.

-1920-ci ilin yanvarın 11-də Paris sülh konfransında “Antanta” Ali Şurası tərəfindən Böyük Britaniya xarici işlər naziri Lord Kerzonun təklifi ilə Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyi de-fakto səviyyəsində tanındı.

AXC-NİN SÜQUTU

405.1920-ci ilin fevralında:

– Azərbaycan kommunist partiyası yaradıldı. Səbəbi: Daxildən çeviriliş etmək üçün. 1920-ci ilin martında Nəsif bəy Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət istefa verdi. Yeni hökumətin qurulması Məhəmməd Həsən Hacınskiyə tapşırıldı. O kommunistlərə yeni qurulacaq hökümətə daxil olmağı təklif etdi. Amma kommunistlər bundan imtina etdilər. Nəticədə Məhəmməd Həsən Hacınski yeni hökuməti formalaşdıra bilmədi.

406.1920-ci ilin martın 22-də erməni daşnakları Sovet Rusiyasının razılğı ilə Xankəndinə və Gəncəyə, həmçinin Qazax qəzalarına hücum etdilər. Bu hücumların qarşısını almaq üçün Azərbaycan hökuməti ordunu:

– Rusiya-Dağıstan sərhəddindən və Bakıdan Dağlıq Qarabağa yeritməyə məcbur oldu. Bundan istifadə edən Sovet Rusiyasının qoşunları aprelin 27-28-də AXC-nə son qoydular. Milli hökumət süqut elədi.

407. AXC-nin süqutunda rolu olan amillər:

1.Azərbaycan bolşeviklərinin şəxsində “beşinci blokun” pozuculuq fəaliyyəti

2. Əsas ordunun erməni təcavüzünə qarşı yönəldilməsi

3. Parlameııt fraksiyaları və hökumətin daxilindəki düşmənçilik və mübarizə

4. Aqrar məsələnin gecikməsi

5. Yaranan beynəlxalq siyasi şərait, Türkiyənin Sovet Rusiyası ilə yaxınlaşması və Azərbaycana kömək etməməsi

CƏNUBİ AZƏRBAYCANDA MİLLİ-AZADLIQ HƏRƏKATI

408.Hərəkat 1917-1920-ci illəri əhatə edir. Hərəkata 1917-ci ilin avqustunda Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə yaradılmış Azərbaycan Demokratik Firqəsi başçılıq edirdi. Hərəkat iştirakçılarının tələbləri:

-Xarici işğalçıların ölkədən qovulması

-Cənubi Azərbaycana İran sərhədləri daxilində muxtariyyət verilməsi

409.1920-ci ilin aprelində Təbrizdə əhali silahlı üsyan elədi. Təbriz əhalisi qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani Azərbaycan adını:

– “Azadistana” dəyişdi. Bu səhv addım idi.

410.1920-ci ilin 23 iyununda Şeyx Məhəmməd Xiyabaninin başçılğı ilə Milli hökumət quruldu. Milli hökumət Respublika qurluşuna əsaslanırdı. Hökumətin tədbirləri:

1. Təbrizdə pulsuz qız ınəktəbinin açılması

2. Milli ordu və polis jandarma dəstələrinin təşkili və polis məktəbinin açılması

3.Xalça fabrikinin tikilməsi

411.1920-ci ilin sentyabrın 14-də :

-ingilislərin dəstəyi ilə hücuma keçən İran qoşunu milli hərəkatı məğlub etdi. Şeyx Məhəmməd Xiyabani öldürüldü. Milli hökumət süqut etdi.

AZƏRAYCANDA SOVET REJİMİNİN BƏRQƏRAR OLMASI

412.1920-ci ilin aprelin 28-də:

– Bakıda Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.Bütün hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi. Həmin gün Azərbaycan Sovet Sosialist Respublikası Xalq komissarları Soveti də yaradıldı. Onun ilk sədri Nəriman Nərimanov idi.

413..Azərbaycan SSR-nin ilk tədbirləri:

1.İnqilab komitələrinin yaradılması

2.Ordu və komandanın yenidən təşkili

3.Torpaqların ödənişsiz olaraq kəndlilərin istifadəsinə verilməsi

4. Silki və mülki rütbələrin ləğvi

5. Hər cür dini ayinlərin qadağan edilməsi, vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması

414.1920-ci ilin 24 mayında Azərbaycan Neft Komitəsinin yaradılması:

– Bununla da neft sənayesi milliləşdirildi.

415.1920-ci ilin mayın 6-da Azərbaycan SSR-nin ilk konstitusiyası qəbul edildi. Bu konstitusiyaya görə:

1. Dinindən, milliyyətindən, cinsindən asılı olmayaraq yetkin yaşa çatmış zəhmətkeşlərə seçmək, seçilmək, vicdan, söz, mətbuat azadlığı verilirdi. Zəhmətlə məşğul olmayanlar seçki hüququndan məhrum edilirdi.

2. Qanunverici hakimiyyət orqanı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, (İcraedici hakimiyyət orqanı Azərbaycan XKS-nə həvalə olundu.

3. Beləliklə ilk konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan SSR-ni hüququ cəhətdən qurulması başa çatdırıldı.

416.Sovet rejiminə qarşı üsyanlar: Səbəb:

-Bolşevik terroru

-Ərzaq sapalığı

417.Sovet rejiminə qarşı ilk üsyan:

-1920-ci ilin mayın 25-31-də Gəncədə olmuşdu. Milli ordunun bölmələri üsyanı təşkil etmişdi. Üsyana Hərbi şura başçılıq edirdi. Gəncə üsyançıları onlara qarşı keçən XI Qırmızı Ordu hissələrini dəfələrlə ağır məğlubiyyətə uğratdılar. Şəhərə yeni diviziyalar yeridildi. Gəncə və onun ətrafında yaşayan ermənilər silahlanaraq işğalçılara qoşuldular. Üsyançılar hər küçə, hər ev uğrunda ağır vuruşmalarda yüzlərlə şəhid verdilər. İşğalçılar, nəhayət, mayın 31 -də Gəncəni nəzarət altına ala bildilər. Şəhər üç gün ərzində işğalçılar və daşnak quldurları tərəfindən dəhşətli soyqırımına və qarətə nıəruz qaldı.

418.1920-ci ilin iynunda:

-Qarabağda yeni üsyan baş verdi. Üsyanın iştirakçıları Nuru paşanın başçılıq etdiyi Azərbaycan Milli Ordusunun üzvləri idi. Erməni-daşnak dəstələri burada da işğalçılara fəal kömək göstərdilər və dinc azərbaycanlı əhaliyə divan tutdular.

419.1920-ci ilin iyununda:

-Zaqatalada da həmçinin üsyan oldu. Digər üsyanlardan fərli olaraq bu üsyanda Milli Ordunun hərbiçilər ilə yanaşı yerli əhali də iştirak edirdi.

420.Sovet Ermənistanı:

– Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz, Dağlıq Qarabağ bölgələrini “mübahisəli ərazilər” elan etmişdi.

421.Sovet Rusiyası və Türkiyə arasında bağlanan Moskva (1921-ci il) və Qars (1921-ci il) müqavilələri ilə:

-Naxçıvan Azərbaycanın himayəsində muxtar bölgə elan edilirdi o şərtlə ki Azərbaycan bu bölgəni üçüncü dövlətə güzəştə getməsin. Beləliklə Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvan Ermənistana birləşdirilməsi baş tutmadı.

422.1929-1931-ci illərdə Ordubad və Zəngilan rayonlarından qoparılan ərazilər hesabına :

-Ermənistan Mehri rayonu yaradıldı. Beləliklə Azərbaycanın Naxçıvanla əlaqəsi kəsildi.

423.1920-ci ilin sentyabrında:

-Şərq xalqlarının I qurultayı keçirildi.

424.1922-ci ilin martında:

Zaqafqaziya Federativ Sosialist Respublikası (ZSFSR) yaradıldı.

425.1922-ci il dekabrın 30-da:

– SSRİ yaradıldı. Onun MİK-nin sədrlərindən biri Nəriman Nərimanov idi.

426.XX əsrin 20-ci illərində Azərbaycan SSR-də iqtisadi addımlar:

-Ərzaq sapalığı

-Könüllü çanaq vergisi

-Ərzaq vergisi (Yeni İqtisadi Siaysət)

427.1923-cü ildə:

-Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil edildi.

428.1924-cü ildə:

-Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı.

429.XX əsrin 20-ci illərinin ikinci yarısında Azərbaycanın sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Onun əsas istiqamətləri:

-Sənayeləşdirmə

-Kollektivləşdirmə. Kənd təsərrüfatı kollektivləşdirildi

-Mədəni quruculuq

-Kommunist partiyasının ağalığının təmin edilməsi idarəçilikdə sərt mərkəzləşmənin yaradılması

-SSRİ məkanında ilk dəfə Bakıda şəhər və neft rayonları arasında elektrik dəmir yolu xətti istifadəyə verildi. Sənayeləşdirmə nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevirildi

-Kollektivləşdirmə Azərbaycanda üsyanlara səbəb oldu. Qolçomaqlar məhv edildi. Əhalinin var-dövləti alınıb kolxozlara qatıldı

 

430.MƏDƏNİ QURUCULUQ:

-Şərq aləmində ilk Konservatoriyanın açılması

-1923-cü il Azərbaycanı öyrənən cəmiyyətin yaradılması

-1923-cü il Arxeologiya cəmiyyətinin təşkili

-Pedoqoji insitut, Tibb insitutu, Politexnik insitutlarının açılması 1926-ci il

-Bakıda -1 Ümumittifaq Türkoloji qurultayının keçirilməsi

-1926-cı il Radiostansiyanın fəaliyyətə başlaması

-1926-cı il Kinostudiyanın yaradılması

-1932-cü il Azərbaycan Yazıçılar İttifaqının, Rəssamlar İttifaqının yaradılması

-1934-cü il Azərbaycan Bəstəkarlar İttifaqının yaradılması

-Dram, Opera və Balet, Rus Dram, Gənc Tamaşaçılar, Kukla teatrının açılması

431.AKTYORLAR:

-Tuqanov,A.İsgəndərov,A.M.Şərifzadə, S.RuhulIa, Mərziyə Davidova, Rza Təhmasib,

432.XANƏNDƏLƏR:

– Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfu Adıgözəlov, Xan Şuşinski

433.1940-cı ildə Əfrasiyab Bədəlbəyli tərəfındən:

– ilk Azərbaycan baleti olan “Qız qalası” yazılmışdır

434.İlk səsli film:

– “Mavi dəniz sahilində”dir

435.1929-cu ildən:

-ərəb əlifbasından latın əlifbasına,

436.1939-cu ildən:

– latın əlifbasından kiril əlifbasına keçildi

437.1937-ci ildə:

-Azərbaycan SSR-nin ikinci Konstitusiyası qəbul edildi. Konstitusiya Azərbaycan vətəndaşlarına formal olaraq geniş hüquqlar və demokratik azadlıqlar verirdi.

KÜTLƏVİ REPRESİYALAR

438.1930-cu illərdə:

Azərbaycan SSR-də kütləvi represiyalar başladı. Bir sıra mədəni, ictimai, siyasi xadimlər, ziyalılar, represiya qurbanı olub güllələndi, sürgün edildi. Represiya qurbanı olanlar: S.Əfəndiyev, D.Bünyadzadə, H.Cavid, M.Müşfiq, Ə.Nəzmi, T.Şahbazi, Ə.Cavad

AZƏRBAYCAN SSR II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ

439.1939-cu ilin sentyabrın 1-də:

– Almaniyanın Polşaya hücumu ilə II Dünya müharibəsi başladı.

440.Almaniya SSRİ-yə nə zaman hücum etdi?

– 1941-ci ilin iyunun 22-də

441. Almaniyanın Qafqaza hücum planı nə adlanırdı?

-“Edelveys” adlanırdı.

442.Hitlerin planları nə idi?

– Azərbaycanda komissarlıq yaratmaq istəyirdi. Hitlerin digər bir planına görə türk xalqları yaşayan ərazilərdə “Böyük Türküstan” dövləti yaradılmalı və Azərbaycan da bu dövlətin tərkibinə daxil olmalı idi.

443.SSRİ rəhbərliyinin Azərbaycana dair planı nə idi?

-Plana görə Azərbaycan əhalisi lazım gələrsə zorla Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi

444.Azərbaycan divizyaları:

77 və ya Simferpol diviziyası

223 və ya Belqrad diviziyası

271 və ya Qarloka diviziyası

402 və 416( Taqanroq diviziyası)

445.Azərbaycan döyüşçülərinin igidliyi haqqında ilk xəbər:

-Brest qalasından gəldi.

446.Azərbaycanlılar arasında Sovet İttifaqı Qəhrəmanı fəxri adına ilk dəfə:

– İsrafil Məmmədov layiq görüldü.

447.Moskva ətrafında gedən döyüşlərdə fərqləndiyinə görə Həzi Aslanov:

-qırmızı ulduz medalı ilə təltif olundu.

448.Idris Vəliyev:

– Borodino çölündə gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdi

449.Təyyarəçi Hüseynbala Əliyev :

-Leninqrad səmasında düşmənin 6 təyyarəsini vurub salmışdı.

450.Ziya Bünyadov :

-271-ci diviziyanm tərkibində Sovet İttifaqı Qəhrəmanı adı verildi.

451.1944-cu ildə Pleşeni şəhərini azad etdiyinə görə:

-Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməyə təqdim edildi. 1991-ci ildə Həzi Aslnaov ikinci dəfə bu ad verildi.

452.416-cı Taqanroq diviziyası:

-Berlinin Branderburq darvazasına qələbə bayrağı sancmışdı.

453.Reyxstaqın alınmasında göstərdiyi igidliyə görə :

Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

AZƏRBAYCAN PARTİZANLARI

454.Əhmədiyyə Cəbrayılov:

“Armed Mişel” (Xarqo) ləqəbi ilə Fransanın azadlıq hərəkatında iştirak etmiş və ona bu ölkənin ən yüksək hərbi medalı verilmişdi.

455.Mehdi Hüseynzadə:

– (Mixaylo) Yuqoslaviyanın partizan hərəkatında iştirak etmiş və 1944-cü ildə həlak olmuşdu. I957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verildi.

456.Əkbər Ağayev:

-almanların “Buhenvald” ölüm düşərgəsində mübarizə aparmışdı.

457.Vilayət Hüseynov:

-İtaliyada Mussolini həbs edən partizanlar arasında idi.

458. Əli Əkbərov :

-İtaliyanın “Hərbi şücaətinə görə” medalı ilə təltif edilmişdi.

459.1943-cü ildə Berlində:

-mühacir Azərbaycan parlamenti və hökuməti fəaliyyətə başladı. Hökümətin rəhbəri Əbdürrəhman Fətəlibəyli- Düdənginski idi.

CƏNUBİ AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ

460.1941-1946-ci illərdə Cənubi Azərbaycanda:

-milli azadlıq hərəkatı dövrüdür. SSRİ öz maraqlarına görə əvvəl bu hərəkatı dəstəkləyirdi. Bu dövrün hərəkatına Seyid Cəfər Pişəvəri başçılıq edirdi. Onun başçılığı ilə Azərbaycan Demokratik Firqəsi (ADF) yaradılmışdı. Azərbaycan Demokratik Firqəsinin rəsmi orqanı Azərbaycan qəzeti idi.

461.1945-ci ildə S.C.Pişəvərinin başçılığı ilə :

-Milli hökümət yaradıldı. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil oldu.

462.Milli hökümətin tədbirlərinə aiddir:

1. Seçkilər keçirilməsi

2. Aqrar qanun verilməsi. Əmək haqqında qanun verilməsi

3.Azərbaycan rəsmi dövlət dili elan edilməsi.Dil haqqında qanunun qəbul edilməsi

4.1946-cı ildə Təbriz Universitetinin açılması

463.Sovet dövləti:

-BMT TŞ-nın tələbi ilə qoşunlarını Cənubi Azərbaycandan çıxardı.

464.1946-cı ildə İran qoşunları :

-Təbrizə daxil olub Milli hökumətə son qoydular.

AZƏRBAYCAN MƏDƏNİYƏTİ II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ

465.Kimyaçı alim Yusif Məmmədəliyev:

-təyyarələr üçün yüksək oktanlı benzin hazırlatmışdı.

466.1945-ci ilin martında:

-Azərbaycan SSR Elmlər Akademiyasının

yaradıldı.

467.Filmlər:

-“Vətən oğlu”, “Bəxtiyar”, “T-9 sualtı gəmi”

468.Rəssamlar:

– Maral Rəhmənzadə, Əzim Əzimzadə, İsmayıl Axundov.

AZƏRBAYCAN SSR 40-CI İLLƏRİN İKİNCİ YARISI-60-CI İLLƏRDƏ

469.Müharibədən sonra da bütün SSRİ-də Stalinə pərəstiş və represiyalar davam edirdi. Bu dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi:

– Mir Cəfər Bağırov idi.

470.“Kitabı Dədə Qorqud” dastanı feodal-xan eposu kimi, Abbasqulu ağa Bakıxanov və Mirzə Kazımbəy isə bəy və ağaların çarizmin müdafiəçiləri kimi damğalanır:

-onları öyrənmək qadağan edilirdi.

471.1945-ci ildə Ermənistan rəhbərliyi:

– növbəti dəfə Dağlıq Qarabağ məsələsini qaldırdı.

472.M.C.Bağırov:

– Şuşa şəhəri xaric Dağlıq Qarabağın Ermənistana verilməsinə o şərtlə razı oldu ki müxtəlif dövrlərdə Ermənistana və digər qonşu respublikalara verilmiş Azərbaycan torpaqları geri qayıtsın. Buna isə Sovet rəhbərliyi və ermənilər razı olmadılar. Çünki Türkiyə və Azərbaycan arasında yaradılmış “erməni ərazisi” ləğv edilə bilərdi.

473.1947-ci ildə SSRİ Nazirlər Soveti tərəfindən verilmiş qərara əsasən 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan 150 min nəfər azərbaycanlı öz doğma yurdlarından Kür-Araz ovalığındakı Aran rayonlarına:

-Saatlı, Göyçay, İmişli, Kürdəmir, Sabirabad rayonlarma köçürüldü.

474.1997-ci ilin dekabrında Heydər Əliyev:

-bu məsələyə hüquqi qiymət verərək “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiya haqqında” fərman imzaladı

475.1953-cü ildə:

Stalin öldü.

476.N.Xruşov:

SSRİ-də birinci katib seçildi. Xruşov repressiyaları və Stalinin şəxsiyyətinə pərəstişi pislədi. 1953-cü ildə Aəzıbaycan SSR KP MK-nin I katibi vəzifəsindən azad edilən M.C.Bağırov ölüm cəzasına məhkum edildi.

477.1954-cü ildə I katib vəzifəsinə İmam Mustafayev (1954-1959) gətirildi. İmam Mustafayevin gördüyü əsas işlər:

1. Xalqın vəziyyətini yaxşılaşdırmağa çalışdı.

2. Bakıda azərbaycanlıların sayını artırdı ki, bu da Xruşovun beynəlmiləl şəhər olan Bakının Azərbaycanın tərkibindən çıxarıb Moskvaya tabe etmək planını pozdu.

3. 1956-cı ildə Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında yeni maddənin əlavə edilməsinə nail oldu

4. 1956-cı ildə repressiya qurbanları olan H.Cavidə, Y.V.Çəmənzəminliyə, Ə.Cavada, M.Müştiqə bəraət verildi

5. Qadağan olunmuş əsərlər olan “Kitabi Dədə Qorqud”,

A.Bakıxanovun, H.Hüseynovun əsərləri üzərinə qoyulan qadağalar götürüldü. Lakin mühacirətdə olan siyasi xadimlərə bəraət verilmədi.1959-cu ildə İmam Mustafayev millətçilikdə təqsirləndirilərək vəzifəsindən azad edildi. Yerinə Vəli Axundov (1959-1969) təyin edildi.

478.1969-cu ilin mayında SSRİ Ali Sovetinin sərhəd rayonlarındakı 2 min hektardan çox Azərbaycanlı torpağının Ermənistana verilməsi haqqındakı qərarının icrasına:

1969-cu ilin iyulunda Azərbaycan SSR-də hakimiyyətə gələn Heydər Əliyev mane oldu.

479.1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə:

-neft-mədən estekadaları (Neft daşları)quruldu.

480.1947-ci ildə:

-kartoçka sistemi ləğv edildi

481.1961-ci ildə:

-pul islahatı keçirildi

482.1956-cı ildə:

-Azərbaycan Televiziyası fəaliyyətə başladı

483.1967-ci ildə:

-Baki Metropoliteni işə salındı

484.1950-1960-cı illər memarlığına aiddir:

1.Şəhriyar adına klub

2.Bakı hava limanı

3.Dövlət sirki

4.Akademiya şəhərciyi

5.Hökumət evi

6.Respublika stadionu

MƏDƏNİYYƏT (1950-1960-CI İLLƏR)

485.1959-cu ildə :

-İcbari 8 illik təhsil müəyyən edildi.

486.1966-cı ildə :

-məcburi onillik təhsil müəyyən edildi.

487.Elmlər Akademiyasının ilk prezidenti:

– Mirəsədulla Mirqasımov olub.

488.BƏSTƏKARLAR:

-Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Soltan Hacıbəyov

489.XANƏNDƏLƏR:

-Bülbül, Rəşid Behbudov, Sara Qədimova, Şövkət Ələkbərova

490.AKTYORLAR və Aktrisalar:

Ələsgər Ələkbərov, Mərziyə Davudova, Möhsün Sənani, Nəsibə Zeynalova, Leyla Bədirbəyli

491.RƏSSAMLAR:

Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov

492.HEYKƏLTARAŞLAR:

– Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov

493.Kinolar:

“Arşın mal alan” filmi 1945-ci ildə çəkilib və dünya ekranına çıxarıldı. “ O olmasın, bu olsun”, “Uzaq sahillərdə”

AZƏRBAYCAN SSR 60-CI İLLƏRİN SONU-8O-Cİ İLLƏRİN ORTALARINDA

494.1969-cu ilinin iyulunda:

-Azərbaycan SSR-də rəhbərlik Heydər Əlirza oğlu Əliyevə tapşırıldı.

495.Heydər Əliyev :

-1923-cü ilin 10 mayında dünyaya gəlib. 1944-cü ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində (DTK) işləməyə başladı. 1964-cü ildə DTK-nm sədr müavini, 1967-ci ildə isə onun sədri təyin edildi. 1976-cı ildə Sovet İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ildə üzv seçildi. Bundan əlavə O həmdə SSRİ Nazirlər Sovetinin sədr müavini təyin edildi. 1969-1982-ci illər Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövrüdür.

496.Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə:

-Yeni yaşayış massivləri-Badamdar, Hövsan, Əhmədli, Günəşlinin salınması

-Hüseyn Cavidin qəbri Naxçıvana gətirildi

-DQMV-də yeni rayon-Əsgəran rayonu təşkil edildi

-70-ci illərdə mərkəz ermənilərin təhriki ilə məsələ qaldırıldı ki Kəlbəcər rayonu prespektivsiz olduğuna oradan əhalisi köçürülsün ərazisi respublikalar arasında bölünsün. Lakin Heydər Əliyev “Murov yolu” çəkib bölgənin iqtisadiyyatını canlandıraraq ermənilərin arzusu puça çıxardı

497.1978-ci ildə:

-Azərbaycan SSR-nin konstitusiyası qəbul edildi. Bu konstitusiyada Azərbaycan dilinin dövlət dili olması öz əksini tapdı.

498.1975-ci ildə:

-Bakı Məişət Kondisionerləri Zavodu istifadəyə verildi.

499.1983-cü ildə Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə :

Azərbaycan SSR-nin vahid neft kəmərinə qoşuldu.

500. 1985-ci ildə:

– Dərin Dəniz özülləri zavodu inşa edildi

501.80-ci illərin II yarısında SSRİ-də alkoqolizmə qarşı mübarizə kampaniyası başlanandan sonra :

-çoxlu Üzüm sahələri məhv edildi. Dənli bitki əkini genişləndi

MƏDƏNİYYƏT (1960-1980-Cİ İLƏR)

502.1960-cı illərə aiddir: 503.1980-ci illərə aiddir.

-1.Bakı Dəniz vağzalı – 1. Gülüstan sarayı

-2.Respublika sarayı – 2. Yeni zoopark

-3.Moskva mehmanxanası – 3. Üstüörtülü idman kompleksi

504.Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə :

-görkəmli Azərbaycan astronomu N.İbrahimovun şərəfinə Mars kraterlərinin birinə “İbrahim kateri”, üç astroidə “Azərbaycan”, “Nizami Gəncəvi”, “Şar” (Şamaxı Astroloji rəsədxanası) adı verildi

505.1967-1987-ci illərdə ilk milli ensiklopediya

-Azərbaycan Sovet Ensiklopediyası nəşr olundu.

506.BƏSTƏKARLAR:

– Emin Sabitoğlu, Polad Bülbüloğlu, Şəfiqə Axundova (dünyada ilk opera yazan bəstəkar qadın “Gəlin qayası” operası)

507.MÜĞƏNNİLƏR:

-Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar, Müslüm Maqomayev, Rübabə Muradova, Lütfiyar İmanov, Qədir Rüstəmov

508.AKTYORLAR:

Məlik Dadaşov, Əliağa Ağayev, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Amalya Pənahova, Yaşar Nuri, Rasim Balayev, Səməndər Rzayev

509.KİNOLAR:

-“Yeddi oğul istərəm”, “Nəsimi”, “Babək”, “İstintaq”, “Yaramaz”, “Dədə Qorqud”

AZƏRBAYCAN SSR XX ƏSRİN 80-Cİ İLLƏRİN II YARISI VƏ 90-Cİ İLLƏRİN ƏVVƏLİNDƏ

510.1985-ci ildə:

-SSRİ-də Qorbaçov “Yenidənqurma” xətti irəli sürdü. “Yenidənqurma” və “Aşkarlıq” Sovet imperiyasının süqutunu sürətləndi. Mərkəzi SSRİ-yə daxil olan xalqları dini-etnik zəmində qızışdırmağa başladı. Heydər Əliyev qeyd edirdi ki Qorbaçovun ən bariz xüsusiyyəti müsəlman türk dünyasına qarşı düşmənçiliyi idi.

511.Zori Balayan :

-öz “Ocaq” əsərində milli münaqişələri qızışdırmışdı. Milli ədavətin ilk qurbanları yenə Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehri rayonlarından ilk qaçqınlar Azərbaycana gəldi. 1988-ci ilin fevralında isə ermənilər Sumqayıt fitnəkarlığı törətdilər. Sumqayıt hadisələrindən sonra erməni vəhşiləri xüsusilə qızışdılar.

512.1988-ci ilin avqustunda:

-Ermənistanda olan son azərbaycanlı kəndi Nüvədi (Mehri rayonu) boşaldıldı.

513.1989-cu ilin dekabrın 1-də :

-Ermənistan SSR rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü pozuldu.

XALQ HƏRƏKATI

514.Ermənilərin Topxana meşəsində:

-sənaye tikilməsi xəbəri xalqı hərəkətə gətirdi.

515.Xalq hərəkatının ən yüksək dövrü:

1988-ci ilin 17 noyabrında başladı. Bu gün Azərbaycan tarixində Milli Dirçəliş günü kimi qeyd edilir.

516.1989-cu ildə:

Bakıda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. AXC-nin sədri hələ 1960-cı illərdə Azərbaycan Dövlət Universitetində tələbələr arasında milli təbliğat aparan Əbülfəz Elçibəy (Əliyev) seçildi.

517.1989-cu ilin 31 dekabrında:

-Naxçıvan MSSR-də İran-Azərbaycan sərhəd xətti dağıdıldı.

518.1990-cı il 19 yanvar:

-Naxçıvan MSSR muxtar respublikasının I SSR-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi.

519.1990-cı il 19-20 yanvar tarixlərində:

– Sovet qoşunları tərəfindən Bakıda ’’Qanlı yanvar” hadisəsi törədildi. Qırğının ertəsi günü Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq imperiyanın Azərbaycana qoşun yeritdiyini dünyaya bəyan etdi. Azərbaycan SSR-nin rəhbəri Ə.Vəzirov Azərbaycandan qaçdı, onun yerinə Moskva Ayaz Mütəllibovu təyin etdi

520.1990 mayın 19-da:

-Azərbaycan SSR Ali Soveti prezident vəzifəsi təsis etdi və Ayaz Mütəllibovu prezident seçdi

521.1990-cı ilin sentyabrında:

-Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi

522.1990-cı ilin noyabrında:

-Naxçıvan MSSR-nin adından “Sovet sosialist” adı götürüldü.

523.1991-ci ilin fevralın 5-də:

– Azərbaycan SSR Ali Sovetinin qərarı ilə ölkə Azərbaycan Respublikası adlandırıldı. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi

524.1991-ci ilin sentyabrında keçirələcək prezident seçkilərində Ayaz Mütəllibov :

-kostitusiyaya maksimum yaş senzi daxil edərək Heydər Əliyevin seçkilərdə iştirakına imkan vermədi

MÜSTƏQİLLİYİN BƏRPA OLUNMASI

525.1991-ci ilin 30 avqustunda:

– “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə”qəbul edildi

526.1991-ci il 3 sentyabr:

-Naxçıvanda MR Ali Məclisi xalqın tələbi ilə Heydər Əliyevi Ali Məclisin sədri seçdi. Ali Məclisin qərarı ilə ertəsi gün Naxçıvan MR ərazisində prezident seçkiləri dayandırıldı

527.1991-ci il 8 sentyabr Prezident seçkilərində:

-Ayaz Mütəllibov prezident seçildi. Naxçıvan ərazisi seçkilərdə iştirak etmədi. Ayaz Mütəllibov Azərbaycan Respublikasının ilk prezidentidir.

528.1991-ci il 9 oktyabr:

– “Azərbaycan milli müdafiə qüvvələri haqqında” qanun qəbul edildi. Bu Yuxarı Qarabağda erməni vəhşiliyinin qarşısını almaq üçün idi. Lakin könüllük prinsipi əsasında təşkil olunan bu özünümüdafiə dəstələri pərakəndə şəkildə fəaliyyət göstərirdi

529.1991-ci il 18 oktyabr:

1. Xalqın tələbi ilə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı’’nı qəbul elədi. Bununla da müstəqilliyimiz bərpa edildi

2. Rayonlarda və şəhərlərdə icra başçısı vəzifəsi təsis edildi

3. Prezident idarəsi yaradıldı. Dövlət katibi, dövlət müşaviri vəzifələri təsis edildi. İlk dövlət katibimiz akademik Tofiq İsmayılovdur

530.1991-ci il 20 noyabr:

-Qarakənd faciəsi. Xocavəndin Qarakənd kəndi yaxınlığında respublikanın görkəmli dövlət nümayəndələrini aparan vertolyot vuruldu. Bu terror aktı nəticəsində dövlət katibi Tofiq İsmayılov, Baş prokror İsmət Qayıbov, daxili işlər naziri, SSRİ-nin, Qazaxıstanın və Rusiyanın bir neçə səlahiyyətli nümayəndəsi həlak oldu.

531.1991-ci il 26 noyabr:

-Qarakənd faciəsindən sonra prezidentə təzyiqlər gücləndirildi və nəticədə Ali Sovetin 50 deputatdan ibarət Milli Şura yaratdı.

532.1991 8 dekabr:

– Brest yaxınlığında “Viskul” mehmanxanasında Rusiya, Ukrayna, Belarusiya rəhbərləri Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıldığını, SSRİ-nin varlığına son qoyulduğunu bildirdilər

533.1992-ci ildə Milli Məclis:

-Azərbaycan Respublikasının dövlət himnini, 1993-cü ildə isə dövlət gerbini təsdiq etdi

534.Azərbaycan dövlət müstəqilliyini tanıyan ölkələr:

-Türkiyə

-Ruminiya

-Pakistan

İsveçrə

-İran

535.Azərbaycanın qoşulduğu təşkilatlar:

-1991-cı il İslam Konfransı Təşkilatı (İKT)

– 1992-ci il-İqtisadi Əməkdaşlıq Təşkilatı

– 1992-ci il 2 mart-Birləşmiş Millətlər Təşkilatı (BMT)

– 1992-ci il Helsinki Müşavirəsinin Yekun Aktına və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmuşdu

QARABAĞ MÜHARİBƏSİ

536.1992-ci il yanvar:

-Şuşanı düşmən mühasirəsindən qurtarmaq üçün hazırlanan “Daşaltı” əməliyyatı uğursuz oldu.

537.1992-ci il 25-26 fevral:

– Ermənilər Rusiyanın 366-cı moto atıcı alayının köməyi ilə XX əsrin böyük faciələrindən biri olan Xocalı soyqırımını törətdilər. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 1275 nəfər isə əsir götürüldü, 6 ailə məhv edildi.

538.Xocalı faciəsindən sonra xalqın təzyiqi ilə:

-prezident Ayaz Mütəllibov istefa verdi. Amma Moskvanın dəstəyi ilə 1992-ci ilin mayın 14-də Ali Sovetin sessiyasında yenidən Ayaz Mütəllibov hakimiyyətə gətirildi. Buna qarşı çıxan AXC öz tərəfdarlarının köməyi ilə parlament binasının və prezident sarayını ələ keçirdi. Mayın 18-də İsa Qəmbər Ali Sovetin sədri seçildi.

539.1992-ci il 9 may :

-ermənilər Şuşanı tutdular

540.1992-ci il 18 may:

-Bakıda hakimiyyət mübarizəsinin getdiyi bir vaxtda düşmən silahlı qüvvələrimizin Laçından çıxarılmasından istifadə edib

Laçını işğal etdilər. Beləliklə Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa əlaqə-dəhliz meydana gəldi.

541.1992-ci il 7 iyun:

-Prezident seçkilərində AXC-nin sədri Əbülfəz Elçibəy prezident seçildi. Beləliklə hakimiyyətə AXC-Müsavat cütlüyü gəldi.

542.1992-ci il 15 may:

-Daşkənd müqaviləsi bağladı. Müqavilə nəticəsində SSRİ-nin hərbi əmlakı bölüşdürüldü. Azərbaycan ordusunun hərbi təchizatı yaxşılaşdı. Aviasiya polku yaradıldı. Xəzər donanmasına aid olan əmlakın 25%-i Azərbaycanın payına düşdü. Lakin Azərbaycana qəsdən texniki cəhətdən yaxşı olmayan silah-sursat verilirdi.

543.1992-ci il iyun:

-Prezident fərmanına əsasən orduda vahid komandanlıq yaradıldı. Azərbaycan milli ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi ilə işğal olunmuş ərazilərin bir hissəsini quldurlardan təmizlədi.AXC-Müsavat cütlüyünün yeritdiyi səhv xarici siyasət, Türkiyə meylin açıq hiss etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə tək qoydu. Bunun nəticələrindən biri də odur ki, ABŞ konqresi 1992-ci ilin oktyabrında “Azadlığı Müdafiə Aktı’’na 907-ci düzəlişi qəbul etdi. Bununla Azərbaycan güya Ermənistanı blokadaya salınmaqla günahlandırılaraq ABŞ tərəfindən dövlət səviyyəsində hər cür yardım göstərilməsinə məhdudiyyətlər qoyulurdu.

544.Azərbaycan silahlı qüvvələri ağır itkilər verir və məğlub olurdular. Səbəbləri:

1. Rusiyanın Ermənistana hərbi yardım göstərməsi

2. Silah qüvvələrin başçılarının Ali Baş Komandana tabe olmaması

3. Silah və sursatın oğurlanması

545.1992-ci ilin yayında-Ağdərə əməliyyatı:

Nəticədə Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi.

546.1993-cü il 2 aprel:

-ermənilərin Kəlbəcəri işğal etməsi. Kəlbəcərin işğal edilməsi ölkədə siyasi böhranı dərinləşdirdi və AXC Müsavat iqtidarının süqutunu sürətləndirdi

MİLLİ QURTULUŞ

547.Hakimiyyətdə səriştəsiz insanların olması infilyasiya və yoxsulluğa gətirib çıxartdı və nəticədə respublikanın vəziyyətini getdikcə ağırlaşdırdı.Heydər Əliyevdən ehtiyatlanan Hakimiyyət onun Naxçıvanda gördüyü işlərə mane olmağa başladılar:

1.Naxçıvan MR-na enerji verilməsi dayandırıldı

2.Bakı-Naxçıvan qatarlarının hərəkəti dayandırıldı

3.Naxçıvan blokadaya alındı

548.Heydər Əliyev Naxçıvanı vəziyyətdən çıxarmaq üçün:

1. Türkiyədən kredit aldı

2. 1992-ci il 28-də Sədərək-Dilucu “Ümid” körpüsü salındı

3. İranla Münasibətlər qaydaya salındı

4. Qonşu dövlətlərdən enerji alındı

549.1992-ci il 16 oktyabr:

– Azərbaycanın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsilə (91 -lərin müraciəti) Heydər Əliyevi böyük siyasətə dövlət etdilər. Hakimiyyət dairələri Naxçıvanda çevriliş edib Xalq Cəbhəsini hakimiyyətə gətirmək istəsə də, Naxçıvan əhalisi ayağa qalxıb Heydər Əliyevi müdafiə edərək onları geri oturtdu.

550.1992-ci 21 noyabr:

-Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı

551.1993-cü il iyun:

-Gəncədə hərbi qiyam baş verdi. Surət Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Ölkədə vətəndaş müharibəsi başlandı. Bundan əlavə elə həmin il Əlikram Hümbətov tabeliyində olan hərbi qüvvələrin köməyi ilə cənub bölgələrində “Talış-Muğan respublikası” yaratmağa çalışırdı. Azərbaycanın şimalında da bəzi separatçı ünsürlər “Ləzgistan dövləti” yaratmağa çalışırdılar. Bunlar hamısı Moskvadan idarə olunurdu.

552.1993-cü il 15 iyun:

-Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü’’ kimi daxil oldu. Beləliklə ölkədə vətəndaş müharibəsinə son qoyuldu. Zorakı yolla hakimiyyətə dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu.

553.Prezident Əbülfəz Elçibəy:

-1993-cü ilin iyulun 18-də Kələki kəndinə getdi. 1993-cü il 29 avqustunda keçirilən referendumda xalqın 97% -i Əbülfəz Elçibəyə etimadsızlıq göstərdi.

554.1993-cü il 24 sentyabr:

– Azərbaycan MDB-yə daxil oldu

555.1993-cü il 3 oktyabr:

-Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi.

556.1993 30 oktyabr:

-erməniIər Zəngilanı işğal etdilər. Işğal olunan son rayonumuzdur.

557.1993-cü il 1 noyabr:

-Dövlət Müdafiə Şurası yaradıldı.

558.1992-ci il mart Qarabağ münaqişəsini nizama salmaq üçün ATƏT-in Minsk qrupu yaradıldı. Qrupun həmsədrləri:

1. ABŞ

2.Rusiya

3. Fransa

559.1994-cü il 12 may:

-Azərbaycan və Ermənistan arasında atəşkəs imzalandı

560.1994-cü il 20 sentyabr:

-Xarici şirkətlərlə Azərbaycan neftinin satılması haqqında müqavilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqaviləyə və müstəqilliyimizə qarşı çıxan bəzi daxili və xarici qüvvələr tərəfındən sentyabrın 29-da Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında xüsusi idarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Bu prezident əhatəsini zəiflətmək üçün törədilən bir siyasi akt idi. Oktyabrın 2-də pozucu qüvvələrin təsiri ilə Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçüləri prokrorluğun binasını tutdu. Oktyabrın 3-dən 4-nə keçən gecə prezident Heydər Əliyevin müraciəti ilə xalq prezident sarayının ətrafına toplaşdı. Xalq və Heydər Əliyev birliyi görən qiyamçılar geri çəkilməli oldu.

HÜQUQİ DEMOKRATİK DÖVLƏT

561.1995-ci il 12 noyabr:

– Ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edildi.

562.1995 12 noyabr:

-Demokratik parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycanın ilk demokratik parlamenti yaradıldı

563.1996-cı il fevral:

-Prezident yanında xüsusi hüquqi islahatlar komissiyası yaradıldı.

564.1996-cı il avqust :

-“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” prezident fərmanı verildi

565.1998-ci il :

-Şərq və müsəlman ölkələri tarixində ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi

– Azərbaycanda senzura ləğv edildi

-1998-ci il İdarətmə sistemində islahatlar üçün xüsusi komissiya yaradıldı

-1998-ci il Konstitusiya məhkəməsi yaradıldı

-1998-ci il 11 oktyabr Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi

566.1999-ci il 12 dekabr:

-Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi

567.2000-ci il :

-Hakimlərin xüsusi test imtahanından keçməsi təcrübəsi tətbiq olunmağa başladı

-2000-ci il 5 noyabr Yeni parlament seçkiləri keçirildi

BAZAR İQTİSADİYYATINA DOĞRU. İQTİSADİ VƏ SOSİAL TƏRƏQQİ

568.Heydər Əliyev hakimiyyətə gəldikdən sonra:

-dağılmış ölkə iqtisadiyyatının bərpasında böyük işlər gördü. Inflyasiya aradan qalxdı. Bir sıra kiçik dövlət müəssisəsi özəlləşdirildi. Xarici kapitalı ölkəyə cəlb etmək üçün “açıq qapı” siyasətinə keçildi.

569.1994-cü ilin əvvəli:

-Milli valyuta olan manat respublika ərazisində yeganə ödəniş vasitəsi elan edildi. Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Yenidənqurma və İnkişaf Bankına qoşuldu

570.1994-cü il:

-Xarici siyasətin sərbəstləşdirilməsi haqqında fərman verildi.

571.1995-ci il:

-“Dövlət aqrar islahat” komissiyası yaradıldı.

572.1996-cı il:

– “Torpaq islahatı haqqında” qanun qəbul edildi. İslahata görə: Bütün postsovet məkanı ölkələrindən fərqli olaraq torpaq kənd əhalisinin xüsusi mülkiyyətinə pulsuz verildi

-1996-cı il Aqrar kredit kassaları yaradıldı

-1996-cı il Sudan pullu istifadə haqqında əsasnamə qəbul olundu

573.2002-ci ildən etibarən :

-xalq qarşısında xidmətləri olan şəxslərə yüksək Prezident təqaüdü verilməyə başlandı

574.Heydər Əliyevin təşəbbüsü ilə:

-insanların rifahını yüksəltmək üçün “Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə dövlət proqramı” hazırlandı

AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ

575.1994-cu il:

-NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu

576.1994-cü il 12 may:

-ATƏT-in Minsk qrupunun və Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalandı.

577.1994 cü ilin Budapeşt sammiti keçirildi:

-Burada Qarabağ münaqişəsi müzakirə edildi.

578.1996-cı il:

-ATƏT-in Lissabon sammiti keçirildi. Bu sammitdə Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyətli mövqeyi sahəsində ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir

577.1997-ci il:

-GUAM təşkilatının yaradıldı. Tərkibinə daxildir: Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova. GUAM iqtisadiyyatı, ticarəti inkişaf ,etdirmək məqsədilə yaradılıb

578.1998-ci il Bakıda:

– İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi.Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün Bakı bəyannaməsi imzalandı. TASİS və TRASEKA proqramlarına əsasən nəqliyyat sistemi inkişaf etdirilməyə başlandı.

579.1999-cu il ATƏT-in İstanbul sammiti keçirildi:

– Sammitdə Bakı-Ceyhan əsas ixrac neft kəməri haqqında saziş imzalandı.

580.XX əsrin sonu XXI əsrin əvvəlləri :

-Şelf-5 qazma qurğusu yenidən qurulub “İstiqlal” adı ilə istifadəyə verildi. Əsrin müqaviləsinə uyğun olaraq çıxardılan neftin Avropaya satılması üçün Bakı-Novorossiysk və Bakı-Supsa neft kəməri çəkildi.

MƏDƏNİ DİRÇƏLİŞ

581.1991-ci il :

-Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edildi.

582.1990-cı illəri əvvəlləri:

-Respublikanın hər yerindən keçmiş kommunistlərə ınəxsus abidələr götürüldü. Dağüstü parkda “Şəhidlər xiyaban”ı salındı

583.1992-ci il:

-Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin daimi Konseyi yaradıldı. 1993-cü ildən etibarən onun icra qurumu Türksoy yaradıldı.

584. 1993-cü ildə :

-Ali məktəblərdə bakalavr və maqistr pilləli təhsilə keçildi

585.1996-cı il :

-Yunesko ilə əməkdaşlıq memorandumu imzalandı

-“Yarasa” bədii filmi Fransada “Birinci plan Beynəlxalq kinofestivalında” Avropanın ən yaxşı tam metrajlı bədii filmi adına layiq görüldü

586.1997-ci il:

-Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu

-Universitet və insititutlarda “Heydər Əliyev məktəbləri” təşkil olunmuşdur

-İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri seçildi.

587.1998-ci il:

– M.F.Axundov adına Respublika kitabxanası Milli Kitabxana statusu aldı

-Şəhidlər Xiyabanında azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirən 21 metr hündürlüyündə abidə və əbədi məşəlin açılışı oldu

588.2000-ci il:

-Bakıda Dədə Qorqud dastanının 1300 illik yubileyi keçirildi

-Bakı Olimpiya İdman Kompleksi istifadəyə verildi

YENİ LİDERLƏ ÜÇÜNCÜ MİNİLLİYƏ DOĞRU

589.2001-ci il :

-25 yanvar Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv kimi daxil oldu

-9-10 noyabr Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Heydər Əliyev dünya azərbaycanlılarının bir araya gətirən böyük dövlət xadimi oldu

-28 dekabr-Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman haqqında) qanun qəbul edildi

590.2002-ci il:

-Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.2008-ci ildən bu qurumun adı dəyişdirilərək Diapora ilə iş üzrə Dövlət Komitəsi adlandırılmışdır

591.2003-cü il:

– İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edildi.

– 15 oktyabr Prezident seçkilərində İlham Əliyev qalib gəldi.

592.2005-ci il:

-’’Heydər Əliyev’’ordeninin təsis edilməsi haqqında qanun qəbul edildi.Bu ordenlə ilk dəfə türk dünyasının görkəmli şəxsiyyətləri İlham Əliyev və İhsan Doğramacı təltif olundular.

593.2006-cı il 16 mart:

-Bakıda Dünya azərbaycanlarının II qurultayı

keçirildi.

594.2008- ci il 15 oktyabr:

– Prezident seçkilərində İlham Əliyev ikinci dəfə qalib gəldi.

SOSİAL-İQTİSADİ İNKİŞAF

595.2001-ci il :

-Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə ilə Azərbaycan qazının tranziti, satışı və nəqli barədə Azərbaycan dövləti Türkiyə və (Gürcüstan dövlətləri ilə saziş imzalandı

596.2002-ci il :

-Respublika Prezidenti yanında Sahibkarlar Şurası yaradıldı

-18 sentyabr Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin təməli qoyulmuşdur

597. 2003-cü il :

-Metronun “Həzi Aslanov” stansiyası istifadəyə verildi

598.2004-2006 Bakı-Tbilsi-Ərzurum qaz kəmərinin inşası başa çatdırıldı :

– bu da Azərbaycanı həm də qaz ixracatçısına çevirdi

599.2008-ci il:

– “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı” qəbul edildi

MƏDƏNİYYƏT

600.2001-ci il :

-Azərbaycan Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü oldu.

-İlk Özəl orta ümumtəhsil məktəbi olan və 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksi fəaliyyətə başladı

-“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” sərəncam imzalanmışdır. Bu sərəncamla avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur

601.2002-ci il:

– Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi yaradıldı

-Azərbaycan “Abidələrin bərpası Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə” üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar sarayı kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarixi-memarlıq kompleksi YUNESKO-nun “Dünya mədəniyyət irsi” siyahısına daxil edilmişdir

602.2005-ci il 10 may :

-Ümummilli lider Heydər Əliyevin xatirəsinə əbədiləşdirmək üçün Respublika sarayı qarşısmdakı xiyabanın və Heydər Əliyevin əzəmətli heykəlinin açılışı oldu

603.2009-cu iI:

-Bakı İslam Mədəniyyətinin paytaxtı elan olundu və burada “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı keçirildi

604.2011-ci il:

– Bakıda Dünya azərbaycanlılarının 111 qurultayı keçirildi.

XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR

605.2001-ci il :

-Türkiyə Hərbi Qüvvələrinin “Türk ulduzları” eskadrilyasiyası Bakı səmasında nümunəvi uçuşlar keçirmişdir

606.2002-ci-il :

-30 aprel Trabzon zirvə görüşü. Bu görüşdə Türkiyə,Azərbaycan,Gürcüstan prezidentlərinin görüşü olub. Bu üç dövlət arasında, mütəşəkkil cinayətkarlığa və digər cinayətlərə qarşı mütəşəkkil mübarizə haqqında” saziş imzalanmışdır

607.2002-ci il :

-Praqa sammiti Azərbaycan NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul edilmişdir

608.2003-cü il :

-İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti və qurumun büro üzvü seçilən ilk, siyasətçimıiz oldu

609.2004-cu il :

-Azərbaycanın Təbrizdə konsulluğu açılmışdır

610.2005-ci il :

-Rusiya Federasiyasında “Azərbaycan ili”nin təntənəli açılışı olmuşdu

COĞRAFİYA

 

Ümumi fiziki coğrafiya. Yerin forması. Yerin Günəş sistemində mövqeyi. Yerin Günəş və öz oxu ətrafında hərəkətinin coğrafi nəticələri. Saat qurşaqları. Yer səthinin relyefi. Atmosfer və onun əhəmiyyəti. Yerin iqlimi. Dünya okeanı və onun hissələri: dənizlər, körfəzlər, boğazlar. Quru suları: çaylar, göllər, buzlaqlar. Biosfer və coğrafi təbəqə. Təbii zonalar.

Materiklərin və okeanların fiziki coğrafiyası. Yer kürəsinin materikləri: materik və qitə anlayışı. Avrasiya (Avropa və Asiya), Şimali Amerika, Cənubi Amerika, Afrika, Antarktida, Avstraliya və Okeaniya: onların coğrafi mövqeyi və sahil xətləri, adaları və yarımadaları. Okeanlar: Sakit okean, Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanı: onların coğrafi mövqeləri, dənizləri, körfəzləri, boğazları.

Azərbaycan Respublikasının fiziki coğrafiyası. Azərbaycanın coğrafi mövqeyi, relyefi, faydalı qazıntıları. İqlimi. Daxili suları: çayları, gölləri, su anbarları, suvarma kanalları. Xəzər dənizi. Azərbaycanın torpaq və bitki örtüyü. Təbiətin mühafizəsi. Azərbaycan Respublikasının fiziki-coğrafi rayonlaşdırılması: Böyük Qafqaz, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz, Lənkəran, Orta Araz (Naxçıvan) təbii vilayətləri.

Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası. Azərbaycanın iqtisadi coğrafi mövqeyi, inzibati ərazi bölgüsü, əhalisi və əmək ehtiyatları. Təsərrüfat sahələrinin coğrafiyası: təsərrüfatın ümumi səciyyəsi; yanacaq-energetika sənayesi; aqrar-sənaye kompleksi, nəqliyyat kompleksi. Xarici iqtisadi əlaqələr. İqtisadi-coğrafi rayonlar: Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran (Kür-Araz), Lənkəran-Astara, Naxçıvan: onların coğrafi mövqeyi, tərkibi, təbii şəraiti və təbii ehtiyatları, təsərrüfatı və ixtisaslaşma sahələri.

Dünyanın iqtisadi və sosial coğrafiyası. Dünyanın müasir siyasi xəritəsi. Dünya ölkələri arasında fərqlər. Beynəlxalq təşkilatlar. Dünyanın təbii resursları. Dünya əhalisinin təbii artımı, tərkibi, yerləşməsi, məskunlaşma formaları və miqrasiyası. Sosial-iqtisadi inkişaf səviyyələrinə görə dünya ölkələrinin qruplaşdırılması. İnkişaf etmiş ölkələr (İEÖ). İnkişafda olan ölkələr (İOÖ).

Türk dünyası ölkələrinin coğrafiyası. Müasir türk dünyası. Türk dövlət və qurumları. Türk dünyası ərazisinin təbii şəraiti. Əhalisi və əmək ehtiyatları. Türk dünyası ölkələrinin təsərrüfatının ümumi səciyyəsi.

Coğrafiya

ÜMUMİ FİZİKİ COGRAFİYA (5-ci təsnifat)

1.Yerin kürə forması haqqında ən qədim fikir kimə məxsusdur?

– Pifaqora

2.Əl-Biruni:

– Yer ölçülərini təyin etmiş, onun Günəş ətrafında hərəkət etdiyini söyləmişdir.

3.Son dövrlərdə kosmik tədqiqatlar nəticəsində məlum olmuşdur ki:

-Yerin Şimal qütb sahəsi Cənub qütb sahəsinə nisbətən bir qədər qabarıqdır. Yer heç bir həndəsi fiquru təkrarlamır və onun özünəməxsus forması var. Buna görə də onu geoid adlandırırlar.

4. Qlobus :

-yerin kiçildilmiş sahəsidir.İlk qlobuslardan birini Əl-Biruni tərəfindən hazırlanması məlumdur.

5.Yer səthindən keçməklə coğrafı qütbləri birləşdirən xəyali xətlər nə adlanır?

meridian. Qrinviç rəsədxanasından keçən meridian sıfırıncı və ya başlanğıc meridian kimi qəbul edilmişdir.

6.Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş çevrə nə adlanır?

– Ekvator.

7.Ekvatora paralel olaraq çəkilmiş çevrələr nə adlanır?

– paralellər

8.Göy qübbəsindən ağ yol kimi görünən Günəş sisteminin də daxil olduğu bizim Qalaktika :

-öz oxu ətrafında 25 km/saniyə sürətlə dövrəni 200 milyon ilə başa vurur.

9.Günəş:

bizə ən yaxın ulduz olub, özündən işıq saçan qızmar qaz yığımından ibarətdir.

10.Günəş sistemində :

-9 planet var. Planetlər Günəşdən uzaqlığına görə aşağıdakı ardıcıllıqla yerləşir:

1 Merkuri
2 Venera
3 Yer
4 Mars
5 Yupiter
6 Saturn
7 Uran
8 Neptun
9 Pluton

11.Yerin orbit boyunca orta sürəti:

– 29,8 km/saniyədir.

12.Yer öz xəyali oxu ətrafında fırlanmasını:

– 1 sutkaya başa vurur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində gecə-gündüz yaranır.

13.21 martda:

-Yer Günəşə nəzərən elə yerləşir ki, Günəş şüaları Ekvator üzərində zenitdə olur. Həm şimal, həm də Cənub yarımkürələri bərabər işıqlanır və yaz gecə-gündüz bərabərliyi yaranır. Həmin gündən başlayaraq Günəşin zenitdə olması Şimal yarımkürəsinə keçir. Odur ki, Şimal yarımkürəsində gündüz gecədən uzun olur. Şimal qütbündə Qütb gündüzü, Cənub qütbündə Qütb gecəsi başlayır.

14.22 iyunda :

-Günəş 23,5 şm.e. üzərində zenitdə olur. Bu enlik Günəşin zenitdə olduğu ən yüksək şm.e.-dir. 22 iyun Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecədir. Bu vaxt 66,5 şm.e.-dən şimalda Qütb gündüzləri, 66,5 c.e-dən cənubda Qütb gecələridir. 22 iyundan sonra Günəşin zenitdə olması cənuba doğru dönür və Şimal yarımkürəsində gündüzlər qısalmağa başlayır. Cənub yarımkürəsində gündüzlər gecədən uzun olur.

15.22 dekabrda:

– Günəş 23,5 c.e.-dən zenitdə olur. 22 dekabrda Cənub yarımkürəsində ən uzun gündüz, ən qısa gecədir. Həmin gün qış gündönümü günü adlanır.

16.Yerin Günəş ətrafında tam dövriyyəsi :

-1 ilə başa çatır.

ATMOSFER (5-ci təsnifat)

16.Atmosfer:

– Yerin hava təbəqəsi olub, onunla birlikdə fırlanır.

17. Atmosferin tərkibi:

-Oksigen, Arqon, Karbon və digər təsirsiz qazlardır.

18.Atmosferin daxilində aşağıdakı təbəqələr ayrılır:

1.Troposfer

2.Stratosfer

3.Mezosfer

4.Termosfer

5.Ekzosfer

19.Sutka ərzində ən alçaq temperatur:

səhərə yaxın Günəş çıxandan əvvəl

20.Sutka ərzində ən yüksək temperatur:

-günortadan 1-2 saat sonra qeydə alınır.

21.Yer səthindən yüksəyə qalxdıqca:

-havanın tempraturu aşağı düşür

22.Atmosfer təzyiqini ölçən cihaz nə adlanır?

-barometr.

23.Külək nədir?

-havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsində yerləşməsidir.

24.Atmosferdə su buxarının kondensasiya və sublimasiya məhsullarının toplanmasından nə yaranır?

-Bulud

25.Buludların əsas növləri hansılardır?

1. Topa

2. Laylı

3. Lələkvari

26.Atmosferdən yer səthinə bərk və maye halında düşən su nə adlanır?

-Yağıntı

27.Yağış nədir?

– havanın temperaturu müsbət olduğu halda kondensasiya nəticəsində yaranan yağıntı növüdür.

28.Qar nədir?

– havanın tempraturu mənfı olduğu halda, sublimasiya nəticəsində yaranan yağıntı növüdür.

29.Dolu nədir?

– isti hava şəraitində qızmış isti havanın yüksəyə qalxması hesabına sublimasiya nəticəsində yaranır.

30.Yer kürəsinin yağıntının maksimal kəmiyyəti:

-Hindistanda Çerapuci məntəqəsində müşahidə olunur.

31. Ən az yağıntı:

-Afrikada, Misirdə və Cənubi Amerikada Atakama səhrasında müşahidə olunur.

DÜNYA OKEANLARI VƏ ONUN HİSSƏLƏRİ (5-ci təsnifat)

32.Ən böyük dənizlər:

1. Filippin

2. Ərəbistan

3. Mərcan

4. Cənubi Çin

33.Ən dərin dənizlər:

Mərcan, Karib, Filippin, Banda

34.Boğaz nədir?

-iki su hövzəsini birləşdirən və iki quru sahəni bir-birindən ayrılan nisbətən ensiz su zolağıdır.

35.Okeanları birləşdirən boğazlar:

1. Malakka (Sakit və Hind)

2. Berinq (Sakit və Şimal Buzlu)

3. Dreyk, Magellan (Sakit və Atlantik)

36.Ən uzun boğaz :

-Mozambik

37.Ən enli və ən dərin boğaz :

-Dreyk boğazıdır

38.Bərzəx nədir?

-iki quru sahəni birləşdirən və iki su hövzəsini bir-birindən ayıran nisbətən ensiz quru zolağıdır. Bəzi halda, əlverişli olduğu üçün bərzəxdən kanal çəkməklə su hövzələrini birləşdirirlər. Panama bərzəxdən Panama kanalı, Süveyş bərzəxindən Süveyş kanalı çəkilmişdir.

39.Ada nədir?

-hər tərəfdən su ilə əhatə olunan kiçik quru sahəsidir.

40.Mənşəyinə görə adalar neçə qrupa bölünür və hansılardır?

-3 qrupa

1.Materik

2.Vulkanik

3.Mərcan

41.Ən böyük adalar:

1. Qrelandiya

2. Yeni Qvineya

3.Kalimantan

4.Madaqaskar

42.Yarımada nədir?

-qurunun suya daxili olan hissəsidir.

43. Ən böyük yarımadalar:

1.Ərəbistan

2.Hisdistan

3.Hind-Çin

4.Labrador

5.Skandinaviya

44.Çay nədir?

-öz yatağı ilə hərəkət edən su axınıdır.

MATERİKLƏR VƏ OKEANLAR (5-ci təsnifat)

45.Hər tərəfdən okean və dənizlərlə əhatə olunan nəhəng quru sahə nə adlanır?

-materik

46.Neçə materik və neçə qitə var:

-6 materik və 6 qitə var

Materiklər: Qitələr:

1.Avrasiya 1.Asiya

2.Şimali Amerika 2.Avropa

3.Cənubi Amerika 3.Afrika

4.Afrika 4.Amerika

5.Avstraliya və Okeaniya 5.Avstraliya

6.Antraktida 6.Antraktida

47.AVRASİYA:

Sahəcə ən böyük materikdir. Okeanların dördü ilə əhatə olunub.

Ucqar nöqtələri: şimalda Çelyuskin, cənubda Piay, qərbdə Roka, şərqdə Dejnyov.

Ən hündür nöqtəsi Comoluqma və ya Everest (8848). Ən alçaq nöqtəsi Ölü dəniz

Ən iri düzənlikləri: Şərqi Avropa (Rusiya), Böyük Çin Ovalıqlar: Qərbi Sibir, Turan, Hind-Qanq, Mesopotamiya, Xəzərsahili

Yaylalar: Ərəbistan, Dekan, Anadolu, Qobi, Tibet, Orta Sibir

Dağlar: Pireney, Apenin, Alp, Krım, Qafqaz, Pamir, Himalay, Skandinaviya, Ural, Altay

Avrasiya yeganə materikdir ki bütün iqlim qurşaqlarında yerləşir. Avrasiyada ən yüksək tempratur Ərəbistan yarmadasında olub (+54)

48.AVROPA:

Dənizlər: Ağ, Barens, Norveç, Şimal, Baltik, Aralıq, Mərmərə, Qara

Boğazlar: La-Manş, Cəbəllütariq, Bosfor, Dardanel

Adalar: Böyük Britaniya, İslandiya, İrlandiya, Sciliya, Korsika, Frans-İosif Torpağı

Yarımadalar: Skandinaviya, Yutlandiya, Bretan, Priney, Apenin, Balkan, Krım

Çaylar: Reyn, Dnepr, Don, Dunay, Visla, Sena-Atlantik okeana tökülür. Şimali Dvina-Şimal Buzlu okeana aiddir. Volqa və Ural çayları Xəzər dənizinə tökülür. Ən uzun çayı Volqadır.

Göllər: Xəzər, Ladoqa, Oneqa, Balaton, Cenevrə Avropa kapitalizmin beşiyi sayılır.

49.ASİYA

Dənizlər: Kara, Şərqi Sibir, Çukot Şimal Buzlu okeana aiddir. Berinq, Oxot, Yapon, Sarı, Şərqi Çin, Filippin, Yava-Sakit okeana aiddir. Andaman, Ərəbistan, Qırmızı-Hind okeanına aiddir.

Körfəzlər: Anadır, Siam, Benqal, Oman, İran, Ədən

Boğazlar: Berinq, Koreya, Tayvan, Malakka, Hörmüz

Adalar: Kuril, Saxalin, Yapon, Tayvan, Filippin, Zond, Kipr, Şimal Torpağı

Yarımadalar: Yamal, Taymır, Koreya, Hind-Çin, Ərəbistan, Kiçik Asiya

Ovalıqlar: Mesopotamiya, Hind-Qanq

Yaylalar: Təklə-Məkan, Tibet, Dekan, İran, Ərəbistan, Anadolu

Çaylar: Ob, Yenisey, Lena, Yana-Şimal Buzlu okeana tökülür. Anadır, Amur, Xuanxe, Yanszı-Sakit okeana tökülür. Hind, Qanq, Dəclə, Fərat, İravadi-Hind okeanına tökülür. Daxili hövzəyə aid çaylar: Sır-Dərya, Amu-Dərya, Pəncab, Kaşqar. Ən uzun çayı Yansızıdır.

Göllər: Baykal, Aral, Balxaş, Urmiyə Van. Ən dərin gölü Baykaldır

50.ŞİMALİ AMERİKA

Berinq boğazı onu Avrasiyadan, Panama kanalı Cənubi Amerikadan ayırır.

Körfəzlər: Alyaska, Kaliforniya, Meksika, Hudzon

Boğazlar: Berinq, Hudzon

Adalar: Qrenlandiya, Kanada Arktika arxipelağı, Bermud, Baham, Vaknkuver, Aluet, Böyük Antil

Yarmadalar: Alyaska, Kaliforniya, Yukatan, Florida, Labrador

Düzənliklər: Mərkəzi və Böyük Düzənliklər

Ovalıqlar: Atlantikboyu, Meksikasahili, Missisipi

Yaylalar: Kolorado, Meksika dağlıq yaylası

Dağlar: Appalaç, Kordilyer

Çaylar: Missipi, Müqəddəs Lavrenti-Sakit okeana tökülür. Makkenzi, Nelson, Çerçill Şimal Buzlu okeana tökülür. Yukon, Kolumbiya, Kolorado Sakit okeana tökülür

Göllər: Yuxarı, Miçiqan, Böyük Ayı

Cənubi Amerika

51.Cənubi Amerikanın Ən hündür nöqtəsi :

-Akonkaqua.

52. Cənubi Amerika:

Qərbdən Sakit okean ilə şərqdən isə Atlantik okean ilə həmsərhəddir.

53.Cənubi Amerikanın Qərb sahili boyu:

-And dağaları yerləşir.

54.Amazon çayı:

-uzunluğuna görə dünyada ikinci çaydır, suyunun boluluğuna və hövzəsinin sahəsinə görə birinci yeri tutur.

55.Cənubi Amerikada:

– Parana çayı var.

56.Orinoko çayının qolu üzərində dünyanın ən hündür şəlaləsi olan:

-Anhel şəlaləsi yerləşir.

57. Sakit okean sahilərində:

Atakama səhrası yerləşir.

58.Cənubi Amerika :

-Ən rütubətli materikdir.

59.Cənubi Amerikanın Əsas gölləri :

-Marakaybo, dağ gölləri Titikaka, Poopo.

60. Rütubətli ekvatorial meşələr nə adlanır?

– (selvas) heç bir materikdə Cənubi Amerikadakı qədər böyük və zəngin deyil.

61.Metis kimdir?

– avropalı və hindlu nikahı

62.Mulat kimdir?

– avropalı və zənci nikahı

63.Sambo kimdir?

– hindlu və zənci nikahı

64.Dövlətləri:

– Braziliya, Argentina, Çili, Uruqvay, Paraqvay, Peru,Boliviya, Kolumbiya, Ekvador, Venesuela, Qayana, Surinam, Qviana

65.AFRİKA:

-Sahəsinə görə ikinci materikdir.

-Qərbdə Atlantik, şərqdə Hind okeanları ilə əhatə olunub. Şimalda Cəbəllütariq boğazı, Aralıq dənizi, Süveyş bərzəxi, Qırmızı dəniz, Bab-Əl-Məndəb boğazı Afrikanı Avrasiyadan ayırır.

-Ucqar nöqtələri: şimalda Ben-Sekka, cənubda İynə, qərbdə Almadi, şərqdə Ras-Xafun burunlarıdır.

-Mozambik boğazı Madaqaskar adasını materikdən ayırır.

-Afrikanın ətrafında olan adalar: Madaqaskar, Kanar, Yaşıl burun, Azor, Komor, Zənzibar, Seyşel, Müqəddəs Yelena

-Ən hündür nöqtəsi Kilimancaro vulkanıdır. Böyük Səhra üzərində Əhəqqar, Tibesti, Darfur yaylaları var. Şərqi Afrikada isə Efiopiya yaylası da var. Materikdə həmçinin Kap və Əjdaha dağları ucalır. Ən isti materikdir. Dünyada ən isti tempratur Liviyada olub (+58).

-Çayları: Nil, Konqo, Niger, Seneqal, Oranj-Atlantik okeana tökülür. Zambezi, Limpopo Hind okeanına tökülür. Dünaynın ən uzun çayı Nildir. Dünyanın ikinci bol sulu çayı Konqodur. Konqo çayı ekvatoru iki dəfə kəsib keçir. Zambezi çayı üzərində Viktoriya şəlaləsı yerləşir.

-Gölləri: Viktoriya, Tanqanika, Nyasa, Çad

-Səhraları: Kalaxari, Namib və dünyanm ən böyük səhrası olan Böyük Səhra uzanır.

ANTRAKTİDA

66.Antraktida:

-cənub qütb sahəsidir. Sakit, Hind, Atlantik okeanları ilə əhatə olunub.Dreyk boğazı onu Cənubi Amerikadan ayırır. Dünyanın şirin su ehtiyatının 80 %-i buradadır.

-Antraktidanın ətrafında Uedel, Bellinshauzen, Amundsen, Ross dənizləri yerləşir.

-Yaxınlıqda Cənubi Georgi, Cənubi Şotland, Cənubi Koreya, Cənubi Sandviç adaları yerləşir.

Antraktida ən gec kəşf olunmuş materikdir. Antraktida heç bir dövlətə məxsus deyil. Hərbi məqsədlər qadağandır. Bura elm və sülh materiki adlanır. Əgər materikin buzları ərisə dünya okeanı səviyyəsi 62 metr qalxar.

Antraktida dünyanın ən soyuq və ən küləkli materikidir. Daxili hissəsində yayda tempratur -30 dərəcədir. Yer üzərində mütləq minumum tempratur (-89) Vostok stansiyasında qeydə alınıb.

AVSTRALİYA VƏ OKEANİYA

67.Avstraliya :

-yer kürəsinin ən kiçik, ən quraq, əhalisi ən az olan materikdir.

Hind və Sakit okeanla əhatə olunub.

Körfəzləri: Böyük Avstraliya, Karpentariya.

Dənizləri: Tasman, Mərcan, Fici, Timor, Arafur.

Şərq sahilində dünyanın ən böyük mərcan qurğusu

-Böyük Sədd Rifi uzanır.

68.Avstraliya :

-yeganə materikdir ki müasir vulkanizm və buzlaşma yoxdur.

Ən hündür nöqtəsi Kostyuşkodur.

Yeni Qvineya və Tasman adaları materikə daxildir. Ən böyük çay sistemi Murrey-Darlinq sistemidir.

Ən böyük gölü Eyrdir.

Materikdə və Tasman adasında Avstraliya İttifaqı dövləti yerləşir.

Sakit okeanın mərkəz və cənub-qərbində çoxlu ada və arxipelaqlar Okeaniya adlanır. Havay, Marian, Marşall, Mərcan, Yeni Zelandiya, Yeni Qvineya, Yeni Britaniya adaları daxildir

Okeaniyada Yeni Zelandiya, Papua-Yeni Qvineya, Fici, Nauru kimi müstəqil dövlətlər var.

69.Sakit Okean:

-Ən böyük və ən isti okeandır.

-Afrikadan başqa bütün materiklərlə əhatə olunub. Bütün okeanlarla əlaqəsi var.

-Dənizlər: Filippin, Mərcan, Berinq, Şərqi Çin, Cənubi Çin, Sarı, Oxot, Yapon, Fici, Tasman

-Körfəzlər: Alyaska, Kaliforniya, Anadır, Siam, Karpentariya

-Boğazlar: Berinq, Tatar, Laperuz, Koreya, Tayvan, Bass

-Adalar: Yeni Qvineya, Zond, Kalimantan, Filippin, Tayvan, Yapon, Saxalin, Kuril, Havay, Yeni Zelandiya

-Yarımadalar: Çukot, Kamçatka, Koreya, Kaliforniya, Alyaska,Malakka

70.Atlantik Okean:

-Bütün materiklərlə əhatə olunub.

-Dəzilər: Karib (ən iri və ən dərin dənizdir), Aralıq, Mərmərə, Qara, Azov, İrland, –Baltik, Şimal, Norveç, Sarqass(sahilsiz dəniz)

-Körfəzlər: Qvineya, Biskay, Meksika, Müqəddəs Lavrenti, Fandi

-Boğazlar: Dreyk, Magellan, Florida, Cəbəllütariq, La-Manş

-Adalar: Britaniya, İrlandiya, İslandiya, Böyük Antil, Kiçik Antil, Folklend, Azor, Baham

-Yarımadalar:Priney, Apenin, Balkan, Bretan, Yutlandiya, Skandinaviya, Labrador, Florida, Yukatan

71.Hind Okeanı:

-Dənizlər: Qırmızı, Ərəbistan, Arafur, And-aman, Timor

-Körfəzlər: Benqal, İran, Ədən, Oman, Böyük Avstraliya

-Yarımadalar: Ərəbistan, Hind-Çin, Malakka, Somali

-Adalar: Madaqaskar, Seyşel, Maldiv, Şri-Lanka, Andaman, Kokos

-Boğazlar: Mozambik, Bab-əI-Məndəb, Hörmüz, Malakka, Zond

72.Şimal Buzlu Okean:

-Şimal qütbü ətrafında Artik qurşaqda yerləşir. Şimal Buzlu okean ən kiçik və ən soyuq okeandır. Avrasiya və Şimali Amerika materikləri ilə əhatə olunub.

-Dənizlər: Barens, Ağ, Kara, Laptevlər, Şərqi Sibir, Çukot, Qreland, Norveç

-Adalar: Kanada Arktik arxipelaqı, Qrenlandiya, Frans-İosif torpağı, Novaya Zemlya, Novosibir

AZƏRBAYCANIN FİZİKİ COĞRAFİYASI

73.Azərbaycan:

-Ən hündür nöqtəsi: Bazardüzü

-Ən alçaq nöqtəsi: Xəzərdənizi

-Şimal nöqtəsi:Quton dağ

-Cənub nöqtəsi:Astara çayı

-Qərb nöqtəsi:Çandar göl ( Sədərək)

-Şərq nöqtəsi:Neft daşları ( Şah dili)

74.Azərbaycanın Quru Sərhədləri:

-Ermənistan. Ən uzun sərhəddimiz Ermənistanladır. Qərb istiqamətində

-İran cənub istiqamətində

-Gürcüstan şimal qərb istiqamətində

-Rusiya şimal istiqamətində

-Türkiyə-cənub qərb istiqamətində

75. Azərbaycanın Dəniz sərhədləri:

1.Rusiya

2. İran

3. Qazaxıstan

4. Türkmənistan

76. Azərbaycanın Ən iri strukturları:

– Böyük Qafqaz dağları, Kiçik Qafqaz dağları ,Talış dağları və Kür-Araz ovalığı.

77.Böyük Qafqaz dağları:

-bir neçə silsilədən ibarətdir. Bunlardan ən hündürü Baş Qafqaz sıra dağları və yaxud Baş suayrıcı adlanır. Bu silsilədə Bazardüzü, Bazaryurd, Tufan, Qutondağ kimi hündür zirvələr var.

-Böyük Qafqazın şimal-şərq yamacında Qusar maili düzənliyi, Samur Dəvəçi ovalığı və Şollar düzü yerləşir.

78.Kiçik Qafqazın ən hündür zirvəsi :

-Əlyəz zirvəsidir.

79.Azərbaycanda Kiçik Qafqazın ən hündür zirvəsi:

-Murovdağm Gamışdağ zirvəsidir.

80.Kiçik Qafqaz dağlarıda bir neçə silsilədən ibarətdir:

-Murğuz, Şahdağ, Murovdağ, Zəngəzur Dərəlyəz. Kiçik Qafqazda Qarabağ vulkanik yaylası yerləşir. Naxçıvanda Orta Araz çökəkliyində Arazboyu düzənlik yerləşir.

81.Respublikamızın cənubunda :

-Talış dağları yerləşir. Talış dağları 3 silsilədən ibarətdir: Burovar, Peştəsər və Talış silsiləsi.

82. Talış dağları :

-Talış dağları ilə Xəzər dənizi arasında Lənkəran ovalığı yerləşir. Kür çayı ilə Araz çayı arasında Mil düzü yerləşir. Kürün sağ sahilində Muğan düzü yerləşir. Muğan düzündən Xəzərə tərəf qalan düzənlik Salyan düzü adlanır. Kürün sol sahilində Şirvan düzü və Küdrü-Şirvan düzü yerləşir.

TEKTONİK ZONALAR

83.Azərbaycan 5 tektonik zonaya ayırlır:

1. Böyük Qafqaz tektonik qalxması zonası. Bura Qobustan və Abşeron daxildir

2. Kiçik Qafqaz tektonik qalxması. Talış dağları bura daxildir.

3. Kür tektonik çökmə zonası. Bu zonaya Acınohur-Ceyrançöl və Kür-Araz ovalıqları daxildir.

4. Ön Qafqaz tektonik çökmə zonası. Qusar maili düzənliyi, Şollar düzü və Samur Dəvəçi ovalığı bu zonaya daxildir.

5. Araz tektonik çökmə zonası. Arazboyu düzənliyin bir hissəsi bura daxildir.Respublikamızın: dağlıq ərazilərində denudasiya prosesi gedir. Kür-Araz ovalığında və digər düzənliklərdə akkumlasiya prosesi gedir.

Qobustan və Abşeronda külək erroziyası daha güclüdür.

Sürüşmə prosesi dağlıq ərazilərdə baş verir.

GEOLOJİ QURLUŞU

84.Respublikamızda ən qədim süxurlar:

-Naxçıvanda Dərəlyəz silisəsində və Sədərək qalxmasındadır.

85.Azərbaycanda sahə etibarı ilə ən çox yayılan çöküntülər:

-Kaynozoy çöküntüləridir.

86.Azərbaycan Palçıq vulkanlarının çoxluğuna və böyüklüyünə görə:

-dünyada birinicidir. Palçıq vulkanları daha çox Abşeron və Qobustandadır.

FAYDALI QAZINTILARI

87.Neft-qaz ehtiyatları:

– Abşeron yarmadası ( Xəzərin şelf zonası, Bakı və Abşeron arxipelaqı adalarında), Mərkəzi Aran, Siyəzən, Ceyrançöl, Gəncə (Naftalan )

88.Neft yataqları:

-Azəri, Çıraq, Günəşli, Şalıdəniz, Qaradağ

89.Qaz yataqtarı:

– Şahdağ, Qaradağ, Mişovdağ, Gürgan, Zirə

90.Yanar şist ehtiyatları:

– İsmayıllı və Qobustan

91.Mis yataqları:

-Gədəbəy, Kəlbəcər, Naxçıvan

92.Polimetal yataqları:

-Naxçıvanda Gümüşlü, Ağdərədə Mehmana, Balakəndə Filizçay

93.Molibden yatağı:

-Ordubadda Paraqaçay

94.Qızıl yataqları:

– Kəlbəcər və Zəngilan

95.Civə yataqları:

-Kəlbəcər ( Şorbulaq və Ağyataq ) və Naxçıvan

96. Əhəngdaşı (kubik):

-Qobustan, Abşeron, Qazax, Tovuz, Ağdam

97.Travertin ehtiyatları:

Naxçıvan (Şahtaxtı) və Kəlbəcər

98.Mərmər:

-Daşkəsən və Naxçıvan

99.Mineral bulaqlar:

– Naxçıvan (Sirab, Badamlı ,Vayxur), Kəlbəcər (İstisu),

Dəvəçi (Qalaaltı), Şuşa (Turşsu, Şırlan), Qax (İlisu), Abşeron (Şıx, Suraxanı). Quba (Xaltan Xaşı, Cimi)

100.Daşkəsən:

-dəmir filiz ehtiyatı var.

-Daşkəsən “Azərbaycan Uralı” adlandırılır.Zəylik alunit ehtiyatına görə dünyada ikincidir.

İQLİM VƏ İQLİM TİPLƏRİ

101.Azərbaycanın iqlimi :

-Böyük Qafqaz dağları şimaldan gələn soyuq küləklərin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti və quru küləklərin qarşısını alır. Xəzər iqlimi mülayimləşdirir.

102. Ən çox günəşli saatlar:

-Arazboyu düzənlikdədir.

103.Ən az günəşli saatlar:

-Lənkəran ovalığı və Şollar düzündədir.

104.Azərbaycanda mütləq maksimum temperatur:

-Culfada müşahidə olunub (+44).

105.Mütləq minimum temperatur :

-Böyük Qafqazın yüksək dağlığında olur (-42 -45)

106.Azərbaycan hansı iqlim qurşağında yerləşir?

– subtropik və mülayim

107.Respublikada:

-4 iqlim rayonu 9 iqlim tipi var.

108. İqlim rayonları bunlardır:

1.Yarımsəhra və quru çöl iqlimi

2.Mülayim isti iqlim

3.Soyuq iqliın

4.Dağ tundra iqlimi.

Soyuq iqlim Lənkəran və Aran vilayətində formalaşmır.

HAVA KÜTLƏLƏRİ VƏ YAĞINTILAR

109.Azərbayacana aşağıdakı hava kütlələri daxil olur:

1.Kontinental hava kütlələri. Bu zaman temperatur aşağı düşür.

2.Mülayim. Tempratur aşağı düşür.

3.Tropik.İ1 boyu cənubdan daxil olur. Hava isinir.

Xəzri küləkləri qışda əsdikdə havanın tempraturu aşağı düşür. Yayda əsdikdə isə havanı sərinləşdirir.

Gilavar küləkləri havanı isidir.

110.Ən az yağıntı :

-Abşeron yarmadasının cənubuna düşür.

111. Ən çox orta illik yağıntı :

-Talış dağlarının ətəklərinə düşür.

112.Ən çox yağıntı :

– Astaranın Gəgiran kəndinə düşür.

113.Abşeron, Kür-Araz ovalığı, Qobustan, Acınohur-Ceyrançöl, Arazboyu düzənlik, Samur-Dəvəçi ovalığına:

– yağıntı az düşür.

ÇAYLAR

114.Çayların hamısı:

-Xəzər hövzəsinə aiddir.

115.Azərbaycanın ən hündür şəlaləsi:

-Mucux şəlaləsidir (Oğuz rayonunda yerləşir).

116.Çaylar coğrafi yerləşməsinə görə 4 qrupa bölünür:

1.Böyük Qafqazın şimal-şərq yamacının çayları: Samur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay. Bu çaylar Xəzərə tökülür.

2.Abşeron-Qobustan çayları: Pirsaat, Ceyrankeçməz, Sumqayıtçay:

3.TaIış çayları: Bolqarçay, Viləşçay, Lənkərançay, Astaraçay.

4.Kürhövzəsinin çayları:

1.Naxçıvan çayları: Naxçıvançay, Ordubadçay, Gilançay, Əlincəçay. Araza tökülürlər.

2.Kiçik Qafqaz çayları: Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtər, Xaçıncaçay. Bu çaylar Kürün sağ qollarıdır.

3.Şirvan çayları: Əlicançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay. Bu çaylar Kürün sol qollarıdır.

4.Kiçik Qafqaz çayları: Həkəri, Oxçuçay, Quruçay. Bu çaylar Araza axır

5. Böyük Qafqazın cənub yamacı çayları: Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Şinçay. Bu çaylar Kürün sol qollarıdır.

117.Kür çayı:

-Azərbaycanın ən uzun çayıdır ( 1515 km). Türkiyədən başlayır Gürcüstan keçərək Xəzərə tökülür. Respublikamızda gəmiçilik üçün yararlı yeganə çaydır. Kür çayı üzərində Mingəçevir, Varvara, Şəmkir, Yenikənd su anbarları tikilib

118.Kənardan mənbəyini götürən çaylar(tranzit):

-Kür, Araz, Samur, Qanıx Qabırrı ,Tovuzçay, Oxçuçay

119.Rejimi tənzimlənən çaylar:

-Kür, Araz, Tərtər, Ağstafa, Tovuzçay Sərhəd çayları: Samur, Araz, Qanıx, Qabırrı, Bolqarçay, Astaraçay Samur çayı birbaşa Xəzərə tökülür.

120.Respublikamızda ən iri göl:

Sarısu

121. Ən dərin göl:

-Göy göldür

122.Su anbarları:

-Ən böyüyü Mingəçevir su anbarıdır. Sahəsinə görə ikinci yeri Araz su qovşağı tutur. Araz üzərində Bəhramtəpə və Mil-Muğan su anbarları var. Kürün üzərində Şəmkir, Varvara, Yenikənd su anbarları var. Tərtərçay üzərində Sərsəng su anbarı var. Abşeron ərazisində Ceyranbatan su anbarı var.

123.Xəzər Dənizi:

Ən dərin yeri Lənkəran çökəkliyidir.

Limanları: Bakı, Həştərxan, Türkmənbaşı, Mahaçqala

Adaları:Bakı və Abşeron arxipelaqları,Çeçen, Tulen Yarımadalar: Abşeron, Buzaci, Manqustau, Türkmənbaşı Körfəzlər: Böyük və Kiçik Qızılağac, Bayıl buxtası, Türkmən Xəzərə tökülən çaylar: Volqa, Ural, Emba, Samur, Kür, Qızılüzən.

Xəzər dənizinə tökülən suyun 82%-i Volqa çayının payına düşür Xəzərin şimal hissəsi qışda donur.

124.Xəzərin 3 böyük problemi var:

-Səviyyə problemi

-Ekoloji problemi

-Bioloji problem

TORPAQ, BİTKİ VƏ MEŞƏ ÖRTÜYÜ

125.Harada sarı torpaqlar yayılıb?

– Lənkəranda. Bu torpaqlarda çay, limon, feyxoa, yəni sitrus meyvələri və tərəvəz bitkiləri becərilir.

126. Dağ qara torpaqları:

– Böyük Qafqazda (Şamaxı və İsmayıllı) yayılıb.

127.Düzənlik ərazilərin torpaqları:

– boz, boz-qonur, boz-çəmən və şoran torpaqlarıdır.

128.Şoran torpaqlar:

-Kür-Araz ovalığında daha geniş yayılıb.

129.Suvarma tətbiq edilən torpaqlar:

– boz, boz-çəmən. Suvarma tətbiq edilməyən torpaqlara dəmyə deyilir.

130.Endemik bitkilər xasdır:

-Naxçıvan və Talış dağları

131.Respublikamızın 11% ərazisini:

-meşə tutur.

132. Meşələrimiz əsasən 3 ağac növündən təşkil olunub:

1.Fıstıq

2.Palıd

3.Vələs

133.Kür çayı boyunca:

– tuqay meşələri çoxdur.

134.Azərbaycanda səhra:

-yoxdur

135.Ən çox çirklənmiş ərazilər:

-Abşeron yarmadası (neft), Daşkəsən(dağ mədən kombinant tullantıları)

136.Qoruqlar:

Qızılağac: heyvalar

Şirvan: ceyran

Qarayazı: tuqay meşəsi

Pirqulu: dağ meşə

Altıağac: dağ meşə

Qobustan: tarixi abidələr

Bəsitçay: şərq çinarı

Hirkan: relikt və endemiki bitkilər

FİZİKİ COĞRAFİ RAYONLAŞDIRMA

137.Azərbaycanda 5 fiziki-coğrafi vilayət var:

-Böyük Qafqaz

-Kiçik Qafqaz

-Kür-dağarası çökəkliyi

-Orta Araz

-Lənkəran

138.Böyük Qafqaz fiziki-coğrafi vilayəti:

-Samur-Dəvəçi fiziki-coğrafi rayonu

-Qonaqkənd fıziki-coğrafı rayonu

-Zaqatala-Lahıc fiziki-coğrafı rayonu

-Şamaxı (Dağlıq Şirvan) fiziki-coğrafi rayonu

-Qobustan-Abşeron fiziki-coğrafi rayonu.

139.Kiçik Qafqaz fiziki-coğrafi vilayəti:

-Gəncə fiziki-coğrafi rayonu

-Qarabağ dağları fiziki-coğrafi rayonu

-Qarabağ vulkanik yaylası fıziki coğrafi rayonu

-Həkəri fıziki coğrafi rayonu

140.Orta Araz (Naxçıvan) fiziki-coğrafi vilayəti:

-Şərur-Ordubad fiziki-coğrafi rayonu

-Günnüt -Qapıcıq fiziki-coğrafi rayonu (Naxçıvan)

141.Lənkəran fıziki-coğrafi fiziki-coğrafi vilayəti:

-Lənkəran fiziki-coğrafi rayonu

-Talış dağları rayonu

142.Kür dağarası çökəkliyi fiziki-coğrafi vilayəti:

-Acınohur-Ceyrançöl fiziki-coğrafi rayonu

-Qanıx-Əyriçay

-Qazax-Qarabağ

-Küdril-şirvan

-Arazboyu

-Kür-Araz

AZƏRBAYCANIN İQTİSADİ COĞRAFİYASl AZƏRBAYCANIN ƏHALİSİ

143.Azərbaycan əhalisi:

-artımının ikinci tipinə aid edilir. SSRİ dağıldıqdan sonra Azərbaycanda miqrasiya prosesi güclənmişdir. Əhalinin öz daimi yerindən başqa yerə köçməsi miqrasiya adlanır. Əhalinin öz ölkəsindən başqa ölkəyə getməsinə emiqrasiya adlanır. Ölkədən rus, erməni, yəhudi, ukraynalı və digərləri qismən getmişlər. Ermənistandan, Rusiyadan, Qazaxıstandan və digər Orta Asiya ölkələrindən xeyli miqdarda azərbaycanlı, ləzgi, məshəti türkləri gəlmişdir. Erməni təcavüzü nəticəsində Qarabağdan gələnlər əsasən Aran və Abşeronda məskunlaşmışlar. Ölkə əhalisinin 51%-ni qadınlar təşkil edir.

Azərbaycan çox millətli ölkədir. Əhalinin 90%-ni azərbaycanlılar təşkil edir. Ölkədə ruslar, ukraynalılar, ermənilər, kürdlər, ləzgilər, tatlar, talışlar, avarlar yəhudilər, məshəti türkləri yaşayırlar. Udinlər Qəbələ rayonunun Nic kəndində yaşayırlar. Əhalinin ən sıx olduğu ərazi Abşeron yarmadasıdır.

144.Əhalinin ən az sıxlığa malik əraziləri:

-Acınohur- Ceyrançöl.

Şəhər əhalisinin payının artmasına və onun genişlənməsinə urbanizasiya deyilir.

145.Azərbaycanda neçə şəhər var?

-69.Onlardan 14-ü respublika tabeliyindədir: Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan (Əlibayramlı), Lənkəran, Şəki, Yevlax, Naftalan, Xankəndi, Şuşa, Naxçıvan, Culfa, Ordubad.

XALQ İSTEHLAKI MALLARI

146.YUN MÜƏSSİSƏLƏRİ:

-Bakı, Gəncə, Yevlax. Yevlaxdakı yunun ilkin emalı fabriki Zaqafqaziyada ən böyüyüdür.

147.XALÇAÇILIQ:

-Gəncə qismən Bakı

148.İPƏKÇİLİK:

-Şəki, Xankəndi, Ordubad

149.REKREASİYA (turizm) ehtiyatları:

Xəzər dənizinin sahilləri (Nabran- Yalama, Zarat-Giləzi, Şimal Abşeron), Şəki-Zaqatala, Gəncə-Qazax (Göygöl).

AQRAR-SƏNAYE KOMPLEKSİ

150.Kənd təsərrüfatı bütün dünyada aşağıdakı 2 yolla inkişaf edir:

1.EKSTENSİV yol: bu zaman kənd təsərrüfatı məhsulları istehsalı, əkin sahələrini genişləndirməklə və mal-qaranın sayı çoxaldılmaqla artırılır. Bu yol İOÖ-lər üçün səciyyəvidir.

2. İNTENSİV yol:bu zaman kənd təsərrüfatı məhsulları istehsalı əkin sahələri genişləndirmədən, mal-qaranın sayı artırılmadan, yeni daha məhsuldar toxum növlərinin, texnikanın, texnologiyanın, mineral gübrələrinin daha məhsuldar mal-qara növlərinin tətbiqi və yetişdirilməsi hesabına hər bir əkin sahəsinin və qaramalın məhsuldarlığının yüksəldilməsi yolu ilə çoxaldılmasıdır. Bu yol İEÖ- lər üçün səciyyəvidir.

ƏKİNÇİLİK

151.TAXILÇILIQ:

– Şəki, İsmayıllı, Şamaxı ,Ağcabədi, Cəlilabad, Sabirabad

152.ÇƏLTİKÇİLİK:

-LənkəranAstara

153.PAMBIQLIQ:

– Neftçala, Salyan, Biləsuvar, Sabirabad, Saatlı,İmişli, Beyləqan,Ağdam, Bərdə, Tərtər, Goranboy, Kürdəmir, Ucar, Göyçay, Ağsu

154.TÜTÜNÇÜLÜK:

-Şəki,Zaqatala,Naxçıvan

155.ÇAYÇILIQ:

– Lənkəran,Astara

156.TƏRƏVƏZÇİLİK:

-Tərəvəz istehsalına görə birinci yeri Lənkəran Astara (faraş tərəvəzçiliyi), ikinci yeri isə Quba-Xaçmaz (gecyetişən tərəvəz) tutur

157.BOSTAN BİTKİLƏRİ:

-Sabirabad, Saatlı, Zərdab, İmişli, Kürdəmir və Abşeronda (Zirə, Türkan)

158.KARTOFÇULUQ:

-Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Qusar

159.ÜZÜMÇÜLÜK:

-Abşeron, Tovuz ,Şəmkir, Qazax, Ağstafa, Ağdam, Füzuli, Cəlilabad, Şamaxı, Naxçıvan

160.MEYVƏÇİLİK:

-Quba Xaçmaz tumlu meyvələr, Şəki Zaqatala qərzəkli və ya qoz ləpəli, Kür-Araz-quru subtropik meyvələr, Lənkəran Astara sitrus meyvələr, Abşeron cənub meyvəçiliyi meyvələr, Naxçıvanda-çəyirdəkli meyvələr yetişdirilir

161.HEYVANDARLIQ:

-Yay otlaqları kimi dağlığın çəmənlikləri, qış otlaqları kimi Kür-Araz, Samur Dəvəçi ovalıqlarının, Acınohur-Ceyrançölün, Qobustanın, Şərur,Ordubad düzənliyinin otlaqlarından istifadə olunur.

162.BARAMAÇILIQ:

Barama istehsalına görə 1-ci yeri Aran, 2-ci yeri Şəki-Zaqatala tutur.

163.BALIQÇILIQ:

-Bu sənaye sahəsi Xəzər dənizinin və Kür çayının balıq ehtiyatlarına əsaslanır. Ən böyük balıq kombinatı Neftçala rayonundakı Bankə qəsəbəsindədir.

NƏQLİYYAT VƏ İQTİSADİ ƏLAQƏLƏR

164.DƏMİRYOLU:

-Bakı-Rostov Bakı-Tbilisi-Batumi (xarici)

165.SU NƏQLİYYATI:

-Ən ucuz nəqliyyat növüdür. Bakı Türkmənbaşı, Aktau və Bektaş arasında dəmiryolu gəmi bərələri işləyir. Kür çayı mənsəbindən Yevlaxa qədər gəmiçilik üçün yararlıdır.

166.AEROPORTLAR:

-Bakı, Gəncə, Naxçıvan, Qəbələ, Lənkəran, Zaqatala.

167.BORU KƏMƏR:

-Abşeron, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax iqtisadi coğrafi rayonları

168.NƏQLİYYAT QOVŞAQLARI :

-Müxtəlif nəqliyyat yollarının kəsişdiyi yerə deyilir. Bakı, Yevlax, Gəncə, Şirvan ən böyük nəqliyyat qovşaqlarıdır.

169.İpək yolu:

-Azərbaycandan keçir.

170.Ölkəmizin əsas ticarət tərəfdaşları:

– Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, İran, ABŞ, Böyük Britaniya, BƏƏ.

172.Azərbaycan bu məhsulları ixrac edir:

-neft və neft məhsulları, pambıq lifi, əlvan metallar, kimya sənayesi məhsulları, xalça, meyvə-tərəvəz, spirtli içkilər, tütün məmulatları, balıq.

173.Əsas idxal məhsulları:

– maşın və avadanlıqlar, meşə materialları, taxıl, elektronika sənaye məhsulları, un, buğda, sitrus bitkiləri, paltar.

İQTİSADİ COĞRAFİ RAYONLAŞDIRMA

174.Azərbaycanda :

-5 coğrafi rayon onların tərkibində isə 10 iqtisadi coğrafi rayon ayrılır:

175.I.Böyük Qafqaz coğrafi rayonu.

Onun daxilinə aşağıdakı iqtisadi coğrafi rayonlar ayrılır:

-1.ABŞERON İQTİSADİ COĞRAFİ RAYONU.

Tərkibi: Respublika tabeli Bakı və Sumqayıt şəhərləri, Abşeron və Xızı inzibati rayonları. Əhalinin sıxlığına görə 1-cidir. Əsas ixtisaslaşma sahəsi neft və təbii qaz hasilatı, neft-kimya, üzvi və sintez kimyası. Cənub meyvələri, üzüm və zeytun yetişdirilir. Qobustan və Altıağac qoruğu var. Abşeronda rekreasiya ehtiyatları var. Xarici ölkələrlə quru sərhədi yoxdur. Urbanizasiya səviyyəsinə, milli tərkibinin müxtəlifliyinə, işçi qüvvəsinin sayına görə iqtisadi coğrafi rayonlar arasında birinci yeri tutur. Xəzər dənizinə çıxışı var. Aeroport (Bakı) fəaliyyət göstərir. Ekoliji cəhətdən ən gərgin regionu sayılır

2.QUBA-XAÇMAZ iqtisadi coğrafi rayonu.

Tərkibi: Quba, Xaçmaz, Qusar, Şabran (Dəvəçi), Siyəzən inzibati rayonları. Respublika tabeli şəhər yoxdur. Meyvəçilik (tumlu) üzrə Respublikada birinci yeri tutur. Tərəvəzçilikdə isə (gec yetişən) ikinci yeri tutur. Siyəzəndə neft çıxarılır. Bakı-Novorosiysk neft kəməri buradan keçir. Xaltan, Xaşı, Qalaaltı kimi mineral bulaqlar var. Xəzər dənizinə çıxışı var. Xarici ölkə (Rusiya) İIə həmsərhəddi var. Aeroport yoxdur. Xaçmazda sərhəd keçid məntəqəsi var. Əhalinin milli tərkibi müxtəlifdir. Azərbaycanlarla yanaşı ləzgi, yəhudi, rus, tatlar da yaşayırlar. Azərbaycanın ən böyük rayonu olan Quba rayonu burada yerləşir

3.DAĞLIQ ŞİRVAN iqtisadi coğrafi rayonu.

Tərkibi: Şamaxı, İsmayıllı, Qobustan, Ağsu inzibati rayonları. Tərkibində Respublika tabeli şəhər yoxdur. Seysmik cəhətdən ən fəal zonadır. Heyvandarlıq, taxılçılıq, Üzümçülük üzrə ixtisaslaşıb. Şərabçılıq yaxşı inkişaf edib. İsmayıllı və Pirqulu qoruqları var. Xəzər dənizinə çıxışı yoxdur. Xarici ölkələrlə həmsərhəd deyil. Nəqliyyat qovşağı və aeroport yoxdur. Bakı-Qazax avtomobil yolu rayon iqtisadiyyatında böyük rol oynayır. Ən iri şəhəri Şamaxıdır. Lahıc qəsəbəsi memarlıq xüsusiyyətləri ilə seçilir və muzey qoruq elan edilmişdir.

4.ŞƏKİ-ZAQATALA iqtisadi coğrafi rayonu.

Tərkibi: Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və respublika tabeli Şəki şəhəri. Ən çox ərazisi meşələrlə örtülən iqtisadi rayondur. Tütünçülük üzrə 1- ci, meyvəçilik (qoz ləpəli və ya qərzəkli) və baramaçılıq Üzrə 2-ci yeri tutur. Şəkidə çəltikçilik var. Şəki Azərbaycanın ən böyük ipəkçilk sənaye mərkəzidir. Zaqatalada fındıqtəmizləmə zavodu var. Qəbələdə (Nic) və Oğuzda udinlər yaşayır. Xəzər dənizinə çıxışı yoxdur. Xarici ölkələrlə (Rusiya və Gürcüstan) həmsərhəddir. Balakəndə keçid məntəqəsi var. 2 aeroportu ( Zaqatala və Qəbələ) var. Əhalinin milli tərkibi müxtəlifdir. Azərbaycanlılarla yanaşı avar,ləzgi, gürcü, saxur və s. xalqların nümayəndələri də yaşayır. Yevlax-Balakən dəmir və avtomobil yolları həm rayondaxili, həm də xarici iqtisadi əlaqələrdə mühüm rol oynadı.

176.II.Kiçik Qafqaz coğrafi rayonu.

-5.GƏNCƏ-QAZAX İQTİSADİ COĞRAFİ RAYONU. Tərkibi: Tovuz,Qazax,Ağstafa,Gədəbəy,Şəmkir,Daşkəsən, Göygöl (Xanlar), Samux, Goranboy inzibati rayonlar və Respublika tabeli Gəncə və Naftalan şəhərləri. Sənayenin inkişaf səviyyəsinə və şəhər əhalisinin sayına görə Abşerondan sonra 2-cidir.Burada qara və əlvan metallurgiya, inşaat sənayesi yaxşı inkişaf etmişdir. Şəmkir və Yenikənd su elektrik stansiyaları buradadır. Daşkəsəndə dəmir filizi, Zəylikdə alunit, Qazaxda bentonit gilləri çıxarılır. Gəncə əhalisinin sayına görə ölkənin 2-ci şəhəridir. İqtisadi rayon kartofçuluq və üzümçülük üzrə 1-ci yeri tutur. Goranboyda pambıqçılıq becərilir. Göygöl və Qarayazı qoruqları var. Böyük rekreasiya ehtiyatlarına malikdir. Bakı-Supsa, Bakı-Ceyhan, Bakı-Ərzurum kəmərləri buradan keçir. Xəzər dənizinə çıxışı yoxdur. Xarici ölkələrlə (Gürcüstan və Ermənistan) həmsərhəddir. Qazaxda keçid məntəqəsi var. Gəncədə aeroport var. Ermənistanın təcavüzünə məruz qalır. Kür çayı keçir. Bakı-Tbilisi dəmir və avtomobil yolları mühüm iqtisadi əhəmiyyətə malikdir.

6.KƏLBƏCƏR-LAÇIN iqtisadi coğrafi rayonu.

Tərkibi: Kəlbəcər, Laçın, Qubadlı rayonları. Respublika tabeli şəhər yoxdur. Hazırda ərazisi tamamilə Ermənistan tərəfindən işğal olunmuşdur. Rayon qoyunçuluq və dəmyə əkinçiliyi üzrə ixtisaslaşmışdır. Meşələri geniş sahə tutur. Qaragöl və Bəsitçay qoruları var. Filiz faydalı qazıntılarla zəngindir.Böyük rekreasiya ehtiyatlarına malikdir. Xarici ölkələrlə ( İran və Ermənistan) həmsərhəddir. Xəzər dənizinə çıxışı yoxdur. Aeroport yoxdur.

7.YUXARl QARABAĞ iqtisadi coğrafi rayonu.

Tərkibi: Ağdam, Tərtər, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl inzibati rayonlar Şuşa və Xankəndi Respublika tabeli şəhərləri. Rayon ərazisinin böyük əksəriyyəti Ermənistan tərəfindən işğal olunub. Üzümçülük, taxılçılıq, heyvandarlıq inkişaf etmişdir. Mehmana polimetal, Şahbulaq əhəngdaşı yataqları var. Tərtərçayı üzərində Tərtər SES fəaliyyət göstərir. Qoruq yoxdur. Böyük rekreasiya ehtiyatlarına malikdir. İranla həmsərhəddir. Xəzərə çıxışı yoxdur.

177.III. ARAN coğrafi (iqtisadi coğrafi) rayonu:

-Tərkibi:Ağdaş, Ucar, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Salyan, Neftçala inzibati rayonları və respublika tabeli Mingəçevir, Şirvan (Əlİ Bayramlı), Yevlax şəhərləri. Neft çıxarılır. Azərbaycanda elektroenergetika sənayesi mərkəzidir. Mingəçevir və Varvara SES-lər buradadır. Pambıqçılığın mərkəzidir. Baramaçılıq üzrə 1-ci yeri tutur. Quru subtropik meyvələr və tərəvəz-bostan məhsulları yetişdirilir. Şoranlıqlar geniş yayılmışdı. Şirvan, Ağgöl, Türyançay qoruqları var. Kür qırağında tuqay meşələri var. Meşələr çox azdır. Bakı-Supsa, Bakı-Ceyhan, Bakı-Ərzurum kəmərləri keçir. Rekreasiaya ehtiyatları çox azdır. İranla həmsərhəddir. Biləsuvarda keçid məntəqəsi fəaliyyət göstərir. Xəzərə çıxışı var. Aeroport yoxdur. Yevlax və Şirvan nəqliyyat qovşaqlarıdır. Kür çayı keçir. Sahəsinə görə respublikada ən böyük, əhalisinin sayına görə ikinci iqtisadi rayondur.

178.IV.LƏNKƏRAN-ASTARA coğrafı (iqtisadi coğrafı) rayonu.

-Tərkibi:Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı inzibati rayonları və Respublika tabeli Lənkəran şəhəri. Əhalinin sıxlığına görə 2-ci yerdədir. Hirkan və Qızılağac qoruqları var. Lerik və Yardımlı rayonlarını uzun ömürlülər diyarı adlandırırlar. Çay və sitrus meyvələri yetişdirilir. Tərəvəz (faraş) istehsalına görə 1-ci yerdədir. Tütünçülük inkişaf etmişdir. Böyük rekreasiya ehtiyatlarına malikdir. Xəzərə çıxışı var.İranla həmsərhəddir. Lənkəranda aeroport var. Astarada keçid məntəqəsi fəaliyyət göstərir. Milli tərkibi müxtəlifdir. Azərbaycanlılarla yanaşı talışlar da nıüəyyən faiz təşkil edir. Bakı-Astara dəmir və avtomobil yolları iqtisadi əlaqələrin inkişafında böyük rol oynayır.

179.V. NAXÇIVAN coğrafi (iqtisadi coğrafi) rayonu.

Tərkibi: Babək, Culfa, Sədərək, Şərur, Şahbuz, Kəngərli inzibati rayonları və Naxçıvan, Ordubad, Culfa Muxtar Respublika tabeli şəhərləri. Meşə demək olar ki, yoxdur. Tütünçülük inkişaf etmişdir. Meyvəçilik (çəyirdəkli), üzümçülük, baramaçılıq inkişaf etmişdir. Filiz faydalı qazıntılarla zəngindir. Burada Ağdərə və Gümüşlü polimetal, Parağaçay molibden, Nehrəm və Duzdağ xörək duzu, Şataxtı travertin yataqları vardır. Araz çayı üzərində Araz SES vardır. Badamlı, Vayxır, Sirab mineral suları var. Hər tərəfdən xarici ölkələrlə (Türkiyə, İran və Ermənistan) əhatə olunub. Araz çayı buradan keçir. Naxçıvanda aeroport var. Heç bir iqtisadi rayonla həmsərhəd deyil. Xəzərə çıxışı yoxdur. Sərhəd məntəqələri var.

180.Mərkəzi ilə uyğun olmayan rayonlar:

-Abşeron-Xırdalan, Qobustan-Mərəzə, Samux-Nəbiağah, Sədərək-Heydərabad.

181.Gəncədə 2 rayon var:

– Nizami və Kəpəz.

182.Bakının peyki :

-Sumqayıt şəhəridir.

183.Adları dəyişdirilən rayon və şəhərlər:

– Əlibayramlı-Şirvan, Dəvəçi-Şabran, Xanlar-Göygöl. Bakıda Əzibəyov-Xəzər.

184.Liman şəhərləri:

– Bakı, Nefçala, Salyan, Lənkəran.

DÜNYANIN İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI

185.Müasir dövrdə dövlət idarəetmənin 2 forması mövcuddur:

1.Respublika

2.Monarxiya.Dünya dövlətlərinin böyük əksəriyyəti respublikadır.

Hakimiyyətin irsən keçməsi və idarəetmənin qeyri-seçkili orqanlar tərəfindən aparıldığı dövlət forması monarxiyadır.

186.Monarxiya dövlətləri bunlardır:

1.Yaponiya

2.Belçika

3.Malaziya

4.Niderland

5.Tailand

6.Lüksemburq

7.Nepal

8.Küveyt

9.Oman

10.Böyük Britaniya

11.BƏƏ

12.Norveç

13. Qatar

14. İsveç

15.İordaniya

16. Danimarka

17.İspaniya

18. Mərakeş

187.Teokratik monarxiya dövlətləri:

-Hakimiyyət din xadimlərinin əlindədir

1.Səudiyyə Ərəbistanı

2.Vatikan

188.ƏRAZİSİ BÖYÜK OLAN DÖVLƏTLƏR:

1 Rusiya
2 Kanada
3 Çin
4 ABŞ
5 Braziliya
6 Avstraliya
7 Hindistan
8 Argentina
9 Qazaxıstan

10 Əlcazair,

11 Meksika,

12 Səudiyyə Ərəbistanı

189.ƏHALİSİ ÇOX OLAN DÖVLƏTLƏR:

1 Çin
2 Hindistan
3 ABŞ
4 İndoneziya ( müsəlman dövlətləri arasmda ən çox əhalisi olan dövlətdir
5. Braziliya
6. Pakistan
7. Rusiya
8. Banqladeş ( Əhalinin ən sıx olduğu dövlətdir)
9. Yaponiya
10. Nigeriya
11. Meksika

190.ƏHALİSİ AZ OLAN DÖVLƏTLƏR:

1. Vatikan

2. Nauru
3. Palau
4. Monako
191.YARIMADA DÖVLƏTLƏR:
1. Norveç, İsveç, Finlandiya-Sknadinaviya
2. Danimarka-Yutlandiya
3. İspaniya, Portuqaliya, Andorra-Priney
4. İtalya, San-Marino, Vatikan-Apenin
5. Yunanıstan, Bolqarıstan, Makedoniya, Albaniya-Balkan
6. Türkiyə-Kiçik Asiya
7. Səudiyyə Ərəbistanı, Yəmən, Oman, BƏƏ, Qatar-Ərəbistan
8. Hindistan-Hindistan
9. Vyetnam, Laos, Kamboca, Myanma, Tailand- Hind Çin
10. KXDR, Koreya Respublikası-Koreya
11. Somali-Somali

192.ADA DÖVLƏTLƏRİ:

1. Böyük Britaniya

2. İslandiya

3. İrlandiya

4. Malta

5. Kipr

6. Bəhreyn

7. Şri-Lanka

8. Bruney

9. Sinqapur

10.Madaqaskar

11.Seyşel adaları

12.Komor adaları

13.San-Tome və Prinsipi

14.Yeni Zelandiya

15.Papua-Yeni Qvineya

16. Fici

17. Tonqa

18. Kuba

19.Yamayka

20. Haiti

21.Domnikan

193. ARXİPELAQ DÖVLƏTLƏR:

1. Yaponiya

2. Filippin

3. İndoneziya

4. Maldiv

5. Solomon

6. Marşal

7. Baham

194. BİR ADADA YERLƏŞƏN 2 VƏ DAHA ÇOX DÖVLƏTLƏR:

1. Yeni Qvineya (Papua Yeni Qvineyası və Yeni Qvineya)

2. Kalimantan (İndoneziya, Malayziya, Bruney)

3. İrlandiya (İrlandiya və Şimali İrlandiya birləşmiş Krallığı)

4. Haiti ( Haiti və Domnikan)

5. Odlu Torpaq ( Argentina və Çili)

6. Timor (İndoneziya və Timor)

195. MATERİK DAXİLİ DÖVLƏTLƏR:

1. Lüksemburq
2. İsveçrə
3. Avstriya
4. Çexiya
5. Slovakiya
6. Macarıstan
7. Makedoniya
8. Moldova
9. Azərbaycan
10. Ermənistan
11. Qazaxıstan
12. Türkmənistan
13. Monqolustan
14. Bolivya
15. Paraqvay
16. Əfqanıstan
17. Uqanda
18. MAR
19. Mali

196.ANKLAV DÖVLƏTLƏR (bir dövlətin ərazisinin digər dövlət tərəfindən əhatə olunması):

1. Vatikan

2. San-Marino

3. Leseto

197.İEÖ (inkişaf etmiş ölkələr):

1. ABŞ
2. Kanada
3. Yaponiya
4. Koreya Respublikası
5. Sinqapur
6. CAR
7. Avstraliya
8. Yeni Zelandiya
9. Norveç

10. İsveç

11. Finlandiya

12. İslandiya

13. Danimarka

14. Almaniya

15. Fransa

16. Belçika

17. Hollandiya

18. Lüksemburq

19. Böyük Britaniya

20. İrlandiya

21. Portuqaliya

22. İspaniya

23. İtaliya

24. Yunanıstan

25. Avstriya

26. İsveçrə

27. İsrail

198.BÖYÜK YEDDİLƏR QRUPU:

1. ABŞ

2. Yaponiya

3. Almaniya

4. Fransa

5. Böyük Britaniya

6. İtaliya

7. Kanada

BEYNƏLXALQ TƏŞKİLATLAR

199.Ən nüfuzlu təşkilat :

-Birləşmiş Millətlər Təşkilatıdır (BMT). 1945-ci ildə yaradılıb. BMT-nin qərargahı Nyu-York şəhəridir. BMT-nin əsas vəzifəsi dövlətlər arasında olan bütün mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməkdir.

200. NATO (Şimali Atlantika Müqaviləsi)

-hərbi siyasi blokdu

201. Siyasi təşkilatlar:

– ABT (Afrika Birliyi Təşkilatı)-siyasi

-ƏÖC (Ərəb Ölkələri Cəmiyyəti)-siyasi

-İKT (İslam Konfransı Təşkilatı)-siyasi

-AŞ (Avropa Şurası)-siyasi

-ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı)-siyasi

202. İqtisadi təşkilatlar:

Aİ (Avropa İttifaqı)-iqtisadi

OPEK (Neft İxrac Edən Ölkələr Birliyi)-iqtisadi

EKO (İqtisadi Əməkdaşlıq Təşkilatı)-iqtisadi

TƏBİİ RESURSLAR

203. Faydalı qazıntılar:

-İran və Meksika körfəzləri, Xəzərdənizi, Qərbi Sibir, Şimali Afrika, Şimal dənizi

204.TORPAQ RESURSLARI:

Əkin üçün yararsız sahələrə Antraktida, Qrenlandiya, Alyaska, Rusiya və Kanadanın şimalı, Böyük Səhra, Avstraliyanın daxili səhraları, Amazon ovalığı.

205. Adambaşına ən çox əkin sahəsi düşən ölkələr:

-Avstraliya, Kanada, Argentina, Rusiya, ABŞ, Braziliya, CAR, Qazaxıstan

206. MEŞƏ RESURSLARI:

– Adambaşına düşən meşə sahəsinə görə fərqlənən ölkələr: Kanada, Finlandiya, İsveç, Rusiya

DÜNYA ƏHALİSİ

207. Təbii artımı yüksək olan ölkələr:

-Hindistan, Çin, İndoneziya, Meksika, Braziliya, Banqladeş, Nigeriya, Pakistan

208. Antropoloqlar dünya əhalisini 3 əsas irqə ayırırlar:

1. Avropoid

2. Monqoloid

3. Ekvatorial (neqroid)

209.Yer kürəsində 3-4 min xalq var , bunların çoxu azsaylıdır. Sayı 100 milyon nəfərdə çox olan xalqlar:

-Çin, hind, ərəb, türk, amerikan, rus, benqal, yapon, braziliyalı, pəncablı, meksikalı.

210.Birmillətli ölkələr:

– Ermənistan Yaponiya, Polşa, Ərəb ölkələri

211.Çoxmillətli ölkələr:

– Rusiya, Hindistan, Kanada, İran, Nigeriya, İndoneziya

212. Daha geniş yayılmış dil ailələri:

-Hind-Avropa, Çin-Tibet, Malayziya-Polineziya, Sami-Hami, Altay

231. DİN:

-Dinləri dünya və milli dinlərə ayırırlar. Dünya dinləri bir neçə xalqın sitayiş etdiyi dinlərdir. Milli dinlər isə bir xalqın sitayiş etdiyi dinlərdir.

232. Dünya dinləri bunlardır:

1. İslam (Asiyada və Afrikada geniş yayılıb)

2. Xristianlıq (Avropa, Amerika, Avstraliya)

3. Buddizm (Asiya)

234. Milli dinlər bunlardır:

1. İnduizm (Hindistan)

2. Konfisyanlıq (Çin)

3. Sintoizm (Yaponiya)

4. İudaizm (İsrail)

235. Dünya xəritəsində əhalinin sıx cəmləşdiyi əsas areallar:

-Şərqi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Qərbi Avropa, ABŞ-ın şimal-şərqi

236.Əhalinin sıxlığı az olan yerlər:

-Şimali Afrika, Mərkəzi Avstraliya, Mərkəzi və Şimal-Şərqi Asiya, Amazon hövzəsi

237. Dünyanın ən iri şəhərləri:

-Mexiko, Tokio, Nyu-York, Los-Ancles, Rio-de-Janeyro, Buenos-Ayres, Cakarta, Mumbay, Şanxay, Pekin, Seul

TÜRK DÜNYASI

238. Türk xalqları:

-Altay dil ailəsinə daxildir.

239. Türk xalqlarını biləşdirən ümumi cəhətlər:

1.Dil ümumiliyi

2.Şifahi xalq ədəbiyyatı ( Dədə Qorqud, Oğuz Xaqan, Manas )

3.E1 sənəti

4.Adət ənənə

240. Sahəcə böyükləri:

1. Qazaxıstan

2. Türkiyə

3. Türkmənistan

241. Əhalisi çox olanlar:

1. Türkiyə

2. Özbəkistan

3. Türkmənistan

242. Türk dövlətləri:

1. Azərbaycan

2. Türkiyə

3. Qazaxıstan

4. Türkmənistan

5. Qırğızıstan

6. Özbəkistan

243.Türk dünyasının ən hündür relyef forması:

-Kokşaaltay piki ( Qırğızıstan )

244. Ən alçaq nöqtəsi:

-Turfan ( Sintzyan-Uyğur)

245. Daxili suları:

-Amudərya, Sırdərya, Kür, Araz, Dəclə, Fərat, Qızılüzən, Ceyhan, Seyhan çayları

245. Gölləri:

-Xəzər, Aral, Balxaş, Urmiya, Van, Tuz

246. Buğda:

-Qazaxıstan.

247. Pambıq:

-Özbəkistan.

248. Qaragül qoyunçuluğu:

– Türkmənistan

249. Təyyarə:

-Özbəkistan.

250. Avtomobil:

-Türkiyə

251. Qazaxıstan Mərkəzi Asiyada yerləşən türk dövlətləri:

1. Qazaxıstan

2. Türkmənistan

3. Özbəkistan

4. Qığızıstan

 

Dostlarla Paylaş ↓