DÖVLƏT QULLUĞU HAQQINDA QANUN

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Qanunun məqsədi

Bu Qanun AR-da dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

Dövlət qulluğu

Dövlət qulluğu AR Konstitusiyasınadigər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərininfunksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyətlərini yerinə yetirməsidir.

Bu qanun icra,qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatalarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.

Bu orqanlar dövlət qulluğunun xüsusi növüdür:

Prokurorluq,ədliyyə,müdafiə,fövqəladə hallar,dövlət təhlükəsizlik xidməti,xarici kəşfiyyat xidməti,sərhəd xidməti,səfərbərlik və hərbi xidmətə çağırış,xüsusi dövlət mühafizə xidməti,miqrasiya xidməti,daxili işlər,gömrük,vergi,xarici işlər,feldyeger rabitəsi orqanları,mərkəzi bank

Bu orqanların (Mərkəzi bank istisna) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə bu Qanun şamil edilir.(dövlət qulluqçusu olmayanlar istisna-xadimə,dalandar,bağban,gözətçi,ocaqçı,ixtisas dərəcəsi olmayan fəhlə və s)

Bu Qanunda başqa hal nəzərdə tutulmadıqda aşağıda göstərilən vəzifələrə şamil olunmur.

AR Prezident

MM deputatlar

AR Baş nazir və onun müavinləri

AR məhkəmələri hakimləri

AR İnsan Hüquqları üzrə müvəkkil

AR mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri

AR Mərkəzi Seçki Komissiyasının sədri,sədr müavini,katibi və üzvləri

AR Hesablama Palatasının sədri,sədr müavini və auditorlar

Yerli icra hakimiyyəti orqanlarının rəhbərləri

NMR Ali Məclisinin deputatları

NMR Baş naziri və müavinləri

NMR icra hakimiyyəti orqanlarının rəhbərləri

Hərbi qulluqçular

Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir.Bu işçilərin əmək münasibətləri AR Əmək Məcəlləsi ilə tənzimlənir

Dövlət qulluğunun əsas vəzifələri

1. AR Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi

2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması,qəbul edilməsi,icrası və icraya nəzarət edilməsi

3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi

Dövlət qulluğunun prinsipləri

  1. qanunçuluq
  2. AR-da qanunvericilik,icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi
  3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi
  4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi
  5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması
  6. dövlət qulluğuna qəbulun şəffaflığı
  7. vətəndaşların dövlət qulluğuna müsabiqəmüsahibə əsasında qəbul edilməsi
  8. vətəndaşların öz qabiliyyətlərinə ,xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi
  9. irqindən,milliyyətindən,dinindən,dilindən,cinsidən,sosial mənşəyindən,ailə,əmlak və qulluq vəziyyətindən,yaşayış yerindən,əqidəsindən,ictimai birliklərə mənsubiyyətindən,habelə qulluqşuların işgüzar keyfiyyətinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi
  10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi,xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası
  11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi,onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi
  12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması,eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması

Dövlət orqanlarında siyasi partiyalarınictimai birliklərin strukturları yaradılmır.

Dövlət qulluqçuları vəzifə borcunu yerinə yetirərkən rəhbər tuturlar:

  1. AR Konstitusiyası qanunlarını
  2. Onlara müvafiq qəbul edilmiş qanunvericilik aktlarını

Siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.

Dövlət qulluğunu idarəetmə orqanları

AR-da bu Qanunun tətbiqinə nəzarəti,dövlət qulluğunun normativ-metodiki təminatını,AR-da dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi AR DQ İdarəetmə Şurası(bundan sonra –şura) həyata keçirir.

Şura 18 üzvdən ibarətdir

6 üzv AR Prezidenti tərəfindən,6 üzv AR MM sədri tərəfindən,6 üzv AR Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.

Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.

Şuranın qəbul etdiyi qəraraların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq AR Prezidenti,AR MM sədri və AR Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir

Dövlət qulluğunu haqqında qanunvericilik

Dövlət qulluğu haqqında qanunvericilik ibarətdir :

  1. AR Konstitusiyası
  2. Dövlət qulluğu haqqında qanun
  3. AR tərəfdar çıxdığı beynəlxalq müqavilələr
  4. AR dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktları

II fəsil

DÖVLƏT ORQANLARI

Dövlət orqanı anlayışı

Dövlət orqanı AR qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funkisiyalarını həyata keçirən,AR dövlət büdcəsindən,NMR büdcəsindən,sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanınınişsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, AR KonstitusiyasınınAR qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

Dövlət orqanının bölməsi bu orqanın qanunvericilk aktlarında nəzərdə tutulmuş,yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki,özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

III fəsil

DÖVLƏT QULLUĞU VƏZİFƏSİ

Dövlət qulluğu vəzifəsinin anlayışı

Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşuştat cədvəlinə uyğun olan ştat vahididir.

Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.

İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu

Inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları,ixtisas dərəcələrivəzifələrin tutulması şərtləri daxildir.

Inzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır.

Inzibati və yardımçı vəzifələrin təsnifat toplusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri

İnzibati vəzifə üçün müvafiq ali təhsil tələb olunur.

Yardımçı vəzifə üçün tam orta təhsili olmalıdır.

Hər iki vəzifə üçün əlavə tələblər qanunvericilikləvəzifə təlimatları ilə müəyyən edilir.

IV fəsil

DÖVLƏT QULLUQÇUSU

Dövlət qulluqçusu

Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-na sadiq olacağına and içən AR vətəndaşıdır.

İnzibati vəzifə tutanhakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.

Dövlət qulluqçusunun andı

And AR ilə dövlət qulluqçusu arasında açıq hüquqi borcsədaqət münasibətlərini təsdiq edir.

Ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamazdan əvvəl and içir:

“Azərbaycan respublikasına sadiq olacağıma,onun Konstitusiyasına dönmədən əməl edəcəyimə,dövlət sirrini və xidməti sirri qoruyacağıma,dövlət quluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz,vicdanla,ancaq qanunauyğun surətdə,var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm”

Andiçmə təntənəli şəkildə AR Dövlət bayrağı altında, AR Konstitusiyasına əl basmaqla həyata keçirilir.

Andiçmə bir dəfə olur.Andiçmə sənədi imzalanır və şəxsi işdə saxlanılır.

Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri AR qanunvericilik aktlarında müəyyən edilir

Yardımçı dövlət qulluğu vəzifələrinə qəbul edilənlər and içmirlər.

Dövlət qulluqçusunun şəxsi işi

Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.

Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3 (andiçmə) maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.

Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur

Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Dövlət qulluqçusunun xidməti vəsiqəsi

Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.

Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.

Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət qulluqçularının ixtisas dərəcələri

Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir,dövlət qulluqçusuna inzibati vəzifə tutmaq,vəzifə maaşına əlavə haqq almaqsosial təminatlardan istifadə etmək hüququ verir.

İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi

İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq (Dövlət qulluqçularının ixtisas dərəcələri)olaraq dövlət qulluqçusunun tutuduğu vəzifəyə,qulluq stajınaixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq,habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir.

Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət,sovet və partiya orqanlarında iş müddətidə daxil edilir.

Ilk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri AR Konstitusiyasının 109-cu, 24-cü 32-ci (Prezidentin səlahiyyətləri) bəndlərində nəzərdə tutulmuş qaydada verilir.Bu ixtisas dərəcələrini alan dövlət qulluqçularına müvafiq hüquqi akt və vəsiqə verilir.

Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

Inzibati vəzifələrin ali təsnifatı istisna olmaqla birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı,həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.

Inzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla,həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.

Əgər bu məsələlər üzrə tələblərə cavab verilmirsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

Ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığıidarəçilik təcrübəsi nəzərə alınır.

Üçüncü-beşinci təsnifat vəzifələri üçün-ixtisas dərəcəsində qulluq müddəti 3 il

Altıncı-yeddinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il

Müvafiq yardımçı vəzifələr üçün :

birinci-ikinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq ardıcıl 2 il

Üçüncü-dördüncü təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq ardıcıl 1 il

Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Vətəndaşlıqdan məhum edildikdə verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə əmək kitabçasında müvafiq qeyd aparılır.

Dövlət qulluqçulsunun əsas vəzifələri

  1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ aktları həyata keçirməli
  2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri,sərəncamları və göstərişləri yerinə yetirməli
  3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli
  4. başqa dövlət qulluqçularının işini çətinləşdirən,yaxud qulluq keçidiyi dpvlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli
  5. vətəndaşların,müəssisə,idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli
  6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli
  7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə,o cümlədən dövlət qulluğuna xitam verildikdən sonrada saxlamalı
  8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı,şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə,belə məlumatların verilməsini tələb etməməli
  9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli,orda əlavə gəlirlərin mənbəyini ,növünü və məbləğini göstərməli
  10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli,başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli
  11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli
  12. etik davranış qaydalarına əməl etməlidir

Dövlət qulluqçulsunun əsas hüquqları

  1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından ,ictimai birliklərdən,müəssisə,idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar ələb etmək və almaq
  2. dövlət qulluqçusunu vəzifəyə təyin və azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək
  3. dövlət məvacibi almaq
  4. əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə almaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq
  5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq,qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedoqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq
  6. əmanətlərdən (depozitlərdən),qiymətli kağızlardan,rentadan və icarədən gəlir götürmək
  7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə,şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq,habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək
  8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək
  9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək
  10. həmkarlar ittifaqlarında birləşmək
  11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa,həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək
  12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu,dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə,ictimai birliklərdə üzv olmaq
  13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almq və müvafiq təlim keçmək,habelə təhsil məqsədilə məzuniyyət almaq
  14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər,və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri),özünün və ya ailə üzvlərinin əlilliyi,sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq

Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər

Dövlət qullquçusunun ixtiyarı yoxdur :

  1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi hallaı istisna olmaqla),heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa
  2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla,qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazə olmadan pedeqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa
  3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa
  4. dövlət qulluğuna xitam verildikdən sonra AR qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə
  5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına ora getməyə
  6. qulluq vəzifələrini icra etdiyi etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə
  7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə
  8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə

Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.

Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə,əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa,xəbərdarlıq aldıqdan sonra 30 gün ərzində o,dövlət qulluğuna,yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.

Dövlət qulluqçuları üçün təminatlar

  1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibidigər ödənişlər
  2. lazımi qulluq şəraiti
  3. haqqı ödənilən məzuniyyət
  4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası
  5. müvafiq istiqamət üzrə əlavə təhsilalma
  6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə,vəzifə maaşınaixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük
  7. pensiya təminatıdövlət sosial sığortası
  8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta
  9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq
  10. dövlət qulluqçusunun vəzifə öhdəlikləri ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,hədələrdəntəhqirlərdən özünün və ailəsinin müdafiəsi

Dövlət qulluqçusu bu Qanunla nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə bilər

Dövlət hakimiyyəti orqanlarının,habelə dövlət orqanları rəhbərlərinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir

AR xarici ölkələrdə fəaliyyət göstərən səfirlikkonsulluqlarında təyin olunan ticarət nümayəndələrinəonların aparatının işçilərinə dövlət məvacibi(əməkhaqqı),tibbi sığorta,nəqliyyta xərcləri,yaşayış sahəsinin icarə xərcləri,məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu Qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlar səfirlikkonsulluq aparat işçilərinə şamil edilir.

Dövlət məvacvibi

Dövlət məvacibinin məbləği asılıdır:

  1. səlahiyyət həcmi
  2. məsuliyyət dərəcəsi
  3. tələb olunan peşəkarlıq səviyyəsi
  4. qulluq stajı

Dövlət məvacibi ibarətdir:

  1. vəzifə maaşı
  2. mükafatlar
  3. vəzifə maaşına əlavələr (ixtisas dərəcəsinə görə,staja görə və s. )

7-ci təsnifat üzrə maaş- inzibati vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur.

Yardımçı vəzifələrin 4-cü təsnifatı üzrə maaş-yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur.

Dövlət qulluqçularını üçün vəzifə maaşlarına məbləği vəzifə təsnifatına uyğun müəyyən edilir

Maaşa artıq əmsal müəyyən edilir (AR müvafiq qanunu ilə)-qulluq şəraiti ağır və həyat, sağlamlıq üçün təhlükəli olan vəzifələrdə

Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün əlavə haqq müəyyən edilir (təyin edilməsi qaydası müvafiq Qanunla müəyyən edilir)

Dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır.(məbləği qanunvericiliklə müəyyən edilir).Bu maddə AR Baş naziri və müavinləri,NMR Baş naziri və müavinləri,AR mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və müavinləri,yerli icra başçıları üçündə şamil olunur.

Dövlət məvacibi maddəsinin müddəalarısəfirlik və konsulluq ticarət nümayəndələrinə və aparat işçilərinə şamil olunmur.

Dövlət qulluqçusunun əlavə təhsili

Dövlət qulluqçusunun əlavə təhsili fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla,peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir dövlət qulluqçusunun(stajçı və sınaq müddətinə qəbul edilmiş şəxslər daxil) fasiləsiz təhsil almaq imkanını təmin edir

Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət onun qulluq stajına daxildir.

Dövlət qulluqçusunun əlavə təhsil alması üçün əsaslar :

  1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi
  2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi
  3. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi
  4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü

Dövlət qulluqçusunun əlavə təhsil alması həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.

Dövlət qulluqçusunun əlavə təhsili ixtisasartırma və yenidənhazırlanma qurumlarında,peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda,stajkeçmə və peşə hazırlığı kurslarında bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata keçirilir.

Dövlət qulluqçusu əlavə təhsil almaq üçün xarici ölkələrə ezam edilə bilər.

Dövlət qulluqçusunun əlavə təhsili qulluqkeçmədən ayrılmaqla,qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir.

Dövlət qulluqçusunun əlavə təhsilinin növü,forması,müddətimaliyyə təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasartırmaya cəlb etdirilənlən dövlət qulluqçuları :

  1. AR Konstitusiya Məhkəməsinin aparatlarında çalışanlar
  2. AR Ali Məhkəməsinin aparatlarında çalışanlar
  3. Məhkəmə-Hüquq Şurasının aparatlarında çalışanlar
  4. AR İnsan hüquqları üzrə müvəkkilin aparatlarında çalışanlar
  5. 2-5 kateqoriya dövlət orqanlarında ali-hüquq təhsili tələb olunanlar

Dövlət qulluqçularının pensiya təminatı

Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna uyğun həyata keçirilir.

Dövlət qulluqçusunun pensiya məbləği dövlət qulluğu vəzifəsində qulluq stajındandövlət məvacibinin məbləğindən asılıdır.

Qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.(“Əmək pensiyaları haqqında” qanuna əsasən)

Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına,əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.

Pensiyanın və müavinətin məbləği (aldığı məvacib son artımlar nəzərə alınmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən hesablanır.

Dövlət qulluqçularının mükafatlandırılması

Növləri və qaydaları qanunvericiliklə müəyyən olunur.

Dövlət tərəfindən qiymətləndirilir :

  1. Peşəkarlıq səviyyəsinin artması
  2. Vəzifə borcuna və andına sədaqəti

Bu mükafatlandırma “Vətənə xidmətə görə” ordeninin 3-cü dərəcəsi,”Dövlət qulluğunda fərqlənməyə görə” medalı,digər orden və medallar,habelə AR fəxri adlarının alınmasından ibarətdir. (orden və adların verilməsi haqqında əsasnamə və qaydalaq qanunvericiliklə müəyyən edilir)

Dövlət qulluqçusunun məsuliyyəti

Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi,habelə bu qanunla müəyyən olunmuş məhdudiyyətlərə əməl olunmaması,qanunda başqa qayda nəzərdə tutulmayıbsa ,intizam məsuliyyətinə səbəb olur.

Dövlət qulluqçusu bu qanunun 18-ci (dövlət qulluqçusunun əsas vəzifələri),20-ci (dövlət qulluğu ilə bağlı məhdudiyyətlər) və ya 25.11 (korrupsiya-maliyyə xarakterli tələblər və korrupsiya hüquqpozmaları) nəzərdə tutulmuş tələbləri pozduqda intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər

İntizam tənbeh tədbirləri :

  1. Töhmət
  2. 1 il müddətinədək vəzifə maaşının 5% dən 30 % dək azalması
  3. Həmin təsnifatdan olan,lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi
  4. Daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi
  5. Ixtisas dərəcəsinin bir pillə aşağı salınması
  6. Dövlət qulluğundan azad edilməsi

İntizam tənbehinin tətbiqinə əsaslar olduqda,müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır,dövlət qulluqçusundan yazılı izahat alınır.Zərurət olduqda,müvafiq dövlət orqanının rəhbəri yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtinası rəsmiləşdirilir və bu,intizam tənbehinin tətbiqinə mane olmur.

Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

İntizam tənbehi əsaslar aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər.Dövlət qulluqçusunun məzuniyyətdə,ezamiyyətdə olduğu,əmək qabiliyyətini müvəqqəti itirdiyi,habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

Dövlət qulluğundan azad edilmə – vəzifələrin icrası zamanı və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya “dövlət qulluğu ilə bağlı məhdudiyyətlər” əməl edilmədikdə tətbiq oluna bilər.

İntizam tənbeh tədbirləri (hamısı) dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən,”töhmət” isə qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş şəxs(şəxlər) tərəfindən tətbiq oluna bilər

İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən,onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar.Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır.Şikayət qaydası AR müvafiq qanunvericiliyi ilə müəyyən edilir

Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibaticinayət məsuliyyətinə cəlb oluna bilər.

Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır.

Dövlət qulluqçusunun qanuna uyğun hərəkətlər nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə AR dövlət büdcəsinin,NMR büdcəsinin,sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının işsizlikdən sığorta fondunun büdcəsi vəsaiti hesabına ödənilir.

Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” AR qanunun maddi tələblərhüquqpozmalar maddələrini pozduqda (inzibati və cinayət yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur

Qanunsuz göstəriş (Dövlət qulluqçusunun məsuliyyəti)

Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir

Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq,həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə,dövlət qulluqçusu məsuliyyətdən azad olunur.

V fəsil

DÖVLƏT QULLUĞU KEÇMƏ

AR 16 yaşına çatmış,irqindən,milliyətindən,dinindən,dilindən,cinsindən,sosial mənşəyindən,əmlak vəziyyətindən,yaşayış yerindən,ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və AR dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək haqqı vardır.

Dövlət qulluğuna qəbul edilə bilməz :

  1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmə qərarı ilə təsdiq edilərsə
  2. məhkumluğu ödənilməmiş və ya götürülməmişə
  3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq(ər-arvadlar,onların valideynləri,qardaşları,bacıları,övladları) əlaqəsi olduqda
  4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa
  5. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda

Dövlət orqanına qəbul edilmək üçün müraciət etmiş şəxsin qulluğa qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır.Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Şəxsi(ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

Dövlət qulluğuna qəbul

Qulluğa qəbul müsabiqə əsasında aparılır.Müsabiqə test imtahanından müsahibədən ibarətdir.

Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum :

  1. inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun test imtahanları təşkil edir
  2. ayda bir dəfədən az olmayaraq

Test imtahanlarının hazırlanması,ekspertizası,təsdiqi,test imtahanının təşkili,keçirilməsi,qiymətləndirmənin aparılması qaydasını, test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum:

  1. test imtahanını keçənlərə sertifikat verir
  2. sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Sertifikatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edir.

Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun bir neçə sertifikat ala bilər.

Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

Müsahibənin keçirilməsi haqqında elan,səədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə,müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun,dövlət qulluğunun vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və KİV-də verilir.

Sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər.İştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində vəzifənin aid olduğu dövlət orqanına müraciət edir.Müraciətə əlavə edilməli sənədlərin siyahısı və qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır.Tərkibi 3 nəfərdən ibarətdir.( müvafiq icra hakimiyyəti orqanınin yaratdığı qurumun 1 nümauyndəsi,1 müstəqil ekspert)

MİHO (müvafiq icra hakimiyyəti orqanı )müəyyən edir:

  1. müsahibə komissiyasının reqlamenti
  2. komissiya tərkibinin formalaşdırılması
  3. müsahibənin keçirilməsi
  4. qiymətləndirmənin aparılması
  5. müsahibənin nəticələrinin araşdırılması qaydası
  6. keçid balları

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar.Rəhbər bir namizədi seçərək 6 ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir.

Staj müddətində orqan rəhbəri tərəfindən təyin edilmiş kurator stajçının işini istiqamətləndirir,fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra sınaq müddəti ilə qulluğa qəbul ediliməsinin məqsədəuyğun olub-olmaması haqqında tövsiyə təqdim edir.

Tövsiyə müsbət olarsa stajçı əmək müqaviləsi bağlamaq yolu ilə 3 ay sınaq müddəti ilə qulluğa qəbul edilir.Sınaq müddətində əmək müqaviləsi pozulmayıbsa müddət bitdikdən sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun,həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verirəmək müqaviləsi bağlayır.Əmək müqaviləsinin forması MİHO tərəfindən müəyyən olunur.

Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır.

Sınaq müddəti ilə qəbul edilmiş şəxs yenidən müsabiqədən keçdikdə,sınaq müddəti nəzərə alınmır və yeni sınaq müddəti ilə vəzifəyə təyin edilir.

Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1 maddəsinə uyğun dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə istisna) yenidən dövlət qulluğuna qəbul edildikdə onlar barəsində staj və sınaq müddəti tətbiq olunmur.

Daimi dövlət qulluğuna qəbul AR adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir

Dövlət orqanının rəhbərinə vakant vəzifə üçün təqdim edilmiş,lakin vəzifəyə təyin edilməmiş namizədlər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır.Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda ,namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilirlər.

Şəxsin bir dövlət orqanında ehtiyat kadr olması digər dövlət orqanında dövlət qulluğu üçün keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.

Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda,həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir.

Bu Qanunun 28-ci maddəsi (dövlət qulluğuna qəbul) müddəaları şamil edilmir:

  1. ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali,1-ci,2-ci,3-cü təsnifatı vəzifələri
  2. AR xarici ölkədə fəaliyyət göstərən ticarət nümayəndələri vəzifələri
  3. Müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula
  4. Dövlət qulluğunun xüsusi növünə qəbula

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə MİHO tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı müsahibə və müsabiqə tətbiq edilmir.Həmin şəxs sənədini təqdim etdikdən sonra 5 iş günü müddətinə vakant dövlət vəzifənin olduğu dövlət orqanına təqdim olunur.Həmin şəxsə 6 ay staj müddəti və 3 ay sınaq müddəti tətbiq edilir.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi

Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün MİHO yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən setifikat almalıdır.

Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda,sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.

Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə,habelə sertifikatına uyğun vəzifədə irəli çəkə bilər

İnzibati vəzifələrin tutulması

Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin Ali-III təsnifatlarına uyğun vəzifələrin tutulması müsahibə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

I-V kateqoriya dövlət orqanlarında (MİHO və AR səfirlik və konsulluq ticarət nümayəndələri vəzifələri istisna) inzibati vəzifələrin I-VII təsnifatlarına uyğun vəzifələrin tutulması həmin orqanın rəhbərinin qərarı əsasında müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir.

I-V kateqoriya dövlət orqanı rəhbəri inzibati vəzifələrin I-VII təsnifatına uyğun olan vakant vəzifə yarandığı gündən 1 ay ərzində müsabiqənin,ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir.

MİHO yaratdığı qurum və qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli,şəffaf operativ keçirilməsini təmin etməlidir.

Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən,eyni oxşar vəzifələrə keçərkən bu maddənin müddəaları (inzibati vəzifələrin tutulması ) ona tətbiq edilmir.

Dövlət qulluqçusu bu maddənin müddəaları (inzibati vəzifələrin tutulması ) tətbiq edilmədən digər dövlət orqanında tutuduğu vəzifə təsnifatına uyğun və ya aşağı vəzifəyə həmin dövlət orqanlarının rəhbərlərinin razılığı ilə keçirilə bilər.

MİHO-da inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan vakant vəzifələrə qəbul həmin dövlət orqanının qərarı əsasında yalnız müsahibə yolu ilə həyata keçirilir.

AR xarici ölkədə fəaliyyət göstərən səfirlik və konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin müsahibə və ya qulluqda yüksəliş yolu ilə və bu qanunun 29.12-ci maddəsi (ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanı rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilir) nəzərə alınmaqla həyata keçirilir .

I-V kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna) inzibati vəzifələrin I-VII təsnifatlara uyğun vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun dərəcəsi olan ,habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir.

I-V kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna) inzibati vəzifələrin I-VII təsnifatlara uyğun vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında,ilk növbədə,həmin orqanın uyğun namizədləri arasında müsahibə (daxili müsahibə) keçirilə bilər.

Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda , dovlət orqanı rəhbərinin qərarı əsasında digər şəxslər arasında müsahibə(ümumi müsahibə) və ya müsabiqə keçirilə bilər.

Daxili və ümumi müsahibə yolu ilə daxildən və ya digər orqandan olan namizədlərin seçilməsi istisna olmaqla,müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında MİHO yaratdığı qurum tərəfindən KİV vasitəsi ilə müsahibəyə 1 ay qalmış verilir.

Daxili müsahibə yolu ilə keçirilən müsahibə dövlət orqanının rəhbəri tərəfindən müsahibənin keçirilməsinə 1 ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı təsnifatda qulluq keçən dövlət qulluqçuları,habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçmiş şəxslər iştirak edə bilər. (məhkəmə hakimiyyəti orqanlarının beş-yeddinci təsnifatlarında uyğun vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına şamil edilmir)

Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları 1 il əzində müsahibəyəmüsabiqəyə buraxılmırlar.

Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya və MİHO müəyyən etdiyi qaydada keçirilir.

Müsahibə zamanı iştirak edən şəvxsin bilik səviyyəsi,peşə hazırlığı,ümumi dünyagörüşü,barəsində müsahibə edilmiş vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla,müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.

Müsahbiə zamanı nəzərə alınmalıdır :

  1. ixtisas dərəcəsi
  2. müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma

Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir.

Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda ,dövlərt orqanının rəhbərinin qərarı əsasında müsabiqə keçirilir.

AR xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndələri müfaviq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müfaviq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.

Müsahibənin nəticələrinə yenidən baxılması

Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məhkəməyə şikayət verə bilərlər.

Dövlət qulluğunun şərtləri

Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır.

Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər.5 saatdan çox artırıldıqda işlədiyi hər saata görə əlavə haqq ödənilməlidir.

Inzibati vəzifə tutan qulluqçuya ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir.

Uzun illər işləməyə görə haqqı ödənilən əlavə günlər :

  1. 5 ildən 10 ilədək əmək stajına görə – 2 təqvim günü
  2. 10 ildən 15 ilədək əmək stajına görə – 4 təqvim günü
  3. 15 ildən çox əmək stajına görə – 6 təqvim günü

Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanının rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər.

Xidməti məzuniyyətə göndərilən qulluqçu təmin olunur :

  1. mehmanxanada və ya xidməti yaşayış sahəsində yer,6 aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi
  2. iş yeri,rabitə vasitələrindən istifadə etmək imkanı
  3. digər zəruri texniki xidmətlər və sosila-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər

Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən qulluqçunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır.Məişət ləvazimatı,komplektləşdirilmiş xidməti mənzil,habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır.Ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir.,məktəbəqədər uşaq müəssisələrində yer verilir.Lazım gəldikdə göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir.

Digər məsələlər AR Əmək Məcəlləsi ilə tənzimlənir.

Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla AR Əmək Məcəlləsi ilə tənzimlənir.

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi

Inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.

Dövlət qulluqçusunun qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Qiymətləndirmə bilavasitə rəhbəri tərəfindən həyata keçirilir

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilmə meyarları :

  1. peşə bilikləri
  2. xidməti vəzifələrə münasibət
  3. təhlil aparmaq,problem həll etmək və qərar vermək bacarığı
  4. yaradıcılıq və təşəbbüskarlıq
  5. əmək intizamı
  6. iş təcrübəsi və onu bölüşmə
  7. kollektivdə işləmək bacarığı,ünsiyyət,işçilərarası münasibətlər

Rəhbər işçilərin xidməti fəaliyyətinin qiymətləndirilmə meyarları (əlavələr) :

  1. təhlil və proqnozlaşdırma
  2. idarəetmə
  3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı
  4. komanda qurmaq bacarığı

Xidməti fəaliyyətin qiymətləndirilməsi :

  1. əla
  2. yaxşı
  3. kafi
  4. qeyri-kafi

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir.Bu sənəddə dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı şərhlər verilir.

Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti qiymətləndirən dövlət qulluqçusunun rəyi əlavə edilir.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindənj qəbul edilir.

Dövlət qulluqçusunun fəaliyyətin qiymətləndirilməsinin nəticələri onun şəxsi işinə əlavə edilir.

Dövlət qulluğunda irəli çəkilmək hüququ

Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə,habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.

Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətləvicdanla yerinə yetirməsi,vakant vəzifə olması,habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir.

Dövlət qulluğunda olmanın yaş həddi

Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.

65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.5 ildən çox uzadılmasına yol verilmir.

Inzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun qulluqda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında 5 il müddətdən artıq uzadıla bilər.

Dövlət orqanına aid dilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış qulluqçuların sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15%-dən artıq ola bilməz.

Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərin sayı müvafiq olaraq onun aparatının tabeliyində olan həmin qurumun işçilərinin sayının 2%-dən artıq ola bilməz.

Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçuların sayı 100 nəfərdən az olduqda ,çalışma müddəti uzadılmış işçilərin sayı 2 ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.

Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılması tətbiq edilərkən nəzərə alınır :

  1. dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi
  2. elmi dərəcənin və ya elmi adın olması
  3. dövlət təltifi ilə təltif edilmə
  4. attestatiyadan 3 dəfə müvəffəqiyətlə keçmə

Dövlət qulluğuna xitam verilməsi

Dövlət qulluğuna xitam verilə bilər :

  1. dövlət qulluqçusunun öz arzusu ilə
  2. dövlət orqanı ləğv edildikdə
  3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə
  4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə
  5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və növbəti sertifikatı ala bilmədikdə
  6. intizam tənbehi ilə qulluqdan azad edildikdə
  7. AR vətəndaşlığına xitam verildikdə
  8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə,habelə hakim təyin edildikdə,əgər onlar həmin vəzifələrdən imtina etmədikdə
  9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə,əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar qulluqçu əmək funksiyasını yerinə yetirə bilmədikdə
  10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda
  11. dövlət qulluqçusu vəfat etdikdə,habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə
  12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda

Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda,ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq,ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa,dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizə verdiyi gündən 1 ay ərzində xidmətini davam etdirməlidir.Zərurət olduqda,bu müddət dövlət orqanının rəhbəri tərəfindən 1 ay müddətinə əlavə uzadıla bilər.

VI fəsil

YEKUN MÜDDƏALAR

Dövlət qulluğu keçmənin digər məsələləri

Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı məsələlər AR-nın əmək qanunvericiliyi ilə tənzimlənir.

Qanunun qüvvəyə minməsi

Bu Qanun 1 sentyabr 2001-ci il-dən qüvvəyə minir.

Bakı ş. 21 iyul 2000-ci il

№926-IQ

 

Əsas hissələri bir yerə yiğan: Mirhəbib

Dostlarla Paylaş ↓