2019-cu ildə dünyanın mühüm hadisələri

 

Fevral ayında Pakistan və Hindistan arasında münasibətlər gərginləşib.

Hindistanın Pakistanı Kəşmir bölgəsində terrorçuları dəstəkləməkdə ittiham edib və hava qüvvələri ilə Pakistanın hava məkanına daxil olub. Pakistan isə cavab olaraq Hindistan qırıcılarını vurub. Nəticədə hər iki tərəfdən ölən və yaralanalar olub və hər iki tərəf müharibəyə hazırlaşırdı. Yalnız Pakistanın 360-a yaxın hindli vətəndaşı azad etməsi haqda açıqlamasından sonra vəziyyət nisbətən sakitləşib.

 

Martda Donald Tramp, Neyanyahu ilə birlikdə keçirdiyi birgə mətbuat konfransında İsrailin işğalı altındakı Golan təpələrini İsrail ərazisi olaraq tanıdığı sənədi imzaladı.

Suriyaya məxsus Golan təpələri 1967-ci ildə baş vermiş “altı günlük müharibə” zamanı İsrail tərəfindən işğal olunmuş və 1981-ci ildə İsrail tərəfi təpələrin ilhaqını rəsmən elan etmişdi. ABŞ Golan təpələrini İsrail ərazisi kimi tanıyan ilk ölkədir. Trampın bu qərarına dünyanın əksər ölkələri etiraz edib. Bu ölkələrin bəziləri: Rusiya, Çin, Türkiyə, İran, İraq və s.

 

Venesuellada ikihakimiyətlilik yaranıb.

Parlament spikeri Xuan Qauydonun hakimiyyətə yiyələnmək uğrunda mübarizəsi ölkəni xaosa sürükləyib. Xuan Qauydo özünü Venesuellanın yeni Prezidenti elan edib. Onun bu hərəkəti heç bir qanuna və hüquq prinsipinə uyğun olmasada başda ABŞ olmaqla bir neçə qərb ölkəsi onu dəstəkləyib. Prezident Nikolas Maduro isə xalqın qarşısına çıxaraq əhalini ikinci hakimiyyətə etiraz etməyə çağırıb. Bu məslədə Nikolas Maduronu dəstəkləyən ölkələr isə əsasən Rusiya, Çin, İran, Türkiyədir. Ölkədəki ağır iqtisadi durum, ölümlə nəticələnən iğtişaşlar, xarici ölkələrin müdaxilələri Venesuela dövlətçiliyi üçün ciddi təhlükə yaradır.

 

Sudanda hərbi çevriliş baş verib.

2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. Sudan Ordusu təcili iclas keçirərək ölkə Prezidenti Ömər əl-Bəşir və onun köməkçilərini bütün vəzifələrdən kənarlaşdırmaq və hökuməti istefaya göndərmək barədə qərar qəbul edib. Ordu dövlət televiziya binasını ələ keçirib və televiziya vasitəsi ilə prezidentin və hökumətin istefaya göndərildiyini, Hərbi Şura təsis etdiklərini və 3 ay fövqəladə vəziyyət elan edildiyini, Hərbi Şuranın ölkəni iki il idarə edəcəyini, daha sonra prezident seçkiləri keçiriləcəyini bəyan ediblər. 31 il hakimiyyətdə olan Ömər əl-Bəşir isə ordu tərəfindən devrildikdən sonra həbs edilib. Ordunun bu addımı əhalinin etirazına səbəb olub. Xartumda və digər şəhərlərdə ordu ilə əhali arasında qarşıdurmalar baş verib. Nəticədə ölən və yaralananlar olub. Cəmi 1 həftə sonra Hərbi Şura rəhbəri istefa verməyə məcbur olub və yerinə yeni başçı gəlib. Ölkədə etiraz aksiyaları və gərginlik davam edir.

 

ABŞ prezidenti Donald Tramp İranla 2012-ci ildə bağlanmış nüvə anlaşmasından tək tərəfli olaraq ayrıldığını bəyan edib.

Tramp bu müqavilənin ABŞ tarixinin ən uğursuz anlaşması olduğunu deyib və İrana tətbiq olunması nəzərdə tutulan yeni sanksiyaları təqdim edib. Buna baxmayaraq İran tərəfi anlaşmaya sadiq qalacağını bildirib. Əksər ölkələr Trampın bu qərarını pisləyib. BMT Baş Katibi bu sənədin 12 illik diplomatiyanın nəticəsi, eyni zamanda BMT – nin qətnaməsi olduğunu, ABŞ-ın ayrılmasının onun hüquqi qüvvəsinə heç bir təsiri olmadığı söyləyib.

 

Aİ “Brexit” məsələsində Böyük Britaniyaya verdiyi möhləti uzadıb.

Mart ayının 29-u “Brexit” razılaşması həyata keçirilməli və Böyük Britaniya Aİ-ni tərk etməli idi. Lakin Böyük Britaniya daxilində fikir ayrılığı yarandığı üçün bu baş verməyib. Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Brüsseldə keçirilən fövqəladə iclas zamanı Böyük Britaniyanın Aİ-dən çıxması üçün yeni möhlət verməyə razılaşıblar. Aİ ölkələri “Brexit”in reallaşdırılması üçün 31 oktyabra qədər möhlət verilməsi barədə razılığa gəliblər.

 

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev istefa verib.

Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə rəhbərlik edib. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi. Ölkə prezidenti səlahiyyətlərini növbəti seçkilərədək Qazaxıstan Senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək. Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanı isə Qazaxıstan senatına yeni spiker seçiblər. Qazaxıstanda növbəti prezident seçkiləri 2020-ci ildə keçiriləcək. Nursultan Nazarbayevin şərəfinə Astana şəhərinin adı dəyişliərək Nur-Sultan adlandırılıb.

 

Martın 25-I Yeni Zelandiyada iki məsciddə terror aktı baş verib.

Silahlı şəxsin məsciddə ibadət edən müsəlmanları atəşə tutması nəticəsində 50 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb. Məsələ ilə bağlı Türkiyənin sədrliyi ilə İƏT-in nazirlər səviyyəsində Təcili İcra Komitəsinin iclası keçirilib. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib. Türkiyə Prezidenti R.T.Ərdoğan həmin iclasda İstanbuldakı Ayasofya muzeyininin məscid kimi fəaliyyət göstərəcəyini deyib.

 

ABŞ Milli Elm Fondu (NSF) Qara dəliyin ilk fotosunu paylaşıb. Bu, 2012-ci ildə “Qara dəlik” ətrafını müşahidə etmək üçün qurulmuş “Event Horizon Teleskopu”ndan əldə edilən görüntü sayəsində mümkün olub. Tarixi hadisə eyni zamanda 6 şəhərdə təşkil edilən konfransda nümayiş etdirilir. Fondun mütəxəssislərindən Dimitrios Psaltis bu araşdırmanın Eynşteynin nisbilik nəzəriyyəsinə yeni fayda gətirəcəyini bildirib.

 

Fransanın paytaxtı Parisin ən məşhur məkanlarından olan 850 yaşlı Notr-Dam kafedralında yanğın baş verib.

Notr-Dam kilsəsinin saatı və ən uca qülləsi artıq yanaraq məhv olub. Kilsəni bütövlükdə alov bürüyüb və dam örtüyü tamamilə külə dönüb. Mütəxəssislər kilsənin bərpasının mümkün olmayacağını bildirib. Fransa Prezidenti Emmanuel Makron isə iki il ərzində kafedralın əvvəlkindəndə yaxşı vəziyyətdə bərpa olunacağına söz verib.

 

Şri Lankada terror aktı törədilib.

Paytaxt Kolomboda və digər şəhərlərdə, kilsələrdə və otellərdə keçirilən və xristianların Pasxa bayramları zamanı baş vermiş partlayışlar nəticəsində azı 300-ə yaxın adam ölüb, 450 nəfər yaralanıb. Ümumilikdə 8 partlayış baş verib, ölənlərin sayı artmaqdadır. Baş verən partlayışlarla bağlı mənsuliyyəti İŞİD öz üzərinə götürüb. İŞİD Yeni Zelandiyadakı məsciddə törədilən terror aktına beləliklə cavab verildiyini bildirib. Azərbaycanın Xarici İşlər Nazirliyi Şri-Lankada çoxsaylı insanın ölümü və yaralanması ilə nəticələnən terror aktlarını pisləyib.

 

Bunlar dünyada baş verən hadisələrin yalnız  bir hissədir…

 

Dostlarla Paylaş ↓