Müsahibə üçün Ümumi Məlumatlar

 

BMT

(ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Vatikan BMT-nin üzvü deyil.

BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq MəhkəməKatiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.

Baş katib: Antoniu Quterreş (António Guterres) Portuqaliya 5 oktyabr 2016.

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq TəşkilatıATƏT

(ing. Organization for Security and Co-operation in Europe, OSCE) — 3 – 7 iyul 1973-cü il tarixlərində Helsinkidə keçirilmiş xarici işlər nazirlərinin müşavirəsi ilə başlamış prosesin davamı olaraq yaranmış regional təşkilat. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe – CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.

 

ATƏT-in Minsk qrupu

(əvvəlki adı ATƏM-in Minsk qrupu) — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1 yanvar  1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi.

Digər üzvlər

Almaniya Belarus İsveç İtaliya Niderland Krallığı Portuqaliya Türkiyə Finlandiya

1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib.

Birinci təklif

Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket” həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu.

İkinci təklif

1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu.

Üçüncü təklif

1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən “ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.

 

GUAM

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü kimi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-təhlil Sistemi (VM/DİTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardım (TNY) layihəsi həyata keçirilməkdədir. Zirvə Toplantısı 2008 Batumidə keçirilib. 2007-də Bakıda keçirilib.

İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT) – 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. Azərbaycan Respublikasının İƏT-lə ilk münasibətləri 1991-ci ilin fevralında qurulub. 1992-ci ildə Tehran sammitində Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan təşkilata daxil olublar. 2002-ci ildə Əfqanıstan quruma üzv qəbul olunub. Bundan sonra 7 üzv-dövlətin xarici işlər nazirləri İƏT-ə qəbul olunmaqları barədə Akt imzalayıblar. 3 sentyabr 1993-cü ildə bu Akt və İzmir Müqaviləsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilib. İƏT üzv-dövlətlərdə həyat səviyyəsini və yaşayış standartlarını yüksəltmək, regiondaxili və regionlararası ticarəti genişləndirmək, inkişaf etməkdə olan ölkələrə tətbiq olunan əlverişsiz ticarət siyasətini aradan qaldırmaq, üzv-dövlətlərin dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək və s. istiqamətləri prioritet hesab edir

 

Davos İqtisadi Forumu.

Davos İqtisadi Forumunun tarixi: Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən “dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

27-31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial- mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonuncu dəfə 2015 ci il 22 yanvar tarixində İlham Əliyev DİF çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib. Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlhan Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən,enerji sektorunda əldə olununan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən,ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından,Avropanın enerji təhlekəsizliyinin təmin olunmasında Azərbayacanın önəmli rolundan, “Cənub”qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.

 

Münhen Təhlükəsizlik Konfransı

Münxen konfransının əsası NATO-ya üzv dövlətlərin “müdafiə qurumları nümayəndələrinin iclası” kimi 1963-cü ildə qoyulub və bu ənənə 30 il davam edib. 1990-cı illərdən başlayaraq, bu beynəlxalq forumda dünyanın 40-dan çox ölkəsindən hərbçilərlə yanaşı, siyasətçilər, diplomatlar, biznesmenlər, elm adamları və ictimai xadimlər iştirak edirlər. 54-cü Münxen konfransı 2018-fevralda keçirilib.

 

Qoşulmama hərəkatı haqqında.

Cavab: Qoşulmamaq Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu hərəkat 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb.2011 de Azerbaycan da uzvu olub.

 

Avropa Birliyi və ya Avropa İttifaqı

(ing. European Union) — 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat.

Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən Belçika, Almaniya, Fransa , Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub.Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.

AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.

Avropa Parlamenti

Avropa Zirvəsi

Avropa Şurası

Avropa Komissiyası

 

Üzv olduğumuz beynəlxalq iqtisadi təşkilatlar:

İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT), AYİB, BVF, İslam Ölkələrinin İƏT (1992), Qara Dəniz İƏT(1993), Dünya Bankı(1992), ÜTT müşahidəçi statusunda(1993), GUAM(1997).

 

Azərbaycanın daxil olduğu beynəlxalq teşkilatlar

BMT-1992.03.02; İKT-1991 dekabr; ATƏT-1992.01.30; AŞ-2000.01.17; MDB-1993.

 

Müstəqil Dövlətlər Birliyi

–keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılmışdır.

İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin “mədəni dağılmasını”, onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.

Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olmuşdur.

Ukrayna 2014-cü ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

 

BMT-nin tərkibində olan maliyyə qurumları

Beynəlxalq Valyuta Fondu (BVF)

Beynəlxalq Valyuta Fondu – Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Dünya Bankı (DB)

Dünya Bankı (ing. World Bank)– dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

 

Maliyyə sahəsində beynəlxalq qurumlar

Beynəlxalq maliyyə təşkilatları:

Beynəlxalq Pul Fondu ;

Beynəlxalq finans Qurumu;

Beynəlxalq İnkişaf Birliyi;

Birləşmiş Millətlər İnkişaf problemi;

Çoxtərəfli investisiya zəmanəti agentliyi;

İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz;

 

Digər regional maliyyə təşkilatları:

Asiya İnkişaf Bankı ;

Afrika İnkişaf Bankı;

İslam İnkişaf Bankı;

Kariblər İnkişaf Bankı;

Orta Amerika İqtisadi İnteqrasiya Bankı;

Ərəb Pul Fondu;

Avropa Yenidənqurma və İnkişaf Bankı.

 

Azərbaycanın daxil olduğu maliyyə təşkilatları

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür.Azərbaycan, demək olarki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununlada ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.  Müstəqillik bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-ində)

 

Azərbaycanın ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakılardır: 

İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il;

İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il;

Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidən qurma və İnkişaf Bankı – 1992 – ci il;

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il;

Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda 1993-cü il;

Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;

Avropa Şurası – 25 yanvar 2001-ci il.

 

YUNESKO

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə isə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlamışdır. BMT-nin bu ixtisaslaşmış orqanının vəzifələri müharibə nəticəsində dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmır. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə – təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. YUNESKO-nun Nizamnaməsinin 1-ci maddəsində qeyd edilmişdir: “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”. Hal-hazırda 193 dövlət YUNESKO-nun üzvüdür. YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. Azərbaycan 1992-ci il 3 iyul tarixindən bu qurumun üzvüdür.

 

Şimali Atlantika Müqaviləsi Təşkilatı

(ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du Traité de l’Atlantique Nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 29 üzvü var.[1][2]Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkə 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub,  1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.[8] Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edib.[9] 2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir və müvafiq qərargahlarda təmsil olunur.

NATO-nun 28 üzvü var. Onlar: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstandır

İŞĞAL EDİLMİŞ RAYONLAR

Xocavənd 02.10.1992
Xocalı 26.02.1992
Şuşa 08.05.1992
Laçın 18.05.1992
Kəlbəcər 02.04.1993
Ağdam 23.07.1993
Cəbrayıl 23.08.1993
Qubadlı 31.08.1993
Füzuli 23.08.1993
Zəngilan 29.10.1993

 

Milli Qəhrəmanlar

Əlif Hacıyev , Salatın Əsgərova , Mədət Quliyev (Sağ), Çingiz Mustafayev, Gültəkin Əsgərova, Mübariz İbrahimov , Allahverdi Bağırov, Seyidov Məhərrəm(ilk dəfə)

 

Sonuncular

Murad Mirzəyev, Samid İmanov, Həmidov Şükür (Sağ)

Zəngilan

Əsədov Əsəd , Nuriyev Elnur, Rüstəmov Adil, Süleymanov  Baloğlan

Ölkəmizdə Milli Qəhrəman adı verilmiş şəxslərin sayı 215 nəfərdir. Onlardan yalnız 17 nəfəri sağdır.

 

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar.

 

Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

Qara YanvarQanlı Yanvar və ya sadəcə 20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

 

Azərbaycanda Milli Dirçəliş Günü.

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.17 noyabr Milli Dirçəliş günü 2006-cı il dən rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

 

Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyungünündən bayram elan edilib.[1] 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.[5] İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Ulu Öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.

 

Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Cümhuriyyəti, Azərbaycan Demokratik Respublikası – Azərbaycan xalqının çar Rusiyasına qarşı mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi (1914-1918) dövründə Şimali Azərbaycanda (Rusiya Azərbaycanında) yaranmış müstəqil dövlətdir.

  1. Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri
  2. Xosrov Paşa bəy Sultanov – Hərbi nazir
  3. Məmməd Həsən Hacınıski – Xarici işlər naziri
  4. Nəsib bəy Yusifbəyli – Maliyyə və xalq maarifi naziri
  5. Xəlil bəy Xasməmmədov – Ədliyyə naziri
  6. Məmməd Yusif Cəfərov – Ticarət və sənaye naziri
  7. Əkbər ağa Şeyxülislamov – Əkinçilik və əmək naziri
  8. Xudadat bəy Məlik-Aslanov – Yollar və poçt –teleqraf naziri
  9. Camo bəy Hacınıski – Dövlət nəzarəti naziri

yeni yaranmış Azərbaycan dövlətinin ilk addımlarından biri Osmanlı imperatorluğu ilə qarşılıqlı münasibətlər yaratmaq oldu. 11 mayda başlanan danışıqlar 4 iyunda Azərbacanla Türkiyə arasında sülh və dostluq müqaviləsi imzalamaqla nəticələndi

21 iyunda isə qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsviri olan bayraq dövlət bayrağı qəbul edildi.

26 iyunda Müsəlman hərbi korpusu əlahiddə Azərbaycan korpusuna çevrildi. Buda Azərbaycan Silahlı Qüvvələrin yaradılması idi.

27 iyun Azərbaycan dili dövlət dili elan edildi.

15 iyulda Fövqəlada Təhqiqat komissiyası yaradıldı. 1918-ci il 15 sentyabrda ağır döyüşlərdən sonra Bakı azad edildi. 1918-ci il 7 dekabrda saat 13:00-da H.Z.Tağıyevin Qızlar məktəbi binasında (hazırda Füzuli adına Əlyazmalar İnustutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

 

Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d.  31 yanvar1884, Bakı – ö.  6 mart 1955, Ankara) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdu. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.

Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur. M.Ə.Rəsulzadə Türkiyədə olarkən “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil – ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır. Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşdu. M.Ə.Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.

 

Fətəlixan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (d. 7 dekabr 1875, Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – 19 iyun 1920, Tiflis, Gürcüstan Demokratik Respublikası) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı (1917—1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk nazirlər şurası sədri (1918—1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918—1919 və 1919—1920) vəzifələrində çalışmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi[9], qatıllər “Daşnaksütun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər,[10] onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirmişdir.

 

Dünyanın ən uca bayrağı

Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il 30 dekabrda Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkətinin hazırladığı layihəni Azərbaycanın “Azenko” şirkəti icra edib.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.

Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Mərasimdə ölkə ictimaiyyətinin nümayəndələri və xarici ölkə səfirləri iştirak etmişlər.

 

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

 

Bişkek protokolu

Bişkek protokolu — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd

Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan Bişkek protokolu 1994-cü ilin mayında imzalanmışdır.

Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar.

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunmuşdu.

 

Əsrin müqaviləsi

“Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında imzalanmışdır. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı.

 

Azərbaycanda siyasi partiyalar

Ana Vətən Partiyası

Müsavat Partiyası

Birlik Partiyası

Yeni Azərbaycan Partiyası

Milli Qurtuluş Partiyası

Ümid Partiyası

 

Dövlət sərhədləri

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.

 

Dağlıq Qarabağbölgəsi – Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Əsgəran, Xocavənd.

1,8 mln. kv.km-dən 130 min kv.km ərazi qalmışdı – 1828-ci il…

Azərbaycanın XIX əsrdən indiyədək nə qədər ərazisinin zəbt olunması haqqında tarixçi Tariyel Faziloğlunun hazırladığı məlumat toplusunu bir daha oxucuların nəzərinə çatdırırıq. 1813-1828-ci illərdə baş vermiş müharibələr nəticəsində Çar Rusiyası Qacar dövlətinin Araz çayından şimal sahilindəki ərazilərini (130 min kv. km) işğal edib. İşğal nəticəsində təxminən 1,8 mln kv. km olan ərazimiz iki hissəyə bölünüb.

1. İşğaldan sonra Qacar dövlətinin Araz çayından cənubdakı ərazisi -təxminən 1,65 mln kv. km;

2. Qacar dövlətinin Çar Rusiyası tərəfindən işğal olunmuş Araz çayından şimaldakı ərazisi – təxminən 130 min kv. km;

3. 1918-ci ildə təzyiq nəticəsində ermənilərə verilən İrəvan xanlığının ərazisi – təxminən 9 min kv.km;

4. 1918-ci il hadisələri zamanı Rusiyada qalmış Dərbənd xanlığının ərazisi – təxminən 7 min kv. km;

5. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazisi – 114 min kv.km;

6. 1920-ci ildə AXC-ni işğal etmiş Sovet Rusiyası tərəfindən bölüşdürülmüş Azərbaycan əraziləri (Ermənistan SSR-ə verilənlər- Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican, Ağbulaq, Vedi…, Gürcüstan SSR-ə verilən – Borçalı) – təxminən 27,4 min kv.km;
1991-ci ilə qədər 130 mindən 43,4 kv.km ərazi mənimsənib

1. 1920-1991-ci illərdə Sovet Rusiyasının işğalı altında olan Azərbaycan SSR-in ərazisi – 86,6 min kv.km.

1990-cı illərdə Azərbaycan Respublikasının Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı erməni silahlıları tərəfindən işğal edilmiş əraziləri:

 

Naxçıvan ərazisi, 2 kənd (19 yanvar 1990-cı il, Kərki k-di; 17 fevral 1990-cı il, Günnüt k-di), sahəsi 19 kv. km;

Xankəndi ərazisi (26 dekabr 1991-ci il), sahəsi 1048 kv. km;

Xocalı ərazisi (26 fevral 1992-ci il), sahəsi 940 kv. km;

Şuşa ərazisi (8 may 1992-ci il), sahəsi 289 kv. km;

Laçın ərazisi (18 may 1992-ci il), sahəsi 1883 kv. km;

Xocavənd ərazisi (2 oktyabr 1992-ci il), sahəsi 1458 kv. km;

Ağdərə ərazisi (7 iyul 1993-cü il), sahəsi 1705 kv. km;

Kəlbəcər ərazisi (2 aprel 1993-ci il), sahəsi 3050 kv. km;

Ağdam ərazisi (23 iyul 1993-cü il), sahəsi 1150 kv. km;

Cəbrayıl ərazisi (23 avqust 1993-cü il), sahəsi 1050 kv. km;

Füzuli ərazisi (23 avqust 1993-cü il), sahəsi 1390 kv. km;

Qubadlı ərazisi (31 avqust 1993-cü il), sahəsi 802 kv. km;

Zəngilan ərazisi (29 oktyabr 1993-cü il), sahəsi 707 kv. km;

Qazax ərazisi (25 oktyabr 1992-ci il), 7 kənd, sahəsi 669 kv. km;

Ağstafa ərazisi (28 oktyabr 1992-ci il), 2 kənd, sahəsi 60 kv. km.

Cəmi: 16220 kvadrat kilometr.

O, dedi ki, 1988-ci ildən bəri işğaldan zərər görmüş ərazilərimiz 19 saydadır. Onlardan 15-inə faktiki olaraq əsaslı şəkildə zərər dəyib. Faiq İsmayılovun səsləndirdiyi rəqəmlər Tariyel Faziloğlunun səsləndirdiyi rəqəmlərə uyğun gəlmədi: “15 rayona əsaslı şəkildə zərər dəyib. Bu rayonlar Xocalı (ərazisi 936 kvadrat kilometrdir), Xocavənd (458 kv.km), Şuşa (289 kv.km), Zəngilan (707 kv.km), Qubadlı (802 kv.km), Laçın (1835 kv.km), Kəlbəcər (1936 kv.km), Füzuli (1390 kv.km), Cəbrayıl (1049,8 kv.km), Ağdamdır (1154 kv.km). Təəssüf ki, Ağcabədi, Tərtər, Qazax, Göygöl, Naxçıvan Muxtar Respublikasında işğalda olan ərazilər haqqında dəqiq məlumat yoxdur. Erməni təcavüzündən zərər dəyən digər ərazilər Gədəbəy, Goranboy, Tovuz, Beyləqan rayonlarıdır. Onu da deyim ki, Ağdərənin ərazisi 1795 kvadrat kilometr olub. Ağdam, Tərtər, Kəlbəcər arasında bölüşdürülüb. 1992-ci ildə Milli Məclisin qərarı ilə inzibati ərazi vahidləri dəyişdiriləndən sonra bu bölgü aparıldı. Məsələn, sovetlər dönəmində Xankəndinin tabeliyinə şəhər və ətraf ərazilərlə birgə 5 rayon daxil idi, ümumi sahəsi 8 min kvadrat kilometrdir. Sonradan bölgü aparıldı. Xankəndi Xocalı rayonunun mərkəzi şəhəri oldu

Azərbaycan rayonlarının siyahısı — Azərbaycanda 66 rayon, 12 şəhər, 14 şəhər rayonu, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi və 4260 kənd var. Ərazisinə görə ən böyük rayon Quba rayonudur. Azərbaycanın 11 rayonu tamamilə, yaxud qismən işğal altındadır.

Bu rayonlar:

Ağdam rayonu

Cəbrayıl rayonu

Füzuli rayonu

Xocalı rayonu

Xocavənd rayonu

Kəlbəcər rayonu

Qubadlı rayonu

Laçın rayonu

Şuşa rayonu

Tərtər rayonu

Zəngilan rayonu

 

20-ci əsrin yazıçı və şairləri.

Cəfər Cabbarlı, Əhməd Cavad, Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşviq, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Məhəmmədhüseyn Şəhriyar, İlyas Əfəndiyev, Süleyman Rüstəm və s.

 

Əkinçi qəzeti haqqında.

Cavab: “Əkinçi” — Azərbaycan dilində işıq üzü görən ilk milli qəzetdi.  1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən Əkinçi qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdü. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu; baş redaktoru Həsən bəy Zərdabi idi.

 

AXC dövründə ilk baş nazir və o dövrdən qalan bayramlar.

Fətəli xan Xoyski. Silahlı Qüvvələr günü, Respublika günü, Bayraq bayramı.

Xosrov bəy Sultanov — Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim

 

Azerbaycan musteqil olduqdan sonra ilk dovlet katibi kim olub ?

Tofiq İsmayilov

 

Müstəqillik gününün tarixi və niyə o gün?

XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

 

Molla Nəsrəddin jurnalı haqqında.

Molla Nəsrəddin — Azərbaycan dilində satirik, populyar jurnal. İlk sayı 1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.Baş redaktoru C.Məmmədquluzadə idi.

 

1918-ci il 29 may tarixi haqqında.

Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı.

 

TANAP nədir?.

Trans Anadolu Qaz Boru Kəməri – təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. [1] TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

 

Madrid prinsipi haqqında.

Madrid prinsipləri – Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan, sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon, Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır.

Geri qaytarılması nəzərdə tutulan rayonlar. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon qeri qaytarılmalıdır. Qeri qaytarılması nəzərdə tutulan rayonlar, aşağıdakı şəkildə sıralanmışdır:

  • Ağdam
  • Füzuli
  • Cəbrayıl
  • Zəngilan
  • Qubadlı
  • Laçın rayonunun 13 kəndi.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin

təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir

 

Azərbaycan-Ermənistan atəşkəs sazişinin tarixi və yeri haqqında.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında Bişkek şəhərində imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır.

 

Elektron imza, elektron hökümət nədir?

Elektron imza Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.

Elektron hökumət  — hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Mütəxəssislər hesab edirlər ki, “elektron hökumət”in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində “elektron hökumət” fəaliyyət göstərir. Azərbaycanda “elektron hökumət” layihəsi “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilir. Hazırda elektron hökümətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır.

 

1920-ci ilə qədər Azərbaycanın görkəmli qadınları.

Azərbaycan qadının fəal rolu müxtəlif əsərlərdə öz əksini tapıb: “Avesta”da ilahə Anahit (e.ə. III minillik), “Dədə Qorqud”da Burla Xatun, Selcan xatun, Banu Çiçək (e.ə.VI-VIII əsr), “İskəndərnamə”də Nüşabə; Koroğlunun həyat yoldaşı Nigar xanım; Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan kimi şairlər, xalq qəhramanı.Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım; ilk azərbaycan yazıçısı Şəfiqə Əfəndizadə, general A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskaya və başqaları.

 

Azərbaycan alimlərinin ixtiraları.

Dünya elmində Azərbaycanın öz payı var.  Kəşfləri ilə dünya elminə töhfə vermiş müasir Azərbaycan alimlərinin ilk beşliyini aşağıdakılar teşkil edir:

Yusif Məmmədəliyev :Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş SSRİ-də istehsalınadək bir çox böyük layihələrdə onun əməyi var.

Lütfi Zadə:Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professorudur. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır:  təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”.

Kərim Kərimov:Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.

 

BMT-nin qətnamələri.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının daim diqqət mərkəzində olmuşdur. Münaqişəyə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 1993-cü il 30 aprel tarixli 822 nömrəli, 1993-cü il 29 iyul tarixli 853 nömrəli, 1993-cü il 14 oktyabr tarixli 874 nömrəli, 1993-cü il 11 noyabr tarixli 884 nömrəli qətnamələrdə, Təhlükəsizlik Şurası Sədrinin 7 bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubluğu təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərdsiz çıxarılması tələbi qoyulmuş, qaçqınların və məcburi köçkünlərin doğma yürd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir. Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85 -ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir.

 

Azərbaycanın tarixi torpaqları

Şimali Azerbaycan torpaqlar (i$gal altìnda olan torpaqlar(Qarabag torpagì),Daha önce i$gal olunan torpaqlar Zengezur,Göyçe ve s),Qerbi Azerbaycan (indiki Ermenistan),Dagìstanìn cenub rayonlarì (Zencandan Derbende qeder),Gürcüstanìn Alazan (Qanìx) vadisi,Kür-Araz çaylarì arasìndakì torpaqlar,Azerbaycanìn cenub torpaqlarì,Erdebil, Təbriz və s.

Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir. Sahəsi 707 km², əhalisi 39.660 nəfərdir (01.01.2014).

İnzibati mərkəzi Zəngilan şəhəridir. Köhnə adı Pirçivan

Rayon 1930-cu ildə təşkil olunmuşdur

Abidələr: Koroğlu daşı, Bartaz qız qalası, Hacallı dairəvi bürcü XIV əsr.

XX əsrin 80-cı illərində rayonun mərkəzi stadionu dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyıb.

Tanınmış şəxslər: Məhəmməd Əsədov-General Mayor, şahmatçı Şəhriyyar Məmmədyarov.

 

Multikulturalizm- multikulturalizm termini siyasi terminini kimi ilk dəfə avstraliya miqrasiya naziri Al Kresbu 1970-də işlədib. Multikulturalizm mədəniyyətlərin qarşılıqlı əlaqəsi, hər kəsin mədəniyyətinin, etnik və dini dəyərlərinin eyni səviyyədə inkişafi, məktəb, qəzet, jurnal açılmasını təmin etməkdir. multikulturalizm assimliyasiyanı inkar edir. Assimliyasiya kiçik mədəniyyətlərin hakim mədəniyyətdə əridilməsidi. multinin əsasını demokratiya təşkil edir. İlk dəfə qərbi avropa ve şimali amerika da mövcud olub.

Amerika modeli- 60 cı illərdə anqlo-saksonlar üstünlük təşkil edirdi. Vətəndaşlıq və immiqrasiya qanunları anqlo-saksonların mövqeyini zəiflətdi və multikulturalizm yarandı.

İsvec modeli-dövlət nəzarət edir. Əcnəbilərə seçki hüququ verildi. İmmiqrasiya qanunu qəbul edildi. Kanada modeli- burda assimliyasiyaya yol verilmir. Hər bir mədəniyyətə şərait yaradılır. İrqi, dini, dil baxımdan heç kimə fərq qoyulmur.

Qərb dövlətləri öz maraqlarına uyğun dəyərlərinin zəif ölkələrdə təbliğatı üçün də bu üsuldan istifadə edirlər. Britaniya, Almaniya və Fransa kimi dövlətlərin liderləri Avropada multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bildirdilər. Avropada multikulturalizmin böhranının səbəbi onunla bağlıdır ki, mədəniyyətlərarası təbii intiqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Avropa iki problemlə qarşılaşdı: Birinci müsəlmanlar yerli mədəniyyətlə inteqrasiyaya getmədi. Əksinə avropalılarda islama yönəlmə prosesi başlandı. Üstəgəl, müsəlmanlar arasında təbii artım səviyyəsinin yüksək olması Avropa liderlərini narahat etməyə başladı. Müsəlman icmasının sayının artmasında əsas təhlükə ondan ibarətdir ki, islamın mahiyyətində dövlətin islamlaşdırılması dayanır. Hər bir müsəlman cəmiyyətinin yekun hədəfi islam dövlətində yaşamaq istəyidir. İkinci problem isə get-gedə ağ dərili irqin azalması və təbii artım hesabına qaradərililərin sayının durmadan artması idi. Bu tendensiya perspektivdə Avropada ağ dərili irqin yoxa çıxması təhlükəsini yaradır. Qərbin əhalinin humanist yolla azalmasına istiqamətlənmiş təbliğatı Avropanın köklü əhalisində öz təsirini göstərdi. Ailə planlaşdırılması, qadın kişi bərabərliyi, cinsi azlıqların hüquqları, gender problemləri, qadının cəmiyyətdə rolunun artması və s. kimi məsələlər əslində doğum səviyyəsinin aşağı salınmasına hesblanıb. Lakin miqrantlar bu dəyərləri istənilən səviyyədə mənimsəmədikləri üçün nəticədə Avropa əhalisi azalmağa, miqrantların sayı isə artmağa başladı. Bu isə qərb mədəniyyətinin get-gedə assimilyasiya olunmasına gətirib çıxara bilər.

 

AXC-də ilk parlament və onun sədri

1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. “Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi.

 

2-ci Dünya müharibəsi nə vaxt başlayıb və başa çatıb?

1939-45

 

Dövlət rəmzləri və onların mənaları

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bayraq suverenliyin rəmzidir.1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.Bayraq hər biri digərinə bərabər endə və üfüqi vəziyyətdə əks olunmuş üç rəngli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Qırmızı rəngli zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir olunmuşdur. Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Bayrağın eni və uzunluğu 1:2 nisbətindədir.

Azərbaycanın dövlət gerbi –Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz,ulduzun mərkəzində alov təsviri vardır.Gerbdəki ulduz bayraqda olduğu kimi eyni rəmzi mənanın – türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Kənarları qızılı rəngli zolaqla hüdudlanan səkkiz guşəli ulduz üç rəngli: yaşıl (aşağı), qırmızı (orta) və mavi (yuxarı) dairəvi zolaqların üzərində əks olunur. Bu rənglər bayraqdakı rənglərin daşıdığı eyni rəmzi mənanın ifadəsidir. Ulduzun bütün guşələri arasındakı mavi dairəvi zolağın üzərində qızılı rəngdə səkkiz kiçik nöqtə əks olunmuşdur. Mərkəzdəki iri ulduzun ortasında alov şəkli təsvir olunmuşdur. Alov ölkənin digər rəmzi adının – Odlar Yurdunun ifadəsidir. Alov həmçinin azadlığın rəmzi ifadəsidir. Bütün bunları üzərində cəmləşdirən qızılı rəngli dairə sünbüllərin və palıd budaqlarının təsvirlərindən ibarət qövsün üzərində əks olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Himni. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.Dövlət hmini AZE dövlətinin, onun müstəqilliyinin və milli birliyinin müqəddəs rəmzidir.

 

Hesen bey Agayev kimdir?

Ağayev Həsən bəy Məşədi Hüseyn bəy oğlu — ictimai- siyasi xadim, jurnalist, həkim, müəllim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavinidir.Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur.1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının
iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuşdur və bu tarixi hadisədə birbaşa iştirak etmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 1918-сi il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış,
bütün hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan
Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır. Dekabrda Parlament sədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir.
Cümhuriyyətin süqutundan sonra Tiflisə getmişdir. 19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olmuşdur.

 

Mehriban Eliyeve hansi saheler uzre Yunesconun xoşməramli səfiridir?

2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülmüşdür. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə xanım M. Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür

 

Sahdeniz 2.

2013 cu il dekabrin 17 de Bakida Sahdeniz-2 layihesi uzre yekun investisiya qerari qebul edildi ve muvafiq senedler imzalandi. Dovlet başcimiz cenab Ilham Eliyev bu hadiseni 1994cu il 20 sentyabr hadisesi ile muqayise ederek bildirmişdirki eyer 1994-cu ilde esrin muqavilesi imzalanmişdirsa biz bugun 21ci esrin muqavilesini imzalayiriq. bununla da Azerbaycan qazinin 2018 den Turkiyeye, 2019 dan Avropa bazarina catdirilacagi gozlenilir. layiheye gore 16 milyard kub metr qazin ixraci nezerde tutulur.

 

Tap layihesi.

Məlum olduğu kimi, “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP)) seçib. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin “Axpo” şirkəti irəli sürüb. Beləliklə, 10 il ərzində aparılan araşdırmalar və danışıqlar nəticəsində ideya reallığa çevrilmək üzrədir. Layihe barede saziş 30 iyun 2013 cü ildə imzalanib. Hazirda TAP-ın 3 sehmdari var- Almaniya, Isvec, Norvec.

 

O hansi olkedir ki yazili Konstitusiaya malik deyil?

Boyuk Britaniya.

 

AR Konstitusiyanın hüquqi xassələrinə neler daxildir?

– alilik

– ən yüksək hüquqi qüvvəyə malik olması

– hüquqi sistemin əsasını təşkil etməsi

– xüsusi hüquqi mühafizəsi

– qəbul edilməsi, əlavə və dəyişikliklər edilməsinin xüsusi qaydası.

 

Dovlet ve Respublika deyende ne basa dusursuz?

Respublika hakimiyyet orqanlarinin xalq terefinden secildiyi idareetme formasidir. Dovlet mueyyen erazide yaşayan ali hakimiyyet orqanlarinda temsil olunan insanlarin birliyidir.

 

Azerbaycan-Ermenistan munasibetlerinin tarixi kokleri.

Qarabağ müharibəsi — 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin davamı olmuşdur. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insane həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruzqalmışdır. Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayıb. Azərbaycan 20% ərazisi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və Rusiya, Fransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələdə uğursuz şəkildə davam edir. İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır. Müharibə illərində Azərbaycana böyük maddi və mənəvi zərər dəymiş, çoxu günahsız dinc sakin olan 30 min azərbaycanlı ermənilər tərəfindən qətl edilmiş, bir milyona yaxın insane qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə 600 məktəb, 65 peşə məktəbi və 700 səhiyyə obyekti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Ermənistandan qovulan azərbaycanlıların ilk dalğası 1988-ci yanvarın 25-də Azərbaycana yetişir. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır.Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.

 

Maliyyə nədir?

Maliyyə —  İqtisad elminin bir qolu sayılır və elmi fondların idarə edilməsi ilə məşğuldur. Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur.

 

122.Kredit nədir?

Kredit — (lat. creditum) – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.

 

Bəstəkarlar

Asəf Zeynallı, Emin Sabitoğlu, Fərhad Bədəlbəyli, Qara Qarayev, Şəfiqə Axundova, Üzeyir Hacıbəyov

Şopen-Polşa

Bethoven-Almaniya

 

Şairlər

Molla Vəli Vidad, Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Xurşidbanu Natəvan, Səməd Vurğun, Cabir Novruz, Zəlimxan Yaqub

 

Yazıçılar

Abbas Səhhət, Baba Vəziroğlu, Firidun bəy Köçərli, Əkrəm Əylisli

 

Rəssamlar

Pikasso, Mikalencelo, Səttar Bəhlulzadə, Toğrul Nərimanobəyov

 

Şahmatçılar:

Teymur Rəcəbov, Şəhriyar Məmmədov, Vüqar Həşimov, Maqnus Karlsen, Veselin Topalov,

 

Cənubi Azərbaycan şair və yazıçıları

Xətib Təbrizi, Məhəmməd Hüseyn Şəhriyar, Qətran Təbrizi, Piruz Dilənçi.

 

Azərbaycançılıq məfkurəsi-azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir. azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.

 

Prezidentin səfərləri

Belçika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfərə gəlib. Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

İsveçrə

Prezident İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olundu. İsveçrə Prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını dedi.

Rusiya

Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.

İtaliya (Bakı)

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 18-də təltifetmə mərasimi keçirilib.

Mərasimdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Prezidentin qızı Laura Mattarellanın “Şöhrət” ordeni, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesinin isə “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxunub.

Türkiyə(Bakı)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.(2018 iyul)

 

Trump-Putin görüşü

Finlandiyanın paytaxtı Helsinkidə Rusiya və ABŞ prezidentlərinin görüşü dörd saatdan çox davam etmişdir. Sonra Vladimir Putin və Donald Tramp jurnalistlərin suallarını cavablandırmışlar. Putin demişdir ki, ilk tam formatlı görüş zamanı “yaxşı söhbət etmişlər və bir-birini daha yaxşı anlamağa başlamışlar”.

Tərəflər bir çox məsələni, o cümlədən Suriyadakı vəziyyəti, İranın nüvə proqramı və Ukrayna ilə bağlı məsələləri müzakirə etmiş, ikitərəfli münasibətlərin bəzi aspektləri üzrə müəyyən razılığa gəlmişlər. Moskva Vaşinqtona xüsusi xidmət orqanları xətti ilə əlaqələrin sistem əsasında qurulması üçün antiterror üzrə işçi qrup yaradılmasını təklif etmiş, Rusiya və Amerika biznesini birləşdirəcək birgə qrupun yaradılması barədə razılıq əldə olunmuşdur.

Tramp bildirmişdir ki, danışıqların başlaması ilə Rusiya ilə pis münasibətlər aradan qaldırılmışdır: “Bizim münasibətlər heç vaxt indiki kimi pis olmamışdı, lakin bu vəziyyət dörd saat əvvəl dəyişdi”.

Amerika lideri Putini yaxşı rəqib adlandırmış və qeyd etmişdir ki, ABŞ Avropa bazarında “Şimal axını-2” qaz kəməri ilə rəqabət aparacaq.

Danışıqlarda həmçinin hər iki dövlətin Çinlə münasibətləri, Şimali Koreyanın nüvə proqramı, beynəlxalq terrorçuluğa qarşı mübarizə, ticarət və müdafiə məsələləri də müzakirə olunmuşdur.

 

“Yenilənmiş Madrid prinsipləri “

Azərbaycan prezidenti İlham Əliyev uzun müddətdir haqqında mübahisə və müzakirələr gedən yenilənmiş Madrid prinsiplərinin detallarını açıqladı. Prezident deyib ki, Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır. Məhz buna görə Azərbaycan bu danışıqlarda iştirak edir və konstruktivlik nümayiş etdirir.

İ.Əliyev bildirib ki, qeyd olunan nizamlanma prinsiplərinə əsasən ilk növbədə Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır: “Beş rayon dərhal, iki rayon – Kəlbəcər və Laçın müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulub. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir. Azərbaycan bu təkliflərlə də razılaşıb. Çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir. Çünki bütün təhlükəsizlik təminatları verilməlidir”.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçiləri Robert Bradke (ABŞ), İqor Popov(Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə (Andrzej Kasprzyk) görüşüb.
Məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Görüş zamanı Elmar Məmmədyarov qeyd edib ki, Ermənistan tərəfi «yenilənmiş Madrid prinsipləri»ndən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb:
«Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin».
Görüşdə mövcud status-kvonun həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi barədə ümumi anlayış ifadə olunub. Azərbaycan nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir.

“Nizamlanma prinsiplərinə əsasən, beş il ərzində Dağlıq Qarabağ ətrafındakı beş rayon dərhal, Kəlbəcər və Laçın rayonları isə müəyyən müddətdən sonra qaytarılır”

“Danışıqlarda Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur, bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq”

“Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir, burada bizim üçün heç bir təhlükə yoxdur, çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir”

 

Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP)təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. [1] TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

 

Şahdəniz

Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün “Şahdəniz” yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti “Şahdəniz” yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə “Britiş Petroleum” və “Statoyl” şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar.[2] Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.

Saziş sahəsi təxminən 859,8 km²-dir. 2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Hazırda platformada 4 istismar quyusu qazılmış və onlardan biri fəaliyyət göstərir.

 

TASİS/Traseka.

Avropa birliyinin MDB olkelerinde iqtisadi islahatlarin suretlenmesine yardim meqsedile 1991ci ilde TASIS proqramini tertib edib. TASIS proqrami cercivesinde TRASEKA layihesi ise 1993cu ilin mayinda tertib olunmuşdur.layihr dovletler arasinda iqtisadi,ticaret elaqelerini genişlendirmeyi ve proqramin marşutunun Avropa-Qafqaz-Asiya istiqametinde birleşdirmeyi nezerde tutur.layihenin heyata kecirilmesi sahesinde 1996ci ilin mayinda Serexsde Iran ve Merkezi Asiyanin demiryolu magistrallarinin birleşdirilmesi muhum addim oldu.1998ci il sentyabrin 7-8de Bakida umumilli lider Heyder Eliyevin teşebbusu ile tarixi Boyuk Ipek yolunun berpasi uzre TRASEKA proqrami cercivesinde beynelxalq konfrans kecirilmişdir.Tarixi ipek yolunun berpasi uzre aparilan işler Azerbaycanin dunya olkeleri ile inteqrasiyasinin daha da guclenmesine xidmet edir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir:

  • Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
  • TRASEKA üzv-dövlətləri arasında gələcək regional əməkdaşlığın dəstəklənməsi.
  • Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün TRASEKA layihlərinin geniş istifadəsi.
  • Avropa-Qafqaz-Asiya “TRASEKA” Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə optimal inteqrasiyasının dəstəklənməsi.

Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə.

Şahdəniz-2

Şahdəniz-2 Layihəsinin əhatə dairəsi

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Layihə nəticəsində ŞD Mərhələ 1 layihəsindən hazırda hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qazın hasil ediləcəyi gözlənilir. Bu, dunyanın ən böyük qaz işlənməsi layihəsindən biridir. Layihə ilə bağlı planlara körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi, iki yarımdalma qurğusu ilə 26 sualtı quyunun qazılması, 550 m suyun dərinliyində 500 km uzunluğu olan sualtı kəmərin tikilməsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü və Səngəçal terminalının genişlənməsi daxildir. İkinci mərhələyə aid olan bu işlərin ümumi qiymətinin ən azı 40 milyard ABŞ dolları olması gözlənilir. Bu, hazırda dünyada ən iri layihələrdən biri və BP-nin ən iri layihəsidir.[5]

Quruda tikinti meydançalarında və Terminalda həyata keçirilən işlərin böyük hissəsi, eləcə də boru kəmərinin və platformanın quraşdırılması işləri 2014-cü ildən başlayaraq 2017-ci ilin sonuna qədər davam edəcək. Bu dövrdə Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platforması tikiləcək. Hal-hazırda proqnozlaşdırılır ki, ilkin qaz Müqavilə Sahəsinin şimal cinahında (ŞC) quraşdırma və işəsalma işləri tamamlandıqdan sonra 2018-ci ildə təmin olunacaq. Bundan sonra 2027-ci ilə qədər qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında olan quyular (QC, CŞ, CQ və ŞŞ) mərhələlərlə tamamlanacaq və istismara veriləcək.[6]

Şahdəniz konsorsiumu 28 iyun 2013-cü ildə etdi ki, Şahdəniz Mərhələ 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir. 13 fevral 2013-də Yunanıstan, İtaliya və Albaniya hökumətləri Trans-Adriatik Boru Kəməri (TAP) üzrə hökumətlərarası saziş imazalayıb. Şahdəniz qazının Xəzər dənizindən götürülərək 4000 km məsafə boyunca nəql edilib Avropaya çatdırılması üçün bəzi mövcud infrastrukturun genişləndirilməsi və bir sıra yeni boru kəmərlərinin inşa edilməsi tələb olunur.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni parallel boru kəməri vasitəsi ilə genişləndiriləcək.

Türkiyədə Şahdəniz qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə nəql olunacaq.

  • Avropada qazı Yunanıstan və Albaniya ərazisindən İtaliyaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) tikiləcək.

“Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir. 2018-ci ildə hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq. Lakin artıq 2019-cu il üçün bu yataqdan əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub

 

TRANS-ADRİATİK BORU KƏMƏRİ – TAP

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi CQBK və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsve Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək.

2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Türkiyədə TANAP-ın rəsmi açılış mərasimlərinin keçirilməsi  Azərbaycan dövlətinin balanslaşdırılmış xarici siyasətinin qələbəsi idi. Bu siyasət imkan verir ki, ölkəmiz dünyadakı,  xüsusilə də böyük dövlətlər arasındakı siyasi gərginliklərdən kənarda qalmaqla öz iqtisadi maraqlarını təmin etsin. Belə ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi siyasi və iqtisadi sanksiyalar onun Avropa bazarlarındakı hegemonluğuna son qoymaqla bərabər, “qoca qitə”nin  Azərbaycan neft və qazına tələbatını artırıb.

 

Nabukko Vest qaz kəməri — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazpromşirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür.

 

Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu lahiyəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakışəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək. 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.

 

Bakı-Tbilisi-Ceyhan boru xətti, Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1768 kilometrdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir.

1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı.

Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir.

 

“Qondarma Erməni soyqırımı” Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır.

Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başlamışdı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə sultana suiqəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Gerçəkləşdirilən üsyanlar və Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.

Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hərşey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.

Soyrımı tanımış bütün ölkələrin sıralaması isə belədi:

  1. Flag of Uruguay.svg  Uruqvay – 20 aprel 1965, 2004, 2005
  2. Flag of Cyprus (bordered).svg  Cənubi Kipr – 1982
  3. Flag of Argentina.svg  Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007
  4. Flag of Russia.svg  Rusiya – 1995, 22 aprel 2005
  5. Flag of Greece.svg  Yunanıstan – 25 aprel 1996
  6. Flag of Canada.svg  Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004
  7. Flag of Lebanon.svg  Livan – 1997, 11 may 2000
  8. Flag of Belgium (civil).svg  Belçika – 26 mart 1998
  9. Flag of the Vatican City.svg  Vatikan – 2000
  10. Flag of Italy.svg  İtaliya – 17 noyabr 2000
  11. Flag of France.svg  Fransa – 18 yanvar 2001
  12. Flag of Switzerland.svg  İsveçrə – 16 dekabr 2003
  13. Flag of Slovakia.png  Slovakiya – 30 noyabr 2004
  14. Flag of the Netherlands.svg  Hollandiya – 21 dekabr 2004
  15. Flag of Poland.svg  Polşa – 19 aprel 2005
  16. Flag of Germany.svg  Almaniya – 16 iyun 2005
  17. Flag of Venezuela.svg  Venesuela – 14 iyul 2005
  18. Flag of Lithuania.svg  Litva – 15 dekabr 2005
  19. Flag of Chile.svg  Çili – 2007
  20. Flag of Bolivia.svg  Boliviya – 2014
  21. Flag of Brazil.svg  Braziliya – 2015
  22. Flag of Luxembourg.svg  Lüksemburq – 2015
  23. Flag of Bulgaria.svg  Bolqarıstan – 2015
  24. Flag of Austria.svg  Avstriya – 2015
  25. Flag of Syria.svg  Suriya – 2015

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

 

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması

Flag of Mexico.svg  Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.

Flag of Pakistan.svg  Pakistan 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib.

Flag of Colombia.svg  Kolumbiya 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.

Flag of the Czech Republic.svg  Çexiya 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır.

Описание: Flag of Bosnia and Herzegovina.svg  Bosniya və Herseqovina 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır.

Flag of Peru (state).svg  Peru 2013

 

Faciəni qətliam kimi tanıyan ABŞ ştatları

Massaçusets — 2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının nümayəndələr palatası.

Texas bayrağı  2011-ci ildə isə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Nyu-Cersi bayrağı  2011-ci ildə isə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Corciya bayrağı  2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Men bayrağı  Men — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Nyu-Meksiko bayrağı  2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

 

907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. İkili standartlara, bu halda ABŞ-nın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara misaldır.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verilmişdir.

Düzəlişin mətni

MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ

(A) QADAĞA – Prezident Azərbaycan Hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökümətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

 

ATƏT-in Budapeşt sammiti (4-6 dekabr 1994-cü il) 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) zirvə görüşü keçirilib. Bu, ATƏM yarandıqdan sonra dövlət rəhbərlərinin dördüncü görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi. Budapeşt Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu. 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş zirvə görüşündə Prezident Heydər Əliyevin səyi və təşəbbüsü ilə ATƏT-in Minsk konfransı həmsədrlərinin təsisatı yaradılmışdı ki, bu da vasitəçilərin fəaliyyətində əlaqəsizliyi, paralelliyi aradan qaldırmağa imkan vermiş və ATƏT üzvü olan dövlətlərin münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş səylərinin əlaqələndirilməsi mexanizmini nizama salmışdır

 

Xəzər sammitləri- Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin(Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) dövlət başçılarının IV Sammiti keçirilib. Prezident İlham Əliyev bildirib ki, 2010-cu ildə Bakıda keçirilən Üçüncü Xəzər Sammitinin yekunlarına əsasən imzalanan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini yaradıb. 2018-ci ildə Qazaxıstanda, Aktauda keçirildi. Xəzərin statusu müəyyən edildi. Konvensiya qəbul edildi. Konensiyaya görə xəzərin səthi ümumi istifadəyə verildi, dibi isə tərəflər arasında bölündü ( faydalı qazıntılar). BMT-nin dəniz hüquqlarına dair müddəaları bura şamil edilmir.

 

Lissabon samiti və Azərbaycan.

3 dekabr, 1996-cı ildə zirvə görüşü keçirilib. ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;

Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

 

İstanbul Sammiti– 1999-cu il noyabrın 18-19-da Türkiyənin İstanbul şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təskilatının (ATƏT) zirvə görüşü keçirildi. Atətin Azərbaycanda və Ermənistanda ofisləri açılması barədə razılıq əldə edildi.

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında qəbul edilmişdir. 32 maddədən ibarətdir.

 

Gümrü müqaviləsi – Türkiyə ilə Ermənistan arasında 1920 – ci il dekabrın 2 dən 3-nə keçən gecə imzalanmış sülh müqaviləsi.

Bü müqavilə Türkiyə Böyük Millət Məclisinin bağladığı ilk beynəlxalq müqavilədi.

Bu müqavilə 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalı idi. Müqavilə 18 maddədən ibarət idi.

Müqavilənin şərtlərinə əsasən Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan respublikası ilə Türkiyə arasında sərhəddi də müəyyən edirdi.

Bu müqavilənin şərtlərinə əsasən Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orudya malik olmalı və bu ordu 8 ədəddən çox topa malik ola bilməzdi, pulyemyotların isə maksimal sayı 20 dən çox ola bilməzdi.

Ermənistan “Sevr müqaviləsi”nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ – dan qeri çağırmağı öz üzərinə götürürdü.

Həmçinin Ermənistan hökuməti Türkiyəyə qarşı, və yaxud Türkiyənin maraqlarına zidd olan bütün müqavilələri, qüvvədən düşmüş elan edirdi.

Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə alırdı və Ermənistan ərazisində “hərbi tədbirlər görmək” imkanını əldə edirdi.

 

“Heydər Əliyev” ordeni Azərbaycanın vətəndaşlarına aşağıdakı hallarda verilir:
1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;
2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət məna- felərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə
görə.
“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.
“Heydər Əliyev” ordeni əcnəbilərə aşağıdakı hallarda verilir:
1. Azərbaycan qarşısında görkəmli xidmətlərinə görə;
2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndi-
rilməsində xüsusi xidmətlərinə görə;
3. Azərbaycan ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf
etdirilməsində xüsusi xidmətlərinə görə.

 

“İstiqlal” ordeni Azərbaycan vətəndaşlarına aşağıdakı hallarda verilir:
1. Azərbaycanda milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə;
2. Azərbaycanın dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;
3. Azərbaycanın milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə

 

“Şərəf” ordeni Azərbaycanın vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda verilir:
1. Azərbaycanın dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
2. Azərbaycanın milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;
3. İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;
4. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.

 

“Şöhrət” ordeni Azərbaycanın vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda verilir:
1. İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi
xidmətlərinə görə;
2. Sülhün və xalqlar arasında dostluğun möhkəmkəndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
3. Sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;

4. Elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə
görə.

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) (ing. Organization of the Black Sea Economic Cooperation) – 4 iyun 1992-ci ildə təsis edilmiş təşkilat. 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranmışdır. istanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə Başçıları tərəfindən Bosfor Bəyənatı da imzalanmışdır. Bu Bəyənat İstanbul Bəyənnaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. üzv dövlətlər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər: Ticarət və iqtisadi inkişaf, Bank işi və maliyyə, Kommunikasiya, Enerji, Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye, Səhiyyə və farmaseptika, Ətraf mühitin qorunması, Turizm, Elm və Texnika,Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq.

Üzvlər ölkələr 12 dövlətdən ibarətdir. Təşkilatda müşahidəçilər: Misir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, İsrail, Polşa Respublikası, Tunis Respublikası, İtaliya Respublikası, Avstriya Respublikası, Slovak Respublikası, Fransa Respublikasıdır. Müşahidəçilik müddəti 2 ildir. Təşkilatın Ali Orqanı — Xarici İşlər Nazirləri Şurasıdır.

 

Avropa Birliyinin Şərq tərəfdaşlığı və Azərbaycan.

Şərq Tərəfdaşlığı – Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova,Belorusiya və Ukrayna.

“Şərq Tərəfdaşlığı” proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir.

 

Beynelxalq huququn 10 esas normasi.

Müasir beynəlxalq hüququn 10 əsas prinsipi–norması vardır.
Bunlardan 7-si BMT-nin Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır:
1)Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
2)Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
3) Dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;

4) Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;
5) Xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək prinsipi;
6)Dövlətlərin suveren bərabərlik prinsipi;
7) Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi.
Avropada Təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il 1 avqust tarixli Yekun aktı ilə bura daha 3 prinsip əlavə olunmuşdur:
1)Sərhədlərin toxunulmazlığı prinsipi;
2) Dövılətlərin ərazi bütövlüyü prinsipi;

3)əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.

 

Qars muqavilesi.

Moskva muqavilesini tamamlamaq meqsedile 1921 ci il oktyabrin 13 de Qarsda muqavile imzalandi.muqavileyle Naxcivanin Azerbaycanin erazisi olmasi bir daha tesdiqlendi, onun serhedleri ve gelecek statusu qeti olaraq mueyyenleşdirildi. Bununla da Naxcivani Ermenistana birleşdirmek plani iflas etdi.Lakin 1929-1931 ci illerde Ordubad ve Zengilan rayonlarinin bir sira kendleri Ermenistana verildi ve bu erazide Mehri rayonu yaradildi. Neticede Naxcivanla Azerbaycanin diger torpaqlari arasinda olan serhed baglandi.

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT (2011-ci ilə qədər — İslam Konfransı Təşkilatı (İKT)); ing. Organisation of Islamic Cooperation (OIC),  1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir.

 

Azərbaycan–İƏT əlaqələri

Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İKT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

sonra yaranıb.

 

Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul edib. Hər bir qətnamə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul olunub. Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edən bu dörd qətnamədə dərhal atəşkəsin elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələbləri irəli sürülüb.qətnamələrin müddəaları indiyədək yerinə yetirilməyib.

 

AZƏRBAYCAN-GÜRCÜSTAN

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur[2].

1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.

Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ – 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:

Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi

Qafqazda nisbi siyasi sabitliyin yaranması

Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi

Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəmərini işə salındı.

 

Azərbaycan-Rusiya

ki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur[1].

Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir.

Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.

Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb. Azərbaycan Respublikasına Rusiya Prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti D.A.Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri Rusiya-Azərbaycan münasibətlərinin inkişafının sürətlənməsinə güclü təkan verib.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev – “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə”.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Qazprom” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller – “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Saziş”.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnev – “Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş”

 

Azərbaycan-İran

İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir – birlərinə yüksək səviyyədə maraq göstərib. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar RespublikasıAli Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamneyi, prezidenti Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb. Azərbaycan-İran ikitərəfli münasibətlərində iqtisadi əlaqələrin xüsusi çəkisi var. 1992-ci ildən indiyədək iki ölkə arasında imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə edir. İran Azərbaycanın neft-qaz və neft-kimya sənayesində, bu məhzulların ixracında, sərmayə qoyuluşunda maraqlıdır. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişində İranın NICO şirkəti 10 faiz paya malikdir. Ticarət, energetika, sənaye, tranzit və digər sahələrdə iki ölkə arasında mövcud iqtisadi münasibətlər bir-birini tamamlayır. 1993-cü ildən Bank Melli İranın Bakı filialı fəaliyyət göstərir.

 

AZƏRBAYCAN-TÜRKİYƏ

SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycan və Türkiyə arasında ilk diplomatik əlaqələr quruldu. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. 1991-ci ilin noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci ilin yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr qurulub.

Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildi

Səfirliklər və konsulluqlar

Azərbaycanın Türkiyədə:

  • Ankarada Azərbaycan səfirliyi
  • İstanbulda General-Konsulluq
  • Qarsda General-Konsulluq

Türkiyənin Azərbaycanda:

  • Bakıda səfirlik
  • Naxçıvanda General-Konsulluq

13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınıb və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyatakeçirilib.
1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensat yatağı aşkar edilməsi ilə Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradıldı. 2001-ci il martın 12-də Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə”imzalandı.
2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi.
2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında imzalanan müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır.
2020-ci illə qədər tamamlanması nəzərdə tutulan TANAP və TAP layihələri isə Şahdənizdən hasil ediləcək iri həcmli qazın Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli başqa layihələr də həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlanmasıdır.

 

2017-ci ilin Əsas hadisələri

2017-ci il İslam Həmrəyliyi ili.

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb.

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi

Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin edildi

“Bakı Gəmiqayırma Zavodu”nun istehsalı olan “Xankəndi” gəmisi suya buraxıldı

Cocuq Mərcanlı kəndi bərpa olundu

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi

UNESCO dolma və kamançanı Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil etdi

ABŞ prezidenti Donald Trampın inauqurasiyası

Fransada prezident seçkiləri

Sankt-Peterburq terroru(metro)

Nyu-York terroru(yük maşını)

İranda zəlzələ

ABŞ-ın Qüdsü İsrailin paytaxtı tanıması

 

2018-Cİ İLİN ƏSAS HADİSƏLƏRİ

Formula 1,

Prezident seçkiləri

AXC 100 illik

Hərbi parad

Dünya Çempionatı

Gəncə hadisələri

Mingəçevir Elektrik Stansiyasında partlayış

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra ordumuz tərəfindən azad olunub. 11 min hektar ərazi.

Qəbələ beynəlxalq musiqi festivalı (avqust)

Tacikistan Prezidentinin səfəri

 

Dünya üzrə: Türkiyə seçkiləri, Türkiyənin “Fərat qalxanı və afrin əməliyyatları”, Trump-Putin Görüşü (Helsinki), Cənubi-Şimali Koreya Prezidentlərinin görüşü, Yunanıstan meşə yanğınları, ermənistanda iğtişaşlar. ABŞ-Türkiyə münasibətləri, Venesuela prezidentinə sui-qəsd, afrin əməliyyatı, fərat qaxlanı əməliyyatı

 

Zeytun budağı əməliyyatı və ya Afrin əməliyyatı, Afrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) – 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Afrin bölgəsinə doğru başladılmış hərəkat.[27][28] Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən “terrorçu” ünsürləri məğlub etməkdir.[29] İraq Şam İslam Dövlətininbölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Afrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır

 

Daşaltı əməliyyatı- Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat. 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

 

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub

 

Fərat Qalxanı Əməliyatı ve ya Cerablus döyüşü – İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. 24 avqust 2016  Dövlət rəsmilərinin məlumatına görə qısa müddət ərzində 294 top atəşi həyata keçirilmiş və 81 hədəf məhv edilmişdir. ABŞ havadan əməliyyatı dəstəkləyəcəyini bəyan etmişdir. 27 avqustda Azad Suriya Ordusu Cerablus bölgəsinin cənub-qərbində Elvaniyə, Kamir (Haymar) və Aşağı Karakuyu kəndlərini İŞİD-dən təmizlədi.

 

Prezident Seçkiləri– Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan VIII rəsmi ümumilli seçki. 2018-ci ilin aprel ayının 11-də keçirilib. YAP-dan İlham Əliyevin, BAXCP-dən Qüdrət Həsənquliyevin, MDHP-dən Fərəc Quliyevin, MMP-dən Hafiz Hacıyevin namizəd olacağı gözlənilir. Azərbaycan Liberal Demokrat Partiyasının 2017-ci il 12 aprel tarixində keçirilən qurultayında, partiyanın sədri Fuad Əliyevin prezidentliyə namizədliyi elan olunub. Nəticə- İlham Əliyev-86.03 % (3 397 664 səs)

 

Birinci dünya müharibəsi (28 iyul 1914 — 11 noyabr 1918) — bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə “Böyük müharibə” (ing. The Great War, fr. La Grande guerre) və ya “Dünya müharibəsi” adlandırılmışdır.

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: “Antanta”da İngiltərə, Fransavə Rusiya, “Üçlər ittifaqı”nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçir) var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə oldu

 

İkinci dünya müharibəsi — XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşayahücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki baş verən hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.

İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.

2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.

Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən “soyuq müharibə”yə başladılar.

Müharibə 1945-ci ildə Antihitler koalisiyası-nın qələbəsi ilə başa çatdı. Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrikavə Asiyada azadlıq uğrunda hərəkatlar başlanırdı.

 

Dünya Azərbaycanlılarının Qurultayı — Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir.

I Qurultay

Dünya Azərbaycanlılarının ilk Qurultayı  2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.

II Qurultay

Dünya Azərbaycanlılarının ikinci Qurultayı 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.

III Qurultay

2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilmişdir.Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edilib. Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılıb. Azərbaycan prezidenti İlham Əliyevyenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilib. Əlaqələndirmə Şurası üzvlərinin sayı 107-dən 115-ə çatdırılıb.

IV Qurultay

2016-cı ilin İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir..

Daha sonra qurultay gənclər , informasiya müharibəsi və sairə mövzularda panel müzakirəsi ilə davam etdirilmişdir.  “Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri”, “Keçmişin təcrübəsi və müasir düşüncə – Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya”, “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində”, “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzularında da panel iclasları keçirilmişdir.

İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etmişlər.

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən).

Həmçinin, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2003-cü il avqust-noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

 

Mehriban Əliyeva (tam adı: Mehriban Arif qızı Əliyeva) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti[1][2]; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri.

 

Aprel döyüşləri  və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.[22] Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonununMadaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.Aprel döyüşləri milli qəhrəmanları: Murad Mirzəyev Samid Gülağa oğlu İmanov Şükür Nəriman oğlu Həmidov

 

“Heydər Əliyev” ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi. Jak Şirak, Abdullah Gül, Rostoprovic, Rəcəp Tayyib Erdoöan, Mehriban Əliyeva, Sercio Mattarella(2018) təltid ediliblər.

 

Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür. Hacıbala Abutalıbov, İlham Əliyev, Allahşükür Paşazadə, Tahir Salahov, Mübariz İbrahimov, Mehriban Əliyeva (2015).

 

Repressiya qurbanları:

H.Cavid M.Müşfiq,Ə.Nəzmi, Ə.Cavad,məhsuldar ədib və alim Y.V.Çəmənzəminli Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Abbas Mirzə Şərifzadə,Əmin Abid, Ömər Faiq Nemanzadə,

 

Azərbaycanın milli telekommunikasiya peyki və ya Azerspace – 2012-ci ilin iyununda də Azərbaycan Respublikası tərəfindən telekommunikasiya məqsədü üçün kosmosa çıxarılan texniki qurğu. Milli peyk ölkəyə keyfiyyətli və etibarlı əlaqələr təşkil etmək və teleyayım imkanı verməklə yanaşı, rabitə kanallarının sayını da artıracaq.

 

Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın “Orbital Sciences Corporation” şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-ci il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır.

 

Azerspace-2 (ing. Azerspace-2 Satellite) — Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2”, Amerikanın “Space Systems Loral” (SSL) şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-2 peyki orbitə 2018-ci il tarixində, Fransız Qvianasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılması nəzərdə tutulur

 

Heydər Əliyev Fondu — qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Fond Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmışdır.

Fondun rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.

 

Azərbaycan Respublikasının Hərbi doktrinası

Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli 1029-IIIQR nömrəli Qərarı ilə təsdiq edilmişdir .

“Azərbaycanın Hərbi Doktrina layihəsində Ermənistan təcavüzkar tərəf kimi göstərilib. Eyni zamanda bu təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox böyük risklər öz əksini tapıb”.

Hərbi doktrinanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəd olduğu bildirilir,

 

Mayndorf beyannamesi.

2008ci il noyabrin 2de Azerbaycan,Rusiya ve Ermenistan prezidentlerinin goruşlerinin neticelerine esasen qebul edilen Mayndorf beyannamesine gore Dagliq Qarabag munaqişesi hellini merheleli şekilde tapmalidir ve başga olkenin erazisinin işgali yolverilmez oldugundan Azerbaycanin torpaqlari azad edilmelidir.Beyannamede xususen qeyd edilibki munaqişenin nizamlanmasi beynelxalq huququn prinsipleri,elece de bu cercivede qebul edilmiş qerar ve senedler esasinda regionda iqtisadi inkişaf ve herterefli emekdaşliq ucun elverişli şerait yaradacaq.

 

Referendum.

Latin sozu olub melumat verirem,meruze edirem demekdir ve ilk defe 1739-cu ilde isvecrede kecirilmisdir. Azerbaycanda referendum ilk defe 1991-ci il martin 17-de ssri-nin saxlanmasi ile elaqedar kecirilib. 1991-ci ilde dekabrin 29-da AR-sinin dovlet musteqilliyi ile elaqedar; 1993-cu ilde avqustun 29-da prezident Elcibeye etimad gosterilmesi ile bagli; 1995-ci il noyabrin 12-de AR-sinin Konstitutsiyanin qebulu ile bagli; 2002-ci avqustun 24-de ve 2009-cu ilin martin 18-de AR-nin Konstitutsiyasinda deyisikliklerle bagli.

 

Dağlıq Qarabağ Muxtar Vilayəti .

Azərbaycan SSR-in dağlıq Qarabağ bölgəsində 1923-1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahididir. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb. Ermənistan və Azərbaycan SSR arasında 1987-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir. 26 noyabr 1991-ci ildə Azərbaycan Parlamenti DQMV-nin muxtariyyət statusu ləğv edir və onun ərazisini qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürür.Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran rayonu, Hadrut rayonu, Mardakert rayonu, Martuni rayonu, Şuşa rayonu və vilayət tabeli Stepanakert şəhəri daxil idi.

 

Azerbaycan Respublikasinin Prezidenti umumi,beraber ve birbasa secki huququ esasinda serbest,gizli ve sexsi sesverme yolu ile secilir.umumi,beraber,birbasa,serbest,gizli ve sexsi deyende ne basa dusursuz?

CAVAB: Umumi secki – secki sistemidir və secki huququ prinsipdir. Bu prinsiple olkenin butun secmek huququ verilen vetendaslarına fəal seçki huququ verilmisdir.

Beraber secki huquq – secicilere verilen huquqdur. Seciciler arasında hec bir ayrı-seckilik qoyulmur.Birbasa secki hüququ ile seciciler prezidentliye namizedleri birbasa secirler. Bu secki sistemi de en demokratik usuldur. Birbasa seckinin neticeleri secicilerin verdiyi seslerin sayindən asılı olaraq qəbul edilmis secki sistemine uygun mueyyen edilir.

Serbest secmek o demekdir ki, yeni seçici istediyi namizede ses vermekdə azaddır.

Sexsi ve gizli ses verme ise o demekdir ki, secici sexsin namizede ozu səs vermelidir. Secicinin evezine kiminse ses vermesine yol verilmir.

 

Türçülük, müasirlik, demokratiklik şurıyla ilk dəfə kim çıxış edib?

Əli Bəy Hüseyinzadə.

 

Əli bəy Hüseynzadə hansı jurnalın rəhbəri olub?

Füyuzat. 1 noyabr 1906 cı il. İctimai jurnal.

 

Celil Memmedquluzade hansi jurnalin rehberi idi?

Molla nəsrəddin.

 

Molla nəsrədinçilərlə fuyuzatçilar arasinda ferq nedi?

Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində,xüsusən də dil məsələlərində fərqlənir.1-ci lər realizimi, 2-ci lər isə neoromantizimi tərənnüm edirdilər.Molla Nəsrəddinçilərdə sənət xalq üçündür anlayışı əsas idi,sadə xalq dilində yazırdılar.Füyuzatçılar isə romantik idilər qəliz dildə,ərəb-fars ağırlığı dilində yazırdılar,sənət sənət üçündür məsələsini müdafiə edirdilər.

 

20 ci esrin bestekarlari?

Üzeyr Hacıbəyov; Fikrət Əmirov; Tofiq Quluyev; Ələkbər Tağıyev.

 

Azerbaycanda operanin banisi kim olub?

Üzeyr Hacıbəyov.

 

Postsovet olkelerinin hansinda bizdeki Qarabag problem kimi problem var? hansi olkede hansi erazi?

Ukrayna-Krım; Gürüstan-Abxaziya; Moldova-Dnestryani.

 

Azerbaycanin sulhmeramli quvveleri hansi olkelerde olub?

İraq, Əfqanıstan, Kossovo.2008 ci ildə Kossovo müstəqil olub və sülhməramlılar vətənə qayıdıb.İraqdakılarda qayıdıb.

 

Azerbaycan Kosovonun musteqilliyini taniyirmi?niye?

Tanımır.Çünki AZ -da da eyni problem var, yəni Qarabağ münaqişəsinə görə.

 

Cumhuriyyet dovrunde yaradilan general qubernatorluglar hansilardi? Ne zaman yaradilib? General qubernatorlari kim olub?

Qarabağ general-qubernatorluğu 1919 cu il 15 yanvarda Xosrov bəy Sultanovun başçılıqı ilə yaradılıb.Cavanşir,Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edir.

Naxçıvan general-qubernatorluğu 1919 cu il 28 fevralda Səməd bəy Cəmilinskinin başçılıqə ilə yaradılıb.

 

2008 ci ilde Rusiya ile Gurcustan hansi erazi uzerinde muharibe edirdi?

Cənubi Osetiya, Abxaziya.

 

UNESCO terefinden “Dunyanin sulh artisti” adina layiq gorulmush Azerbaycanli bestekar xanim kimdir?

Görkəmli Azərbaycan bəstəkarı və pianoçusu, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə YUNESKO-nun “Sülh artisti” fəxri adına layiq görülmüşdür.

 

ÜDM

Ümumi daxili məhsul (Gross Domestic Product, GDP) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.

ÜDM-in tərifində olan əsas prinsiplər: ikiqat (təkrar) uçotun yolverilməzliyi; gəlirlərin yenidən bölüşdürülməsinin nəticəsi olmayan, lakin məcmu buraxılışın ölçüsünü dəyişənin uçotu; yalnız həmin il istehsal olunan məhsulun əks etdirilməsi.
REAL VERSUS NOMINAL GDP
Beləliklə, ÜDM -a istehsal olunan bütün əmtəə və xidmətlərin bazar qiyməti daxil edilir. Əgər bir il üzrə onların istehlak göstəricisi yüksələrsə bunun iki izahı ola bilər: (1) iqtisadiyyatda istehsalın artımı müşahidə olunur; (2) əmtəə və xidmətlər daha baha qiymətlərlə satılmağa başlamışdır.
Iqtisadçılar ÜDM-un artımını təhlil edərkən hər iki səbəbin təsirlərini dürüst müəyyənləşdirməyə və qiymətlərin artmasından asılı olmayaraq istehsalın əslində nə qədər artdığını müəyyən etməyə cəhd göstərirlər. Bunun üçün «Bu il istehsal olunan əmtəə və xidmətlərin dəyəri keçən ilin qiymətləri ilə hesablanarsa, onun göstəricisi nəyə bərabər olacaqdır?» fərziyyə xarakterli suala cavab verməyə imkan verən real ÜDM-un göstəricisindən istifadə olunur. Belə yanaşma qısa dövr ərzində iqtisadi artımın müqayisəli təhlilini etməyi imkan verir.
Real ÜDM-un müəyyənləşdirilməsini daha yaxşı başa düşmək üçün aşağıdakı hesab misalını nəzərdən keçirək:
Məhsulların əldə olunmasına çəkilən xərclərin ümumi məbləğini hesablamaq üçün hər növ məhsul miqdarının uyğun olaraq həmin məhsulun birinin qiymətinin göstəricisinə hasillərinin cəmini tapmaq lazımdır. Belə ki, əgər 2001-ci ildə uyğun olaraq  biri 1 $ və 2 $-a satılan 100 hot-doq və 50 hamburger istehsal olunmuşdursa, bu zaman əhalinin onların əldə olunmasına çəkilən xərcləri 200$ -dan ibarət olmuşdur. Mövcud qiymətlərdə ifadə edilmiş istehsal olunmuş əmtəə və xidmətlərin dəyərinin belə göstəricisi nominal ÜDM adlanır.
Cədvəldə nominal ÜDM-un 2001-ci ildə 200 $-dan 2002-ci ildə             600 $-a və 2003-cü ildə 1200 $-a qədər artması barədə məlumatlar  verilmişdir. Nominal ÜDM-un artımına müəyyən dərəcədə məhsul buraxılışının artımı və müəyyən dərəcədə qiymətlərin dəyişməsi səbəb olmuşdur.
Qiymətlərin səviyyəsindən asılı olmayaraq istehsal olunan məhsulun həcminin qiymətləndirilməsi üçün bazis adlanan müəyyən dövrün sabit qiymətlərilə hesablanan yaradılmış əmtəə və xidmətlərin dəyərini əks etdirən real ÜDM anlayışından istifadə edəcəyik. Beləliklə, bazis dövrünün qiymətlərindən istifadə müxtəlif illərin məhsul buraxılışı həcminin kəmiyyətcə müqayisəsinə imkan yaradacaq.
Göstərdiyimiz misalda bazis ili kimi 2001-ci ili qəbul edərək və hot-doq, hamburgerlərin məhsul buraxılışının uyğun həcmlərinə onu vurmaqla 2001, 2002 və 2003-cü illərdə real ÜDM-un göstəricisini müəyyən edəcəyik. Nəticədə 2001-ci ildə 200 $-dan, 2002-ci ildə 350 $-a və 2003-cü ildə 500 $-a  qədər ÜDM-un real artımını müəyyən edəcəyik, bu isə məhsul buraxılışı həcminin ümumi artmasını göstərir, çünki müqayisə eyni qiymətlərlə aparılmışdır.
Beləliklə, nominal ÜDM mövcud qiymətlərlə, real ÜDM isə bazis dövrün qiymətlərilə istehsal olunmuş əmtəə və xidmətlərin ümumi dəyərini əks etdirir. Real ÜDM –un göstəricisi qiymətlərin dəyişməsinin təsirinə məruz qalmadığı üçün onun istehsalın artımının ölçülməsi üçün istifadə etmək olar.
Iqtisadiyyatın səmərəlilik səviyyəsinin müəyyənləşdirilməsi üçün ÜDM-un müxtəlif hesablanma üsullarını nəzərdən keçirdik. Real ÜDM-a əmtəə və xidmətlərin istehsalının faktiki həcmi daxil olduğu üçün o, iqtisadiyyatın əhalinin təlabatını ödəmək imkanlarını nominal ÜDM-a nisbətən daha çox əks etdirir. Lakin söhbət istehsalın artımında dəyişikliklərdən gedirsə, adətən əvvəlki dövrlə müqayisədə real ÜDM-un dəyişməsinin faizlə ifadə olunmuş göstəricisi istifadə olunur.

ÜDM-un  deflyatoru
THE GDP DEFLATOR
Nominal və real ÜDM-un köməyilə qiymətlərin mövcud səviyyəsinin bazis dövrünün qiymətlər səviyyəsinə münasibətini əks etdirən daha bir mühüm iqtisadi göstəricini — ÜDM-un deflyatorunu hesablamaq mümkündür.  Başqa sözlə desək, ÜDM-un  deflyatoru istehsal həcmlərinin deyil, qiymətlərin nisbi dəyişməsini xarakterizə edir.  O, aşağıdakı kimi hesablanır:
ÜDM-un  deflyatorunu = (Nominal ÜDM / Real ÜDM ) x 100
Düstur nə üçün ÜDM-un  deflyatorunun məhz qiymət dəyişikliklərini əks etdirdiyini aydın göstərir – istehsal həcimlərində dəyişikliklər olmadan əmtəə və xidmətlərin dəyərlərində istənilən dəyişikliklər yalnız real deyil, nominal ÜDM-un göstəricisinə təsir göstərir.
Bizim misalda ÜDM-un  deflyatorunun hesablanması Cədvəl 21.2-də verilmişdir. O, 2001-ci ildə 100-ə, 2002-ci ildə 171-ə bərabər olmuşdur. Bu o deməkdir ki, nəzərdən keçirilən dövr ərzində qiymətlər 71% artmışdır.
ÜDM-un  deflyatorundan başqa istehlak qiymətləri indeksi adlanan qiymətlərin artımını ölçən digər  göstərici mövcuddur. Onun haqqında sonrakı fəsildə söhbət açacağıq

 

TƏDİYYƏ BALANSI və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyə balansı bir ölkədə hər-hansı bir müəyyən vaxt ərzində xaricdən daxil olan ödənişlər və həmin ölkənin xaricə göndərdiyi pul ödənişləri  arasındakı nisbətdir.

Daxil olan pul, ödəmələrdən artıq olduqda tədiyyə balansı aktiv, əskik olduqda isə passiv adlanır. Yəni daha doğrusu, daxil olan pul ödəmələrdən artıq olduqda müsbət saldo, əksinə olduqda isə mənfi saldo adlanır. Tədiyə balansının passiv qalığı adətən, öz valyuta hesabına, ya da xarici istiqraz, kreditlərin və idxal edilmiş  xarici kapitalın köməyilə ödənilir.

 

Devalvasiya– bir ölkənin öz valyutasının dəyərini digər ölkə valyutalarına nisbətdə azaltmasıdır.

Devalvasiya Dövlət tərəfindən ölkə iqtisadiyyatına edilmiş müdaxilədir. Devalvasiyanın ən önəmli tətbiq edilmə səbəbi iqtisadiyyatın xarici ticarət balansında mənfi saldonun olmasıdır.

Nəticələri:

İxracat artar, idxalat azalır.

Xarici ticarətdə mənfi saldosu sıfıra enir və ya qəbul edilə biləcək səviyyəyə gəlir.

İxracatın artması ilə milli gəlirə əlavə dəyər qazandırılır

 

Revalvasiya-Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən bahalaşması prosesidir.

 

İnflyasiya, bir ölkədəki mal və xidmətin satın aldığımız qiymətinin davamlı olaraq artım göstərməsidir. İnflyasiya məhsul və xidmətlərə olan tələbin qarşılanmaması nəticəsində meydana gəlir. Deflyasiya qiymətlərdə ümumi mənada davamlı eniş olduğu zamandır. İnflyasiyanın tərsi olaraq qəbul edilir.

Hiperinflyasiya qiymətlərdə ümumi 200%-dən artıq yüksəlişin olduğu və tarixdə daha da üst səviyyələrin görüldüyü (1923-cü ildə Almaniya iqtisadiyyatında yaşanan 2500%-lik inflyasiya nisbəti hiperinflyasiyaya ən yaxşı nümunədir) bir iqtisadi böhrandır

Stagflyasiya iqtisadiyyatın ən çox qorxduğu hər mənfiliyi ilə üst-üstə gəldiyi, yəni, yüksək işsizlik və inflyasiyanın iqtisadi durğunluq ilə birləşdiyi vəziyyətdir.

Səbəbləri:

    1. Satın alma gücünün çox olduğu və bazardakı məhsulların isə az olduğu vəziyyətlərdə ortaya çıxır. Yəni, tələbin təklifdən daha çox olduğu vəziyyətlərdir.
    2. Şirkətlərin xərcləri artdıqda mənfəət marjasını qorumaq üçün qiymət artırmaq lazımdır. Artan xərclər idxalın ödəniş, vergi və ya gözlənilməz xərclər kimi vəziyyətlər ola bilər.

Antiinflyasiya siyasəti:

  1. aktiv büdcə siyasəti-dövlət öz xərcini azaldır və vergini artırır.  Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi baş verə bilər
  2. pul-kredit siyasəti
  3. inzibati mübarizə yolu-əmək haqqının məhdudlaşdırılması siyasətidir

İnflyasiya ilə mübarizə metodları birbaşa və dolayısı ola bilər.

Dolayısı metodlar:

1.ümumi pul kütləsinin mərkəzi bank tərəfindən tənzimlənməsi;

2.komersiya banklarının ssuda və hesabatlarının mərkəzi bank tərəfindən tənzimlənməsi;

3.Komersiya banklarının əsas ehtiyatları mərkəzi bankın açıq qiymətli kağızlar bazarında hərəkəti.

Birbaşa metodlar:

1.dövlət tərəfindən birbaşa kreditlərin və pul kütləsinin tənzimlənməsi;

2.dövlət qiymət tənzimlənməsi;

3.əmək haqqının dövlət tərəfindən tənzimlənməsi;

4.dövlət tərəfindən daxili ticarət, idxal və ixrac kapitalının və valyuta kursunun tənzimlənməsi.

 

Deflyasiya inflyasiyanın əksi olaraq, mal və xidmətlərin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir.

 

20-ci əsrin yazıçı və şairləri.

Cavab: Cəfər Cabbarlı, Əhməd Cavad, Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşviq, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Məhəmmədhüseyn Şəhriyar, İlyas Əfəndiyev, Süleyman Rüstəm və s.

 

Əkinçi qəzeti haqqında.

Cavab: “Əkinçi” — Azərbaycan dilində işıq üzü görən ilk milli qəzetdi.  1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən Əkinçi qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdü. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu; baş redaktoru Həsən bəy Zərdabi idi.

 

Müstəqillik gününün tarixi və niyə o gün?

Cavab: XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

 

Molla Nəsrəddin jurnalı haqqında.

Cavab: Molla Nəsrəddin — Azərbaycan dilində satirik, populyar jurnal. İlk sayı 1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.Baş redaktoru C.Məmmədquluzadə idi.

 

1918-ci il 29 may tarixi haqqında.

Cavab: Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı.

 

Qoşulmama hərəkatı haqqında.

Cavab: Qoşulmamaq Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu hərəkat 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb.2011 de Azerbaycan da uzvu olub.

 

Madrid prinsipi haqqında.

Cavab: Madrid prinsipləri – Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan, sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon, Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır.

Geri qaytarılması nəzərdə tutulan rayonlar. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon qeri qaytarılmalıdır. Qeri qaytarılması nəzərdə tutulan rayonlar, aşağıdakı şəkildə sıralanmışdır:

  • Ağdam
  • Füzuli
  • Cəbrayıl
  • Zəngilan
  • Qubadlı
  • Laçın rayonunun 13 kəndi.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

1920-ci ilə qədər Azərbaycanın görkəmli qadınları.

Cavab: Azərbaycan qadının fəal rolu müxtəlif əsərlərdə öz əksini tapıb: “Avesta”da ilahə Anahit (e.ə. III minillik), “Dədə Qorqud”da Burla Xatun, Selcan xatun, Banu Çiçək (e.ə.VI-VIII əsr), “İskəndərnamə”də Nüşabə; Koroğlunun həyat yoldaşı Nigar xanım; Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan kimi şairlər, xalq qəhramanı.Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım; ilk azərbaycan yazıçısı Şəfiqə Əfəndizadə, general A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskaya və başqaları.

 

Azərbaycanın tarixi torpaqları

Cavab: Şimali Azerbaycan torpaqlar (i$gal altìnda olan torpaqlar(Qarabag torpagì),Daha önce i$gal olunan torpaqlar Zengezur,Göyçe ve s),Qerbi Azerbaycan (indiki Ermenistan),Dagìstanìn cenub rayonlarì (Zencandan Derbende qeder),Gürcüstanìn Alazan (Qanìx) vadisi,Kür-Araz çaylarì arasìndakì torpaqlar,Azerbaycanìn cenub torpaqlarì,Erdebil, Təbriz və s.

 

Mehriban Eliyeve hansi saheler uzre Yunesconun xosmeramli sefiridir?

2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülmüşdür. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə xanım M. Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür

 

Vetendasliq dedikde ne basa dusursuz?

__Vətəndaşlıq dövlət ilə insan arasında davamlı hüquqi əlaqədir.

 

Konstitusiyanin esas subyetktleri kimdir?

dovlet ve xalq

 

BMT Nizamnamesinde ve 1970 ci il tarixli “Beynelxalq huququn prinsipleri haqqinda” beyannamde xalqlarin huquq beraberliyi ve oz muqqedderatini helle etmek prinsipi oz eksini tapmsidir.Sualim beledir: Bu prinsip Dagliq Qarabaga da aid edilirmi? edilise niye edilmirse niye? izah edin:

qetiyyen Daglig Qarabaga tetbiq oluna bilmez.Evvela ona gore ki, Dagliq Qrabagda yasayan ermenilere xalq statusu verile bilmez. Onlar etnik cehetden ermeni etnik menseyine mensub Azerbaycan erazisinde mueyyen bir icmaya aid Azərbaycan əhalisinin bir hissəsidir.Ermeniler bir xalq kimi, beynəlxalq huququn qeyd olunan prinsipine uygun olaraq, oz muqedderatini teyin ederek musteqil dovletleri olan Ermenistani yaradiblar.Dagliq Qarabagda yasayan ermeniler ise oz muqedderatni serbest teyin ederek musteqil dovlet yaratmag hququqna malik deyiller.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya nə zaman və harada imzalanmışdır?

12 avqust 2018-ci il tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalamışlar Xəzəryanı ölkələrin xarici işlər nazirləri tərəfindən 04-05 dekabr 2017-ci il tarixlərində Moskva şəhərində keçirilən müşavirəsində razılaşdırılmışdı. Konvensiyanın mətni rus, fars və ingilis dillərində tərtib edilmişdir.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyadan irəli gələn digər hansı mühüm sənədlər imzalanmışdır?

Zirvə toplantısında Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər – Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləriarasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanmışdır.

 

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi yolunda əsas mübahisələr tarixən nədən ibarət olub?

Xəzərin hüquqi statusu məsələsinə hər bir Xəzəryanı dövlət tarixən fərqli yanaşıb və bu zaman dövlətlər daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykəniblər. Məsələn, İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması həmişə digər ölkələr tərəfindən etirazla qarşılanıb. İran hər zaman 1921 və 1940-cı illər müqavilələrinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edib və Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarı olub. Türkmənistan tərəfi isə 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

 

1990-cı illərə qədər Xəzər dənizinin hüquqi statusunu hansı müqavilələr müəyyən etmişdir?

Aşağıdakı müqavilələrlə müəyyən edilmişdir:

Gülüstan müqaviləsi (12 oktyabr 1813-cü il);

Türkmənçay müqaviləsi (10 fevral 1828-ci il);

Sovet Rusiyası və İran arasında 26 fevral 1921-ci il tarixli müqavilə; SSRİ ilə İran arasında 25 mart 1940-cı il tarixli müqavilə.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əsasən dənizin dibinin hansı prinsip üzrə bölünməsi məqbul sayılmışdır?

Orta xəttə prinsipi (əks tərəfdə yerləşmiş dövlətlərin sahil xəttlərindən bərabər uzaqlıqda yerləşmiş xətt). Sözügedən prinsipə əsasən müəyyən məsafədə hər bir ölkənin sektoru müəyyən edilir.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanmasına zəmin yaradan ən mühüm saziş hansı olmuşdur?

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi yolunda ən böyük addımlardan biri 14 may 2003-cü il tarixində atılmışdır. Belə ki, həmin tarixdə Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin ora xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanmış və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa gəlmişlər.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ən mühüm məqamları nələrdən ibarətdir?

Konvensiyanın ən mühüm məqamları aşağıdakılardır:

Xəzər dəniznin ümumi su səthi Xəzəryanı ölkələrin ümumi istifadəsində qalır;

Xəzəryanı ölkələr sahildən 10 mil məsafədə balıqtutma hüququna malik olacaq, qalan hissə birgə istifadə ediləcəkdir;

Xəzərin dənizinin dibinin və təbii sərvətlərinin bölüşdürülməsi Konvensiya ilə tənzimlənmir, bu məsələ beynəlxalq dəniz hüququ əsasında ikitərəfli müqavilələrlə tənzimlənəcəkdir;

Xəzər regionunda sabitlik təmin ediləcəkdir, çünki Konvensiyaya əsasən Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Xəzəryanı ölkələrə tanınır;

Konvensiya Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada Xəzər nə üçün nə dəniz, nə də göl hesab olundu?

Əgər Xəzər dəniz kimi tanınsaydı, Xəzərin həm səthindindən, həm də dibindən istifadəyə tək Xəzəryanı ölkələrin deyil, digər ölkələrin də hüququ yaranardı. Xəzər göl hesab olunsaydı, bütün Xəzəryanı ölkələr arasında bərabər bölünməli idi, bu isə İranın xeyrinə olardı.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Türkmənistan üçün ən böyük üstünlüyü nədən ibarətdir?

Türkmənistan artıq qazını Azərbaycan vasitəsilə asanlıqla Avropa bazarına çıxara biləcək.

 

Xəzər dənizində Azərbaycan ilə İran arasında əsas mübahisəli yataq hansıdır?

Alov (Alborz) yatağı.

 

Xəzər dənizində Azərbaycan ilə Türkmənistan arasında əsas mübahisəli neft yatağı hansıdır?

İki ölkə arasında əsas mübahisəli neft yatağı “Kəpəz”dir (Türkmənistan onu “Sərdar” adlandırır). Yataqda təqribən 100 milyon ton neftin olduğu güman olunur. Bu isə təqribən 35 milyard dollar deməkdir. Mübahisəli yataq üzrə Azərbaycan artıq kompromis təklifini verib və yatağın birgə işlənilməsini təklif edib.

 

1. Xocalı soyqrımı nə zaman törədilmişdir?

Cavab: Xocalı soyqrımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində tərədilmişdir.

2. Xocalı soyqrımı kimə qarşı törədilmişdir?

Cavab: Etnik azərbaycanlılara qarşı.

3. Xocalı soyqrımı nəticəsində neçə nəfər Xocalı sakini qətlə yetirilmişdir?

Cavab: 613 nəfər (63-ü uşaq, 106-si qadın, 70-i qoca və qarı olmaqla).

4. Xocalı soyqrımı nəticəsində neçə nəfər əsir götürülmüşdür?

Cavab: 1275 nəfər əsir götürülmüşdür ki, onlardan 150 nəfərinin taleyi bu günədək məlum deyil.

5. Xocalı soyqrımı nəticəsində neçə ailə tamamilə məhv edilmişdir?

Cavab: 8 ailə.

6. Xocalı soyqrımı nəticəsində neçə uşaq hər iki valideynini, neçəsi isə valideynlərindən birini itirmişdir?

Cavab: 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

7. Azərbaycanda Xocalı soyqrımının işıqlandırılması hansı Milli Qəhrəmanımızın adı ilə bağlıdır?

Cavab: Çingiz Mustafayev.

8. Xocalı şəhərinin müdafisəində neçə Milli Qəhrəmanımız iştirak etmişdir?

Cavab: 7 Milli Qəhrəmanımız (Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev, Allahverdi Bağırov, Ələsgər Novruzov, Araz Səlimov və Natiq Əhmədov).

9. Erməni polkovnik Vitali Balasyan (Əsgəran batalyonunun komandiri) vasitəsilə 3 gün ərzində 1003 nəfər Xocalı əsirini xilas etmiş Milli Qəhrəmanımız hansıdır?

Cavab: Allahverdi Bağırov.

10. Hansı Milli Qəhrəmanımızın ermənilərlə apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və teleoperator Çingiz Mustafayevin Xocalı faciəsinin görüntülərini lentə alması mümkün olmuşdur?

Cavab: Allahverdi Bağırov.

11. Azərbaycandan savayı Xocalı soyqrımını tam səviyyədə qətliam kimi hansı ölkələr tanıyır?

Cavab: Pakistan (2012) və Sudan (2014).

12. Xocalı soyqrımını parlament səviyyəsində qətliam kimi hansı ölkələr tanıyır?

Cavab: Meksika (2012), Kolumbiya (2012), Çexiya (2013), Bosniya və Herseqovina (2013), Peru (2013), Rumıniya (2013), Panama (2013), Honduras (2014), İordaniya (2016), Sloveniya (2016), Cibuti (2017), Paraqvay (2017) və Şotlandiya (2017).

13. ABŞ-ın neçə ştatı Xocalı faciəsini qətliam kimi tanıyan qətnamə qəbul etmişdir?

Cavab: 21 ştatı.

14. İlk dəfə 2012-ci ildə hansı ölkə Xocalı soyqrımını rəsmən tanıyıb?

Cavab: Meksika.

15. Hansı beynəlxalq təşkilat tərəfindən 20 noyabr 2012-ci il tarixində Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul etmişdir?

Cavab: İslam Əməkdaşlıq Təşkilatı (İƏT).

16. Xocalıya 3 istiqamətdən hücum edilməsi nə ilə nəticələndi?

Cavab: Xocalıya 3 istiqamətdən hücum edilməsi əhalinin Qarqar çayı istiqamətində meşələrə doğru qaçmasına səbəb oldu ki, nəticə etibarı ilə qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Erməni Silahlı Qüvvələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.

17. Xocalının müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin görüntülərini hansı xarici fotomüxbir çəkmişdi?

Cavab: Böyük Britaniyanın “Reuters” agentliyinin fotomüxbiri Frederik Lenqeyn.

18. Böyük Britaniyanın “Reuters” agentliyinin fotomüxbiri Frederik Lenqeyn Xocalı faciəsi zamanı öldürülmüş insanların meyitlərinin Ağdam yaxınlığında iki yük maşınından boşaldılması mənzərəsini “The New York Times” qəzetinə verdiyi müsahibədə necə təsvir edirdi?

Cavab: “Birinci yük maşınında mən 35 cəsəd saydım və göründüyü kimi ikincisində də təxminən o qədər meyit var idi. Bəzilərinin başı kəsilmiş, çoxusu yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi”.

19. Xocalının işğalı nəticəsində nə qədər insan öz dədə-baba torpaqlarından köçkün düşmüşdür?

Cavab: 14577 nəfər.

20. Bakı şəhərinin Xətai rayonunda Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidə necə adlanır və abidə nə zaman ucaldılmışdır?

Cavab: “Ana harayı” abidəsi. Abidə 06 fevral 2008-ci il tarixində ucaldılmış, 2011-ci ildə restavrasiya olunaraq, qara qranitdən yenidən qurulmaqla postamenti 3 metr qaldırılmışdır.

21. “Ana harayı” abidəsi nədən hazırlanmışdır və hüdürlüyü neçə metrdir?

Cavab: Abidə tuncdan hazırlanmışdır və hündürlüyü 8.6 metrdir.

22. “Ana harayı” abidəsinin heykəltaraşları kimlər olmuşdur?

Cavab: Aslan Rüstəmov, Mahmud Rüstəmov və Teymur Rüstəmov.

23. Xocalı soyqırımının xatirəsinə neçə ölkədə abidə ucaldılmışdır?

Cavab: 6 ölkədə (Azərbaycan, Almaniya, Hollandiya, Bosniya və Herseqovina, Meksika və Türkiyə).

24. Avropada Xocalı soyqırımına aid ilk abidə nə zaman və hansı şəhərdə ucaldılmışdır?

Cavab: 24 fevral 2008-ci il tarixində Hollandiyanın Haaqa şəhərində.

25. Qardaş ölkə olan Türkiyədə Xocalı soyqırımına aid ilk abidə nə zaman və hansı şəhərdə ucaldılmışdır?

Cavab: 28 mart 2014-cü il tarixində Ankara şəhərində.

26. Türkiyənin hansı şəhərlərində Xocalı soyqırımına aid abidələr ucaldılmışdır?

Cavab: Ankara, İzmir, İzmit, Uşak, Denizli və Sakarya.

27. 09 fevral 2018-ci il tarixində Türkiyənin Sakarya şəhərində ucaldılmış xatirə abidəsi necə adlanır?

Cavab: “Tək millət, tək göz yaşı” abidəsi.

28. Hansı Mərkəz Xocalının işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat hazırlamışdı?

Cavab: “Memorial” İnsan Hüquqları Mərkəzi.

29. Ermənilərin iddialarına görə mülki əhalinin Xocalıdan çıxması üçün şəhərin şərq hissəsindən başlayan, çay yatağı ilə davam edən və şimal-şərq tərəfə-Ağdama doğru istiqamətlənən və Əsgəranı sol tərəfdən keçən hansı dəhliz nəzərdə tutulmuşdu?

Cavab: “Azad dəhliz” (Guya mülki əhalinin şəhərdən çıxması üçün belə bir hümanitar dəhliz verilmişdir).

30. Xocalıda mülki sakinlərin vəhşicəsinə qətlə yetirilməsində hansı erməni dəstələri “fərqlənmişdirlər”?

Cavab: “Arabo” və “Aramo” dəstələri.

31. Hansı erməni yazıçı-jurnalist “Xaç uğrunda” kitabında ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri fəxrlə xatırlayır?

Cavab: David Xerdiyan.

32. Hansı erməni yazıçı-şair “Ruhumuzun dirçəlişi” adlı kitabında ermənilərin bir türk uşağnın başına gətrdiklərini fəxrlə xatırlayır?

Cavab: Zori Balayan.

33. Xocalı soyqrımını etiraf edən azsaylı erməni ziyalıları kimdir?

Cavab: Hüquq müdafiəçisi Mixael Danielyan və jurnalist Vahe Avetyan.

34. Hansı siyasi xadimlər Xocalı soyqrımını pisləyən fikirlər səsləndiriblər?

Cavab: Rəcəb Tayyib Ərdoğan (Türkiyə Prezidenti), Dövlət Baxçalı (Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri), Rueven Rivlin (İsrail Prezidenti), Aureliya Qriqoriu (Moldovanın ombudsmanı və Moldova parlamentinin deputatı), Monte Kivinter (Kanadanın İctimai Təhlükəsizlik naziri), Markos Peres (Meksika Parlamentinin deputatı), Dimitri Savalyev (Rusiya Federasiyasının Dövlət Dumasının deputatı), Paolo Paleotti (İtalia Senatının Avropa İttifaqı Kommissiyasının üzvü), Maksim Kuryaçiy (Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri) və Meutya Viada Hafid (İndoneziyalı deputat).

35. “Xocalı yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə silinib” fikri kimə məxsusdur?

Cavab: Meksika Parlamentinin deputatı Markos Peresə (2011-ci il).

36. Hansı amerikalı jurnalistin 1992-ci ilin fevral-mart aylarında “Washington Post” qəzetində yayımlanan məqalələri ilə Amerika ictimaiyyətinə Xocalıda tərədilmiş qətliam haqqında məlumat verdi?

Cavab: Tomas Qoltz.

37. ABŞ-da hansı mətbu orqanlar Xocalı qətliamı və ümumiyyətlə Ermənistan-Azərbaycan münaqişəsini diqqətlə saxlayıblar?

Cavab: “Washington Post”, “The New York Times”, “Boston Globe”, “Wall Street Journal”, “Chicago Tribune” qəzetləri və “Associated Press” İnformasiya Agentliyi.

38. Böyük Britaniyanın hansı mətbu orqanları Xocalı qətliamı barədə məlumat vermişlər?

Cavab: “The Times” qəzeti, “Sunday Times” qəzeti, “The Guardian” qəzeti, “BBC” telekanalı və “Reuters” agentliyi.

39. Fransanın hansı mətbu orqanları Xocalı qətliamı barədə məlumat yaymışlar?

Cavab: “Le Monde” qəzeti və “Krua l’Eveneman” və “Veler Aktuell” jurnalları.

40. Türkiyənin hansı nüfuzlu qəzetinin 04 may 1992-ci il tarixli nömrəsinin manşeti bütövlükdə Xocalı soyqrımına həsr edilmişdir?

Cavab: “Milliyyət” qəzeti.

41. Rusiyanın hansı mətbu orqanlarında Xocalı faciəsi işıqlandırılmışdır?

Cavab: “Svoboda”, ”Trud”, “Pravda”, “Komsomolskaya pravda” qəzetləri və “Pasport” jurnalı.

42. İrlandiyanın və Avstraliyanın müvafiq olaraq hansı qəzetləri Xocalı qətliamını işıqlandırmışdır?

Cavab: Müvafiq olaraq İrlandiyanın “The Irish Times” və Avstraliyanın “The Age” qəzetləri.

43. 24 fevral 2017-ci il tarixində ABŞ-ın hansı ştatı Xocalı qətliamını rəsmən tanımışdır?

Cavab: Arizona ştatı.

44. 08 may 2008-ci iltarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başladılan, Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən beynəlxalq təbliğat-təşviqat kampaniyası necə adlanır?

Cavab: “Xocalıya ədalət”(Justice for Khojaly).

45. 26 fevral 2012-ci il tarixində Türkiyənin İstanbul şəhərində Qalatasaray Liseyinin önündən başlayan Taksim meydanına doğru davam edən və təxminən 200.000 iştirakçının qatıldığı aksiyalarda hansı şüar səsləndirilib?

Cavab: “Hamımız Xocalılıyıq” (türk. “Hepimiz Hocalılıyız”, ing. “We are all from Khojaly”).

46. Xocalı qaçqınları nə zaman BMT-yə, Avropa Şurasına və ATƏT-ə müraciət etdilər?

Cavab: 15 fevral 2003-cü il tarixində.

47. Xocalı qaçqınlarının 15 fevral 2003-cü il tarixində BMT-yə, Avropa Şurasına və ATƏT-ə müraciət etməsində məqsəd nə idi?

Cavab: Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaq.

48. Ölkəmizdə Xocalı soyqırımına həsr edilmiş romanlar hansılardır?

Cavab: Polad İlyasın “Xocalı Fəryadı”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs” və İnqilab Xan Rəvanın “Xocalı faciəsi” romanları.

49. Xocalı soyqırımına həsr olunmuş şeirlər hansılardır?

Cavab: Söhrab Tahirin “Xocalı qırğını”, Hikmət Ziyanın “Xocalı müsibəti”, Fikrət Qocanın “Hər gecə Xocalıda”, Aslan Kəmərlinin “Əldən gedir”, Zəlimxan Yaqubun “Xocalım, layla”, Əli Vəkilin “Dördlüklər”, Fəridə Hacıyevanın “Xocalım hey!”, Şərif Ağayarın “Xocalı! Səni dünyaya hayqıra bilmədik”, Məhəmməd Aranlının “Xocalı”, Nurəngiz Günün “Xocalı simfoniyası: rekviyem”, Nüsrət Kəsəmənlinin “Xocalı”, Paşa Qəlbinurun “Cahad”, Rafiq Hümmətin “Şəhid nəğməsi”, Zeynal Vəfanın “Əsgər andı” şeirləri.

50. 2016-cı ildə İsraildə Xocalı soyqırımı ilə bağlı nəşr edilmiş və müəllifləri Əmir və Arye Qut olan roman hansıdır?

Cavab: “Ağrı” romanı.

51. Rəssam Rza Əfşarın Xocalı faciəsi mövzusunda çəkdiyi əsərlər hansılardır?

Cavab: “Xocalı” və “Ekstremist” əsərləri.

52. Xocalı soyqırımının qurbanlarına həsr olunmuş hansı rəsm əsərləri vardır?

Cavab: Mais Ağabəyovun “Xocalı faciəsi”, Bəyim Hacızadənin “Xocalı”, “Ömrünün axırıncı dəqiqəsi”, Fərman Qulamovun “Azadlığa doğru”, “Xeyir və Şər”, Rafael Muradovun “Qaçqınlar”, Həmzə Abdullayevin “Yandırılmış Vətən. Qaçqınlar”, “Xocalı. Güllələnmiş insanlar”, Sirus Mirzəzadənin “Xocalı”, Nazim Məmmədovun “Vətənpərvər qız”, “Xocalının son günü”, Məmməd Orucovun “Xocalı qaçqınları”, Eldar Babazadənin “Axırıncı döyüşçü”, “Ana fəryadı”, Arif Hüseynovun “Xocalı”, Rövşən Məmmədovun “Xocalı soyqırımı”, Bayram Qasımxanlının “Faciələrimiz” (triptix) əsərləri.

53. Xocalı soyqırımına həsr edilmiş heykəltaraşlıq əsərləri hansılardır?

Cavab: Xanlar Əhmədovun “Ana körpəsi ilə”, “Qoca”, “Torpaqlarımız uğrunda”, Sahib Quliyevin “Soyqırım”, Zakir Əhmədovun “Çingiz Mustafayev”, Əşrəf Heybətin “Xocalı faciəsi”, Nəriman Məmmədovun “Qarabağ süitası” və Məmməd Rəşidovun “Haray” əsəri.

54. Azərbaycan kinomatoqrafiyasında Xocalı soyqırımına ithaf olunan kinolar hansılardır?

Cavab: “Haray”, “Günəşin batdığı yer”, “Xoca” və “Qırmızı qar” filmləri.

55. Xocalı soyqırımına aid ilk Avropa sənədli filmi hansıdır?

Cavab: 2012-ci ildə litvalı rejissor Andreas Brokasın Litva jurnalisti Riçards Lapaytisin ssenarisi əsasında çəkdiyi “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi.

56. Xocalı soyqırımı haqqında hansı mahnı və musiqi kompozisiyaları bəstələnmişdir?

Cavab: Pyer Tilloyun “Xocalı 613” musiqi pyesi, Məmməd Quliyevin “Simfoniya – rekviyem”, Aleksandr Çaykovskinin “Khojaly Requiem”, Nəriman Məmmədovun “Xocalı” (7 saylı simfoniya), Elnarə Dadaşovanın “Xocalı Laylası”, Dəyirman və Toni Blekmenin “Justice for Khojaly”, Qaraqanın “Xocalı”, Nigar Camalın “Broken Dreams” mahnıları.

57. 26 fevral 2011-ci il tarixində Təbrizin hansı futbol klubunun tərəfdarları Tehranın “İstiqlal” futbol komandası ilə keçirilən oyun zamanı Səhənd stadionunda Xocalı soyqırımı şəhidlərinin xatirəsini anaraq “Qarabağ bizimdir, ermənilər isə işğalçıdırlar” şüarını səsləndirmişlər?

Cavab: “Traktor Sazi” futbol klubu.

58. 24 fevral 2014-cü il tarixində keçirdiyi oyun zamanı İspaniyanın hansı futbol klubu Xocalı soyqırımı qurbanlarının xatirəsini anmışlar?

Cavab: “Atletiko Madrid” futbol klubu.

59. Dünyaca məşhur hansı azərbaycanlı foto-jurnalist (Təbrizdən olan) çəkdiyi fotoşəkillər vasitəsilə Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmışdır?

Cavab: Rza Diqqəti (Reza Deghati).

60. Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Akademik Milli Dram Teatrında qoyulan tamaşa necə adlanır?

Cavab: “Badam ağacı çiçəkləyəndə”.

61. Soyqırım (Genocide) nədir və ilk dəfə bu anlayışı kim, hansı hadisəyə münasibətdə işlətmişdir?

Cavab: Soyqırım insanların etnik, irqi, dini və ya milli əlamətə görə düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. İk dəfə bu termin 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi şəkildə məhv edilməsi siyasətini ifadə edən termin kimi işlədilmişdir.

62. Qenosid sözünün hərfi mənası nə deməkdir?

Cavab: Söz yunan dilindəki “genos” (nəsil, kök, soy) sözü ilə latın dilindəki “caedo” (öldürürəm) sözlərinin birləşməsindən əmələ gəlib.

63. Xocalının strateji baxımdan xüsusi əhəmiyyət kəsb etməsi hansı amillərlə bağlı idi?

Cavab: 1) Bölgədə yeganə aeroport məhz Xocalıda yerləşirdi;

2) Dağlıq Qarabağın Ermənistanla, quru yolla yeganə əlaqəsini təmin edən dəhliz idi.

64. 20 fevral 2018-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında çıxış edərkən Xocalı qətliamı ilə bağlı hansı fikirləri səsləndirmişdir?

Cavab: “Xocalı faciəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Dünyada qətliam axtaran varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb”.

65. 26 fevral 1992-ci il tarixində dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edən, axırıncı gülləsinə qədər döyüşüb, sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partladan Milli Qəhrəmanımız kimdir?

Cavab: Tofiq Hüseynov.

66. Hansı hüquqi akta əsasən bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” elan olunmuşdur?

Cavab: Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli Qərarına əsasən.

67. Hansı hüquqi akta əsasən hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli Fərmanına əsasən.

 

AXC-nin yaradılması

AXC yaranmasını hansı amillər zəruri etdi?

Cavab: 1918-ci il yazında Cənubi Qafqaz Hökumətinin Türkiyəyə müharibə elan etməsi və

azərbaycanlıların mart soyqırımına məruz qalması Azərbaycan Cümhuriyyətinin

yaranmasını zəruri etdi.

 

Müvəqqəti Milli Şura nə zaman yaradıldı?

Cavab: 27 may 1918-ci il tarixində Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası

Müvəqqəti Milli Şuranın yaradılması haqqında qərar qəbul etdi. Həmin tarixdə Məhəmməd

Əmin Rəsulzadə (1884-1955) Azərbaycan fraksiyasının yaratdığı müvəqqəti Milli Şuranın

Sədri Seçildi.

 

Hansı tarixi sənədlə dövlətçiliyimiz Azərbaycan Xalq Cumhuriyyəti formasında

bərpa olundu?

Cavab: Milli Şuranın 28 may 1918-ci il tarixində Tiflisdə qəbul etdiyi “İstiqlaliyyət

bəyannaməsi” ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçiıliyimiz Azərbaycan

Cumhuriyyəti formasında bərpa olundu. Azərbaycan Cümhuriyyəti bütün müsəlman

Şərqində ilk demokratik respublika oldu.

“İstiqlaliyyət bəyannaməsi”nin əsas müddəaları:

1) Azərbaycan tamhüquqlu və müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq

hissəsindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur;

2) Müstəqil Azərbaycanın siyasi quruluş forması Cumhuriyyətdir;

3) Azərbaycan Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri, xüsusən qonşu xalqlar və

dövlətlərlə dostluq əlaqələri yaradacaqdır;

4) Azərbaycan Cümhuriyyəti öz sərhədləri daxilində millətindən, dinindən, ictimai

vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşlara tam vətəndaşlıq və siyasi

hüquqlar verir;

5) Azərbaycan Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına

şərait yaradacaqdır;

6) “Məclisi-Müəssisan”ın çağırılmasına qədər Azərbaycanda ali hakimiyyət xalqın

səsvermə yolu ilə seçdiyi milli Şura və onun qarşısında cavabdeh olan Müvəqqəti hökumət

sayılır;

Qeyd: “Məclisi-Müəssisan” (Müəssislər Məclisi) – Konstitusiya hazırlamaq səlahiyyəti

olan məclis.

 

AXC-nin müstəqilliyini tanıyan ilk xarixi dövlət hansı oldu?

Cavab: Azərbaycan Cümhuriyyəti 1918-ci il iyunun 4-də Türkiyə ilə Batumda sülh və

dostluq haqqında müqavilə imzaladı. Bu müqavilə əsasında Türkiyə Azərbaycan

Cümhuriyyətini müstəqil dövlət kimi tanıyan ilk xarici dövlət oldu. Müqavilənin 4-cü

bəndinə əsasən Türkiyə Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü.

 

AXC tarixi şərti olaraq neçə dövrə bölünür?

Cavab: AXC tarixi şərti olaraq 3 dövrə bölünür:

1) Tiflis dövrü (28 may – 16 iyun 1918);

2) Gəncə dövrü (17 iyun – 17 sentyabr 1918);

3) Bakı dövrü (17 sentyabr 1918 – 28 aprel 1920).

 

AXC dövründə neçə hökumət kabineti formalaşdırılmışdır?

Cavab: AXC dövründə 5 hökumət kabineti formalaşdırılmışdır ki, onlar ikisi Fətəli xan

Xoyski, üçü isə Nəsib bəy Yusifbəyli tərəfindən formalaşdırılmışdır. Hökumət

kabinetlərinin tərkibi aşağıdakı kimidir:

Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabineti (28 may – 17 iyun

1918). Tərkibi aşağıdakı kimi formalaşmışdır:

Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski (bitərəf);

Hərbi nazir – Xosrov Paşa bəy Sultanov (müsavat);

Xarici işlər naziri – Məmmədhəsən Hacınski (müsavat);

Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli (müsavat);

Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat);

Ticarət və sənaye naziri – Məmmədyusif Cəfərov (bitərəf, sonra -müsavat);

Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov (Hümmət);

Yollar, poçt və teleqraf naziri – Xudadat bəy Məlikaslanov (bitərəf);

Dövlət müfəttişi – Camo bəy Hacınski (sosialist).

Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti (17 iyun – 07 dekabr

1918). Tərkibi aşağıdakı kimi formalaşmışdır:

Nazirlər Şurasının sədri və ədliyyə naziri – Fətəli xan Xoyski (bitərəf);

Xarici işlər naziri (eyni zamanda, müvəqqəti olaraq, dövlət nəzarəti naziri) – Məmmədhəsən

Hacınski (müsavat);

Xalq maarifi və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli (müsavat);

Daxili işlər naziri – Behbud xan Cavanşir (bitərəf);

Əkinçilik naziri – Xosrov Paşa bəy Sultanov (müsavat);

Səhiyyə və sosial təminat naziri – Xudadat bəy Rəfibəyli (bitərəf);

Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq, poçt və teleqraf naziri) – Xudadat bəy

Məlikaslanov (bitərəf);

Ticarət və sənaye naziri – Ağa Aşurov (bitərəf);

Maliyyə naziri – Əbdüləli bəy Əmircanov (bitərəf);

Portfelsiz nazir* – Əlimərdan bəy Topçubaşov (bitərəf);

Portfelsiz nazir – Musa bəy Rəfiyev (müsavat);

Portfelsiz nazir – Xəlil bəy Xasməmmədov (müsavat).

1918 il sentyabrın 17-də Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçdükdən sonra,

oktyabrın 6-da ikinci hökumət kabinetində dəyişikliklər edildi:

Nazirlər Şurasının sədri – Fətəli xan Xoyski (bitərəf);

Ticarət, sənaye və daxili işlər naziri – Behbud xan Cavanşir (bitərəf);

Xarici işlər naziri – Əlimərdan bəy Topcubaşov (bitərəf);

Maliyyə naziri – Məmmədhəsən Hacınski (müsavat);

Xalq maarifi naziri – Nəsib bəyYusifbəyli (müsavat);

Yollar naziri – Xudadat bəy Məlikaslanov (bitərəf);

Əkinçilik və dövlət əmlakı naziri – Xosrov Paşa bəy Sultanov (müsavat);

Xalq səhiyyəsi naziri – Xudadat bəy Rəfibəyli (bitərəf);

Poçt-teleqraf naziri – Ağa Aşurov (bitərəf);

Sosial təminat və dini etiqad naziri – Musa bəy Rəfiyev (müsavat);

Hərbi işlər üzrə müvəkkil – İsmayıl xan Ziyadxanov (bitərəf);

Dövlət nəzarəti naziri – Əbdüləli bəy Əmircanov (bitərəf).

Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabineti (26 dekabr 1918 – 14

aprel 1919). Tərkibi aşağıdakı kimi formalaşmışdır:

Nazirlər Şurasının sədri və xarici işlər naziri – Fətəli xan Xoyski (bitərəf);

Daxili işlər naziri – Xəlil bəy Xasməmmədov (müsavat);

Maliyyə naziri – İ. Protasov (Slavyan-Rus Cəmiyyəti);

Yollar naziri – Xudadat bəy Məlikaslanov (bitərəf);

Ədliyyə naziri – Teymur bəy Makinski;

Maarif və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli (müsavat);

Poçt-teleqraf və əmək naziri – Aslan bəy Səfikürdski (sosialist);

Hərbi nazir – Səməd bəy Mehmandarov (bitərəf);

Sosial təminat naziri – Rüstəm xan Xoyski (bitərəf);

Xalq səhiyyəsi naziri – Yevsey Gindes (Slavyan-Rus cəmiyyəti);

Ticarət və sənaye naziri – Mirzə Əsədullayev (bitərəf);

Dövlət nəzarəti naziri – Məmmədhəsən Hacınski (16.01.1919-cu il tarixindən – Əlağa

Həsənov);

Ərzaq naziri – Konstantin Lizqar (Slavyan-Rus cəmiyyəti);

Əkinçilik və dövlət əmlakı naziri – Xosrov Paşa bəy Sultanov (müsavat).

Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumət kabineti (14 aprel 1919 – 22

dekabr 1919). Tərkibi aşağıdakı kimi formalaşmışdır:

Nazirlər Şurasının sədri və daxili işlər naziri – Nəsib bəy Yusifbəyli (bitərəf);

Maliyyə naziri – Əlağa Həsənov (bitərəf);

Ticarət və sənaye naziri – Ağa Əminov (bitərəf);

Xarici işlər naziri – Məmmədyusif Cəfərov (müsavat);

Yollar naziri – Xudadat bəy Məlikaslanov (bitərəf);

Poçt-teleqraf naziri – Camo bəy Hacınski (sosialist);

Hərbi nazir – Səməd bəy Mehmandarov (bitərəf);

Sosial-təminat naziri – Viktor Klenevski (Slavyan-Rus cəmiyyəti);

Səhiyyə naziri – A.Dastakov;

Maarif və dini etiqad naziri – Rəşid xan Qaplanov (əhrar);

Əkinçilik və dövlət əmlakı naziri – Aslan bəy Qardaşov (əhrar);

Portfelsiz nazir – X.Amaspür (daşnaksütun);

Dövlət nəzarəti naziri – Nəriman bəy Nərimanbəyli (müsavat);

Ədliyyə və əmək naziri – Aslan bəy Səfikürdski (sosialist);

Daxili işlər naziri (1919, oktyabr) – Məmmədhəsən Hacınski (müsavat).

Azərbaycan Xalq Cümhuriyyətinin beşinci hökumət kabineti (22 dekabr 1919 – 30

mart 1920). Tərkibi aşağıdakı kimi formalaşmışdır:

Nazirlər Şurasının sədri – Nasib bey Yusifbəyli (müsavat);

Xarici işlər naziri – Fətəli xan Xoyski – (bitərəf);

Hərbi nazir – Səməd bəy Mehmandarov (bitərəf);

Daxili işlər naziri – Məmmədhəsən Hacınski (müsavat);

Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat);

Maliyyə naziri – Rəşid xan Qaplanov (əhrar);

Maarif və dini etiqad naziri – Həmid bəy Şahtaxtinski (ittihad);

Əmək və əkinçilik naziri – Əhməd bəy Pepinov (sosialist);

Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq, ticarət, sənaye və ərzaq naziri) – Xudadat

bəy Məlikaslanov (bitərəf);

Poçt-teleqraf naziri – Camo bəy Hacınski (sosialist);

İctimai təminat və səhiyyə naziri – Musa bəy Rəfiyev (müsavat);

Dövlət nəzarəti naziri – Heybətqulu bəy Məmmədbəyov (ittihad).

Qeyd: 1920 il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri, Məmmədhəsən

Hajinski ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov xalq

maarifi və dini etiqad naziri olmuşdur.

Qeyd: Portfelsiz nazir (Minister without portfolio) – hər hansı nazirliyə rəhbərlik etməyən,

yalnız baş nazirin tapşırıqlarını yerinə yetirən və hökumətin iclaslarında həlledici səsə

malik olan hökumət üzvü. Məsələn, Böyük Britaniya hazırda hökumətin tərkibində

portfelsiz nazir Brandon Levisdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırkı tərkibində baş nazirin birinci

müavinini (Yaqub Eyyubov) və Baş nazirin müavinlərini (Elçin Əfəndiyev, Abid Şərifov,

Əli Əhmədov və İsmət Abbasov) portfelsiz hesab etmək olar. Çünki onlar hökumətin

(Nazirlər Kabineti) tərkibində yer alsalar da, hər hansı nazirlik, komitə və digər mərkəzi icra

hakimiyyəti orqanına rəhbərlik etmirlər. Baş nazirin digər 1-ci müavinini (Əli Həsənov) isə

portfelsiz hesab etmək olmaz, çünki o həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri

üzrə Dövlət Komitəsinin sədridir.

 

Cumhuriyyət tarixinə “iyun böhranı” adı ilə daxil olan hökümət böhranı nə

zaman baş verdi və necə aradan qaldırıldı?

Cavab: Türk Qafqaz İslam Ordusu komandanı Nuru paşa 1918-ci il iyununda coşqun

sevgi nümayişi altında Gəncəyə girdi. Gürcüstan Höküməti türk ordusunun Gəncəyə

gəlməsinin qarşısını ala bilmədiyindən Azərbaycan Milli Şurası və hökumətinin

Gürcüstandan çıxmasını tələb etdi. İyunun 16-da Azərbaycan höküməti və Milli Şurası

Gürcüstandan Gəncəyə köçdü. Gəncəyə köçən höküməti Nuru paşa tanımadığından tarixə

“iyun böhranı” adı ilə daxil olan hökümət böhranı baş verdi. Qəbul edilən iki qətnamə

(birinciyə görə – müvəqqəti hökümət altı ay müddətindən gec olmayaraq Müəssislər

Məclisini çağırmağa borclu idi; ikinciyə görə isə Milli Şura öz fəaliyyətini dayandıraraq

bütün hakimiyyəti F.Xoyskinin rəhbərliyi ilə təşkil edilən hökümətə verir və ona tapşırır ki,

öz hakimiyyətini yaxın vaxtlarda çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə

güzəştə getməsin) nəticəsində Milli Şuranın öz fəaliyyətini müvəqqəti olaraq dayandırması

“iyun böhranını”nı aradan qaldırdı. Bununla da Azərbaycanın dövlət müstəqilliyi

qorunub-saxlanıldı.

 

Türk Qafqaz İslam Ordusu ilə Bakı Sovetinin qüvvələri arasında

toqquşmalarının nəticəsi necə oldu?

Azərbaycan Cümhuriyyəti yarandıqdan və Gəncəyə köçürüldükdən sonra Azərbaycanda

ikihakimiyyətlilik yarandı: Gəncədə Milli hökümət, Bakıda isə bolşevik və daşnakların Xalq

Komissarları Soveti (XKS). Bakı XKS milli höküməti nəinki tanımadı, hətta ona qarşı

müharibə elan etdi. 06 iyunun 1918-ci il tarixində Bakı Sovetinin hərbi qüvvələrinin Gəncə

üzərinə yürüşü haqqında əmr verildi. 10 iyun 1918-ci il tarixində hücuma keçən Bakı

Sovetinin 13 min nəfərlik hərbi qüvvələri iyunun 12-də Kürdəmiri işğal etdilər. İyunun 27-

dən iyulun 1-dək Göyçay istiqamətində gedən döyüşlərdə “İslam ordusu”nun döyüşçüləri

Bakı Sovetinin qoşunlarını məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur etdi. Bununla da

XKS-in Gəncəyə hücumunun qarşısı alındı.

 

Türk Qafqaz İslam Ordusu tərəfindən Bakı azad olunana qədər hadisələr necə

cərəyan etdi və ordu Bakıya nə zaman daxil oldu?

Cavab: 20 iyulun 1918-ci il tarixində hücuma keçən Türk Qafqaz İslam Ordusu ayın

sonunda bakı ətrafına gəlib çıxdılar. Bu hücum XKS-nin işini çətinləşdirdi. Sovet Rusiyası

nə hərbi, nə də diplomatik yardımları ilə Bakı Kommunasının süqutunun qarşısını ala bildi.

Eser, menşevik, daşnak liderləri Sovet Rusiyasının Bakıya heç bir yardım göstərmək

iqtidarında olmadığını vurğulayaraq ingilis qoşunlarının Bakıya dəvət olunması, yeni

koalision hökumətin təşkili barədə qətnamə qəbul etdilər. Bu hadisədən sonra, xüsusən

Azərbaycan-türk ordusunun şiddətli hücumuna tab gətirməyən Bakı XKS iyulun 31-də öz

səlahiyyətlərindən əl çəkdi.

Avqustun 1-də daşnak-eser, menşevik bloku Bakıda “Sentrokaspi diktaturası” adlı koalision

hökümət təşkil etdi. Bu hökümətin dəvəti ilə min nəfərlik ingilis hərbi dəstəsi Xəzər dənizi

vasitəsilə Bakıya gəldi. Lakin onlar yenə də Azərbaycan-türk ordusunun hücumunun

qarşısını ala bilmədi. Avqustun 14-də Həştərxana yola düşən Bakı komissarları müdafiə

üçün zəruri ola ərzağı, silahı və hərbi sursatı aparmağa cəhd göstərdiklərinə görə fəralilikdə

ittiham edilərək “Sentrokaspi diktaturası” tərəfindən həbs olundular.

1918-ci il avqust ayının əvvəlində Bakının azad edilməsi uğrunda həlledici döyüşlər

başlandı. Erməni milli şurasının ciddi israrına baxmayaraq, ingilis generalı Denstervil

şəhəri müdafiə etməyin qeyri-mümkünlüyünü görüb, sentyabrın 1-də öz əsgərlərini

şəhərdən çıxarmağa başladı.

Sovet Rusiyası Bakı neftinə sahib olmaq üçün 1918-ci il avqustun 27-də Almaniya ilə gizli

saziş imzaladı. Bu sazişə görə, Almaniya Türkiyənin Bakıya daxil olmasına mane olmalı,

bunun müqabilində Bakı neftinin ¼ hissəsinə sahib olmalı idi. Lakin sentyabr ayında

beynəlxalq vəziyyətin dəyişməsi, Türkiyə və Azərbaycanın qəti mövqeyi nəticəsində

Almaniya 27 avqust sazişindən əl çəkməyə məcbur oldu.

Sentyabrın 15-də Azərbaycan-türk ordusu həlledici hücuma keçərək Bakıya daxil oldu.

Sentyabrın 17-də Milli hökümət Gəncədən Bakıya köçdü. Bununlada Azərbaycan

Cümhuriyyəti öz hakimiyyətini bütün respublika ərazisində bərqərar etdi.

 

AXC-nin dövlət quruculuğu siyasəti

AXC-nin dövlət quruluşu necə idi?

Cavab: Azərbaycan Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. “İstiqlal

Bəyannaməsi”nə görə, Azərbaycanda ali hakimiyyət xalqa məxsus idi. Qanunverici

hakimiyyət – parlamentə, icraedici hakimiyyət isə parlament qarşısında məsuliyyət daşıyan

hökümətə məxsus idi.

 

AXC tərəfindən dövlət quruculuğu sahəsində hansı mühüm addımlar atılmışdır?

Cavab: Cümhuriyyət tərəfindən dövlət quruculuğu sahəsində həyata keçirilən ən mühüm

tədbirlər aşağıdakılardır:

 24 iyun 1918-ci il tarixində qırmızı parçadan hazırlanmış, üzərində ağ rəngli aypara və

səkkiz guşəli ulduz olan dövlət bayrağı qəbul edildi;

 26 iyun 1918-ci il tarixində Azərbaycan Milli ordusunun yaradılması haqqında

fərman verildi. Ordu “Əlahiddə Azərbaycan Korpusu” adlanırdı;

 27 iyun 1918-ci il tarixində Nazirlər Şurasının fərmanı ilə Azərbaycan (türk) dili

dövlət dili elan olundu. Bu qərarda 2 il ərzində tədricən rus dilindən ana dilinə

keçilməsi nəzərdə tutulurdu;

 11 iyul 1918-ci il tarixində ümumi hərbi səfərbərlik elan edildi;

 23 avqust 1918-ci il tarixində Azərbaycan vətəndaşlığı haqqında qanun imzalandı;

 01 noyabr 1918-ci il tarixində Hərbi Nazirlik yaradıldı;

 09 noyabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası

Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ

rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi

haqqında qərar qəbul etdi (Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan

müqəddəs dövlət bayrağımız – milli bayrağımız ilk dəfə 09 noyabr 1918-ci il tarixində

Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indiki

Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır).

 Yelizavetpol şəhəri yenidən Gəncə, Qaryagin qəzası Cəbrayıl adlandırıldı;

 21 iyul 1919-cu il tarixində Azərbaycan vətəndaşlığı haqqında fərman verildi;

 1919-cu ilin yayında Xəzər Hərbi Donanması yaradıldı;

 30 oktyabr 1919-cu il tarixində qəbul edilən qərarla mətbuat üzərində senzura ləğv

edildi.

 

AXC Parlamenti nə zaman fəaliyyətə başladı, Parlamentin sədri və sədrin birinci

müavini kim idi?

Cavab: 16 noyabr 1918-ci il tarixində Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli

Şurası həmin il noyabrın 19-da respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət

Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul etdi. 07 dekabr

1918-ci il tarixində gündüz saat 1-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin

binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk

iclası təntənəli şəkildə açıldı.

Parlamentin iclasında «Müsavat» fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov

Parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün Parlamentə Həsən bəy Ağayev

sədrlik edir. 28 dekabr 1918-ci il tarixində Azərbaycan hökuməti, Parlamentin ağsaqqallar

şurasının iştirakı ilə keçirdiyi iclasında Avropada ümumi sülh konfransında iştirak etmək

üçün Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Parisə göndəriləcək

xüsusi nümayəndə heyətini müəyyən etdi.

Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət

olması nəzərdə tutulmuşdu. Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafıq

olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına

baxmayaraq onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər.

Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından

Parlamentin işinə qatılmışdılar.

1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi

96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti

aşağıdakı kimi idi: «Müsavat» və bitərəflər fraksiyası – 38 nəfər, «İttihad» – 13 nəfər,

«Əhrar» – 6 nəfər, «Sosialistlər» bloku – 13 nəfər, partiyasızlar – 4 nəfər, müstəqillər – 3

nəfər, «Rus-slavyan cəmiyyəti» fraksiyası – 5 nəfər, erməni fraksiyası – 5 nəfər,

«Daşnaksutyun» fraksiyası – 6 nəfər, «Azlıqda qalan millətlər» fraksiyası – 4 nəfər.

Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolu oynayan «Azərbaycan

parlamentinin nakazı (təlimatı)» ilə tənzimlənirdi. «Parlament nakazı (təlimatı)» əsasında

ilk gündən Parlamentin iclasları məcburi surətdə yalnız Azərbaycan dilində aparılırdı.

Ancaq başqa millətlərin nümayəndələri rus dilində danışa bilərdilər.

Cəmisi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145

iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Öz fəaliyyəti

dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun

layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını qəbul olunmuşdu. Parlamentin 1920-ci

il aprelin 27-də keçirilən son iclasında hakimiyyətin dinc yolla bolşeviklərə təhvil verilməsi

haqqında qərar qəbul edilmişdir.

Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov;

Sədrin I müavini – Həsən bəy Ağayev;

Sədrin müavini – Məmməd Yusif Cəfərov;

Sədrin Müavini – Sultan Məcid Qənizadə Strasse 1, (Qəniyev);

Parlamentin baş katibi – Bağır bəy Rzayev;

Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı.

 

AXC-nin mədəni quruculuq siyasəti

AXC tərəfindən mədəni quruculuq sahəsində hansı tədbirlər həyata

keçirilmişdir?

Cavab: Mədəni quruculuq sahəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:

 Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Maarif Nazirliyi təsis edildi. 1920-ci ilin

əvvəlləri isə Xalq Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsi yaradıldı;

 28 avqust 1918-ci il tarixində məktəblər milliləşdirildi. Bütün ibtidai məktəblərdə təhsil

ana (türk) dilində aparılırdı;

 İbtidai sinif müəllimləri hazırlamaq üçün Bakı, Gəncə, Şuşa, Qazax və s. şəhərlərdə

xüsusi pedaqoji kurslar təşkil olundu. Bu kurslarda dərs demək üçün Türkiyədən 50

müəllim dəvət edildi;

 Qori Müəllimlər Seminaryasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü;

 “Nina” qız məktəbləri qız gimnaziyaları adlandırılırdı, habelə yeddi kişi gimnaziyası

açıldı;

 Azərbaycan (türk) dilində dərsliklər hazırlanması üçün Komissiya təşkil olundu

(Komissiyanın tərkibinə H.Cavid, A.Şaiq, M.Mahmudbəyov, C.Cəbrayılbəyli və

başqaları daxil idi);

 Bütün qəzalarda yaşlılar üçün Azərbaycan (türk) dilində axşam kursları təşkil olundu;

 29 sentyabr 1919-cu il tarixində Bakı Universitetinin nizamnaməsi qəbul edildi və 15

noyabr 1919-cu il tarixində universitetdə ilk dərslər başladı (ilk olaraq tarix-filologiya

və tibb fakultələri fəaliyyətə başlamışdı). Milli maarifin inkişafının qayğısına qalan

böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakı Universitetinin açılmasına maddi

yardım göstərmiş, xaricdə təhsil alan 20 tələbənin hər birinə 750 manat təqaüd

vermişdi;

 1919-cu ilin sentyabrında 100 nəfər azərbaycanlı gənc təhsil almaq üçün Avropa

ölkələrinə (Türkiyə, Fransa, İtaliya, Rusiya, İngiltərəyə) göndərildi.

 Əhali arasında türkçülük, azərbaycançılıq ideyalarını təbliğ etmək məqsədilə “Türk

ocağı” cəmiyyəti yaradıldı;

 1919-cu ilin dekabrında “Müsəlman Şərqini öyrənən” cəmiyyət təsis edildi;

 07 dekabr 1919-cu ildə “İstiqlal” muzeyi açıldı;

 1918 – 1920-ci illərdə dövlətin rəsmi orqanı “Azərbaycan” qəzeti nəşr olunurdu;

 Müstəqilliyinin əldə edilməsi ziyalıların yaradıcılığına müsbət təsir göstərdi. Hüseyn

Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları milli ruhlu əsərlər yaratdılar;

 Bu dövrdə Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən Bakıda teatr truppası

yaradıldı;

 Bakıda Hüseyn Ərəblinskinin (1881-1919) rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı

fəaliyyətə başladı;

 Bakıda ilk rəssamlıq studiyası yaradıldı və studiyanın üzvü olan Bəhruz Kəngərli

qaçqınlar mövzusuna aid rəsm qalereyası yaratdı.

 

AXC-nin sosial-iqtisadi siyasəti

AXC tərəfindən həyata keçirilmiş əsas sosial-iqtisadi tədbirlər hansılardır?

Cavab: Azərbaycan Milli hökümətinin iqtisadi sahədə əsas hədəfləri sırasına iqtisadi

dağınıqlığı, ərzaq böhranını və möhtəkirliyi aradan qaldırmaq daxil idi. İqtisadi çətinlikləri

aradan qaldırmaq üçün hökümət ilk növbədə aşağıdakı tədbirləri həyata keçirdi:

 22 iyun 1918-ci tarixli fərmanı ilə ərzaq məhsullarının xaricə daşınmasının qarşısını

almaq üçün iribuynuzlu mal-qaranın, taxılın və digər ərzaq məhsullarının ölkədən

kənara çıxarılması qadağan edildi;

 27 avqust 1918-ci il tarixli fərman ilə Respublika ərazisində azad ticarətə icazə verildi;

 Hökümətin 5 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı XKS-nin neft sənayesi, ticarət

donanması və neft sənayesi ilə əlaqədər olan digər sənaye sahələrinin milliləşdirilməsi

haqqında bütün dekret və fərmanları ləğv edildi və həmin müəssisələr əvvəlki

sahiblərinə qaytarıldı;

 10 sentyabr 1918-ci il tarixində “Bakı bonu” adlı pul vahidi dövriyəyə buraxıldı;

 1919-cu ilin sentyabrında Azərbaycan Dövlət Bankı açıldı;

 10 dekabr 1918-ci il tarixində neft ixracını artırmaq üçün neft və neft məhsullarının

satışı üzrə büro yaradıldı;

 1919-cu ildə Əmək Nazirliyi və Arbitraj yaradıldı;

 Hökümət 1919-cu ilin yayında neft ixracı ilə əlaqədar xarici şirkətlərlə ticarət

müqaviləsi bağladı.

 

AXC-nin ordu quruculuğu və erməni təcavüzünə qarşı mübarizə siyasəti

Ordu quruculuğu sahəsində AXC-nin əsas tədbirləri nədən ibarət idi?

Cavab: Ordu quruculuğu sahəsində həyata keçirilən əsas tədbirlər aşağıdakılar idi:

 1918-ci il iyunun 19-da respublika ərazisində hərbi vəziyyət elan olundu;

 26 iyunun 1918-ci il tarixində Milli Ordu yaradılması haqqında fərman verildi və ordu

“Əlahiddə Azərbaycan korpusu” adlandırıldı. İyulun 11-də respublikada hərbi

səfərbərlik haqqında fərman verildi. Çağırışyaşlı bütün müsəlman vətəndaşlar hərbi

qulluğa çağırıldı;

 Noyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir Fətəli xan Xoyski hərbi nazir, general

Səməd bəy Mehmandarov onun müavini təyin edildi;

 26 dekabr 1918-ci il tarixində yeni təşkil edilən hökümətdə general S.Mehmandarov

hərbi nazir, general-leytenant Ə.Şıxlinski isə onun müavini təyin olundu;

 Gəncədə açılan hərbi məktəb sonradan Bakıya köçürüldü;

 Batum müqaviləsinə görə, Nuru paşanın komandanlığı ilə Azərbaycana gəlmiş “İslam

ordusu” milli hərbi kadrların yetişməsində böyük rol oynadı;

 1919-cu il iyunun 11-də Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. Milli ordu

Zəngəzura soxulmuş erməni quldur dəstələrinə, habelə bolşeviklərin 1919-cu ildə

Muğanda yaratdıqları qondarma “Sovet respublikası”nın qüvvələrinə qarşı uğurlu

əməliyyatlar apardı. 1919-cu ilin avqustunda Muğan sovet respublikası ləğv olundu.

Lənkəran şəhəri azad edildi. 1920-ci ilin martında Qarabağda erməni qiyamı yatırıldı,

Qazax qəzasına soxulmuş ermənilərin hücumları dəf edildi. Əsgəran və Qazaxda

keçirilən hərbi əməliyyatlarda daşnak dəstələri darmadağın edildi;

 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı;

 Milli ordunun və hərbi donanmanın formalaşması prosesi 1920-ci ilin əvvələrində başa

çatdırıldı və 40 min nəfərlik nizami ordu yaradıldı.

 

AXC hökuməti Azərbaycanın əzəli şəhəri olan İrəvanı Ermənistana nə zaman və

hansı şərtlə güzəştə getdi?

Cavab: Cənubi Qafqaz Seymi dağıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini

müəyyənləşdirmək zərurəti yaranmışdı. Erməni nümayəndəliyi Azərbaycan şəhəri olan

İrəvanın Ermənistanın paytaxtına çevrilməsinə razılıq verilməsi üçün Azərbaycan

hökümətinə müraciət etdi. Batumda tərəflər arasında əldə olunan razılığa görə, 29 may

1918-ci il tarixində Milli Şura uzun müzakirələrdən İrəvan şəhərini ermənilərə o şərtlə

güzəştə getdi ki, onlar Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəksinlər.

 

Paris Sülh Konfransının (18 yanvar 1919 — 21 yanvar 1920) ermənilər üçün

nəticəsi nə oldu?

Cavab: Ərazi məsələlərinin qalib dövlətlərin köməyi ilə həll ediləcəyinə ümid bəsləyən

erməni rəhbərliyinin Paris sülh konfransından Türkiyənin yeddi vilayətinə, Azərbaycanın

Zəngəzur və Naxçıvan bölgələrinə, Qarabağın dağlıq hissəsinə ərazi iddiaları Azərbaycan

nümayəndəliyi tərəfindən qətiyyətlə rədd edildi və ermənilərin planı iflasa uğradı.

 

1918-ci ilin yayında Andranikin* 8 min nəfərlik hərbi qüvvəsi Azərbaycanda

hansı dağıdıcı əməllər törətdilər?

Cavab: 1918-ci ilin yayında Andranik 8 min nəfərlik hərbi qüvvə ilə Zəngəzura soxuldu.

Daşnaklar Azərbaycanın digər bölgələrindən ayrı salınmış Zəngəzurda 115, Cavanşir,

Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini

dağıtdılar.

Qeyd: Andranik Ozanyan (25 fevral 1865 – 31 avqust 1927) – erməni milli qəhrəmanı,

Bolqarıstanın milli qəhrəmanı. 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda

azərbaycanlıların yaşadıqları kəndləlirin dağıdılmasında və əhalisinin qırğınında

Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdı.

 

AXC-nin xarici siyasəti və beynəlxalq aləmdə tanınmaq uğrunda mübarizəsi

AXC-nin xarici siyasətinin əsas istiqamətlərinin nələr təşkil edirdi və

Cumhuriyyət diplomatiyasının ilk addımı nə oldu?

Cavab: Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərini dövlət

müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına nail olmaq və qonşu dövlətlərlə mehriban

münasibətlər yaratmaq təşkil edirdi. Azərbaycan Xalq Cumhuriyyəti diplomatiyasının ilk

addımı 30 may 1918-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin suverenliyinin elan

edilməsi haqqında xarici dövlətlərə radioteleqrafla (ABŞ, Fransa, İngiltərə, Sovet Rusiyası,

Türkiy, Almaniya, İtaliya və s.) rəsmi məlumat verilməsi oldu.

 

AXC qonşu dövlətlərə (Türkiyə, Gürcüsatan, İran, Sovet Rusiyası) münasibətdə

xarici siyasətinin əsas istiqamətlərini nələr təşkil edirdi və Cumhuriyyət

diplomatiyasının ilk addımı nə oldu?

Cavab: AXC – Türkiyə münasibətləri:

04 iyun 1918-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyəti Batumda Türkiyə (Osmanlı)

ilə “Sülh və dostluq haqqında müqavilə” imzaladı. Belə ki:

Batum müqaviləsi AXC-nin xarici siyasətində ilk uğurlu addım hesab olunur;

 Osmanlı dövləti bu müqavilə ilə AXC-nin müstəqilliyini tanıyan ilk dövlət oldu;

 Müqavilənin IV bəndinə əsasən Osmanlı hökuməti AXC-yə hərbi yardım göstərməyi

üzərinə götürdü;

 Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski bu bəndə istinad

edərək Osmanlı hökumətindən hərbi yardım istədilər.

30 sentyabr 1918-ci il tarixində imzalanmış hansı Mudros barışığına görə Türkiyə ordusu

1 həftə ərzində Bakıdan, 1 ay ərzində isə Cənubi Qafqazdan çıxmaq məcburiyyətində qaldı.

Türk qoşunları Bakını tərk etdikdən sonra 17 noyabr 1918-ci il tarixində General Tomson

başda olmaqla ingilis qoşunları Bakıya daxil oldu.

AXC – İran münasibətləri:

Azərbaycan Xalq Cumhuriyyəti ilə İran arasında 21 mart 1920-ci il tarixində dostluq

haqqında müqavilə imzalandı. İran 21 mart 1920-ci il tarixli müqaviləyə əsasən

Azərbaycan Xalq Cumhuriyyərinin müstəqilliyini de-yure (dövlət və ya hökuməti tam

rəsmi tanınma) tanıdı və Azərbaycanın Tehranda Səfirliyi, Təbrizdə isə Baş Konsulluğu

fəaliyyətə başladı.

AXC – Gürcüstan münasibətləri:

Azərbaycan Xalq Cumhuriyyəti Gürcüstan hökuməti arasında Zaqatala dairəsi ətrafında

yaranan ərazi mübahisəsi dinc yolla həll edildi. 16 iyun 1919-cu il tarixində Denikin

təhlükəsinə qarşı Azərbaycan Xalq Cumhuriyyəti ilə Gürcüstan hökuməti arasında 16 iyun

1919-cu il tarixində hərbi-müdafiə müqaviləsi bağlandı.

AXC – Sovet Rusiyası münasibətləri:

Böyük dövlətçilik və hegomonluq mövqeyindən əl çəkməyən Sovet Rusiyasının keçmiş

imperiyanın ərazisində yaradılmış yeni dövlətləri tanımaqdan imtina etdiyinə görə

Azərbaycan Xalq Cumhuriyyəti ilə Sovet Rusiyası arasında münasibətlər gərgin olaraq

qalırdı.

 

AXC qondarma “Qafqaz-Xəzər dövləti” problemini necə həll etdi?

Cavab: 1919-cu ilin yanvarında Bakıda fəaliyyət göstərən erməni və rus şuraları

Azərbaycan Xalq Cumhuriyyətini devirmək məqsədilə L.Biçeraxov başda olmaqla Qafqaz-

Xəzər dövlətini dövlətini yaratdılar. Azərbaycan hökuməti 1919-cu ilin fevralında müttəfiq

dövlətlərin komandanlığına nota göndərərək L.Biçeraxovun qoşunlarının Bakıdan

çıxarılmasını tələb etdi və bir gün ərzində L.Biçeraxovun dəstəsi tərk-silah edilərək şəhərdən

çıxarıldı.

 

Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə

“Antanta” ölkələri və ABŞ-ın çağırdığı konfrans necə adlanırdı?

Cavab: Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə

“Antanta”* ölkələri və ABŞ Paris Sülh Konfransı (18 yanvar 1919 — 21 yanvar 1920)

çağırdılar.

Qeyd: “Antanta” (fr. Entente – saziş) – 1904—1907-ci illərdə Rusiyanın, İngiltərənin və

Fransanın hərbi-siyasi bloku olmuşdur. Sonralar 1915-ci ildə İtaliya və Yaponiya da bu

ittifaqa qoşuldu. Fətəli xan Xoyski məhz “Antanta” ölkələrinə müraciətində Azərbaycana

40-50 milyon manat həcmində kredit və humanitar yardım ayrılmasını xahiş etmişdi.

 

AXC Hökumətinin Paris Sülh Konfransında iştirak edəcək nümayəndə

heyətinin tərkibinə kimlər daxil idi?

Cavab: AXC Hökumətinin Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin

tərkibi 28 dekabr 1918-ci il tarixində təsdiq edildi. Nümayəndə heyətinin rəhbəri Əlimərdan

bəy Topçubaşov (1861-1934), müavini Məmməd Həsən Hacınski (1875-1931), müşaviri isə

Ceyhun Hacıbəyli (1891-1962) idi. Nümayəndə heyətinin tərkibinə daxil idi: Məmməd

Həsən Hacınski (1875-1931), Ceyhun bəy Hacıbəyli (1889-1962), Miryaqub Mirmehdiyev

(1891-1952), Məhəmməd Məhərrəmov (1885-1982), Əkbərağa Şeyxülislamov (1881-1961),

Əhməd bəy Ağaoğlu (1869-1939) və Abbas bəy Atamalıbəyov (1892-1962). Nümayəndə

heyətinin texniki tərkibinə əməkdaşlar – Əli bəy Hüseynzadə (1864-1940), Viktor

Marçevski, katiblər – Səfvət Məlikov və Ələkbərbəy Topçubaşov, tərcüməçilər – A.Qafarov

(fransız dili), Q.Qafarova (ingilis dili), H.Məmmədov (fransız və türk dilləri) daxil idilər.

Azərbaycan Hökumətinin Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyəti

müttəfiq dövlətlərin təmsilçiləri ilə uzun və üzücü yazışmalardan sonra yalnız aprelin 22-

də Fransa paytaxtına yola düşmüş və mayın 7-də Parisə çatmışdılar.

 

AXC Hökumətinin Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyəti

qarşısında hansı vəzifələr qoyulmuşdur?

Cavab: Nümayəndə heyəti qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu:

1) Konfransda Azərbaycanı təmsil etmək;

2) Azərbaycan Xalq Cumhuriyyətinin de-fakto (faktiki olaraq) tanınmasına nail olmaq;

3) Konfransda Azərbaycanın milli mənafeyini və suverenliyini qorumaq.

 

Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin ABŞ

Prezidenti Vudro Vilsona təqdim etdiyi memorandumda hansı tələblər

qoyulmuşdu və nümayəndə heyətinin Vudro Vilsonla görüşünün nəticəsi

nələrdən ibarət oldu?

Cavab: Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin ABŞ

Prezidenti Vudro Vilsona təqdim etdiyi memorandumda aşağıdakı tələblər qoyulmuşdu:

1) Azərbaycan nümayəndələri sülh konfransına buraxılsın;

2) Azərbaycanın müstəqilliyi tanınsın;

3) Azərbaycan Millətlər Cəmiyyətinə qəbul edilsin;

4) ABŞ Azərbaycana hərbi yardım göstərsin;

5) Vilson prinsipləri* Azərbaycana da şamil edilsin.

Nümayəndə heyətinin ABŞ prezidenti Vudro Vilsonla görüşünün nəticəsi aşağıdakılar

oldu:

1) Danışıqlar zamanı Azərbaycan nümayəndə heyəti ABŞ Prezidentinə memorundum

(əhəmiyyətinə görə notadan sonra 2-ci diplomatik yazışma forması) təqdim etdi;

2) Yerli şəraiti öyrənmək üçün Cənubi Qafqaza ABŞ-ın xüsusi nümayəndəsinin

göndərilməsi məqsəduyğun hesab edildi.

Qeyd: Vudro Vilsonun 14 prinsipi (The Fourteen Points) – 08 iyun 1918-ci il tarixində 8

ABŞ Prezidenti Vudro Vilsonun təklifi ilə Konqres tərəfindən qəbul edilən, I Dünya

Müharibəsindən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini

nəzərdə tutan 14 maddədir:

1) Bütün danışıqlar açıq bir şəkildə olmalıdır, gizli danışıqlar bu normalar ziddir;

2) Sərhəd suları xaricindəki dəniz sahələrində tam sərbəstlik hüququ;

3) Ticarət azadlığı və maliyyə maneələrinin aradan qaldırılması;

4) Daxili təhlükəsizliyi təmin etməyə yetəcək qədər silahlanma və daha artığının

olmamasına ____________dair öhdəlik;

5) Dekolonizasiya təşkil edilməli və bu koloniyalardakı hüquqlar müstəmləkə və müstəmləkə

himayədarı arasında bərabər bölünməlidir;

6) Rusiya torpaqlarindaki xarici birliklər ayrılmalı və Rusiyanın istədiyi kimi inkişafına

şərait yaradılmalı;

7) Almaniyanin işğal etdiyi Elzas Lotorengiya Fransaya qaytarılması;

8) Avstriya-Macarıstan xalqının inkişafı üçün sərbəst şərait;

9) İtaliyanın milli sərhədlərinin bərpası;

10) Belçika torpaqlarinin boşaldılması və onun suverenliyinin tanınması;

11) Rumıniya, Serbiya və Monteneqro işğaldan azad edilməlidir;

12) Türkiyənin Osmanlı İmperiyası ərazisi suverenliyini qazanmalıdır, lakin onların

hakimiyyətində olan dövlətlər müstəqil muxtariyyət əldə etməlidilər. Dardanel boğazı

ticarət üçün açıq olmalıdır;

13) Polşanın bütün ərazisini əhatə edən və dənizə çıxışı olan müstəqil Polşa dövləti

yaradılmalıdır;

14) Eyni böyük və kiçik millətlərin siyasi müstəqilliyi və ərazi bütövlüyü qarşılıqlı təminat

verən və onların qorunması üçün xüsusi Millətlər liqası yaradılmalıdır.

 

Polkovnik K.V.Haskelin Naxçıvan, Şərur və Dərəlyəzdə ABŞ generalqubernatorluğu

tərəfindən idarə olunan neytral zona yaradılması planı hansı

səbəblərdən baş tutmadı?

Cavab: Plan aşağıdakı səbəblərdən baş tutmadı:

1) Azərbaycan hökumətinin qəti mövqeyi;

2) Naxçıvan əhalisinin ciddi müqaviməti.

 

Hansı tarixi hadisə ilə AXC beynəlxalq hüququn subyektinə çevrildi və faktiki

olaraq dünya birliyinin üzvü oldu?

Cavab: 11 yanvar 1920-ci il tarixində Böyük Britaniyanın xarici işlər naziri Lord

Kerzonun təklifi ilə “Antanta”nın Ali Şurası Azərbaycan Xalq Cumhuriyyətinin

müstəqilliyini de-fakto (faktiki olaraq tanınma) tanıdı və bu tarixi hadisə ilə Azərbaycan

Xalq Cumhuriyəti beynəlxalq hüququn subyektinə çevrildi və faktiki olaraq dünya

birliyinin üzvü oldu.

 

RSFSR (Rusiya Sovet Federativ Sosialist Respublikası) xalq xarici işlər

komissarı G.V.Çiçerinin 02 yanvar 1920-ci il tarixində Azərbaycana nota

göndərərək Denikinə qarşı müharibəyə qoşulmaq tələbinə Fətəli xan Xoyski

hansı diplomatik nota ilə cavab vermişdir?

Cavab: Sözügedən tələbə Fətəli xan Xoyski “Vətəndaş müharibəsi Rusiyanın daxili işidir”

diplomatik notası ilə cavab vermişdir.

 

1920-ci ilin aprel ayında Bakıda neçə diplomatik nümayəndəlik fəaliyyət

göstərirdi?

Cavab: 1920-ci ilin aprel ayında Bakıda 20-dən artıq dövlətin (Belçika, İsveçrə, Niderland,

Finlandiya, İtaliya və sə.) diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. Azərbaycan Xalq

Çümhuriyyəti dövründə xarici siyasət və diplomatik əlaqələr Xarici İşlər Nazirliyi,

Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, konsulluqları,

habelə, xarıci dövlətlərin Azərbaycandakı diplomatik nümayəndəlikləri və konsulluqları

vasitəsilə həyata keçirilirdi.

 

AXC dövründə xarici işlər naziri olmuş şəxslər kimlərdir?

Cavab: AXC dövründə xarici işlər naziri olmuş şəxslər aşağıdakılardır:

Məmmədhəsən Hacınski (28 may ‐ 6 oktyabr 1918);

Əlimərdan bəy Topçubaşov (6 oktyabr ‐ 26 dekabr 1918);

Fətəli xan Xoyski 26 dekabr (1918 ‐ 14 aprel 1919), 22 dekabr 1919 ‐ 27 aprel 1920);

Məmmədyusif Cəfərov (14 aprel ‐ 22 dekabr 1919).

 

AXC dövründə xaricdə fəaliyyət göstərmiş diplomatik nümayəndələri

kimlərdir?

Cavab: AXC dövründə fəaliyyət göstərmiş diplomatik nümayəndələr aşağıdakılardır:

Paris sülh konfransında nümayəndə heyətinin rəhbəri:

1) Əlimərdan bəy Topçubaşov.

Ermənistanda diplomatik nümayəndələr:

1) Məhəmməd bəy Təkinski;

2) Əbdürrəhim bəy Haqverdiyev;

3) Teymur bəy Makinski.

Gürcüstanda diplomatik nümayəndələr:

1) Məmmədyusif Cəfərov;

2) Faris bəy Vəkilov;

3) Batumda baş konsul – Mahmud bəy Əfəndiyev.

Dağlı Xalqları Respublikasında diplomatik nümayəndə:

1) Əbdürrəhim bəy Haqverdiyev.

Türkiyədə diplomatik nümayəndələr:

1) Əlimərdan bəy Topçubaşov;

2) Yusif bəy Vəzirov (Çəmənzəminli).

İranda diplomatik nümayəndələr:

1) Səfir – Adil xan Ziyadxanov;

2) Ənzəlidə vitse-konsul – Məhəmməd bəy Xəlilov.

1920-ci il aprelin 1-də Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə vitse-konsulluq,

Xoy və Əhərdə konsul agentlikləri yaradılmışdır.

Türküstanda (Zakaspidə) nümayəndə:

1) Əkbər ağa Sadıqov.

Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndə və ticarət agenti:

1) Cəfər bəy Rustəmbəyov.

Ukraynada diplomatik nümayəndə:

1) Yusif bəy Vəzirov (Çəmənzəminli);

2) Konsul – Camal Sadıqov.

Krımda konsul agenti:

1) Şeyx Əli Hüseynov.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan,

Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda

səfirliyi,Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh

Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir.

 

Aprel istilası

RSFSR-in Azərbaycana qarşı diplomatik təzyiqlərinin mahiyyəti nədən ibarət

idi?

Cavab: RSFSR-in xalq xarici işlər komissarı G.V.Çiçerin 1920-ci il yanvarın 2-də Azərbaycana nota göndərərək Denkinə qarşı müharibəyə qoşulmağı tələb etdi. Azərbaycan

hökümətinin xarici işlər naziri F.Xoyski yanvarın 14-də cavab notası göndərərək bildirdi ki,

vətəndaş müharibəsi Rusiyanın daxili işidir. Yanvarın 19-da “Antanta”nın Azərbaycana

ordu yox, yalnız silah və hərbi sursat yardımı etmək haqqında qərarı ilə bağlı məlumat əldə

edən Rusiya Azərbaycana diplomatik təzyiqi artırdı. Yanvarın 23- də G.V.Çiçerin

Azərbaycana ikinci nota göndərdi. Notada Azərbaycan hökümətinin Rusiyanın daxili

işlərinə qarışmamaq mövqeyi Denikinlə mübarizədən imtina kimi qiymətləndirildi.

F.Xoyski yenə öz cavabında bildiridi ki, Sovet Rusiyası ilə Azərbaycan Cümhuriyyəti

arasında bütün məsələlər yalnız Azərbaycanın dövlət müstəqilliyinin Sovet Rusiyası

tərəfindən tanınmasından sonra həll edilə bilər. 1920-ci ilin martınadək göndərilən notalar

respublikaya qarşı hazırlanan müdaxiləni pərdələmək məqsədi güdürdü.

 

Azərbaycana birbaşa hərbi müdaxilə etməyə cəsarət etməyən Sovet Rusiyası

nəyə əl atdı?

Cavab: Sovet Rusiyası Azərbaycana birbaşa hərbi müdaxilə etməyə cəsarət etmirdi. Buna

görə də o, Azərbaycanın daxilində “beşinci kolon”un (dəstənin) yaradılmasına diqqəti

artırdı. Bu məqsədlə Azərbaycan K(b)P-nin yaradılması qərara alındı. 11-12 fevral 1920-ci

il tarixində Bakıda RK(b)P Bakı Komitəsinin, “Hümmət“ və “Ədalət” təşkilatlarının

birinci qurultayı keçirildi və kommunist təşkilatlarının Azərbaycan K(b)P adı altında

birləşməsi barədə qərar qəbul olundu. AK(b)P əslində Azərbaycanın müstəqilliyinə qarşı

təxribat işi aparmaq üçün Rusiyanın siyasətinin daşıyıcısı oldu.

 

Aprel işğalı ərəfəsində hökumət böhranın baş verməsinin səbəbi nə idi?

Cavab: Aprel işğalı ərəfəsində Azərbaycanda Hökümət böhranı baş verdi. Partiyalararası

çəkişmələr böhranı daha da dərinləşdirdi. Çəkişmələrin bir qütbündə müstəqilliyi qoruyubsaxlamağa

meyilli olan Müsavat Partiyası, digər qütbündə kommunistlərlə birgə dövlət

çevrilişi etməyə tərəfdar olan ittihadçılar dururdu. Sovet Rusiyasına qarşı sərt xəttin

tərəfdarı olan xarici işlər naziri F.Xoyski ilə güzəşt tərəfdarı daxili işlər naziri M.Hacınski

arasındakı çəkişmələr bu gərginliyi daha da artırırdı. 30 mart 1920-ci il tarixində

N.Yusifbəylinin hökümət kabineti istefa verdi. Yeni hökümət yaratmaq M.Hacınskiyə

tapşırıldı. Lakin onun yeni hökümətin yaradılmasını ləngitməsi Azərbaycanda hökümət

böhranını daha da dərinləşdirdi və son həddə çatdırdı.

 

AXC hökumətini devirmək üçün Sovet Rusiyası ermənilərdən və türk amilindən

necə istifadə etdi?

Cavab: Sovet Rusiyası milli höküməti devirmək üçüçn diplomatik təzyiqlərlə yanaşı,

bolşeviklərdən, ermənilərdən və türk amilindən də istifadə edirdi. Martın 22-də Moskvanın

razılığı ilə erməni hərbi dəstələri Xankəndində yerləşən qarnizona, Qazax, Gəncə qəzalarına

basqın etdilər. Azərbaycan höküməti məcbur qalıb, ordunu təcili Dağıstan sərhədindən

və Bakıdan Qarabağda baş verən erməni qiyamını yatırmağa yönəltdi. Bnununla da

respublikanın şimal sərhədi müdafiəsiz qaldı. Sovet Rusiyası təbliğat vasitəsilə Türkiyəni

inandıra bildi ki, XI Qırmızı ordu Bakıdan keçərək “Antanta”ya qarşı vuruşan Türkiyənin

yardımına gedəcək. XI Qırmızı ordunun tərkibindəki müsəlman hissələrinə Xəlil paşa və

digər türk zabitləri başçılıq edirdi. A.İ.Mikoyan Bakı bolşevikləri adından XI Qırmızı

ordunu Azərbaycana dəvət etdi. Aprelin 25-dən 26-na keçən gecə Levandovskinin başçılığı

ilə XI Qırmızı ordu hissələri Azərbaycanın dğvlət sərhədini keçdi. 2 saatlıq döyüşdə

Azərbaycan hərbçiləri məğlub edildi. XI Qırmızı ordunun sərhədi keçməsi hökümətdə

çaşqınlıq yaratdı.

 

AXC parlamenti nə zaman və hansı şərtlər daxilində hakimiyyətin bolşeviklərə

verilməsi haqqında qərar qəbul etdi?

Cavab: 27 aprel 1920-ci il tarixində saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar

Komitəsinin Bakı bürosu hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında parlamentə

ultimatum verdi. Həmin gün axşam saat 11-də Azərbaycan parlamentinin son iclası

keçirildi. M.Ə.Rəsulzadə, Ş.Rüstəmbəyli və başqalarının kəskin etirazına baxmayaraq

nahaq qan tökülməsinin qarşısını almaq məqsədilə aşağıdakı şərtlər daxilində hakimiyyətin

Azərbaycan bolşeviklərinə verilməsi haqqında qərar qəbul edildi:

1) Azərbaycanın tam müstəqilliyi qorunub – saxlanılmalıdır;

2) AK(b)P-nin yaratdığı hökümət müvəqqəti orqan olmalıdır;

3) Hökümət idarələrindəki qulluqçular tutduqları vəzifələrdə qalmalıdır;

4) Hökümət və parlament üzvlərinin həyat və mülkiyyətin toxunulmazlığı təmin

edilməlidir;

5) Azərbaycandakı siyasi partiyaların sərbəst fəaliyyəti tam təmin edilməlidir;

6) Azərbaycan ordusu saxlanılmalıdır;

7) Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Türkiyənin köməyinə

getməlidir.

 

AXC-nin süqutunun əsas səbəbləri nə idi?

Cavab: XI Qırmızı Ordunun Bakıya daxil olması ilə Milli hökümətin varlığına son

qoyuldu və Azərbaycan faktiki olaraq yenidən Rusiya tərəfindən işğal edildi. Cəmi 23 ay

fəaliyyət göstərmiş AXC-nin süqutunun əsas səbəbləri aşağıdakılardır:

1) Beynəlxalq aləmdə və Qafqaz bölgəsində yaranmış ümumi hərbi – siyasi vəziyyət;

2) Azərbaycan hökümətinin daxilində yaranmış hakimiyyət böhranı, siyasi partiyaların

hakimiyyət uğrunda mübarizəsi;

3) Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü;

4) XI Qırmızı ordunun Anadoluya, Türkiyənin yardımına getmək bəhanəsindən istifadə

etməsi;

5) Azərbaycan bolşeviklərinin timsalında “beşinci kolon”un pozuculuq fəaliyyət;

6) Sovet Rusiyasının beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın ərazisini işğal etməsi.

 

1. Cari il Respublikamızda nə ili elan olunmuşdur?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

 

2. Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilat hansıdır?

Cavab: Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilat İslam Konfransı Təşkilatıdır (İKT). Respublikamız bu beynəlxaq təşkilata 8 dekabr 1991-ci il tarixində qəbul olunmuşdur.

 

3. Birləşmiş Millətlər Təşkilatının hazırkı Baş Katibi kimdir?

Cavab: BMT-nin hazırkı Baş Katibi Portuqaliyadan olan Antonio Guterresdir. Antonio Guterres 1995-2002-ci il tarixlərində Portuqaliyanın Baş naziri vəzifəsində çalışmışdır. Antonio Guterres indiyə qədər BMT-nin Baş Katibi olmuş yeganə insandır ki, hökumət rəhbəri (Baş nazir) olmuşdur. Bununla yanaşı o BMT yarandıqdan sonra anadan olmuş (1949) ilk Baş katibdir.

 

4. 2018-ci il üçün Azərbaycan Respublikasında yaşayış minimumu nə qədərdir?

Cavab: “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.

 

5. İşğal olunmuş ərazilərimizlə bağlı BMT-nin Təhlükəsizlik Şurası hansı qətnamələri qəbul etmişdir?

Cavab: Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir: 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələr. Qəbul edilmiş 4 qətnamənin hamısında insan hüquqlarının pozulması, xüsusilə çoxlu sayda Azərbaycan vətəndaşının öz yurd-yuvalarından köçürülməsi də daxil olmaqla, mülki vətəndaşlara qarşı hücum və məskunlaşmış ərazilərin bombalanması faktına istinad edilmişdir.

 

6. 2017-ci ildə ölkəmizdə hansı beynəlxalq səviyyəli idman yarışı keçirilmişdir?

Cavab: 12-22 may 2017-ci il tarixlərində ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.

 

7. Azərbaycan Xalq Cumhuriyyəti Parlamenti nə zaman fəaliyyətə başlamışdır və Parlamentin sədr və sədrin birinci müavini kimlər seçilmişdir?

Cavab: Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin birinci iclası 7 dekabr 1918-ci il tarixində keçirilmişdir və Parlamentin sədri Əlimərdanbəy Topçubaşov, sədrin birinci müavini isə Həsənbəy Ağayev seçilmişdir.

 

8. Qadın Milli Qəhrəmanlarımız hansılardır?

Cavab: Qadın Milli Qəhrəmanlarımız Gültəkin Məlik qızı Əsgərova və Salatın Əziz qızı Əsgərovadır.

 

9. Milli mətbuatımızın əsası kim tərəfindən, nə zaman və hansı mətbu orqanla qoyulmuşdur?

Cavab: Milli mətbuatımızın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci il tarixində “Əkinçi” qəzeti ilə qyulmuşdur. Qəzetin cəmi 56 sayı işıq üzü görmüşdür.

 

10. Hazırda Azərbaycan Respublikasının xarici dövlət borcu nə qədərdir?

Cavab: Azərbaycan Respublikasının xarici dövlət borcu 6,913.2 milyon ABŞ dolları təşkil edir. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərt öhdəliklər daxildir.

 

11. ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri kimlərdir və hansı ölkələri təmsil edirlər?

Cavab: ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferdir (ABŞ).

12. Sonuncu işğal olunan rayonumuz hansıdır və erməni qəsbkarları tərəfindən hansı tarixdə işğal edilmişdir?

Cavab: Sonuncu işğal olunan rayonumuz Zəngilandır və 29 oktyabr 1993-cü il tarixində erməni qəsbkarları tərəfindən işğal olunmuşdur.

 

13. 2017-ci ildə Azərbaycanda nə qədər yeni iş yeri açılmışdır?

Cavab: 2017-ci ildə Azərbaycanda 221 min yeni iş yeri açılmışdır ki, onun da 177 mini daimi iş yeri olmuşdur.

 

14. Azərbaycan Respublikasının Prezidenti hər il yanvar ayının sonunda hansı məşhur Forumda iştirak edir?

Cavab: Azərbaycan Respublikasının Prezidenti hər il yanvar ayının sonunda İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.

 

15. BMT-nin Təhlükəsizlik Şurasının (United Nations Security Council) neçə daimi üzvü vardır və hansılardır?

Cavab: BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü vardır: ABŞ, Fransa, İngiltərə, Çin və Rusiya.

 

16. 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda işsizlik neçə faiz təşkil etmişdir?

Cavab: 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda işsizlik 5 faiz təşkil etmişdir.

 

17. 06 sentyabr 2017-ci il tarixində ABŞ-ın Koliforniya ştatının Berkli şəhərində dünyasını dəyişmiş, “Qeyri-səlis məntiq” və “Qeyri-səlis çoxluqlar” nəzəriyyələrinin müəllifi hansı dünya şöhrətli alimimizdir?

Cavab: Lütfi Zadə (Lütfəli Rəhim oğlu Əsgərzadə).

 

18. Hansı tarixi hadisə Azərbaycanın son dövrlər regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addım hesab olunur?

Cavab: 09 yanvar 2018-ci il tarixində Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı. 4

 

19. Azərbaycan və Ermənistan arasında ataşkəsin əldə olunmasına, cəbhədə aktiv hərbi əməliyyatların aparılmasının dayandırılmasına hansı sənədlə nail olunmuşdur.

Cavab: Azərbaycan və Ermənistan arasında ataşkəsin əldə olunmasına, cəbhədə aktiv hərbi əməliyyatların aparılmasının dayandırılmasına “Bişkek protokolu” ilə nail olunmuşdur. “Bişkek protokolu” 08 may 1994-cü il tarixində tərəflər tərəfindən imzalanmış, 12 may 1994-cü il tarixində qüvvəyə minmişdir.

 

20. Azərbaycan muğamı neçənci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir?

Cavab: Azərbaycan muğamı 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

 

21. 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş obyektlərimiz hansılardır?

Cavab: “Azərbaycan aşıq sənəti” və “Novruz bayramı”.

 

22. Azərbaycanın 91 nəfər ziyalısı nə zaman “Səs” qəzeti vasitəsilə Ümummilli lider Heydər Əliyevə müraciət edərək onu böyük siyasətə çağırmışdır?

Cavab: 16 oktybar 1992-ci il.

 

23. Azərbaycan Xalq Cumhuriyyəti dövründə neçə hökumət kabineti formalaşdırılmışdır?

Cavab: Azərbaycan Xalq Cumhuriyyəti dövründə 5 hökumət kabineti formalaşdırılmışdır.

 

24. Azərbaycan Xalq Cumhuriyyəti dövründə 1-ci, 2-ci və 3-cü hökumət kabinetləri kim tərəfindən formalaşdırılmışdır?

Cavab: Fətəli Xan Xoyski tərəfindən.

 

25. Azərbaycan Xalq Cumhuriyyəti dövründə 4-cü və 5-ci hökumət kabinetləri kim tərəfindən formalaşdırılmışdır?

Cavab: Nəsib Bəy Yusifbəyli tərəfindən.

 

26. 2017-ci ilin nəticələrinə görə ölkəmizin ixrac və qeyri-neft ixracı müvafiq olaraq neçə faiz artmışdır?

Cavab: 2017-ci ildə ixracımız 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artmışdır.

 

27. 2017-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş obyektimiz hansıdır?

Cavab: “Dolma hazırlama və paylaşma ənənəsi”

 

28. Azərbaycanın Respublikası BMT-yə nə zaman tam hüquqlu üzv qəbul edilmişdir?

Cavab: 02 mart 1992-ci il.

 

29. Ümumilli lider Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində Azərbaycan Ali Sovetinin sədri seçilməsi tariximizə hansı gün kimi daxil olmuşdur?

Cavab: Milli Qurtuluş Günü.

 

30. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə dünya miqyasında neçənci yerdə qərarlaşıb?

Cavab: 35-ci yerdə.

 

31. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi neçə seqmentdən ibarətdir?

Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi 3 seqmentdən ibarətdir: Cənubi Qafqaz Qaz Boru Kəməri (South Caucasus Pipeline), Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP), Trans-Adriatik Qaz Boru Kəməri Layihəsi (Trans-Adriatic Pipeline-TAP).

 

32. Dövlətlərarası münasibətləri tənzimləməyə xidmət edən beynəlxalq qurumun təşkili sahəsində mühüm addım olan BMT-nin təsis konfransı nə zaman keçirilmişdir?

Cavab: 24 oktyabr 1945-ci il tarixində.

 

33. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi neçə ölkəni əhatə edir?

Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi 6 ölkəni əhatə edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya.

 

34. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi çərçivəsində Avropaya (İtaliyaya) ilk qazın neçənci ildə çatdırılması planlaşdırılır?

Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi çərçivəsində Avropaya (İtaliyaya) ilk qazın 2020-ci ildə çatdırılması planlaşdırılır.

 

35. BMT-nin baş qərargahı hansı şəhərdə yerləşir?

Cavab: BMT-nin baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir.

 

36. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin (ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) veto hüququ olmasının mahiyyəti nədən ibarətdir?

Cavab: Təhlükəsizlik Şurasına daimi üzvü olan ölkələrdən biri müzakirə edilən qətnamənin əleyhinə səs verərsə qətnamə qəbul olunmur.

 

37. Müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlament seçkiləri nə zaman keçirilmişdir?

Cavab: 12 noyabr 1995-ci il.

 

38. 2016-cı ildə hansı obyekt Azərbaycan, İran, Qazaxıstan, Qırğısıztan və Türkiyənin müştərək obyekt kimi YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir?

Cavab: Lavaş hazırlama və paylaşma ənənəsi.

 

39. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) ümumi uzunluğu nə qədərdir?

Cavab: Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) ümumi uzunluğu 3500 km-dən artıqdır.

 

40. Azərbaycan Respublikası nə zaman BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir?

Cavab: Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilmişdir.

 

41. Şimali Atlantika Müqaviləsi Təşkilatının (North Atlantic Treaty Organization) əsası neçənci idə qoyulmuşdur və təşkilatın hazırda neçə üzvü vardır?

Cavab: Şimali Atlantika Müqaviləsi Təşkilatının (North Atlantic Treaty Organization) əsası 04 aprel 1949-cu ildə qoyulmuşdur və hazırda təşkilatın 29 üzvü vardır.

 

42. Azərbaycanın ilk obyekti neçənci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir və bu hansı obyektdir?

Cavab: YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş ilk obyektimiz Azərbaycan muğamıdır və bu Siyahıya 2008-ci ildə daxil olunmuşdur.

 

43. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsinin ümumi dəyəri nə qədər qiymətləndirilir?

Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsinin ümumi dəyəri 45 milyard ABŞ dolları qiymətləndirilir.

 

44. YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na daxil edilmiş maddi irs nümunələrimiz hansılardır?

Cavab: YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na 2 maddi irs nümunəmiz daxil edilmişdir: “Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər” və “Qobustan qayaüstü incəsənət nümunələri”.

 

45. BMT-nin əsas (prinsipial) orqanları hansılardır?

Cavab: BMT-nin əsas (prinsipial) orqanları BMT-nin Baş Məclisi, BMT-nin Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.

 

46. 14 may 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaradılmış və NATO-ya qarşı istiqamətlənmiş olan hərbi ittifaq necə adlanırdı?

Cavab: Varşava Müqaviləsi Təşkilatı.

 

47. Dünya memarlığının incilərindən sayılan, müasir Bakının rəmzlərindən biri hesab olunan, müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malik olan Heydər Əliyev Mərkəzinin açılışı nə zaman olmuşdur?

Cavab: 10 may 2012-ci il.

 

48. Rəsmi açılışı 10 may 2012-ci il tarixində olmuş Heydər Əliyev Mərkəzinin memarı kimdir?

Cavab: Heydər Əliyev Mərkəzinin memarı böyük britaniyalı arxitektor, Pritzker mükafatını almış ilk qadın-memar Zaha Hadiddir.

 

49. Heydər Əliyev Mərkəzinin memarı böyük britaniyalı arxitektor, Pritzker mükafatını almış ilk qadın-memar Zaha Hadidin daha hansı məşhur əsərləri var?

Cavab: Zaha Hadidin məşhur əsərləri sırasında Romadakı Milli İncəsənət Muzeyi, BMW-nin Leyptsiqdəki (Almaniya) zavodunun mərkəzi binası, Strasburqdakı (Fransa) Noenheim-North vağzalı və avtodayanacağının binası, London Arxitektur Fondunun binası və s. var.

 

50. “Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər” YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na nə zaman daxil edilmişdir?

Cavab: 2000-ci ildə.

 

51. 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən Avroviziya Mahnı Müsabiqəsinə (Eurovision Song Contest) Azərbaycan neçənci ildə ev sahibliyi etmişdir?

Cavab: 2012-ci ildə.

 

52. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Türkiyənin qərb sərhədlərindən Yunanıstan və Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər olan seqmenti necə adlanır?

Cavab: Trans-Adriatik Qaz Boru Kəməri Layihəsi (Trans-Adriatic Pipeline-TAP).

 

53. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinə kimi olan seqmenti necə adlanır?

Cavab: Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP).

 

54. Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP) layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin BOTAŞ və TPAO şirkətləri müvafiq olaraq neçə faiz paya malikdirlər?

Cavab: Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP) layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdirlər.

 

55. “Qobustan qayaüstü incəsənət nümunələri” YUNESKO-nun “Ümumdünya İrs Siyahısı”na nə zaman daxil edilmişdir?

Cavab: 2007-ci ildə.

 

56. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından Türkiyənin şərq sərhədlərinədək olan seqmenti necə adlanır?

Cavab: Cənubi Qafqaz Qaz Boru Kəməri (South Caucasus Pipeline).

 

57. 1963-cü ildən bəri hər ilin fevral ayında keçirilən, beynəlxalq təhlükə

sizlik siyasəti mövzusunda ən böyük platforma olan konfrans necə adlanır?

 

Cavab: Münhen Təhlükəsizlik Konfransı.

 

58. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına nə zaman sədrlik etmişdir?

Cavab: Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına 01 may – 01 iyun 2012-ci il tarixlərində sədrlik etmişdir. Azərbaycan estafeti 01 may 2012-ci il tarixində ABŞ-dan almış, 01 iyun 2012-ci il tarixində Çinə ötürmüşdür.

59. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman hansı mühüm sənədlər qəbul edilmişdir?

Cavab: “Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi dövründə Təhlükəsizlik Şurasının 13 açıq, 16 qapalı iclası keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir.

 

60. II Dünya müharibəsi nə zaman başlamışdır?

Cavab: II Dünya müharibəsi 01 sentyabr 1939-cu il tarixində Almaniyanın Polşaya hücumu ilə başlamışdır.

 

61. II Dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı necə adlanırdı?

Cavab: II Dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı “Edelveys” adlanırdı. “Edelveys” çoxillik çiçək növüdür.

 

62. II Dünya müharibəsi zamanı neçə nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür?

Cavab: II Dünya müharibəsi zamanı 121 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

 

63. II Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı kim olmuşdur və o hansı şücaətinə görə bu ada layiq görülmüşdür?

Cavab: II Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı İsrafil Məmmədov olmuşdur və o bu ada Novqorod yaxınlığında Pustinka kəndi uğrunda döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdür.

 

64. 02 may 1945-ci ildə Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə hansı azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür?

Cavab: Yusif Sadıqov.

 

65. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı kim olmuşdur?

Cavab: Həzi Aslanov.

 

66. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı Həzi Aslanova bu ad ikinci dəfə neçənci ildə verilmişdir?

Cavab: 1991-ci ildə.

 

67. 1904-1907-ci illərdə İngiltərə, Fransa və Rusiyanın yaratdığı hərbi-siyasi blok necə adlanırdı?

Cavab: Antanta

 

68. Hər hansı bir məsələnin həlli üçün iştirakçıların hamısının səs verməsi, ümumi razılığa gəlməsi necə adlanır?

Cavab: Konsensus.

 

69. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı necə adlanır?

Cavab: YUNESKO (UNESCO)

 

70. Azərbaycan xalıqının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə əlaqədar yubiley tədbirləri Bakıda neçənci ildə keçirilmişdir?

Cavab: 2000-ci ildə.

 

71. BMT-nin Sənayenin İnkişafı üzrə Təşkilatı necə adlanır?

Cavab: YUNIDO (UNIDO – United Nations İndustrial Development Organization)

 

72. BMT-nin Uşaq Fondu necə adlanır?

Cavab: YUNİSEF (UNİSEF – United Nations International Children’s Emergency Fund)

 

73. Ölkəmizin daxil olduğu ilk Avropa təşkilatı hansıdır?

Cavab: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)

 

74. Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə nə zaman qəbul olunmuşdur?

Cavab: 30 yanvar 1992-ci ildə.

 

75. 01 yanvar 1995-ci il tarixinədək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) necə adlanırdı?

Cavab: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM).

 

76. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) əsası nə zaman qoyulmuşdur?

Cavab: 3 iyul 1973-cü il.

 

77. Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – hazırkı ATƏT) Paris Xartiyasına nə zaman qoşulmuşdur?

Cavab: Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.

 

78. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Budapeşt Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?

Cavab: 05-06 dekabr 1994-cü il.

 

79. Hansı sammitin (zirvə toplantısının) nəticələrinə əsasən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) çevrilmişdir?

Cavab: Budapeşt Sammiti (Zirvə toplantısı).

 

80. ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi nə zaman təsis olunmuşdur və 01 yanvar 1997-ci ildən bu vəzifəni kim icra edir?

Cavab: ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi 28 avqust 1995-ci ildə təsis olunmuşdur və 01 yanvar 1997-ci ildən bu vəzifəni səfir Anjek Kasprşik (Polşa) icra edir.

 

81. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Lissabon Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?

Cavab: 02-03 dekabr 1996-cı il.

 

82. ATƏT-in Minsk Qrupunun tərkibinə daxil olan ölkələr hansılardır?

Cavab: ATƏT-in Minsk Qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya və Fransa daxildir.

 

83. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində hansı ölkələr başçılıq edirlər?

Cavab: 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

 

84. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) İstanbul Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?

Cavab: 18-19 noyabr 1999-cu il.

 

85. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Bakı Ofisi nə zaman açılmışdır?

Cavab: ATƏT-in Bakı Ofisi 18 iyul 2000-ci ildə açılmışdır.

 

86. ATƏT-in hazırkı Fəaliyətdə olan Sədri kimdir?

Cavab: Ancelino Alfano (İtaliya).

 

87. Azərbaycan BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-ya (UNESCO) nə zaman üzv qəbul olunmuşdur?

Cavab: 03 iyul 1992-ci il.

 

88. BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun (UNESCO) hazırda neçə üzvü vardır?

Cavab: Hazırda 195 ölkə BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun (UNESCO) üzvüdür.

 

89. 07 noyabr 2003-cü ildə Azərbaycanın hansı qeri-maddi mədəni irs nümunəsi YUNESKO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur?

 

Cavab: 07 noyabr 2003-cü il Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur.

90. İslam Əməkdaşlıq Təşkilatının (əvvəlki İslam Konfransı Təşkilatı) əsası nə zaman qoyulmuşdur?

Cavab: Təşkilat 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır.

 

91. İslam Konfransı Təşkilatı (İKT) 28 iyun 2011-ci ildən necə adlanmağa başladı?

Cavab: İslam Əməkdaşlıq Təşkilatı (İƏT).

 

92. İslam Əməkdaşlıq Təşkilatının (İƏT-nin) Nizamnaməsinə görə bu təşkilata üzv olmaq üçün əsas şərt nədən ibarətdir?

Cavab: İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv olmaq istəyən ölkə müsəlman ölkəsi olmalıdır.

 

93. Hazırda İslam Əməkdaşlıq Təşkilatının (İƏT-nin) neçə üzvü vardır?

Cavab: Hazırda 57 ölkə İƏT-ə üzvdür.

 

94. Dünya neft və qaz ehtiyatının müvafiq olaraq neçə faizi İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir?

Cavab: Dünya neft ehtiyatının 70%-i, qaz ehtiyatının isə 50%-i İƏT-ə üzv olan ölkələrdə cəmləşmişdir.

 

95. Dünya əhalisinin hansı hissəsi İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv olan ölkələrin vətəndaşlarıdır?

Cavab: İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv ölkələrin əhalisinin sayı 1.6 mlrd. nəfərdir.

 

96. Hansı təşkilatı “müsəlman dünyasının kollektiv səsi” adlandırırlar?

Cavab: İslam Əməkdaşlıq Təşkilatını (İƏT).

 

97. İslam Əməkdaşlıq Təşkilatının (İƏT-in) rəsmi dilləri hansılardır?

Cavab: Ərəb, ingilis və fransız dilləri.

 

98. İslam Əmək Təşkilatının (İƏT-in) mənzil-qərargahı harada yerləşir?

Cavab: Səudiyyə Ərəbistanının Ciddə şəhərində.

 

99. 1972-ci ildə qəbul olunmuş nizamnaməyə görə, İKT-nin ali orqanı nədir?

Cavab: İKT-nin ali orqanı üç ildə bir dəfə çağrılan dövlət və hökumət başçılarının Konfransıdır.

 

100. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva nə zaman İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan İSESKO-nun (ISESCO) xoşməramlı səfiri adına layiq görülmüşdür?

Cavab: 23 noyabr 2006-cı il.

 

101. İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan İSESKO-nun (ISESCO) xoşməramlı səfiri adına layiq görülmüş ilk qadın kimdir?

Cavab: Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva.

 

102. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva hansı fəaliyyətinə görə İslam Əmək Təşkilatının (İƏT-in) Təhsil, Elm vəMədəniyyət Təşkilatı olan İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür?

Cavab: Sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə.

 

103. 2017-ci il Respublikamızda nə ili elan edilmişdir?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmişdir.

 

104. 2016-cı il Respublikamızda nə ili elan edilmişdir?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir.

 

105. Multikulturalizmin nəzəri əsasını nə təşkil edir?

Cavab: Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir.

 

106. Multikulturalizmlə liberalizm arasındakı mövcud ən mühüm fərq nədən ibarətdir?

Cavab: Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir

 

107. İzolyasionizm nədir?

Cavab: İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar.

 

108. Assimilyasiya nədir?

Cavab: İzolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur.

 

109. Aparteid nədir?

Cavab: Müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir.

 

110. 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə necə adlanır?

Cavab: “Əsrin müqaviləsi”.

 

111. 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə (Əsrin müqaviləsi) Bakının hansı məkanında imzalanmışdı?

Cavab: Gülüstan sarayında.

 

112. 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarnın dərin qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilənin (Əsrin müqaviləsinin) ümumi dəyəri nəqədər idi?

Cavab: 7.4 mlrd. ABŞ dolları.

 

113. “Əsrin müqaviləsi”nin həcmi nə qədər idi və neçə dildə tərtib olunmuşdur?

Cavab: “Əsrin müqviləsi”nin ümumi həcmi 400 səhifə idi və 4 dildə tərtib olunmuşdur.

 

114. “Əsrin müqaviləsi”ndə ən çox paya malik olan şirkət hansı idi?

Cavab: “Əsrin müqaviləsi”ndə ən çox paya malik olan şirkət Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) idi və 20 faiz paya sahib idi.

 

115. “Əsrin müqaviləsi”ndə dünyanın neçə ölkəsinin neft şirkəti iştirak edirdi?

Cavab: “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin neft şirkəti (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) iştirak edirdi.

 

116. “Əsrin müqaviləsi”ndə dünyanın neçə məşhur neft şirkəti iştirak edirdi və bunlar hansı şirkətlər idi?

Cavab: “Əsrin müqaviləsi”ndə dünyanın 13 məşhur neft şirkəti iştirak edirdi: “Amoko”, “BP”, “MakDermott”, “Yunokal”, “ARDNŞ”, “Lukoyl”, “Statoyl”, “Ekson”, “Türk Petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko” və “Delta”.

 

117. İnvestisiya nədir?

Cavab: Ölkə daxilində və xaricində iqtisadiyyat sahələrinə uzun müddətə qoyulan sərmayə (kapital) investisiya adlanır.

 

118. Bütün dünyanı özünə vətən hesab edən, milli adət və mədəniyyətdən imtina edən təlim forması necə adlanır?

Cavab: Kosmopolit.

 

119. Lokaut (Lockout) nədir?

Cavab: Sahibkarın qəsdən müəssisəni bağlayıb işçiləri kütləvi şəkildə işdən çıxarması. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən lokaut qadağandır.

 

120. Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər ilin hansı günü ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü“ kimi qeyd olunur?

Cavab: 23 iyun.

 

121. Ölkəmizdə “Dövlət Qulluqçularının Peşə Bayramı Günü“nün məhz 23 iyun tarixində qeyd olunması nə ilə bağlıdır?

Cavab: Çünki BMT-nin Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli Qərarına əsasən hər dünyada 23 iyun “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” kimi qeyd olunur.

 

122. Böyük Britaniyada 23 iyun 2016-cı il tarixində keçirilmiş referenduma əsasən Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi necə adlanır?

Cavab: Breksit (Brexit).

 

123. Torpaqlarımız erməni qəsbkarları tərəfindən hansı tarixlərdə işğal edilmişdir (qan yaddaşımız)?

Cavab: Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür. 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:

Dağlıq Qarabağ:

Xankəndi şəhəri: işğal tarixi – 26 dekabr 1991-ci il;

Ağdərə rayonu: işğal rayonu – 07 iyul 1993-cü il;

Xocalı rayonu: işğal tarixi – 26 fevral 1992-ci il;

Şuşa şəhəri: işğal tarixi – 8 may 1992-ci il;

Xocavənd rayonu: işğal tarixi – 2 oktyabr 1992-ci il.

 

Qeyd: Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir.

Dağlıq Qarabağ ətrafındakı 7 rayon:

Laçın rayonu: işğal tarixi – 18 may 1992-ci il;

Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il;

 

Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il;

Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il;

Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il;

Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il;

Zəngilan rayonu: işğal tarixi – 29 oktyabr 1993-cü il.

124. 23 avqust 1993-cü ildə – eyni gündə erməni qəsbkarları tərəfindən işğala məruz qalmış rayonlarımız hansılardır?

Cavab: Cəbrayıl və Füzuli rayonları.

 

125. Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq müvafiq olaraq necə adlandırıldılar?

Cavab: Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Stepanakert, Mardakert və Martuni şəhərləri müvafiq olaraq Xankəndi, Ağdərə və Xocavənd şəhərləri adlandırıldılar.

 

126. 2 aprel 2016-cı il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən hansı yüksəklik “Dördgünlük müharibə” zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib?

Cavab: Lələtəpə yüksəkliyi.

 

127. Cəbrayıl rayonun erməni işğalından azad olunmuş yeganə kəndi hansıdır?

Cavab: Cocuq Mərcanlı kəndi.

 

128. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi nə zaman və hansı əməliyyat zamanı erməni işğalından azad edilib?

Cavab: Kənd 1994-cü ildə “Horadiz əməliyyatı” zamanı işğaldan azad olunub.

 

129. 1993-ci ilin dekabrından başlamış 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edən “Horadiz əməliyyatı” zamanı hansı yaşayış məntəqələrimiz azad olunmuşdur?

Cavab: “Horadiz əməliyyatı” zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun daha 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.

 

130. Azərbaycan Ordusunun 19

94-cü ilin “qış kampaniyası”nda keçirdiyi ən uğurlu əməliyyat hansı olub?

Cavab: “Horadiz əməliyyatı”.

131. “Horadiz əməliyyatı”nda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə neçə nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür?

Cavab: 8 nəfər.

 

132. Avropa İttifaqının Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə 1991-ci ildən həyata keçirdiyi proqram necə adlanır?

Cavab: TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) proqramı.

 

133. Avropa İttifaqının 1993-cü ildən Avropa İttifaqını və Şərqi Avropa, Qafqaz, Mərkəzi Avropanın 14 ölkəsini əhatə edən beynəlxalq nəqliyyat proqramı necə adlanır?

Cavab: TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) proqramı.

 

134. TRACECA proqramının məqsədi nədir?

Cavab: Proqramın məqsədi Qara Dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi, ticarət və nəqliyyat əlaqələrini gücləndirməkdir.

 

135. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istifadəyə verilməsində əsas məqsəd nə idi?

Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir.

 

136. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu və ötürmə gücü nə qədərdir?

Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu 980 km-dir, ötürmə gücü isə ildə 20 mlrd. kubmetrədəkdir.

 

137. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz nə zaman vurulmuşdur?

Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur.

 

138. Azərbaycan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməli nə zaman qoyulmuşdur?

Cavab: 21 noyabr 2007-ci il.

 

139. Bakı-Tbilisi-Qars dəmiryolu xətti nə zaman istismara verilmişdir?

Cavab: 30 oktyabr 2017-ci il.

 

140. Bakı-Tbilisi-Qars dəmiryolu xətti uzunluğu nə qədərdir?

Cavab: 826 km.

 

141. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilkin mərhələdə sərnişin və yük daşıma gücü nə qədərdir?

Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq gücünə malikdir.

 

142. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin strateji olaraq potensial sərnişin və yük daşıma gücü ildə nə qədərdir?

Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin strateji olaraq ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var.

 

143. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin yükdaşımalar sahəsində əsas səmərəliliyi nədən ibarətdir?

Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi nəticəsində Çin, Hinsistan və bir çox Asiya ölkələrindən başlayaraq Avropa ölkələrinə yükdaşımaların həm vaxtı azalacaq, həm də yüklər çox rahatıqla və risksiz mənzil başına çatdırılacaq.

 

144. Azərbaycan Respublikasının bayram günləri hansılardır?

Cavab: Yeni il bayramı (yanvarın 1 və 2-si);

Qadınlar günü (martın 8-i);

Faşizm üzərində Qələbə günü (mayın 9-u); 24

Respublika günü (mayın 28-i);

Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);

Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü (noyabrın 9-u);

Konstitusiya günü (noyabrın 12-si);

Milli Dirçəliş günü (noyabrın 17-si);

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü (dekabrın 31-i);

Novruz bayramı – beş gün;

Qurban bayramı – iki gün;

Ramazan bayramı – iki gün.

 

145. Hansı bayramların keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur?

Cavab: Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

 

146. Azərbaycan Respublikasında iş günü hesab olunmayan bayram günləri hansılardır?

Cavab: Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində Qələbə günü, Respublika günü, Azərbaycan xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

 

147. Azərbaycan Respublikasında iş günü hesab olunan bayram günləri hansılardır?

Cavab: Dövlət müstəqilliyi günü, Konstitusiya günü və Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir.

 

148. Azərbaycan Respublikasında hansı dini bayram günləri qeyd olunur?

Cavab: Ramazan bayramı və Qurban bayramı.

 

149. 1975-ci il “Beynəlxalq Qadın İli”ndə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününün hər ilin hansı günündə qeyd olunmasını qərara alıb?

Cavab: 1975-ci il “Beynəlxalq Qadın İli”ndə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününün hər il martın 8-də qeyd olunmasını qərara alıb.

 

150. Son 10 il ərzində Respublikamızda hansı illər elan olunmuşdur?

Cavab: 2018-ci il – “Azərbaycan Xalq Cümhuriyyəti İli”;

2017-ci il – “İslam Həmrəyliyi İli”;

2016-cı il – “Multikulturalizm İli”;

2015-ci il – “Kənd Təsərrüfatı İli”;

2014-cü il – “Sənaye İli”;

2013-cü il – “İnformasiya-Kommunikasiya Texnologiyaları İli”;

2012-ci il – “İdman İli”;

2011-ci il – “Turizm İli”;

2010-cu il – “Ekologiya İli”;

2009-cu il – “Uşaq İli”.

 

Makroiqtisadi göstəricilər iki hissəyə: iqtisadi və sosial göstəricilərə bölünür.
İqtisadi göstəricilərə daxil olanlar:
– ümumi daxili məhsul (ÜDM);
– sənaye məhsulunun həcmi, o cümlədən istehlak malları;
– bütün maliyyə mənbələri hesabına kapital qoyuluşları;
– podrat işlərinin həcmi;
– pərakəndə əmtəə dövriyyəsi (təşkil olunmamış qaydada idxalın və qarışıq, ərzaq və qeyri-ərzaq bazarlarında əhaliyə satışın həcminin ekspert qiymətləndirilməsi əsasında müəyyənləşdirilmiş həcmi nəzərə alınmaqla);
– pullu xidmətlərin həcmi (fiziki şəxslər tərəfindən göstərilən xidmətlərin ekspert qiymətləndirilməsi əsasında müəyyən edilmiş həcmi də nəzərə alınmaqla);
– nəqliyyat müəssisələrinin yük dövriyyəsi (kiçik avtonəqliyyat müəssisələri və kommersiya yüklərinin daşınması ilə məşğul olan sahibkar-fiziki şəxslərin daşıdığı yüklərin həcminin qiymətləndirilməsi də nəzərə alınmaqla);
– xarici ölkələrə əmtəələrin ixracı.
Sosial göstəricilərə daxil olanlar:
– sərəncamda olan real pul gəlirləri;
– bir işçinin orta aylıq nominal əmək haqqı;
– əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi;
– BƏT-in metodologiyasına, o cümlədən rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayına uyğun olaraq hesablanmış işsizlərin ümumi sayı (dövrün sonuna);
– minimum yaşayış səviyyəsindən aşağı pul gəlirləri olan əhalinin sayı (min nəfərlə və ya bütün əhaliyə görə %-lə);
– yaşayış evlərinin istifadəyə verilməsi.

 

Maliyyə hesabatları (ing. financial statements) mühasibat sənədlərindən çıxarılmış və maliyyə hesabatlarının əsas prinsiplərinə uyğun olaraq, müəyyən bir zaman kəsiyində müəssisənin iqtisadi ehtiyatları və ya öhdəlikləri barədə məlumatları və ya müəyyən bir dövr üçün əlaqədar dəyişiklikləri özündə əks etdirən qoşma fakturalardan ibarətdir. Bu termin maliyyə hesabatlarının tam dəstinə aid edilə bilər, lakin o, həmçinin ayrıca maliyyə hesabatına, məsələn, balans cədvəlinə və ya gəlir və xərclər haqqında hesabata və müvafiq izahedici qeydlərə də aid edilə bilər.Maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentləri daxil edir:

  • (a) hesabat dövrün sonuna olan maliyyə vəziyyəti (balans) haqqında hesabat;
  • (b) hesabat dövrü üzrə maliyyə nəticəsi (mənfəət/zərər) haqıında hesabat;
  • (c) hesabat dövrü ərzində kapitalda dəyişikliklər haqqında hesabat:
  • (ç) hesabat dövrü ərzində pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
  • (d) əhəmiyyətli uçot siyasətləri və sair izahedici açıqlamaları daxil edən qeydlə

Amortizasiya– əsas vəsaitlərin köhnəlməsi və onların istehsal olunmuş məhsulun dəyərinə keçirilən hissəsidir.

Mühasibat yazılışı– eyni məbləğin bir hesabın debetinə digərinin isə kreditinə yazılışın aparılmasına verilən göstərişdir.

İkili yazılış– hər bir təsərrüfat əməliyyatının mühasibat uçotunun hesablarında iki dəfə: eyni məbləğdə bir hesabın debetində, ikinci qarşılıqlı əlaqəli hesabın kreditində yazılması.

Debet– mühasibat uçotu hesabının bir hissəsi (sol hissəsi) olub, aktiv hesablar üçün artmanı, passiv hesablar üçün isə azalmanı göstərir.

Debitorlar– təşkilata borcu olan fiziki və hüquqi şəxslər.

sas vəsaitlərin köhnəlməsi– əsas vəsaitlərin öz istehlak görünüşünü və dəyərini itirməsi.

İnventarlaşma– müəyyən tarixə əmlakın və maliyyə öhdəliklərinin həqiqi mövcudluğunu, mühasibat uçotunun məlumatları ilə müqayisə etməklə qalığın dəqiqləşdirilməsi.

İnventar– təsərrüfat və istehsal təyinatlı əşyaların məcmuu.

Hesabların müxabirləşməsi– ikili yazılış metodunu tətbiq etməklə hesablar arasında yaranan qarşılıqlı əlaqə .

Kredit– mühasibat uçotu hesabının bir hissəsi (sağ hissəsi) olub passiv hesablar üçün artmanı aktiv hesablar üçün isə azalmanı göstərir.

Kreditorlar– təşkilatın hüquqi və fiziki şəxslərə olan borcu.

Yaşayış minimumu– sərf edilmiş işçi qüvvəsinin bərpa edilməsi üçün insan və onun ailə üzvünün həyat səviyyəsinin yüksəlməsində zəruri olan minimum vasitədir.

Hesablaşma hesabı– təşkilatın sərbəst pul vəsaitini saxlamaq və cari nəğd və nəqdsiz formada hesablaşmasını aparmaq üçün bankda açdığı hesab.

Uçot stavkası– milli bankın kommersiya banklarına təqdim etdiyi kreditin faizi.

Əsas vəsaitlər-istifadə müddəti bir ildən çox olan və dəyəri 500 azndən çox olan aktivlərdir:

Bina qurğular tikintilər

Maşın avadanlıqlar

Nəqliyyat vasitələri

Digər əsas vəsaitlər

Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir

 

Dostlarla Paylaş ↓